Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-858/2025 17.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X2 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1964-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs övladı Şahid1 usta kimi işlədiyi ünvan 2 ünvanda “Əhmədli” avtoservisə 24 avqust 2024-cü il tarixdə saat 18 radələrində gəldikdə həmin avtoservisdə usta işləyən Zərərçəkmiş şəxs təmir etdiyi avtomobil ilə onun yanından sürətlə keçməsinə irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər deməsini eşidib və görən oğlu Şahid1 əlində olan taxta dəstəkli bıçaqla hadisəyə müdaxilə edərkən Təqsirləndirilən şəxs həmin dəstəyi qəhvəyi rəngli taxtadan 129 mm uzunluqda, tiyəsi 121 mm uzunluqda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını oğlu Şahid1 əlindən alaraq həmin bıçaqla Zərərçəkmiş şəxs döş nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, mədənin və diafraqmanın zədələnməsi, hemotoraks ilə müşaiyət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Sübutların tədqiqi: 2.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Əhmədli’ servisdə sınaq dövründə işləyən oğlunun yanına getmişdir. O, servisə yaxınlaşanda hadisə baş vermiş, yaxınlaşarkən arxası ilə maşın gəldiyini hiss edərək yol vermiş və maşın bərk forsaj etdiyindən o, diskinmişdir. Servisə çatanda sürücüyə “bacıoğlu bu necə maşın sürməkdi” demiş və sürücü ona nalayiq şəkildə “əcəb edirəm özüm bilərəm nə cür sürürəm” deyə cavab vermişdir. O, içkili olduğunu fikirləşərək çönüb oğlunun işlədiyi servisə getmişdir. Bu anda oğlu çölə çıxaraq “mənim atamdır niyə onunla elə danışırsan” demiş, Zərərçəkmiş şəxs də “əccəb edirəm, mən beləyəm, eləyəm” deyərək cavab vermişdir. Bundan sonra oğlu Vüqara kəllə atmış və təxminən 6-7 nəfər oğlunun üstünə gəlmiş, bu zaman oğluna nə isə olmaması üçün qucaqlayıb aparmış və oğlunu servisə salanda təzədən pis söyüş eşitmişdir. Oğlu içəridən əlində bıçaqla çıxmış və oğlunu çəkib əlindən bıçağı almış, ondan sonra da həmin şəxslər onun üzərinə tökülüşmüşlər, o da özünü müdafiə etmək üçün qışqıraraq “yaxın gəlməyin” demişdir. Hərəsi bir tərəfdən onun üzərinə gəlmiş, həmin vaxt bıçaq bir nəfərin qoluna dəymiş, Vüqar da üzərinə tullanmış və bıçaq Vüqara dəymişdir. Bundan sonra hamısı qaçıb dağılışmış, Vüqar isə ortalıqda qalmışdır. O, Vüqarı xəstəxanaya aparmaq istəmiş, lakin Vüqar razılaşmamışdır. Sonra uşaqlar Vüqarı xəstəxanaya aparmış, o da oğlunu götürüb polisə bölməsinə getmişdir. O, hadisəyə kimi zərərçəkmiş şəxsi tanımamışdır. Onların mübahisələri təxminən 20 dəqiqə çəkmiş, hadisə zamanı özü əzik xəsarəti almış, zərərçəkmiş şəxs isə bir bıçaq zərbəsi almışdır. Bıçağın oğlunda olduğunu sonradan bilmiş, bıçağı əlindən almaqda məqsədi isə oğlunun xəta törətməməsi olmuşdur. Qarşı tərəf onun əlində bıçağı görmüş, amma dayanmamışlar və hərəsi bir tərəfdən soxulmuşlar. O, yorulduğu üçün bıçaqdan istifadə etmişdir. Bıçağı ancaq özünü qorumaq üçün atmış, onun zərərçəkmiş şəxsi vurmaq istəyi olmamışdır. Hadisənin necə olduğunu bilməmiş, sonradan Vüqarın özü ilə görüşəndə ona harasından zədə almasını göstərmişdir. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və barışıq əldə olandan sonra zərər ödənildiyini bildirmişdir. 3.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, psixi və fiziki qüsuru yoxdur. Əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Xətrai rayonu “Yusif’ mərasim evinin yaxınlığında avtomobil ustası işləyir. Oğlu Şahid1, işlədiyi sexdən bir qədər aşağıda yerləşən “Əhmədli” servisdə avtomobil bamperi təmiri ustası işləyir. 24 avqust 2024-cü il tarixdə saat 18 radələrində oğlu Fərhada zəng edib demişdir ki, “mən işimi bitirmişəm evə getmək istəyirəm, maşını gətir mənə ver gedim”. Fərhad hazırda işi olduğunu gələ bilməyəcəyini bildirmiş və ona demişdir ki, “ sən gəl mənim yanıma maşını götür get”. Bundan sonra iş yerindən çıxıb təxminən 10 dəqiqəlik məsafədə yerləşən “Əhmədli” servisə tərəf piyada hərəkət etmişdir. Servisə çatmağına az qalmış qara rəngli arxa bamperi olmayan avtomobilin sürücüsü arxa tərəfindən gəlib yanına çatdıqda sürətini artırmaq üçün qaza basmış, avtomobilin səsboğucusunun səsi onu qorxutmuşdur. Həmin avtomobil irəliyə gedib “Əhmədli” servisə daxil olmuşdur. O, servisə daxil olmuş, bir qədər əvvəl yanından yüksək sürətlə keçən avtomobilin sürücüsünü Vüqarı görmüş və dayanıb demişdir ki, “eyib olsun sənə, bu cür maşın sürməzlər”. Bu zaman Zərərçəkmiş şəxs yaxşı etdiyini demişdir. Oğlunun işlədiyi sexə daxil olmuşdur. Bu zaman oğlu Fərhad sexdən çıxıb Vüqarın üzərinə gedib “nə üçün atamla bu cür danışırsan?” demişdir. Vüqar, Fərhada nalayiq ifadə işlətdiyi üçün Fərhad yaxınlaşan kimi Vüqarı kəlləsi ilə sifət nahiyəsindən vurmuşdur. Bu zaman ətrafda olan təxminən 6-7 nəfər şəxs Fərhadın üzərinə getdikləri üçün o, Fərhadı aralamış və işlədiyi sexə göndərmişdir. Vüqar təxminən 10 dəqiqə ərzində söyüşlərinə davam etdiyi üçün oğlu Fərhad saat 18:32 radələrində sexdən çıxıb Vüqarın üzərinə tərəf qaçmış və o, Fərhadın arxası ilə getmişdir. Hadisə baş verməməsi üçün bıçağı oğlu Fərhadın əlindən almışdır. Orada yenidən mübahisə yaranmış, bu zaman Vüqar oğlu Fərhadı yumruqla vurmağa, tanımadığı üzərində ağ rəngli qısaqol köynək olan ucaboy bir şəxs, yəni Bəhruz isə onu yumruqlamağa başladıqda başını aşağıya doğru əymişdir. Bundan sonra Bəhruzun üzərinə gedib qorxutmağa çalışmış və Bəhruz yerə yıxılmışdır. Həmin vaxt kənara çəkilmiş Vüqar üzərinə doğru qaçaraq gəldiyi üçün o, Vüqarı bir dəfə qarın nahiyəsindən bıçaqla vurmuşdur. Sonra onu yumruqlayan şəxs Bəhruzun üzərinə getmiş Bəhruz qaçmağa başlamış və servisi tərk etmişdir. Vüqar üzərinə yenidən gəlib yarasını göstərdikdə, Vüqara demişdir ki, “gəl səni xəstəxanaya aparım”, lakin Vüqar bundan imtina etmişdir. Baş vermiş hadisənin təsirindən özünü itirib sexə daxil olmuş və hadisə sona çatmışdır. Oğlu Fərhadla birlikdə 35-ci polis bölməsinə getmiş, bölmədə hadisə törətdiyini bildirmiş və bıçağı polis əməkdaşlarına təqdim etmişdir (İ cild, səh. 60-62). 4.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, günorta vaxtları maşını servisə salarkən İlyas kişinin yanından bərk keçmiş, həmin anda İlyas ona “biraz yavaş sür” demiş, bu onun xoşuna gəlmədiyindən “sənin nə işinə qalıb, belədə ki, əcəb edirəm özüm bilərəm nə cür sürürəm”demiş və təqsirləndirilən şəxs ondan aralanmışdır. Bundan sonra oğlu Fərhad gələrək durduğu yerdə ona kəllə atmış, mübahisə başlamış və orada olan şəxslər onları aralamışlar. Həmin vaxt oradakı usta həmkarı İlyasa dəfələrlə getməsini bildirmişdir ki, mübahisə sona çatsın. Onun xəbəri olmamış, İlyas birinci onun dostu Bəhruzu bıçaqla vurmuş, dostunun zədəsi yüngül olmuş, demək olar ki, dostuna heç bir şey olmamışdır. O, ümumiyyətlə İlyasın əlində bıçaq olduğunu bilməmiş və İlyasın üzərinə qaçanda bıçaq ona dəymişdir. Ona bıçaq dəyməsini əvvəl hiss etməmiş, təxminən 5 dəqiqə sonra hiss etmişdir. Sonra təqsirləndirilən şəxs onu xəstəxanaya aparamağı təklif etmiş və o imtina etmişdir. İş yerlərinin yanındakı klinikaya aparılmış, orada qəbul etməmişlər, sonra Sabunçu Xəstəxanasına getmişlər, Sabunçuda əməliyyat olandan sonra müalicəsini “Medical” klinikada almışdır. Orada olan 5-6 nəfər onları aralamaq istəmişlər, döymək istəməmişlər. Bıçaq səhv etmirsə dəmirçi sexində masanın üzərində olmuş, bıçağı birinci Fərhad götürmüş, sonra atası Fərhaddan bıçağı almışdır. Daha sonra onların aralarında barışıq əldə olunmuş, onun xəstəxana xərcləri tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 5.Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Tədqiq edilmiş ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, 3 ildir Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” avtotəmir servisində avtomobil ustası olaraq işləyir. xx.xx.2024-cü il tarixdə saat 18:22 radələrində müştəriyə məxsus avtomobili servisdən kənarda saxladığı üçün idarə edərək işlədiyi sexin qabağına gətirmək istəmişdir. Bu zaman avtomobilin arxa bamperi olmadığı üçün avtomobilin səsboğucusunun səsi həddindən artıq olmuşdur. Avtomobilə qaz verib servisə çatdıqda yavaşlamış və işlədiyi sexin qarşısında saxlayıb avtomobildən düşərək orada işləyən usta həmkarlarına tərəf yaxınlaşmışdır. Həmin vaxt sonradan adının İlyas olmasını bildiyi bir nəfər yaşlı kişi narazı tonda ona demişdir ki, “biraz yavaş sürə bilmirsən?”. O, İlyasa demişdir ki, “sənin nə işinə qalıb, belədə ki, əcəb edirəm özüm bilərəm nə cür sürürəm”. Bunu dedikdən bir dəqiqə sonra Fərhad adlı usta sexdən çıxıb ona tərəf gələrək demişdir ki, “sən nə üçün atamla bu cür danışırsan?”. Cavab olaraq Fərhada demişdir ki, “birincisi mən bilmirdim həmin kişi sənin atandır, belədə onun nə işinə qalıb mən nə cür avtomobil idarə edirəm”. Bunu dedikdə Fərhad kəllə ilə onu sifətindən bir dəfə vurmuşdur. O, əsəbləşib mübahisə etməyə başlamış, lakin, orada işləyən usta tanışları onları aralamışlar. Bundan sonra əsəblərini cilovlaya bilməyib bir neçə dəfə nalayiq ifadələr işlətmişdir. Fərhadın onu vurmasını, atasının ona haqsız irad bildirməsini qəbul edə bilməmişdir. Təxminən 10 dəqiqə ərzində mübahisə davam etmişdir. Həmin vaxt oradakı usta həmkarı İlyasa dəfələrlə getməsini bildirmişdir ki, mübahisə sona çatsın. Buna baxmayaraq İlyas, ona yenidən irad bildirməyə başlamışdır. Saat 18:32-də Fərhad sexdən çıxıb əlində bıçaqla üzərinə gəlsə də İlyas bıçağı əlindən çəkib almışdır. Həmin yerdə dava yaranmış belə ki, Bəhruz adlı müştəri İlyası vurmağa başlamış eyni zamanda, oradakı usta həmkarları onları aralamaq üçün çalışmışlar. Fərhadı baş nahiyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Sonradan Fərhadın sexə doğru qaçmasını görüb onun arxası ilə getsə də Fərhad, yenidən onun sifət nahiyəsinə bir dəfə yumruqla vurduğu üçün yerə yıxılmışdır. X6 üzərinə əlində bıçaqla getməsini görüb cəld sexə daxil olaraq İlyasa mane olmaq istəsə də İlyas əlindəki bıçaqla onu qarın nahiyəsindən bir dəfə vurmuş, ağrını hiss edib kənara çəkilərək əynindəki köynəyini qaldırıb yaraya baxmışdır. Həmin vaxt İlyas Bəhruz adlı müştərini qovduğu üçün Bəhruz sexdən çıxıb qaçmışdır. O, İlyasın üzərinə gedib xəsarətini göstərib nə etdiyini görməsini bildirmişdir. Sonra halı pisləşmiş ayaqüstə dura bilməmiş və gözünü xəstəxanada açmışdır (İ cild, səh. 41-44). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə günü atası usta işlədiyi servisə yanına gələrkən servisə çatanda zərərçəkmiş şəxs Vüqar maşını biraz bərk sürmüş, həmin vaxt atası Vüqar “maşını niyə belə bərk sürürsən” demiş, Vüqar isə atasına biraz acı cavab vermiş və bu da onun xoşuna gəlməmişdir. Vüqar atasına “yaxşı edirəm belə edirəm” demişdir. Vüqarın həmin anda söyüş işlətməsi onun yadına gəlmir. O, həmin anda sexdən çıxaraq Vüqara “bu nə sözdü mənim atama deyirsən” demiş və acı danışmağına görə orada Vüqarı vurmuşdur. Vüqarı vurandan sonra digərləri üzərinə hücum edərək onu təkləmişlər. Tam olaraq kimlərin gəldiyini bilməmiş, hər tərəfdən vurduqları üçün macal tapıb baxa bilməmişdir. Həmin vaxt yerə yıxılmış və özünü müdafiə edə bilməsi üçün tez ayağa qalxmışdır. Onları aralamışlar, bir neçə dəqiqə sonra yenidən üzərinə hücum çəkmişlər. Onun üzərinə cumduqlarından özünü müdafiə etmək üçün masanın üzərində olan istifadə etdiyi bıçağı götürmüş, amma Vüqar vurmamış və pis-pis söyüşlər söyməməsi üçün xəbərdarlıq etmişdir. Onları araladıqdan sonra Vüqar gedib öz sexində yenə də pis söyüşlər söyməyə başlamışdır. Onun pisinə gəldiyindən əlində bıçaq Vüqarın üzərinə getmək istəmiş və Vüqara yaxınlaşmağa qoymamışlar. Bıçağı götürüb getməkdə məqsədi Vüqarın pis söyüşlər söyməsinin qarşısını almaq və səsini kəsmək olmuşdur. Atası ona yaxınlaşaraq əlindən bıçağı almaq istəyəndə yenə də onların üzərlərinə hücum etmişlər, bu zaman onlar hərəsi artıq başqa yerlərə ayrılmışlar. Həmin vaxt Vüqar və başqası onun üzərinə hücum etmişlər, o, özünü müdafiə edə bilməsi üçün sexə qaçmış, sexdən çıxanda isə artıq hadisənin olduğunu, Vüqara bıçaq dəydiyini görmüşdür. O, atasının Bəhruz adlı şəxsi bıçaqla vurmasını və Vüqarın bıçaqlanmasını görməmişdir. Hadisədən dərhal sonra atası Vüqarı xəstəxanaya aparmasını təklif etmişdir. O, atası ilə polisə təslim olmağa getmiş, polisdə onları 6-7 saat saxlamışlar və həmin gün axşam onu buraxmışlar. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 20 ünvanda yerləşən “Əhmədli” avtotəmir servisində usta olaraq işləyir. 24 avqust 2024-cü il tarixdə işlədiyi servisdə olarkən atası İlyas zəng edib demişdir ki, “mən işimi bitirmişən avtomobili gətir evə getmək istəyirəm.” Atası ilə işlədiyi yerlər yaxın olduğundan İlyasa hazırda işləri olduğu üçün çıxa bilmədiyini, gəlib avtomobili servisdən götürüb getməsini demişdir. Həmin gün saat 18:20 radələrində işlədiyi sexdə olarkən Vüqar adlı usta müştəriyə məxsus avtomobillə sürətli şəkildə servisə daxil olmuşdur. Bundan iki dəqiqə sonra atası İlyas servisə daxil olub Vüqara demişdir ki, “eyibdir belə maşın sürməzlər”. Həmin an Vüqar atasına demişdir ki, “ yaxşı edirəm, zor edirəm”. Bunu eşitdikdə işlədiyi sexdən bayıra çıxıb Vüqara sual vermişdir ki, “sən nə deyirsən”. Vüqar həmin sözləri yenidən təkrarlamışdır. O, Vüqara yaxınlaşıb kəllə ilə bir dəfə sifətindən vurmuşdur. Vüqarın yanında dayanmış iri bədən quruluşlu tanımadığı əynində ağ rəngli qısaqol köynək olan şəxs sol qabırğa hissəsinə bir dəfə yumruqla vurmuşdur. Vüqar üzərinə gəlib başına yumruqla bir neçə dəfə vurduqda atası və orada olan digər ustalar onları aralamışlar. Sonra atası onu işlədiyi sexə aparıb təcili oradan getməli olduqlarını demişdir. Təxminən 10 dəqiqə ərzində Vüqar nalayiq ifadələrinə davam edib onu təhqir etmişdir. Bu söyüşləri eşitmiş və atasından utanıb saat 18.32-də sexdən çıxıb Vüqarın üzərinə doğru getmişdir. Həmin vaxt sexdən təkər açarını əlində götürmüşdür. Vüqara çatıb sakitləşməsini demiş, lakin, bu zaman orada dava olmuşdur. Hadisə yerində olan bir qədər əvvəl qabırğa nahiyəsinə vuran iri bədən cüssəli, əynində ağ rəngli köynək olan şəxs atası İlyasın başına ardıcıl olaraq yumruqla vurmağa başlamışdır. Həmin vaxt Vüqar başının arxa nahiyəsinə ardıcıl yumruqlar vurmuşdur. Bu zaman oradakı şəxslərdən birinin əlində bıçaq olmasını görmüş və dərhal bıçağı əli ilə tutub saxlamışdır. Həmin vaxt atası İlyas bıçağı əlindən çəkib almışdır. Vüqar üzərinə doğru yenidən gəldikdə Vüqarın sifətinə yumruqla bir dəfə vurmuş və Vüqar yerə yıxılmışdır. O, dərhal işlədiyi sexə qaçmış özünü müdafiə üçün hər hansı bir alət götürmək istəsə də bayıra çıxdıqda görmüşdür ki, atası İlyas iri cüssəli şəxsin arxası ilə qaçıb servisdən qovdu. Vüqar isə gəlib qarın nahiyəsini göstərib nə etməsini soruşduqda atası demişdir ki, “gəl otur maşına tez səni xəstəxanaya çatdıraq”. Lakin Vüqar buna etiraz etmişdir. Sonra atası ilə birlikdə 35-ci polis bölməsinə getmiş və İlyas hadisəni etiraf edib əlindəki bıçağı bölmədə təhvil vermişdir. Hadisə zamanı bıçağı ilkin olaraq sexdən götürüb Zərərçəkmiş şəxs üzərinə doğru gəlməyini etiraf edir, ilkin ifadəsində qorxduğu üçün bu barədə bildirməmişdir. Məqsədi Vüqarı qorxutmaq olmuşdur. Belə ki, Vüqar orada nalayiq ifadələri ilə onu və atasını alçaltmış, bu hal onu özündən çıxarmışdır. Lakin, atası İlyas onu sakitləşdirmiş və bıçağı əlindən almışdır (İ cild, səh. 91-94, 171-173 ). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, üzərindən xeyli vaxt keçdiyindən hadisəni dəqiq xatırlamır, onun hansısa xəsarəti olmamışdır. Hadisə olan gün müştəri kimi avtoservisə getmiş, orada Vüqar və İlyasın arasında mübahisə baş vermişdir. Vüqar maşını bərk sürdüyündən İlyas hirslənərək irad tutmuş, İlyas nə isə demiş və ondan sonra mübahisə olmuşdur. O, əvvəlcə sakitləşdirərək onları aralaşdırmış, sonra söhbət böyümüşdür. Vüqar döyüldüyündən o da İlyası vurmuşdur. Ona xəsarət yetirilməmiş, ayağı sürüşüb yıxılanda əli kəsilmişdir. Onun qolunda bıçaq cızığı olmuş, hadisə bitəndən sonra oradan uzaqlaşmış, Vüqarın bıçaqlanmasını görməmişdir. Ondan başqa heç kim təqsirləndirilən şəxsi vurmamışdır. O, bıçağı kimin gətirməsini görməmiş, çöldə bıçaq olduğunu demişlər, o da aralayıb sakitləşdirməyə çalışmışdır. Hadisə vaxtı özü də içkili olmuş, Vüqarla birlikdə içmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, mülkiyyətində olan “BMW” markalı **- MG-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Tusi küçəsində yerləşən “Əhmədli” adlı avtotəmir servisində olduğundan 24 avqust 2024-cü il tarixdə saat 18 radələrində həmin servisə getmişdir. Servisdə olarkən avtomobilini təmir edən “İlqar” adlı usta servisdə olmadığı üçün bir qədər gözləməli olmuşdur. Bir neçə dəqiqə sonra qara rəngli bamperi olmayan avtomobil servisin içərisində doğru sürətlə gəlmiş və tormozlama edib servisə daxil olaraq dayanmışdır. Avtomobili idarə edən şəxsi tanımasa da, üzərindəki geyimdən başa düşmüşdür ki, həmin şəxs servisdə işləyən ustalardan biridir. Avtomobili idarə edən nisbətən arıq bədən cüssəli sonradan adının Vüqar olmasını bildiyi şəxs avtomobildən düşüb dayandığı tərəfə gəldikdə servisin qapısından bir nəfər tanımadığı nisbətən yaşlı kişi daxil olaraq dayanıb kobud şəkildə Vüqara demişdir ki, “eyib olsun bu nə cür avtomobil idarə etməkdir”. Vüqar cavab olaraq demişdir ki, “ağsaqqal ağzının danışığını bil özüm bilərəm nə cür idarə edərəm”. Həmin vaxt sonradan adının İlyas olmasını bildiyi həmin yaşlı kişinin oğlu Fərhad, işlədiyi sexdən çıxıb Vüqarın üzərinə gəlib Vüqarı bir dəfə kəllə ilə sifətindən vurmuşdur. Onları aralamışlar ki mübahisə sona çatsın. Bundan sonra Vüqar adlı usta əsəbi şəkildə söyüşlər söyməyə davam etdiyi üçün yenidən İlyasın oğlu Fərhad əlində bıçaqla sexdən çıxıb Vüqarın üzərinə gəlmişdir. Onları sakitləşdirməyə çalışmışdır. Lakin, mübahisə yeindən başlamış, o, İlyası, eyni zamanda oğlu Fərhadı başa salmaq istəsə də dava baş vermiş və o, İlyasın başına bir neçə dəfə təpə nahiyəsindən sillə ilə vurmuşdur. İlyas oğlu Fərhadın əlindən bıçağı almış və üzərinə gəlib bıçaqla sol qol nahiyəsinə xəsarət yetirmişdir. Ayağı sürüşdüyü üçün servisin daxilində yerə yıxılmış və həmin vaxt Vüqar, İlyasın üzərinə qaçaraq müdaxilə etmək istəsə də İlyas, Vüqarı bıçaqla bir dəfə vurmuşdur. Bundan sonra İlyas üzərinə gəldiyi üçün servisdən çıxıb uzaqlaşmış və qolundakı yara ilə bağlı xəstəxanaya müraciət etmişdir (İ cild, səh. 127-129). 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, hadisə olarkən içəridə olmuş və səs-küyə çölə çıxmışdır. Çıxanda İlyasın əlində bıçaq olduğunu görmüşdür. Necə oldu özüdə görməmiş, bir də bıçaqlanma olmasını görmüşdür. Onlar bıçağı yerə atması üçün ayırmağa çalışmışlar. O, Bəhruzu tanımır və bıçaqlanmasını görməmişdir. Fərhad onların yanında işləmiş və Fərhadın Vüqarı kəllə ilə vurmasını görmüşdür. Fərhad vuran kimi Vüqar yıxılmış, daha sonra aralamağa çalışmışlar, İlyasın oğlu Fərhad gedib bıçağı gətirmiş, sonra atası bıçağı əlindən almışdır. Hadisə təxminən 15-20 dəqiqə çəkmiş və İlyasın üzərinə 4-5 nəfərin düşməsi halı olmamışdır. O, zərərçəkmişin nalayiq ifadə işlətməsini yox, qışqırıq və bağırma səsləri eşitmişdir. 6-7 nəfər təqsirləndirilən şəxsi vurmaq üçün yox, əlindən bıçağı almaq üçün tökülüşmüşdür. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 11.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumudur. Vüqarın yanında köməkçi usta işləyir. 24 avqust 2024-cü il tarixdə saat 18 radələrində Vüqar müştəriyə məxsus avtomobil servisdən kənarda olduğu üçün idarə edib servisin içərisinə gətirmək istəmişdir. Həmin vaxt avtomobilin altındakı mühərriki qoruyucu açıq olduğundan yerə sürtüb yüksək səs etmişdir. Vüqar avtomobili idarə edib servisin daxilində saxlamış və avtomobildən düşüb onlara tərəf yaxınlaşmışdır. Həmin vaxt servisə daxil olan İlyas adlı yaşlı kişi Vüqara demişdir ki, “yeke kişisən bu cür avtomobil idarə etməzlər”. Vüqar cavabında demişdir ki, “yaxşı edirəm öz seximin qabağıdır, nə cür istəyirəm elə də avtomobil idarə edirəm. Sənin nə işinə qalıb?”. Bundan sonra İlyas girişin sağ tərəfindəki sexə daxil olmuşdur. Bir dəqiqə sonra həmin sexdən usta tanışı Fərhad çıxıb Vüqarın üzərinə gəlib heçnə deməyərək Vüqara çatdıqda qəfləti Vüqarı kəllə ilə bir dəfə sifətindən vurmuşdur. Həmin vaxt Vüqar üzünü tutub geriyə doğru getmiş, eyni zamanda Fərhadın ünvanına söyüş işlətmişdir. Dərhal yaxınlaşıb onları aralamışdır ki, mübahisə davam etməsin. Vüqar sakitləşməyib təxminən 10 dəqiqə ərzində nalayiq ifadələr işlədərək nə üçün döyülməsini soruşmuşdur. O, İlyasa dəfələrlə Fərhadla birlikdə servisdən getməsini bildirmiş, lakin, İlyas sözünə qulaq asmayıb, Vüqardan nə demək istəməsini soruşmuşdur. Vüqar sakitləşməmiş və hadisə zamanı İlyasın, Fərhadın atası olmasından xəbərdar olmamışdır. Saat 18:32-də Fərhad işlədiyi sexdən çıxıb əlində bıçaqla Vüqarın üzərinə gəlmişdir. Vüqar da Fərhadın üzərinə gedib demişdir ki, “sən hələ məni vurmağın bəs deyil bıçaqla üzərimə gəlirsən?”. Həmin vaxt İlyas, Fərhadın əlindən bıçağı almış, lakin orada dava yenidən başlamışdır. Belə ki, servisdə olan müştəri Bəhruz İlyasın başından vurmağa başlamış, eyni zamanda Vüqarla Fərhad kənarda əlbə-yaxa olmuşlar. Vüqar Fərhadı başından yumruqlamağa başladıqda Fərhad qaçmış, Vüqar arxası ilə qaçsa da Fərhad yenidən yumruqla Vüqarın sifətinə bir dəfə vurduqda Vüqar yerə yıxılmışdır. Həmin vaxt İlyas, Bəhruzun üzərinə əlində bıçaqla getmiş, bıçağı Bəhruzə doğru uzatmış və Bəhruz çəkildiyi üçün bıçaq qolunu kəsmiş, Bəhruz sexin daxilində yerə yıxılmışdır. Vüqar, İlyasa mane olmaq üçün üzərinə getsə də İlyas əlindəki bıçaqla Vüqarı qarın nahiyəsindən bir dəfə vurmuşdur. Sonra İlyas bıçağı yerə atmasını bildirmələri barədə tələbə əhəmiyyət verməyib Bəhruzun üzərinə doğru qaçdıqda Bəhruz servisdən çıxıb uzaqlaşmışdır. Bundan sonra hadisə sona çatmışdır. Vüqarın halı pisləşdiyi üçün Ümid yıxılmasın deyə tutub saxlamışdır. Bundan sonra təcili yardım çağırıb Vüqarı xəstəxanaya aparmışlar (İ cild, səh. 99-101). 12.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 103-105). 13.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 107-110). 14.Məhkəmə-tibbi ekspertizasının 31 avqust 2024-cü il tarixli, 960 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, mədənin və diafraqmanın zədələnməsi, hemotoraks, üst dodağın əzilmiş yarası, döş qəfəsi nahiyəsinin dərialtı hematoması, sağ dirsək oynağı və sağ saidin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, mədənin və diafraqmanın zədələnməsi, hemotoraks iti uca və kənara malik əşya (ola bilsin bıçaq), üst dodağın əzilmiş yarası, döş qəfəsi nahiyəsinin dərialtı hematoması, sağ dirsək oynağı və sağ saidin sıyrıqları bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi. Dərəcəsinə görə döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, mədənin və diafraqmanın zədələnməsi, hemotoraks həyat üçün təhlükəli olan sağlamlığa ağır, üst dodağın əzilmiş yarası, döş qəfəsi nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ dirsək oynağı və sağ saidin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (İ cild, səh. 133-135). 15."xxxx" barədə 16 sentyabr 2024-cü il tarixli, 584/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/İ/-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). 2.Ekspertizaya təqdim edilmiş köynək, mayka və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. Aqqlyutinin isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə O alfa beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (İ cild, səh. 154-158). 16."xxxx" barədə 01 oktyabr 2024-cü il tarixli, 430/2024-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təryinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu ülgücü və küpü olan yastıtiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilərdi, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur (İ cild, səh. 147-153). 17.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4-Hüquqi şəxsi kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 2547 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ Yekun hissəsi: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, səh. 160-162). 18.«Hadisəyə dair videogörüntülərin köçürüldüyü diskə baxış keçirilməsi haqqında» 30 avqust 2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 06 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Videogörüntülərə baxış zamanı müəyyən edilir ki, xx.xx.2024cü il tarixdə saat 18:22-də banı qara rəngli, ön bamperi ağ rəngli və arxa bamperi olmayan avtomobil yükəsk sürətlə avtotəmir servisinə daxil olur və avtomobildən bir nəfər şəxs düşür. Bu zaman orada olan ikinci şəxs avtotəmir servisinə doğru gələn şəxsə əli ilə işarə edib üzürxahlıq edir. Təasirləndirilən səxs Təqsirləndirilən şəxs videgörüntüdə avtomobillə servisə daxil olan servisdəki digər şəxsin onun iradını eşidib əli ilə işarə edib üzürxahhq etməsini servisə doğru gələn şəxsin isə özü olduğunu bildirmişdir. Saat 18:23-də Təqsirləndirilən şəxs qeyd edilən avtotəmir servisinə daxil olur və bir dəqiqə əvvəl avtomobillə içəriyə daxil olan Zərərçəkmiş şəxs narazı formada nə isə deyib sağ tərəfdəki sexə daxil olur. Həmin sexdən çıxan digər şəxs Zərərçəkmiş şəxs üzərinə doğru gedir və ona çatdıqda kəllə ilə bir dəfə zərbə vurur, eyni zamanda Zərərçəkmiş şəxs də həmin şəxsə bir dəfə əli ilə zərbə vurur və orada olan digər şəxslər onları aralayırlar. Bundan sonra Zərərçəkmiş şəxs narazı formada onu vuran şəxsə həmçinin Təqsirləndirilən şəxs nə isə bildirir, Təqsirləndirilən şəxs da narazı formada orada nə isə deyir və həmin vaxt servisdə olan bir nəfər şəxs Təqsirləndirilən şəxs əli ilə işarə etməsindən bəlli olur ki, oradan çıxıb getməsini tələb edir. Bu cür mübahisəli danışıqlar təxminən 7 dəqiqə davam edir. Təqsirləndirilən şəxs sexdən çıxan və Zərərçəkmiş şəxs kəllə ilə bir dəfə vuran şəxsin oğlu Şahid1 olmasını. Vüqarın bir qədər əvvəl ona kobudluq etməsi səbəbindən oğlu Fərhadın bu cür hərəkət etməsini bildirmişdir. Saat 18:31-də Şahid1 sexdən çıxıb qaçaraq əlində tutuduğu videogörüntüdə nə olması dəqiq görsənməyən alətlə Zərərçəkmiş şəxs olduğu sexə doğru gedir və Təqsirləndirilən şəxs onun arxasınca qaçaraq gəlir. Bir neçə saniyə sonra oraya sexdə olan şəxslər toplanır və bu zaman üzərində qısaqol köynək olan ucaboy və nisbətən idman cüssəli şəxs Təqsirləndirilən şəxs başına bir neçə dəfə sillə ilə vurur, eyni zamanda Zərərçəkmiş şəxs Fərhadın baş nahiyəsinə bir neçə dəfə vurur və Şahid1 da Zərərçəkmiş şəxs sifətinə bir dəfə yumruqla vurub onu yerə yıxır. Həmin vaxt orada olan digər şəxslər onları aralamağa çalışsalar da Təqsirləndirilən şəxs əlində tutduğu bıçaqla yenidən sexə daxil olub bir neçə saniyə əvvəl başına sillə ilə vuran idman cüssəli şəxsin üzərinə doğru gedərək sol qolundan tutaraq ona fiziki təsir göstərir və həmin şəxs yerə yıxılır. Bu zaman Zərərçəkmiş şəxs onun üzərinə doğru gəldikdə Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vurur. Zərərçəkmiş şəxs aldığı xəsarətin təsirindən kənara çəkilib qarın nahiyəsinə baxır. Təqsirləndirilən şəxs isə bir neçə saniyə əvvəl üzərinə doğru gedib sol qoluna xəsarət yetirdiyi idman cüssəli şəxsin üzərinə doğur gedib onu qovaraq avtotəmir sexindən çıxarır. Həmin şəxs qaçaraq oradan uzaqlaşır. Bundan sonra Təqsirləndirilən şəxs hərəkətini sonlandırır və mübahisə başa çatır. Təqsirləndirilən şəxs ilkin olaraq üzərinə doğru gedib əlindəki bıçaqla sol qoluna xəsarət yetirib sonradan servisdən qovaraq çıxardığı şəxsin Bəhruz adlı servisdə olan tanımadığı müştəri olmasını bildirmişdir (İ cild, səh. 123-124). 19.«Könüllü təqdim etmə və götürmə barədə» 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə 35-ci polis bölməsinə gələrək həmin gün Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 20-də yerləşən “Əhmədli” avtotəmir müəssisəsində adam bıçaqladığını bildirmiş və üzərində qan ləkələri olan bir ədəd bıçağı könüllü olaraq tədim etmişdir (İ cild, səh. 7). 20.«Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması və maddi sübutun götürülməsi haqqında» 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən “Əhmədli” avtoservisdə Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vuraraq xəsarət yetirdiyi yeri əyani surətdə göstərməklə ifadəsini hadisə yerində bir daha təsdiq etmiş və təhlükəsizlik kamerasından hadisəyə dair videogörüntülər diskə köçürülməklə götürülmüşdür (İ cild, səh. 31-34). 21.«Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, 01 ədəd köynək və ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 20 ünvanda “Əhmədli” avtoservisin təhlükəsizlik kamerasından götürülmüş videogörüntülərin köçürüldüyü 01 ədəd DVD-R formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materillarma əlavə edilmişdir (İ cild, səh. 197-207). 22.«Şübhəli şəxsin tutulması haqqında» 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 17). 23.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 4(011)- 574/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 avqust 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “ev dustaqlığı" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 72-78). 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 90). 25.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tamamilə ödənildiyini və onların barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 26.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 27.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 28.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 29.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 30.Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma olan ictimai təhlükəli əməl hesab olunur və cinayət məsuliyyəti yaradır. 31.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 32.Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, mədənin və diafraqmanın zədələnməsi, hemotoraks həyat üçün təhlükəli olan sağlamlığa ağır, üst dodağın əzilmiş yarası, döş qəfəsi nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olması, xəsarətlərin küt əşya (əşyalar) təsirindən törənməsi, törənmə müddətinin xx.xx.2024-cü il tarixə uyğun gələ bilməsi müəyyən edilir və həmin xəsarətlərin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı zamanı araşdırılmış subutlarla tam təsdiq olunur. 33.Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 34.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 35.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. 37.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin Şəxsiyətinə uyğun olmalıdır. 38.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 39.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın Şəxsiyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 40.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu və 59.1.12-ci maddələrinin tələblərini rəhbər tutaraq könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına fəal kömək etməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 41.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 42.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 44.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 45.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 46.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 47.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 49.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 50.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 24 avqust 2024-cü il tarixdən hesablanmalıdır. 51.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin ləğv edilməsini, «həbs» qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 52.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, bir ədəd məişət təyinatlı mətbəx bıçağının məhv edilməsini, bir ədəd mayka və ədəd köynəyin Zərərçəkmiş şəxs qaytarılmasını, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 53.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 55.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 56.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 57.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 58.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 59.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 24 avqust 2024-cü il tarixdən hesablansın. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - bir ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilsin, bir ədəd mayka və ədəd köynək Zərərçəkmiş şəxs qaytarılsın, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev