Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-858/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1982-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki az yaşlı övladı olan, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 161 B-da qeydiyyatda olan, Nəsimi rayonu, R.Səfərov küçəsi 161B ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları yayma məqsədi ilə saxlamış, əlavə olaraq ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 35,512 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini ilə əldə edib gələcəkdə satışını həyata keçirmək üçün təmiz çəkiləri 12,860 qram, 12,251 qram və 10,401 qram olan ayrı-ayrı hissələrə böldüyü 03 ədəd şəffaf sellofan bükümləri gödəkçənin sol iç qoltuq cibində gizlətməklə saxlayıb üzərində daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 09:02-də o, Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi 161B ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra üzərinə videoçəkliş aparmaqla şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç qoltuq cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,860 qram, 12,251 qram və 10,401 qram olmaqla, ümumi təmiz çəkisi 35,512 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs dini ekstremist materialları saxlama və yayma məqsədi ilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, dini nifrət və düşmənçiliyin salınmasına yönələn, üzərində “Ya Hüseyn” yazılmış, məzmununda şəriət üsul-idarəli “Kərimə dövləti”nin qurulmasına çağrışların mövcud olduğu 04 ədəd vərəqəni istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən əldə edərək gələcəkdə yaymaq üçün yaşadığı ünvan 3 ünvanında saxlamış, 04 fevral 2023-cü il tarixdə saat 17:15-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda videoçəklişdən istifadə etməklə aparılan axtarış zamanı yataq otağında paltar rəfinin gözlüyündən onun yaymaq məqsədi ilə əldə edərək saxladığı üzərində “Ya Hüseyn” yazılmış 03 ədəd vərəqdən ibarət dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və bu fəaliyyətin zəruriliyinə bəraət qazandıran həmin dini ekstremist materiallar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü “ESGS” şirkətində mühafizəçi işləyir, bir sutka işdə olub, iki sutka evdə olmuşdur. Evlidir, himayəsində iki azyaşlı uşaqları var. Dindardır, namaz qılandır, heç vaxt spirtli içkilər və narkotik vasitələr qəbul etməmişdir. Əksinə, bu işlərlə məşğul olanların əleyhinə təbliğat aparmışdır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində işdən çıxıb yaşadığı ünvan 5 ünvanına gəlib giriş qapısını açmaq istədiyi zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. Maşında idarəyə apararkən başına vuraraq döyülmüş, döyülməsinin səbəbini soruşduqda isə cavabında onu təhqir etmişlər. İdarədə onun telefonuna baxıldıqda «Allah» sözünün yazıldığını görmüşlər. O isə namaz qıldığı üçün telefondakı profilində «Allah» sözünü yazdığını bildirmişdir. Orada onu yenə də tanımadığı əməliyyatçılar döymüşlər. Onun üzərində saxlanıldığı və polisə gətirildiyi zaman yalnız mobil telefonu, şəxsiyyət vəsiqəsi və işə yemək apardığı boş banka olmuşdur. Bunların hamısını masanın üzərinə qoyaraq polislərə təqdim etmişdir. Buna baxmayaraq ona psixoloji təsir edərək məcbur etmişlər ki, ona verdikləri 3 büküm təmiz çəkisi 35,512 qram olan külli miqdarda narkotik vasitə heroini üzərinə baxış zamanı təqdim etsin. Çəkilişdən əvvəl həmin bükümü onun cibinə polis əməkdaşı qoymuşdur. Çəkiliş zamanı isə həmin büküm polislərin tapşırığına görə o cibindən çıxararaq masanın üzərinə qoymuş və guya həmin narkotiki iki gün əvvəl «Günəş Petrol» YDM-də tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. O, mühafizəçi işinə qəbul olunan zaman narkoloji yoxlamadan keçmiş, analiz göstəriciləri təmiz olmuşdur. Həmin gün ona guya işdən gəlib ac olduğunu bildirərək yemək yeməyi məcbur etmişlər. Oradan da narkoloji ekspertizaya aparıb yoxlanıldığı zaman narkotik istifadəçisi olması müəyyən edilmişdir. Zənn edir ki, onun yeməyinə narkotik qatmışlar. Onun evində də axtarış olmuş, açıq satışda olan dini kitablar aşkar edilmiş, həmçinin ona məxsus olmayan «Ya Hüseyn» yazıları olan ekstremist vərəqələr aşkar edilmişdir. Həmin vərəqələr ona məxsus deyildir. Düşünür ki, həmin vərəqələri polis əməkdaşları dini kitabların arasına qoymuşlar. O, heç kəsə ona edilən təzyiqlə bağlı şikayət etməmişdir. İstintaq təcridxanasına daxil olduqda üzərində heç bir xəsarət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Mətləb Turabıyevi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 31 yanvar 2023-cü il tarixdə Mətləb Turabıyevin Bakı şəhəri ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı raportla idarənin rəisinə məruzə etmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarları Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, məlumatı yoxlamaq məqsədi ilə qupun üzvləri ilə birlikdə ünvan 6 ünvana yollanaraq təxminən saat 09 radələrində Mətləb Turabıyevin həmin küçə ilə piyada hərəkət etdiyini görərək ona yaxınlaşaraq özlərini təqdim edərək onun barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və qanunsuz dövriyyəsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİnin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlara tabe olmuş və onlarla birlikdə idarənin inzibati binasına gəlmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin inzibati binasında Mətləb Turabıyevi təhqiqatçı polis baş leytenantı Zaur Hacızadəyə təqdim etmişlər və sonuncu öz xidməti otağında müdafiəçi dəvət edərək onun və onların, yəni polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirmişlər. Təqsirləndirilən şəxs təhqiqatçının üzərində olan əşyaları təqdim etməsi təklifinə uyğun olaraq masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkçəsinin iç cibindən qara rəngli “Real me” markalı mobil telefonu və 03 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisindəki maddə narkotik vasitə olan “heroin”dir və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 28 yanvar 2023-cü il tarixdə Yasamal rayonu “Günəş” yanacaqdoldurma məntəqəsinin yanında adını Əli kimi bildiyi şəxsdən 300 manata almışdır. Bundan savayı Mətləb Turabıyev əlində tutduğu qara rəngli əl çantasının içərisində olan 1 ədəd şəxsiyyət vəsiqəsi və iş üçün əhəmiyyət kəsb etməyən digər predmetləri təqdim etmişdir. Bundan sonra aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən qablaşdırılmış və üzəri möhürlənərək bağlanılmışdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd Real Me markalı mobil telefon və şəxsiyyəti təsdiq edən sənəd sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Baxışa dair protokol təhqiqatçı tərəfindən iştirakçılara ucadan oxunmuş, protokol iştirakçılar tərəfindən imzalanmış, Mətləb Turabıyev və müdafiəçisi tərəfindən heç bir etiraz daxil olmamışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasına gətirilən zaman və Nəsimi RPİ-nin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Mətləb Turabıyevi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 31 yanvar 2023-cü il tarixdə həmkarı Şahid1 Mətləb Turabıyevin Bakı şəhəri ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarları Şahid1 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, məlumatı yoxlamaq məqsədi ilə qupun üzvləri ilə birlikdə ünvan 6 ünvana yollanaraq təxminən saat 09 radələrində Mətləb Turabıyevin həmin küçə ilə piyada hərəkət etdiyini görərək ona yaxınlaşaraq özlərini təqdim edərək onun barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və qanunsuz dövriyyəsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlara tabe olmuş və onlarla birlikdə idarənin inzibati binasına gəlmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin inzibati binasında Mətləb Turabıyevi təhqiqatçı polis baş leytenantı Zaur Hacızadəyə təqdim etmişlər və sonuncu öz xidməti otağında müdafiəçi dəvət edərək onun və onların, yəni polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirmişlər. Təqsirləndirilən şəxs təhqiqatçının üzərində olan əşyaları təqdim etməsi təklifinə uyğun olaraq masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkçəsinin iç cibindən qara rəngli “Real me” markalı mobil telefonu və 03 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisindəki maddə narkotik vasitə olan “heroin”dir və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 28 yanvar 2023-cü il tarixdə Yasamal rayonu “Günəş” yanacaqdoldurma məntəqəsinin yanında adını Əli kimi bildiyi şəxsdən 300 manata almışdır. Bundan savayı Mətləb Turabıyev əlində tutduğu qara rəngli əl çantasının içərisində olan 1 ədəd şəxsiyyət vəsiqəsi və iş üçün əhəmiyyət kəsb etməyən digər predmetləri təqdim etmişdir. Bundan sonra aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən qablaşdırılmış və üzəri möhürlənərək bağlanılmışdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd Real Me markalı mobil telefon və şəxsiyyəti təsdiq edən sənəd sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Baxışa dair protokol təhqiqatçı tərəfindən iştirakçılara ucadan oxunmuş, protokol iştirakçılar tərəfindən imzalanmış, Mətləb Turabıyev və müdafiəçisi tərəfindən heç bir etiraz daxil olmamışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasına gətirilən zaman və Nəsimi RPİ-nin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Mətləb Turabıyevi ilk dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəəri, Nəsimi RPİ-nin inzibati binasında görmüş, onun saxlanılaraq idarəyə gətirilməsində iştirak etməmişdir. 04 fevral 2023-cu il tarixli axtarış aparılması barədə məhkəmə qərarı əsasında «Papanin» deyilən ərazidə yerləşən və Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R,Səfərov küçəsi 161B ünvanında müstəntiq Mahmud Sarıvəlli tərəfindən keçirilən axtarış tədbirində əməliyyat müvəkkili qismində o və idarənin əməkdaşı Şahid4 iştirak etmişlər. X11 iştirak etməmiş, evin sahibi olan Mətləbin əmisi X2 icazəsi və razılığı əsasında axtarış keçirilmişdir. Axtarışa başlamazdan əvvəl müstəntiq məhkəmənin qərarını Bakı şəhəri, Nəsimi rayonu, R,Səfərov küçəsi 161B ünvanında yaşayan X5 elan etmiş və ev sahibinin razılığı ilə saat 16:30 radələrində axtarış keçirməyə başlamışlar.Axtarış videoçəkilişlə aparılmışdır. Axtarış zamanı mənzilin yataq otağında yerləşdirilmiş paltar rəfinin siyirməsindən 1 ədəd “Panasonic” markalı video kaset, 01 ədəd Seyyid Kamalın “Peyğənbərlərin həyatı” kitabı, 01 ədəd Həmid Məhəmmədinin “Əl-Qiraət” kitabı; 01 ədəd Cabir Rizvaninin “Ayətul-kürsü”nün təsir və bərəkətləri” kitabı, 01 ədəd X19 “Quranda təqva”; 01 ədəd Osman Nuri Topbaşın “Mövlanə dərgahından əsintilər”; Əhməd Ehtimamın “Namazın fəlsəfəsi”; 01 ədəd X17 fətvalarına uyğun “Namazın qaydaları”; “Aşurə ziyarətnaməsi”; “Allahla rabitə çərəkə tərcüməsi ilə”; “ Namaz təqvimi kitabçası 2012-ci il, 2014-cü il və 2015”; “Həsən Əbdi “İlahi ziyafət” kitabları, 03 ədəd üzərində “Ya Hüseyn” sözləri çap edilmiş vərəqlər aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Axtarış videoçəkilş ilə aparılmış, bu haqda müstəntiq protokol tərtib etmişdir və iştirakçılar tərtib olunmuş protokol ilə tanış olub imzaları ilə doğruluğunu təsdiq etmişlər. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsini tam təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Mətləb Turabıyevi tanımır. O, yalnız sonuncunun yaşadığı ünvanda məhkəmənin qərarı əsasında müstəntiqlə və həmkarı Şahid3lə birlikdə axtarışda iştirak etmişdir. Həmin axtarış 04 fevral 2023-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvana gəldikdə qapını özünü Mətləb Turabıyevin əmisi kimi təqdim edən şəxs açmış və onun razılığı və iştirakı ilə mənzildə videoçəkilş aparılmaqla axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl müstəntiq məhkəmənin qərarını elan etmişdir. Axtarış zamanı mənzilin yataq otağında yerləşdirilmiş paltar rəfinin siyirməsindən 1 ədəd “Panasonic” markalı video kaset, dini kitablar, 03 ədəd üzərində “Ya Hüseyn” sözləri çap edilmiş vərəqlər aşkar olunmuş, həmin əşyalar qablaşdırılıb götürülmüşdür. Axtarış haqda müstəntiq protokol tərtib etmiş və iştirakçılar protokol ilə tanış olub imzaları ilə doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittiham öz təsdiqini tapmamışdır, bununla belə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, “Mətləb” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsinə gəlməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə bölmənin əməkdaşları olan Şahid1 və X10 ibarət əməliyyat qrupu yaradılmış və xx.xx.2023-cü il tarixdə, saat 09:00-da keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “Mətləb” adlı şəxs saxlanılaraq Bakı şəhəri Nəsimi RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 31 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, barəsində axtarış və götürmənin aparılan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq bildirir ki, könüllü olaraq üzərində və əl çantasında olan əşyaları və narkotik maddəni təhqiqata təqdim etmək istəyir.Bundan sonra o, masaya yaxınlaşaraq qara rəngli əl çantasının içərisində olan 1 ədəd AZE ******** seryalı şəxsiyyət vəsiqəni, 2 ədəd qara rəngli papaqı, 1 ədəd qara rəngli üzərində “Final” yazısı olan poverbankı, 2 ədəd elastik binti, 1 ədəd adapteri, qara rəngli cins şalvarının sağ yan cibindən isə 1 ədəd metro kartını çıxarıb masanın üzərinə qoymus, bundan başqa əynində olan qara rəngli gödəkçənin qoltuq cibindən qara rəngli “Real me” markalı “İMEİ 1 **********08855/1, İMEİ 2**********08848/01) mobil telefonu və 03 (üç) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümlərin içərisindəki maddə narkotik vasitə olan “heroin” olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Yasamal rayonu “Günəş” yanacaqdoldurma məntəqəsinin yanında adını Əli kimi tanıdığı şəxsdən 300 manata aldığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs polis idarəsinə gətirilərkən və idarədə olduğu müddətdə, həmçinin onun barəsində şəxsi axtarış keçirilən zaman ona hər hansı bir fiiziki və ya mənəvi təyziq edilməməsi, ondan aşkar edilmiş maddə ilə bağlı ekspertiza təyin edilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «axtarış aparılması haqqında” 04 fevral 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi 161B ünvanına baxış keçirilmiş, baxış zamanı yataq otağından 01 ədəd “Panasonic” markalı video kaset, 13 ədəd müxtəlif adlı kitablar, 03 ədəd üzərində "Ya Hüseyn" sözləri çap hərfləri ilə yazılmış vərəqlər, 01 ədəd üzərində fars əlifbası ilə yazılar əks olunmuş qeyd vərəqi, 02 ədəd İran İslam Respublikasının dini rəhbəri “Ruhullah Xomeyni”nin foto şəkili, 02 ədəd “Qasım Süleymani”nin foto şəkilləri aşkar olunaraq götürülmüşdür. Bütün dini ədəbiyyatın aşkar edilərək götürülməsində Mətləb Turabıyevin əmisi X8 evin sahibi qismində iştirak edərək protokola imza etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli 6/587 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “imza Təqsirləndirilən şəxs…” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-12,860qr, 12,251qr, 10,401qr, ümumi çəkisi-35,512 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Məhkəmədə elan edilib araşdırılmış 02 fevral 2023-cü il tarixli 559 nömrəli ambulator məcburi-narkoloji tibbi rəydən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-dinşünaslıq ekspertizasının 23 may 2023-cü il tarixli 4/497 nömrəli rəyindən müəyyən olunurki, ekspertizaya təqdim edilmiş dini təyinatlı məlumatlar materiallarında üzərində “Ya Hüseyn” yazılmış 3 (üç) ədəd vərəqdə Azərbaycanda “vilayət-fəqih” ideologiyasına əsaslanan siyasi sistem təbliğ olunmaqla şərait üsul-idarəli “Kərimə dövlət”inin yaradılmasına çağrış vardır. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanların və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. Ekspertizaya təqdim edilmiş dini təyinatlı məlumat materiallarından üzərində “Ya Hüseyn” yazılmış 3 (üç) ədəd vərəqdə aşkar surətdə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir. (“Zalıma qarşı birləşməyin vaxtı qəlib çatdı, artıq kafirlərdən öz haqlarımızı tələb etməliyik”; “Artıq bitdi, hakimiyyət Fasiqdir, buna görə də dəyişməlidir, İslam hakimiyyəti qurulmalıdır”). Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini təyinatlı məlumat materiallarında dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərməyə dair məlumatlar əks olunmamışdır. Belə fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə və ya belə qrupda fəal iştirak etmə, eləcə də, belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatların əks olunub-olunmamasının müəyyən edilməsi xüsusi bilik tələb etməyən hüquqi məsələlərdir. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini təyinatlı məlumat materiallarından adları aşağıda qeyd olunanlar ölkəyə xaricdən idxal olunmuşdur:
1. Seyyid Kamalın “Peyğəmbərlərin həyatı”;
2. Həmid Məhəmmədinin “Əl-Qiraət” adlı kitablar. Digər dini ədəbiyyat nümunələri ölkə nəşriyyatında çap olunmuşdur. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarından adları aşağıda qeyd olunanların istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X21 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir: 1.Seyyid Kamalın “Peyğəmbərlərin həyatı”; 2.Cabir Rizvaniın “Ayətul-kürsü”nün təsir və bərəkətləri”; 3.X19 “Quranda təqva”; 4.Osman Nuri Topbaşın “Mövlana dərgahından əsintilər”; 5.Əhməd Ehtimamın “ Namazın fəlsəfəsi”; 6.”X17 fətvalarına uyğun Namazın qaydalar”; 7.Həmid Məhəmmədin “Əl-Qiarət”;
8. “Aşura ziyarətnaməsi”;
9. “Allahla rabitə çərəkə tərcüməsi ilə”;
10. “Namaz təqvimi kitabçası 2012-ci il, 2014-cü il və 2015”; 11.Həsən Əbdinin “İlahi ziyafət” kitabları Üzərində “Ya Hüseyn” yazılmış 3 (üç) ədəd vərəqənin istehsalı, idxal edilməsi və ya satışına Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini təyinatlı materiallardan üzərində “Ya Hüseyn” yazılmış 3 (üç) ədəd vərəq dini ekstremist materiallar sayılır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-xəttşünaslıq ekspertizasının 23 avqust 2023-cü il tarixli 3-16-16,1-4,1402 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, 31 yanvar 2023-cü il tarixli Ekspertiza rəyini şübhəli şəxsə elan edilməsi haqqında protokoldakı “Heç bir etiraz və vəsatətim yoxdur” yazıları və “Şübhəli şəxs” qrafasındakı imza; 01 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokolunun 1-3-cü vərəqlərində Təqsirləndirilən şəxs adından olan 5 ədəd imza, 02 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 31 yanvar 2023-cü il tarixli Ekspertiza rəyini şübhəli şəxsə elan edilməsi haqqında protokoldakı “Heç bir etiraz və vəsatətim yoxdur” yazılarında və “Şübhəli şəxs” qrafasındakı imzada; 01 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokolunun 1-3-cü vərəqlərində Təqsirləndirilən şəxs adından olan 5 ədəd imzada, 02 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzada-əlyazmanın və imzanın qeyri-adi psixoloji vəziyyətdə (təzyiz, sərxoş, həyəcanlı və stres vəziyyətində) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskindən müəyyən olunur ki, ***-***-**-** saylı nömrə xx.xx.2017-ci il tarixdən etibarən nömrə daşınma xidməti vasitəsilə Azercell Telekom MMC-nin abunəçisidir. Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsi xx.xx.2023-cü il tarixdə saat 10:53-də Nəsimi rayonu M.Qaşqay küçəsində, Şahid2 ***-***-**-** nömrəsi xx.xx.2023-cü il tarixdə saat 09:01-də Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində, həmin tarixdə saat 09:52-də Nəsimi rayonu M.Qaşqay küçəsində istifadə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 1/2678 nömrəli. xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunuri ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X7 müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin rəisinə ünvanlanmış 083-17822-1223 nömrəli, xx.xx.2023-cü il tarixli məktublan müəyyən olununr ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitəni satdığı şəxsləri müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,362 qram heroin və Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanından aşkar edilərək götürülmüş dini-ekstremist təyinatlı məlumat olan “Ya Hüseyn” yazılmış 3( üç) ədəd vərəq maddi sübut saxlanması üçün Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olmamışdır. Təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsində dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma cinayət əməli nəzərdə tutulmuşdur. “Dini ekstremizmə qarşı mübarizə haqqında” 4 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununda Dini ekstremizm (dini ekstremist fəaliyyət)- dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya qurluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi; qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak; terror fəaliyyətinin həyata keçirilməsi; Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi; milli, sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi; bu əməllərin törədilməsinə açıq çağırışların edilməsi; şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi; dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması; dini ekstremizmin maliyyələşdirilməsi; dini radikalizm– hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranış; dini fanatizm – dini ekstremizmin ideoloji əsaslarından biri olmaqla, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsi; dini ekstremist - hər hansı formada dini ekstremist fəaliyyətin həyata keçirilməsində iştirak edən şəxs; dini ekstremist təşkilat – dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə ekstremist fəaliyyət ilə məşğuldursa, həmin təşkilat dini ekstremist təşkilat hesab edilir; dini ekstremizmə qarşı mübarizə - dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması, habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyət başa düşülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-dinşünaslıq ekspertizanın 23 may 2023cü il tarixli 4,497 nömrəli rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı götürülmüş üzərində “Ya Hüseyn” yazılmış 03 ədəd vərəqənin istehsalı, idxal edilməsi və ya satışına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. Üzərində “Ya Hüseyn” yazılmış 3( üç) ədəd vərəqə dini ekstremist materiallar sayılır. Məhkəmədə elan edilib araşdırılmış M.Turabıyevin yaşadığı ünvana “baxış keçirmə və götürmə” protokolundan da müəyyən edilir ki, həmin mənzilə həmin ünvanda yaşayan X9 əmisi Seyfəddin Turabıyevin iştirakı ilə baxılmış, sonuncunun iştirakı ilə də digər dini ədəbiyyatla yanaşı üzərində “Ya Hüseyn” yazılmış 3( üç) ədəd vərəqə dini ekstremist materiallar aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış X9 üzərinə baxış protokolu, X9 məhkəməyədək verdiyi izahat və ifadələrindən müəyyən olunur ki, sonuncu ondan götürülmüş narkotik vasitə heroini şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Yasamal rayonu “Günəş YDM” –nin yanında adını Əli kimi tanıdığı şəxsən 300 manata əldə etmişdir.Həmin izahat və ifadələrində ona qarşı heç bir zor tətbiq olunmadığını və üzərinə hər hansı qanunsuz əşya qoyulmadığını göstərmişdir. Həmçinin məhkəmə-narkoloji ekspertiza rəyidə Mətləb Turabıyevin narkoman olduğunu, yəni narkotik vasitələr istifadəçisi olmasını təsdiq etmiş, ibtidai araşdırma orqanının tapşırığına verilmiş cavab məktubundan da müəyyən olunur ki, Mətləb Turabıyevin digər şəxslərə narkotik vasitələri yayması müəyyən edilməmişdir. Məhkəmə baxışında da Mətləb Turabıyevin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Mətləb Turabıyevin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Mətləb Turabıyev saxlandığı andan narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı formada narkotik vasitənin dövriyyəsini təsdiq edə biləcək sübuti əhəmiyyətə malik olan əşya və ya hər hansı məlumat aşkar edilməmişdir. Onun üzərində aşkar edilmiş narkotik vasitənin mənbəyinin və kimə satdığının əməliyyat tədbirləri ilə müəyyən olunmamasını əsas götürərək məhkəmə Mətləb Turabıyevin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü deyil, qeyd olunan məcəllənin 234.1-1-ci maddəsi ilə ittiham olunmasını düzgün sayır. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, ekspertizaların rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs Mətləb Turabıyev ibtidai istintaq zamanı onun üzərində tapılmış narkotik vasitənin-maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitənin qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X9 hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxs X9 əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 31 yanvar 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,362 qram heroin, dini-ekstremist təyinatlı məlumat olan “Ya Hüseyn” yazılmış 3 (üç) ədəd vərəq və dini təyinatlı məlumatlar məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 345 (üç yüz qırx beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 167-3.1-cİ maddəsi ilə 02 ( iki) müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,362 qram heroin, dini-ekstremist təyinatlı məlumat olan “Ya Hüseyn” yazılmış 3 (üç) ədəd vərəq və dini təyinatlı məlumatlar məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 345 (üç yüz qırx beş)manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova