Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-858/2021 19.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X6 və X21, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı2 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi: Bakı şəhər 17 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi: X3 iştirakları ilə xx xxxxxx 1962-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Ağcabədi Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il islah işləri cəzasına məhkum edilmiş, hazırki tarixə üzərində çəkilməmiş 6 ay islah işləri cəzası qalmış, "xxxx" MMC-nin təsisçisi və direktoru, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 13.12.2012-ci il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsində ********** nömrə ilə qeydiyyatdan keçmiş və hüquqi ünvanı ünvan 2i və direktoru olmaqla cəmiyyətin 11 dekabr 2012-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında icrasına nəzarət etmək, cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və qanunvericilikdə qadağan olunmayan digər səlahiyyətləri həyata keçirən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə qeyriləri və "xxxx" ASC-nin digər vəzifəli şəxslərilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək özgəyə məxsus əmlakı qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talamaq məqsədilə 3.000 (üç min) baş “Saanen” cins damazlıq keçi, 120 (bir yüz iyirmi) baş “Saanen” cins törədici təkə, 2.000 (iki min) baş “Asaf” cins qoyun və 80 (səksən) baş “Asaf” cins törədici qoçların lizinq yolu ilə "xxxx" ASC-dən alınması ilə bağlı həmin ASC tərəfindən elan edilmiş tenderdə 24.07.2014-cü il tarixdə hüquqi ünvanı Böyük Britaniya və X1 "xxxx" şirkətinin adından iştirak edib, tanışı olan Şahid4 Xəlil oğlunun 07.08.2014-cü il tarixli EXT-070814 nömrəli etibarnamə əsasında şirkətin nümayəndəsi kimi tenderdə iştirakını təmin edərək 07.08.2014-cü il tarixdə "xxxx" şirkətinin tenderin qalibi elan edilməsindən sonra 3.692.000 (üç milyon altı yüz doxsan iki min) avro dəyərində 3.000 (üç min) baş “Saanen” cins damazlıq keçi, 120 (bir yüz iyirmi) baş “Saanen” cins törədici təkə, 2.000 (iki min) baş “Asaf” cins qoyun və 80 (səksən) baş “Asaf” cins törədici qoçların gətirilməsi ilə bağlı "xxxx" şirkəti ilə "xxxx" ASC arasında 08.08.2014-cü il tarixli müqavilənin bağlanmasına və "xxxx" ASCnin "xxxx" ASC-də olan AVRO HH AZ18TECİ**********20 19024743 hesabından «Exacta Trade L.P.»şirkətinin (Danske Bank A/S Copenhagen Denmark DABA DKKK A/S Estonia Branch) EE**********19860000 nömrəli benefisiar hesabına 18 avqust 2014-cü il tarixdə həmin dövrün rəsmi məzənnəsi ilə 1.551.378 (bir milyon beş yüz əlli bir min yüz yüz yetmiş səkkiz) manata bərabər olan 1.476.800 (bir milyon dörd yüz yetmiş altı min səkkiz yüz) avro, 28 avqust 2014-cü il tarixdə həmin dövrün rəsmi məzənnəsi ilə 1.000.015 (bir milyon on beş) manata bərabər olan 964.800 (doqquz yüz altmış dörd min səkkiz yüz) avro, 10 oktyabr 2014-cü il tarixdə həmin dövrün rəsmi məzənnəsi ilə 647.270 (altı yüz qırx yeddi min iki yüz yetmiş) manata bərabər olan 650.000 (altı yüz əlli min) avro, 27 oktyabr 2014-cü il tarixdə həmin dövrün rəsmi məzənnəsi ilə 598.299 (beş yüz doxsan səkkiz min iki yüz doxsan doqquz) manata bərabər olan 600.400 (altı yüz min dörd yüz) avro olmaqla ümumilikdə həmin dövrlərin rəsmi məzənnəsi ilə 3.796.962 (üç milyon yeddi yüz doxsan altı min doqquz yüz altmış iki) manata bərabər olan 3.692.000 (üç milyon altı yüz doxsan iki min) avro pul vəsaitinin köçürülməsinə nail olduqdan sonra, əlbir olduğu şəxslər vasitəsilə «Exacta Trade L.P.»şirkətinin qeyd edilən hesabından həmin pul vəsaitinin 1.480.000 avro hissəsinin 2014-2015-ci illərdə “Muldur Holding B.V” və “Muldur Livestock BV” şirkətlərinin NL62İNGB********** və NL61İNGB********** hesablarına köçürülməsinə nail olmaqla və 1.110.900 avro məbləğdə pul vəsaitinin məlum olmayan şəraitdə həmin şirkətə verilməsini təmin etməklə, ümumilikdə ödənilmiş 2.590.900 (iki milyon beş yüz doxsan min doqquz yüz) avro məbləğində pul vəsaiti üzrə qeyd edilən müqaviləyə əlavədə göstərilən 3.576 (üç min beş yüz yetmiş altı) baş qoyun və keçilərin 2014-2015-ci illərdə gömrük rəsmiləşdirilməsindən keçirilməklə ölkəyə gətirilməsini və "xxxx" ASC-yə təhvil verilməsini təmin edib, həmin ASC-nin qabaqcadan əlbir olduğu digər vəzifəli şəxsləri ilə əvvəlcədən aralarındakı cinayətkar razılaşmalarına əsasən, gətirilmiş həmin heyvanları və əlavə olaraq ASC tərəfindən lizinqə götürülməsi təklif edilən digər heyvanları, o cümlədən, 29.04.2014-cü il tarixli, 31-LD/14 saylı müqaviləyə əsasən 393 baş, 29.04.2014-cü il tarixli, 31-LD/14 saylı müqaviləyə əsasən 1.268 baş, 08.07.2014-cü il tarixli, 34-LD/14 saylı müqaviləyə əsasən 710 baş, 29.12.2014-cü il tarixli, 36-LD/14 saylı müqaviləyə əsasən 1.615 baş, 29.12.2014-cü il tarixli, 36-LD/14 saylı müqaviləyə əsasən 911 baş, 16.07.2015-ci il tarixli, 99- LD/15 saylı müqaviləyə əsasən 1050 baş olmaqla, ümumilikdə 5.947 baş damazlıq heyvanları ASC-dən təhvil almaqla rəhbəri olduğu həmin MMC-nin Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən saxlama yerlərinə aparıb, «Exacta Trade L.P.»şirkəti ilə "xxxx" ASC arasında bağlanmış qeyd olunan müqavilə üzrə özü və əlbir olduğu şəxslərin təşəbbüsü ilə ASC tərəfindən EE**********19860000 nömrəli benefisiar hesaba köçürülməklə "xxxx" ASC-nin qabaqcadan əlbir olduğu digər vəzifəli şəxslərinə və özünə etibar edilmiş həmin dövrün rəsmi məzənnəsi ilə 1.145.144 (bir milyon bir yüz qırx beş min bir yüz qırx dörd) manata bərabər olan 1.101.100 (bir milyon bir yüz bir min bir yüz) avro məbləğində pul vəsaitini həmin hesabdan qeyd edilən müddət ərzində müəyyən edilməyən şəraitdə çıxarmaqla nağdlaşdırıb Bakı şəhəri ərazisində əldə edərək, qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvləri ilə aralarında bölüb şəxsi məqsədlərinə sərf etməkə,"xxxx" ASC”-yə (Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən Cəmiyyətin adının dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti” adlandırılması nəzərə alınmaqla) məxsus olmaqla ona və qabaqcadan əlbir olduğu qeyrilərinə etibar edilmiş həmin dövrün rəsmi məzənnəsi ilə 1.145.144 (bir milyon bir yüz qırx beş min bir yüz qırx dörd) manata bərabər olan 1.101.100 (bir milyon bir yüz bir min bir yüz) avro məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, 1.101.100 (bir milyon bir yüz bir min bir yüz) avro məbləğində, 6 noyabr 2020-ci il tarixə olan məzənnə ilə 2.212.330 (iki milyon iki yüz on iki min üç yüz otuz) manat dəyərində damazlıq heyvanların alınıb heyvandarlıqla məşğul olan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması üçün həmin cəmiyyətə təqdim edilməməsində ifadə olunan hərəkətləri ilə "xxxx" ASC-nin (hazırda Zərərçəkmiş şəxs ASC-nin) nizamnamə məqsədlərinə uyğun fəaliyyətini və bu fəaliyyətin rentabelliyini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2013-cü ildən kənd təsərrüfatı sahəsi ilə məşğuldur. Ağcabədi rayonunun Ağabəyli kəndində qeydiyyatda olmaqla orada fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişdir. Müəssisə təsərrüfatında damazlıq-cins qoyun və keçilərin yetişdirilməsi ilə məşğul olur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı və əhalinin ərzaq və qida təhlükəsizliyi haqqında dövlət başçısının sərəncamlarından ruhlanaraq və ölkə başçısının çağırışına cavab olaraq ölkədə ilk dəfə olaraq damazlıq keçi və qoyunçuluq təsərrüfatı yaratmağı planlaşdırmışdır. Bu qərara gəlməyinin səbəbi bütün inkişaf etmiş ölkələrdə geniş yayılmış, lakin respublikada mövcud olmayan xırdabaş damazlıq heyvanların qapalı şəraitdə saxlanılmaması olmuşdur. Belə ki, qapalı şəraitdə heyvanların saxlanılması kiçik torpaq sahələrinin becərilməklə daha çox heyvan saxlanılması mümkündür. Ona görə də qərara gəlmişdir ki, cins keçi və qoyunların xarici ölkələrdən gətirilməsi, yerli şəraitə uyğunlaşdırılması və kiçik ailə təsərrüfatlarına satılması ilə məşğul olsun. Bu məqsədlə 7 ha ərazidə 10.000 başlıq xırdabuynuzlu heyvan üçün tövlələr, sağımxanalar və uyğun infrastrukturlar yaratmış, asfalt yol, su, qaz və elektrik çəkilişini həyata keçirmişdir. Sınaq üçün ilk dəfə 2013-cü ilin oktyabr ayında "xxxx" ASC-nin xətti ilə hazırda xatırlamadığı şirkət vasitəsilə ilkin olaraq 3 ay ərzində Hollandiya və Fransa Respublikasından 2150 baş olmaqla “Saanen” və “Alpin” cinsli keçiləri öz təsərrüfatına gətizdirmiş, həmin heyvanların yerli şəraitə uyğunlaşması, bala və süd verimi çox qaneedici olmuş, yüksək məhsuldarlıq əldə etmişdir. Təsərrufatı genişləndirmək qərarına gələrək "xxxx" ASC-yə müraciət etmiş, "xxxx" ASC ilə "xxxx" MMC arasında keçi və qoyunların "xxxx" ASC-nin xətti ilə alınması üçün müqavilə bağlamışdır. Bununla bağlı o, həmin vaxt "xxxx" ASC-nin sədri olmuş Şahid1 qəbulunda olmuş, Elşən ona ümumi müqavilənin dəyərinin 15 faizinin ona verilməli olduğunu bildimişdir. Yəni ki, pul "xxxx" tərəfindən hər hansı şirkətə köçürülərsə dərhal həmin məbləğin 15 faizi nağdılaşdırılaraq çıxarılıb Elşənə verilməli idi. Təsərrufatı genişləndirmək məqsədi olduğundan və başqa yolla xaricdən heyvan gətirə bilmədiyindən Şahid1la razılaşmışdır. Ondan sonra hansı şirkətin köçürülən pulu nağdılaşdırıb geri qaytarması ilə maraqlanmağa başlamışdır. Bir müddət sonra Şahid2 adlı şəxsin «Exacta Trade L.P.» adlı şirkətinin olduğunu, həmin şirkətin bank hesabına köçən pulu nağdılaşdırıb müəyyən hissəsini geri qaytara bildiyini öyrənmişdir. Ondan sonra Şahid2lə əlaqə saxlamış və ona "xxxx" ASC vasitəsilə xaricdən xırda buynuzlu damazlıq heyvan almaq istədiyini bildirib onun şirkətinin hesabına köçürülən pulun 15 faizinin geri qaytarılmalı olduğunu demişdir. Rövlan da onunla razılaşaraq bunun müqabilində xidmət haqqı kimi ümumi məbləğin 2 faizinin ona verilməli olduğunu demişdir. Şahid2lə razılaşdıqdan sonra "xxxx" ASC-nin rəhbəri olmuş Şahid1la görüşmüş, ona «Exacta Trade L.P.» adlışirkətin rəhbəri ilə danışdığını pulu həmin şirkətin hesabına köçən kimi 15 faizi nağdılaşdırıb ona verəcəyini bildirmişdir. Elşənlə razılaşdıqdan sonra "xxxx" ASC ilə «Exacta Trade L.P.» şirkəti arasında 10.07.2014-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə gömrük rəsmiləşdirilməsi mal göndərən şirkət tərəfindən edilməli olduğundan gömrük rəsmiləşdirilməsi işlərini görmək üçün tanışı Şahid4 “Exacta Trade” şirkətinin nümayəndəsi olması ilə bağlı Rövlana etibarnamə verməsini xahiş etmiş, Rövlan da Emilə etibarnamə vermişdir. İlkin olaraq malların birini türk əsilli Hollandiya vətəndaşı Əli Müldürdan aldığından ikinci dəfə sonuncunu 2014-cü ildə Bakı şəhərinə dəvət etmiş, Ə.Müldürun rəhbəri olduğu “Muldur Holdinq”lə «Exacta Trade L.P.» şirkəti arasında müqavilə bağlanmışdır. Müqaviləni bir tərəfdə «Exacta Trade L.P.» nümayəndəsi Emil, digər tərəfdə isə Əli Müldür imzalamışdır. "xxxx" ASC tərəfindən 4 dəfəyə «Exacta Trade L.P.» şirkətinə ümumilikdə 3.692.000 avro pul vəsaiti köçürülmüşdür, həmin pul hər dəfə «Exacta Trade L.P.» şirkətinin bank hesabına köçəndə Rövlan hər dəfə ona köçən məbləğin 15 faizini qaytarıb vermiş, 2 faiz də özünə xidmət haqqı kimi götürmüşdür. Qeyd edilən məbləğləri Şahid2 o və ya 2018-ci ildə vəfat etmiş qaynı Zöhrab Rüstəmov və ya Şahid2 sürücüsü Samir götürmüşdür. Həmin pulları o, Zöhrab və Samir hər dəfə "xxxx" ASC-nin rəhbəri Şahid1 "xxxx" ASCnin Bakı şəhərinin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasında pul köçəndən bir və ya iki gün sonra vermişlər. Ümumulikdə Şahid1 553.000 avro pul verilmişdir. «Exacta Trade L.P.» şirkəti tərəfindən "xxxx" ASC- arasında bağlanmış müqavilənin şərtlərinə əsasən «Exacta Trade L.P.» şirkəti tərəfindən "xxxx" ASCyə 3 692 000 avro dəyərində 3000 baş Saanen cins damazlıq keçiləri, 120 baş Saanen cins törədici təkələr, 2000 baş Asaf cins qoyunlar və 80 baş Asaf cins törədici qoçlar 2015-ci ilin mart ayına qədər hissə-hissə Bakı şəhərinə gətirilərək "xxxx" ASC-yə «Exacta Trade L.P.» şirkəti tərəfindən təhvil verilməli, bundan sonra isə rəhbəri olduğu "xxxx" MMC həmin cins qoyun və keçiləri lizinq yolu ilə "xxxx" ASC-dən almalı idi. 2014cü ilin təxminən sentyabr-noyabr aylarında və 2015-ci ilin təxminən yanvar-fevral aylarında hissə-hissə heyvan daşımaq üçün xüsusi təyinatlı TİR maşınlarında 2 582 650 avro dəyərində 3600 baş müqaviləyə əlavədə göstərilən qoyun və keçilər Bakı şəhərində müvafiq sənədləşmələr aparılmaqla birbaşa Ağcabədi rayonunun Ağabəyli kəndinə "xxxx" MMC-nin təsərrüfatına gətirilərək yerləşdirilmiş, 1.110.350 avro dəyərində də keçi və qoyunlar gətirilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin oktyabr-noyabr aylarından başlayaraq təsərrüfatda naməlum xəstəlik baş vermiş və bunun nəticəsində təxminən 2000 başdan çox qoyun və keçilər ölmüşdür. Həmin vaxt Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Siyarə Rüstəmova başda olmaqla "xxxx" ASC-nin heyvandarlıq şöbəsinin Kamil müəllimin və «Alfa» sığorta şirkətinin rəhbəri Sabir müəllimin rəhbərliyi ilə baytarlıq komissiyası təsərrüfata gəlib baxış keçirmiş və heyvanların ölməsinin səbəbini dəqiq müəyyən etmək mümkün olmamışdır. Belə olan halda qərar gəlmişdir ki, qalan heyvanların gətirilməsini bir müddət təxirə salsın. Buna baxmayaraq, "xxxx" ASC-nin rəhbəri Şahid1 təkidi ilə 2015-ci ilin fevral ayında 1 və ya 2 maşında keçilər gətirilmiş, lakin həmin heyvanlardan da xəstələnənlər olmuşdur. Məhz bu səbəbə görədə 1.110.350 avro dəyərində təxminən 1600 baş qoyun və keçi gətirilməmişdir. Sonradan da Əli Mudur 2015-ci ilin dekabr ayında Turkiyə Respublikasında həbs edildiyindən heyvanların qalanın indiyədək gətirilməsini təmin edə bilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi cinayət işi üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X5 ifadəsində göstərdi ki, "xxxx" Şirkəti ilə həmin dövrün məzənnəsi ilə 4719,7 manat (3692,0 avro) məbləğində "5200 baş damazlıq keçi və qoyunların" satın alınması barədə 8 avqust 2014-cü il tarixli, 17/14 nömrəli müqavilə bağlanılmış, malların çatdırılması müddəti 180 gün ərzində nəzərdə tutulmuşdur. 2014-cü ildə müqavilə məbləği avro ekvivalentində tam olaraq mal satana ödənilmiş, lakin 2014-2015-ci illərdə cəmi 2576,1 manat (2590,9 avro) məbləğində 3576 baş damazlıq heyvan təhvil verilmiş və nəticədə təhvil verilməmiş 1624 baş heyvan üzrə 2143,6 manat (1101,1 min avro) məbləğində debitor borc yaranmışdır. "xxxx" ASC tərəfindən "xxxx" Şirkətindən alınaraq lizinq yolu ilə satılmış damazlıq keçi və qoyunlar üzrə 1 sentyabr 2019-cu il tarixə gecikdirilmiş borcu olan "xxxx" MMC ilə borcların qarşılıqlı üzləşdirilməsinin aparılması və satılmış damazlıq heyvanların faktiki varlığının yoxlanılması ilə müəyyən edilmişdir ki; “Aqrolizinq"xxxx"BMS AC MMC” ilə 2014-2015-ci illərdə bağlanılmış 4 müqavilə üzrə 4454,2 manat ilkin dəyərlə 2227,1 manat güzəştli dəyərlə 5947 baş damazlıq heyvan lizinq yolu ilə satılmış, ilkin olaraq 470,000 manat ödəniş olmuş, sonrakı dövrdə qrafik üzrə 50,000 manat olmaqla cəmi 5000 manat vəsait ödənilmişdir. Bütün ödənişlər manatla göstərilsə də, avronun həmin dövrün məzənnəsinə uyğun olaraq ödənildiyindən "xxxx" ASC-nin hesabında manatın hazıkı vaxta olan məzənnəsinə bərabər olan avro ilə olan borc olaraq qalır. Müqavilə müddətinin 2017-2018ci illərdə bitməsinə baxmayar 2019-cu ilin sentyabr ayı tarixinə 1707,1 manat ödənilməmiş (gecikdirilmiş) borc məbləği qalmışdır. Bununla əlaqədar Cəmiyyət tərəfindən 27 aprel 2016-cı il tarixdə Şirvan İnzibati- İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və bir neçə məhkəmə instansiyalar baxıldıqdan sonra Ali Məhkəmənin 6 mart 2019-cu il tarixli 2-2(102)-93/2019 nömrəli qətnaməsinə əsasən heyvanların geri qaytarılması şərti ilə 1020,9 manat (1 aprel 2016 tarixə olan borc qalığı) borc öhdəliyi təsdiq edilmiş, lakin heyvanların geri qaytarılması və borc ödənilməsi təmin olunmamışdır. Vurulmuş ziyan ibtidai istintaq dövründə tam ödənilmişdir. Şahid qismində dindirilmiş Şahid1 idtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin cinayət işinin 3-cü cildinin 10-14-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2014-cü ilin yanvar ayından həmin ilin may ayınadək "xxxx" ASC-də sədr müavini, 2014-cü ilin may ayından 2018-ci ilin may ayınadək "xxxx" ASC-də sədr vəzifəsində, 2018-ci ilin may ayından 2018-ci ilin noyabr ayınadək Kənd Təsərrufatı Nazirliyinin Texniki Siyasət şöbəsinin rəisi, 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayınadək Kənd Təsərrufatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəis müavini vəzifəsində işləmiş, hazırda isə Gəncə avtomobil zavodu İstehsalat birliyində direktor müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu 2013-2014-cü illərdə "xxxx" ASC vasitəsi ilə Ağcabədi rayonunda yerləşən təsərrüfatına xaricdən cins xırda buynuzlu heyvanlar gətirmiş, lakin sonda "xxxx" ASC-yə təxminən 100.000 avro borclu qalmışdır. Şahid2 isə adını yaxın vaxtlarda eşitmiş, sonuncunu tanımır və münasibət yoxdur. «Exacta Trade L.P.» şirkəti ilə "xxxx" ASC arasında bağlanmış 08.08.2014-cü il tarixli 17/14 nömrəli müqaviləni «Exacta Trade L.P.» şirkətinin nümayəndəsi kimi Mülhazilin tanışı Şahid4 imzalamış, müqavilənin şərtləri qismən icra edilmişdir. Belə ki, 2.582.650 avro dəyərində 3600 baş müqaviləyə əlavədə göstərilən qoyun və keçilər müvafiq sənədləşmələr aparılmaqla ölkəyə gətirilmiş, təxminən 1.110 000 avro dəyərində də keçi və qoyunlar isə gətirilməmişdir. Bunun da səbəbini Mülhazil heyvanları ona göndərən şirkətin sahibi Əli Muldur adlı şəxsin həbs olunması ilə izah etmişdir. «Exacta Trade L.P.» şirkətinin Təqsirləndirilən şəxs məxsus olduğunu bilmiş, sonradan həmin şirkətin Şahid2 adlı şəxsə məxsus olduğunu öyrənmişdir. "xxxx" ASC ilə«Exacta Trade L.P.» şirkəti arasında bağlanmış 08.08.2014-cü il tarixli 17/14 saylı müqaviləyə əsasən «Exacta Trade L.P.» şirkətinin hesabına köçürülən 3.692.000 avro məbləğin 15 faizi, yəni 553.800 manatı nağdılaşdırılaraq Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən ona verilməsi barədə deyilənlər yalandır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, «Exacta Trade L.P.» ona məxsusdur. Həmin şirkəti 2012-ci ildə hazırda adını xatırlamadığı şirkətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə İngiltərədə təsis etmişdir. Həmin şirkətin Estoniyada “DANSK” bankda olan hesabını da həmin şirkətlər vasitəsilə açmışdır. Həmin şirkətlərin adı “Corperex limited” və “İnteqrex limited” idi. Həmin şirkəti təsis etməkdə məqsəd biznes fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Təqsirləndirilən şəxs2014-cü ildə ona müraciət edərək "xxxx" vasitəsilə Hollandiyadan damazlıq heyvan gətirdəcəyini bildirmiş, «Exacta Trade L.P.» şirkəti vasitəsilə pul köçürmələrini etmək istədiyini demişdir. Mülhazilin bunu etməkdə məqsədi vergi ödənişlərindən yayınmaq olmuşdur. Mülhazil "xxxx" ASC tərəfindən köçürülən pul vəsaiti hesabına Hollandiyadan “Muldur Livestock” şirkətindən 3.692.000 avro dəyərində damazlıq heyvan alacağını bildirmişdir. Aralarında olan danışığa əsasən həmin məbləğ "xxxx" ASC tərəfindən «Exacta Trade L.P.» şirkətinin Estoniyada olan DANSK bankdakı hesabına köçürüləcək və oradan da “Muldur Livestock” şirkətinə köçürüləcəkdir. Mülhazil ona "xxxx" ASC ilə qeyd edilən müqaviləni bağlamaq və proseslərə başlamaq üçün 500.000 manat ilkin olaraq pul lazım olduğunu bildirmiş, ondan 3-4 aylıq müddətə 500.000 manat borc pul istəmiş, ona 550.000 manat pul qaytaracağını demişdir. Həmin vaxt Mülhazilin normal bizneslə məşğul olduğunu, iri heyvandarlıq təsərrüfatının olduğunu görüb sonuncuya 2014-cü ilin hazırda xatırlamadığı aylarında ayrı-ayrı vaxtlarda və xatırlamadığı yerdə hissə-hissə 500.000 ABŞ dollarını nağd şəkildə vermişdir. Ondan sonra 2014-cü ildə Mülhazil bir neçə dəfə ona "xxxx" ASC ilə bağlı müqavilə və digər sənədlər gətirib imzalatmışdır. Həmin vaxt o, "xxxx" ASC-nin “Avto İnvest” filialının müdiri işləmişdir. Həmin filial Bakışəhəri Nərimanov prospestində yerləşirdi. Bir müddət sonra Mülhazil «Exacta Trade L.P.» şirkətinin nümayəndəsi kimi bir nəfərin "xxxx" ASC-də keçiriləcək tenderdə iştirak etməli olduğunu bildirib nümayəndə lazım olduğunu demiş, o da öz sürücüsü Şahid3 nümayəndə kimi tenderdə iştirak etmək üçün göndərmişdir. Bütün sənədləşmə işləri qurtardıqdan sonra Mülhazil ona «Exacta Trade L.P.» şirkətinin tenderi qazandığını və "xxxx" damazlıq heyvanların gəirilməsi ilə bağlı vəsaiti həmin şirkətin hesabına köçürəcəyini bildirmişdir. Mülhazillə olan razılığa əsasən köçürülən məbləğin 1 faizi bank xidmətinə görə ona veriləcəkdi. 2014-cü ildə "xxxx" ASC tərəfindən «Exacta Trade L.P.» DANSK bankda olan hesabına 3.692.000 avro pul köçürülmüş və Mülhazilin göstərişinə əsasən həmin pul da oradan “Muldur Livestock” şirkətinin hesabına köçürülmüşdür. 2015-ci ildə yenidən eyni qaydada "xxxx" ASC tərəfindən «Exacta Trade L.P.» DANSK bankda olan hesabına səhv etmirsə 500.000 avro pul köçürülmüş və Mülhazilin göstərişinə əsasən həmin pul da hansı şirkətə deyilibsə ora köçürülmüşdür. Mülhazil ona bildirmişdir ki, "xxxx"ASC ilə olan müqavilə əsasında ona müəyyən məbləğdə gəlir qalacaqdır və həmin gəlirdən onun 500.000 ABŞ dolları verdiyi pulu qaytaracaqdır. Lakin Mülhazil indiyədək 500.000 ABŞ dollarını qaytarmamışdır. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2005-ci ildə "xxxx" ASC-də inkassator sürücü kimi işə qəbul edilmiş, 2016-cı ildə bank bağlandıqdan sonra Şahid2 şəxsi sürücüsü kimi işinə davam edir. Belə ki, Şahid2 Ləğv edilmiş "xxxx" ASC-nin “Avto İnvest” filialınında sürücü işlədiyi vaxtdan tanımışdır. Rövlan həmin şöbənin müdir müavini vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Şahid2 "xxxx" ASC-nin “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşmiş “Avto İnvest” filialınında müdir müavini işləyəndə Mülhazil Rövlanın yanına bir neçə dəfə gəlib getmişdir. 2014-cü ildə Şahid2 tapşırığına əsasən bir neçə dəfə Mülhazilin Ağcabədi rayonunda yerləşən keçi ferması ilə bağlı-(keçi alınması ilə bağlı) sənədləri ”Aqrolizinq” ASC-nin işçisi Kamil Şamilova aparıb vermişdir. Bir dəfə də 2014-cü ildə Mülhazilin tapşırığına əsasən ”Aqrolizinq” ASC-dən mühasibatlıqdan bir nəfər adını xatırlamadığı xanım işçidən 27.000 manat pul götürüb Mülhazilin özünə vermişdir. Şahid2 tapşırığına əsasən Mülhazilin fermasına heyvan alınmasına görə ”Aqrolizinq” ASC-yə gedib gəlmiş və ”Aqrolizinq” ASC-nin mühasibatlığına və Kamil müəllimə sənədlər vermiş, lakin «Exacta Trade L.P.» şirkəti ilə bağlı nəsə bilmir. Şahid4 adlı şəxsi tanımır, onunla heç bir münasibəti olmamışdır. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2014-cü ildə dostu Fuad Balakişiyevin atası, eyni zamanda "xxxx" şirkətinin sahibi Təqsirləndirilən şəxs ona xaricdən damazlıq heyvanlar gətirdəcəyini bildirib gömrük rəsmiləşdirlməsi işlərində köməklik etməsini xahiş etmişdir. Mülhazilin oğlu Fuad Balakişiyevlə uzun müddət dostluq münasibətləıri olduğuna görə onun təklifini qəbul etmişdir. 2014-cü ilin yay aylarının birində Mülhazil ona zəng edib damazlıq heyvanların gətirildiyini və həmin heyvanların gömrük rəsmiləşdirlməsinə iştirak etməsini xahiş etmiş, o da bununla bağlı Bakı Baş Gömrük İdarəsinə getmişdir. Bakı Baş Gömrük İdarəsində ondan nümayəndə olması ilə bağlı sənəd tələb edilmiş, da bu barədə Mülhazilə məlumat vermişdir. Mülhazil ona Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən "xxxx" ASC-yə gedib orada həmin qrumun rəhbəri Şahid1 qəbulunda olmasını və onun verdiyi sənədlər əsasında gömrükdən heyvanları qəbul edəcəyini bildirmişdir. O da Bakıxanov qəsəbəsində yerləşən "xxxx" ASC-yə getmiş orada Şahid1 qəbulunda olmuş və Elşən ona heyvanların gömrük rəsmiləşdirlməsinin həyata keçirilməsi və qəbul edilməsi üçün bir neçə sənəd təqdim etmişdir. Ondan sonra yenidən Bakı Baş Gömrük İdarəsinə gəlmiş və orada təxminən 600 baş heyvanın gömrük rəsmiləşdirlməsini edib heyvanları qəbul etmiş, həmin heyvanlar da Təqsirləndirilən şəxs Ağcəbədi rayonunda yerləşən təsərrufatına yola salınmışdır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edərək yaxın günlərdə xaricdən 5000 baş damazlıq heyvan gətiriləcəyini və həmin heyvanların gömrük rəsmiləşdirlməsi məsələsini də həll etməsini xahiş etmiş, yenə də müvafiq sənədləşmə aparılması ilə bağlı Şahid1 yanına getməsini tapşırmışdır. Mülhazilin tapşırığına əsasən Şahid1 yanına getmiş, heyvanların gömrükdən qəbuil edilməsi və gömrük rəsmiləşdirlməsinin həyata keçirilməsi üçün yenə ona "xxxx" ASC-də bir neçə sənədə imza etdirilmişdir. Ondan sonra 2014-cü ildə bir neçə dəfə Bakı Baş Gömrük İdarəsində heyvanları qəbul edib, gömrük rəsmiləşdirlməsi ilə bağlı sənədlərə imza edib, heyvanları Mülhazilin Ağcabədi rayonunda yerləşən təsərrufatına göndərmişdir. Bir müddətdən sonra heyvanların “Exacta Trade” adlı şirkətin adına gətirildiyini öyrənmişdir. Belə ki, hüquq mühafizə orqanlarına bu məsələ ilə bağlı çağırılanda ona məlum olmuşdur ki, Mülhazilin dövlət vəsaiti hesabına gətirməli olduğu hayvanlar tam şəkildə gətirilməmişdir. Bununla bağlı Mülhazildən soruşduqda malları göndərən Əli Muldur adlı iş admaının həbs edildiyini və bu səbəbdən heyvanların tam göndərilmədini bildirmişdir. “Exacta Trade” adlışirkətlə heç bir əlaqəsinin olmamış, Mülhazilin təsərrufatına göndərilən heyvanların qeyd edilən şirkətin adına gəldiyini sonradan bilmişdir. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2014-cü ilin dekabr ayından 2017-ci ilin iyun ayınadək "xxxx"ASC-də Maliyyə, İqtisadiyyat və Mühasibat uçotu şöbəsinin müdiri vəzifəsində işləmişdir. Qeyd edilən vəzifədə işləyərkən "xxxx" şirkəti tenderdə iştirak edib qazandığından heyvan gətirilməsi ilə bağlı onların hesabına pul köçürməsi həyata keçirilmişdir. 2014-cü ilin dekabr ayından 2017-ci ilin iyun ayınadək Maliyyə, İqtisadiyyat və Mühasibat uçotu şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ona görə "xxxx" şirkəti ilə bağlı pul köçürülmələrindən məlumatı olmamışdır. "xxxx"ASC-də Maliyyə, İqtisadiyyat və Mühasibat uçotu şöbəsinin müdiri kimi müqavilələrin bağlanması və müqavilə şərtlərinə uyğun pulun köçürülməsini təmin etmişdir. Lakin bəzi hallarda "xxxx" ASC-nin İdarə heyətinin sədri Şahid1 tapşırığına əsasən pulu müqavilə şərtlərinə uyğun deyil, qısa müddət ərzində şirkətklərin hesabına köçürmüşdür. Maliyyə, İqtisadiyyat və Mühasibat uçotu şöbəsinin müdiri işlədiyi dövrdə “Nevero İnvest” və “Coveton Trade” şirkətlərinə pul köçürməsi etmiş və müqavilənin şərtlərinə əməl edilməklə mallar "xxxx" ASC-yə təhvil verilmişdir. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2004-cü ildən 2017-ci ilədək "xxxx" ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsində işləmişdir. İdarə Heyətinin sədr müavini kimi aqroservis xidmətləri, kənd təsərrufatı texnikalarının və mineral gübrələrin təminatı sahələrinə nəzarət etmişdir. Bəzi hallarda İdarə Heyətinin sədrinin əmri ilə yaradılmış tender komissiyasına rəhbərlik etmişdir. 2017-ci ildə yaş həddi ilə bağlı təqaüdə çıxmışdır. "xxxx" şirkətinin kimə məxsus olmasını xatırlamır. İşlədiyi dövrdə "xxxx" şirkətinin heyvanların gətirilməsi ilə bağlı tenderində komissiyanın sədri olmuşdur. Tenderin keçirilməsində ixtisas göstəriciləri və maliyyə vəziyyəti yoxlanılmalı olduğu halda şirkətlərin bəzisi “ofşor”şirkətlər olduğundan həmin şirkətlər barədə məlumatları əldə etmək qeyri mümkün olduğundan şirkətlərin maliyyə vəziyyəti və ixtisas göstəriciləri yoxlanılmamışdır. Tender keçirilməsi haqqında qanunvericiliyə əsasən qeyri rezident şirkətlərin tenderdə iştirakıüçün heç bir məhdudiyyət olmamışdır. Ona görə də həmin şirkətlər tenderdə iştirak etmişlər. Bundan başqa müqavilədə pulun 40 faizinin əvvəlcə və qalan məbləğin mallar tam verildikdən sonra köçürülməli olduğu halda buna riayət edilməməsi maliyyə sektorunun və idarə heyətinin sədrinin məsuliyyətidir. Məhkəmədə dindirilmiş Şahid7 Ağazəki oğlu ifadəsində göstərdi ki, 2010-2014-cü illərdə "xxxx" ASCdə İqtisadiyyat, maliyyə və mühasibat uçotu şöbəsinin müdiri, baş mühasib vəzifəsində işləmişdir. Baş mühasib və şöbə müdiri kimi vəzifəsi mühasibat uçotunun aparılmasından ibarət olmuşdur. Baş mühasib kimi "xxxx" ASC ilə müqavilə bağlamış şirkətlərə müqaviləyə baxıb müqavilədə göstərilən qaydada pulun köçürülməsini təmin etmişdir. Lakin bəzi hallarda müqavilədən kənara çıxaraq pulu birdəfəlik və ya qısa bir müddət ərzində köçürülməsini təmin etmişdir ki, bunun da səbəbi ASC-nin rəhbərinin göstərişləri olmuşdur. "xxxx" ASC ilə "xxxx" şirkəti arasında xırda buynuzlu heyvanların gətirilməsi ilə bağlı müqavilə bağlanmış, müqavilənin 11.2 maddəsində müqavilə dəyərinin 40 faizini əvvəlcədən ödəməsi, qalan hissəsini isə damazlıq heyvanları təhvil aldıqdan sonra ödəməsi nəzərdə tutulmuşdur. Lakin Aqrolizinq ASC-nin İdarə heyətinin sədrinin göstərişi əsasında pul şirkətin hesabına müqavilədə nəzərdə tutulandan kənar keçirilmişdir. Cinayət işinin 1-ci cildinin 4-45-ci vərəqlərində olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yoxlama materiallarından görünür ki, "xxxx" Şirkəti ilə həmin dövrün məzənnəsi ilə 4719,7 min manat (3692,0 min avro) məbləğində "5200 baş damazlıq keçi və qoyunların" satın alınması barədə 8 avqust 2014cü il tarixli 17/14 nömrəli müqavilə bağlanılmış, malların çatdırılması müddəti 180 gün ərzində nəzərdə tutulmuş, 2014-cü ildə müqavilə məbləği avro ekvivalentində tam olaraq mal satana ödənilmiş, lakin 2014- 2015-ci illərdə cəmi 2576,1 min manat (2590,9 min avro) məbləğində 3576 baş damazlıq heyvan təhvil verilmiş və nəticədə təhvil verilməmiş 1624 baş heyvan üzrə 2143,6 min manat (1101,1 min avro) məbləğində debitor borc yaranmışdır. Yoxlama aparılan dövrdə "xxxx" ASC tərəfindən "xxxx" Şirkətindən alınaraq lizinq yolu ilə satılmış damazlıq keçi və qoyunlar üzrə 1 sentyabr 2019-cu il tarixə gecikdirilmiş borcu olan "xxxx" MMC ilə borcların qarşılıqlı üzləşdirilməsinin aparılması və satılmış damazlıq heyvanların faktiki varlığının yoxlanılması müəyyən edilmişdir ki; "xxxx"xxxx"xxxx" MMC ilə 2014-2015-ci illərdə bağlanılmış 4 müqaviləüzrə 4454,2 min manat ilkin dəyərlə, 2227,1 min manat güzəştli dəyərlə 5947 baş damazlıq heyvan lizinq yolu ilə satılmış, ilkin olaraq 470,0 min manat (21,1 faiz) ödəniş olmuş, sonrakı dövrdə qrafik üzrə 50,0 min manat olmaqla cəmi 520,0 min manat (23,3 faiz) vəsait ödənilmiş, müqavilə müddətinin 2017-2018-ci illərdə bitməsinə baxmayaraq 1 sentyabr 2019-cu il tarixə 1707,1 min manat ödənilməmiş (gecikdirilmiş) borc məbləği qalmışdır. Bununla əlaqədar Cəmiyyət tərəfindən 27 aprel 2016-cı il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və bir neçə məhkəmə instansiyalarında baxıldıqdan sonra Ali Məhkəmənin 6 mart 2019-cu il tarixli 2-2(102)-93/2019 nömrəli Qətnaməsinə əsasən heyvanların geri qaytarılması şərti ilə 1020,9 min manat (1 aprel 2016-cı il tarixə olan borc qalığı) borc öhdəliyi təsdiq edilmiş, lakin heyvanların geri qaytarılması və borcun ödənilməsi təmin olunmamışdır. Cinayət işinin 3-cü cildinin 59-91-ci vərəqlərində olan 10 iyun 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədr əvəzi Şahid1 ilə "xxxx" Şirkətinin nümayəndəsi Şahid4 arasında 8 avqust 2014-cü il tarixli 17/14 nömrəli xırda buynuzlu damazlıq heyvanların satınalınması barədə müqavilə bağlanmışdır. Müqavilədə 3.692.000 avro dəyərində 3120 baş Sanen keçilərinin, 2080 baş Asaf qoyunlarının satın alınması göstərilməklə, işlərin icra müddəti göndərilmə qrafikinə əsasən 2015-ci ilin mart ayının sonunadək müəyyən edilmişdir. Müqavilənin 11.2 maddəsində "xxxx" ASC-nin "xxxx" Şirkətinə müqavilə dəyərinin 40 faizini əvvəlcədən ödəməsi, qalan hissəsini isə damazlıq heyvanları təhvil aldıqdan sonra ödəməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən "xxxx" Şirkətinə bağlanılmış müqavilə əsasında 18.08.2014-cü ildə 1.476.800 avro, 28.08.2014-cü ildə 964.800 avro, 10.10.2014-cü ildə 650.000 avro, 27.10.2014-cü ildə 600.400 avro, ümumilikdə 3.692.000 avro məbləğində pul vəsaiti köçürmüşdür. Araşdırmaya təqdim edilmiş sənədlərə əsasən "xxxx" Şirkətindən 2.591.650 avro məbləğində mal, iş və xidmət alınmış, həmin mallardan 750 avro məbləğində mallar tələf olmuş (müqavilə şərtlərinə əsasən həmin məbləğ alınmış malların dəyərindən azaldılır) və müqavilə şərtlərində göstərilənlər tam yerinə yetirilmədiyindən "xxxx" ASC-nin "xxxx" Şirkətinə 1.101.100 avro debitor borcu yaranmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, müqavilənin qüvvədə olduğu dövrdə 18.08.2014-cü il tarixdə "xxxx" Şirkətinə bu müqavilə üzrə 1.476.800 avro məbləğində vəsait köçürüldükdən sonra mal, iş və xidmətlərin daxil olmamasına baxmayaraq, müqavilə şərtləri pozulmaqla 28.08.2014-cü ildə 964.800 avro, 10.10.2014-cü ildə 650.000 avro, 27.10.2014-cü il tarixdə 600.400 avro olmaqla, cəmi 2.215.200 avro məbləğində pul vəsaitləri köçürülmüşdür. Cinayət işində olan "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanladığı 12.08.2014-cü il tarixli məktubunda onlara köçürülmüş 370.000 manat məbləğin "xxxx" Şirkətinin zəmanəti olaraq qəbul edilməsi qeyd olunmuşdur. "xxxx" ASC-nin cins damazlıq heyvanların satınalınması üçün keçirilməsi rəsmiləşdirilmiş açıq tenderin 04 avqust 2014-cü il tarixli 7 nömrəli protokoluna və tenderin nəticələri haqqında tender komissiyasının 07.08.2014-cü il tarixli 02 nömrəli yekun protokoluna əsasən "xxxx" Şirkəti tenderdə 3.692.000 avro təkliflə qalib olmuş və protokollar tender komissiyasının sədri -"xxxx" ASC-nin İdarə Heyətinin sədr müavini Şahid6 (tenderin nəticələri haqqında tender komissiyasının 07.08.2014-cü il tarixli 02 nömrəli yekun protokolunda tender komissiyasının sədri -"xxxx" ASC-nin İdarə Heyətinin sədr müavini Şahid6 adı yazılsa da, protokol onun tərəfindən imzalanmamış), üzvləri-"xxxx" ASC-nin Marketinq, tarif və sığorta şöbəsinin müdiri X7, "xxxx" ASC-nin Tinglərin, toxumların və damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri X18, "xxxx" ASC-nin Hüquq şöbəsinin müdiri X10, "xxxx" ASC-nin İqtisadiyyat, maliyyə və mühasibat uçotu şöbəsinin müdir müavini X16, "xxxx" ASC-nin Marketinq, tarif və sığorta şöbəsinin aparıçı mütəxəssisi X8, İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri X11, Maliyyə Nazirliyinin sektor müdiri X14, Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi-hüquqşünas X22 tərəfindən imzalanmışdır. "xxxx" ASC ilə "xxxx" Şirkəti arasında bağlanmış 08 avqust 2014-cü il tarixli, 17/14 nömrəli müqavilənin şərtlərinin yerinə yetirilməsinə məsul şəxslər İdarə Heyətinin sədri Şahid1, İdarə Heyəti sədr müavini Şahid6, Damazlıq heyvanların tədarükü və satışı şöbəsinin müdiri X18, İqtisadiyyat, maliyyə və mühasibat uçotu şöbəsinin müdiri, baş mühasib Şahid7 Ağazəki oğlu, Marketinq, tarif və sığorta şöbəsinin müdiri, tenderdə əlaqələndirici X7 olmuşdur. Cinayət işinin 1-ci cildinin 33-cü vərəqində olan "xxxx" şirkətinin direktoru tərəfindən verilmiş 25.07.2014-cü il tarixli məktubdan görünür ki, Şahid4 şirkətin nümayəndəsi kimi "xxxx" ASC-də şirkətin adından müqavilə imzanlanması və digər sənədləşmələrin aparılmasında iştirakı nəzərdə tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 265-285-ci vərəqlərində olan Estoniya Respublikasının səlahiyyətli orqanlarına göndərilmiş hüquqi yardım göstərilməsinə dair sorğunun 10.04.2020-ci il tarixli cavabından görünür ki, "xxxx" şirkətinin hüquqi ünvanı 45 X17 Scotland UK İV2 8SW, bank ünvanı isə Dansk Bank A/S – nin Estoniya filialıdır. “Exacta Ticarət L.P» şirkəti Şahid2 (xx.xx.1979-cu il təvəllüdlü) məxsusdur və Danske Bank A / S-nin Estoniya filialında açılmış EE**********19860000 nömrəli bank hesabına "xxxx" ASC-nin "xxxx" ASC-də olan AVRO HH AZ18TECİ**********20 19024743 hesabından aşağıdakı kimi pullar köçürülmüşdür: 1) 18.08.2014-ci il tarixdə, məbləğ 1 476 800 AVRO 2) 28.08.2014 -ci il tarixdə, məbləğ 964 800 AVRO 3) 10.10.2014 -ci il tarixdə, məbləğ 650 000 AVRO 4) 27.10.2014 -ciiltarixdə, məbləğ 600 400 AVRO "xxxx" (Danske Bank A/S Copenhagen Denmark DABA DKKK A/S Estonia Branch) EE**********19860000 nömrəli benefısiar hesabından Muldur Livestock şirkətinə 22.08.2014-cü il tarixdə 400.000 avro, 08.10.2014-cü il tarixdə 320.000 avro, 03.112014-cü il tarixdə 100.000 avro, 05.12.2014-cü il tarixdə isə 230.000 avro olmaqla cəmi 1.050.000 ( bir miliyon 50 min) avro pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 1-ci cildinin 17-23-cü vərəqlərində olan "xxxx" ASC ilə "xxxx" şirkəti arasında bağlanmış 08.08.2014-cü il tarixli 17/14 nömrəli müqavilədən görünür ki, "xxxx" şirkəti 180 gün müddətində 3000 baş Saanen cins damazlıq keçi, 120 baş Saanen cins törədici təkə, 2000 baş Asaf cins damazlıq qoyun və 80 baş Asaf cins törədici qoçun, ümumilikdə 5200 baş heyvanın "xxxx" ASC-yə təhvil verilməsini öhdəsinə götürmüşdür. Cinayət işinin 1-ci cildinin 50-232-ci vərəqlərində olan "xxxx" ASC ilə "xxxx" arasında bağlanmış 29.04.2014-cü il tarixli 31-LD/14 saylı müqaviləyə əsasən 393 baş, 29.04.2014-cü il tarixli 31-LD/14 saylı müqaviləyə əsasən 1.268 baş, 08.07.2014-cü il tarixli 34-LD/14 saylı müqaviləyə əsasən 710 baş, 29.12.2014-cü il tarixli 36-LD/14 saylı müqaviləyə əsasən 1.615 baş, 29.12.2014-cü il tarixli 36-LD/14 saylı müqaviləyə əsasən 911 baş, 16.07.2015-ci il tarixli 99-LD/15 saylı müqaviləyə əsasən 1050 baş olmaqla, ümumilikdə 5.947 baş damazlıq heyvanlar ASC-dən təhvil alınmaqla Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC-nin Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən təsərrufatına təhvil verilmişdir. Cinayət işinin 4-cü cildinin 32-37-ci vərəqlərində olan Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 10.09.2020-ci il tarixli məktubu ilə daxil olmuş məlumatdan görünür ki, “Exacta Trade” LP şirkətinin təsisçiləri “Corperex limited” və İntegrex limited” şirkətləridir. “Exacta Trade”LP şirkətinin direktoru Azərbaycan Respublikası vətəndaşı Şahid2dir (təvəllüd: xx.xx.1979). Cinayət işinin 2-ci cildinin 257-261cı vərəqində olan sənədlərdən görünür ki, "xxxx" 11.12.2012-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təsis edilərək 13.12.2012-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hüquqi ünvanı Ağcabədi rayonu Ağabəyli kəndidir. Eyni zamanda həmin cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxs 11.12.2012-ci il tarixli qərarı ilə cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsini öz üzərinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 dekabr 2012-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən Təqsirləndirilən şəxs cəmiyyətin təsisçisi və direktoru olmaqla cəmiyyətin cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında icrasına nəzarət etmək, cəmiyyətin adından öz səlahiyyətləri daxilindəçıxış etmək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və qanunvericilikdə qadağan olunmayan digər səlahiyyətləri həyata keçirən vəzifəli şəxsdir. Cinayət işinin 4-ci cildinin 216-cı vərəqində olan qərardan görünür ki, keçmiş "xxxx" hazırkı Zərərçəkmiş şəxs ASC ilə "xxxx" şirkəti arasında bağlanmış 08.08.2014-cü il tarixli müqavilə və 3.692.000 avro pul vəsaitinin "xxxx" şirkətinin (Danske Bank A/S Copenhagen Denmark DABA DKKK A/S Estonia Branch) EE**********19860000 nömrəli benefisiar hesabına köçürülməsini təsdiq edən köçürmə sənədləri maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, mahiyyət etibarı ilə etirafedici ifadə verməsi, onun həmin ifadəsi cinayət işi üzrə şahidlərin ifadələri, bank sənədləri və digər sənədlərlə üst-üstə düşdüyündən, məhkəmə iş üzrə şahid ifadələrini və qeyd olunan sənədləri iş üzrə ittihamın həlli üçün kifayət edən sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsi də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, maddi sübutları eləcə də, iş üzrə sübut əhəmiyyətinə malik digər sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 4-cü cildinin 238-ci vərəqində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Əliyev küçəsi, ev 12-də yaşayır. Cinayət işinin 4-cü cildinin 239-cu vərəqində olan Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının 12 fevral 2021-ci il tarixli, 2/35 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon Sahibkarlar Şurasının sədri olmuş, rayonda sahibkarlığın inkişafına dəstək göstərmiş və bu sahədə xüsusi fəallığı ilə seçilmişdir. İşlədiyi müddət ərzində özünü təşkilatçı, bacarıqlı və işgüzar sahibkar kimi göstərmişdir. Rayonun sahibkarları, fermerləri tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının Bakı şəhərində keçirilən yarmarkalara getmələrinə dəstək olmuş, eyni zamanda ölkə Prezidentinin iştrakı ilə keçirilən kənd təsərrüfatı məhsullarının sərgilərində də iştirak etmişdir. Təqsirləndirilən şəxs rayonun ictimai-siyasi həyatında da, xüsusən rayonda keçirilən tarixi anım günlərində, bütün bayram tədbirlərində fəallıq göstərərək yaxından iştirak etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri fonduna və X9, Veteranları və X25 Birliyinin Ağcabədi rayon filialının bank hesabına mütəmadi olaraq pul vəsaiti köçürmüş və lazımi köməklik göstərmişdir. Ahıllara, tənha, imkansız ailələrə daim maddi və mənəvi dəstək olmuşdur. Cinayət işinin 3-cü cildinin 22-24 və 53-56-cü vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05.06.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cildinin 150-156-cı vərəqlərində olan qərardan görünür ki, Binəqədi rayon məhkəməsinin 27.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 4-cü cildinin 1-11-ci vərəqlərində olan Ağcabədi rayon məhkəməsinin 06.05.2019-cu il tarixli 1(017)-41/2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 314.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ağcabədi rayon İcra və Probasiya şöbəsinin arayışından görünür ki, o bu cəzanın 06 ayını çəkmiş, üzərində 06 ay çəkilməmiş islah işləri cəzası qalmışdır. Cinayət işinin 4-cü cildinin 23, 30, 40, 44, 64, 70, 102, 149, 163-cü vərəqlərində olan sənədlərdən görünür ki, vurulmuş ziyan üzrə "xxxx" ASC-yə 600.000 (altı yüz min) avro ödəniş edilmiş, 1.017.551 (bir milyon on yeddi min beş yüz əlli bir) manat isə Baş Prokurorluğun "xxxx" ASC-yə olan depozit hesabına qoyulmuşdur. Məhkəmə hesab edir ki, cinayət işi üzrə vurulmuş 2.212.330 (iki milyon iki yüz on iki min üç yüz otuz) manat məbləğində ziyan, "xxxx" ASC-yə (hazırda Zərərçəkmiş şəxs ASC) köçürülməklə və Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına pul vəsaitlərinin qoyulması yolu ilə tam həcmdə ödənilmişdir. 2.212.330 (iki milyon iki yüz on iki min üç yüz otuz) manat məbləğində vurulmuş maddi ziyanın könüllü olaraq tam ödənilib aradan qaldırılması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 59 yaşı olması, CMin 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. CM-nin 61.1.3-cü maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui istifadə cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 308.2-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ittiham olunduğu əməllər qulluq mövqeyindən istifadə etməklə ilə əlaqədar olduğundan təqsirləndirilən şəxsə müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs 05 iyun 2020-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs şərti məhkum etməyi qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 68.1.3 və 69.3-cü maddələrinin tələbinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 06.05.2019cu il tarixli 1(017)-41/2019-cu il tarixli hökmü üzrə çəkilməmiş qalan 06 ay islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq 45 (qırx beş) gün hesablanmaqla təqsirləndirilən şəxsə CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına qoyulmuş 1.017.551 (bir milyon on yeddi min beş yüz əlli bir) manat Zərərçəkmiş şəxs ASC-nin hesabına köçürülməlidir. Maddi ziyanın tam həcmdə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Maddi sübutlar - keçmiş "xxxx" hazırkı Zərərçəkmiş şəxs ASC ilə "xxxx" şirkəti arasında bağlanmış 08.08.2014-cü il tarixli müqavilə və 3.692.000 avro pul vəsaitinin "xxxx" şirkətinin (Danske Bank A/S Copenhagen Denmark DABA DKKK A/S Estonia Branch) EE**********19860000 nömrəli benefisiar hesabına köçürülməsini təsdiq edən köçürmə sənədləri cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 179.3.2-ci maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 68.1.3 və 69.3-cü maddələrinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 1(017)-41/2019-cu il tarixli hökmü üzrə çəkilməmiş qalan 06 ay islah işləri cəzasının 4 günü 1 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hesablanmaqla ümumilikdə 1 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzalarla qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 07 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 05 iyun 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət ümumi cəza müddətinə hesablansın. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçililsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına qoyulmuş 1.017.551 (bir milyon on yeddi min beş yüz əlli bir) manat Zərərçəkmiş şəxs ASC-nin hesabına köçürülsün. Maddi ziyanın tam həcmdə ödənilməsi nəzərə alınsın. Maddi sübutlar - keçmiş "xxxx" hazırkı Zərərçəkmiş şəxs ASC ilə "xxxx" şirkəti arasında bağlanmış 08.08.2014-cü il tarixli müqavilə və 3.692.000 avro pul vəsaitinin "xxxx" şirkətinin (Danske Bank A/S Copenhagen Denmark DABA DKKK A/S Estonia Branch) EE**********19860000 nömrəli benefisiar hesabına köçürülməsini təsdiq edən köçürmə sənədləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər, apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-858/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-858/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver