Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-86/2023 26.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X4 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və müdafiəçi - FEMİDA Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Yeyənkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 30 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı Hüseyin adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən Bakı şəhəri ərazisində gizlədilmiş külli miqdarda 11,302 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 0,032 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,220 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımaqla üzərində və yaşadığı ünvan 1 ünvanında saxlamış, 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında həmin psixotrop maddə metamfetamindən 0,023 çəkidə olan hissəsini Şahid1 20 manat müqabilində satmış, 30 avqust 2021-ci il tarixdə Xətai rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 22:45-də ünvan 3 ünvanın qarşısında tanışı Şahid1 ilə birlikdə saxlanılaraq ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı Polis bölməsinin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,220 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, əməliyyat axtarış tədbirlərinin davamı olaraq 31 avqust 2021-ci il tarixdə saat 01:55-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı evin yataq otağında olan şkafın gözlüyündə kapron materialdan olan qabın içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,032 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,832 qram, 0,363 qram, 10,084 qram, ümumi təmiz çəkisi 11,279 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 29 avqust 2021-ci il tarixdə Şahid1la birlikdə olduğu zaman kirayə yaşadığı evin sahibi ona zəng edərək görüşməyi təklif etmişdir. O, ev sahibinin dediyi yerə Samirlə birlikdə taksi ilə getmiş, “8 noyabr» prospektində olan kafelerin birində görüşmüşlər. Kafedə heç beş dəqiqə oturmamış içəri polis əməkdaşları daxil olmuşlar. Həmin vaxt Samirin üzərində bir “çet” psixotrop maddə metamfetamin olmuş, onun üzərində isə heç nə olmamışdır. Polis əməkdaşları ona guya üzərində olan narkotik vasitəni atdığını desələr də, o, polislərə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra polis işçiləri Samirlə ona Xətai rayon Polis idarəsinə aparmışlar. Samiri ayrı otaqda, onu isə ayrı otaqda saxlamışlar. Daha sonra ona yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və polis işçiləri ilə birlikdə yaşadığı evə getmişlər. Evə baxış keçirilən zaman polislər ona həyat yoldaşı hicab bağladığı üçün hörmət elədiklərini bildirmiş, evində olan narkotik vasitəni özünün təqdim etməsini istəmişlər. O isə, evində narkotik olmadığını bildirmişdir. Sonra evdə baxış keçirilmiş, bu zaman uşaq otağında bir büküm narkotik vasitə aşkar edilmişdir. Daha sonra onu evdən çıxarıb yenidən baxış keçirmişlər, bu dəfəki baxış isə videoçəkiliş vasitəsilə aparılmışdır. Daha sonra Samirlə onu Xətai RPİ 36-cı Polis bölməsinə gətirmişlər. Onun qabağına bir büküm narkotik vasitə qoyaraq, həmin narkotiki boynuna alacağı halda işinin yüngül olacağını bildirmişlər. O da, həmin marixuananın özünün olduğunu qəbul etmişdir. Şahid1 üzərində narkotik ola-ola müvəqqəti saxlama yerindən azad edilmiş, onu isə həbs etmişlər. Sualları cavablandıran Təqsirləndirilən şəxs narkotikə görə Samirin ona 20 manat pul vermədiyini və həmin ifadəni Samirin birinci dəfəki məhkəmədə də dediyini, Samirlə birlikdə gedəndə polis əməkdaşlarının arxadan gəlib onu tutduqlarını, həmin vaxt Samirin üstündən narkotik aşkar olunsa da, onun üzərindən heç bir şey aşkar olunmadığını, polis əməkdaşlarının onun üstünə marixuana qoyduqlarını, sonra ona evində də külli miqdarda narkotik olduğunu dediklərini və gedib onun da götürülməsini təklif etdiklərini, həmin polis işçilərinin kim olduqlarını xatırlamadığın, saxlanılarkən üstündən narkotik aşkar olunmadığını, evdən aşkar olunan narkotik vasitədən xəbəri olmadığını, polis işçiləri tərəfindən döyülmədiyini və təcridxanaya qəbul olunarkən bədəni üzərində hər hansı xəsarət izləri olmadığını bildirdi. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 1 ilə yaxındır müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitələr əldə edib qəbul etmiş və müxtəlif şəxslərə sataraq gəlir əldə etmişdir. xx.xx.2021-ci il tarixdə yaşadığı binanın həyətində yerdən narkotik vasitəyə bənzər maddələr tapmış, həmin maddələrdən marixuananı üzərində saxlamış, qalanlarını isə yaşadığı mənzilə qoymuşdur ki, özü istifadə etsin. Gecə saatlarında dostu Samir ilə yaşadıqları binanın yaxınlığında olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək Xətai RPİ-nin 36-cı Polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə getmişdir. Polis əməkdaşları ona hüquqlarını izah etməklə Bakı şəhəri, 13 saylı vəkil bürosundan müdafiəçi dəvət etmişlər. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğu bir ədəd kağız bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün içərisində olan marixuana adlanan narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitəyə baxış keçirilmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və DİN-nin zərflər üçün 151 saylı möhürü ilə möhürlənmiş və o da, daxil olmaqla zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra şifahi sorğu sual zamanı başqa narkotik vasitənin olub-olmaması soruşulan zaman o, yaşadığı mənzildə narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra yaşadığı mənzilə baxış keçirilməsinə dair etirazı olmaması barədə ərizə vermişdir. Daha sonra yaşadığı mənzilə keçirilmiş baxış zamanı otağındakı şkafın gözlüyündə olan kapron materialdan olan qabı çıxararaq 3 ədəd selofan bükümdə içərisində metamfetamin olan, 1 ədəd gümüşü siqaret kağızına bükülmüş içərisində heroin olan və 1 ədəd açıq vəziyyətdə metamfetamin olan maddələri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra mənzilindən aşkar edilərək götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və DİN-nin zərflər üçün 151 saylı möhürü ilə möhürlənmiş və o da, daxil olmaqla zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ona qarşı heç kim tərəfindən zor tətbiq edilmədiyini, çıxılmaz vəziyyətdə qalıb psixotrop maddə metamfetamini polis əməkdaşlarına təhvil verdiyini, Hüseyn adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxladığını və Hüseyn ona qabaqcadan işarələnmiş yerlərə qoyduğu narkotik vasitələrin şəkillərini göndərdiyini, onun da gedib oradan götürdüyünü bildirmişdir (Cild 1, iş vərəqi 143-145, Cild 2, iş vərəqi 110-114, 177-181). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etmədiyini, üzərindən aşkar olunmuş marixuananı polis əməkdaşlarının ona verdiyini və videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoymalı olduğunu bildirdiklərini, evindən aşkar olunmuş narkotiklərin də ona aidiyyəti olmadığın, qeyd olunan etirafedici ifadələri polis işçilərinin təzyiqi ilə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitələr əldə edib onu qəbul etmişdir. Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır. Sonuncu dəfə 30 avqust 2021 -ci il tarixdə “Həzi Aslanov” metrosu yaxınlığında Nahiddən 1 bükümdə “şüşə” kimi tanıdığı metamfetamini 20 manata şəxsi istifadəsi üçün əldə edib cibinə qoymuşdur. Daha sonra Nahid ona kirayə qaldığı ev sahibinin onu evdən çıxarmaq istədiyini bildirib, onunla yaşadığı ünvana tərəf getməyi xahiş etmiş və onlar birlikdə Nahidin yaşadığı ünvanın qarşısına getmişlər. Az keçməmiş saat 22:45 radələrində polis əməkdaşları yaxınlaşıb onları Xətai RPİ-nin 36-cı Polis şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə şöbəyə getmişlər. Polis şöbəsində müdafiəçi dəvət edilmiş, ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən o, əynindəki şalvarın sağ yan cibinə qoyduğu bir ədəd gümüşü rəngli kağız bükülünü təqdim etmiş, həmin bükümün içərisində “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 20 manata tanışı Nahiddən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etmələri və üzərində saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və Xətai RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün onlar saat 22:45 radələrində ünvan 6 ünvanının qarşısına getmişlər. Xarici əlamətlərinə görə Nahid və Samirin əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını, özlərini şübhəli apardığını görüb, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onların kimliyi ilə maraqlanmışlar. Onlardan biri Masallı rayonunda doğulmuş Təqsirləndirilən şəxs kimi, digəri isə Hacıqabul rayonunda anadan olmuş Şahid1 kimi özlərini təqdim etmişlər. Onlar Nahid və Samirə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib Xətai RPİ-nin 36-cı Polis bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd kağız bükülünü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu, həmin maddəni 30 avqust 2021-ci il tarixdə günorta yaşadığı binanın həyətindən taparaq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisindən yaşıl rəngli ot kütləsi aşkar olunmuşdur. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitələr olduğunu və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Sonra Nahidin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin protokol tərtib olunmuş və imzalanmışdır. Şahid2 ifadəsinə görə, daha sonra Şahid1 da üzərinə eyni qaydada şəxsi axtarış keçirilmiş, Samir də əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızında olan bükülünü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 30 avqust 2021-ci il tarixdə «Həzi Aslanov» metrostansiyasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra Samirin üzərindən aşkar olunmuş kütlə də qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Samir tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsində həmçinin bildirdi ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə də narkotik vasitələr saxladığını və həmin maddələri təqdim edəcəyini bildirdiyi üçün Nahiddən yaşadığı ünvana baxış keçirilməsi üçün ərizə alınmışdır. Bundan sonra o, Şahid3, Təqsirləndirilən şəxs və müdafiəçi birlikdə ünvan 7 ünvanına getmişlər. Orada Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı mənzilə daxil olaraq baxış keçirilmişdir. Baxış zamanı Nahid öz otağına girib dolabın içərisində ağ rəngli plastik qabın içərisindən 3 ədəd selofan və 1 ədəd açıq vəziyyətdə kristal formalı və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs 3 ədəd selofan və 1 ədəd açıq vəziyyətdə kristal formalı olan maddələrin psixotrop maddə metamfetamin, 1 ədəd gümüşü rəngli siqaret kağızında olan bükülüdəki maddənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra protokol yazılmış və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Nahid üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni 30 avqust 2021-ci il tarixdə günorta saatlarında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, ev 7 ünvanının həyətindən taparaq şəxsi istifadəsi üçün üzərində və mənzildə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid1 müəyyən edilərək saxlanılmaları, polis bölməsində hər ikisinin üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs isə yaşadığı mənzilə baxış keçirilməsi, bu zaman külli miqdarda narkotik vasitə heroin, həmçinin psixotrop maddələr və narkotik vasitə marixuana aşkar edilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi keçirilmiş əməliyyat tədbirində iştirak etdiyini bildirərək, həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan xx.xx.2021-ci il tarixli üzləşdirmə protokoluna əsasən, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Şahid1 bir daha istintaqa verdiyi ifadəsini təsdiq edərək, ondan 20 manat müqabilində bir büküm psixotrop maddə metamfetamin aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə Şahid1 dediklərini təsdiq etməmişdir (Cild 1, iş vərəqi 99-102). İş materiallarına əlavə edilmiş 30 avqust 2021-ci i tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı Polis bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (Cild 1, iş vərəqi 34-35). Cinayət işində olan 31 avqust 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı evin yataq otağında olan şkafın gözlüyündəki kapron materialdan olan qabın içərisində 3 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetamin və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (Cild 1, iş vərəqi 65-66). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3796 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi olan soyad və imza qeyd edilmiş bir ədəd zərfdə və bir ədəd bükümdə təmiz çəkisi 0,032 qram qəhvəyi rəngli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,832 qram, 0, 363 qram, 10,084 qram ümumi təmiz çəkisi 11,279 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (Cild 1, iş vərəqi 77-82). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/855 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N151” dairəvi möhür əksi “imza Bayramov S., imza Əliyev...” yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,220 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Cild 1, iş vərəqi 72-76). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3798 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,023 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin ilə Şahid1 üzərindən aşkar edilmiş metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir (Cild 1, iş vərəqi 83-87). İş üzrə təyin edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3944 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “X3....” yazı və imzalar olan zərfdə 3 ədəd ümumi çəkisi 1,631 qram metamfetamin, “Şahid1...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,013 qram metamfetamin və “Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 3 ədəd bükümdə olan ümumi çəkisi 11,129 qram metamfetamin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edirlər (Cild 2, iş vərəqi 64-67). İbtidai istintaq orqanının 23 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə ilkin təmiz çəkisi 0,032 qram olmuş narkotik vasitə heroin, 1 ədəd bükümdə ilkin təmiz çəkisi 0,220 qram olmuş narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd bükümdə ilkin təmiz çəkisi 11,279 qram olmuş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,022 qram çəkidə narkotik vasitə heroin, 0,170 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 11,099 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (Cild 2, iş vərəqi 127-157, 207). İstintaq zamanı Şahid1 aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə ilkin təmiz çəkisi 0,023 qram olmuş psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,003 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (Cild 2, iş vərəqi 127-157, 206). Məhkəmə-narkoloji ekspertizasının 07 sentyabr 2021-ci il tarixli 3314 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, iş vərəqi 58-59). Cinayət işinə əlavə olunmuş 21 oktyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 755-40-44, 070 ***-**-** və 070 ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrələrinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan “sms”lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskdə təqdim olunmuş, həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən 055 ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 01:05:26-da “Brat deyir uzağı nol iki əsgiy olar qramdan səndə 20 atarsan karta onu verərəm”, 070 ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 15:29:05-də “Salam Brat əmanəti səhər tezdən götürmüşəm gəl götür prosdo özüm ölərəm başım qalmır yerində bir az poxadan nos getdim yenə qusuram”, 051 ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 12:20:16-da “Brat əgər əmanət götürməyə gələcəksənsə qabağcadan zakaz eləməy lazımdı çünkü əvvəlki kimi deyil tapmaq olmur dedim qoy sənə deyim bilərsən”, 070 ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 05:00:43-də “Mənə patı gətir gələndə canuvu yiyim. Bir az tez gəl gedəsi yerim var mənimdə” məzmunlu “sms”in göndərilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 15:08:30-da 055 ***-**-** saylı mobil nömrədən “Senin gadan alaram mene getmek lazimdi braaaaaaat xayiw edirem bidene 05 ver gedim gurban sene”, xx.xx.2021-ci il tarixdə saat 12:43:34-də 055 ***-**-** saylı mobil nömrədən “Qaqa necesen qaqa men sene kola demisdima gör imkan olsa lqram birde yari teskil elede sabah 40m vererem sene olar qaqam mene bir cavab yazarsan, qaqamsan gör neynirsen birat 15m xeyrim var axsam masinsiz olacam”, xx.xx.2021-ci il tarixdə saat 15:11:48-də 055 ***-**-** saylı mobil nömrədən “Qaqa mende 20m pul var gör lqram göture bilersen qalaninda seher vererdim mene bir cavab verde birat qaqamsan”, xx.xx.2021-ci il tarixdə saat 22:55:40-da 070 ***-**-** saylı mobil nömrədən “Qaqa sen atanin cani gör axşam götüre bilersen seher ölecem yoxsa onu çekdim kutardi senol qaqa götürsün mene yaz seher vaxt edim gelim”,xx.xx.2021-ci il tarixdə saat 07:22:48-də 070 ***-**-** saylı mobil nömrədən “Brat bir qram kola q”, xx.xx.2021-ci il tarixdə saat 16:53:28-də 070 ***-**-** saylı mobil nömrədən “Brat 25 geldi? Bəsti giz kimi kusursen, mən elimnen gələni edirəm sənin üçün, mənə 05 saxla daha nisyə goturmiyecem”, xx.xx.2021-ci il tarixdə saat 23:15:25-də 055 ***-**-** saylı mobil nömrədən “Qaqa menm murad derman da hell et isdeyir emi birde patida 3 dene ayr ayri Oluqele de 10 luqun bir qaqandi on dobru ele”, xx.xx.2021ci il tarixdə saat 03:31:43-də 055 ***-**-** saylı mobil nömrədən “Qaqa bayaq dedim pati tezden bayaqki yere qoya bilersen pulda verim” məzmunlu “sms” in göndərilməsi aşkar edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 21:06:45-də 077 ***-**-** saylı mobil nömrədən “gal evdayam 4 yolda olanda xabar ela. kolan varsa mana biraz kola gatir” məzmunlu «sms»in göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 755-40-44, 070 ***-**-** və 070 ***-**-** saylı nömrələrlə X3 istifadəsində olmuş 055 ***-**-** saylı və Şahid1 istifadəsində olmuş 070 ***-**- ** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda telefon danışıqlarının olması aşkar edilmişdir (Cild 1, iş vərəqi 174-177). İbtidai istintaq orqanının 23 dekabr 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (Cild 2, iş vərəqi 127-157). İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefon aparatına baxış keçirilmiş, bu zaman mobil telefonun “Qalereya” bölməsindən elektron tərəzinin üzərində narkotik vasitələrə bənzər maddələrin çəkilməsinin 4 ədəd və 2 ədəd yol kənarında olan ağacın işarlənməsinin foto şəklinin olması aşkar olunmuşdur. Həmçinin baxış zamanı “Samsung Galaxy A02S” markalı mobil telefonda olan “Whatsapp” proqramının Təqsirləndirilən şəxs məxsus 070 ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi aşkar olunmuşdur. Mobil telefonun “Whatsapp” proqramında olan yazışmalara baxış keçirilən zaman “Hüseyn İran” adı ilə qeyd edilmiş +**********40 saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs məxsus 070 ***-**-** mobil nömrənin “Whatsapp” proqramına “dədə gözü yeyim uşaq oradadı, özüm demirəm çıxasan, qoy pulu atsınlar ondan sonra çıx, qoy da pulu mənim kartıma vurmaymca qoyaram, adamı yollamışam əhmədlidədi, salam qadası gözü yeyim ola bilsin 30 dənə vəsait lazım ola, yarım saata bir saata pul atsalar deyəcəyəm sənə gözü yeyim, dədə 30 bağla, belə 2 dənə artıq elə, heç zad dədə çıxdılar getdilər, dedilər tapanmadıq, yoxdu, sabah pulların qaytarıb verərəm, ə onlara inansaydım indi sənin dərini dağıtmışdım, oların nəyinə inanım, neyniyim ki adım pis çıxmasında dədə, bidənə 30 dənən baiz olam 10 dənə klentim qaça, elə bayaqları 10 dəqiqə dedin, indidə deyirsən 2 dəqiqə, düz 1 saat keçib 10 dəqiqənin üstündən, ay qaqa əllərin ağrmasın yorulmayasan sənə dedi asan yerə at, çətin yerə atdın, neyniyək daha sivyazda olaq” məzmunlu səs yazısının, “+**********78 Kend” adlı ilə qeyd edilmiş 051 ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus 070 ***- **-** saylı mobil nömrənin “WhatsApp” proqramına “+**********78 Kend” - mənim axırıncı temadan nə qədər verəcəyim qalıb qaqam -Nahid- 75 manat “+**********78 Kend” - Salam aleykum qaqa, navar nə yox, kefin əhvalın, işlər necədi. Qaqa sən mənə o, temanı neçədən hesablamısan zəhmət olmasa bir denan da mənə 25-dən hesablamısan. -Nahid- Gül qaqa sənə nə lazım olacaq hazırlıq görüm “+**********78 Kend” -10 pat sənə dedim axı -Nahid- problem deyil nə vaxt gəlirsən” məzmunlu səs yazının və yazışmaların göndərilməsi aşkar edilmişdir. Həmçinin “WhatsApp” proqramında olan yazışmalara baxış keçirilən zaman “XEQAN” adlı ilə qeyd edilmiş 077 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus 070 ***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramına “sanol qaqa Patıdan manda 11 danası durur koladanda 7 danasi, özüdə qurutmuşam darıxma yerbəyer eliyim vuracam” məzmunda yazının göndərilməsi aşkar edilmişdir. Bununla bağlı, baxışda iştirak edən Təqsirləndirilən şəxs 070 ***-**-** mobil nömrənin ona məxsus olduğunu, Hüseyn İran adlı şəxsin narkotik vasitəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşının olduğunu bildirmişdir (Cild 2, iş vərəqi 98-109). İbtidai istintaq orqanının 23 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqi 127-157). İş materiallarına əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,220 qram tərkibində narkotik maddələr olan çətə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və yaşadığı ünvan 8 ünvanının yataq otağında olan şkafın gözlüyündəki kapron materialdan olan qabın içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,032 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə ümumi çəkisi 11,279 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi öz təsdiqini tapır (Cild 1, iş vərəqi 121-122). İstintaq zamanı Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş, bu zaman Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,023 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (Cild 1, iş vərəqi 121-122). İbtidai istintaq orqanının 23 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 2 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (Cild 2, iş vərəqi 127-157). Cinayət işinə əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildən X5 ilə rəsmi nikahda olmaqla ailəlidir, himayəsində 2010 və 2011-ci il təvəllüdlü iki uşağı vardır (cild 3, iş vərəqi 146-148). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 169-170). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, Samirə narkotik satmadığını və ona 20 manat pul vermədiyini, saxlanılarkən Samirin üstündən narkotik aşkar olunsa da, onun üzərindən qanunsuz heç nə aşkar olunmadığını, polis əməkdaşlarının onun üstünə marixuana qoyduqlarını, sonra ona evində də külli miqdarda narkotik olduğunu deyərək gedib onun da götürülməsini təklif etdiklərini, saxlanılarkən üstündən narkotik aşkar olunmadığını, evdən aşkar olunan narkotik vasitədən xəbəri olmadığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitə və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 saxlanıldıqları gün bir bükümdə psixotrop maddə metamfetamini 20 manat müqabilində Təqsirləndirilən şəxs aldığını etiraf etmişdir. Cinayət işinə əlavə olunmuş "xxxx" MMC-dən daxil olan SD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 755-40-44, 070 ***-**-** və 070 ***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, daxil olan və çıxan SMS yazışmaları tədqiq edilmiş, bu zaman sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və satışı ilə məşğul olmasını təsdiq edən çoxsaylı sübutların olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunmuş istintaq hərəkətləri protokolları ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs məxsus 070 ***-**-** saylı mobil nömrə “Samsung Galaxy A02S” markalı mobil telefona quraşdırılmış, həmin telefonun “Whatsapp” proqramında olan yazışmalara baxış keçirilən zaman “Hüseyn İran” adı ilə qeyd edilmiş +**********40 saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs məxsus 070 ***- **-** mobil nömrənin “Whatsapp” proqramına narkotik və psixotrop maddələrin əldə edilməsi və satışının həyata keçirilməsini təsdiq edən çoxsaylı yazışmalar mövcuddur. Həmin yazışmaların fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur. Eləcə də, cinayət işinə əlavə edilmiş raportlardan, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barədə təhqiqat orqanına daxil olmuş məlumat onun narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə olmuşdur. Məhkəmədə ifadə verən əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 da bu halı təsdiq etmişlər. Həmçinin, məhkəmə əməli tövsif edərkən təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələrin xırda bükümlərə ayrılmasını, onun çəkisinin külli miqdar təşkil edən çəkidən dəfələrlə artıq olmasını nəzərə alır. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxsun məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş çoxsaylı vəsatətlərin demək olar ki, əksəriyyəti təmin edilmiş, həmin vəsatətlər üzrə əldə edilmiş məlumatlar məhkəmədə tədqiq olunarkən, təqsirləndirilən şəxsin təqsirini təkzib edən heç bir hal müəyyən edilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağın olması Təqsirləndirilən şəxsun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 30 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ, 36-cı Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxsun 30 avqust 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 07 sentyabr 2021-ci il tarixli 3314 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar – Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,022 qram çəkidə narkotik vasitə heroin, 0,170 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 11,099 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin Şahid1 aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan 0,003 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək götürülməsi, Şahid1 psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. İttiham aktına əlavə edilmiş arayışda iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin 396 (üç yüz doxsan altı) manat 10 qəpik olması qeyd edilmişdir. Lakin işdə olan anlaşılmazlıqla bağlı məhkəmənin sorğusuna cavab olaraq istintaq orqanı dəqiqləşdirmələr aparmış və xx.xx.2022-ci il tarixli ***-*******97 saylı cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs aid hissədə ekspertiza xərci 183 (yüz səksən üç) manat 26 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 183 (yüz səksən üç) manat 26 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqiatlarından sonra qalıq qalan 1 ədəd bükümdə 0,022 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd bükümdə 0,170 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd bükümdə 11,099 qram çəkidə psixotrop maddə metamfetamin, Şahid1 aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə 0,003 qram çəkidə qalıq qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - şəxsi axtarışlar və baxış keçirilməsinin videogörüntüləri olan 2 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 183 (yüz səksən üç) manat 26 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-86/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-86/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver