Məhkəmə qərarları › İş №1(101)-86/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-86/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-86/2022 18.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katiblər X9 və X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxslərin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, xx xxxx 1967-ci ildə Ermənistan Respublikasının Yexeqnadzor şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək faəliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 17 avqust 2015-ci il tarixdə özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs2 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 06 dekabr 2017ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs3 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 17 avqust 2015-ci il tarixdə özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs3 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2015-ci ilin noyabr ayının ortalarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, eləcə də təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 17 noyabr 2015-ci il tarixdə uşağını doğduqdan sonra 2015-ci ilin noyabr ayının sonlarından etibarən Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2016-cı ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs3 2016-cı ilin noyabr ayının əvvəllərindən etibarən həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı tiçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq- mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2017-ci ilin fevral ayının ortalarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, eləcə də təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 14 fevral 2017-ci il tarixdə uşağını doğduqdan sonra 2017-ci ilin fevral ayının sonlarından etibarən Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 07 dekabr 2017-ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 qardaşı xx xxxxx 2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünəməxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2015-ci ilin avqust ayının sonlarında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən heyvandarlıq fermasına gətirmiş, qeyd edilən vaxtdan etibarən Zərərçəkmiş şəxs1 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq- mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 03 aprel 2018-ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, eləcə də yetkinlik yaşma çatmayan şəxs barəsində məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs5 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2019-cu ilin avqust ayında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs5 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq- mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs5 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2019-cu ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayəti törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs5 oğlu Zərərçəkmiş şəxs4 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2019-cu ilin avqust ayında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs4 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı malqaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs4 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2019-cu ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs6 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2019-cu ilin aprel ayında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs6 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq- mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs6 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2019-cu ilin noyabr ayınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal- qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs1 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək 03 aprel 2018-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyi ilə hədə-qorxu gəlib psixi təsir göstərərək qorxu hissi yaratmış, mütəmadi olaraq əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 döyərək müxtəlif vaxtlarda zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa Zərərçəkmiş şəxs1 azadlığını 06 mart 2020-ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb onu ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayəti törətmiş, 06 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs məxsus heyvandarlıq fermasında Zərərçəkmiş şəxs1 azadlığı məhdudlaşdırılmaqla məcburi əməyə cəlb edilməsi faktı yerində aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, tanışı Vüqar həmişə onun fermasına ot daşımış və sonuncu 2014-cü ildə Səbuhi adlı fəhlə ilə onun yanına gələrək Səbuhinin yeni evləndiyini və valideyinlərinin onu çölə atdıqları üçün sonuncunu fermasına işə götürməsini xahiş etmişdir. O, Vüqara hazırda fermasında boş yer olmadığını, lakin yer açılan kimi onlara xəbər verəcəyini bildirmişdir. Səbuhi 10-15 gün sonra hər gün onun əlaqə telefonuna zəng edərək fermada işləmək istədiyini ondan xahiş etmişdir. O, Səbuhiyə fermada mal sağmaq, mala baxmaq və balaca danaya süd vermək kimi işlərin olduğu bildirmişdir. Daha sonra aralarında Səbuhinin fermada işləməsinin qarşılığında alacağı maaşı razılaşmışlar. 10 gündən sonra Səbuhi ona zəng edərək Bakıya onun fermasında işləməyə gəldiyini bildirmişdir. Səbuhi arvadı Nərgizlə yorğan döşəyini qazel avtomobilə yükləyərək gecə saat dörd radələrində Bakıya onun fermasına gəlmişlər. Səbuhinin gəldiyi maşına verəcəyi pulu olmadığı üçün Səbuhiyə 100 manat pul vermişdir. Hava işıqlanandan sonra Nərgizin hamilə olduğunu görmüş və Səbuhidən nə səbəbdən hamilə arvadını fermaya gətirməsini soruşduqda, Səbuhi özündən də cüssəli qardaşının rayonda olduğunu və onu da fermaya gəlmək istədiyini bildirmişdir. Səbuhi ondan bir maşın tutub yenidən onunla birlikdə rayona getməsini xahiş etmişdir. O, Səbuhidən onunla birlikdə getməyin səbəbini soruşduqda, Səbuhi valideyinlərinin onu və arvadını evdən çıxartdıqlarını, borcları olduğu üçün isə qardaşının böyük xalası oğlu tərəfindən borc əvəzinə işlədildiyini və bundan başqa evdən əlavə yorğan- döşək götürəcəyini bildirmişdir. O, Səbuhi ilə razılaşmış və əvvəllər saksi sürücüsü kimi tanıdığı Ziyafət adlı şəxslə Saatlı rayonunun Fətəli kəndinə getmişlər. 05 dekabr 2014-cü il tarixdə onları Səbuhinin əmisi Məmmədağa adlı şəxs qarşılamış və həmin gün onlara qonaqlıq vermişdir. Daha sonra Səbuhinin təklifi ilə o, Səbuhi və əmisi Səyyadı götürmək üçün Saatlı rayonunun digər kəndinə yollanmışlar. Səbuhinin xalası gilə çatanda orada Səbuhini və əmisini təhqir etmişlər və döymüşlər. O, orada Səbuhigilin nə qədər borclarının olmasını soruşduqda, 130 manat pul borcu olduqlarını ona bildirmişlər. O, Səbuhigilin 130 manat pul borcunu ödəmişdir. Bundan əlavə ifadəsində bildirmişdir ki, Səbuhi və arvadı iki il onun fermasında işləmişlər, onlar orada qalan dövrdə onların iki övladları dünyaya gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, fermasında işləyən şəxsləri məcburi işlətməmiş, hər ailəyə aylıq 300 manat əmək haqqı vermiş və maaşdan əlavə də onların ağartı məsullarını və ət kəsib yeməklərini də təmin etmişdir. Səbuhi işə başlamadan öncə gəlib qalacağı evin şəraitinə baxmışdır. O, fermadan çıxandan sonra Səbuhi maşınlardan istifadə etmişdir. Belə ki, xatırlamadığı tarixdə gecə saat 04 radələrində həyətində divar hörən usta ona zəng edərək, Səbuhinin maşını aşırtmasını, maşının yoldan 35 metr kənara uçmasını, lakin Səbuhi heç bir xəsarət almadığını və oraya tez bir zamanda gəlməyini demişdir. O, oraya getmiş və Səməddin adlı traktoristin köməkliyi ilə maşını qəza yerindən götürüb öz həyətinə gətirmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və fərqli ifadə verərək Səbuhini tutulmaqdan xilas etmişdir. Səbuhigilin övladı dünyaya gələndə Nərgizə xəstəxanaya gecə saatlarında yemək aparmışdır. Bundan əlavə bildirmişdir ki, Zərərçəkmiş şəxs5 oğlu Seymur ilə onun fermasında 15 gün işləmişlər, o, onları orada məcburi saxlamamış, hətta onların onun fermasında işə başlamazdan əvvəl 200 manat mağazaya olan borclarını bağlamışdır. Onlara 300 manat əmək haqqı vermişdir. Lakin işlərini bacarmadıqları üçün onlar işdən çıxarmışdır. Bundan başqa, Çobanova Oksan dələduz olmuş, harada işləmiş, orada bir uşağı olmuşdur. 4-5 ay yanında işləmiş və ona 150 manat əmək haqqı vermiş və əlavə olaraq Oksananın uşağına hər ay uşaq bezi almışdır. Bundan əlavə ifadəsində bildirmişdir ki, işçiləri ilə arasında əmək müqaviləsi olmamış, onları yalnız şifahi razılaşma əsasında işləmişdir. İşçilər yeməyi özləri bişirmişlər, kəsdiyi ətdən hər fəhləyə 3-4 kq ət vermiş, həftədə bir dəfə tövləyə girmiş, bəzən həftələrlə tövləyə girməmişdir. İşçilər səhər saat 6-8 arasında və axşam saat 5- dən 9-a qədər işləmişlər. Fermanın böyük darvazası olmuş, darvazanın qıfılı olmamış, oraya giriş-çıxış sırbəst olmuşdur. İşçilər günə-muzd da işləmşlər, 10 gündən bir işçilərin pullarını vermiş, aylıq 300 manat maaş vermiş, gündəlik istəyəndə isə iki gündən bir 5-10 manat vermişdir. İşçilərin hər birinin mobil telefonu olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı18 dekabr 2020-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunanan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ildən tanımış, o, Fazilə məxsus olan heyvandarlıq fermasında 15 yaşından, yəni 2015-ci ilin təxminən avqust ayından işləmiş, o, həmin fermaya qardaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə getmiş, Səbuhi ondan öncə Fazilin fermasında həyat yoldaşı ilə birlikdə işləmişdir. Belə ki, qardaşı Səbuhi Bakı şəhərində işləmək istədiyini tanışı Vüqar adlı şəxsə bildirdikdən bir neçə gün sonra Vüqar qardaşı Səbuhiyə Bakı şəhərində Təqsirləndirilən şəxs adlı şəxsə məxsus ferma olduğunu, həmin fermaya işləmək üçün adam axtarıldığnı demiş, Səbuhi də həmin fermada işləmək istədiyini bildirmiş və 2015-ci ildə Vüqar Səbuhini işləmək məqsədilə Bakı şəhərinə aparmışdır. Bir müddət sonra qardaşı Səbuhi Saatlı rayonuna gələrək həyat yoldaşı Nərgizi götürüb özü ilə Bakı şəhərində yerləşən fermaya aparmışdır. Qardaşı birinci dəfə yoldaşının arxasınca gələndə o evdə olmamış, çünki həmin vaxt o Saatlı rayonunun Azadkənd kəndində xalası Çəməngilə məxsus qoyunlara baxmışdır. O, orada işləməyi ilə bərabər xalasıgilə məxsus evdə yaşamışdır. 2015-ci ilin avqust ayında Səbuhi Təqsirləndirilən şəxsla birlikdə xalasıgilə məxsus evə gələrək, onu da həmin fermaya gətirmişlər. O, həmin vaxt Bakı şəhərinə gəlmək istəməsə də, qardaşı kömək etmək lazım olduğunu bildirdiyi üçün o həmin fermaya getməyə razılaşmış, ferma Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşmişdir. Fazil Saatlı rayonunda ona fermada yaxşı baxacağını, orada yaxşı yaşamağı üçün hər cür şəraitin olduğunu, istədiyi vaxt Saatlı rayonuna gəlib ailəsini ziyarət edə biləcəyini, ona hər ay yüksək maaş verəcəyini, həmin puldan ailəsinə də göndərmək imkanının olacağını bildirmişdir. O da Fazilin yalan vədlərinə inanaraq onunla razılaşıb Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən fermaya gəlmiş, onun Fazillə arasında əmək müqaviləsi bağlanmamışdır. O, həmin fermaya gəldiyi gündən işləməyə başlamış, lakin bir müddət sonra anlamışdır ki, Fazil onu aldadaraq işlətmək üçün bura gətirib. Onun fermada yaşadığı şərait Fazilin Saatlı rayonunda ona verdiyi vədlərə uyğun olmamışdır. Fazil onu qardaşının yaşadığı heç bir şəraiti olmayan otağa yerləşdirmiş, yaşadığı otağın təmiri çox aşağı səviyyədə olmuş, otaq bir stol və bir çarpayı ilə təchiz olunmuşdur. Qaldığı yerdə çimmək üçün heç bir yer olmamışdır. O, 2-3 aydan bir çimmək məcburiyyətində qaldığında isə suyu köhnə dəmir vedrədə qızıdırmış, heyvanların saxlanıldığı tövlədə yuyunmuşdur. Bu şəraitlə bağlı o iradını qardaşına bildirmiş, qardaşına şəraitin belə olduğunu bildiyi halda, nə üçün onu fermaya gətirdiyini soruşduqda, qardaşı ona heç bir söz demədən susmuşdur. Gün ərzində Fazil ona iki dəfə yemək vermiş, yemək vaxtları isə səhər saatlarında və axşam saatlarında olmuşdur. Fazil həmişə ona köhnə yeməkləri vermiş, özü marketdən aldığı təzə çörəyi yemiş, ona isə heyvanlar üçün gətirdiyi quruyub köhnəlmiş çörəyi vermiş və o, məcbur olub acından ölməmək üçün Fazilin verdiyi köhnə yeməkləri yemişdir. İş saatı isə çox ağır olmuş, Fazil səhər saat 4- 5 radələrində onu yuxudan oyadaraq gecə saat 12 və ya 01:00-a kimi dayanmadan işləməyə məcbur etmişdir. O, işləyərkən Fazil daim ona nəzarət edərək əziyyət vermişdir. O, fermada heyvanları yemləmiş, heyvanların olduğu tövləni təmizləmiş və heyvanlara qulluq etmişdir. Fermada bir heyvan öldükdə, Fazil heyvanın ölmə səbəbini ondan görərək onu döymüşdür. Fazilin ona verdiyi əziyyətlərə dözməyərək iki dəfə oradan qaçmağa cəhd göstərsə də, hər ikisində də fermanın həyətindən uzaqlaşmamış Fazil onu tutub saxlamışdır. O, oradan qaçmağa cəhd göstərdiyinə görə Fazil onu ağac çubuğu ilə döymüşdür. Fazil ona demişdir ki, fermadan qaçsan səni öldürərəm. Fazil onunla bərabər qardaşı Səbuhini və qardaşının həyat yoldaşı Nərgizi də işləməyə məcbur etmiş, hətta Fazil Nərgizin hamilə olduğunu bilə-bilə onu işləməyə məcbur etmişdir. Bir müddətdən sonra yəni 2017-ci ildə qardaşı fermadan qaçıb getmiş, bundan bir müddət sonra isə Nərgizin qardaşı fermaya gələrək Nərgizi də özləri ilə Saatlı rayonuna aparmış, həmin vaxt onu da özləri ilə Saatlı rayona aparmaq istəsələr də, Fazil ona hədə-qorxu gəlib onlarla getmək istəməməyini onlara deməyə məcbur etmişdir. O, Fazildən qorxduğu üçün Nərgizgilə onlarla getmək istəmədiyini, fermada qalmaq istədiyini bildirmişdir. O, fermada xəstələndikdə Fazil onu həkimə getməyə icazə verməyərək xəstə halda onu işlətməyə məcbur etmişdir. O, Fazilə səhhətində olan xəstəliklə bağlı məlumat verdikdə, Fazil onu təhqir edib vəziyyətinin yaxşı olduğunu, yalan dediyini bildirmişdir. 2018-ci ildə 18 yaşı tamam olduğu üçün Fazilə hərbi xidmətə gedəcəyini demiş, Fazil isə bu zaman ona xəstəliyi ilə bağlı hərbi bilet aldığını, hətta qısa bir müddət ərzində onu öz himayəsinə keçirəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Fazil onun hərbi xidmətə yarasız olmağı ilə bağlı hərbi bileti ona təqdim etmiş, həmçinin, o, həmin hərbi biletin alınması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsində hazırda adını və rütbəsini xatırlamadığı hərbi geyimdə olan bir nəfər şəxsin yanında olmuşdur. O, artıq Fazildən canını qurtara bilməyəciyini anlamış və buna görə özünü öldürmək qərarına gəlmişdir. Bu məqsədlə bıçaqla qolunun hər ikisini bilək nahiyyədən kəsmiş, həmin vaxtdan uzun bir müddət keçdiyi üçün hazırda biləklərində hər hansı bir xəsarət qalmamışdır. Fazil bunu gördükdə gəlib onu döymüş, onun səhhəti pis olsa da Fazil onu həkimə aparmayaraq özü onun qollarını bağlayıb onu işlətməyə davam etmişdir. O, Fazilin ona verdiyi əzab-əziyyətlər içərsində 2015-ci ilin avqust ayından 2020-ci ilin mart ayına kimi fermada işləmiş, fermada bu qədər müddət ərzində ağır şəraitlərdə işləməyinə baxmayaraq Təqsirləndirilən şəxs ona heç vaxt hər hansı məbləğdə pul verməmişdir. Fazil yalnız 2-3 gündən bir ona siqaret alıb vermişdir. Fermada ondan başqa Kəmalə və Rizvan adlı şəxslər də işləmişdir. Lakin onların maaşını Fazil vaxtı vaxtında vermişdir. 06 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları fermaya gələrək onu Təqsirləndirilən şəxs yanından xilas etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, qaldıqları otaqda nə istilik, nə qaz olmamış, ora soyuq olmuşdur. Fazil işçilərə əsasən xarab yemək vermiş, yeməkləri Əzizbəyovda yerləşən çörək zavodundan gətirmiş, hamama heyvanları saldığı üçün çimməyə yerləri olmamışdır. O, oraya gələndə 15 yaşı olmuş, səhər saat 04-dən gecə saat 01 radələrinə qədər fermada işləmişdir. Fazil ona ailəsi ilə əlaqə saxlamağa icazə verməmiş, işçilərin qarşısında onu döymüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2014-cü ildə Zərərçəkmiş şəxs3 ilə evlənsə də rəsmi nigahları olmamış, hazırda 2 övladları vardır. 2015-ci ilin ortalarında işsiz olduğu üçün həmkəndlisi olan Vüqar adlı şəxsə iş tapmaqda ona köməklik etməsini xahiş etmiş, Vüqar yaşadıqları ünvan 2 kəndində özünə məxsus QAZ-53 markalı maşınla ot satmaqla məşğul olmuşdur. Onun Vüqarla yaxın dostluq münasibəti olmuş, Vüqardan iş üçün köməklik istədikdə Vüqar ona Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində heyvandarlıqla məşğul olan Fazil adlı şəxsi tanıdığını və Fazilə fermada işləmək üçün işçi lazım olduğunu demiş, o, Vüqara fermanı və fermanın sahibi Fazil adlı şəxsi görmək istədiyini bildirmişdir. Bundan sonra Vüqar həmin fermaya ot satmaq üçün gəldikdə onu da özü ilə bİlrlikdə Fazil adlı şəxsə məxsus fermaya gətirmiş, Fazil onları mehriban qarşılayaraq özünü yaxşı tərəfdən göstərmişdir. Fazillə iş ilə bağlı söhbət etdiyi zaman Fazil ona fermada olan 5-6 baş heyvana baxacağını bildimiş, o Fazilə ailəli olduğunu və yaşamaq üçün yerinin olmadığını dedikdə, Fazil ona həyat yoldaşını da gətirə biləcəyini, onlara fermada hər bir şəraiti olan ev verəcəyini və aylıq hər birinə 300 manat pul verəcəyini qeyd etmişdir. O, Fazil ilə razılaşaraq həmin günü Vüqarla birlikdə yaşadığı Fətəlikəndə gələrək işlə bağlı həyat yoldaşı Zərərçəkmiş şəxs3 bildirmiş, Nərgiz də maddi vəziyyətləri pis olduğu üçün onunla birlikdə fermada işləməyə razı olmuşdur. Daha sonra özlərinə lazım olan əşyaları toplayaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində olan Fazil adlı şəxsə məxsus fermaya gəlmişlər. Fazil onları mehriban qarşılayaraq qalacaqları yeri göstərmiş, həmin ev iç-içə yarım suvanmış 2 otaqdan ibarət olmuşdur. Otaqların təmiri çox aşağı səviyyədə olmuş, bir stol və bir çarpayı ilə təchiz olunmuşdur. Qaldıqları yerdə çimmək üçün heç bir yer olmadığından çimmək istədikdə suyu köhnə dəmir vedrədə qızıdırmış, heyvanların saxlanıldığı tövlədə yuyunmuşlar. Onlarla Fazil arasında əmək müqaviləsi bağlanmamış, üç aya yaxın onlar hər gün səhər saat 04:00-dan duraraq axşam saat 22:00-kimi fasiləsiz işləmişlər. Həmin zaman Nərgiz hamilə olduğu üçün işləyə bilməmiş, bu zaman o Fazilə bildirmişdir ki, həyat yoldaşının əvəzinə rayonda kəndə yaşayan Səyad adlı qardaşını gətirsin və ona Nərgizin əvəzinə köməklik etsin. Fazil tez razılaşaraq rayona gedəcəklərini bildirmiş, 2015-ci ilin avqust ayında Saatlı rayonuna gedərək qardaşı Səyadı özləri ilə birlikdə fermaya gətirmişlər. Bundan sonra Nərgizin əvəzinə Səyad ona köməklik etməyə başlamış, Nərgiz fermada ancaq yüngül işlərdə onlara kökək etmişdir. O, fermada dördüncü ayı işləməyinə baxmayaraq Fazil nə ona, nə də Nərgizə heç bir məbləğdə pul verməmişdir. Buna görə də o, Fazil ilə mübahisə etmiş, mübahisə zamanı Fazil ona bildirmişdir ki, ona çatan pulun əvəzinə onlara gündəlik ərzaq məhsulları almışdır. O, buna narazılıq etdikdə isə Fazil onu həyat yoldaşının yanında döyərək heyvanlar üçün olan yem qabına atmışdır. Bundan sonra o, oradan getmək istədikdə, Fazil ona heyvanları oğurluyub satmağı barədə bəhanə uydurub onu tutduracağı ilə hədələməyə başalmışdır. Bundan sonra o çarəsiz qalıb Fazilin dediklərini etməyə başalmışdır. Onlar orada daim Fazilin nəzarəti altında olmuşlar. O, fermanın həyətindən bayıra çıxa bilməmiş, marketə gedəndə belə Fazil yanlarında olmuşdur. Arada yemək və yaxud dincəlmək istədikdə Fazil onun üstünə qışqıraraq işləməyə məbur etmişdir. O, bütün bunlara birtəhər dözərək ayılq maaşının verilməsini gözləmiş, çünki həyat yoldaşı hamilə olduğu və tezliklə övladının dünyaya gələcəyi üçün pul lazım olmuşdur. Həyat yoldaşı hamiləliyinin axır ayları olduğundan işləyə bilməmişdir. Fazil isə hər gün onu və həyat yoldaşını söyərək təhqir etmişdir ki, heyvanlar ac qalır, onlara yaxşı qulluq edilməyir, bu səbəbdən də heyvanların südü azalır. Bundan sonra fermada vəziyyət daha dözülməz olmuş, Fazil demək olar ki, hər gün səbəbsiz yerə onu və qardaşı Səyadı döymüşdür. Təxminən 2015-ci ilin dekabr ayının axırlarında o fermadan qaçmağı qərara almış və bu barədə qardaşına bildirdikdə Səyad Fazildən qorxduğunu, Fazilin onların başına oyun açacağını deyib getməyəcəyini bildirmişdir. Bundan sonra o heç bir söz demədən axşam saatlarında fermanı tərk edərək dəniz kənarına gedib çıxmış, həmin yol ilə getdikdə maşın işıqlarını görüb soruşmaq üçün həmin maşına yaxınlaşanda gələn adamın Fazil olduğunu görmüşdür. Fazil ona yaxınlaşaraq onu döymüş, ona hədə-qorxu gələrək bir də ondan xəbərsiz fermanı tərk edəcəyi halda onu və ailəsini öldürəcəyini bildirmişdir. 2017-ci ilin dekabr ayında özü qaçmağı, sonra isə həyat yoldaşını və qardaşını oradan çıxartmağı qərara almışdır. Gecə saatlarında fermanı tərk edərək yaşadığı kəndə gəlib DİN-in 102 qaynar Xəttinə zəng edərək həyat yoldaşı və qardaşının Fazil adlı şəxs tərəfindən məcburi qaydada saxlanılması barədə məlumat vermişdir. 2017-ci ilin dekabr ayının 7-də həyat yoldaşının qardaşı və yaxın qohumları Bakı şəhəri Pirşağı qəsəbəsində olan Fazilə məxsus fermadan həyat yoldaşını və azyaşlı uşaqlarını götürüb kəndə gətirmişlər. Qardaşı Səyad isə Fazildən qorxduğu üçün gəlməmiş, həmin gündən dəfələrlə müxtəlif ünvanlara müraciət etsələr də, Fazil bir bəhanə ilə qardaşını qaytarmamışdır. Fermada işləməyə getdiyi zaman mobil telefonu olsa da, orada işlədiyi zaman Fazil həmin mobil telefonu onun əlindən almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2014-cü İlin sentiyabr ayında Zərərçəkmiş şəxs2la ailə həyatı qurmuş, həmin evlilikdən hazırda 2 övladı olmuşdur. 2015-ci ilin ortalarında həyat yoldaşı işsiz olduğu üçün həmkəndlisi olan Vüqar adlı şəxsə iş tapmaqda köməklik etməsini xahiş etmiş, Vüqar yaşadıqları ünvan 2 kəndində özünə məxsus QAZ-53 markalı maşınla ot satışı ilə məşğul olmuşdur. Vüqar həyat yoldaşına Bakı şəhəri , Sabunçu rayonu, Pirşağı qəsəbəsində heyvandarlıqla məşğul olan Fazil adlı şəxsi tanıdığını və ona fermada işləmək üçün fəhlə lazım olduğunu bildimişdir. Vüqar bildirmişdir ki, onlar həm fermada işləyib, həm də qala bilərlər. Bundan sonra Səbuhi Vüqarla birlikdə Bakıya getmiş və geri qayıdaraq ona orada işləyə biləcəklərini demiş, 2015-ci ilin avqust ayının 17-də onlar səhər saatlarında özlərinə lazım olan zəruri əşyaları toplayaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində olan Fazil adlı şəxsə məxsus fermaya getmişlər. Fazilin onlara qalmaq üçün verdiyi yer 2 otaqdan ibarət iç-içə yarım suvanmış olmuşdur. Fazil onlar əşyalarını yerləşdirməmiş yanlarına gələrək heyvanlara yem verməklərini tələb etmişdir. Təxminən bir aya yaxın onlar hər gün səhər saat 04:00-da duraraq axşam saat 22:00- a kimi fasiləsiz işləmişlər. Arada yemək və yaxud dincəlmək istədikdə Fazil onların üstünə qışqıraraq işləməyə məcbur etmiş, lakin həmin zaman o hamilə olduğu üçün işləyə bilməmişdir. Buna görə də Fazil hər gün irad tutmuşdur ki, o normal işləyə bilmir. Səbuhi qardaşı Səyadı gətirb onun əvəzindən işləyəcini bildirdikdə Fazil Səbuhi ilə dərhal razılaşmış və bundan sonra Səbuhi Fazillə birlikdə Saatlı rayonuna gedib oradan Səyadı gətirmişlər. Təxminən 2015- ci ilin avqust ayının sonlarında Səyad da fermaya gəlib onlarla birlikdə işləməyə başlamışdır. Fazil ilə Səbuhinin birici mübahisəsi işlədikləri ayın tamamında olmuşdur. Səbuhi aylıq maaşlarını tələb etdikdə, Fazil onlara çatan pulun əvəzinə onlara gündəlik ərzaq məhsulları aldığını və pulu ora çıxdığını bildirmişdir. Səbuhi narazılıq etdikdə Fazil onu möhkəm döyərək heyvanlar üçün olan yem qabına atmışdır. Bundan sonra Fazil Səbuhiyə heyvanları oğurluyub satmağı barədə bəhanə uydurub onları tutduracağı ilə hədələməyə başlamışdır. Onlar çarəsiz qalıb Fazilin dediklərini etməyə başlamışlar. Fazil onları çörək bişirməyə də qoymamışdır ki, işıq pulu çox yazacıq. Fazil onlara həmişə köhnə lavaş almış, heyvanlar üçün çörək gətirdikdə, həmin çörəkdən yemələri üçün onlara da vermişdir. Onun hamiləliyinin axır ayları olduğundan işləyə bilməmiş, Fazil isə hər gün onu və həyat yoldaşını söymüşdür ki, heyvanlar ac qalır, onlara yaxşı qulluq edilmir, buna görə də inəklərin südü azalır. Bundan sonra fermada vəziyyət daha dözülməz olmuş, heyvanlar xəstəlindədikdə və öldükdə Fazil Səbuhini otağa salıb döymüşdür. Fazil demək olar ki, hər gün səbəbsiz yerə Səbuhini və Səyadı döymüşdür. Təxminən 2015-ci ilin dekabr ayının axırlarında Səbuhi fermadan qaçmış və gəlib onu da aparacağını bildirmişdir. Bir neçə saatdan sonra Fazil Səbuhi ilə birlikdə qayıtmış və yenidən Səbuhini döymüşdür. 2017- ci ilin dekabr ayının 6-da Səbuhi fermanı tərk edərək qaçmış, 2017-ci ilin dekabr ayının 7-də onun qardaşı və yaxın qohumları Bakı şəhəri Pirşağı qəsəbəsində olan Fazil adlı şəxsə məxsus fermadan onu və azyaşlı uşaqlarını götürüb kəndə gətirmişlər. Qaynı Səyad isə Fazildən qorxaraq onlarla getməmişdir. Həmin gündən etibarən dəfələrlə müxtəlif ünvanlara müraciət etsələr də Fazil bir bəhanə ilə Səyadı qaytarmaqdan imtina etmişdir. Fermada işlədikləri müddətdə yəni 3 il müddətində Təqsirləndirilən şəxs Səbuhiyə hər hansı bir məbləğdə pul verməmiş, yalnız 10-15 gündən bir ona ən çoxu 40 manat pul vermişdir. Çox zaman siqareti də Səbuhinin özü almışdır. Fermada işlədiyi müddətdə onun mobil telefonu olmamış, Səbuhinin mobil telefonu olsa da, Fazil ona mobil telefonu istifadə etməyə icazə verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Kəmala Cabbarova onun anasıdır, atası 2000-ci ildə vəfat etdikdən sonra ailədə maddi durum daha da çətinləşmiş və bu səbəbə görə təhsil ala bilməmişdir. Kənddə olan qonşuların həyətində olan təsərüfat işlərində günəmuzd çalışmış, anası 2019-cu ildə Qeis adlı qohumlarına iş tapmaqda onlara köməklik etməsini xahiş etmiş, bir neçə gündən sonra Qeis onlara gələrək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində heyvandarlıqla məşğul olan Fazil adlı şəxsi tanıdığını və ona fermada işləmək üçün işçi lazım olduğunu bildirmişdir. Anası Qeisə fermanı görmək istədiyini bildirmiş və bundan sonra onlar Qeislə birlikdə həmin fermaya getmişlər. Onları təxminən 50 yaşlarında bir kişi qarşılamış, həmin adam özünü Fazil kimi təqdim edərək Bakı şəhərində heyvandarlıq ferması olduğunu və orada olan inəklərin sağılması və onlara qulluq edilməsi üçün işçi lazım olduğunu bildirmişdir. Anası Kəmalə həmin işdə işləyə biləcəyini, onun da heyvanlara qulluq etməyi bacardığını Fazilə bildirmiş, Fazil də hər onların hər ikisi üçün fermada iş olduğunu demişdir. Fazil ilə onların hər birinə aylıq 400 manat pul veriləcəyi barədə razılaşmışlar. Bundan sonra Fazil onlarla birlikdə yaşadıqları ünvana gələrək onlara lazım olan paltarları və digər əşyaları fermaya aparmaqda onlara köməklik etmiş və onlar birlikdə Pirşağı qəsəbəsində yerləşən Fazilə məxsus fermaya getmişlər. Fazil orada onlara tövləyə bitişik olan otağı vermiş, Fazil onlar fermaya gələn kimi onun istifadə etdiyi 051 ***-**-** nömrəli mobil telefonu onun əlindən alaraq ona buraya telefon işlətmək üçün gəlmədiyini bildirmişdir. Onlar fermaya gəldikdə orada Səyad, Oksana və Savad adlı şəxslər də işləmişdir. Fazil ona heyvanların altını təmizləyəcəyini bildirmiş, bundan sonra onlar hər gün səhər saat 04:00-da duraraq gecə saat 23:00-a kimi işləmişlər. Fermada vəziyyət dözülməz olmuş, Fazil onları heç bir şəraiti olmayan otağa yerləşdirmiş, qaldıqları otağın təmiri çox aşağı səviyyədə olmuşdur. Yuyunmaq lazım olduqda fermada hamam və su olmadığı üçün Fazil onları heyvanların olduğu tövlədə quyudan çıxan duzlu su ilə yuyunmağa məcbur etmişdir. Həyətdən çıxımağa imkan olmamış, Fazil günün əksər vaxtları fermada olmuş, daim onlara nəzarət edərək əziyyət vermişdir. Fermadan çıxanda isə qapını bağlamışdır ki, onlar heç bir yana çıxa bilməsinlər. Beləliklə, təxminən 1 ay onlar fermada işləmiş, ayın tamamında anası onlara çatacaq pulu istədikdə Fazil müxtəlif bəhahələr gətirərək onların inəklərin südünü satıb yerinə su tökdüyünü bildirmişdir. Onlar Fazilə etiraz etdikdə isə Fazil onu anasının yanında döymüş, anasını da vurmaq istəmiş və nalayiq söyüşlər ilə təhqir etmişdir. Sonradan vəziyyət daha dözülməz olmuş, anası fermadan getmək istədiklərini Fazilə bildirərək onlara verməli olduğu pulu tələb etməyə başlamış, Fazil isə onun anasının bu istəyindən sonra onu hər dəfə döymüşdür. Təxminən iki aya yaxın Fazilə məxsus fermada işgəncələrə məruz qalmışlar. Fazil tək onlarla bu cür davranmayaraq, fermada olan Səyad və Oksana ilə də pis rəftar etmişdir. Sayadı demək olar ki, hər gün müxtəlif bəhanələr ilə döymüşdür. Fazilin onlara pul verməyəcəyini anladıqdan sonra anası ilə fermadan qaçmaq qərarına gələrək 2019-cu ilin sentyabr ayında gecə saatlarında anası ilə birlikdə fermadan qaçmışlar. Onlar qarşılarına çıxan bir şəxsə yolu tanımadıqlarını deyib oradan necə gedəcəklərini soruşduqda, həmin şəxs onları dinləyib yolu dedikdən sonra onlar təxminən bir neçə kilometr yolu piyada gələrək avtobus dayanacağına çatmışlar. Aftobus sürücüsünə pullarının olmadığını deyib onları şəhərə aparmasını xahiş etmişlər. Sürücü onları Koroğlu metrostansiyasına gətirərək oradan başqa avtobus ilə avtovağzala getməklərini məsləhət görmüş, bundan sonra onlar avtovağzala gələrək oradan nənəsinin yaşadığı Lənkəran rayonuna getmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 1991-ci ildə Qəfləddin İmaməliyev adlı şəxslə ailə həyatı qurmuş, həmin evlilikdən Seymur adlı bir övladı olmuş, onlar Lerik rayonu, Molalan kəndində həyətyanı sahələrində heyvandarlıqla məşğul olmuş, ailələrində maddi durumun yaxşı olmaması səbəbindən oğlu Seymur orta məktəbə gedə bilməmişdir. Həyat yoldaşı Qəfləddin 2000-ci ilin əvvəllərində vəfat etdikdən sonra maddi durumları daha da çətinləşmiş, bu səbəbdən də kənddə olan qonşuların həyətində olan təsərrüfat işlərində işləyərək oğlu Seymurla çətinliklə dolanmışlar. İşsiz olduğu üçün 2019-cu ildə Qeis adlı qohumuna iş tapmaqda ona köməklik etməsini xahiş etmiş, bir neçə gündən sonra Qeis onlara gələrək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində heyvandarlıqla məşğul olan Fazil adlı şəxsi tanıdığını və Fazilə fermada işləmək üçün işçi lazım olduğunu bildirmişdir. O, Qeisə fermanı görmək istədiyini demiş və onlar həmin fermaya getmişlər. Orada onları fermanın sahibi Fazil adlı şəxs qarşılayaraq onlarla yaxşı rəftar etmişdir. Fazi ilə iş barəsində danışdıqda Fazil ona şəxsi təsərüfatında heyvandarlıq ferması olduğunu və orada olan inəklərin sağılması üçün işçi lazım olduğunu bildirmişdir. O, həmin işdə işləyə biləcəyini və oğlu Seymurun da həmin işi bacardığını qeyd etmiş, maaşa gəldikdə isə Fazil hər ay oğluna və ona ayrı-ayrılıqda 400 manat pul verəcəyini bildirmişdir. O, həmin işin onlar üçün münasib olduğunu və yaxşı gəlirli iş olduğunu düşünmüş və buna görə Fazillə razılaşmışdır. Bundan sonra Fazil onlarla birlikdə yaşadıqları ünvana gəlmiş, o, özünə və oğlu Seymura məxsus paltarları yığaraq Fazillə birlikdə Bakı şəhərinə, sonradan öyrəndiyi Pirşağı qəsəbəsində yerləşən fermaya gəlmişlər. Həmin müddətə kimi o Bakı şəhərində olmamış, Fazil ona və oğlu Seymura tövləyə bitişik olan otağı vermişdir, Fazil onlar fermaya gələn kimi onun oglu Seymurun istifadə etdiyi 051 ***-**-** nömrəli olan mobil telefonunu oğlunun əlindən alaraq oğluna oraya telefon işlətmək üçün gəlmədiyini, fermada işləri görmək üçün gəldiyini bildirmişdir. Onlar fermaya gəldikdə orada Səyad, Oksana və Savad adlı şəxslər işləmişdir. Fazil onları heç bir şəraiti olmayan otağa yerləşdirmiş, qaldıqları otağın təmiri çox aşağı səviyyədə olmuş, Fazil ona fermada olan inəkləri əl ilə sağacağını, oğlu Seymura isə heyvanların olduğunu tövləni təmizləyəcəyini bildirmişdir. Fazil ilə onların arasında əmək müqaviləsi bağlanmamış, bundan sonra onlar hər gün səhər saat 04:00-da duraraq gecə saat 23:00 radələrinə kimi işləmişlər. Yuyunmaq lazım olduqda fermada hamam və su olmadığı üçün Fazil onları məcbur etmişdir ki, heyvanların olduğu tövlədə quyudan çıxan duzlu su ilə yuyunsunlar. Onlar daim Fazilin nəzarəti altında işləmiş, Fazil demək olar ki, günün əksər vaxtlarını fermada olmuşdur. Fazil onlara fermadan bayıra çıxmağa icazə verməmiş və özü fermadan çıxanda isə qapını arxadan bağlamışdır ki, onlar heç bir yerə gedə bilməsinlər. Beləliklə, təxminən bir ay onları fermada işlətdikdən sonra, o, oğluna və özünə çatacaq pulu istədikdə, Fazil müxtəlif bəhahələr gətirərək onların fermada inəklərin südünü satıb yerinə su tökdüklərini bildirmişdir. O və oğlu Fazilə etiraz etdikdə, Fazil oğlunu onun gözləri önündə döymüşdür. O bu zaman bərk əsəbləşərək Fazilə etiraz etdikdə, Fazil onu da vurmaq istəsə də, bunu etməyərək onun əsəbləşdİyini görüb nalayiq ifadələrlə onu təhqir edib çıxıb getmişdir. Bundan sonra fermada vəziyyət daha dözülməz olmuş, buna görə o oğlu ilə fermadan getmək qərarına gəldiyi üçün Fazilə bildirmişdir ki, onlara verməli olduğu pulu versin, sonra isə onlar çıxıb gedəcəkdir. Fazil isə bu zaman oğlu Seymuru onun gözləri önünda yenidən döymüşdür. Odur ki, o oğlunu da götürüb fermadan qaçmaq qərarına gəlmişdir. Onlar təxminən iki aya yaxın Fazilə məxsus fermada işgəncələrə məruz qalaraq işləmişlər. Fazil fermada tək onlara qarşı deyil, fermada işləyən Səyad və Oksana adlı şəxslərə də şiddət göstərmişdir. Səyadı demək olar ki, hər gün müxtəlif bəhanələrlə döymüşdür. O, Fazilin onlara pul verməyəcəyini başa düşdükdən sonra 2019cu ilin sentiyabr ayında gecə saatlarında oğlu Seymurla birlikdə fermadan qaçmışdır. Onlar qabaqlarına çıxan ilk adama yolu tanımadıqlarını deyib oradan necə gedəcəklərini soruşmuşlar. Həmin şəxs onlara yolu izah etmiş, onlar həmin şəxsin izah etdiyi kimi Koroğlu metrostansiyasına, oradan da avtobus ilə avtovağzala, avtovağzaldan isə anasının yaşadığı Lənkəran rayonuna getmişlər. Proses iştirakşılarının suallarına cavab olaraq bildirmişdir ki, fermanın ərazisindən kənara çıxmaq imkanı olmuş, lakin qorxusundan qaçmamışdır. Fazil onlara yemək almamış, rayondan gətirdiyi ərzaqla dolanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, maddi çətinlikləri olduğu üçün müxtəlif fermalarda sağıcı kimi işləmişdir, 2017-ci ilin sonlarında Yevlax rayonunda fermada işlədiyi zaman orada onunla birlikdə işləyən Ramin adlı şəxslə tanış olmuş və Raminlə aralarında dostluq münasibəti yanamışdır. Onlar bir birilərinə mobil telefon nömrələrini verərək əlaqə saxlamışlar. Təxminən 2019-cu ilin aprel ayında Ramin ona zəng vuraraq bildirmişdir ki, Bakı şəhərində yaxın tanışı vardır, həmin şəxs özünə məxsus fermaya işçi axtarır və iş müqabilində 600 manat maaş verir, istədiyi təqdirdə onu həmin fermanın sahibi ilə tanış edə bilər. O, Raminlə razılaşdıqdan sonra Ramin Fazilin hazırda onun yanında olduğunu bildirmiş və bu zaman özünü Fazil kimi təqdim edən şəxs telefonu Ramindən alıb ondan iş istəyib istəmədiyini soruşmuşdur. O, Fazilə bildirmişdir ki, onun işə ehtiyacı var, lakin əvvəlcə fermanı və fermada olan işləri görmək istəyir. Bu zaman Fazil ona bildirmişdir ki, gəlib onu Bakı şəhərinə aparacaqdır. O, Fazil ilə razılaşmış, iki-üç gün sonra Fazil onun yaşadığı Goranboy rayonunun Xınalı kəndinə gələrək onu və azyaşlı oğlunu Bakı şəhərinə gətirmişdir. Fazil əvvəlcədən ona bildirmişdir ki, hər ay 600 manat pul verəcək, bunun müqabilində o sağıcılıqla məşğul olacaqdır. Fazil onu fermada yarım tikili olan otağa yerləşdirmiş, onlar fermaya gəldikdə orada Səyad, Ramin və Savad adlı qadın işləmişdir. Fazil ona fermada olan inəkləri əl ilə sağacağını bildirmişdir. Bundan sonra o hər gün səhər saat 04:00-da duraraq gecə saatlarına kimi işləmişdir. O, sağıcı olsa da Fazil əlavə işləri də ona gördürmüşdür. O, bir neçə gün fermada qaldıqdan sonra Fazilə fermanın işlərinin ağır olduğunu, işləri görə bilməyəcəyini, çıxıb getmək istədiyini bildirdikdə Fazil ona demişdir ki, heç yerə gedə bilməz, öz nəzarəti altında fermada işləyəcək, ancaq onun özü icazə verdikdən sonra çıxıb gedə bilər. Fazil fermada olan hamını işləməyə məcbur etmiş, heç kimə oranı tərk etməyə icazə verməmişdir. Fermada yuyunmağa hamam və su olmadığı üçün Fazil onları məcbur etmişdir ki, həyətdə olan it damında quyudan çıxan duzlu su ilə yuyunsunlar. Həyətdən çıxımağa imkanları olmamışdır. Fazil günün əksər vaxtlarını fermada olmuş, fermadan çıxanda isə qapını arxadan bağlamışdır. Fazil orada Səyada da zülmlər etmiş hər gün müxtəlif bəhanələr gətirərək döymüş və məcburi qaydada orada saxlamışdır. Beləliklə, təxminən bir ay onlar fermada işləmiş, ayın tamamında o Fazildən ona çatacaq pulu istədikdə Fazil müxtəlif bəhahələr gətirərək ona inəklərin südünü satıb yerinə su tökdüyünü bildirmişdir. O, Fazilə etiraz etdikdə Fazil onun azyaşlı oğlunu onun yanında döymüşdür. Təxminən 8 aya yaxın Fazilə məxsus fermada işgəncələrə məruz qalmışdır. O, Fazilin ona pul verməyəcəyini başa düşmüş və 2019-cu ilin sentiyabr ayında gecə saatlarında oğlu Seymuru da götürüb fermadan qaçmışdır. Səhərə kimi dəniz qırağında qalmış, havanın soyuq olmasına baxmayaraq Fazilin əzabəziyyətlərindən qurtulduğuna görə sevinmişdir. O, yoldan keçən maşınlardan xahiş etmişdir ki, onu metrolardan birinə çatdırsınlar. Kimsə onu metronun birinə çatdırdıqdan sonra, oradan da avtovağzala gələrək qeydiyyatda olduğu Göygöl rayonuna getmişdir. Onun bütün sənədləri Fazildə olmuş, Fazil onu kəndir, yumruq , təpiklə döymüş, hətta onu asmaq istəmişdir. Fail onun körpə uşağını yerlərdə sürümüş və ayaq yolunda yatızdırmışdır. Fazil ona pul verməmiş, yediyi göyərti və lavaş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun övladlarıdır. Nərgiz Səbuhinin həyat yoldaşıdır. Təxminən 2015-ci ilin avqust-sentyabr aylarında Səbuhi bildirmişdir ki, Bakı şəhərində Fazil adlı bir nəfər şəxsin fermasına işləmək üçün getmək istəyir. Bu zaman o Səbuhiyə bildirmişdir ki, o, Bakı şəhərini tanımır, buna görə getməsə daha yaxşı olar. Səbuhi isə narahat olmamağını, Fazilin yaxşı insana oxşadığını bildirmişdir. Bundan sonra Səbuhi həyat yoldaşı Nərgizlə birlikdə Bakı şəhərində Fazil adlı şəxsin fermasında işləmək üçün getmiş, həmin vaxtlar Nərgiz hamilə olmuş, onlar Fazilin fermasına getdikdən sonra o Səbuhidən ötrü narahat olmuşdur. Çünki Səbuhinin hansı şəraitdə işləməsindən onun məlumatı olmamışdır. Bundan sonra Səbuhi Nərgizin işləyə bilmədiyini bildirib Səyadı da fermada işləmək üçün dəvət etmişdir. Səyad həmin zamanlar xalasıgildə yaşamış və xalasıgilin ev işlərində köməklik etmişdir. Səyad fermaya getdikdən bir müddət sonra Səbuhi və Səyadla onun əlaqəsi kəsilmişdir. Bakı şəhərinə getdikdən sonra Səbuhi və Səyad evə pul göndərməmişlər. Bəzi hallarda Səbuhi ona zəng etsə də danışa bilməmiş, Səbuhi telefonda Fazilin ona zülm etməsini bildirsə də, ona bu barədə heç kimə heç nə deməməyi tapşırmışdır. Çünki bu barədə kiməsə desə, Fazilin onlara pislik edəcəyini bildirmişdir. O da qorxduğu üçün bu barədə heç kimə bir söz deməmişdir. Təxminən 2017ci ilin noyabr- dekabr aylarında oğlu Səbuhi Fazilin yanından qaçaraq onun yanına gəlmiş və canını qurtardığını, lakin Nərgizin orada qaldığını bildirmişdir. Bundan sonra Nərgizin qohumları gedib Nərgizi oradan gətirmiş, lakin Fazil Səyadı buraxmamışdı. Onlar bu barədə polisə məlumat versələr də, Fazil Səyada hədə-qorxu gəlib Səyadın könüllü olaraq orada qalmasını bildirmişdir. Bu məsələdən sonra Fazil iki aydan bir onlara 100 manat pul göndərmişdir ki, guya onların oğluna orada maaş verir. Fazil bunu etmişdir ki, onlar yenidən onun barəsində şikayət etməsinlər. Lakin 2019-cu ilin noyabr ayından sonra Fazil artıq həmin pulları verməyi dayandırmışdır. Onlar bilmişdir ki, Fazil Səyadı orada məcburi işlədir. X4rı döyüb-söydüyünü, başlarına oyun açdığını bildirmişdir. Lakin Səyad orada olduğu üçün onlar heç yerə şikayət edə bilməmişlər. Bir dəfə şikayət etdikdə isə nəticə olmadığın görüb məcbur olub Fazilin Səyadı buraxmasını gözləmişlər. Daha sonra isə Əziz vasitəsilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə Fazil barəsində şikayət etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 bildirmişdir. 14 fevral 2020-ci İl tarixdə Saatlı rayonu, Azadkənd kənd sakini X5 İAQMBİ-yə tabe olan insan alverindən zərərçəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlara xidmət edən “152 Qaynar Xəttə”ə ünvanladığı müraciətdə xalası oğlu xx.xx.2000-ci il təvəllüdlü, ünvan 2 kənd sakini Zərərçəkmiş şəxs1 6 il əvvəl işləmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus heyvandarlıq fermasına getməsi, sonuncunun onun azadlığını məhdudlaşdırmaqla iradəsinə zidd işləri görməyə məcbur etməsi barədə məlumat vermişdir. Qeyd edilən məlumatla bağlı müvafiq izahatlar alındıqdan sonra fermaya baxış keçirilməsi üçün Sabunçu Rayon Məhkəməsinin müvafiq qərarı əldə edilmişdir. Bundan sonra onun, baş əməliyyat müvəkkilləri Şahid6, Şahid5 və əməliyyat müvəkkili Şahid7 ibarət əməliyyat qrupu yaradılmış, sonra baş idarəyə hal şahidi qismində iki nəfər şəxs dəvət olunaraq, onlara Cinayət Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. 06 mart 2020-ci il tarixdə əməliyyat qrupu dəvət edilmiş hal şahidləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus heyvandarlıq fermasının yaxınlığına getmiş, həmin gün saat 11:30 radələrində qeyd olunan ferma polis əməkdaşları tərəfindən müşahidəyə götürülmüş, saat ll:50-də qeyd olunan fermaya daxil olmuşlar. Fermanın girişində onları şəxsiyyəti sonradan məlum olmuş Şahid1 qarşılamış, onlar xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman Şahid1 onlara fermanın sahibinin Təqsirləndirilən şəxs olduğunu bildirmiş və həmin şəxslə mobil telefon əlaqəsi saxlayaraq Təqsirləndirilən şəxs ferma ərazisinə dəvət etmişdir. Saat 12:15-də Təqsirləndirilən şəxs fermaya gəldikdə polis əməkdaşları Təqsirləndirilən şəxs Baş İdarəyə Zərərçəkmiş şəxs1 məcburi əməyə cəlb edilərək istismar olunması ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədilə Sabunçu Rayon Məhkəməsinin qərarını təqdim edərək fermaya baxış keçirilməsinin vacib olmasım izah etmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edib, fermaya baxışın keçirilməsinə dair etirazının olmadığını bildirmiş, əməliyyat qrupunun və hal şahidlərinin iştirakı ilə fermaya baxış keçirilmiş və baxış zamanı həyətin 700 kv.metrdən ibarət olması, fermanın həyətinin dörd tərəfdən hündür daş hasarlarla bağlanması, həyətin girəcəyinin sol tərəfində ayrı girişləri olan 3 otaqlı tikilinin, onun yaxınlığında xırda və iri buynuzlu heyvanların saxlanılması üçün tövlənin, həyətin girişinin sağ tərəfində sanitar qovşağının, onun yaxınlığında ayrı-ayrı girişləri olan digər 3 otaqlı tiklinin olması müəyyən edilmişdir. Baxış zamanı fermada xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 müəyyən olunmuş, həmçinin baxış zamanı fermada bir neçə fotoşəkil çəkilmiş, şifahi sorğu zamanı Zərərçəkmiş şəxs1 təxminən 5 ilə yaxın müddətdə fermada işlədiyini, onunla Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmadığını, işlədiyi müddətdə əmək haqqı almadığını, fermanın sahibi Təqsirləndirilən şəxs tərəfindən təzyiqlərə məruz qaldığını, tövləni gündəlik olaraq təmizlədiyini və digər işləri də iradəsinə zidd olaraq gördüyünü, bir neçə dəfə Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü və təhqirlərə məruz qaldığını, fermadan kənara sərbəst çıxa bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da ona verilən suallara cavab olaraq fermanın ona məxsus olduğunu, Zərərçəkmiş şəxs1 fermanın daxilində işlədiyini, Səyadın heyvanlara qulluq etdiyini, lakin onunla heç bir əmək müqaviləsi bağlamadığını, Səyadın fermadan kənara çıxmadığını və onun özünün Səyada nəzarət etdiyini qeyd etmişdir. Şahid1 da şifahi sorğu zamanı fermanın Təqsirləndirilən şəxs məxsus olduğunu, fermada 3 ilə yaxın müddətdə heyvanların sağıcısı işlədiyini, ora işə düzəldiyi vaxtdan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fermada İşlədiyini, lakin Səbuhinin bir müddət sonra ona məlum olmayan üsulla oranı tərk etdiyini bildirmişdir. Bundan sonra qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxslər Baş İdarəyə dəvət olunmuş, Baş İdarədə bu bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadələri tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkilləri Şahid7 və Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə hal şahidi qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 06 mart 2020-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu,Azadlıq prospekti , Baku Electronics mağazası ilə üzbəüz olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və əvvəllər tanımadığı yanında dayanacaqda dayanmış şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmiş və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirmiş və onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. O və həmin şəxs razılaşmış və onunla birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə getmişlər, orada onlara hüqüq və vəzifələri izah olunmuşdur. Digər hal şahidinin Şahid9 olduğunu bilmişdir. Polis əməkdaşları onlara Azərbaycan Respublikası vətəndaşı olan şəxsin məcburi əməyə cəlb olunması barədə məlumat əldə etdiklərini və həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklərini bildirmişlər. Saat 11:00 radələrində o, və Səlim polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində yerləşən heyvandarlıq fermasının yaxınlığına getmişlər. Polis əməkdaşları fermanı müşahidəyə götürmüşlər. Təxminən ll:50-də polis əməkdaşları fermaya daxil oldular. Fermanın girişində onları şəxsiyyəti sonradan məlum olmuş Şahid1 qarşılamış, polis əməkdaşları xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman Savad Abbasova polis əməkdaşlarına fermanın sahibinin Təqsirləndirilən şəxs olduğunu bildirmiş və həmin şəxslə mobil telefon əlaqəsi saxlayaraq Təqsirləndirilən şəxs fermaya çağırmışdır. Saat 12:l5-də Təqsirləndirilən şəxs fermaya gəlmiş və polis əməkdaşları Təqsirləndirilən şəxs Baş İdarəyə Zərərçəkmiş şəxs1 Ərəstıun oğlunun məcburi əməyə cəlb edilərək istismar olunması ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədilə Sabunçu Rayon Məhkəməsinin qərarını təqdim edərək fermaya baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməyərək onların fermaya baxış keçirmələrinə razılıq vermişdir. Bundan sonra Səlim və onun iştirakı ilə fermaya baxış keçirilmişdir. Baxış zamanı həyətin 700 kv.metrdən ibarət olması, fermanın həyətinin dörd tərəfdən hündür daş hasarlarla bağlanması, həyətin girəcəyinin sol tərəfində ayrı girişləri olan 3 otaqlı tikilinin, onun yaxınlığında xırda və iri buynuzlu heyvanların saxlanılması üçün tövlənin, həyətin girişinin sağ tərəfində sanitar qovşağının, onun yaxınlığında ayrı-ayrı girişləri olan digər 3 otaqlı tiklinin olması müəyyən edilmişdir. Polis əməkdaşları fermada bir neçə fotoşəkil çəkilmişlər. Baxış zamanı fermada Zərərçəkmiş şəxs1 müəyyən olunmuş, şifahi sorğu zamanı Zərərçəkmiş şəxs1 polis əməkdaşlarına təxminən 5 ilə yaxın müddətdə fermada işlədiyini, onunla Təqsirləndirilən şəxs arasında əmək müqaviləsinin bağlanmadığını, işlədiyi müddətdə əmək haqqı almadığını, fermanın sahibi Təqsirləndirilən şəxs tərəfindən təzyiqlərə məruz qaldığını, tövləni gündəlik olaraq təmizlədiyini və digər işləri də iradəsinə zidd olaraq gördüyünü, bir neçə dəfə Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü və təhqirlərə məruz qaldığını, fermadan kənara sərbəst çıxa bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da ona verilən suallara cavab olaraq fermanın ona məxsus olduğunu, Zərərçəkmiş şəxs1 fermanın daxilində işlədiyini, Səyadın heyvanlara qulluq etdiyini, lakin onunla heç bir əmək müqaviləsi bağlamadığını, Səyadın fermadan kənara çıxmadığını və onun özünün Səyada nəzarət etdiyini qeyd etmişdir. Şahid1 da şifahi sorğu zamanı fermanın Təqsirləndirilən şəxs məxsus olduğunu, fermada 3 ilə yaxın müddətdə heyvanların sağıcısı işlədiyini, ora işə düzəldiyi vaxtdan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fermada İşlədiyini, lakin Səbuhinin bir müddət sonra ona məlum olmayan üsulla oranı tərk etdiyini bildirmişdir. Bundan sonra onlar Baş İdarəyə dəvət olunmuş, Baş İdarədə bu bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə hal şahidi qismində dindirilmiş Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, təxminən 2010-cu ildən 2020-ci ilin yay aylarına qeder Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus heyvandarlıq fermasında sağıcı kimi işləmişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs ona aylıq 300-350 manat maaş vermişdir. O, təxminən səhər saat 06-08 radələrində işə gəlmiş, axşam saat 17-19 radələrində isə çıxıb evinə getmişdir. Onun orada işi heyvanları sağmaqdan, heyvanlar üçün çörəkləri islatmaqdan, toyuqları yemləməkdən ibarət olmuşdur. Təxminən 4-5 il bundan əvvəl fermaya Səbuhi və həyat yoldaşı Nərgiz işləmək üçün gəlmişlər. Fazil bildirmişdir ki, onların qalmağa yerləri olmadığı üçün fermada qalacaqlar. Nərgiz həmin vaxtı hamilə olmuş, Nərgiz işləyə bilmədiyi üçün Səbuhi sonradan qardaşı Sayadı da öz yanına gətirmişdir. Onlar heyvanları yemləmiş, həmçinin heyvanları sağmışlar. Səbuhi və Sayad fermada normal qaydada işləmişlər. Onlar gündəlik olaraq işlərini görmüşlər. Onlara ərzaq məhsullarını əsasər Fazil özü almışdır. Bildiyinə görə də onların aylıq maaşlarından çıxmışdır. Sayad siqaret almağa özü də gedib gəlmişdir. Onlar ferma daxilində sərbəst olmuşlar. Səbuhi özü də Fazillə birlikdə bazarlıq etməyə getmişdir. Fazilin Səbuhi və Sayadı döyməyini görməmiş, lakin onların üstünə qışqırdığını eşitmişdir. Onu da işlərini düzgün etmədikdə etmişdir. Təxminən bir neçə il sonra bildiyinə görə Səbuhi Şayadla dava etdiyi üçün fermadan qaçmış, Nərgizgil isə orada qalmışlar. Fazil Səbuhini fermaya gətirmək istəsə də Səbuhi gəlmədiyi üçün Nərgizin qohumları gəlib onu aparmışlar, Sayad isə orada qalmışdır. Fermada olan müddətdə Nərgizin 2 övladı dünyaya gəlmiş, onun da bütün xərclərini Fazil çəkmişdir. Bundan sonra fermaya Oksana da gəlmiş, Oksanın yanında bir övladı da olmuşdur. Oksana da fermada qalıb işləmişdir. Lakin o, fermada çox olmadığı üçün Oksana ilə Fazilin arasında hansı söhbətlər olmasını bilməmişdir. Bundan başqa Kəmalə və oğlu Seymur da fermada işləmişlər. Kəmalə ilə Fazilin arasında əvvəllər normal münasibət olmuş, sonradan eşitdiyinə görə Kəmalə südə su qatdığı üçün Fazil onları qovmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs fermasında ağaclara qulluq etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı münasibəti yaxşı olmuş, Səyadın mobil telefonu həmişə üzərində olmuşdur. Təqsirləndirilən şəxs fermada günorta saatlarında 2-3 saat olmuş, bir də axşam vaxtı südü götürmək üçün gəlmişdir. O, Şahid1 ilə bir otaqda qalmış, orada hər otaqda istilik sistemi olmamış, hamam ümumi olmuş, suyu plitədə qızdırmışlar. Onlar fermada səhər saat 06 radələrindən 12 radələrinə kimi işləmişlər, bir də axşam saat 17 radələrində işə başlamışlar. Orada qalan ailəli qadın yeməyi ayrı bişirmiş, Səyad isə Savadla bilikdə yemək yemişlər. O, digər işçilər kimi işləmədiyi üçün Fazil ona 150 manat aylıq əmək haqqı vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 2 il əvvəl Təqsirləndirilən şəxs fermasında 15 gün müddətində dülgər işləmiş, oraya sərbəst girib çıxmaq olmuşdur, darvaza açıq olmuşdur. O, Səbuhinin üzərində mobil telefonunun olduğunu görmüş, Səbuhinin və fermada işləyən digər işçilərin Fazildən şikayət etmələrini görməmişdir. Səbuhi işlədiyi dövrlərdə Fazilin maşınını tək idarə etmiş, qəza baş verəndə də maşında tək olmuşdur. O, fermada işləyən zaman hər axşam Səbuhigildə yemək yemişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Pirşağı qəsəbəsində kafe işlətmiş, Səyad və Səbuhi fermada çoban işləmişlər. Səbuhi kafeyə dəfələrlə Opel markalı minik avtomobili ilə tək gəlmişdir. Fazil kafeyə Səyad və Səbuhi ilə gəlmiş, digər işçilərlə kafeyə gəlməmişdir. Təqsirləndirilən şəxs demək olar ki, Səyadı həftədə iki dəfə kafeyə gətirmiş, Fazil və Səyad bir-biri ilə ata-bala kimi rəfdar etmişlər. Fazil və Səyad kafedə adətən kabab yemişlər. Səbuhi də kafeyə gələndə həmişə üzərində pul olmuşdur. O, onların işlədiyi yeri görməmiş, Səbuhi və Səyad Fazildən heç vaxt şikayət etməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Fazil Məmmədovun fermasından 10 il ildir süd almışdır. O, pulu Fazilə vermiş, sonuncu fermada olmayanda pulu işçilərinə vermişdir. O, Səbuhidən də süd götürmüş və pulu ona vermişdir. Süd almağa gələn zaman darvaza açıq olmuşdur. İşçilərin fermadan çıxmaq imkanları olmuşdur. Səbuhidən Fazil barəsində narazılıq etməsini eşitməmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü ona verilmiş ittihamda təqsirli bilməsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərində təqsirli olması zərəzçəkmiş şəxslərin və sahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “qapalı tikililərə və topraq sahəsinə daxil olma və baxış keçirmə” haqqında 06.03.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus heyvandarlıq fermasına daxil olaraq baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 fermada müəyyən edilmiş, baxış zamanı o Təqsirləndirilən şəxs tərəfindən təzyiqlərə məruz qaldığını, dəfələrlə döyülüb təhqir olunduğunu, antisantar vəziyyətdə yaşadığını və fermadan çıxa bilmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1la əmək müqaviləsi bağlamadığını, fermadan kənara çıxmadığını və özünün ona nəzarət etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında keçirilmiş 18 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Fazil İsamyılov tərəfindən aşkar surətdə yetkinlik yaşma çatmayan olduğu müddətdə məcburi əməyə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında keçirilmiş 17 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən məcburi əməyə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 17 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aşkar surətdə hamilə vəziyyədə olduğu müddətdə məcburi əməyə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 18 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən məcburi əməyə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4la Təqsirləndirilən şəxs arasında keçirilmiş 18 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən məcburi əməyə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 17 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, Zərərçəkmiş şəxs6 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən məcburi əməyə cəlb edildiyini bildirmişdir. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində zərəçəkmiş şəxsləri məcburi olaraq işlətmədiyi, onları fermada məcburi olaraq saxlamadığı, onları söyüb döymədiyi və onların maaşlarını verərək razılıq əsasında işlətdiyi barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış sübutlarla - dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Bundan başqa məhkəmə şahidlər Şahid1, X6, X2, X10 və X3 məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, şahidlər Şahid1, X6, X2, X10 və X3 məhkəmədə verdikləri ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 maddi vəziyyətinin aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şərati ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək onları özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq fermasına gətirmiş, fermada insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikililərdə saxlayıb mal-qaraya gündəlik qulluq edilməsi və digər işlərin yerinə yetirilməsi ilə bağlı icazəsiz tərk edəcəkləri halda onları hüquq-mühafizə orqanları vasitəsi ilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əl və əyaq zərbələri ilə vuraraq zor tətbiq etməklə, zərərçəkmiş şəxsləri nəzarət altında saxlayaraq azadlıqlarını məhdudlaşdırıb fermada iradələrinə zidd olaraq arzu etmədikləri işləri yerinə yetirməyə məcbur etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yünügülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə təqsirli bilinərək ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 18 dekabr 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar