Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-861/2020 01.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad şəhəri H.Əliyev prospekti, ev 11 B, mənzil 7-də qeydiyyatda olub, Bakı şəhəri Nərimanov rayonu, Xutor qəsəbəsi, 2-ci Şimal küçəsi, ev 6 A-da yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Nizami rayonu Koroğlu metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq, bir bükümdə təmiz çəkisi 4,192 qram olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və bir ədəd bükümdə, təmiz çəkisi 0,832 qram, kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr (Siyahı İ) siyahısına daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq 75 manata əldə edib üstündə saxlamış, Abşeron rayonu Masazır qəsəbəsi «Bağçalı evlər» yaşayış kompleksinə gələrək üzərində daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 23:20 radələrində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilib, üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin psixotrop maddə olan metamfetamin və külli miqdarda narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindəki «Winston» markalı siqaret qutusunun içərisində iki ədəd şəffaf polietilen bükümlərdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitələr heroin, tiryək, marixuana və metamfetamindən istifadə edir. Narkotik vasitəni çox vaxtı «Papanin» adlanan ərazidə tanımadığı şəxslərdən alır. xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində metronun Koroğlu stansiyasının yaxınlığında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 75 manata bir büküm heroin və metamfetamin almışdır. Onları «Winston» markalı siqaret qutusunun içərisinə yerləşdirmiş, qutunu isə əyninində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin gün gecə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Bağçalı evlər yaşayış kompleksində olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra, ona narkotik maddənin qəbulunda şübhəli olduğunu bildirib, polis şöbəsinə aparmışlar. Orada müdafiəçinin iştirakı və onun razılığı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparmışdır. Əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən siqaret qutusunda saxladığı iki ədəd şəffaf sellofan bükümlərində olan heroin və metamfetamini təqdim etmişdir. Axtarış zamanı üzərindən başqa heç nə aşkar edilməmişdir. Həmin narkotik vasitələr olan bükümlər onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmışdır. O, həmin zərfi və tərtib olunmuş protokolu imzalamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı onun adından yazılmış ifadəni oxumadan imzalamışdır. Odur ki, həmin ifadəni təsdiq etmir. «Tamara» adlı şəxsi tanımır. Aldığı narkotik vasitədən heç kimə pay vermək və ya onu satmaq fikri olmamışdır. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hafiz oğlu ifadəsində göstərdi ki, Abşeron RPİ-nin NMQ-un əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Nəsimi rayonu 2-ci şimal ştilliyində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsində narkotik vasitələrin qəbulu ilə məşğul olduğu barədə məlumat almışdır. Dərhal raportla Abşeron RPİ-nin rəisinə müraciət etmiş və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin keçirilməsinə icazə verilmişdir. Odur ki, idarənin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gecə saat 23:20 radələrində onlar Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsi, Bağçalı evlər yaşayış kompleksində olduğunu müəyyən edib, həmin yerə getmişlər. Orada sonuncuya yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirib, onu idarəyə gətirmişlər. Xidməti otaqların birində Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. Sonuncu əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində olan bir ədəd «Winston» markalı siqaret qutusunu təqdim edərək, içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin siqaret qutusunu açıb içərisinə baxdıqda, iki ədəd sellofan büküm aşkar olunmuşdur. Bükümlərdən birinin içərisində ağ rəngli kristallik metamfetaminə oxşar maddə, digərində isə qəhvəyi rəngli tozşəkilli heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri Koroğlu metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 75 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonda aşkar edilən maddələr zərfə qoyulub qablaşdırılmış və zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar öz imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 Hafiz oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İşin 25-27-ci vərəqələrindəki şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindəki «Winston» markalı siqaret qutusunun içərisində iki ədəd şəffaf polietilen bükümlərdə narkotik vasitə olan heroinə oxşar maddə və psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. İşin 47-49-cu vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nəsimi rayonu 2-ci şimal şitilliyində yerləşən evində keçirilmiş axtarış zamanı qanunsuz olaraq hər hansı bir əşyanın saxlanılması aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 06 mart 202-ci il tarixli, 6/68 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut» sözləri qeyd olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 4,192 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,832 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli, 1425 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 80-82-ci vərqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1 və 335.1-ci maddələri ilə təqsirli bilinib 07 ay müddətə intizam xarakterli hərbi hissədə saxlanma cəzasına məhkum edilmiş, bundan başqa o, Bakı Hərbi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə intizam xarakterli hərbi hissədə saxlanma cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmişdir. İşin 85-89-cu vərəqələrərindəki «Sübutların qiymətləndirilməsi barədə» qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq qalan 4,092 qram heroin və 0,782 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPŞ-nin anbarına təhvil verilmişdir. İşin 4, 6-cı vərəqələrindəki raport və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, Abşeron RPİ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda şübhəli olması barədə məlumat daxil olmuşdur. İşin 19-cu vərəqəsindəki protokol və 64-65, 123-125-ci vərəqələrindəki Abşeron rayon məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həbsetmənin əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, xx xxxx 2020-ci il tarixdə isə həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Nizami rayonu Koroğlu metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə bir bükümdə, təmiş çəkisi 4,192 qram olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heropini və bir ədəd bükümdə, təmiz çəkisi 0,832 qram, kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr (Siyahı İ) siyahısına daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq 75 manata əldə edib üstündə saxlamış, Abşeron rayonu Masazır qəsəbəsi «Bağçalı evlər» yaşayış kompleksinə gələrək üzərində daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 23:20 radələrində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib, üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin psixotrop maddə olan metamfetamin və külli miqdarda narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindəki «Winston» markalı siqaret qutusunun içərisində iki ədəd şəffaf polietilen bükümlərdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübut, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 4,192 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,832 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 4,192 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,832 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Nizami rayonu Koroğlu metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq, bir bükümdə təmiz çəkisi 4,192 qram olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və bir ədəd bükümdə, təmiz çəkisi 0,832 qram, kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr (Siyahı İ) siyahısına daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq 75 manata əldə edib üstündə saxlamış, Abşeron rayonu Masazır qəsəbəsi «Bağçalı evlər» yaşayış kompleksinə gələrək üzərində daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 23:20 radələrində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilib, üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin psixotrop maddə olan metamfetamin və külli miqdarda narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindəki «Winston» markalı siqaret qutusunun içərisində iki ədəd şəffaf polietilen bükümlərdə aşkar edilərək götürülmüşdür. Ona görə Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən x xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 4 (dörd) ay 15 (on beş) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Abşeron RPİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq qalan 4,092 qram heroin və 0,782 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən x xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 4 (dörd) ay 15 (on beş) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq qalan 4,092 qram heroin və 0,782 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-861/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-861/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver