Məhkəmə qərarları › İş №1(101)-860/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-860/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-860/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16 : 00 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndələri Nümayəndə, X4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə, xx xxxxxx 1965-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, ünvan 4 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə, xx xxxxxx 1979-cu il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, Atatürk prospekti, ev 1, mənzil 22-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 5 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "xxxx" MMC-nin Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” X26, nömrəsiz küçə ünvanında yerləşən Şuşa rayon Filialında əməliyyatçı vəzifəsində işlədiyi dövrdə həmin Filialın rəisi Şahid1 növbəti əmək məzuniyyətinə çıxmasından və Filial rəisi vəzifəsinin ona həvalə olunmasından istifadə edərək qaynı Təqsirləndirilən şəxs3 kommersiya fəaliyyətinin həyata keçirilməsi və maddi mənfəət əldə etməsi məqsədilə qabaqcadan əlbir olaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə saxtakarlığı edərək "xxxx" MMCnin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla Cəmiyyətin pul köçürülməsi üçün nəzərdə tutulmuş informasiya resursu olan “Colvir” proqram təminatına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə Cəmiyyətin təklif etdiyi poçt xidmətlərindən əvvəllər istifadə etmiş müxtəlif şəxslərin ad, soyad və ata adlarından istifadə etməklə bilə-bilə yalan məlumatlar daxil edib Təqsirləndirilən şəxs3 Cəmiyyətə məxsus pulu göndərib, pulun göndərildiyi həmin tarixlərdə də Təqsirləndirilən şəxs3 həmin pul məbləğlərini gətirib ona geri qaytarmasından sonra qanunsuz əməllərinə davam etmiş və həmin Filialın baş mühasibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2, qaynı Təqsirləndirilən şəxs3 kommersiya fəaliyyəti üçün pul lazım olmasını bildirib bu barədə razılaşaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 09 radələrində yenə əvvəlki üsulla bu əməliyyatdan xəbərsiz olan X8 adından Təqsirləndirilən şəxs3 çatması üçün sonuncunun iş yoldaşı olmuş Şahid2 adına üç dəfə - ********************696 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************246 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************886 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat cəmi 6000 (altı min) manat pul göndərilməsini göstərdikdən sonra həmin gün saat 12 radələrində həmin Filialda Təqsirləndirilən şəxs2 Cəmiyyətin kassasından 27000 (iyirmi yeddi min) manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs3 verməsindən sonra vahid cinayətkar niyyətini davam etdirərək həmin gün 7000 (yeddi min) manat pulu yenə, “Colvir” proqram təminatına bilə-bilə yalan məlumatlar daxil edib guya Təqsirləndirilən şəxs3 adına pul göndərilməsini göstərməklə bu əməliyyatlardan xəbərsiz olan X1 adından Təqsirləndirilən şəxs3 adına dörd dəfə - ********************841 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************370 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************318 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************826 mədaxil bildirişi ilə 1000 (min) manat, cəmi 7000 (yeddi min) manat pul göndərilməsini göstərib Təqsirləndirilən şəxs3 cəmi 40000 (qırx min) manat pulu ələ keçirməsindən sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ümumi niyyətlə hərəkət edərək əlavə olaraq, 5900 (beş min doqquz yüz) manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs3 verməsini bilib xx.xx.2021-ci il tarixdə yenə “Colvir” proqram təminatına bilə-bilə yalan məlumatlar daxil edib Şahid2 adından Təqsirləndirilən şəxs3 adına üç dəfə, ********************196 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************03 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************796 mədaxil bildirişi ilə 2000 (iki min) manat cəmi 6000 (altı min) manat pul göndərilməsini və əlavə olaraq, 155 (yüz əlli beş) manat da rüsum ödənilməsini göstərməklə sonuncunun həmin pul məbləğlərini ələ keçirməsinə şərait yaradıb vəzifə saxtakarlığı edib özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla təkrarən ona etibar edilmiş "xxxx" MMC-nə məxsus külli miqdarda əmlakı, yəni ümumilikdə 52,055 (əlli iki min əlli beş) manat məbləğində özgə əmlakını Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək baş mühasib vəzifəsində işlədiyi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "xxxx" MMC-nin Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” X26, nömrəsiz küçə ünvanında yerləşən Şuşa rayon Filialında həmin filialın rəisi vəzifəsinin həvalə olunduğu filialın əməliyyatçısı Təqsirləndirilən şəxs1 qaynı Təqsirləndirilən şəxs3 kommersiya fəaliyyəti üçün Cəmiyyətə məxsus pulu dəfələrlə Cəmiyyətin pul köçürülməsi üçün nəzərdə tutulmuş informasiya resursu ilə göndərməsini bilib özünün də maddi mənfəət əldə etməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 Cəmiyyətin pul köçürülməsi üçün nəzərdə tutulmuş informasiya resursu olan “Colvir” proqram təminatı vasitəsilə 6000 (altı min) manat göndərməsindən sonra vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə həmin gün saat 12 radələrində faktiki olaraq nəzarətində olan Cəmiyyətə məxsus kassadan götürdüyü 27000 (iyirmi yeddi min) manat məbləğində nağd pulu Filialın kassa otağında Təqsirləndirilən şəxs3 verib vahid cinayətkar niyyətini davam etdirərək Təqsirləndirilən şəxs1 yenə ümumilikdə 7000 (yeddi min) manat pulu əvvəlki üsulla Təqsirləndirilən şəxs3 göndərməsindən sonra xx.xx.2021-ci il tarixdə saat 12 radələrində həmin Filialda təkrar 5900 (beş min doqquz yüz) manat məbləğində nağd pulu Təqsirləndirilən şəxs3 vermiş və bundan sonra yenə qanunsuz əməllərinə davam edərək Təqsirləndirilən şəxs3 yenidən 6000 (altı min) manat məbləğində pulu onlardan istəməsindən sonra Təqsirləndirilən şəxs1 ilə razılaşıb sonuncunun Təqsirləndirilən şəxs3 təkrar əvvəlki üsulla 6000 (altı min) manat məbləğində pul göndərib və əlavə olaraq, 155 (yüz əlli beş) manat da rüsum ödənilməsini göstərməklə Təqsirləndirilən şəxs3 həmin pul məbləğlərini ələ keçirməsinə şərait yaradıb hüquqi şəxsin qanuni mənafelərinə ağır nəticələrə səbəb olmaqla zərər vuraraq ona etibar edilmiş "xxxx" MMC-nə məxsus külli miqdarda əmlakı, yəni ümumilikdə 52055 (əlli iki min əlli beş) manat məbləğində özgə əmlakını Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "xxxx" MMC-nin Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” X26, nömrəsiz küçə ünvanında yerləşən Şuşa rayon Filialında əməliyyatçı vəzifəsində işləyən qardaşı arvadı Təqsirləndirilən şəxs1 işlədiyi dövrdə həmin Filialın rəisi Şahid1 növbəti əmək məzuniyyətinə çıxmasından və Filial rəisi vəzifəsinin Təqsirləndirilən şəxs1 həvalə olunmasından istifadə edib kommersiya fəaliyyətinin həyata keçirilməsi və maddi mənfəət əldə edilməsi məqsədilə cinayətkar əlaqəyə girərək Təqsirləndirilən şəxs1 Cəmiyyətin proqram təminatından istifadə edib Cəmiyyətə məxsus pulu ona göndərib, pulun göndərildiyi həmin tarixlərdə də həmin pul məbləğlərini gətirib geri qaytarmasından sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 kommersiya fəaliyyəti üçün pul istədikdə sonuncunun bu barədə həmin Filialın baş mühasibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 bildirməsindən sonra Cəmiyyətin pulunun ələ keçirilməsi ilə bağlı ümumi razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 09 radələrində bu əməliyyatdan xəbərsiz olan X8 adından Təqsirləndirilən şəxs3 çatması üçün sonuncunun iş yoldaşı olmuş Şahid2 adına üç dəfə - ********************696 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************246 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************886 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, cəmi 6000 (altı min) manat pul göndərdikdə, həmin gün saat 12 radələrində həmin Filialda Təqsirləndirilən şəxs2 Cəmiyyətin kassasından 27000 (iyirmi yeddi min) manat pulu nağd şəkildə ona verib vahid cinayətkar niyyətini davam etdirərək həmin gün Təqsirləndirilən şəxs1 əvvəlki üsulla hissələrlə yəni, bu əməliyyatdan xəbərsiz olan X1 adından Təqsirləndirilən şəxs3 adına dörd dəfə - ********************841 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************370 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************318 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************826 mədaxil bildirişi ilə 1000 (bir min) manat, cəmi 7000 (yeddi min) manat pul göndərdikdə Cəmiyyətin cəmi 40000 (qırx min) manat pulunu ələ keçirmiş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ümumi niyyətlə hərəkət edərək əlavə olaraq, həmin filialda 5900 (beş min doqquz yüz) manat pulu nağd şəkildə ona verməsindən sonra xx.xx.2021-ci il tarixdə yenə Təqsirləndirilən şəxs1 yenə əvvəlki üsulla, yəni Şahid2 adından Təqsirləndirilən şəxs3 adına üç dəfə, ********************196 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************03 nömrəli mədaxil bildirişi ilə 2000 (iki min) manat, ********************796 mədaxil bildirişi ilə 2000 (iki min) manat, cəmi 6000 (altı min) manat pul göndərilməsini və əlavə olaraq, 155 (yüz əlli beş) manat da rüsum ödənilməsini göstərməklə "xxxx" MMC-nə məxsus əmlakı, yəni ümumilikdə 52,055 (əlli iki min əlli beş) manat məbləğində külli miqdarda özgə əmlakını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən mənimsəməklə talamışdır. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 10 ünvanında yerləşən tanışı Zərərçəkmiş şəxs1 məxsus evin həyətində sonuncunu kommersiya fəaliyyəti ilə məşğul olması və həmin fəaliyyəti üçün pul lazım olması, işləri qaydasına düşdükdən sonra əlavə olaraq 3000 (üç min) manat da pul verməsi vədi ilə aldadıb Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 aldığı 18000 (on səkkiz min) manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 və həmin pul məbləğinin geri qaytarılmasını tələb edən Zərərçəkmiş şəxs2 həmin pul məbləği qarşılığında 6 sot torpaq sahəsi verəcəyi vədi verib sonuncunu və Zərərçəkmiş şəxs1 verdiyi vədə əməl etməyib aldadaraq təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı ittiham irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ev 162-də əri Vidadi Rüstəmov, 11 yaşlı oğlu Nihad Rüstəmli və 9 yaşlı oğlu Ülvi Rüstəmli ilə birlikdə yaşayır. O, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "xxxx" MMC-nin Şuşa rayon poçt filialında əməliyyatçı vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. O, həmin vəzifədə təxminən 2015-ci ilinin may ayından işləmiş, aylıq əmək haqqısı 240 manat olmuşdur. Onun işi müştəriləri qəbul etmək, əməliyyatları yerinə yetirmək, Saat 17-də kassanı bağlayıb və kassada olan pulu aparıb filialın baş mühasibi işləyən Təqsirləndirilən şəxs2 təhvil vermək olmuşdur. Filialın müdiri Şahid1 olmuş, Üzeyir xx.xx.2021-ci il tarixdən əmək məzuniyyətinə çıxmış, məzuniyyəti bitdikdən sonra isə “Covid-19” virusuna yoluxduğu üçün işə çıxmamışdır. Həmin vaxtı o, rəsmi olaraq Üzeyiri əvəz etmiş, lakin kassadan yığılan pulları o, baş mühasib Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Baş mühasib Teyyuba da pulları toplamış, sonra isə o həmin pulları Teyyubadan təhvil götürərək aparıb "xxxx" MMC-nin ofisinə təhvil vermişdir. Bunu müdiri Üzeyir işə çıxmadığı üçün o etmiş, Təqsirləndirilən şəxs3 isə onun qaynıdır. Təxminən 2021-ci ilinin oktyabr ayının əvvəllərində Samir ona zəng edərək yağ işi ilə məşğul olduğunu, təcili olaraq ona 2000 manat pul lazım olduğunu, həmin pulu götürdüyü gün geri qaytaracağını bildirmişdir. O, işlədiyi Şuşa filialından Samirinin adına 2000 manat pul vurmuş, Samirin həmin pulu hansı poçt filialından çıxartdığını bilməmiş, elə həmin günü Samir pulu gətirib ona vermiş, o da həmin pulu kassaya qoymuşdur. Beləliklə, o, Samirə inanıb 01 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixə qədər müxtəlif şəxslərin adından müxtəlif məbləğlərdə "xxxx" MMC-nin Şuşa filialından pul göndərmiş, Samir də elə həmin gün pulları gətirib ona geri qaytarmışdır. O, Samirin adına vurulan pulları müxtəlif şəxslərin adlarından vurmuş, həmin pullar əsasən onun öz adından, Şahid2, Şahid3 və Qurbanov Ceyhunun adlarından vurmuşdur. O, sadəcə Şahid2ı tanımış, Nicat Samirin iş yoldaşı olmuş, digər şəxslər isə əvvəllər "xxxx" MMC-nin abonentləri olmuş və o, həmin şəxslərin adlarından Samirə həmin məbləğləri göndərmişdir. Həmin şəxslərin adlarından pul göndərmək üçün həmin şəxslərin şəxsiyyət vəsiqələrinin əsli və ya sürəti lazım olmamış, həmin şəxslərin şəxsiyyət vəsiqələri barədə məlumatlar sistemdə olduğu üçün adlarından pul göndərmək mümkün olmuşdur. Beləliklə, Samir onun etibarını qazanmış və o, inanmışdır ki, Samir pulu götürür və elə həmin günüdə qaytarır. Təqsirləndirilən şəxs2 onun Samirə pul göndərməyindən məlumatlı olmuş, həmin ərəfədə 2 dəfə olmaqla filialda yığılan pulları o, Samirlə birlikdə, yəni Samirin avtomobili ilə aparıb ofisə təhvil vermişdir. 15 oktyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində Samir ona zəng etmiş və yağ işinə görə ona pul lazım olduğunu bildirmişdir. O, bu barədə Teyyubaya məlumat vermiş, belə ki, Teyyuba onun yanında əyləşmiş, o, Teyyubaya demişdir ki, 6 min manat pulu Samirə göndərir, maksimum 1 saata gətirəcəkdir. Teyyuba da onunla razılaşmış və o, pulu cəmi 3 dəfə, hər dəfəsində 2 min manat olmaqla cəmi 6 min manat pulu Samirin iş yoldaşı Şahid2 adına əvvəllər poçtun xidmətlərindən istifadə etmiş X8 adından göndərmişdir. Həmin gün, yəni 15 oktyabr 2021-ci il tarixdə Samir yenə ona zəng edərək yağ işinə görə yenə pul lazım olduğunu, pulu filialdan götürüb verməyini xahiş etmiş və həmin pulu 18 oktyabr 2021-ci il tarixdə onunla birlikdə aparıb "xxxx" MMC-yə verəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 onun yanında olmuş və ona nə məsələ olduğunu soruşmuş, o da Teyyubaya Samirə yenə də pul lazım olduğunu bildirmişdir. Bu zaman Teyyuba ona pul var çağır gəlsin demiş, o da Samirə filiala gəlməsini bildirmişdir. Həmin vaxtı Samir ona konkret olaraq hansı məbləğdə pul istədiyini deməmiş, Elə həmin gün saat 12 radələrində Samir poçtun filialına gəlmiş və o, Teyyubanın otağını göstərərək oraya keçməsini demişdir. Samir Teyyubanın otağına getmiş, orada Teyyuba 27000 min manat kassadan pulu götürərək nağd şəkildə Samirə vermiş, Teyyuba 27 min manat pulu Samirə verərkən o, orada olmamışdır. Pulun miqdarı barədə Samir filialdan getdikdən sonra Teyyuba ona demişdir. Samir getdikdən sonra Teyyuba otaqdan çıxmış və ona Samirin adına 7 min manat pulu da köçürmə yolu ilə göndərməsini demiş, o da onunla razılaşmışdır. Həmin gün o, Teyyubanın tapşırığı ilə Samirə 7000 min manat pulu köçürmə yolu ilə göndərmiş, Samirin həmin pulu hansı filialdan çıxarmasından xəbəri olmamışdır. O, "xxxx" MMC-nin işçisi olduğu üçün öz adına 2000 manatdan çox pul göndərə bilməmiş buna görə də Samirə öz adından maksimum 2000 manat pul göndərmişdir. O, 7000 min manat pulu da Samirə göndərəndə hissələrlə yəni X1 adından Samirin öz adına 4 dəfə olmaqla, 3 dəfə 2 min manat, 1 dəfə isə min manat, cəmi 7000 min manat pul göndərmişdir. Beləliklə o, Samirin adına cəmi 13 min manat pul göndərmiş, cəmi 40000 manat pulu Samir götürdükdən sonra onun xəbəri olmadan bildiyi qədər 17 oktyabr 2021-ci il tarixdə Samir və Teyyuba bir-biri ilə əlaqə saxlayıb və Teyyuba Samirə 5900 manat pulu filialda vermişdir. Teyyuba ona heç bir söz demədən 5900 manat pulu Samirə vermiş, 18 oktyabr 2021-ci il tarixdə o, işə gələn zaman Teyyuba ona Samirə 5900 manat da pul verdiyini demişdir. O da həmin vaxt Samirə zəng etmiş və 5900 manatı götürdüyünü və onun xəbəri olmadığını bildirmişdir. Həmin vaxtı Samirdə ona “Səlbi narahat olma mən Teyyuba xanımla danışmışam və Teyyuba bilir ki, mən 45900 manat pulu sabah gətirəcəm” demişdir. Bundan sonra həmin gün Samir saat 11 radələrində filiala gəlmiş və orada ona və Teyyubaya 6000 manat pul lazım olduğunu bildirmişdir. Artıq o, Samirə inanmadığını Teyyubaya bildirmiş və Samirə pul göndərməməyi demiş, Teyyuba isə pulu göndərməsini, sabah pulun hamısını gətirəcəyini bildirmişdir. O, yenə də saat 12 radələrində Şahid2 adından 3 dəfə olmaqla, hər dəfəsində 2 min manat, cəmi 6 min manatı Samirin adına vurmuş, beləliklə, ümumilikdə Samir filialın pulundan 51900 manat pul götürmüş, 155 manat isə rüsumlar etmişdir. Rüsumlarla birlikdə 52055 manat pul olmuş, o, 6000 manat pulu Samirin adına vurduqdan sonra Samir ona və Teyyubaya müxtəlif bəhanələr edərək pulu qaytaracağını demişdir. 21 oktyabr 2021-ci il tarixdə baş mühasib Teyyuba 52055 manat pulun onun tərəfindən bank hesabına nağd vəsaitin ödənilməsi üçün götürülməsi barədə kassa məxaric orderi yazmış, o və Teyyuba həmin orderi imzalamışlar. Belə ki, guya 52055 manat pulu o, 21 oktyabr 2021-ci il tarixdə oradan götürmüş, 52055 manat puldan 46155 manatda onun, Teyyubanın, Samirin birgə iştirakları olmuş, qalan 5900 manat pula onun heç bir aidiyyəti yoxdur. O, həmin pulun verilməsindən xəbərsiz olmuş və iştirak etməmişdir. "xxxx" MMC-nin Şuşa filialında saxlanılan pullara maddi məsul şəxs baş mühasib olmuşdur. Lakin "xxxx" MMC-nin Şuşa filialında inkassasiya xidməti təşkil edilmədiyi üçün pulu o, bir neçə dəfə "xxxx" MMC-nin 1 nömrəli filialına aparıb şəxsən vermişdir. Lakin, hadisə günü filial müdiri Şahid1 məzuniyyətdə olduğu üçün o, əmrlə Üzeyiri filial müdiri olaraq əvəz etmişdir. Teyyuba Samiri onun sayəsində iş yerinə gələrkən tanımışdır. O, Teyyubaya həmin 5900 manat pulun Samirə verilməsi barədə hər hansı bir söz deməmişdir. Teyyuba özü 5900 manat miqdarında pulunu Samirə vermişdir. Teyyubanın həmin pulu Samirə hansı məqsədlə verməsindən xəbəri yoxdur. X18 5900 manat pul qarşılığında əlavə hər hansı pul və ya mənfəət təmin edəcəyindən xəbəri olmamışdır. Samir ona əlavə olaraq hər hansı bir ödəmə edəcəyi barədə söz deməmiş və bu barədə hər hansı razılıq əldə etməmişlər. 40000 manat miqdarında pulu Samirə verərkən də, X18 hər hansı miqdarda əlavə pul verəcəyindən xəbəri olmamışdır. O, sadəcə Teyyuba və Samir arasında vasitəçilik etmiş, 27 min manat pulun verilməsindən Samir getdikdən sonra xəbəri olmuşdur. 5900 manat pulun Samirə verilməsindən isə ümumiyyətlə xəbəri olmamış, "xxxx" MMC-nin puluna maddi məsul şəxs Teyyuba olmuşdur. Ola bilsin, həmin vaxtı filial rəhbəri olaraq onun da maddi məsuliyyəti olmuş, lakin, faktiki olaraq pul Teyyubada olmuş və pul barəsində Teyyuba qərar vermişdir. Samir pulu vermişdir. 27 min manatını nağd şəkildə, 13 min manatını isə Teyyubanın razılığı ilə o, Samirin adına göndərmişdir. Samir qaynı olduğu üçün fərqli qaydada ifadə vermiş, yəni onun üzündən Samir Teyyubanı tanımış və pul istəmişdir deyə həmin pulun qaytarılmasını da o, öz üzərinə götürmüşdür. "xxxx" MMC-yə olan 52.022 manat miqdarında pulu da onun əri Elnur Rüstəmov ödəmişdir. Təqsirləndirilən şəxs3 40000 manat pul müqabilində ona 700 manat pul verəcəyi ilə bağlı dedikləri doğru deyil. Samir ona olan əvvəlki borcu ilə səhv salmışdır. Samir əvvəl ona 700 manat borclu olmuş və həmin pulu da vermişdir. Samir qaynı olduğu üçün o, "xxxx" MMC-nin pulunu göndərmişdir. Samir ona hər hansı maddi mənfəət söz verməmiş və aralarında da bu barədə hər hansı bir razılıq olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 179.3.2-ci, 308.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, əri X12, 22 yaşlı oğlu Hafiz Babazadə və 15 yaşlı qızı Nərgiz Babazadə ilə birlikdə yaşayır. Özü Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "xxxx" MMC-nin Şuşa rayon poçt filialında baş mühasib vəzifəsində işləmişdir. O, "xxxx" MMC-nin Şuşa rayon poçt filialında 2018-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayının 5-dək işləmiş və həmin vəzifədən öz ərizəsi ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs1 həmin poçt filialında əməliyyatçı vəzifəsində işləmiş, Səlbi də işdən çıxmışdır. O, mühasibat işlərini görmüş, Səlbi kassada yığılan pulları işin sonunda ona təhvil vermiş, o isə həmin pulu xidməti otağında olan seyfə qoymuşdur. Lakin onların poçt filialının müdiri Şahid1 məzuniyyətdə olduğundan və həmçinin məzuniyyətdən sonra “Covid-19” virusuna yoluxduğundan işin sonunda pul ona verilmişdir. Üzeyir özü işdə olan zaman pul Üzeyirə təhvil verilmiş, o isə mühasibat sistemində qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə xatırlamadığı saatda Səlbi onun otağına gəlmiş və qaynı Samirə pul lazım olduğunu, iş gördüyünü, borcu olduğunu və tezliklə həmin pulu kassaya qaytaracağını demişdir. O isə Səlbiyə bildirmişdir ki, “Səlbi birdən Samir pulu aparıb faizə verər və qaytara bilməz”. Səlbi Samirin ticarətlə məşğul olduğunu və qaytaracağını demiş, Səlbinin təkidindən sonra o, razılaşmışdır. Daha sonra Səlbinin qaynı Samir işlədiyi yerə gəlmiş və ona bildirmişdir ki, 40 min manat pul lazımdır ki, biznesini davam etdirə bilsin. O, 27 min manat pulu kassadan götürüb sayıb Samirə vermiş, Həmin vaxtı Səlbi də onun yanında olmuşdur. Qalan 13 min manat pulu da Səlbiyə demişdir ki, Samirin hesabına göndərsin. Realda kassada 13 min manat pul nağd şəkildə olmamış, Səlbi sadəcə "xxxx" MMC-nin kompüter sisteminə guya Samirin hesabına pul göndərilməsi barədə məlumatı daxil etmişdir. Əslində isə işlədiyi filialda 13 min manat pul olmamışdır. Samirin həmin pulu hansı filialdan çıxarmasından xəbəri olmamış, Səlbi "xxxx" MMC-nin işçisi olduğu üçün öz adına 2000 manatdan çox pul göndərə bilməz deyə Samirə Səlbi öz adından maksimum 2000 manat pul göndərmişdir. 13000 manat pulu da Samirə göndərəndə hissələrlə müxtəlif şəxslərin adından Samirin hesabına göndərmiş, 17 oktyabr 2021-ci il tarixdə Samir səhər radələrində onun işlədiyi yerə gəlmiş və bildirmişdir ki, 6000 manat da pula ehtiyacı vardır. O da Samiri Səlbinin qohumu kimi tanımış və ona görə də, "xxxx"un pulundan götürüb 5900 manat pulu Samirə vermişdir. Səhəri gün də bu barədə Səlbiyə demiş, Səlbinin həmin vaxtı 5900 manat pulu Samirə verməyindən xəbəri olmuşdur. Daha sonra Səlbi Samirin hesabına 6000 manat da göndərmiş, beləliklə, ümumilikdə Samirə filialın pulundan 51900 manat pul verilmiş, 155 manat isə rüsumlar etmişdir. Rüsumlarla birlikdə 52055 manat pul olmuş, bir qədər sonra o, Səlbidən pulu kassaya qaytarmalı olduğunu dedikdə Səlbi bildirmişdir ki, Samirin borcları səbəbindən pulu qaytara bilmir. 21 oktyabr 2021-ci il tarixdə o, 52055 manat pulun Səlbi tərəfindən bank hesabına nağd vəsaitin ödənilməsi üçün götürülməsi barədə kassa məxaric orderi yazmış, o və Səlbi həmin orderi imzalamışlar. Belə ki, guya 52055 manat pulu Səlbi 21 oktyabr 2021-ci il tarixdə oradan götürmüş, sonra Səlbi polisə müraciət etmişdir. O, "xxxx" MMC-nin rəsmi işçisi olmuş, lakin xx.xx.2021-ci il tarixdə işdən çıxmışdır. O, orada heç vaxt əmlak talanması barədə hər hansı məlumat eşitməmiş və bilməmiş, oradakı pula, maddi məsul şəxs filial rəhbəri olmuşdur. O, sadəcə kompüter sistemindən pul məbləğlərini yoxlayaraq filial rəhbəri ilə əlaqə saxlayıb məlumat vermişdir. Filial rəhbəri Üzeyir məzuniyyətdə olduğu üçün pulların yığıldığı kassanın açarı onda olmuş, lakin, Üzeyir məzuniyyətdə olarkən Səlbi əvəz etmiş və pullara maddi məsul şəxs də Səlbi olmuşdur. Səlbi onun iş yoldaşı olmuş və Səlbinin təkidi və istəyi ilə pulu Samirə vermişdir. Onun bu işdə hər hansı bir maddi faydası olmamış, maddi fayda güdməmiş, Təqsirləndirilən şəxs3la arasında konkret bir razılıq olmamışdır. Həmin 5900 manat pulu Samirə verməyinə səbəb də o olmuşdur ki, Samir ona bildirmişdir ki, işlərini görə bilmir, tamamlanmır, 5900 manat da pul lazımdır ki, işlərini görsün və pulu tam şəkildə gətirib qaytarsın. O, Samir işini görərək pulu qaytarsın deyə 5900 manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsində 27 min manat məbləğində pulu Samirə vermək üçün Samiri onun çağırması, onun Samirə 27 min manat pulu öz otağında Səlbi orada olmadıqda verməsi, Səlbinin 27 min manat pulun Samirə verilməsindən Samir getdikdən sonra xəbər tutması, 13 min manat pulu isə Səlbinin Samirə göndərməsi ilə bağlı dedikləri doğru deyil. O, Səlbinin təkidi ilə Samirə 27 min manat pulu vermiş, 13 min manat pulu da Səlbi özü köçürmə yolu ilə Samirin götürməsi üçün göndərmişdir. Samir həmin vaxtı filiala gəlmiş və son dəfə 6 min manat pul istədiyini və işlərinin tamamlanması üçün həmin pulun lazım olduğunu demişdir. Daha sonra Səlbi özü həmin pulu köçürmə yolu ilə Samirə göndərmiş, o da Səlbiyə bildirmişdir ki, pulu göndərsin çünki kassadan pul əksikdir və Samir pulu tam olaraq gətirməlidir ki, kassanın pulu tamamlansın. O, məcburiyyət qarşısında razılıq vermişdir ki, Samir pulu gətirmədikcə onun tərəddüdləri artmış, o, Samiri Səlbinin qaynı kimi tanımışdır. O, Samirin işinə kömək olsun deyə həmin pulu Səlbinin sözü ilə vermiş, onun Səlbi ilə yaxın münasibəti olmuş həmçinin kolleqa olmuşlar. Səlbi xahiş edib deyə qaynına həmin pul məbləğini vermiş, Onun Təqsirləndirilən şəxs1 əvvəllər Təqsirləndirilən şəxs3 götürməsi üçün pul göndərməsi barədə məlumatı olmamış, xx.xx.2021-ci il tarixdə Səlbi səhər 09 radələrində artıq 6 min manatı köçürmə yolu ilə Samirə göndərmişdir. Samir həmin gün ondan 27000 manat pulu aldıqdan sonra Səlbiylə razılaşmışlar ki, 7 min manatı da göndərsin, cəmi 40 min manat olsun. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 AR CMin 179.3.2-ci maddəsi ilə özünü təqsirli bildi, lakin AR CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, arvadı X9 və 13 yaşlı qızı Lamiyə Rüstəmova ilə birlikdə yaşayır. O, 214 nömrəli sərnişinin avtobusu xəttində dispetçer işləmiş, Təqsirləndirilən şəxs1 onun qardaşı Elnur Rüstəmovun arvadıdır. Səlbi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "xxxx" MMC-nin Şuşa rayon poçt filialında əməliyyatçı vəzifəsində işləmişdir. 2017-ci ildən hansı işlə məşğul olmuşsa ziyan etmiş və bunun nəticəsində onun tanışı Şahid6 250000 manat, sonra isə Şahid5 17800 manat borcu yaranmışdır. Belə ki, o, işini qura bilmədiyi üçün ziyan etmiş və borcu yaranmış, borc sahibləri ondan pullarını tələb etdikləri üçün o, pul tapa bilməmişdir. 2021-ci ilinin oktyabr ayının əvvəllərində o, Səlbiyə zəng edərək demişdir ki, yağ biznesi ilə məşğuldur, ona təcili olaraq təxminən 2000 manat pul lazımdır, həmin pulu götürdüyü gün geri qaytaracaqdır. O, Səlbini inandırmışdır ki, pulu gətirib verəcəkdir. Səlbi işlədiyi Şuşa "xxxx" MMC-nin Şuşa filialından onun adına 2000 manat pul vurmuş, o, həmin pulu Nizami rayonu “Q.Qarayev” prospektində yerləşən "xxxx" MMC-nin 3 saylı filialından çıxartmışdır. Həmin pulu aparıb borclarına vermiş, sonra yenə borc götürüb gətirib Səlbiyə qaytarmışdır. Elə həmin günü o, pulu gətirib Səlbiyə vermiş, beləliklə Səlbi ona 01 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixə qədər onun adına müxtəlif məbləğlərdə "xxxx" MMC-nin Şuşa filialından pul vurmuş, o isə elə həmin gün pulu gətirib Səlbiyə vermişdir. Onun adına vurulan pullar müxtəlif şəxslərin adlarından vurulmuş, həmin şəxslər əsasən Səlbinin öz adından, Şahid2, Şahid3, Qurbanov Ceyhunun adlarından vurulmuşdur. O, sadəcə Şahid2ı tanıyır, belə ki, Nicat onun iş yoldaşı olmuş, beləliklə, Səlbi 01 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixədək həmin şəxslərin adından müxtəlif məbləğlərdə, lakin iki min manatı keçməməklə pullar göndərmiş və o, həmin pulları götürüb borclarını qaytarıb, yenidən borc alaraq gətirib Səlbiyə geri qaytarmışdır. 15 oktyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində o, Səlbiyə zəng etmiş və demişdir ki, ona yağ işinə görə pul lazımdır. Səlbi ona pul göndərməklə bağlı razılaşmış və həmin gün səhər 09 radələrində cəmi 3 dəfə, hər dəfəsində 2 min manat olmaqla cəmi 6 min manat pulu iş yoldaşı Şahid2 adına göndərmişdir. O, həmin gün Nicatın adına onun üçün pul göndərildiyini və həmin pulu çıxarıb ona gətirməsi barədə xahiş etmiş və Nicat razılaşmış, Nicat həmin gün 6 min manatı saat 10 radələrində "xxxx" MMC-nin Qara Qarayev prospektində yerləşən 3 saylı poçt filialından çıxarmışdır. Nicat həmin pulu da həmin gün saat 17 radələrində iş yeri olan Şuşa şəhərciyində 214 nömrəli avtobusun son dayanacağında ona vermişdir. Bundan əlavə o, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində yenidən Səlbiyə zəng etmiş və o, Səlbiyə kassada nə pul varsa ona verməyini xahiş etmişdir. Səlbinin pulu filialdan götürüb ona verməyini xahiş etmiş və bildirmişdir ki, “Mənə nə pul verilsə mən həmin pulu 18 oktyabr 2021-ci il tarixdə Səlbi ilə birlikdə aparıb "xxxx" MMC-yə verəcəgdir. Bildiyi qədəri ilə Səlbi ona inandığı üçün bunu baş mühasib işləyən Təqsirləndirilən şəxs2 demiş, xahiş etmişdir ki, ona pul versin. Teyyuba da Səlbi ilə razılaşmış, o, həmin gün saat təxminən 12 radələrində "xxxx" MMC-nin Şuşa filialına daxil olan zaman orada sadəcə Səlbi və Teyyuba olmuşdur. Teyyuba onu öz otağına dəvət etmiş və kassada 27 min manat pul yığıldığını və həmin pulu ona verəcəyini, lakin 2 gün ərzində pulu gətirib kassaya geri qoymalı olduğunu bildirmişdir. Teyyuba ona həmin pulu verdikdən sonra o, Teyyubaya bildirmişdir ki, “bu yaxşılığına görə pulu geri qaytararkən sənə hörmət edəcəm”. Teyyuba 27 min manat pulu nağd şəkildə kassadan götürərək ona 15 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində orada yəni, "xxxx" MMC-nin Şuşa filialında kassa otağında ona vermişdir. Otaqda sadəcə ikisi olmuş, Səlbi orada olmamış, Səlbi operator olduğu üçün digər otaqda filiala gələ biləcək insanları qarşılamışdır. Teyyubadan 27 min manat pulu alarkən o, ona yenə əlavə pul verə biləcəyini soruşduqda Teyyuba ona “Baxarıq, imkan olsa verərik” demişdir. O da razılaşmış və 27 min manat pulu götürüb filialdan getmiş, Səlbi həmin gün yəni 15 oktyabr 2021-ci il tarixdə hissələrlə yenə ona cəmi 4 dəfə olmaqla, 3 dəfə 2 min manat, 1 dəfə isə 1 min manat, cəmi 7 min manat pul göndərmişdir. O, yenə həmin pulu həmin gün saat 17 radələrində "xxxx" MMC-nin 3 saylı filialından çıxarmış, həmin pullar ona tanımadığı şəxs olan X1 adından göndərilmişdir. Səlbi "xxxx" MMC-nin işçisi olduğu üçün bir dəfəyə 2000 manatdan artıq pul göndərə bilməmiş, ona görə də, Səlbi onun tanımadığı şəxslərin adlarından pulu göndərmişdir. Sadəcə Şahid2 onun iş yoldaşı olmuş, Səlbinin adından pul göndərdiyi digər şəxsləri isə tanımamışdır. Həmçinin bildirmişdir ki, o, Səlbinin xəbəri olmadan 17 oktyabr 2021-ci il tarixdə Teyyubaya zəng etmiş və demişdir ki, filialdan ona 5900 manat pul versin, sabah, yəni 18 oktyabr 2021-ci il tarixdə geri qaytaracaq, üzərində isə Teyyubaya 300 manat verəcəkdir. Teyyuba isə onunla razılaşmış və 5900 manat pulu "xxxx" MMC-nin Şuşa filialında ona vermiş, o da pulu qaytaran zaman əlavə olaraq 300 manat pul verməli olmuşdur. Bu barədə Teyyubaya demiş, 18 oktyabr 2021-ci il tarixdə Səlbi ona zəng edib bildirmişdir ki, “bu nə 5900 manatdır götürmüsən mənim xəbərim yoxdur”. O da Səlbiyə demişdir ki, “Səlbi narahat olma 5900 manat hazırdır, gətirirəcəm”. Lakin 18 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində o, yenidən Səlbinin işlədiyi filiala getmiş, ona yenə borclarını ödəmək üçün pul lazım olmuş, həmin vaxt filialda Səlbi və Teyyuba olmuşdur. O, həmin şəxslərə yağ işinə görə yenə 6 min manat pul lazım olduğunu, işlərini qaydasında qoyub poçtun pulunu geri qaytaracağını bildirmişdir. Səlbi və Teyyuba onunla razılaşmış, 18 oktyabr 2021-ci il tarixdə Səlbi iş yoldaşı Şahid2 adından ona cəmi 3 dəfə, hər dəfəsində 2 min manat, cəmi 6 min manatı həmin vaxtı onun adına göndərmişdir. O, həmin pulları da "xxxx" MMC-nin 3 saylı Poçt filialından çıxarmış, beləliklə, ümumilikdə Səlbi və Teyyuba ona filialın pulundan 51900 manat pul vermiş, 155 manat isə rüsumlar etmişdir. Rüsumlarla birlikdə 52055 manat pul olmuş, ona verilən həmin pulun 17500 manatını Şahid5 olan borcunu vermiş, təxminən 3000 manatını Toğrula olan borcuna vermiş, 100 manat evinə bazarlıq etmiş, yerdə qalan pulu isə xərcləmişdir. O, Səlbidən götürdüyü pulları qaytara bilmədiyi üçün Səlbiyə gedib işinə məlumat versin ki, guya pulu onun maşınına qoymuş, sonra isə pul yoxa çıxmışdır. O, fikirləşmişdir ki, həmin pula görə Səlbiyə heç nə etməyəcəklər, məsuliyyəti öz üzərinə götürmüşdür. Elə buna görə də Səlbi polisə də o, dediyi kimi bildirmiş, o sadəcə Səlbini tanımış, Səlbi onun qardaşı arvadıdır. Teyyubanı da Səlbinin vasitəsilə tanımış, belə ki, "xxxx" MMC-nin pullarını Səlbi ilə birlikdə "xxxx" MMC-nin 1 saylı filialına aparanda Teyyubanı da tanımışdır. "xxxx" MMC-nin Şuşa filialında inkassasiya xidməti təşkil olunmadığı üçün pulu bəzən Səlbi özü aparmış və təhlükəsizlik baxımından Səlbini o, 1 saylı filiala öz avtomobilində aparmışdır. "xxxx" MMC-nin Şuşa filialında saxlanılan pullara maddi məsul şəxsin kim olması barədə məlumatı yoxdur. O, Teyyubadan 5900 manat pul alarkən Səlbinin xəbəri olmamış, belə ki, 17 oktyabr 2021-ci il tarixdə saat təxminən 12 radələrində Teyyuba öz mobil nömrəsindən onun mobil nömrəsinə zəng edib hal-əhval tutduqda o, Teyyubadam 6000 manat pul istəmiş və əlavə olaraq 6000 manat pul qarşılığında 300 manat da pul verəcəyini bildirmişdir. Bir qədər sonra Teyyuba onun mobil nömrəsinə zəng edib 5900 manat pul hazır olduğunu və gəlib götürə biləciyini demişdir. O da gedib pulu Şuşa filialında götürmüş, o, Səlbidən əvvəllər iki min manatı keçməməklə pul istəmiş, Səlbi "xxxx" MMC-yə məxsus pulu ona göndərmiş, o və ya anası Ramiyə həmin pulu həmin gün gətirib Səlbiyə geri qaytarmışlar. Beləliklə, pul axşam kassaya daxil olarkən əksik yaranmamışdır. 01 oktyabr 2021-ci il tarixdən Səlbi ona müxtəlif məbləğlərdə cəmini bilmədiyi miqdarlarda pullar göndərmiş və o, həmin pulları həmin gün də gətirib qaytarmışdır. Həmin pul məbləğlərini Səlbi "xxxx" MMC-nin Şuşa filialından götürərək ona göndərmiş və o da pulu götürüb borcunu bağlayıb, yenidən borc alıb, həmin gün gətirib Səlbiyə geri qaytarmışdır. Onun adına pul göndərən şəxslərin pul göndərilməsindən xəbəri olmamış, köçürmələri o, Səlbidən xahiş etmiş, Səlbi də onun adına göndərmişdir. O, Zərərçəkmiş şəxs2 tanımamış, Həqiqət onun yaşadığı evə gəlmiş, ona bildirmişdir ki, ona 18000 manat pul borca vermişdir. Həqiqətlə bir az söhbət etdikdən sonra Həqiqət ona demişdir ki, 18000 pulu borc kimi Zərərçəkmiş şəxs1 vermiş, həmin vaxt o, Zabildən 18000 manat pulu faiz olaraq almasını demişdir. Belə ki, o, Zabildən Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evinin qarşısında saat 22 radələrində 18000 manat pulu almış, həmin pulu 5 gün müddətinə götürüb, qaytaran zaman isə əlavə olaraq üzərində 3000 manat pul da verməli idi. O, Zabilə yağ biznesi gördüyünə görə pul lazım olduğunu bildirmiş, həmin 18000 manat pulu isə olan borclarına qaytarmışdır. O, heç kimə torpaq satmaq adı ilə heç kimdən pul almamış, həmin 18000 manat pulu faiz olaraq almış və Zabilə qaytaracaqdır. Zərərçəkmiş şəxs1 ifadəsində onun 18 min manat pulu aldadaraq dələduzluq yolu ilə almağı ilə bağlı dedikləri doğru deyil. O, Zabili aldatmamış, Zabildən borc almış və qaytara bilməmiş, o, yenidən biznes fəaliyyətinə başlamağı düşünmüşdür. O, həmin borcu alarkən geri qaytarmaq niyyəti olmuş, sadəcə olaraq, işlərinin yolunda getməməsi səbəbindən pulu geri qaytara bilməmişdir. Hazırda isə həmin borcdan 4.000 manatını Zərərçəkmiş şəxs2 ödəmiş və qalan borcunu da ödəyəcəkdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Sabir İbrahimoğlu ilə evlidir, 3 övladı vardır, Zərərçəkmiş şəxs1 onun əri Sabirlə dostdur. Zabil "xxxx" MMC-də dəstə rəisi işləmiş, dostu Təqsirləndirilən şəxs3 da "xxxx" MMC-də dispetçer işləmişdir. O, Samiri Zabilin yanında bir neçə dəfə görmüş, lakin şəxsi tanışlığı olmamışdır. Samirlə münasibətləri həmişə yaxşı olmuş, Zabil xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində onun Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, ünvansız küçədə yaşadığı fərdi yaşayış evinə gəlmişdir. Həmin vaxt evdə nəvələri Sərxan və Ayxan olmuş, Zabillə ailəvi yaxın olduqları üçün bir birilərinin evinə gediş gəlişləri olmuşdur. Zabil onun evinə gəldikdə bildirmişdir ki, 18 min manat pul lazımdır. Həmçinin Zabil bildirmişdir ki, həmin pulu dostu Samirə verəcək, Samir yağ işi ilə məşguldur, təcili pul lazımdır, 2 günə qaytaracaq və 2 gün sonra Samir pulu verdikdə gətirib ona qaytaracaqdır. Zabilə yaxın ailə dostu olduğu üçün etibar edərək pulu vermiş, Zabil ondan 18 min manat pulu almış və getmişdir. Bir neçə gün sonra Samir "xxxx" MMC-nin Şuşa rayon filialından qanunsuz yollarla pul mənimsəmiş, o, Zabildən pulu istədikdə Zabil bildirmişdir ki, pulu Samirə verib və Samir də cinayət məsuliyyətinə cəlb edilibdir. Hazırki vaxtadək onun 18 min manat pulunu geri qaytarılmamış, Onun Zabilə 18 min manat pulu verməyində heç bir maddi marağı olmamış, ailə dostu kimi Zabilə etibar edərək həmin pulu vermişdir. O, düşünmüşdür ki, Samir və Zabil yaxın olub və Samirin işində çətinliyi olduğu və dostluq münasibətləri olduğu üçün ondan pulu alıb Samirə veribdir. Zabil 18 min manat pulu ondan alarkən əlavə ödəniş etməsi ilə bağlı aralarında hər hansı bir söhbət olmamış, o, Samiri Zabilin yanında bir neçə dəfə görmüşdür. Lakin, şəxsi tanışlığı olmamış, o, Zabilə pulu verərkən Samirin 6 sot torpaq sahəsini ona verəcəyini deməmişdir. Zabil Samirin yağ işi ilə məşğul olduğu üçün pula ehtiyacı olduğunu bildirmiş və o da pulu Zabilə etibar etdiyi üçün Zabilə vermişdir. Sonradan o, pulunu istəyərkən Zabil ona bildirmişdir ki, Samir pulu qaytarmaq üçün lazım gəlsə 6 sot torpağını satıb pulu qaytaracağını demişdir. Zabil və Samir dost olduqları üçün Zabil ondan pulu alıb Samirə vermişdir. Zabilin 18 min manat pulu Samirə hər hansı bir maddi maraq qarşılığında verməsi ilə bağlı hər hansı bir məlumata malik deyildir. Hazırda Təqsirləndirilən şəxs3 şikayətçidir və 18.000 manat pulun ona ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də dəstə rəisi işləyir, Təqsirləndirilən şəxs3 "xxxx" MMC-də dispetçer işləmiş və o, Samiri oradan tanımışdır. Samirlə münasibətləri həmişə yaxşı olmuş, Samir xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində onun yaşadığı evə gəlmiş və o, yaşadığı evin həyətinə çıxıb Samirlə görüşmüşdür. Samir ona bildirmişdir ki, zeytun yağı biznesi ilə məşğuldur və təcili olaraq həmin bizneslə əlaqədar 18 min manat pul lazımdır, faizə əlavə olaraq 3 min manat ödəməli də olsa həmin pul məbləğini tapmalıdır və həmin pulu 2 günə qaytaracaqdır. O, Samirə bildirmişdir ki, onun 18 min manat pulu yoxdur və həmin pulu verə bilməyəcəyini demiş, Samir gedəndən sonra o, həmin gün tanıdığı Həqiqətin yaşadığı evə getmiş, Həqiqətin əri Sabirlə onun dostluq münasibətləri vardır və ailəliklə bir-birinin evinə gedib gəlirlər. O, bilmişdir ki, Sabir və Həqiqət torpaq almaq istəyirlər və pulları vardır. Evdə Həqiqətdən əlavə nəvələri Sərxan və Ayxan da olmuş, həmin gün saat təxminən 20 radələrində o, Həqiqətə bildirmişdir ki, o, pulu Samirə verəcək. Həqiqətin Samirlə şəxsən tanışlığı olmamış, lakin onun Samirlə yaxın olduğunu bilmiş, çünki bir neçə dəfə Samirlə onu yolda gedərkən görmüşdür. Həqiqətə həmçinin bildirmişdir ki, Samir yağ işi ilə məşğuldur, təcili pul lazımdır, 2 günə qaytaracaq və o, pulu gətirib Həqiqətə qaytaracaqdır. Həqiqətlə onun arasında etibar olduğu üçün Həqiqət həmin pulu ona borc olaraq vermiş, o, Həqiqətdən 18 min manat pulu almış və həmin gün Samirin mobil nömrəsinə telefon zəngi edərək 18 min manat pulu tapdığını və gəlib apara biləcəyini demişdir. Həmin gün təxminən saat 22 radələrində Samir onun yaşadığı ünvana gəlmiş və onun yaşadığı evin darvazasının önündə görüşmüş və o, Samirə 18 min manat pulu vermiş və Həqiqətin adını demədən bildirmişdir ki, “bu pul tanışımın puludur, birdən qaytarmazsan çox ciddi problem yaranar”. Samir də ona demişdir ki, lazım gəlsə 6 sot torpaq sahəsini satacaq və həmin pulu mütləq qaytaracaq. İki gün keçdikdən sonra o, Samirə zəng etdikdə görmüşdür ki, Samirin mobil nömrəsinə zəng çatmır. Hətta növbəti 2 gün də Samirə zəng çatmamış, xx.xx.2021-ci il tarixdə günorta radələrində Samirə zəng etdikdə telefonu açmış və onlar iş yerində yəni, 214 nömrəli avtobus xəttinin son dayanacağında görüşmüş və bildirmişdir ki, “pulu bugün verəcəm”. Lakin, Samir pulu qaytarmamış, bir neçə gün sonra isə eşitmişdir ki, Samir "xxxx" MMC-nin Şuşa rayon filialından qanunsuz yollarla pul mənimsəmişdir. Həqiqət də ondan həmin 18 min pulu istədikdə bildirmişdir ki, pulu Samirə vermiş və Samir də cinayət məsuliyyətinə cəlb edilmişdir. Həqiqət də həmin vaxtdan Samirdən pulunu tələb etmişdir. Həqiqətin 18 min manat pulu ona verməyində heç bir maddi marağı olmamışdır. Həqiqət ona etibar etdiyi üçün həmin pulu vermişdir. O, sadəcə olaraq Samirin işləri qaydasına düşsün deyə həmin pulu Həqiqətdən alıb Samirə vermişdir. Samir 18 min manatı faizə də olsa tapmaq istədiyini ona demiş, yəni 18 min manata əlavə olaraq 3 min manat pul qaytaracağını bildirmişdir. Lakin, o, Samirə deməmişdir ki, 18 min manat pul qarşılığında ona 3 min manat pul versin. Çünki o, pulu Həqiqətdən heç bir əlavə faiz olmadan almış və Həqiqətə əlavə hər hansı faiz ödəyəcəyi ilə bağlı aralarında razılaşma olmamışdır. O, 18 min manat pulu Samirə verdikdə əlavə 3 min manat və ya hər hansı faiz məbləğində pul istəməmiş və bu barədə hər hansı danışıqları olmamışdır. Samir və Həqiqət bir-birilərini onun yanında bir neçə dəfə görmüş, lakin, onların bir-biriləri ilə şəxsi tanışlığı olmamışdır. Həqiqətlə Samir arasında hər hansı bir əlaqə və ya razılaşma olmamış, Həqiqətdən borc pulu o alıb Samirə vermişdir. Samir də həmin 18 min pulu qaytara bilmədikdə həmin 6 sot torpaq sahəsini satıb pulu qaytaracağını ona demiş, lakin Həqiqətlə bu barədə hər hansı bir söhbətləri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2012-ci ildən hazırki vaxtadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Şuşa poçt filialının rəisi vəzifəsində işləyir. Vəzifə borcu işin təşkili və problemlərin aradan qaldırılmasından ibarətdir. Rəhbəri olduğu "xxxx" MMC-in Şuşa filialının əsas fəaliyyət növü bütün büdcə ödənişlərin qəbulu, abunə haqqının yığılması, ənənəvi poçt xidmətlərinin göstərilməsindən ibarətdir. "xxxx" MMC-in Şuşa filialında iş günləri bazar ertəsindən şənbə günü daxil olmaqla saat 09:00-dan saat 18:00-dəkdir. Bazar günü istirahət günü, nahar fasiləsi saat 13:00-dan saat 14:00-dəkdir. "xxxx" MMC-in Şuşa filialında 5 nəfər işçi işləyir. Yəni o, rəis vəzifəsində, baş mühasib Təqsirləndirilən şəxs2, əməliyyatçı Təqsirləndirilən şəxs1, poçtalyon Sahib Hüseynov və xadimə Səadət Əsədova. Baş mühasib Təqsirləndirilən şəxs2 vəzifə borcu maliyyə əməliyyatlarına riayət etmək və hesabatların düzgün hesablanıb baş idarəyə ötürülməsindən ibarətdir. Əməliyyatçı Təqsirləndirilən şəxs1 işi poçt əməliyyatlarının aparılması, poçtalyon Sahib Hüseynovun poçt daşımalarının paylanması, xadimə Səadət Əsədovanın isə poçtda təmizlik işlərini aparmaqdan ibarətdir. 06 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuş, əmək məzuniyyətində olduğu dövr ərzində poçtun rəsi vəzifəsinin səlahiyyətləri əməliyyatçı Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin rəhbərliyinin əmri ilə həvalə olunmuşdur. 09 oktyabr 2021-ci il tarixdə səhhətində narahatlıq hiss edib yaşadığı ərazi üzrə poliklinikaya müraciət edib test verdikdə onda «Covid19» virusu aşkar edilmişdir. Bu səbəbdən də o və onun ailə üzvləri 14 günlük karantinə götrülmüş, 11 oktyabr 2021-ci il tarixdə polikliklinikada ona bülleten açılmışdır. 22 oktyabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində baş mühasib Təqsirləndirilən şəxs2 ona zəng edib bildirmişdir ki, 12 oktyabr 2021-ci il tarixdən sonra vətəndaşlardan poçt əməliyyatları ilə bağlı toplanmış 52055 manat pulu 21 oktyabr 2021-ci il tarixdə "xxxx" MMC-nin 1 saylı filialına aparıb təhvil vermək üçün Təqsirləndirilən şəxs1 məxaric orderi əsasında vermiş və səhərisi günü Səlbidən pulun 1 saylı filiala ödənilməsi ilə bağlı qəbzi tələb etdikdə Səlbi pulun qaynı Samir tərəfindən oğurlandığını bildirmişdir. O, məsələyə aydınlıq gətirməkdən ötrü Səlbi ilə telefon vasitəsi ilə əlaqə saxlayıb pulun harada olması ilə maraqlandıqda Səlbi bildirmişdir ki, pulu 1 saylı filiala aparıb köçürməkdən ötrü qaynı Samirin avtomobilinə qoymuş, yolüstü şəxsiyyət vəsiqəsini götürmək üçün yaşadığı evə gedib qayıtdıqda Samirin oradan qaçıb getdiyini və pulları da özü ilə apardığını, Samirlə əlaqə saxlayıb pulu geri qaytarmasını tələb etsə də, Samir borcları olduğu üçün borc sahiblərinə verdiyini demişdir. O da bu barədə dərhal "xxxx" MMC-nin rəhbərliyinə telefon vasitəsi ilə məlumat vermişdir. Bununla bağlı, "xxxx" MMC tərəfindən araşdırmalara başlanılmışdır. O, "xxxx" MMC-nin rəsmi işçisidir və əməkhaqqısı olan pulu kart vasitəsilə alır. Rəhbəri olduğu "xxxx" MMC-nin Şuşa filialında inkassasiya xidməti fəaliyyət göstərmir. Buna səbəb rəhbəri olduğu poçt filialının hesabı 1 saylı poçt filialında olması, yəni inkassasiya xidmətinin marşrutuna düşməməsi səbəbindən pulu o və ya əməliyyatçı Təqsirləndirilən şəxs1 aparıb 1 saylı poçt filialına təhvil vermişlər. Bankda pulun ondan qəbul olunmasına dair onun və Səlbinin imza təsdiqi olduğu üçün inkasassiya xidmətinin işini onlar icra etmişlər. Rəhbəri olduğu poçt filialına inkasassiya xidmətinin göstərilməsindən ötrü o, şifahi və rəsmi "xxxx" MMC-nin rəhbərliyinə müraciətlərim olsa da, hadisə baş verən tarixədək bu təşkil olunmamışdır. Onun hadisə barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs3 bir həmyerli və Səlbinin qaynı kimi tanımışdır. Samir Səlbinin dalınca gəlib gedərkən görmüş, Samirlə şəxsən yaxın münasibəti olmamışdır. O, "xxxx" MMC-də heç vaxt əmlak talanması barədə hər hansı məlumat eşitməmiş və bilməmişdir. "xxxx" MMC-də pula maddi məsul şəxs xəzinədar olmalıdır. Lakin xəzinədar ştatı olmadığı üçün Şuşa filialında yığılan pullara maddi məsul şəxs filialın rəhbəri olmuşdur. Yığılan pullar onun otağındakı seyfə qoyulmuş və günün sonunda və ya pulun miqdarı 2000 manatı keçdikdən sonra özü, o, olmayanda isə filialın rəhbəri vəzifəsi həvalə olunmuş Səlbi "xxxx" MMC-nin 1 nömrəli filialına aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs2 da otağında seyf olmuş, o, məzuniyyətdə olduğu üçün yığılan pulları Teyyuba öz seyfinə qoymuş, lakin, həmin vaxt həmin pula maddi məsul şəxs Səlbi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun yaşadığı ev ilə "xxxx" MMC-nin Şuşa filialı arasında təxminən 8-9 kilometr məsafə vardır. O, həmin poçt filialının xidmətlərindən bir neçə dəfə istifadə etmişdir. Belə ki, həmin poçt filialı vasitəsilə 2021-ci ilin yay aylarında Naxçıvan MR, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan dayısı oğlu X2 bir neçə dəfə pul göndərmişdir. Ceyhun özü heç vaxt "xxxx" MMCnin Şuşa filialında harasa pul göndərməmişdir. Belə ki, Ceyhun Naxçıvan MR, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayır. Onun Azərpoçt” MMC-nin Şuşa filialından pul mənimsənilməsi ilə bağlı hər hansı bir məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımamış, yalnız Təqsirləndirilən şəxs1 tanımış, o, "xxxx" MMC-nin pulunun mənimsənilməsi barədə hər hansı bir məlumata malik deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 iş yoldaşı kimi tanımışdır. O, 214 nömrəli sərnişin avtobusunda sürücü işləyir, Samir isə həmin 214 nömrəli avtobus xəttinin dispetçeri vəzifəsində işləmiş, Samiri təxminən 3 il olar ki, tanımışdır. 2021-ci ilin təxminən yay aylarında Samir ondan əvvəlcə iş yerində 10 min manat, sonra 5 min, daha sonra isə 2 min 8 yüz manat borc almış, həmin vaxtı o, öz avtomobilini satmış və əlində pul olmuşdur. Samir ondan borc istəyərkən bizneslə məşğul olduğunu və pul lazım olduğunu, tezliklə qaytaracağını dediyi üçün Samirə həmin cəmi 17800 manat pulu borc olaraq vermişdir. Samir ona olan borcunu 15 oktyabr 2021-ci il tarixdə təxminən günorta radələrində iş yerində tam şəkildə qaytarmış, o, Samirin həmin pulu kimdən və haradan tapıb ona qaytarmasını bilməmişdir. Hal-hazırda Samir onun pulunu qaytarmış, şikayəti və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımır. O, "xxxx" MMC-nin pulunun mənimsənilməsi barədə hər hansı bir məlumata malik deyildir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 onun doğma oğludur, Təqsirləndirilən şəxs1 onun digər oğlunun arvadıdır. Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin Şuşa filialında işləmiş, oğlu Samir isə avtobus xəttində işləmiş, həmçinin müxtəlif biznes fəaliyyəti ilə məşğul olmuşdur. Samir xx.xx.2021-ci il tarixdən etibarən bir neçə dəfə ona telefonla zəng etmiş və evdə olan 1000-2000 manat miqdarında pulu Səlbiyə aparıb verməli olduğunu bildirmişdir. Həmin pulları Samir bəzi vaxtlarda ona gətirib vermiş və o, saxlamış, Samirin həmin pulları haradan və necə əldə etməsini isə o, bilməmişdir. Samir ona dedikdən sonra o, evlərinin yaxınlığında yerləşən "xxxx" MMC-nin Şuşa filialına gedərək Samirin dediyi miqdarlarda pulu Səlbiyə vermişdir. Bildiyi qədər ilə Səlbi "xxxx" MMC-nin pulundan Samirə göndərmiş və Səlbi pulu kassaya verəndə əksik olmasın deyə Samir ona pulu Səlbiyə aparıb verməli olduğunu bildirmişdir. Həmin hadisəni dəqiq xatırlamır, lakin bir neçə dəfə təkrarlanmış, onun "xxxx" MMC-nin pulunun mənimsənilməsi ilə bağlı məlumatı olmamışdır. O, Teyyubanı Səlbinin iş yoldaşı kimi tanımış, onların "xxxx" MMC-nin pulunun mənimsənilməsi barədə hər hansı bir məlumata malik deyildir. O, Zərərçəkmiş şəxs1 Samirin dostu kimi tanımış, Zərərçəkmiş şəxs2 isə 1 dəfə onun yaşadığı evə gələrkən görmüşdür. Belə ki, təxminən 2021-ci ilin noyabr ayının sonunda Həqiqət adlı qadın onların yaşadıqları evə gəlmiş, o, Həqiqətlə söhbət etdikdə o, bilmişdir ki, oğlu Samir Həqiqətdən 18 min manat pul almışdır. Samir isə həmin pulu Zabildən aldığını bildirmiş, onun hadisə barədə başqa məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 2018-ci il tarixdən ortaq dostlarının biri vasitəsilə tanımışdır. Özü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında “Azərdövlətlahiyə” Dövlət Baş Layihə X3 Şöbəsinin müdir müavini vəzifəsində işləyir. Görüşlərinin birində Samir bizneslə məşğul olduğunu dedikdən sonra o da Samirlə birlikdə iş görmək istəmiş, o, Samirlə birlikdə iş görmüş və o, Samirə bunun üçün pul vermişdir. 2017-ci ildən 2020-ci ilinin yanvar ayına qədər Samirə iş görmək adı ilə 250000 manat pul vermiş, Samir həmin vaxtı ona qızıl işi ilə məşğul olduğunu bildirmişdir. 2020-ci ilinin yanvar ayında Samir gəlib ona işinin alınmadığını və pulları batırdığını demiş, həmin pulların qarşılığında Samir ona təxminən 40000 manat pulu xeyir kimi vermişdir. Samir 2021-ci ilin sentyabr ayında onun yanına gəlmiş və ona pul versin, fındıq işi görəcək, qazandığı pulla ona olan borcunu qaytaracaq demişdir. O da Samirlə razılaşmış və 2021 -ci ilinin sentyabr ayında Samirə 18780 manat pul vermişdir. Bu günə qədər Samir ona 18780 manata görə 16000 manat pul vermiş, həmin 16000 manatın 5000 manatını Samirin köhnə borcuna görə o, almış, 11000 manatını isə 18780 manatı isə xeyir olaraq almışdır. Axırıncı dəfə isə Samir 16 oktyabr 2021-ci il tarixdə ona olan borcundan 1500 manat, 17 oktyabr 2021-ci il tarixdə isə 1300 manat qaytarmış, digər borclarını isə qaytarmamışdır. Samir ona olan borclarını qaytarcağını bildirdiyindən onun Samirdən hər hansı bir şikayəti və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamış, o, "xxxx" MMC-nin pulunun mənimsənilməsi barədə hər hansı bir məlumata malik deyildir. Samir ona 3000 manat yox, 2800 manat pul vermişdir. Həmin pulu da xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə hissə-hissə, yəni 1500 manat və 1300 manat olaraq vermiş, lakin o, özü biznes fəaliyyəti ilə məşğul olmamış, o, pulu Samirə vermiş, Samir məşğul olmuşdur. Samir sadəcə qazancdan gətirib ona pul vermiş, onlar aralarında hər hansı faiz üzrə razılaşmamışlar. O, Samirin nə qədər pul qazandığını bilməmiş, lakin Samir bəzən ay ərzində 6 min, 10 min manat, bəzən isə kiçik miqdarlarda pul gətirmişdir. O, sadəcə Samirə pul verirmiş və Samir həmin puldan xeyir olduqda pulu gətirib onunla bölmüş, o, konkret olaraq Samirin gördüyü işlə əlaqədar rəsmi qeydiyyata alınıb-alınmadığını bilmir. O, özü həmin biznes fəaliyyəti ilə əlaqədar rəsmi qeydiyyatla bağlı hər hansı bir iş görməmiş və qeydiyyata alınmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 10 ildən artıqdır ki, tanıyır və iş yoldaşı olduqları üçün münasibətləri yaxşı olmuşdur. Belə ki, Samir və o, bir yerdə avtobus xətlərinin birində dispetçer işləmişlər. Onun iş yeri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında "xxxx" MMC-nin Şuşa filialının yaxınlığında yerləşir. O, orada işlədiyi müddətdə bir neçə dəfə həmin poçt filialının xidmətlərindən istifadə etdiyi üçün Samirin qardaşı arvadı Təqsirləndirilən şəxs1 da həmin vaxtı tanımışdır. Belə ki, Səlbi həmin poçt filialında əməliyyatçı kimi işləmişdir. Hətta bir neçə dəfə Səlbi onun adına Samir üçün pul göndərmiş və o, həmin pulu götürərək aparıb Samirə vermişdir. Samir ona əvvəlcədən pul göndərilməsi barədə məlumat vermiş və o, şəxsiyyət vəsiqəsini təqdim edərək pulu götürüb aparıb Samirə vermişdir. Həmin hadisə 15 oktyabr 2021-ci il tarixdə baş vermişdir. Həmin vaxtı cəmi 6 min manat pulu Samirə vermişdir. Onun "xxxx" MMC-nin əmlakının mənimsənilməsi barədə heç bir xəbəri olmamışdır. O, şəxsiyyət vəsiqəsinin sürətini Təqsirləndirilən şəxs3 və ya Təqsirləndirilən şəxs1 heç vaxt verməmişdir. O, 15 oktyabr 2021-ci il tarixdə işi ilə əlaqədar “Qara Qarayev” prospekti ətrafında olmuşdur. Həmin vaxt günorta radələrində Samir ona zəng edərək onun adına pul gəldiyini və həmin pulu gedib götürə bilib bilməyəcəyini və uzaqda olduğu üçün pulu götürə bilmədiyini demişdir. O da Samirə pulu götürə biləcəyini demişdir. O, Nizami rayonu, “Qara Qarayev” prospekti tərəfdə yerləşən "xxxx" MMC-nin 3 saylı filialına gedərək şəxsiyyət vəsiqəsinin əslini oradakı adını bilmədiyi işçiyə təqdim etmiş və həmin işçi onun adına 6 min manat pulun göndərildiyini demiş və o, həmin pulu götürüb aparıb Şuşa şəhərciyində 214 nömrəli avtobusun son dayanacağında Samirlə görüşərək vermişdir. O, həmin pulu kimin, hansı məqsədlə göndərdiyini bilməmiş və bu barədə nə Samirdən, nə də pulu götürən zaman əməliyyatçıdan soruşmuşdur. O, sadəcə iş yoldaşı Samirin xahişini yerinə yetirib həmin pulu götürüb gətirib Samirə vermişdir. Samir ona "xxxx" MMC-nin pulunun mənimsənilməsi barədə hər hansı bir məlumat verməmişdir. O, Samirə sadəcə həmin 6 min manat pulu aparıb vermişdir. Samirə başqa vaxtlarda başqa məbləğlərdə heç vaxt pul aparmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə ailəsi ilə birlikdə yaşayır. O, 2021-ci il ərzində bir neçə dəfə "xxxx" MMC-nin Şuşa rayon filialından qohumlarına pul göndərmişdir. Onun yaşadığı evlə "xxxx" MMC-nin Şuşa rayon filialı arasındakı məsafə təxminən 1 kilometrdir. O, həmin filialda işləyən şəxsləri tanımır və onun "xxxx" MMC-nin əmlakının mənimsənilməsi barədə heç bir xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs3 və ya Təqsirləndirilən şəxs1 adlı şəxsləri tanımır. O, "xxxx" MMC-nin Şuşa rayon filialından öz qohumlarına pul göndərən zaman şəxsiyyət vəsiqəsinin əslini təqdim etmişdir. Onun "xxxx" MMC-nin Şuşa rayon filialından pul mənimsənilməsi ilə bağlı hər hansı bir məlumatı heç vaxt olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. "xxxx" MMC tərəfindən Cəmiyyətin hüquqlarının mühafizəsi onun tərəfindən həyata keçirilir. Cəmiyyətin Şuşa poçt filialında baş vermiş hadisə barədə bildirmişdir ki, həmin filialda Cəmiyyətin işçiləri tərəfindən qanuna zidd əməllər nəticəsində 52055 manat miqdarında Cəmiyyətə məxsus pul mənimsənilmişdir. Həmin pul Cəmiyyətə geri qaytarılsa da, Şuşa filialında işləyən işçilər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutduqları vəzifələri tərk etmişlər və artıq "xxxx" MMC-nin işçisi deyillər. O, hadisədən sonra "xxxx" MMC-də işləməyə başladığı üçün baş vermiş hadisə barədə ətraflı məlumata malik deyildir. O, əvvəllər orada heç vaxt əmlak talanması barədə hər hansı məlumat eşitməmiş və bilməmişdir. "xxxx" MMC-nin Şuşa filialında pula maddi məsul şəxs xəzinədar olmalıdır. Lakin xəzinədar ştatı olmadığı üçün Şuşa filialında yığılan pullara maddi məsul şəxs filialın rəhbəri olmuşdur. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 103-1-9-1-260 nömrəli məktuba əlavə edilmiş Şuşa poçt filialının əsasnaməsindən görünür ki, "xxxx" MMC-nin Şuşa poçt filialı hüquqi şəxs olmayan, onun funksiyalarının hamısını və ya bir hissəsini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırılmaqla Cəmiyyətin müəyyən etdiyi ərazidə həyata keçirən ayrıca bölməsidir. Filialın fəaliyyətinin əsas istiqamətləri müəyyən edilmiş ərazidə əhaliyə yüksək keyfiyyətli poçt rabitəsi və öz səlahiyyətləri daxilində biznes və ticarət xidmətlərinin göstərilməsi və mənfəət əldə edilməsidir. Filialın əmlakı Cəmiyyətə mənsub olmaqla dövlət mülkiyyətidir. Görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən gəlirlər də filialın əmlakını təşkil edir. (cild 02, iş vərəqə 79-84) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 103-1-9-1-260 nömrəli məktuba əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014cü il tarixdən xx.xx.2021-ci il tarixədək Şuşa poçt filialında əməliyyatçı vəzifəsində işləmişdir. (cild 02, iş vərəqə 94) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 103-1-9-1-260 nömrəli məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli 02-23/131 nömrəli əmrin sürətindən görünür ki, Şuşa poçt filialının rəisi Şahid1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək məzuniyyətində olmuş, filial rəisi vəzifəsi filialın əməliyyatçısı Təqsirləndirilən şəxs1 həvalə edilmişdir. (cild 02, iş vərəqə 86) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 103-1-9-1-260 nömrəli məktuba əlavə edilmiş əmək müqaviləsinə əlavə edilmiş vəzifə təlimatından görünür ki, poçt şöbəsində əməliyyatçı hesablaşmaları düzgün aparmalı, iş gününün sonunda daxil olmuş poçt göndərişlərinin (qiymətli və adi göndərişlər, pul köçürmələri və s.) qalığını çıxarmalı və kassa arayışını imzalayaraq poçt şöbə rəisinə təhvil verməli, iş prosesində poçt şöbə rəisindən başqa heç bir işçi ilə nağd pulların mübadiləsini etməməli, iş gününün sonunda mədaxil və məxaric sənədləri üzrə müvafiq arayış tərtib etməli və pul sənədləri üzrə poçt şöbə rəisi ilə son hesablaşma aparmalı, adlı əşyaları, istifadə olunmuş ciddi hesabat qəbzlərini şöbə rəisinə təhvil verməlidir. Poçt şöbəsində əməliyyatçı maddi ziyanın vurulmasına görə əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının inzibati, əmək, cinayət və mülki qanunvericiliyi ilə məsuliyyət daşıyır. (cild 02, iş vərəqə 102-104) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 103-1-9-1-260 nömrəli məktuba əlavə edilmiş filial rəisinin vəzifə təlimatından görünür ki, rəis dövlətin və əmək kollektivinin maraqlarını ifadə edir. İdarəetməyə dair məsələlərin müzakirəsində və həllində təkbaşına və kollegial üsulları uyğunlaşdıraraq, ona həvalə edilmiş sahələrdə işlərin vəziyyətinə nəzarət edir. İşçilərin şəxsi məsuliyyətini müəyyənləşdirməklə öz işini təşkil edir. Pul və vəsaitlərin mühafizəsinə və düzgün xərclənməsinə görə cavabdehdir. Filial rəisi, ona verilmiş səlahiyyətlər daxilində rəhbərlik etdiyi Filialda və onun tabeçiliyində olan PŞ-lərdə bütün tranzit vəsaitlərin, həmçinin filiala məxsus olan vəsaitlərin təyinatı üzrə xərclənməsinə, israfçılığa yol verilməməsinə tam nəzarət edir və bu vəsaitlər üzrə tam maddi məsuliyyət daşıyır. (cild 02, iş vərəqə 134-135) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 103-1-9-1-260 nömrəli məktuba əlavə edilmiş sənədlərin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyatçı kimi icra etdiyi pul köçürməsi ilə xx.xx.2021-ci il tarixdə X1 adından Təqsirləndirilən şəxs3 adına cəmi 3 dəfə, 2 dəfə 2 min manat, 1 dəfə 1 min manat, xx.xx.2021-ci il tarixdə Şahid2 adından Təqsirləndirilən şəxs3 adına cəmi 2 dəfə, hər dəfəsində 2 min manat, xx.xx.2021ci il tarixdə Şahid2 adından Təqsirləndirilən şəxs3 adına cəmi 2 dəfə, 1 dəfə 2 min manat, 1 dəfə 1 min manat, xx.xx.2021-ci il tarixdə Şahid2 adından Təqsirləndirilən şəxs3 adına cəmi 3 dəfə, 2 dəfə 2 min manat, 1 dəfə 1 min manat, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adından Təqsirləndirilən şəxs3 adına cəmi 3 dəfə 2 dəfə 2 min manat, 1 dəfə 1 min manat, xx.xx.2021-ci il tarixdə Şahid2 adından cəmi 3 dəfə, 2 dəfə 2 min manat, 1 dəfə 1 min manat, xx.xx.2021-ci il tarixdə Şahid3 adından Təqsirləndirilən şəxs3 adına cəmi 3 dəfə, hər dəfəsində 2 min manat, xx.xx.2021-ci il tarixdə X1 adından Təqsirləndirilən şəxs3 adına cəmi 4 dəfə, 3 dəfə 2 min manat, 1 dəfə 1 min manat, xx.xx.2021-ci il tarixdə Şahid2 adından Təqsirləndirilən şəxs3 adına cəmi 3 dəfə, hər dəfəsində 2 min manat pul göndərilmişdir. (cild 02, iş vərəqə 49-78) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 103-1-9-1-260 nömrəli məktuba əlavə edilmiş bildirişlərin sürətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ********************841 nömrəli mədaxil bildirişi ilə X1 adından Təqsirləndirilən şəxs3 adına iki min manat, ********************370 nömrəli mədaxil bildirişi ilə X1 adından Təqsirləndirilən şəxs3 adına iki min manat, ********************318 nömrəli mədaxil bildirişi X1 adından Təqsirləndirilən şəxs3 adına iki min manat, ********************826 mədaxil bildirişi ilə X1 adından Təqsirləndirilən şəxs3 adına bir min manat, ********************696 nömrəli mədaxil bildirişi ilə X8 adından Şahid2 adına iki min manat, ********************696 nömrəli mədaxil bildirişi ilə X8 adından Şahid2 adına iki min manat, ********************246 nömrəli mədaxil bildirişi ilə X8 adından Şahid2 adına iki min manat, ********************886 nömrəli mədaxil bildirişi ilə X8 adından Şahid2 adına iki min manat, xx.xx.2021-ci il tarixdə ********************196 nömrəli mədaxil bildirişi ilə Şahid2 adından Təqsirləndirilən şəxs3 adına iki min manat, ********************03 nömrəli mədaxil bildirişi ilə Şahid2 adından Təqsirləndirilən şəxs3 adına iki min manat, ********************796 mədaxil bildirişi ilə Şahid2 adından Təqsirləndirilən şəxs3 adına iki min manat pul göndərilmiş və həmin tarixlərdə də həmin pul məbləğləri "xxxx" MMC-nin 3 saylı filialından götürülmüşdür. (cild 02, iş vərəqə 40-48) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 103-1-9-1-260 nömrəli məktuba əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il tarixdən "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən isə həmin MMC-nin Şuşa poçt filialında baş mühasib vəzifəsində işləmişdir. (cild 02, iş vərəqə 105 "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 103-1-9-1-260 nömrəli məktuba əlavə edilmiş əmək müqaviləsinə əlavə edilmiş vəzifə təlimatından görünür ki, poçt şöbəsində mühasib poçt filialında poçt filialında maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətinin təşkil və nəzarət edilməsini, maliyyə intizamına ciddi əməl edilməsini həyata keçirməlidir. Poçt şöbəsində mühasib maddi ziyanın vurulmasına görə əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının inzibati, əmək, cinayət və mülki qanunvericiliyi ilə məsuliyyət daşıyır. (cild 02, iş vərəqə 131-133) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilsə də, Təqsirləndirilən şəxs3 AR CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməmələri barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onların bu ifadələri özlərini məsuliyyətdən yayındırmaq məqsədi daşımaqla, həqiqəti əks etdirmir, onların özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, "xxxx" MMC-dən daxil olmuş sənədlər və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, Bakı şəhəri, Moskva prospekti ev 80, mənzil 15-də qeydiyyatda olsa da, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ev 162-də əri X10, uşaqları 11 yaşlı Nihad Rüstəmli və 9 yaşlı Ülvi Rüstəmli ilə birlikdə yaşayır. Özü Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "xxxx" MMC-nin Şuşa rayon poçt filialında əməliyyatçı vəzifəsində işləyir. O, həmin vəzifədə təxminən 2015-ci ilinin may ayından işləyir. Onun aylıq əmək haqqısı 240 manatdır. Onun işi ondan ibarətdir ki, o, müştəriləri qəbul edir, əməliyyatları edir, axşam saat 17-də kassanı bağlayır və kassada olan pulu aparıb filialın baş mühasibi işləyən Təqsirləndirilən şəxs2 təhvil verir. Ümumiyyətlə filialın müdiri Şahid1dir, Üzeyir xx.xx.2021ci il tarixdən məzuniyyətə çıxmışdır, məzuniyyəti bitdikdən sonra isə “Covid-19” virusuna yoluxduğu üçün işə çıxmır. Rəsmi olaraq Üzeyiri o, əvəz etmişdir. Lakin kassadan yığılan pulları o, baş mühasib Təqsirləndirilən şəxs2 təhvil verir. Baş mühasib Teyyubada pullar toplayır, sonra isə o, həmin pulları təhvil götürərək aparıb "xxxx" MMC-nin baş ofisinə təhvil verir. Bunu müdirləri Üzeyir işə çıxmadığı üçün o, etmişdir. Təqsirləndirilən şəxs3 onun qaynıdır, normal münasibətləri var, aralarında heç bir düşmənçilik yoxdur. Təxminən 2021-ci ilinin oktyabr ayının əvvəllərində Samir ona zəng edərək demişdir ki, yağ işi ilə məşğuldur, təcili olaraq təxminən 2000 manat pul lazımdır, həmin pulu götürdüyü gün geri qaytaracaqdır. Samir onu inandırmışdır ki, pulu gətirib verəcəkdir. O, işlədiyi Şuşa filialından Samirin adına 2000 manat pul vurmuş, Samir həmin pulu hansı poçt filialından çıxarıtdığını bilməmişdir. Elə həmin günü Samir pulu gətirib ona vermiş, o isə yenə həmin pulu kassaya qoymuşdur. Beləliklə, o, Samirə təxminən 08 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixdə qədər Samirin adına müxtəlif məbləğlərdə pul vurmuşdur, Samir isə elə həmin gün pulu gətirib ona vermişdir. O isə həmin pulları kassaya qaytarmışdır. Beləliklə, Samir onun etibarını qazanmış və o, Samirə inanmışdır ki, pulu götürür və elə həmin gün qaytarır. Həmçinin bildirmişdir ki, bu ərəfədə 2 dəfə olmaqla filialda yığılan pulları o, Samirlə birlikdə, yəni Samirin avtomobili ilə aparıb baş ofisə təhvil vermişlər. 15 oktyabr 2021-ci il tarixdə Samir onun iş yerinə gəlmiş və demişdir ki, yağ işinə görə 40000 manat pul lazımdır, pulu filialdan götürüb verməyini xahiş etmiş, həmin pulu 18 oktyabr 2021-ci il tarixdə onunla birlikdə aparıb "xxxx" MMC-yə verərlər, ona bu müddət ərzində pul lazımdır. O, Samirə inandığı üçün bunu baş mühasib işləyən Təqsirləndirilən şəxs2 demiş və xahiş etmişdir ki, pulu Samirə versinlər. Onun təkidi ilə Teyyuba onunla razılaşmış və 40000 manat pulu Samirə verməyə razı olmuşdur. Elə həmin gün 40000 manat pulu Samir poçtun filialına gəlmiş, Teyyubanın yanında o, 40000 manat pulu Teyyubadan alıb Samirə vermişdir. Bundan sonra Samir onun xəbəri olmadan 17 oktyabr 2021-ci il tarixdə Teyyubaya zəng etmiş və demişdir ki, Səlibənin xəbəri var, Teyyuba filialdan ona 5900 manat pul versin, sabah, yəni 18 oktyabr 2021-ci il tarixdə geri qaytaracaqdır. Teyyuba isə ona heç bir söz demədən 5900 manatı Samirə vermişdir. 18 oktyabr 2021-ci il tarixdə o, işə gələn zaman Teyyuba ona demişdir ki, Samirə 5900 manat pul verib, həmin vaxt Samir demişdir ki, guya həmin 5900 manatdan onun xəbəri vardır. Həmin vaxt o, Samirə zəng etmişdir ki, “bu nə 5900 manatı götürmüsən mənim xəbərim yoxdur”. Samir ona demişdir ki, “Səlbi narahat olma 45900 manat hazırdır, gətirirəm, yoldayam, gör mümkündürsə sən mənim adıma 6000 manat da vur, mən metronun “Qara Qarayev” stansiyasının yanındayam, gətirib pulun hamısını verəcəm”. O, yenə də Samirə inanıb 6000 manatı adına vurmuşdur. Beləliklə, ümumilikdə Samirə filialın pulundan 51900 manat pul vermişdir. 155 manat isə rüsumlar etmişdir. Rüsumlarla birlikdə 52055 manat pul olmuşdur. O, 6000 manat pulu Samirin adına vurduqdan sonra bu günə qədər ona müxtəlif bəhanələr edərək pulu qaytaracağını bildirmişdir. 21 oktyabr 2021-ci il tarixdə baş mühasib Teyyuba 52055 manat pulun onun tərəfindən bank hesabına nağd vəsaitin ödənilməsi üçün götürülməsi barədə kassa məxaric orderi yazmış, o və Teyyuba imzalamışlar. Belə ki, guya 52055 manat pulu o, 21 oktyabr 2021-ci il tarixdə oradan götürmüşdür. Hazırkı vaxta qədər də Samir pulu qaytarmamışdır. İlk izahatında xx.xx.2021 -ci il tarixdə işdə olan zaman müdir vəzifəsini müvəqqəti icra edən Təqsirləndirilən şəxs2 ona pulların göndərilməli olduğunu bildirməsi, orada Teyyuba “rozvu” rəngdə olan torbanı ona verərək, içərisində 52.055 manat pul olduğunu və baş idarənin mühasibatlığına verilməli olduğunu bildirməsi, bundan sonra siz qaynı Təqsirləndirilən şəxs3 zəng edərək baş idarəyə pul aparmalı olduğunu, bir neçə dəqiqə sonra Samir ** PZ *** dövlət nömrə nişanlı avtomaşınla gəlib onu götürməsi, evdə şəxsiyyət vəsiqəsini tapıb uşaqlara yemək verib təxminən 10-15 dəqiqə sonra aşağı düşməsi, bu zaman Samirin maşını saxlayaraq ona tərəf gəlib və pulun maşında olmadığını bildirməsi, Samir pulun guya marketin qarşısında oğurlandığını bildirməsi ilə qeyd etdiklərinin hamısını Samir fikirləşib demişdir ki, guya pul oğurlanıb, əlavə vaxt qazanmaq üçün bunu etmişdir ki, pulu tapıb poçta qaytaracaqdır. Elə buna görə də o, ilkin izahatımda o cür göstərmişdir. Lakin bunlar hamısı səhvdir, bunlar Samirin uydurması səbəbindən o, belə göstərmişdir. Pulu Samir onun etibarından istifadə etməklə ondan almışdır. Qeyd etmişdir ki, Samir 15 oktyabr 2021-ci il tarixə qədər onun adına vurduğu pullara görə nə ona, nə də Teyyubaya heç bir məbləğdə pul verməmişdir. Sadəcə olaraq Samir ona təxminən 600 manat pul vermişdir ki, qazancdan onun bacısına olan borcunu ödəsin. 600 manatı isə o, bacısı Sevincə vermişdir. Samirin Sevincə ümumilikdə 700 manat borcu olmuşdur, 600 manatını ona verdiyi pulla qaytarmış, 100 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı əlavə ifadəsində bildirmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ev 162-də əri X10, 11 yaşlı oğlu Nihad Rüstəmli və 9 yaşlı oğlu Ülvi Rüstəmli ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "xxxx" MMC-nin Şuşa rayon poçt filialında əməliyyatçı vəzifəsində işləmişdir. Onun xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. O, həmin vəzifədə təxminən 2015-ci ilinin may ayından işləmişdir. Onun aylıq əmək haqqı 240 manat olmuşdur. Onun işi ondan ibarətdir ki, o, müştəriləri qəbul etmiş, əməliyyatları etmiş, saat 17-da kassanı bağlamış və kassada olan pulu aparıb filialın baş mühasibi işləyən Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Ümumiyyətlə filialın müdiri Şahid1dir. Üzeyir xx.xx.2021-ci il tarixdən məzuniyyətə çıxmışdır, məzuniyyəti bitdikdən sonra isə “Covid-19” virusuna yoluxduğu üçün işə çıxmamışdır. Rəsmi olaraq Üzeyiri o, əvəz etmişdir. Lakin kassadan yığılan pulları o, baş mühasib Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Baş mühasib Teyyuba da pulları toplamış, sonra isə o, həmin pulları Teyyubadan təhvil götürərək aparıb "xxxx" MMC-nin ofisinə təhvil vermişdir. Bunu müdiri Üzeyir işə çıxmadığı üçün o, etmişdir. Təqsirləndirilən şəxs3 onun qaynıdır, Samirlə normal münasibətləri var, aralarında heç bir düşmənçilik yoxdur. təxminən 2021-ci ilinin oktyabr ayının əvvəllərində Samir ona zəng edərək demişdir ki, yağ işi ilə məşğuldur, təcili olaraq təxminən 2000 manat pul lazımdır, həmin pulu götürdüyü gün geri qaytaracaq. Samir onu inandırmışdır ki, pulu gətirib verəcək. O, işlədiyi Şuşa filialından Samirinin adına 2000 manat pul vurmuş, Samirin həmin pulu hansı poçt filialından çıxartdığını bilməmişdir. Elə həmin günü Samir pulu gətirib ona vermişdir, o isə yenə həmin pulu kassaya qoymuşdur. Beləliklə, o, Samirə inanıb 01 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixə qədər müxtəlif şəxslərin adından müxtəlif məbləğlərdə "xxxx" MMC-nin Şuşa filialından pul göndərmiş, Samir isə elə həmin gün pulu gətirib ona geri qaytarmışdır. O, Samirin adına vurulan pullar müxtəlif şəxslərin adlarından vurmuşdur. Həmin şəxslər əsasən onun öz adından, Şahid2, Şahid3, Qurbanov Ceyhunun adlarından vurulmuşdur. O, sadəcə Şahid2ı tanıyır, belə ki, Nicat Samirin iş yoldaşı olmuşdur. Digər şəxslər isə əvvəllər "xxxx" MMC-nin abonentləri olmuşdur və o, həmin şəxslərin adlarından Samirə həmin məbləğləri göndərmişdir. Həmin şəxslərin adlarından pul göndərmək üçün həmin şəxslərin şəxsiyyət vəsiqələrinin əsli və ya sürəti lazım olmamışdır. Həmin şəxslərin şəxsiyyət vəsiqələri barədə məlumatlar sistemdə olduğu üçün adlarından pul göndərmək mümkün olmuşdur. Beləliklə, Samir onun etibarını qazanmış və o, inanmışdır ki, pulu götürür və elə həmin gün qaytarır. Həmçinin, Təqsirləndirilən şəxs2 onun Samirə pul göndərməyindən məlumatı olmuşdur. Həmçinin bildirmişdir ki, bu ərəfədə 2 dəfə olmaqla filialda yığılan pulları o, Samirlə birlikdə, yəni avtomobili ilə aparıb ofisə təhvil vermişdir. 15 oktyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində Samir ona zəng etmiş və demişdir ki, yağ işinə görə pul lazımdır. O, bu barədə Teyyubaya məlumat vermişdir, belə ki, Teyyuba onun yanında əyləşmişdir. Teyyubaya demişdir ki, 6 min manat pulu Samirə göndərir, maksimum 1 saata gətirəcəkdir. Teyyuba razılaşmış və o, pulu cəmi 3 dəfə, hər dəfəsində 2 min manat olmaqla cəmi 6 min manat pulu Samirin iş yoldaşı Şahid2 adına əvvəllər poçtun xidmətlərindən istifadə etmiş X8 adından göndərmişdir. Həmin gün, yəni 15 oktyabr 2021-ci il tarixdə Samir yenə ona zəng edərək demişdir ki, yağ işinə görə pul lazımdır, pulu filialdan götürüb verməyini xahiş etmiş və ona demişdirki, “həmin pulu 18 oktyabr 2021-ci il tarixdə mənimlə birlikdə aparıb "xxxx" MMC-yə aparıb verərik, mənə bu müddət ərzində pul lazımdır”. Həmin vaxt Təqsirləndirilən şəxs2 yanında olmuş və ona nə məsələ olduğunu dedikdə o, Teyyubaya bildirmişdir ki, Samirə yenə pul lazımdır. Bu zaman Teyyuba ona demişdir ki, çağır gəlsin, pul var. O, Samirə bildirmişdir ki, filiala gəlsin. Samir ona konkret olaraq hansı məbləğdə pul istədiyini deməmişdir. Elə həmin gün saat 12 radələrində Samir poçtun filialına gəlmiş və o, Teyyubanın otağını göstərərək oraya keçməli olduğunu demişdir. Samir Teyyubanın otağına getmiş və orada Teyyuba 27000 min manat kassadan pulu götürərək nağd şəkildə Samirə vermişdir. Teyyuba 27 min manat pulu Samirə verərkən o, orada olmamışdır. Pulun miqdarı barədə Samir filialdan getdikdən sonra Teyyuba ona demişdir. 27 min manatı nağd şəkildə verdikdən sonra Samir getmişdir. Samir getdikdən sonra Teyyuba otaqdan çıxmış və ona bildirmişdir ki, Samirin adına 7 min manat pulu da köçürmə yolu ilə göndərmiş və o da razılaşmışdır. Həmin gün o, Teyyubanın tapşırığı ilə Samirə 7 min manat pulu köçürmə yolu ilə göndərmişdir. Samirin həmin pulu hansı filialdan çıxarmasından xəbəri olmamışdır. Bildirmişdir ki, o, "xxxx" MMC-nin işçisi olduğu üçün öz adına 2000 manatdan çox pul göndərə bilməzmiş deyə Samirə öz adından maksimum 2000 manat pul göndərmişdir. 7 min manat pulu da Samirə göndərəndə hissələrlə yəni X1 adından Samirin öz adına 4 dəfə olmaqla, 3 dəfə 2 min manat, 1 dəfə isə min manat, cəmi 7 min manat pul göndərmişdir. Beləliklə o, Samirin adına cəmi 13 min manat pul göndərmişdir. Cəmi 40000 manat pulu Samir götürdükdən sonra onun xəbəri olmadan bildiyi qədərilə 17 oktyabr 2021-ci il tarixdə Samir və Teyyuba bir-biri ilə əlaqə saxlamış və Teyyuba Samirə 5900 manat pulu filialda vermişdir. Teyyuba isə ona heç bir söz demədən 5900 manat pulu Samirə vermişdir. 18 oktyabr 2021-ci il tarixdə o, işə gələn zaman Teyyuba ona demişdir ki, Samirə 5900 manat pul vermişdir. Həmin vaxt o, Samirə zəng etmiş və demişdir ki, “bu nə 5900 manatdı götürmüsən mənim xəbərim yoxdur”. Samir ona demişdir ki,“Səlbi narahat olma mən Teyyuba xanımla danışmışam və Teyyuba bilir ki, mən 45900 manat pulu sabah gətirəcəm”. Bundan sonra həmin gün Samir saat 11 radələrində filiala gəlmiş və orada ona və Teyyubaya bildirmişdir ki, 6 min manat pul lazımdır. O, Samirə inanmadığını Teyyubaya bildirmiş və demişdir ki, Samirə pul göndərməsinlər. Teyyuba isə bildirmişdir ki, pulu göndərsin, sabah pulun hamısını gətirəcəkdir. O, yenə də saat 12 radələrində Şahid2 adından 3 dəfə olmaqla, hər dəfəsində 2 min manat, cəmi 6 min manatı Samirin adına vurmuşdur. Beləliklə, ümumilikdə Samir filialın pulundan 51900 manat pul götürmüş. 155 manat isə rüsumlar etmişdir. Rüsumlarla birlikdə 52055 manat pul olmuşdur. O, 6000 manat pulu Samirin adına vurduqdan sonra Samir ona və Teyyubaya müxtəlif bəhanələr edərək pulu qaytaracağını demişdir. 21 oktyabr 2021-ci il tarixdə baş mühasib Teyyuba 52055 manat pulun mənim tərəfindən bank hesabına nağd vəsaitin ödənilməsi üçün götürülməsi barədə kassa məxaric orderi yazmış, o və Teyyuba həmin orderi imzalamışlar. Belə ki, guya 52055 manat pulu o, 21 oktyabr 2021-ci il tarixdə oradan götürmüşdür. Bildirmişdir ki, 52055 manat mənimsənilmiş puldan 46155 manatda onun, Teyyubanın, Samirin birgə iştirakları olmuşdur. Qalan 5900 manat pula onun heç bir aidiyyəti yoxdur. O, həmin pulun mənimsənilməsindən xəbərsiz olmuşdur və iştirak etməmişdir. O, rəsmi əmək müqaviləsi bağlamaqla "xxxx" MMC-də operator vəzifəsində işləmişdir. Onun maaşı olan 240 manat miqdarında pulu kart vasitəsilə almışdır. "xxxx" MMC-nin Şuşa filialında saxlanılan pullara maddi məsul şəxs baş mühasib olmuşdur. Lakin "xxxx" MMC-nin Şuşa filialında inkassasiya xidməti təşkil edilmədiyi üçün pulu o, bir neçə dəfə "xxxx" MMC-nin 1 nömrəli filialına aparıb şəxsən vermişdir. Lakin, hadisə günü filial müdiri Şahid1 məzuniyyətdə olduğu üçün o, əmrlə Üzeyiri filial müdiri olaraq əvəz etmişdir. Teyyuba Samiri onun sayəsində iş yerinə gələrkən tanımışdır. O, Teyyubaya həmin 5900 manat pulun Samirə verilməsi barədə hər hansı bir söz deməmişdir. Teyyuba özü "xxxx"un 5900 manat miqdarında pulunu Samirə vermişdir. Teyyubanın həmin pulu Samirə hansı məqsədlə verməsindən xəbəri yoxdur. X18 5900 manat pul qarşılığında əlavə hər hansı pul və ya mənfəət təmin edəcəyindən xəbəri olmamışdır. Samir ona əlavə olaraq hər hansı bir ödəmə edəcəyi barədə söz deməmişdir və bu barədə onlar hər hansı razılıq əldə etməmişlər. 40000 manat miqdarında pulu Samirə verərkən də, X18 hər hansı miqdarda əlavə pul verəcəyindən xəbəri yoxdur. O, sadəcə Teyyuba və Samir arasında vasitəçilik etmiş, 27 min manat pulun verilməsindən Samir getdikdən sonra xəbəri olmuşdur. 5900 manat pulun Samirə verilməsindən isə ümumiyyətlə xəbəri olmamışdır. "xxxx" MMC-nin puluna maddi məsul şəxs Teyyuba olmuşdur. Ola bilsin, o, həmin vaxtı filial rəhbəri olaraq onun də maddi məsuliyyəti olmuşdur. Lakin, faktiki olaraq pul Teyyubada olmuş və pul barəsində Teyyuba qərar vermişdir. Samir pulu xx.xx.2021-ci il tarixdə Teyyubadan almaq üçün gəldikdə Teyyuba özü bu barədə razılıq vermişdir. 27 min manatını nağd şəkildə, 13 min manatını isə Teyyubanın razılığı ilə o, Samirin adına göndərmişdir. Əvvəlki ifadəsində Samir onun qaynı olduğu üçün o cür ifadə vermişdir. Yəni onun üzündən Samir Teyyubanı tanımış və pul istəmişdir deyə həmin pulun qaytarılmasını da o, öz üzərinə götürmüşdür. "xxxx" MMC-yə olan 52.022 manat miqdarında pulu da onun əri Elnur Rüstəmov ödəmişdir. Təqsirləndirilən şəxs3 əvvəlki ifadəsində ondan 40000 manat pul müqabilində ona 700 manat pul verəcəyi ilə bağlı dediklərinin doğru olmadığını bildirmişdir. Samir ona olan əvvəlki borcu ilə səhv salmışdır. Samir əvvəl ona 700 manat borclu olmuş və həmin pulu da vermişdir. Samir onun qaynı olduğu üçün o, "xxxx" MMC-nin pulunu göndərmişdir. Samir ona hər hansı maddi mənfəət söz verməmiş və aralarındada bu barədə hər hansı bir razılıq olmamışdır. O, xx.xx.2021-ci il tarixdə X1 adından cəmi 3 dəfə olmaqla, 2 dəfə 2 min manat, 1 dəfə min manat, cəmi 5 min manat, xx.xx.2021-ci il tarixdə Şahid2 adından 2 dəfə 2 min manat, cəmi 4 min manat, xx.xx.2021-ci il tarixdə cəmi 2 dəfə olmaqla 1 dəfə 2 min, 1 dəfə min manat, cəmi 3 min manat, xx.xx.2021-ci il tarixdə 3 dəfə olmaqla, 2 dəfə 2 min manat, 1 dəfə min manat, cəmi 5 min manat, xx.xx.2021-ci il tarixdə öz adımdan cəmi 3 dəfə olmaqla 2 dəfə 2 min manat, 1 dəfə min manat, cəmi 5 min manat, xx.xx.2021-ci il tarixdə yenə Şahid2 adından cəmi 3 dəfə, 2 dəfə 2 min manat, 1 dəfə min manat olmaqla cəmi 5 min manat pul göndərmiş və Samir bütün bu pul məbləğlərini həmin gün gətirib ona geri qaytarmışdır. O, dəqiq xatırlamır, bəzən olmuşdur ki, Samirin anası Ramiyə ona pulu gətirdikdən sonra o, pulu göndərmişdir, bəzən də Samirin özü pul köçürüldükdən sonra maksimum 1 saat ərzində pulu gətirib ona qaytarmış və o, həmin günlərin axşamları kassaya pul məbləğlərini tam olaraq geri qaytarmışdır. Şahid3 Nicat oğlu, X6, X13 tanımır. Belə ki, həmin şəxslər "xxxx" MMC-nin abonentləridir və o, həmin şəxslərin xəbərləri olmadan adlarından istifadə edərək Samirə pulları göndərmişdir. Onda həmin şəxslərin vəsiqələri və ya vəsiqələrinin sürətləri olmamışdır. Həmin şəxslər əvvəllər poçt xidmətlərindən istifadə etdikləri üçün şəxsiyyət vəsiqələri barədə məlumatlar sistemdə qalmışdır deyə o, həmin şəxslərin adlarından pul göndərə bilmişdir. Ola bilsin həmin şəxslər əvvəllər Şuşa filialının xidmətlərindən də istifadə etmişlər. Belə ki, Şahid2 onun işlədiyi "xxxx" MMC-nin Şuşa filialının xidmətlərindən istifadə etmişdir. Nicat Samirin iş yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 179.3.2-ci, 308.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, o, əri X12, 22 yaşlı oğlu Hafiz Babazadə və 15 yaşlı qızı Nərgiz Babazadə ilə birlikdə yaşayır. Özü Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "xxxx" MMC-nin Şuşa rayon poçt filialında baş mühasib vəzifəsində işləmişdir. O, "xxxx" MMC-nin Şuşa rayon poçt filialında 2018-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayının 5-dək işləmiş və həmin vəzifədən öz ərizəsi ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs1 həmin poçt filialında əməliyyatçı vəzifəsində işləmişdir. Bildiyi qədərilə Səlbi də işdən çıxmışdır. Qeyd etmişdir ki, onun işi ondan ibarətdir ki, mühasibat işlərini görmüşdür. Həmçinin iş vaxtı Səlbi kassada yığılan pulları işin sonunda ona təhvil vermiş, o isə həmin pulu xidməti otağında olan seyfə qoymuşdur. Lakin onların poçt filialının müdiri Şahid1 məzuniyyətdə olduğundan və həmçinin məzuniyyətdən sonra “Covid-19” virusuna yoluxduğundan işin sonunda pul ona verilmişdir. Üzeyir özü işdə olan zaman pul Üzeyirə təhvil verilmiş, o isə mühasibat sistemində qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə xatırlamadığı saatda Səlbi onun otağına gəlmiş və qaynı Samirə pul lazım olduğunu, iş gördüyünü, borcu olduğunu və tezliklə həmin pulu kassaya qaytaracağını demişdir. O isə Səlbiyə bildirmişdir ki, “Səlbi birdən Samir pulu aparıb faizə verər və qaytara bilməz”. Səlbi Samirin ticarətlə məşğul olduğunu və qaytaracağını demişdir. Səlbinin təkidindən sonra o, razılaşmışdır. Daha sonra Səlbinin qaynı Samir işlədiyi yerə gəlmiş və ona bildirmişdir ki, 40 min manat pul lazımdır ki, biznesini davam etdirə bilsin. O, 27 min manat pulu kassadan götürüb sayıb Samirə vermişdir. Həmin vaxtı Səlbi də onun yanında olmuşdur. Qalan 13 min manat pulu da Səlbiyə demilşdir ki, Samirin hesabına göndərər. Realda kassada 13 min manat pul nağd şəkildə olmamışdır. Səlbi sadəcə "xxxx" MMC-nin kompüter sisteminə guya Samirin hesabına pul göndərilməsi barədə məlumatı daxil etmişdir. Əslində isə işlədikləri filialda 13 min manat pul olmamışdır. Samirin həmin pulu hansı filialdan çıxarmasından xəbəri olmamışdır. Bildirmişdir ki, Səlbi "xxxx" MMC-nin işçisi olduğu üçün öz adına 2000 manatdan çox pul göndərə bilməz deyə Samirə Səlbi öz adından maksimum 2000 manat pul göndərmişdir. 13000 manat pulu da Samirə göndərəndə hissələrlə müxtəlif şəxslərin adından Samirin hesabına göndərmişdir. 17 oktyabr 2021-ci il tarixdə Samir səhər radələrində onun işlədiyi yerə gəlmiş və bildirmişdir ki, 6000 manat da pula ehtiyacı vardır. O da Samiri Səlbinin qohumu kimi tanımış və ona görə də, "xxxx"un pulundan götürüb 5900 manat pulu Samirə vermişdir. Səhəri gün də bu barədə Səlbiyə demişdir. Səlbinin həmin vaxtı 5900 manat pulu Samirə verməyindən xəbəri olmuşdur. Daha sonra Səlbi Samirin hesabına 6000 manat da göndərmişdir. Beləliklə, ümumilikdə Samirə filialın pulundan 51900 manat pul verilmişdur. 155 manat isə rüsumlar etmişdir. Rüsumlarla birlikdə 52055 manat pul olmuşdur. Bir qədər sonra o, Səlbidən pulu kassaya qaytarmalı olduğunu dedikdə Səlbi bildirmişdir ki, Samirin borcları səbəbindən pulu qaytara bilmir. 21 oktyabr 2021-ci il tarixdə o, 52055 manat pulun Səlbi tərəfindən bank hesabına nağd vəsaitin ödənilməsi üçün götürülməsi barədə kassa məxaric orderi yazmış, o və Səlbi həmin orderi imzalamışlar. Belə ki, guya 52055 manat pulu Səlbi 21 oktyabr 2021-ci il tarixdə oradan götürmüşdür. Daha sonra Səlbi polisə müraciət etmişdir. O, "xxxx" MMCnin rəsmi işçisi olmuşdur. Lakin xx.xx.2021-ci il tarixdə işdən çıxmışdır. O, orada heç vaxt əmlak talanması barədə hər hansı məlumat eşitməmiş və bilməmiş. Oradakı pula, maddi məsul şəxs filial rəhbəri olmuşdur. O, sadəcə kompüter sistemindən pul məbləğlərini yoxlayaraq filial rəhbəri ilə əlaqə saxlayıb məlumat vermişdir. Filial rəhbəri Üzeyir məzuniyyətdə olduğu üçün pulların yığıldığı kassanın açarı onda olmuşdur. Lakin, Üzeyir məzuniyyətdə olarkən Səlbi əvəz etmiş və pullara maddi məsul şəxs də Səlbi olmuşdur. Səlbi onun iş yoldaşı olmuşdur və Səlbinin təkidi və istəyi ilə pulu Samirə vermişdir. Samirə də pulu Səlbinin qohumudur deyə vermişdir. Onun bu işdə hər hansı bir maddi faydası olmamış, maddi fayda güdməmişdir. Təqsirləndirilən şəxs3 ona 5900 manat pul verməsi qarşılığında sadəcə “hörmət edəcəm” demiş, sadəcə həmin cümləni işlətmişdir. Lakin, onların arasında konkret bir razılıq olmamışdır. O, hər hansı bir maddi mənfəət güdməmişdir. Həmin 5900 manat pulu Samirə verməyinə səbəb də, Samir ona bildirmişdir ki, işlərini görə bilmir, tamamlanmır, 5900 manat da pul lazımdır ki, işlərini görsün və pulu tam şəkildə gətirib qaytarsın. O, Samir işini görərək pulu qaytarsın deyə 5900 manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsində 27 min manat məbləğində pulu Samirə vermək üçün Samiri onun çağırdığını, onun Samirə 27 min manat pulu öz otağında Səlbi orada olmadıqda verdiyini, Səlbinin 27 min manat pulun Samirə verilməsindən Samir getdikdən sonra xəbər tutduğunu, 13 min manat pulu isə Səlbinin Samirə pulu göndərməsi ilə bağlı dediklərinin yalan olduğunu bildirmişdir. O, Səlbinin təkidi ilə Samirə 27 min manat pulu vermişdir. Səlbi filialın rəhbəri olmuş, həmin vaxtı və Səlbinin təkidi ilə o, pulu vermişdir. 13 min manat pulu da Səlbi özü köçürmə yolu ilə Samirin götürməsi üçün göndərmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində dediklərinin doğru olmadığını bildirmişdir. Samir həmin vaxtı filiala gəlmiş və son dəfə 6 min manat pul istədiyini və işlərinin tamamlanması üçün həmin pulun lazım olduğunu demişdir. Daha sonra Səlbi özü həmin pulu köçürmə yolu ilə Samirə göndərmişdir. O da Səlbiyə bildirmişdir ki, pulu göndərsin çünki kassadan pul əksik olmuş və Samir pulu tam olaraq gətirməliymiş ki, kassanın pulu tamamlansın. O, məcburiyyət qarşısında razılıq vermişdir. Samir pulu gətirmədikcə onun tərəddüdləri artmışdır. O, Samiri Səlbinin qaynı kimi tanımışdır. O, Samirin işinə kömək olsun deyə həmin pulu Səlbinin sözü ilə vermişdir. Səlbi ilə yaxın münasibəti olmuş, kolleqa olmuşlar. O, Səlbi xahiş etmişdir deyə qaynına həmin pul məbləğini vermişdir. Onun Təqsirləndirilən şəxs1 əvvəllər Təqsirləndirilən şəxs3 götürməsi üçün pul göndərməyi barədə məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixdə Səlbi səhər 09 radələrində artıq 6 min manatı köçürmə yolu ilə Samirə göndərmişdir. Samir həmin gün ondan 27 min manat pulu aldıqdan sonra Səlbiylə razılaşmışlar ki, 7 min manatı da göndərsin, cəmi 40 min manat olsun. Eləcə də, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o, hadisə günü Təqsirləndirilən şəxs3 kassadan pulu aldığı yeri, Təqsirləndirilən şəxs3 pulu göndərdiyi "xxxx" MMC-nin kompyuterini və komyuterdəki “Colvir” proqram təminatını, necə pul göndərməsini əyani şəkildə göstərmişdir. (cild 02, iş vərəqə 142-152) Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən sonuncu, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı Təqsirləndirilən şəxs3 verilən 52055 manat pulun hamısında iştirak etdiyini, Təqsirləndirilən şəxs1 isə 5900 və 27000 manat pulun Təqsirləndirilən şəxs3 göndərilməsindən xəbərsiz olduğunu, 19155 manat pulun Samirə verilməsində Teyyuba ilə birlikdə iştirakı olduğunu bildirmişdir. (cild 02, iş vərəqə 195-200) Eyni zamanda, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 üzünə qarşı Səlbinin otaqda olmadığını, Səlbinin otağa gəlmək istəyərkən filiala abonentin daxil olduğunu, ona görə də, Səlbinin geri işinə qayıtdığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 27 min manat pulu Samirə Səlbinin yanında və sonuncunun istəyilə verdiyini bildirmişdir. (cild 02, iş vərəqə 192-194) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair AR Konstitusiya Məhkəməsinin 19 iyun 2013-cü il tarixli qərarına əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. AR CM-in 179-cu maddəsində nəzərdə tutulmuş mənimsəmə və ya israf etmə cinayəti dedikdə, inanılıb tapşırılmış qiymətli şeylərin ayrılması, götürülməsi, özünün və ya digər şəxslərin sahibliyinə qanunsuz olaraq keçirilməsi başa düşülür. Həmçinin, əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən şəxsə də tapşırıla bilər. Eləcə də, əmlakın müəyyən məqsədlə inanılıb tapşırılmadığı şəxslərin mənimsəmə yolu ilə talamada bilavasitə iştirak etdikləri halda, AR CM-in 179-cu maddəsinin müvafiq bəndlərinə əsasən məsuliyyət müəyyən edilir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, Təqsirləndirilən şəxs3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin (xeyli miqdarda) əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin törədilməsi öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində qeyd etmişdir ki, Samir zeytun yağı biznesi ilə məşğul olmuş və həmin bizneslə əlaqədar 18 min manat pul lazım olduğunu bildirmiş, onun özündə 18 min manat pul olmadığından Zərərçəkmiş şəxs2 borc pulu alıb Samirə vermişdir. Təqsirləndirilən şəxs3 həmin 18 min pulu qaytara bilmədikdə həmin 6 sot torpaq sahəsini satıb pulu qaytaracağını ona demiş, lakin Həqiqətlə bu barədə, yəni torpaq sahəsi ilə bağlı hər hansı söhbətləri olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilmiş sualları cavablandırarkən, Zabillə ailəvi yaxın olduqları üçün bir birilərinin evinə gediş gəlişləri olduğunu, Zərərçəkmiş şəxs1 ondan 18 min manat pulu dostu Samirə onun yağ biznesi ilə əlaqədar çətinliyi yarandığı üçün borc vermək məqsədi ilə aldığını qeyd etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs3 da qeyd etmişdir ki, O, 18 min manat məbləğində həmin borc pulu Zabildən alarkən geri qaytarmaq niyyəti olmuş, sadəcə olaraq, işlərinin yolunda getməməsi səbəbindən pulu geri qaytara bilməmişdir. Hazırda isə həmin borcdan 4.000 manatını Zərərçəkmiş şəxs2 ödəmiş və qalan borcunu da ödəyəcəkdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq imzalanmış və məhkəməyə təqdim edilmiş 01 Sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs3 ona olan 18 min manat borcundan 4.000 manatını nağd şəkildə ona ödədiyini qeyd etmişdir. Göründüyü ki, Təqsirləndirilən şəxs3 ifadəsində 18 min manat pulu dələduzluq niyyəti ilə almaması, həmin pulu məhz borc məqsədi ilə alması barədə qeyd etdiklərini, həm zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri, həm də yuxarıda göstərilən Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq imzalanmış və məhkəməyə təqdim edilmiş, borcun müəyyən hissəsinin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli qəbz təsdiq edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətəuyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. X19 5-ci bəndinə əsasən, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. X19 27-ci bəndində qeyd edilmişdir ki, əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Beləliklə, məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 10 ünvanında yerləşən tanışı Zərərçəkmiş şəxs1 məxsus evin həyətində biznes fəaliyyətini həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 aldığı 18000 (on səkkiz min) manat məbləğində pulu borc məqsədi ilə almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X21rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bir neçə cinayət törətməkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. AR CPM-in 42.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməlində AR CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından, AR CPM-in 42.1.1-ci maddəsinə əsasən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. (cild 01, iş vərəqə 243-245) İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunurlar. (cild 02, iş vərəqə 174-176) İş materiallarında olan AR Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən 52055 manat məbləğində mənimsənilmiş pul vəsaiti "xxxx" MMC-yə ödənildiyindən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı şikayət, tələbləri yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X15 olmaqla iki azyaşlı övladı vardır. (cild 03, iş vərəqə 48) İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2006-cı il təvəllüdlü X7 olmaqla bir yetkinlik yaşına çatmayan övladı vardır. (cild 03, iş vərəqə 75) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2007-ci il təvəllüdlü X11 olmaqla bir yetkinlik yaşına çatmayan övladı vardır. (cild 03, iş vərəqə 95) İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, Təqsirləndirilən şəxs3 üçüncü dərəcəli əlildir. (cild 03, iş vərəqə 96) İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, Təqsirləndirilən şəxs3 arvadı X9 üçüncü dərəcəli əlildir. (cild 03, iş vərəqə 97) Məhkəmə AR Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, AR CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ondan şikayət tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə AR CM-in 179.3.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə AR Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, müsbət xarakterizə olunmasını, AR CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ondan şikayət tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə AR CM-in 179.3.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə AR Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs3 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, müsbət xarakterizə olunmasını, AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ondan şikayət tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, onlar, AR CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli öz qulluq səlahiyyətlərindən istifadə etməklə törətdiklərindən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, onlara AR CM-in 179.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən həmçinin müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələrinin sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı, AR CM-in 66.4-cü maddəsinə əsasən əlavə cəzalar qismən toplanılaraq əsas cəzaya birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2-ci maddələrinin sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı, AR CM-in 66.4-cü maddəsinə əsasən əlavə cəzalar qismən toplanılaraq əsas cəzaya birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərlərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə həbsdən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 45-46; 152-153) İş materiallarında olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vərəqə 68) İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş və o, həbsdən azad edilmişdir. (cild 01, iş vərəqə 163-166) İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 167-168) Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, həmçinin, Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət hesaba alınmamalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 03, iş vərəqə 76-77) Məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və onların barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona qəti olaraq, 02 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona qəti olaraq, 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar