Məhkəmə qərarları › İş №1(101)-859/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-859/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-859/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, M.Maqomayev küçəsi, ev 11-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri, M.Maqomayev küçəsi, ev 19-da yaşamış,, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1986-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3, korpus 108, ev 78-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri, Ramiz Sadıqov küçəsi, ev 29-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 46,646 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 6,937 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib əvvəlcədən danışıb razılaşdıqları kimi həmin narkotik vasitə heroini və psixotrop maddə metafetamini aralarında bölüşdürərək 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,703 qram, 0,311 qram, 0,398 qram, 0,310 qram və 0,372 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 20,094 qram olan narkotik vasitə heroini satmaq üçün özünə götürüb üzərində saxlayaraq daşımış, qalan 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 26,552 qram olan narkotik vasitə heroini və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 6,937 qram olan psixotrop maddə metafetamini əvvəlcədən danışıb razılaşdıqları kimi satmaqdan ötrü Təqsirləndirilən şəxs2 götürüb üzərində saxlayaraq daşımış, 10 noyabr 2021-ci il tarixdə saat 5:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bakı Olimpiya” Stadionunun yaxınlığındakı “Socar” yanacaqdoldurma məntəqəsinin qarşısında özlərini şübhəli apardıqları üçün həmin ərazidə xidmət aparan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post- Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən hər ikisi saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, orada onların üzərində aparılmış şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin və psixotrop maddə metafetamindən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,703 qram, 0,311 qram, 0,398 qram, 0,310 qram və 0,372 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 20,094 qram olan narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkcənin sol yan cibindən, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 26,552 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 6,937 qram olan psixotrop maddə metafetamin Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona Bakı şəhərində kiminləsə görüşməli olduğunu bildirmiş, buna görə də Təqsirləndirilən şəxs2la birlikdə 9 noyabr 2021-ci il tarixdə Xaçmaz rayonundan Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə çatdıqda xalası oğluna məxsus olan etibarnamə əsasında idarə etdiyi avtomobilin faralarında problem yaranmışdır. Bakı şəhərində olan zaman şəhəri tanımadığı üçün avtomobili Emin idarə etmişdir. “Socar" YDM-nin yanında faralarda yaranmış problemi aradan qaldırmaq üçün atomobildən düşmüşlər. Bu zaman polis əməkdaşlarının onlara yaxınlaşdığını görmüşlər. Bundan sonra polis əməkdaşları onların üzərini yoxlamağa başlamışdır. Həmin vaxt üzərində 2 büküm olmaqla təxminən 0,3 qram tiryək və 0,5 qram psixotrop maddə metafetamin, həmçinin gödəkcəsinin sağ yan cibində 1 ədəd özünə məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan “Redmi Note 8” markalı mobil telefonu olmuşdur. Polis əməkdaşları üzərində olan narkotik maddələri aşkar etdikdən sonra onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində isə üzərinə əlavə 5 büküm qoyularaq həmin bükümlərin özüə məxsus olduğunu bildirməyini tələb etmişlər. Təzyiq altında olduğu üçün məcbur qalıb videoçəkilişlə aparılan şəxsi axtarış zamanı 5 ədəd bükümdə narkotik vasitə heroinin ona məxsus olduğunu bildirmişdir. Müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satılması ilə bağlı xahişlər edilməsi ilə əlaqədar olan mesajları kimə yazdığını və ona həmin mesajları kimin yazdığını xatırlamır. Ola bilsin ki, tanışlarından kimsə ondan əvvəllər çəkmək üçün narkotik vasitə və ya psixotrop maddə istəmiş, o da hədiyyə kimi vermişdir. Lakin həmin şəxsləri tanımır. Xaçmaz rayonunda yaşamışdır. Bakı şəhərini tanımadığı üçün avtomobili Təqsirləndirilən şəxs2 idarə etmişdir. Polis əməkdaşları onları gecə saat 12-1 radələrində tutmuşlar. İran İslam Respublikası vətəndaşını tanımır, onda İran İslam Respublikası vətəndaşının mobil telefon nömrəsi olmamışdır. Etibarnamə əsasında idarə etdiyi avtomobil xalası oğluna məxsus olmuşdur. Avtomobilə keçirilən baxışda iştirak etməmiş, buna görə də avtomobildən nə aşkar olunduğunu bilməmişdir. Tutulan zaman üzərində olan tiryək və metafetamini şəxsi istifdəsi üçün əldə etmiş, satmaq, yaxud da kiməsə pay vermək fikri olmamışdır. Heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır.Tutulduqları gün Eminin üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmadığını bilməmişdir. Təqsirləndirilən şəxs2 ona heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, Eminin narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Şəxsi axtarış amanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs2 avtomobili olmadığından Bakıya getmək üçün ondan kömək istəmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsində ümumi çəkisi 20,094 qram olan 5 ədəd bükümdə narkotik vasitə heroin onun üzərindən aşkar edilərək götürülmüşdür. Belə ki, 9 noyabr 2021-ci il tarixdə saat 19:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, tanışı İran İslam Respublikası vətəndaşı ilə onlayn, yəni internet vasitəsilə danışaraq narkotik vasitə və psixotrop maddə sifariş etmişdir, həmin maddələri Bakı şəhərinə gedərək İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürməlidir. Təqsirləndirilən şəxs2 ona təklif edərək bildirmişdir ki, əgər o da pul qoysa, narkotik vasitə və psixotrop maddələrdən daha çox alarlar və istifadə edərlər. O da Eminlə razılaşmışdır. Onun 300 manat, Eminin isə 350 manat pulu olmuş, Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq 600 manat dəyərində narkotik vasitə heroin, 50 manat dəyərində isə şüşə, yəni psixotrop maddə metafetamin istədiklərini bildirmiş, İran İslam Respublikası vətəndaşı da razılaşmış və Eminə bank kartının nömrəsini göndərmişdir ki, pulu həmin karta köçürdükdən sonra ona desinlər və həmin maddələri qoyduğu yeri onlara desin. Həmin məqsədlə Eminlə birlikdə Xaçmaz rayonu, Çarxı kəndinə getmiş və orada yerləşən mağazalardan birində olan ödəniş terminalları vasitəsilə həmin kartın hesabına 650 manat pul keçirmişlər. Bundan sonra X12 Respublikası vətəndaşı ilə danışmış və o bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələri qoyduğu yerdən götürmək üçün Bakı şəhəri ərazisinə gəlmək lazımdır. O da Eminlə birlikdə idarə etdiyi “Qaz 2931” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmiş, avtomobili Emin idarə etmişdir. Bakı şəhərinə çatdıqdan sonra Emin həmin şəxslə yenidən əlaqə saxlamış və tanımadığı İran İslam Respublikası vətəndaşı ona həmin kütlələri Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Araz” marketin yanında bir yerə qoyduğunu deyərək həmin yeri tərif etmiş və Eminin mobil telefonuna narkotik vasitə və psixotrop maddələri qoyduğu yerin şəklini göndərmişdir. Onlar həmin məlumatlar əsasında saat 4:00 radələrində qeyd olunan yerə getmişlər. Suraxanı rayonunda olan “Araz” marketin yanına getmişlər və Emin avtomobildən düşərək İran İslam Respublikası vətəndaşının narkotik vasitə və psixotrop maddələri gizlətdiyi yerə yaxınlaşaraq götürmüşdür. Bundan sonra oradan uzaqlaşmışlar. Yolda olarkən Emin bükümlərdən bir qədər böyük orta ölçülü bükümdə olan narkotik vasitə heroini və 1 ədəd bükümdə olan psixotrop maddə metafetamini götürmüş, qalan bir ədəd orta ölçülü və 4 ədəd xırda bükümlərdə olan “kakos”u, yəni narkotik vasitə heroini ona vermişdir. Emin 350 manat verdiyi üçün şüşə, yəni metafetamini özü götürmüşdür. Onlar Bakı şəhəri, Sabunçu rayonunda magistral yolda yerləşən “Socar” YDM-nın yanına gəlmiş və Emin avtomobili orada saxlamışdır. Eminlə razılaşmışlar ki, elə orada həmin narkotik vasitə heroindən özləri bir qədər istifadə etsinlər. Həmin məqsədlə onlar avtomobildən yerə düşmüş və bu zaman iki nəfər xidməti formada post patrul xidməti əməkdaşları onlara yaxınlaşıb bir qədər sorğu sual etdikdən sonra onların üzərlərində narkotik vasitə və psixotrop maddə olduğu üçün onlardan yayınmağa çalışmış, polis əməkdaşları da onlardan şübhələnərək onları 12-ci polis şöbəsinə dəvət etmişlər. 12-ci polis şöbəsində Emin və o, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, saxlanması və istifadəsində şübhəli bilindikləri üçün şübhəli şəxs kimi tutulmuşlar və vəkil dəvət edilmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış onun istəyinə görə müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoyduğu 5 ədəd bükümdə olan narkotik vasitə heroini və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd özünə məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan “Redmi Not 8” markalı mobil telefonunu təqdim etmiş, bundan sonra həmin bükümlər və mobil telefonunu ayrı-ayrı 2 ədəd zərfdə qablaşdırılmış, o, digər iştirakçılar kimi həmin zərflərin üzərini imzalamışdır. Şəxsi axtarışdan sonra bu barədə protokol tərtib edilmiş və o həmin protokolu da digər iştirakçılar kimi imzalamışdır. Təqsirləndirilən şəxs1 ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən 10 noyabr 2021-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsində aşkar edilən ümumi çəkisi 20,094 qram olan 5 ədəd bükümdə narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edərək üzərində daşımış, satmaq fikri olmamışdır. Ona görə də özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmir. Şübhəli şəxs kimi ifadəsində və təqsirləndirilən şəxs kimi ilkin ifadəsində Təqsirləndirilən şəxs2la birlikdə 9 noyabr 2021-ci il tarixdə Bakı şəhərinə çatdıqdan sonra avtomobildə yatması və yuxudan ayıldıqda artıq Sabunçu rayonu ərazisində olan “Socar” YDM-nin yanında olduğunu bilməsi, bu zaman avtomobilə polis əməkdaşlarının yaxınlaşaraq onları avtomobildən düşürdüb üstlərini yoxlaması, üzərlərində bir şey aşkar edilmədiyi üçün polis əməkdaşlarının avtomobilə baxış keçirərək 1 ədəd içərisində narkotik vasitə olan büküm aşkar etməsi, Təqsirləndirilən şəxs2 həmin bükümün ona məxsus olduğunu bildirməsi, bundan sonra polis əməkdaşlarının onları 12-ci polis şöbəsinə gətirməsi, polis şöbəsində avtomobilə axtarış keçirildikdən sonra bir neçə büküm də aşkar edilməsi, o da bundan sonra həmin bükümlərin içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bilməsi, Təqsirləndirilən şəxs2 həmin bükümlərdən içərisində metafetamin olan bükümün ona məxsus olmasını bildirməsi, digər bükümlərin isə ona məxsus olmadığını bildirməsi, polis əməkdaşlarının da avtomobildən aşkar edilmiş digər bükümlərin onun avtomobilindən aşkar edildiyi üçün həmin bükümlərin ona məxsus olduğunu deməli olduğunu bildirmələri ilə bağlı xüsusatları məsuliyyətdən azad edilə biləcəyini düşündüyü üçün bildirmiş, lakin sonradan düşünmüşdür ki, bu onun üçün çıxış yolu deyildir. Həmçinin Təqsirləndirilən şəxs2 da ilkin ifadəsində baş verənlər barədə səmimi etiraf etmişdir. Bu səbəbdən şübhəli şəxs kimi ifadəsində və təqsirləndirilən şəxs kimi ilkin ifadəsində belə qeyd etmişdir. Lakin hazırkı ifadəsində həqiqəti qeyd edir. İfadəsində qeyd etdiyi İran İslam Respublikası vətəndaşını tanımır, onunla Təqsirləndirilən şəxs2 əlaqə saxlamış, onun mobil telefon nömrəsini də bilmir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini satmaq, yaxud da kiməsə pay vermək fikri olmamışdır. Əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. "xxxx" MMC-dən 1 dekabr 2021-ci il tarixli 25012 nömrəli məktubla göndərilmiş diskə baxış keçirilən zaman müəyyən edilən “YATMAMİSAN QAQAW 25MANAT PULUM VAR GELİM DEYİM”, “Brat 2d 05 kla gotur mehelvizdeyem daniwaq”, “Qaqaw 5 liq verdim verdiyin dawdiya axtarma men Kola demiwdim serf gelmeyib ki”, ***-***-**-** saylı mobil nömrədən “Sen kimicin isdiyirsen elvin biyagda elmani getirmisen el7gile ne xeberdi axı bele ikidene qalib elide ozude tek gel bura gələndə sen ol ikidene qalib tez gelson caticaqsan”, ***-***-**-** saylı mobil nömrəyə “15 X10 Bilersen”, “Brat yol cixiram 1dn otda lazimdi.qardawimsan gelm 1 dq tez deyimde sene. Yoxsa gedim”, “Bratka vezyet gelizdi heresinden yari alinirsa tezbazar gelerdimde” və sair, eləcə də, "xxxx" MMC-dən 09 dekabr 2021-ci il tarixli BKC/LGL/21699/21 nömrəli məktubla göndərilmiş diskə baxış zamanı müəyyən edilən “Qaqawimsan kokdan 1ct de olsa verersende varsa oda. Daw wey veribler vererem sene.baxda brat bidene qaqwuncun neyniye bilsen. Vezyet jeblequjadu bratka”, “Daw weydi indi vrdiler.hemde brat ograwdi men ot dvijin elemirem 1 ilden çoxdu.sen istynde gedib kimnense pul verib alram yoxsa ozmde olmur.brt neynm gelm? Pisem”, “Murad bu meni sehere cixarmayacaq qaqawmsan sene umudem.yari alinmasa 1ct olsa olar.ptdan yaxwi yari gotrersen.bratka gozleyremde” məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satılması ilə bağlı xahişlər edilməsi ilə əlaqədar olan mesajları kimə yazdığını və ona həmin mesajları kimin yazdığını xatırlamır. Ola bilər ki, tanışlarından kimsə ondan əvvəllər çəkmək üçün narkotik vasitə və ya psixotrop maddə istəmiş, o da vermişdir. Lakin həmin şəxsləri tanımır (cild 1, iş vərəqə 250-254). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərində “Tik-tok” sosial şəbəkəsində bir nəfər şəxslə tanış olmuş və həmin şəxs ona İran İslan Respublikası vətəndaşı olduğunu bildirmişdir. Söhbət zamanı həmin şəxsə narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bildirdikdə İran İslan Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxs ona narkotik vasitə və psixotrop maddə sata biləcəyini demiş, o da razılaşmışdır. Hazırda həmin şəxsin adını xatırlamır. 9 noyabr 2021-ci il tarixdə həmin şəxslə yenidən internet vasitəsilə danışanda o bildirmişdir ki, razılaşsalar narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində harasa qoya biləcək. Həmin gün saat 19:00 radələrində Xaçmaz rayonunda olarkən narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs1la görüşüb bildirmişdir ki, bir nəfərlə Bakı şəhərində görüşməlidir, bunun üçün isə avtomobilə ehtiyacı var. Murad da onunla razılaşmışdır. İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq 600 manat dəyərində narkotik vasitə heroin, 50 manat dəyərində isə şüşə, yəni psixotrop maddə metafetamin sifariş vermiş və həmin şəxs bank kartının nömrəsini göndərmişdir ki, pulu həmin karta köçürdükdən sonra ona desin, həmin şəxsə də maddələri qoyduğu yeri ona desin. Həmin məqsədlə Muradla birlikdə Xaçmaz rayonu, Çarxı kəndinə getmiş və orada yerləşən mağazalardan birində olan ödəniş terminalları vasitəsilə həmin kartın hesabına 650 manat pul keçirmişlər. Bundan sonra o həmin İran İslam Respublikası vətəndaşı ilə danışanda, sonuncu narkotik vasitə və psixotrop maddələri qoyduğu yerdən götürmək üçün Bakı şəhəri ərazisinə gəlmək lazım olduğunu demişdir. O da Muradla birlikdə Murada məxsus “Qaz 2931” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə çatdıqda təxminən gecə saat 12-1 radələri olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobilin faralarında problem yaranmış, Muradla avtomobildən düşüb faralarda yaranan nasazlığı aradan qaldırmağa çalışan zaman 2 nəfər xidməti formada post patrul xidməti əməkdaşlarının onlara yaxınlaşdığını görmüşlər. Polis əməkdaşları bir qədər onları sorğu-sual etdikdən sonra üzərlərini axtarmağa başlamışlar. Bu zaman onun üzərindən heçnə aşkar olunmamışdır. Polis əməkdaşları daha sonra avtomobildə axtarış həyata keçirmişlər. Axtarış nəticəsində avtomobildə olan ona məxsus mobil telefononun arxasından 0,5 qram narkotik vasitə heroin aşkar etmişlər. Avtomobildə sadəcə 0,5 qram heroin olmasına baxmayaraq polis əməkdaşları avtomobilə əlavə bükümlər yerləşdirib 1 büküm heroin və 1 büküm metafetamin aşkar etdiklərini demişlər. Bundan sonra onu Sabunçu rayonu 12-ci Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində isə avtomobildən aşkar etdiklərini bildirdikləri bükümləri cibinə qoyaraq videoçəkilişlə üzərinə baxış keçirilən zaman həmin bükümlərin özünə məxsus olduğunu bildirməyini tələb etmişlər. Sağ yan cibindən isə 1 ədəd özünə məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan “Realmi” markalı mobil telefonun aşkar edilmiş və götürülmüşdür. Üzərində olan 0,5 qram narkotik vasitə heroini və İran İslam Respublikası vətəndaşından sipariş verdiyi maddələri satmaq niyyəti olmamışdır. Əsasən, narkotik vasitə axtaran zaman çətinliklə tapdığı üçün İran İslam Respublikası vətəndaşından gələcəkdə şəxsi istifadəsi üçün birdəfəlik artıq miqdarda narkotik maddə sipariş vermişdir. Özündə olan narkotik vasitə və psixotrop maddələrdən kimsə istəyəndə onlara pay vermişdir. Müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satılması ilə əlaqədar xahişlər edilməsi ilə bağlı yazılan mesajları kimə yazdığını və kim tərəfindən ona yazılmasını xatırlamır. Qeyd etdiyi kimi, özündə olan narkotik vasitə və psixotrop maddələrdən kimsə istəyəndə ya pay vermişdir. Buna görə də, ondan narkotik vasitə və psixotrop maddə istəyən şəxslər qeyd olunan məzmunlarda mesajlar yazmışlar. Xaçmaz rayonunda yaşamışdır. Ona məxsus mobil telefonun arxasında şəxsi istifadəsi üçün 0,5 qram narkotik vasitə heroin saxlamışdır. Murad və o, 9 noyabr tarixində Xaçmazdan Bakıya gəlmişlər. Bakıya gəlmələrinə səbəb İran İslam Respublikası vətəndaşının dediyi yerdən sipariş verdiyi maddələri götürmək olmuşdur. İran İslam Respublikası vətəndaşı ilə onlayn, yəni internet vasitəsilə tanış olmuş, sonuncu ilə telefon əlaqəsi saxlasa da, üzünü görməmiş, onun mobil telefon nömrəsini də xatırlamır. Polis əməkdaşları onları gecə saat 12-1 radələrində tutmuşlar. Polis əməkdaşları üzərindən heç nə aşkar etməmişlər. Gündə 0,5 qram olmaqla narkotik vasitə heroin və psixotrop maddə metafetamin istifadə etmişdir. İran İslam Respublikası vətəndaşından narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə sipariş vermişdir. Tutulduqları gün Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddə verməmişdir. Narkotik vasitədən Muradla birlikdə də istifadə etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Ondan narkotik vasitə istəyən şəxslər dostları olmuş, narkotik vasitəni və psixotrop maddəni dostlarına hədiyyə kimi vermişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bir nəfər İran İslam Respublikası vətəndaşı ilə onlayn, yəni internet vasitəsilə tanış olmuş, həmin şəxs ona narkotik vasitə və psixotrop maddə sata biləcəyini dedikdə o, həmin şəxsə həmin maddələrdən sifariş etmiş, lakin Bakı şəhərinə gedərək İran İslam Respublikası vətəndaşının dediyi yerdən malları götürməlidir. O, Murada təklif edərək bildirmişdir ki, əgər istəsə o da pul versin və onlar birlikdə birdəfəlik yaxşı çəkidə narkotik vasitə və psixotrop maddə alsınlar. Murad da onunla razılaşmış və 300 manat pulunun olduğunu bildirmişdir. Onda da 350 manat pul olmuş, belə ki, onlar 650 manat pul düzəltdmişlər. O, İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq 600 manat dəyərində narkotik vasitə heroin, 50 manat dəyərində isə şüşə, yəni psixotrop maddə metamfetamin sifariş vermiş, həmin şəxs də onunla razılaşmış və ona bank kartının nömrəsini göndərmişdir ki, pulu həmin karta köçürdükdən sonra ona desin və həmin maddələri qoyduğu yeri ona desin. Həmin məqsədlə Muradla birlikdə Xaçmaz rayonu, Çarxı kəndinə getmiş və orada yerləşən mağazalardan birində olan ödəniş terminalları vasitəsilə həmin kartın hesabına 650 manat pul keçirmişlər. Bundan sonra, o həmin İran İslam Respublikası vətəndaşı ilə danışmış və o bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələri qoyduğu yerdən götürmək üçün Bakı şəhəri ərazisinə gəlmək lazımdır. O da Muradla birlikdə Murada məxsus “Qaz 2931” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə çatdıqdan sonra o həmin İran İslam Respublikası vətəndaşı ilə yenidən əlaqə saxlamış və həmin şəxs ona həmin kütlələri Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Araz” marketin yanında bir yerə qoyduğunu deyərək onlara həmin yeri tərif etmiş və mobil telefonuna narkotik vasitə və psixotrop maddələri qoyduğu yerin şəklini göndərmişdir. Onlar həmin məlumatlar əsasında saat 4:00 radələrində qeyd olunan yerə getmiş, Suraxanı rayonunda olan “Araz” marketin yanına çatmışlar. O, avtomobildən düşərək İran İslam Respublikası vətəndaşının narkotik vasitə və psixotrop maddələri gizlətdiyi yerə yaxınlaşaraq götürmüşdür. Bundan sonra oradan uzaqlaşmışlar. Yolda olarkən o, bükümlərdən bir qədər böyük orta ölçülü bükümdə olan narkotik vasitə heroini və bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini götürmüş, qalan bir ədəd orta ölçülü və 4 ədəd xırda bükümlərdə olan kokosu, yəni narkotik vasitə heroini Murada vermişdir. Çünki o, 350 manat, Murad isə 300 manat pul vermiş və şüşə, yəni metamfetamin onun olmalı imiş. Onlar Bakı şəhəri, Sabunçu rayonunda magistral yolda “Olimpiya kompleksi”nin yaxılığında yerləşən “Socar” YDM-nın yanına gəlmiş və o, avtomobili orada saxlamışdır. Muradla razılaşmışlar ki, elə orada həmin narkotik vasitə heroindən özləri bir qədər istifadə etsinlər. Həmin məqsədlə onlar avtomobildən yerə düşmüş və bu zaman iki nəfər xidməti formada post patrul xidməti əməkdaşları onlara yaxınlaşıb bir qədər sorğu sual etdikdən sonra onlar üzərlərində narkotik vasitə və psixotrop maddə olduğu üçün onlardan yayınmağa çalışmış, polis əməkdaşları da şübhələnərək onları 12-ci polis şöbəsinə dəvət etmişlər. 12-ci polis şöbəsində Murad və o, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, saxlanması və istifadəsində şübhəli bilindikləri üçün şübhəli şəxs kimi tutulmuş və vəkil dəvət edilmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış onun istəyinə görə müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli gödəkcənin sol yan cibinə qoyduğu 2 ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metafetamini, həmin gödəkcənin sağ yan cibindən 1 ədəd özünə məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan “Redmi” markalı mobil telefonunu təqdim etmiş, bundan sonra həmin bükümlər və mobil telefonu ayrı-ayrı zərflərdə qablaşdırılmış, o, digər iştirakçılar kimi həmin zərflərin üzərini imzalamışdır. Şəxsi axtarışdan sonra bu barədə protokol tərtib edilmiş və o həmin protokolu da digər iştirakçılar kimi imzalamışdır. Təqsirləndirilən şəxs2 ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən 10 noyabr 2021-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsində aşkar edilən ümumi çəkisi 26,552 qram olan 1 ədəd bükümdə narkotik vasitə heroin və çəkisi 6,937 qram olan psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlayıb daşımış, satmaq fikri olmamışdır. Ona görə də özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmir. O özündə olan narkotik vasitə və psixotrop maddələrdən kimsə istəyəndə ya pay vermiş, ya da ki bükümünü 5-10 manata satmışdır. Lakin üzərindən 10 noyabr 2021-ci il tarixdə aşkar edilən narkotik vasitə və psixotrop maddəni isə satmaq üçün deyil, öz şəxsi istifadəsi üçün əldə etmişdir. Yəni satmaq fikri olmamışdır. "xxxx" MMC-dən 14 dekabr 2021-ci il tarixli AZF/LGL-34272/21 nömrəli məktubla göndərilmiş diskə baxış zamanı müəyyən edilən “Revan ne oldu isdeyen var qaqaw gozleyirəm brat”, "Eyer ikidene artigin varsa isdeyen variydi”, “Abas biyax bir apardin yarinin pulunu vermisen qalani hani”, “Gel götür rotmansin içinde Gül'ün yanına atacam”, “Bilirsen bile bile cavab vermirsen gel revangile lomkadasan”, “Ay brat bu ne diye pati 3'5 kolayda 19'2”, “Kola düzdü patinin kloku 3'8 gel ir Allah'a and olsun”, “Elwad menim pulunu vermiyen (söyüş var) bidefe men telmana zeng eliyib soruwacaam birde sen dunen ne dedin aldın sorusacam sen meni ele salmisanda gelin evde neşe verdim her kayığı iletdirsim bele edirler, WUWE LAZİMDİ BİR CET, “sene kimse bereket edende neşe demiwdineleme ayın olsun sene, Sizde adetdi demey tek olsaydın senin malını vericeydim bu aciqdi, “Qaqas men sene hecne deye bilmerem mal alınmıyib alınan kimi xeber”, “bir az pati ver verirdim onu niye demirsen he”, “Qaqas sen ne deyirsen menen alirlarda brat temiz Dobru 3 dene yarım cet eleyir” və s. məzmunda, ***-***-**-** saylı mobil nömrəyə “Emin men sene umid idim axi. Bele niye eledin. Bilmirs3n ne veziyyetdetem men. Sen bikirsen axi nece ehdiyyac var. Bele niye edirsen”, Yeke kisisen zeng vururam acda men xacmazda yoxam zaur lomkadadi imkan varsa biraz verde zaura”, Emin pati tapa bilmedin”, “Emin bizi terefe gelende bidene yarimda getirersen puldan cixarsan Allaha andolsunki mayriyal almağa pul lazim oldu onagore gardasdan incime sonram lazim olar vererem sen hacan gelirse zaur seni gozleyir”, “hardasan qel bizim evin jana bidenede 05 qetir 30 m verecem danisa bilmirem”, “Emin salam.and ola Allaha indi durmuwam ne corni delisen? Pati var? Ay yetm 10m ne pulduki ona gore seni corniye atim yada vermeyim delisene valla”, "Falide ver 5 6 dene mene”, “Bitke kola verde mene yari pati qardawimsan gelde emin”, “Qaqa bir defe et de.sen ol 2gundu agrida galmisam”, “Emin bugun hecne cekmemisem lomka neyivar gelib gelde”, "WUWE LAZİMDİ BİR CET.VARSA GELİB NAXADU GOTURERDİM.BİR CAVAB YAZDA” və s., eləcə də, "xxxx" MMC-dən 09 dekabr 2021-ci il tarixli BKC/LGL/21699/21 nömrəli məktubla göndərilmiş diskə baxış zamanı müəyyən edilən "aqrijiram (söyüş var) pulumda var, vezjet pisdi pulumda var qelende xeber ele”, “Yeke kisisen seherekimi seni gozdemisem dedinki gelirem bir xeber cixmadi emin terezi Lazimdi”, “Emin salam imkan varsa gelim bidene yarim verde pulun axsam vererem”, “Emin bular meni diriyiblere niye bele eliyirsən diyillerki bes soyus soyurduzki çatdırmayan bele olsun nə oldu. Vallah menimde esgim dustuludu düşüblər prinsipə ilisdireceyler meni tələ cvb ver”, “Emin bidene yarim lazimdi gorxma 20manat var”, “Neoldu gelmedin sene kola lazimdi naxadu 10 dene", “brat bidene 05 .10 manata verirsen qaqasva bomusda", “Yeka kisisan bu na harakatdi edirsan a hacan sandan galib pulsuz istamisam hamisa pulvu vermisamda mani lomkada niya qoyursan”, “qoca jiqacaq seni 10 manat vericeq ne qeder dusur verersen ona bir iki tusdu pati verersen”, "qoca qelir java 20 manat vericeq bidene 05 verersen birezde pati”, “Alinmirsa gelim dermani goturum menim vezyetim pisdi iwimde tokulub qalib”, “Yeka kişisan buna harakatdi pulvu veramda heç olmasa çetnan verda 1”, “Manim daha sana sözüm yoxdu emin pulvuda hamişa vermişəm yenada mani hamişa incitmisan vallah sana sözüm yoxdu daha eybi yox emin yarı ayar alındıra bilmirsansa qardaş heç olmasa çetna alındırda lomkadan çixim hara deyirsansa pulvuda verim ora” məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satılması ilə əlaqədar xahişlər edilməsi ilə bağlı yazılan mesajları kimə yazdığını və kim tərəfindən ona yazılmasını xatırlamır. Qeyd etdiyi kimi, o özündə olan narkotik vasitə və psixotrop maddələrdən kimsə istəyəndə ya pay vermiş, ya da ki bükümünü 5-10 manata satmışdır. Ona görə də, ondan narkotik vasitə və psixotrop maddə istəyən şəxslər ona qeyd olunan məzmunlarda mesajlar yazmışlar. İfadəsində qeyd etdiyi İran İslam Respublikası vətəndaşı tanımır, onunla telefon əlaqəsi saxlasa da, üzünü görməmiş, onun mobil telefon nömrəsini də xatırlamır. Təqsirləndirilən şəxs1 şübhəli və təqsirkləndirilən şəxs kimi ilkin ifadəsində göstərdikləri həqiqət deyil, əsl həqiqət onun ifadəsində qeyd etdiyi kimidir. Ola bilsin ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün elə bildirmişdir (cild 1, iş vərəqə 92-95 və 114-115). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsini daşıyır. 10 noyabr 2021-ci il tarixdə saat 5:00 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin xidməti ərazisində 6859 nömrəli avtopatrulla İdarənin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektində yerləşən Bakı Olimpiya Stadionunun yaxınlığındakı “Socar” yanacaqdoldurma məntəqəsinin qarşısında 2 nəfər şəxsin özlərini şübhəli apardığını görüb həmin şəxslərə yaxınlaşmışlar. Onlar tanımadıqları həmin 2 nəfər şəxsə özlərini təqdim edib, şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərinin olmadığını bildirərək özlərini şübhəli aparmağa davam etməklə, onlardan uzaqlaşmağa və yayınmağa çalışmışlar. Həmin şəxslərin bu hərəkətləri onlarda həin şəxslərin üzərlərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet saxladıqları şübhəsi yaratdığından həmin 2 nəfər şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət edərək gətirmişlər. Polis şöbəsinə gedərkən bu barədə polis şöbəsinin növbətçi hissəsinə araşdırmanı aparacaq aidiyyəti əməkdaşa məlumat verilməsi üçün bildirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12-ci polis şöbəsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş və onların hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan 2 vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkillər onlara təqdim olunduqdan sonra hüquq və vəzifələri izah edilmişdir. İlk növbədə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, vəkili ilə birlikdə bu barədə qəbul edilmiş qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı vəkilinin iştirak etməməsini xahiş etmiş və daha sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olub-olmaması soruşulmaqla, varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 bu təklifdən sonra üzərində olan gödəkcənin sol yan cibindən 5 ədəd sellofana bükülmüş kütlələri və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd mobil telefonu təqdim edərək bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə “kakos”, yəni heroin vardır, tanımadığı İran İslam Respublikası vətəndaşı ilə tanışı Təqsirləndirilən şəxs2 danışaraq sifariş vermiş, o da Təqsirləndirilən şəxs2 həmin maddələri almaq üçün 300 manat pul vermiş, İran İslam Respublikası vətəndaşı da həmin maddələri Suraxanı rayonu ərazisində bir yerə qoymuş, o da Təqsirləndirilən şəxs2la birlikdə gedib götürmüş, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılsa da, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 5 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr və mobil telefon ayrı-ayrılıqda 2 ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra eyni qaydada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, vəkili ilə birlikdə bu barədə qəbul edilmiş qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı vəkilinin iştirak etməməsini xahiş etmiş və daha sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olubolmaması soruşulmaqla, varsa təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs2 gödəkcənin sol yan cibindən 2 ədəd sellofana bükülmüş kütlələri və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd mobil telefonu təqdim edərək bildirmişdir ki, həmin bükümlərin birində narkotik vasitə “kakos”, yəni heroin, digər bükümdə isə psixotrop maddə “şüşə”, yəni metafetamin vardır, tanımadığı İran İslam Respublikası vətəndaşının bank kartına o, 350 manat, tanışı Təqsirləndirilən şəxs1 isə 300 manat pul köçürməklə birlikdə almışlar, İran İslam Respublikası vətəndaşı da həmin maddələri Suraxanı rayonu ərazisində bir yerə qoymuş, o da Təqsirləndirilən şəxs1la birlikdə həmin yerdən götürmüş, həm şəxsi istifadəsi üçün, həm də bükümünü 10 manata satmaq məqsədi ilə üzərində saxlayaraq daşımışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılsa da, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metafetaminə bənzər kütlələr və mobil telefon ayrı-ayrılıqda 2 ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 tutulan zaman narkotik vasitənin təsiri altında olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 5 büküm narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən isə 1 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metafetamin aşkar olunmuşdur. Şəxsi axtarış Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə həyata keçirilmiş və videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxslərə özlərini şübhəli apardıqları üçün yaxınlaşmışlar. Təqsirləndirilən şəxslərin hər birinin üzərinə ayrı-ayrılıqda növbəli şəkildə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 6/4971 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 159” möhür əksi, “Təqsirləndirilən şəxs2 üzərindən ...” və s. yazılar və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 6,937 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 26,552 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ), metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir (Qeyd: metafetaminin təmiz çəkisi 6,937 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 6,887 qram, heroinin təmiz çəkisi 26,552 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 26,502 qram cild 1, iş vərəqə 69-73). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 6/4972 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 159” möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən ...” və s. sözlər və imzalar olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,703 qram, 0,311 qram, 0,398 qram, 0,310 qram, 0,372 qram, ümumilikdə 20,094 qram olan maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasftə heroindir. 5 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 20,094 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 19,944 qram cild 1, iş vərəqə 75-79). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 dekabr 2021-ci il tarixli 6/5113 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs2 üzərindən ...” qeydli zərfdəki 1 ədəd bükümdəki narkotik vasitə heroin kütləsi (№1-li obyekt) ilə “Təqsirləndirilən şəxs1 üzərindən ...” qeydli zərfdəki 5 ədəd bükümdə olan heroin kütlələri (2; 3; 4; 5; 6№-li obyektlər) kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir (Qeyd: heroinin təmiz çəkisi 26,502 qram, tədqiqata sərf olundu 0,04 qram, qalıq 26,462 qram, metafetaminin təmiz çəkisi 19,994 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 19,894 qram cild 1, iş vərəqə 216-220). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” protokollardan görünür ki, 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş mobil telefonlara baxış keçirilmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən məlumat aşkar edilməsə də, Təqsirləndirilən şəxs1 məxsus “Redmi Not 8” markalı mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-**, Təqsirləndirilən şəxs2 məxsus “Realme” markalı mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 149-150). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin yaddaşına “WinRAR ZİR" proqramı vasitəsilə “503394737_SMS.txt”, “**********37.txt” və “antenna.xlsx” adlı 3 ədəd fayl yerləşdirilmişdir. “503394737_SMS.txt” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 4.08.2021-ci il tarixdən 10.11.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə “YATMAMİSAN QAQAW 25MANAT PULUM VAR GELİM DEYİM", “Brat 2d 05 kla gotur mehelvizdeyem daniwaq", “Qaqaw 5 liq verdim verdiyin dawdiya axtarma men Kola demiwdim serf gelmeyib ki”, ***- ***-**-** saylı mobil nömrədən “Sen kimicin isdiyirsen elvin biyagda elmani getirmisen el7gile ne xeberdi axı bele ikidene qalib elide ozude tek gel bura gələndə sen ol ikidene qalib tez gelson caticaqsan”, ***-***-**-** saylı mobil nömrəyə “15 X10 Bilersen", “Brat yol cixiram 1dn otda lazimdi.qardawimsan gelm 1 dq tez deyimde sene. Yoxsa gedim”, “Bratka vezyet gelizdi heresinden yari alinirsa tezbazar gelerdimde” və sair müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satılması ilə bağlı xahişlər edilməsi və razılıq verilməsi, pul istənilməsi məzmunda smslər göndərilməsi müəyyən edilmişdir. “**********37.txt” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 02.08.2021-ci il tarixdən 10.11.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan danışıqların tarixi və saatı, eləcə də, müddəti barədə məlumatlar yerləşdirilmişdir. “antenna.xlsx” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 6.08.2021-ci il tarixdən 10.11.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin qeydiyyata alındığı anten dairələri barədə məlumatlar yerləşdirilmişdir. Həmin mobil nömrə 9.11.2021-ci il tarixdə Xaçmaz rayonu, 10.11.2021-ci il tarixdə isə Bakı şəhəri ərazisində olan anten dairəsində qeydiyyata alınmışdır (cild 1, iş vərəqə 193-194). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin yaddaşına “SMS„Tarixçəsi_**********2850_557279493”, “SMS_Tarixçəsi_**********2853__ 557279493”, “SMS_Tarixçəsi_**********2902_556484580”, SMS_Tarixçəsi_ **********2905_556484580”, “Zənglərin~Detallaşması_**********3758 556484580” və “Zənglərin_Detallaşması_**********3816 557279493” adlı 6 ədəd fayl yerləşdirilmişdir. “SMS_Tarixçəsi **********2850 557279493” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 01.08.2021-ci il tarixdən 15.08.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***- ***-**-** saylı mobil nömrəyə “Qaqawimsan kokdan 1 ct de olsa verersende varsa oda. Daw wey veribler vererem sene.baxda brat bidene qaqwuncun neyniye bilsen. Vezyet jeblequjadu bratka”, “Daw weydi indi vrdiler.hemde brat ograwdi men ot dvijin elemirem 1 ilden çoxdu.sen istynde gedib kimnense pul verib alram yoxsa ozmde olmur.brt neynm gelm? Pisem”, “Murad bu meni sehere cixarmayacaq qaqawmsan sene umudem.yari alinmasa 1ct olsa olar.ptdan yaxwi yari gotrersen.bratka gozleyremde” məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satılması ilə bağlı xahişlər edilməsi ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. “SMS_Tarixçəsi **********2853 557279493" adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 07.08.2021-ci il tarixdən 08.08.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrədən “Senen axi birdefede olsun xeyir görmədiniz men sen bizim küçədən öz ün qesce qalxirsanda meni poxa qoymaqa he bir maydan qalxsaydin ne olucaqdi ki hec olmiya mene deseydin men.mawinan iwmin xetirne bir maydan aparardimda menim nomremi niye verirsen elvin ona sen o nece ildi burda yasiyir tapa bilseydi tapardida sen meni özün bile bile palit eliyirsende elvin elmanida götürüb gelib usdume sefi sen bil irsen ki mən onu yaxin biraxmiram niye bilmelidi sen hardan gəlirsə n besdide dahi birdefeliy gec wobeye dede meni" məzmunda smslər göndərilməsi müəyyən edilmişdir. “SMS_Tarixçəsi **********2902 556484580” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 17.09.2021 -ci il tarixdən 28.09.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrədən müxtəlif məzmunda smslər göndərilməsi müəyyən edilmişdir. “SMS_Tarixçəsi **********2905 556484580” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 05.09.2021-ci il tarixdən 10.11.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə “aqrijiram (söyüş var) pulumda var, vezjet pisdi pulumda var qelende xeber ele”, “Yeke kisisen seherekimi seni gozdemisem dedinki gelirem bir xeber cixmadi emin terezi Lazimdi", “Emin salam imkan varsa gelim bidene yarim verde pulun axsam vererem”, “Emin bular meni diriyiblere niye bele eliyirsən diyillerki bes soyus soyurduzki çatdırmayan bele olsun nə oldu. Vallah menimde esgim dustuludu düşüblər prinsipə ilisdireceyler meni tələ cvb ver”, “Emin bidene yarim lazimdi gorxma 20manat var”, “Neoldu gelmedin sene kola lazimdi naxadu 10 dene”, “brat bidene 05 .10 manata verirsen qaqasva bomusda”, “Yeka kisisan bu na harakatdi edirsan a hacan sandan galib pulsuz istamisam hamisa pulvu vermisamda mani lomkada niya qoyursan”, “qoca jiqacaq seni 10 manat vericeq ne qeder dusur verersen ona bir iki tusdu pati verersen”, “qoca qelir java 20 manat vericeq bidene 05 verersen birezde pati”, “Alinmirsa gelim dermani goturum menim vezyetim pisdi iwimde tokulub qalib”, “Yeka kişisan buna harakatdi pulvu veramda heç olmasa çetnan verda 1”, “Manim daha sana sözüm yoxdu emin pulvuda hamişa vermişam yenada mani hamişa incitmisan vallah sana sözüm yoxdu daha eybi yox emin yarı ayar alındıra bilmirsansa qardaş heç olmasa çetna alındırda lomkadan çixim hara deyirsansa pulvuda verim ora” məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satılması ilə bağlı xahişlər edilməsi ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. “Zənglərin_Detallaşması**********3758 556484580” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 05.09.2021-ci il tarixdən 10.09.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin 10.11,2021-ci il tarixdə Bakı şəhəri Suraxanı və Sabunçu rayonu ərazisində olan müxtəlif anten dairəsində qeydiyyatda alındığı müəyyən edilmişdir. “Zənglərin_Detallaşması**********3816 557279493” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 01.08.2021-ci il tarixdən 08.08.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 197-200). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin yaddaşına “SMSTarixçəsi **********0547 775653689”, “SMS_Tarixçəsi___**********0549_ 775653689” və “Zənglərin_Detallaşması_**********1431 ___________________________________________________775653689” adlı 3 ədəd fayl yerləşdirilmişdir. SMS_Tarixçəsi **********0547 775653689” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 05.09.2021-ci il tarixdən 10.11.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***- ***-**-** saylı mobil nömrədən “Revan ne oldu isdeyen var qaqaw gozleyirəm brat”, “Eyer ikidene artigin varsa isdeyen variydi”, “Abas biyax bir apardın yarinin pulunu vermisen qalani hani”, “Gel götür rotmansin içinde Gül’ün yanına atacam”, “Bilirsen bile bile cavab vermirsən gel revangile lomkadasan”, “Ay brat bu ne diye pati 3’5 kolayda 19'2”, “Kola düzdü patinin kloku 3'8 gelir Allah'a and olsun”, “Elwad menim pulunu vermiyen (söyüş var) bidefe men telmana zeng eliyib soruwacaam birde sen dunen ne dedin aldın sorusacam sen meni ele salmisanda gelin evde neşe verdim her kayığı iletdirsim bele edirler”, “WUWE LAZİMDİ BİR CET”, “sene kimse bereket edende neşe demiwdineleme ayın olsun sene”, “Sizde adetdi demey tek olsaydın senin malını vericeydim bu aciqdi”, “Qaqaş men sene hecne deye bilmerem mal alınmıyib alınan kimi xeber", “bir az pati ver verirdim onu niye demirsen he”, “Qaqas sen ne deyirsen menen alirlarda brat temiz Dobru 3 dene yarim cet eleyir” və s. məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satılması ilə bağlı xahişlər edilməsi ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. “SMS_Tarixçəsi **********0549 775653689” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 30.08.2021-ci il tarixdən 10.11,2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə “Emin men sene umid idim axi. Bele niye eledin. Bilmirs3n ne veziyyetdetem men. Sen bikirsen axi nece ehdiyyac var. Bele niye edirsen”, Yeke kisisen zeng vururam acda men xacmazda yoxam zaur lomkadadi imkan varsa biraz verde zaura”, Emin pati tapa bilmedin”, “Emin bizi terefe gelende bidene yarimda getirersen puldan cixarsan Allaha andolsunki mayriyal almağa pul lazim oldu onagore gardasdan incime sonram lazim olar vererem sen hacan gelirse zaur seni gozleyir", “hardasan qel bizim evin jana bidenede 05 qetir 30 m verecem danisa bilmirem”, “Emin salam.and ola Allaha indi durmuwam ne corni delisen? Pati var? Ay yetm 10m ne pulduki ona gore seni corniye atim yada vermeyim delisene valla”, “Falide ver 5 6 dene mene”, “Bitke kola verde mene yari pati qardawimsan gelde emin”, “Qaqa bir defe et de.sen ol 2gundu agrida galmisam”, “Emin bugun hecne cekmemisem lomka neyivar gelib gelde”, “WUWE LAZİMDİ BİR CET.VARSA GELİB NAXADU GOTURERDİM.BİR CAVAB YAZDA” və s. məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satılması ilə bağlı xahişlər edilməsi ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. “Zənglərin_Detallaşması **********1431 775653689” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 16.08.2021-ci il tarixdən 10.11.2021 -ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin 10.11.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı və Sabunçu rayonu ərazisində olan müxtəlif anten dairəsində qeydiyyatda alındığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 201-204). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında Bölmənin baş təhqiqatçısı Elşən Abbasovun xidməti otağına PPXB-nin iki nəfər əməkdaşı və onların yanında bir nəfər şəxs daxil olur. Baş təhqiqatçı Elşən Abbasov özünü təqdim etməklə otağa daxil olan şəxslərin özlərini təqdim etmələrini bildirir. Həmin şəxslərdən biri serjant Abbasov Abbaslı, digəri baş serjant Şükürov, 3-cü şəxs isə Təqsirləndirilən şəxs1 olduğunu bildirir. Baş təhqiqatçı Elşən Abbasov Təqsirləndirilən şəxs1 qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması və daşınması qadağan edilmiş əşya və ya predmetlərin saxlanması və gəzdirilməsində şübhəli bilindiyindən Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 10 noyabr 2021-ci il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirildiyini bildirməklə ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini elan edir. Baş təhqiqatçı Elşən Abbasov Təqsirləndirilən şəxs1 xidməti otaqda üzərinə PPXB-nin əməkdaşlarının iştirakı ilə videoçəkilişlə və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçiriləcəyini izah edir, Təqsirləndirilən şəxs1 bununla bağlı heç bir etirazının olmadığını deyir. Şəxsi axtarış başlanılmazdan qabaq Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs1 da bu təklifdən sonra üzərində olan qara rəngli gödəkcənin sol yan cibindən 5 ədəd sellofana bükülmüş kütlələri və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd mobil telefonu təqdim edərək bildirir ki, həmin bükümlərdə narkotik vasitə “kakos” vardır, tanımadığı İran İslam Respublikası vətəndaşı ilə tanışı Təqsirləndirilən şəxs2 danışaraq sifariş verməklə əldə etmiş, o da Təqsirləndirilən şəxs2 həmin maddələri almaq üçün 300 manat pul vermiş, İran İslam Respublikası vətəndaşı da həmin maddələri Suraxanı rayonu ərazisində bir yerə qoymuş, o da Təqsirləndirilən şəxs2la birlikdə gedib götürmüş, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılsa da, əlavə əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 5 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr və mobil telefon ayrıayrılıqda 2 ədəd zərfdə qablaşdırılır, zərfin üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 tərəfindən imzalanır. Baş təhqiqatçı Elşən Abbasov aşkar edilmiş kütlələrin kimyəvi tərkibi və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspertizasının ekspertizaya göndəriləcəyini izah edir və Təqsirləndirilən şəxs1 heç bir etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və psixoloji zor tətbiq olunmadığını bildirir. Baş təhqiqatçı Elşən Abbasov tərəfindən keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib ediləcəyi bildirilir. Həmçinin, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında Bölmənin baş təhqiqatçısı Elşən Abbasovun xidməti otağına PPXB-nin iki nəfər əməkdaşı və onların yanında bir nəfər şəxs daxil olur. Baş təhqiqatçı Elşən Abbasov özünü təqdim etməklə otağa daxil olan şəxslərin özlərini təqdim etmələrini bildirir. Həmin şəxslərdən biri serjant Abbasov Abbaslı, digəri baş serjant Şükürov, 3-cü şəxs isə Təqsirləndirilən şəxs2 olduğunu bildirir. Baş təhqiqatçı Elşən Abbasov Təqsirləndirilən şəxs2 qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması və daşınması qadağan edilmiş əşya və ya predmetlərin saxlanması və gəzdirilməsində şübhəli bilindiyindən Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 10 noyabr 2021-ci il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞyə gətirildiyini bildirməklə ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini elan edir. Baş təhqiqatçı Elşən Abbasov Təqsirləndirilən şəxs2 xidməti otaqda üzərinə PPXB-nin əməkdaşlarının iştirakı ilə vıdeoçəkilişlə və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçiriləcəyini izah edir, Təqsirləndirilən şəxs2 bununla bağlı heç bir etirazının olmadığını deyir. Şəxsi axtarış başlanılmazdan qabaq Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs2 da bu təklifdən sonra üzərində olan gödəkcənin sol yan cibindən 2 ədəd sellofana bükülmüş kütlələri və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd mobil telefonu təqdim edərək bildirir ki, həmin bükümlərin birində narkotik vasitə “kakos”, digər bükümdə isə psixotrop maddə “şüşə” vardır, tanımadığı İran İslam Respublikası vətəndaşının bank kartına o, 350 manat, tanışı Təqsirləndirilən şəxs1 isə 300 manat pul köçürməklə birlikdə almışlar, İran İslam Respublikası vətəndaşı da həmin maddələri Suraxanı rayonu ərazisində bir yerə qoymuş, o da Təqsirləndirilən şəxs1la birlikdə həmin yerdən götürmüş, həmin şəxsi istifadəsi üçün, həm də bükümünü 10 manata satmaq məqsədi ilə üzərində saxlayaraq daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılsa da, əlavə əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metafetaminə bənzər kütlələr və mobil telefon ayrı-ayrılıqda 2 ədəd zərfdə qablaşdırılır, zərfin üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 tərəfindən imzalanır. Baş təhqiqatçı Elşən Abbasov aşkar edilmiş kütlələrin kimyəvi tərkibi və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspertizasının ekspertizaya göndəriləcəyini izah edir və Təqsirləndirilən şəxs2 heç bir etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və psixoloji zor tətbiq olunmadığını bildirir. Baş təhqiqatçı Elşən Abbasov tərəfindən keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib ediləcəyi bildirilir (cild 1, iş vərəqə 206). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 13 dekabr 2021-ci il tarixli 2971 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövrüdə barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 222-223). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 27 dekabr 2021-ci il tarixli 3086 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 öz əməlinin hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 225-226). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 10 yanvar 2022-ci il tarixli 103 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 227-228). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 10 yanvar 2022-ci il tarixli 111 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 229-230). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 26,462 qram və 19,894 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 6,887 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqə 27-44). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 182). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 14 iyul 2006-cı il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 331-ci maddələri ilə təqsirli bilinib 330 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 8 may 2007-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 184). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs2 hazırkı cinayəti əvvəlki cinayətinə görə cəzasının çəkilməmiş hissəsindən azad edildikdən 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməlini törətməkdə təqsirlidir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 175). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 185). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 noyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 15). İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 128-130). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 noyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 30). İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 131-133). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları 10 noyabr 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 329,7 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 164,85 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 26,462 qram və 19,894 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 6,887 qram olan psixotrop maddə metafetamin məhv edilməli; -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 329.7 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 164,85 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 26,462 qram və 19,894 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 6,887 qram olan psixotrop maddə metafetamin məhv edilsin; -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar