Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-858/2022 22.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X1 iştiraklar ilə, Təqsirləndirilən şəxs (xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi 159-da qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.08.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhər Nərimanov Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 103,777 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 03 dekabr 2021ci il tarixdə DİN Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 9-cu Mədəndə yerləşən nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, DİN Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılaraq xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 103,777 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadəçisi olmuş, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. İstifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Polislər tərəfindən saxlanılarkən ümumiyyətlə onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Həmin narkotik vasitə polislər tərəfindən onun üzərinə qoyulmüş və bu barədə videoçəkliş aparılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə olan heroini üzdən tanıdığı adını bilmədiyi şəxslərdən özü istifadə etmək üçün alır. Daimi yaşayış yeri yoxdur, müxtəlif yerlərdə günlük 1 manatlıq evlər taparaq həmin evlərdə gecələyir. Pulu olmayanda və ev tapa bilməyəndə isə parklarda skamyalarda gecələyir. Narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə müxtəlif yerlərdə günlük fəhləlik edir. 02 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Sulutəpə qəsəbəsində olarkən, üzdən tanıdığı lakin adını, soyadını və ünvanını bilmədiyi şəxslə söhbət zamanı həmin şəxs onda narkotik vasitə olan heroin olduğunu bildirmiş, bundan sonra həmin şəxsə 200 manat pul vermiş və ondan bir ədəd bükümdə dəqiq qramını bilmədiyi çəkidə narkotik vasitə olan heroin alıb özü az-az istifadə etmək məqsədilə üzərində saxlamışdır. 03.12.2021-ci il tarixdə axşam saatlarında Sabunçu rayonu, 9-cu mədəndə nömrəsiz fərdi yaşayış evlərinin yanında olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, həmçinin narkotik maddələrin olması barədə onlarda məlumat olduğunu bildirərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Sabunçu RPİ-nin 12-ci PŞ-də dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində barəsində tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılmış, həmçinin vəkilinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasına etirazının olmaması barədə ərizə yazmışdır. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər-hansı bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş, bu səbəbdən ifşa olunduğunu düşünüb əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümdə narkotik vasitə olan kakos kimi tanıdığı heroini və gödəkcəsinin sol yan cibindən “Samsung” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu, ibtidai istintaq zamanı təzyiqlərə məruz qaldığı üçün ifadələri oxumadan imzaladığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin tarixdə tərəfindən 12-ci PŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 03 dekabr 2021-ci il tarixdə saat 19:30 radələrində əməliyyat qrupunun üzvü Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, 9-cu Mədəndə xidmətdə olarkən, fərdi yaşayış evlərinin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmaları bildirilmiş və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu bildirib Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Sabunçu RPİ-nin 12-ci PŞ-də xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquqları izah edildikdən sonra video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qanunsuz əşya olub-olmamasını soruşduqda o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü, gödəkcəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılmış, içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu, Abşeron rayonu, Sulutəpə qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 200 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmiş, tərtib edilmiş protokolla tanış olduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işində olan «şəxsi axtarış və götürmə haqqında» prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm, həmin gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu həmin bir ədəd sellofan büküm açılarkən içərisində qəhvəyi rəngli maddə olması aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “Kakos” olduğunu, həmin maddəni özü istifadə etmək üçün Abşeron rayonu, Sulutəpə qəsəbəsində tanımadığı şəxsdən 200 manata aldığını bildirir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2021-ci il tarixli 4(008)-985/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi üzrə "xxxx" MMC-dən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs və digər şəxslər arasında narkotik vasitələrin satışı ilə bağlı müxtəlif mesajlar vardır. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2021-ci il tarixli, 6/5366 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 103,777 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 12.01.2022-ci il tarixli 137 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bağı Ağır Cinayətlər Məhkəməsinin 02.08.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilinərək, 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.04.2021ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin 14 aprel 2022-ci il tarixli məktubunun məzmunundan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmü 01.10.2021-ci il tarixdə Bakı Probasiya İdarəsinə daxil olmuş, lakin Təqsirləndirilən şəxs barəsində başqa iş üzrə həbs qətimkan tədbiri seçildiyi üçün hökm icra olunmamışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə etmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti cəza müəyyən edilməlidir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, ümumiyyətlə onun üzərindən heç bir narkotik vasitə aşkar olunmaması, narkotik vasitənin polislər tərəfindən onun üzərinə qoyulması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həmdə başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal cinayətin təhlükəli residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olduğu üçün o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videogörüntüləri özündə əks etdirən və Bakcell MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd disklər iş materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 103,677 qram narkotik vasitə olan heroin DİN Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CMnin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş DİN Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 103,677 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, onun üzərinə şəxsi axtarış və götürmə videogörüntüləri özündə əks etdirən və Bakcell MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 03 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə etmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq o, 02 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 03 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə uyğun Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş DİN Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 103,677 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, onun üzərinə şəxsi axtarış və götürmə videogörüntüləri özündə əks etdirən və Bakcell MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-858/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-858/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver