Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-859/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1995-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Vərov Ərazi Dairəsi, Keçələkəran kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhər Nizami rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanda qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sonuncunun başqa şəxslə münasibət qurmasından şübhələndiyi üçün aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxsndan qisas almaq niyyəti ilə mənzilin mətbəx otağından götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən sonuncunun kürək nahiyyəsinə bir dəfə vuraraq insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ tərəfli pnevmohemotoraks və sol tərəfli pnevmotoraksla müşayiət olunan sağ kürək nahiyəsinin 01 ədəd hər iki plevra boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarasından ibarət bədən xəsarəti yetirərək qədən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, hadisə aralarındakı anlaşılmazlıq nəticəsində baş verib. O, 2019-cu ildə ailə həyatı qurmuşdur. 2022-ci ildə Nigarla tanış olmuşdur. Nigarın başqa şəxslərlə görüşməməsi kimi bir öhdəliyi yox idi. Hadisə olan günə kimi ona xəyanət etdiyini bilmirdi. Nigarın ona dediyi sözlərdən xəyanət etdiyini anladı. O, hadisə vaxtı evdə deyil, rayonda olmuşdur. Nigar ona zəng edib dedi ki, evə gəlsin. Nigarın qaldığı evin aylıq kirayə haqqını o, ödəmişdir. O, 600 manat əməkhaqqı almışı, Nigarın kirayə yaşadığı evə hər ay 470 manat vermişdir. Bir ildir ki, Nigarı tanıyır. Nigar da onun işlədiyi restoranda ofisiant işləyirdi. Hadisə gününə kimi aralarında xırda söz söhbətlər olurdu. Nigar ona dedi ki, onun dediyi zaman yanına gedim. O, Nigarın dediyi vaxtda gəlmədiyi üçün Nigarla aralarında mübahisə yaranmışdır. O, Nigarın şəxsiyyətini təhqir etmiş, Nigar onun valideyninin ünvanına təhqiredici sözlər deyəndə o, dözə bilməyib əsəbindən Nigarı mətbəx bıçağı ilə Nigarı vurmuşdur. Nigarın qan itirdiyini görüb onu hamama salmışdır ki, ona kömək etsin. O, Nigarın kürəyindən bir zərbə vurmuşdur. Nigar hamamdan çıxanda qışqırmağa başladı. Hadisə barədə polisə qonşular məlumat verib. O, həftə içi Nigarın yanında qalmış, həftəsonu rayona, ailəsinin yanına getmişdir. Törətdiyi əməldən peşmandır. Məhkumluğu yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 1 ilə yaxındır ki, tanıyır, tanışlığına səbəb Çiçək kafesində birlikdə işləməkləri olmuşdur. Aralarında qeyri rəsmi olsada ər arvad münasibəti olmuşdur və birlikdə yaşamışlar. 2022-ci ilin oktyabr ayından etibarən Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 4 ünvanında kirayə yaşamışlar. Aylıq olaraq evə o, 75 manat kirayə haqqı ödəmişdir. Qeyd edilən evin sahibi Lalə adlı qadın olmuşdur. Bildirmişdir ki, onlarla birlikdə Zərərçəkmiş şəxsmn rəfiqəsi Şahid1 da qalmağa yeri olmadığından təxminən 4 aya yaxındırki yaşamışdır. xx.xx.2023- cü il tarixdə dostu Ülvi Səfərov və onun tanışı Elçin Quliyevi öz yaşadığı evə qonaq dəvət etmişdir. Evdə o, Ülvi Səfərov, Elçin Quliyev, Şahid1 və Zərərçəkmiş şəxs birlikdə yeyib içmişlər. xx.xx.2023cü il tarixdə o, evdən çıxaraq Yardımlı rayonuna ot biçimi üçün getmişdir. Rayonda olarkən bir neçə dəfə Zərərçəkmiş şəxs ilə birlikdə telefonla əlaqə saxlamışdır. Həmin zaman Nigarın danışıqlarından kimləsə əlaqəsi olmasından şübhələnmişdir. xx.xx.2023-cü il tarixdə Yardımlı rayonunda ot biçimində olarkən Zərərçəkmiş şəxs ona zəng edərək rayona gedəcəyini, ona deməmişdən evə gəlməməsini bildirmişdir. Nigarın bu sözləri onda kimləsə əlaqəsi olmağı şübhələrini artırmışdır. O, Nigarla danışan zaman ona Nigarın dediyi vaxtı yəni gecə saatlarında gəlməcəyini bildirmişdir. Lakin həmin zaman şübhələrini dəqiqləşdirmək məqsədi ilə Yardımlı rayonundan yol taksisi ilə Bakı şəhərinə gəlmişdir. Yolda olarkən dostu Ülvi Səfərova zəng edərək şəhərə gəldiyini Ülviyə bildirmişdir. Lakin onun şəhərdə olduğunu Nigara bildirməməsini qeyd etmişdir. Ülviyə onu Lökbatan dairəsindən götürməsini xahiş etmişdir. Uİvi təxminən səhər saat 08 radələrində onu Lökbatan dairəsindən özünə məxsus markasını bilmədiyi avtomobillə götürmüşdür. Yolda olarkən Ülvüyə onlarla birlikdə yaşayan Könülə zəng edərək evdən bir bəhanə ilə çıxartmasını bildirmişdir. Ülvi Könülə mesaj yazaraq evdən aşağı düşməsini onunla işi olmasını bildirmişdir. Bildirmişdir ki, Ülvi ilə Könül arasında qeyri rəsmi münasibətlər olmuşdur. Onlar yaşadığı ünvan olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsinə çatana yaxın o, Könülün onu görməməsi üçün Ülvünün avtomobilindən yerə düşərək piyada binanın arxasınca evə tərəf iti addımlarla getmişdir. Binanın giriş qapısından öz yaşadığı binaya daxil olmuşdur. Lift vasitəsi ilə yaşadığı 06 mərtəbədə yerləşən mənzilə qalxmışdır. Evin qapısını döymüş və Nigar qapın açmışdır. Nigara əli ilə salam vermək istəmiş, həmin zaman Nigar ona əl verərək görüşməkdən imtina etmişdir. O, evin giriş qapısının sağ hissəsində yerləşən ayaqyoluna keçmiş və Nigardan şübhələndiyindən Nigara onunla söhbət etmək təklifini etmişdir. Həmin zaman Nigarla aralarında sözlü mübahisə baş vermiş və hər ikisi bir birini qarşılıqlı söyərərk təhqir etmişlər. O, Nigara əxlaqsız olmasını bildirdikdə Nigar ona əxlaqsızın anası olmasını bildirmişdir. Həmin zaman o, yataq otağının giriş hisəsində dayanmışdır. Nigar isə yataq otağında yerləşən şüşəli dolabın qarşısında dayanmışdır. O, hirsləndiyindən, Nigarın ona xəyanət etdiyini hiss etdiyindən və anasını təhqir etdiyindən mətbəxtə tərəf getmiş və mətbəxdə yerləşən mətbəxt mebelinin üzərində olan yuyulmuş qabların arasında olan əl tutan yeri mavi ağ, qırmızı rəngin qarışığından ibarət olan çörək doğramaq üçün bıçağı sağ əlinə götürərək Nigar olan yataq otağına tərəf qaçaraq yataq otağına daxil olmuşdur. Həmin zaman Nigar üzü şüşəli dolab tərəfə dayanmış vəziyyətdə durmuşdur. O, əlində olan bıçaqla Nigarın arxasına keçərək Nigarın sağ yuxarı kürək nahiyyəsinə bıçağı batırtmışdır. Həmin zaman Nigar yerə yıxılmış, o Nigara ayağa durmağını onu yenidən vurmaq istəmədiyini bildirmişdir. Həmin vaxt Nigar yerdə sürünərək yataq otağında balkona tərəf getdi və özünü divara tərəf söykənmiş, Nigarı yenidən vurmaq məqsədi olmasada lakin hirsindən yenidən əlində olan bıçağı Nigara tərəf tullamışdır. Bıçaq Nigar olduğu tərəfə istiqamətlənsə də ona dəyməmişdir. Nigarı söyüşlə söyərək yataq otağında olan dolabın üzərindən səhfən özünə məxsus olduğu bilib ona məxsus olan Samsung markalı telefonunu götürərək çıxıb evin giriş qapısına tərəf getmişdir Həmin zaman Nigar onun kürək nahiyyəsindən qucaqlayaraq ona kömək etməsini istəmişdir. O, Nigara kömək etmək üçün qapının yanında yerləşən ayaqyolunun qapısını açmış və həmin zaman Nigar evin qapısının cəftəsini açaraq qışqıraraq kömək istəmişdir. O, tez evdən çıxaraq qaçmaq istəyərkən Nigar onun köynəyinin yaxasından əlləri ilə tutaraq qaçamasma imkan vermədiyindən o, əynində olan ağ rəngli qısaqol köynəyi çıxarmışdır. Bu zaman Nigar onun əynində olan qara rəngli alt geyim paltarı olan maykasından tutmuş və həmin zaman maykası cırılmışdır. O, hər iki geyimini çıxardaraq qapının ağzında yerə atıb qaçmışdır. Liftə minməyərək pilləkənlarla düşmüşdür. Binanın giriş hissəsində Könüllə rastlaşmış və Könülə “ get meydini götür” sözü deyərək qaçmışdır. Sonradan binanın arxa hissəsində tanımadığı bir şəxsə yaxınlaşaraq həmiş şəxsə dalaşdığını bildirərək ona geyinmək üçün köynək verməsini istəmişdir. O, binanın arxa hissəsində gözləmiş və həmin tanımadığı şəxs ona qara rəngli köynək vermişdir. O, yola çıxıb taksiyə minərək Lökbatan dairəsinə rayona getmək yola düşmüşdür. Lökbatan dairəsində taksidən düşüb digər yol taksisinə minərək Masallı rayonuna getmişdir. Qeyd etmişdir ki, Nigarı öldürmək fikri olmamış, Nigarı öldürmək fikri olsaydı Nigara bıçaq zərbələrini vurmaqda davam edərmiş. Hadisə zamanı özünü itirdiyindən səhvən Nigara məxsus mobil telefonu götürmüşdür. Onun həmin telefonu götürmək fikri olmamışdır. X7 Nigarı vuracağından məlumatı və xəbəri olmamışdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ər- arvad münasibətində olmaqla ünvan 6 ünvanında yaşamışlar. Tanışlıqları birlikdə ofisiant işlədikləri “Çiçək” adlı kafedən başlamışdır. 31 may 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı ünvanda olduğu zaman evin qapısı döyüldü. İbrahim evə girərək, onun mətbəx bıçağı ilə onu kürəyindən vurmuşdur. O, təqsirləndirilən şəxsdən şikayətçidir. İbrahimlə 5-6 ay birlikdə yaşamışlar. O, İbrahimə ondan uzaqlaşmasını istədiyini demişdir. Onlar qaldıqları evin kirayə pulunu qarşılıqlı ödəmişlər. Başqa insanlarla dost-tanış münasibətləri çox olub. İbrahimin ailəli olduğunu bilməmişdir. O, bıçağın sonradan özünə aid olduğunu ekspertizada görmüşdür. Bıçağı İbrahim kürəyindən vurub sonra da özü çıxartdı. İbrahim qaçanda onun telefonunu götürmüşdü. Ona rəfiqəsi Könül ilə, sevgilisi Ülvi kömək edib. İbrahim pilləkənlərdən aşağı düşərək qaçanda rəfiqəsinə İbrahimin onu öldürmək istədiyini deyib. İbrahimin ailəsi, yəni anası o, xəstəxanda olanda bircə dəfə zəng edib, onunla mübahisələri olub. O, bıçaqlanana qədər öz iş yerində işləmişdir. İbrahim rayona getməzdən üç-dörd gün qabaq görüşmüşdülər. O, Elçini Ülviyə görə tanımışdır. İbrahim gəldiyi gün o, onunla sərt danışmışdır. İbrahim salam vermiş, o isə cavab verməmişdir. O ibtidai istintaq dövründə iki dəfə izahat vermişdir. İki izahatında da təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Ona heç kimlə münasibətimin olmaması barədə söz verməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, o, ünvan 7 ünvanında yaşayır. 1 ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ər- arvad münasibətində olmaqla ünvan 7 ünvanında yaşamışlar. Könül adlı rəfiqəsi də onlarla birlikdə yaşamışdır. Tanışlığı birikdə ofisinat işlədikləri “Çiçək” adlı kafedən başlamışdır. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə evə tanışı olan Ülvi və Elcanı qonaq çağırmışdır. Qonaqlıqdan sonra yəni xx.xx.2023-cü il tarixdə İbrahim işləmək məqsədi ilə Yardımlı rayonuna yola düşmüşdür. Rayonda olarkən telefonla danışdıqları zamanlarda İbrahimlə tez-tez mübahisələri olmuş, əvvəllər İbrahimlə aralarında tez- tez qısqanclıq zəminində mübahisələri olmuşdur. O, İbrahimdən ayrılmaq qərarına gəlmişdir. Bu barədə rəfiqəsi Könülə də bildirmişdir. 31 may 2023-cü il tarixdə günorta saatlarında İbrahimlə telefonla danışan zaman o, İbrahimə iki günlük rayona gedəcəyini və İbrahimə evə gəldikdə ona xəbər verməsini bildirmişdir. İbrahim ona gecə geri qayıdacağını bildirmişdir. 31 may 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı ünvan 7 ünvanında olduğu zaman evin qapısı döyülmüşdür. O, İbrahimin gəlməsini görmüş və evin qapısını açmışdır. İbrahim evə girmişdir. Evdə İbrahimlə aralarında sözlü mübahisələri olmuş və İbrahim onu söyüb təhqir etməyə başlamışdır. O da İbrahimə qarşılıqlı olaraq cavab vermişdir. Evin yataq otağına keçib şüşəli şkafın qarşısında duran zaman İbrahimin əlində bıçaqla onun tərəfə gəlməsini hiss etmiş və onun üzünü başqa tərəfə çevirdiyi üçün üzünü çevirə bilməmiş və İbrahim bıçaqla onun kürəyinin sağ nahiyyəsindən vurmuşdur. O, həmin zaman müvazinətini itirərək yerə yıxılaraq arxa-arxaya gedərək özünü divara dayamışdır. Həmin zaman İbrahim bıçağı yenidən ona tərəf tullamış, lakin bıçaq onun yanında ötməklə divara dəymişdir. İbrahim ona məxsus telefonu masadan götürüb getmək istəmişdir. O, qapının ağzında İbrahimin kürək nahiyyəsindən tutmuş və İbrahimdən kömək istəmişdir. Lakin İbrahim ona kömək etməmişdir. O, evin qapısının cəftəsini açaraq qışqırmış və kömək istəmişdir. Sonra yenidən İbrahimin yaxasından tutmuş, həmin zaman İbrahim qaçdığı üçün əynində olan ağ rəngli koftasını dartıb əynindən çıxarmışdır. Həmin zaman o, İbrahimin maykasından tutaraq qaçmasına mane olmaq istəmiş, həmin zaman İbrahimin əynində olan maykası cırılmış və İbrahim paltarını blokda tullayıb paltarsız halda qaçmışdır. Sonrada rəfiqəsi Könül, oraya gələn tanışı Ülvi və adını bilmədiyi qonşularının köməyi ilə Ülvinin idarə etdiyi avtomobillə onu xəstəxanaya aparmışlar. Qeyd etmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı ünvan 7 ünvanında baş vermiş, həmin vaxt evdə ondan və İbrahim Bəmənovdan başqa heç kim olmamış, İbrahim Bəmənov onu əlində olan bıçaqla sağ kürək nahiyyəsinə bir zərbə vurmuş, İbrahim ondan ayrılmaq istəmədiyindən bıçaqla vurmuş, əvvəlki ifadəsini verən zaman Təqsirləndirilən şəxs qarşı əsəbi olduğundan onu öldürmək istədiyini bildirmiş, əslində isə Təqsirləndirilən şəxs onu öldürmək fikri olsa idi onu tutan zaman bıçaqla yenə vurmaq imkanı olmuşdur. İbrahimin onu vurması ona olan qısqanclığından irəli gəlmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs ona məxsus qara rəngli üzərində şəffav rəngli üz örtüyü olan ***-***-**-** sim nömrəsini istifadə edən “Samsung A 50” markalı telefonunu səhvən öz telefonu bilib götürmüşdür. Onu xəstəxanaya aparan qonşularını üzdən tanıyır adlarını bimir, hazırda həmin qonşuların harada yaşadığını bilmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 3 ilə yaxındır ki, tanıyır, tanışlıqları birlikdə ofsiant işləməkləri olmuşdur. 01 mart 2023-cü il tarixdən etibarən Zərərçəkmiş şəxs və qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs ilə birlikdə onların kirayə yaşadıqları ünvan 8 ünvanında Nigargillə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında daima olaraq sözlü mübahisələri baş vermişdir. Lakin bu vaxtadək onun yanında bir-birlərinə qarşı əl qaldırmalarını və vurmalarını görməmişdir. Təxminən hadisədən bir həftə qabaq İbrahim işləmək üçün yaşadığı rayona getmişdir. O, Nigarla birlikdə ikisi evdə qalmışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Nigar İbrahimlə onun yanında telefonla danışaraq bir biri ilə mübahisə etmişlər. Nigar ona İbrahimdən ayrılmaq istədiyini və ona bu sözləri gəldikdən sonra üzbəüz deyəcəyini bildirmişdir. Nigar ona İbrahimin bugün gecə rayondan qayıdacağını bildirmişdir. Saat təxminən 20-21 radələrində o, evdən alış-veriş etmək üçün yaxınlıqdakı mağazaya enmişdir. Həmin vaxt tanıdığı Ülvi adlı şəxs ona zəng edərək bir yerdə çay içmək istədiyini dedikdə o, mağazaya getdiyini demiş və qayıtdıqda görüşəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Ülvi yenidən zəng edərək İbrahimin onların yaşadığı mənzildə mübahisə edəcəyini dedikdə o, dərhal evinə qayıtmış və binanın giriş qapısından daxil olan zaman İbrahimin üst geyiminin olmadığını və əynidə bircə qara rəngli şalvar olduğunu görmüşdür. Həmin zaman İbrahim qaçaraq ona “ get onun meydini götür oradan” sözləri işlətmişdir. O, dərhal yaşadıqları evə qalxdıqda evin giriş qapısının açıq vəziyyətdə olduğunu və Nigarın qapının girişində əyli vəziyyədə oturaraq kömək istədiyini görmüşdür. Həmin zaman nə olduğunu Nigardan soruşduqda Nigar ona İbrahimin onu kürək nahiyyəsindən bıçaqladığını və telefonunu götürərək qaçdığını bildirmişdir. Həmin zaman səsə qonşular çıxmış və qonşuların, oraya gələn tanışı Ülvini köməyi ilə aşağı düşərək Ülvinün idarə etdiyi avtomobilə minərək xəstəxanaya getmişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid Sül Şahid2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Yeni Günəşli D massivi,ev 25 ünvanında yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Hər ikisi ilə birlikdə kafedə ofsiant kimin işləmişlər. Nigarla İbrahim qeyri rəsmi olsada birlikdə ünvan 10 ünvanda kirayə yaşamışlar. Arada o, İbrahim və Nigarla münasibəti olduğundan İbrahimgilin yaşadıqları ünvana gedib gəlmişdir. xx.xx.2023-cü il tarixdə İbrahim onu və dostu Elçini yaşadığı evə qonaq dəvət etmişdir. Evdə o, Elçin, İbrahim, Nigar və Nigarın rəfiqəsi Könül olmuşdur. Hamısı birlikdə yeyib içmişlər. Səhəri günü İbrahim ona Yardımlı rayonuna gedəcəyini bildirmişdir. xx.xx.2023-cü il taixdə saat təxminən 19 radələrində İbrahim ona zəng edərək Bakı şəhərinə gəldiyini və Lökbatan dairəsində olmasını və onun İbrahimi oradan götürərək yaşadığı ünvana aparmasını istəmişdir. O, özü idarə etdiyi “KiA” markalı avtomobillə İbrahinin arxasınca gedərək İbrahim götürmüşdür. Yolda olarkən İbrahim ona Nigarın xəyanət etdiyini və kimləsə onu aldatdığını bildirmişdir. Bu barədə evə gedərək Nigarla söhbət edəcəyini bildirmişdir. Ona Nigarla birlikdə yaşayan rəfiqəsi Könülə zəng edərək evdən çıxarmasını və təklikdə Nigarla söhbət etmək istədiyini bildirmişdir. O, Könülə zəng edərək binanın yaxınlığında olduğunu bildirərək çay içmək istədiyi təklifini etmişdir. Bundan sonra mağazanın qarşısında atomobili saxladını və Könülün gəlməsini gözləmişdir. İbrahim həmin zaman avtomobildən enərək yaşadığı evə Nigarla söhbət etmək üçün getmişdir. O, İbrahimlə Nigarın savaşacağını düşünüb Könülə təkrar zəng edərək bu barədə bildirmişdir. Təxminən 5-6 dəqiqə keçmiş Könül ona zəng edərək qışqıraraq tez evə gəlməsini bildirmişdir. O, tez avtomobillə Könülgilin yaşadıqları binanın qarşısına getmişdir. Nigargilin yaşadıqları evə qalxmış və Nigarın qapının ağzında yerdə qan içində qışqırmasını görmüşdür. Həmin zaman tanımadığı qonşularla və Könüllə birlikdə Nigarı öz avtomobilinə mindirərək Sabunçu Xəstəxanasına aparmışdır. Yolda olarkən ona məlum olmuşdur ki, İbrahim bıçaqla Zərərçəkmiş şəxs vuruşdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 8 ünvanında baş vermişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokoldan görünür ki, hadisə ünvan 8 ünvanında baş vermiş, Təqsirləndirilən şəxs hadisə yerini göstərməklə yanaşı zərərçəkmiş Zərərçəkmiş şəxs vurduğu bıçağı mənzildə yerdən götürərək təqdim etmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 19 iyun 2023-cü il tarixli 551 saylı rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ tərəfli pnevmohemotoraks və sol tərəfli pnevmotoraksla müşayiət olunan sağ kürək nahiyəsinin 01 ədəd hər iki plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası - şiş uca və iti kənara malik əşyanın, olabilsin ki, bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulması nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş kompleks məhkəmə-kriminalistik, məhkəm-bioloji və məhkəmə-trassaloji ekspertizasının 17 iyul 2023-cü il tarixli, 281-MTKŞ/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs qızma məxsus köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Zərərçəkmiş şəxs qızma məxsus olmuş köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində aşkar olunmuş deşilmiş-kəsilmiş zədə onun sağ kürək nahiyəsində müəyyən edilmiş bir ədəd eyni xarakterli yara ilə, yerləşmə nahiyəsinə görə, nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs sağ kürək nahiyəsində müəyyən edilmiş bir ədəd deşilmiş-kəsilmiş yaranın ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs qızma məxsus köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində olan deşilmiş-kəsilmiş zədə onun bədənində müəyyən olunmuş sağ tərəfli pnevmohemotoraks və sol tərəfli pnevmohemotoraksla müşayiət olunan sağ kürək nahiyəsinin 01 ədəd hər iki plevra boşluğuna nüfuz edən eyni xarakterli yarası ilə yerləşmə nahiyəsinə görə, nisbi olaraq uyğun gəlirlər. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan təyinatını dəyişən heç bir düzəliş edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin 19 iyul 2023-cü il tarixli, 382/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AA ******* saylı portaldan çıxarış vərəqəsinir kserosurətinə əsasən qan qrupu:0 (İ)-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, Təqsirləndirilən şəxs məxst köynək və mayka, Zərərçəkmiş şəxs məxsus kofta üzərində olan ləkələrd insan qam aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqi olunduqda “H” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə O/İ/qruplu şəxsə, cümlədən Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekpsertizasının 10 iyun 2023-cü il tarixli 1605 nömrəli rəyindən görünür ki, Aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Müayinə zamanı emosional stabil olması müşahidə edilir, fərdi-psixi xüsusiyyətlərinə görə inadkar, qıcığa qarşı həssas, konfliktə meyilli şəxsdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb dərk etmək və onlar barəsində istintaqa düzgün ifadə verməkm qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. O, hadisə vaxtı öz hərəkətlərinin mahiyyətini dərk etmək, eləcə də, baş verənləri adekvat olaraq qavrayıb, təsvir etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs inadkarlıq, hirslilik, emosionallıq, hövsələsizlik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və təlqinə qapılmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları qavramaq, təsvir etmək və bu barədə düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Hadisə zamanı 1.Ə.Bəhmənov öz hərəkətlərinin xarakter və mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq, ona məxsus 1 ədəd ağ rəngli çiyinləri qara rəngli rəngli olan sinəsində “H” hərfi yazılmış qısaqol yay köynəyi, bir ədəd qara rəngli cırılmış vəziyyətdə mayka və Bakı şəhəri, Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasından götürülmüş Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qara rəngli boynunda “Valentino” yazılmış qısaqol idman köynəyi ekspertizadan sonra maddi sübut qismində tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə saat 21 radələrində hadisə baş verməmişdən öncə yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 75A saylı binanın blokuna girməsi anı və hadisədən sonra həmin blokdan çıxmasını əks etdirən video görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan rəqməsal vidio disk «DVD» iş üzrə maddi sübut tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlni anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə xərci yoxdur. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulumuş, 03 iyun 2023-cü il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələr verib cinayətin açılmasına fəal iştirak etməsi, törətdiyi əməldən peşman olması, himayəsində bir azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiasını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 02 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq, ona məxsus bir ədəd sinəsində “H” hərfi yazılmış köynək, bir ədəd cırılmış vəziyyətdə mayka və Bakı şəhəri, Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasından götürülmüş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli boynunda “Valentino” yazılmış qısaqol idman köynək istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilsin, 01 ədəd rəqəmsal vidi disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-859/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-859/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver