Məhkəmə qərarları › İş №1(101)-858/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-858/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-858/2023 17.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1979-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda olan 1,325 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, F.Bayramov küçəsində yerləşən “Toğrul market”-in yaxınlığında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞnin inzibati binasına gətirilmiş və orada xidməti otaqların birində, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,325 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 2.Bundan başqa, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə külli miqdarda ümumi təmiz çəkisi 5,06 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda ümumi təmiz çəkisi 2,004 qram çəkidə narkotik vasitə heroin əldə edərək saxlayıb, özünə məxsus elektron tərəzidən istifadə etməklə əldə etdiyi metamfetamin psixotrop maddəsini 08 hissəyə bölərək hər birinin çəkisi ayrı-ayrılıqda 0,384, 2,002, 0,802, 0,335, 0,452, 0,303, 0,475 və 0,307 qram olmaqla sellofan kəsikləri ilə bükərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189A ünvanına üzərində daşımış, 14 noyabr 2022-ci il tarixdə saat 14:15-də qeyd olunan ünvanda küçədə piyada hərəkətdə olan zaman Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqların birində, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 08 ədəd şəffaf sellofan bükümdə hər birinin çəkisi ayrıayrılıqda 0,384, 2,002, 0,802, 0,335, 0,452, 0,303, 0,475 və 0,307 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda olan 5,06 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi külli miqdarda olan 2,004 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Gənclik” deyilən ərazidə çay və düyü alqı-satqısı ilə məşğul olur. 20 ilə yaxındır heroindən çəkmək yolu ilə istifadə edir. Suraxanıda saxlanılarkən üzərində narkotik vasitə olmuşdur. 13 noyabr tarixində siqaret almaq üçün evdən aşağı mağazaya düşmüş və həmin vaxt əynində qara rəngli idman şalvarı olmuşdur. Əlində boş qutu olan bir vətəndaş gəlib ondan alışqan iştəmiş, o, alışqan verərkən həmin şəxs tərəfindən əlinə qandal vurulmuşdur. Onu saxlayan şəxlər tərəfindən polis bölməsinə aparılmış, üzərinə baxış keçirilmiş heç bir narkotik vasitə aşkar olunmamış, daha sonra isə evə gətirilmişdir. O, aşağıda binanın komendantından polislərlə yuxarı qalxmasını istəmişdir. Onu evinə yuxarı aparanda görmüşdür ki, ailə üzvləri bir otağa yığılmış, polislər tərəfindən evində hər yer axtarılıb, yalnız “falqa” tapılmışdır. Çəkiliş zamanı narkotik vasitənin ona aid olmasını bildirməsi polislər tərəfindən ona hədə-qorxu olunması, evinə çəkiliş aparılacağı, arvadının və qızının polisə gətiriləcəyi ilə bağlı hədələməsi olmuşdur. Eyni zamanda polislər tərəfindən maşında aparılarkən döyülmüşdür. Daha sonra idarədə onu maşında vuran şəxslər döymüşlər. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs sauallara cavab olaraq bildirmişdir ki, o, həmin gün digər iki şəxslə birlikdə metadon almağa getmək üçün Nobel prospektində körpü tərəfdə görüşməyə razılaşmış, həmin şəxslər ona yaxınlaşanda bir nəfər şəxs alışqanı olub olmadığını soruşmuş, alışqanı verərkən qoluna qandal vurulmuşdur. Həmin şəxslərdən biri 35 ildir tanıdığı Rövşən olmuş, digər şəxsi isə tanımamışdır. Rövşən qaçmış, adını bilmədiyi şəxs də tutulmuşdur. Müstəntiqə güvəndiyi üçün sənədləri oxumamışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 20 ilə yaxındır ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Hər dəfə narkotik vasitələri Bakı şəhərində tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. 09 sentyabr 2022-ci il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını və ya digər anket məlumatlarını tanımadığı şəxsdən 20 manat müqabilində 1 bükümdə heroin narkotik vasitəsini şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. 10 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsində yerləşən “Toğrul market”’in yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Bundan sonra onun kimliyi barədə soruşmuşlar və o özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirib onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Orada onun üzərinə videoçəkilişdən istifadə edilməklə hüquqlarının müdafiə olunması məqsədilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş və üzərində, əşyalarında və ya bədənində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı digər predmetlərin olması barədə sual verilmiş, o da könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd içərisində heroin olan bükümü təqdim etmişdir. Həmin büküm açılaraq polis tərəfindən baxış keçirilmiş, nə olması soruşulmuş, o da həmin narkotik vasitəni bir gün öncə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmiş və həmin narkotik vasitə heroin bir ədəd zərfə qoyularaq tərəflərindən imzalanmışdır. Daha sonra Suraxanı RPİ-nin İstintaq şöbəsində müstəntiq tərəfindən barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna baxmayaraq bədənində ağrılar olduğuna görə həmin hadisədən sonra da narkotik vasitələr alıb qəbul etməyə davam etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 9 ünvanının yaxınlığında olan vaxtı iki nəfər mülki geyimdə olan polis əməkdaşı yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün onu saxlayaraq onlarla birgə Xətai rayonu, M.Mehdizadə küçəsi 1 ünvanda yerləşən Xətai rayon 37-ci Polis Şöbəsinə getməsini izah etmişlər. O, onlarla birgə 37-ci polis şöbəsinə gəlmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edilməklə üzərinə təqdim olunmuş vəkillərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılacağı ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri-qanuni və digər əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan paketi və həmin paketin içərisində 08 ədəd sellofana bükülmüş şəffaf rəngli kristal şəkilli maddələri və 01 ədəd sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni və həmin şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini və bir ədəd NOKİA 202 markalı mobil telefonu təqdim etmişdir. Həmin 09 ədəd bükümün içərisində nə olması ondan soruşulduqda, həmin 08 ədəd bükümdəki kütlənin narkotik maddə olan “metamfetamin” və 01 ədəd bükümün içərisində olan maddənin isə narkotik maddə olan “heroin” olmasını bildirmişdir. Həmin bükümlərdə olan maddə elektron tərəzidə çəkilmiş və ona məlum olmuşdur ki, həmin 08 bükümün ayrı-ayrılıqda çəkiləri 0,43, 0,85, 2,07, 0,38, 0,49, 0,35, 0,52, 0,33 və 2,39 qram, ümumilikdə çəkisi 6,15 qram, 01 ədəd bükümün içərisində olan maddənin çəkisi 2,39 qramdır. Ondan həmin narkotik maddəni nə vaxt və haradan almasını soruşduqda, bildirmişdir ki, bir gün öncə, yəni xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşı Mamed adlı şəxsdən 345 manata alıb, öz istifadə etməsi üçün 09 büküm edib üzərində saxlamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Həmçinin bildirmişdir ki, onun maddi vəziyyəti çətin olduğuna görə məcbur qalıb qanunsuz yollarla əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmişdir. Mobil telefon nömrəsinə daxil olan SMS-lərdə olan şəxslər ondan narkotik vasitələr və psixotrop maddələr əldə etmiş bunun müqabilində ona pul vermişlər. Lakin, Suraxanı rayonu ərazisində saxlanılarkən onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini öz istifadəsi üçün almışdır. Cinayət məsuliyyətinə cəlb edildikdən sonra, təxminən oktyabr ayının əvvəllərindən isə artıq narkotik vasitələrin və psixotrop maddələrin satışını da həyata keçirmişdir. Sonuncu dəfə Xətai rayonu ərazisində saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş heroin və metamfetamini satış məqsədi ilə əldə etmiş, üzərindən aşkar edilmiş tərəzidən isə həmin maddələri çəkib, bölüb, qablaşdırmaq üçün istifadə etmişdir. Törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirmişdir (İ cild, səh. 292-294). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, sahə inspektoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs 37-ci polis bölməsinin ərazisində ailəsi ilə birgə yaşamışdır. Əvvəllər narkotik vasitələrin gəzdirilməsi və istifadə edilməsi ilə bağlı məlumat daxil olmuş, lakin əməliyyat tədbiri keçirilməmişdir. Əməliyyat müvəkkili Şahid2 tərəfindən rəhbərliyə məruzə olunaraq qrup yaradılmışdır. Təqsirləndirilən şəxs binanın qarşısında saxlanılaraq polis şöbəsinə dəvət olunmuş, orada üzərindən narkotik vasitə aşkar olunmuş, aiddiyyəti üzrə ekspertiyaza verilmişdir. Şəxsə qarşı zor və təzyiq göstərilməmiş, həmin şəxsin mənzilində olmamışdır. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, “Toğrul market” adlanan obyektin yaxınlığında təxminən axşam saatlarında Anar onların diqqətini cəlb etmiş, Anarı saxlayıb biraz söhbət etdikdən sonra 30-cu polis şöbəsinə getmək lazım olduğunu bildirmişlər. 30-cu polis şöbəsində təhqiqatçının otağında üzərinə şəxsi axtarış keçirilmişdir. Saxlanılan şəxs bir büküm narkotik vasitəni stolun üzərinə qoymuş, nə olduğunu soruşduqda “kakos” adlı narkotik vasitə olduğunu bildirmişdir. Uzun müddət keçdiyindən əməliyyat məlumatının kimdə olması, hansı ayda şəxsin saxlanılmasını unutmuşdur. 7.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 10 sentyabr 2022- ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün, yəni 10 sentyabr 2022- ci il tarixdə saat 17:00 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati ərazisində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, F.Bayramov küçəsində yerləşən “Toğrul" marketin yaxınlığında xidmətdə olan zaman xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşayan şəxsin küçə ilə getdiyini görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib sorğu-sual etmişlər. Həmin şəxs həyacanlı halda suallarını cavablandırmışdır.Onlar hansı səbəbdən həyacan keçirdiyini sorğu-sual etdikdə həmin şəxs üzərində narkotik vasitə olduğu üçün həyacanlandığını və buna görə həyacanlı apardığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirmişlər. 30-cu PŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zərurəti yarandığından xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə o, 30cu PŞ-nin təhqiqatçısı və əməliyyat müvəkkili tərəfindən baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşya və vasitə olub-olmaması, varsa könüllü sürətdə təqdim edilməsi təklif edilmişdir. Həmin şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda isə “kakos" kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni nə vaxt, haradan və neçəyə əldə etməsi barədə sual verildikdə isə narkotik vasitəni xx.xx.2022-ci il tarixində Xətai rayonu, Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş həmin büküm zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 179-180). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, keçən il ərazidə özünü şübhəli apardığına görə vətəndaşa yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər, şöbədə müdafiəçinin iştirakı ilə həmin şəxsin üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Şəxsi istifadəsi üçün Əhmədli qəsəbəsindən aldığını bildirmişdir. Saxlanılan şəxsə qarşı heç bir zor və təzyiq göstərilməmişdir. 9.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 10 sentyabr 2022- ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün, yəni 10 sentyabr 2022- ci il tarixdə saat 17:00 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati ərazisində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, F.Bayramov küçəsində yerləşən “Toğrul" marketin yaxınlığında xidmətdə olan zaman xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşayan şəxsin küçə ilə getdiyini görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib sorğu-sual etmişlər. Həmin şəxs həyacanlı halda suallarını cavablandırmışdır. Onlar hansı səbəbdıən həyacan keçirdiyini sorğu-sual etdikdə həmin şəxs üzərində narkotik vasitə olduğu üçün həyacanlandığını və buna görə həyacanlı apardığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirmişlər. 30-cu PŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zərurəti yarandığından xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə o, 30cu PŞ-nin təhqiqatçısı və əməliyyat müvəkkili tərəfindən baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşya və vasitə olub-olmaması, varsa könüllü sürətdə təqdim edilməsi təklif edilmişdir. Həmin şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda isə “kakos" kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni nə vaxt, haradan və neçəyə əldə etməsi barədə sual verildikdə isə narkotik vasitəni xx.xx.2022-ci il tarixində Xətai rayonu, Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş həmin büküm zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 177-178). 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində uzun müddət keçdiyindən artıq olanları xatırlamadığını, ibtidai istintaq dövründə və daha əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 11.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Anar adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, xx.xx.1979-cu ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 11 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə edir. Dərhal 37-ci PŞ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:15-də ünvan 12 ünvanının yaxınlığında saxlanılaraq 37-ci PŞ-yə dəvət edilmişdir. Həmin polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, ona dövlət hesabına müdafiəçi təyin etmək üçün, vəkillərin siyahısı təqdim edilmiş, o, həmin siyahıdan könüllü olaraq müdafiəçi seçdikdən sonra, müdafiəçinin iştirakı və video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmeti təqdim etməsini istədikdə, könüllü sürətdə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan paketi təqdim etmiş və həmin paketin içərisində 08 ədəd sellofan kəsiyinə bükülmüş şəffaf rəngli kristal şəkilli maddələri və 01 ədəd sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni və həmin şalvarın sol yan cibindən bir ədəd elektron tərəzini və bir ədəd “NOKİA 202” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 09 ədəd şəffaf sellofana bükülmüş maddələrin nə olması soruşulduqda, həmin bükümlərdən 08 bükümün metamfetamin və 01 bükümdə olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin sellofan bükümlər açıldıqda, 08 ədəd bükümün içərisində kristal şəkilli maddələr, 01 ədəd bükümün içərisində işə qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik kütlələr olduğu aşkar edilmişdir. Həmin bükümdə olan maddələrin təhqiqatçı tərəfindən çəkiləri çəkilmiş və məlum olmuşdur ki, həmin kütlələrin 08 ədəd sellofanın içərisində kristal halında olan bükümlərin ayrı-ayrılıqda çəkisi müvafiq olaraq 0,43, 0,85, 2,07, 0,38, 0,49, 0,35, 0,52, 0,33 qram, ümumilikdə çəkiləri 6,15 qram, 01 ədəd sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddənin çəkisi isə 2,39 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddələri nə vaxt, haradan və kimdən alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulduğu tarixdən bir gün öncə, Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından onlayn şəkildə 345 manata almış və özü istifadə etmək üçün 09 büküm edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüş və iştirakçıların imzaları ilə təsdiq edilmişdir (İ cild, səh. 88-91). 12.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 14 noyabr 2022-ci ildə səhər saatlarında yoldaşı marketə getmişdir. O telefonla danışarkən birdən qapı açılmış yoldaşının gəldiyini düşünmüş, lakin içəri mülki geyimdə 2-3 nəfər polis olduqlarını bildirən şəxslər daxil olmuşdur. Həmin şəxslər evdə nəsə olduğunu soruşmuş, daha sonra evi axtarmışlar. Ona otağa girməsini demişlər. Onu otaqdan çağıranda evdə çoxlu adamlar olduğunu, eyni zamanda otağa qayıdanda əli qandallı yoldaşını görmüşdür. Polislər ona tərəzi tapdıqlarını bildirmişlər. Həmin vaxt evdə qızı olmuşdur. Bu hadisədən sonra qızının danışığnda olan kəkələmə artmışdır. 13.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 14 noyabr 2022-ci il tarixdə səhər saatlarında atası evdən çıxmış, anası isə xalası ilə telefonla danışmışdır. 10-15 dəqiqə sonra anası telefonu mətbəxdə divanın yanında stolun üstünə qoymuş, həmin vaxt qapı açılaraq 2-3 nəfər mülki geyimdə şəxslər evə girmiş və ona otağa girməsini demişlər. O, otağa girmiş və heç nə eşitməmişdir. Qapını açıb baxdıqda orada adamların olduğunu və evi axtardıqlarını görmüşdür. Ona qışqırdıqlarından qapını bağlayaraq oturmuşdur. Daha sonra o da, anası da qapını açaraq baxmış və heç kimin olmadığını görmüşlər. 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 6/6537 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153" dairəvi möhür əksləri olan, “1) Təqsirləndirilən şəxs “imza” ...” ad, soyad, ata adı və imzalar qeyd olunmuş bir ədəd zərfdəki 8 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,384 qram, 2,002 qram, 0,602 qram, 0,335 qram, 0,452 qram, 0,303 qram, 0,475 qram, 0,307 qram, ümumi təmiz çəkisi 5,060 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,004 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş 8 (səkkiz) ədəd bükümdə olan metamfetamin xarici görünüş əlmətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 40-44). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2022-ci il tarixli 6/5067 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Dİn Zərflər üçün №194” dairəvi möhür əksi və "Şübhəli şəxs Təqsirləndirilən şəxs Asfə oğlunun üzərindən götürülmüş maddi sübut; Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, iştirakçılar: iki imza; Tərtib etdi Ş.Mikayılovimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 1,325 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 138-141). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 05 oktyabr 2022-ci il tarixli, 5776 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda absistensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülü (İ cild, səh. 181-182). 17.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 10 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, aşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ sellofandan ibaret bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos kimi tanıdığı narkotik maddə var. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bu narkotik vasitələri bir gün bundan öncə tanımadığı şəxsdən ümumilikdə 20 (iyirmi) manat pul ödəyərək öz şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitəni sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə saat 17:00 dəqiqədə Hövsan qəsəbəsi, F.Bayramov küçəsində yerləşən "Toğrul Market"-in yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi toz halında narkotik vasitəyə bənzər maddə olan 01 ədəd ağ rəngli sellofandan ibarət büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azerbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (İ cild, səh. 129-130). 18.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış va götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, aşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları ve ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd səffaf rəngli sellofan paketi təqdim etmiş və həmin paketin içərisində 8 ədəd sellofana bükülmüş səffaf rəngli kristal şəkilli maddələri və 1 ədəd sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni və həmin şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini va bir ədəd NOKİA 202 markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 09 ədəd səffaf sellofana bükülmüş bükülülərin içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdən 8 bükümü metamfetamin və 1 bükümdəki kütlənin narkotik maddə olan heroin olmasını bildirmişdir. Həmin sellofan bükümlər açıldıqda, 08 bükümün içərisində kristal şəkilli maddələr, 01 bükümün içərisindən qəhvəyi toz şəkilli kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddələr elektron tərəzidə çəkiləri çəkilmiş və məlum olmuşdur ki, həmin kütlələrin 08 ədəd sellofanın içərisində kristal halında olan bükümlərin ayrı-ayrılıqda çəkisi müvafiq olaraq 0,43, 0,85, 2,07, 0,38, 0,49, 0,35, 0,52, 0,33, qram, ümumilikdə çəkiləri ise 6,15 qram, 1 ədəd sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddənin çəkisi isə 2,39 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddələri nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 gün öncə Abşeron rayonu, Xirdalan səhərində tanımadığı ve heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vetendaşından online vasitə ile 345 manata almış və özü istifadə etmek üçün 9 büküm edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İ cild, səh. 32-33). 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, müayinə nəticəsində boyunun sağ nahiyyəsində cərrahiyə əməliyyatından sonrakı çapıq toxuması, yuxarı və aşağı ətraflarda narkotik inyekiyasından sonrakı çapıq toxumaları, göbək yırtığı aşkar edilmişdir. 20.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 125). 21.«Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında» qərardan görünür ki, 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 175). 22.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 21). 23.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 4(011)- 586/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 noyabr 2022-ci il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 56-77). 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statiştik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəmsinin 14 dekabr 2018-ci il tarixli qərarı ilə 01 ay 01 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 15 yanvar 2019-cu il tarixdə vaxtından əvvəl şərti azad etmə müddəti bitdiyindən qeyd çıxarılmışdır (İ cild, səh. 184-185). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 25.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 26.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 27.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 28.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 29.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi vardır. 30.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 31.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 35.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 36.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 37.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 5-ci bəndinə əsasən yuxarı həddi 0,15 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 38.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,325 qram narkotik vasitə-heroin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. 39.Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 40.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 14 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 2,004 qram, psixotrop maddə metamfetamin təmiz çəkisi 5,06 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddindən artıq miqdarda olmuşdur. 41.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 42.Məhkəmə həmçinin təqsirləndirilən şəxsin arvadı və qızının ifadəsinə münasibətdə qeyd edir ki, onlar təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla onun xeyrinə ifadə vermələri istisna olunmur. 43.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən göründüyü kimi təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman zədə almadığını bildirmiş, müayinə zamanı xəsarət izi aşkar edilməmişdir. 44.Məhkəmə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 45.Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəməyədək icraatda təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə etirazını bildirməmiş, iş materiallarında etiraz etməsi və bu sübutun fiziki və ya psixi zorakılıq nəticəsində əldə edilməsi barədə vəsatət qaldırmamış, yalnız məhkəmə baxışında bu hal irəli sürülsə də müdafiə tərəfinin zorakılığın mövcud olması, bu sübutun fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiası təsdiq olunmamışdır. 46.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə xx.xx.2022-ci il tarixli videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 47.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis idarəsində psixoloji təzyiqə, hədəyə məruz qalması ilə bağlı məsələni barəsində nə həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında, nə də ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında qaldırmamışdır. İş materiallarından cinayət işinin materialları ilə tanış etmə protokolunda (cild 1, səhifə 309) təqsirləndirilən şəxsin vəsatətinin olmadığını bildirməsi müəyyən olunur. 48.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 49.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 50.Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münsibətdə məhkəmə bildirir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin bükümlərə bölünməsi, həmçinin təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və göndərilən sms mətnlərinə dair diskə keçirilmiş baxış zamanı jarqon terminlərdən ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 51.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 52.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəza tətbiq olunmalıdır. 53.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, işlah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 60.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun işlah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin işlah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 62.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 63.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 64.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin işlah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 66.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 67.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 68.”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 69.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 70.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 71.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 72.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 73.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 74.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. 75.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. 76.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 77.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 78.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,275 qram və 1,954 qram çəkilərdə narkotik vasitə heroinin, 4,660 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı diskin və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 79.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 80.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 81.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 82.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 83.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 manat təşkil edir. 84.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 85.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 14 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerinədə saxlanılan - tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,275 qram və 1,954 qram çəkilərdə narkotik vasitə heroin, 4,660 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar