Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-861/2025 04.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi-böyük məsləhətçi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçilər - X1 və X4 iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 7 avqust 2024-cü il tarixdə səhər saat 7 radələrində ünvan 2 ünvanının həyətində olarkən yüngül kəmağıllılıq (orta debillik dərəcəsində oliqofreniya) psixi pozuntusu olan və həmin psixi pozuntuya görə ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib, özünün cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs yarıçılpaq vəziyyətə gətirərək onu qucaqlayıb, əli ilə bədəninin erogen zonalarına, yəni, sinə və arxa nahiyəsinə davamlı olaraq toxunub Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü təxminən səhər saat 4 radələrində pivə almaq üçün marketə getmişdir. Marketdə pivə alan zaman oraya əvvəllər tanımadığı Əqidə adlı bir qadın daxil olmuş və ona pivə almağını xahiş etmişdir. O, pivə aldıqdan sonra Əqidəyə tərəf yaxınlaşmış və sonuncu marketdən çıxaraq həyətə tərəf getməyi təklif etmişdir. Həyətin bir kənarında əyləşdikdən və bir qədər pivə içib hal-əhval tutduqdan sonra Əqidə onun intim yerlərinə toxunmağa başlamışdır. O, Əqidəni öpüb, köynəyini dartmışdır. Həmin vaxt Əqidə ayağa qalxdığına görə onun köynəyi bir qədər aralanmışdır. Əqidə ayağa qalxdıqdan sonra şalvarını özü soyunmuşdur. Əqidə ayağa qalxan zaman ona əl vurmamışdır. Bir qədər sonra Əqidənin bacısı həyətdən onları görmüş və səs-küy salaraq onu oradan qovmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Əqidəni əvvəllər şəxsən tanımamış, sadəcə olaraq həmin ərazidə yaşadığını bilmişdir. O, videogörüntü çəkilən ərazidə yaşamır. İlk başda marketə sadəcə olaraq özünə pivə almaq məqsədi ilə getmişdir. Hər səhər olmasa belə hərdən bir səhərlər pivə içir. Hadisə günü Əqidəni marketin yanında görmüşdür. Ümumiyyətlə hadisədən əvvəl də Əqidənin hərəkətlərinə, davranışına fikir verməmiş və ya onunla danışmamışdır. Hadisə zamanı qadın onun yanında əyləşmişdir. Ona pivə almasını Əqidə özü ondan xahiş etmişdir. O, Əqidənin hər hansı intim yerinə əl vurmamışdır. Sadəcə olaraq onun belinə toxunmuşdur. Hadisə zamanı Əqidə ona qarşı hər hansı bir müqavimət göstərməmişdir. Hadisə yerinə qadının bacısı yaxınlaşıb onu qovduqdan sonra o, hadisə yerindən uzaqlaşmışdır. Əqidə pivə istədiyini ona jestlə bildirmişdir. Hadisədən qabaq həmin qadınla heç bir ünsiyyəti olmayıb. Əqidənin əqli çatışmamazlığı və ya hər hansı bir xəstəliyinin olması barədə məlumatı yoxdur. Hadisə zamanı həmin qadının hansı dildə danışdığını bilmir. Bu barədə ona sual verdikdə o, sualdan yayınaraq gülmüşdür. Əqidə adlı qadın onun intim nahiyyələrinə toxunmuşdur. Qadın əyləşdikləri yerdən qalxanda onun köynəyindən dartmış və o, yenidən əyləşmişdir. O, hadisə zamanı zərərçəkmiş şəxsin ayaq nahiyyəsinə toxunmuşdur. Hadisənin videoçəkilişində Əqidənin mənim qucağında olmasının səbəbi odur ki, sonunuc həmin an yıxıldığından onu tutmuşdur. Əqidə həmin an özü könüllü olaraq şalvarını aşağı çəkmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü evin həyətinə çıxan zaman bir nəfərin bacısına sataşdığını görmüşdür. Həmin şəxs bacısına qarşı əxlaqsız hərəkətlər edərək onun şalvarını alt paltarı ilə birlikdə tam olaraq aşağı çəkmiş, köynəyini isə yuxan qaldıraraq onu yarıçılpaq vəziyyətə gətirmiş və həmin vəziyyətdə bir əli ilə Əqidənin ayaq nahiyyəsindən tutaraq qucaqlamışdır. O, onlara tərəf yaxınlaşaraq bacısını həmin şəxsdən ayırmaq istəmiş, ancaq Elxan onu itələyərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Nəticədə o, itələyərək Elxanı evin həyətindən qovmuşdur. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisə günü Elxan adlı şəxs içkili vəziyyətdə olmuşdur. Baş verən hadisəni ondan əvvəl qonşuları görmüş və onunla əlaqə saxlayaraq evin həyətinə düşməsini xahiş etmişdir. Qonşusu həmçinin hadisə zamanı baş verənlərin qısa bir çəkilişini etmişdir. Bacısı şizofreniya xəstəliyindən əziyyət çəkir və etdiyi hərəkətləri dərk etmək iqtidarında deyil. Yaşadıqları ərazi üzrə bütün məhəllə bacısının əqli-geriliyi olduğunu bilir. Bəzən öz özünə danışadanışa gəzir, bəzən anidən qışqırır. Əqidə istədiyi zaman evdən çıxır və evə özü qayıdır. Bir dəfə Əqidə 7-8 il qabaq evdən çıxaraq itmişdir. Evin darvazasının yanında Elxan adlı şəxs oturmuşdur. Bir əlində spirtli içki olmuş və digər əli ilə bacısı Əqidəni qucaqlamışdır. Hadisə yaşadığı evin həyətində baş vermişdir. Elxan adlı şəxsi əvvəllər yaşadığı ərazinin ətrafında görmüşdür. Elxan adlı şəxsin hadisə zamanı bacısının ön və arxa nahiyyələrinə toxunduğunu görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təstiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 3 ünvanında yaşayır, Şahid1 ilə qonşudur, aralarında əvvəllər ədavət və düşmənçilikləri olmamışdır. 7 avqust 2024-cü il tarixdə, səhər saat təxminən 7 radələrində yuxudan oyanıb həyətə çıxdıqda dəmir qapının barmaqlıqları arasından, ondan 7-8 metr aralıda qonşusu Dilarənin bacısı Əqidəni, adını sonradan bildiyi Elxanın qucağında yarımçılpaq şəkildə oturmuş vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt Elxan əlləri ilə Əqidənin bədəninin müxtəlif nahiyələrinə sürtüb ona qarşı seksual xarakterli hərəkətlər etdiyini görmüşdür, bu zaman Əqidədə ona qarşı müqavimət göstərirmiş. Həmin vaxt o, özunü itirmədən istifadəsində olan mobil telefonla videoda qeydə almışdır, sonra öz telefonu ilə zəng edib Dilarəyə xəbər vermişdir. Dilarə həyətə çıxan zaman o da həyətə çıxmış və ikisi Elxanın Əqidəyə qarşı etdiyi seksual xarakterli hərəkətlərinin şahidi olmuşlar. Belə ki, Əqidə yarı çılpaq vəziyyətdə imiş. Elxan da sərxoş adam kimi Əqidəyə qarşı seksual xarakterli hərəkətlərini davam etdirmişdir. Onlar Elxana acıqlanıb həyətdən qovmuşlar. Əqidəni də evə gətirmişlər. Onunla Dilarədən başqa həmin hadisənin şahidi olan olmamışdır (cild 1, iş vərəqi 98-99). Cinayət işinin materiallarında olan 7 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Baxış zamanı iştirak edən Şahid1 məhəlləyə daxil olan yerdə, evin giriş qapısının qarşısındakı pilləkəndə tanımadığı naməlum kişi cinsli şəxs onun ruhi xəstə olan bacısı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini görmüşdür (cild 1, iş vərəqi 14-18). Cinayət işinin materiallarında olan 8 sentyabr 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid1 şahid qismində ifadəsində dediklərini təsdiq edərək xx.xx.2024-cü il tarixdə, saat təxminən 7 radələrində qonşusu Ksenya adlı qadının yüksək səslə onu səsləyərək çölə çıxmasını deyərək, naməlum şəxsin bacısı Əqidəyə qarşı əxlaqsız hərəkətlər etdiyini bildirdiyini, onun cəld çölə çıxması və qarşısında oturan şəxsin həyətdə bacısı Əqidənin şalvarını alt palları ilə birlikdə tam olaraq aşağı çəkməsini, köynəyini isə yuxan qaldıraraq onu yarıçılpaq vəziyyətə gətirməsini, həmin vəziyyətdə bir əli ilə Əqidəni qucaqlaması, digər əli ilə isə onun sinəsinə və arxa nahiyəsinə toxunuraq seksual hərəkətlər etməsini gördüyünü, özünün cəld Əqidəni qarşısında oturan şəxsdən uzaqlaşdırıb, geyimini qaydasına salıb evə ötürməsini, sonra geri dönərək qarşısında oturan şəxsi həyətdən uzaqlaşdırdığını, həmin şəxsin həmin vaxt içkili vəziyyətdə olduğunun göründüyünü, qarşısında oturan şəxsin ona qarşı nalayiq ifadələr işlətməsini, sonra oradan uzaqlaşmasını, əvvəllər də qarşısında oturan şəxsin yaşadığı ünvanın həyətində oturub pivə içdiyini görməsini Təqsirləndirilən şəxs üzünə demişdir. (cild 1, iş vərəqi 62-64). Cinayət işinin materiallarında olan “ diskə baxış keçirilməsi barədə” 7 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 45 saniyəlik videogörüntüdə ümumi həyətin giriş hissəsində bir nəfər kişi cinsinə mənsub olan əynində boz rəngli qısaqol köynək geymiş şəxsin bir nəfər qadını arxa nahiyədən qucaqlaması və hər ikisinin pilləkənin üzərində oturması, daha sonra həmin kişinin qadının şalvarını aşağı çəkməsi, görüntünün 39-40-cı saniyəsində qadının ayağa qalxmaq istərkən əynində olan şalvarın aşağı çəkilmiş vəziyyətdə olmaqla yarıçılpaq halda olması müşahidə olunur. Video görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan kişi cinsinə mənsub olan şəxsin özü olduğunu bildirmişdir. Lakin həmin vaxt spirtli içkinin təsiri altında olduğundan baş verənləri xatırlamadığını qeyd etmişdir (cild 1, iş vərəqi 58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli 2983 nömrəli rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. İş üçün əhəmiyyət kəsb edən halları adekvat olaraq olaraq qavraya, təsvir edərək düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 119-122). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli 2442 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs yüngül kəmağıllıq (orta debillik dərəcəsində oliqafreniya), davranış pozuntuları ilə aşkar edilir. Yoxlanılan şəxsdə aşkar edilən psixi pozuntu anadangəlmə hesab edilir, əqli inkişafı nəzərə alınmaqla Zərərçəkmiş şəxs ona qarşı edilmiş hərəkətin mahiyyətini dərk etmək iqtidarında deyildir. Zərərçəkmiş şəxs ona qarşı törədilən, baş verən hərəkətləri tamlıqla qavrayaraq təsvir etmək imkanına malik deyildir, yəni onunla təqsirləndirilən şəxs arasında baş verənlər barəsində adekvat ifadə vermək iqtidarında deyildir. X5 fərdi-psixi xüsusiyyətlərini tədqiq edərkən maraq dairəsinin öz tələbatlarından ibarət olması, mühakimələrinin səthiliyi, zaman bələdliyinin hissəvi olması, qeyri-ixtiyari diqqətini ixtiyari diqqətdən üstünlük təşkil etdiyi, həcmi, paylanması, mərkəzləşməsinin normadan aşağı olması, təfəkkürünün konkret olması, ardıcıllığın olmaması, təhlil-tərkib funksiyalarının və proqnozlaşdırmasının normadan aşağı olması, mücərrəd anlayışları dərk etməkdə çətinlik çəkməsi, məntiqi əlaqə yarada bilməməsi, hərəkət və davranışını iradi tənzimləyə bilməməsi, emosiyalarının dərin və adekvat olmaması aşkar olunmaqla orta dərəcəli əqli gerilik müəyyən olunur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri, intellektual inkişafı və psixi-emosional vəziyyətinə görə ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs onda müəyyən edilən əqli gerilik, davranış pozuntuları ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır (cild 1, iş vərəqi 32-35). Cinayət işinin materiallarında olan “maddi sübut hesab edilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Şahid1 təqdim etdiyi və təhqiqatçı tərəfindən götürülməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsinin videogörüntüləri köçürülmüş 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 117-118). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 1, iş vərəqi 108-116). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 sentyabr 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 49). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 9 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 7 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 82-83). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, məhkəmə təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 4 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun üzərində saxlanılan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 7 sentyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut: -1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023-cü il tarixədək və 12 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün müddət ona təyn edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 7 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut: -cinayət hadisəsinin videogörüntü faylının olduğu 1 ədəd disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-861/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-861/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver