Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-861/2022 08.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X6, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1992-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Binəqədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 il 06 ay müddətinə, xx.xx.2015-ci il tarixli hökmü ilə isə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq xx.xx.2020-ci il tarixdə azadlığa buraxılmış, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tədbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə şəxsiyyətləri istintaq orqanına məlum olmayan Bəhi, Çingiz və digər bir neçə nəfər şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan Şossesi döngə 7 ünvanındakı evinin qarşısında sonuncu ilə görüşüb guya kriminal aləmin nüfuzlu şəxsləri, yaşadığı və işlədiyi ərazinin kriminal vəziyyətinə, narkotik vasitələrin həmin ərazidəki qanunsuz dövriyyəsinə nəzarət etdiklərini Zərərçəkmiş şəxs bildirməklə guya kriminal aləm tərəfindən onlara təhkim olunmuş ərazidə özbaşna narkotik vasitələrin satışını həyata keçirdiyi üçün Zərərçəkmiş şəxs zor göstərəcəkləri hədəsi ilə 3000 manat məbləğində pul tələb etmişlər, sonuncu həmin pulu onlara verməkdən imtina etdikdə isə aralarında əvvəlcədən baş tutumuş cinayətkar sövdələşməyə əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan Bəhi və Çingiz adlı üzvləri müqavimətini qırmaq məqsədi ilə Zərərçəkmiş şəxs əl-qolunu tutub saxlamışlar, Təqsirləndirilən şəxs isə sifət nahiyəsindən yumruq zərbəsi vuraraq ona üst və alt dodağın selikli qişasının əzilmiş yarası kimi xəsarətlər yetirməklə zor tətbiq etmiş, daha sonra isə öz əməllərini davam etdirmək üçün məsələyə aydınlıq gətirilməsi bəhanəsi ilə Zərərçəkmiş şəxs yaxınlıqdakı qəbirstanlıqa görüş təyin edərək orada da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq zərbəsi vurmaqla sol göz qapaqları və gözaltı nahiyənin qançırı kimi, üzərində gəzdirdiyi bıçaqla sağ əlindən qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ əlin İ barmağının kəsilmiş yarası kimi dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tədbiq etməklə əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə əldə edəcəkləri narkotik vasitələrin qiymətinə və çəkisinə dair əvvəlcədən sövdələşib razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib sonuncunun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində “AL Market” dükanının yaxınlığında gizlətdiyi yerdən istintaqa məlum olmayan mənbədən götürməklə 17,410 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkoik vasitə heroini xx.xx.2021-ci il tarixdə axşam saatlarında qanunsuz əldə edərək üzərində saxlayaraq daşıyıb evinə gətirmiş, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Azərbaycan Respublikası DİN-in Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi Şossesi döngə 6 ünvanının yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin ünvan 5 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli idman şalvarın sağ yan cibindəki portmanedən bir ədəd içərisinə ümumi təmiz çəkisi 17,410 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin qablaşdırılmış sellofan büküm və əynindəki şalvarın sol yan cibindən narkotik vasitələrin çəkilməsi üçün saxladığı bir ədəd balaca elektron tərəzi aşkar edilərək götürülmüşlər. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərədə tutlan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittihamın Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb olunması hissəsi ilə razı deyil. O, Ceyhuna hədə-qorxu gəlməmişdir, sadəcə ona bir məhəllə uşağı kimi atasının müalicəsi ilə bağlı maddi yardım göstərməsi üçün müraciət etmişdir. O, 13 dekabr 2020-ci il tarixdə axşam saatlarında Ceyhuna zəng vuraraq onunla görüşmək üçün dostları Bəhi və Çingiz adlı şəxslərlə birlikdə Ceyhunun yaşadığı məhəlləyə getmişdir, orada Ceyhundan heç bir haqq tələb etməmiş, sadəcə olaraq bildirmişdir ki, atası ağır xəstədir, müalicəsinə pul lazımdır, imkanı varsa Ceyhun da köməklik etsin. Ceyhun da onun yad adamlarla onun qapısına getməyindən əsəbləşərək onu düz anlamamış və onunla mübahisə etməyə, əlbəyaxa davaya başlamışdır. Yanında olan uşaqlar onları aralaşdırmışlar, səs-küyə Ceyhunun ailə üzvləri çıxdığından oradan aralaşıb çıxıb getmişdir. Ceyhunun özü isə ondan əl çəkməmişdir, zəng vuraraq onu qəbirstanlığa görüşə çağırmışdır. Ora görüşə getdikdə aralarında yenə də dava düşmüş, əlbəyaxa olsalar da o, Ceyhuna bıçaqla xəsarət yetirməmişdir. Orada olan uşaqlar yenə də onları aralamışlar. Amma Ceyhunun orada əlindən bıçaqlanmasını görməmişdir. Oradan dağılışdıqdan sonra o, məhəlləyə qayıtmış, lakin sonradan eşitdiyinə görə onunla yenə görüşmək üçün Ceyhun həmin vaxt onun yanında olmuşdur. Özünün bildiyinə görə hazırda Rusiyada olan Çingiz adlı məhəllə uşağına zəng vuraraq onun yerini soruşmuş, Çingiz də Ceyhunu sakitləşdirmək üçün «Söyüdlər» adlanan ərazidəki «Stop» marketinin qarşısına çağırmış, orada Ceyhun qardaşı Rüzigar ilə rastlaşmış aralarında mübahisə düşmüşdür. Oradan isə Ceyhun avtomobilini sürüb onların ünvanının qarşısına gəlmişdir. Orada onunla yenə də dalaşmaq istədikdə kiçik qardaşı Ruslan aralarına girmiş və Ceyhunu sakitləşdirmək üçün kənara çəkmişdir. Qaranlıq olduğundan orada kimin kimi vurmasını görməmişdir, lakin məlum olmuşdur ki, həmin vaxt Ceyhun, qardaşları Ruslan və Rüzigar da bıçaqla vurulmuşlar. Həmin vaxt səs-küyə məhəllədə xeyli şəxs toplaşdı. O, tələsik küçəyə çıxaraq tanımadığı avtomobilləri saxladaraq qardaşları Ruslan və Rüzigarı xəstəxanaya yola salmış, daha sonra Ceyhuna yaxınlaşmış, yanında olan dostu Adəm artıq sürüyərək Ceyhunu öz avtomobilinə yerləşdirmişdir, lakin avtomobili sürə bilmədiyi üçün yerindən tərpədə bilmədi. Yoldan keçən bir avtomobili saxladaraq içindəki sərnişindən xahiş etmişdir ki, Ceyhunun avtomobilini sürərək onu xəstəxanaya çatdırsın, həmin şəxs də onun xahişini nəzərə alaraq Ceyhunu xəstəxanaya apardı. Həmin vaxt hadisə yeri qaranlıq olduğundan kimin kimi bıçaqlamasını bilməmiş, heç bıçaqlanan qardaşlarını da kimlər tərəfindən bıçaqlandıqlarını bilməmişlər. İttihamda onun üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə külli miqdarda əldə edib üzərində saxlayaraq daşıyıb gəzdirməsi göstərilmişdir. O, bununla da ümumiyyətlə razı deyil. O, narkotik aludəçisi kimi xeyli müddət ərzində narkotik vasitələrin qəbulu ilə məşğul olsa da satışı ilə heç vaxt məşğul olmamışdır. 11 noyabr 2021-ci il tarixdə axşam saatlarında öz istifadəsi üçün əvvəlcədən sosial şəbəkələr vasitəsi ilə tanış olduğu, adını və anket məlumatlarını dəqiq bilmədiyi, əvvəllər də bir neçə dəfə öz istifadəsi üçün narkotik vasitə aldığı, özünü İran İslam Respublikasında yaşayan şəxs kimi təqdim etmiş şəxslə sosial şəbəkə vasitəsi ilə danışaraq özü üçün bir qram çəkidə heroin sifariş vermişdir. Həmin şəxs də onu Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki «Al» marketinin yanına yönləndirmiş, həmin şəxsin izah etdiyi həmin yerə gedərək orada yerdən bir bükümdə heroini götürüb istifadə etmək üçün cibinə qoyub yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi Şossesi döngə 6 ünvanındakı evinə getmişdir. Aldığı heroinin üzərindən bir qədər götürərək evdə qəbul etmiş, qalan hissəsini isə elə həmin bükümdə saxlayaraq şalvarının cibində gizlətmişdir. Sabahısı gün səhər saatlarında evdən çıxıb küçə ilə piyada hərəkət edərkən evin yaxınlığında onu iki nəfər mülki geyimli şəxslər saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini tələb etmişlər. Onlara adını, soyadını deyəndən sonra barəsində məlumat daxil olduğunu və bununla əlaqədar onlarla Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. O da etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə getmişdir, oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirildi. Baxış zamanı o əynindəki şalvarının sağ yan cibindən içərisində heroin gizlətdiyi pul qabını və sol cibindən aldığı narkotik vasitələrin çəkisində aldatmasınlar deyə, üzərində gəzdirdiyi elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları pul qabını açıb içrəisində heroin olan sellofan bükümü aşkar etmişlər və onların sualına cavab olaraq o, həmin bükümün içərisindəki kütlələrin heroin olmasını təsdiq etmiş, üzərində aşkar olunmuş büküm və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. O, 13 dekabr 2020-ci il tarixdə baş vermiş hadisə vaxtı Zərərçəkmiş şəxs, qardaşları Rüzigar və Şahid2lara bıçaq xəsarətlərini kimin yetməsini bilmir, görməmişdir. Hadisə vaxtı şəxsən onun əlində bıçaq olmayıb, həmin vaxt yanında əvvəllər birlikdə məhbusluq həyatı yaşadığı, dəqiq ünvanını və anket məlumatlarını bilmədiyi “Bəhi” ləqəbli, Bəhman adlı şəxs, Çingiz və Vüsal adlı məhəllə uşaqları, qonşuluqda yaşayan xalası oğlu Elnur və digər qonşuları olmuşlar, onların hamısı Ceyhunla onu aralaşdırmağa çalışırmışlar, heç biri Ceyhuna xəsarət yetirməmişdir. Aldığı narkotikin pulunu ödəməmişdir, iranlı ilə danışmışlar ki, bir neçə gündən sonra ona göndərəcəyi hesaba yükləyəcək, lakin polislər tərəfindən tutulduğundan üzərində aşkar olunmuş narkotikin pulunu artıq ona göndərə bilməmişdir, həmin narkotik vasitəsinə görə 50(əlli) manat göndərməli olmuşdur. Həmin narkotik vasitəni satan şəxsi görsə də tanımaz, ona görə ki, həmin şəxsin sifətini əvvəllər heç vaxt görməmişdir. Həmin şəxs ilə əsasən «facebook» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayırmış, adını «İranlı» kimi qeydə almışdır. Üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı ittihamda göstərilən kimi,yəni 17 qram olmalı deyildi. O, yalnız 01 qram çəkidə narkotik vasitə sifariş vermişdir və həmin çəkiyə uyğun da pul ödəməli olmuşdur. Təqsirləndirilən şəxs özünü ela edilmiş ittiham üzrə qismən təqirli bilsə də, onun şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tədbiq etməklə özgənin əmlakını tələb etməsi və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əldbir olan bir qrup şəxs halında əldə edərək saxlayıb daşıması istintaq zamanı öz ifadələri, iş üzrə dindirilmiş şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, təxminən bir neçə aydır ki, hərdən bir qurudulmuş marixuana alıb çəkmişdir, lakin heç vaxt satışı ilə məşğul olmamışdır, nə də ki, kimlərəsə təşkil etməmişdir. Buna baxmayaraq əvvəllər qonşu məhəllənin sakini kimi tanıdığı, əvvəllər məhkum olmuş və kriminal aləmə meyilli olan Ruhi adlı şəxs 13 dekabr 2020-ci il tarixdə axşam saatlarında əvvəl ona, istifadəsində olan ***-***-**-** saylı telefonuna zəng vuraraq, zənginə cavab vermədiyi üçün mesaj yazaraq, mesajını da cavabsız qoyduğu üçün artıq digər bir məhəllə uşağı Çingiz adlı şəxsin hazırda xatırında qalmayan telefonundan zəng vuraraq yerini öyrənib, evdə olduğunu bildikdən sonra Çingiz və digər əvvəllər tanımadığı, özünü Yasamal rayonunda «kriminal vəziyyətə baxan» kriminal avtoritet kimi təqdim edən «Bəhi» ləqəbli şəxslə birlikdə yaşadığı ünvana gələrək onu qapıya çağırmış və guya yaşadığı ünvanda və ətraf ərazidə onların deməsi ilə «qaraqura» işlərlə, yəni, narkotik alveri ilə məşğul olduğunu bildiklərini deyərək ondan haqq tələb etməyə başlamışlar. Həmin şəxslərin tələblərini rədd etdikdə ona hədə-qorxu gəlməyə başlamışlar, aralarında mübahisə düşmüş, mübahisə zamanı fiziki cəhətdən ondan üstün olan «Bəhi» ləqəbli şəxs əlləri ilə onun qollarını arxadan tutmuş, Ruhi isə sifətinə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt onların gəlişini gözlədiyi üçün əvvəlcədən özünə dəstək kimi çağırdığı dostu Adəm və səs-küyə bayıra çıxan azyaşlı oğlu 15 yaşlı Muradın səs-küy salmalarından qorxan Ruhigil sonuncunun həmin vaxt idarə etdiyi metallik rəngli «BMV» markalı avtomobilə əyləşib qaçıb getdilər. O da həmin şəxslərin övladının gözü qarşısında, öz evinin qapısında heç bir səbəb olmadan onu döymələri ona çox pis təsir etdiyindən, əsəblərini cilovlaya bilməyib, qərara gəlmişdir ki, harda olsa Ruhini tapıb ondan qisasını alacaq. Bu məqsədlə Ruhinin hazırda xatirində qalmayan telefonuna zəng vuraraq yaxınlıqdakı qəbirstanlığa görüşə çağırmış, özü isə «Opel Astra» markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək həmin yerə dostu Adəmlə birlikdə getmişdir. Ora çatdıqdan təxminən bir iki dəqiqə sonra Ruhigil də ora biri Ruhinin idarə etdiyi «BMV» markalı olmaqla, digərinin markası isə hazırda xatırında qalmayan iki avtomobillə gəldilər. Onlar təxminən altı nəfər idilər. Aralarında Ruhi və əvvəllər üzdən tanıdığı, gümüşü rəngli, arxa şüşəsində kriminal aləmin rəmzi kimi tanınan çox guşəli ulduz şəkli yapışdırılmış «Reno Megan» markalı avtomobil idarə edən Vüsal adlı şəxs də var idi. Həmin şəxslər avtomobillərdən aşağı enərək onun üzərinə gəlmişlər, hər birinin əlində bıçaq var idi. Onlar kriminal aləmin nümayəndələri olmaqlarını bildirərək hərəsi bir tərəfdən ona təziq göstərməyə, hədə-qorxu gəlməyə, onlara haqq ödəməli olduğunu bildirməyə başladılar. Yenə Ruhi ilə onun arasında mübahisə düşmüş, əlbəyaxa olmuşlar, yumruqlaşmağa başlamışlar, həmin vaxt Ruhi ilə gələn şəxslərdən tanımadığı biri ona bıçaq ataraq sağ əlinin ovuc hissəsini kəsmişdir, yarasından qan açılmış, döyülməyini kənardan müşaiyət edən dostu Adəmi səsləyərək polis çağırmasını tələb etdikdə onlar avtomobillərinə əyləşərək qaçıb oradan uzaqlaşmışlar. Onlar da oradan öz avtomobilində aralaşmışlar, yol üstü Adəm aptekə düşüb onun yarasını sarımaq üçün bint almış, avtomobildə yarasını sarımış, hirsi yenə də soyumamış, qisas almaq üçün yenidən Ruhiyə zəng vurmuş, Ruhi zənginə cavab vermədiyi üçün Çingizə zəng vurmuş, yerlərini deməsini tələb etmiş, Çingiz onu «Söyüdlər» adlanan yerdəki «Stop» marketinin qarşısına çağırdı. O, avtomobili ilə ora çatdıqda Ruhi və qardaşı Ruzigar avtomobilinin qarşısını kəsərək hər ikisi əllərindəki bıçaqla avtomobilinə zərbələr vurmağa başlamışlar, onlara avtomobildən düşməyə imkan verməmişlər, Ruzigar əlindəki bıçaqla vurub onun tərəfdən olan qabaq yan şuşəni sındırmış, şüşədən sonra bıçağı başı istiqamətində atacağını görüb o, avtomobilini arxaya verərək onların üzərinə sürmək istəmiş, onlar qaçıb getmişlər. O, yenidən avtomobilini idarə edib Ruhigilin yaşadığı ünvana sürmüş, məhəllələrinə çatdıqda orada təxminən iyirmi nəfər tanımadığı şəxsin toplaşdığını, onların arasında Ruhinin özü, qardaşları Ruslanı və Ruzigarı, yalnız birinin adının Elnur olduğunu bildiyi bir neçə nəfər xalası uşaqları, qonşu uşaqlar və digər şəxslər olduğunu görmüşdür. O, avtomobildən aşağı enən kimi Ruslan onu qarşılamış, əvvəl onunla bir qədər sakit danışmağa, qardaşına haqq qazandırmağa çalışmış, o isə qardaşı Ruhi tərəfindən nahaqq yerə vurulduğunu bildirib Ruhi ilə təkbətək danışmaq istədiyini bildirərək Ruhinə yaxınlaşmış, Ruhi ilə üzbəüz dayanıb söhbət edərkən sol bud nahiyəsindən sancı hiss etmiş, müvazinatını itirib sağ yanı üstə yerə yıxılıb başını qaldırdıqda görmüş ki, Ruslan əlində xəncərə bənzər iri bir bıçaq başının üzərində dayanmışdır. Orada olan tanımadığı şəxslər də ona əlavə zərbələr vurmasın deyə, Ruslanı kənara çəkib ondan aralaşdırmışlar. Həmin vaxt Rüzigar əlində bıçaq üzərinə gələrək onu guya «cəzalandırmaq» üçün dalından bıçaqlamağa çalışmış, özündə güc tapıb yerdə uzanmış vəziyyətdə çabalayaraq zərbələrindən yayınmağa çalışsa da Rüzigarın atdığı bıçaq zərbələrindən biri sol bud nahiyəsinin arxa hissəsindən tutmuşdur. Səs-küyə qonşuların, arvad-uşağın çıxdıqlarını görüb həmin şəxslər oradan qaçaraq uzaqlaşmışlar, həmin vaxt görmüş ki, ondan təxminən 15-20 metr aralı məsafədə Ruslan yerdə uzanıb qışqırır, ailə üzvləri orada yaşadıqları üçün köməkləşib Ruslanı oradan xəstəxanaya aparmışlar, ona isə heç kim yardım göstərməmiş, yalnız qonşuluqdan çıxmış bir nəfər tanımadığı yaşlı qadın və dostu Adəm onu qaldırmağa çalışmışlar. Sonradan onlara bir nəfər də tanımadığı şəxs yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim edərək kömək etmiş, öz avtomobilinə mindirib onu evlərinə, oradan isə vəziyyətinin pisləşdiyini görərək təcili tibbi briqadası çağırıb Sabunçu Xəstəxanasına aparmışlar. Xəstəxanada təxminən bir həftə stasionar müalicə aldıqdan sonra evə buraxılmışdır. Müalicəsi ilə əlaqədar təxminən 1500(bir min beş yüz) manat məbləğində xərc çəkmiş, avtomobilini isə heç təmir etdirmədən dəyərdəyməzinə 7500(yeddi min beş yüz) manata satmışdır, ona görə ki, Ruhi və Rüzigar tərəfindən bıçaqla yetirilmiş zədələrinə görə və yarasından axan qanının pis qoxusu salonuna hopduğu üçün avtomobilinin təmirinə xeyli pul lazım imiş. Hadisə vaxtı Rüzigar və Şahid2lara bıçaq xəsarətlərini kim yetirdiyini bilmir, görməyib. Ruhigil ilə qəbirstanlığa görüşə getdikdə evindən özünə məxsus, arxasında kəmərə taxılması üçün qarmağı olan, hazırda haradan əldə etməyi xatırında qalmayan, balaca cib bıçağını götürüb getmişdir, həmin bıçağı da Ruhigilin məhəlləsində baş verən dava zamanı əlindən salıb itirmişdir. Hadisə vaxtı orada olan, yuxarıda adlarını çəkdiyi tanıdığı və tanımadığı şəxslər Ruhinin sözlərinə dəstək verərək onu hədələyirdilər. Ruhi və onun qardaşlarını onu bıçaqlamalarına təhrik edirdilər. Nə özü, nə də ki, dostu Adəm heç kimə heç bir bıçaq xəsarəti yetirməmişlər. Ruhin deyirdi ki, guya onun işləyib yaşadığı ərazinin “kriminal vəziyyətinə” Ruhi cavabdehdir, guya kriminal aləm tərəfindən Ruhiyə təhkim edilmiş ərazidə hamı ona haqq verir, o da verməlidir, bəhanə edirdi ki, guya hazırda böyrək çatışmamazlığından əziyyət çəkən atasının müalicəsi ilə əlaqədar 3000(üç min) manat məbləğində pula ehtiyacı var, həmin pulu Ruhiyə o, çatdırmalıdır, əslində isə Ruhi onu öz dilləri ilə desə «yükləməyə», hərac almağa çalışırmış. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istsisntaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində ifadələrində göstərdiyi xususatları onlar arasında keçirilmiş üzləşdirmə zamanı təsdiq etmişdir. Şahid7 Elburus oğlu ifadələrində göstərdi ki, o, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin Cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 noyabr 2021-ci il tarixdə Bölməyə ünvan 6 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi Şossesi döngə 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Daxil olmuş məlumat yoxlamaq üçün əməliyyat qrupu yaradıldı. Qrupa ondan başqa Polis Bölməsinin Cinayət-axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 da daxil olundu. Əməliyyat qrupu ilə birlikdə məlumatda göstərilən ünvana yollanmışlar və məlumatda göstərilən Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə təxminən saat 11:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi Şossesi döngə 6 ünvanının yaxınlığında müəyyən edib onu Binəqədi RPİ-nin 6-cı bölməsinin inzibati binasına gəlmişlər. Orada qanuna uyğun olaraq Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilərək ona təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki şalvarın sol yan cibinə salıb oradan bir ədəd təsbeh, bir ədəd elektron tərəzi və yeddi manat məbləğində pul, sağ yan cibindən isə bir ədəd qara rəngli dəri portmaneni çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı onun masanın üzərinə qoyduğu portmaneni açıb içərisinə baxdıqda oradan bir ədəd qarışıq rəngli başı rezinlə bağlanmış sellofan büküm aşkar edərək bükümdə nə olmasını soruşmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» adlanan narkotik vasitə «heroin» olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını, atdığı Lökbatan qəsəbəsi ərazisindən gedib götürdüyünü, üzərindən aşkar edilmiş elektron tərəzini isə narkotik vasitələr alarkən çəkidə aldatmasınlar deyə, üzərində gəzdirdiyini bildirmişdir. Qeyd olunanların hamısı kriminalist tərəfindən videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və elektron tərəzi qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında narkotik vasitələri əldə etdiyi mənbələri barədə qeyd olunmasa da, onun Biləcəri qəsəbəsi ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması və cinayətkar aləmə meyilli olması bildirilirmiş və sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də tərəflərindən saxlanılmamışdan xeyli bir müddət əvvəl Biləcəri qəsəbəsi ərazisində Ceyhun adlı şəxsdən özünü kriminal avtoritet kimi qələmə verərək hədə-qorxu ilə pul tələb etməsinə görə barəsində cinayət təqibi aparılırmış, axtarışa elan olunmuşdur. Ona nə fiziki, nə psixi təsir edilməyib, İttihamda göstərilən naokrtik vasitənin haması onun üzərindən çıxıb. Şahid Nəbiyev X7 rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin Cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyiyni bildirib ifadələrində Şahid7la eyni məzmunlu ifadələr verdi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı aralarında keçirilmiş üzləşdirmə şahidlər Şahid4 və Şahid7 ifadələrində Təqsirləndirilən şəxs barəsində ifadələrində göstərdiyi xususatları onlar arasında keçirilmiş üzləşdirmə zamanı təsdiq etmişdir. Şahid2 ifadələrində göstərdi ki, 13 dekabr 2020-ci il tarixdə axşam saatlarında məhəllədə səs-küy eşidib bayıra çıxdıqda görmüş ki, tanımadığı və məhəlləyə yad olan cavan oğlanlar bir biri ilə ucadan mübahisə edərək nalayiq ünvansız söyüşlər söyürlər, onlara yaxınlaşaraq sakitliyə dəvət etməklə xahiş etmiş ki, məhəllədə söyüş söyməsinlər, evdə ağır yataq xəstəsi var, narahat olur. Elə bu zaman sağ ayağının bud nahiyəsinin arxa hissəsindən sancı hiss etmiş, özündən asılı olmayaraq büdrəyərək yerə yıxılmış, əlini sancı hiss etdiyi nahiyəyə apardıqda görmüş ki, həmin hissədən qan gəlir, anlamış ki, bıçaqla vurublar, halı pisləşdiyindən qışqıraraq kömək çağırmış, həmin vaxt qardaşı Rüzigar yaxınlaşaraq sakitləşdirməyə başlamış, narahat olmamağını tapşıraraq taksi çağırıb onu xəstəxanaya çatdıracağını vəd verib yola tərəf qaçmışdır, bir qədər sonra tanımadığı bir taksi ilə gəlib onu Respublika Xəstəxanasına aparmış, orada onu cərrahi əməliyyat etmişlər, bir neçə gün stasionar müalicə aldıqdan sonra evə buraxılsa da hələ də yarası tam sağalmayıb, ayağının fəaliyyət qabiliyyəti tam bərpa olmayıb, əsa ilə gəzir. Həmin vaxt orada mübahisə edən şəxsləri tanımır, kimin tərəfindən vurulduğunu da görməmişdir, sonradan da bilməmişdir. Həmin şəxslərin nə barədə mübahisə etmələri, bir birinə qarşı hansı tələblər irəli sürmələrindən xəbəri olmayıb. Həmin vaxt orada 4-5 nəfər şəxs olub, onlardan heç birini tanımır. Həmin vaxt orada qardaşı Ruhini, qonşularından və ya xalası uşaqlarından heç birini görməmişdir, qardaşı Rüzigarı isə sonradan, artıq xəsarət alaraq yerə yıxılandan sonra ona yaxınlaşdıqda görmüşdür. Zərərçəkmiş şəxs tanımır. Hadisə zamanı qardaşı Rüzigarın xəsarət almasını sonradan artıq xəstəxanada bilmişdir, Rüzigarın deməsinə görə, həmin vaxt onu bıçaqla vuran şəxsin əlindən bıçağı almaq istədikdə həmin bıçaq Rüzigarın da əlini kəsmişdir, amma həmin şəxsin kim olmasını o, bilmirəm, qardaşım nə isə ad çəksə də həmin şəxsi tanımamışdır, davanın səbəbini də bilməmişdir. Həmin vaxt qardaşı Ruhini orada görməmişdir, baş vermiş hadisəyə nə dərəcədə aidiyyətinin olub-olmadığını da bilmir. Atası dialez xəstəsi olduğundan həmin vaxt kurs müalicələr alırmış, lakin müalicəsi dövlət hesabına olunurmuş, düzdür əvvəl müalicə ilə əlaqədar özləri də öz vəsaitlərindən istifadə etmişlər, lakin hadisə cərəyan edən müddətdə artıq müalicəsi dövlət hesabına həyata keçirilirmiş. Elnur adlı xalası oğlu var, onlardan bir neçə məhəllə yuxarıda yaşayır, «VAZ 21014» markalı ağ rəngli avtomobil idarə edir, İdman Akademiyasında təhsil alıb, subaydır, yaşca ondan balacadır, atasının adı Mehmandır, xalası Əntiqənin oğludur, hadisə vaxtı Elnuru orada görməmişdir. X13 və Vüsal adlı, «Bəhi» ləqəbli dostlarını tanımır. Yaşadıqları məhəllədə, qəsəbədə və ya kənar yerlərdə kiminləsə düşmənçiliyi və ya ədavəti olmayıb. Ceyhun adlı şəxsi tanımır, həmin hadisə zamanı da o, heç kimin sinəsindən itələməyib, həmin vaxt kimin tərəfindən vurmasını da görməyib. Hadisə vaxtı onun üzərində bıçaq olmayıb. Şahid3 adlı şəxsi tanımır, hadisə zamanı orada hansı nəqliyyat vasitələrini olmasını bilmər, fikir verməmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həm iş yoldaşı, həm də ki, dostudur. 13 dekabr 2020-ci il tarixdə axşam saatlarında Ceyhunla zəngləşərək xahiş etmişdir ki, avtomobili ilə onu Yasamal rayonuna Yeni Yasamal yaşayış massivinə aparsın. Ceyhun etiraz etməmiş və bildirmişdir ki, evdədir, qardaşıgil qonaq gəliblər, artıq çıxıb geməyə hazırlaşırlar, tapşırmışdır ki, işdən çıxıb onlara gəlsin, ona kimi qardaşıgili yola salacaq. O da kisəçi işlədiyi «Xan» hamamından çıxıb piyada yaxınlıqda yaşayan Ceyhungilə gəlmiş, Ceyhunun bayırda saxladığı avtomobilinə əyləşib evdən çıxmasını gözləmişdir. Bir qədər sonra Ceyhun avtomobilə əyləşərək bildirmişdir ki, qonşuluqda yaşayan Ruhi adlı şəxs ona zəng vuraraq görüşmək istədiyini bildirib, Ruhin gözləyir ki, öyrənsin nə məsələdir. Maraqlandıqda isə bildirmişdir ki, Ruhi əvvəllər məhkumluq həyatı yaşamış şəxsdir, hazırda da özünü kriminal aləmin nümayəndəsi kimi qələmə verərək Ceyhuna hərac qoymağa çalışır. Təxminən 5 dəqqiqədən sonra Ceyhunun yaşadığı evin qarşısına bir avtomobil gəlib dayanmış, içərisindən 3 nəfər əvvəllər tanımadığı, adları sonradan ona məlum olmuş Ruhi, Çingiz və Bəhi adlı şəxslər düşmüşlər. Onlar Ceyhunla görüşüb mübahisə etməyə başlamışlar, mübahisə zamanı Ruhi qəfildən yumruqla Ceyhunun sifət nahiyyəsindən bir zərbə endirmişdir. O və yanında olan şəxslər araya girərək Ruhini tutub saxlamışlar, dalaşmalarına imkan verməmişlər. Bu zaman Ruhi bıçaq çıxarıb Ceyhunu vuracağı ilə hədələmişdir. Səs-küyə Ceyhunun oğlu azyaşlı Muradın çıxdığını görüb həmin şəxslər avtomobillərinə əyləşib oradan uzaqlaşmışlar. Onların bu hərəkətlərindən əsəbləşən Ceyhun evə keçib əynini dəyişmiş və Ruhiyə zəng edib söhbəti davam etdirmək üçün onu yaxınlıqda yerləşən qəbirstanlığa dəvət etmişdir. Saat 22 radələrində Ceyhunla birlikdə yaxınlıqda yerləşən qəbirstanlığa getmişlər. Orada Ruhi və tanımadığı 4-5 nəfər şəxslə görüşmüşlər. Ruhi və Ceyhun mübahisə etməyə başlamışlar. Qəfildən Ruhi sağ əlində olan bıçaqla Ceyhunun sağ əlindən zərbə endirmişdir. O, bunu görüb ortaya keçmiş və onları aralaşdırmışdır. Ruhinin yanında olan şəxslər onu aralayıb kənara çəkmişlər və gəldikləri «Mersedes Benz» markalı avtomobilə əyləşdirmişlər, özləri də digər modelini xatırlamadığı avtomobilə əyləşib çıxıb getmişlər. Ceyhun özünə məxsus «Opel Vektra» markalı avtomobilə əyləşmiş və onlar da oradan tərpənərək Xırdalan Dairəsi adlanan yerə getmişlər, oradakı apteklərin birindən o, bint və dərman alaraq Ceyhunun əlini sarımışdır. Ceyhunun hirsi soymadığından yenə də Ruhigilə zəng vurub yerlərini soruşmuş, «Stop» marketin yanında olduqlarını öyrənib avtomobilini həmin yerə sürmüş, orada tanımadığı 2 nəfər şəxslə rastlaşmışlar, onlardan biri, Ruhinin qardaşı Rüzigar olmasını sonradan öyrəndiyi şəxs dəmir alətlə Ceyhunun avtomobilinin qabaq sol qapısının şüşəsini sındıraraq sükan arxasında əyləşmiş Ceyhunu vurmaq istəmiş, lakin Ceyhun avtomobili hərəkətə gətirdikdən vura bilməmişdir. Bundan sonra onlar oradan uzaqlaşmışlar. Ceyhun yenə də sakitləşmirmiş, Ruhinin yaşadığı ünvanı öyrənib avtomobilini həmin ünvana sürmüş, ora çatdıqda Ruhi və tanımadığı 10-15 nəfəri əllərində bıçaq hazır vəziyyətdə Ceyhunu gözlədiklərini görmüşlər. X18 demişdir ki, «söhbəti Ruslanla et». Ceyhun Ruslan deyilən şəxslə kənara keçib söhbət etməyə başlamış, ona isə and vermişdir ki, aşağı enməsin. Avtomobildən aşağı enməsə də onlar avtomobilin qarşısında dayandıqlarından onları açıq-aydın görürmüş. Elə yenicə söhbətə başlamışlar ki, görmüşdür ki, Ruslan əlindəki bıçaqla Ceyhunun ayaq nahiyəsində zərbə vurdu. Zərbənin təsirindən Ceyhunun yerə yıxılmasını görüb tez avtomobildən aşağı enib onlara tərəf qaçmış. Onlara çatana qədər artıq Rüzigar da əlində bıçaq yerə yıxılmış Ceyhuna zərbələr vururmuş, Ceyhun isə yerdə çapalayaraq əlindəki bıçaqla onları qorxudaraq onların zərbələrindən yayınmağa çalışırmış. Onlara yaxınlaşıb araya girərək Ceyhunu qorumağa başlamış, həmin vaxt ora artıq ətrafdakı evlərdən qonşu qadınlar da çıxararq səs-küy salmağa başlamışlar, bundan qorxan həmin şəxslər Ceyhunu rahat buraxıb qaçıb getmişlər. Hadisə yerindən bir ədəd bıçaq taparaq həmin bıçağı Ceyhunun maşınına qoymuşdur ki, polis əməkdaşlarına təqdim etsin. Həyacanlı olduğundan Ceyhunun avtomobilini sürə bilməmiş, yoldan keçən mülki geyimdə olan polis əməkdaşının köməyi ilə Ceyhunu evlərinə çatdırmışlar və təcili yardıma zəng etmişlər. Təcili yardım gəlib Ceyhunu xəstəxanaya aparmışdır. Sonra isə polis əməkdaşları gəlmiş və o, onlara hadisə yerindən götürdüyü bıçağı təqdim etmişdir. Hadisə vaxtı Rüzigar və Şahid2lara bıçaq xəsarətlərini kim yetirdiyini bilmirəm, görməyib. Hadisə vaxtı Ceyhunun əlində bıçaq olub, Ceyhun həmin bıçaqla özünü müdafiə etməyə çalışırmış, lakin kiməsə bıçaq zərbəsi vurmasını görməmişdir. Davaya səbəb olmuş Ruhi bildirirmiş ki, guya Ceyhunun işləyib yaşadığı ərazinin kriminal vəziyyətinə cavabdeh şəxsdir, guya kriminal aləm tərəfindən ona təhkim edilmiş ərazidə hamı ona haqq verir, Ceyhun da verməlidir, hazırda da onun böyrək çatışmamazlığından əziyyət çəkən atasının müalicəsi ilə əlaqədar 3000(üç min) manat məbləğində pula ehtiyacı var, həmin pulu da ona Ceyhun verməlidir, əslində isə Ceyhundan konkret olaraq haqq, yəni kriminal hərac tələb edirmiş. Ceyhun onun bu tələblərini yerinə yetirmədiyində də aralarında mübahisə baş vermişdir. O ki, qaldı Ruhinin qardaşları ilə arasında olan davaya, Ruhi ilə mübahisə edərkən Ceyhunla bir birinin ünvanına ağır söyüşlər söymüşdürlər, Ruhi Ceyhuna qeyrətsiz demişdir, Ceyhun da Ruhiyə demişdir ki, gedib öz bacısının qeyrətini çəksin. Ceyhunun bu sözünü də Ruhi qardaşlarına çatdırmışdır, məhz bu səbəbə görə də Ruhinin qardaşları Ceyhunu bıçaqlamışdırlar. Hadisə yerindən taparaq polisə təqdim etdiyi bıçağın kimə məxsus olmasını bilmir, Ceyhunun deməsinə görə ona məxsus deyil. Şahid1 ifadələrində göstərdi ki, 13 dekabr 2020-ci il tarixdə saat 22:30 radələrində hazırda mərhum, həmin ərəfədə isə xəstə olan atasına dərman almaq məqsədi ilə evdən çıxıb küçə ilə aptek və mağaza istiqamətində hərəkət edərkən yaşadıqları evdən təxminən 50-60 metr aralıda qardaşı Ruslanın yanında tanımadığı 4-5 nəfər şəxsin olduğunu görərək nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşdıqda görmüş ki, Ruslan adını sonradan öyrəndiyi, Zərərçəkmiş şəxs sol əli ilə sinəsindən itələmiş, Ceyhun arxaya doğru büdrəyib bir dizi üstə yerə oturmuş, Ceyhunun sol əlində bıçaq görmüş, həmin bıçaqla Ruslanın sağ baldır hissəsindən zərbə endirmişdir. Bundan sonra Ruslan və Ceyhun tutaşmışlar. Həmçinin orada olan tanımadığı 2 nəfər şəxs də Ruslanın üstünə cummuşlar. Bunu görüb Ruslanla Ceyhunun arasına girmiş ki, onları ayırsın, buna çalışarkən Ceyhun sağ əlində tutduğu bıçaqla onun sol əlindən zərbə endirmiş və nəticədə əlinin üst hissəsindən xəsarət almışdır. Bundan sonra o, Ceyhunun əlindən bıçağı almaq məqsədi ilə sağ əlindən tutub arxaya burmuş, lakin Ceyhun bıçağı buraxmamışdır. O, Ceyhuna güc gəlib bıçağı əlindən almaq istədikdə Ceyhunun əlində olan bıçaq öz baldırına batmışdır. Bundan sonra onu kimsə arxadan vurmuş və o, müvazinətini itirib yerə yıxılmışdır, Ceyhun da yerə yıxılmışdır. Bu zaman Ruslan «məni qan aparır» qışqırmış. Bunu eşidib Ceyhunun yanında olan 3-4 nəfər tanımadığı şəxslər əsas yola doğru qaçmışlar, o, Ruslan və Ceyhun isə orada qalmışlar. Sonra Ruslanla yolun kənarına çıxmışlar və tanımadığı avtomobili saxladıb Respublika Xəstəxanasına getmişlər. Orada Ruslanı əməliyyat etmişlər və onun sol əlindən tikiş qoyaraq ilkin yardım göstərmişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, 13 dekabr 2020-ci il tarixdə saat 22:00 radələrində evdə olarkən küçədən səs-küy eşidib bayıra çıxdıqda görmüşdür ki, qapılarının qarşısında atası Ceyhun üç nəfər tanımadığı şəxslə üz üzə dayanıb söhbət edir, həmin şəxslərdən biri atası ilə ucadan mübahisə edirmiş, digərləri isə mübahisəni seyr edirlərmiş, mübahisə edən şəxs qəfildən atasının sifətindən yumruq zərbəsi vurmuş, dalaşmaq istədikdə yanlarında olan şəxslər araya girərək buna imkan verməmişlər, həmin şəxslər gəldikləri avtomobilə əyləşib çıxıb getmişlər, atası isə həmin vaxt yanında olan dostu Adəmlə birlikdə öz avtomobilinə əyləşib onların arxasınca getmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində evdə olarkən əri Ceyhunun telefonuna naməlum zəng gəlmiş və Ceyhun bayıra çıxmışdır, bir qədər sonra küçədən səs-küy eşidilmişdir, azyaşlı oğlu Murad maraqlanmanq üçün bayıra çıxmış və bir qədər sonra ağlaya-ağlaya geri qayıtmışdır, əri Ceyhun isə əsəbi şəkildə evə daxil olub əynini dəyişərək dostu Adəmlə birlikdə yenidən çıxıb getmişdir. Oğlu Muradın deməsinə görə, Ceyhun bayırda mübahisə etdiyi naməlum şəxs tərəfindən döyülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış 12 noyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli bilinərək bölməyə gətirilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı onun əynindəki şalvarın cibindən bir ədəd sellofan bükümdə qablaşdırılımış bir ədəd tərəzi, 07(yeddi) manat məbləğində pulu, bir ədəd ağ rəngli təsbehi çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, təqdim etdiyi əşyaların sırasında olan qarışıq rəngli sellofan bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsdən əldə edərək üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkilişdən istifadə olunmuş və videoçəkiliş iştirakçılara nümayiş etdirilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5020 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərflərdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 17,410 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir, «heroin» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan olunub araşdırılmış Ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğrayaraq ümumilikdə xalis cəkisi 17,360 qram çəkidə qalıq qalan narkotik vasitə «heroin» və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 169 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1933 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklər edilməmişdir. Ekspertiza tədqiqatından istintaq orqanına geri qaytarılmış bir ədəd açıq vəziyyətdə ümumi uzunluğu 240 mm olan, tiyəsi boz rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 105 mm, orta hissədən eni 23 mm, maksimal qalınlığı 2 mm olan, dəstəyinin üzərinə qəhvəyimtil rəngli materialdan hazırlanmış üzlük bərkidilmiş bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 2062 saylı və xx.xx.2021-ci il tarixli 05/2062 saylı rəylərindən görünür görünür ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sol göz qapaqları və gözaltı nahiyənin qançırı, üst və alt dodağın selikli qişasının əzilmiş yaraları, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın(əşyaların) təsirindən, sağ əlin İ barmağının kəsilmiş yarası, sol bazu nahiyəsinin səthi kəsilmiş yarası kəsici əşyanın, sol bud nahiyəsinin 03(üç) ədəd deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici əşyanın(alətin) təsirindən onun xəstəxanaya müraciət etdiyi xx.xx.2020-ci il tarixdə saat 02:30-dan bir qədər əvvəl əmələ gəlmişdir, dərəcəsinə görə sol göz qapaqları və gözaltı nahiyənin qançırı, üst və alt dodağın selikli qişasının əzilmiş yaraları, sağ əlin İ barmağının kəsilmiş yarası, sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sağ diz oynağı nahiyəsinin sıyrığı və sol bazu nahiyəsinin səthi kəsilmiş yarası isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir, xarakteri və lokalizasiyasına görə xx.xx.2020-ci il tarixdə insan bədəninin hissələrinin(yumruq, təpik və s.) təsirindən və bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Məhkəmədə elan olunub araşdırılmış maddi sübut kimi tanınmış, Binəqədi rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli İŞ №5(001)-663/2021 saylı qərarı əsasında "xxxx" MMC-dən 14488 saylı xx.xx.2021-ci il tarixli məktubla daxil olmuş, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı danışıq kartına 2020-ci ilin dekabr ayı ərzində daxil olan və çıxan zənglərin və mesajların siyahısı, həmin zənglərin sahiblərinin şəxsiyyəti, ünvanları, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə 19:47:01-də ***-***-**-** saylı telefondan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefona “Salam qaquliya menem Ruhin” mətnli SMS göndərilib, həmçininn həmin nömrələr arasında xx.xx.2020-ci il tarixdə saat 21:50:14-dən xx.xx.2020-ci il tarixdə saat 00:00:27dək olan müddət ərzində ayrı-ayrı vaxtlarda 08 dəfə müxtəlif qısa müddətli telefon danışıqları baş tutub. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, ilkin təhqiqat materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01(bir) ədəd CDyə köçürülmüş iki ədəd səsli videogörüntüyə, iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan biri “00930”, digəri isə “00931” adlı iki ədəd videogörüntü var. xx.xx.2021-ci il tarixdə yaranmış 896 MB həcmli, “MPEG-TS Video File (.MTS)” tipli 10 dəqiqə 19 saniyyəlik birinci videogörüntüdə biri polis mayoru geyimində masanın baş tərəfində, digəri mülki geyimdə masa arxasında, biri polis jiletində, digəri isə mülki geyimdə divanda əyləşmiş vəziyyətdə olmaqla ümumilidkə dörd nəfər şəxs əks olunur, masanın baş tərəfində ayaq üstə dayanmış polis mayoru rütbəli şəxs çəkiliş başlayan zamanı özünü təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 6cı Polis Bölməsinin baş təhqiqatçısı X11 olmasını bildirərək, Azərbaycan Respublikası CPM-nin 51, 86.4.2, 246-247-ci maddələrinin tələblərinə əsasən videoçəkilişdə iştirak edən Binəqədi RPİ-nin KTQ-nun ekspert kriminalisti polis mayoru X9, 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4, baş əməliyyat müvəkkili polis kapitanı Şahid7 Elburus oğlu barələrində anket məlumatlarını elan edir və iştirakçılara hüqüq və vəzifələrini izah edir, daha sonra barəsində axtarış və götürmə haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs müraciət edərək paltarlarında, əşyalarında və ya bədənində olması etimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif edir. Masa arxasında əyləşmiş Təqsirləndirilən şəxs görüntünün 03-cü dəqiqə 13-cü saniyyəsində ayağa qalxaraq əynindəki göy rəngli şalvarının sol yan cibindən bir ədəd ağ rəngli təsbehi, bir ədəd gümüşü rəngli elektron tərəzini, bir ədəd beş manatlıq və iki ədəd bir manatlıq pul əskinaslarını, sağ yan cibindən bir ədəd qara rəngli dəri portmaneni çıxarıb masanın üzərinə qoyur. Şəxsi axtarış və götürməni həyata keçirən təhqiqatçı İsmət Musayev barəsində həmin prosessual hərəkətin keçirildiyi şəxsin masanın üzərinə qoyduğu pulları sayıb çeşidlədikdən sonra masanın üzərinə qoyduğu portmanenin fermuarını açaraq içərisindən bir ədəd ağzı rezinlənmiş qarışıq rəngli sellofan büküm aşkar edərək içərisində nə olmasına dair Təqsirləndirilən şəxs sual verməklə masanın üzərinə qoyur, sonuncu həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni İran İslam Respublikasının tanımadığı vətəndaşından aldığını, sonuncunun Lökbatan qəsəbəsində atdığı yerdən götürdüyünü, tərəzini isə aldığı narkotiklərin çəkisində aldanmaması, çəkisini dəqiq bilməsi üçün üzərində saxladığını bildirir. Daha sonra təhqiqatçının göstərişi ilə baş əməliyat müvəkkili Şahid7 ayağa qalxaraq saxlanılan Təqsirləndirilən şəxs əynindəki paltarlarların ciblərinə baxış keçirir, başqa heç nə aşkar olunmur. Eyni vaxtda təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş sellofan bükümü açaraq içərisindəki digər şəffaf sellofana bükülmüş qəhvəyi rəngli kütləni iştirkaçılara və videokameraya nümayiş edir, daha sonra bükümün içərisindəki kütlənin maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onun götürüləcəyini və qablaşdırılacağını elan etməklə bükümün ağzını baxışda iştirak edən əməliyyat müvəkkili Şahid4 köməkliyi ilə yenidən rezinlə düyünlüyərək ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, aşkar olunmuş 01 ədəd sellofan bükümü həmin zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək və iştirakçılara imzalatdırır, daha sonra eyni qaydada aşkar olunmuş elektron tərəzini də götürərək qablaşdırır və videoçəkilişin iştirakçılara təqdim edilməsi üçün dayandırılmasını elan edir. xx.xx.2021-ci il tarixdə yaranmış 188 MB həcmli, “MPEG-TS Video File (.MTS)” tipli 02 dəqiqə 10 saniyyəlik ikinci videogörüntüyə baxdıqda müəyyən olunmuşdur ki, həmin görüntüdə də birinci görüntüdə əks olunan şəxslər tam tərkibdə iştirak edirlər, masanın baş tərəfində ayaq üstə dayanmış təhqiqatçı İsmət Musayev şəxsi axtarış və götürmə zamanı aparılmış birinci videoçəkilişə iştirakçılar tərəfindən baxılmasını, bununla əlaqədar heç bir etiraz və vəsatətin daxil olmadığını bildirərək protokolu imza etmələri üçün iştirakçılara təqdim edir, protokolun imzalanaraq təsdiq edilməsini, müvafiq prosessual hərəkətin qurtarmasını və videoçəkilişin dayandırılmasını elan edir. Videogörüntülərə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs CD-də əks olunmuş videogörüntülərdəki şəxsin özü olmasını təsdiq edərək, əks olunanlarla bağlı heç bir etiraz və vəsatəinin, əlavələrinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxızı zamanı ifadələrindərində göstərdi ki, 13 dekabr 2020-ci il tarixdə saat 22:00 radələrində dostları Bəhman və Çingizlə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi Şossesi döngə 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs qapısına sonuncudan hədə-qorxu ilə pul tələb etməyə deyil, borc istəmək niyyəti ilə getmişdir. Sonuncu gecə vaxtı qapısına tanımadığı şəxslərlə gəlməsindən əsəbləşərək onu aqressiv qarşılamış, bu səbəbdən aralarında münaqişə baş vermişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə “heroin”-in miqdarının ittihamda göstərildiyi kimi, külli miqdarda 17,410 qram çəkidə deyil, cəmi bir qram çəkidə olmuşdur. O, narkotik vasitəni aldığı naməlum iranlıya həmin vaxt cəmi bir qram çəkidə narkotik vasitə sifariş vermişdir. Təqsirləndirilən şəxs bu iddiaları zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsn,şahidəlrin ifadələri, baxış protokolları, məhkəmə-tibbi, bioloji, trasoloji narkoloji ekspertiza rəyləri, telefon danışıqları haqqında məlumatlar, maddi sübutlarla və işin faktiki halları ilə təkzib olundu.Bu səbəbdən də məhkəmə, onun bu ifadələrini faktiki əsası olmayan özününün müdafiəsinə yönələn ifadələr kimi qiymtləndirir. Məhkəmənin qənaətinə görə, yuxarıda təsvir olunmuş ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tədbiq etməklə özgənin əmlakını tələb etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əldbir olan bir qrup şəxs halında əldə etmiş, saxlamış və daşıması sübüta yetirildi. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini onun tərəfindən anlaqlı vəziyyətdə törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsi əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərini həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə cinayət qanunda nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 88,7 (səksən səkkiz manat yetmiş qəpik) manat və məhkəmə-trasoloji ekspertizasının keçirilməsinə 64 (altımış dörd) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 26 saylı Vəkil Burosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmə həmin xərcələri dövlət büdcsi hesabına ödənilməsini təmin edib, həmin məbləqlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən 14488 saylı 15 iyul 2021-ci il tarixli məktubla daxil olmuş, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı danışıq kartına 2020-ci ilin dekabr ayı ərzində daxil olan və çıxan zənglərin və mesajların siyahısını, həmin zənglərin sahiblərinin şəxsiyyəti, ünvanları, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 01 ədəd kompakt diskin (CD-nin), 12 noyabr 2021-ci il tarixdə Binəqədi RPİnin 6-cı PB-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01(bir) ədəd CD-yə köçürülmüş “00930”, digəri isə “00931” adlı iki ədəd videogörüntü cinayət işinin materillarında saxlanılmasını, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalmış qalıq cəkisi 17,360 qram narkotik vasitə heroini sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi, bir ədəd elektron tərəzini, bir ədəd açıq vəziyyətdə ümumi uzunluğu 240 mm olan bıçağı istehlak dəyərini itirmiş əşya kimi məhv edilməsini əsəaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Əbilov X10 rayon məhkəməsinin 01 mart .2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 il 06 ay müddətinə, 11 dekabr 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin 07 avqust 2019-cu il tarixli qərarı 01 il 02 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, 13 oktyabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməllərini törətməzdən əvvəl məhkum olunduğu sonuncu, Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci maddələri ilə məsuliyyət nəzərdə tutan əməlləri cinayətlərin təsnifatlarına görə az ağır cinayətlər sırasına aiddir.Belə cinayətlər üzrə cinayət qanunu ilə şəxs cəzanı çəkmib qurtardıqdan sonra iki il müddətinə məhkumluq müddəti müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin müddət başa çatmamış yenidən cinayət töərtmişdir. Binəqədi r , həmin əməllərinə görə ona təyin edilmiş cəzanın müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır, bu müddətdən isə hazırda ittiham olunduğu cinayət əməllərini törətdiyi 13 noyabr 2020-ci il tarixinə qədər cəmi 02 ay vaxt keçmişdir, bu isə az ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin məhkumluğunun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən nəzərdə tutulmuş 02 il müddətindən azdır, yəni Təqsirləndirilən şəxs sonuncu məhkumluğunun ödənilməsi üçün nəzərdə tutulmuş 02 il müddəti hazırda ittiham olunduğu cinayət əməllərini törətdiyi zaman hələ bitməmişdir. Ona görə də Təqsirləndirilən şəxs məhkumoluğu ödənilməmiş və onun əməlində cinayətələrin residivi vardır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi təqsirli bilindiyi cinayət əməllərinin törədilməsi halları barəsində qismən etiraf edici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməlində cinayətələrin təhlükəli residivinin olması müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanıldığı müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə narkoloji ekspertizasının 12 yanvar 2022-ci il tarixli 163 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın və əməlində cinayətəin residivinin olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin, 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 12 noyabr 2021-ci il tarixdən müəyyən edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 88(səksən səkkiz) manat 70(yetmiş) qəpik, məhkəmə-trasoloji ekspertizasına görə isə 64(altmış dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə görə 180(yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 26 saylı Vəkil Burosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı danışıq kartına 2020-ci ilin dekabr ayı ərzində daxil olan və çıxan zənglərin və mesajların siyahısını, həmin zənglərin sahiblərinin şəxsiyyəti, ünvanları, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 01 ədəd kompakt disk (CD), 12 noyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6cı PB-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01(bir) ədəd CD-yə köçürülmüş “00930”, digəri isə “00931” adlı iki ədəd videogörüntü cinayət işinin materillarında saxlanılsın, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalmış qalıq cəkisi 17,360 qram narkotik vasitə heroini sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi, bir ədəd elektron tərəzini, bir ədəd açıq vəziyyətdə ümumi uzunluğu 240 mm olan bıçağı istehlak dəyərini itirmiş əşya kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-861/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-861/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver