Məhkəmə qərarları › İş №1(101)-860/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-860/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-860/2023 30.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Verdiktum” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 1 fevral 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Favorit” marketin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini 20 manat müqabilində əldə edib saxlayaraq daşımış, həmin gün saat 21:00-da Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 283 saylı tam orta məktəbin yaxınlığında olarkən Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilərək saat 22:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qızılı falqaya bükülmüş təmiz çəkisi 2,114 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 283 saylı tam orta məktəbin qarşısında olan zaman saat 21:00 radələrində polis əməkdaşları onu saxlayaraq avtomobilə mindirib polis bölməsinə gətirmişlər. Polis bölməsində təzyiq altında olduğu üçün təqdim edilmiş sənədlərə oxumadan imza etmişdir. Tutulmazdan əvvəl narkotik vasitələrdən istifadə etsə də, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitələrdən sonuncu dəfə tutulmazdan 2 ay əvvəl istifadə etmiş, həmin maddələri tanışları vasitəsilə almışdır. Yaxın dostları onun narkotik vasitələrdən istifadə etdiyini bilməmişlər. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış, “Favorit” marketin yaxınlığında saxlanılmamışdır. Onu 5 nəfər polis əməkdaşı saxlamış, saxlanılan zaman və avtomobildə olarkən ona fiziki təzyiq göstərilmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmasa da, təzyiq göstərildiyindən 0,2 qram narkotik vasitənin üzərində olduğunu demişdir. Atası narkotik vasitələrdən istifadə etməsindən şübhələnmişdir. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmiş, müdafiəçisi olmadan üzərinə şəxsi axtarış keçirilməsi barədə ərizə yazmamışdır. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirildikdən sonra ona müdafiəçi təqdim edilmişdir. Bir az əvvəl sərbəst ifadə verərkən səhvən saat 21:00 radələrində saxlanıldığını bildirmiş, lakin o, saat 18:30 radələrində saxlanılmışdır. Saxlanılan zaman üzərində qeyri-qanuni əşya olmamışdır. Saxlanılan zaman fiziki təzyiqlərə məruz qalmış, lakin bu barədə heç bir dövlət orqanına şikayət etməmişdir. Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilməyinə ehtiyac olmadığını deməmiş, xəsarətlərinin qeyd edilib-edilməməsini bilməmişdir. Videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmazdan 15-20 dəqiqə əvvəl adını xatırlamadığı polis əməkdaşı narkotik vasitəni onun sağ yan cibinə qoymuşdur. Polis əməkdaşları təzyiq etdiyindən adını bilmədiyi şəxsdən 20 manat müqabilində “kakos” deyilən narkotik vasitə aldığını və həmin narkotik vasitəni daha sonra öz şəxsi istifadəsi üçün əynində olan şalvarının sağ yan cibinə qoyaraq saxladığını videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman bildirmişdir. Bundan əvvəl bir neçə dəfə polis əməkdaşları tərəfindən narkotik vasitə istifadə etdiyi üçün saxlanılmışdır. Narkotik vasitələri tanışları vasitəsilə əldə etmiş, şəxsi axtarış zamanı cibinə narkotik vasitə qoyan polis əməkdaşının adını xatırlamamışdır. Polis əməkdaşları onu saxlayanda və bölmədə olarkən bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmuşlar. Müstəntiqə ifadə verən zaman polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə bildirsə də, müstəntiq tərəfindən protokola qeyd edilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmiş, onu saat 19-20 radələrində 4 nəfər polis əməkdaşı saxlamış, həmin vaxt üzərində narkotik vasitə olmamış, ona bölmədə psixoloji təzyiq göstərmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, bir neçə müddətdir ki, müxtəlif tanımadığı şəxslərdən müəyyən pul müqabilində “kakos” adlı narkotik vasitə olan heroin alıb istifadə edir. 26 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Favorit” marketin yaxınlığında olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat müqabilində “kakos” deyilən narkotik vasitə almış və həmin narkotik vasitəni daha sonra özü istifadə etmək məqsədi ilə əynində olan şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. Həmin gün, yəni 26 sentyabr 2022-ci il tarixdə saat 21:00da Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 283 saylı tam orta məktəbin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün onu Binəqədi RPİ-nin 5-ci PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 5-ci PBnin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd qızılı falqaya bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş “kakos” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqə 76-79). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik maddələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə bölmənin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 26 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİnin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılaraq həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 283 saylı tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs yerini müəyyən edib ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirərək onu Binəqədi RPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Polis bölməsində olan zaman təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd qızıl rəngli falqaya bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs Şahid1la birlikdə saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsi saxladıqları vaxtı dəqiq bilməmiş, lakin onu hava qaranlıq olanda saxlamışlar. Təqsirləndirilən şəxs bu hadisədən 3-4 ay əvvəl də saxlamışlar, lakin həmin vaxt araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs xidmət etdiyi ərazinin sakinidir. Təqsirləndirilən şəxs bu hadisədən 3-4 ay əvvəl saxlanılması sənədləşdirilmiş, yəni onu bölməyə gətirən zaman bölmə rəisinə raportla müraciət edilmiş və “polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında müvafiq qeydlər aparılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilib-edilməməsini xatırlamamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 110-112). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd qızılı rəngli falqaya bükülmüş içərisində narkotik vasitə heroin olan bükülü aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 30-33). Cinayət işinin materiallarında olan “videoyazıya baxış keçirilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd qızılı rəngli falqaya bükülmüş bükülünü təqdim etmişdir (cild 1, iş vərəqə 80). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 6/5532 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 174 nömrəli” dairəvi möhür əksi və “...şübhəli şəxs-imza, iştirakçılar üç-imza, tərtib etdi:E.Tanarverdiyev-imza...” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 2,114 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,114 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,064 qram, cild 1, iş vərəqə 49-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 9 dekabr 2022-ci il tarixli 7492 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 118-119). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 9 dekabr 2022-ci il tarixli 3288 nömrəli rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 121-122). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 20 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinəsi zamanı bədəninə baxış keçirilərkən xəsarət aşkar edilməmiş, sol bazu və kürək nahiyəsində dəri piqmentasiyası müşahidə edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan 16 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,064 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 123-127). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 117). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 92-97). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,064 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,064 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar