Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-859/2020 21.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi İsmayıl oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisləri: X6 və X1 iştirakı ilə - Təqsirləndirilən şəxs (xx.xx.1971-ci ildə Bərdə rayonunun Kürdborakı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonunun Satırlı kəndində qeydiyyatda olan, Abşeron rayon Masazır qəsəbəsi, yeni yaşayış massivində yerləşən ünvansız fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbayacan Respublikası ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, biri onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmaqla iki şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, nikahdan kənar onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuş və hadisədən bir neçə gün əvvəl münasibətlərinə son qoymuş Zərərçəkmiş şəxs2 ona xəyanət etməsini güman etdiyindən, həmçinin sonuncunu himayə etməklə yanında böyütmüş bibisi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ilə onun bir yerdə yaşamasına mane olması və aralarında baş vermiş mübahisələr zamanı ona qarşı təhqiredici ifadələr işlətməsi ilə bağlı qeyd olunan şəxslərə qarşı yaranmış nifrət hissinin təsiri altında hər ikisini qisas almaq məqsədi ilə xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün xx xxxxxxx 2019-cu il tarixdə əldə etdiyi 5 litrlik su qabına Binəqədi-Novxanı yolunun üstündə yerləşən “Binəqədi Petrol” yanacaq doldurma məntəqəsində yanacaq məhlulu alaraq doldurmuş, sonra Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən “1001 Xırdavat” mağazasından məişət təyinatlı bıçaq alaraq tiyəsini aşağı istiqamətdə qoymaqla arxa cibində gizlədib saat 13 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 birlikdə yaşadığı Binəqədi rayonu, Aydınbəyov küçəsi, ev 22 ünvanına gələrək ayaqlarında olan xəstəliyi ilə bağlı sərbəst yerimək imkanları məhdudlaşdığından əsa ilə hərəkət etdiyini əvvəlcədən bildiyi və həmin fiziki qüsuru ilə bağlı aşkar sürətdə köməksiz vəziyyətdə olmaqla, ona müqavimət göstərmək imkanında olmadığını dərk etdiyi 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 üzərinə özü ilə gətirdiyi yanacaq məhlulunu tökmüş, həmin vaxt sonuncu özünü qorumaq istəyərkən hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik döş qəfəsinin ön səthinin sağ yarısına 2 (iki) ədəd, sol süd vəzisi üzərinə 1 (bir) ədəd, sağ saidin aşağı 1/3-nin ön səthinə 2 (iki) ədəd, həmçinin hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik və döş boşluğuna nüfuz edib sol ağ ciyərin yaralanması ilə müşayiət olunmaqla ölümünə səbəb olmuş kəskin qanitirmə ilə nəticələnən döş qəfəsinin ön səthinin sol yarısına 1 (bir) ədəd, döş qəfəsinin sol yan səthinə 1 (bir) ədəd zərbələr vuraraq müqavimət göstərmək imkanından tam məhrum etdikdən sonra, Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edib, müstəsna dərəcədə qəddarlıq göstərməklə sonuncunu diri-diri yandırmaq məqsədi ilə yanacağın bir qisminin töküldüyü xalçaya alışqanla od vuraraq xalçanın üzərində hərəkətsiz qalan və az əvvəl üzərinə yanacaq məhlulu tökdüyü Zərərçəkmiş şəxs1 yandırması nəticəsində sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik üz nahiyəsinin, boyunun ön və yan səthlərinin, döş qəfəsinin ön səthinin, süd vəziləri nahiyələrinin, qalça, qasıq və aralıq nahiyələrinin, hər iki yuxarı və aşağı ətrafların bütün səthlərinin İİ-İİİ dərəcəli termiki yanıq yaraları xəsarətlərini yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmüş, həmin vaxt Zərərçəkmiş şəxs2 bibisi Zərərçəkmiş şəxs1 yaxınlaşdıqda, alovun sonuncunun əynində olan paltarlara keçməsi səbəbindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik üz nahiyəsinin, boyunun ön və yan səthlərinin, döş qəfəsinin ön və yan səthlərinin, yuxarı və aşağı ətrafların bütün səthlərinin İİ-İİİ dərəcəli termiki yanıq yaraları almaqla şiddətli ağrılar çəkən Zərərçəkmiş şəxs2 da xüsusi əzab və iztirablar verdiyini dərk edərək üzərində olan bıçaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik döş qəfəsinin sağ yarısının ön-yan səthinə 1 (bir) ədəd, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik və daxilə nüfuz edib ürəyin, hər iki ağ ciyərin, dalağın, nazik bağırsağın və böyük piyliyin yaralanması ilə müşayiət olunmaqla ölümünə səbəb olmuş kəskin qanitirmə ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinə 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının sol-yan səthinə 2 (iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinə 1 (bir) ədəd, qarnın ön səthinə 1 (bir) ədəd zərbələr vuraraq sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüş, bu hərəkətləri ilə o, xüsusi amansızlıqla biri onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmaqla iki şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ilin avqust ayında Binəqədi rayonu, Binəqədi şossesi ünvanında Zərərçəkmiş şəxs1 bacısı Zərifənin yaşadığı evi təmir etmişdi. Zərifənin evində təmir işlərini qurtardıqdan sonra sonuncu yaxınlıqda yaşayan bacısı Luizanın da evini təmir etmək istədiyini ona bildirmişdi. Zərifə ilə danışdıqdan sonra Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 22 ünvanında yaşayan Luizanın evində təmir işlərini görən zaman Luizanın qardaşı qızı Təranə ilə ünsiyyəti yaranmış və ailə həyatı qurmuşdur. Sonralar Təranə ilə ayrı evdə kirayə yaşamışdır. Təranə ilə münasibəti pozulduğu üçün Təranə bibisi Luizanın yanında gedib qalmışdı. Sonralar onunla barışmaq istəsə də Təranə demişdir ki, bibisi Luiza və qardaşı Ramil onun Təqsirləndirilən şəxsla barışmasına icazə vermirlər. Sonralar Təranənin ona xəyanət etməsindən şübhələnib, xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsindən Təranənin ev telefonuna zəng etmişdir. Həmin zaman Təranə telefonu açmış və ona danışa bilmədiyini demişdir. Danışıq zamanı səslərdən Təranənin başqa adamla cinsi əlaqədə olduğunu və ona xəyanət etdiyini başa düşmüşdür. Sonra başqa bir adam telefonu alıb arvadı ilə cinsi əlaqədə olduğunu demişdir. O, həmin şəxsi təhqir etmiş, telefonu Təranəyə verməsini demişdir. Təranə telefonu götürərək, onunla ünsiyyətinin qurtardığını, özünün isə nə istəsə, onu da edəcəyini bildirmişdir. O xx xxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Luizanın evinə getmişdir. Həmin vaxt Yol polisi idarəsinin yanına gəlmiş və təmir tikinti işlərində istifadə etmək üçün benzin almışdır. O, Rəsulzadə qəsəbəsində yerləşən bazardan bıçaq da almışdır. Luizanı əvvəlcədən öldürmək fikri olmamış, lakin Təranəni ona xəyanət etdiyi üçün onu öldürmək istəmişdir. Luizaya məxsus evin həyətinə getmiş, Luiza qabağına çıxmış, onu söyüb təhqir etmişdir. Onu itələmək istəyəndə əlindəki benzin Luizanın üstünə tökülmüş, Luiza onun ağzında olan siqareti əsa ilə vurduğu və siqaret xalçaya düşdüyü üçün yanğın baş vermişdir. Luiza onu itələyəndə bıçağı ona tərəf yelləyəndə bıçaq ona dəymişdir. Təranə bibisinə yaxınlaşıb qucaqladıqda alov ona da keçmişdir. Təranənin ona xəyanət etməsini deyərək bıçaqla onu vurub hadisə yerindən uzaqlaşmişdır. Evdən çıxıb gedəndə Deyhun qabağıma çıxmış, o, sağ əli ilə Deyhunun sifətinə 1 dəfə yumruq vuraraq həyətin girişinə tərəf qaçmışdır. Həyət qapısından çıxıb yamacdan aşağı tullanmış, yola yıxılanda onu avtomobil vurmuş, sonra qalxıb qaçanda avtobus da onu vurmuşdur. Zərərçəkmiş şəxs1 əsa ilə onun ağzında olan siqaretə vurduğundan siqaret xalçanın üzərinə düşmüş və nəticədə alov qalxmışdır. Sonra o, qorxduğundan nə etdiyini bilməmiş və Zərərçəkmiş şəxs2 da xəsarət yetirmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Evləndikdən sonra, 2 ay müddətində Təranə ilə birlikdə Binəqədi şossesi, ünvansız fərdi yaşayış evində kirayə yaşamışdır. Kirayə yaşadıqları müddət ərzində Təranə ilə arasında narazılıq olmamışdır. İki ay müddətinin son 20 günü Təranə bibisi Luizaya baxmaq üçün sonuncunun evinə qayıtmışdır. Bundan sonra o, təxminən 20 gün müddətində Luizanın qonşuluğunda tək kirayə ev tutaraq yaşamışdır. Sonra o, Luizanın Təranəyə verdiyi öz yaşadığı evin qonşuluğunda olan Binəqədi rayonu, Aydınbəyov küçəsi, ev 23 ünvanında arvadı ilə birlikdə yaşamışdır. Həmin dövrdə Təranənin qardaşı Ramillə anası Luizanın Təranəni öz işlərinin arxasınca göndərmələri və daim sonuncunu öz yerlərinə işlətmələri səbəbindən arvadı ilə arasında mübahisələr olmuşdur. Həmçinin Luizaya da bu səbəbdən də iradını bildirmişdir. xx xxxx 2019-cu il tarixdə Təranəyə anası Luizanı yaşadığı evə qonaq çağırmasını istəmişdir. Həmin vaxt Luiza birinci dəfə yaşadığı evə gəlmişdir. Luizanın belində yırtıq olması səbəbindən, sonuncu əsanın köməyi ilə hərəkət etmişdir. Yaşadığı evə gələn zaman Luizaya köməklik etmək istəmiş, lakin sonuncu onu təhqir edərək çəkilməyini demişdir. Luiza nə istədiyini ondan soruşmuş və o, cavab olaraq Təranənin daim onlara kömək etməsi səbəbindən, evdə olmadığını demişdir. Luiza ona xoşu gəlmədiyi təqdirdə evi tərk edə biləcəyini demiş və onun ünvanına təhqiramiz ifadələr işlədərək, evdən çıxmağını istəmişdir. Həmçinin Təranəyə onun əşyalarını tullamasını bildirmişdir. Bundan sonra Təranə onun əşyalarını toplamış və evin həyətinə qoymuş və təqribən 40 dəqiqə sonra taksi ilə gələrək əşyalarını götürüb getmişdir. Daha sonra Binəqədi şossesi “Zəngəzur” şadlıq sarayının yaxınlığında fərdi yaşayış evində bir müddət kirayədə yaşamışdır. Təqribən 1 ay həmin evdə yaşadıqdan sonra isə Rəsulzadə qəsəbəsində kirayə ev tutaraq yaşamağa başlamışdır. Həmin evlə Luizanın yaşadığı ev arasında məsafə təqribən 200-300 metr olmuşdur. Ayrı evə çıxdığı gündən Təranə ilə demək olar ki, hər gün telefonla danışmış və həftədə 2-3 dəfə də görüşmüşdür. Həmin müddət ərzində Luizanın bacısı oğlu Abbası barışmaq üçün sonuncunun yanına göndərmişdir. Sonradan Təranə ona bildirmişdir ki, Luiza Abbasa qızının onunla barışmağına və birgə yaşamağına icazə vermədiyini demişdir. X2 barışdığı təqdirdə başını kəsəcəyini bildirmişdir. Lakin, buna baxmayaraq, Təranə onunla əlaqəni kəsməmiş və gizlicə onunla görüşməyə davam etmişdir. Hadisədən təxminən 2 ay əvvəl Ramilə zəng etmiş və Rəsulzadə qəsəbəsində yerləşən “Qərənfil” kafesində sonuncu ilə görüşmüşdür. Ramil onunla Təranə arasında olan münasibətləri barədə soruşmuş və o, sonuncu ilə daim əlaqə saxladığını, ayrı yaşamaqlarına baxmayaraq, paltarlarını yuduğunu, eləcə də yemək hazırladığını demişdir. Ramil belə olduğu halda onun Təranə ilə barışmasına qarşı olmadığını bildirmişdir. Lakin, sonradan Ramilin ondan söz aldığını başa düşmüşdür. Belə ki, təxminən yarım saat sonra Təranə ona anasının mobil telefonundan zəng edərək, onunla ünsiyyət saxladığına görə Ramil və Luiza ilə mübahisə etdiyini, eləcə də mobil telefonunun əlindən alındığını bildirmişdir. Bir müddət sonra Təranə ona mübahisənin olmaması üçün qonşuluqda tutduğu evdən çıxmağını demişdir. Təxminən 4 gün sonra, xx xxxxxxx 2019-cu il tarixdə həmin evdən çıxmış və Masazır qəsəbəsində kirayə ev tutaraq yaşamağa başlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə Təranə ona zəng edərək, Zərifə Əliyeva adına parkda onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 02 radələrində Təranə ilə parkda görüşmüş və həmin zaman sonuncuya “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yaşadığını bildirmişdir. Təranə Rəsulzadə qəsəbəsinə qayıdıbqayıtmayacağını soruşmuş və o, cavab olaraq daha qayıtmayacağını demişdir. Təranə həmin vaxtı gülümsəyərək, düz edib qayıtmayacağını, əks təqdirdə anası ondan polisə şikayət edəcəyini bildirmişdir. Təranə əlavə olaraq ünsiyyətlərinin daha qurtardığını demişdir. Təranənin ona xəyanət etməsindən şübhələnib xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsindən sonuncunun ev telefonuna zəng etmişdir. Həmin zaman Təranə telefonu açmış və danışa bilmədiyini demişdir. Danışıq zamanı səslərdən Təranənin cinsi əlaqədə olduğunu başa düşmüş və sonra tanımadığı şəxs telefonu götürərək onun əvəzinə arvadı ilə cinsi əlaqədə olduğunu demişdir. O, həmin şəxsi təhqir edərək, telefonu Təranəyə verməsini istəmişdir. Təranə telefonu götürərək, ünsiyyətlərinin qurtardığını, özünün isə nə istəsə, onu da edəcəyini bildirmişdir. Həmin vaxtı mobil telefonunun balansı qurtardığından sonuncuya cavab verə bilməmişdir. Təranənin yaşadığı evdə kabelsiz ev telefonu olduğundan sonuncunun yaxınlıqda kiminləsə görüşdüyü fikirləşmişdir. Təranə ilə danışığı onun telefonunda qeydə alındığından, bütün gecə yatmayaraq səs yazısına qulaq asmışdır. Təranənin hərəkətlərini vicdanına sığışdıra bilməyib xx.xx.2019-cu il tarixdə, saat 14 radələrində sonuncuya zəng etmişdir. Təranədən ona qarşı nəyə görə belə hərəkət etdiyini soruşduqda, sonuncu daha onlara zəng etməməsini və ona dəxli olmadığını, yaxşı etdiyi demişdir. O, Təranəyə başqa şəxslə ünsiyyət saxlaması və görüşməsi, həmçinin özü ilə də əlaqə saxlaması barədə qardaşı Ramilə deyəcəyini bildirmişdir. Təranə ona belə olduğu halda qardaşının başına iş açacağını demiş və həmin zaman yenidən balansı qurtarmışdır. Lakin, bunu etməmiş və telefonu söndürmüşdür. Sonra telefonu açdıqda Luizanın nömrəsindən ona 3 dəfə zəng gəldiyini görmüşdür. Həmin vaxt o, Təranəyə qəsdən Sumqayıt şəhərində işlədiyini və təxminən 10 gün sonra geri qayıdacağını demişdir ki, sonuncu rahatlıqla həmin şəxslə yenidən görüşsün və onları bir yerdə tutaraq öldürsün. Yaşadığı evə gəldikdə yenidən Təranənin cinsi əlaqədə olmasının səs qeydinə təxminən 40 dəfə qulaq asmışdır. Həmin gündən o, fikrində Təranəni necə öldürəcəyini fikirləşmiş və Təranənin ona xəyanət etməsini özünə sığışdıra bilməmişdir. Bundan başqa ailəsini dağıtması səbəbi ilə Luizanın kəlbətinlə dilini çıxarıb kəsmək istəmişdir ki, sonuncu daha danışa bilməsin. xx xxxxxxx 2019-cu il tarixdə bütün günü evdə olmuşdur. Günorta saatlarında yaşadığı Masazır qəsəbəsindəki evdə 250 qram spirtli içki olan araq qəbul etmiş və hansı yolla Təranəni öldürə biləcəyini planlaşdırmışdır. Həmin gün Təranədə arxayınçılıq yaranması üçün sonuncuya zəng etməmişdir. xx xxxxxxx 2019-cu il, saat 08 radələrində yuxudan oyandıqdan sonra Masazır qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə xaş yeyərək 250 qram araq içmişdir. Sonra evə gəldikdə axşam saatlarında gizlənib Təranəni güdməyə yer tapa bilməyəcəyini və bir neçə gün sonra sonuncunun onu güddüyünü başa düşəcəyini fikirləşmişdir. Bundan başqa Luizanın da dilini kəlbətinlə kəsməyə vaxtının olmayacağını başa düşmüş və bu səbəbdən də həmin gün həm Təranəni, həm də Luizanı öldürmək fikrinə gəlmişdir. xx.xx.2019-cu il tarixdə saat 11 radələrində əvvəlcədən fikirləşdiyi kimi edərək avtobusla Xırdalan dairəsinə, oradan isə taksi ilə Binəqədi “Centralnı” adlanan əraziyə gəlmişdir. Yolda olduğu zaman Luizanı yandıraraq öldürmək fikri onda yaranmışdır. Buna görə də “Banu Çiçək” şadlıq sarayının yaxınlığından benzin və yolüstü Rəsulzadə qəsəbəsində bıçaq almağı fikirləşmişdir. Binəqədi “Centralnı” adlanan ərazidən 100 nömrəli avtobusla Binəqədi rayon yol polis idarəsinin yanına gəlmiş və avtobusdan enərək marketdən 5 lt-lik 4 bucaq formasında olan su almışdır. Mağazanın işçisinə suyun ona lazım olmadığını, avtomobilinin benzini qurtardığını demişdir. Mağazanın işçisi belə olduğu halda, boş qablara suyu boşaltmağını istəmişdir. Suyu boşaltdıqdan sonra, yaxında olan yanacaq doldurma məntəqəsindən 2 manat dəyərində benzin almışdır. Yanacaq doldurma yerinin işçisinə də avtomobilinin benzininin qurtardığını demişdir. Sonra yolun əks tərəfinə keçərək, benzinin görünməməsi üçün 20 qəpiyə göy rəngli torba almışdır. Daha sonra yeriyərək Rəsulzadə qəsəbəsində yerləşən bazara getmiş və ev əşyaları satılan mağazadan 2 manata dəstəyi qara rəngli olan bıçağı almışdır. Bıçağı aldıqdan sonra avtobusla “Hollywood” şadlıq sarayının qarşısında olan parka getmişdir. Parkda oturacaqda oturub Ramilə zəng edərək Təranənin hərəkətlərini deməyi fikirləşmişdir. Ramilin telefonuna dəfələrlə zəng etsə də, sonuncu onun nömrəsini bloka atdığı üçün danışa bilməmişdir. Bundan sonra Ramilin bacısı Lamiyənin telefonuna zəng etmiş və sonuncuya bacısı Təranənin başqa şəxslə cinsi əlaqədə olarkən onunla telefon vasitəsi ilə danışdığını demişdir. Lamiyə isə cavab olaraq ona “əgər elədirsə, ondan əl çək” bildirmiş və bununla da o, Lamiyə ilə danışığı bitirmişdir. Bundan sonra Luizaya zəng etmiş və sonuncu telefona cavab verən kimi atasının qəbrinə söyərək niyə zəng etdiyini soruşmuşdur. O, isə sonuncuya “sən dayan” demiş və danışığı bitirmişdir. Son telefon danışığından sonra özündə sakitlik tapmamış və Təranə ilə Luizanı öldürmək üçün sonuncunun evinə tərəf hərəkət etməyə başlamışdır. Evə çatmağına 20 metr qalmış istifadəsində olan “FLY” markalı mobil telefonu qırıb yolun kənarında olan otluq sahəsinə atmışdır. Bu zaman benzin qabı sol əlində, bıçaq isə arxa cibində olmuşdur. Rahat çıxartmaq üçün bıçağı tiyəsi aşağı olan vəziyyətdə qoymuşdur. Luizaya məxsus evin həyətinə gəlmiş və həmin vaxt həyətdə heç kim olmamışdır. Sonra irəliləyib Luizanın yaşadığı evə daxil olmuşdur. Evin dəhlizinə daxil olduqda mətbəxdə Ramilin arvadı Xəyaləni görüb, sonuncudan ərinin harada olmasını soruşmuşdur. Xəyalə cavab olaraq nə isə desə də, başa düşməmişdir. Bu zaman evin içərisinə tərəf baxdıqda irəlidə tək nəfərlik çarpayının üstündə Luizanın oturduğunu görmüşdür. Əlində olan sellofan torbadan çıxartdığı qabın qapağını açaraq Luizaya tərəf hərəkət etmişdir. Luizaya yaxınlaşdıqda sonuncu atasını təhqir edərək niyə görə gəldiyini soruşmuşdur. O, Luizaya “sənə demişdim ki, imkan ver barışaq, indi al, kimə söyürsən” deyərək benzini üzərinə səpmiş və qabı otaqda olan stolun yanında yerə tullamışdır. Bundan sonra Luiza qışqıraraq “bu evi yandırmaq istəyir” bildirmişdir. Bu zaman kimsə onu arxadan vurmuşdur. Geri çönüb baxdıqda Xəyaləni görmüş və sonuncu dərhal evdən çölə çıxaraq qaçmışdır. Bundan sonra Luiza çarpayının qarşısında olan masanın altına yıxılmışdır. Luiza iməkləyərək masanın altından keçib onu vurmağa başlamışdır. Bu zaman o, sağ arxa cibində olan bıçağı sağ əli ilə çıxarıb Luizanın bədənin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmuşdur. Bundan sonra Luiza evin ortasına doğru hərəkət etmək istəyərkən əynində olan gödəkcənin sağ yan cibindən alışqanı çıxarıb yandıraraq yerdə olan xalçaya tərəf tutmuşdur. Xalçanı birinci dəfədən yandıra bilməmişdir. Bir neçə saniyə ərzində alovun Luizanı bürüdüyü görmüş və sonuncu qışqırmağa başlamışdır. Bu zaman Təranə həyətdən evə girərək bibisini çağıraraq qışqırmışdır. Təranə bibisinə yaxınlaşıb qucaqladıqda alov sonuncuya da keçmişdir. Bundan sonra Təranəyə “ay fahişə sənə dedim ki, mənə xəyanət etmə, al gəldi” deyərək sağ əlində olan bıçaqla bir neçə dəfə də sonuncuya zərbə endirmişdir. Həmin vaxt yalnız bıçağın sapı əlində qalmış, tiyəsi isə yerindən qopmuşdur. Bu vaxt Deyhun və sonuncunun qardaşı Elmirin gəldiyini pəncərədən görüb evdən çıxa bilməyəcəyini fikirləşmişdir. Bundan sonra evin qapısına tərəf hərəkət etmiş və evin qapısında Deyhun onun qabağına çıxmışdır. Sağ əli ilə Deyhunun sifətinə 1 dəfə yumruq vuraraq həyətin girişinə tərəf qaçmışdır. Darvazanın yanında bıçağın sapını əlindən atmışdır. Həyət qapısından çıxıb yamacdan aşağı tullanmışdır. Üzü aşağı olduğu üçün müvazinətini itirmiş və yuvarlanaraq avtomobil yoluna yıxılmışdır. Yola yıxılan zaman ağ rəngli sedan tipli avtomobil onu vurmuşdur. Bundan sonra ayağa qalxaraq avtomobil yolu ilə “Hollywood” şadlıq sarayı istiqamətində hərəkət etmiş və yolu keçmək istəyərkən sərnişin avtobusu onu vurmuşdur. Bundan sonra o, huşunu itirmiş və özünə gəldikdə ətrafda olan adamların onu yolun əks tərəfində olan avtobus dayanacağına tərəf apardıqlarını başa düşmüşdür. Bundan sonra isə təcili tibbi yardım avtomobili vasitəsi ilə 1 saylı KTM-ə gətirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, Təranə və Zərərçəkmiş şəxs1lara öldürmək məqsədi ilə bıçaqla xəsarətlər yetirmiş, Luiza ailəsini dağıtdığından və onun ailə üzvlərini təhqir etdiyindən yandıraraq sonuncudan acığını çıxartmaq istəmiş, cinayətin törədilməsində istifadə etdiyi bıçağın sapı qara rəngli olmaqla, uzunluğu təxminən 15 sm olmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadənin düzgün olmadığını, hadisədən sonra hadisə yerindən qaçarkən onu iki dəfə avtomobil vurması nəticəsində xəstəxanada huşsuz vəziyyətdə olmasını və anlaqsız vəziyyətdə ifadə verdiyini bildirmişdir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun ögey bacısı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 onun atasının ilk evliliyindən, onunla bacısı Lamiyə Xanəliyeva isə atasının ikinci evliliyindən dünyaya gəlmişlər. Zərərçəkmiş şəxs2 40 günlük olduğu vaxtı anası onu tərk edərək qaçmışdır. Həmin vaxtdan Zərərçəkmiş şəxs2 bibiləri Zərərçəkmiş şəxs1 baxmışdır. 1983-cü ildə atası vəfat etmiş və bundan sonra anası onunla Lamiyə Xanəliyevanı tərk edərək, çıxıb getmişdir. Bibisi Zərərçəkmiş şəxs1 onların hər biri üçün ana əvəzi olmuş və 1988-ci ildən onlar bir yerdə Aydınbəyov küçəsi, ev 22 ünvanında yaşamışlar. Həmçinin, Zərərçəkmiş şəxs2 ögey bacısı olmasına baxmayaraq, münasibətlərində heç vaxt fərq olmamışdır. Zərərçəkmiş şəxs1 ayaqlarında “duzlaşma” getdiyindən təxminən 10 il əvvəl daha sərbəst yeriyə bilməmiş və həmin vaxtdan başlayaraq çəliklə hərəkət etmişdir. 2017-ci ildə o, Şahid1 ilə ailə həyatı qurmuş və evlilikdən Zəhra və Cəsur adlı övladları dünyaya gəlmişdir. Aydınbəyov küçəsi, ev 22 ünvanında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun ailəsi bir yerdə yaşamışlar. 2017-ci ildə Zərərçəkmiş şəxs1 yaşadığı evi təmir etdirmək istədikdə, bibisi Zərifə usta kimi Təqsirləndirilən şəxs sonuncuya məsləhət görmüşdür. Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya əsasən sonuncu yaşadıqları evin girişdən sağ tərəfində olan otağı tikmiş və həyətdə digər təmir işlərini aparmışdır. Təqsirləndirilən şəxs onların həyətində işləyən zaman sonuncu ilə Zərərçəkmiş şəxs2 arasında ünsiyyətlərinin yaranmasını bilmişdir. Belə ki, təmir zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 istəmişdir. Lakin, Təqsirləndirilən şəxs ailəsini tanımadıqlarından sonuncu ilə Zərərçəkmiş şəxs2 ünsiyyətlərinə qarşı olmuşdur. Buna baxmayaraq, təmir işləri yekunlaşdıqdan sonra Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla ailə həyatı qurmasına icazə vermişdir. xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla “Mətin” şadlıq sarayında toyları olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyindən onların evliliyi rəsmi qaydada qeydiyyata alınmamışdır. Evləndikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə “Zəngəzur” şadlıq sarayının yaxınlığında bibisi Zərifənin qonşuluğunda təxminən 2 ay kirayə yaşamışdır. Sonra Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs yaşadığı Aydınbəyov küçəsi, ev 22 ünvanında olan ayrı tikilidə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs sonradan yaşadığı evlə həmin evin arasında hasar tikmiş və ayrıca küçəyə qapı açmışdır. Onunla qonşuluqda yaşadığı vaxt, Təqsirləndirilən şəxs daim spirtli içki qəbul etmişdir. 2019-cu ilin iyun ayında o, evə qayıtdıqda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs evdən qovduğunu bildirmişdir. Səbəb kimi, Zərərçəkmiş şəxs1 sonuncunun daim spirtli içki içməsini, tüfeyli həyat tərzi sürməsini və bir neçə dəfə Zərərçəkmiş şəxs2 əl qaldırmasını göstərmişdir. O, gəldikdə artıq Təqsirləndirilən şəxs həyəti tərk etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 əşyalarını öz yaşadığı evə daşımışlar və sonuncunun qaldığı ev kirayə verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs harada yaşaması barədə məlumatı olmamışdır. Hadisədən təxminən 2 ay əvvəl Təqsirləndirilən şəxs ona zəng edərək Rəsulzadə qəsəbəsində yerləşən “Qərənfil” kafesində görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışması üçün kömək etməsini istəmişdir. O, cavab olaraq Təqsirləndirilən şəxs özünə iş tapdığı və normal şəraitli kirayə ev tutduğu zaman sonuncuya köməklik edəcəyini bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs qeyd etdiklərini gördükdən sonra Zərərçəkmiş şəxs2 ilə deyil, onunla əlaqə saxlamasını demişdir. Həmin gün o, evə qayıtdıqda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə danışmasını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamaması üçün Zərərçəkmiş şəxs2 əlindən mobil telefonu almışdır. Təxminən 2 həftə sonra yeni nömrə alaraq, Zərərçəkmiş şəxs2 mobil telefonunu qaytarmışdır. Təqsirləndirilən şəxsla görüşdən sonra nömrəsini bloka atmış və daha sonuncu ilə ünsiyyəti olmamışdır. Hadisə gününədək nə Zərərçəkmiş şəxs1, nə də ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onlarla əlaqə saxlaması barədə ona bir söz deməmişlər. xx.xx.2019-cu il tarixdə, saat 10 radələrində işi ilə əlaqədar olaraq evdən çıxmışdır. Saat 13 radələrində Təqsirləndirilən şəxs 3 dəfə ona zəng etməsini görmüş, lakin sonuncuya zəng etməmişdir. Bir müddət sonra ardıcıl olaraq arvadına, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zəng etməsinə baxmayaraq, kimsə telefonu açmamışdır. Təxminən 10 dəqiqə sonra arvadı Şahid1 telefonu açaraq “Bu bizi qırdı, tez gəl” demiş və telefonu bağlamışdır. Ardınca qonşusu Bulud Kazımov ona zəng edərək tez evə gəlməsini istəmiş, lakin nə baş verdiyini deməmişdir. O, dərhal taksi vasitəsi ilə yaşadığı ünvana gəlmiş və həyətə daxil olduqda girişin qarşısında yanmış vəziyyətdə Zərərçəkmiş şəxs2, evin daxilində dəhliz sahəsində isə Zərərçəkmiş şəxs1 yanmış vəziyyətdə meyitlərini görmüşdür. Sonradan arvadının deməsinə əsasən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqlayıb yandırmışdır. Bundan başqa, Ramil İsmayılov ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürməklə hədələməsini, üzərində bıçaq gəzdirməsini müşahidə etməmiş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs başqa kiminləsə yaxın münasibəti olmamış, qonşuluğunda sol tərəfdə Afər adlı qadın ailəsi ilə, arxasında 75 yaşlı Nuru adlı şəxs ailəsi ilə, sağ tərəfdə isə subay olan Bulud adlı şəxs yaşamış, Zərərçəkmiş şəxs2 daim Zərərçəkmiş şəxs1 köməklik etmiş, lakin o, sonuncunu hər hansı bir iş dalınca öz yerinə göndərməmiş, bununla bağlı da Təqsirləndirilən şəxsla onun arasında danışıq olmamış, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla barışdığı təqdirdə başını kəsəcəyini bildirməmiş, lakin onların ünsiyyətlərinə qarşı olmuş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla ünsiyyət saxlamasını təsdiq etdikdə, sonuncu ilə əlaqə saxlamaması üçün bacısından mobil telefonunu almış, həmin vaxt Luiza Zərərçəkmiş şəxs2 İsmayılova ilə mübahisə etməmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvlərini təhqir etməsini eşitməmişdir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısıdır, Zərərçəkmiş şəxs2 isə qardaşı qızıdır. Hadisədən bir gün əvvəl o, Zərərçəkmiş şəxs1 evində olan zaman, Təqsirləndirilən şəxs onların ev telefonuna zəng etmiş və telefonu Zərərçəkmiş şəxs2 qaldırmışdır. Həmin zaman Təqsirləndirilən şəxs telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 ilə guya ki, evlərində başqa kişinin olması ilə bağlı mübahisə etmişdir. xx.xx.2019-cu il tarixdə, saat 13 radələrində o, qohumları vasitəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürdüyünü bilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildə Ramil İsmayılov ilə ailə həyatı qurmuş və evlilikdən sonra Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 22 ünvanında ərinin ögey bacısı Zərərçəkmiş şəxs2, eləcə də bibisi Zərərçəkmiş şəxs1 ilə bir yerdə yaşamışdır. xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla “Mətin” şadlıq sarayında toyları olmuşdur. 2019-cu ilin iyun ayında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla sonuncunun tüfeyli həyat tərzi keçirməsi səbəbindən mübahisə etmiş və bundan sonra Təqsirləndirilən şəxs başqa ünvanda tək kirayə yaşamışdır. Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamağa davam etmişdir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs2 daim telefon vasitəsi ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Təxminən 1 ay sonra, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində kirayə ev tutmuşdur. Həmin vaxtlar Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs görüşmüşlər və Zərərçəkmiş şəxs2 sonuncuya maddi köməklik etmişdir. 2019-cu ilin avqust ayında o, Oğuz rayonunda qalmış və 2019-cu ilin sentyabr ayında o, yaşadığı evə qayıtdıqda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla daha əlaqə saxlamadığını bildirmişdir. Son zamanlar Təqsirləndirilən şəxs hər gün Zərərçəkmiş şəxs1 mobil telefonuna və yaşadığı evin telefon nömrəsinə zəng edərək, Zərərçəkmiş şəxs2 ilə hər gün mübahisə etmişdir. Zərərçəkmiş şəxs2 qəti sürətdə sonuncu ilə əlaqə saxlamaq istəmədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edərək, mübahisə etmişdir. Onların danışığından o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 barəsində xoşagəlməz ifadələr işlətdiyini başa düşmüşdür. Belə ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 arxasınca danışmamasını demişdir. Həmçinin danışıq zamanı o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 çöldə niyə tək gəzməsini dediyini eşitmişdir. Danışıq zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı “Cındır” ifadəsini işlətmişdir. Lakin, Zərərçəkmiş şəxs1 bundan ağır ifadə işlətməsini eşitməmişdir. Təxminən 15 dəqiqə sonra o, yaşadığı evin girişinin qarşısında olan köməkçi mətbəxdə yemək hazırlayan zaman Təqsirləndirilən şəxs qəflətən evə daxil olmuşdur. Həmin zaman Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində olan digər otağı kirayə vermək üçün, təmizlik işləri aparmış, Zərərçəkmiş şəxs1 isə qonaq otağı qismində istifadə olunan sahədə olan çarpayının üzərində oturmuşdur. Təqsirləndirilən şəxs kimin ona belə rahat şəkildə evə daxil olmasına icazə verdiyini soruşmuşdur. Sonuncu ona fikir verməyərək Zərərçəkmiş şəxs1 tərəf getmiş və həmin zaman sonuncunun əlində torba olmuşdur. Qəflətən Təqsirləndirilən şəxs sağ əli ilə cibindən bıçaq çıxaraq, Zərərçəkmiş şəxs1 qarın nahiyəsinin sol tərəfinə yaxınlaşdırmışdır. Həmin zaman o, qonşuları çağırmaq üçün qaçaraq evdən çıxmış və qonşuluqda yaşayan Şahid2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürəcəyini demişdir. Zərərçəkmiş şəxs2 onun səsini eşidərək, otaqdan çıxıb yaşadığı evə tərəf getmişdir. Bundan sonra, Deyhun qardaşı Elmir ilə birlikdə yaşadığı evə tərəf getmişlər, lakin o, qorxduğundan sonuncularla birlikdə getməmişdir. Təxminən 5 dəqiqə sonra o, yaşadığı evə qayıtdıqda, giriş qapısının qarşısında Zərərçəkmiş şəxs2 yanmış vəziyyətdə görmüş və həmin zaman Zərərçəkmiş şəxs2 artıq ölmüşdür. Evə daxil olduqda isə dəhliz sahəsində Zərərçəkmiş şəxs1 yanmış vəziyyətdə meyitini görmüşdür. Eləcə də, Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs2 ilə səbəbsiz yerə mübahisə etmiş və onu idarəsinə zidd hərəkət etdiyi təqdirdə öldürəcəyini demiş, Zərərçəkmiş şəxs1 ilə isə Təqsirləndirilən şəxs evdən çıxan vaxtdan mübahisə etməyə başlamış, Təqsirləndirilən şəxs üzərində bıçaq gəzdirməsini müşahidə etməmiş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs başqa kiminləsə yaxın münasibətini olmasını bilməmiş, X11 İsmayılova ilə Təqsirləndirilən şəxs ünsiyyətlərinə qarşı olmuş, lakin sonuncu ilə barışdığı təqdirdə başını kəsəcəyini bildirməsini eşitməmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəf getdikdə o, birincinin arxasınca getmiş və Təqsirləndirilən şəxs bıçağı çıxartdıqda mane olmaq üçün arxasından qışqırıb, qaçaraq evdən çıxmış, Təqsirləndirilən şəxs benzin tökməsini görməmiş və sonuncunu vurmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Ramilin arvadı Xəyalə ağlayaraq onun yaşadığı evə gəlmişdir. Xəyalədən niyə ağladığını soruşduqda sonuncu “yandırdı, dağıtdı, bıçaq çıxardı” ifadəsini işlətmiş, lakin Xəyalə kiminsə adını çəkməmişdir. O, dərhal Ramil İsmayılovun yaşadığı evə getmiş və qapıya çatdıqda evdən tüstü çıxdığını görmüşdür. Qapıdan evə daxil olmaq istəyərkən əynində qara rəngli gödəkcəsi olan Təqsirləndirilən şəxs içəridən çıxaraq gözlənilmədən çənəsinə sağ tərəfdən yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs tutmaq istəsə də, sonuncu həyətdən çölə tərəf qaçmış və o, ardınca getmişdir. Təqsirləndirilən şəxs yoxuşdan aşağı düşərək qaçmış və bundan sonra o, dərhal yanğını söndürmək üçün evə qayıtmışdır. Evə daxil olduqda girişdə olan köməkçi mətbəxin qarşısında üzü-üstə halda Zərərçəkmiş şəxs2 görmüşdür. Həmin zaman sonuncunun əynində olan paltarları və saçları yanmışdır. Həyətdən su götürüb Təranənin üzərinə töküb alovu söndürmüş və sonra sonuncunu çölə, evin qarşısına çıxartmışdır. Həmin vaxt qardaşı Elmir ona kömək etmişdir. Bu zaman Təranə hərəkət etməsə də ağır nəfəs alırmış, bir müddət sonra sonuncunun nəfəsi kəsilmişdir. Bundan sonra yenidən evə girdikdə, tüstü bürüdüyündən gözlə nə isə görmək mümkün olmamışdır. Evin dəhlizinə daxil olduqda bir qədər irəlidə yerdə yanğın müşahidə etmiş və ilk öncə xalçanın yandığı fikirləşmişdir. Qardaşı ilə birlikdə yanğını söndürdükdən sonra yerdə uzanıqlı halda meyit gördükdə, Zərərçəkmiş şəxs1 yanaraq öldüyünü başa düşmüşdür. Özünü pis hiss etdiyi üçün çölə çıxmışdır. Daha sonra yenidən içəri girib evdə yanan yerin qalıb-qalmamasını yoxlamış və evdən tüstünün çıxması üçün bütün pəncərələri açmışdır. Bundan sonra isə evdən çölə çıxaraq TTYS-yə və “102” xidmətinə zəng vurmuşdur. Bir qədər sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları, ardınca isə TTYS-nin həkimlər briqadası hadisə yerinə gəlmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasının xalası, Zərərçəkmiş şəxs2 isə atasının dayısı qızı olmuşdur. Sonuncular atası ilə qonşuluqda Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi ev 22 ünvanında yaşamışlar. Həmçinin, həmin ünvanda atası ilə birlikdə kiçik qardaşı Deyhun da qalmışdır. Zərərçəkmiş şəxs1 ilə birlikdə isə sonuncunun qardaşı oğlu Ramil İsmayılov öz ailəsi ilə yaşamışdır. Zərərçəkmiş şəxs2 2018-ci ilin iyun ayında Vaqif adlı şəxslə ailə həyatı qurmuş və onların münasibətləri barədə ətraflı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi sürməsi səbəbindən Zərərçəkmiş şəxs2 sonuncudan ayrılmışdır. xx.xx.2019-cu il tarixdə saat 13 radələrində o, atasının evində olan zaman Ramilin arvadı Xəyalə qaçaraq onlara gəlmişdir. Qardaşı Deyhun nə baş verdiyini soruşduqda Xəyalə ağlayaraq “yandırdı, dağıtdı, bıçaq çıxardı” demişdir. Qardaşının ardınca o, Ramil İsmayılovun yaşadığı evə tərəf getmiş və giriş qapısına tərəf çatdıqda evdən tüstü çıxdığını görmüşdür. Deyhun evə daxil olmaq istədikdə əynində qara rəngli gödəkcəsi olan Təqsirləndirilən şəxs içəridən çıxaraq yumruqla qardaşının çənəsinin sağ hissəsinə vurmuş və qaçaraq həyətdən çölə çıxmışdır. Təqsirləndirilən şəxs tutmaq istəsə də, sonuncu evin qarşısında olan yoxuşdan aşağı düşərək qaçmışdır. Yanğını söndürmək üçün evə qayıtdıqda, evin girişində üzü-üstə vəziyyətdə Zərərçəkmiş şəxs2 görmüşdür. Həmin zaman sonuncunun əynində olan paltarlar yanırmış. Deyhun həyətdən su götürüb Təranənin üzərinə töküb alovu söndürmüş və sonra sonuncunu çölə, evin qarısına çıxartmışdır. Təranə hərəkət etməsədə ağır nəfəs alırmış, bir müddət sonra isə sonuncunun nəfəsi kəsilmişdir. Yenidən evə girdikdə, tüstü bürüdüyündə gözlə heç nəyi görmək mümkün olmamışdır. Evin dəhlizinə daxil olduqda bir qədər qarşıda yerdə yanğın müşahidə etmişdir. Deyhunla birlikdə yanğını söndürdükdən sonra yerdə uzanıqlı halda meyit görmüş və Zərərçəkmiş şəxs1 yanaraq öldüyünü başa düşmüşdür. Daha sonra, hüquqmühafizə orqanlarının əməkdaşları ardınca isə TTYS-nin həkimlər briqadası hadisə yerinə gəlmişlər. Bundan başqa Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs evdən çıxan zaman sonuncunun əlində hər hansı bir kəsici deşici alət, o cümlədən bıçaq görməmiş, eləcə də, Təqsirləndirilən şəxs arxasınca qaçan zaman da, sonuncudan hər hansı bir əşyanın düşməsini və ya hər hansı bir əşyanı atmasını müşahidə etməmiş, bununla yanaşı Zərərçəkmiş şəxs1 evində də hər hansı bir kəsici deşici alət, o cümlədən bıçaq görməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun ögey bacısı olmuş və sonuncuya bibisi Zərərçəkmiş şəxs1 baxmışdır. 1983-cü ildə atası vəfat etmiş və bundan sonra anası onunla Ramil İsmayılovu tərk edərək, çıxıb getmişdir. Bibisi Zərərçəkmiş şəxs1 onların hər biri üçün ana əvəzi olmuş və 1988-ci ildən onlar bir yerdə Aydınbəyov küçəsi, ev 22 ünvanında yaşamışlar. Zərərçəkmiş şəxs1 ayaqlarında “duzlaşma” yarandığından təxminən 10 ildir ki, sonuncu sərbəst yeriməyə çətinlik çəkmiş və həmin vaxtdan başlayaraq çəliklə hərəkət etmişdir. 2007-ci o, ailə həyatı qurduqdan sonra, hazırda yaşadığı Nizami rayonu, E.Süleymanov küçəsi, ev 59, mənzil 44 ünvanına köçmüşdür. Aydınbəyov küçəsi, ev 22 ünvanında isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və qardaşı Ramil İsmayılov öz ailəsi bir yerdə yaşamışdır. Təqsirləndirilən şəxs bibisi Zərifənin evində təmir işləri aparmış və Təranə Zərifəgilə qonaq getdiyi vaxt Təqsirləndirilən şəxsla ünsiyyəti yaranmışdır. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həyətində təmir aparan vaxtı sonuncudan Zərərçəkmiş şəxs2 istəmiş və təmir işlərini yekunlaşdıqdan sonra Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla ailə həyatı qurmasına icazə vermişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs ailəsini tanımadığı üçün Zərərçəkmiş şəxs2 sonuncu ilə ailə həyatı qurmasına qarşı olmuşdur. 2018-ci ildə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla “Mətin” şadlıq sarayında toyları olmuşdur. Evləndikdən sonra Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 “Zəngəzur” şadlıq sarayının yaxınlığında bibisi Zərifənin qonşuluğunda təxminən 2 ay kirayə yaşamışlar. Sonra Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı Aydınbəyov küçəsi, ev 22 ünvanında olan ayrı tikilidə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs sonradan Zərərçəkmiş şəxs1 yaşadığı evlə həmin evin arasında hasar tikmiş və ayrıca küçəyə qapı açmışdır. Dəfələrlə Zərərçəkmiş şəxs1 baş çəkmək üçün getdikdə, Təqsirləndirilən şəxs daim spirtli içki qəbul etməsini Zərərçəkmiş şəxs2 eşitmişdir. 2019-cu ilin iyun ayında, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs evdən qovlamışdır. Səbəb kimi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs daim spirtli içki içməsini, tüfeyli həyat tərzi sürməsini və bir neçə dəfə Zərərçəkmiş şəxs2 əl qaldırmasını göstərmişdir. Lakin, Zərərçəkmiş şəxs2 heç vaxt Təqsirləndirilən şəxs onu döyməsini etiraf etməmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ilə birlikdə, Təqsirləndirilən şəxs isə kirayə ev tutaraq tək yaşamışdır. xx.xx.2019-cu il tarixdə, saat 13:19-da Təqsirləndirilən şəxs istifadəsində olan “055 804-94-47” mobil telefon nömrəsindən, istifadəsində olan “055 280-28-98” mobil telefon nömrəsinə zəng edərək, Zərərçəkmiş şəxs2 ilə ev telefonu vasitə ilə danışan zaman, kənardan kişi səsini eşitdiyini və bacısının ona xəyanət etməsini bildirmişdir. O, cavab olaraq, Zərərçəkmiş şəxs2 ilə daha ayrıldığını, sonuncunu daha narahat etməməsini demişdir. Təqsirləndirilən şəxs telefonu üzünə bağlamış və sonra telefonu söndürmüşdür. O, narahat olduğu üçün Ramilin arvadı Xəyaləyə zəng etmiş, lakin sonuncu da telefona cavab verməmişdir. Saat təxminən 19:35-də Zərərçəkmiş şəxs1 qonşusu vasitəsi ilə Təqsirləndirilən şəxs Luizagilin yaşadığı evə gələrək, Luiza və Təranəni öldürdüyünü bilmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" xx xxxxxxx 2019-cu il tarixli protokoldan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 4(001)-854/2019 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən və Bərdə rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan hökm ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallaında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 22 ünvanıdır. Həyətə giriş iki tağlı göy rəngli darvazadandır. Darvazadan həyətə daxil olduqda, 0.75 m irəlidə açıq vəziyyətdə olan darvazanın sağ tağından 0.62 m məsafədə tiyəsi olmayan qara rəngli bıçaq dəstəyi müşahidə olunur. Həyətə daxil olduqda qarşıda üstü asbest şiferlə örtülmüş, alt hissəsi qara rəngli boya ilə işlənmiş qalan hissəsi isə suvanmış bir mərtəbəli ev yerləşir. Yaşayış evi sol və sağ tərəfdən iki hissəyə bölünmüş və hər bir hissənin ayrı girişi vardır. Girişdən sol tərəfdə yerləşən evin qarşısında 2 ədəd tumba, digər evin qarşısında sağ tərəfdən tin hissəsində üzərinə ev əşyaları yığılmış masa və masadan sol tərəfdə tikiliyə söykənmiş vəziyyətdə velosiped müşahidə olunur. Həyətə girişdən sağ tərəfdə olan evin girişinin qarşısından 0.78 m məsafədə üzərində yanıq və kəsilmiş-deşilmiş xəsarətlər olan qadın meyiti müşahidə olunur. Baxışda iştirak edən Xəyalı İsmayılova bildirdi ki, həmin meyit Zərərçəkmiş şəxs2 məxsusdur. Meyitin başı darvazaya tərəf olmaqla, ayaqları yaşayış evinin giriş qapısına tərəfdir. Darvazadan meyitə qədər olan məsafə 6.55 m təşkil edir. Həyətə girişdən sağ tərəfdə olan evin girişi eninin uzunluğuna nisbəti 0.76 x 2.04 m ölçülərdə olan plastik materialdan hazırlanmış qapıdandır. Evin girişinin qarşısında qapıdan 0.06 m və 0.36 m məsafə müvafiq olaraq 0.06 x 0.08 m və 0.06 x 0.06 m ölçülərdə damcı formasında qana bənzər ləkələr müşahidə olunur. Üzərində həmin qana bənzər ləkələr olan evin qapısının qarşısında olan sahə metlaxla işlənmişdir. Evə daxil olduqda eninin uzunluğuna nisbəti 2.50 x 2.40 m ölçülərdə olan evin giriş sahəsi yerləşir. Evin giriş sahəsinin döşəməsinə metlax döşənmişdir. Giriş sahəsinin mərkəzində 0.24 x 0.60 m ölçülərdə gölməçə şəklində qana bənzər ləkə müşahidə olunur. Həmin ləkədən evin giriş qapısına tərəf uzanan damcı formasında müxtəlif ölçülərdə qana bənzər ləkələr vardır. Evin giriş sahəsinə daxil olduqda qarşı tərəfdə eninin uzunluğuna nisbəti 2.17 x 2.40 m ölçülərdə olan köməkçi mətbəx yerləşir. Qeyd olunan mətbəxin girişinin sol tərəfində küncdə axımlı su qızdırıcısı quraşdırılmışdır Həmin mətbəxin sol tərəfində yerləşən divar boyu mətbəx ləvazimatlarının yığılması üçün nəzərdə tutulmuş rəf, qaz sobası və qab yuyulan yer, girişdən sağ tərəfdə paltar yuyan maşın, üzbə-üz divara bitişik halda isə stul müşahidə olunur. Köməkçi mətbəx sahəsinə daxil olduqda üzbə-üz divarda hamam otağının qapısı yerləşir. Hamam otağına daxil olduqda qarşıda tualet, sol tərəfdə əl-üz yuyulan yer və duş müşahidə olunur. Köməkçi mətbəx sahəsində və hamam otağında istintaq əhəmiyyəti kəsb edən hər hansı bir xüsusat aşkar edilmədi. Fərdi yaşayış evinin giriş sahəsinə daxil olduqda sağ tərəfdə dəhlizə açılan eninin uzunluğuna nisbəti 0.76 x 2.05 m ölçülərdə olan, plastik materialdan hazırlanmış, orta sahəsi 6 hissədən ibarət şüşə ilə işlənmiş yığılmış qapı yerləşir və qapının üstündə pərdə asılmışdır. Qeyd olunan qapının və pərdənin üzərində hiss izləri müşahidə olunur. Həmçinin, qapının şüşə sahəsinin sol tərəfdən mərkəzdə olan hissəsi çatlamış və üstü yapışqanla ötrülmüşdür. Dəhliz sahəsinin eninin uzunluğuna nisbəti 2.30 x 4.40 m ölçülərdə olmaqla, hündürlüyü isə 2.87 m-dir. Dəhliz sahəsinin döşəməsi metlaxla örtülmüş, divarları sarı rəngə boyanmış, tavanı isə lambirin materialı ilə işlənmişdir. Dəhliz sahəsinə daxil olduqda sol tərəfdə ardıcıl olaraq dolab, əsas mətbəx sahəsinə keçid, sağ tərəfdə isə ardıcıl olaraq altında gül dibçəyi olan plastik materialdan yığılmış pəncərə və dolab yerləşir. Dəhliz sahəsinin divarlarının, dolablarının və pəncərəsinin üzərində hiss izləri müşahidə olunur. Dəhlizin tavan sahəsini örtmüş lambirin hissələrinin hər biri sağ tərəfdən bağlanma yerlərindən ayrılaraq döşəmə tərəf sallanmışdır. Lambirin hissələrinin və tavanın üzərində hiss izləri müşahidə olunur. Lambirin sahəsində olan bir ədəd spot müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Dəhlizə daxil olduqda girişdən 1.75 m, sağ tərəfdə olan divardan 1.46 m, sol tərəfdə olan divardan 0.30 m məsafədə üzərində yanıq və kəsilmiş-deşilmiş xəsarətlər olan qadın meyiti müşahidə olunur. Meyitin başı giriş qapısına tərəf olmaqla, ayaqları qonaq otağı qismində istifadə olunan sahəyə tərəfdir. Baxışda iştirak edən Xəyalı İsmayılova bildirdi ki, həmin meyit Zərərçəkmiş şəxs1 məxsusdur. Meyit kürəyi üstə uzanıqlı halda, bir hissəsi yanmış vəziyyətdə olan xalçanın üzərindədir. Meyitin əlləri və ayaqları yan tərəflərə açılmış haldadır. Meyitdən sol tərəfdə 0.34 və 0.29 m məsafədə, əsas mətbəxə keçid olan sahədə müvafiq olaraq 0.26 x 0.15 və 0.16 x 0.08 m ölçülərdə laxtalanmış şəkildə qana bənzər kütlə müşahidə olunur. Meyitin ayaqları olan sahədə, xalçanın orta hissəsi tam yanmış vəziyyətdə olmaqla, iki hissəyə ayrılmışdır. Həmin hissədə, mətbəx sahəsini dəhlizdən ayıran divarda və döşəmənin üzərində yanıq izləri müşahidə olunur. Fərdi yaşayış evinə daxil olduqda dəhlizdən sonra, bitişik halda qonaq otağı qismində istifadə olunan sahə yerləşir. Qonaq otağı qismində istifadə olunan sahəsinin eninin uzunluğuna nisbəti 2.54 x 3.29 m olmaqla, hündürlüyü 2.87 m-dir. Qonaq otağı qismində istifadə olunan sahənin döşəməsi taxta materialdan hazırlanmış lövhə ilə örtülmüş, divarları isə oboy ilə işlənmişdir. Qonaq otağı qismində istifadə olunan sahənin divarları və tavanında, eləcə otaqda olan əşyaların üzərində his izləri müşahidə olunur. Meyitin altındakı, orta hissəsi tam yanmış vəziyyətdə ola xalçanın bir qismi qonaq otağı qismində istifadə olunan sahəyə keçir. Qonaq otağı qismində istifadə olunan sahəyə daxil olduqda sol tərəfdə divardan asılmış vəziyyətdə televizor, otağın mərkəzində isə ətrafında bir ədəd oturacaq olan masa yerləşir. Həmin masanın altında qonaq otağı qismində istifadə olunan sahənin mərkəzini əhatə edən xalça sərilmişdir. Qeyd olunan sahənin girişdən sol tərəfində olan divarında plastik materialdan yığılmış eninin uzunluğuna nisbəti 0.96 x 1.70 m ölçülərdə olan pəncərə yerləşir. Qonaq otağı qismində istifadə olunan sahəyə daxil olduqda üzbə-üz divara bitişik halda, girişdən sol tərəfdə olan divardan 0.35 m məsafədə 1.95 m uzunluğunda bir nəfərlik çarpayı müşahidə olunur. Həmin sahənin girişində, sol tərəfdə olan mətbəx sahəsi ilə qonaq otağı qismində istifadə olunan sahəni ayıran divarın tinindən 0.45 m, evin giriş qapısında 5.08 m məsafədə uzunluğu 0.80m olan əsa müşahidə olunur. Həmin əsanın aşağı hissəsini xalçanın tam yanmış vəziyyətdə olan sahəsinin üzərindədir. Həmçinin əsasın aşağı hissəsinin üzərində də yanma izləri müşahidə olunur. Qonaq otağı qismində istifadə olunan sahənin mərkəzində olan xalçanın üzərində yanma izləri müşahidə olunur. Bununla yanaşı dəhliz sahəsində olan xalçanın bir hissəsi, qonaq otağı qismində istifadə olunan sahədə olan xalçanın bir qisminin üstünü örtmüşdü. Qonaq otağı qismində istifadə olunan sahədə olan masanın üstündə olan örtüyün və müşəmbənin üzərində yanma izləri müşahidə olunur. Həmçinin, masanın ətrafında olan oturacağın, oturma hissəsinin bir qismi yanmışdır. Masanın üzərində qida məmulatları və altında mətbəx ləvazimatları vardır. Qonaq otağı qismində istifadə olunan sahədə olan çarpayının örtüyünün üzərində his izləri müşahidə olunur. Bundan başqa, çarpayının qeyd olunan sahəyə girişdən sol tərəfdə olan ayaq hissəsindən 0.48 m məsafədə, uzunluğu 1.0 m olan əsa yerləşir. Əsasın alt hissəsi döşəmənin üzərində olmaqla, çarpayıya söykənmiş vəziyyətdədir. Qonaq otağı qismində istifadə olunan sahədə iki ədəd daxilində su olan plastik materialdan olan qab müşahidə olunur. Qonaq otağı qismində istifadə olunan sahənin girişdən sağ tərəfində 2 ədəd otağın, girişlə üzbə-üz olan divarda isə 1 ədəd otağın giriş qapısı yerləşir. Qonaq otağı qismində istifadə olunan sahənin girişindən sağ tərəfdə yerləşən 1-ci otağın eninin uzunluğuna nisbəti 3.23 x 3.56 m ölçülərdədir. Həmin otağa daxil olduqda sol tərəfdə qonaq otağı mebeli, üzbə-üz olan divara bitişik halda divan, giriş qapısı olan divarda, girişdən sağ tərəfdə isə üzərinə ev əşyaları yığılmış çarpayı yerləşir. Qeyd olunan otaqda olan əşyaların, həmçinin tavanının və divarların üzərində his izləri müşahidə olunur. Sahəyə girişdən sağ tərəfdə yerləşən 2-ci otağın eninin uzunluğuna nisbəti 3.66 x 6.40 m ölçülərdədir. Qeyd olunan otağa daxil olduqda, giriş qapısı olan divardan sol tərəfdə tumba, çarpayı, otağa girişdən sol tərəfdə olan divarın qarşısında ev əşyaları və uşaq çarpayısı, girişlə üzbə-üz divarda isə şkaf yerləşir. Həmin otaqda olan əşyaların, həmçinin tavanının və divarların üzərində his izləri müşahidə olunur. Qonaq otağı qismində istifadə olunan sahəyə girişlə üzbə-üz olan otağın eninin uzunluğuna nisbəti 4.10 x 5.50 m ölçülərdədir. Həmin otağa daxil olduqda sol tərəfdə bir nəfərlik çarpayı, üzbə-üz divarda isə şkaf və ev əşyaları müşahidə olunur. Otağa girişindən sağ tərəfdə olan divara bitişik halda 2 nəfərlik çarpayı və tumba yerləşir. Qeyd olunan otaqda olan əşyaların, həmçinin tavanının və divarların üzərində his izləri müşahidə olunur. Cinayət işinin materiallaında olan Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, meyitin əynində ətəyi yanmış vəziyyətdə olan qara rəngli don olmuşdur. Donun ön səthində solda boyun kənarından 13 sm aşağıda bir ədəd şaquli-çəp istiqamətdə uzunsov formalı 4,5x1,0 sm ölçüdə kənarları hamar, bucaqlarından biri küt, digəri iti olan zədə vardır. Donun ön səthində sağda orta xətdən 7,0 sm sağda, boyun tikişindən 12 sm aşağıda şaquli-çəp istiqamətdə uzunsov formalı 1,8x0,5 sm ölçüdə, donun sol yan səthində iki ədəd şaquli-çəp istiqamətdə uzunsov formalı 6,0x1,0 sm və 4,5x1,0 sm ölçülərdə kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan zədələr aşkar olunmuşdur. Donun ön səthi yanmış, hislənmiş ağ rəngli, üzərində göy yarpaq şəkilləri olan pambıq materialdan tikilmiş qolsuz gecə köynəyinə yapışmışdır. Köynəyin ön səthində solda boyun kənarından 11 sm aşağıda şaquli-çəp istiqamətdə uzunsov formalı 7,0x1,0 sm ölçüdə, köynəyin ön səthində sağda boyun kənarından 4,0 sm aşağıda iki ədəd uzunsov formalı 2,0x0,5 sm və 1,5x0,5 sm ölçülərdə kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan zədələr vardır. Donun və gecə köynəyinin ön və sol yan səthlərində zədələrə uyğun nahiyələrdə parçasına qan hopmuşdur. Bundan başqa ağ rəngli, pambıqdan tikilmiş reytuz yanıb əriyərək dəriyə yapışmış halda qalmışdır. Meyit qadın cinsli olmaqla düzgün bədən quruluşlu, yaxşı köklükdədir, boyu 157 sm-dir. Meyit əllə toxunduqda soyuqdur. Meyitin üzündə, boyunun ön-yan səthlərində, döş qəfəsinin ön və yan səthlərində, qarının ön divarında aşağıda, qasıq və aralıq nahiyələrində, yuxarı və aşağı ətrafların bütün səthlərində dəri örtüyü yanmış, qara rəngdə hislənmiş, bəzi nahiyələrdə epidermis soyulmuş, qırmızımtıl-qəhvəyi rəngli yanıq yaraları müəyyən edilmişdir. Meyitin arxa səthində barmaqla təzyiq etdikdə itən və 20-30 saniyə müddətində bərpa olan göyümtül-bənövşəyi rəngli intensiv meyit ləkələri olmuşdur. Meyit qacıması çeynəmə əzələlərində kafi, yoxlanılan digər əzələ qruplarında zəif inkişaf etmişdir. Başında qəhvəyi rəngə boyanmış, hissəvi ağarmış 20-22 sm uzunluqda orta sıxlıqda tüklər vardır. Başın tükünə bir ədəd hörük vurulmuşdur. Başın tükləri qismən yanaraq hislənmişdir. Gözlər göz qapaqları ilə örtülüdür. Gözün ağlı qişasında və konyuktivada qansızma yoxdur. Bəbəklərin diametri bərabər olmaqla 0,4 sm-dir, qüzehli qişası şabalıdı rəngdədir, parlaqdır. Burun sümükləri və qığırdaqları, eləcə də üz skelet sümükləri əllədikdə tamdırlar, burun keçəcəkləri sərbəstdir. Ağzı yarımaçıqdır, orta ölçüdədir. Üst və alt çənədə dişləri yoxdur, diş əti hamarlanmışdır. Dili ağız boşluğunda yerləşmiş, dilin ucunun səthi qara rəngli hisə bulaşmışdir. Qulaq seyvanları oval formalıdır, orta böyüklüdədir, xarici qulaq keçəcəkləri sərbəstdirlər. Boynu qısadır, qalındır, adi hərəkətlidir. Döş qəfəsi silindrik olub, simmetrikdir, əllədikdə qabırğalar tamdırlar. Süd vəziləri yarımdairəvi formada olub, böyük ölçüdədir, gilələrin ətrafındakı dairələr qəhvəyimtil rəngdədir. Qarını döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, qadın tiplidir. Arxa keçəcək dəliyi qapalıdır, ətrafında dəri təmizdir, zədəsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əlləmə zamanı sümüklər tamdırlar. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: Döş qəfəsinin ön səthində orta xətdən 1,0 sm solda İV qabırğaarası sahədə bir ədəd şaquli-çəp istiqamətdə yerləşmiş uzunsov formalı 2,0x0,5 sm ölçüdə kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan deşilmiş-kəsilmiş yara vardır, həmin yaranın yara kanalı sol plevra boşluğuna nüfuz edir. Döş qəfəsinin ön səthində sağda ll-lll qabırğalar səviyyəsində orta xətdən 6,5 sm məsafədə iki ədəd deşilmiş-kəsilmiş yaralar vardır, yaralardan biri üfüqi-çəp istiqamətdə yerləşmiş uzunsov formalı olub 2,8x0,6 sm, digər yara şaquli-çəp istiqamətdə olub uzunsov formalı 1,5x0,6 sm ölçüdə olub kənarları hamar, bucaqlarından biri iti, digəri kütdür. Hər iki yaranın kanalları plevra boşluğuna nüfuz etmir. Döş qəfəsinin ön səthində sol süd vəzisi üzərində bir ədəd şaquli-çəp istiqamətdə uzunsov formalı 7,0x1,5 sm ölçüdə kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan deşilmiş-kəsilmiş yara vardır. Həmin yaranın yara kanalı öndən-arxaya, soldan-sağa bir qədər yuxarıdan-aşağı gedərək döş boşluğuna nüfuz etmir, yara kanalının uzunluğu 10 sm-dir. Döş qəfəsinin sol yan səthində V qabırğaarası sahədə arxa qoltuqaltı xətt üzrə bir ədəd şaquli-çəp istiqamətdə uzunsov formalı 1,5x0,5 sm ölçüdə kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan deşilmiş-kəsilmiş yara vardır. Həmin yaranın yara kanalı yuxarıda-aşağıya, soldan-sağa istiqamətdə olub sol plevra boşluğuna nüfuz edir. Yara kanalının uzunluğu 11 sm-dir. Sağ saidin aşağı 1/3-nin ön səthində iki ədəd üfüqi-çəp istiqamətdə uzunsov formalı 6,5x1,0 sm və 2,5x1,0 sm ölçülərdə kənarları hamar, bucaqları iti kəsilmiş yaralara vardır. Meyitin bədən səthində qeyd olunanlardan başqa digər xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallaında olan Zərərçəkmiş şəxs2 meyitinə baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, meyitin əynində yuxarı ətraflarının ön və arxa səthlərində bənövşəyi və ağ zolaqlı olan xalatın qalıqları, tünd-yaşıl büstqalter, qara rəngli şalvar, yerliyi mavi rəngli, üzərində ağ-qırmızı-qəhvəyi əl şəkilləri olan trikotaj materialdan qısa alt tumanı olmuşdur. Meyit qadın cinsli olmaqla, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 158 sm-dir. Meyit əllə toxunduqda soyumuşdur. Meyitin arxa səthinə barmaqla təzyiq etdikdə rəngi itən, 20-25 saniyədən sonra bərpa olunan meyit ləkələri vardır. Meyit qacıması çeynəmə əzələlərində kafi, əl barmaqlarında zəif inkişaf etmişdir, yoxlanılan digər əzələ qruplarında inkişaf etməmişdir. Baş tükləri tünd-qəhvəyi rəngə boyanmışdır, tüklər ənsə nahiyəsində at quyruğu şəklində bir yerə yığılmışdır. Alın nahiyəsində tüklərin az bir hissəsi ütülmüşdür. Baş tüklərinin dib hissələrində tüklərin əksəriyyəti ağarmışdır. Başın alın nahiyəsinin, üzün, eləcə də yuxarı ətrafların, sağ və sol aşağı ətrafların, sağ diz nahiyəsinin aşağı hissələrinin dəri örtüyü qaramtıl-qəhvəyimtil rəngdədir, bir qədər bərkləşmişdir. Döş qəfəsinin ön və qismən yan səthlərində, qarın nahiyəsinin göbəkdən yuxarı hissələrində isə dəri örtüyü açıq-qəhvəyi rəngdədir, barmaqla təzyiq etdikdə dərinin epidermis qatı asanlıqla soyulur. Sağ yanaq nahiyəsinin, boynun ön səthinin, hər iki yuxarı ətrafların, sağ və sol aşağı ətrafların dərisinin epidermis qatının soyulmuş sahələri vardır, həmin sahələrin səthləri ağımtıl-çəhrayımtıl rəngdənbulanıq çəhrayımtıl rəngə qədər boyanmışdır. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözlər açıqdır, bəbəklərin diametri 0,5 sm-dir, buynuz qişa bulanıqdır. Qulaq seyvanları tamdırlar, xarici qulaq keçəcəkləri sərbəstdirlər. Burun sümükləri əllədikdə tamdırlar, burun dəlikləri hislə qismən tutulmuşdur. Ağzı azacıq aralıdır, üst çənədə solda İİİ diş, sağda İİ diş sarı metaldandır. Alt çənədə solda İİİ diş düşmüş, diş əti hamarlaşmışdır. Digər dişlər təbii və tamdırlar. Dili ağız boşluğunda sərbəst yerləşmişdir, dilin ucunun səthi qara rəngli hisə bulaşmışdır. Boynu orta uzunluqda və köklükdədir. Döş qəfəsi yastılaşmış silindr formasındadır, simmetrikdir. Qarının səviyyəsi qabırğa qövsləri səviyyəsindən azacıq aşağıdır. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün inkişaf etmişdir. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdırlar. Arxa keçəcək dəliyi qapalıdır, ətrafındakı dəri təmiz və zədəsizdir. Təsvir olunan yanıq dəyişiklikləri fonunda meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: 1) Döş qəfəsinin sol yarısının ön səthində - sol süd vəzisinin yuxarı-iç kvadrantında ayaqaltından 123 sm yuxarıda 3,0x1,4sm ölçüdə şaquli yerləşmiş, oval formalı kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 3,5sm-dir. Yara kanalının istiqaməti öndənarxaya, bir qədər soldan-sağa, yuxarıdan-aşağıya doğrudur. Yara döş boşluğuna nüfuz edir. 2) Döş qəfəsinin sol yarısının ön-yan səthində Vİİİ qabırğaarası səviyyəsində ön qoltuqaltı xətt üzrə ayaqaltından 108,5sm yuxarıda üfüqi yerləşmiş 4x2sm ölçüdə kənarları hamar, ön ucu iti, arxa ucu küt yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 4,6sm-dir. Yara kanalının istiqaməti soldan-sağa, aşağıdan-yuxarıya doğrudur. Yara plevra boşluğuna nüfuz edir. 3) 2 nömrəli yaradan 3,5sm aşağıda, yəni sol qabırğa qövsünün kənarında ayaqaltından 105 sm yuxarıda 3,8x2 sm ölçüdə saat siferblatının “11” və “5” rəqəmlərini birləşdirən xətt üzrə çəp istiqamətdə yerləşmiş kənarları hamar yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 4,2sm-dir. Yara kanalının istiqaməti soldan-sağa, arxadan-önə, bir qədər aşağıdan-yuxarıya doğrudur. Yara periton boşluğuna nüfuz edir. Yaradan böyük piylik hissəvi bayıra çıxmışdır. 4) Qarnın ön səthində orta xətt üzrə və orta xətdən bir qədər sağda göbəkdən 5sm, ayaqaltından 100sm yuxarıda çəp istiqamətdə yerləşmiş 4,5x1,8sm ölçüdə saat siferblatının “11” və “5” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş kənarları hamar yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 5sm-dir. Yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa, aşağıdan-yuxarıya doğrudur. Yara periton boşluğuna nüfuz edir. Yaradan nazik bağırsaq ilgəyi və böyük piylik bayıra çıxmışdır. 5) döş qəfəsinin sağ yarısının ön-yan səthində ön qoltuqaltı xətt üzrə ayaqaltından 110,0 sm yuxarıda saat siferblatının “11” və “5” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş 4,0x1,0sm ölçüdə kənarları hamar, yuxarı sağ ucu iti, aşağı sol ucu küt yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 4,5sm-dir. Yara daxilə nüfuz etmir. 6) 5 nömrəli yaradan 8,0sm ön tərəfdə ayaqaltından 105,5sm yuxarıda döş yanı xətt üzrə üfüqi istiqamətdə yerləşmiş 1,8x0,7sm ölçüdə kənarları hamar sağ ucu iti, sol ucu küt yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 2sm-dir. Yara kanalının istiqaməti soldan-sağa, bir qədər yuxarıdan-aşağıya doğrudur. Yara plevra boşluğuna nüfuz edir. Meyitin bədən səthində qeyd olunanlardan başqa digər xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallaında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT birliyinin Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 140 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb bədən səthinin yanıq xəsarətləri fonunda döş qəfəsinin ön və sol yan səthlərindəki, döş boşluğuna nüfuz etmiş, sol ağ ciyərin yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yararın törətdiyi kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - döş qəfəsinin ön səthində sağda 2 (iki) ədəd, solda 1 (bir) ədəd, sol süd vəzisi üzərində 1 (bir) ədəd, döş qəfəsinin sol yan səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar; - sağ saidin aşağı 1/3-nin ön səthində iki ədəd kəsilmiş yaralar. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin ön səthindəki deşilmiş-kəsilmiş yaranın birinin yara kanalı öndən-arxaya, sağdan-sola, bir qədər yuxarıdan-aşağı istiqamətdə gedərək sol plevra boşluğuna nüfuz edir və kəskin qanitirmə ilə müşayiət olunmaqla sol ağ ciyərin yaralanmasına səbəb olmuşdur (yara kanalının uzunluğu 7,0 sm-dir). Döş qəfəsinin sol yan səthində yerləşmiş deşilmiş-kəsilmiş yaranın yara kanalı yuxarıdanaşağı, soldan-sağa istiqamətdə gedərək sol ağ ciyərin aşağı payının yaralan-masına səbəb olmuşdur (yara kanalının uzunluğu 10 sm-dir). Həmin xəsarətlər həyati olmaqla mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsa-rətlərdən döş qəfəsinin ön və sol yan səthindəki, sol süd vəzisi üzərindəki deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən, sağ said nahiyəsindəki kəsilmiş yaralar isə kəsici kənara malik olan iti alətin təsi-rindən törənmişlər və onlardan döş qəfəsinin ön və sol yan səthindəki iki ədəd plevra boşluğuna nüfuz etmiş deşilmiş-kəsilmiş yaraların hər biri ayrı- ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamət-lərinə, döş qəfəsinin ön səthindəki, sol süd vəzisi üzərindəki boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar və sağ said nahiyəsindəki kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində - üz nahiyəsində, boyunun ön və yan səthlərində, döş qəfəsinin ön səthində, süd vəziləri nahiyələrində, qalça, qasıq və aralıq nahiyələrində, hər iki yuxarı və aşağı ətrafların bütün səthlərində İİ-İİİ dərəcəli termiki yanıq yaraları aşkar edil-mişdir ki, qeyd edilən yanıq xəsarətləri L.T. İsmayılovanın ölümündən az əvvəl bədən üzərinə tökülmüş yanacağın alışması nəticəsində alovun yerli təsirindən əmələ gələ bilərdilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 meyitinin bədənində yanıq yaralarından, döş qəfəsinin ön və sol yan səthlərində, sol süd vəzisi üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və sağ said nahiyəsindəki kəsilmiş yaralardan başqa digər xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs1 ölümü meyitin meyitxanada müayinəsi başlanandan (xx.xx.2019-cu il tarixdə saat 16:30-da) 2-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 meyitinin bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş yaralar qərarda göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən bıçaqla yetirilə bilərdilər. Xəsarətlərin xarakterinə və ölçülərinə görə belə demək mümkündür ki, onlar bir ədəd deşici-kəsici alətlə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxsdə aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların yerləşməsini və yara kanallarının istiqamətini nəzərə alaraq belə demək mümkündür ki, o xəsarətləri həm oturmuş və həm də ayaqüstü vəziyyətdə ala bilərdi. L.T. İsmayılovaya xəsarətlər yetirilən zaman o bədəninin ön və sol yan səthi ilə xəsarət yetirən şəxsə tərəf olmuşdur. Məhkəmə-kimya tədqiqatı nəticəsində Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda karboksihemoqlobin və etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallaında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-in Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 141 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 ölümünə səbəb bədən səthinin yanıq xəsarətləri fonunda ürəyin, hər iki ağ ciyərin, dalağın, nazik bağırsağın və böyük piyliyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin və qarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: döş qəfəsinin sol yarısının ön səthində-sol süd vəzisinin yuxarı-iç kvadratında ayaqaltından 123 sm yuxarıda yerləşən və daxilə nüfuz edərək ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,4sm ölçüdə). Yara kanalının dərinliyi təqribən 9 sm-dir, istiqaməti öndən-arxaya, bir qədər soldan-sağa, azacıq yuxarıdan-aşağıya doğrudur. döş qəfəsinin sol yarısının ön-yan səthinin ayaqaltından 108,5 sm yuxarıda yerləşən və daxilə nüfuz edərək sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası (4 x 2 sm ölçüdə). Yara kanalının dərinliyi təqribən 9sm-dir, istiqaməti soldan-sağa, azacıq aşağıdan-yuxarıya doğrudur. döş qəfəsinin sol yarısının ön-yan səthinin ayaqaltından 105sm yuxarıda yerləşən və daxilə nüfuz edərək böyük piyliyi və dalağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,8 x 2 sm ölçüdə). Yara kanalının dərinliyi 8 sm-dir, istiqaməti arxadan-önə, bir qədər aşağıdan-yuxarıya doğrudur. qarnın ön səthinin ayaqaltından 100 sm yuxarıda yerləşən daxilə nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (4,5 x 1,8 sm ölçüdə). Yara kanalının dərinliyi 7-8 sm-dir, istiqaməti öndən-arxaya, soldan-sağa, aşağıdan-yuxarıya doğrudur. döş qəfəsinin sağ yarısının ön səthinin ayaqaltından 105,5 sm yuxarıda yerləşən daxilə nüfuz edərək sağ ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası (1,8 x 0,7 sm ölçüdə). Yara kanalının dərinliyi 9 sm-dir, istiqaməti soldan-sağa, bir qədər yuxarıdan-aşağıya doğrudur. döş qəfəsinin sağ yarısının ön-yan səthinin ayaqaltından 110,0 sm yuxarıda yerləşən daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ( 4,0 x 1,0 sm ölçüdə). Qeyd olunan xəsarətlər həyati olmaqla ölümündən az əvvəl əmələ gəlmişlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının sol-yan səthinin 2 (iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin 1 (bir) ədəd, qarnın ön səthinin 1 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın, döş qəfəsinin sağ yarısının ön-yan səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Həmin xəsarətlər deşici-kəsici alətin tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs2 meyitində yuxarıda qeyd olunan xəsarətlərdən başqa üz nahiyəsinin, boyunun ön və yan səthlərinin, döş qəfəsinin ön və yan səthlərinin, yuxarı və aşağı ətrafların bütün səthlərində İİ-İİİ dərəcəli termiki yanıq yaraları aşkar edilmişdir. Qeyd olunan yanıq xəsarətləri qərarda göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl alovun təsirindən əmələ gəlmişlər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxsə xəsarətlər yetirilərkən o, çox güman ki, ayaq üstə vəziyyətdə olmuş, ona xəsarət yetirən şəxs isə sonuncu ilə üzbəüz vəziyyətdə dayanmışdır. Zərərçəkmiş şəxs2 ölümü meyitin meyitxanada müayinəsi başlanandan (xx.xx.2019-cu il tarixdə saat 16:30-da) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və karboksihemoqlobin aşkar olunmamışdır. Cinayət işinin materiallaında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31825 №-li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 6 ədəd yanmış xalça qalıqlarının və 1 ədəd xalçanın üzərində yüksən temperatura məruz qalan şəkli dəyişmiş tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül fraksiyalar uçduğundan və yüksək temperatura məruz qaldığından əsaslı dəyişiklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. Digər əşyaların (2 ədəd əsa, stolun oturacaq hissəsi, bir ədəd kilim, bir ədəd bıçaq dəstəyi, stolun örtüyü və yanmış parça qalıqları) və geyim paltarlarının (Zərərçəkmiş şəxs2 yarıyanmış paltar qalıqları və Təqsirləndirilən şəxs geyim paltarları) üzərilərində tez alışan neft məhsullarının və ya yanacaq-sürtgü materiallarının izləri yoxdur. Bununla yanaşı həmin rəydə qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş üzərində yanma izləri müşahidə olunan stol örtüyünün içərisində bir ədəd qırmızı rəngli dəstəyi olan bıçaq, pul və dərman preparatları aşkar edilmişdir. Cinayət işinin materiallaında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 6/223 №-li məhkəmə-lifli ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 geyim paltarları üzərində kənar lif mikrohissəcikləri vardır. Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində tapılmış bənövşəyi rəngli pambıq liflər cinsi əlamətinə görə Zərərçəkmiş şəxs2 xalatının tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs2 geyim paltarlarının və bir ədəd pul kisəsinin üzərində Təqsirləndirilən şəxs geyim paltarının tərkib lifləri aşkar olunmamışdır. Cinayət işinin materiallaında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 3/138 №-li məhkəmə-soyuq silah və trasoloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən həm fiziki-kimyəvi ekspertiza zamanı üzərində yanma izləri müşahidə olunan stol örtüyünün içərisində aşkar olunmuş və təqsirləndirilən şəxsin ifadəsi hadisə yerində yoxlanılarkən əldə olunmuş bıçaqlar zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmirlər. Tədqiqata təqdim edilən hadisə yerinə baxış zamanı aşkar olunmuş bıçaq dəstəyi ilə təqsirləndirilən şəxsin ifadəsi hadisə yerində yoxlanılarkən əldə olunmuş bıçağın dəstəyi ümumi əlamətlərinə - ölçülərinə, formasına, rənginə və s. görə bir-birinə uyğun gəlir. Zərərçəkmiş şəxs2 məxsus xalatın ön sol hissəsində, ətəyin son kənarından 160 mm yuxarıda, sol yan tikişdən 60 mm sağda iki ədəd 40 mm və 43 mm uzunluqda düzxətt formalı zədə, həmin zədələrdən 300 mm yuxarıda bir ədəd 40 mm uzunluqda zədə və büstqalterin sağ hissəsində iki ədəd 20 mm və 30 mm uzunluqda zədə vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş xalatın və büstqalterin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.Təqdim edilmiş üzərində Zərərçəkmiş şəxs2 məxsus xalatın və büstqalterin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilmə-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqdim edilmiş köynəyin, şalvarın, gödəkcənin və Zərərçəkmiş şəxs2 məxsus şalvarın, tumanın, pul kisəsinin səthində trasoloji zədə yoxdur. Cinayət işinin materiallaında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 224/2020MTBŞ №-li məhkəmə-bioloji ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 ÄBO sistemi üzrə qan qrupu - Oalfa,beta/İ/, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu -Oalfa,beta/İ/, Təqsirləndirilən şəxs isə qan qrupu-O/İ/-dir. Ekspertizaya təqdim olunmuş hadisə yerindən 03 ədəd çubuqlu pambıq tamponlara götürülmüş ləkələrdə, bıçaq dəstəyi, süfrə, yer palazı, xalça, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, gödəkcə, Zərərçəkmiş şəxs2 məxsus şalvar, kofta, bustqalter, tuman və pul kisəsi üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız «H» antigeni alınmışdır. Bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Tədqiqata təqdim olunan 02 ədəd əsa, stul oturacağı, müşənbə və yer palazının yanmış qalıqları üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin materiallaında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 682 nömrəli ekspert rəyinin məhkəməpsixiatrik ekspertizası üzrə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı və hadisəyədək hər hansı ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır və sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur. Kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 217 saylı rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgilər müəyyən edilir. Eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, kobudluq, tez özündən çıxmaq, qıcığa qarşı həssaslıq, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallaında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 10/913-9/1246 №-li məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, yanğın nəticəsində Binəqədi rayonu, Aydınbəyov küçəsi, ev 22 ünvanında zərər dəymiş malların istifadədə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 955,0 manat müəyyən edilmişdir. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin bərpası üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2780,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9cu maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrinin sanksiyalarında 14 (on dörd) ildən 20 (iyirmi) ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsləri öldürdüyü üçün ona, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın ən yuxarı həddində- ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün cəzasını həbsxanada çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 356.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon prokurorluğunun “maddi sübutlar otağı”na təhvil verilmiş 1 ədəd tiyəsi olmayan qara rəngli bıçaq dəstəyi, hadisə yerinə baxış zamanı götürülmüş 6 ədəd xalçanın yanmış hissələri, 1 ədəd üzərində yanma izləri müşahidə olunan xalça, 1 ədəd üzərində yanma izləri müşahidə olunan kilim, 1 ədəd üzərində yanma izləri müşahidə olunan stulun oturacaq hissəsi, 2 ədəd əsa, 1 ədəd “spot”, 3 ədəd tampona hopdurulmaqla hadisə yerində olan qana bənzər mayedən götürülmüş nümunə, ifadənin hadisə yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman əldə olunmuş bıçaq, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd göy rəngli damalı formada uzunqol köynək, 1 ədəd belində qara rəngli kəmər olan göy rəngli cins materialdan şalvar və 1 ədəd qara rəngli gödəkcə, Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd qara rəngli şalvar, 1 ədəd xallat, 1 ədəd büzqalter, 1 ədəd tuman və 1 ədəd pul kisəsi hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə 343 (üç yüz qırx üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi İsmayıl oğluna 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini tbrətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını həbsxanada çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 356.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli şalvar, bir ədəd bozumtul rəngli tuman, bir ədəd bozumtul rəngli mayka, bir ədəd uzunqol kofta, bir cüt qara rəngli ayaqqabı, bir cüt qara rəngli corab və təqsirləndirilən şəxs X5 məxsus bir ədəd qara boz rəngli uzunqol sviter, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qısaqol mayka, bir ədəd tünd göy rəngli gödəkçə, həmçinin 01 ədəd qara rəngli olmaqla qatlanan tipli bıçaq hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə 343 (üç yüz qırx üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi İsmayıl oğluna 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-859/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-859/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver