Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-857/2022 23.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, ünvan 4-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 1-də nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib-yetişdirərək kultivasiya etmiş, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib 30.06.2021-ci il tarixədək olan müddət ərzində külli miqdarda, ümumilikdə 4676 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, eyni zamanda istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 33 kiloqram 730,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı və ümumi təmiz çəkisi 93 kiloqram yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkilərinin hissələrini əldə edib yaşadığı qeyd olunan ünvana daşımaqla saxlamış, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 30.06.2021-ci il tarixdə, saat 15:20-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən, evin həyətyanı sahəsində yerləşən üzəri ağ rəngli sellefonla örtülmüş istixananın içərisində qanunsuz olaraq əkilib-yetişdirilməklə kultivasiya edilmiş külli miqdarda, yəni ümumi çəkisi 4 ton 573 kiloqram olmaqla, 4676 ədəd əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 7 ədəd ağ rəngli sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 5670,0 qram, 3750,0 qram, 4370,0 qram, 4370,0 qram, 5670,0 qram, 5300,0 qram və 4600,0 qram olmaqla, ümumilikdə 33 kiloqram 730,0 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibkərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik vasitə qurudulmamış marixuana və istixananın içərisində yerə sərilmiş 2 ədəd sellofanın üzərindən ümumi təmiz çəkisi 93 kiloqram yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş tərkibkərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik təbiətli çətənə (kanabis) bitkilərinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmir. Çünki o, heç vaxt heç kimə narkotik vasitələr satmamış və belə məqsədi də olmamışdır. Hazırda o, evlidir, himayəsində 2 (iki) azyaşlı uşağı və onkoloji xəstəlikdən əziyyət çəkən xəstə anası var. Həbs edildiyi dövrdə isə o, narkotik vasitələrdən istifadə etməmişdir. Ölkə ərazisində elan edilmiş pandemiyadan əvvəl o, toylarda nağarada ifa etməklə, həmçinin həyətyanı sahəsində pomidor-xiyar əkib-becərməklə ailəsini dolandırmışdır. Yaşadığı ev ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi bağ evi olmuşdur. Həmin bağ evini o, həbs edilməmişdən 7-8 ay əvvəl Şamo adlı tanışından 50.000 (əlli min) manat müqabilində almış, lakin pulu tam ödəyə bilmədiyindən evi öz adına sənədləşdirməmişdir. Buna görə də həmin vaxt onun ailə üzvləri onun qayınanasına məxsus evdə yaşamışlar. O, isə əkdiyi bitkilərə nəzarət etmək məqsədilə bağ evində yaşamışdır. Bağın həyətyanı sahəsində ona məxsus 2 (iki) ədəd istixana olmuşdur. O, narkotik vasitə olan marixuananın toxumlarını tapmışdır. O, 2021-ci ilin əvvəllərində bağındakı istixanalarda xiyar əkmiş, lakin istixananı qazla təmin edə bilmədiyindən, eləcə də həmin vaxt ilin soyuq aylarına təsadüf etdiyindən onun əkdiyi xiyarlar məhv olmuş və bu səbəbdən maddi cəhətdən çətinlik çəkməyə başlamışdır. Belə olan halda o, tapdığı toxumları həyətindəki istixanada əkməyə qərar vermişdir. Lakin o, həmin toxumları əkərkən məqsədi həmin toxumlar yetişdikdən sonra onları satmaq olmamışdır. Həmin toxumlar yetişməmiş o, tutulmuşdur. Həbs edildiyi vaxt onun əkdiyi kollar hələ böyüməmişdir. O, tapdığı toxumları 2021-ci ilin aprel ayında ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinin həyətində olan 2 (iki) istixanada əkmişdir. Lakin istixanalarda onun neçə ədəd toxum əkməsi və neçə kolun çıxması onun yadında deyil. Amma ittiham aktında qeyd edilmiş sayda və çəkidə olmamışdır. 30 iyun 2021-ci il tarixdə, saat 15:20-də o, bağ evinin qapısının döyüldüyünü eşitmiş və qapıya gedərək qapını açıb çölə çıxdıqda bir neçə mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyini xahiş etmişlər. O da özünü təqdim etmişdir. Sonra polis əməkdaşları onun yaşadığı bağ evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməklə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. O da səmimi olaraq yaşadığı evin həyətindəki istixanalarda narkotik vasitə olan marixuana əkibbecərdiyini etiraf etmişdir. Polis əməkdaşları bununla bağlı onun yaşadığı bağ evinə və evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər və bağ evinin həyətyanı sahəsinə daxil olmuşlar. O da buna etiraz etməmişdir. O, bağ evinin həyətindəki narkotik vasitə əkdiyi istixanaları polis əməkdaşlarına göstərmiş və bundan sonra polislər tərəfindən istixanalara baxış keçirilmişdir. 2 (iki) istixanada onun əkib-becərdiyi çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Bundan sonra polislər onun əkdiyi narkotik vasitələri dibindən çıxarmağa və kökündən torpaqla birlikdə çıxardıqları narkotik vasitə olan çətənə kollarını həyətdə düzməyə başlamışlar. Polislər çətənə kollarını torpaq qarışıq çıxarmışlar və belə vəziyyətdə çəkiləri ölçmüşlər. İstixanalarda ittiham aktında yazılmış sayda və çəkidə çətənə kolları olmamışdır. Bundan başqa, onun həyətiində qurudulmuş marixuana olmamışdır. O bilmir ki, polis əməkdaşları qurudulmuş marixuananı haradan tapıb gətirmişlər. O, ittiham aktında yazılanlarla razı deyildir. Onun həyətində qurudulmuş marixuana olmamışdır. O, istixanalarda aşkarlanmış çətənə kollarının sayını bilmir. Lakin onun həyətində ittiham aktında yazılmış sayda çətənə kolları olmamışdır. Sonra bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Həmin vaxt o, protokola qeyd verməsə də, hazırda ittiham aktında göstərilmiş çətənə kollarının sayı və çəkisi ilə razı deyil. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini, həmin Məcəllənin 237.2.3-cü maddəsi üzrə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sonuncunun ünvan 1 ünvanında qanunsuz olaraq tərkibində narkotik maddələri külli miqdarda kultivasiya etməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən raportla rəhbərliyə məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, eləcə də əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. O, 30 iyun 2021-ci il tarixdə işlədiyi idarənin baş əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3, baş əməliyyat müvəkkili Şahid4, təhqiqatçı X7 və baxışda iştirak etmək üçün dəvət edilmiş alim-aqronom X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən nömrəsiz bağ evinə getmişlər. Ora çatdıqda evin giriş qapısını döymüşlər və qapını Təqsirləndirilən şəxs açmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs da onlara özünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı bağ evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib becərməklə kultivasiya etməkdə şübhəli olduğunu bildirmişlər və sonuncuya barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında məlumat vermişlər. Təqsirləndirilən şəxs səmimi şəkildə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi bağ evinin həyətyanı sahəsində yerləşən istixanada narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin sahəni göstərə biləcəyini, eləcə də yaşadığı bağ evinə və evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı bağ evinə və evin həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazaraq onlara təqdim etmişdir. Bundan sonra çəkiliş vasitəsi ilə evə və evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə və evin həyətində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, həmçinin evin həyətində tərkibində narkotik maddələr olan kultivasiya etdiyi bitkiləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onları yaşadığı evin həyətində yerləşən istixanaya dəvət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan bağ evinin həyətində 4 istixananın olması məlum olmuşdur. Həmin istixanaların üzəri ağ şəffaf sellofanla örtülmüşdür. Təqsirləndirilən şəxs 1-ci və 2-ci istixanaları göstərib həmin istixanalarda ümumiyyətlə hər hansı bir bitki əkmədiyini bildirmişdir. Bundan sonra Hafiz onları 3-cü və 4-cü istixanalara dəvət etmişdir. Onlar əvvəlcə 3-cü istixanaya və daha sonra 4-cü istixanaya daxil olmuşlar. Bu zaman istixanaların içərisində torpaq səthində bitkilər əkildiyi məlum olmuşdur. Alim-aqronom Mərdan Tağıyev həmin bitkilərə baxış keçirmiş və orada əkilmiş bitkilərin yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu, bitkilərin ətrafının yabanı ot örtüyündən təmizləndiyini, diblərinin boşaldıldığını, diblərinə üzvi və mineral kübrələr verildiyini, torpağda suvarma əlamətləri aşkar edildiyini, gövdələrin inkişafda olması, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilərək kultivasiya edildiyini bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 3-cü istixanada əkilmiş bitkilərin bir hissəsi əvvəlcədən torpaqdan kökləri ilə birlikdə çıxarılıb və həmin bitkilərin bir hissəsi istixananın içində, qalan hissəsi isə istixananın qarşı hissəsində yerə yığılıb. Eyni zamanda torpaqdan çıxarılmış çətənə bitkilərinə oxşar kolların bir hissəsinin yarpaqlan yığılaraq 3-cü istixananın içərisində 2 ədəd sellofanın üzərində sərilmiş vəziyyətdə və 7 ədəd sintetik kisəyə yığılmış halda aşkar olunmuşdur. Alim-aqronom Mərdan Tağıyev torpaqdan çıxarılaraq istixananın qarşısına və istixananın içərisinə yığılmış kolların, eyni zamanda həmin bitkilərdən yığılaraq 2 ədəd sellofanın üzərində yerə sərilmiş və 7 ədəd sintetik kisəyə yığılmış yarpaqların yaş vəziyyətdə olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs istixanaların içərisində əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2021-ci ilin aprel ayının ortalarında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su və kübrə verərək onlara qulluq etdiyini, çətənə bitkilərini əkməkdə məqsədinin satıb qazanc əldə etmək olduğunu bildirdi. Həmçinin Təqsirləndirilən şəxs istixananın içində olan və istixananın qarşısına yığılmış çətənə bitkiləri kollarını təxminən 3 gün əvvəl özü istixanadan çıxarıb qurudulması məqsədi ilə aşkar olunduqları yerlərə yığdığını, eyni zamanda torpaqdan çıxardığı çətənə bitkisi kollarının bir hissəsinin yarpaqlarını yığaraq qurutmaq məqsədi ilə istixanada sellofanın üzərinə sərdiyini, yarpaqların qalan hissəsini isə kisələrə yığdığını bildirmişdir. Bundan sonra istixananın içərisində əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan çıxarılmış və tam yığılıb qurtardıqdan sonra əvvəlcədən çıxarılmış çətənə bitkisinə oxşar kollarla birlikdə sayılmış və aşkar olunmuş bitkilərin ümumi sayının 4676 ədəd təşkil etmişdir. Baxış keçirilməsi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı bağ evinin yaşayış sahəsində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş predmetlər saxlayırsa həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı bağ evində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş predmetlər olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı bağ evinin yaşayış sahəsinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdan sonuncuya məxsus olan 2 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinin yaşayış sahəsindən və evin həyətindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş çətənə bitkilərinə oxşar kollar və həmin kolların yığılmış yarpaqları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan çətənə bitkisinə oxşar kollarla 86 ədəd sellofanda, çətənə bitkisinə oxşar kolların yığılmış yarpaqları isə 2 ədəd sellofanda və 7 ədəd sintetik kisədə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 35) görünür ki, 30.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinə baxış keçirilən zaman ünvanın həyətyanı sahəsində yerləşən 2 (iki) istixanadan aşkar olunmuş bitkilər narkotik tərkibli çətənə bitkisi kollarıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Belə ki, çətənə bitkiləri mütəmadi olaraq damlama üsulu ilə suvarılmış, dibləri yumuşaldılmış, həmin bitkilərin əkildiyi sahə alaq otlarından təmizlənmiş, torpağa üzvi və mineral gübrələr verilmişdir. Bitkilər aqrotexniki qaydada əkilmiş və bitkilərin tam inkişaf fazasında olması müşahidə edilmiş, hündürlükləri ortalama 0,8-1,2 metr ölçüsündədir. Bundan əlavə bitkilərin bir hissəsi əvvəlcədən torpaqdan kökləri ilə birlikdə çıxarılmış, həmin bitkilərin bir hissəsi istixananın içində və qalan hissəsi isə istixananın qarşı hissəsində qurudulması məqsədi ilə tədarük edilmiş və həmin bitkilərin yaş halda olması müşahidə edilmişdir. Eyni zamanda torpaqdan çıxarılmış çətənə bitkilərinin bir hissəsinin yarpaqları yığılaraq istixananın içərisində 2 ədəd sellofanın üzərində sərilmiş vəziyyətdə və 7 ədəd sintetik kisəyə yığılmış halda aşkar olunmuşdur, həmin bitki hissələrinin yaş halda olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinin həyətyanı sahəsindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkisi kolları tərəfimizdən kökləri ilə birlikdə torpaq səthindən çıxarılmış, tərəfimizdən çıxarılmış və eyni zamanda əvvəlcədən torpaqdan çıxarılmış çətənə bitkiləri tək-tək sayılmış və bitkilərin ümumi sayının 4676 ədəd olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2021-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 30-33) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində olan 1-ci və 2-ci istixanaları göstərib həmin istixanalarda ümumiyyətlə hər hansı bir bitkilər əkibbecərmədiyini bildirib, iştirakçıları 3-cü və 4-cü istixanalara dəvət etmiş, əvvəlcə 3-cü istixanaya və daha sonra isə 4-cü istixanaya daxil olduqda, istixanaların içərisində torpaq səthində bitkilərin əkildiyi məlum olmuş, baxışda iştirak etməsi üçün dəvət olunmuş X13 həmin bitkilərə baxış keçirən zaman aşkarlanmış kolların yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu, bitkilərin ətrafının yabanı ot örtüyündən təmizləndiyini, diblərinin boşaldıldığını, diblərinə üzvi və mineral kübrələr verildiyini, torpaqda suvarma əlamətləri aşkar edildiyini bildirərək gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun tam inkişaf fazasında olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmiş, baxış zamanı müəyyən edilmişdir ki, 3-cü istixanada əkilmiş bitkilərin bir hissəsi əvvəlcədən torpaqdan kökləri ilə birlikdə çıxarılmış, həmin bitkilərin bir hissəsi istixananın içində, qalan hissəsi isə istixananın qarşı hissəsində yerə yığılmış, eyni zamanda torpaqdan çıxarılmış çətənə bitkilərinə oxşar kolların bir hissəsinin yarpaqları yığılaraq 3-cü istixananın içərisində 2 ədəd sellofanın üzərində sərilmiş vəziyyətdə və 7 ədəd sintetik kisəyə yığılmış halda aşkar olunmuşdur. X13 torpaqdan çıxarılaraq istixananın qarşısına və istixananın içərisinə yığılmış kolların, eyni zamanda həmin bitkilərdən yığılaraq 2 ədəd sellofanın üzərində yerə sərilmiş və 7 ədəd sintetik kisəyə yığılmış yarpaqların yaş vəziyyətdə olduğunu bildirmiş, sorğu zamanı Təqsirləndirilən şəxs istixanaların içərisində əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2021-ci ilin aprel ayının ortalarında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su, üzvi və mineral kübrələr verərək onlara qulluq etdiyini qeyd etmiş, çətənə bitkilərini əkməkdə məqsədinin satıb qazanc əldə etmək olduğunu bildirmiş, həmçinin istixananın içində olan və istixananın qarşısına yığılmış çətənə bitkiləri kollarını təxminən 3 gün əvvəl özü istixanadan çıxarıb qurudulması məqsədi ilə aşkar olunduqları yerlərə yığdığını, eyni zamanda torpaqdan çıxardığı çətənə bitkisi kollarının bir hissəsinin yarpaqlarını yığaraq qurutmaq məqsədi ilə istixanada sellofanın üzərinə sərdiyini və eyni zamanda yarpaqların qalan hissəsinin isə kisələrə yığdığını bildirmişdir. Bundan sonra istixananın içərisində əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan çıxarılmış və tam yığılıb qurtardıqdan sonra əvvəlcədən çıxarılmış çətənə bitkisinə oxşar kollarla birlikdə sayılmış və aşkar olunmuş bitkilərin ümumi sayının 4676 ədəd olması müəyyən edilmiş, həyətyanı sahəyə baxış keçirilməsi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı bağ evinin yaşayış sahəsində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş predmetlər saxlayırsa həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı bağ evində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş predmetlər olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı bağ evinin yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdan ona məxsus olan 2 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş və mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinin yaşayış sahəsindən və evin həyətyanı sahəsindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş çətənə bitkilərinə oxşar kollar və həmin kolların yığılmış yarpaqları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan çətənə bitkisinə oxşar kollarla 86 ədəd sellofanda, çətənə bitkisinə oxşar kolların yığılmış yarpaqları isə 2 ədəd sellofanda və 7 ədəd sintetik kisədə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/622 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 51-54) görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı bağ evindən aşkar olunmuş” yazılar və imzalar olan 7 ədəd ağ rəngli sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkisi - 5670,0 qram; 3750,0 qram; 4370,0 qram; 4370,0 qram; 5670,0 qram; 5300,0 qram; 4600,0 qram, ümumi çəkisi - 33 kq 730,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanalardır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı bağ evindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkisi kollarının hissələri" yazılar və imzalar olan 2 ədəd sellofan bağlamalarda yaş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri - 43 kq və 50 kq olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs ... yaşadığı bağ evindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkisinin kolları” yazılar və imzalar olan baş-başa keçinmiş 86 ədəd ağ rəngli sintetik kisələrdə yaş vəziyyətdə, ümumi sayı - 4676 ədəd, ümumi çəkisi - 4 ton 573 kq olan bitki nümunələri, tərkiblərinə görə eyni növdən olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş marixuanalar, çətənə (kannabis) bitkiləri və çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyul 2021-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-666/2021 saylı qərarından (cild 1, iş vərəqə 95-100) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 101-102) görünür ki, Təqsirləndirilən şəxs həyətyanı evindən aşkar edilmiş 33 kq 730,0 qram narkotik vasitə qurudulmamış marixuana, 4 ton 573 kq çətənə (kannabis) bitkiləri və 93 kq çətənə (kannabis) bitki hissələrinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 33 kq 728,6 qram narkotik vasitə qurudulmamış marixuananın, 4 ton 572 kq 906,48 qram çətənə (kannabis) bitkilərinin və 92999,6 qram çətənə (kannabis) bitki hissələrinin saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyul 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 115) görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır və onun ailə üzvləri arvadı X1, 1948-ci il təvəllüdlü atası X2, 2007-ci il təvəllüdlü qızı X3 və 2010-cu il təvəllüdlü oğlu X4 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyul 2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 116) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3400 nömrəli rəyindən (cild 1, iş vərəqə 206-207) görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxsn narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 oktyabr 2021-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1097/2021 saylı qərarından (cild 1, iş vərəqə 147-151) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 182-183) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-97/2022 saylı qərarından (cild 1, iş vərəqə 198-202) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni 30 mart 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 203) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 204) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş digər “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 205) görünür ki, Təqsirləndirilən şəxs məxsus 02 (iki) ədəd “Samsung” markalı mobil telefon aparatlarını müdafiəçisi Müdafiəçi3 Təqsirləndirilən şəxs yaxın qohumlarına vermək üçün təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 208-220) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə yeni məzmunda ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, həmçinin onun və X12 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 maddəsi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ailə üzvləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 307-ci maddələri üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs həyətyanı evindən aşkar edilmiş 33 kq 730,0 qram narkotik vasitə qurudulmamış marixuananın, 4 ton 573 kq çətənə (kannabis) bitkilərinin və 93 kq çətənə (kannabis) bitki hissələrinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 33 kq 728,6 qram təşkil edən narkotik vasitə qurudulmamış marixuananın, 4 ton 572 kq 906,48 qram təşkil edən çətənə (kannabis) bitkilərinin və 92999,6 qram təşkil edən çətənə (kannabis) bitki hissələrinin saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsinin, baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 227-228) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri üzrə yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 dekabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 118) görünür ki, 21.11.2007-ci il tarixdə X9 doğulmuş, onun anası Tağıyeva Səriyyə Əliövsəd qızı, atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 117) görünür ki, 22.01.2010-cu il tarixdə X11 doğulmuş, onun anası Tağıyeva Səriyyə Əliövsəd qızı, atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedidkə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (1-ci Siyahı) 12-ci bəndinə əsasən – təmiz halda 2500 (iki min beş yüz) qramdan artıq çəkidə qurudulmamış marixuana külli miqdar təşkil edir. Bundan başqa, Siyahıların (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib-yetişdirərək kultivasiya etmiş, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Bununla da onun əməllərində Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri var. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməllərinin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələr üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının, yaşlı atasının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan 13 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3400 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 33 kq 728,6 qram təşkil edən narkotik vasitə qurudulmamış marixuana, 4 ton 572 kq 906,48 qram təşkil edən çətənə (kannabis) bitkiləri və 92999,6 qram təşkil edən çətənə (kannabis) bitki hissələri məhv edilməli, baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 33 kq 728,6 qram təşkil edən narkotik vasitə qurudulmamış marixuana, 4 ton 572 kq 906,48 qram təşkil edən çətənə (kannabis) bitkiləri və 92999,6 qram təşkil edən çətənə (kannabis) bitki hissələri məhv edilsin, baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-857/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-857/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver