Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-859/2025 15.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X8 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Lütfi oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “M.B.M” vəkil bürosunun vəkili Müdafiəçi1 Ali oğlunun iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə NMR, Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, əvvəllər məhkum olunmamış, NMR, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1995-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Saca kəndində doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, usta kimi işləyən, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, Gürcüstan Respublikası, Dmanisi rayonu, Saca kəndində qeydiyyatda olmaqla Bak şəhəri, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımışlar.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Gürcüstan Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan “Peyman” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək naməlum şəraitdə və vaxtda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 22 kq 260 qram narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2la birlikdə İmişli rayonu ərazisindən əldə edib 18 ədəd bağlamada və 01 ədəd polietilen bükümdə olmaqla etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə birlikdə yerləşdirib daşıyaraq saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 25 avqust 2024-cü il tarixdə, saat 02:55-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax avtomagistralmm 45-ci kilometrliyində yerləşən BDYPİ-nin 719 saylı stasionar postunun yaxınlığında saxlanılaraq həmin tarixdə saat 03:00-dan etibarən etibarnamə əsasında idarə etdiyi Toyota Prius” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün və Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən on səkkiz ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1055,0 qram, 995,0 qram, 1050,0 qram, 540,0 qram, 1170.0 qram, 1010,0 qram, 1005,0 qram, 1000,0 qram, 2325,0 qram 2300,0 qram, 985,0 qram, qram, 1030,0 qram, 1045,0 qram, 975,0 qram, 2275,0 qram, 1070,0 qram, 1040,0 qram və bir ədəd polietilen paketdə 06 (altı) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 55.0 qram qram, 85,0 qram, 20,0 qram, 50,0 qram, 20,0 qram, 150,0 qram olmaqla, ümumi təmiz çəkisi 22 kq 260 qram külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.
3. Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan “Peyman” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək naməlum şəraitdə və vaxtda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 22 kq 260 qram narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1lə birlikdə İmişli rayonu ərazisindən əldə edib 18 ədəd bağlamada və 01 ədəd polietilen bükümdə olmaqla sonuncunun etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə birlikdə yerləşdirib daşıyaraq saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 25 avqust 2024-cü il tarixdə, saat 02:55-də keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax avtomagistralmın 45-ci kilometrliyində yerləşən BDYPİ-nin 719 saylı stasionar postunun yaxınlığında saxlanılaraq həmin tarixdə saat 03:00-dan etibarən “Toyota Prius” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün və Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən on səkkiz ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1055,0 qram, 995,0 qram, 1050,0 qram, 540,0 qram, 1170,0 qram, 1010,0 qram, 1005.0 qram, 1000,0 qram, 2325,0 qram 2300,0 qram, 985,0 qram, 1010,0 qram, 1030,0 qram, 1045,0 qram, 975,0 qram, 2275,0 qram, 1070,0 qram, 1040,0 qram və bir ədəd polietilen paketdə 06 (altı) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram, 85.0 qram, 20,0 qram, 50,0 qram, 20,0 qram, 150,0 qram olmaqla, ümumi təmiz çəkisi 22 kq 260 qram külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X6 ifadəsində göstərmişdir ki, 24 avqsut 2024-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin Təqsirləndirilən şəxs1 idarə etdiyi ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilində gəzdirməsi barədə məlumat daxil olmuş, alınmış məlumat barədə Şahid tərəfindən raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 24 avqsut 2024-cü il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X1, baş əməliyyat müvəkkilləri X12 və X5 ibarət onun da daxil olduğu və rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması ehtimal edilən Bakı şəhəri, Qaradağ rayonu ərazisinə getmişlər. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 25 avqust 2024-cü il tarixdə saat 02:55-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 45-ci kilometrliyində, 719 saylı stasionar postun yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılmış, həmin şəxslərin anket məlumatları dəqiqləşdirildikdən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş və hüquqları, həmçinin vəzifələri izah edilmişdir. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə videoçəkilişdən istifadə etməklə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, bir ədəd özünə aid şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan. cibindən bir ədəd avtomobil açarını təqdim etmiş, sonra şəxsin üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan şalvarın sol yan cibindən bir manat pul aşkar olunmuş, əlavə olaraq Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi onlar tərəfindən götürülmüş və digər əşyalar özünə geri qaytarılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Honor markalı mobil telefonu təqdim etmiş, daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon onlar tərəfindən götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius markalı avtomobilin arxa oturacaqlarının üzərindən 19 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilir, çəkisi 23 kq 595 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr 3 ədəd kisədə qablaşdırılmış və möhürlənmişdir. Daha sonra iştirakçılar tərəfindən imzalanmış, avtomobilin digər hissələrinə onlar tərəfindən keçirilən baxış zamanı iş üzrə əhmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, avtomobilindən aşkar olumuş narkotik vasitənin qurudulmuş marixuana olmasını, həmin kütlələri İran islam Respublikasının vətəndaşı “Peyman” adlı şəxsin vasitəsi ilə İmişli rayonu ərazisindən gizlədilmiş yerdən Bakı şəhərinə pul müqabilində çatdırmaq üçün əldə etdiyini və Təqsirləndirilən şəxs2 da bu kütlələrin narkotik vasitə olmasından məlumatı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə verilən şullara cavab olaraq avtomobildən aşkar edilmiş kütlələri Hüseyn ilə birlikdə İran İslam Respublikası vətəndaşı “Peyman” adlı şəxsin vasitəsilə ilə İmişli rayonu ərazisindən gizlədilmiş yerdən əldə etdiyini bildirmiş, bundan sonra müvafiq sənədləşdirmə üçün şərait olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş İdarənin inzibati binasına dəvət edilmişlər. Daha sonra onlar tərəfindən aşkar edilmiş kütlələrə və baxış zamanı aparılmış videoçəkilişə Baş İdarədə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. 3 ədəd kisədə qablaşdırılmış kütlələrə baxış zamanı orada ümumilikdə 19 ədəd bağlamanın və onların içərisində qurudulmuş marixuanaya bəznər kütlələrin olması müəyyən edilmiş, daha sonra həmin kütlələr yenidən qablaşdırılaraq möhürlənmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X9 digər şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir.
6. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 avqust 2024-cü il tarixdə saat 02:55-də Bakı-Qazax yolunun 45-ci kilometrliyində, 719 saylı stasionar postun yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin yanbmda piyadə hərəkət edən zaman Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq üzərlərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 01 ədəd Samsung markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs2 01 ədəd Honor markalı mobil telefon götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi 99 W 315 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa oturacağının üzərində olan 19 ədəd bağlama aşkar edilmiş, həmin bağlara baxış zamanı onların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, daha sonra tərəzidə çəkilən zaman həmin bağlamarın ümumi çəkisinin 23 kq, 595 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bağlamalar 3 ədəd kisədə qablaşdırılıb möhürlənərək götürülmüşdür (cild 01; i.v.9- 12).
7. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılıb avtomobilə baxış zamanı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 03 ədəd kisədə qablaşdırılmış 19 ədəd bağlama və 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı aşkar edilmiş kisələrdə qurudulmuş marixuananın olması müəyyən edilmişdir (cild 01; i.v.15-17).
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 25 avqust 2024-cü il tarixli, 3-16-16/2-7/1418 saylı rəyindən görünür ki, tədqiqata təqdimm olunmuş, üç ədəd sintetik torbalarda ümumi sayı 18 ədəd bağlamalarda ayrı-aylıqda çəkiləri 1055,0 qram, 995,0 qram, 1050,0 qram, 540,0 qram, 1170,0 qram,1010.0 qram, 1005,0 qram, 1000,0 qram, 2325,0qram 2300,0 qram, 985,0 qram, 1010,0 qram, 1030.0 qram, 1045,0 qram, 975,0 qram, 2275,0 qram, 1070,0 qram, 1040,0 qram və bir ədəd poletilen paketdə 06 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram, 85,0 qram, 20,0 qram, 50,0 qram, 20,0 qram, 150,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 22260,0 qramdır (22 kq, 260 qram). Təqdim olunmuş marixuanalar tərkibkərinə görə eynidirlər (cild 01; i.v.60- 64).
9. “Maddi sübut kimi tanıma haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ******* qram qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 22258,8 qram qurudulmuş marixuana saxlanılması üçün DİN-nin Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 01; i.v.163-164).
10. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 08 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş “Samsung Galaxy A52” mobil telefona baxış keçirilmiş, baxış zamanı “Whatsapp” ani mesajlaşma sistemində adı “.............”kimi qeyd edilmiş +98 914 743 6388 rəqəmli İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrə ilə 25 avqust 2024cü il tarixdə, saat 00:53-də 2 dəqiqə, həmin tarixdə, saat 01:32-də 1 dəqiqə səsli danışığın, 02:06-da 21 dəqiqə videogörüntülü danışığın aparılması, həmin tarixdə müxtəlif cavabsız zənglərin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Honor 10” markalı mobil telefona baxış zamanı Whatsapp” ani mesajlaşma sistemində adı qeyd edilməmiş +98 914 743 6388 rəqəmli İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrənin, “Zehra Rezza” kimi qeyd edilmiş İran İslam Respublikası mobil operatoruna məxsus +98 935 053 0519 mobil nömrənin olması müəyyən edilmiş, sübuti əhəmiyyətə malik hər hansı başqa məlumat aşkar edilməmişdir (cild 01; i.v.180-183).
11. “Baxış keçirilməsi haqqında” 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 *** ** ** rəqəmli mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994 55 *** ** ** saylı mobil müxtəlif mobil nömrələrə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri aşkar edilmişdir. Baxış zamanı xx-xx-2024-cü il tarixdə saat 11:28:14-də +**********23 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “Menem senan. Ac telefonu. Tema lazimdi. Meni yig tecili.” məzmunlu, 28 may 2024-cü il tarixdə, saat 17:27:04-də +**********23 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “10QR 140AZN HAZİRDİ. İMKAN ELE GELİM.” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 13:24:58-də Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrədən İran İslam Respublikasının mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrəyə “Peyman tecili Watcapa gir” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 14:38:20-də Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrədən İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrəyə “Salam Peyman. Men seni gözdüyürem Peyman???” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 21:01:52-də İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “aya gahba telefona javab ver manim ishlarimi vorobsan bir birina bonan artig manim ganimi kharab elama har sheydan cecharam” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 04:02:15-də İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “hosain lkilo mal var mana tez javab ver” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 23:54:16-da İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “telfon aşmrsan pol vora bilmisan xalxn maln at gotorson mal olmaseydi telfon tez açb yalvarardn sanda gonah yoxdo eşak manam xalxn mal” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 15:11:20-də +**********85 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “Qardaw salam niye teli acmirsan camatdan pul goturmuwem menen daniw” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 03:15:10-da İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “gahba sehter ga xalxin malin at ostorax” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 18:29:41-də İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “Aya heyvan manim mashinimi alimnan alelar sihdelar javab ver” məzmunlu , 20 iyul 2024-cü il tarixdə, saat 21:27;59-da İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “Sanin sharafı sicim balam jani telephona javab vermasan polica veram harda olsan chixardajaxlar sharafsiz” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 00:10:24-də İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “Sicim alahy aghzin manim mashinimi apardilar eshak javab ver” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 16:54:55-də İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə “Mend zeng ele tezol vajibdi gel mali gotor” məzmunlu sms mətn mesajları daxil olmuşdur. Bundan başqa İran İslam Respublikası mobil operatoruna məxsus **********88 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********38 rəqəmli mobil nömrəyə və əks istiqamətlərə müxtəlif vaxtlarda zənglərin daxil olması müəyyən edildi. Bundan başqa mobil telefona daxil olan smslərdən mobil nömrənin Təqsirləndirilən şəxs1 istifadəsində olması müəyyən edilmişdir (cild 01; i.v.189-195).
12. “Baxış keçirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** rəqəmli mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994 70 *** ** ** saylı mobil müxtəlif mobil nömrələrə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Baxış zamanı 09 may 2024-cü il tarixdə, saat 00:41:12-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********72 rəqəmli mobil nömrədən **********40 rəqəmli mobil nömrəyə “Ay qaqaş qurjonuyam özümdə poxdayam imkan ver bir xarabama gəlimda” məzmunlu , 20 iyul 2024-cü il tarixdə, saat 01:05:18-də **********39 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********72 rəqəmli mobil nömrəyə “Yigan menem qardasim hardasan mene 10 man verim bidene de ver senol bomba bir seydie” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 15:25:54-də **********39 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********72 rəqəmli mobil nömrəyə “Qardasim sen evdesen birazdan senden 1 goturmek istiyurem” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 16:04:20-də **********39 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********72 rəqəmli mobil nömrəyə “ 2 laizm idi mene gelib goturerdim” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 17:59:53-də **********39 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********72 rəqəmli mobil nömrəyə “Qardasim dunen olannan deyil bu? Cunki hecne elamedi” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 20:56:10-da **********39 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********72 rəqəmli mobil nömrəyə “Hardasan e qaqas bes gelirdin yeka oğlansan caamat seni gozduyur 40 bir istiyirler dedim axi, Ozume de elave goturecem o elaveden basqa sen niye bela eliyirsen 2 gundu yeka oğlansan” məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 22:43:17-də **********39 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********72 rəqəmli mobil nömrəyə “Ay qaqas bir vaxt denende deqiq bular getsin getmesin sikilmisder kesdirib yanimi sende bir soz demirsen” məzmunlu, 22 iyul 2024-cü il tarixdə, saat 22:44:14-də **********39 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********72 rəqəmli mobil nömrəyə “O vereceyin seyide istemirem halal xosun ama mene vaxt denen deqiq bir soz meni dunenden gozdedin indi da caamat soz dedi sene dedim 8 9 yazdin saat Xİ di sen bir soz demirsen men sene bela olmusam bela eliyirsen mene he qaqas?” məzmunlu xx.xx.2024-cü il tarixdə saat 13:41:08- də **********04 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********72 rəqəmli mobil nömrəyə “qerdes imkan varsa bitke tebyetde qiret eliyersen xecaletinen cixaram” məzmunlu sms mətn mesajları daxil olmuşdur. Bundan başqa mobil telefona daxil olan sms-1 ərdən mobil nömrənin Təqsirləndirilən şəxs2 istifadəsində olması müəyyən edilmişdir (cild 01; i.v.197-203).
13. Məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2024-cü il tarixli, 6118 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 221-222).
14. Məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2024-cü il tarixli, 6120 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 223-224).
15. “Sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbrinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd disk, təqdim edilmiş əşyaya baxış keçirilməsini özündə əsk etdirən 01 ədəd disk, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 02 ədəd diskin maddi sübut kimi tanınanaq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş “Samsung Galaxy A52” və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Honor 10” markalı mobil telefonların maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-nin Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (cild 02; i.v.229- 246).
Təqsirləndirilən şəxslərin müdafiələri üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
16. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərir. Özü arada bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 24 avqust axşam radələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ona İmişli rayonuna gedərək şəxsi əşyalarını götürməyi təklif etmişdir. O, da razılaşmışdır. Onlar Seyfətlə birlikdə İmişli rayonu ərazisinə getmişlər. O, İmişli rayonuna yolu bilmədiyindən Seyfət ona yolu göstərmiş və o, avtomobili idarə etmişdir. İmişli rayonunda Seyfətin dediyi yerə çatdıqda Seyfət avtomobildən enərək əşyalarını götürüb qayıdacağını bildirmişdir. O, özü avtomobildən enməmiş və avtomobildə Seyfəti gözləmişdir. Bir qədər sonra Seyfət geri gəlmiş, avtomobilin arxa oturacağına əşyalar qoymuşdur. Həmin vaxt o, arxaya çevrilməmiş və Seyfətin oraya nə qoyduğunu bilməmişdir. Bakı şəhəri ərazisinə qayıdan zaman 25 avqust 2024-cü il tarixdə, gecə radələrində Qaradağ rayonu ərazisində polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları ona videoçəkiliş zamanı narkotik vasitəni Seyfətlə birlikdə götürmələrini deməli olduğunu bildirdikdə o, razılaşmamışdır. Bu zaman polis əməkdaşları onun üz nahiyyəsindən vurmuşlar və onun ağzı əyilmişdir. O, qorxaraq polis əməkdaşlarının dediklərini etmiş və videoçəkiliş zamanı narkotik vasitənin avtomobildə olmasından məlumatlı olmasını və Seyfətlə birlikdə götürdüklərini demişdir.
17. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bəzən tanışlarının ondan narkotik vasitə istədiyini, Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarət almasını bildirmədiyini və xəsarətlərinin qeydə alınmadığını, iş materillarına əlavə edilmiş onun istifadəsində olan mobil nömrəyə daxil olan mesajların həqiqətən də ona tanıdığı şəxslər tərəfindən göndərildiyini, həmin müsajlarla bağlı bir söz demək istəmədiyini bildirmişdir.
18. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü usta kimi fəaliyyət göstərir və arada bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Özü heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 24 avqust 2024-cü il tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ona İmişli rayonundan narkotik vasitə götürməyə getməyi təklif etmiş, o da həmin vaxt işsiz və bekar olduğundan Hüseynə yol yoldaşlığı edərək onunla getməyə razılıq vermişdir. Yol boyu X16 Respublikası vətəndaşı olan Peyman adlı şəxslə danışmış və onun dediyi konuma getmişdir. İmişli rayonunda narkotik vasitələrin qoyulduğu yerə çatdıqda onlar birlikdə avtomobildən enərək narkotik vasitələri avtomobilə daşıyaraq arxa oturacağa yığmışlar. Bakı şəhəri ərazisinə qayıdan zaman 25 avqust 2024-cü il tarixdə, gecə radələrində Qaradağ rayonu ərazisində polis əməkdaşları onları saxlamışlar. Bu zaman baxış zamanı Hüseynin idarə etdiyi avtomobildən İmişli rayonu ərazisindən götürdükləri narkotik vasitə olan qurudulmuş marixuana bükümləri aşkar edilərək götürülmüşdür.
19. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 Peyman adlı şəxsi tanımadığını, Peymanı Hüseynin tanıdığını və onun dediyi konuma gedərək narkotik vasitəni götürdüklərini, Hüseynin həmin narkotik vasitələri hansı məqsədlə götürdüyünü bilmədiyini, onun istifadəsində olan mobil nömrəyə gələn mesajların onun tanışları tərəfindən ona göndərildiyini, bəzən özündə olan zaman narkotik vasitə istifadə edən tanışlarına da narkotik vasitə verdiyini, özünün və valdieynlərinin Gürcüstan Respublikası vətəndaşı olduğunu, valideynlərinin hər iksinin vəfat etdiyini, subay olduğunu və Azərbaycan Respublikası ərazisində qanuni əsaslar və müvafiq icazə olmadan yaşadığını bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
20. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
21. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.
23. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
24. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
25. “Şübhəli şəxsin tutulması haqqında” 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 avqust 2024-cü il tarixdə, saat 02:55-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.26).
26. “Şübhəli şəxsin tutulması haqqında” 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 avqust 2024-cü il tarixdə, saat 02:55-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.46).
27. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 4(005)- 1067/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.157-159).
28. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 4(005)- 1068/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.160-162).
29. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 27 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, 15 noyabr 2021-ci il tarixdə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistoya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (cild 01; i.v.225-226).
30. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.227-228).
31. Məhmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 05/5682 nömrəli məktubdan görünür ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs2 olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
32. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
33. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
34. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
35. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
36. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
37. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
40. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
41. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
42. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verilmiş ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxslərin istifadələrində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
43. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını, İmişli rayonu ərazisinə Seyfətin xahişi ilə getdiyini, Seyfətin oradan narkotik vasitə götürəcəyini bilmədiyini, Seyfətin İmişli rayonu ərazisindən şəxsi əşyalarını götürəcəyini dediyini, İmişli rayonu ərazisinə çatan zaman avtomobildən enmədiyindən Seyfətin avtomobilin arxa hissəsini narkotik vasitə qoymasından məlumatsız olduğunu bildirsə də, onun məhkəmə iclasında verilmiş ifadəsi özünün ibtidai istintaq materiallarında olan ifadələri, saxlanılan zaman üzərinə və avtomobilinə baxış keçirilməsi zamanı qeyd etdiyi xüsusatlar, istifadəsində olan mobil telefondan aşkar edilmiş məlumatlar, şahid ifadələri, digər Təqsirləndirilən şəxs2 nəinki ibtidai istintaq zamanı, o cümlədən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə tam təkzib edilmişdir.
44. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 25 avqust 2024-cü il tarixli şübhəli və 26 avqust 2024-cü il tarixli təqsriləndirilən şəxs qismində dindirilən zaman verilmiş ifadələrində göstərmişdir ki, o, 055 *** ** ** rəqəmli mobil nömrəni uzun müdətdir ki, istifadə edir. Təxminən 10 ildir ki, narkotik vasitə qurudulmuş marixuandan istifadə edir. Əsasən günaşırı həmin maddəni siqaretə doldurub çəkmək yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs2 təxminən 2-3 ay olar ki, tanıyır. Seyfət onun müştərisi olmuşdur. Daha sonra ortaq tanışları olduğundan onların münasibəti yaranmışdır. Seyfəti o Etibar deyə tanımış, Seyfət bildirmişdir ki, atasının adı ilə adı eyni olduğu üçün onu Etibar deyə tanıyırlar. Etibar da nəşə kimi tanınan narkotik vasitə qurudulmuş marixuana istifadə edir. O, narkotik vasitəni Peyman kimi tanıdığı İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Peymanın ona göndərdiyi kart hesabına pul göndərirmiş, Peyman da ona narkotik olduğu yeri demiş və o da gedib oradan götürmüşdür. Peymanla “Wtıatsapp” vasitəsilə əlaqə saxlamış, Peymanı təxminən 1 aydır ki, tanıyır. O, Peymanın mobil nömrəsini internetdən əldə etmiş, 2024-cü ilin avqust ayının sonlarında Peyman ona bildirmişdir ki, İmişli rayonu ərazisinə bir torba narkotik göndərəcəkdir. Həmin narkotik vasitəni götürüb dediyi yerə aparıb qoysa ona 500 manat pul verəcəkdir. Peymanın bu təklifi ilə razılaşmış və bu barədə Seyfətə bildirmişdir. Lakin Seyfətə pulun məbləğini söyləməmiş, Seyfət də onunla razılaşmış, onlar birlikdə onun idarə etdiyi ** VV *** qeydiyyat nişalı avtomobillə İmişli rayonu ərazisinə getmişlər. Yolda onun mobil telefonunun enerjisi bitdiyi üçün Seyfətin mobil telefonu ilə İranlı ilə danışmış, İranlının göndərdiyi konuma getdikdə narkotik vasitənin çox olmasını gördükdə onlar fikirləşmişlər ki, gəliblərsə götürsünlər. Avtomobilin arxa yük hissəsinin qapısı işləmədiyi üçün narkotik vasitələri arxa oturacağın üzərinə yığmışlar. Daha sonra Bakı şəhəri istiqamətinə gəlmişlər. Bakı şəhəri, Qaradağ rayonu ərazisində Bakı-Qazax yolunun kənarında avtomobili saxlamışlar ki, həmin narkotikləri yerləşdirsinlər və məlumat versinlər. 25 avqust 2024-cü il tarixdə, saat 02:55-də Bakı-Qazax yolunun 45-ci kmliyində, 719 saylı stasionar postun yaxınlığında, idarə etdiyi Toyota Prius markalı, 99-W-315 dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman 4 nəfər mülki geyimdə polis əməkdaşları ona və Seyfətə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun və Seyfətin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərlərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməklərini təklif etmişlər. Bu təklifdən sonra o əynində olan şalvarın cibindən bir ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan Samsung markalı mobil telefonu, bir ədəd özünə aid şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən bir ədəd avtomobil açarım təqdim etmişdir. Sonra onun üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan şalvarın sol yan cibindən bir manat pul aşkar olunmuşdur. Əlavə olaraq üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, şəxsij'yət vəsiqəsi götürülmüş və digər əşyalar ona geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 eyni təklif olunmuş, bundan sonra Seyfət əynində olan şalvarın cibindən Honor markalı mobil telefonu təqdim etmiş, daha sonra şəxsin üzəri yoxlanılmış, Seyfətin üzərində hər hansı bir əsva aşkar edilməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon sonuncudan götürülmüş, daha sonra ona idarə etdiyi Toyota Prius markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra o idarə etdiyi Toyota Prius markalı, 99-W-315 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaqlarının üzərindən 19(on doqquz) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaları təqdim etmiş, daha sonra qurudulmuş marixuanalar elektron tərəzidə çəkilir, çəkisi 23 (iyirmi üç) kq 595(beş yüz doxsan beş) qram olması müəyyən edilmişdir.
45. Bundan başqa, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 4(005)-1068/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilmiş məhkəmə iclasında özünü ona elan edilmiş ittihamda təqsirli bildiyini, özünün taksi fəaliyyəti ilə məşğul olduğunu, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşının onunla əlaqə saxlayaraq İmişli rayonunda atılan ünvandan narkotik vasitəni götürməsini və bunun müqabilində pul əldə edəcəyini bildirdiyini, onun da həmin şəxslə razılaşdığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir.
46. Bununla yanaşı, təqsirləndirilən şəxs hazırki məhkəmə iclasında absurd dəlillər irəli sürərək İmişli rayonu ərazisinə Seyfətin xahişi ilə getdiyini, Seyfətin oradan narkotik vasitə götürəcəyini bilmədiyini, Seyfətin İmişli rayonu ərazisindən şəxsi əşyalarını götürəcəyini dediyini, İmişli rayonu ərazisinə çatan zaman avtomobildən enmədiyindən Seyfətin avtomobilin arxa hissəsini narkotik vasitə qoymasından məlumatsız olduğunu bildirsə də, məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs2 Gürcüstan Respublikası vətəndaşı olmaqla Bakı şəhəri ərazisində yaşadığını, onun İmişli rayonu ilə hər hansı əlaqəsinin olmadığını, həmin rayonda yaşamadığını, orada evinin və qohumlarının olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs2 ilk dəfə getdiyi (özü tərəfindən verilmiş ifadəsinə əsasən) rayondan şəxsi əşyalarını götürülməsinə dair dəlili uydurma və Təqsirləndirilən şəxs1 şəxsi təxəyyülünün məhsulu olan dəlil kimi qiymtələndirir.
47. Təqsirləndirilən şəxsin irəli sürdüyü digər dəlil İmişli rayonu ərazisinə çatan zaman avtomobildən enmədiyindən Seyfətin avtomobilin arxa hissəsini narkotik vasitə qoymasından məlumatsız olması olmuşdur ki, həmin dəlil digər təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlarla tam təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə maşından enərək narkotik vasitə olan bükümləri avtomobilin arxa oturacağına yüklədiklərini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ifadəsinə etiraz etməmiş, həmin ziddiyyətlə bağlı ona ünvanlanmış suala cavab vermək istəmədiyini bildirmişdir.
48. Bununla yanaşı, məhkəmə qeyd edir ki, nəzərə alınsa ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələrin bir nəfər şəxs tərəfindən bir dəfəyə daşınaraq avtomobilə qoyulması mümkün deyildir, belə olan halda Təqsirləndirilən şəxs1 avtomobildən enməyərək Təqsirləndirilən şəxs2 (hətta onun öz şəxsi əşyalarını daşımasını düşünmüş olsa idi belə) kömək etməməsi və ya dörd-beş dəfə gedib qayıdaraq avtomobilə nəyinsə qoyulduğunu gördüyü halda arxaya çevrilərək avtomobilinə qoyulan əşyalara baxmaması reallıqla bir araya sığmamaqla təqsirləndirilən şəxsin məhkəməni yanıltmaq üçün həmin dəlilə sığınmasına dəlalət edir.
49. Halbuki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş “Samsung Galaxy A52” mobil telefona baxış zamanı “Whatsapp” ani mesajlaşma sistemində adı “.............”kimi qeyd edilmiş +98 914 743 6388 rəqəmli İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrə ilə 25 avqust 2024-cü il tarixdə, saat 00:53-də 2 dəqiqə, həmin tarixdə, saat 01:32-də 1 dəqiqə səsli danışığın, 02:06-da 21 dəqiqə videogörüntülü danışığın aparılması, həmin tarixdə müxtəlif cavabsız zənglərin olması aşkar edilmiş, onun yol boyu bir neçə dəfə Peyman adlı şəxsə danışması, Peyman adlı şəxsin göndərdiyi konuma getməsi digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır.
50. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, yuxarıda göstərilən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 *** ** ** rəqəmli mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olması müəyyən edilmiş, həmin mesajlarla bağlı məhkəmə iclasında ona ünvanlanmış suala isə o, 055 *** ** ** rəqəmli mobil nömrənin onun istifadəsində olduğunu, qeyd olunan mesajların həqiqətən də onun nömrəsinə gəldiyini, həmin yazışmalara münasibətdə bir söz deyə bilməyəcəyini bildirmişdir.
51. Hazırda məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki təzyiqə məruz qalması nəticəsində ağzının əyildiyini, həmin təzyiqlər nəticəsində etirafedici ifadələr verdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin arqumentini də heç bir sübuta əsaslanmayan əsassız dəlil kimi qiymətləndirir.
52. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman qeydə alınmadığını və bu barədə orada bir söz demədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.
53. Bundan savayı, təqsirləndirilən şəxs polis əməkdaşlarından birinin onun sifət nahiyyəsinə vurması nəticəsində ağzının əyildiyini və bunun axtarış və götürmə aparılmasına dair videodiskdə olan görüntülərdən də açıq-aşkar göründüyünü bildirsə də, qeyd olunan diskə məhkəmə iclasında baxılan zaman təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin xüsusat da öz təsdiqini tapmamışdır.
54. Həmçinin, iş materiallarından görünən odur ki, 2024-cü ilin avqust ayından hazırki cinayət işi üzrə istintaq aparılmasına baxmayaraq təqsirləndirilən şəxs bu günədək polis əməkdaşları tərəfindən fiziki təsir-təzyiqlərə məruz qalması ilə bağlı hər hansı hüquq-mühafizə orqanına məlumat verməmiş, ibtidai istintaq zamanı bu barədə hər hansı xüsusata toxunmamış, əksinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilmiş məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
56. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
57. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqana müraciət etməmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
58. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 təklifi ilə narkotik vasitə götürmək üçün İmişli rayonu ərazisinə getdiklərini, götürdükləri bükümlərdə narkotik vasitə olduğundan məlumatlı olduğunu etiraf etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini, bəzən tanışlarına pulsuz verdiyini bildirmişdir ki, məhkəmə onun ifadəsində xüsusatlara da qiymət verilməsini zəruri hesab edir.
59. İlk növbədə məhkəmə qeyd edir ki, şəxsin narkotik vasitəni başqa şəxslərə əvəzsiz olaraq və ya hədiyyə kimi verməsi onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndiyini nəzərə alaraq həmin halı da narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi qiymətləndirilir.
60. Belə ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11 -ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.
61. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11 -ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.
62. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11 -ci maddəsində nəzərdə tutulmuş "digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.
63. Bundan başqa, yuxarıda göstərilən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** rəqəmli mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olması müəyyən edilmiş, həmin mesajlarla bağlı məhkəmə iclasında ona ünvanlanmış suala isə 070 *** ** ** rəqəmli mobil nömrənin onun istifadəsində olduğunu, qeyd olunan mesajların həqiqətən də onun nörməsinə gəldiyini, həmin yazışmalara münasibətdə bir söz deyə bilməyəcəyini bildirmişdir.
64. Məhkəmə göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə, Təqsirləndirilən şəxs2 isə özünü qismən təqsirli bilərək narkotik vasitələrin satışı ilə məşğul olmamasını göstərməsinə tənqidi yanaşaraq ittihamda qeyd olunan narkotik vasitələri satış məqsədilə əldə etməmələrinə və daşımamalarına dair ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadələrin onlar tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir.
65. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan SMS-lər və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilməkdədir.
66. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
67. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiklərii ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, SMS yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiklərii ifadələri inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.
68. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
69. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
70. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2) onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır.
71. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
72. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini qismən etiraf edərək səmimi peşman olmasını (CM-59.2) onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır.
73. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
74. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.
75. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.
76. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 və valideynlərinin Gürcüstan Respublikası vətəndaşı olmalarını, Azərbaycan Respublikası vətəndaşı ilə nikahda olmamaqla qanuni əsaslar olmadan Azərbaycan Respublikası ərazisində yaşadığını, onun barəsində AR CM-nin 52.1-ci maddəsinin tətbiqini istisna edən həmin Məcəllənin 52.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir.
77. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.
78. İş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 04 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A52” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd “Honor 10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalıdır.
79. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
80. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
81. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
82. İş üzrə mülki iddia yoxdur.
83. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
84. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “M.B.M” vəkil bürosunun vəkili Müdafiəçi1 Ali oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
85. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı dövlət hesabına təyin edilmiş “M.B.M” vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
86. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək AR CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmaqla 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara-Gürcüstan Respublikasına məcburi qaydada çıxarılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – DİN-nin Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə verilmiş 22258,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 04 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut- DİN-nin Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A52” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut- DİN-nin Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd “Honor 10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri 72 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinindən 36 manat olmaqla tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş “M.B.M” vəkil bürosunun vəkili Müdafiəçi1 Ali oğluna sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “M.B.M” vəkil bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı dövlət hesabına təyin edilmiş “M.B.M” vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 5 iş saatına görə 30 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “M.B.M” vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov