Məhkəmə qərarları › İş №1(101)-860/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-860/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-860/2024 09.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili X7 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi, ev 86-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki az yaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Səyid adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Səyid adlı şəxsin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı sonuncunun qeyd etdiyi ünvandan götürüb özlərində saxlamaqla və sonradan daşıyıb digər şəxslərə çatdırılması üçün müxtəlif ünvanlara yerləşdirmək barədə verdiyi təlimatına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 8063,65 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı cinayətin digər naməlum iştirakçısı tərəfindən Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində qoyulduğu yerdən əldə etmək üçün 21 fevral 2023-cü il tarixdə saat 23 radələrində taksi fəaliyyəti ilə məşğul olan Şahid5 idarə etdiyi “Toyota Prius” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə özlərinin məqsədini və niyyətini sürücü Şahid5 gizli saxlamaqla Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi ərazisindən Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisinə getdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən ərazidə Ələt qəsəbə məscidinin yaxınlığında yol kənarında sərnişini olduqları həmin taksi avtomobilini müvəqqəti tərk edib İran İslam Respublikasının vətəndaşı Səyid adlı şəxsin təlimatı üzrə cinayətin digər naməlum iştirakçısı tərəfindən həmin yaxın ərazidə istintaqa dəqiq məlum olmayan tarixdə, vaxtda və şəraitdə yerləşdirilmiş, içərisində yuxarıda qeyd edilən narkotik vasitə olan 01 ədəd ağ rəngli torbanı satış məqsədi ilə qanunsuz əldə edərək torbadakı qurudulmuş marixuananın 26,96 qram təmiz çəkidə olan hissəsini Təqsirləndirilən şəxs2, 19,69 qram təmiz çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs1 öz üzərində götürüb saxlamış, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitənin 8017 qram təmiz çəkidə qalan hissəsinin olduğu həmin 01 ədəd ağ rəngli torbanı özləri ilə daşıyaraq sürücü Şahid5 xəbəri və məlumatı olmadan, sonuncunun idarə etdiyi və sərnişin olduqları həmin “Toyota Prius” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin salonuna yerləşdirdikdən sonra həmin avtomobillə Bakı şəhəri istiqamətində geri qayıdarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə əvvəldən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 22 fevral 2023-cü il tarixdə saat 00:15-də DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Astara-İran sərhədi yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyində yerləşən stasionar postu yaxınlığında sərnişini olduqları həmin “Toyota Prius” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin salonunda saxlanılmış, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sürücü Şahid5la və onun idarə etdiyi həmin taksi avtomobili ilə birlikdə ünvan 3 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirilməklə orada 22 fevral 2023-cü il tarixdə saat 02:10-dan etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə qurudulmuş marixuananın 26,96 qram təmiz çəkidə olan hissəsi Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd polietilen bükümdə, 19,69 qram təmiz çəkidə olan hissəsi Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd polietilen bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətinə yerləşdirilmiş həmin Toyota Prius markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22 fevral 2023-cü il tarixdə saat 03:25-dən etibarən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sürücü Şahid5 razılıqları və iştirakları ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitə qurudulmuş marixuananın qalan 8017 qram təmiz çəkidə olan hissəsi ayrı-ayrılıqda təmiz çəkiləri 1217 qram, 1267 qram, 1566 qram, 1398 qram, 1246 qram və 1323 qram olmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin avtomobilin salonunda arxa oturacağın üzərindən götürüb təqdim etdikləri həmin 01 ədəd ağ rəngli torbanın içərisindəki 06 ədəd polietilen bağlamalarda aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız üzərindən 26,96 qram qurudulmuş marixuananın şəxsi istifadəsi üçün əldə etməsində və daşımasında təqsirli bilir. Belə ki, o, İİR-sı vətəndaşı Səid adlı şəxsə məhz bu məbləğdə marixuana sifariş vermiş, həmin marixuananı Səidin telefonuna atdığı konum əsasında dostu Təqsirləndirilən şəxs1la birlikdə taksi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə gedərək konumda göstərilən yerdən, qəbirstanlıqdan daşın böyründən götürüb üzərində saxlamışdır. Həmin marixuanaya görə iranlı Səidə 120 manat pul ödəmişdir. Əvvəllər də narkotik vasitə marixuananı Bayıldan və başqa yerlərdən pul ödəməklə əldə edirdi. Həmin marixuanadan Təqsirləndirilən şəxs1 bir şey verməmiş, həmçinin taksi maşınında marixuananın olub-olmamasını bilməmiş, maşında ona aid heç bir şey olmamışdır. Maşından aşkar olunmuş bağlamanı polis əməkdaşları döyərək onun boynuna qoymuşlar. Onu döyən polis əməkdaşlarını tanımır, polislər onu döyməklə bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirmiş, lakin o, bununla bağlı heç bir orqana müraciət etməmiş, İT-da tibbi müayinə zamanı döyülməsi ilə bağlı heç bir şikayət etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2la Bayıl qəsəbəsində yaşamaqla bir-birilərini tanıyırlar. O da, Təqsirləndirilən şəxs2 da narkomandır, hər ikisi nəşədən istifadə etmişlər. Çox vaxt narkotik vasitəni bir yerdə qəbul etmişlər. Onda narkotik olduğu zaman Kənanla bölüşür, Kənanda olduğu zaman isə onunla bölüşmüşdür. 21 fevral 2023-cü il tarixdə axşam saat təxminən 22 radələrində Kənan ona mobil telefonla zəng edib bildirmişdir ki, təcili görüşmək istəyir, o bu zaman narkotikdən ağrılı vəziyyətdə olduğu üçün, yəni narkotik istifadə etmək istədiyi üçün Kənanla Bayıl dairəsi adlanan yerdə görüşmüşdür. Kənan ondan pulu olmasını soruşmuş, o da bildirmişdir ki, 15 manat pulu vardır. Bundan sonra Kənan kartdan pul çıxarıb bir taksi tutub narkotik əldə etmək üçün Lökbatana gedəcəklərini demişdir. Bundan əvvəl də bir neçə dəfə Kənanla taksi ilə Lökbatana gedib narkotik vasitələri zakladka olan yerlərdən götürmüşlər. Təsadüfi bir taksi ilə Ələt qəsəbəsinə deyilən yerə ge getmişlər. Orada Kənan maşını saxlatdırmış, maşından çıxıb harasa getmiş, o da maşından düşərək ayaqyoluna getmiş, sonra qayıdıb maşında oturmuşdur. Bir müddət sonra Kənan da qayıdıb maşında əyləşmişdir. Maşınla geri qayıtdıqları zaman Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postuna çatdıqda iki yük maşını yolda tıxac yaratdıqları üçün onların olduqları maşın da tıxacda dayanmışdır. Bu zaman bir neçə nəfər mülki geyimli şəxslər onların olduğu avtomobilə yaxınlaşmış, sürücüdən, ondan və Kənandan salondan düşməyi xahiş etmişlər. Onlar salondan yerə düşmüş, polis əməkdaşları onu öz maşınlarına mindirərək BMCMİ-yə aparmışlar. Onun üzərində həmin vaxt hər hansı qanunsuz əşya olmamışdır. Kənanın üzərində hər hansı qanunsuz əşyanın olub-olmamasını bilmir, Kənanın maşina hər hansı bir əşya qoymasını görməmişdir. Maşında adlarını bilmədiyi polis əməkdaşları ona bədənin açıq olmayan nahiyyələrinə zərbə endirmiş, ona psixoloji təzyiqlər etmişlər. Bunun nəticəsində idarədə polislərin üzərinə qoyduqları 20 qrama yaxın nəşənin özünə məxsus olmasını boynuna almış və təhqiqatçıya təqdim etmişdir. Gəldikləri taksi maşınında 6 bükümdə olan 8 kq-a yaxın nəşədən, yəni qurudulmuş marixuanadan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 verdiyi ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 əlavə ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1la narkotik vasitə marixuananı götürmək üçün Ələt qəsəbəsində qəbirstanlığın yanında taksidən düşüb iranlının qoyduğu yerdən 27 qrama yaxın qurudulmuş marixuana olan bükümü götürüb maşina qayıtmışdır. Həmin marixuanadan Təqsirləndirilən şəxs1 heç nə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, 21 fevral 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq qanunsuz şəkildə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri və Bakı şəhərinin Qaradağ rayonu ərazisində bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, ondan və həmkarları Şahid2, Şahid3. Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik özünə həvalə olunmuşdur. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 22 fevral 2023cü il tarixdə saat 00:15-də Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə aid stasionar postun yaxınlığında təqsirləndirilən şəxslərin olduqları Toyota Prius markalı taksi avtomobili saxlanılmış, həmin şəxsləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Taksini isə sürücüsü idarə edərək avtomobili idarənin inzibati həyətində saxlayaraq açarını özündə saxlamışdır. İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabova təhvil vermişlər. Sonuncu müdafiəçilər dəvət etmiş və müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxslərin üzərinə və nəqliyyat vasitəsinə baxış keçirmişdir. Hər iki baxışda o və həmkarları iştirak etmişlər. Üzərlərinə baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatını və bir ədəd plastik bank kartını könüllü olaraq çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılıb içinə baxılmış və içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər, spesifik iyli yaşıl kütlə olduğu müəyyən edilmiş, həmin kütlə elə büküm halında elektron tərəziyə qoyulub çəkilmiş, sonra götürülüb zərfdə qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 mobil telefonu və bank kartı da iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və sonuncu əynindəki qara şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütləni, həmçinin özünə məxsus “Samsung” markalı mobil telefonunu və bir ədəd plastik bank kartını könüllü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər, spesifik iyli yaşıl kütlə olduğu müəyyən edilmiş, həmin kütlə də elə büküm halında elektron tərəziyə qoyulub çəkilmiş və götürülüb zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 mobil telefonu və bank kartı da iş üzrə əhəmiyyət kəsb edəcəyinə görə götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, qeyd edilən narkotik maddələri İran İslam Respublikasının vətəndaşı Səyid adlı şəxsin ona göndərdiyi konum vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs1la birlikdə tanımadıqları taksi ilə Ələt qəsəbəsinə gedib həmin narkotiki götürərək həmin taksi ilə oradan qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, üzərlərində olan narkotik vasitələrdən savayı gəldikləri taksi maşınının salonunda qoyduqları torbada marixuananın qalan hissəsi qalmış, onu təqdim edə bilərlər. Üzərlərinə baxış istintaq hərəkəti yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onların vəkillərinin, eləcə də sürücü Şahid5 razılıqları və iştirakları ilə Toyota Prius markalı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, təhqiqatçı Yelmar Vahabovun təklifi ilə sürücü Şahid5 özündə olan pult-açarla avtomobili açıb baxışa təqdim etmişdir. Avtomobilin salonunda arxa oturacaqda bir ədəd içi dolu ağ torba aşkar edilərək götürülmüşdür. Həmin torba elektron tərəziyə qoyularaq çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 səmimi şəkildə bildirmişdir ki, həmin narkotik vasitə bağlamaları olan torbanı elə tanışı Alışanla birgə 21 fevral 2023-cü il tarixdə Ələt qəsəbəsinə gedərək İran İslam Respublikasının vətəndaşı Səyid adlı şəxsin ona əvvəldən dediyi yerdən götürmüşlər, iranlı Səyidin sözü ilə həmin narkotik maddəni sonradan onun deyəcəyi hansısa ünvanlara aparıb qoymaq fikrində olmuşdur, bu işi görmək müqabilində Səyid ona 1000 manat pul verəcəyini vəd etmişdir, narkotiki götürməyə özü ilə birgə getməsinə görə tanışı Alışana şəxsi istifadəsi üçün narkotik maddə vermişdir. Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanmışdır, onların heç biri ilə ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid1 21 fevral 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ rayonu ərazisində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyüyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında keçirilmiş tədbir nəticəsində la bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 22 fevral 2023-cü il tarixdə saat 00:15-də Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə aid stasionar postun yaxınlığında onların olduqları Toyota Prius markalı taksi avtomobili saxlanılmış, həmin şəxsləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Taksini isə sürücüsü idarə edərək avtomobili idarənin inzibati həyətində saxlayaraq açarını özündə saxlamışdır. İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabova təhvil vermişlər. Sonuncu müdafiəçilər dəvət etmiş və müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxslərin üzərinə və nəqliyyat vasitəsinə baxış keçirmişdir. Hər iki baxışda o və həmkarları iştirak etmişlər. Üzərlərinə baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatını və bir ədəd plastik bank kartını könüllü olaraq çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılıb içinə baxılmış və içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər, spesifik iyli yaşıl kütlə olduğu müəyyən edilmiş, həmin kütlə elə büküm halında elektron tərəziyə qoyulub çəkilmiş, sonra götürülüb zərfdə qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 mobil telefonu və bank kartı da iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və sonuncu əynindəki qara şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütləni, həmçinin özünə məxsus “Samsung” markalı mobil telefonunu və bir ədəd plastik bank kartını könüllü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər, spesifik iyli yaşıl kütlə olduğu müəyyən edilmiş, həmin kütlə də elə büküm halında elektron tərəziyə qoyulub çəkilmiş və götürülüb zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 mobil telefonu və bank kartı da iş üzrə əhəmiyyət kəsb edəcəyinə görə götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, qeyd edilən narkotik maddələri İran İslam Respublikasının vətəndaşı Səyid adlı şəxsin ona göndərdiyi konum vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs1la birlikdə tanımadıqları taksi ilə Ələt qəsəbəsinə gedib həmin narkotiki götürərək həmin taksi ilə oradan qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, üzərlərində olan narkotik vasitələrdən savayı gəldikləri taksi maşınının salonunda qoyduqları torbada marixuananın qalan hissəsi qalmış, onu təqdim edə bilərlər. Üzərlərinə baxış istintaq hərəkəti yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onların vəkillərinin, eləcə də sürücü Şahid5 razılıqları və iştirakları ilə Toyota Prius markalı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, təhqiqatçı Yelmar Vahabovun təklifi ilə sürücü Şahid5 özündə olan pult-açarla avtomobili açıb baxışa təqdim etmişdir. Avtomobilin salonunda arxa oturacaqda bir ədəd içi dolu ağ torba aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər özləri bildirmişlər ki, maşında olan narkotiki bir gün əvvəl əldə etmişlər, həmin narkotik maşında olmuşdur. Onu da bildirir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiqlər olmamış, onlara qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs2 və Alışan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, Bakı şəhərinin Qaradağ rayonu ərazisində satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasənda əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, rəhbəri Şahid1 olmaqla, ondan, həmkarları Şahid2 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, bu təqsirləndirilən şəxslərin barəsində 22 fevral 2023-cü il tarixdə saat 00:15-də Bakı şəhəri Qaradağ rayonu ərazisindən olan Baş Dövlət Yol Polisi İdarəsinin postunda Kənan və Alışanan olduqları Toyota Prius markalı taksi avtomobili saxlanılmış, həmin şəxsləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Taksini isə sürücüsü idarə edərək avtomobili idarənin inzibati həyətində saxlayaraq açarını özündə saxlamışdır. İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabova təhvil vermişlər. Sonuncu müdafiəçilər dəvət etmiş və müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxslərin üzərinə və nəqliyyat vasitəsinə baxış keçirmişdir. Hər iki baxışda o və həmkarları iştirak etmişlər. Üzərlərinə baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatını və bir ədəd plastik bank kartını könüllü olaraq çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılıb içinə baxılmış və içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər, spesifik iyli yaşıl kütlə olduğu müəyyən edilmiş, həmin kütlə elə büküm halında elektron tərəziyə qoyulub çəkilmiş, sonra götürülüb zərfdə qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 mobil telefonu və bank kartı da iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və sonuncu əynindəki qara şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütləni, həmçinin özünə məxsus “Samsung” markalı mobil telefonunu və bir ədəd plastik bank kartını könüllü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər, spesifik iyli yaşıl kütlə olduğu müəyyən edilmiş, həmin kütlə də elə büküm halında elektron tərəziyə qoyulub çəkilmiş və götürülüb zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 mobil telefonu və bank kartı da iş üzrə əhəmiyyət kəsb edəcəyinə görə götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, qeyd edilən narkotik maddələri İran İslam Respublikasının vətəndaşı Səyid adlı şəxsin ona göndərdiyi konum vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs1la birlikdə tanımadıqları taksi ilə Ələt qəsəbəsinə gedib həmin narkotiki götürərək həmin taksi ilə oradan qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, üzərlərində olan narkotik vasitələrdən savayı gəldikləri taksi maşınının salonunda qoyduqları torbada marixuananın qalan hissəsi qalmış, onu təqdim edə bilərlər. Üzərlərinə baxış istintaq hərəkəti yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onların vəkillərinin, eləcə də sürücü Şahid5 razılıqları və iştirakları ilə Toyota Prius markalı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, təhqiqatçı Yelmar Vahabovun təklifi ilə sürücü Şahid5 özündə olan pult-açarla avtomobili açıb baxışa təqdim etmişdir. Avtomobilin salonunda arxa oturacaqda bir ədəd içi dolu ağ torba aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, təqsirləndirilən şəxsləri 21 fevral 2023-cü il tarixdə saat təxminən 23 radələrində taksi kimi idarə etdiyi «Toyota Prius» markalı avtomaşına mindirdiyi vaxt tanımış, bu şəxsləri onun maşınına «Uber» taksi şirkətindən gəldiyi sifariş əsasında Bayıl qəsəbəsindən götürüb Ələt qəsəbəsinə aparmışdır. Bu şəxslər onun maşınına mindikdə əllərində hər hansı bir əşya olmamışdır. Ələt qəsəbəsində məscidin yanında bu şəxslər düşmüş, lakin ondan onları gözləmələrini xahiş etmişlər və o onları gözləmişdir. Sadəcə qayıdıb gəlmələrini gözləmişdir. Təxminən 2-3 dəqiqə ərzində həmin şəxslər bir-birindən 2-3 saniyə fərqi ilə qayıdıb gələrək yenidən onun taksi avtomobilinə hərəsi öz əvvəlki yerinə əyləşmiş, əyləşən kimi də hər ikisi «sür gedək» deyə bildirmişlər. Qayıdıb avtomobilə əyləşəndə də özü onlarda nə isə şübhəli bir hərəkət hiss etməmiş, çünki heç fikir verməmişdir. Avtomobili üzü Bakı şəhər istiqamətində hərəkətə gətirməklə sürməyə başlamışdır. Bakı şəhər istiqamətində 10-15 dəqiqə ərzində təxminən 5-10 kilometr məsafə qət etmişdir ki, artıq 22 fevral 2023-cü il tarixə keçən gecə saat 01-ə 15 dəqiqə işləyərkən Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postuna çatdıqda irəlidə yolda bir neçə avtomobil həmin postda tıxaclanıb dayandığı üçün özü də avtomobilinin sürətini tam azaltmış və saxlamışdır. Elə həmin ərəfədə bir neçə nəfər mülki geyimli şəxslər onun avtomobilinə yaxınlaşmış və ondan, eləcə də avtomobilin salonunda olan həmin Kənan və Alışan adlı sərnişinlərdən salondan düşməyi xahiş etmişlər. Əvvəlcə özü nə baş verdiyini heç bilməmiş və salondan düşmüş, həmin mülki geyimli şəxslərin sözü ilə qabaq sağ oturacaqda olan Alışan adlı şəxs də salondan düşmüş, həmçinin salonda arxada əyləşmiş Kənan adlı şəxs oturduğu yerdən düşəndə bir də görmüşdür ki, onun yanında arxa oturacaqda, düz elə sürücü oturacağının arxa tərəfində içi dolu iri bir ağ torba var. Mülki geyimli şəxslər özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Özü yenə də nə baş verdiyini başa düşməmiş, polis əməkdaşları həmin sərnişin şəxslərdən anket məlumatlarını soruşmuş, onlar da özlərini təqdim etmişlər. Polis əməkdaşları Kənan və Alışan adlı şəxslərin qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olduqları və taksi avtomobilində narkotik maddə daşımaları barədə məlumat olduğunu, əməliyyat-axtarış tədbiri keçirildiyini bildirib bu barədə qərarı onlara elan etmişlər. Həmçinin Kənan və Alışan adlı şəxslərdən bu barədə soruşduqda onlar da etiraf edib üzərilərində narkotik maddə olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onların hamısını Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib aparmış, eləcə də özünün idarə etdiyi taksi avtomobilini elə salonunda arxa oturacağı üzərindəki içi dolu ağ torba qalmaqla həmin idarəyə aparmışlar və orada idarənin həyətinə yerləşdirilmişdir. Həmin idarədə Kənan və Alışan adlı şəxslərlə sənədləşmə işi aparılacağı bildirilmiş, bir müddət sonra isə elə gecə yarı saatlarında özünün razılığı və iştirakı ilə, həmçinin Kənan və Alışan adlı həmin tutulmuş şəxslərin və onların vəkilləri olan şəxslərin, eləcə də polis əməkdaşlarının iştirakları ilə özünün Toyota Prius markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı polis əməkdaşlarının təklifi ilə özündə olan pult-açarla avtomobilini açmış, Kənan adlı şəxs isə polislərin təklifi ilə avtomobilin salonunda, ondan xəbərsiz arxa oturacaq üzərinə qoymuş olduğu içi dolu həmin bir ədəd ağ torbanı götürüb baxışa təqdim etmiş, həm Kənan adlı şəxs, həm də Alışan adlı şəxs polis əməkdaşlarına həmin torbada narkotik vasitə marixuana olduğunu etiraf etmişlər. Polis əməkdaşları hamının gözü qarşısında həmin ağ sellofan torbanın içərisinə baxış keçirmiş, belə ki torbanı boşaltmışlar, torbanın içərisindən altı ədəd polietilen bağlamalar aşkar edilmişdir. Polis əməkdaşları həmin bağlamaları da açıb baxmışlar, hər bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl kütlələr aşkar olunmuşdur. Polis əməkdaşları həmin yaşıl kütlə bağlamalarını elə həmin ağ torbaya yığıb elektron tərəziyə qoyaraq çəkilərini də müəyyən etmişlər, sonra isə götürüb qablaşdırmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməlləri üzrə təqsirli olmaları qismən olaraq öz ifadələri, şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması” haqqında, həmçinin avtomobilə baxış və götürmə aparılması haqqında 22 fevral 2023-cü il tarixli protokollara və onlara əlavə edilmiş proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 22 fevral 2023-cü il tarixdə saat 00:15-də DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Astara-İran sərhədi yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyində yerləşən stasionar postu yaxınlığında sərnişini olduqları, Şahid5 idarə etdiyi Toyota Prius markalı **-EM-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin salonunda saxlanılmış, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sürücü Şahid5la və onun idarə etdiyi həmin taksi avtomobili ilə birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirilməklə orada 22 fevral 2023-cü il tarixdə saat 02:10-dan etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd polietilen bükümdə təxmini çəkisi 34 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, həmçinin Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd polietilen bükümdə təxmini çəkisi 26 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təhqiqaçının suallarına cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İİR-sı vətəndaşı olan “Səyid” adlı şəxsin vasitəsi ilə 21 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitəni deyilən ünvanlara qoyacağı halda “Səyid” ona 1000 (min) pul verəcəkdi, taksi kimi istifadə etdikləri “Toyota Prius” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik maddə olduğunu və onu təqdim edə biləcəyini bildirmişdir. Öz növbəsində təhqiqatçının suallarına cavab verən Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs2 onunla birlikdə narkotik vasitəni götürməyə getdiyindən istifadəsi üçün verdiyini, heç kimə narkotik vasitə satmadığını, taksi kimi istifadə etdikləri “Toyota Prius” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik maddə olduğunu, narkotik maddəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətinə yerləşdirilmiş həmin “Toyota Prius” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22 fevral 2023-cü il tarixdə saat 03:25-dən etibarən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sürücü Şahid5 razılıqları və iştirakları ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin avtomobilin salonunda arxa oturacağın üzərindən götürüb təqdim etdikləri 01 ədəd ağ rəngli torbanın içərisindən 06 ədəd polietilen bağlamalarda ümumilikdə təxmini çəkisi 8 kiloqram 235 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Eləcə də, şəxsi axtarış prosesi zamanı Təqsirləndirilən şəxs2 üzərindən onun istifadəsində olmuş içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatı və “Unibank”a aid 01 ədəd Leobank plastik kartı, Təqsirləndirilən şəxs1 üzərindən onun istifadəsində olmuş içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatı və “Kapital Bank”a aid 01 ədəd Birbank plastik kartı aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 22 fevral 2023-cü il tarixli 7/270 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim etdiyi....” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 06 (altı) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1217 qram, 1267 qram, 1566 qram, 1398 qram, 1246 qram və 1323 qram; üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi....” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 19,69 qram və üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi....” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 26,96 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 8063,65 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin ekspert rəyinə əsasən ümumi çəkisi 8063,65 qram olan marixuananın 0,8 qramı tədqiqata sərf edildikdən sonra qalıq 8062,85 qram marixuana qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli 2259 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinin təsviri hissəsinə əsasən, məcburi narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs2 əvvəllər özünün bir dəfə psixotrop maddə metamfetamindən və 4-5 il əvvəl güclü təsiredici dərman preparatı olan tramadol həblərindən daxilə qəbul etmə yolu ilə istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli 2257 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinin təsviri hissəsinə əsasən, məcburi narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs1 özünün 10 ildir ki narkotik vasitə heroini və 3-4 ildir ki psixotrop maddə metamfetamini qatıb ineksiya yolu ilə istifadə etdiyini, narkotik vasitə olan metadon həblərindən istifadə etdiyini, narkoloji vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar Respublika Narkoloji Mərkəzində stasionar şəraitdə müalicə kursu aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçiriləsi haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Samsung Galaxy A20s” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara ibtidai araşdırma zamanı baxış keçirilmişdir. Cinayət işinin materialları tədqiq edilməklə keçirilən baxış zamanı “Samsung Galaxy A20s” markalı mobil telefon aparatının yaddaşında həm “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində, həm də “Kontaktlar” bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 930 361 3508 saylı mobil nömrə istifadəçisinin “seyi.serdari” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “seyi.serdari” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi ilə 21 fevral 2023-cü il tarixdə saat 20:36-dan 22 fevral 2023cü il tarixdə saat 00:07-dək olan vaxt ərzində foto mesajların və SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Belə ki, “Samsung Galaxy A20s” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “seyi.serdari” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən 21 fevral 2023-cü il tarixdə saat 20:36-da “Salam” məzmunlu SMS mətninin, ardınca saat 21:37-də internet üzərindən mövcud ərazi, yaxud olduğu yer üzrə konkret ünvanı bildirən xəritəyə dair yönləndirilmiş SMS məlumatının, ardınca saat 21:59-da “?” durğu işarəsindən ibarət SMS-in, ardınca saat 22:50 və saat 22:56-da internet üzərindən mövcud əraziyə dair, yaxud olduğu yer üzrə konkret ünvanı bildirən yönləndirilmiş fotogörüntünün, həmin mesajlara cavab olaraq 21 fevral 2023-cü il tarixdə saat 23:04-də +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə naməlum avtomobilin salonunda hərəkətdə olmanı bildirən və qabaq alın şüşəsindən irəlidəki şose yolun görünüşünə dair fotogörüntünün, ardınca saat 23:36-da +98 930 361 3508 saylı mobil nömrə istifadəçisinin 01 dəfə buraxılmış səsli zənginə dair məlumatın, ardınca saat 23:37- 23:40 aralığında +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “Qardaş cavab veriyrsen”, “Alo”, “Ay da”, “Hay qaqa”, “Setan niya cixrsan” məzmunlu SMS mətnlərinin, ardınca saat 23:51-də +98 930 361 3508 saylı mobil nömrə istifadəçisinin 01 dəfə buraxılmış səsli zənginə dair məlumatın, ardınca saat 23:52-də +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən mobil telefonda qrafik-proqram təminatından istifadə edilməklə yaşıl ox işarəsi ilə işarələnmiş, torpaq sahəsi üzərində yığılmış mişar daşlarının yanında qoyulan ağ rəngli dolu kisəyə oxşar predmetin mövcud ərazidə olduğu yer üzrə konkret ünvanını bildirən fotogörüntüsünün, ardınca saat 23:53-23:57 aralığında “Tapdin”, “Tez ela”, “Gotur”, “Xebar de”, “Hay qaqa”, “Zarfat eliyrsen”, “Ne polisi”, “O mali” məzmunlu SMS mətnlərinin, həmin mesajlara cavab olaraq saat 23:58-də +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “Ne zarafat” məzmunlu SMS mətninin, ardınca saat 23:59-da +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “Qardaş zarfat elma 3 kilo ehmadida goy” məzmunlu SMS mətninin, buna cavab olaraq saat 23:59-da +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “Qardaşım bu nedi yarım meşok” məzmunlu SMS mətninin, həmin mesaja cavab olaraq saat 23:59-da +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “2 kilo nefcilara atrsan”, “8 9 kilo emanat olmalidi”, “Tez qed eva” məzmunlu SMS mətnlərinin, həmin mesajlara cavab olaraq saat 23:59-da +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “Nedide burda kola patı var” məzmunlu SMS mətninin, daha sonra 22 fevral 2023-cü il tarixdə saat 00:00- 00:01 aralığında +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “Qaqa sen ne eliyrsen baxlmalari dedim kimi dedim yerlara goyarsan”, “Neysadi”, “Tez cat ancax” məzmunlu SMS mətnlərinin, həmin mesajlara cavab olaraq saat 00:01-də +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “Ne vaxdı qoyum hara qoyaram” məzmunlu SMS mətninin, buna cavab olaraq saat 00:01-00:02 aralığında +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “3 kilo ehmadiya goy 2 kiloda nefcilara”, “qalanin sabah diycam”, “karti da at pol vorcam”, “zaglatgaya gora helalik 1000 voram” məzmunlu SMS mətnlərinin, buna cavab olaraq saat 00:02-00:03 aralığında +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “Menim kartıma 30. manat at taksiye verim”, “Vur” məzmunlu SMS mətnlərinin, buna cavab olaraq saat 00:03-də +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “Bayaxki karta” məzmunlu SMS mətninin, buna cavab olaraq saat 00:03-də +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “He” məzmunlu SMS mətninin, buna cavab olaraq saat 00:03-də +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “Yaxşi” məzmunlu SMS mətninin, buna cavab olaraq saat 00:03-də +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “Ok”, “İnşallah işdiyecik biz” məzmunlu SMS mətnlərinin, buna cavab olaraq saat 00:04-də +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “İnwallah”, “Cat”, “Ehmadliya”, “Hel eliyrem” məzmunlu SMS mətnlərinin, həmin mesajlara cavab olaraq saat 00:04-də +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “Pulu at karta rahatçılıq oçsum”, “Olsun” məzmunlu SMS mətnlərinin, buna cavab olaraq saat 00:05-də +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “Yaxşi zeng ela mena”, “Tecili” məzmunlu SMS mətnlərinin, həmin mesaja cavab olaraq saat 00:06-da +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “Taksideyem danışa bilmirem düşüm eve ayrım nedi ne deyil görüntülü zeng edecem” məzmunlu SMS mətninin, buna cavab olaraq saat 00:07-də +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “Tamm sen gozdyram” məzmunlu SMS mətninin, həmin mesaja cavab olaraq saat 00:07-də +98 930 361 3508 saylı mobil nömrənin istifadəçisinə “Oldu” məzmunlu SMS mətninin, daha sonra isə saat 00:09-00:16 aralığında +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “Qaqa”, “Karti vorur ha polu”, “Abi”, “Setan cixmq”, “Seta ol”, “Camhatin mali bizdedi”, “Abi camhatin mali var orda”, “Vermalik”, “5 kilo camhatindi”, “Arxayinam sena”, “Qalani bizimdi”, “Qaqa setan cixdin”, “Seta qel”, “Hay qardaş” məzmunlu SMS mətnlərinin, ardınca saat 00:10-00:19 aralığında +98 930 361 3508 saylı mobil nömrə istifadəçisinin 6 dəfə buraxılmış səsli zənglərinə dair məlumatların, daha sonra saat 02:34-də +98 930 361 3508 saylı mobil nömrə istifadəçisi tərəfindən “Oras”, “Yedin mali”, “Seni tapcam” məzmunlu SMS mətnlərinin göndərilməsi və qeydə alınması faktlarından ibarət qarşılıqlı dialoq üzərində qurulmuş foto və SMS mətnlərinin mübadiləsi faktlarının mövcud olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilən foto və SMS mətnlərinin qeydə alındığı saat və dəqiqələr “Samsung Galaxy A20s” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində 1-12 rəqəmləri üzrə vaxtı ifadə edən əmsalla qeydə alınmışdır. (Məsələn : saat 22:50 – “axşam 10:50” kimi, saat 00:04 – “gecə 12:04” kimi qeyd olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A20s” markalı mobil telefon aparatının yaddaşında həm “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində, həm də “Kontaktlar” bölməsində “Alişan 91” adı altında qeydə alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli BKC/LGL-6806/23 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin X1 adına (şəxsiyyət vəsiqəsi № 03517600, qeydiyyat ünvanı : 1031,8, Füzuli rayonu Qarqabazar kəndi) "xxxx" MMC-də qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Cinayət işinin materialları tədqiq edilməklə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 14:56-da “Patini getirirler sen görsenme bidene gelsin gelirem” məzmunlu, həmin tarixdə saat 16:19-da “Zaklatqaya vurmuşam pulu deyir adresi atsin göturecik deyir narahat olma zad deyir gözleyirem eve girib. Cixsin” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 22:36-da “Patı yoxdu hələ” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 19:39-da “Kanan deyesen İnternet yoxdu sende. Brat sene pul vurum mene de götur de. Duzetim Men 20» məzmunlu, həmin tarixdə saat 19:40-da «Alinarsa yaz dene. Yiqma meni. İlkin yanimdadi danişa bilmirem. Yaz mene ya SMS ya da Vacap» məzmunlu, həmin tarixdə saat 19:41-də «Alinirsa. 20 20 atişaq Men sene pulu vurum Karta. Sen götur gelende gelim goruşey» məzmunlu, həmin tarixdə saat 19:43-də «Kanan mene bir söz dene bilim. Göture Bilisense 1 qr qötur bölerik. Kartiva 20 vurum» məzmunlu, həmin tarixdə saat 19:55-də «Qardaşimsan senen xayişim var İlkin bilmesin. Bir de pati var sende. Biraz verersen de. Patisiz hec ne başa düsmirem» məzmunlu, həmin nömrədən xx.xx.2022-ci il tarixdə saat 16:29-da «Bir uşaq var pulu var olur evde. Mene 1 qr lazimdi. 10 man pat. 50 man verirem. Alinar indi nese. Lazim olsa gelerem iş yerive göturerem» məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 01:47-də “4 qr qara 60, 8 M40 96, 3 patı 120 cəmi 276» məzmunlu, hazırki iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 03:46-da “40 man yaxin pul vermişəm pt nıda kolanı da narmalnı qoydur Kenan qadan alım» məzmunlu, həmin tarixdə saat 21:19-da «Narahat olma pulnu verirem bayağ kred dedim derd aldı sizi» məzmunlu, həmin tarixdə saat 21:23-də «Pulun miqdarini bilmək isteyirsense 6 man. 6 manati indi versem bu gün 40 manatin başını bağlıyıram» məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022ci il tarixdə saat 15:48-də “Qaqa 1 dene qram. 3 dene 05. bir denese 05 daş” məzmunlu, həmin nömrəyə xx.xx.2022-ci il tarixdə saat 01:45-də “4 qram qara 8 dene meti 3 qram da pati götür gel ne qeder edir yaz yazdıqlarım” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş, “Uber” taksi şirkəti ilə razılaşma əsasında “Toyota Prius» markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023cü il tarixdə saat 22:57-də 15 saniyə danışıq aparıldığına dair məlumatın qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hazırki iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 05:02-dən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı danışıqların, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 21:20-də 27 saniyə və saat 21:26-da 9 saniyə danışıqların aparıldığına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Eləcə də, cinayət işinin materialları tədqiq edilməklə CD diskdə olan məlumatlara keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ona məxsus “Samsung Galaxy A20s” markalı mobil telefon aparatının yaddaşında istifadəçisi “seyi.serdari” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 930 361 3508 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə arasında zənglər üzrə xx.xx.2023-cü il tarixdə saat 21:39-da 14 saniyə, həmin tarixdə saat 21:51-də 18 saniyə, həmin tarixdə saat 22:37-də 12 saniyə, həmin tarixdə saat 22:58-də 2 saniyə danışıqlar aparıldığına dair məlumatlar qeydə alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli AZF/LGL-6513/23 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Cinayət işinin materialları tədqiq edilməklə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 00:00-da “Pt kola var” məzmunlu, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 01:04-də “Sağol da dünən seher 4.5 verdiyin kolanı tereziye atdiq and olsun allaha 2.8 geldi şəklini də cəkdim. Getdim toydan yarimciq durub qacdim ağrıdan. pulum 4 manat” məzmunlu, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 01:12-də “Getrirem evdesen cixiram evden biraz da patim var bir yerde edek” məzmunlu, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 00:13-də “Ayqa pati kola nolar ki insulin de var teze 5 manatda var kontur yoxdu” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***- ***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 04:31-də “Gelim 5 lik pt ver” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 07:02-də “Mənəm Alişan” məzmunlu, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 06:47-də “Qaqa Alişandı bu tel papamındı işə aparir. Saat 9 da sene zeng vuracam telefonu acarsan saat 9 da» məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22:05-də “Var yoxnu s.....m kola patım var indi göturdum yarı birde patı” məzmunlu, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22:06-da “03 kola birde patı savetskiden geldim evdeyem 8 9 düzelt gözvün qabağinda bolum verim mən sen degiləm” məzmunlu, hazırki iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 03:45-03:46 aralığında “Catiram 6 man usta gile catiram orxan gilə narmalni elet 2 neferik balamın canı uşaq var olur 40 man yaxin pul vermişəm pt nida kolanida narmalnı qoydur Kenan qadan alım” məzmunlu, eləcə də həmin mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 21:19-21:23 aralığında “Narahat olma pulnu verirem bayağ kred dedim derd aldi sizi Pulun miqdarini bilmək isteyirsense 6 man. 6 manati indi versem bu gün 40 manatin başnı bağlıyiram” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022ci il tarixdə saat 04:39-da “Gozde bir nefer var pati demiwem. Alinsa bir yerde vurariq. Men desem gerayin yanina da olada deycem pati alib gelersen” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 04:56-da “10 manat ele at karta sen ol 1 dene cet qalib daw da var gel verim. 9 manat 90 qepik gondersen vermiyecem. istesen aparatdan yigarsan kodu deyim” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hazırki iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 05:02-dən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı danışıqların, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 21:20-də 27 saniyə və saat 21:26-da 9 saniyə danışıqların aparıldığına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şübhəli şəxsin tutulması haqqında” 22 fevral 2023-cü il tarixli protokollardan müəyyən olunur ki, həmin tarixdə müdafiəçilərin iştirakları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, məhkəmədə verdiyi izahatında Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməldə özünü təqsirli bilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, məhkəmədə verdiyi izahatında Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməldə özünü təqsirli bilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan xx.xx.2023-cü il tarixli 3-13-7/2-3115/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxladıqlarına, bu maddənin qanunsuz dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan Səyid adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, Səyid adlı şəxsin həmin narkotik vasitəni cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göndərdiyinə, sonuncuların narkotik vasitəni satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu maddəni qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmalarına və qanunsuz saxlamalarına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin Səyid adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin, həmçinin digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Tapşırıqla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq bildiriləcəkdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 21 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı ümumilikdə qalıq 8062,85 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin avtomobilə baxış və götürmə aparılması haqqında 22 fevral 2023-cü il tarixli protokollara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər, Təqsirləndirilən şəxs2 götürülmüş içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “Samsung Galaxy A20s” markalı mobil telefon aparatı və “Unibank”a aid 01 ədəd Leobank plastik kartı, Təqsirləndirilən şəxs1 götürülmüş “Kapital Bank”a aid 01 ədəd Birbank plastik kartı iş üzrə maddi sübutlar hesab edilmişdir. Narkotik vasitə 8062,85 qram marixuana DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy A 20S” markalı mobil telefon və “Unibank” a bir ədəd “Leobank” plastik kartı, Təqsirləndirilən şəxs1 məxsus “Kapital banka”a aid bir ədəd “Birbank” plastik kartı da saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. 2 ədəd DVD disk isə cinayət işində saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, o, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-1, 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, sonradan həmin cəzası Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 09 ay müddətinə azadləqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək, 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 04 gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 8 ay 26 gün müddətində azadlıqdan məhrum etmə cəzasının sonu məhkəməyə təqdim edilmiş arayışa görə xx.xx.2024-cü il tarix olduğu üçün o cəzasını çəkib qurtarmış və CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna ağır cinayətlərdən biri daxil olduğu üçün əvvəlki hökmlə təyin olunmuş cəza ilə hazırki iş üzrə təyin olunacaq cəza təmamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən qəti cəza müddətinə hesablanır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o evlidir, himayəsində üç azyaşlı uşağı olamaqla onlardan biri birinci qrup əlildir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmaları qismən özlərinin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxslərin üzərinə, həmçinin nəqliyyat vaitəsinə baxış və götürmə aparılması protokolları, bu baxışları özündə əks etidirən CD disklərə baxış protokolları, məhkəmə-bioloji ekspertizası rəyləri, həmin rəylərdə təqsirləndirilən şəxslərdən və nəqliyyat vasitələrindən götürülmüş narkotik vastlələrinin tərkiblərinə görə eyni olmaları barədə nəticə, təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı müdafiəçilərin iştirakı ilə verdiyi etirafedici ifadələri, təqsirləndirilən şəxslərin telefon danışıqlarına dair məlumatlar və işin digər materialları ilə bu şəxslərin qabaqcadan əldir olmaqla narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə birgə əldə etmələri, saxlamaları, daşımaları və bu vasitələrlə saxlanılmaları tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər bir yerdə taksi ilə narkotik vasitəni əldə etmək üçün hadisə günü Ələt qəsəbəsinə getmələrini, hər ikisinin narkotik vastitələr istifadəçisi olmalarını bildirsələr də, avtomaşında aşkar olunmuş 8 kq 63 qram 65 milliqram qurudulmuş marixuananın onlara məxsus olmaması barədə ifadələrinə tənqidi yanaşır, bu ifadələri həqiqətə uyğun olmayan, cinayət işinin digər material və sübutlarla təkzib olunan ifadələr kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyaclərı vardır. Belə olan halda hər iki təqsirləndirilən şəxsə narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşaqlarının olmaqla, birinin birinci qrup əlil olmasnı onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, digər Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8062,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, DVD disklər cinayət işinin materillarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A 20S” markalı mobil telefonu bu cinayət işindən ayrılmış cinayət işinə əlavə edilməklə telefonun Azərbaycan Respublkası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər «Güvən» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X7 müdafiə etmişdir. Digər Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi X7 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər «Güvən» Vəkil Bürosunun nəfinə, digər Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhər 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: 1.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin olunmuş 05 (beş) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 06 (altı) il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək, 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, tutulduğu 04 (dörd) müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi subutlar– Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8062,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, ctinayət işinin materiallarına əlavə edilmiş DVD disklər cinayət işinin materillarında saxlanılın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X7 üçün 240 AZN (iki yüz qırx manat) pul «Güvən» Vəkil Bürosunun, Müdafiəçi1 üçün isə 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhər 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar