Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-860/2020 22.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonu, İstibulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Kürdəmir rayonu, Mollakənd kənd tam orta məktəbində kimya müəllimi işləyən, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayətişinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 03 radələrində 2019-ci ilin fevral ayında rəsmi nikaha daxil olmadan qeyri-rəsmi ər-arvad münasibətində olduğu xalası qızı Zərərçəkmiş şəxs ilə birgə kirayədə yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında aralarında baş vermiş sözlü mübahisə zamanı sonuncunun ona hansı səbəbə görə 2013-cü ildən rəsmi nikahda olduğu arvadı X2 rəsmi qaydada boşanmamasına, habelə maddi vəziyyətlərinin pis olmasında onu günahlandırmasına dair davamlı iradlarını özünə təhqir kimi qəbul edib hiddətlənərək şəxsi münasibətlərin pozulması zəminində qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün evin mətbəx otağından götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə həmin vaxtı evin yataq otağındakı çarpayıda uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs bədən səthinə əlindəki bıçaqla ardıcıl zərbələr vuraraq sonuncuya sol ümumi yuxu arteriyasının, sol daxili vidaci venanın yaralanmasına səbəb olan boyunun sol ön yan səthinin bir ədəd, baş beyin maddəsinin və beyinciyin zədələnməsinə, burun, sağ əng, xəlbir və əsas sümüklərinin açıq sınıqlarına səbəb olan burun nahiyəsinin kəllə boşluğuna keçən bir ədəd çoxlu qanitirməyə səbəb olmuş ölümü ilə səbəbli əlaqəli hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya xarakterik cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaralar kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, 2015-ci ildə Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin bakalavr pilləsini bitirmişdir. Magistratura pilləsinə qəbul olsa da, sonradan şəxsi həyatında baş verən bəzi hadisələrə görə öz ərizəsi ilə magistratura pilləsində təhsilini dayandırmışdır. 2014-cü ildə X4 ilə ailə həyatı qurmuş və Gəncə şəhərində məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbədə birlikdə yaşamağa başlamışlar. Həmin nikahdan iki övladı olmuşdur. 2015-ci il təvəllüdlü Cəmşidzadə Dəniz Dönməz qızı və 2017-ci il təvəllüdlü Cəmşidzadə Vicay Dönməz oğlu. Mərhumə Zərərçəkmiş şəxs onun xalası qızı olmuşdur. Afərim ailəli olmuş və 2015-ci ildə boşanmışdır. Həmin nikahdan uşağı olmamışdır. Afərim də onun kimi Gəncə şəhərindəki məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbədə vaildeyinləri ilə birlikdə yaşamışdır. 2018-cı ildə onun Afərimlə yaxın münasibətləri yaranmışdır. Afərimlə münasibətləri yaranan vaxtdan da onun ailəsində həyat yoldaşı ilə münasibətləri soyumağa başlamışdır. Lakin onların münasibətləri barədə ailə üzvləri bilməmişlər. 2019-cu ilin fevral ayında o, Afərimlə birlikdə Gürcüstan Respublikasının sərhədini keçərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və təxminən 1 ay orada yaşamışlar. Onun həmin şəhərə getməkdə məqsədi orada iş tapmaq və Afərimlə birlikdə orada yaşamaq olmuşdur. Lakin iş tapa bilmədiyi üçün İstanbul şəhərindən eyni qaydada Gürcüstan Respublikasının sərhədini keçərək Lənkəran şəhərinə gəlmişlər və təxminən 1 ay da orada kirayədə yaşamışlar. 2019-cu ilin aprel ayının axırlarında o, Afərimlə birlikdə Bakı şəhərinə gəlmiş və təxminən 4-5 ünvanda birlikdə kirayadə yaşamışlar. Eyni zamanda 2019-cu ilin sentyabr ayında müəllim işlələdiyi Kürdəmir rayonuna getmişlər və təxminən 1 ay da orada yaşamışlar. O, orada Mollakənd kəndində yerləşən Q.Sadıqov adına məktəbdə kimya müəllimi işləmiş və həftənin iki günü ora gedib-gəlmişdir. Lakin orada maddi cəhətdən özlərini təmin edə bilmədiklərindən yenidən Bakı şəhərinə gəlmişlər və 2019-cu ilin oktyabr ayının 22-dən etibarən ünvan 4 ünvanında kirayədə yaşamağa başlamışlar. Həmin mənzili internet vasitəsi ilə tapmışdır. Ev sahibi ayda 200 manat müqabilində həmin evi onlara kirayə vermişdir. O, ev sahibinə Afərimi arvadı kimi təqdim etmişdir. Həftənin İ və İİİ günləri Kürdəmir rayonuna gedib dərsini deyib yenidən Bakı şəhərinə qayıtmışdır. Bakıda həmçinin müxtəlif restoranlarda ofisiant kimi işləmişdir. Hadisə baş verən vaxta kimi az müddət olarmış “Ay işığı” restoranında ofisiant işləmişdir. Hadisə baş verən günə kimi Zərərçəkmiş şəxs ilə heç bir ciddi problemləri olmamışdır. Hadisə baş verən gün, yəni xx xxxxxx 2019-cu il tarixdə, gecə saat təxminən 01 radələrində o, işdən evə gəlmişdir. Evə gəldikdən sonra təxminən 1 saat Afərimlə söhbət etmiş və çay içmişlər. Həmin vaxt Afərim dayanmadan deyinərək maddi problemlərindən danışmışdır. Niyə belə maddi cəhətdən pis vəziyyətdə yaşadıqlarını ona irad tutmuşdur. O isə Afərimə hər şeyin düzələcəyini desə də, Afərim ona qulaq asmayaraq danışmağa davam etmişdir. Həmin vaxtı onlar yataq otaqlarındaolmuşlar. Afərim həmçinin ona niyə bu vaxta qədər birinci ailəsi ilə boşanmadığını irad tutmuşdur. O, nə qədər Afərimi susdurmağa çalışsa da, sonuncu ona qulaq asmamış və danışmağa davam etmişdir. Bundan sonra o, Afərimin əlində olan bıçağı Afərimə yenidən danışacağı təqdirdə vuracağını bildirmişdir. Lakin Afərim ona “vurursan vur” demişdir. Belə ki, Afərim onun vuracağına inanmamışdır. Bundan sonra o, iki dəfə ardıcıl olaraq bıçaqla Afərimin boğaz nahiyəsindən və sifət nahiyəsindən zərbə vurmuşdur. İkinci zərbədən sonra bıçaq Afərimin sifət nahiyəsində ilişib qalmışdır. Bundan sonra Afərimin boğaz və sifət nahiyəsindən qan fışqırmağa başlamışdır. Həmçinin bıçaq Afərimin sifətinə ilişdiyindən o, bıçağı sifət nahiyəsindən çıxarda bilməmişdir. Bundan sonra o, “Afərim Afərim” deyə səsləmiş, Afərimin hərəkətsiz qaldığını görmüş və öldüyünü başa düşmüşdür. Təxminən yarım saat evdə oturub nə etdiyini fikirləşmişdir. Bundan sonra evdə olan palatrlarını geyinərək evin qapısını bağlamış və evdən çıxmışdır. Belə ki, hadisə baş verən vaxt o, alt paltarlarında olmuşdur. Bundan sonra o, piyada kirayədə yaşadıqları evin yaxınlığında yerləşən “Ayxan” market tərəfə getmiş və orada taksi maşını saxladaraq Lökbatan qəsəbəsinə, oradan isə yol maşını ilə Gəncə şəhərinə getmişdir. Saat təxminən 07 radələrində Gəncə şəhərinə çatmışdır. Orada o, atası Şahid1 Çəmşid oğluna zəng etmiş və onu Gəncədə yaşadıqları qəsəbəyə yaxın yerləşən əraziyə çağırmışdır. Atası əmisi Səyyafla birlikdə gəlmiş və görüşmüşlər. Atası və əmisi ondan nə baş verdiyini soruşsalar da o, ilkin olaraq nə baş verdiyini deməmişdir. O, qardaşı Vicay Cəmşidzadənin qəbrini ziyarət etmək istədiyini demişdir. Qardaşı Vicay iki il bundan qabaq bıçaqlanıb öldürülmüşdür. Onlar birlikdə qəbiristanlığa gedib qardaşının qəbrini ziyarət etmişlər. Daha sonra birlikdə uşaqlarını görmək üçün getmişlər. O, gedib uşaqlarını gördükdən sonra atası və əmisinə Afərimi öldürdüyünü demişdir. Bundan sonra atası ona təslim olmasını məsləhət görmüş və onlar birlikdə oradan Gəncə şəhər Baş Polis İdarəsinə gedərək etdiyi cinayəti səmimi şəkildə etiraf edib təslim olmuşdur. Daha sonra isə onu oradan “Mersedes” markalı maşınla polis əməkdaşları Bakı şəhərinə gətirmişlər. O, özü polis əməkdaşlarına ünvanı göstətrəgöstərə birbaşa hadisə yerinə gətirilmişdir. O, polislərə meyiti göstərib cinayəti etdiyini könüllü olaraq etiraf etmişdir. O, qapını açmayana qədər meyiti heç kim görməmişdir. Etdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmədə ifadəsində göstərdi ki, mərhum bacısı Zərərçəkmiş şəxs orta təhsilli olmuş və heç bir yerdə işləməmişdir. Afərim 2011-ci ildə Ceyhun Əliyev adlı şəxslə ailə həyatı qurmuş və 2016-cı ildə məhkəmə qaydasında rəsmi olaraq boşanmışdır. Mərhum bacısı Afərimin həmin nikahdan uşağı olmamışdır. Təqsirləndirilən şəxs isə onun xalası Qaragözün oğludur. Dönməz ailəlidir və həmin nikahdan 2 uşağı olmuşdur. Dönməz və ailə üzvləri Gəncə şəhəri, Yeni qəsəbədə birlikdə yaşamışdır. Onlar Dönməzin ailəsinin yaşadığı bina ilə üzbəüz olan binada yaşayırlar. Dönməzin ailəsinin iki mənzili olmuşdur. Həmin mənzillərin birində Təqsirləndirilən şəxs atası Şahid1 və anası Qaragöz Azadova, digərində isə Dömnəz ailə üzvləri ilə birlikdə yaşamışdır. Dönməz onun xalası oğlu olduğundan onunla yaxın olmuşdur. Dönməzin qardaşı Vicay öldürüləndən sonra isə onunla daha da yaxın olmuşdur. Tək qaldığından xalası ondan və digər ailə üzvlərindən Dönməzi tək buraxmamaqlarını, yanında olmağını xahiş etmişdir. Buna görə də o, tez-tez Dönməzlə birlikdə olmuş, vaxt keçirmişdir. Dönməz çox hövsələsiz, özündən tez çıxan adam olmuşdur. Adi xırda bir şeyə görə tez özündən çıxar, aqressiv reaksiya göstərən olmuşdur. Dönməz hələ ailəli olmadığı dövrdə adam bıçaqladığı üçün məhkum olmuşdur. Dönməz ailəlidir və həmin nikahdan iki uşağı vardır. Dönməzlə yaxın olduğundan onun ailəsində problemlər olduğunu bilmişdir. Belə ki, Dönməz arvadını istəməmişdir və hətta boşanmaq üçün məhkəməyə iddia ərizəsi də vermişdir. Sonradan anasının təkidi ilə həmin ərizəni geri götürmüşdür. Dönməzin qardaşı Vicay 2017-ci ildə öldürüləndən sonra Afərim təxminən 40 gün xalası Qaragözgildə qalıb ailə işlərində kömək etmişdir. Çox güman Dönməzlə Afərimin münasibəti həmin vaxtdan yaranmışdır. O və ailə üzvləri hər hansı bir münasibətlərinin olduğunu bilməmişlər. Təxminən 2019-cu İlin fevral ayında Dönməz ona zəng edərək Afərimi evlənmək üçün qaçırdığını, narahat olmamağını demiş və telefonu söndürmüşdür. Bundan sonra o, bir neçə dəfə Dönməzə zəng etsə də mobil telefon nömrəsinə zəng çatmamışdır. Daha sonra o, evə getmiş və Afərimin orada olmadığını görmüşdür. Sonra Dönməzgilin yaşadığı evə getmiş, Dönməzin və Afərimin orada olmadığını görmüşdür. Dönməzin Afərimlə birlikdə qaçdığını başa düşmüşdür. Bundan sonra o, Dönməzin atası Qabilə Dönməzin onun bacısını qaçırdığını demişdir. Hətta onunla aralarında xırda mübahisə də baş vermişdir. Bundan sonra hamı Dönməzlə Afərimin birlikdə qaçdığını öyrənmişdir. Onlar Dönməzlə Afərimin hara getdiyini və harada yaşadığını bilməmişlər. Bu hadisəyə görə Afərimi də qınadıqlarından onunla əlaqəni tamamilə kəsmişlər. Hadisədən təxminən 10-15 gün qabaq Afərimlə Dönməzin Bakı şəhərinə getdiklərini və orada kirayədə qaldıqlarını bilmişlər. Belə ki, həmin vaxt Afərim anası Mərmərə zəng edərək Dönməzlə birlikdə Bakı şəhərində kirayədə yaşadıqlarını, xoşbəxt olduqlarını demişdir. Dönməzin anası Qaragöz yaşadıqları qəsəbədə belə bir şayiə yaymışdır ki, guya Dönməz Afərimi qaçırdığı üçün çox peşmandır və ailəsinin yanına qayıdacaqdır. Afərim və Dönməz isə anasına xoşbəxt olduqlarını, belə bir şaiyələrə inanmamalarını demişdir. Bundan sonra həmin vaxt Dönməz də ona zəng etmişdir və Afərimlə birlikdə xoşbəxt olduqlarını və Bakı şəhərində olduqlarını demişdir. Lakin dəqiq olaraq harada yaşadıqlarını deməmişdir. Baş vermiş hadisə ilə bağlı ona qohumları xx xxxxxx 2019-cu il tarixdə, axşam radələrində demişlər. Həmin vaxtı Dönməzin əmisi Səyyaf onlara gəlmiş və hadisə barəsində məlumat vermişdir. Bundan bir gün sonra isə o, ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gəlmiş və Sabunçu rayonunda yerləşən morqdan bacısının meyitini götürmüşdür. Lakin onlar hadisənin necə, hansı şəraitdə nə səbəbdən baş verməsini bilməmişlər. Hadisə baş verən gün onun Afərim və ya Dönməzlə mobil telefon əlaqəsi olmamışdır. Hadisədən təxminən 3 gün qabaq isə Afərimlə mobil telefonla danışmışlar. Belə ki, həmin vaxt Afərim ona zəng edərək Dönməzin Gəncə şəhərinə gələrək orada qohumlarına birinci ailəsi ilə boşanmaq istədiyini deyəcəyini və bu barədə məhkəməyə ərizə verəcəyini demişdir. Həmçinin Dönməz ora gələcəyi təqdirdə, onun Dönməzə nəsə etməməyini xahiş etmişdir. Afərim onun Dönməz ilə arasında nəsə bir münaqişə baş verməsindən qorxmuşdur. Hadisə baş verən günü də Afərim anası Mərmərlə mobil telefonla danışmışdır və hər şeyin yaxşı olduğunu demişdir. Lakin hadisə baş verən gün onun nə Afərimlə, nə də Dönməzlə mobil telefon əlaqəsi olmamışdır. O, təqsirləndirilən şəxsi bağışlayır, onunla barışmışdır. Dönməzdən heç bir tələbi və şikayəti yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Dönməz ali təhsillidir, 2015-ci ildə Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin bakalavr pilləsini bitirmişdir. Dönməz 2014-cü ildə X4 ilə ailə həyatı qurmuş və Gəncə şəhəri, Məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbədə birlikdə yaşamışlar. Birgə nikahlarından 2015-ci il təvəllüdlü Cəmşidzadə Dəniz Dönməz qızı və 2017-ci il təvəllüdlü Cəmşidzadə Vicay Dönməz oğlu dünyaya gəlmişdir. Dönməz bir neçə il öncə cinayət hadisəsi törətmiş, buna görə də şərti məhkum olunmuşdur. Dönməz müəllimlik edib ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs həyat yoldaşı Qaragözün doğma bacısı olan Mərmərin qızıdır. Afərim ailəli olmuşdur. Lakin bir neçə il öncə boşanmışdır. Afərimin övladı olmamışdır. Onların ailə münasibətləri yaxşı olmuş, düşmənçik və ədavətləri olmamışdır. Afərimin hər hansı pis hərəkətinin şahidi olmamışdır. Dönməzin Afərimlə münasibəti barədə nə o, nə də ailənin digər üzvləri bilməmişlər. Onlar həmişə bacı-qardaş kimi olmuşlar. Belə ki, Afərimin anası Mərmər onun doğma bibisi qızıdır. Onların ailəsində isti münasibətlər olmuş, tez-tez get-gəlişləri olmuşdur. Ola bilsin ki, oğlu Vicayın yas ərəfələrində onlar daha yaxın olaraq münasibət qurmuşlar. 2019-cu ilin fevral ayında Afərimin qardaşı Səbahil ona Dönməzin Afərimlə birlikdə qaçdığını demişdir. Hətta buna görə aralarında xırda mübahisə də baş vermişdir. O, Dönməzlə əlaqə saxlamaq istəsə də mobil telefonuna zəng çatmamış, əlaqə saxlamaq mümkün olmamışdır. Bir neçə ay Dönməzi axtarsa da hara getməsi ilə bağlı heç bir məlumat əldə edə bilməmişdir. 2019-cu ilin sentyabr ayında o, Dönməzin Kürdəmir rayonunda müəllim işlədiyini öyrənmişdir. Kürdəmir rayonuna gedərək məktəbdə Dönməzlə görüşmüşdür. Söhbət zamanı Dönməz ona Afərimi sevdiyini, birinci ailəsini də saxlayacağını, heç birindən imtina etməyəcəyini söyləmişdir. Görüş zamanı Bakıda yaşadığını, həftəiçi Kürdəmirə gəlib dərs deyib Bakıya qayıtdığını söyləmişdir. Onlar bir qədər söhbət edib ayrılmışlar. Həmin gün aralarında mübahisə və ya münaqişə baş verməmişdir. xx xxxxxx 2019-cu il tarixdə Dönməz ona zəng vurub Gəncə şəhərində “Karvansaray” deyilən yerin yaxınlığında olduğunu, orada görüşə biləcəklərini söyləmişdir. O, ora gəldikdə Dönməz ona “Yeni Gəncə” deyilən yarmarkanın yanında olduğunu bildirmişdir. O, qardaşı Səyyafa zəng vuraraq Dönməzin gəldiyini, onunla görüşəcəyini, yarmarkanın qarşısına istəsə gələ biləcəyini söyləmişdir. Görüş zamanı Dönməz oğlu Vicayın qəbrini ziyarət etmək və övladları ilə görüşmək istədiyini söyləmişdir. Qəbrin ziyarətinə getdikdən sonra Dönməz övladları ilə görüşmüşdür. Bu zaman onlara Afərimi öldürdüyünü etiraf etmişdir. O, Dönməzə polis orqanlarına təslim olmağını məsləhət görmüş və onlar birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişlər. Orada Dönməz cinayət törətdiyini səmimi şəkildə etiraf edib təslim olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, mərhum qızı Zərərçəkmiş şəxs 2013-cü ildə X9 ilə ailə həyatı qurmuş, lakin övladlarının olmaması səbəbindən 2018-ci ildə rəsmi qaydada boşanmışlar. Baş vermiş hadisəni törədən isə bacısı Qaragöz Azadovanın oğlu Təqsirləndirilən şəxsdur. Dönməz özü 2014-cü ildə X4 ilə ailə həyatı qurmuş və iki övladı olmuşdur. Bacısı Qaragözün kiçik oğlu, yəni Cəmşidin kiçik qardaşı Vicay Cəmşidzadə 2018-ci ildə Gəncə şəhərində bıçaqlanaraq öldürülmüşdür. Bu hadisə ilə bağlı adət-ənənə olaraq onlar təxminən bir il tez-tez qızı Afərim və bütün ailə üzvləri daxil olmaqla Qaragözgilin evinə yas saxlamağa getmişlər. Həmin dövrdə Dönməz də bacısıgilin evinə tez-tez gəlmişdir. Afərim və Dönməz həmişə bacı-qardaş kimi olmuşlar. Onların aralarında olan münasibəti barədə o və bütün ailə üzvləri bacı-qardaşlıqdan artıq bir şey bilməmişlər. Yas mərasimlərini yola verdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 19 radələrində evdə kiçik oğlu Səbahilə şam yeməyi verərkən mobil telefonuna zəng gəlmişdir. Səbahil qəfil evdən bayıra çıxmış və daha sonra qayıdaraq, qızı Afərimin Dönməz ilə birlikdə çıxıb getdiyini demişdir. O, ilk olaraq inanmamış daha sonra qızının doğurdan da Dönməz ilə qaçıb getdiyini bilmişdir. Bu hadisə ona çox pis təsir etmişdir. Belə ki, Dönməz ailəli və iki övladı olmuşdur. O isə qohum-qonşular arasında biabır olacağına dair çox xəcalət çəkmişdir. O, bundan sonra nə Dönməz, nə də Afərim ilə danışmamış və münasibəti olmamış, lakin qaçmaqlarından bir neçə ay keçdikdən sonra bir dəfə Dönməz ona zəng etmişdir. Həmin zaman o, əsəbi olduğundan Dönməzlə telefonla kobud danışmış və niyə bu cür rüsvay etdiyini demişdir. Dönməz ona İrana getdiklərini dedikdə o, dəstəyi qoymuşdur. Təxminən 9 aydan sonra təxminən 2019-cu noyabr ayında, hadisədən bir neçə gün öncə Dönməz ona yenə zəng etmiş və Afərimlə danışmaq istəyib-istəmədiyini soruşmuşdur. O, razılıq verdikdən sonra video görüntü ilə danışmışlar. Danışarkən o yenə də Afərimə niyə belə etdiyini, onu qonum-qonşu arasında niyə Dönməzlə qaçaraq biabır etdiyini soruşmuşdur. Afərim isə ona Dönməzlə bir-birilərini sevdiklərini və artıq “olan olub, keçən keçib" sözlərini demişdir. Bundan başqa artıq Bakıda yaşadıqlarını da demişdir. Bir qədər onlarla danışdıqdan sonra sağollaşmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində Afərim ona görüntülü zəng etmiş və onlar danışmışlar. Həmin vaxtı Afərim Dönməzi çox sevdiyini, onları ancaq ölüm ayıra biləciyini demişdir. Həmin vaxtı Afərim Dönməzlə aralarında hər hansı bir problemin olması barədə heç bir söz deməmişdir. Həmçinin evdə tək olduğunu, bir az sonra Dönməzin işdən gələcəyini bildirmişdir. Daha sonra evlərinə qonaq gəldiyindən Afərim daha sonra zəng edəcəyini demişdir. Qonaqları yola saldıqdan sonra təxminən 21-22 radələrində özü Afərimə zəng etmiş, lakin Afərim onun zənginə cavab verməmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 20:00 radələrində kiçik bacısı ona zəng edərək Dönməzin Afərimi iki gündür ki, öldürdüyünü və evdə qoyaraq Gəncəyə atası evinə gəldiyini demişdir. O həmin vaxt özünü pis etmiş, huşunu itirdiyindən təcili-tibbi yardım çağırılmışlar. Özünə gəldikdən sonra qardaşları və bacıları onlara gəlmişlər və o, bundan sonra Dönməzin doğurdan da Afərimi öldürdüyünü bilmişdir. Hadisədən qabaq qızı Afərim Mahudova söhbətlərində Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir münaqişə, mübahisə olması barədə bir söz deməmişdir. Əksinə, münasibətlərinin çox yaxşı olduğunu, evlənməyə hazırlaşdıqlarını demişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş “Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baş və boyun nahiyələri qana bulaşmış meyiti ünvan 1 ünvanının yataq otağında aşkar olunmuşdur. Meyitin burnunun sağ yarısında öndən arxaya kəllə boşluğuna doğru vurulmuş bıçaq vardır (cild 1, iş vərəqi 2-11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə əynində olmuş bir ədəd büstqalter, iki cüt corab, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd idman şalvarı və cinayətin aləti olmuş bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 14-15). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, 1/6483 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyində narkotik vasitə və alkoqolun izləri aşkar edilməmişdir (cild 1, iş vərəqi 42). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1719 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixə uyğun xəsarət və xəsarət izləri aşkar olunmamışdır (cild 1, iş vərəqi 114-115). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 172 nömrəli rəyindən və fotocədvəldən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində baş beyin maddəsinin və beyinciyin zədələnməsinə, burun, sağ əng, xəlbir və əsas sümüklərinin açıq sınıqlarına səbəb olan burun nahiyəsinin kəllə boşluğuna keçən 1 (bir) ədəd, sol ümumi yuxu arteriyasının, sol daxili vidaci venanın yaralanmasına səbəb olan boyunun sol ön-yan səthinin 1 (bir) ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, meyitin sifət nahiyəsindən çıxarılmış bıçaqla yetirilə bilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb burun nahiyəsinin kəllə boşluğuna keçən bir ədəd və boyunun sol ön-yan səthinin bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 18-22 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs ilkin xəsarət boyun nahiyəsindən yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı 2-3 həftədən çox olmaqla çoxdan pozulmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyiti müayinə olunarkən onda hamiləlik aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan tamponların məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır (cild 1, iş vərəqi 116- 123). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli, 982/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: A/H/ (İl)-dir. Ekspertizaya təqdim olunmuş bir ədəd idman şalvarı, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd lifçik və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Belə olan halda bu qan ləkələri A/H/(ll) qruplu bir şəxsə, o cümlədən X6ma məxsus ola bilər. Zərərçəkmiş şəxs 4 ədəd corabı üzərində qana şübhəli ləkə aşkar edilməmişdir (cild 1, iş vərəqi 125-129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli, 647/2019-MTKŞ nömrəli rəyindən və fotocədvəldən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sol çiyin nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, maykanın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büstqalter, iki cüt corab, mayka, tuman və idman şalvarı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - burun, sağ əng, xəlbir və əsas sümüklərinin açıq sınıqlarına səbəb olan burun nahiyəsinin kəllə boşluğuna keçən 1 (bir) ədəd, boyunun sol ön-yan səthinin 1 (bir) ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Bu da həmin nahiyələrin paltarla örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 131-134). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesslərinin, əqli və psixi inkşafının, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman hər hansı xroniki psixi pozuntudan, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllılıq və ya sair psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlindən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məhkəməistintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdir. Aparılmış psixoloji müayinəni yekunlaşdırıb, həmçinin cinayət işi materiallarını psixoloji cəhətdən hərtərəfli təhlil edərək belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Eqosentrizm, inadkarlıq, məsuliyyətsizlik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən psixiemosional vəziyyətində situasiya ilə əlaqəli hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, psixoloji vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur, cinayət hadisəsini törədərkən güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 186-188). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs digər bıçaqlar arasında ona təqdim edilmiş, törətdiyi cinayət zamanı istifadə etdiyi cinayətin aləti olmuş 2 rəqəmi ilə qeyd edilmiş dəstəyi bir qədər parıltılı bozumtul metaldan olan, dəstəyinin uzunluğu təxminən 115 mm olan bıçağı tanımışdır (cild 2, iş vərəqi 79-81). İşdə olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndiriməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd büstqalter, iki cüt corab, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd idman şalvarı, cinayətin aləti olmuş mətbəx bıçağı maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun dəftərxanasında saxlanılması qərara alınmışdır (cild 2, iş vərəqi 93-109). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2019cu il tarixli qərardan görünür ki, X5 həmin iş üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 79-80). İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanı tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı onun heç bir şikayəti və tələbi yoxdur (cild iş vərəqi 166). İşdə olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat və iş yerləri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 158, cild 2, iş vərəqi 77-78). İşdə olan Kəlbəcər RİHB-nın İstibulaq kənd İnzibati ərazi dairəsindən təqdim edilən arayışdan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs X7 ilə xx.xx.2013-cü ilə nikah bağlamış, himayəsində 2 yetkinlik yaşına çatmayan övladı - xx.xx.2015-ci ildə anadan olmuş Cəmşidzadə Dəniz Dönməz qızı və xx.xx.2018-ci ildə anadan olmuş Cəmşidzadə Vicay Dönməz oğlu vardır (cild 1, iş vərəqi 159, 163; cild 2, iş vərəqi 61-62). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin arayışından və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs X14 Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cimaddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza şərti hesab edilməklə 3 (üç) il sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 2, iş vərəqi 12-20). Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş şlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə təyin edilmiş sınaq müddəti başa çatdığına görə o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, 3 №-li Qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-cimaddəsinəəsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi kifayət qədər sübuta yetirilir, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl birbaşa qəsdlə törədilmişdir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-ProsessualMəcəlləsinin 44.1cimaddəsinintələbinəgörə, məhkəməbaxışıgedişindətədqiqolunmuşsübutlarınməcmusunaəsasəntəqsirləndirilənşəxsi ncinayətdətəqsirimüəyyənedilərsə, məhkəməittihamhökmüçıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 həm ibtidai istintaq orqanına, həm də məhkəməyə təqdim etdiyi ərizəsindən və məhkəmədəki ifadəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir tələbi və şikayəti də yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əməlindən səmimi peşmanlığını, qeydiyyat və iş yerləri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən, cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hallarını Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 61.1cimaddəsində nəzərdə tutulmuş cəzanıağırlaşdıranhallarməhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci madddəsinin tələbinə əsasən bu məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokol və məhkəmə qəraraından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Sabunçu Raryon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 28, 76-77,181-182; cild 2, iş vərəqi 37-40, 147- 150). Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxx 2019cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon prokurorluğunundəftərxanasında saxlanılanZərərçəkmiş şəxs məxsus bir ədəd büstqalter, iki cüt corab, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd idman şalvarı, cinayətin aləti olmuş 1 (bir) ədəd mətbəx bıçağı məhv olunmalıdır. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon prokurorluğunundəftərxanasında saxlanılanZərərçəkmiş şəxs məxsus bir ədəd büstqalter, iki cüt corab, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd idman şalvarı, cinayətin aləti olmuş 1 (bir) ədəd mətbəx bıçağı məhv edilsin. Hökmdən onun elan olunduğu(Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı ApellyasiyaMəhkəməsinəapellyasiyaşikayətivəapellyasiyaprotestiveriləbilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-860/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-860/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver