Məhkəmə qərarları › İş №1(101)-860/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-860/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-860/2025 12.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1998-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2016 və 2019-cu il təvəllüdlü azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 01 radələrində ailəsi ilə birlikdə kirayə yaşadığı ünvan 3 ünvanında əri Zərərçəkmiş şəxs sərxoş halda evə gec gəlməsi səbəbindən ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncu əli ilə onun çənə və sinə nahiyyələrindən vurub sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra mənzilin yataq otağında Zərərçəkmiş şəxs yatdığına əmin olub, həmin gecə saat 04 radələrində qisas almaq niyyəti ilə mənzilin mətbəxindən zavod üsulu ilə hazırlanmış cib bıçağını götürüb, yataq otağına kecərək orada qəsdən öldürmək məqsədi ilə carpayı üzərində sərxoş vəziyyətdə yatmış olması ilə əlaqədar fiziki müqavimət göstərmək imkanını tamamilə itirərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi döş qəfəsi, qarın, boyun və digər nahiyələrinə həmin bıcaqla çoxsaylı zərbələr vuraraq sonuncuya həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən 2 ədəd, qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd, nazik bağırsağın, müsariqənin, ağ ciyərin deşilmiş-kəsilmiş yaraları və həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sol yan səthinin 1 ədəd daxilə nüfuz etməyən, hər iki baldırın 4 ədəd, boynun sağ ön yan səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 9 ədəd) xəsarətlərini yetirərək həmin xəsarətlərdən Zərərçəkmiş şəxs öləcəyinə əmin olub növbəti zərbələri vurmamış, lakin Zərərçəkmiş şəxs özü tərəfindən çağırılmış X20 briqadasının köməyi ilə vaxtında tibb müəssisəsinə çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla 2015-ci ildə ailə qurmuş, yoldaşı tutulduğu üçün 2017-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onun əvvəlki nikahından 2 övladı və Zərərçəkmiş şəxs rəhmətə getmiş qaynı arvadının iki övladı onun himayəsindədir. Hamısı birlikdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 61, mənzil 84 ünvanında yaşamışlar. Yoldaşı ev alqı-satqısı ilə məşğul olmuş, dostları ilə içki məclisləri tez-tez olduğu üçün Sakit evə gecə saat 2-3 arası gələrdi. Lakin onun Sakitlə mübahisə etməsinin əsas səbəbi bu olmamışdır. Belə ki, o, Sakitin telefonunda olan onun başqa bir qadınla yazışmasını oxumuş, onların yaxın əlaqədə olmalarını anlamışdır. Mübahisələri məhz bu səbəbə görə olmuşdur. 25 avqust 2024-cü il tarixdə gecə vaxtı Sakit ona zəng edərək evə gəldiyini, çörək almaq lazım olduğunu soruşmuşdur. O isə ona bildirmişdir ki, artıq gecdir, uşaqlar yatıb, çörək almağa ehtiyac yoxdur. Sakitin bu telefon zəngindən sonra gəlişi təxminən 2-3 saat çəkmişdir. Sakit evə gələndə sərxoş olmuş, ondan çay verməsini xahiş etmiş, o isə əsəbi olaraq ona demişdir ki, «get kimin yanından gəlmisən, o, sənə çay versin». Beləliklə, aralarında mübahisə baş vermiş, biri-birilərini söymüşlər. Hətta səsə uşaqlar da oyanmışdır. Bundan sonra Sakit evdən çıxıb bir şüşə araqla qayıtmış, həmin arağı tək başına içib yatağa uzanmışdır. Bundan sonra o, əsəbi olduğu üçün mətbəxdən cib bıçağını götürərək yataqda uzanan Sakitə xatırladığı ilk iki bıçaq zərbəsini ayaq nahiyyəsinə vurmuş, ondan sonra vurduğu zərbələri xatırlamır. Sakit köməksiz vəziyyətdə olmamışdır. Belə ki, o, Sakitdən aralandıqdan sonra hamama keçib əl-üzünü yumuş, ondan sonra bloka çıxıb pilləkanda oturmuş, onun xahişi ilə o, ona telefonunu vermiş, Sakit özü təcili yardım stansiyasına zəng edərək həkim çağırmışdır. Bir azdan sonra həkimlər gəlib Sakiti aparmışlar. Uşaqları evdə tək olduğu üçün Sakitlə xəstəxanaya gedə bilməmişdir. Sakitlə artıq barışmışdır, etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rəsmi nigahda olmaqla arvadıdır, digər nigahdan 3 övladı var, həmçinin əvvəllər olduğu başqa nigahdan daha iki övladı var. Qardaşı Yasirin arvadı rəhmətə getdiyi üçün onun oğlu - Şahid6 və qızı - Şahid3 da o saxlayır. O, Bakı şəhəri Nizami rayonunda yerləşən “Maklerlər Bağı”nda ev alqı-satqısı ilə məşğul olur, bu səbəbdən onun telefonuna çox sayda adamlar, o cümlədən xanımlar zəng edərək ev alqı-satqısı və ev kirayəsi ilə maraqlanırdılar. Onun ailəsindən kənar heç bir qadınla yaxınlığı olmamışdır. Lakin arvadı Aynur ona zəng edən qadınlara görə onu qısqanır və bu səbəbdən onunla yersiz mübahisələr edirdi. Hadisə ilə əlaqədar onu bildirir ki, xx.xx.2024-cü il tarixdə işi bitdikdən sonra spirtli içki qəbul edərək evinə getmiş, evə gəldiyi zaman bir qadın müştəri tərəfindən zəng gəlmiş, həmin qadın evi göstərməyi ondan xahiş etdiyi üçün evdən çıxmışdır. Evdən çıxmamışdan əvvəl arvadı Aynur ona zəng edən qadının kim olduğunu soruşmuş, heç yana getməməsini tələb etmişdir. Lakin müştəri xanım gözlədiyi üçün evdən çıxıb həmin qadınla gedib evə baxdıqdan sonra yenidən öz evinə qayıtmışdır. Evə gəldikdə arvadı uşaqların yatdığı otaqda uzanmasını görmüş, ondan çay istəmiş, Aynur isə ona “get kimin yanından gəlirsənsə ona denən çay gətirsin, sənə çay düşmür” demiş, bundan sonra aralarında mübahisə başlamış, o, Aynura əsəbləşmiş, sonuncu isə qışqırmağa başlamışdır. Bundan sonra o, yatağa paltarlı böyrüstə uzanaraq telefona baxmış, elə bu zaman Aynurun onu bıçaqla vurmasını görmüşdür. Aynurun sağ əlində açılıb-qatlanan bıçaqla onun boğaz, sinə və ayaq nahiyələrindən vurmuşdur. Ekspertiza rəyində göstərilmişdir ki, guya Aynur ona 9 bıçaq xəsarəti yetirmişdir.birinci xəsarət qıçına yetirilmiş, ayağa qalxmaq istədikdə bıçaq sinəsinə dəymiş, o bu zaman Aynuru itələyərək yerə yıxmış, bundan istifadə edərək evdən bloka çıxmışdır. Lakin ona bu qədər xəsarət yetirilməmiş, xəsarətlər yüngül olmuşdur. Çünki o, xəstəxanada cəmi üç gün yatdıqdan sonra evə buraxılmışdır. Aynur ona xəsarət yetirdiyi zaman ona müqavimət göstərmiş, evdən çıxıb blokda halı pisləşdiyi üçün pilləkanda oturmuş, arxasınca çıxan Aynura su və telefonunu verməsini demiş, Aynur su və telefonu gətirmiş, o, suyu içdikdən sonra telefonla X17 zəng edib həkim çağırmışdır. Həmin vaxt uşaqlar yatmış, onların hadisədən xəbərləri olmamışdır. Aynurun ona xəsarət yetirdiyi bıçaq isə mətbəxdə istifadə etmək üçün alınan bıçaq olmuş, mətbəx şkafında olmuşdur. Nizami rayon prokurorluğunda verdiyi ifadəsində Aynurun onu qısqanclıqdan qorxuzmaq məqsədilə vurduğunu , onu öldürmək istəmədiyini bildirmişdir. Hal-hazırda Aynurla barışmış, notarial qaydada təsdiq olunmuş barışıq ərizəsini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası, zərərçəkmiş şəxs isə atasıdır. Onun Emil adlı qardaşı da var. Evdə onlardan başqa əmisi qızı Sevinc və əmisi oğlu Ənvər qalır. Hadisə zamanı yatmışdır, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası, zərərçəkmiş şəxs isə atasıdır. Onun Fatimə adlı bacısı da var. Evdə onlardan başqa əmisi qızı Sevinc və əmisi oğlu Ənvər qalır. Hadisə zamanı yatmışdır, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verməyə dəvət olunmuş Təqsirləndirilən şəxs anası Şahid4 konstitusion hüququndan istifadə edərək ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. Qızı Aynur 2015-ci ildən Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq bir yerdə yaşamış, 2017-ci ildə isə onlar nikaha daxil olmuş, onların birgə nikahdan Şahid1 və Şahid2 adlı övladları dünyaya gəlmişdir. Qızı Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs ilə son illərdə çoxsaylı problemlər yaşamış, onlar tez-tez müxtəlif məsələlərin üstündə mübahisə etmişlər. Qızı ona dəfələrlə Zərərçəkmiş şəxs boşanmaq istədiyini, daha sonuncuyla yaşamaq istəmədiyini bildirsə də, Sakit hər dəfə özünü bağışlatmağı bacarmış, 2023-cü ilin mart ayında onların münaqişələri ilə bağlı Saatlı RPŞ-də araşdırma aparılmış, 26 avqust 2024-cü il tarixdə gecə saat 1 radələrində qızı Təqsirləndirilən şəxs ona “WhatsApp” proqramı vasitəsilə mesaj yazaraq “gəlin məni aparın” deyə mesaj yazmış, o, Aynurdan nə baş verdiyini soruşanda sonuncu ona “gecə evə lül piyan gəlib mənə deyir çay ver, mən də vermədim, bundan sonra üstümə gəldi. Gəlin məni evə aparın” deyə mesaj yazmışdır. O da həmin vaxt oğluna Aynurun yazdıqları barədə məlumat vermiş, oğlu isə ona Sakitlə danışdığını, heç bir problemin olmadığını bildirmiş, bundan sonra qızı ona “Mama Allah haqqı bunu mən öldürəcəm” deyə mesaj yazmış, o isə “2 balanı gözünün önünə qoy, eləmə” deyə cavab yazmış, o, Aynurun həmin mesajları ciddi yazdığını düşünməmiş, fikirləşmişdir ki, Aynur həmin ankı əsəblə belə mesajlar yazmış, sonuncunun Sakiti bıçaqlayacağı heç vaxt ağlına gəlməzdi. Bundan bir qədər sonra, gecə saat 4-5 radələrində qızı Aynura “neynirsən?” deyə mesaj yazmış, sonuncu isə cavab olaraq ona “bıçaqlamışam Sakiti, amma hələ ki ölməyib, mənə deyir ki, səhv eləmişəm, üzr istəyir məndən” deyə mesaj yazmış, onun qızının yazdıqlarına inanmağı gəlməmiş, səhər saatlarında artıq öyrənmişdir ki, qızı Aynur əri Sakiti bıçaqlamışdır. Qızı həmişə əri ilə mübahisə edəndə onlara şifahi olaraq Sakiti öldürəcəyini demiş, lakin Aynur bunu, sadəcə olaraq, şifahi şəkildə bildirmiş, Aynur onların yanında o qədər Sakiti öldürəcəyini demişdir ki, onlar artıq Aynurun həmin sözünü ciddi qəbul etməmiş, qızı Aynur bu gün gecə saatlarında da ona “Sakiti öldürəcəm”, “Sakiti bıçaqladım” mesajlarını yazanda o, qızının ciddiyətinə inanmamışdır. İstifadəsində olan mobil telefonu baxış keçirilməsi üçün könüllü şəkildə araşdırmaya təqdim etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Bacısı Aynur Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə qurmuş, evliliklərindən 2 övladları dünyaya gəlmiş, evləndikləri zamandan etibarən Aynur ilə Sakit arasında bir çox problemlər yaranmağa başlamış, problemlərin əsas səbəbi Sakitin hər zaman içkili halda evə gəlməyi, evdə sözsöhbət və dava yaratması olmuş, hətta bir çox hallarda o, bacısını və sonuncunun uşaqlarını götürərək öz evinə aparmış, bununla yanaşı, 2022-ci ildə bacısı Aynur Sakitdən boşanmaq qərarına gəlmişdir. Çünki Sakit dəfələrlə Aynuru döymüş, söymüş və işgəncə vermiş, bütün bunlara baxmayaraq, Aynur ayrılmaq istəsə də, Sakit ailəsinin dağılmasını istəmədiyini deyərək Aynurla barışmışdır. Sonuncu dəfə təxminən 4-5 ay bundan öncə Aynur ona zəng edərək artıq dözə bilmədiyini və onu (Aynuru) aparmağını bildirmiş, o da gedib Aynur və uşaqları götürərək öz yaşadığı evə aparmış, 2-3 gün qaldıqdan sonra Sakit yenidən gəlib yalvar-yaxar edərək Aynuru özü ilə aparmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Aynur yenidən ona zəng edərək onu (Aynuru) evinə aparmağını istəmiş, o da əlində işləri olduğunu və bir neçə dəqiqəyə gələcəyini Aynura demiş, bundan bir neçə dəqiqə sonra Sakit ona zəng edərək heç bir problem olmadığını, gedib Aynuru götürməməyini bildirmiş, Sakit ona ailəsini dağıtmaq istəmədiyini, öz problemlərini özlərinin həll edəcəklərini demiş, bundan sonra o da məsələnin həll olduğunu düşünüb Aynuru götürmək üçün getməmiş və saat 02 radələrində öz yaşadığı evə getmişdir. Evə getdikdə anası Mehriban ona Aynurla Sakitin mübahisə etdiyini, gedib Aynuru götürməyini bildirmiş, lakin o, Sakitlə danışdığını, artıq məsələnin həll olunduğunu bildirmiş, buna görə də öz yerinə yatmağa getmiş, səhər saat 07:30 radələrində anası Şahid4 onu oyadaraq, Aynurun Sakiti bıçaqladığını bildirmiş, o da dərhal Aynurun yaşadığı evə getmiş, evə çatdıqda artıq hüquq mühafizə orqanlarının, Aynurun və uşaqlarının orada olduğu görmüşdür. Bacısı Aynur ilə əri Sakit arasında baş vermiş mübahisələr hər zaman Sakitin evə sərxoş halda gələrək Aynuru döyməsi və Sakitin başqa qadınlarla münasibətlərinin olması ucbatından yaranmış, buna görə də hər zaman Aynur Sakitdən boşanmaq istəsə də, Sakit buna imkan verməmişdir. Sakitin Aynuru döyməsi barədə sonuncu ona və anasına dəfələrlə şikayətlənsə də, bu barədə heç vaxt hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Aynur ilə Sakit arasında baş vermiş çoxsaylı münasibətlər evləndikləri zamandan etibarən yaranmış, hər dəfə söz-söhbət, dava-dalaş boşanma həddinə də gətirib çıxarmış, lakin Sakitin Aynurdan əl çəkmədiyinə görə boşanmamışlar. Bununla yanaşı, Sakitin Aynuru mütəmadi olaraq döyməsi, sonuncuya xəyanət etməsi Aynuru hövsələdən çıxarmış və bütün bu səbəblərə görə, Aynurun Sakitə bıçaqla xəsarət yetirməsini düşünür. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs əmisi, Təqsirləndirilən şəxs isə əmisinin arvadıdır. X21 Ağcabədi rayonunda yaşayır, anası isə vəfat etmişdir. Ona görə o qardaşı Ənvər ilə əmisi Zərərçəkmiş şəxs evində yaşamış, onlara Təqsirləndirilən şəxs baxırdı. 26 avqust 2024-cü il tarixdə gecə vaxtı səs-küyə yuxudan oyanmış və görmüşdür ki, Aynur pəncərənin yanında durub əlində bıçaq olmuş, həmin bıçaqla pəncərənin şüşəsinə vururdu. Əmisi isə öz yatdığı otağdan Aynura “camaatın pəncərəsidi niyə vurursan?” demişdi. Bundan sonra o təzədən yatmışdır. Əmisi Sakitin arvadı Aynur tərəfindən bıçaqlandığını görməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs əmisi, Təqsirləndirilən şəxs isə əmisinin arvadıdır. X21 Ağcabədi rayonunda yaşayır, anası isə vəfat etmişdir. Ona görə o bacısı Sevinc ilə əmisi Zərərçəkmiş şəxs evində yaşamış, onlara Təqsirləndirilən şəxs baxırdı. 26 avqust 2024-cü il tarixdə gecə vaxtı səs-küyə yuxudan oyanmış və görmüşdür ki, Aynur pəncərənin yanında durub əlində bıçaq olmuş, həmin bıçaqla pəncərənin şüşəsinə vururdu. Əmisi isə öz yatdığı otağdan Aynura “camaatın pəncərəsidi niyə vurursan?” demişdi. Bundan sonra o təzədən yatmışdır. Əmisi Sakitin arvadı Aynur tərəfindən bıçaqlandığını görməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış «Hadisə yerinə baxış keçirilməsi haqqında» 26 avqust 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki 61 nömrəli binanın 84 nömrəli 1 otaqlı mənzilidir. Mənzilə daxil olduqda soldan sağa 1 ədəd taxt, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor altlığı, 1 ədəd televizor, 2 ədəd güzgülü şkaf vardır. Stolun üzərində 1 ədəd açılıb-qatlanan tipli bıçaq vardır. Həmin bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Otaqda səliqəsizlik müşahidə edilir. Otaqdakı matrasın üzərində qanabənzər ləkələr müşahidə olunur. Həmin matrasın qanabənzər ləkələr olan hissəsindən nümunə inspektor-kriminalist tərəfindən xüsusi qaydada kəsilərək qablaşdırılmaqla götürüldü. Otağın içərisindən mənzilin balkonuna keçid vardır. Mənzilin balkonu hasarlanmaqla yataq otağına çevrilmişdir. Qeyd olunan otaqda soldan sağa 2 ədəd təknəfərlik çarpayı və 1 ədəd rəf vardır. Həmin otaqda da səliqəsizlik müşahidə olunur. Yataq otağının pəncərəsi açıq vəziyyətdədir. Pəncərənin çölündə paltar asmaq üçün nəzərdə tutulmuş ip vardır. Həmin ipdə üzərində qanabənzər ləkələr olan 2 ədəd balış üzü, 1 ədəd çarpayı üzü və 1 ədəd yaşıl rəngli dəsmal vardır. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Mənzildə bundan savayı iş üçün əhəmiyyət kəsb hər hansı əşya və ya predmet aşkar olunmadı. Mənzilə baxış keçirildikdən sonra 61 nömrəli binanın qarşısına gəlindi. Binanın yaxınlığındakı zibil qutularından birinin içində üzərində qanabənzər ləkələr olan yaşıl rəngli balış vardır. Həmin balış iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (cild 1, 4-9). Məhkəmədə elan edilib araşdırılmış “götürmə haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim olunmuş sonuncuya məxsus “Redmi” markalı, “23053RN02Y” modelli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür (cild 1, 17). Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından X9 şübhəli şəxs qismində tutulmuşdur (cild 1, 29-30). Məhkəmədə elan edilib araşdırılmış “götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim olunmuş, sonuncunun hadisə vaxtı əynində olmuş paltarlar - 1 ədəd açıq çəhrayı rəngli, üzərində qara rəngli damalar olan şalvar, 1 ədəd qara rəngli, kənarlarında ağ rəngli zolaqlar olan qısaqol köynək iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür (cild 1, 49-50). Məhkəmədə elan edilib araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadəsindən müəyyən olunur ki, hadisə zamanı Sakit çox içkili olduğu üçün evə girdikdən bir qədər sonra yuxuya getmiş, o isə evdəki uşaqların da yuxuya getməsini gözləyib hər kəsin yatdığına əmin olduqdan sonra həmin gün gecə saat 4 radələrində gizlincə Sakitin yatdığı otağa keçmiş, Sakitin ona xəsarət yetirdiyi açılıb-qatlanan bıçaq onun əlində olmuşdur. Otağa daxil olduqda Sakitin xoruldamasını eşitmiş və sonuncunun yatmasına əmin olmuş, sağ əlində saxladığı açılıbqatlanan həmin bıçaqla Sakitin boğaz nahiyəsindən 1 dəfə zərbə endirmiş, həmin zərbədən sonra Sakit yuxudan oyanmış, sonuncu yuxudan oyanan kimi dərhal ona müqavimət göstərməmiş, Sakit nə baş verdiyini başa düşməmiş, o, ilk zərbəni vurandan dərhal sonra Sakitin ürək nahiyəsindən 2 dəfə, daha sonra qarın nahiyəsindən 1 dəfə vurmuş, Sakit hər tərpənmək istədikcə o, bıçaqla Sakitə vurmuş, bundan sonra sonuncu onun bıçaqla vurmağının qarşısını almaq üçün əli ilə ona mane olmaq istəyəndə o, Sakitin hər iki ayaq nahiyəsindən bıçaqla bir neçə dəfə zərbə vurmuş, daha sonra o, Sakitə bıçaq zərbələrini vurmağı dayandırıb sonuncuya “1 saat ərzində ölməsən, davam edəcəm” deyə bildirmiş, həmin vaxt Sakit döşəyin üzərinə qan qusmuş, ayaq üstə dayanıb Sakitin ölməyini gözləmişdir (cild 1, i.v. 37-42). Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, o müdafiəçisinin iştirakı ilə iş üzrə verdiyi ilkin ifadələrini bir daha təsdiq edərək 26 avqust 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 61, mənzil 84 ünvanında əri Zərərçəkmiş şəxs ilə ilkin mübahisə etdikləri, sonuncuya bıçaqla öldürmək məqsədilə çoxsaylı xəsarətlər yetirdiyi, həmçinin hadisədən sonra Zərərçəkmiş şəxs binanın blokunun pilləkənlərində əyləşdiyi yerləri və hadisənin tödəilmə şəraitini əyani olaraq göstərib hadisə yerində ardıcıllıqla təsvir etmişdir (cild 1, i.v. 53-56). Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsindən müəyyən olunur ki, hadisə zamanı o içkili olduğu üçün yatmış, Aynurla evə girəndən sonra mübahisə edəndə Fatimə yuxudan oyanmış, o, yatdıqdan sonra anidən yuxudan oyanmış və Aynurun onu bıçaqlamasını görmüşdür. Aynurun sağ əlində açılıb-qatlanan bıçaq, sol əlində isə mətbəx bıçağı olmuş, sonuncu sağ əlində saxladığı bıçaqla onun boğaz, sinə və ayaq nahiyələrindən bıçaqlamış, o Aynura mane olmaq istəsə də, sonuncu hər dəfə o mane olmaq istəyəndə həmin açılıb qatlanan bıçaqla ona zərbə vurmuş, Aynur ona çoxsaylı bıçaq zərbələrini vurmağı anidən dayandırıb “1 saata ölməsən, zərbələrə davam edəcəm” deyə bildirmiş, həmin vaxt o, döşəyin üstünə qan qusmuş, Aynur isə ayaq üstə dayanıb onun ölməyini gözləmişdir. O, Aynura dəfələrlə “su ver” deyə bildirsə də, Aynur ona su verməmiş, bundan sonra Aynur mənzilin mətbəx otağına keçmiş, o da güclə yerindən durub stolun üstündəki qrafindən su içmiş, bundan sonra telefonunu yatdığı yerin yanından götürüb Aynurun mətbəxdə olmasından istifadə edib mənzildən çölə çıxmış, o, evdən çıxıb Aynurdan qaçmaq istəmiş, lakin halı yaxşı olmadığı üçün yaşadıqları mərtəbədəki pilləkənlərdə özünə gəlməsi üçün oturmuşdur. Bu vaxt Aynur onun yanına gəlib “qaçma, öldürəcəm səni” deyərək sağ ayağının dabandan aşağı hissəsindən 2 dəfə həmin açılıb-qatlanan bıçaqla vurmuş və ona “keç içəri” deyə bildirmiş, o, Aynura qışqıracağını və qonşuların gələcəyini dediyi üçün Aynur qorxaraq mənzilə girmiş, mənzilin qapısı açıq olmuş, həmin vaxt o, öz mobil telefonu ilə “103”ə zəng edərək tibbi yardıma ehtiyacı olduğunu bildirmiş, həmin vaxt operatora onu öldürdüklərini bildirmiş, həkimlər gələnə yaxın o, mənzilə girmiş və çox keçməmiş X20 heyyəti yaxınlaşmışdır (cild 1, i.v. 200-204). Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılmasına dair protokoldan müəyyən olunur ki, o, iş üzrə verdiyi ilkin ifadəsini bir daha təsdiq edərək 26 avqust 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 61, mənzil 84 ünvanında arvadı Təqsirləndirilən şəxs ilə ilkin mübahisə etdikləri, sonuncunun ona yatdığı vəziyyətdə bıçaqla çoxsaylı xəsarətlər yetirdiyi, həmçinin hadisədən sonra binanın blokunun pilləkənlərində əyləşdiyi yerləri və hadisənin törədilmə şəraitini əyani olaraq göstərib hadisə yerində ardıcıllıqla təsvir etmişdir (cild 1, i.v. 206-210). Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məxsus, “Redmi” markalı, “23053RN02Y” modelli mobil telefona baxış keçirilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, qeyd olunan mobil telefona baxış keçirilən zaman “Whatsapp” ani mesajlaşma proqramında bir nəfər kişi cinsli şəxsin qadın cinsli şəxslə aralarında baş vermiş telefon danışığının səs yazısı mövcuddur. Həmin səs yazısında kişi cinsli şəxs qadın cinsli şəxsə keçmiş tanışı “Sakit” olduğunu bildirmiş, qadın cinsli şəxs isə həmin şəxsi tanımış və onların arasında məişət xarakterli danışıq keçmişdir. Təqsirləndirilən şəxs həmin səs yazısında əri Zərərçəkmiş şəxs Mətanət adında münasibətdə olduğu şəxslə danışdığını bildirmişdir. Bundan başqa mobil telefonun “Telegram” proqramında “Nefesim” kimi qeyd edilən şəxslə 2024-cü ilin avqust ayında mütəmadi olaraq intim mövzuda yazışmanın olması və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs bıçaqladıqdan dərhal sonra “Nefesim” adı ilə qeyd olunmuş şəxsə “vurdum onu bu agladim”, “nece yerden vurdum ölmedi ama” , “skoru çağırıb”, “geldiler apardilar”, “ölecek belkede”, “ve sen meni atıb getdin he”, “yenədə getdin” deyə mesajlar göndərməsi, lakin həmin mesajların “Nefesim” kimi qeyd edilən şəxsə çatmaması müəyyən edilmişdir (cild 1, i.v. 187). Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, X6 məxsus, sonuncu tərəfindən istintaqa könüllü təqdim edilmiş “Samsung” markalı, “Galaxy A15” modelli mobil telefona baxış keçirilməsi haqqında 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan mobil telefonun korpusu tünd göy rənngli olmaqla telefonun arxasında şəffaf rəngli qab vardır. Mobil telefonun İMEİ 1 kodu **********92428, İMEİ 2 kodu **********92425 kimidir. Baxış zamanı mobil telefonun “Whatsapp” tətbiqində “Emiwim” adlı şəxsin 01:15 dəqiqədə zəng etdiyi və aralarında 14 saniyə danışıq olması müəyyən edilmişdir. Baxışda iştirak edən şəxs Şəmsi Zərbalıyev “Emiwim” adlı şəxsin X18a olduğunu bildirmişdir. Bununla yanaşı, baxış zamanı “Emiwim” adlı şəxsin mütəmadi olaraq əri Zərərçəkmiş şəxs qardaşı Şəmsi Zərbalıyevə şikayətlənməsi və bu barədə bir neçə dəfə mesajlar yazması müəyyən edilmişdir. Baxış zamanı mobil telefonun “Zənglər” bölməsində “Kenan” adlı şəxsin (***-***- **-**) xx.xx.2024-cü il tarixdə saat 00:52 dəqiqədə zəng etməsi və 04 dəqiqə 59 saniyə danışıq olması müəyyən edilmişdir. Baxışda iştirak edən Şəmsi Zərbalıyev “Kenan” adlı şəxsin Zərərçəkmiş şəxs olmasını və bütün qohumların Zərərçəkmiş şəxs Kənan deyə müraciət etməsini bildirmişdir (cild 1, i.v.71-72). Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid4 məxsus, sonuncu tərəfindən istintaqa könüllü təqdim edilmiş “REDMİ” markalı, “M2004J19AG” modelli mobil telefona baxış keçirilməsi haqqında 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat müəyyən edilməmişdir. Baxış iştirakçısı Şahid4 mobil telefonunda olan donmalar səbəbindən “WhatsApp” proqramında şəxslərlə yazışdıqdan sonra həmin yazışmaları dərhal sildiyini, bu səbəbdən qızı ilə yazışmaların silindiyini bildirmişdir (cild 1, i.v.82). Məhkəmədə elan edilib araşdırılmış “götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsi məqsədilə tibb müəssisəsinə gətirilən zaman sonuncunun əynində olmuş geyim əşyaları - 1 cüt üzərində “SARAR” yazılmış qara rəngli, qəhvəyi zolaqlı, üzərində qanabənzər ləkələr olan çəkələ, 1 ədəd qara rəngli, üzərinə “Team Viewer” yazılmış şortik, 1 ədəd boz rəngli, qara damalı, üzərində qanabənzər ləkələr olan tuman, 1 ədəd ağ rəngli, üzərində qanabənzər ləkələr olan qısaqol köynək iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür (cild 1, i.v.116-117). Məhkəmədə elan edilib araşdırılmış 26 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddə ilə ittiham elan edilmiş və həmin tarixdə Nizami rayon məhkəməsinin 4(007)- 237/2024 nömrəli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmə iclasında “həbs qətimkan” tədbiri seçən hakimə izahında Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxsin hadisə baş verdiyi gün evə içkili vəziyyətdə gəlmiş, ona xəyanət etdiyi üçün aralarında mübahisə olmuş, zərərçəkmiş şəxsin yatmağını gözləmiş, sonra əvvəlcə onun boyun nahiyyəsindən bıçaqla zərbə endirmiş, daha sonra isə ayaq nahiyyəsindən 04 bıçaq zərbəsi endirmişdir (cild 1, i.v.168-173). Məhkəmədə elan edilib araşdırılmış “Respublika Narkoloji Mərkəzi”-nin xx/xx-9953 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adı qeyd olunan mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 1, i.v. 4-9). Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” X14 10640 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, 185). Məhkəmədə elan edilib araşdırılmış Bakı İstintaq Təcridxanasından daxil olmuş 3-16- 17/40/2-5845/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində müəssisənin tibbsanitar hissəsində müayinəsindən keçirilən zaman sağ süd vəzi üzərində yaşılımtılbənövşəyi rəngli qançır izləri aşkar olunmuşdur (cild 1, i.v.186). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə ünvanlanmış “RAPORT HK 1-2630” nömrəli xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il 07:15-də Sabunçu tibb mərkəzindən tibb bacısı Əfəndiyeva məlumat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin və qarın boşluğunun kəsilmiş deşilmiş yara alması barədə məlumat verilmişdir (cild 1, i.v.216). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 770 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş - döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən 02 ədəd, qarnın ön divarının daxilə nüfuz edən 01 ədəd, nazik bağırsağın, müsariqənin, ağciyərinin deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin sol yan səthinin 01 ədəd daxilə nüfuz etməyən, hər iki baldırın 04 ədəd, boynun sağ ön yan səthinin 01 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 9 ədəd) - şiş uca və kəsici kənar malik əşyanın (əşyaların), ola bilsin ki, şəxsin adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan ölçüləri nəzərə alaraq demək olar ki, ekspertizaya təqdim edilmiş 02 saylı (qatlanan tipli) bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraidə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları istinsa olunmur, dərəcəsinə görə daxilə nüfuz edən xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həmdə ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, lakin özü tərəfindən özünə yetirilməsi nəticəsində eləcədə, yıxılması zamanı alınmaları inandırıcı deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 29 avqust 2024cü il tarixli 763 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş - alt çənə proyeksiyasının hər iki yarısının, döş qəfəsinin ön səthinin çox saylı sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə alınmaları istinsa olunmur, həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, o cümlədən həm şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də kənar şəxs tərəfindən yetirilməsi nəticəsində alınmaları da istisna olunmur, lakin yıxılması nəticəsində alınmaları inandırıcı deyildir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının kriminalistik tədqiqinə dair 18 oktyabr 2024-cü il tarixli 461-2024/MTKŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus tumanın ön səthinin orta nahiyəsində tikilmiş etiketin sol yan hissəsində bir ədəd sökülmə zədəsi aşkar olundu. Bu sökülmə, tumanın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək, şortik, tuman və çəkələk üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs bədəninin - döş qəfəsinin sol yarısının ön səthində aşkar edilmiş 2 ədəd, qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd, nazik bağırsağın, müsariqənin, ağ ciyərin yaraları, hər iki baldırın, boynun sağ ön yan səthində aşkar edilmiş yaralar (cəmi 9 ədəd), onun paltarları üzərində öz əksini tapmamışdır. Bu da, çox güman ki, zərərçəkmişin əynində paltarların olmaması ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş iki ədəd balış üzlükləri, bir ədəd mələfə, bir ədəd dəsmal və bir ədəd balış üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön və arxa səthində; şortikin ön səthinin orta hissəsində və arxa səthinin sağ ayağının aşağı hissəsində; tumanın ön və arxa səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Zərərçəkmiş şəxs məxsus çəkələyin hər iki səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, yaxma xarakterlidir. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin orta hissəsində və aşağı azad kənarında aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş qatlanan bıçağın dəstəyi və tiyəsinin üzərində dəstəyi taxtadan olan bıçağın dəstəyinin və tiyəsinin hər iki səthinin üzərində fasilələrlə yerləşən ləkələr qeyd olunur. Bu ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (xərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş iki ədəd balış üzlüklərinin hər iki səthində; dəsmalın ön və arxa səthində; parça kəsiyi üzərində və mələfənin əsasən bir kənarına yaxın məsafədə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş iki ədəd bıçağın üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının bioloji tədqiqinə dair 18 oktyabr 2024-cü il tarixli 634/2024-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş bir cüt cəkələk, bir ədəd dəstəyi taxtadan olan bıçaq, qatlanan çib bıçağı, bir ədəd balış, balış üzü №İ, balış üzü №2, çarpayı üzü, əl-üz dəsmalı, parça kəsiyi, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, Zərərçəkmiş şəxs məxsus trusik, qısaqol kofta və qara rəngli şortik üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 sentyabr 2024-cü il tarixli 6568 nömrəli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmş lifli materialların tədqiqi ekspertizasının 15 oktyabr 2024-cü il tarixli 6/4581 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 sentyabr 2024-cü il tarixli 6568 nömrəli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın xx.xx.2024-cü il tarixli 2676 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Qərarın təsviri hissəsində göstərilən əməl zamanı psixi vəziyyəti nevrotik reaksiya kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü intellektual imkanları normaya uyğun olmaqla, fərdi-psixi xüsusiyyətlərinndə qıcığa qarşı həssaslıq, hövsələsizlik, özünəqarşı hörmət tələb etmək və s. kimi xarakter əlamətlərinin olması müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstələiklə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin 15 noyabr 2024-cü il tarixli, AZF/LGL-10790/24 nömrəli məktubu ilə daxil olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan, çıxan zənglərə, anten dairəsinə və ismarıclara baxış keçirilməsi haqqında 15 noyabr 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə daxil olan, çıxan zənglərə, anten dairəsinə və ismarıclara baxış keçirilən zaman 25 avqust 2024-cü il tarixdə saat 23:56-dan 26 avqust 2024-cü il tarixdə saat 04:37-dək Zərərçəkmiş şəxs mobil telefonunun anten dairəsinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində olması, həmçinin Zərərçəkmiş şəxs 26 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qardaşı Şəmsi Zərbalıyevin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 00:43, 00:46 və 00:52 radələrində zənglər etməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 26 avqust 2024-cü il tarixdə saat 01:00-dan 03:00 radələrindək zəng olunmamışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı digər xüsusat müəyyən edilməmişdir (cild 1, i.v.64). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri 30 saylı notariat ofisində təsdiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdədə olmayacaqdır (cild 1, i.v.107). Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, hadisə yerinə baxış keçirilərkən 1 ədəd açılıb qatlanan tipli, qəhvəyi rəngli dəstəyi olan bıçaq, 1 ədəd qara-qəhvəyi rəngli mətbəx tipli bıçaq, matrasın qanabənzər ləkələr olan hissəsindən kəsilərək götürülmüş 1 ədəd nümunə, üzərində qanabənzər ləkələr olan 2 ədəd balış üzü, 1 ədəd çarpayı üzü, 1 ədəd yaşıl rəngli dəsmal, 1 ədəd yaşıl rəngli balış, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim olunmuş, sonuncuya məxsus “Redmi” markalı, “23053RN02Y” modelli mobil telefon, həmçinin Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar – 1 ədəd açıq çəhrayı rəngli, üzərində qara rəngli damalar olan şalvar, 1 ədəd qara rəngli, kənarlarında ağ rəngli zolaqlar olan qısaqol köynək, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsi məqsədilə tibb müəssisəsinə gətirilən zaman sonuncunun əynində olmuş geyim əşyaları - 1 cüt üzərində “SARAR” yazılmış qara rəngli, qəhvəyi zolaqlı, üzərində qanabənzər ləkələr olan çəkələ, 1 ədəd qara rəngli, üzərinə “Team Viewer” yazılmış şortik, 1 ədəd boz rəngli, qara damalı, üzərində qanabənzər ləkələr olan tuman, 1 ədəd ağ rəngli, üzərində qanabənzər ləkələr olan qısaqol köynək öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 2, 122-150). Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi 19 noyabr 2024-cü il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1998-ci ildə Saatlı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, evlidir, 2016 və 2019-cu il təvvəllüdlü 2 övladı var. ünvan 5 ünvanında qeydiyyatdadır. Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs Saatlı şəhərində yaşadığı müddətdə özü və ya ailəsi barədə Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “yetkinlik yaşına çatmayan şəxsi qohumunun himayəsinə etibar etmək haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş övladları xx.xx.2016-cı il təvəllüdlü Şahid1 və xx.xx.2019-cu il təvəllüdlü Şahid2 qəyyumluğa verilmə məsələsi qanuna müvafiq həll olunana qədər müvəqqəti olaraq yaxın qohumu hesab edilən nənələri Şahid4 himayəsinə etibar edilmişdir (cild 1, i.v.88). Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 76 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26 noyabr 2024-cü il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizmai rayonu, B.Çobanzadə küçəsində yerləşən 61 saylı evin 84 nömrəli mənzilində aşağıdakı ailə tərkibi ilə birlikdə qeydiyyatsız yaşayıb. Həyat yoldaşı - Zərərçəkmiş şəxs, övladları - Şahid1 və Şahid2. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 76 saylı Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi 26 noyabr 2024-cü il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında ailəsi ilə birlikdə qeydiyyatsız yaşayıb. O, burada yaşadığı müddətdə qonşularla münasibəti müsbət olmuş, birgə yaşayış qaydalarına əməl etmişdir. Onun barəsində 76 saylı MKİS-ə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 noyabr 2024-cü il tarixli 2056 nömrəli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır və ailə tərkibi 1970-ci il təvəllüdlü anası Şahid4 və 1994-cü il təvəllüdlü qaradaşı Şəmsi Qaraş oğlundan ibarətdir. Məhkəmədə elan edilib araşdırılmış DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış DİN Saatlı RPŞ-nin xx.xx.2024-cü il tarixli 102/2- 20989 nömrəli məktubundan müəyyən olunur ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2023-cü ilin fevral-aprel ayları ərzində Saatlı RPŞ-ya müraciəti daxil olmamış, barəsində araşdırma aparılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Nizami RPİ-nin 25-ci PŞ-nin xx.xx.2024-cü il tarixli 3/2-9382/24 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mobil telefonunun “Telegram” sosial şəbəkəsində “Nəfəsim” adı ilə qeyd etdiyi X7 yerini müəyyən edib prokurorluğa təmin etmək hələlik mümkün olmamışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 120.2.9-cu maddəsilə, yəni təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd əməli kimi düzgün tövsif edilmişdir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, hadisə törədilən zaman zərərçəkmiş şəxs içkili olduğu üçün yatmış, təqsirləndirilən şəxs məhz onun yatmasını gözləyərək, o yatdıqdan sonra, yəni müqavimət göstərmək imkanı olmadığından, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs bıçaqla qəsdən öldürmə məqsədilə çoxsaylı xəsarətlər yetirmiş, sonuncu aldığı zərbələrdən oyanaraq özünü müdafiə etməyə, mənzildən bayıra çıxmağa çalışdığı zamanda Təqsirləndirilən şəxs bıçaqla xəsarətlər yetirməyə davam etmiş, zərərçəkmiş şəxsə 9 ədəd, o cümlədən sağlamlığa ağır zərər vurma xəsarətləri yetirərək həmin xəsarətlərdən Zərərçəkmiş şəxs öləcəyinə əmin olub növbəti zərbələri vurmamış, lakin Zərərçəkmiş şəxs özü tərəfindən çağırılmış X20 briqadasının köməyi ilə vaxtında tibb müəssisəsinə çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi mümkün olduğundan Təqsirləndirilən şəxs, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməmişdir. Məhkəmənin gəldiyi bu nəticə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarına əsaslanır. Belə ki, həmin qərarın 13-cü bəndinə əsasən CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Əgər təqsirkar zərərçəkmişin huşsuz, yatmış, ağır sərxoş vəziyyətdə olması və s. bunlara bənzər hallarını cinayətin törədilməsini asanlaşdıran xüsusiyyətlər kimi nəzərə alaraq, yəni belə vəziyyətdə olmasına görə zərərçəkmiş şəxsin müqavimət göstərə bilməyəcəyini dərk edərək onu qəsdən öldürürsə, əməl CM-in 120.2.9-cu maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs köməkçsiz vəziyyətdə bıçaqlamamasına, zərərçəkmiş şəxsin oyaq olmasına və onu öldürmək niyyətinin olmamasına dair ifadəsi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan” tədbiri seçən hakimə izahında zərərçəkmiş şəxsin hadisə baş verdiyi gün evə içkili vəziyyətdə gəlməsini, ona xəyanət etdiyi üçün aralarında mübahisə olduğunu, zərərçəkmiş şəxsin yatmağını gözlədiyini, sonra əvvəlcə onun boyun nahiyyəsindən bıçaqla zərbə endirdiyi, daha sonra isə ayaq nahiyyəsindən 04 bıçaq zərbəsi endirdiyi bildirməsi, təqsirləndirilən şəxsə məxsus “Redmi” markalı, “23053RN02Y” modelli mobil telefonun “Telegram” proqramında “Nefesim” kimi qeyd edilən şəxslə 2024cü ilin avqust ayında mütəmadi olaraq intim mövzuda yazışmanın olması və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs bıçaqladıqdan dərhal sonra “Nefesim” adı ilə qeyd olunmuş şəxsə “vurdum onu bu agladim”, “nece yerden vurdum ölmedi ama” , “skoru çağırıb”, “geldiler apardilar”, “ölecek belkede”, “ve sen meni atıb getdin he”, “yenədə getdin” deyə mesajlar göndərməsi, Zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi və digər ekspertiza rəyləri, və cinayət işinin digər materialları ilə təkzib olunur. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, “Redmi” markalı mobil telefona baxış keçirdərək müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs bıçaqladıqdan dərhal sonra “Nefesim” adı ilə qeyd olunmuş şəxsə “vurdum onu bu agladim”, “nece yerden vurdum ölmedi ama” , “skoru çağırıb”, “geldiler apardilar”, “ölecek belkede” tipli mesajlar göndərmişdir. Mesajlardan Təqsirləndirilən şəxs zərərçəkmiş əri Zərərçəkmiş şəxs öldürmək niyyətində olması faktını özü etiraf edir. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslə barışıq əldə etməsini, sonuncunun onu köməksiz vəziyyətdə deyil, oyaq olduğu zaman bıçaqla xəsarət yetirdiyini bildirməsi elə onun özünün məhkəməyədək verdiyi ifadəsi, ifadəsinin yerində yoxlanılması zamanı verdiyi ifadəsi, cinayət işi üzrə əldə olunmuş və məhkəmədə tədqiq edilmiş digər sübut növləri ilə təkzib olunmuşdur. Cinayət işinə əlavə edilmiş ibtidai istintaq orqanı tərəfindən əlavə edilmiş mötəbər və mənbəyi məlum sübutların məcmusuna əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmyədək icraat zamanı verdiyi ilkin ifadəsi həqiqəti əks etdirir, məhkəmə baxışı zamanı həmin ifadələri inkar etməsi isə həqiqətə uyğun olmayan ifadədir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.9-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədlərii açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki az yaşlı uşaqlarının olmasını və 59.1.13-cü maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Belə olan haldaTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.9-cu maddəsi ilə cəza təyin edildikdə CM-nin 60-cı maddəsinin tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 №-li 25 iyun 2003-cü il tarixli qərarının 9-cu bəndinə əsasən başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda, cinayətə cəhdə görə CM-nın 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.9-cu maddəsilə həmin maddənin sanksiyasının son həddi olan 20 (iyirmi) ilədək müddətə azadlıqdan məhrum etmə müddətinin dörddə üçü olan 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 60-cı maddəsinin tələblərinə əsasən isə ona təyin edilməli olan son cəza 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzanın dörddə üçündən artıq olmayan 11 (on bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasından artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 29, 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və hadisə yerinə baxış keçirilərkən 1 ədəd açılıb qatlanan tipli, qəhvəyi rəngli dəstəyi olan bıçaq, 1 ədəd qara-qəhvəyi rəngli mətbəx tipli bıçaq, matrasın qanabənzər ləkələr olan hissəsindən kəsilərək götürülmüş 1 ədəd nümunə, üzərində qanabənzər ləkələr olan 2 ədəd balış üzü, 1 ədəd çarpayı üzü, 1 ədəd yaşıl rəngli dəsmal, 1 ədəd yaşıl rəngli balış, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar – 1 ədəd açıq çəhrayı rəngli, üzərində qara rəngli damalar olan şalvar, 1 ədəd qara rəngli, kənarlarında ağ rəngli zolaqlar olan qısaqol köynək, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsi məqsədilə tibb müəssisəsinə gətirilən zaman sonuncunun əynində olmuş geyim əşyaları - 1 cüt üzərində “SARAR” yazılmış qara rəngli, qəhvəyi zolaqlı, üzərində qanabənzər ləkələr olan çəkələ, 1 ədəd qara rəngli, üzərinə “Team Viewer” yazılmış şortik, 1 ədəd boz rəngli, qara damalı, üzərində qanabənzər ləkələr olan tuman, 1 ədəd ağ rəngli, üzərində qanabənzər ləkələr olan qısaqol köynək məhv edilməli, Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim olunmuş, sonuncuya məxsus “Redmi” markalı, “23053RN02Y” modelli mobil telefon qardaşı X4 qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 509 (beş yüz doqquz manat) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.9-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, 11 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhər Nizami rayon prokurorluğunda saxlanılan 1 ədəd açılıb qatlanan tipli, qəhvəyi rəngli dəstəyi olan bıçaq, 1 ədəd qara-qəhvəyi rəngli mətbəx tipli bıçaq, matrasın qanabənzər ləkələr olan hissəsindən kəsilərək götürülmüş 1 ədəd nümunə, üzərində qanabənzər ləkələr olan 2 ədəd balış üzü, 1 ədəd çarpayı üzü, 1 ədəd yaşıl rəngli dəsmal, 1 ədəd yaşıl rəngli balış, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar – 1 ədəd açıq çəhrayı rəngli, üzərində qara rəngli damalar olan şalvar, 1 ədəd qara rəngli, kənarlarında ağ rəngli zolaqlar olan qısaqol köynək, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsi məqsədilə tibb müəssisəsinə gətirilən zaman sonuncunun əynində olmuş geyim əşyaları - 1 cüt üzərində “SARAR” yazılmış qara rəngli, qəhvəyi zolaqlı, üzərində qanabənzər ləkələr olan çəkələ, 1 ədəd qara rəngli, üzərinə “Team Viewer” yazılmış şortik, 1 ədəd boz rəngli, qara damalı, üzərində qanabənzər ləkələr olan tuman, 1 ədəd ağ rəngli, üzərində qanabənzər ləkələr olan qısaqol köynək məhv edilsin, Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim olunmuş, sonuncuya məxsus “Redmi” markalı, “23053RN02Y” modelli mobil telefon qardaşı X4 qaytarılsın. İş üzrə ekspertiza xərcləri olan 509 (beş yüz doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar