Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-857/2025 28.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Present” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkumluğu olan və ödənilməyən, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs, bir qrup şəxslə qabaqcadan əlbir olub satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə, saxlama, daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Şəhruz” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş və “Şəhruz” adlı şəxslə aralarında olan razılaşmaya əsasən o, sonuncunun istintaqa məlum olmayan şəxs vasitəsi ilə Yardımlı rayonunda yerləşən dağlıq ərazidə qoyulmasını təşkil etdiyi yerdən külli miqdarda, təmiz çəkisi 715,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Methadone 40” markalanma göstəricisi olan 2763 ədəd, blisterlərinin üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 110,52 qram olan bozumtul- qəhvəyi rəngli dairəvi formalı külli miqdarda narkotik vasitə metadon tərkibli həbləri götürüb qanunsuz olaraq əldə etməklə “Şəhruz” adlı şəxsin göndərəcəyi ünvanlara çatdırmaq məqsədi ilə idarə etdiyi “Toyota” markalı “Prius” modelli Az **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhərinə daşıyaraq, ayrı-ayrı hissələrə bölüb üzərində, idarə etdiyi avtomobildə və yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Oktay Vəliyev küçəsi ev 23/67 ünvanında yerləşən fərdi evdə saxlamış, 09 avqust 2024-cü il tarixdə saat 03:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, K.Dairəvi yolun 10-cu km-liyində şübhəli şəxs qismində saxlanılaraq qeyd edilən yerdə üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilən zaman əynində olan ağ rəngli şalvarın sağ cibindən 03 ədəd, blisterlərinin üzərində “F/M40” yazısı həkk olunmuş, bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 0,12 qram, idarə etdiyi “Toyota” markalı “Prius” modelli Az **-CF-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa oturacağından 276 ədəd konvolyutda, hər birində 10 ədəd olmaqla ümumi sayı 2760 ədəd, blisterlərinin üzərində “F/M40” yazısı həkk olunmuş, kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş həblərlə eynilik təşkil edən, bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 110,4 qram narkotik vasitə metadon, avtomobilin ön sağ oturacağının üzərindən isə 01 ədəd bükümdə təmiz çəkisi 95,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 04:32 radədiərində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Oktay Vəliyev küçəsi ev 23/67 ünvanda yerləşən fərdi evə baxış keçirilərkən yataq otağındakı çarpayının altından 1 ədəd bükümdə, kimyəvi komponent tərkiblərinə görə avtomobildən aşkar edilmiş qurudulmuş marixuana ilə eynilik təşkil edən, külli miqdarda, təmiz çəkisi 620,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu və Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, Toyoto Prius markalı, ** CF *** dqn avtomobillə daşıması, həmçinin yaşadığı Bakı şəhəri, NZS qəsəbəsi, O.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi evdə külli miqdarda narkotik maddə gizlətməsi bildirilmişdir.
4. xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair protokoldan (cild 1, iş vərəqə 10-13) görünür ki, üstünü yoxlama ve götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri va psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ cibindan 3 (üç) ədəd metadon həbinə bənzər kütləni, şalvarın sol cibindən 1 (bir) ədəd üzərində *** *** ** **.051 427 01 nömrələri olan “Realme” markalı mobil telefonu, 1(bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi 1 (bir) edəd **********806330 nömrəli bank kartı, şalvarın arxa sol cibindən 1 (bir) ədəd avtomobil açarı 5 (beş) edəd açarı təqdim etdi. Sonra həmin kütlə qablaşdırılaraq götürümüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçun 1(bir) ədəd mobil telefon, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi və 1(bir) ədəd plastik bank kartı sonuncudan götürülmüş va digər əşyalar sonuncuya geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı, ** CF *** dövlət reydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağı üzərində saxladığı 1 (bir) ədəd içərisində 2760 (iki min yeddi üz altmış) ədəd metadon həbinə bənzər kütlə və iş üçün əhəmiyyət kəsb etməyən əşyalar (paltarlar) olan torbanı, avtomobilin ön sağ oturacağının üzərindən 1 (bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilir, çəkisi 104(yüz dörd) qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən və avtomobilindən aşkar olumuş narkotik vasitənin qurudulmuş marixuana, həblərin isə metadon olmasını, həmin kütlələri İran İR-nın vətəndaşının vasitəsi ilə gizlədilmiş yerdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və avtomobilə baxış Bakı şəhəri, Qaradağ rayonu, K.Dairəvi yolun 10-cu km-liyi anında keçirilmişdir. Üstünü yoxlama və avtomobilə baxış zamanı “İphone” markalı videokamera vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenanti, Şahid2 tərəfindən video çəkiliş aparılmışdır.
5. xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair protokoldan (cild 1, iş vərəqə 14-16) görünür ki, Təqsirləndirilən şəxs oglu, yaşadığı evin yataq otağındakı çarpayın altında 1 (bir) ədəd qara rəngli çantanın içərisindən 1 (bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 679 (altı yuz yetmiş doqquz) qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni 5(beş) gün bundan qabaq İran Respublikası vətəndaşı "Şəhruz" adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 1500- 2000 manat pul ödəyəcəyini, bundan qabaqda 1 dəfə narkotik vasitə götürüb çatdırdığını bildirmişdir.
6. xx.xx.2024-cü il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan (cild 1, iş vərəqə 19-21) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ və Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, Toyota markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı Bakı Xətai rayonu, NZS qəsəbəsi, O.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi evdə külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün 09 avqust 2024-cü il tarixdə, 03:10 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, K.Dairəvi yolun 10-cu km-liyində idarə etdiyi Toyota Prius markalı, ** CF *** dovlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış üzərindən 3 ədəd metadon həbinə, idarə etdiyi Toyota Prius markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilindən 2760 ədəd metadon həbinə, 1 ədəd bağlamada qurudulmuş marixuanaya, yaşadığı evə baxış keçirilən zaman isə 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 2 ədəd ağ rəngli zərfdə 1 ədəd çantada qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 2(iki) ədəd ağ rəngli zərfə, 1(bir) ədəd sellefona, 1(bir) ədəd çantaya və 2(iki) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən olan zərfdən 3(üç) ədəd metadon həbinə, idarə etdiyi avtomobildən olan zərfdən və 1(bir) bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya, torbadan isə 2760 (iki min yeddi altmış) ədəd metadon həbinə, yaşadığı evdən isə bir ədəd bağlamada yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir.
7. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:10 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, K.Dairəvi yolun 10-cu km-liyində saxlanmış və azadlığının məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab olunmuş hesab edilir.
8. Məhkəmə-kimyəvi və bioloji ekspertizasının 09 avqust 2024-cü il tarixli 3-16-16/2- 6/4043-7/1314 nömrəli rəyindən (cild 1, iş vərəqə 47-52) görünür ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün N° 7” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş metadon həbləri qablaşdırıldı: Təqsirləndirilən şəxs /imza/; Tərtib etdi Şahid3 /imza/” yazılar olan zərfdəki 03 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı: 0,12 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə-metadon müəyyən edildi.Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün N°7” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş metadon həbləri tərəfimizdən qablaşdırıldı; Təqsirləndirilən şəxs /imza/; Tərtib etdi: Şahid3 /imza/” yazılar olan bağlamadakı 276 ədəd konvolyutda hər birində 10 ədəd olmaqla ümumi sayı: 2760 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtulqəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı: 110,4 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə- metadon müəyyən edildi, metadonlar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər.Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün N27” möhür əksi. “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə qablaşdırıldı; Təqsirləndirilən şəxs /imza/; Tərtib etdi: Şahid3 /imza/” yazılar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 95,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün N° 7” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş tərəfimizdən qablaşdırıldı; Təqsirləndirilən şəxs /imza/; Tərtib etdi: Şahid3 /imza/” yazılar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi: 620,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı 2 ədəd bükümlərdə ümumi təmiz çəkisi: 715,0 qram olan marixuana kütlələri bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər.Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı ümum sayı 2763 ədəd olan tərkibində təsiredici maddəsinin miqdarı: 110,52 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə-metadonlar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkl edirlər.Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir.
9. 10.08.2024-cü il tarixli Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-549/2024 saylı qərarından (cild 1, iş vərəqə 76-81) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 avqust 2024-cü il tarixdən hesablanmışdır.
10. 10.08.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 86-89) görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Oktay Vəliyev küçəsi ev 23/67 ünvanda yerləşən fərdi evə baxış keçirilmişdir. 09 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı xx.xx.1978-ci il təvəllüdlü İmişli rayonundan anadan olmuş Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən narkotik vasitələr aşkar olunduqdan sonra onun kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Oktay Vəliyev küçəsi ev 23/67 ünvanda yerləşən fərdi evə baxış keçirərkən mənzildən narkotik vasitə qururdulmuş marixuana və metadon həbləri müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən baxış keçirilərkən maddi sübutlar götürülmüşdür.
11. 12.08.2024-cü il tarixli təqsirləndirilən şəxs yeniden ittiham elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 90) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur.
12. xx.xx.2024-cü il tarixli maddi sübut qismində tanıma haqqında qərardan (cild 1, iş vərəqə 99) görünür ki, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən, yaşadığı ünvandan aşkar edilmiş ümumi çəkisi 715,0 qram olan narkotik vasitə marixuananın və 2763 ədəd ümumi çəkisi 110,52 qram olan narkotik vasitə metadon maddi sübut qismində tanınmışdır.
13. İş materiallarında olan qəbzdən (cild 1, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyoto Prius” markalı 01 CF856 dövlət qeydiyyat nişanlı avtomobil onun qardaşı X3 xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir.
14. xx.xx.2018-ci il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-241/2018 saylı hökmündən (cild 01, iş vərəqə 118-122) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 05 beş il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə İmişli rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanaraq ona qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İmişli rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi hazırki hökm üzrə qəti cəza müddətinə hesablanmaqla onun cəza çəkmə müddətinin əvvəli 22 aprel 2018-ci il tarixdən hesablanmışdır.
15. 27.09.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin 3-13-52-1/2-13725/24 saylı məktubundan (cild 01, iş vərəqə 223) görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan narkoitk vasitələri nə vaxt, haradan və hansı şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır.
16. 13.10.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 136) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Realme” markalı mobil telefonun ***-***-**-** və ***-***-**-** nömrəsindən kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü Nizami RPİnin İŞ-də xidməti otaqda baxış keçirilmiş, lakin mobil telefonda cinayət xarakterli heç bir fotoşəkil, video və mesajlara rast gəlinməmişdir.
17. İş materiallarında olan qəbzdən (cild 01, iş vərəqə 137) görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Realme” markalı mobil telefon və 01 ədəd Birbank Cashbank kartı onun qardaşı X3 xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir.
18. Azərbaycan Respublikası SN-nin Psixiatrik xəstəxanadan daxil olmuş 23 oktyabr 2024-cü il tarixli 12993 nömrəli məktubdan (cild 01, iş vərəqə 147) görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmaması qeyd olunmuşdur.
19. Məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2024-cü il tarixli 7018 nömrəli rəyindən (cild 01, iş vərəqə 148-149) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə zərurət yaranmaması qeyd olunmuşdur.
20. "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan (cild 01, iş vərəqə 172) görünür ki, +99451427-34-01 mobil nömrəsinin xx.xx.2024-cü ildən xx.xx.2024-cü il saat 22:53-dək müddətdə müxtəlif mobil nömrələrlə telefon danışığı olduğu, mesaj mətnləri faylında iş üçün əhəmiyyət kəsb edən yazışma olmadığı, +99***-***-**-** mobil nömrəsinin sonuncu anten dairəsinin xx.xx.2024-cü il saat 15:00 da “Babək pr. SƏRİN otel” ünvanında əks edildiyi, həmin saatdan sonra anten dairəsinin əks edilmədiyi müəyyən edilmişdir.
21. "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan (cild 01, iş vərəqə 173) görünür ki, ***-***-**-** saylı nömrənin müxtəlif mobil nömrələrlə telefon danışığı olduğu, ***-***-**-** mobil nömrəsinin sonuncu anten dairəsinin xx.xx.2024-cü il saat 23:49:40 da “Hajigabul2” ünvanında əks edildiyi, həmin saatdan sonra anten dairəsinin əks edilmədiyi müəyyən edilmişdir.
22. 01 dekabr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 184-193/) görünür ki, ********* sayı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234,43-cü maddəsindən həmin məcəllənin 234.4.1 və 234.4.3-cl maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilsin və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2 və 206-cı maddələri ilə cinayət təqibinin başlanılması rədd edilsin və ayrılmış material saxlanılması üçün Nizami rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs ifadələrində 2024-cü ilin iyul ayının sonlarında "Şəhruzun göndərdiyi 1-2 büküm narkotik vasitəni dəqiq bilmədiyi məbləğin müqabilində bir neçə ünvana çatdırması xüsusatı üzrə iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən narkotik vasitə va bunula bağlı müvafiq ekspertiza rəyi olmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 234-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilsin və ayrılmış material saxlanılması üçün Nizami rayon prokurorluğuna göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən, yaşadığı ünvandan aşkar edilmiş ümumi çəkisi 715,0 qram olan narkotik vasitə marixuananın və 2763 ədəd ümumi çəkisi 110,52 qram olan narkotik vasitə metadonun Xətai RPİ-nin İŞ-nin müstəntiqi Cahid Musayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar əsasında maddi sübut qismində tanınması nəzərə alınsın, tədqiqatlardan sonra qalıq qalmış 2748 ədəd narkotik vasitə metadonun və 714,9 qram qurudulmuş marixuana işin məhkəmə həllinə qədər saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, cinayət işi üzrə "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş telefon danışaqlarına dair məlumatların əks edildiyi 02 ədəd disk, habelə xx.xx.2024-cü il tarixli "əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair protokola, "əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair" protokola, "təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında" protokola lavə edilmiş 03 ədəd disk iş üzrə maddi sübut qismində tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni daşımasında istifadə etdiyi və salonunda narkotik vasitə saxladığı "Toyota Prius" markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınsın və Təqsirləndirilən şəxs qardaşı X3 qaytarılması nəzərə alınması, iş üzrə xx.xx.2024-cü il tarixli "əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair" protokola əsasən Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 01 ədəd avtomobil açarı, adad manzil açarı, avtomobilindən askar edilmis 01 ədəd bağlamada olan paltarlar, 01 dod Realme" markalı mobil telefon is üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut gismində tanınmasın, 01 ədəd şəxsiyyət vəsiqəsi cinayət işinə əlavə edilsin. 01 adad avtomobil apan, 05 adad manzil açarı, avtomobilindən askar edilmis 01 ədəd bağlamada olan paltarların X4, 01 ədəd "Realme" markalı mobil telefon və 01 adad bank kartı isə sirləndirilən şəxs Təqsirləndirilən şəxs qardaşı X3 qaytarılması zərə alınması, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs üzərində, avtomobilində va yaşadığı evdə extarış aparılarkən onun narkotik vasitələri polis əməkdaşlarına təqdim etməsi narkotik vasito, müxotrop maddələri könüllü təhvil vermə və narkotik vasitə, psixotrop maddələrin qanunsuz vriyyəsi ilə bağlı cinayətlərin açılmasında və bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə kimi qiymətləndirilməsin və buna görə də o, cinayət məsuliyyətindən azad edilməməsi nəzərə alınması,Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün ********* saylı cinayət işindən "Şəhruz" adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 va 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edilməsi, Şahid5 barəsində barəsində Azərbaycan Respublikası CM-nin 234 va ya 307-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilsin və ayrılmış material sıxlanılması üçün Nizami rayon prokurorluğuna göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkumluğu ödənilmədiyindən yenidən cinayət törətməsi cinayətin residivi kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilin yerləşdiyi ünvanın rəsmi sənədlərdə "Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, O.Əliyev küçəsi" kimi qeyd olunduğundan həmin ünvanın "ünvan 5, ilkin izahat və ilkin dindirmə protokollarında olan anket məlumatlarında "subay" sözünün "evli" kimi, "fərdi əmək fəaliyyəti" sözünün isə "İşləməyən" kimi oxunması nəzərə alınması qərara alınmışdır.
23. 01.12.2024-cü il tarixli cinayət işindən başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 196-197) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün ********* saylı cinayət işindən “Şəhruz” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edilməsi və ********* saylı cinayət işindən müvafiq sənədlərin kserosurətləri və əsilləri ayrılmış cinayət işinə əlavə edilməsi qərara alınmışdır.
24. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində çalışmış, polis mayorudur. 08 avqust 2024-cü il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olaraq idarə etdiyi “Toyota Prius” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə daşıması, həmçinin yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi O.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi evdə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən o, həmçinin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 03:10 radələrində Bakı şəhəri. Qaradağ rayonu, Kənar Dairəvi yolun 10-cu kilometrliyində, “Toyota Prius” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman ona yaxınlaşmışlar və özlərini təqdim edərək BNMİ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşyaları təqdim etməsini ona təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ cibindən 3 ədəd metadon həbinə bənzər kütləni, şalvarın sol cibindən 1 ədəd üzərində 055-808- 26-43 və ***-***-**-** nömrələr olan “Realme” markalı mobil telefonu, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd bank kartını, şalvarın arxa sol cibindən 1 ədəd avtomobil açarı və 5 ədəd mənzil açarı təqdim etmişdir. Sonra həmin kütlə qablaşdırılmış, üzərisi yoxlanılmış, lakin cinayət xarakterli başqa predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, yaxud iş üçün əhəmiyyət kəsb edən digər əşya və sənədləri təqdim etməsini ona təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağı üzərində saxladığı 1 ədəd içərisində 2760 ədəd metadon həbinə bənzər kütlə və iş üçün əhəmiyyət kəsb etməyən paltarlar olan torbanı, avtomobilin ön sağ oturacağının üzərindən 1 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütəni təqdim etmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və 104 qram olması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi O.Əliyev küçəsində yerləşən yaşadığı evdə narkotik vasitə olması barədə əməliyyat məlumatının olduğunu bildirmişlər. Həmin şəxs də təsdiq edərək hal-hazırda qeyd olunan ünvanda narkotik vasitə gizlətdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı qeyd edilən mənzilə baxış keçirilmişdir. Həmin vaxt evin yataq otağının çarpayısının altında 1 ədəd qara rəngli çantanın içərisindən 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 679 qram olmuşdur. Evin digər otaqlarına baxış keçirilsə də başqa qanunsuz əşya aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni 5 gün bundan qabaq İran İslam Respublikası vətəndaşı “Şəhruz” adlı şəxsdən əldə etdiyini, Yardımlı rayon ərazisindən götürərək müxtəlif ünvanlara çatdırılması üçün ona 1500-2000 manat pul veriləcəyini bildirmişdir. Əməliyyat şəraiti hadisə baş verən yerdə protokol tərtib etməyə imkan vermədiyindən protokollar Azərbaycan Respublikası DİN-in BNMİ-nin inzibati binasında tərtib edilərək təsdiq edilmiş, heç bir vəsatət və şikayət daxil olmamış, daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi O.Əliyev küçəsində yerləşən mənzilində qanunsuz olaraq narkotik vasitələr gizlədilməsi barədə məlumat verildiyindən həmin ünvanın ünvan 7n onlara həmin ünvanın ünvan 9 məlum olduğunu bildirmişdir.
25. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyi BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik leytenantı mayoru Şahid3 ibtidai istintaq zamanı şahid qismində BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir.
26. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində müxtəlif mənbələrdən məlumat verilmişdir. 09 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs qismində saxlanılmış, özlərini təqdim etmişlər, tərəflərindən sonuncuya hüquq və vəzifələri izah edilmiş və BNMi-ə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilmiş, baxış zamanı üzərində 03 ədəd metadon həbi aşkar olunmuşdur. Şübhəli şəxsə məxsus “Toyoto Prius” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq oturacağında 100 qramdan çox marixuana, arxa oturacaqda 2700 ədəd metadon aşkar olunmuşdur. Şübhəli şəxsin yaşadığı Nizami rayonu NZS qəsəbəsində yerləşən kirayə yaşadığı evə baxış keçirilmiş, yataq otağında 600 qramdan çox qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında narkotik vasitələri Şəhruz adlı İran İslam Respublikası vətəndaşından Yradımlı rayonu ərazisində aldığını demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxs saxlanılan zaman müqavimət göstərməmişdir.
27. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir.
28. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun Nizami rayonu NZS qəsəbəsində yerləşən evini kirayələmiş, cəmi bir gün Akif həmin evdə qalmışdır. O Təqsirləndirilən şəxs bir dəfə vizual olaraq görmüş, həmin vaxt sonuncu ona tikintidə işləməsi barədə bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı və ya istifadəsi ilə məşğul olduğunu bilməmişdir.
29. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, həbsdə olarkən İran vətəndaşı ilə tanış olmuşdur. Daha sonra cəza müddətinin başa çatması ilə əlaqədar olaraq o azad olunmuşdur. Cəzaçəkmə müəssisəsində tanış olduğu İran vətəndaşı ona içərisində narkotik maddələr olan torbanı Bakı şəhəri ərazisində yerləşən bir ünvana daşımağı, bu xidmətlərin qarşılığında isə ona 1000,00 Azərbaycan manatı məbləğində pul verəcəyini bildirmişdir. O həmin torbanı ələ keçirərək avtomobilə qoymuş və deyilən ünvana aparmaq üçün hərəkətə keçmişdir. Saray qəsəbəsi ərazisində olarkən, yol polisi onu saxlamış, yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. Daha sonra 02 ədəd avtomobildə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları avtomobilə baxış keçirən zaman, arxa oturacaqda olan torba onların diqqətini cəlb etmişdir. O torbanın içərisində narkotik maddələr olduğunu bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İran vətəndaşını o cəzaçəkmə müəsisəsindən tanımışdır, həmin şəxs ilə 2023-cü ildə tanış olmuşlar. İran vətəndaşının adı Şəhruz olmuşdur. Şəhruzla “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə əlaqə saxlamışlar. Şəhruz ona içərisində narkotik olan torbanı bir yerdən başqa yerə aparması və sonda torbanı qoyduğu məkanın fotosunu çəkərək ona göndərməsini xahiş etmişdir. Aşkar olunan narkotik vasitələr ona məxsusdur. O Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. O narkotik vasitələr olan torbanı öz avtomobilinə yerləşdirmişdir. O həmin narkotik vasitələri Yardımlı rayonundan götürmüş, Yardımlıya tək getmişdir. Narkotik vasitələr olan torbanı Masallı rayonundan Yardımlı rayonu istiqamətinə gedən yolun kənarında olan plakatın yanından götürmüşdür. Şəhruz ona torbanın yerini telefon ilə danışarkən demişdir. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq edilməmişdir. Şəhruz da Azərbaycan Respublikası ərazisində yaşamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
30. Maddə 234.4.1. və 234.4.3. satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
31. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
32. Maddə 18.2.2. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Maddə 65.2. təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanın üçdə ikisindən az ola bilməz.
33. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 34 Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
35. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
36. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Maddə 61.1.1. Cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir.
37. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
38. Maddə 83.3.4. Ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
39. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
40. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
41. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
42. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
43. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
44. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
45. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
46. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
47. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuana təmiz halda 500 qramdan yuxarı külli miqdar,metafdon təmiz halda 160 qramdan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
48. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
49. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
50. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
51. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
52. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
53. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı veridyi ifadələrdə əməlini səmimi etiraf etmiş, özünü tam təqsirli bildiyini və əməlindən peşman olmasını bildirmişdir.
54. Narktoik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 40, 41, 43-cü bəndləri) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
55. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (qərarın 47-ci bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
56. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan mobil telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Şəhruz adlı şəxs ilə danışlar aparmış və həmin danışıqlar narkotik vasitənin əldə edilməsi və realizə olunması ilə bağlı olmuşdur.
57. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını, özünün etirafedici ifadəsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
58. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 39-cu bəndi)
59. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.(qərar 30-cu bənd)
60. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 32-ci bəndləri).
61. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, məhkəmə istintaqının aparılmasına maneə yaradan hallara yol verməməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.(qərar 36-cı bənd)
62. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. (qərar 36-cı bənd)
63. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək Saatlı rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Nəsimi rayon məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 il 04 ay 10 gün nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən ödənilməmişdir və cinayətin təhlükəli residivini yaradır. (qərarın 32ci bəndi).
64. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
65. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğu nəzərə alınaraq cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 35ci bəndi).
66. İşdə olan tutma haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-549/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 avqust 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 44 və 45-ci bəndi).
67. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 09 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
68. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
69. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən, avtomobildən və evindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2748 ədəd narkotik vasitə metadonun və 714,9 qram qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı, evə və avtomobilə axtarış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 03 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 42-ci bəndi)
70. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.
71. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 46-cı bəndi).
72. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Presedent” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 550 (beş yüz əlli ) manat məbləğində pul köçürülməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən, avtomobildən və evindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2748 ədəd narkotik vasitə metadonun və 714,9 qram qurudulmuş marixuana məhv edilsin, şəxsin üzərində axtarış və götürmə aparılması zamanı, evə və avtomobilə axtarış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 03 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Presdent” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 550 (beş yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov