Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-858/2020 07.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və X6 ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi X2 iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış (məhkumluğu ödənilmiş), Astara rayonu Artupa kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsi, nömrəsiz fərdi evdə qeydiyyatda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz saxlanc yerinə daxil olaranq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir: belə ki, o, gözətçi işlədiyi və yaşadığı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəəbəsi, H.Aslanov küçəsiində yerləşən nömrəsiz fərdi yaşayış evində olarkən vahid niyyətlə müxtəlif vaxtlarda yəni, yataq otağında olan saxlanc yeri hesab edilən paltar dolabının içərisindən Zərərçəkmiş şəxs xx xxxx 2018-ci il tarixdə təxminən saat 13:00 radələrində 3.000 manat nağd pulunu, xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 12:00 radələrində 5.000 manat pulunu, xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 14:00 radələrində 1.000 manat nağd pulunu, xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 15:00 radələrində 4.000 manat nağd pulunu, xx xxxxxxxx 2018-ci il tarixdə təxminən saat 11:00 radələrində 800 manat nağd pulunu, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində həyətin qarajında saxlanılan Zərərçəkmiş şəxs məxsus «Lexus» markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanc yerində olan əl çantasından götürdüyü açarla həmin otaqda olan saxlanc yeri hesab edilən dəmir seyfi açaraq seyfdən 43.0000 manat nağd pulunu, həyətdə olan yardımçı tikilidə Zərərçəkmiş şəxs stulun üzərində asılmış vəziyyətdə olan şalvarının cibindən x xxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində 100 manat nağd pulunu və xx xxxx 2020-ci il tarixdə təxminən saat 19:00 radələrində həyətdə olan mövsümi qonaq otağında Zərərçəkmiş şəxs stulun üzərində asılmış vəziyyətdə olan şalvarının cibindən 200 manat nağd pulunu gizli olraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 57.100 manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2015-ci ildən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs evinə nəzarətçi kimi nəzarət etmiş, həmin evin həyətində olan kiçik evdə isə ailəsi ilə birlikdə yaşamış, ailənin ərzaq və digər məişət təminatları Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir; o və arvadı Şahid1 «Azərbaycan Avtomobil Yolları» dövlət agentliyinin rəsmi işçiləri olduqlarına görə dövlət tərəfindən onların hər birinə hər ay 200 manat əmək haqqı ödənilmiş, həmin əmək haqqlarını götürdüyü kreditlərin qaytarılmasına və arvadı Şahid1 tərəfindən oynalınan «lotoreyalar»ın ödənilməsinə yönəldilmişdir, əlavə qazancı olmamış, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən bağ evində yay aylarında ailəsi ilə birlikdə gəlib yaşamış, xx xxxx 2018-ci il tarixdə təxminən saat 13:00 radələrində həmin bağ evində işıq açarını düzəldən zaman dolabın yuxarı rəfində sellofan torbada çoxlu məbləğdə pul görmüş, bundan sonra həmin puldan mənimsəmək məqsədi ilə əlini həmin sellofan torbaya salaraq içindən bir hissə götürərək şalvarının cibinə qoymuş və evi tərk etmiş, bundan sonra bir neçə dəfə müxtəlif vaxtlarda həmin dolabın içindəki rəfdən pul götürmüş, götürdüyü pulların məbləği 3.000-4.000 manatdan artıq olmamış, bundan başqa Zərərçəkmiş şəxs evinin digər yerlərindən, o cümlədən dəmir seyfdən pul götürməmişdir, yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən axtarış zamanı götürülmüş 1 ədəd «MSİ» markalı noutbuk, 1 ədəd “X12 A” markalı planşet, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Samsung” markalı tozsoran, 1 ədəd “Samsung Galaxü A30s” markalı mobil telefon və 1 ədəd “Samsung Galaxy A8” markalı mobil telefonu arvadı Şahid1 oynadığı “lotoreya”dan əldə edilmiş birdəfəlik pulla almış, “lotoreya” isə hissə-hissə hər ay öz vəsaitləri hesabına ödənilmişdir, Mərdə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə təxminən 2015-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs evinə nəzarətçi kimi nəzarət etmiş, həmin evin həyətində olan evdə ailəsi ilə birlikdə yaşamış, Ələdddin Hacıyev ona bağa baxmağa görə hər ay 400 manat məvacib vermiş, bundan əlavə də bütün komunal xərclərini ödəmişdir, onun Ələddinin evinə girişinə icazəsi olmuş, Ələddin həmin bağ evində yay aylarında ailəsi ilə birlikdə gəlib yaşamış, həmin müddət ərzində isə o, Ələddinin evlərində olan bəzi işləri görmüşdür; xx xxxx 2018-ci il tarixdə təxminən saat 13:00 radələrində Ələddinin ailəsi ilə yaşadığı evdə işıq açarını düzəldən zaman paltar dolabının yuxarı rəfində sollafan torbada çoxlu pul görmüş, bundan sonra həmin pulun hamısını götürmək qərarına gəlmiş və buna görə də həmin pulu hissə hissə götürmək istəmiş, həmin gün sellofan torbada olan puldan əlini atıb bükümün içindən bir hissə götürərək şalvarının cibinə qoymuş və evi tərk etmişdir, bundan sonra o, həyətdə bir az gəzişdikdən sonra zibil atmaq adı ilə həyətdən çıxmış və həyətdən uzaqlaşdıqdan sonra pulu saymış, Ələddinin evindən 3000 manat pul oğurladığını müəyyən etmişdir, o, həmin pulu aparıb gizlətmiş və bir müddətdən sonra özü üçün xərcləmişdir; o, pulun yerini bildiyindən xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 12:00 radələrində yenə də evə iş görmək adı ilə daxil olaraq pulun yenə də bir bağlamasının üzərindən bir hissə oğurlamış, o, bundan sonra həmin pulu saydığı zaman ona məlum olmuşdur ki, pulun üzərindən 5000 manat pul oğurlamışdır; o, həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmiş, pulu xərclədikdən sonra xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 14:00 radələrində yenə də iş adı ilə Ələddinin yaşadığı bağ evinə daxil olaraq pul olan yerdən yenə də bir bağlamasından bir hissə pul götürmüş, sonra həmin pulu saydıqda ona bu dəfə 1000 manat pul götürməsi məlum olmuş, pulu xərclədikdən sonra xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 15:00 radələrində yenə də iş adı ilə Ələddinin yaşadığı bağ evinə daxil olaraq pul olan yerdən yenə də bir bağlamasından bir hissə pul götürmüş, o, bundan sonra həmin pulu saydıqda ona bu dəfə 4000 manat pul götürməsi məlum olmuş, pulu xərclədikdən sonra xx xxxxxxxx 2018-ci il tarixdə təxminən saat 11:00 radələrində yenə də iş adı ilə Ələddinin yaşadığı bağ evinə daxil olaraq pul olan yerdən yenə də bir bağlamasından bir hissə pul götürmüş, evdən çıxmamış pulu saymış və pulun 500 manat olduğunu görüb geri qayıtmış və yenə bir hissəsini götürüb evi tərk etmiş, həmin pulu saydıqda ona bu dəfə cəmi 800 manat pul götürməsi məlum olmuşdur; bundan sonra Ələddin ailəsi ilə Bakı şəhərində yerləşən evlərinə köçdüklərindən daha evə daxil olaraq pul götürə bilməmişdir; 2019-cu ilin yay mövsümündə Ələddin ailəsi ilə birlikdə yaşamaq üçün bağ evinə gəlmiş, Ələddinin oğlunun səhəttində problemlər olduğundan sonuncu ailəsi ilə Rusiya Federasiyasına getmiş, o, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində evdən yenə də pulun qalan hissəsindən oğurlamaq üçün evə özündə olan açarla açıb daxil olmuş və bu dəfə evdə seyfin olduğunu bilmiş, o, evdə həmişə Ələddinin avtomaşının açarını qoyduğu mətbəxdə olan soyuducunun üzərindən avtomaşının açarını götürərək həyətdə qarajda Ələddinin idarə etdiyi “Lexus” markalı ** VL *** dövlət nömrə nişanlı avtomaşının saxlanc yerində olan əl çantasının içərisində olan açarları götürərək evə qayıtmış və oradakı açarları bir-bir seyfin kilidinə salaraq yoxlamış, seyfin qapısı açılmış və orada çoxlu pulun olduğunu görmüşdür; o, şübhələri özünə çəkməmək üçün pulun üzərindən 1 ədəd 200 manatlıq əskinas bağlaması və 2 ədəd 100 manatlıq əskinas bağlaması götürmüş, oğurladığı pul 43000 manat olmuş, həmin vaxt onun götürdüyü 100 manatlıq əskinas bağlamasının birinin üzərinə əlavə pul bağlanmışdır; o, həmin oğurladığı pulu götürərək açarları avtomaşından götürdüyü yerə qaytarıb qoymuş, avtomaşının açarını da götürdüyü yerə qoyduqdan sonra evin qapısını bağlamiş və oğurladığı pulları qonşunun həyətində qarajda gizlətmişdir; xx xxxxxxxx 2019-cu il tarixdə Ələddin ailəsi ilə Rusiya Federasiyasından qayıtdıqdan sonra Bakı şəhərində yerləşən evlərinə getmiş, o, da bir müddət gözlədikdən sonra pulu gizlətdiyi yerdən çıxartmış və 25.000 manata Mərdəkan qəsəbəsində yaşadığı məhəlləyə yaxın yerdə 6 sot torpaq sahəsi almış, qalan puldan 1.000 manat həmin torpaq sahəsinə daş qum almış, bundan əlavə isə 900 manata yaşadığı evə televizor almış, qalan hissəsini isə yenə də şəxsi ehtiyaclarına xərcləmişdir; xx xxxx 2020-ci il tarixdə Ələddin ailəsi ilə birlikdə bağ evinə gəlmiş, 10. Mart 2020-ci il tarixdə təxminən saat 19:00 radələrində Ələddin işdən gəldikdən sonra paltarını evin həyətində olan təmirli yardımçı tikilidə çıxardaraq idman paltarında olmuş və o, Ələddinin evə getdiyindən istifadə edərək şalvarın cibindən 100 manat pul götürərək evə getmişdir; xx xxxx 2020-ci il tarixdə yenə də Ələddin işdən həmişəki vaxt gəldikdən sonra həyətdə olan yardımçı tikilidə paltarını dəyişdikdən sonra qonşuluqda olan evdə ad günü olduğundan ora getmiş, yardımçı tikiliyə daxil olaraq orada Ələddinin şalvarının cibinə baxmış və orada 700 manat 100 ABŞ dolları və bir də xırda pullar olmuş, o, həmin pulun üzərindən 200 manat pul götürmüş və şalvarı olduğu kimi yerinə qoymuşdur; həmin gün saat təxminən 23:30 radələrində Ələddin onu həyətə çağırmış və onlar yardımçı tikiliyə gedib orada oturub söhbət edən zaman Ələddin onun şalvarın cibindən 200 manat pul götürdüyünü demiş, o, həmin zaman 200 manat götürdüyünü etiraf etmiş və evə gedərək həmin oğurldığı 200 manat pulu gətirib Ələddinə vermişdir, bundan sonra Ələddin ondan əvvəllər də evdən oğurluq etdiyini soruşmuş, o da Ələddinə etdiyi oğurluqları bir-bir etiraf etmişdir. O, Zərərçəkmiş şəxs bağ evindən ümumilikdə xx xxxx 2018-ci ildən xx xxxx 2020-ci il tarixədək cəmi 57.100 manat pul oğurlamışdır; o, həmin pulları hissə hissə oğurlamışdır ki, Ələddin pulun oğurlandığım bilməsin, o, oğurladığı pulların 25.000 manatına Mərdəkan qəsəbəsində 6 sot həyətyanı torpaq sahəsi almış, qalan hissəsini isə şəxsi məqsədlərinə xərcləmişdir, o, Zərərçəkmiş şəxs evindən oğurluğu tək etmiş, oğurluq edən zaman evdə olan şəxslərdən heç biri onun oğurluq etdiyini görməmiş, o, Zərərçəkmiş şəxs oğurladığı pullardan Astara rayonunda ev almamışdır; o, oğurluq etməmişdən əvvəl Azərbaycan Beynəlxalq Bankından 3000 manat kredit götürmüş və həmin kreditin pulunu aylıq 205 manat olmaqla Kapital Bank vasitəsi ilə Astara rayonunda yaşayan qaynatası X3 göndərmiş, kreditin pulunu Öz maaşı ilə ödəmiş, bundan əlavə o, oğurladığı pullara ev üçün 900 manata televizor, 254 manata tozsoran, 300 manata planşet, 150 manata nootbuk və cəmi 677 manata 2 ədəd mobil telefon almışdır; o, Mərdəkan qəsəbəsində aldığı torpaq sahəsinə Azərtürkbank vasitəsi ilə elektrik xətti çəkilməsi üçün 169 manat 50 qəpik pul köçürmüşdür. O, qaynatası X3 pulları işləyərək qazandığı pullardan göndərmişdir; o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 6 sot torpaq sahəsini alqı satqı yolu ilə almış və aldıqdan sonra həmin torpaq sahəsini öz adına rəsmişləşdirmişdir; torpaq sahəsini aldığı şəxsin anket məlumatlarını bilmir və həmin şəxsə pulun oğurluq yolla əldə etdiyini deməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsinin isə işin faktiki hallarına daha uyğun olduğunu hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, onun Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində fərdi bağ evi var, həmin evdə daimi yaşamadığına görə həmin evə nəzarətçi olaraq Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə evin həyətində olan təmirli evdə yaşamasını təmin etmiş və hər ay onlara evə nəzarət etməsi üçün 400 manat pul vermiş, bundan başqa yaşadıqları evin kommunal xərclərini də ödəmişdir; 2019-cu ilin avqust ayında ailəsi ilə birlikdə bağ evinə köçdüyü vaxt ona məxsus olan 110.000 manat nağd pulunu da gətirib bağ evində ikinci mərtəbədə olan seyfə qoymuş, bundan sonra oğlunun səhhətində yaranan problemlərlə bağlı x xxxxxxxx 2019-cu il tarixdə ailəsi ilə birlikdə X4 şəhərinə getmiş, gedərkən seyfin açarını da, evin açaları ilə birlikdə qarajda saxladığı ona məxsus «Lexsus» markalı **-VL-*** nömrə nişanlı avtomaşının saxlanc yerində saxladığı əl çantasının içərisinə qoymuş, avtomaşının açarını isə evdə dolabın içərisinə qoymuş, xx xxxxxxxx 2019-cu il tarixdə Rusiya Federasiyasından qaytıdıqdan sonra məktəblər açıldığından Bakı şəhərindəki evinə qayıtmışdır; xx xxxxxxx 2019-cu il tarixdə pula ehtiyacı olduğundan bağa gedərək seyfdəki pulu götürmüş, lakin vaxtı olmadığından saymamış, evə qoyduqdan sonra pulun üstündən 49.000 manat pulun əksik olduğunu görmüş, bu barədə bir kimsəyə bir söz deməmişdir; o Respublikada koronavirusla bağlı olan vəziyyətlə əlaqədar x xxxx 2020-ci il tarixdə bağ evinə köçmüş və orada yaşamağa başlamış, bir müddət sonra cibindən 700 manatın üzərindən 100 manat pul götürülmüş, onda şübhə yaranmışdır ki, pulu Ramil götürüb, bir dəfə yenidən şalvarının cibindən 200 manat yoxa çıxmış, o, Ramili çağıraraq və onunla söhbət edərək pulu geri qaytarmasını bildirmiş, Ramil onun sözlərindən sonra pulu götürdüyünü etiraf etmiş və pulu gətirib özünə qaytarmış, bundan sonra Ramillə söhbət edərək sonuncudan ona məxsus 43.000 manat pulunu necə götürməsini öyrənmiş, Ramil ona həmçinin bağ evində müxtəlif vaxtlarda 13.800 manat nağd pulunu da hissə-hissə oğurladığını etiraf etmiş, o, Ramilə pulunu geri qaytarması üçün vaxt versə də, sonuncu qaytarmamış və o, məcbur qalıb polisə şikayət etmişdir; eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, əri Təqsirləndirilən şəxs və 3 uşaqları ilə birlikdə 2015-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evində yaşamışlar, Zərərçəkmiş şəxs yay aylarında ailəsi ilə birlikdə bağ evinə gələrək yaşamış, Zərərçəkmiş şəxs onların orada yaşamaları üçün hər cür şərait yaratmış, onların kommunal xərclərini ödəmiş, o və əri “Azərbaycan Avtomobil Yolları” Dövlət agentliyinin rəsmi işçiləri olduqlarına görə maaş kartları vasitəsi ilə hər biri hər ay 200 manat əmək haqqı da almışlar, həmin əmək haqqlarını götürdükləri kreditlərin qaytarılmasına və arvadı onun tərəfindən oynalınan «lotoreyalar»ın ödənilməsinə yönəldilmişdir, əlavə qazancları olmamışdır; əri Təqsirləndirilən şəxs yaşadıqları evdən oğurluq etməsindən məlumatı olmamış, bu barədə bağ evinin sahibi Zərərçəkmiş şəxs ona və Ramilə bildirərkən eşidib bilmişdir; yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən axtarış zamanı götürülmüş 1 ədəd «MSİ» markalı noutbuk, 1 ədəd “X12 A” markalı planşet, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Samsung” markalı tozsoran, 1 ədəd “Samsung Galaxü A30s” markalı mobil telefon və 1 ədəd “Samsung Galaxy A8” markalı mobil telefonu onun oynadığı “lotoreya”dan əldə edilmiş birdəfəlik pulla almışlar, “lotoreya” isə hissə-hissə hər ay öz vəsaitləri hesabına ödənilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin tədqiq edilmiş ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan ifadənin yerində yoxlanması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs əyani şəkildə Zərərçəkmiş şəxs məxsus əmlakın oğurlanması mexanizmini göstərmişdir (1-ci cild iş vərəqi 71-76). İşdə olan videogörüntüyə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli proktoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd fləşkarta Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, və Təqsirləndirilən şəxs həmin videogörüntüdə olan şəxsin özü olduğunu və törətdiyi oğurluq cinayətini heç bir təzyiq olmadan Zərərçəkmiş şəxs etiraf etdiyini bildirmişdir (1-ci cild iş vərəqi 46) İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qəardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd fləşkart iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cildiş vərəqi 177- 186) İşdə olan axtarış və götürmə aparılması haqqında x xxxxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotocədvəldən və xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən axtarış zamanı 1 ədəd «MSİ» markalı noutbuk, 1 ədəd “X12 A” markalı planşet, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Samsung” markalı tozsoran, 1 ədəd “Samsung Galaxü A30s” markalı mobil telefon və 1 ədəd “Samsung Galaxy A8” markalı mobil telefon maddi sübut kimi götürülmüş və saxlanılmaları üçün Xəzər RPİ-yə verilmişdir (1-ci cild iş vərəqi 82-84 və 193). İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx xxx 2020-ci il tarixli**********137 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2482 F saylı bağ sahəsində yerləşən 0,0592 ha torpaq sahəsi və ümumi birgə mülkiyyətdə olan Astara rayonu, Səncərədi kəndində yerləşən 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır (1-ci cild iş vərəqi 142). İşdə olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********11 №-li çıxarışından və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin A seriyalı 455710 №-li torpaq sahəsinin planından görünür ki Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2482 F saylı bağ sahəsi xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2487F saylı bağ sahəsində yerləşən 0,0592 ha torpaq sahəsi və ümumi birgə mülkiyyətdə olan Astara rayonu, Səncərədi kəndində yerləşən 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmuşdur (1-ci cild iş vərəqi 147-148). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 alınmış x xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllərBakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmündən görünür ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxx 2007-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (1-ci cild iş vərəqi 174- 175). Qeyd edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx xxxxx 2007-ci il tarixdə çəkib qurtardıqdan xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 12 il 3 ay 13 gün sonra törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və cəzasını çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında x xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 28). İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin x xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu x xxxxx 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 65-70). İşdə olan Astara rayon İcra Hakimiyyətinin Səncərədi kənd inzibati dairəsi üzrə nümayəndəsinin verdiyi xx xxxx 2020-ci il tarixli 568 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009, 2012 və 2016-cı il təvəllüdlü 3 azyaşlı uşaqları vardır (1-ci cild iş vərəqi 172). İşdə olan Astara rayon İcra Hakimiyyətinin Səncərədi kənd inzibati dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (1-ci cild iş vərəqi 173). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs davam edən cinayət olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla davam edən oğurluq cinayəti etməsi faktı tam təsdiqini tapmışdır. Belə ki, ibtidai istintaq və məhkəmə zamanı Zərərçəkmiş şəxs verdiyi ifadələr, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünün oğurluqluq faktlarını etiraf etməsi, törədiyi cinayət əməlini məhkəmədə qismən etiraf etməsi, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs xəbərdar etməklə və sonuncunun razılığı və məlumatı ilə həyata keçirilmiş videoçəkiliş zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsi, Təqsirləndirilən şəxs və arvadı Şahid1 birlikdə zəhmət haqqlarının cəmi 400 manat olduğu halda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2482 F saylı bağ sahəsini vahid niyyətlə 43.000 manat pulun oğurlanması faktından (xx xxxxxxxx 2019-cu il) dərhal əldə etməsi və növbəti ay ərzində Dövlət Reyestr Xidmətində qeydiyyata alınması (xx xxxxxx 2019-cu il) oğurluq faktlarının məhz onun tərəfindən törədilməsini və həmin bağ və torpaq sahələrini məhz oğurlanmış pul vəsaiti ilə alınmasını subut edir. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsində oğurluq etməsini qismən etiraf etsə də, oğurlanmış pulların məbləğini azaltması oğurlanmış pul vəsaitlərinə alınmış torpaq sahələrinin müsadirə edilməsinin qarşısını almağa yönəlib, ümumilikdə işin faktiki hallarına tam uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli1 №-li qərarına əsasən: - 1.Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür; - 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 57.100 min manat külli miqdar təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə himayəsində üç azyaşlı uşağınını olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni 7 (yeddi) il 6 (altı) aydan artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını (himayəsində 3 azyaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi) və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı tutulduğu x xxxxx 2020ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxxx 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. İMəhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən ona dəymiş 57.100 manat pulun ödənilməsinə dair mülki iddia verilmiş, Zərərçəkmiş şəxs iş üzrə mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən ona dəymiş 57.100 manat pulun ödənilməsinə dair mülki iddia təmin edilməli, 57.100 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə həbs qoyulmuş əmlakı müsadirə olunmaqla cinayət nəticəsində əmlakın qanuni sahibinə (Zərərçəkmiş şəxs) vurulmuş ziyan hesabına - mülki iddianın ödənilməsinə yönəldilməlidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2482 F saylı bağ sahəsi xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********11 №-li çıxarışı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin A seriyalı 455710 №-li torpaq sahəsinin planı ilə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən axtarış zamanı götürülmüş və saxlanılmaları üçün Xəzər RPİ-yə verilmiş 1 ədəd «MSİ» markalı noutbuk, 1 ədəd “X12 A” markalı planşet, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Samsung” markalı tozsoran, 1 ədəd “Samsung Galaxy A30s” markalı mobil telefon və 1 ədəd “Samsung Galaxy A8” markalı mobil telefon Təqsirləndirilən şəxs Rəhmn oğlunun yaxın qohumlarının birinə qaytarılmalıdır; mülki iddianın və cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş maddi zərərin ödənilməsinin təmin edilməsi məqsədilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2487F saylı bağ sahəsində yerləşən 0,0592 ha torpaq sahəsi və ümumi birgə mülkiyyətdə olan Astara rayonu, Səncərli kəndində yerləşən 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müsadirə edilsin və hərrac yolu ilə satılmaqla əldə edilmiş vəsait mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş 57.100 manat məbləğində maddi ziyanın ödənilməsinə yönəldilməli, hərracdan əldə edilən əlavə vəsait qalan məbləğ Təqsirləndirilən şəxs qaytarılmalıdır; cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd fləşkart və Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********11 №-li çıxarışı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin A seriyalı 455710 №-li torpaq sahəsinin planı cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il muddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu x xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş 57.100 manat mülki iddia təmin edilsin, 57.100 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ziyanın ödənilməsi məqsədi ilə Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən axtarış zamanı götürülmüş və saxlanılmaları üçün Xəzər RPİ-yə verilmiş 1 ədəd «MSİ» markalı noutbuk, 1 ədəd “X12 A” markalı planşet, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Samsung” markalı tozsoran, 1 ədəd “Samsung Galaxy A30s” markalı mobil telefon və 1 ədəd “Samsung Galaxy A8” markalı mobil telefon Təqsirləndirilən şəxs Rəhmn oğlunun yaxın qohumlarının birinə qaytarılsın; mülki iddianın və cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş maddi zərərin ödənilməsinin təmin edilməsi məqsədilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2487F saylı bağ sahəsində yerləşən 0,0592 ha torpaq sahəsi və ümumi birgə mülkiyyətdə olan Astara rayonu, Səncərli kəndində yerləşən 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müsadirə edilsin və hərrac yolu ilə satılmaqla əldə edilmiş vəsait mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş 57.100 manat məbləğində maddi ziyanın ödənilməsinə yönəldilsin, hərracdan əldə edilən əlavə vəsait qalan məbləğ Təqsirləndirilən şəxs qaytarılsın; cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd fləşkart və Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********11 №-li çıxarışı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin A seriyalı 455710 №-li torpaq sahəsinin planı cinayət işində saxlanılsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-858/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-858/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver