Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-857/2024 22.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onın nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X6, müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1984-cü ildə Türkmənistan Respublikası Nebit Daq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2018 və 2021-ci il təvəllüdlü uşaqları olan, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Tovuz rayonu Hacallı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda zərər vurmaqla, təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun əri Şahid4 "xxxx" Neft Şirkətinə sürücü kimi işə düzəldəcəyinə yalandan vəd verib, aldadaraq 01 sentyabr 2021-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyasnın yaxınlığında yerləşən «Səməd Vurğun» adına parkın qarşısında 1000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Muxtar oğlunun etibarından sui-istifadə edərək sonuncunu "xxxx" Neft Şirkətinə məxsus gəmidə aşpaz kimi işə düzəltmək barədə yalan vəd verib aldadaraq 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 4000 manat məbləğində pulunu cinayətdən xəbəri və iştirakı olmayan tanışı Şahid4 vasitəsi ilə alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək sonuncunu "xxxx" Neft Şirkətinə məxsus gəmidə aşpaz kimi işə düzəltmək barədə yalan vəd verib aldadaraq 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 4000 manat, 08 sentyabr 2021-ci il tarixdə həmin ünvanda 1000 manat olmaqla ümumilikdə 5000 manat məbləğində pulunu cinayətdən xəbəri və iştirakı olmayan tanışı Şahid4 vasitəsi ilə alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun qızı Şahid2 orta məktəblərin birində müəllimə kimi işə düzəldəcəyinə yalandan vəd verib, aldadaraq 2022-ci ilin fevral aynın sonlarında Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində 10000 manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Abbas Talıbova ABŞ-dan «Chevrolet Malibu» markalı avtomobil gətizdirib mülkiyyətinə keçirəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin mart ayında Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 10000 manat məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edərək sonuncunun əri Şahid4la birgə Salyan rayonunda üzüm sahələri salmaqla iş quracağını yalandan vəd verib, aldadaraq 2022-ci ilin mart ayının 28də 15000 manat pulu Suraxanı rayonu Hövsan qəsəbəsində “Şüşəli bazar”ın yanında, 2022-ci ilin aprel ayının 5-də həmin yerdə eyni məqsədlə 10000 manat, 2022-ci ilin aprel ayının 10-da eyni yerdə 10000 manat, 2022-ci ilin aprel ayının 18-də eyni yerdə 11000 manat, xx.xx.2022-ci il tarixdə eyni yerdə 4000 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində “Şüşəli bazar”ın yaxınlığında 10000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 60000 manat külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək sonuncunun oğlu X10 ali məktəbə qəbul olması üçün imtahanda balını artıracağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 10 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Kainat» fotostudiyasının qarşısında 7.000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat , xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla ona məxsus 4169-7413-1277-1700 nömrəli Kapital bank ASC tərəfindən verilmiş plastik kartına ünvan 3 ünvanında yerləşən “Onur market”dəki «Milliön» onlayn ödəmə sistemi vasitəsi ilə göndərilən cəmi 1500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 8500 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birgə ünvan 4 ünvanında yaşayır. 2021-ci ilin yanvar ayından özünə məxsus «Opel Astra» markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1 17 avqust 2021-ci il tarixdən tanıuır. Belə ki, həmin günü saat 12 radələrində «*8555» taksi xidmətindən gələn sifariş əsasında Pərvanəni Yasamal rayonu ərazisində yerləşən Topçubaşov adına Elmi Tədqiqat və Cərrahiyyə İnistitunun qarşısında yaşlı anası ilə birgə avtomobillə götürərək yaşadığı Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsinə aparmışdır. Bundan sonra telefon vasitəsi ilə aralarında danışıqlar olmuş və onlar yaxından tanış olmuşlar. Təxminən bir ay sonra Pərvanənin əri Şahid4 tanımışdır. Söhbət əsnasında Pərvanəyə əri X9 ərazisində "xxxx"ın nəznində boru emalı zavodunda sürücü kimi işə düzəldə biləcəyini demiş,Pərvanə və Azər razı olduqda Nəsimi rayonu ərazisində «28 May» metrostansiyasının yaxınlığında yerləşən S.Vurğun parkında Pərvanənin özündən 1.000 manat pul almışdır. Bir müddət sonra Azərlə söhbət zamanı ona "xxxx"a işə qəbul olmaq istəyən hər hansı bir şəxs olarsa ona köməklik göstərə biləcəyini bildirmişdir. 2021-ci ilin sentyabr ayında Azər ona zəng edərək Türkel və Ceyhun adlı tanışlarının "xxxx"a işə qəbul olunmaq istədiklərini və buna görə də, onlara əlaqə nömrəsini verdiyini bildirmişdir. Türkelə "xxxx"a məxsus tanker gəmisinə aşpaz köməkçisi vəzifəsinə işə qəbul olunmasına köməklik göstərəcəyini bildirmiş və bu işin müqabilində ondan 4.000 manat pulunu almışdır. Bir neçə gün sonra Türkel yenidən zəng edərək Ceyhun adlı həmyerlisinin də həmin işə qəbul olunmaq istədiyini və işə qəbul olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Ceyhunu da işə qəbul olunmasına köməklik göstərəcəyini vəd edərək ondan 5.000 manat pulunu almışdır. Həmin pullardan Şahid4 heç nə verməmişdir. O, hər hansı bir vəzifədə işləməmiş, Azəri, Türkeli və Ceyhunu hansısa bir işə düzəltmək səlahiyyəti olmamışdır. Bu şəxslər pullarını geri tələb etdikdə Türkellə Ceyhunun pullarını tam qaytarmışdır. Pərvanədən qızı Nərmini orta məktəblərin birində işə düzəltməyə vəd verməmişdir. Sadəcə pula ehtiyacı olduğu üçün faizə Pərvanədən 10.000 manat pul almışdır. O, Pərvanənin oğlu Abbas üçün xaricdən maşın gətirməyi söz verməmişdir. Sadəcə onun özünün istifadəsində «Chevrolet Malibu » markalı maşını olduğu üçün həmin maşın Pərvanənin xoşuna gəldiyi üçün onu 10.000 manat müqabilində ona verməyi razılaşmışdır. Həmin puldan da 6-7.000 manat ödəmişdir. Türkellə Ceyhunun pulunu isə Pərvanə Hövsan qəsəbəsində yaşayan tanışı Gülnarə adlı qadından alıb gətirib ona vermiş, o da həmin pulun hesabına Türkellə Ceyhunun pullarını ödəmişdir. Pərvanə xanımın qızı Nərmini hansısa məktəbdə işə düzəltmək üçün ona pul verməsi barədə ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, 2022-ci ilin fevral ayında onun barəsində artıq polisdə araşdırma aparılmış, belə olan halda necə olur ki, Pərvanə ona Nərminə görə 10.000 manat pul verir. Həmçinin Zərərçəkmiş şəxs1 faizə pul aldığı Zərərçəkmiş şəxs2 oğlunu ali məktəbə qəbul etdirilməsinə görə 8500 manat pul hissəhissə almış və həmin pulu qaytarmışdır. Qeyd etmək istəyir ki, Türkel və Ceyhundan Şahid4 vasitəsilə aldığı 9000 manat pulu qaytarmaq üçün həmin pulun 8000 manatını faizlə Zərərçəkmiş şəxs1 almışdır. İbtidai istintaqın ona verdiyi ittihama əsasən o Şahid4la Salyan rayonunda iş qurmaqla üzüm bağları salmaq üçün 60000 manat pul almışdır. Bu rəqəmlə razı deyildi, həmin məbləğin 34900 manatını istintaqa qədər, 15000 manatını isə istintaq zamanı ödəmişdir. Bu da cəmi 49900 manat təşkil edir, ödəniləcək məbləği isə 27100 manat təşkil edir. Həmçinin Zərərçəkmiş şəxs1 kreditə götürdüyü televizor, paltar yuyan maşın, mobil telefon, ev telefonun pullarını o ödəmiş, Pərvanənin qızı Nərminənin kurs pulunu, Pərvanənin kurs pulu və anasının müalicə xərclərinə köməklik etmişdir, Pərvanəgilin evinin təmirinə kömək etmişdir. Onun Zərərçəkmiş şəxs1 yalnız 27100 manat borcu qalıbdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 2021-ci ilin avqust ayının sonlarıda anasını xəstəliyi ilə bağlı Topçubaşov adma xəstəxanaya aparmışdır, oradan çıxarkən sifariş əsasında Xəyalın taksi kimi idarə etdiyi «Opel» markalı avtomobilinə əyləşərək yaşadığı Hövsan qəsəbəsinə getmişlər. X28 söhbət əsnasında demişdir ki, o əslində taksi sürücüsü deyil, "xxxx" Neft Şirkətinin Sanqaçal Terminalında zavodun direktoru işləyir. O, ali təhsilli pedaqoq olsa da Xəyal Abdıyevin direktor olduğu halda taksi sürücüsü işləməsinin uyğunsuz olmasını anlaya bilməmiş, Xəyal Abdıyevə inanmış və Xəyala 1-ci qrup ağır şəkər xəstəsi olan əri Azərin işləmədiyini dedikdə Xəyal ona Azəri "xxxx" Neft Şirkətində sürücü kimi işə düzəldə biləcəyini bildirmiş və mobil nömrəsini ona vermişdir. X2 demiş, Azər də Xəyala zəng edib danışdıqda Xəyal həmin işi həll etmək üçün Azərin şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin kserosurətini, yaşayış yerindən arayış, sağlamlıq haqqında arayış və 4.000 manat pul istəmişdir. Buna görə əri Azər Hövsan qəsəbəsində yerləşən 104 saylı MİS-dən arayış, 23 saylı poliklinikadan sağlamlıq haqqında arayış almış və digər sənədlərin kserosurətini çıxarıb, hazır etdikdən sonra Xəyala zəng edərək istədiyi məbləğin əvvəlcədən 1.000 manatını verə biləcəyini demişdir. Xəyal da razılaşmış və bir gün sonra «28 may» metrostansiyasının qarşısında Azərin şəkəri yüksək olduğu üçün evdən çıxa bilmədiyi üçün özü sənədləri və 1.000 manat pulu ona vermişdir. Xəyal pulu və sənədləri aldıqdan sonra Azərin işini həmin ilin sentyabr ayının sonuna kimi həll edəcəyini söz vermişdir. Xəyal onun Azərbaycan Pedoqoji Univerisitetində sonuncu kursunda təhsil alan qızı Şahid2 Bakı şəhərinin mərkəzində yerləşən 132 saylı və yaxud digər orta məktəblərin birində tədris işləri üzrə direktor müavini kimi işə düzəldəcəyini söz vermişdir. X25 Kamisiyasmın sədri Məleykə Abbaszadənin onun anasının xalası qızı olduğunu bildirərək bu məsələni asanlıqla həll edəcəyini demişdir. Lakin o, özü pedaqoq olduğu üçün Xəyalın bu təklifini real saymamış, qızını sadə müəllim kimi işə düzəltməsini xahiş etmişdir. Bu işin görülməsi üçün Xəyal ondan 14.000 manat pul istəmişdir. O isə həmin məbləği verməyə imkanı olmadığını, ona yalnız 10.000 manat pul verə biləcəyini bildirmişdir. 2022-ci ilin fevral ayının sonlarında Hövsan qəsəbəsində «Şüşəli» bazarın qarşısında Xəyal ilə görüşüb, 10.000 manat pulu ona vermişdir. Xəyal pulu ondan aldıqdan sonra bir daha söz vermişdir ki, qızı təhsilini başa vurduqdan sonra işi həll edəcəkdir. Bundan başqa 2022-ci ilin mart ayında Xəyal ondan oğlu X12 10.000 manat müqabilində ABŞ-dan «Chevrolet Malibu» markalı avtomobil gətizdirəcəyi adı ilə yaşadığı Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən «Araz Market»in qarşısında 10.000 manat pul almış, lakin həmin vədinə də əməl etməmişdir. Belə ki, hər dəfə ona müxtəlif bəhanələr gətirərək, güya avtomobil Bakı şəhərində Gömrük İdarəsində olduğunu, sənədləşmə işi başa çatdıqdan sonra avtomobili onlara təhvil verəcəyini desə də avtomobili onlara verməmişdir. Hətta avtomobilin gömrükdə qalmasına görə hər gün özündən 100 ABŞ dolları cərimə ödədiyini demişdir. Bundan başqa Xəyal Salyan rayonunda özünə üzümçülük təsərüfatı yaratdığını və həmin təsərüfatda əri Azərə anbardar işi verəcəyini bildirərək bunun üçün ondan 64.000 manat pul istəmişdir. 2022-ci ili aprel ayımın əvvəllərindən may ayının əvvəllərinə kimi olan müddət ərzində yaşadığı Hövsan qəsəbəsində o, Xəyala 64.000 manat pul vermişdir. Xəyala verdiyi 64.000 manatın 4.046 manata Xəyal onun adına «Kantakt Home» mağazasında 29 mart 2022-ci il tarixdə kredit yolu ilə soyuducular götürmüşdür. Həmin soyducuları isə Salyan rayonunda yaratdığı üzümçülük təssərüfatında istifadə edəcəyini bildirmişdir. Xəyal onu aldadıb, verdiyi vədlərə əməl etməmişdir. Təqsirləndirilən şəxs bildirdiyi epizodlar üzrə ondan cəmi 85.000 manat pul almış, həmin puldan o, ondan şikayət etdikdən sonra 5.800 manat nağd pulu və «Kantakt Home» mağazasından götürdüyü soyducuları qaytarmışdır. Onun Xəyalla olan səs yazılarını istintaq orqanına təqdim etmiş, həmin səs yazıları da Xəyalın onu aldatmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadı Pərvanənin vasitəsilə tanımışdır. Belə ki, arvadı ona bildirmişdir ki, anası ilə xəstəxanadan bir taksi ilə gəlmiş, taksi sürücüsü olan Xəyal adlı şəxs ona Socar neft şirkətinin zavodların birinin direktoru olduğunu, geniş imkanlara malik olduğunu bildirmişdir. Həmin vaxt o, işsiz olduğu üçün arvadı ilə belə qərara gəlmişlər ki, Xəyal adlı şəxsdən onun neft şirkətinə sürücü düzəltəmyi xahiş etsinlər. İkisi birlikdə Xəyalla bu barədə söhbət etdikdə sonuncu bui şin düzəlməsi üçün onlardan 4.000 manat pul istəmişdir. Onlar isə Xəyala 1.000 manat vermək imkanında olduqlarını demişlər. Bundan sonra belə razılaşmışlar ki, Xəyala 1.000 manat nağd pul versinlər. Xəyal onu şirkətə sürücü düzəltdikdən sonra qalan 3.000 manatı hissə-hissə maaşından ödəsin. Bu minvalla Xəyala 1.000 manat pul versələr də sonuncu onu işə düzəltməmişdir. Sonrakı müddətlərdə Xəyal onun və ailəsinin etibarını qazandığı üçün qızı Nərmini xalası qızı olan Məleykə Abbaszadə vasitəsilə istənilən məktəbə pedaqoq işinə düzəldə biləcəyini demişdir. Onlar da Xəyalın bu təklifi ilə razılaşmışlar. X20 ilə söhbət etdikdən sonra onlara bildirmişdir ki, bui şin həlli üçün 10.000 manat pul lazımdır. X26 işə düzəlməsi üçün məktəblərin siyahısını da təqdim etmişdir. Həmin pulu arvadının rəfiqəsi Gülnarə İsmayılovadan borc alaraq Xəyala vermişlər. Bundan savayı, oğlu Abbas özünə maşın almaq istədiyi üçün Xəyal ona «Malibu» markalı maşını 10.000 manata gətirməyə söz vermiş və onlar həmin məbləği ona vermişlər. Bu hadisələrin hamısı xatırladığı qədər 2021-2022-ci illərdə baş vermişdir. Hətta o, özünün yaxın tanışları olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 da Socarın gəmilərinə aşpaz kimi işə düzəltməyi xahiş etmiş, sonuncu da onun vasitəsilə Türkelən 4.000 manat, Ceyhundan isə 5.000 manat pulu 2021-ci ilin sentyabrında almışdır. Türkellə Ceyhunun işi düzəlmədikdə Xəyal onların pullarını qaytarmışdır. Bundan savayı, Xəyal onu aldadaraq guya Salyan rayonunda salacağı üzüm bağlarına onu müdir təyin edəcəyini vəd verərək 2022-ci ilin aprel ayının əvvəllərindən may aynın əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 64000 manat pulunu hissə-hissə almışdır. Həmin pulları da arvadı borc olaraq rəfiqəsi Gülnarə İsmayılovadan almışdır. Təbii ki, Xəyalın bu vədi də yalan olmuşdur. Xəyal Abdıyevdən özünə və ailəsinə vurduğu maddi ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Xəyal Abdıyevi tanıyır. Sonuncu onların ailə işlərinə anası və atasının etibarını qazanaraq yaxından müdaxilə etmişdir. Özünə aid epizodla bağlı bildirir ki, o, 2022-ci ildə Azərbaycan Dövlət Pedoqlji Univerisitetinin İbtidai təhsil fakültəsinin 4-cü kursunu bitirmiş, valideynləri ona məktəbdə müəllim işləmək üçün iş axtarırdılar. Xəyal Abdıyev anasına demişdir ki, guya Məleykə Abbaszadə onun xalası qızıdır və o, heç bir problemi olmadan onu hətta istədiyi məktəbə direktor vəzifəsinə işə düzəldə bilər. Lakin o, bildirmişdir ki, direktor olmaq istəmir, sadə müəllim olmaq istəyir. Bundan sonra Xəyal onu işə düzəldə biləcəyi məktəblərin siyahısını onlara təqdim etmiş və bu işin düzəlməsi üçün valideynlərindən 10.000 manat pul istəmişdir. Valideynləri həmin pulu Xəyala versələr də sonuncu onu işə düzəltməmiş, verilən pulu da qaytarmamışdır. O, Xəyala zəng edib işi ilə maraqlandıqda Xəyal onu pis-pis söyüşlərlə söyürdü. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, digər Zərərçəkmiş şəxs3 təxminən 15 il olar ki, tanıyır. Belə ki, Türkel ilə eyni kənddən olmaqla qonşuluqda yaşamışdır. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində də bir-biriləri ilə yaxın ünvanlarda yaşayırlar. Şahid4 isə Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımış, Şahid4la əvvəllər aralarında heç bir tanışlığı olmamışdır. 2021-ci ilin sentyabr aynın əvvəllərində Türkel ilə yaşadıqları məhəllədə söhbət edərəkən Türkel ona Hövsan qəsəbəsində əvvələr qonşu yaşadığı Azər adlı şəxsin onu 4.000 manat müqabilində "xxxx" neft şirkətinin Xəzər dənizində olan gəmilərin birində aşpaz köməkçisi kimi işə düzəltməyə təklif etdiyini və başqa şəxs olduğu halda müraciət edə biləcəyini demişdir. Türkelə həmin şəxslə görüşərək işə düzəlmək üçün danışmaq istədiyini demişdir. Bu məqsədlə Türkel öz mobil telefonu ilə Şahid4la onun yanında zəng edərək özündən başqa onunda təklif etdiyi işə düzəlmək istədiyini Azərə demişdir. Azər hər ikisi gələndə 4.000 manat pulu və şəxsiyyət vəsiqələrini gətirmələrini bildirmişdir. Bundan sonra təxminən 2021-ci ilin sentyabr aynın 5- 6 tarixlərində Türkel ilə yenidən görüşərək onun yanında Azərlə telefon əlaqəsi saxladıqda nahardan sonra Suraxanı qəsəbəsi, Hövsan qəsəbəsində yerləşən «Ballı» marketin qarşısında görüşməyi təklif etmişdir. Həmin günü saat 16 radələrində Türkel ilə birgə həmin ünvana gedərək orada Şahid4la görüşmüşdürlər. Azərlə söhbət zamanı "xxxx"a məxsus gəmiyə aşpaz köməkçisi kimi işə düzəlməyin müqabilində ondan 4.000 manat pul və şəxsiyyət vəsiqəsinii alacağını demişdir. Alacaqları əmək haqqı barədə maraqlındıqda isə hər aym 15 gününü işdə olmaqla aylıq məvaciblərinin 2000 manat olacağını bildirmişdir. Azərə inanaraq razılaşmış və 4.000 manat pulu, şəxsiyyət vəsiqəsinin əslini Azərə vermişdir. Eyni zamanda Türkel də onun yanında 4.000 manat pulu və şəxsiyyət vəsiqəsini Azərə vermişdir. Bundan sonra Azər onların yanında mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng edərək ona iki nəfərdən, yəni onlardan ümumilikdə 8.000 manat pul və şəxsiyyət vəsiqələrini aldığını deyərək, başqa nə kimi sənədlər almalı olduğunu soruşmuşdur. Xəyal isə ona hansı sənədləri tələb edəcəyini izah etdikdən sonra, telefonu bağlayıb, onlara əmək kitabçasını, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil, hərbi bilet və tərcüməyi halı iki gün ərzində ona çatdırmalarım demişdir. Bundan sonra ondan ayrılaraq hər kəs öz evinə getmiş, iki gün ərzində həmin sənədləri hazırlayaraq əvvəlcə Türkel ilə görüşüb, Azərə zəng edərək saat 15 radələrində Hövsan qəsəbəsində yerləşən «Balh» marketin qarşısında görüşüb, orada sənədləri Azərə vermişdirlər. Azər də 1 ay müddətinə işlərinin düzələcəyini söz vermişdir. Hətta ona əlavə bir nəfər işçiyə də yer olduğunu və tanışları olduğu halda onun da işini düzəldə biləcəyini demişdir. O da qaynı İntiqam Zamanlım da aşpaz köməkçisi kimi işə düzələ biləcəyini soruşduqda, mümkün olduğunu demiş və yanlarında Xəyal ilə danışaraq razılığını almışdır. Lakin onların verdikləri məbləği tam olaraq birdən verə bilməyəcəyini Azərə dedikdə Xəyalın istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini vermiş və özünün əlaqə saxlamasını demişdir. O da Xəyal ilə telefon əlaqəsi saxlamış və ona pulun 1000 manatını özünün ödəyəcəyini, qalan 3.000 manatı isə qaynı İntiqamın əmri verildikdən sonra özü ödəyəcəyini dedikdə Xəyal onun təklifi ilə razılaşmış və görüşərkən sənədlərini də gətirməsini demişdir. 2021-ci ilin sentyabr aynm 8 və ya 9-da Xəyal ilə telefon əlaqəsi saxladıqdan sonra Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yerləşən «Araz» marketin qarşısında ikisi görüşərkən qayını İntiqamın işə düzəlməyi üçün 1000 manat pulu və İntiqamın sənədlərin Xəyala vermişdir. Xəyal pulu və sənədləri aldıqdan sonra 1 ay müddətinə hər üçünün əmri bir olacağını, əmr olduqdan sonra isə qalan 3.000 manatı da ona verəcəyini demişdir. Xəyala inanaraq razılaşmışdır. Bir ay gözləmişdirlər, lakin iş həll olunmadığını görüb əvvəl Azərə, sonra Xəyala zəng edib işin uzanma səbəbini soruşduqda, Xəyal əmrin uzandığını və 20 gündə gözləyəcəmək lazım olduğunu bildirmişdir. Bundan sonra 1 ayda gözləsələr də işin həll edilmədiyini görüb Xəyaldan pullarını tələb etməyə başlamışdırlar. Xəyal isə hər dəfə onlara müxtəlif bəhanə gətirərək guya gəmi dənizdən qayıdıqdan sonra əmrlərin olacağını, gah rəhbərliyin yerində olmadığını deyirdi. Azər isə bu işlərə Xəyalın cavabdeh olduğunu deyirdi. Buna baxmayaraq Xəyaldan pulunu israrla istədikdə 3 dəfəyə ona məxsus olan «Kapital Bank»m kart hesabına 1550 manat pul köçürmüşdür. Qalan pulu isə verməyəcəyini görüb, 2022-ci ilin yanvar ayında Baş prokurorluğun 161 qaynar xəttinə zəng edərək bu barədə şikayət etmişdir. Prokurorluqda araşdırma aparılarkən 3450 manat pulun 400 manatını kart vasitəsi ilə, 3050 manat isə Xəyal ona Şahid4 vasitəsi ilə nağd olaraq ödəmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Muxtar oğlunun ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs4 təxminən 15 il olar ki, tanıyır. Belə ki, Ceyhunla eyni kənddən olmaqla qonşuluqda yaşamış, hazırda da Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində birbiriləri ilə yaxın ünvanlarda yaşayırlar. Şahid4 3 il olar ki, tanıyır, Azər də Hövsan qəbəsində onunla qonşuluqda yaşayıb. Təqsirləndirilən şəxs isə Şahid4 vasitəsi ilə tanımışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində Azərlə Hövsan qəsəbəsində «Abidə» adlanan ərazidə təsadüfən rastlaşdıqda Azər onun işsiz olduğunu bilib tanışı vasitəsi ilə 4.000 manat müqabilində "xxxx" neft şirkətinin Xəzər dənizində olan gəmilərin birində aşpaz köməkçisi kimi işə düzəltməyə təklif etmişdir. Azər hətta ona başqa tanışları olduğu halda onu da eyni işə qəbul etdirə biləcəyini demişdir. Bu barədə, dostu Ceyhuna dedikdə o, da həmin iş təklifinə müsbət razılıq vermişdir. Bu məqsədlə o, öz mobil telefonu ilə Şahid4 zəng edərək özündən başqa Ceyhunu da nəzərdə tutmaqla bir nəfərin də olduğunu demişdir. Azər isə hər ikisi gələrkən 4.000 manat pul və şəxsiyyət vəsiqələrini gətirmələrini bildirmişdir. 2021-ci ilin sentyabr ayının 5 və ya 6-da Ceyhunun yanında Azərlə telefon vasitəsi ilə əlaqəsi saxladıqda ona dediyi məbləğin hazır olduğunu bildirdikdə, Azər ona günün ikinci yarısında Suraxanı qəsəbəsi,Hövsan qəsəbəsində yerləşən «Ballı» marketin qarşısında görüşməyi təklif etmişdir. Həmin günü saat 16 radəiərində Ceyhunla birgə həmin ünvana gedərək orada Şahid4la görüşmüşdürlər. Azərlə söhbət zamanı "xxxx"a məxsus gəmiyə aşpaz köməkçisi kimi işə düzəlməyin müqabilində hər ikisindən 4.000 manat pul alacağını demişdir. Alacağı əmək haqqı barədə maraqlandıqda Azər hər ayın 15 gününü işdə olmaqla aylıq məvaciblərinin 2000 manat olacağını bildirmişdir. Azərə inanıb razılaşaraq, hər ikisi ayrı-ayrılıqda 4.000 manat pulu, şəxsiyyət vəsiqələrinin əslini Azərə vermişdirlər. Bundan sonra Azər onların yanında mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng edərək onlardan ümumilikdə 8.000 manat pul və şəxsiyyət vəsiqələrini aldığını deyərək, başqa nə kimi sənədlər almalı olduğunu soruşmuşdur. Xəyal isə ona hansı sənədlərin lazım olduğunu öyrəndikdən sonra, onlara əmək kitabçasını, sağlamlıq haqqında arayışı, 4 ədəd 3x4 ölçüdə fotoşəkili, hərbi bilet və tərcümeyi halı iki gün ərzində toplayıb, ona çatdırmağı demişdir. İki gün ərzində həmin sənədləri hazırlayaraq əvvəlcə Azərə zəng edərək saat 15 radəiərində Hövsan qəsəbəsində yerləşən «Balh» marketin qarşısında özü görüşmüşdür. Orada sənədləri Azərə vermiş, Azər də 1 ay müddətində işin düzələcəyini söz vermişdir. Hətta ona əlavə bir nəfər işçiyə də yer olduğunu və tanışları olduğu halda onun da işini düzəldə biləcəyini demişdir. Hətta sonradan Ceyhun qayını İntiqamında aşpaz köməkçisi kimi işə düzələ bilməsi üçün Xəyal ilə danışdığını və ona əlavə olaraq 1000 manat pulu Suraxanı rayonu Hövsan qəsəbəsində «Araz» marketin qarşısında verdiyini bilmişdir. Bu barədə Ceyhun özü ona demişdir. Bundan sonra bir ay müddət keçənə qədər gözləmişdirlər, lakin işin həll olunmadığını görüb əvvəl Azərə zəng edərək onunla görüşdükdə, Azər onlara bu işləri Xəyal həll etdiyini söyləmişdir. Ona görə də Xəyala zəng edərək işin uzanma səbəbini soruşduqda Xəyal əmrin uzandığını və əlavə 20 gündə gözləmələrini bildirmişdir. Əlavə 1 ay da gözləsələr də işin həll olunmadığını görüb hər ikisindən pullarını tələb etməyə başlamışdırlar. Hər dəfə Xəyal müxtəlif bəhanələr gətirərək guya gəmi dənizdən qayıdıqdan sonra əmrlərin olacağını, gah da rəhbərliyin yerində olmadığını deyirdi. Azər isə bu işlərə Xəyalın cavabdeh olduğunu deyirdi. 2022-ci ilin yanvar ayında Baş prokurorluğun 161 qaynar xəttinə zəng edərək bu barədə şikayət etmişdirlər. Şikayət etməmişdən əvvəl Azər və Xəyal onun pulunun 550 manatını qardaşı Aydının bacanağı Şəmsəddinin kart hesabına göndərmiş, prokurorluqda araşdırma aparılarkən isə qalan 3450 manat pulun 1000 manatını Azər, qalan 2450 manatı isə Xəyal özü ona qaytarmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, oğlu X15 2022-ci il iyun ayında ali məktəbə 2-ci qrup üzrə qəbul imtahanı vermiş, lakin az bal topladığından qəbul olunmamışdır. Bu barədə söhbət zamanı bacısı Nəzakətin qudası Ruhiyyə demişdir ki, bəzi adamlar imtahan ballarını artırıb qəbula düşə bilirlər. Ondan belə bir şəxs tanıyıbtanımadığını soruşduqda o bildirmişdir ki, maraqlanıb ona məlumat verəcəkdir. Bundan 2 gün sonra Ruhiyyə ona zəng edib belə bir adam tapdığını deyib, telefon nömrəsini ona göndərəcəyini bildirmişdir.Həmin günü onun telefonuna ***-***-**-** «Vhatsap» nömrəsi ilə ***-***-**-** nömrəsi, adının Xəyal olduğu barədə məlumat gəlmişdir. Sonradan bilmişdir k, həmin nömrəni ona Ruhiyyənin qaynı arvadı Nuranə göndərmişdir. Sonra o həmin nömrəyə zəng vurub Xəyal adlı şəxslə danışmışdır. Xəyal bildirmişdir ki,imtahan komissiyasında işləyir, komissiyanın sədri Məleykə Abbaszadənin qohumudur, imtahan balını artırmaq imkanı var. Bunun müqabilində ondan 10 000 manat pul istəmişdir. O 1000 manat keçməsini xahiş etsə də? Xəyal razılaşmamış və 9500 manata razılaşmışdır. 10 avqust 2022-ci il tarixdə bacısı Nəzakətlə birlikdə Maştağa qəsəbəsi «Kainat» fotostudiyasımn yanında Xəyal adlı şəxslə görüşüb ona 7000 manat pul, Muradın attestatını, şəxsiyyət vəsiqəsini və yaşayış yeri barədə arayışı vermişdir. Həmin vaxtı Xəyal öz şəxsiyyət vəsiqəsinin kserosurəti olan kağıza qəbz yazmışdır ki, ondan 7000 manapt pul almış və 2022-ci il sentyabrın 5-dək tələbə biletini verəcək, o da öz növbəsində Xəyala 3000 manatı ödəyəcəkdir. Lakin sentyabr aymadək gözləmədən Xəyal ona adma olan **********771700 kart nömrəsini göndərib, əlavə pul göndərməsini tələb etmişdir.O, da həmin nömrəli kart hesabına yaşadığı evin yaxınlığında olan «Onur» marketdəki «Million» ödəmə terminalından 3 dəfəyə, 500 manat olmaqla cəmi 1500 manat pul göndərmişdir. Bundan sonra isə dəfələrlə onunla danışsa da, Xəyal müxtəlif bəhanələr gətirərək işin yaxın günlərdə həll ediləcəyini bildirmişdir. Ali məktəbə daxil olanların siyahısı çıxdıqda isə Muradın adı olmadığını görüb, Xəyal tərəfindən aldandığını başa düşüb ondan pulunu tələb etdikdə, o pulunu qaytarmamışdır. Beləliklə Xəyal onu aldadaraq 8500 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Gülnara Cavadova onun bacısıdır. Gülnarənin oğlu X15 2022-ci ildə ali məktəbə 2-ci qrup üzrə qəbul imtahanı vermiş, lakin az bal topladığından qəbul olunmamışdır. Qudası Ruhiyyə demişdir ki, bəzi adamlar imtahan ballarını artırıb qəbula düşə bilirlər. Gülnarə ondan belə bir şəxs tanıyıb- tanımamasmı soruşduqda, Ruhiyyə maraqlanıb məlumat verəcəyini demişdir. Bundan 2 gün sonra Ruhiyyə Gülnarəyə zəng edib, belə bir adam tapdığını və telefon nömrəsini göndərəcəyini bildirmişdir. Həmin günü Gülnarənin telefonuna ***-***-**-** «Vhatsap» nömrəsi ilə ***-***- **-** nömrəsi adının Xəyal olduğu barədə məlumat gəlmişdir. Sonradan bilmişdirlər ki, həmin nömrəni Ruhiyyənin qaynı arvadı Nuranə göndərmişdir. Sonra Gülnarə həmin nömrəyə zəng vurub Xəyal adlı səxslə danışmış, o, bildirmişdir ki, imtahan komissiyasında işləyir, komissiyanın sədri Məleykə Abbaszadənin qohumudur, imtahan balını artırmaq imkanı var. Bunun müqabilində Gülnarədən 10000 manat pul istəmişdir. 10 avqust 2022-ci il tarixdə Gülnarə ilə birlikdə Maştağa qəsbəsi «Kainat» fotostudiyasınm yanında Xəyal adlı şəxslə görüşmüş və Gülnarə onun yanında Xəyala 7000 manat pul, oğlunun attestatını, şəxsiyyət vəsiqəsini və yaşayış yeri barədə arayış vermişdir. Həmin vaxtı Xəyal öz şəxsiyyət vəsiqəsinin kserosurəti olan kağıza qəbz yazmışdır ki, Gülnarədən 7000 manat pul almış və sentyabrın 5-dək Muradın tələbə biletini verəcək və daha 3000 manat alacaqdır. Lakin sentyabr ayını gözləmədən Xəyal Gülnarəyə adma olan 41697413 *** **** kart nömrəsini göndərib, əlavə pul göndərməsini tələb etmişdir. Gülnarə də həmin nömrəli kart hesabına Maştağa qəsəbəsində olan «Onur» marketdəki «Million» ödəmə terminalından 3 dəfəyə, 500 manat olmaqla cəmi 1500 manat pul göndərmişdir.Bundan sonra isə dəfələrlə Xəyal ilə danışdıqda,Xəyal müxtəlif bəhanələr gətirərək işin yaxın günlərdə düzələcəyini söz vermişdir.Ali məktəbə daxil olanların siyahısı çıxdıqda isə Muradın adı olmadığını gördükdə aldandıqlarını başa düşüb, Gülnarə hüquq mühafizə orqanına şikayət etmişdir. Beləliklə Təqsirləndirilən şəxs bacısı Gülnarəni aldadaraq 8500 manat pulunu dələduzluq yolu ilə alıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2021-ci il tarixdə DİN-nin BMCMİ-nə ünvanlanmış ərizədən müəyyən olunur ki, o 2021-ci ilin avqust ayında təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid4 "xxxx" şirkətinə sürücü düzəltmək adı ilə ondan 1000 manat pul almış, yoldaşını işə düzəltməmiş, nə də ki pulu geri qaytarmamışdır. Bundan savayı Xəyal sonradan tanışlarını işə düzəldəcəyi adı ilə 2022-ci ilin aprel ayınadək ondan 85.000 manata qədər pul almışdır. Bu şəxsin barəsində tədbir görülməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Şahid4 öz şəxsi işlərimi həl etmək üçün fevral ayı 2022-ci ilədək aprel ayı 2022-ci il ərzində hissə-hissə olmaqla sentyabrn 1-nə qədər 2022-ci il tarixində tam məbləği qaytarmaq şərtilə ümumilikdə cəmi 77.000 manat borca pul almışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu RPİnin 14-cü PB-nə verdiyi ərizəsindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs Maştağa qəsəbəsi Məmmədyarov dairəsində oğlu X10 ali məktəbə daxil olmaq üçün topladığı balları artırmaq məqsədilə 7000 manat pul vermiş, sonradan 3 dəfəyə, hər dəfə 500 manat olmaqla əlavə 1500 manat pulu Təqsirləndirilən şəxs adına olan 4169 7413 1277 1700 nömrəli kart hesabına göndərmiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş, onu aldadaraq dələduzluq edərək 8500 manat pulunu mənimsəmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi bağ massivində yerləşən “Onur” marketdir. Baxış zamanı müəyyən olundu ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 3 dəfəyə 1500 manat pulu Milliön aparatı vasitəsilə burada Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o Zərərçəkmiş şəxs2 sonuncunun oğlu Muradın ali təhsil ocağına qəbul etdirmək adı ilə xx.xx.2022-ci ildə 7000 manat (yeddi min) almışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Bakı şəhəri Suraxanı RPİnə verdiyi 30 iyul 2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, X16 əri Şahid4 "xxxx" Neft Şirkətinə işə düzeltmək adı ilə xx.xx.2021-ci ildə 1000 manat, bundan başqa bu ilin fevral ayında qızı Nərmin Talibovanə orta məktəbə dərs hissə müdiri adə ilə 10.000 manat, 2022-ci ilin mart ayında oğlu Abbas Talıbova ABŞ-dan «Chevrolet Malibu» markalı avtomobil gətirmək adı ilə 10.000 manat, həmçinin Salyan rayonunda əri Azəri də işlə təmin edəciyini vəd edərək orada təsərrüfat yaratmaq adi ilə 64.000 manatı hissə-hissə olmaqla ümumilikdə 85.000 manat nağd pulunu alaraq ona qarşı dələduzluq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar Xətt” əlaqə mərkəzinə xx.xx.2022-ci il tarixdə vermiş ərizəsindən müəyyən olunur ki, Şahid4 və X17 2021-ci ilin sentyabr ayında onu və dostu Zərərçəkmiş şəxs3 aldatma yolu ilə Azərbaycan Dövlət Neft Şirkətinə gəmidə aşpaz köməkçisi vəzifəsinə təyin etdirmək adı ilə ikisindən birlikdə 9000 manat pul vəsaitini ələ keçirmişlər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin növbətçisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarix aralığında özlərini Socarın işçiləri kimi təqdim edən Şahid4 və X17 ondan və dostu Zərərçəkmiş şəxs3 Muxtar oğlundan aldıqları 9000 manat pulun 3000 manatını qaytarmışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, dostu Türkelə və ona dəymiş ümumilikdə 9000 manat ziyan tam ödənilmişdir. xx.xx.2022-ci il tarixdə DİN-nin 102 Xidmətinə etdiyi müraciətin əsassız sayılmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs barəsində axtarış elan etmə və ittiham elan etmək üçün tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və bu səbəbdən barəsində icraat dayandırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “axtarışda olan şəxsin könüllü gəlməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nə könüllü gələrək təslim olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli və “Təqsirləndirilən şəxs barəsində axtarış elan etmə və yenidən ittiham elan etmək üçün tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqdan yayınması səbəbindən barəsində icraat dayandırılmış və barəsində axtarış elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində xx.xx.2022-ci il saat 16:30 radələrində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİnin MSY-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırlmış Bakı şəhəri Suraxanı rayonu məhkəməsinin 4(010)-616/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması vaxtının sonuna qədər, xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə zalında həbsdən dərhal azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs çağırış vərəqəsi göndərilmiş, olduğu yeri müəyyən edib istintaqa gəlməsinin təmin edilməsindən ötrü Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nə məktub göndərilmiş, lakin Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində tutulma tətbiq edilməklə axtarış elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan və “axtarışda olanın tutulması barədə” həmin tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 19:00 radələrində yaşadığı evin yaxınlığında tutularaq Bakı şəhəri Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və həbsə bərabər tutulan ev dustaqlığında 04 (dörd) ay olmuş, bundan savayı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 03 (üç) ay 12 (on iki) gün həbsdə olmuşdur.Ümumilikdə isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07(yeddi) ay 12 (on iki) gün müddətində həbs və ev dustaqlığında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “zərərçəkən şəxslə təqsirləndirilən şəxsin üzləşdirməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 ilə üzləşdirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ümumilikdə 85.000 manat pul deyil, 77.000 manat pul almışdır. Zərərçəkmiş şəxs1 qızı Nərminəni müəllimə kimi işə düzəltmək üçün 10.000 manat almış, Zərərçəkmiş şəxs1 oğlu Abbas üçün isə “Chevrolet Malibu” markalı avtomobili hədiyyə etmək niyyətində olmuş, ondan 10.000 manat pul almamışdır. Məhkəmədə elan edilib araşdırılmış tibbi arayışlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixiatrik xəstəxanalara və narkoloji dispanserə müalicə üçün müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Tovuz rayonu, Hacallı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxsın adına nəqiliyyat vasitəsi qeydiyyatdan keçmir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına heç bir daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi X7 tərəfindən təqdim edilən 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin disk açıldıqda orada 3 ədəd M4A formatlı audio faylların olması müşahidə edilir. 1-ci fayl açıldıqda- 20 dəqiqə 48 saniyə davam edən həmin audio yazıda bir nəfər qadınla kişi səsinin bir biri ilə danışarkən qadın 7,5 yırtığı olması, onun xəstəliyini nəzərə almayan pul yiyəsi Məhəbbətin onu daim narahat etməsini bildirir, kişi isə niyə gözləməməsini, faizi nədisə ödəyəcəyini bildirir, alacağı olduğunu, insanlıq etməsini istəyir. Gülnarənin 51500 manat faizə pul verdiyini, lakin, onları incitmədiyini, gözlədiyini, 3000 manat verdiyi halda Məhəbbətin 600 manat 3 ay faiz aldığı halda onları bezdirdiyindən şikayətlənir. 1350 manat verən Şəfiqənin də faizini aldığı halda onları bezdirdiyini deyir. Qadın da Azərə də ödədiklərini dediyini, canını qurtarmaq istədiyini deyir. 12 günə əl borclarını qurtaracağını kişi qadına bildirir, bankdan kreditini ala bilmədiyini deyir. Qabağına onu tutdurmaq üçün məqsəd qoymasını, ondan işə düzəltmək üçün pul almağını niyə yazdığını soruşur. Qadın isə görüşəndə aydınlaşdıracaqlarını deyir. Kişi qadına bildirir ki, “hər bir halda sən onlardan pul almısan, gətirib mənə sələmə vermisən, səni narahat edirlər, sən də məni narahat edirsən.” Borcuna görə telefon kreditini, televizor kreditini ödəyəcəkdir. Düzünü desin, nə məqsədlə ondan pul alıbsa Canəli müəllimə düzünü desin. Kontaktdan nə istəsə onun adına 12000 manata kimi limiti var. Qadın da onunla razılaşır, mebellərə 5000 manat pul lazım olduğunu deyir. Xəyal da 1-ci gün gedib izahatını dəyişməyini tapşırır. 2-ci fayl açıldıqda 2 dəqiqə 56 saniyə davam edən həmin audio yazıda kişi Pərvanə adı ilə müraciət etdiyi qadına ona ağlaya-ağlaya səs atmağına görə irad bildirir, Məhəbbət ayın 17-nə 600 manat pul almalıdı, onlara desin ki, 2-3 günə həll edəcək. Faizə pul verib ödəyə bilmədiyini, iki aya birdən ödəyəcəyini deyir, gözləmirsə getsin şikayət etməsini deyir. Qadın da hər həftə gələn həftəyə dediyini deyib mübahisə edir. 3-cü fayl açıldıqda 3 dəqiqə 01 saniyə davam edən həmin audio yazıda kişi Pərvanə deyə mübahisə edən qadına onun anasını, arvadını söyməsini irad bildirir, qadın da onun varyoxunu söyməsinə görə cavab qaytardığını deyir. Kişi də sələmə pul verib, hara istəyir Xəyaldan şikayət etsin. Aralarında mübahisə və söyüş ifadələrindən sonra səs yazısı başa çatır. Məhkəmədə elan edilib araşdırılmış “DVD diskin götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il protokoldan müəyyən olunur ki, İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin disk açıldıqda orada 13 ədəd AAC formatlı audio faylların olması müşahidə edilir. 1-ci fayl açıldıqda- 20 saniyə davam edən həmin audio yazıda kişi səsi zavodda problemləri olmasını, sonra zəng vuracağını bildirir. 2-ci fayl açıldıqda- 18 saniyə davam edən həmin audio yazıda kişi səsi 3-4 günə Allahın köməkliyi ilə işə çıxacaqlarını deyir. 3-cü fayl açıldıqda – 21 saniyə davam edən həmin audio yazıda kişi səsi Azər deyə müraciət edərək narahat olmamağı, bu gün ona məlumat verildikdən sonra, hansı sənədlər lazım olmasını, hansı vakansiya olacağını, maaşının nə qədər olacağını deyəcəyini bildirir. 4-cü fayl açıldıqda – 1 dəqiqə 14 saniyə davam edən həmin audio yazıda kişi səsi Azər deyə müraciət edərək əmr verilməyinə 1-2 gün qalmış Sanqacala və ya Nargiləyə veriləcəyini deyəcəyini, mühafizədə növbə rəisi olacağını deyir, 12 saat iş rejimi olacağını deyir. Tanış olmaq istəyirsə görüşə gələ bilmədiyini, vaxtı olmadığını deyir. 5-ci fayl açıldıqda – 8 saniyə davam edən həmin audio yazıda kişi səsi maaşı ilə bağlı, işi ilə bağlı nə maraqlandırırsa cavablandıra biləcəyini deyir.6-cı fayl açıldıqda – 21 saniyə davam edən həmin audio yazıda kişi səsi regional, Lənkəran Qaiyə göndərə bilər, cənub bölgəsinə Ekologiya və təbii Sərvətlər Nazirliyinə göndərə biləcəyini deyir.7-cı fayl açıldıqda – 37 saniyə davam edən həmin audio yazıda kişi səsi orda torpaq da lazımdırsa götürə biləcəyini deyir.8-cı fayl açıldıqda – 13 saniyə davam edən həmin audio yazıda kişi səsi narahat olmamağı, qardaş kimi həll edəcəyini deyir.9-cu fayl açıldıqda – 35 saniyə davam edən həmin audio yazıda kişi səsi Azər adlı şəxslə salamlaşaraq zavodda ilin sonu ilə bağlı başının qarışıq olmasını, sabaha görüşəcəklərini, hər çey qaydasında olacağını bildirir.10-cu fayl açıldıqda - 1 dəqiqə 48 saniyə davam edən həmin audio yazıda kişi səsi Azər adı ilə müraciət edərək 56 yaşlı dediyi adamı "xxxx" Terminalına 3500 manata dediyi adamı düzəldə biləcəyini, hansı smenə istəsə çıxa biləcəyini, lazım olsa sənədlərini yığıb verməyini tapşırır. Şəminin iş məsələsini də pover köməkçisi və ya mühafizəçi kimi isədiyini dəqiqləşdirib deməsini xahiş edir.11-ci fayl açıldıqda – 56 saniyə davam edən həmin audio yazıda kişi səsi Azər adı ilə müraciət edərək kredit məsələsini soruşaraq, maşını girov qoymağı xahiş edir və əmrinin verilməsi üçün ona pul lazım olduğunu, fevrala qədər bağlayacağını deyir.12-cü fayl açıldıqda – 1 dəqiqə 22 saniyə davam edən həmin audio yazıda qadın camaatın pulunu niyə yediyini dedikdə, kişi səsi qadına yaxşı etdiyini, 80 mini xərclədiyini, gedib türmədə yeyib-içib yatacağını, əcəb etdiyini deyir. Qadın isə onu dövlətin də yiyəsi olduğunu, onu aldadıb şirnikləndirərək 7000 manat Məleykəyə pul verdiyini, ərini işə düzəldəcəyini, plantasiya tikmisən, oğluna “Malibu” maşın gətirəcəyini dediyini kişi isə yaxşı etdiyini, yalan dediyini deyib, təhqir ifadələri işlədir. 13-cü fayl açıldıqda – 3 dəqiqə 5 saniyə davam edən həmin audio yazıda kişi Pərvanə adı ilə müraciət etdiyi qadına hansı dövlətin ondan pul alıb qaytaracağını soruşur, müstəntiqin və prokurorun Xəyaldan pul alıb verdirə bilməyəcəyini, məhkəmə ayda 50-60 manat pul kəsəcəyini buna qane olacağını Pərvanə deyə müraciət etdiyi qadından soruşur. Qadın da deyir 3 aydır ki, pul verməli olduğunu bilir, Azərin adına 10 hektar torpaq keçirəcəyinə söz verdiyini niyə əməl etmədiyini soruşur. Kişi də pulunu verəcəyini deyib mübahisə edir, soyuducunun da pulunu verəcəyini deyir. Qadın ondan soyuducunun da pulunu ödəyə bilmədiyini deyir, kişi də sabah ödəyəcəyini və onu əsəbləşdirməməsini deyib mübahisə edir. Həmin diskdə olan digər 3 ədəd whatsapp audio faylları olması müşahidə edilir. Audio fayllar növbə ilə açıldıqda həmin audio yazılarda da kişi səsi Pərvanə müəllimə deyə müraciət edərək Azərlə danışdığını, səsini Gülnarə xanıma atmağı xahiş edərək 5-10 gün işinin dayansa da işin nəticəsi olacaq, onların evi öz adlarına keçirməkləri barədə dirəməmələrini, bir insan kimi Gülnarə xanımdan may ayının 28-nə kimi səbrli olmaqlarını xahiş edərək polisə müraciət etməmələrini, qaçmadığını, sözünün üstündə durduğunu, Pərvanə müəllimə Azərin adı olan yerdə bir manatları batmayacaq, may ayının 28-nə kimi pul çatmazsa, notarial qaydada Salyanda olan 150 hektardan ibarət üzüm plantasiyasını Gülnarə xanımın adına keçirdirəcəyini, onların pulunu verdikdən sonra, plantasiyanı geri öz adına keçirdirəcəyini bildirir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin səs yazılarında Pərvanə deyə müraciət olunan qadın səsi ona məxsusdur və həmin danışıqlar Təqsirləndirilən şəxs mobil telefonla səsli mesajlarıdır və digərləri danışarkən yazılmışdır. Həmin səslərdə Xəyal ərini və onun vasutəsi ilə tanış olduğu şəxsləri işə düzəltmək barədə danışıqları, pul məbləğləri barədə danışıqları və ərindən əlavə kredit də götürüb ona verməyi barədədir. Özü ilə olan danışıqlarda isə artıq istintaqda iş araşdırılan müddətdə Təqsirləndirilən şəxs onu aldatmasını telefonda deyərkən sonuncunun əsəbi səslə onu təhqir edib yaxşı etdiyini, 80000 pulu aldadıb alaraq xərclədiyini, türmədə yatsa da ona pul ödəməyəcəyini demişdir. Whatsapp səs yazılarında isə Təqsirləndirilən şəxs ona Pərvanə müəllimə adı ilə müraciət edərək həmin səsi borc sahibi Gülnarə xanıma atmağını tapşırıraraq may ayının 28-nə kimi pullarını ödəcəyini, ödəməsə Salyanda olan 150 hektar üzüm plantasiyasını Gülnarə xanımın adına keçirəcəyinə vəd verir, həmin fakt da təsdiq edir ki, Təqsirləndirilən şəxs ondan külli miqdarda aldığı pullun əsas hissəsini Salyanda üzüm plantasiyası açmaq məqsədi ilə əri Şahid4la birlikdə iş görəcəklərini vəd verib aldatmaqla almışdır. Məhkəmədə elan edilib araşdırılmış “DVD diskin götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən digər 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin disk açıldıqda orada 4 ədəd MP3 formatlı audio faylların olması müşahidə edilir. 1ci fayl açıldıqda- 5 dəqiqə 59 saniyə davam edən həmin audio yazıda kişi səsi Pərvanə deyə müraciət etdiyi qadına iki otaqlı tam təmirli mənzil alacağını, mart ayının 20-nə kimi pulunu verəcəyini deyir. Qadın da ona evini zəhmətlə aldıqlarını bildirir. Kişi də evinin əlindən çıxamayacağını deyir, əgər çıxsa Hövsandan 3 otaqlı ev alıb ona verəcəyinə söz verir. Qadın Nərminin nə işinə düzələcəyini soruşur, kişi isə Pərvanə adı ilə müraciət edib şirkətdə satış işləri üzrə menecer olacağını, əmrləri ona verdiyini deyir. Nərminin satış meneceri, Azərin isə 3 anbarın müdiri olacağını, Dərnəgüldə ofisdə işləcəyini, sonradan anbarın köçəcəyini deyir. Azərə kreditlə maşın, “Prius” da götürüb altına qoyacağını, ayda 600 manat pul alacağını, Nərminin isə 450 manat maaş alacağını, Nərminin ofisdə oturacağını deyir. Qadın trudavoylarının olmağını soruşduqda kişi alacaqlarını deyir. X3 xanıma 1-ci gün yaxınlaşacaqlarını, oradan maaş kartlarını alacaqlarını deyir. 2-ci fayl açıldıqda- 1 dəqiqə 38 saniyə davam edən həmin audio yazıda kişi səsi danışdığı qadına ona bankda ehtiyac olmadığını, banka gedib qapıda dayanan polisə yaxınlaşıb “Azərmetal Traider”şirkətinin adını verib soruşduqdan sonra onları Nərminə xanıma yönəldəcəklərini və həmin xanıma Xəyal müəllimin adını verib maaş kartlarını alacaqlarını deyir. Qadın da ona minnətdarlığını bildirir.3-cü fayl açıldıqda- 1 dəqiqə 27 saniyə davam edən həmin audio yazıda qadın səsi bankın qaynar xətti ilə danışan qadın operatora maaş kartlarının hazır olub-olmamasını soruşur, operator qadın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini soruşub cavab aldıqdan sonra həmin seriya nömrəsi ilə heç bir məlumat qeydiyyata alınmadığını bildirir. Daha sonra FİN nömrəni də yoxladıqdan sonra bankda heç bir məlumat olmadığını bildirir.4-cü fayl açıldıqda- 32 saniyə davam edən həmin audio yazıda qadın səsi bankın qaynar xətti ilə danışan qadın operatora əvvəl onlara zəng edən qadın olmasını, maaş kartları ilə yenidən şirkətin adından maraqlanmaq istədiyini, “Azərmetal Traider”şirkətinin adına maaş kartı olub-olmamasını soruşduqda operator qadın isə izah edir ki,şəxsiyyət vəsiqəsi ilə əməliyyatlar icra olunduğunu, onun dediyi şəxsiyyət vəsiqəsinə aid artıq cavablandırdıqları kimi bankda heç bir məlumat qeydə alınmadığını bildirir. Qadın operatora təşəkkürünü bildirir və zəngi sonlandırır.Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin səs yazılarında Pərvanə deyə müraciət olunan qadın səsi ona məxsusdur və həmin danışıqlar Təqsirləndirilən şəxs mobil telefonla danışarkən 2023-cü ilin mart ayının əvvəllərində yazılmışdır. Həmin səslərdə Xəyal əri Azəri və qızı Nərmini əvvəl aldığı pulun müqabilində öz işlədiyi şirkətdə anbardar və satış meneceri işinə düzəldəcəyini, sonra isə maaş kartlarını “Accesbank”-dan alacaqlarını bildirir və aralarında bu məzmunda danışıqlardan sonrakı günlərdə bankın operatoru ilə danışdıqda Təqsirləndirilən şəxs onu yenə aldatmasını, bankda heç bir maaş kartı açılmadığını bildirdi. Məhkəmədə elan edilib araşdırılmış “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilən, maddi sübut əhəmiyyətli olduğundan götürülmüş 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin disk açıldıqda orada 2 ədəd MP4 formatlı video faylların olması müşahidə edilir. 1-ci fayl açıldıqda - 10 dəqiqə 04 saniyə davam edən həmin videogörüntülərdə müşahidə edilir ki, avtomobildə sükan axasında əyləşən Təqsirləndirilən şəxs avtomobildə əyləşərək Zərərçəkmiş şəxs4 ilə danışaraq ondan sənədləri qəbul edir, sənədləri baş idarəyə aparacağını, 15 günlük rejimlə ayın 25-dən işə çıxacaqlarını deyir, 1000 manatını aldığını etiraf edir. Türkelin də 1000 manat verməli olduğunu, əmrlərini aldıqdan sonra qalan 6000 manatı alacağını deyir. Daha sonra Türkel adlı şəxsə mobil telefonu ilə zəng edir və zəngə cavab verən şəxsə Türkel deyə müraciət edərək salamlaşır, Ceyhunla bir yerdə Hövsanda olduğunu, əmanəti götürdüyünü deyir və 7000 manat ümumilikdə pul verməli olduqlarını izah edir və Azərlə bir yerdə gələn həftə işə çıxacaqlarını deyir və sağollaşırlar. Təqsirləndirilən şəxs daha sonra Zərərçəkmiş şəxs4 işə çıxarkən zavoda gələcəklərini, oradan gəmiyə gedib 15 gün qalıb, sonra 15 gün istirahətə qayıdacaqlarını izah edir. 2-ci fayl açıldıqda - 13 dəqiqə 57 saniyə davam edən həmin videogörüntülərdə müşahidə edilir ki, avtomobildə əyləşən Şahid4 Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Muxtar oğlu işə düzəlmələri, sənədləri barədə danışdıqdan sonra 100 manatlıq əskinasları Zərərçəkmiş şəxs4 Şahid4 verir və sonuncu pulları sayaraq düz olduğunu təsdiqləyir və əmanət olduğunu sənədlərlə birlikdə aparıb verəcəyini deyir. Şahid4 söhbət zamanı özünün sürücü kimi işə düzələcəyini deyir, özlərinin də gəmidə hansı işdə işləmək istədiklərini Xəyala demələrini tapşırır. Türkel sonda əgər alınmasa pul əmanətdir, geri qaytarmağını dedikdə Şahid4 razılaşır. Məhkəmədə elan edilib araşdırılmış “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən və götürülmüş 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin disk açıldıqda orada 10 ədəd AAC formatlı audio faylların olması müşahidə edilir. 1ci fayl açıldıqda- 20 dəqiqə 58 saniyə davam edən həmin audio yazıda bir nəfər qadın 7000 manat xırd-xırda pul yığdığını və qalıq qalan 3000 manat pul üçün ona 10 gün vaxt verməsini Xəyal deyə müraciət etdiyi şəxsdən xahiş edir, kişi səsi isə tələbə bileti veriləndə qalan 3000 manatı alacağını, artıq vaxt verə bilməyəcəyini deyir. Daha sonra avtomobilə əyləşib ofis ləvazimatları satılan mağazadan kağız qələm alıb onlara əlyazma sənəd yazıb verəcəyini Xəyal bildirir. Avtomobilə əyləşmə səsləri eşidilir, sonra söhbət zamanı kişi səsi onlara vəd verir ki, narahat olmuyun pulunuz batmayacaq, övladının taleyi həll edilir. Daha sonrakı danışıqlarda Xəyal adlı şəxs onlara oxumağın, uşaqlarının diplomu olmağının vacib olduğunu, Tələbə Qəbulu Komissiyasının sədri Məleykə Abbaszadənin onun anasının doğma xalası qızı olduğunu, çoxsaylı tələbə qəbul etdirdiyini, bu səbəbdən öz uşaqlarından narahat olmamasına əmin edir. Maştağa qəsəbəsindən də çox adam tanıdığını deyir. 100-95 manat arası stipendiya alacağını tələbə düzəlmək istəyən Murad adlı şəxsə bildirir. Əlyazma pul alması barədə danışdıqdan sonra danışan kişi yaşayış yerindən arayış, həkimdən arayış, 3x4 ölçülü şəkil gətirməyi tapşırır və lazım olan yerə təqdim edilməyi yazdırmağı deyir. Sonra isə qadın pulu saymağını dedikdən sonra, pul sayılaraq 7000 manat pulu sayır, tələbə qəbul olduqdan sonra 3000 manat əvəzinə, 500 manat da keçəcəyini və 2500 manat pul vermələrini qadına tapşırır, notariat qaydada sənədləri sabah təsdiq etdirəcəyini deyir. 2-ci fayl açıldıqda – 3 dəqiqə 47 saniyə davam edən həmin audio yazıda kişi səsi Gülnarə adlı qadına zəng edəcəyini bildirir və qudası ilə danışdığını, gözləməsini, pulu tam qaytarılacağını deyir, qadın vaxtını soruşduqda sonuncu 1-2 günə həll edib pulunu alıb qaytaracağını bildirir. Tərəflər arasında bu barədə mübahisə yaranır, Nuranə adlı qadının onu calaşdırdığını qadın bildirir və ondan da şikayət edəcəyini deyir, uşağının pasportunu və otestatını kişidən istəyir. Kişi səsi isə polisdən də qorxmadığını bildirir. 3-cü fayl açıldıqda – 2 dəqiqə 36 saniyə davam edən həmin audio yazıda kişi səsi Gülnarə adlı qadına adı ilə müraciət edərək adında gecikməsi olması səbəbindən bankdan pul götürə bilmədiyini, qadın səsi isə artıq ondan şikayət edəcəyini deyir və aralarında mübahisə edirlər. Xəyal adlı şəxs ancaq Allahdan qorxduğunu və polisdən, prokurordan qorxmadığını bildirir.4-cü fayl açıldıqda – 3 dəqiqə 24 saniyə davam edən həmin audio yazıda kişi səsi Gülnarə xanımla salamlaşır və həftənin 5-ci gününə pullarını gəlib götürmələrini bildirir. qadına zəng edəcəyini bildirir və qudası ilə danışdığını, gözləməsini, pulu tam qaytarılacağını deyir, qadın vaxtını soruşduqda sonuncu 1-2 günə həll edib pulunu alıb qaytaracağını bildirir. Tərəflər arasında bu barədə mübahisə yaranır, Nuranə adlı qadının onu calaşdırdığını qadın bildirir və ondan da şikayət edəcəyini deyir, uşağının pasportunu və otestatını Xəyal adlandırdığı kişidən istəyir. Kişi səsi isə polisdən də qorxmadığını bildirir. 5-ci fayl açıldıqda – 1 dəqiqə 18 saniyə davam edən həmin audio yazıda zəng edən kişi səsi dostundan pul alacağını, ya da sabah baka müraciət edib 5-ci günə qədər gözləməyini, şikayət etsə onlara pul ödəməyəcəyini deyərək vaxt istəyir, qadın səsi isə cavabında məsləhətləşib xəbər deyəcəyini bildirir.6-cı fayl açıldıqda – 48 saniyə davam edən həmin audio yazıda zəng edən kişi səsi nə qərara gəldiklərini qadından soruşur, qadın isə yoldaşı gəldikdən sonra məsləhətləşib cavab verəcəklərini deyir.7-ci fayl açıldıqda – 3 dəqiqə 24 saniyə davam edən həmin audio yazıda zəng edən kişi səsi Gülnarə xanımla salamlaşır və ona pulunun alınması ilə bağlı adamla danışdığını konkret olaraq 5-ci gün 8500 manat pullarını ondan götürəcəklərini bildirir. Qadın səsi isə narazılıq bildirərək gec olduğunu deyir və onu calaşdırandan şikayət edəcəyini deyir və mübahisə edirlər. Sonda isə qadın məsləhətləşib cavab deyəcəyini deyir.8-ci fayl açıldıqda – 12 dəqiqə 55 saniyə davam edən həmin audio yazıda zəng edən kişi səsi qadına tərslik etməmələrini, Ruhiyyə xanımı niyə Maştağa qəsəbəsinə çağırmasını soruşur və mübahisə edərək onlarının pulunu qaytaracağını deyir, aləmi qatmamağı deyir, yekunda razılaşmadıqları üçün Xəyal onlara pul qaytarmayacağını deyir və zəngi söndürür. Daha sonra yenidən zəng edib sakit durmağı, 8500 manatını geri qaytaracağını deyir, dostundan 5000 manat pul borc istədiyini deyir. Qadın isə bildirir ki, 5000 manat söz verdiyini versin, qalanını 2 günə verər.9-cu fayl açıldıqda – 22 saniyə davam edən həmin audio yazıda zəng edən kişi səsi qadına daha sonra zəng edəcəyini deyir.10-cu fayl açıldıqda – 5 dəqiqə 47 saniyə davam edən həmin audio yazıda zəng edən kişi səsi pulu alacağı şəxsin onun kartına pul atacağını, sonra isə onların kartına həmin pulu atacağını deyir. Qadın isə uşağın sənədlərini istəyir, o da sənədi verəcəyinə söz verir. Xəyal deyə müraciət edən qadın da bu gündən keçməməsini deyir. Kişi səsi də 1 saata kimi pulu onun kartına atacaqlarını deyir.Baxışda iştirak edən təqsirləndirilən şəxs X14 bildirmişdir ki, həmin səs yazılarında Xəyal deyə müraciət olunan kişi səsi ona məxsusdur və həmin danışıqları Zərərçəkmiş şəxs2 ilə görüşərkən və sonradan mobil telefonla danışarkən yazılmışdır, o həmin pulu qaytaracağına söz versə də maddi imkanı olmadığından tam olaraq qaytara bilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə pullar almasına dəlalət edən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəslərinin surətinin altında yazılar, imzalar olan əlyazma, 02 ədəd vərəqdən ibarət qəbzlər maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 04 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmdə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, o Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixli Bakı Apellyasiya məhkəməsinin qərarına əsasən o, xx.xx.2018-ci il tarixli hökm dəyişdirilərək qəti olaraq 1 il 11 ay 28 gün müdətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Xəyal Abiyevin məhkum olunduğu əməl, yəni CM-nin 178.2.4-cü maddəsi az ağır cinayətdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən onun cəzasını çəkib qurtardığı gündən baxılan iş üzrə törətdiyi əməlin vaxtınadək iki il keçmədiyi üçün onun əməlində CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi var və CM-nin 65.2ci maddəsinə əsasən residivə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsində müəyyən edilmiş daha ciddi cəza növünün son hədinin yarısından az ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə pullar almasına dəlalət edən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəslərinin surətinin altında yazılar, imzalar olan əlyazma, 02 ədəd vərəqdən ibarət qəbzlərdən, 01 ədəd Zərərçəkmiş şəxs2 tərəfindən, 2 ədəd Zərərçəkmiş şəxs1 tərəfindən, 01 ədəd Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş DVD disklərdə olan audio və video materiallar maddi sübut əhəmiyyətli olduğundan həmin 04 ədəd DVD disklərdən, təqsirləndirilən şəxsin vəkili Qardaşxan Sadıqov tərəfindən təqdim edilmiş DVD diskdə olan səs yazılarında Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı zamanı Təqsirləndirilən şəxs pulların ona faizlə verilməsinə dair danışıqları artıq istintaq başladıqdan sonra olan danışıqlardan, protokollardan və məhkəmədə tədqiq edilmiş cinayət işinin digər sənədlərdən tam müəyyən olunur və sübuta yetirilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmənin 1(101)-2182/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 nümaynədəsi Nümayəndə vəsatəti əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən himayəsində 2 az yaşlı övladlarının olmasını və zərərçəkmiş şəxslərə vurulmuş ziyanları qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsinə əsasən residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və həbsə bərabər tutulan ev dustaqlığında 04 (dörd) ay olmuş, bundan savayı xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək 03 (üç) ay 12 (on iki) gün ümumilikdə isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 (yeddi) ay 12 (on iki) gün müddətində həbs və ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsi ilə ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəslərinin surətinin altında yazılar, imzalar olan əlyazma 02 ədəd vərəqdən ibarət qəbzlər, 04 ədəd DVD disklər cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “Universal” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X11 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 isə 390 (üç yüz doxsan) pul “Universal” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 (yeddi) ay 12 (on iki) gün müddətində həbs və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X11 üçün 390 (üç yüz doxsan) manat pul “Universal” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Natıqoviçə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova
Məhkəmə qərarları › İş №1(101)-857/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-857/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver