Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-859/2023 31.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri – X4 və X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əməklə məşğul olmuş, orta təhsilli, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 6 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmaqla cəzasını çəkmiş hesab edilmiş, lakin həmin cinayət əməlinə görə məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablanmaqla Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, 271 nömrəli məktəbin həyətyanı sahəsində məskunlaşaraq yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 181.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 may 2023-cü il tarixdə, saat 12:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir.
2. Belə ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında yerləşən “La Liga” adlı oyun klubunun qarşısında Zərərçəkmiş şəxs ondan kluba olan beş manat borcunu istəməsini, bu səbəbdən onu çağıraraq yolundan qaytarmasını, yəni açıq-aşkar cüzi səbəbi bəhanə edərək heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs badalaq verərək yerə yıxıb sol mil sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişməyən sınığı və sol bud-çanaq oynağı nahiyəsinin qançırı kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur.
3. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 280 manat dəyərində olan “Samsung J250” markalı mobil telefonunu ələ keçirmiş, sonuncu əmlakının geri qaytarılmasını tələb etdikdə isə Təqsirləndirilən şəxs qaytarmayaraq özündə saxlamaq məqsədi ilə Zərərçəkmiş şəxs hücum edərək sonuncunun sifət nahiyəsindən yumruq zərbələri ilə qəsdən vurub çənənin sağ mental nahiyəsinin qapalı yerdəyişən sınığı kimi xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaqla basqın edərək quldurluq etmişdir.
4. Məhkəmənin 1 mart 2023, 15 mart 2023, 7 aprel 2023, 3 may 2023 və 24 may 2023-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclaslarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 181.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə təqsirli bilib ifadə verərək göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda isə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını çəkir. Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsindəki beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşən “La Liga” adlı oyun klubuna hərdən gedib istirahət etmişdir. 13 iyul 2022-ci il tarixdə, saat 12 radələrində də həmin kluba getmişdir. Həmin vaxt yanında Fidan adlı qız tanışı da olmuşdur. Çağırdığı taksini qarşılayıb yola salmaq üçün klubdan çölə çıxmışdır. Həmin vaxt klubda işləmiş Orxan onu arxadan çağıraraq əvvəllər kluba 5 (beş) manat borcunun qaldığını demişdir. O isə bir neçə gün əvvəl orada bir ədəd “Coca-cola” içib siqaret almış və 7 (yeddi) manat da pul vermişdir. Bu səbəbdən Orxanın ondan hansı borcunu istəməsini bilməmişdir. Orxan ondan beş manat borcunu tələb edəndə Orxana taksinin onu gözlədiyini, yola salıb geri qayıdacağını izah etmişdir. Lakin Orxan arxadan ona çatıb onun çiynindən kobud surətdə tutaraq çəkmişdir. Buna görə də, o, Orxanın ayağına xüsusi fəndlə badalaq vermiş və Orxan yerə yıxılmışdır. Həmin vaxt onun tanışı olan Fidan adlı qız klubdan çölə çıxdığından o, Orxandan aralanıb həmin qızı klubun içərisində olan otaqlardan birinə aparmışdır. Orxan isə yenidən onun üzərinə gəlmiş, bu səbəbdən o, Orxanı yumruqla vurmuşdur. Nəticədə Orxanın ağzı qanamış və dişi sınmışdır. Sonra orada olan kənar şəxslər Orxanın özünə gəlməsi üçün ona su vermişlər. Həmin vaxt Orxanın mobil telefonu yerə düşərək qırılmışdır. O isə həmin mobil telefonu götürüb, içərisində olan nömrəni çıxararaq Orxana vermiş, mobil telefon isə qırıldığından onu zibil qabına atmışdır. Zərərçəkmiş şəxs yumruqla vuraraq döysə də, onun mobil telefonunu ələ keçirməmişdir. Hadisədən üç saat sonra da, o, həmin klubda olmuş və heç yerə getməmiş, hətta Orxanın atası ilə də mobil telefonla danışmışdır. Zərərçəkmiş şəxs atası ona məsələni aydınlaşdırmaq üçün xəstəxanaya gəlməsini dəvət etmiş, lakin o, maddi imkanı olmadığına görə xəstəxanaya getməmişdir. Əgər Zərərçəkmiş şəxs mobil telefonunu götürmüş olsaydı, klubdan çıxıb gedərdi.
5. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, sonuncu dəfə hadisə günündən üç gün əvvəl həmin klubda olmuşdur. Onun Zərərçəkmiş şəxs əvvəllər işlətdiyi kluba heç bir borcu olmamışdır. O, “Coca-cola” içib siqaret almış və yeddi manat da pul vermişdir. Həmin vaxt onun mobil telefonunun enerji cihazı (adapter) da Orxanda qalmışdır. Orxan onun çiynindən tutub çəkdiyinə görə o, Orxanın ayağından badalaq verərək yerə yıxmışdır. Orxanın yanında bir nəfər adını bilmədiyi şəxs də olmuşdur. Orxan yerə yıxılandan sonra o, Fidan adlı qızı kluba doğru aparanda Orxan yenə üzərinə gələrək onu vurmaq istəmişdir. Buna görə də o, Orxanı yumruqla vurmuşdur. Hesab edir ki, Orxanın onun üzərinə gəlməkdə məqsədi onu vurmaq olmuşdur. Orxanın mobil telefonu yerə düşüb qırıldığından, o, həmin mobil telefonu zibil qabına atmışdır. Həmin mobil telefonun dəyəri təxminən 10-15 manat olardı. Hadisədən sonra Orxanın atası ilə telefonda danışmış və sonuncu ona irad bildirmişdir ki, “Oğlumu vurmusan, amma xəstəxanaya gəlmirsən”, lakin o, xəstəxanaya getməmişdir. Orxanın atası ilə danışarkən sonuncunun mobil telefonla bağlı ona sual verməsini xatırlamır. Orxanla əvvəllər heç bir düşmənçiliyi olmamışdır. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs qırılmış mobil telefonunu özünə götürməmiş, zibil qabına atmışdır. Orxanla dalaşaraq ona xəsarət yetirdiyinə görə peşmandır. Orxanı ondan pulunu istədiyinə görə deyil, onun çiynindən tutub dartaraq kobud davrandığı üçün vurmuşdur. Orxanın telefonunu əlindən zorla almamışdır. Dalaşma zamanı Orxanın telefonu yerə düşərək qırılmış, o isə telefonda olan nömrəni çıxarıb Orxana vermişdir. Telefonu isə qırıldığı üçün zibil qabına atmışdır. Telefonun yerə düşərək qırılmasını orada olan digər şəxslər də görmüşlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən həqiqətin müəyyən edilməsi üçün həmin telefonla bağlı sorğular verilməsini xahiş etdi.
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 6 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxdıqdan sonra Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən beş mərtəbəli binanın birinci mərtəbəsində “La Liga” adlı oyun klubuna hərdən bir gedib istirahət etmişdir. Bir dəfə də kluba 5 (beş) manat borcu qalmışdır. Ancaq özünün də 14 (on dörd) manat dəyərində olan telefonunun enerji doldurucusu (adapter) klubu işlədən şəxsdə, yəni Zərərçəkmiş şəxs qalmışdır. 13 iyul 2022-ci il tarixdə, saat 12 radələrində həmin klubda istirahət etmişdir. Klubdan çıxıb getmək istəyəndə Orxan onu arxadan çağırıb saxlatmış və kluba olan 5 (beş) manat borcunu verməsini demişdir. Orxana taksinin onu gözlədiyini, yola salıb gələcəyini başa salmağa çalışmışdır. Lakin Orxan kobud şəkildə “Mən sənə borcun var deyirəm, sən hara gedirsən” deyərək cavab vermişdir. Orxanın belə deməsi onu özündən çıxartmış və üstünə gedib ona badalaq verərək yerə yıxmışdır. Həmin vaxt hər ikisinin mobil telefonu yerə düşmüşdür. Mobil telefonları yerdən götürəndə Orxan ayağa qalxıb ona müqavimət göstərmək istəmişdir. Buna görə də, onu yumruq zərbələri ilə də vurub döymüşdür. Orxan isə ona heç bir müqavimət göstərə bilməmişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Ətrafda tanımadığı şəxslər olmuşdur. Orxanı döyərək xəsarət yetirdikdən sonra hadisə yerindən çıxıb getmişdir. Zərərçəkmiş şəxs vurub döysə də, onun mobil telefonunu ələ keçirməmişdir. Bu barədə Zərərçəkmiş şəxs göstərdikləri doğru deyildir. (cild 1, i.v. 13; 45-46; 60-61; 127-128)
7. Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixli məhkəmə iclasında ifadəsinə əlavə olaraq göstərdi ki, törətdiyi əməldən çox peşmandır. Özünü müdafiə etmək məqsədi ilə məhkəməyədək icraat dövründə və məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs mobil telefonunu götürmədiyini bildirmişdir. Hazırda isə təsdiq edir ki, Zərərçəkmiş şəxsla dalaşma zamanı özünün mobil telefonu yerə düşərək qırıldığına görə əvəzində Zərərçəkmiş şəxs mobil telefonunu götürərək həmin gün qeyd edilən telefonu “Neftçilər” metrostansiyasının yaxınlığındakı telefon mağazalarından birinə 50 (əlli) manata satmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən cəza təyin edilərkən onun gənc olmasının nəzərə alınmasını xahiş etdi. İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir.
8. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, dostu Şahid2 ilə birlikdə ünvan 1 ünvanındakı beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşən “La Liga” adlı oyun klubunu icarəyə götürüb işlətmişlər. Qısa müddət klubu işlətdikdən sonra işləyə bilmədikləri üçün 4 iyul 2022-ci il tarixdə klubu sahibi Kamala təhvil vermişlər. Klubu ayın axırı tamam olmamış təhvil verdikləri üçün klub sahibi Kamalın onlara borcu qalmışdır. 13 iyul 2022-ci il tarixdə dostu Şahid2 ilə birlikdə Kamalla görüşüb onlara verəcəyi pulu almaq üçün kluba getmişlər. Lakin Kamal klubda olmadığına görə onunla görüşə bilməmişlər və sonuncu rayonda olmasını deyib sabahı gün görüşməyi təklif etmişdir. Kamal ilə danışandan sonra Şahid2 ilə birlikdə klubdan çıxarkən klubu işlətdikləri zaman kluba müştəri kimi gəlib-gedən adının Emil olduğunu sonradan öyrənib bildiyi oğlanın da klubdan çıxdığını görmüşlər. Şahid2 ilə birlikdə klubu işlədəndə Emil kluba gəlib-getmiş və sonuncunun kluba beş manat borcu qalmışdır. Belə ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 4-5 gün əvvəl bir qızla işlətdiyi kluba gələrək otaqlardan birində əyləşmiş, daha sonra onların başı işlərə qarışdığı zaman 15 (on beş) manat pul ödəməli olduğu halda 5 (beş) manat pul qoyub getmişlər və Emil 10 (on) manatı ödəməyərək borclu qalmışdır. Buna görə də, Emilin arxasınca klubdan çölə çıxaraq “Ay qaqaş” deyib Emildən qalan on manat borcunu istəmək üçün onu çağırmışdır. Emil arxaya çevrilib “Qayıdıram” deyib yoluna davam etmişdir. Emili bir dəfə də çağırıb gözləməsini demişdir. Emil isə onların yanına gələrək ona çatan kimi heç bir söz demədən və heç bir səbəb olmadan əlini atıb sol çiynindən tutub dartaraq ayağından badalaq verərək onu vurmuşdur. Buna görə də müvazinətini saxlaya bilməyib yerə yıxılmış və yıxıldıqdan sonra da Emil onu təpiklə vurmaqda davam etdiyi üçün yerdə yıxıldığı halda çapalayaraq özünü müdafiə etməyə çalışmışdır. Emil ayağına vurub onu yerə yıxarkən 400 (dörd yüz) manat dəyərində olan “Samsung J250” markalı mobil telefonu əlindən yerə düşmüşdür. Həmin vaxt Emilin də mobil telefonu yerə düşmüşdür. Emilin eyni markalı mobil telefonu qırılsa da, onun mobil telefonuna heç nə olmamışdır. Şahid2 Emili kənara çəkib ondan ayırmışdır. Emil isə onun və özünün mobil telefonunu yerdən götürüb kluba daxil olmuşdur. Şahid2 ona kömək edib yıxıldığı yerdən qaldırmışdır. Bundan sonra Şahid2 ilə birlikdə Emilin arxasınca kluba daxil olub mobil telefonunu ondan almaq istəmişdir. Emil isə onun telefonunun üstündəki nömrəsini çıxararaq stolun üstünə qoymuşdur. Emili klubda əvvəllər kluba birlikdə gələrkən gördüyü bir qız da gözləmişdir. Emildən mobil telefonunu qaytarmasını tələb etsə də, Emil telefonu qaytarmayaraq şalvarının cibinə qoyub klubdan çıxmışdır. Mobil telefonunu Emildən almaq üçün onun arxasınca klubdan çıxmışdır. Emildən mobil telefonunu geri tələb edəndə sonuncu qəfildən yumruqla sifətinə vurmuş və mobil telefonunu qaytarmadan oradan uzaqlaşmışdır. Orada olan digər şəxslər Emilə baş qoşmamasını ona demişlər. Bundan sonra Şahid2 ilə birlikdə klubdan çıxıb evinə, oradan da aldığı xəsarətlərə görə xəstəxanaya getmişdir. Emil onunla klubdan çöldə mübahisə edib onu vurmuşdur. Emilin onu vurması, yerə yıxması təxminən beş-on dəqiqə davam etmişdir. Hadisə vaxtı ətrafda tanımadığı digər şəxslər də olmuşdur.
9. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Emil onu ilk dəfə vuranda yanında dostu və həmin klubu birlikdə işlətdiyi Şahid2 da olmuşdur. O, yerə yıxılanda Emil onu yerdə olan zaman da vurmuşdur. Amin onları ayırmağa çalışmış və yerə düşmüş mobil telefonunu götürüb ona vermək istəmişdir. Lakin Emil onun mobil telefonunu götürüb cibinə qoyaraq kluba daxil olmuş, sonra onun mobil telefonunun nömrəsini çıxarıb klubdakı masasının üzərinə qoyaraq telefonu isə özü ilə götürüb getmişdir. Emil ona mobil telefonu qırıldığına görə onun telefonunu öz telefonunun əvəzinə götürdüyünü bildirmişdir. Emilin arxasınca gedərək telefonunu geri qaytarmasını tələb edəndə Emil onu yumruqla çənəsindən qəfildən vurmuş və nəticədə çənəsi sınmışdır. Həm onun, həm də Təqsirləndirilən şəxs mobil telefonları “Samsung J250” markalı mobil telefon olmuşdur. O, həmin gün xəstəxanaya gedərkən atası polisə şikayət etmişdir. Emilin götürdüyü telefonunun dəyəri 400-500 manat məbləğində olmuşdur. Belə ki, onun “Samsung J250” markalı mobil telefonunun nağd qiyməti həmin mobil telefonu aldığı dövrdə 280 (iki yüz səksən) manat məbləğində olmuşdur. Lakin o, həmin telefonu nağd deyil, kreditlə aldığına görə ona baha başa gəlmişdir. O bir daha bildirir ki, yerə yıxılarkən həm onun, həm də Təqsirləndirilən şəxs mobil telefonu yerə düşmüş, onun mobil telefonu saz vəziyyətdə olsa da, Təqsirləndirilən şəxs mobil telefonunun qırıldığını görmüşdür. İstintaq dövründə mobil telefonunun “İMEİ” kodunu və zəmanət kitabçasını işi araşdıran müstəntiqə təqdim etmişdir. İstintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs beş manat borcunu tələb etməsini qeyd etməsinə baxmayaraq, həqiqətdə Emilin onlara on manat borcu qalmışdır. Bir daha qeyd edir ki, hadisədən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs 15 (on beş) manat əvəzinə 5 (beş) manat pulu masaya qoyub getmiş, 10 (on) manat məbləğində isə borcu qalmışdır. Nisyə dəftəri onda olduğuna görə Emilin kluba məhz 10 (on) manat borcu olduğunu dəqiq bilir. Təqsirləndirilən şəxs ona dəymiş ziyan kimi həm mobil telefonun dəyərini, həm də 2000 (iki min) manat məbləğində xəstəxana xərclərini, yəni cəmi 2500 (iki min beş yüz) manat məbləğində pul ödənilməsini tələb edir.
10. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona dəymiş ziyandan hər hansı məbləğdə ödəniş etmədiyini, onunla aralarında barışıq olmadığını, lakin bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs gənc olmasını nəzərə alaraq məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş etdi.
11. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələri məhkəmədə verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu olsa da, Təqsirləndirilən şəxs kluba olan borcuna münasibətdə məhkəməyədək icraat dövründə verdiyi ifadələrində həmin məbləğin on manat deyil beş manat olmasını göstərmişdir. Digər hissələrdə isə ifadələr arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir. (cild 1, i.v. 6; 25-26;)
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə dostluq münasibətindədir. Zərərçəkmiş şəxsla birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində notariusun yaxınlığında yerləşən “La Liga” adlanan klubu təxminən 4 iyul 2022-ci il tarixədək icarəyə götürüb işlətmişlər. Qısa müddət klubu işlətdikdən sonra işləyə bilmədikləri üçün klubu sahibi Kamala təhvil vermişlər. 13 iyul 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxsla birlikdə kluba gedərək Kamal ilə görüşüb sonuncuda qalan təxminən 300 (üç yüz) manat məbləğində pullarını almaq istəmişlər. Lakin Kamal ilə görüşə bilməyib klubdan çıxanda əvvəllər kluba müştəri kimi gələn, onlara beş manat borcu qalmış, adının Emil olduğunu sonradan öyrənib bildiyi oğlanın klubdan çıxmasını görmüşlər. Emilin arxasınca klubdan çölə çıxmışlar. Orxan arxadan “Ay qaqaş” deyib Emili çağırmışdır. Emil arxaya çevrilib “Qayıdıram” deyib yoluna davam etmişdir. Orxan Emili təkrarən çağırıb kluba borclu qaldığı beş manat pulu istəyərək “Gözlə” demişdir. Orxanın Emilə yaxınlaşmaqda məqsədi borcu geri istəmək olmuş, Emillə dalaşmaq barədə hər hansı fikri olmamışdır. Emil isə qayıdıb onlara tərəf gəlmiş, Orxana çatan kimi heç bir söz demədən və heç bir səbəb olmadan Orxanın sol çiynindən tutub dartaraq ayağından xüsusi fəndlə badalaq verərək onu yerə yıxmışdır. Emil Orxanı vurmaqda davam etdiyi üçün Orxan da yerdə yıxıldığı halda çapalayaraq özünü müdafiə etməyə çalışmışdır. Orxan yıxılanda onun “Samsung J250” markalı mobil telefonu əlindən yerə düşmüşdür. Həmin vaxt Emili Orxandan ayırıb kənarlaşdırmışdır. O, Orxanın yerə düşmüş mobil telefonunu yerdən götürərək özünə vermiş, Emil isə həmin telefonu Orxanın əlindən almışdır. Belə ki, Emil Orxanın mobil telefonunu götürüb telefonun üstündəki nömrəsini çıxararaq kluba daxil olmuşdur. Orxana kömək edib yıxıldığı yerdən qaldırmış və Emilin arxasınca telefonu geri almaq üçün kluba daxil olmuşlar. Emil telefonun nömrəsini stolun üstünə qoymuşdur. Həmin vaxt klubda bir nəfər qız Emili gözləmişdir. Orxan Emildən telefonunu qaytarmasını tələb etsə də, Emil telefonu Orxana qaytarmamışdır. Emil telefonu cibinə qoyub klubdan çıxıb getmişdir. Onlar da Emilin arxasınca klubdan çıxmışlar. Orxan telefonunu tələb edəndə Emil qəfildən yumruqla Orxanın sifətinə vurmuşdur və mobil telefonu qaytarmadan oradan uzaqlaşmışdır. Orxanla birlikdə klubdan çıxıb evlərinə, oradan isə xəstəxanaya getmişlər. Emilin Orxanı vurması və yerə yıxması təxminən beş-on dəqiqə davam etmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur və onunla eyni ünvanda yaşayır. Oğlu Orxan bir müddət Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində notariusun yaxınlığında yerləşən “La Liga” adlı oyun klubunu icarəyə götürüb işlətmiş, lakin sonra işlədə bilmədiyinə görə klubu sahibi Kamala təhvil vermişdir. 13 iyul 2022-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs evdən çıxıb klubun sahibi Kamaldan 300 (üç yüz) manat məbləğində borcunu almaq üçün Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki “La Liga” adlı kluba gedərək klubun sahibi ilə görüşmək istəmişdir. Həmin gün işdən evə gələndə oğlu Orxanın xəstəxanada olduğunu və çənəsinin sındığını eşitmişdir. Hadisənin necə olduğunu bilmədən klubun sahibi Kamala zəng vuraraq ondan oğlunu niyə görə pul üçün döydürməsini soruşmuşdur. Kamal isə ona məsələni araşdırıb deyəcəyini bildirmişdir. O, Orxanın olduğu xəstəxanaya gedəndən sonra Kamal ona zəng edərək oğlunu döyən şəxsin Emil adlı şəxs olduğunu bildirərək həmin şəxslə onu telefonla danışdırmışdır. O, Emil ilə telefonda danışmış, Emili məsələni aydınlaşdırmaq üçün xəstəxanaya gəlməsini dəvət etmişdir. Lakin Emil xəstəxanaya gəlməyəcəyini bildirdiyindən ona haqqında polis orqanlarına şikayət edəcəyini demiş, sonra isə polis orqanlarına şikayət etmişdir. O, Orxandan “nə baş verdiyini” soruşanda oğlu klubda adını sonradan öyrənib bildiyi Emil adlı oğlandan kluba olan beş manat pulu verməsini istəyərkən sonuncunun onun yanına gəlib çatan kimi heç bir söz demədən və heç bir səbəb olmadan sol çiynindən tutub dartaraq ayağından vurub yerə yıxdığını demişdir. Orxan yıxılarkən “Samsung J250” markalı mobil telefonunun əlindən yerə düşdüyünü, Emilin həmin mobil telefonu yerdən götürüb telefonun üstündəki nömrəsini çıxararaq kluba daxil olduğunu, o da arxasınca kluba daxil olaraq mobil telefonunu almaq istədiyini, Emilin mobil telefonunun nömrəsini stolun üstünə qoyaraq telefonu isə qaytarmayıb cibinə qoyaraq klubdan çıxıb getmək istədiyini, Emilin arxasınca klubdan çıxıb telefonu verməsini tələb edərkən sonuncunun yumruqla onun sifətinə qəfil zərbələr vurub döydüyünü bildirmişdir. Sonradan övladı Orxanın çənəsində və sol mil sümüyündə sınıq xəsarətləri olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs övladının müalicəsi ilə maraqlanmamış, hər hansı maddi yardım etməmişdir. Övladı Orxanın xəstəxana məsrəfləri üçün özü 1200 manat məbləğində pul xərcləmişdir. Orxanın özünün isə əlavə nə qədər xərclədiyini bilmir. Lakin xəstəxanaya təxminən 2000 manat məbləğində vəsait sərf olunduğunu bilir.
14. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 24 may 2023-cü il tarixli iclasda ifadə verərək göstərdi ki, onun istifadəsində olan “Samsung J250” markalı mobil telefonu təxminən 2018-ci ildə "xxxx" MMC-dən altı aylıq kreditlə təqribən 360 manat məbləğində pula almışdır. Həmin mobil telefondan başqa mobil telefonu yoxdur və aldığı dövrdən də həmin mobil telefonu istifadə etmişdir. Onun istifadəsində təxminən 7-8 ildir "xxxx" mobil operatoruna məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. "xxxx" MMC-dən aldığı dövrdən istifadəsində olan “Samsung J250” markalı mobil telefonda məhz həmin nömrəni istifadə etmişdir. Mobil telefonunun “İMEİ” kodunun hazırki iş üzrə Zərərçəkmiş şəxs quldurluqla ələ keçirilmiş mobil telefonunun “İMEİ” kodu ilə eyni olmasını, yəni **********76873 olmasının səbəbini izah edə bilmir. Eyni zamanda ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin məhz hadisədən sonra, yəni 2022-ci ilin iyul ayından etibarən həmin “İMEİ” kod altında işlədilməsini də izah edə bilmir.
15. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 31 may 2023-cü il tarixli iclasda ifadəsinə əlavə edərək göstərdi ki, 24 may 2023-cü il tarixli iclasdan sonra onun istifadəsində olan “Samsung J250” markalı mobil telefonunun “İMEİ” kodu ilə quldurluq yolu ilə ələ keçirilmiş mobil telefonun “İMEİ” kodunun necə eyni olması onu çox narahat etdiyindən, bu barədə özü araşdırma aparmış və müəyyən etmişdir ki, 2022-ci ilin iyul ayında onun istifadəsində olan “Samsung J250” markalı **********35036 “İMEİ” kodlu mobil telefonunu təmi etdirmək üçün qardaşı oğlu X6 vasitəsi ilə həmin telefonu telefon ustasına təmirə vermişdir. Həmin telefon təmiri mağazasının olduğu yerə gedərək məsələ ilə maraqlandıqda ona aydın olmuşdur ki, o, telefonunu təmir üçün ustaya verdikdən sonra hazırki iş üzrə quldurluq yolu ilə ələ keçirilmiş mobil telefonun ana platasından istifadə etməklə onun mobil telefonu təmir edilmiş və nəticədə onun mobil telefonunun “İMEİ” kodu dəyişdirilmişdir. Bu barədə telefon ustası ona heç bir məlumat verməmişdir. Hazırda həmin telefon mağazasının sahibi Şahid4 da məhkəməyə ifadə vermək üçün dəvət etmişdir. Xahiş edir ki, Şahid4 dindirilərək həqiqət aşkara çıxarılsın.
16. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “Neftçilər” metrostansiyasının yaxınlığında, yəni Bakı şəhəri, Qara Qarayev 25/29 ünvanında yerləşən “Uğur Telekom” mağazasında mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olan mağazanın sahibidir. 13 iyul 2022-ci il tarixdə hazırki iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs mağazaya gələrək, “Samsung J250” markalı mobil telefonunu satdığını bildirmişdir. Həmin mobil telefonun ona yalnız ekranı lazım olduğundan onu 50 (əlli) manat məbləğində qiymətləndirərək almışdır. Ekranı özünə götürmüş, mobil telefonun digər hissələrini isə mağazada işləyən Hikmət adlı ustaya vermişdir. Təqsirləndirilən şəxs mobil telefonu alarkən o, həmin telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin mobil telefonu Təqsirləndirilən şəxs alarkən sonuncu şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş və o, həmin sənədi aldığı “Samsung J250” markalı, **********76873 “İMEİ” kodlu mobil telefonun müvafiq “İMEİ” kodu görsənən hissəsinə qoymaqla şəklini çəkmiş, müvafiq jurnalda qeydiyyat aparmaqla şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. Sonradan həmin jurnala baxmış, telefonun 13 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsdən alındığını müəyyən etmişdir. Bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs aldığı “Samsung J250” markalı mobil telefonunun ekranını istifadə etmək üçün götürmüş, ana platasını isə mağazada fəaliyyət göstərən telefon təmirçisinə vermişdir. Şahid3 məxsus “Samsung J250” markalı, **********35036 “İMEİ” kodlu mobil telefonu təmir edən zaman, Təqsirləndirilən şəxs alınmış “Samsung J250” markalı, **********76873 “İMEİ” kodlu mobil telefonun ana platası Şahid3 mobil telefonuna yerləşdirilmiş və nəticədə sonuncuya məxsus mobil telefonun “İMEİ” kodu dəyişmişdir. Lakin bu barədə əhəmiyyətli hesab etmədiyinə görə Şahid3 məlumat verilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
17. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin müstəntiqi, polis mayoru N.H.Məhərrəmov tərəfindən Zərərçəkmiş şəxs 13 iyul 2022-ci il tarixdə xəsarət alması faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır. (cild 1, i.v 1)
18. Zərərçəkmiş şəxs 13 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyliyə ünvanlanmış ərizəsinin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs “La Liga” adlı klubu işlədə bilmədiklərinə görə dostu Amin ilə birlikdə 4 iyul 2022-ci il tarixdə həmin klubu sahibi Kamala təhvil vermiş, 13 iyul 2022-ci il tarixdə klubu işlətmələri ilə bağlı klubun sahibi ilə aralarında olan borc məsələsinə görə kluba getdikdə əvvəllər müştəri kimi tanıdığı şəxsin orada olduğunu görüb ondan kluba qalan beş manat borcunu tələb etmiş, sonuncu isə onu vuraraq döymüş, yerə düşmüş telefonunu götürmüş, telefonunu geri istədikdə isə çənəsindən vuraraq xəsarət yetirmişdir. (cild 1, i.v 4)
19. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 19 iyul 2022-ci il tarixli 824 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs çənənin sağ mental nahiyəsinin yerdəyişən sınığı, sol mil sümüyünün bizvari çıxıntısının yerdəyişməyən sınığı, sol bud-çanaq oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 13 iyul 2022-ci il tarixdə və şəraitdə törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (cild 1, i.v.10-11)
20. Zərərçəkmiş şəxs ərizəsi əsasında müstəntiq N.H.Məhərrəmov tərəfindən Zərərçəkmiş şəxs 19 iyul 2022-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v. 4-5; 18-24)
21. 22 iyul 2022-ci il tarixli “Üzləşdirmədə dindirmə protokolu”ndan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərdiklərini üzləşdirmədə dindirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, i.v. 70-72)
22. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 1 avqust 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən “La Liga” adlanan klubun qarşısıdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərdiyi xüsusatları müdafiəçisi X1 iştirakı ilə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı da əyani şəkildə göstərib təsdiq etmiş və bu barədə protokol tərtib edilərək, fotoşəkillər çəkilməklə cinayət işinə əlavə edilmişdir. (cild 1,i.v.73-75)
23. “Canlı şəxsin əlavə məhkəmə-tibbi ekspertizasının” 11 noyabr 2022-ci il tarixli 16/824 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs çənənin sağ mental nahiyəsinin qapalı yerdəyişən sınığı, sol mil sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişməyən sınığı, sol bud-çanaq oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 13 iyul 2022-ci il tarixdə və şəraitdə törənə bilərdi, dərəcəsinə görə çənənin sağ mental nahiyəsinin qapalı yerdəyişən sınığı və sol mil sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişməyən sınığı hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, sol bud-çanaq oynağı nahiyyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, i.v 103-105)
24. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi “ABC-Telecom“ MMC, “Kontakt Home” online şirkəti tərəfindən verilmiş “Qızıl zəmanət” kitabçasından görünür ki, “Samsung J250” markalı, **********76873 İMEİ kodlu mobil telefon 12 avqust 2018-ci il tarixdə 280 manat məbləğinə satılmışdır. (cild 2, i.v 70)
25. "xxxx" MMC-nin Xüsusi işlər şöbəsinin rəhbəri Elxan Əsgərovun 27 aprel 2023-cü il tarixli 9294 saylı məktubundan görünür ki, **********76873 İMEİ kodlu cihazda 14 iyul 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək olan müddətdə "xxxx" şəbəkəsində Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrə işlədilmişdir. (cild 2, i.v 82-84)
26. "xxxx" MMC-nin Xüsusi işlər şöbəsinin rəhbəri Elxan Əsgərovun 19 may 2023-cü il tarixli 11487 saylı məktubundan görünür ki, Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrə 1 may 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək olan müddətdə **********35030 İMEİ kodlu cihazda istifadə olunmuşdur. (cild 2, i.v 91)
27. "xxxx" MMC-dən 18 may 2023-cü il tarixli məktubla daxil olmuş “CD” diskdəki İMEİ detallaşması çap edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefon nömrələrindən biri olan, ***-***-**-** saylı mobil telefon nömrəsi sonuncuya məxsus olmuş “Samsung J250” markalı mobil telefon cihazının digər, yəni **********768701 İMEİ kodu altında istifadə olunmuşdur. (cild 2, i.v 98-101)
28. "xxxx" MMC-nin direktoru Aris Şıxəliyevin 24 may 2023-cü il tarixli 5152 saylı məktubunda göstərilmişdir ki, Şahid3 ilə "xxxx" MMC arasında ********* saylı, 19 mart 2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi 6 (altı) ay müddətinə bağlanaraq “Samsung J250 Black” markalı, **********35036 imei kodlu mobil telefon Şahid3 299 (iki yüz doxsan doqquz) manat dəyərinə satılmışdır. (cild 2, i.v 110)
29. Şahid3 məhkəməyə təqdim etdiyi istifadəsində olan mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon “Samsung J250” markalı, **********76873 və **********76871 İMEİ kodlu cihazdır. (cild 2, i.v 106-107)
30. Şahid4 məhkəməyə təqdim etdiyi sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, “Samsung J250” markalı, 3571xx/xx/947687/3 və 3571xx/xx/947687/1 İMEİ kodlu mobil telefon 13 iyul 2022-ci il tarixdə AA******* saylı şəxsiyyət vəsiqəsinin sahibi, xx xxxxxxx 1997-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs tərəfindən 50 (əlli) manat məbləğində pul müqabilində “Uğur Telekom” mağazasına satılmışdır. Həmin sənədlərin surətləri çıxarılaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, i.v 112-114,)
31. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 12 avqust 2022-ci il tarixli cavabından, habelə müvafiq hökm və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsi tərəfindən istintaq olunmuş ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 20 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının CPM-in 40.2.2-ci maddəsi ilə bəraətverici əsaslar olmadan həmin cinayət işinin icraatına xitam verilmişdir. (cild 1, i.v 80-81)
32. Həmçinin Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkməsinin əvvəli 1 mart 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli hökmü ilə 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış və Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilmişdir. (cild 1, i.v 80-87; cild 2, 94-96;)
33. Bundan əlavə, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 1(008)-117/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkməsinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın 10 aprel 2023-cü il tarixli 1(008)-117/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü 17 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. (Cild 2, i.v 71-78;)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM-in) 127.1-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir.
35. AR CM-in 127.1-ci maddəsində nəzərdə tutulan əməllər xuliqanlıq niyyəti ilə törədildikdə həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
36. AR CM-in 181.1-ci maddəsinə görə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
37. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır.
38. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra AR CPM-in) 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
39. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır (CM-in 127.2.3-cü maddəsi) və ağır (CM-in 181.1-ci maddəsi) cinayətlər kateqoriyasına aid edilir.
40. AR CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
41. AR CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
42. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi AR CM-in 127.2.3-cü maddəsi ilə cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) ictimai təhlükəli və hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik); b) CM-in 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrin mövcud olmaması; c) sağlamlığın uzun müddətə pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunana ictimai təhlükəli nəticə; ç) əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə. Şərh edilən cinayət maddi tərkibli olmaqla CM-in 127.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına az ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir.
43. Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. ” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir.
44. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ondan borcunu istəməsini, onu çağıraraq yolundan qaytarmasını, yəni açıq-aşkar cüzi səbəbi bəhanə edərək heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs badalaq verərək yerə yıxıb sağlamlığına sol mil sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişməyən sınığı və sol bud-çanaq oynağı nahiyəsinin qançırı kimi xəsarətlər yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və AR CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərərvurma kimi qiymətləndirilmişdir.
45. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı borcunun olmamasını, əksinə zərərçəkmiş şəxsin işlətdiyi klubda ona məxsus on dörd manat dəyərində əmlakının qalmasını, zərərçəkmiş şəxsin onu kobud formada çiynindən tutaraq dartmasını, həmçinin taksinin onu gözləməsini bildirməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ona qarşı kobudluq etməsinə görə Zərərçəkmiş şəxs cəzalandırmaq üçün sonuncuya badalaq verərək xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs kluba on manat məbləğində borcu olmasını göstərməsi, onun özünün məhkəməyədək icraat zamanı ərizə və ifadələri, habelə üzləşmədə dindirmə protokolu, şahidlər Şahid2 və Şahid1 ifadələri və digər iş materialları ilə öz təsdiqini tapmadığından həmin hissədə rədd edilməlidir.
46. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi AR CM-in 181.1-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özə əmlakını ələ keçirməyə yönəlsin. Hücuma məruz qalmış şəxsin həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıq dedikdə, həmçinin zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya yüngül zərər vurulmasından ibarət fiziki təsir başa düşülməlidir. Şərh edilən cinayət formal tərkibli olmaqla bu cinayət əmlakın ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başqa çatmış hesab edilir. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilə bilər. Təqsirkar hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etdiyini dərk edir və özgənin əmlakını ələ keçirmə məqsədi ilə belə basqını törətməyi arzu edir. Quldurluqda tətbiq edilən zorakılıq və ya hədə məhz özgənin əmlakını ələ keçirmək (əmlakı götürmək və ya götürdükdən bilavasitə sonra əldə saxlamaq) məqsədi güdür.
47. Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır(qərarın 7-ci bəndi). Həmin qərarın 23-cü bəndində qeyd edilir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-in 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CMin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən qərarın 26-cı bəndinə əsasən vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Bundan başqa, həmin qərarın 27-ci bəndində göstərilir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.
48. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 280 manat dəyərində olan “Samsung J250” markalı mobil telefonunu ələ keçirmiş, sonuncu əmlakını geri qaytarmasını tələb etdikdə isə həmin mobil telefonu qaytarmayaraq özündə saxlamaq məqsədi ilə Zərərçəkmiş şəxs basqın edərək sifət nahiyəsindən yumruq zərbələri ilə qəsdən vurub çənənin sağ mental nahiyəsinin qapalı yerdəyişən sınığı kimi, sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaqla quldurluq etmişdir.
49. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs quldurluqla bağlı verilmiş ittihamda Zərərçəkmiş şəxs ələ keçirilmiş “Samsung J250” markalı mobil telefonunun dəyərinin sonuncunun ifadəsinə əsasən 400 manat kimi qəbul edilərək ittiham verilsə də, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən həmin mobil telefonun qiymətinin cinayət hadisəsi baş verən zamanı 280 manat məbləğində olması müəyyən edilmişdir. Belə ki, zərərçəkmiş şəxs tərəfindən qeyd edilən mobil telefonun alınması zamanı ona verilmiş zəmanət talonu məhkəməyə təqdim edilmiş və həmin mobil telefonun satış qiymətinin 280 manat olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə “Samsung J250” markalı mobil telefonunun qiymətini cinayət hadisəsi baş verən tarixdə 280 manat kimi qəbul edir.
50. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə ilkin ifadələrində Zərərçəkmiş şəxs mobil telefonunu quldurluqla ələ keçirmədiyini, sonuncuya badalaq verərkən hər ikisinin yerə yıxılması nəticəsində hər ikisinin mobil telefonlarının yerə düşdüyünü, Zərərçəkmiş şəxs mobil telefonunun qırılmasına görə onu götürərək zibil qutusuna atdığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi həmin xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
51. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Samsung J250” markalı **********7687 İMEİ kodlu mobil telefonu ələ keçirdikdən sonra həmin mobil telefonu 13 iyul 2023-cü il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Uğur Telekom” mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olan mağazasına 50 manata satmışdır. Qeyd edilən mobil telefonun ana platası həmin telefon mağazasında özünə məxsus eyni marka və modelli mobil telefonu təmirə vermiş Şahid3 mobil telefonuna montaj edilərək təmir edilməklə sonuncuya verilmişdir.
52. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda təkzibedilməz sübutlar qarşısında törətdiyi cinayət əməlinin tam ifşa olunduğunu görərək, zərərçəkmiş şəxsə məxsus qeyd edilən mobil telefonu götürərək ələ keçirməsini və sonradan onu sataraq gəlir əldə etməsini etiraf etməyə məcbur qalmışdır.
53. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, ifadəsinin yerində yoxlanılması, üzləşmədə dindirmə protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
54. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
55. AR CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
56. AR CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
57. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
58. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib Azərbaycab Respublikasının CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması və özgənin əmlakını quldurluqla ələ keçirməsi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq AR CM-in 127.2.3 və 181.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
59. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 181.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs AR CM-in 127.2.3 və 181.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
60. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
61. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
62. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
63. AR CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinin tələbinə görə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır.
64. Hökmün 32 və 33-cü bəndlərində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət əməlini törətməsi və cəzasını çəkib qurtardıqdan təxminən 8 (səkkiz) ay sonra hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətlərin residivini yaradır. Lakin Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmaması qeyd edilməlidir.
65. Məhkəmə AR CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını və Zərərçəkmiş şəxsla barışıq əldə edilməməsinə baxmayaraq, sonuncunun məhkəmədən ona aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi kimi xahişini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
66. Məhkəmə AR CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. (hökmün 64-cü bəndi)
67. AR CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
68. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-in 127.2.3 və 181.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
69. AR CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinin tələbinə görə isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır
70. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırki iş üzrə qəti cəza təyin edilməli və bundan sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 69.3-cü maddəsi ilə üzərində saxlanılmış 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki iş üzrə təyin ediləcək cəza qismən toplanılmaqla ona yekun cəza təyin edilməlidir.
71. AR CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
72. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
73. AR CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
74. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyul 2022-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkməsinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablanmışdır. (cild 1, i.v. 36; 69; həmçinin bax 33-cü bəndə)
75. Məhkəmə, AR CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin AR CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. 76.Məhkəmə, AR CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
77. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar AR CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə maddi sübutun olmadığını qeyd edir.
78. AR CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
79. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur. 80.İş üzrə mülki iddia verilməmişdir.
81. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. AR CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 6 (altı) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir.
82. AR CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
83. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
84. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 181.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə ona təyin edilmiş 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutun, üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın, xüsusi müsadirənin və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.