Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-861/2024 10.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonu, Mürtülü kəndində qeydiyyatda olmaqla faktiki yaşamış və hal- hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 6,855 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə saat 13:58-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 15:53-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 6,855 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan jiletin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 3,354 qram və 3,501 qram olmaqla 02 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutlun cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, özünü narkotik vasitənin istifadə etdiyinə görə təqsirli bilir. Saxlanıldığı gün onun üzərində narkotik vasitə olmayıb. 13 mart 2023-cü il tarixdə saat 12:00 radələrində o, “Gənclik Mall”-ın arxasında, qızıl dükkanlarının yanında polislər tərəfindən saxlanılmışdır. İbtidai istintaq zamanı üzərinə axtarış keçirilərkən videoçəkiliş zamanı onun üzərindən beş qram narkotik vasitənin aşkarlandığı deyilib, lakin ittiham aktında 6,855 qram çəkidə narkotik vasitənin üzərindən aşkarlandığı yazılıb. O, əvvəllər narkotik vasitə istaifadə edərkən onu tanımadığı şəxsdən almışdır. Sonra məktəb oxuduğü üçün narkotik vasitədən istifadə etməyi tərgitmişdir. İki ildən artıq müddətdir ki, onun istifadəsində eyni mobil nömrədir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır, sadəcə narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşlarının nəyə görə məhz onu saxladıqları ilə bağlı heç bir fikri yoxdur. “Patı”nın nə olduğunu bilir. O, istifadəçi olduğuna görə, telefon mesajlaşmalarında ondan narkotik vasitə istəyiblər. O, Zuzunu bir ildir ki, tanıyır, restoranda tanış olmuşlar. O, polis əməkdaşları tərəfindən 13 mart 2023-cü il tarixində, taksidən düşərkən saxlanılmışdır. Onu on nəfər polis əməkdaşı saxlayıb. O, saxlanıldıqdan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Üzərinə axtarış keçirilərkən videoçəkiliş zaman narkotik vasitənin olduğu sellofan açıldıqda aşkar olunan maddənin metamfetamin olduğu deyildi. O,bunu məcbur olub demişdir. O, polis əməkdaşları tərəfindən döyülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələrdən birini imza etmişdir. O həmin videoçəkilişdə təzyiq altında olduğuna görə narkotik vasitəni öz istifadəsi üçün götürdüyünü demişdir. Onun tərəfdən heç kimə narkotik vasitə satılmayıb. O sadəcə narkotik vasitə istifadəçisi olmuşdur, hamı onu elə tanıyıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək xx.xx.2023-cü il tarixli şübhəli şəxs və xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 1 ildir psixotrop maddə olan metamfetamindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmiş, “patı”-nı müxtəlif şəxslərdən, o cümlədən sosial şəbəkə vasitəsilə nömrəsini tapdığı İran İslam Respublikasının vətəndaşlarından almışdır. Sonuncu dəfə 14 mart 2023-cü il tarixdə iranlı ona öz istifadəsi üçün metamfetamin, yəni “patı” göndərmiş və o, həmin “patı”-nı əynində olan jiletin sağ yan cibinə qoyub istifadə etmək üçün üzərində saxlamışdır. 14 mart 2023-cü il tarixdə saat 13 radələrində ünvan 1 saylı ünvanın qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini ona göstərmiş və ondan anket məlumatlarını soruşmuş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər, 0, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək üzərində "patı” olmasını bildirmiş, bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə Baş İdarəyə gəlmiş, Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan öncə üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları, narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, üzərində psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli jiletimin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, daha sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd bank kartım, 01 ədəd '"Bakı karf’ı və pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşyalara ardıcıllıqla baxış keçirilməyə başlanmış, ilkin olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun “Samsung” markalı telefon olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olmasını, içərisində isə 051- ***-**-** saylı mobil telefon nömrəsinin olmasını bildirmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd plastik bank kartına baxış keçirilmiş, bank kartının üzərində “Unibank” sözü və “4098 0944 2153 4361” nömrələri yazılmışdı. Təqsirləndirilən şəxs həmin bank kartının da özünə məxsus olmasını bildirmişdir. Daha sonra digər karta baxış keçirilmiş, digər kartın da üzərində “Bakı kart” sözləri yazılmışdı. Daha sonra pul əskinasına baxış keçirilmiş, pul əskinası 20 manat məbləğində olmuşdur. Təqsirləndirilən şəxs həmin pulun özünə aid olmasını, hər hansı bir qanunsuz yolla pulu əldə etmədiyini bildirmişdir. Daha soma təqdim olunan 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, büküm iştirakçıların şahidliyi ilə açılmış, bükümün içərisində qara rəngli sellofana bükülmüş 02 ədəd əlavə sellofan büküm olması müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən həmin 02 ədəd sellofan bükümə baxış keçirilmiş, bu zaman həmin sellofan bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan “patı” adlı maddələri xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən əldə etdiyini, həmin maddələrin “patı” olaraq adlanmasını və psixotrop maddə olmasını, özünün təxminən 1 ildir “patı” adı ilə tanıdığı bu maddələrdən istifadə etdiyini, əvvəllər Bakı şəhəri ərazisində müxtəlif tanımadığı şəxslərdən bu maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, son 1-2 aydır İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxslə münasibətinin yaranmasını, “patı” olaraq tanıdığı bu maddələri həmin şəxsdən əldə etmək istədiyini, həmin şəxsin də Təqsirləndirilən şəxs bu maddələri verə biləcəyini dediyini, bundan sonra həmin iranlı şəxsin ona “Whatsapp” mesaj laşma tətbiqi üzərindən ünvan göndərməsini, daha sonra xx.xx.2023-cü il tarixdə həmin ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvana gedərək üzərindən aşkar edilmiş maddələri həmin yerdən götürməyini, lakin daha sonra polis əməkdaşları tərəfindən saxlanılmağını, üzərindən aşkar edilmiş həmin psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, həmin maddəni hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan “patı” adlı maddələr polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda üzəridən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd bank kartı polis tərəfindən götürülmüşdür. “Bakı kartı” və 20 manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsiylə əlaqədar tanyır. Onunla heç bir yaxınlığı və ədavəti yoxdur. 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilərkən ünvan 1 ünvanının yaxınlığında Mahmud saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildi. Baş idarənin inzibati binasının xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı. Axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və şəxsin üzərindən içərisində 02 ədəd büküm olan 01 ədəd sellofan büküm müəyyən edildi. Mahmud həmin maddələrin “patı” adlanan metamfetamin adlı psixotrop maddə olduğnu bildirdi. Narkotik vasitə zərfə qoyulub, möhürləndi. O, Ümüdün telefonuna baxış keçirilməsində zamanı iştirak etməmişdir. Təqsirləndirilən şəxs barəsində sənədləşmədə Şahid1 və Şahid3 iştirak edirdi. Sənədləşmənin nə vaxt başa çatdırıldığını xatırlamır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə Kürdəmir rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 daxil edilmişlər. 15 may 2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün onlar həmin ünvana getmiş, həmin saatda eyni ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmişlər. Həmin vaxtı onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da etiraz etmədən polis əməkdaşları ilə Baş İdarəyə gəlmiş, baş idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı İlə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib əynində olan qara rəngli jiletinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, daha sonra Ümüd Osmanh əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd bank kartını, 01 ədəd "Bakı karf’ı və müəyyən məbləğdə pul əskinasını təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər qanunsuz əşya və ya predmet aşkar edilməmiş, və üzərindən aşkar edilərək götürülmüş müəyyən məbləğdə pul əskinasını qanunsuz yolla əhdə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində qara rəngli sellofana bükülmüş 02 ədəd sellofan büküm müəyyən edilmiş və bükümlərə baxış keçirilmiş, bu zaman həmin sellofan bükümlərin içərisində ağ rəngli, kristallik formada, psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Ümüd Osmanh üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan “patı” adlı maddələri xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən əldə etdiyini, həmin maddələrin “patı” olaraq adlanmasını və psixotrop maddə olmasını, özünün təxminən 1 ildir “patı” adı ilə tanıdığı bu maddələrdən istifadə etdiyini, əvvəllər Bakı şəhəri ərazisində müxtəlif tanımadığı şəxslərdən bu maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, son 1-2 aydır İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxslə münasibətinin yaranmasını, “patı” olaraq tanıdığı bu maddələri həmin şəxsdən əldə etmək istədiyini, həmin şəxsin də Təqsirləndirilən şəxs bu maddələri verə biləcəyini dediyini, bundan sonra həmin iranlı şəxsin ona “Whatsapp” mesajlaşma tətbiqi üzərindən ünvan göndərməsini, daha sonra xx.xx.2023-cü il tarixdə həmin ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvana gedərək üzərindən aşkar edilmiş maddələri həmin yerdən götürməyini, lakin daha sonra polis əməkdaşları tərəfindən saxlanılmağını, üzərindən aşkar edilmiş həmin psixotrop maddələri şəxsi İstifadəsi üçün əldə etdiyini, həmin maddəni hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamİnə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda 01 ədəd mobil telefon və 01 ədəd plastik bank kartı götürülmüş və 01 ədəd “Bakı Kart” və müəyyən məbləğdə pul sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmənin həyata keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsiylə əlaqədar tanyır. Onunla heç bir yaxınlığı və ədavəti yoxdur. 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilərkən ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildi. Baş idarənin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə axtarış aparılan zaman videoçəkilişdən istifadə edildi. Axtarış zamanı onun üzərindən içərisində iki ədəd büküm olan bir sellofan büküm müəyyən edildi. Ümüd həmin maddələrin patı adlı psixotrop maddə olmasını, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşından aldığını dedi. Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında, Ruminiya səfirliyinin yaxınlığında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxsin saxlanıldığı yerdə şərait olmadığına görə onun üzərinə baxış orada yox, inzibati binada həyat keçirildi. Onlar Ümüdü günorta saatlarında saxlamışlar. Ümid səkinin qırağı ilə hərəkətdə olan zaman saxlanıldı, ondan özünü təqdim etməsi tələb olunduqda isə o, özünü təqdim etdi. O, Ümidin taksidən düşdüyünü görməmişdir. İfadələrinə başqa əlavəsi yoxdu. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X4 ibtidai istintaq zamanı göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə Kürdəmir rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 daxil edilmişlər. 15 may 2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün onlar həmin ünvana getmiş, həmin saatda eyni ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmişlər. Həmin vaxtı onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da etiraz etmədən polis əməkdaşları ilə Baş İdarəyə gəlmiş, baş idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı İlə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib əynində olan qara rəngli jiletinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, daha sonra Ümüd Osmanh əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd bank kartını, 01 ədəd "Bakı kart’ı və müəyyən məbləğdə pul əskinasını təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər qanunsuz əşya və ya predmet aşkar edilməmiş, və üzərindən aşkar edilərək götürülmüş müəyyən məbləğdə pul əskinasını qanunsuz yolla əhdə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində qara rəngli sellofana bükülmüş 02 ədəd sellofan büküm müəyyən edilmiş və bükümlərə baxış keçirilmiş, bu zaman həmin sellofan bükümlərin içərisində ağ rəngli, kristallik formada, psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan “patı” adlı maddələri xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən əldə etdiyini, həmin maddələrin “patı” olaraq adlanmasını və psixotrop maddə olmasını, özünün təxminən 1 ildir “patı” adı ilə tanıdığı bu maddələrdən istifadə etdiyini, əvvəllər Bakı şəhəri ərazisində müxtəlif tanımadığı şəxslərdən bu maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, son 1-2 aydır İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxslə münasibətinin yaranmasını, “patı” olaraq tanıdığı bu maddələri həmin şəxsdən əldə etmək istədiyini, həmin şəxsin də Təqsirləndirilən şəxs bu maddələri verə biləcəyini dediyini, bundan sonra həmin iranlı şəxsin ona “Whatsapp” mesajlaşma tətbiqi üzərindən ünvan göndərməsini, daha sonra xx.xx.2023-cü il tarixdə həmin ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvana gedərək üzərindən aşkar edilmiş maddələri həmin yerdən götürməyini, lakin daha sonra polis əməkdaşları tərəfindən saxlanılmağını, üzərindən aşkar edilmiş həmin psixotrop maddələri şəxsi İstifadəsi üçün əldə etdiyini, həmin maddəni hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamİnə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda 01 ədəd mobil telefon və 01 ədəd plastik bank kartı götürülmüş və 01 ədəd “Bakı Kart” və müəyyən məbləğdə pul sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmənin həyata keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan olunub araşdırılmış 14 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə saat 13:58-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 15:53-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan jiletinin sağ yan cibindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 6,855 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 15 mart 2023-cü il tarixli 6/1569 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan maddələr...” yazıları və imzalar olan paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,354 qram və 3,501 qram olmaqla ümumi təmiz çəkisi - 6,855 qram olan ağ rəngli kristalardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 6,735 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş 14 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilməsi barədə protokoldan aşağıdakılar müəyyən olunur: xx.xx.2023 +994 50 *** ** ** (Turall) - +994 51 *** ** ** (Ümüd) - “Pati gotre bilerik. 20m gucum catir. 20m liq”. xx.xx.2023 +994 55 *** ** ** (Zuzu) - +994 51 *** ** ** (Ümüd) - “Sen p ni hara qoysan oda pulu ora qoyacag” Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddəsi təkcə satma deyil, həm də bu maddəsi satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri araşdırılmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi və fiziki zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis bölməsində polis əməkdaşlarının ona qarşı fiziki təzyiq etdiklərini, üzərindən aşkar olunan psixotrop maddənin ona aid olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız əvvəllər istifadəsi ilə məşğul olduğunu göstərmişdir. Məhkəmədə onun bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolu, mobil telefona baxış keçirilməsi protokolu və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməsi və üzərindən aşkarlanan psixotrop maddələrin ona aid olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmamış, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilməsi zamanı əldə olunub cinayət işinin materiallarına əlavə olunmuş mesaj mətnlərinə münasibətdə və həmin mesaj mətnlərinin narkotik vasitələrin satışına dəlalət etməməsi ilə bağlı verdiyi ifadələrini də təqsirləndirilən şəxsin öz müdafiəsinə yönəlmiş və faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 110 (yüz on) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 6,735 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını, 01 ədəd “Samsung” markalı mobil telefon un isə onun şəxsi əmlakı kimi ailə üzvlərinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 16 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində qismən etirafedici ifadələr verməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 07 avqust 2023-cü il tarixli 5022 nömrəli rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlarin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı 1 ildir psixotrop maddə olan metamfetamİndən onu yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etməsini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmaması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 110 (yüz on) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,735 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-861/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-861/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver