Məhkəmə qərarları › İş №1(101)-861/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-861/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-861/2021 30.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Ədalət” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamış və daşımışdır.Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində istintaqla müəyyən olunmayan Şahqələm adlı X8 ki, Belə Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində istintaqla müəyyən olunmayan “Şahqələm” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 251,837 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 16,921 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, əldə etdiyi həmin narkotik vasitələri satmaq məqsədi ilə hissələrə bölərək, bir bükümdə 200 qram çəkidə narkotik vasitə heroini Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinin 2-ci mərtəbəsində qonaq otağında divanın üzərində olan yastığın arxasında gizlədərək saxlamış, bir bükümdə 51,837 qram narkotik vasitə heroini və bir bükümdə 16,921 qram metamfetamini isə üzərində saxlayarkən 17 noyabr 2020-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 16,921 qram çəkidə psixotrop maddə metamfetamin, 51,837 qram çəkidə narkotik vasitə olan heroin və yaşadığı evinə baxış keçirilən zaman isə evin 2-ci mərtəbəsində olan qonaq otağındakı divanın üzərində olan yastığın arxasında saxladığı bir ədəd bükümdə 200 qram çəkidə narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 ünvanında yaşayır. 17 noyabr 2020-ci il tarixdə uşaqları ilə həkim müalicəsindən evə qayıdarkən həyətində Qulam adlı usta işləmiş, onlar həyətdə olarkən divarından həyətə bir nəfər atlanmış və dərhal çöl qapını içəridən açmışdır. Qapının açılması ilə birlikdə 15-20 nəfər həyətə daxil olmuşlar. Həyətə daxil olan kimi onu və həyətdə işləyən ustanı tutmuşlar. Daha sonra onu və ustanı döymüşlər. Daha sonra ustanın onlarla əlaqəsinin olmadığını bilib ustanı daha döyməmişlər və dərhal evə baxış keçirməyə başlamışlar. Evə baxış keçirilən zaman həyat yoldaşının çantasını gətirmişlər və içində narkotik vasitə olduğunu bildirmişlər. O, narkotik vasitənin ona aid olmadığını demişdir. Daha sonra kamera gətirib bildirmişlər ki, narkotik vasitənin onun olması ilə razılaşsın əks halda evdəki digər şəxsləri də bölməyə aparacaqlar. O da ailəsinin əziyyət çəkməməsi üçün onlarla razılaşmışdır. İstintaqda verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, özü narkotik vasitə istifadəçisidir, nəşə və tiryəkdən istifadə edir, Şahqələm adlı şəxsi tanımır, üzərinə baxış zamanı heç bir şey aşkar edilməmiş, evə baxış keçirilən zaman ailə üzvləri iştirak etmiş, evə baxış keçirilən zaman həyat yoldaşının çantasında narkotik vasitə aşkar olunmuş, lakin həmin narkotik vasitə ona aid olmamış, narkotik vasitəni çantaya əməliyyatçılar qoymuşlar. Çantada metamfetamin aşkar edilmiş, lakin o, psixotrop maddələrdən istifadə etməmişdir. Elektron tərəzidən istifadə etməmişdir. O, əvvəllər, yəni birinci dəfə məhkum olunmamışdan qabaq polis əməliyyatçılarından ikisini vurduğu üçün ona qarşı belə plan qurulduğunu düşünür, lakin bunun əməliyyatçıların planı olduğuna dair sübutu yoxdur. Polis əməkdaşları evinə 2 dəfə daxil olmuşlar, ilk dəfə evə saat 15-16 radələrində daxil olmuşlar və 2 saat ərzində evə videoçəkilişlə baxış keçirmişlər, daha sonra isə o, polislərlə razılaşmış və onu bölməyə aparmışlar. Polis əməkdaşları ikinci dəfə axşam vaxtlarında evə daxil olmuş, evə baxış keçirərkən ailə üzvləri bunun bilavəsitə şahidi olmamış, polis əməkdaşları ikinci mərtəbəyə baxış keçirərkən ailə üzvləri birinci mərtəbədə olmuşlar, ikinci dəfə içəri daxil olanda divanın arasında yastığın altından narkotik vasitə çıxarmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 noyabr 2020-ci il tarixdə ünvan 3-da yaşayan, xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuş, həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün raportla məruzə edib, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 17.11.2020-ci il tarixdə qərar qəbul etmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 və onun iştirakı ilə Abşeron rayon Polis İdarəsinin inzibati ərazisində keçirilən əməliyyat tədbirləri zamanı ünvan 4 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında dayanaraq Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında müşahidə etməyə başlamışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saat 17:00-da tək dayandığını və özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə şübhəli şəxs kimi dəvət etmişlər. İdarənin inzibati otağında təhqiqatçının, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və 1 bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütələri çıxardaraq təqdim etmişdir. Tehran həmin narkotik vasitə olan heroini və metamfetamini iki gün əvvəl İran İslam Respublikası vətəndaşı Şahqələm adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində qoyulan yerdən öz istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələr polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qoyulub qablaşdırılmış və üzərinə möhür vurulmuş, sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Tehrana qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında narkotik maddənin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarının yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi, baxış keçirilməsi və götürmə barədə təhqiqatçı Nəcəf Aburşunun qəbul etdiyi 17 noyabr 2020-ci il tarixli qərar əsasında videoçəkilişdən istifadə etməklə həmin evə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin girişindən ikinci mərtəbəsində girişdən sol tərəfdə yerləşən qonaq otağındakı divanın üzərindəki yastığın arxasından bir ədəd, göy rəngli, sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba baxış keçirilməsi üçün qonaq otağında stolun üzərinə qoyulmuş, həmin sellofan torbanın içindən bir bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kutlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra həmin bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisinin 203 (iki yüz üç) qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş bir bükümdə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Daha sonra qonaq otağına, yataq otaqlarına baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşı Şahqələm adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində qoyulan yerdən, iki gün əvvəl şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik maddələrdən mütəmadi olaraq istifadə etdiyini, verilən suallara doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını bildirmişdir. Bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, o, daxil olan əməliyyat məlumatına əsasən Tehran külli miqadarda narkotik vasitəni əldə edib, saxlayıb, gəzdirib və daşımış, lakin Tehranın narkotik vasitəni kimə satması barədə məlumat əldə edə bilməmişlər. Tehranı şübhəli şəxs qismində saxlayarkən o, narkotik vasitənin istifadəçisi, xəstəsi olmasını bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman həmin mənzildə heç kim olmamışdır. Tehran özü yaşadığı mənzildə də narkotik vasitə olmasını bildirmişdir Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid1 ifadələrində Şahid2 göstərdikləri xüsusatları tam təsdiq etdilər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, usta kimi Təqsirləndirilən şəxs məxsus evin təmir işləri ilə məşğul olmuşdur. Hadisənin baş verdiyi gün o, Təqsirləndirilən şəxs evinin həyətində olmuş, daha sonra Təqsirləndirilən şəxs evə gəlmiş, Tehranla bir az danışandan sonra Tehran evə keçmiş, o isə həyətdə qalmışdır. 1-2 dəqiqə sonra qapı döyülmüş, o, qapını açmış, bu zaman hasarın üzərindən kiminsə həyətə baxdığını və daha sonra həyətə tullandığını görmüşdür. Qapı açılan kimi 14-15 nəfər içəri daxil olmuş, onu yerə yıxıb vurmuşlar. Bu zaman Tehran evdən həyətə çıxıb onlardan ustanı niyə vurduqlarını soruşmuşdur. Polis əməkdaşları da Tehranın kim olduğunu soruşduqda Tehran özünü təqdim etmiş, bundan sonra Tehranı tutmuşlar. Tehranın atasının və onun əllərini qandalla bağlamışlar. Polislərin yarısı evə daxil olmuş, yarısı isə həyətdə qalmışlar. Evə daxil olan polislər evi dağıtmağa başlamış, daha sonra evdən çıxıb rəislərinə evdə heç bir şey tapmadıqlarını bildirmişlər. Polislər bir az danışdıqdan sonra təkrar evə daxil olmuş və evdən çıxıb “tapdıq” demişlər. Tehran onlardan nə tapdıqlarını soruşduqda polis işçiləri Tehranın həyat yoldaşına aid olan çantanı gətirib ona göstərmişlər. Daha sonra polis işçiləri Tehranı aparmışlar və yenidən geri qayıtmışlar. Onlar qayıdanda o, Tehranın evinin həyətində olmuşdur. Ona məlum olmuşdur ki, polis əməkdaşları çəkiliş üçün yenidən evə gəlmişlər. Onlar evə daxil olmuş və evdəkiləri həyətə çıxarmış, bir az sonra onlar çıxıb bildirmişlər ki, evdən divanın üzərindəki yastıqların altından narkotik vasitə aşkarlanmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, usta kimi Təqsirləndirilən şəxs məxsus evin həm təmir, həm də elektrik işləri ilə məşğul olmuşdur. Hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs evindən küçəni çəkən kameranın təmiri ilə məşğul olmuşdur. Həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs evdə olmamış, həyat yoldaşı və uşaqlarını müalicəyə aparmışdır. Təqsirləndirilən şəxs həkimdən gəldikdən bir müddət sonra saat 16-17 radələrində həyətin hasarından 1 nəfər içəri atlanıb qapını içəridən açmış, qapının açılması ilə bərabər 9-10 nəfər həyətə daxil olmuş, həmin şəxslər həyətə girən kimi evə daxil olub içərini dağıtmağa başlamışlar. Bu zaman o, həyətdə olmuş, polislərin içərini dağıtmasını pəncərədən görmüşdür. Daha sonra o, evin qapısına yaxınlaşmış və polislərin divanı çəkdiklərini, şkafların içini dağıtdıqlarını görmüşdür. Daha sonra onun üzərinə gəlib kim olduğunu soruşmuşlar, o da onlara usta olduğunu bildirmişdir. Onun kameranı təmir etdiyini bilib kameranı çıxartmışlar. Bir az sonra Tehranı onun yanına gətirmişlər. Bu zaman polis işçilərindən bir nəfər rəislərinə yaxınlaşıb evdən heç nə tapmadıqlarını bildirmişdir. Həmin polis məmuru ilə rəis onlardan aralıda durub bir müddət danışdıqdan sonra həmin polis evə daxil olmuş, bir müddət sonra əlində çanta ilə həyətə çıxmışdır. Çanta Tehranın həyat yoldaşınnın olmuş və polis onun içində narkotik vasitə tapdığını bildirmişdir. Bu zaman o, Tehran və Tehranın ailəsi, yəni hamı həyətdə olmuşlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17.11.2020-ci il tarixli raportdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq ünvan 5iqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 17.11.2020-ci il tarixli qərardan görünür ki, Abşeron rayonu ərazisində Təqsirləndirilən şəxs müəyyən eilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild , iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 17.11.2020-ci il tarixli protokoldan görünür ki, müvafiq təklifə Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim etmiş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Təqdim edilmiş 1 (bir) ədəd içində metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 19 (on doqquz) qram olması, 1 (bir) ədəd içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 55 (əlli beş) qram olması müəyyən edilmişdir. Sonra həmin bükümlər boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 28-30). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş evə baxış keçirilməsi və götürmə haqqında 17.11.2020-ci il tarixli protokol və ona əlavə edilmiş videodiskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 ünvanına baxış keçirilmiş, müvafiq təklifə Təqsirləndirilən şəxs həmin evin 2-ci mərtəbəsində girişdən sol tərəfdən yerləşən qonaq otağındaki divanın üzərindəki yastığın arxasından 1 (bir) ədəd göy rəngli, sellofan torbanı təqdim etmiş, sellofan torbaya əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün qonaq otağinda olan stolun üzərinə qoyulmuş, sellofan torbanın içindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 203 (iki yüz üç) qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş 1 (bir) bükümdə heroinə bənzər kütlə və 1 (bir) ədəd elektron tərəzi həmin torbaya qablaşdırılmış, ağ rəngli içi boş olan zərfə yerləşdirilmiş, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra qonaq otağına, yataq otaqlarına baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Şahqələm” adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində qoyulan yerdən iki gün əvvəl şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik maddələrdən mütəmadi olaraq istifadə etdiyini, verilən suallara doğru və səmimi cavab verdiyini bildirmişdir (cild 1, iş vərəqi 33-35). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18.11.2020-ci il tarixli, 6/2532 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketin içərisindən: - Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bağlamada təmiz çəkisi 16,921 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 51,837 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş ...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 200 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izi vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 43-47). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 18.11.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli üzərində ZYKLEN sözləri yazılmış DVD formatlı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkçənin qabaq sağ yan cibində ona məxsus bir ədəd bükülüdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və bir ədəd bükümdə ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop madda metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkçənin qabaq sağ yan cibində ona məxsus bir ədəd bükülüdə olan narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini təxminən 15 noyabr 2020-ci il tarixdə Xırdalan şəhərində "Şahqələm" adlı şəxsdən əldə edib özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində gəzdirmişdir (cild 1, iş vərəqi 58). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 18.11.2020-ci il tarixli protokoldan görünür ki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli üzərində ZYKLEN sözləri yazılmış DVD formatlı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, yaşadığı evinə baxış keçirilən zaman bir ədəd bükümdə 200 qram çəkidə olan heroini və bir ədəd elektron tərəzini yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evin 2-ci mərtəbəsində olan qonaq otağındakı divanın üzərində olan döşəyin arxasında saxladığını və həmin kütlənin, elektron tərəzinin ona məxsus olduğunu qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evə baxış keçirilən zaman bir ədəd bükülüdə 200 qram çəkidə olan heroini təxminən 15 noyabr 2020 ci il tarixdə Xırdalan şəhərində "Şahqələm" adlı şəxsdən əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən evində özü istifadə etmək üçün saxlamışdır (cild 1, iş vərəqi 59). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11.01.2021-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 158-159). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 19.02.2021-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda üzləşdirmələr keçirilmiş, sonuncular istintaq orqanına vermiş olduğu ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 190-194, 195-199, 200-204). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübut qismində tanıma haqqında 19.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən və yaşadığı evinə baxış keçirilərkən götürülmüş, ekspertizadan sonra ümumi çəkisi 251,837 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində axtarış keçirilərkən götürülmüş ekspertizadan sonra 01 ədəd ümumi çəkisi 16,921 qram çəkidə ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitənin izləri olan elektron tərəzi maddi sübut qismində tanınmış və qalıq 251,757 qram çəkidə narkotik vasits heroin, qalıq 16,871 qram çəkidə psixotrop maddə metamfetamin, elektron tərəzi saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinuin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 85-87). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 23.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi prosesini özündə əks etdirən iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 205-215). İşdə olan cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında 23.02.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayırılmışdır (cild 1, iş vərəqi 217-218). İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26.08.2012-ci il təvəllüdlü Məcidli Nuray və 22.01.20162-cı il təvəllüdlü Məcidli Mələk adlı iki azyaşlı övladı vardır. Yaşadığı ünvan üzrə ərazi dairəsinə istər qəsəbə əhalisi, istərsə qonşuları tərəfindən heç bir yazılı və şifahi ərizə daxil olmamışdır (cild 1, iş vərəqi 149- 154). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona aid olmaması, həmin vasitələrin və elektron tərəzinin aşkar olunduqları yerə polislər tərəfindən qoyulması, polis əməkdaşlarının onu ailəsi ilə təhdid etməklə etirafedici ifadələr alması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzadan yayınmaq məqsədi daşıyır və inandırıcı hesab olunmur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə dindirilmiş şahidlər X4 və X1 göstərdiklərinin məhkəmə Təqsirləndirilən şəxs ifadələri ilə ziddiyyət təşkil etdikləri olması qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs ifadəsində evində əməliyyat keçirilən vaxt həytində Qulam adlı bir ustanın işlədiyini, onunla bir yerdə durduqları zaman bir nəfər polis işçisinin divardan atlanaraq darvaza qapısını açdığını göstərsə də, şahid ifadələrindən başa düşülür ki, həyətdə həmin vaxt iki usta olmuş, qapını polis işçisi deyil, usta açmışdır. Bundan əlavə həmin şahidlərin ifadələri Təqsirləndirilən şəxs evində əməliyyat-axtarış tədbirinin keçirilmə gedişatına aid olan məsələlərə aydınlıq gətirir, narkotik vasitələrin və psixotrop maddənin təqsirləndirilən şəxsin evinə polis əməkdaşları tərəfindən qanunsuz qoyulmasını və ya Təqsirləndirilən şəxs tərəfindən həmin vasitələrin qanunsuz əldə edilib saxlanımasını təkzib edən halları işıqlandırmır. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən şahidlərin ifadələri Təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bağlı verilmiş ittihamın bir hissəsindən görünür ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satma ilə bağlı ittiham verməklə səhvə yol vermişdir. Belə ki, iş materiallarından Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitələri və psixotrop maddələri hər hansı şəxsə satması faktı görünmür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs külli miqdar narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan onun həmin vasitələri satması faktının əməliyyat yolu ilə təsdiq edilmədiyini bildirmişlər. Bundan başqa ibtidai istintaq zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni konkret olaraq hər hansı şəxsə satması barədə heç bir sübut əldə edilməmiş, habelə belə bir dəlil məhkəmə zamanı da müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni və psixotrop maddəni satması öz təsdiqini tapmamışdır. Ona görə məhkəmə hesab edir ki, narkotik vasitəni və psixotrop maddəni satma əməli Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli hökmündən və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 dekabr 2018-ci ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 4 ay 8 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqi 93-95, 129-131, 134-148). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il vaxt keçmədən yenidən cinayət törətdiyinə görə o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədiyindən məhkəmə onun yenidən qəsdən törətdiyi əməli cinayətin residivi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 17 noyabr 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində 19 noyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 noyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 81-84). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Abşeron rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 251,757 qram narkotik vasitə heroin, 16,871 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi prosesini özündə əks etdirən iki ədəd DVD disk iş materiallrında saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Abşeron rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götrülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 251,757 qram narkotik vasitə heroin, 16,871 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi prosesini özündə əks etdirən iki ədəd DVD disk iş materiallrında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar