Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-859/2021 29.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçılar X2, Zərərçəkmiş şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs 31 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi ev 2, mənzil 25-də qeydiyyatda olub, həmin ünvanda da yaşamış, hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs2 taxta biznesi ilə məşğul olduğunu, ona həmin biznesə şərik edəcəyini, 10 gün müddətinə RF-dan gətirəcəyi tikinti materialı olan taxta məmulatlarının satışından əldə edəcəyi puldan ona əlavə qazanc verəcəyini yalandan vəd verib aldadaraq, 2020-ci ilin may ayının axırlarında Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evin qarşısında 20.000 ABŞ dolları məbləğində pulu aldıqdan sonra, 2020-ci ilin aprel ayında ondan aldığı puldan qalmış 2.000 ABŞ dolları da həmin məbləğin üzərinə hesablayaraq, cəmi 22.000 ABŞ dollarının manata məzənnəsi ilə 37.400 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən “Likana” şirkəti ilə bağlanmış müqavilə əsasında altı vaqon taxta məmulatları gətizdirəcəyini yalandan vəd edib aldatmaqla, sonuncudan 2020-ci ilin may ayının əvvəllərində saat 20:00 radələrində ünvan 2 ünvanın qarşısında manatın məzənnəsi ilə 51.000 manat nisbətində 30.000 ABŞ dolları, qardaşı Şahid1 vasitəsi ilə 20 may 2020-ci il tarixdə təxminən saat 12:00 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" (Azərbaycan) ASC-nin 3 saylı Elmlər filialının qarşısında 17.789 manat, 21 may 2020-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanın qarşısında milli valyuta məzənnəsi ilə 34.000 manat nisbətində 20.000 ABŞ dolları, 08 iyun 2020-ci il tarixdə təxminən saat 16:00 radələrində ünvan 5 ünvanın yaxınlığında manatın məzənnəsi ilə 23.800 manat nisbətində 14.000 ABŞ dolları məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 126.589 manat ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs1 ümumilikdə 74.000 ABŞ dolları, manatla nisbətdə 126.589 manat pulunun onda olmasını təsdiq edir, lakin o, nə Elçini, nə də Muradı aldatmamışdır. O, onların pulunu etibarından sui-istifadə və aldatma yolu ilə alıb ələ keçirməmişdir. Onlar birgə bizneslə məşqul olmuşlar. Pandemiya düşdü. İşləri alınmamışdır. O da onların pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş zərəri qəbul edir, həmn zərəri də ödəmək istəyir. Hazırda buna maddi imkanı olmadığı üçün ödəməni təmin edə bilmir. O, heç kimə qarşı dələduzluq etməmişdir. O, istintaqın ilkin mərəhələsində verdiyi izahatları və ifadələri ilə razı deyildir. O, həmin ifadə və izahatlarını oxumayaraq imza atmış, öz xətti ilə yazdığı ifadəni isə müstəntiqin diktəsi ilə yazmışdır. Ona qarşı verilən mülki iddiaları qəbul etmir, lakin onlara dəymiş zərəri ödəmək istəyir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib göstərmişdir: « O, Zərərçəkmiş şəxs1 ilə 2018-ci ildən bizneslə məşqul olmuşdur. O, 2016-cı ildə Zərərçəkmiş şəxs1 bir neçə dəfə borc pul alıb qaytarmışdır. Elçin 2018-ci ilin təxmini yanvar-fevral aylarında onun telefon biznesində problemləri olduğunu və onunla iş birliyinə girmək təklifini irəli sürmüşdür. Yəni, o, ondan aldığı pulun müqabilində aylıq olaraq faizlərini ona ödəyəcəyini bildirmişdir. O da onun təklifi ilə razılaşmışdır. Birinci dəfə 2018ci ilin əvvəlində Səbail rayonu Badamdar qəsəbəsində Elçin ona 14000 (on dörd min) dollar vermişdir. Həmin pulun müqabilində o, Elçinə hər ay 500 dollar pul verməli olmuşdur. Belə ki, bir taxta vaqonun Bakıya Nərimanov rayonu ərazisində yerləşən X10 Stansiyasına gəlib çıxması maya dəyəri olaraq 14000 min ABŞ dollarına başa gəlirdi. O, isə hər vaqondan təxminən 700-800 ABŞ dolları qazanc əldə etmişdir. Ona ayda bir neçə vaqon taxta gəldiyinə görə ümumi hesabla o, gəlir əldə edə bilmişdir. Odur ki, o, işləməyə başlamış və onun hesabına vaqonu Bakıya gətizdirib ona 3-4 ay ərzində onunla razılaşdıqları kimi aylıq 500 ABŞ dollar vermişdir. Sonra Elçin bildirdi ki, onun artıq pulu var, banka yatırım etmək istəmir, pul dövriyyədə olsun deyə yenindən ona bir vaqonunda pulunu eyni şərtlərlə vermək istədiyini bildirdi. O da etiraz etməmişdir. Təxminən 2018-ci ilin may-iyun ayında Elçin 14000 ABŞ dolları məbləğində pul verdi. O da Elçinə 28000 (iyirmi səkkiz min) ABŞ dolları əvəzində ayda 1000 (bir min) ABŞ dolları məbləğində gəlir vermişdir. Hər ay o, Elçinə faizləri vaxtı-vaxtında vermiş, hətta elə olmuşdur ki, o, taxta satışından yaxşı xeyir götürdükdə, ona 500 (beş yüz) ABŞ dolları məbləğində artıq pul vermişdir. Belə ki, aylığı verən zaman o, ya Elçinin özü ilə görüşmüş, ya da evlərinə gedib pulu ailəsinə vermişdir. O, ona pulu verən zaman hər hansı bank köçürməsindən istifadə etməmiş, nədə ki, yazılı iltizam almamışdır. Həmin danışıqlar, sms və vatsap proqramında öz əksini tapmışdır. O, 2018-ci ilin əvvəllərindən 2020-ci ilin iyun ayınadək olan dövr ərzində bütün faizləri ödəmişdir. 2020-ci ilin mart ayından pandemiya dövründə iş zəif olduğundan, qazanc əldə edə bilməsə də, vədinə əməl edib ona aylıqlarını əlində olan mayadan ödəmişdir. 2020-ci ilin iyul ayından sonra o, ona aylıq fazi ödəyə bilməmişdir. Pandemiya dövründə o, qazanc əldə edə bilmədiyindən, vaqonları gətizdirə bilməmiş, pul götürə bilmədiyindən əldə olan mayasını xərclədiyindən Elçinə ödənihləri edə bilməmiş, bu səbəbdən də Elçin onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 vermiş olduğu ərizə yalandır. O, ondan 28000 (iyirmi səkkiz min) ABŞ dolları məbləğində pul almışdır. Belə ki, o, yaşadığı Səbail rayonu ərazisində yuxarıda qeyd etdiyi vaxtda, yəni 2018-ci ilin yanvar-fevral və həmin ilin may-iyun ayında, iki dəfəyə ümumilikdə 28000 ABŞ dolları məbləğində pul almışdır. O, ünvan 5 ünvanın ərazisində isə ümumiyyətlə olmamışdır. "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mal alan şirkətdir. Zərərçəkmiş şəxs1la, yəni qardaşı Şahid1la Bakıya gələn vaqon satışı zamanı həmin şirkətə satdığı pulu onlara köçürmə vasitəsi ilə ödəniş etmələri səbəbindən bağlanmış müqavilədir. Belə ki, həmin şirkətə satdığı taxta-şalbanın pulu onlara nağd formada ödədiyinə görə, o müqaviləyə ehtiyac olmamışdır. O, həqiqətən Zərərçəkmiş şəxs2 22.000 ABŞ dolları məbləğində pul almış, lakin o, həmin pulu borca götürmüşdür. Onun Zərərçəkmiş şəxs2 aldatmaq və onu öz biznesinə şərik etmək fikri olmamışdır.» Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, o, xaricdən mobil telefon gətirib satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs təxminən on beş ildir ki, tanımış, onunla uşaqlıq dostu olmuşdur. Emin “Baksol” yolunda taxta və dikt alveri ilə məşğul olurdu. 2017-2018-ci illərdə o, Eminin təklifi ilə onun biznesinə pul qoymuş, həmin işdə xeyri olmuşdur. Emin ondan taxta və dikt almaq üçün iki dəfə, birinci dəfə 20.000 ABŞ dolları, ikinci dəfə isə 17.000 ABŞ dolları almışdır. Həmin pulu qaytararkən 20.000 dolların üstündə 400, 17000 dolların üstündə isə 340 dollar ona qazanc vermişdir. Lakin, həmin vaxtlar o, Elçinin biznesi ilə yaxından tanış olmamış və həmin biznes barədə heç bir anlayışı olmamışdır. Onun öz biznesi olmuş, yuxarıda qeyd etdiyi pulları Eminə verməkdə məqsədi bir növ onun xahişi ilə ona kömək etmək olmuş, sadəcə özünün deməsinə görə qazanc əldə etdiyi üçün də ona qeyd etdiyi kimi, ümumilikdə 740 dollar qazanc vermişdir. 2020-ci ilin mart ayının ortalarında pandemiya ilə əlaqədar Bakı-Dubay reysləri bağlandığı üçün o, öz biznesini davam etdirə bilməmişdir. Həmin vaxtda da tez-tez Eminlə görüşmüş və təyyarə reyslərinin olmaması ilə əlaqədar işlərinin alınmamasından gileylənmişdir. Emin isə öz biznesinin qaydasında olduğunu, yəni baxmayaraq ki, pandemiya ilə bağlı sərhədlər bağlanmışdır, onun taxtalarının vaqonlarla Bakıya gəldiyini və tikintilərlə əlaqədar daima taxtaya ehtiyac olduğunu deyib Emin ona təklif etdi ki, ona pul versin o, Rusiyadan vaqonlarla taxta gətirib Bakıda satsın, taxtanın hər vaqonunda 700-800 ABŞ dolları qazanc qalacaq və həmin qazancı aralarında bölsünlər. Emin taxta biznesini sırf Rusiyanın Sverdlovsk şəhərində yerləşən tanıdığı “Likana” şirkəti ilə müqavilə əsasında görəcəyini, malları da Bakıya gələndən sonra rəsmiləşdirilib alqı-satqı müqaviləsi əsasında dəyərini köçürmə yolu ilə satılacağını bildirmişdi. Bunun üçün adına VÖEN açılacaq adam tapmaq və həmin şəxsin adından müqavilə bağlamaq lazım olduğunu bildirdi. O da Eminə inanıb öz adına VÖEN açılacaq adam kimi qardaşı Arifin olmasını təklif etmişdir. Emin də əgər VÖEN Arifin adından açılacaqsa hər vaqonda ona 50 dollar hörmət ediləcəyini bildirdi. Bir sözlə o, Eminə inanmış və onun təklifini qəbul etmişdir. Emin taxtanın bir vaqonunun alınma xərci təxminən 10.000 dollar təşkil etdiyini dedi. O, bütün rəsmi müqavilə, yazışma və köçürmələrin Arifin adından olsa da işə bütünlüklə özü nəzarət edəcəyini demişdir. Emin işə başlamaqdan ötrü ilkin olaraq avans kimi “Likana” şirkətinə köçürmək üçün üç vaqon taxtanın pulunun, yəni 30.000 dollar pulu əvvəlcədən köçürmək lazım olduğunu, həmin pulu da 30.000 dollar pulu VTB bankın vasitəsi ilə köçürəcəyini, həmin bankda onun yaxın tanışları olduğunu dedi. Bütün məsələləri danışdıqdan sonra 2020-ci ilin təxminən aprel ayının sonlarında o, qardaşı Ariflə Emini tanış etmişdir. Arifə bütün məsələləri izah etdikdən sonra onun adına VÖEN, Eminin təklif etdiyi bankda hesab açılmasını, “Likana” şirkəti ilə müqavilə bağlanmasını və sair xüsusatlar bildirmişdir. Emin onu ilkin 30.000 dolları verməyi üçün tələsdirmış və artıq üç vaqon taxtanı sifariş verdiyini, taxtaların kəsilib yükləndiyini, pulu göndərmək lazım olduğunu deyirdi. Həmin vaxt onun özündə pul olmamış, buna görə də ona 30.000 borc verməsi üçün dostu və telefon biznesində şəriki olan Şahid2 müraciət etmişdir. İldırıma onun da tanıdığı Eminlə birlikdə taxta biznesi etdiyi üçün ona dörd ay müddətinə qaytarmaq şərti ilə 30.000 dollar borc pul alıb həmin gün axşam saat 20:00 radələrində o, Eminlə Badamdar qəsəbəsində yaşadığı evin yaxınlığında görüşüb İldırımdan aldığı 30.000 dolları ona vermişdir. Emin ona, həmin 3 vaqonun pulunu özü köçürəcəyini, köçürməyə dair çekləri də ona çatdıracağını dedi. Səhəri gün Emin onunla əlaqə saxlayaraq təcili VÖEN açılmasını bildirdi. O, bu barədə qardaşı Arifə demişdir. Eminin sözü ilə və onun tapşırığı ilə qardaşı Arif ilk əvvəl onlayn Xətai rayonu ərazisində yerləşən ASAN xidmətə müraciət etdi. ASAN xidmətə müraciətindən sonra onun adına VÖEN açıldı, «Azercell» şirkətinin müştəri xidmətlərindən Asan imza-müqavilə və nömrə, sonra isə möhür sifariş verib aldı. Arif Eminlə bütün işlərini votsap vasitəsi ilə danışaraq və mesaj yazmaqla həll etdi. Eminin dediyi kimi VTB bankda Arifin adına manat, avro, dollar və rus rublu olmaqla dörd valyutada hesab açılmış, “Likana” şirkəti ilə alqı-satqı müqaviləsi bağlanmış, Arif “Likana” şirkəti ilə danışıqlar aparması üçün öz mailto:arifalekberov1979@mail.ruElektron ünvan elektron poçt ünvanını Eminin vasitəsi ilə “Likana” firmasına göndərmişdir. Bütün bu işlər görülüb başa çatandan sonra Emin ona, artıq hər şey hazır olduğunu və onun nəzarətində olmasını dedi. Bundan sonra, Emin ona, “Likana” şirkətinə əlavə üç vaqon taxtanın da pulunu göndərmək lazım olduğunu, dövriyyənin böyüməsinin lazım olduğunu dedi. O, artıq köçürülmələrin Arifin adından olduğunu bildiyi üçün Eminə, həmin üç vaqon taxta üçüçün ikinci 30.000 dolları Arifə verəcəyini, həminn pulu birlikdə bankdan köçürəcyini dedi. Təxminən 2020-ci ilin may ayının 19-da günorta saatlarında qardaşı Arif Elçinlə onun Yasamalda yaşadığı evin qarşısında görüşdüyünü və ona banka köçürməsi üçün 30.000 ABŞ dolları Elçinə vermişdir. 20 may 2020-ci il tarixdə səhər saatlarında o, Ariflə əlaqə saxlayanda Arif onların “Likana” şirkətinin hesabına pulu hissə-hissə ödəyəcəklərini dedi. Belə olan halda o, Arifə konkret olaraq nə qədər pul köçürüləcəksə Eminə həmin pulu verməyi, qalan pulu qaytarıb ona gətirməsini tapşırmışdır. Həmçinin o, votsap vasitəsi ilə Eminlə əlaqə saxlayaraq ona irad tutmuş, əgər pul hissə-hissə köçürülməlidirsə nə üçün pulu tam halda ondan istədiyi ilə maraqlanmışdır. Emin isə pulu bir dəfəyə deyil hissəhissə, yəni hər vaqonun pulunun ayrılıqda göndərildiyini, əvvəlki 30.000 dolları da o, hissəhissə 3 dəfəyə köçürdüyünü bildirmişdir. Belə olan halda o, Emindən əvvəlki 30.000 dollar pulun üç ədəd çekini istəmişdir. Emin də həmin çekləri ona votsapla göndərəcəyini dedi. Az sonra Arif onunla əlaqə saxlamış və “Likana” şirkətinə bir vaqon malın pulunu-750.000 rubl köçürüldüyünü dedi. Həmin pul Azərbaycan manatı ilə təxminən 17789 manat təşkil edirdi.Bundan sonra Emin votsapla ona həm Arifin adından köçürülən, həm də özünün üç dəfəyə köçürdüyü pulun köçürülmə sənədlərinin fotoşəklini göndərdi. Eminin votsapla ona göndərdiyi həmin üç köçürmə sənədinə baxdıqda orada bankın möhürünü və imzasını gördüyü üçün şübhələnməmiş və əmin olmuşdur ki, Emin həmin köçürmələri həqiqətən də bank vasitəsi ilə etmşdir. Həmin sənədlərə görə Eminin səmimiyyətinə tamamilə əmin olmuşdur. Həmin günün axşamı Ariflə görüşmüş və o, 30.000 dollardan yerdə qalan pulu ona qaytarmışdır. Emin onunla əlaqə saxlamış və iki vaqonun pulunu ona verməsini, həmin pulu “abnaliçka” yolu ilə “Likana” şirkətinə çatdıracağını dedi. O, nə üçün belə etməli olduğunun səbəbini soruşanda o, “Likana” şirkətrində işləyən tanışı özü ödəməni o şəkildə icra olunmasını istədiyini dedi. Onun da Eminə inamı olduğu üçün onun təkidi ilə 21 may 2020-ci il tarixdə axşam saat 19:00 radələrində onunla Badamdar qəsəbəsində yaşadığı evin yaxınlığında görüşüb 20.000 dollar pulu əlbəəl Eminə vermişdir. Həmin vaxt Emin ona artıq dörd vaqon yükün vurulduğunu, növbəti iki vaqonun pulunu da göndərəndən sonra hamısı bir yerdə altı vaqon şəklində Bakıya gələcəyini dedi. Eminin deməsinə görə vaqonlar may ayının sonu-iyun ayının əvvəllərində Bakıda-Lökbatan qəsəbəsində yerləşən X3caqdır. İyun ayının 3-də Arif onunla əlaqə saxlayaraq VTB bankda olduqlarını, Eminin “Likana” şirkətinə pul köçürmək istədiyini dedi. O, Eminlə əlaqə saxlamış və ödədiyi pulun nə pul olduğunu və nə səbəbə köçürmə etdiyini soruşmuşdur. Emin də dedi ki, özü “Likana” şirkətinə 540.000 rubl köçürmüşdür ki, dövriyyə artsın. Arif həmin 540.000 rublun köçürülməsinə dair çeki ona votsapla göndərdikdə o, sevinmişdir ki, Emin özü də işin, yəni dövriyənin artmasında maraqlıdır. 4 iyun 2020-ci il tarixdə axşam saatlarında Arif onunla əlaqə saxlayıb ona Abşeron loqistika mərkəzində gömrüyün işçisi zəng vurduğunu, adına mal gəldiyini, həmin malı qəbul etməsi üçün səhəri günü oraya yaxınlaşmasını bildirdi. 05 iyun 2020-ci il tarixdə səhər saatlarında X8 logistika mərkəzinə getmiş, az sonra onunla əlaqə saxlayan Arif, onun adına bir vaqonda 105.6 kub taxta gəldiyini, həmin malı qəbul etdiklərini, Eminin gömrük və daşınma xərclərinə 5000 manat pul verdiyiyni, həmin pulların ödənməsinə dair xərcləri sonra ona votsapla “pdf” formatda göndərəcəyini dedi. Səhərisi günü, Emin onlara ilk əvvəl gömrük xərclərinə dair çekləri, yçdörd gündən sonra isə daşınma xərci ilə bağlı Dəmir yol idarəsindən aldığı çeki votsapla “pdf” formatda göndərdi. Bundan təxminən iki-üç gün sonra Emin onunla əlaqə saxlayib əlavə olaraq 14.000 dollar lazım olduğunu dedi. O, bunun səbəbini soruşduqda o, Sverdlovskdakı beş vaqona artıq taxta yüklənildiyini, artıq yüklənmiş taxtalara görə “Likana” şirkətinə pul göndərilməli olduğunu dedi. Həmçinin o, həmin pulu «abnaliçka», yəni «nağdlaşdırma» yolu ilə köçürəcəyini də bildirdi. O, həmin pulu 2020-ci ilin iyun ayının 8-də axşam saat 16:00 radələrində Bakı şəhəri Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yaşadığı evin yaxınlığında Eminə vermişdir. Həmin pulu verən zaman Emin ona, gələn bir vaqon taxtanı Şahid6 "xxxx" MTK tikinti şirkətinə satılacağını, buna görə də həmin şirkətlə müqavilə bağlandığını dedi. Eminin deməsinə görə alqı-satqı müqaviləsindən sonra bank hesabına həmin şirkətdən 29700 manat pul köçürülməli olduğunu dedi. Emin "xxxx" şirkəti ilə Arifin arasında tərtib olunmuş alqı-satqı müqaviləsini hətta Arifə də votsapla göndərmişdi. Arif də həmin müqavilədə özünə aid olan hissəni imzalayıb möhürlə təsdiq etdi. Həmin gündən sonra o, bir neçə dəfə Eminlə əlaqə saxlayaraq pulun köçürülüb-köçürülmədiyini soruşduqda o, bu gün-sabah deyə-deyə hər dəfə də köçürmənin uzandığını bildirirdi. Bundan əlavə o, demək olar ki, hər gün Emindən vaqonların nə səbəbə Bakıya gəlməməsinin səbəbini soruşduqda o, hər dəfə vaqonların iki günə Bakıda olacağını deyirdi. 2020-ci ilin iyun ayının ortalarında, Eminlə danışarkən o, Xaçmazda olduğunu, gələn vaqonlarda problem çıxdığını, həmin problemi həll etdiyini dedi. Onda Eminin fırıldaqçı olduğunu başa düşüb Şahid6la əlaqə saxlayıb öyrənmişlər ki, Emin onunla heç bir alqı-satqı barədə söhbət aparmamışdır. Bundan da sonra onlar «VTB» bankla əlaqə saxlayıb müəyyən etmişlər ki, Eminin votsapla göndərdiyi üç ədəd köçürmə sənədi saxtadır. Onlar da Eminin həmin pulları mənimsəyib, özünə götürdüyünü, həmçinin Bakıya gəlmiş bir vaqon malı da Sadiq adlı taxta alverçisinə satıb pulu özü üçün xərclədiyini bilmişdir. Bakıya gəlmiş bir vaqon malın Emin tərəfindən satılması ilə bağlı vergidən yayınmağa görə vergi orqanından zəng olunaraq qardaşı Arifə xəbərdarlıq edilmişdır. Arif elektron poçtu ilə bir neçə dəfə “Likana” firmasının hesabına köçürülmüş 540.000 rublla bağlı sorğu göndərib nə üçün malların Bakıya göndərilmədiyini soruşmuşlar. Qarşı tərəf də onları narahat etməməyi, şirkətin onlara heç bir borcu olmadığını, köçürülmüş pulun hamısının taxtaya yönəldiyini, həmin pullarla bağlı telefon nömrəsi ***-***-**-** nömrənin sahibi Sadiq adlı şəxslə danışıq aparıb aydınlıq gətirməsini təklif etdilər. Həmçinin həmin cavabda şirkətin nümayəndəsi kimi özünü təqdim edən Nurullah adlı şəxs əlaqə saxlamaq üçün öz +**********5 votsap nömrəsini də yazmışdır. Bundan sonra, o, dəfələrlə Eminlə görüşüb ondan pullarını istəmiş, hər dəfə də Emin onu aldatmışdır. 5 iyul 2020-ci il tarixdə o, şəriki İldırımla birlikdə Badamdar qəsəbəsində Eminin yaşadığı evin yaxınlığında onunla görüşmüşdür. Həmin vaxt onunla Eminin arasında mübahisə oldu. Emin İldırımın yanında 7 iyul 2020-ci il tarixdə vaqonların Bakıda olacağına, əgər vaqonlar gəlməzsə o, ondan aldığı 74.000 dolları qaytarıb verəcəyinə söz verdi, lakin, 7 iyul 2020-ci il tarixdə Eminə zəng etmiş, Emin isə onun telefon zənglərinə cavab vermədi və bundan sonra qaçıb gizləndi. O da Eminin ona qarşı etdiyi dələduzluq əməllərinə görə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Vurulmuş maddi ziyanın 540.000 rubl hissəsi ona istintaqın gedişində ödənilmişdir, qalan məbləğ 113.889 (yüz on üç min səkkiz yüz səksən doqquz) manat təşkil edir. O, həmin məbləğin Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini xahiş edir. O, bu barədə mülki iddia da vermişdir. Həmin iddasını da müdafiə edir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən beş il əvvəl köhnə tanışı Eminin qayınatası Elman vasitəsi ilə tanımışdır. Həmin vaxtdan onların dostluq münasibətləri yaranmışdır, tez-tez əlaqə saxlayıb görüşmüşlər. O, Eminin taxta ticarəti ilə məşğul olduğunu bilmişdir. Emin böyük taxta biznesi olduğunu və yaxşı qazanc əldə etdiyini deyirdi. 2020-ci ilin mart ayında özünə məxsus ünvan 6 ünvanında yerləşən mənzili 132.000 manata satıb özünə yeni mənzil almaq istəmişdir. Həmin vaxt Eminlə görüşəndə ona bu barədə demişdir. Bundan sonra, təxminən həmin ilin aprel ayının əvvəllərində onunla görüşəndə ona taxta biznesində yaxşı qazancın olduğunu deyib ondan bu iş üçün 10.000 ABŞ dolları borca üç-dörd günlüyə pul istəyib yaxın günlərdə qaytaracağını bildirdi. Həmin gün onlar evinin yanında görüşüb ona 10.000 ABŞ dolları pul vermişdir. Təxminən 3-4 gün sonra Emin ona həmin verdiyi 10.000 ABŞ dolları və üstündə şirinlik kimi əlavə 100 manat pulu verdi. Bundan təxminən bir həftə sonra Eminlə bir daha evinin yanında görüşəndə, ondan bir daha borca 15.000 ABŞ dollar istədi, üç gün sonra üstündə ona əlavə 500 manat verməklə qaytaracağını bildirdi. O da ona 15000 dollar vermişdir. Üç həftə sonra Emin 13.000 ABŞ dolları qaytarıb, 2 min dolları isə yaxın günlərdə qaytaracağını bildirdi. Onun Eminə tam inamı yaranmış və heç nədən şübhələnməmişdir. Təxminən üç həftə sonra, 2020-ciu ilin may ayının ortalarında Emin onunla Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Bağlar döngəsi 2 ünvanında yerləşən bərbər işlədiyi yerdə görüşmüşlər. Emin təkrarən taxta biznesi ilə məşğul olduğunu deyib mobil telefonunda ona vaqonlara yüklənmiş taxtaların video çəklişini göstərib Rusiyadan Azərbaycana böyük həcmdə taxta gətizdirdiyini və böyük qazanc əldə etdiyini bildirib onu taxta biznesinə şərik etmək istədiyini bildirib bunun üçün ondan 20.000 ABŞ dolları istəyib razı olacağı təqdirdə ondan götürdüyü puldan qalmış 2000 ABŞ dolları borcunu da həmin pula hesablayıb, ona 10 gün müddətinə əlavə 1.000 manat qazanc verməklə, iki həftə sonra ümumilikdə 22.000 ABŞ dolları məbləğində pulunu və 1.000 manat əlavə pul verəcəyini vəd etdi. O da Eminin sözlərinə inanıb razılıq vermiş və birlikdə yaxınlıqda Badamdard qəsəbəsi Əziz Nəzərov küçəsi 1 saylı kirayə qaldığı evə gedib evdən 20.000 ABŞ dollarını götürüb Eminin avtomobilində Eminə vermişdir. Emin də pulu alıb ona gələn taxta partiyasına şərik olduğunu bildirdi. O, pulu verəndən iki həftədən artıq vaxt keçməsinə baxmayaraq Emin nə ona verdiyi 22.000 ABŞ dolları pulu, nə də vəd etdiyi 1.000 manatı qazancı vermədi. O, dəfələrlə Eminə zəng edib pulla maraqlanmışdır. Emin də hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu taxta biznesini genişləndirmək üçün yönəltdiyini bildirib yaxın vaxtlarda həmin biznesdən əldə edəcəyi qazancdan ona əlavə pul verəcəyini vəd edirdi. Bundan sonra, o, artıq üç ay keçdikdən sonra, o, kirayələrdə qalmış, özünə ev almaq üçün pulunun çatmadığını Eminə dəfələrlə demiş, pulunun qaytarılmasını ondan tələb etmiş, lakin Emin müxtəlif bəhanələrlə görüşməkdən yayınmışdır. O, artıq dözməyərək köhnə dostu, Eminin qayınatası Elmanla görüşmüş, ona Eminin başına gətirdiyi işlər barədə danışmışdır. Elman Eminə zəng edib onu yanına çağırmışdır. Emin təxminən iki saat sonra onun yanına gəldi. Elman Emindən nəyə görə onun pulunu qaytarmadığını soruşub ondan pulu qaytarmağı tələb etdi. Emin həmin pulu taxta biznesinə yönəltdiyini bildirib pulun 18.000 ABŞ dollarını həmin günü, qalan 4.000 ABŞ dolları və üstündə 8.000 ABŞ dolları qazancı yaxın iki gündə qaytaracağına vəd verdi. O, qazancdan imtina etmiş, pulu tez bir zamanda qaytaracığını tələb etmişdir, lakin bu günə qədər Emin ona heç bir məbləğdə pul qaytarmadı, çöldə olanda görüşlərə də gəlmədi, zənglərinə cavab vemədi. Bir ay keçdikdən sonra o, Eminin atası Ənvərin nömrəsini tapıb ona Eminin hərəkətləri barədə danışmışdır. Atası onunla söhbət edəcəyini bildirib ondan bir ay möhlət istəyib sentyabr ayının sonuna qədər Eminin pulu qaytaracağını dedi. O da ona polisə şikayət edəcəyini, onu aldatmasını bildirəcəyini dedikdə, o, darıxmamağı, onun Botanika bağının yanında evi olduğunu, həmin evi onun adına keçirəcəyini və sonra satıb pulunu götürə biləcəyini dedi. Bir ay sonra o, Eminin atası Ənvərə zəng etmiş, pul barədə soruşduqda, o, Eminin pul gətirmək üçün getdiyini bildirdi. O, ondan nə vaxt əlaqə saxlayacağını soruşmuş, o, isə ona kobud şəkildə “sən kimsən, mən səninlə əlaqə saxlayım?” dedi və telefonu bağladı. Bundan sonra o, oktyabr ayının axırlarında axşam radələrində Eminin evinə gedib onunla orada görüşüb pulunun qaytarılmasını tələb etmişdir. Emin ona “nə qədər vaxt gözləyibsən, birinci günə qədər gözlə, birinci gün pulunu qayınatam Elmana verəcəm, o sənə pulunu verəcəkdir» dedi. O da razılaşıb birinci gün, yəni 5 oktyabrda Eminin qayınatası Elmana zəng etmiş və pulu barədə soruşmuşdur. Elman əsəbi şəkildə Eminin ona pul vermədiyini və Eminin Nərimanov RPİ-in əməkdaşları tərəfindən tutulduğunu dedi. O da Nərimanov RPİ-nə getmişdir. Orada ona Eminin barəsində cinayət işinin başlanıldığını və Eminin başqa şəxsi də aldadaraq dələduzluq etməsini dedilər. Emin taxta biznesi ilə məşğul olduğunu, həmin biznesə şərik edəcəyini, on gün müddətinə RF-dan gətirəcəyi taxtanı satıb əldə edəcəyi puldan ona əlavə qazanc verəcəyini yalandan vəd verib onun 22000 (iyirmi iki) min dollarını ələ keçirib. Ona manatla 37.400 ( otuz yeddi min dörd yüz) manat zərər dəyib. O, məhkəməyə həmin məbləğin Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi barəsində mülki iddia vermişdir. O, iddianı da müdafiə edir. Həmin məbləğin də Eminin ödəmə anında məzənnəsinə uyğun tutulub ona ödənilməsini xahiş edir. Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayından tanıyr. Eminlə onu Elçin tanış etmişdir. 2020-ci ilin martaprel aylarında Elçin ona zəng vurub taxta-şalban işi ilə məşğul olmaq istədiyini bildirib bunun üçün ona köməklik məqsədi ilə öz adına VÖEN açmağı tapşırıb bu işi tanışı Eminlə birlikdə edəcəyini, bütün işləri Eminin görəcəyini və taxta-şalbanı Rusiyadan gətirdib Bakıda satacaqlarını bildirdi. Həmin vaxt pandemiya ilə əlaqədar karantin vaxtları idi. O, Elçinin tapşırığı ilə Eminlə ilk dəfə aprel ayının sonlarında yaşadığı Bakı şəhəri D.Bünyadzadə küçəsi 59 saylı evin qarşısında görüşmüşdür. Emin söhbət zamanı Elçinlə birlikdə taxta-şalban alveri edəcəklərini, taxtanı Sverdlovskidəki tanışlarının vasitəsi ilə müqavilə əsasında ucuz qiymətə alıb vaqonlarla Azərbaycana gətirdib Bakıda satacaqlarını, bunun üçün də müqavilə bağlamaq, pul köçürülməsi və sair üçün fiziki şəxs qismində VÖEN açdırmağın lazım olduğunu dedi. O da pandemiya ilə əlaqədar onlayn Xətai rayonu ərazisində yerləşən ASAN xidmətə müraciət etmişdir. ASAN xidmətə müraciətindən təxminən 6-7 gün sonra öz adına VÖEN açdırmış, VÖEN-i alan günü metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən «Azercell» şirkətinin müştəri xidmətlərindən asan imza-müqavilə və nömrə almışdır. Elə həmin gün də üzərində Şahid1 və VÖEN-in nömrəsi yazılacaq möhürü sifariş verib almışdır. Səhəri gün o, Eminin istəyi ilə həmin VÖEN-in və şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib votsapla Eminə göndərmışdır. Eminin deməsinə görə o, həmin sənədlərin əsasında həm «VTB» bankda manat, avro, dollar və rus rublu olmaqla dörd valyutada hesab açdıracağını və Rusiyadan onlarla taxta-şalban alveri edəcək “Likana” şirkəti ilə alqı-satqı müqaviləsi bağlanacağını dedi. Səhəri günü, o, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında yerləşən «VTB» banka getmiş və orada Eminin dediyi kimi adına hesab açdırmış, həmin hesabın açılmasına dair müqavilənin fotoşəkilini çəkmiş və votsap vasitəsilə Eminə göndərmişdir. Səhəri günü isə Emin votsapla ona onunla “Likana” şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsini göndərərək həmin müqaviləni sifarişçi tərəf kimi möhürləyib imzalayaraq ona göndərməsini bildirmişdir. O da Eminin dediyi kimi edərək müqavilənin özünə aid hissəsini möhür və imzası ilə təsdiqləyərək votsap vasitəsi ilə Eminə göndərmişdir. Həmçinin həmin vaxt Eminin istəyi ilə o, öz elektron poçt ünvanını da votsap vastəsi ilə Eminə göndərmişdir. Emin ona, zəruri anlarda “Likana” firması ilə əlaqəni elektron poçt vasitəsi ilə saxlayacağını dedi. Həmin gün Emin onunla əlaqə saxlayaraq, artıq “Likana” şirkəti ilə alqı-satqı müqaviləsinin tam hazır olduğunu, işə başlanılması üçün “Likana” şirkətinə pul köçürmək lazım olduğunu bildirdi. Həmin vaxt Emin bir vaqon taxtanın pulunun 17800 manat, rus pulu ilə isə 750.000 rubl təşkil etdiyini dedi. Onun deməsinə görə onlar üç vaqonun pulunu hissə-hissə köçürməli olmuşlar. O, Eminin sözünü Elçinə deyəndə, Elçin Eminlə özü danışdığını və bank hesabına 30.000 dollar köçürülməli olduğunu bildirdi. 2020-ci ilin təxminən may ayının 12-də günorta saatlarında Elçinlə Yasamalda yaşadığı evin qarşısında görüşmüşlər. Elçin də ona banka köçürmək üçün 30.000 ABŞ dolları verdi, Elçin pulu dostu İldırımdan dörd ay müddətə borc aldığını dedi. 20 may 2020-ci il tarixdə Eminlə danışıb onunla metronun Elmlər Akademiyası yaxınlığında yerləşən «VTB» bankın qarşısında 30.000 dollardan 17789 manatını bankın qarşısında Eminə vermişdir. Emin pulu ondan alandan sonra, artıq onluq bir işin olmadığını o, pulu “Likana” şirkətinə bank vasitəsi ilə özü köçürəcəyini, onun isə sadəcə olaraq bankda sənədləri imzalayacağını dedi. Bundan sonra o, Eminlə birlikdə banka girmiş, öz adından “Likana” şirkətinə 750.000 rus rublunun, təxminən 17.789 manat pulun köçürülməsinə dair tərtib edilmiş sənədlərə qol çəkmiş və ödəmə çekini almışdır. Orada Emin ona bildirmişdir ki, o, bir neçə gün əvvəl Elçinin ona verdiyi puldan üç dəfə köçürmə edib və həmin köçürmə sənədlərini ona votsap vasitəsi ilə göndərəcəkdir. Həmin vaxt Elçinin Eminə qabaqcadan verdiyi pul barəsində onun məlumatı olmamışdır. Eminin sözündən sonra o, Elçinlə əlaqə saxladıqda o, bundan əvvəl avans olaraq işə başlamaq uçun ilkin məbləğ kimi üç vaqon taxtanın pulu kimi Eminə 30.000 dolları vermişdir. Həmin gün də, Emin ona votsapla «VTB» bankla “Likana” şirkətinin hesabına ayrı-ayrılıqda, hər birində 750.000 rublun göstərildiyi çekləri göndərmiş və artıq onun göndərdiyi pulla birlikdə dörd vaqon taxtanın pulu köçürüldüyünü, həmin vaqonların Bakıya gəlməyini gözlədiklərini dedi. Çeklərdən görünürdü ki, həmin köçürmələr 13-14 may 2020-ci il tarixlərdə edilmişdir. O, Eminin votsapla ona göndərdiyi həmin üç köçürmə sənədinə baxdıqda orada bankın möhürünü və imzasını gördüyü üçün heç nədən şübhələnməmiş və əmin olmuşdur ki, Emin həmin köçürmələri həqiqətən də bank vasitəsi ilə etmişdir. Elçinin verdiyi 30.000 dollardan onda qalan hissəsini o, 21 may 2020-ci il tarixdə Elçinin özünə qaytarmışdır. Təxminən 25 may 2020-ci il tarixdə Emin onunla votsap vasitəsi ilə əlaqə saxlamış və Rusiyadan göndərilən malların yolda olduğunu, ayın sonuna, yəni 28-29 may tarixlərində vaqonlar Bakıya gələcəyini, birlikdə Lökbatanda yerləşən Abşeron logistika mərkəzinə gedib malları qəbul edəcəklərini dedi, lakin may ayının axırlarında Elçinlə görüşüb söhbət edərkən o, malların gəlməsinin ləngidiyini, Eminin ona deməsinə görə mallar artıq Dərbənddə olduğunu, iyun ayının əvvəlində Bakıda olacağını dedi. Təxminən 03 iyun 2020-ci il tarixdə səhər saatlarında Emin onunla votsap əlaqəsi yaradıb banka əlavə 540.000 rubl köçürülməli olduğunu və o, bunun üçün banka getməli olduğunu bildirdi. Danışıqdan təxminən bir saat sonra o, VTB banka gəlmişdir. Həmin vaxt Emin bankda idi. O, 540.000 rubl, yəni təxminən 13000- 14000 manat pulun adından “Likana” firmasının hesabına köçürülməsinə dair kassadan verilən çeki imzalamış və həmin pulun köçürülməsinə dair sənədi bankdan götürmüşdür. 4 iyun 2020-ci il tarixdə axşam saatlarında onun istifadəsində olan ***-***-**-** nömrəyə zəng gəlmiş, onunla danışan qadın Abşeron loqistika mərkəzində gömrüyün işçisi olduğunu və adına mal gəldiyini, həmin malı qəbul etməyi üçün səhər oraya yaxınlaşmağını bildirdi. O, həmin zəngdən sonra birbaşa Eminin istifadəsində olan ***-***- **-** nömrəsinə zəng edib ona malın gəlməsi barədə məlumat verdikdə, o, xəbəri olduğunu, səhər birlikdə malı qəbul edib rəsmiləşdirməyə gedəcəyini dedi. 05 iyun 2020-ci il tarixdə səhər saatlarında o, Abşeron logistika mərkəzinə gedib orada bir qədər gözlədikdən sonra Emin də ora gəldi. Həmin vaxt ona Sverdlovskdan gələn taxtanın 105.6 kub metr taxta olması məlum olmuşdur. Bundan sonra, Emin ona gözləməyi tapşırıb, gömrük və daşınma ilə bağlı bəzi rüsum köçürmələrini edib qayıdacağını bildirdi. Bir müddətdən sonra Emin qayıtdı, gömrük və daşınma ilə bağlı bütün məsələləri həll edib rüsumları ödədiyini dedi. Həmin vaxt Emin ona bütün gömrük və daşınma xərclərinə Elçinin ona verdiyi puldan 5000 manat pul verdiyini, həmin pulların ödənməsinə dair xərcləri sonra ona votsapla «pdf» formatda göndərəcəyini dedi. Səhərisi günü, Emin ona ilk əvvəl gömrük xərclərinə dair çekləri, iyun ayının 10-da isə daşınma xərci ilə bağlı Dəmir yol idarəsindən aldığı çeki votsapla “pdf formatda göndərdi. Bundan da təxminən iki-üç gün sonra Elçin onunla görüşərkən, Emin ondan əlavə olaraq 14.000 dollar da pul aldığını və Sverdlovskdan gələn və yolda olan 6-7 vaqon taxtanın gömrük və daşınma xərci üçün həmin pulun lazım olduğunu dedi. 2020-ci ilin iyun ayının təxminən 7-8-də Emin onunla əlaqə saxlayıb gələn bir vaqon taxta, rəhbəri Şahid6 olan "xxxx" MTK tikinti şirkətinə satılacağını, buna görə də həmin şirkətlə müqavilə bağlamaq lazım olduğunu dedi. O, qardaşı Elçinlə əlaqə saxlayıb bu barədə ona deyəndə, Elçin məlumatlı olduğunu, Eminin ona deməsinə görə həmin alqı-satqı müqaviləsindən sonra bank hesabına həmin şirkətdən 29700 manat pul köçürüləcəyini bildirdi. Həmin danışıqdan az əvvəl Emin votsapla ona həmin müqaviləni göndərdi. O, müqavilənin ona aid hissəsinə möhür vurub imzalamışdır. O, həmin müqaviləni imzalayıb möhürləyərkən onun 01 iyun 2020-ci il tarixdə tərtib olunduğunu görmüş və bu barədə Emindən soruşanda o, müqavilənin mal gəlməmişdən əvvəlki tarixdən danışılıb tərtib olunduğunu bildirmişdir. O, müqavilədə özünə aid “Satıcı” yazılan hissəsinin möhürləyib imzalamış və həmin müqaviləni votsapla Eminə göndərmişdir. Həmin gündən sonra o, bir neçə dəfə Eminlə əlaqə saxlayaraq pulun köçürülüb-köçürülmədiyini soruşduqda o, bu gün-sabah deyə-deyə hər dəfə də köçürmənin uzandığını bildirmişdir. 2020-ci ilin iyun ayının ortalarında o, Eminlə sonuncu dəfə danışarkən o, yalandan guya Xaçmazda olduğunu, gələn vaqonlarda problem çıxdığını, həmin məsələnin həll ilə məşqul olduğunu dedi. Onlar da Eminin onları aldadıb pullarını ələ keçirdiyini başa düşüb Şahid6la əlaqə saxlayıb ona Eminin taxta satıbsatmadğını soruşmuşlur. Vüqar da Eminin onunla heç bir alqı-satqı barədə söhbət aparmadığını dedi. Bundan sonra onlar «VTB» bankla əlaqə saxladıqda onun votsapla göndərdiyi üç ədəd köçürmə sənədinin saxta olduğunu, həmin pulların heç bir yerə köçürülmədiyini bilib, onlara Eminin həmin pulları mənimsədiyi, Bakıya gəlmiş bir vaqon malı da satıb pulu özü üçün xərclədiyi məlum olmuşdur. O, öz elektron poçtu ilə bir neçə dəfə “Likana” firmasına firmanın hesabına köçürülmüş 540.000 rublla bağlı sorğu göndərib nə üçün malların Bakıya göndərilmədiyini soruşduqda, firma onları narahat etməməsini, şirkətin onlara heç bir borcu olmadığını, köçürülmüş pulların hamısının taxtaya yönəldiyini, həmin pullarla bağlı ***-***-**-** nömrənin sahibi Sadiq adlı şəxslə danışıq aparıb aydınlıq gətirməsini dedilər. Həmin cavabda şirkətin nümayəndəsi kimi özünü təqdim edən Nurullah adlı şəxs əlaqə saxlamaq üçün öz +**********5 votsap nömrəsini də yazmışdır. Bundan sonra, Elçin dəfələrlə Eminlə görüşüb ondan pullarını istəmiş, Emin isə hər dəfə onu aldatmış, buna görə də Elçin məcbur olub Emin barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Eminlə əvvəllər münasibətləri normal olmuşdur. Onu Rusiyadan Bakı şəhərinə vaqonla taxta gətirən biznesmenlərin taxtalarını sayan işçi kimi tanımışdır. Sonradan isə Eminin taxta gətirib satdığını bilmişdir. Təxminən 2019-cu ilin ortalarında Emin ona Rusiyadan taxta gətirib satmaqla yaxşı pul əldə etdiyini və əgər onu da öz biznesinə şərik edərsə, ona dəyəri 14.000-15.000 ABŞ dollar olan hər taxta vaqonunda 800 manat qazanc verə biləcəyini dedi. O, taxtanı sifariş verdikdən sonra vaqonun Bakıya gəlmə müddətinin on beş gün çəkdiyini dedi. O, Eminin təklifini qəbul edib onun sözü ilə qardaşı Maildən müxtəlif vaxtlarda pul alıb Eminə vermişdir. O da həmin pulu metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən VTB bankdan Rusiyaya taxta aldığı şəxslərə göndərmişdir. O, bir neçə dəfə Rusiyaya taxta gətirib satmaqla hər vaqonda ona təxminən 300-400 manat qazanc vermişdir. Razılaşmaya görə əldə olunan 700-800 manat qazanc aralarında yarıya bölünmüşdür. Bir müddət sonra, Emin ondan başqa da bir neçə şəxsdən də pul almış, həmin pullarla da həyat yoldaşına avtomaşın almış və Nabranda özünə ev tikdirmişdir. Eminlə onun pul aldığı adamlar arasında narazılıqlar da olmuş, həmçinin o, vaqonların gəlmə vaxtını düz deməmişdir. O da ehtiyat etməyə başlamış və qardaşı ilə birlikdə Eminə verdiyi pulları geri almaq qərarına gəlmişdir. O, Emindən verdiyi pulları geri istəyəndə onun ona 28.000 manat pul borcu olmuşdur. O, qaytarmağa nağd pulu olmadığını deyib Badamdar qəsəbəsində yerləşən yeni tikilidən aldığı evini satıb pulunu ödəyəcəyini bildirmişdir. X9 təklifi ilə razılaşmış və Emin bundan sonra özü təklif etmişdir ki, ilk əvvəl həmin mənzili müqavilə əsasında qardaşının adına keçirtsin, sonra isə özü həmin mənzili satıb onlara olan borcunu ödəyəcəkdir. Onlar Emin deyənlə razılaşmış, Emin mənzilini müqavilə əsasında Mailin adına keçirdi. Bundan sonra isə müştəri tapıb həmin mənzili qardaşının iştirakı ilə sataraq onlara olan 28.000 manat borcunu qaytarmışdır. Həmin vaxtdan sonra o, bir daha Eminlə iş görməmiş və ona iş görməsi üçün pul verməmişdir. Bir müddət sonra isə ona, Eminin bir neçə nəfərə taxta gətirib satmaqla qazanc verəcəyini vəd edib aldadaraq həmin şəxslərdən müxtəlif məbləğlərdə pul alıb və həmin pulları öz ehtiyacları üçün xərclədiyini, buna görə də Eminin həbs olunduğunu eşitmişdir. Şahid6 ifadələrində göstərdi ki, o, özü 2018-ci ildən Bakı şəhərində yerləşən "xxxx" MTK”-nın direktorudur. Fərdi qaydada yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. "xxxx" MTK arasında bağlanılmış 01 iyun 2020-ci il tarixli alqi-satqı müqaviləsi onun iştirakı ilə bağlanmamışdır. Müqavilədə göstərilən Şahid1 tanımır, heç vaxtı onunla müqavilə bağlamamışdır. Müqavilə blankı ümumiyyətlə düzgün tərtib edilməmişdi, onlarda belə formatda müqavilə olmamışdır. Həmin blankın yuxarı hissəsində "xxxx" MTK göstərilmiş, sonuncu vərəqdə "xxxx" MMC qeyd olunmuşdur. Bu müqavilədən ümumiyyətlə onun xəbəri olmamışdır. Həmin müqaviləni ilk dəfə o, istintaq zamanı görmüşdür. Müqavilədə onun imzası və MTK-nın möhürü olmamışdır. Onun tərəfindən belə bir müqavilə tərtib edilməmiş və həmin müqavilənin SVENKR” MTK-ya heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə bir institutda təhsil almışdır, münasibətləri olmuşdur. Emin Dərnəgül yolunda taxta alveri ilə məşğul olurdu. O, Emindən 2020-ci ildə tikinti üçün bir neçə dəfə nağd pulla taxta almışdır. Şahid2 ifadələrində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 tanıyır, onunla yaxın dost münasibətində, həmçinin müəyyən biznes sahəsində şərik olmuşdur. Təqsirləndirilən şəxs da tanımış, onunla bir neçə dəfə birgə məclislərdə də iştirak etmişdir. 2020-ci ilin təxminən aprel ayında Elçin ona dostu Eminlə bir yerdə taxta biznesinə qoşulmaq, Sverdlovskdan vaqonla taxta gətirib satmaq istədiyini, həmin işdə hər gələn vaqonda 700 dollar qazanc əldə edə biləcəyini deyib dörd ay müddətində geri qaytarmaq şərti ilə ona 30.000 ABŞ dolları pul lazım olacağını dedi. O, da ona problem olmadığını, lazım olan anda həmin pulu ona verə biləcəyini demişdir. 2020-ci ilin təxminən may ayının əvvəllərində Elçin ona zəng vuraraq borc istədiyi həmin 30.000 dollar pulu ona çatdırmağı bildirdi. Həmin gün axşamüstü saat təxminən 18:00 radələrində o, Elçinlə onun yaşadığı Bakı şəhəri Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində evinin qarşısında görüşüb avtomaşınında ona 30.000 ABŞ dollar vermişdir. Elçin də həmin pulu aparıb Badamdar qəsəbəsində Eminə verəcəyini dedi. 2020-ci ilin iyun ayında o, Elçin və birgə ortaq dostları Qulu Umudovla birlikdə Eminlə birlikdə Badamdar qəsəbəsində yerləşən “Olivye Garden” restoranında olarkən Elçin onların yanında Emindən taxta bizneslərinin nə yerdə olduğunu, mallarının nə vaxt gələcəyini soruşduqda o, hər şeyin qaydasında olduğunu, malların yolda olub gəlib çatmaq üzrə olduğunu dedi. O, həmin söhbət zamanı Eminin yalan danışdığını hiss edib məclis qurtarandan sonra Elçinə təklikdə Eminin yalan danışdığını, onu aldadacağını deyib pulunu Emindən geri istəməsini demişdir. Elçin isə Eminə inandığını, onunla uşaqlıq dostu olduğunu, Eminlə aralarında olan münasibətə görə onu aldadacağına inanmadığını dedi. Həmin vaxt Elçin bildirdi ki, o, Eminə iki dəfə ayrıayrı vaxtlarda 30.000 dollar, 30.000 dollar və bir dəfə 14.000 dollar olmaqla ümumilikdə 74.000 dollar pul verib. Bir müddət sonra, təxminən 2020-ci ilin iyun ayının əvvəllərində Elçinlə görüşəndə o, bildirdi ki, artıq vaqonlardan biri gəlib, yaxın günlərdə həmin bir vaqon malın alqı-satqısını edəcəklər. Həmçinin, həmin söhbət əsnasında Elçin bildirdi ki, işin gedişatı onun və qardaşı Arifin nəzarətindədir. Arifin adına fərdi sahibkar kimi VÖEN açıblar, Arifin bank hesabı ilə alver edirlər, yəni pul taxta aldıqları Sverdlovskdakı şirkətin hesabına köçürülür və Bakıda da taxtaları yenə də alqı-satqı müqaviləsi əsasında bankdakı hesaba köçürülmə yolu ilə edəcəklər. Həmin söhbətdən təxminən 15-20 gün sonra Elçin bildirdi ki, borcunu vaxtında qaytara bilməyəcək, səbəbini soruşduqda o, dedi ki, Emin onu aldadıb, ondan aldığı pulları mənimsəyib. Bakıya gələn bir vaqon malı da ondan gizlin satıb pulunu özünə götürüb. Artıq həmin vaxtdan sonra Elçin israrla Emindən pulunu tələb etməyə başladı. 2020-ci ilin iyul ayının 5-də saat 20 radələrində Elçin və o, Eminin yaşadığı Badamdar qəsəbəsində yerləşən hündür mərtəbəli binanın qarşısında görüşmüşlər. Həmin görüşdə Elçin Eminlə mübahisə etdi və ondan pulunu israrla tələb etdi. Emin Elçindən xahiş etdi ki, iki gün gözləsin, iyul ayının 7-də onun pulunu tam şəkildə qaytaracağını dedi. Elçin də razılaşdı. İki gündən sonra Elçinlə əlaqə saxladıqda o, Eminin yenə də onu aldatdığını deyərək onun barəsində artıq hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəldiyini dedi və bir neçə gündən sonra isə Elçin artıq Emin barəsində Nərimanov rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdi. Şahid4 ifadəsində göstərdi ki, o, Bank VTB-nin Elimlər filialında direktor işləmişdir. Təqsirləndirilən şəxs 2018-ci ildən bir müştəri kimi tanımışdır. Onun Təqsirləndirilən şəxslə heç bir şəxsi münasibəti olmamış, sadəcə bankın müştərisi kimi tanımışdır. Şahid1 da bankın müştərisi kimi tanımış və onunla da heç bir şəxsi münasibəti olmamışdır. 296014 saylı hesab müqaviləsi 07 may 2020-ci il tarixdə VTB bankla fərdi sahibkar Şahid1 arasında bağlanmışdır və müqavilə həqiqi müqavilədir və bu gündə həmin müqavilə öz qüvvəsindədir. Həmin müqavilənin şərtlərinə görə o, bankda öz hesabını aça bilər, bağlaya bilər, hesab üzrə sərəncam verə bilər. 13 və 14 may 2020-ci il tarixli 750.000 rubl pulun RF-na köçürmə ərizləri bankın icraatına daxil olmamışdır, 20 may 2020-ci il tarixli 750.000 rubl və 03 iyun 2020-ci il tarixli 540.000 rubl köçürmə ərizələri isə icra edilmişdir. Həmin ərizə-sənəd bank vasitəsi ilə həyata keçirilmişdir və bankın möhrü ilə təsdiq edilmişdir. 13 və 14 may 2020-ci il tarixli köçürmə ərizələrindəki Bank VTB-nin 4 saylı ştampı olması onu izah edir ki, həmin ərizə Bankın icraatına daxil olmamışdır, təqdim edilmiş sənədlər heç biri banka aid olmamış, sadəcə olaraq həmin ərizələr-blank üzrə pul ödənilmədiyindən əməliyyat həyata keçirilməmişdir. Həmin pul köçürmələrində Təqsirləndirilən şəxs və Şahid1 birlikdə VTB Banka gəlmişlər. Qaydalara əsasən müştəri köçürmə ərizəsi təqdim etdikdən və pulun nağd şəkildə kassa qovşağına mədaxil etdikdən sonra, pulun keçirilməsi təmin olunur. 03 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun iş otağına gələrək, Şahid1 ondan neçə dəfə pul köçürməsini soruşarsa, ona cəmi üç dəfə pul keçirməsini bildirməsini xahiş etmişdir. O isə Eminə rədd cavabı vermiş və cəmi iki dəfə pul köçürməsi edildiyini, kim ona bu barədə müraciət edərsə o, düzünü deyəcəyinii bildirmişdir. O, Təqsirləndirilən şəxs ondan belə bir xahiş etməsinin onun üçün müəmmalı olduğundan o, Şahid1 pulun iki dəfə köçürməsinə dair çıxarışları vermişdir. Şahid5 ifadəsində göstərmişdir ki, o, 2020-ci il mart ayından etibarən bu günə kimi Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən “VTB “ ASC-nin Elmlər filialında operator işləyir. Onun vəzifəsinə müştəriləri qəbul etmək onlara bank xidməti göstərmək daxildir. Eyni zamanda o, bank operatoru kimi, müştərilərin pul köçürmələrini sənədləşdirir. Belə ki, müştəri pul köçürmək istədikdə o, köçürmə ərizəsini kompyuterdə hazırladıqdan sonra həmin blankı 4 saylı ştampla həmçinin imzası ilə təsdiq edir və sonra müştəri kassaya həmin ərizə ilə getməli və pulu köçürməlidir. Əgər pul köçürülmürsə həmin ərizə heç bir əhəmiyyətə malik olmur. İstintaq zamanı o,ona təqdim edilmiş 13 və 14 may tarixli Şahid1 adından pul köçürmə ərizələri ilə tanış olduqdan sonra, həmin tarixlərdə bankda işdə olduğunu, lakin həmin ərizələri tərtib etmədiyini, 4 saylı ştampı vurmadığını və imzaların ona aid olmadığını bildirmişdir. O, yalnız 03 iyun 2020-ci il tarixdə Şahid1 adına pul köçürmə ərizəsini icra etmişdir. Həmin sənəd də heç bir saxtakarlıq yoxdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Şahid1 bankda bir müştəri kimi tanımış və onunla heç bir şəxsi münasibəti olmamamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, sonuncu Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edildiyini, onun pulunu aldığını, taxta biznesinə şərik edəcəyi ilə aldatdığını, onun etibarından sui-istifadə etməklə 22.000 ABŞ dolları milli pul vahidi ilə 37.400 manat pulunu ələ keçirdiyini, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Ələkbərov Elçin Əlizaman oğlu arasında keçirilmiş üzləşdirmə zamanı, sonuncu Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edildiyini, onun pulunu aldığını, taxta biznesinə şərik edəcəyi ilə aldatdığını, onun etibarından sui-istifadə etməklə ümumilikdə 74.000 ABŞ dollar məbləğində pulunu ələ keçirdiyini, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, sonuncu Təqsirləndirilən şəxs tərəfindən onun qardaşı Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edildiyini, onun pulunu aldığını, taxta biznesinə şərik edəcəyi ilə aldatdığını, 20 may 2020-ci il tarixdə VTB-bankın qarşısında ona 17789 manat məbləğində pul verdiyini, onun və qardaşının etibarından suiistifadə etməklə ümumilikdə 74.000 ABŞ dollar məbləğində Zərərçəkmiş şəxs1 aid pulunu ələ keçirdiyini təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarına əlavə olunumuş 19 sentyabr 2020-ci il tarixli Zərərçəkmiş şəxs1 ifadələrinin yerində yoxlanılması protokolundan görünür ki, o, 2020-ci ilin may ayının əvvəllərində ünvan 2 ünvanın qarşısında 30.000 ABŞ dolları, 21 may 2020-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanın qarşısında 20.000 ABŞ dolları, 08 iyun 2020-ci il tarixdə ünvan 5 ünvanın yaxınlığında 14.000 ABŞ dolları məbləğində nağd pulunu aldığını, həmin məbləğdə pullara RF-dan taxta gətirəcəyinə, onu taxta biznesinə şərik edəcəyini bildirdiyini qeyd etmişdir. İfadənin hadisə yerində yoxlanılmasına dair fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarına əlavə olunumuş19 sentyabr 2020-ci il tarixli Şahid1 ifadələrinin yerində yoxlanılması protokolundan görünür ki, 20 may 2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" (Azərbaycan) ASC-nin 3 saylı Elmlər filialının qarşısında 17.789 manat məbləğində pul verdiyini bildirmiş və həmin yeri göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarına əlavə olunumuş 19 sentyabr 2020-ci il tarixli tərtib edilmiş Zərərçəkmiş şəxs2 ifadələrinin yerində yoxlanılması protokolundan görünür ki, 2020-ci ilin may ayının axırlarında Bakı şəhəri, Səbail rayonu, Badmadar qəsəbəsi Bağlar döngəsi 2, Əziz Nəzərov küçəsi 1 saylı fərdi yaşayış evinin qarşısında 20.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs almış və ona yalan vəd verərək taxta biznesinə şərik edəcəyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarına əlavə olunumuş 29 yanvar 2021-ci il tarixli 4/06 saylı audio və videoyazıların məhkəmə ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş dörd ədəd “Kodak” markalı “CD” diskdə və 1 ədəd işlək olmayan üzü ağ rəngli “CD” diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tətbiqi hissədə verilən yazılı mətinlərdə “1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi -Şahid1 “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi-Zərərçəkmiş şəxs2 məxsusdir. Ekspertizaya təqdim olunmuş 4 ədəd “Kodak” markalı “CD” diskdə və 1 ədəd işlək olmayan üzü ağ rəngli CD” diskdə olnan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorların materiallarında fiziki təsir əlamətləri qeydə alınmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında telefon danışıqlarına dair 6 ədəd CD” diskə köçürülmüş səs yazıları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarına əlavə olunumuş 17 fevral 2021-ci il SD-diskə və telefon danışıqlarına və yazışmalarına dair çıxarışlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin çıxarışlarıda qeyd olunan yazışmalarda Təqsirləndirilən şəxs pul verməsi, pulu qaytarmaması, taxta gətirəcəyi, pulun üstünə pul gələcəyi, narahat olmamağı və sair cümlələrin olduğu müəyyən edilmişdir. Telefon danışıqlarında Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlardan görünür ki, Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs, 08,11, 13, 16, 17, 20, 21, 24, 26, 27, 28, 29 iyul 2020-ci il və 01, 02, 03, 05, 11 avqust 2020-ci il tarixlərdə votsap danışıqlarının və yazışmalarının fləş karta və həmin diskdən köçürülmüş ağ kağız vərəqələrinə köçürülmüş yazışmalarda Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs pul verməsi, taxta işinə şərik edəcəyini, pulu qaytarmaması, taxta gətirəcəyinə, taxtanın yolda olduğunu, həmin taxta məmulatlıarının fotoşəkillərinin göndərilməsi, narahat olmamağı və sair cümlələrin olduğu müəyyən edilmişdir. Həmin qeyd olunan tarixlərdə telefon danışıqların və yazışmların məzmunu mühüm əhəmiyyət kəsb etdiyindən həmin disklər, fləş kart, danışıqlara və yazışmalara aid çıxarışlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş VTB-banka aid 3 ədəd 13 və 14 may 2020-ci il tarixli pul köçürmə ərizələri iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin pullarını onları özünün biznesinə qoşmaq adlı ilə ələ keçirməsini müzakirə edib hesab edİr ki, o, bunu bir üsul kimi istifadə edib zərərçəkmişləri aldatmiş, əslində onun zərərçəkmişləri biznesinə qoşmaq niyyəti olmamışdır. Məhkəmədə də bunun əksi sübuta yetirilmədi. Məhkəmə onun öz fəaliyyətini bizneslə əlaqələndirməyə cəhd etməsini öz əməlinin cinayət hüquqi müstəvisindən mülki hüquq müstəvisinə keçirməyə cəhd kimi qiymətləndirir, lakin məhkəmənin qənəaətinə görə onun bu cəhdinin hüquqi və fakt əsası yoxdur. Çünki o, ittiham olunduğu əməli törədərkən öz əməlinin əsas mahiyyətini gizlətmək üçün məzmunu həqiqətə uyğun gəlməyən müqavilə hazırlamış, hüquqi əhəmiyyəti olmayan bank sənədlərindən istifadə etmiş, bankdan öz fəaliyyətini gizlətmək üçün həqiqətə uyğun olmayan məlumatlar almağa cəhd etmişdir. Bununla da o, öz hərəkətlərinin əsl məqsədini pərdələməyə cəhd etmişdir. Məhkəmə, yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənatinə gəlir. Bu səbəbdən də məhkəmə, onun ittihamı inkar etməyə yönələn ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. İstintaq orqanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli tamah niyyəti ilə törətdiyini göstərmişdir. Məhkəmə, həmin halı müzakirə edib qeyd edir ki, dələduzduq əməli başqasının əmlakını ələ keçirməyə istiqamətləndiyindən əməl özü özlüyündə müəyyən mənfəət əldə etməyə yönəlir. Tamah da mənfətin tərkib hissəsi olduğundan dələduzluğun tamah niyyəti ilə törədilməsi kimi göstərilməsi, ehtiva olunan niyyətin təkrarən nəzərə alınması olardı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan «tamah niyyəti» ifadəsinin xaric olunmasını əsaslı sayıb, həmin ifadələri ittihamdan xaric edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsüf olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəlir və onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəza növünü müəyyən edərkən onun ittiham olunduğu cinayət əməlinin xarakterini, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin törədilmə şəraitini, onun şəxsiyyətini nəzərə alıb onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş «VTB» banka aid ərizə müqavilələri, «votsap» yazışmalarının və telefon danışmalarına dair disklər, fləş kart, telefon danışmalarına dair çıxarışlar və bir ədəd disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə, ibtdai istintaq zamanı fonoskopik ekspertizanın keçirilməsinə 300(üç yüz) manat pul xərcələndiyi müəyyən olundu. Məhkəmə həmin xərci dövlət büdcəsi hesabına ödənilməsi, ödənilmiş məbələğin məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünki onu bu ödəmədən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı iddia qaldırıb sonuncunun hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş 22000 (iyirmi iki min) ABŞ dolları məbləğndə zərəri ödəniş anında Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqda Təqsirləndirilən şəxs oğlundan tutulub ona ödənilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən 37.400 (otuz yeddi min dörd yüz) manat məbələğində zərər vurulması sübuta yetirildi. Bu səbəbdən də məhkəmə Zərərçəkmiş şəxs2 mülki iddiasının qismən təmin edilib 37.400 ( otuz yeddi min dörd yüz) manatın Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinin təmin edilməsini, iddianın ödəniş anında Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsini nəzərə alınmsı barədə qərara alınması hissəsinin baxılmamış saxlanılmasını və ödəmə anında fərq yaranarsa, zərərəçəkmiş şəxsin mülkiprosessual qaydada müstəqil şəkildə məhkəməyə müraciət etmək hüququnun olmasnın ona izah edilməsini əsaslı sayır. Məhkəmədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı iddia verib sonuncunun hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş zərərin ödənilməmiş hissəsini təşkil edən 113889 (yüz on üç min səkkiz yüz səksən doqquz) manatın Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin 113889 (yüz on üç min səkkiz yüz səksən doqquz) manatının ödənilməməsi sübuta yetirildi. Bu səbəbdən də məhkəmə, Zərərçəkmiş şəxs1 mülki iddiasının təmin edilib 113889 (yüz on üç min səkkiz yüz səksən doqquz) manatın Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini əsaslı sayır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, 05 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, 07 oktyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının əvvəlini onun şübhələi şəxs qismində tutulduğu 05 oktyabr 2020-ci il tarixdən hesablanmasını və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və onun cinayət məsuliyyətinə cəlb edilməməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki azyaşlı uşağının olması, ittiham olunduğu əməl barəsində qismən etrafedici ifadələr verib, əməlindən peşiman olması müəyyən olundu. Məhkəmədə onun cəzasını ağırlaşdıran hal myəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın olmamasını, cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 5 oktyabr 2020ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş 22000 (iyirmi iki min) ABŞ dollarını ödəniş anında Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi barəsindəki mülki iddiası qismən təmin edilsin, ona dəymiş zərərin 22000 (iyirmi iki min) ABŞ dolları 37.400 ( otuz yeddi min dörd yüz) manata ekvivalent olması nəzərə alınıb 37.400 ( otuz yeddi min dörd yüz) manat Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddianın ödəniş anında Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmsı barəsindəki hissəsi baxılmamış saxlanılsın və ödəmə anında fərq yaranarsa, Zərərçəkmiş şəxs2 mülki-prosessual qaydada iddianın bu hissəsi ilə bağlı müstəqil şəkildə məhkəməyə müraciət etmək hüqunun olması ona izah edilsin. Məhkəmədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş zərərin ödənilməmiş hissəsini təşkil edən 113889 (yüz on üç min səkkiz yüz səksən doqquz) manatının Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi barəsində mülki iddiası təmin olunsun, Təqsirləndirilən şəxs 113889 (yüz on üç min səkkiz yüz səksən doqquz) manat tutulub Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş «VTB» banka aid ərizə müqavilələr, «votsap» yazışmalarının və telefon danışmalarına dair disklər, fləş kart, telefon danışmalarına dair çıxarışlar və bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına fonoskopik ekspertizanın keçirilməsinə xərcələnmiş 300 (üç yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-859/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-859/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver