Məhkəmə qərarları › İş №1(101)-862/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-862/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-862/2022 22.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Rəhim oğlunun və müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi7 və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, zərərçəkmiş şəxslərin nümayəndələri Nümayəndə1 və X5 iştirakı ilə xx xxxxxx 1972-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 və 308.2-ci maddələri, 9 iyul 1986-cı il tarixdə Salyan rayonunun Alçalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, "xxxx" MMC-də mühasib işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi, xx xxxx 1968-ci il tarixdə Laçın rayonunun Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-nin direktoru işləyən, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmuş, Laçın rayonu, Əhmədli kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 o, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırmış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir; belə ki, o, 09 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti neft məhsullarının pərakəndə satışı olmaqla, fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğün surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları heyata keçirən teşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük eldə etmək, yeni özü üçün cinayət nəticəsində əldə olunmuş pul vəsaitini leqallaşdırmaqla öz sahibkarlıq fəaliyyətində ödəniş qismində istifadə etmək, qeyriləri üçün isə bunun müqabilində onlara pul vəsaiti qismində maddi mənfəət vermək məqsədi ilə qeyri-rəsmi mühasibi işləyən Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin may ayında istifadəsində olan Salyan rayonunun Çadırlı kəndi ərazisindəki yanacaq doldurma məntəqəsinə maye qaz almaq və sair ödənişlərini etmək üçün ƏDV depozit hesabına pul eldə etməklə bağlı aralarında müzakirə aparmalarından sonra sonuncunun bu barədə cinayətdən xəbərsiz olan tanışı Şahid1 vasitəsi ilə tanışları Təqsirləndirilən şəxs3, Şahid2, Şahid3 və qeyrilərinə bildirməsi ilə əlaqədar Şahid2 Şahid3 və qeyriləri ilə birlikdə oğurladıqları, yəni cinayət yolu ilə əldə etdikləri 49.950 manat pul vəsaitini 10.000 manat nəğd pul ödənilməsi müqabilində onun ƏDV depozit hesabına köçürülməsini təmin edəcəklərinə dair Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vasitəsilə özünə bildirməsindən sonra onlarla həmin əməlin törədilməsinə, yəni Rasət Əliyev, Təqsirləndirilən şəxs3, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə külli miqdarda pul vəsaitini leqallaşdırmağa dair razılaşıb, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Şahid2, Şahid3, Şahid5, Şahid4 və Şahid6 tərəfindən mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edilərək 5 iyun 2019-cu ildə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından cinayətdən xəbərsiz olan X3 təsisçisi olduğu və faktiki olaraq Şahid3 tərəfindən idarəçiliyi həyata keçirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) sub-uçot hesabına 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğdə vəsaitin köçürülməsinə nail olaraq xeyli miqdarda ziyan vurmaqla özgə əmlakı gizli olaraq talandıqdan sonra qeyd edilən məbləğdə pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini, yəni oğurluq yolu ilə əldə olunmasını gizlətmək məqsədilə 49.950 manat məbləğdə pul vəsaitindən istifadə edərək cinayətkar niyyətini pərdələməklə ayrı-ayrı maliyyə əməliyyatları həyata keçirmək və əqd bağlamaqla, yəni aralarındakı razılaşmaya əsasən, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 5 iyun 2019-cu il tarixdə ünvan 1 ünvanında adına olan +**********58 nömrəli “Asan imza” vasitəsilə kompyuter sisteminə daxil olaraq göstərilən məbləği faktiki olaraq Şahid3 tərəfindən idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sub-uçot hesabından 26 aprel 2019-cu il tarixli 11/20193 nömrəli müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyalı 955803 №-li elektron qaiməni tərtib edərək, həmin sənədlər əsasında 98.333,33 manat (doxsan səkkiz min üç yüz otuz üç manat otuz üç qəpik) dəyərdə 136.831,7690 litr benzin yanacağı məhsulunun alq<-satqısınm aparılması üçün, həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğin onun ƏDV depozit sub-uçot hesabına köçürülməsinin zəruriliyi görüntüsü yaradıb, Şahid2 5 iyun 2019-cu il tarixdə 102442 №li əməliyyatla vahid qəsdlə əvvəlcə avans təyinatlı 10 manat, həmin gün 102335 №-li əməliyyatla isə əlavə olaraq 49.940 manat pul vəsaitini özünün ƏDV depozit sub-uçot hesabına köçürməsinə nail olaraq, bundan sonra külli miqdar təşkil edən cəmi 49.950 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirib hesabdan hesaba köçürməklə, yəni özü ilə “X36” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli TS/008-19 saylı müqaviləyə əsaslanaraq 5 iyun 2019-cu il tarixdə 49.950 manat vəsaiti özünün ƏDV depozit hesabından “X36” Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabına ödəyib, bunun müqabilində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsi ilə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında 10.000 manat pulu Şahid2 və Şahid3 çatdıraraq həmin vəsaitin Şahid3, Şahid6, Şahid4, Şahid5, Şahid2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən aralarında bölüşdürülüb şəxsi ehtiyaclarına sərf etmələrinə nail olaraq, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaq yolu ilə əldə edilməsinin həqiqi mənbəyini gizlətməklə qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə leqallaşdırmış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, habelə qanunla müəyyən edilmiş digər icbari ödənişlərin qanunun tələblərinə uyğun ödənişinin həyata keçirilməsi, vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırmışdır; belə ki, o, 9 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq hüquqi şəxs yaratmaqdan fərdi qaydada neft məhsullarının pərakendə satışından ibarət sahibkarlıq fəaliyyəti ilə məşğul olan və özünün 2019-cu ildə aralarında olan şifahi razılıq əsasında qeyri- rəsmi qaydada mühasibatlıq xidməti göstərdiyi Təqsirləndirilən şəxs1 ilə 2019-cu ilin may ayında sonuncunun istifadəsində olan Salyan rayonunun Çadırlı kəndi ərazisindəki yanacaq doldurma məntəqəsinə maye qaz almaq və sair ödənişlərini etmək üçün ƏDV depozit hesabına pul əldə etməklə bağlı aralarında müzakirə aparmalarından sonra özünün bu barədə cinayətdən xəbərsiz olan tanışı Şahid1 vasitəsi ilə tanışları Təqsirləndirilən şəxs3, Şahid2, Şahid3 və qeyrilərinə bildirməsi ilə əlaqədar Şahid2 Şahid3 və qeyriləri ilə birlikdə oğurladıqları, yəni cinayət yolu ilə əldə etdikləri 49.950 manat pul vəsaitini 10.000 manat nəğd pul ödənilməsi müqabilində Təqsirləndirilən şəxs1 ƏDV depozit hesabına köçürülməsini təmin edəcəklərinə dair Təqsirləndirilən şəxs3 özünə, özünün isə Təqsirləndirilən şəxs1 bildirməsindən sonra onlarla həmin əməlin törədilməsinə, yəni . Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə külli miqdarda pul vəsaitini leqallaşdırmağa dair razılaşıb, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Şahid2, Şahid3, Şahid5, Şahid4 və Şahid6 tərəfindən mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edilərək 5 iyun 2019-cu ildə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından cinayətdən xəbərsiz olan X3 təsisçisi olduğu və faktiki olaraq Şahid3 tərəfindən idarəçiliyi həyata keçirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) sub-uçot hesabına 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğdə vəsaitin köçürülməsinə nail olaraq xeyli miqdarda ziyan vurmaqla özgə əmlakı gizli olaraq talandıqdan sonra qeyd edilən məbləğdə pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini, yəni oğurluq yolu ilə əldə olunmasını gizlətmək məqsədilə 49.950 manat məbləğdə pul vəsaitindən istifadə edərək cinayətkar niyyətini pərdələməkiə ayrı-ayrı maliyyə əməliyyatları həyata keçirmək və əqd bağlamaqla, yəni aralarındakı razılaşmaya əsasən, şəxsən 5 iyun 2019-cu il tarixdə ünvan 1 ünvanında Təqsirləndirilən şəxs1 adına olmaqla özündə saxladığı +**********58 nömrəli “Asan imza” vasitəsilə kompyuter sisteminə daxil olaraq göstərilən məbləği faktiki olaraq Şahid3 tərəfindən idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sub-uçot hesabından 26 aprel 2019-cu il tarixli 11/20193 nömrəli müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyalı 955803 №-li elektron qaiməni tərtib edərək, həmin sənədlər əsasında 98.333,33 manat (doxsan səkkiz min üç yüz otuz üç manat otuz üç qəpik) dəyərdə 136.831,7690 litr benzin yanacağı məhsulunun alqı-satqısının aparılması üçün, həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğin Təqsirləndirilən şəxs1 adına ƏDV depozit sub-uçot hesabına köçürülməsinin zəruriliyi görüntüsü yaradıb, Şahid2 5 iyun 2019-cu il tarixdə 102442 №li əməliyyatla vahid qəsdlə əvvəlcə avans təyinatlı 10 manat, həmin gün 102335 №-li əməliyyatla isə əlavə olaraq 49.940 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 ƏDV depozit sub-uçot hesabına köçürməsinə nail olaraq, bundan sonra külli miqdar təşkil edən cəmi 49.950 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirib hesabdan hesaba köçürməklə, yəni Təqsirləndirilən şəxs1 ilə “X36” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli TS/008-19 saylı müqaviləyə əsaslanaraq 5 iyun 2019-cu il tarixdə 49.950 manat vəsaiti Təqsirləndirilən şəxs1 ƏDV depozit hesabından “X36” Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabına ödəyib, bunun müqabilində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 Şirvan şəhərində aldığı 10.000 manat pulu şəxsən X10 ilə birlikdə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında Namiq Bəyləri i və Şahid3 çatdıraraq həmin vəsaitin özü, Şahid3, Şahid6, Şahid4, Şahid5, Şahid2 və Təqsirləndirilən şəxs3lə aralarında bölüşdürülməsinə nail olub şəxsi ehtiyaclarına sərf etməklə, sonuncular və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaq yolu ilə əldə edilməsinin həqiqi mənbəyini gizlətməklə vahid niyyətlə leqallaşdırmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs3 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırmışdır; belə ki, o, 9 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq hüquqi şəxs yaratmaqdan fərdi qaydada neft məhsullarının pərakəndə satışından ibarət sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs1 2019-cu ildə qeyri-rəsmi qaydada mühasibatlıq xidməti göstərən Təqsirləndirilən şəxs2, özünün cinayətdən xəbərsiz olan tanışı Şahid1 vasitəsilə 2019- cu ilin may ayında özünə müraciət edərək Təqsirləndirilən şəxs1 istifadəsində olan Salyan rayonunun Çadırlı kəndi ərazisindəki yanacaq doldurma məntəqəsinə maye qaz almaq və sair ödənişlərini etmək üçün ƏDV depozit hesabına pul əldə etmələrində köməklik göstərilməsini bildirdikdən sonra bunu özünün tanışları olan Şahid2, Şahid3 və qeyrilərinə bildirməsi ilə əlaqədar Şahid2 Şahid3 və qeyriləri ilə birlikdə oğurladıqları, yəni cinayət yolu ilə əldə etdikləri 49.950 manat pul vəsaitini 10.000 manat nəğd pul ödənilməsi müqabilində Təqsirləndirilən şəxs1 ƏDV depozit hesabına köçürülməsini təmin edəcəklərinə dair özünə bildirməsindən sonra bunu Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 bildirməklə sonuncularla həmin əməlin törədilməsinə, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə külli miqdarda pul vəsaitini leqallaşdırmağa dair razılaşıb, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Şahid2, Şahid3, Şahid5, Şahid4 və Şahid6 tərəfindən mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edilərək 5 iyun 2019-cu ildə ‘Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından cinayətdən xəbərsiz olan X3 təsisçisi olduğu və faktiki olaraq Şahid3 tərəfindən idarəçiliyi həyata keçirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) sub-uçot hesabına 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğdə vəsaitin köçürülməsinə nail olaraq xeyli miqdarda ziyan vurmaqla özgə əmlakı gizli olaraq talandıqdan sonra qeyd edilən məbləğdə pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini, yəni oğurluq yolu ilə əldə olunmasını gizlətmək məqsədilə 49.950 manat məbləğdə pul vəsaitindən istifadə edərək cinayətkar niyyətini pərdələməklə ayrı-ayrı maliyyə əməliyyatları həyata keçirmək və əqd bağlamaqla, yəni aralarındakı razılaşmaya əsasən, qabaqcadan əlbir olduqları Təqsirləndirilən şəxs2 5 iyun 2019-cu il tarixdə ünvan 1 ünvanında Təqsirləndirilən şəxs1 adına olan +**********58 nömrəli “Asan imza” vasitəsilə kompyuter sisteminə daxil olaraq göstərilən məbləği faktiki olaraq Şahid3 tərəfindən idarə olunan “Libra Trading" Məhdud Məsuliyyətli Cəmiyyətinin sub-uçot hesabından 26 aprel 2019-cu il tarixli 11/20193 nömrəli müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyalı 955803 №-li elektron qaiməni tərtib edərək, həmin sənədlər əsasında 98.333,33 manat (doxsan səkkiz min üç yüz otuz üç manat otuz üç qəpik) dəyərdə 136.831,7690 litr benzin yanacağı məhsulunun alqı-satqısının aparılması üçün, həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğin Təqsirləndirilən şəxs1 ƏDV depozit sub-uçot hesabına köçürülməsinin zəruriliyi görüntüsü yaradıb, Şahid2 5 iyun 2019-cu il tarixdə 102442 №li əməliyyatla vahid qəsdlə əvvəlcə avans təyinatlı 10 manat, həmin gün 102335 №-li əməliyyatla isə əlavə olaraq 49.940 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 ƏDV depozit sub-uçot hesabına köçürməsinə nail olaraq, bundan sonra külli miqdar təşkil edən cəmi 49.950 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirib hesabdan hesaba köçürməklə, yəni Təqsirləndirilən şəxs1 ilə “X36" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli TS/008-19 saylı müqaviləyə əsaslanaraq 5 iyun 2019-cu il tarixdə 49.950 manat vəsaiti Təqsirləndirilən şəxs1 ƏDV depozit hesabından “X36" Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabına Təqsirləndirilən şəxs2 vasitəsilə ödəyib, bunun müqabilində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Şirvan şəhərində 10.000 manat pulu almasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs2la birlikdə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında Şahid2 və Şahid3 çatdıraraq həmin vəsaitin özü, Şahid3, Şahid6, Şahid4, Şahid5, Şahid2 və Təqsirləndirilən şəxs2la aralarında bölüşdürülməsinə nail olub şəxsi ehtiyaclarına sərf etməklə, sonuncular və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaq yolu ile eldə edilməsinin həqiqi mənbəyini gizlətməklə vahid niyyətlə leqallaşdırmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 və 308.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2004-cü ildə 5 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs kimi qeydə alınıb VÖEN almışdır. Həmin VÖEN əsasında öz adına möhür hazırlatmışdır. Fiziki şəxs kimi qeydiyyatdan keçəndən sonra Salyan rayonunun Çadırlı kəndi ərazisində yanacaq doldurma məntəqəsi tikərək, qeyd olunan məntəqədə xüsusi razılıq əsasında X36ın, benzinin və dizel yanancağının alqı-satqısını həyata keçirməyə başlamışdır. Yanacaq məhsullarından dizeli və benzini "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən, X36ını isə «X36» Qapalı Səhmdar Cəmiyyətindən hər il yenilənən müqavilələrlə almışdır. Yanacaq məhsullarının satışı nağd şəkildə həyata keçirildiyi üçün həmin yanacaq məhsullarının alınması zamanı qeyd olunan QSC-lərin maliyyə vəsaitini "xxxx" ASC-nin Şirvan və Sabunçu filiallarında olan hesablaşma hesablan vasitəsi ilə köçürmə qaydasında ödəniş etmiş, bundan sonra yanacaq məhsullarının verilməsinə başlanılmışdır. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, yanacaq doldurma məntəqəsində müqavilə əsasında 10 nəfər işçi işlətmişdir. Həmin işçilərdən 9 nəfəri operator, bir nəfəri isə növbə rəisi olmuşdur. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu son vaxtlaradək müxtəlif şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs2 qeyri-rəsmi qaydada köməyindən istifadə etməklə vergi və mühasibatlıq işlərini yerinə yetirsə də, lakin son vaxtlar qeyd olunan vergi- mühasibatlıq işlərini özü yerinə yetirmişdir. Qeyd olunan sənədləşmələr elektron qaydada aparıldığı və «ASAN imza» ilə təsdiqləndiyi üçün həmin prosedurları öyrənərək işləri özü icra etmişdir. ********** saylı VÖEN-lə fəaliyyət göstərdiyi bu müddət ərzində Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətlə hər hansı bir müştərək fəaliyyəti, yəni ticarət və ya tikinti- quraşdırma, təmir-tikinti işlərini icra etmək sahəsində birgə fəaliyyəti, eləcə də, alqı-satqı prosesləri, o cümlədən, hər hansı bir bank və ya maliyyə əməliyyatları olmamışdır. O həmin Cəmiyyətin rəhbərliyi və təsisçiləri barədə də hər hansı bir məlumata malik olmamışdır. ********** saylı VÖEN-lə fəaliyyət göstərdiyi bu müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə 2019-cu ilin may, iyun və iyul aylarında 150.000,00 manata yaxın civarda benzin yanacağı ticarəti rəsmiləşdirilmişdir. O, Şahid3 mühasibi Rasətin vasitəsi ilə tanımış, Rasət isə Nuranı Təqsirləndirilən şəxs3 görə tanımışdır. Rasət onun vergi borclarının olduğunu bildiyi üçün Nuranın onun adına olan ƏDV depozit hesaba pul köçürəcəyini, onun isə həmin pulun əvəzində Nurana hesaba köçürüləcək pulun 60 faizini verməli olduğunu demişdir. O, faktiki olaraq benzin satışı ilə məşğul olduğu üçün vergi və sair ödənişləri etdiyindən ona ƏDV depozit hesabda pul lazım olurdu. O, Rasətdən Nuranın onun ƏDV depozit hesabına köçürəcəyi pulu haradan əldə edəcəklərini soruşmuş, Rasət isə ona Nuranın iş adamı olduğunu, onun rəhbəri olduğu şirkətin ƏDV depozit hesabında artıq pul olduğunu və həmin pulu ƏDV depozit hesaba köçürəcəyini demişdir. O, Rasətin sözlərinə inanaraq bununla razılaşmışdır. Bundan sonra Rasət özü bütün məsələləri həll etmişdir. Onun ƏDV depozit hesabına 2019-cu ildə "xxxx" MMC- dən 35.496 manat, "xxxx" MMC-dən 67.650 manat, "xxxx" MMC-dən 67.900 manat, «X24» MMC-dən 12.062 manat, "xxxx" MMC-dən 8010 manat və "xxxx" MMC-dən 14.850 manat olmaqla cəmi 206.000 manat pul daxil olmuşdur. O, həmin pulun 60 faizini Rasətə vermişdir. Rasətin adları qeyd olunan MMClərdən pulların köçürülməsi üçün kimlərlə danışdığını bilməmişdir. Rasət "xxxx" MMC ilə bağlı Nuranla danışmışdır. O, özü Nuranı bir dəfə görmüş, Nuranın onun adına köçürdüyü puldan 49.950 manatını oğurladığını bilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun yaşadığı Salyan rayonu ərazində yanacaq doldurma məntəqəsi işlətdiyi üçün sonuncunu həmin məntəqənin sahibi kimi tanımışdır. Təqsirləndirilən şəxs1 həmin yanacaq doldurma məntəqəsində, yəni Salyan rayonunun Qaraçala qəsəbəsindəki yanacaq doldurma məntəqəsində məişət maye-qazı, benzin və dizel yanacağının satışını həyata keçirmişdir. 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs1 onun ***-***-**-** rəqəmli mobil nömrəsinə hazırda xatırlamadığı mobil nömrədən zəng edərək, 2018-ci ilin gəlir vergisi ilə əlaqədar əlavə hesablanmış kameral vergi bəyannaməsində özünün Şahin adlı mühasibinin yanlışlığa yol verməsi səbəbinə görə, Şirvan şəhərindəki 5 saylı Ərazi Vergilər İdarəsində anlaşılmazlıq yarandığını bildirməklə, qeyd olunan məsələnin aydınlaşdırılması üçün vergi hesabatlarının hazırlanmasında köməklik olunmasını ondan xahiş etmişdir. O da həmin ərəfədə Təqsirləndirilən şəxs1 xahişini nəzərə alaraq, 2019-cu ilin may ayından başlayaraq iyul ayının 20-dək olan müddət ərzində fiziki şəxs- Təqsirləndirilən şəxs1 aylıq ƏDV hesabatlarını və elektron qaimə- fakturaların tərtibi işlərini yerinə yetirmiş, həmin sənədlər sonuncu tərəfindən «Asan imza» vasitəsi ilə təsdiqlədikdən sonra aidiyyəti üzrə göndərilmişdir. Fiziki şəxs kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs1 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturaların tərtibi işlərini sonuncunun telefonla ona verdiyi məlumatlar əsasında yaşadığı ünvandakı özünə məxsus olan “Lenovo” nootbuk tipli kompüterlə hazırlamış və “internet” beynəlxalq şəbəkə vasitəsi ilə aidiyyəti quruma göndərmişdir. Qeyd olunan elektron sistemdəki proseslərin icrası belə olmuşdur, yəni Təqsirləndirilən şəxs1 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə- fakturaların tərtibi işlərini yekunlaşdırandan sonra o, kompüterin elektron səhifədə olan “imzala” düyməsini vurduqdan sonra Şahinin mobil telefonuna “Asan imza” üçün SMS kod göndərilmiş, Təqsirləndirilən şəxs1 özünün pin kodunu telefona daxil etdikdən sonra sənəd “Asan imza” vasitəsi ilə təsdiqlənmiş və həmin anda sənəd aidiyyəti qurumun elektron səhifəsində yerləşmişdir. Bu qayda ilə de Təqsirləndirilən şəxs1 öz sahibkarlıq fəaliyyətini yerinə yetirməklə sənədləşmə proseslərinə tam nəzarət etmişdir. O, boş vaxtlarında Təqsirləndirilən şəxs1 xahişi ilə sonuncuya aylıq ƏDV hesabatlarını və elektron qaimə- fakturaların tərtibi işlərini yerinə yetirərkən, sonuncunun fəaliyyətində çatışmazlıq və qüsurlar olduğunu gördükdən sonra, yəni “əmtəəsiz əməliyyat” apardığını başa düşdükdən sonra o, işlədiyi yeni iş yerindəki işlərinin çoxluğunu, boş vaxtının olmadığını bildirməklə Təqsirləndirilən şəxs1 uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 adından aylıq ƏDV hesabatlarını və elektron qaiməfakturaların tərtibi işlərini yerinə yetirdiyi müddətdə Şahin həmin işlər üçün ona hər hansı bir məbləğdə pul verməmiş, nə də ki, o, sonuncudan pul almamışdır. Qeyd olunan işləri boş vaxtlarında Təqsirləndirilən şəxs1 xahişi ilə yerinə yetirdiyi üçün həmin işlərlə bağlı heç bir maddi və sair marağı olmamışdır. Təqsirləndirilən şəxs1 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturaların tərtibi işlərinin aparılması ilə məşğul olduğu dövrdə qeyri-rəsmi qaydada sonuncunun işlərinə köməklik etməyinə görə, bu işlərlə maraqlanmağa səlahiyyəti olmamışdır. Ona görə də, bu barədə dəqiq məlumatı olmamışdır. Həmin dövrdəki sənədlər arasında ziddiyyətlərin olduğunu gördüyü üçün o, Təqsirləndirilən şəxs1 uzaqlaşmışdır. O, xx.xx.2019-cu il tarixli EAAU seriyalı 955803№-li elektron qaiməni yalnız elektron formatını gördüyünə görə, həmin qaimənin “Təhvil verdim” qrafasındakı möhürün və imzanın kimə məxsus olmasından, həmçinin mal təhvil verilib-verilmədiyindən, “Təhvil aldım” qrafasında imza və möhürün olub-olmamasından məlumatı olmamışdır. Bundan başqa, o, xx.xx.2019-cu il tarixli İC seriyalı 501550№-li elektron hesab-fakturanın yalnız elektron formatını gördüyü üçün həmin hesab-fakturanın “Müəssisənin rəhbəri” qrafasındakı möhürün və imzanın kimə məxsus olmasından, həmçinin mal təhvil verilib-verilmədiyindən, “Baş mühasib” qrafasında imzanın olubolmamasından məlumatı olmamışdır. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərən Təqsirləndirilən şəxs1 adından aylıq ƏDV hesabatlarını və elektron qaimə-fakturaların tərtibi işlərinin aparılması ilə məşğul olduğu dövrdə qeyri-rəsmi qaydada Təqsirləndirilən şəxs1 işlərinə köməklik etsə də, Təqsirləndirilən şəxs1 pul əməliyyatlarını aparmaq işləri ilə maraqlanmağa səlahiyyəti olmamışdır. Həmin hesablaşma hesabından pul köçürmək və yaxud köçürülən pulları idarə etmək Təqsirləndirilən şəxs1 səlahiyyətində olduğu üçün, sonuncu «Asan imza» imza vasitəsi ilə bank əməliyyatlarının aparılmasını, pulların təyinatı üzrə xərcə yönəldilməsini özü həyata keçirmişdir. Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin X33 sub-uçot hesabından digər hüquqi şəxsin, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin sub-uçot hesabına 05 iyun 2019-cu ildə iki əməliyyatla mədaxil olunmuş cəmi 49950 manat avans təyinatlı pul köçürmə əməliyyatından, habelə qeyd olunan 49950 manat məbləğin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin sub-uçot hesabından 05 iyun 2019-cu il tarixdə fiziki şəxs-Təqsirləndirilən şəxs1 sub-uçot hesabına köçürülməsi zamanı yol verilmiş qanunsuzluqlardan məlumatı olmamışdır. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərən Təqsirləndirilən şəxs1 vergi işlərinin aparılması ilə məşğul olduğu dövrdə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyəti ilə Təqsirləndirilən şəxs1 hər hansı bir müştərək fəaliyyəti, yəni ticarət və ya tikinti- quraşdırma, təmir-tikinti işlərini icra etmək sahəsində birgə fəaliyyəti, eləcə də, alqı-satqı prosesləri, o cümlədən, hər hansı bir bank və ya maliyyə əməliyyatları olmamışdır. Zərərçəkmiş şəxs1 QSC-nin direktoru Nümayəndə2, Şahid2, Şahid4, Şahid3 və Şahid6 tanımamış, belə bir şəxslərlə heç bir münasibəti olmamışdır, Təqsirləndirilən şəxs1 "xxxx" MMC ilə ticarət əlaqələrinin olmasını o, elektron qaimələrdən bilmiş, qeyd olunan MMC-nin nə kimi qanunsuzluqlar törətməsindən, eləcə də, Şahid2 qabaqcadan əlbir olduğu şəxslərlə cinayət törətməsindən məlumatı olmamışdır. O, özü Şahid3 şəxsən tanımamış, Nuran ilə heç vaxt görüşməmişdir. 2019-cu ildə o, Təqsirləndirilən şəxs1 xahişinə əsasən ona mühasibatlıq məsələlərində köməklik etmişdir. O, vergi hesabatlarının tərtib olunmasında köməklik edərkən, Şahin ona vergi borclarının olduğunu, borcu ödəyə bilmədiyini, ƏDV depozit hesabda pul olsa borclarını ödəyə biləcəyini demiş və ondan köməklik etməyi xahiş etmişdir. O, həmin vaxt soyadını bilmədiyi tanışı Bayram ilə söhbət edərkən sonuncu ona Bakı şəhərində yaşayan Ədalət adlı tanışının bu cür işlərlə məşğul olduğunu demişdir. Bayram ona Ədalətin işlətdiyi 051- ***-**-** nömrəsini verərək onunla əlaqə saxlamağı demişdir. O, 2019-cu ilin aprel-may aylarında Ədalətlə danışaraq onunla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Axundov» adına parkda görüşmüşdür. Ədalət onunla söhbət əsnasında onun və dostlarının şirkətlərinin olduğunu, həmin şirkətlərin ƏDV depozit hesabında müəyyən məbləğlərdə pul yığıldığını, həmin pulun 50 faizi həcmində satmaq istədiyini demişdir. Yəni Ədalət dediyi şirkətin ƏDV depozit hesabına pulu köçürərək, köçürdüyü pulun 50 faizini nağd qaydada almaq istədiyini demişdir. O bu barədə Şahinə demiş, sonuncu bununla razılaşmışdır. Bundan sonra Ədalət alqı-satqı müqavilələri tərtib edərək ona təqdim etmişdir. O həmin sənədləri Şahinə vermiş və Şahin də, müqavilələri imza edəndən sonra onun adına olan ƏDV depozit hesaba pulları köçürmüşdür. Şahin aldığı pulun 50 faizini ona verərək Ədalətə çatdırmağı tapşırmışdır. O, Ədalətlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Çin» restoranın yaxınlığında görüşərək, Şahindən aldığı pulu Ədalətə vermişdir. O, "xxxx" MMC-dən daxil olan pula görə Ədalətə 10.000 manat pul çatdırmışdır. Ədalət onunla söhbət zamanı bu pulları qanuni yolla əldə etdiklərini, bu pullarla bağlı heç bir problemin olmayacağını demişdir. Təqsirləndirilən şəxs3 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 1993-cü ildə Laçın rayonu işğal olunandan sonra Ağcabədi rayonunda, 1995-ci ildən isə Bakı şəhərində məskunlaşmışdır. 2014-cü ildən «Milli Qəhrəmanları Tanıtma» X20 rayon nümayəndəliyinin sədri vəzifəsində işləyir, eyni zamanda 2010-cu ildə "xxxx" MMC-ni təsis edərək bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Şahid2 təxminən 10 il olar ki, tanıyır. Belə ki, Namiqin qardaşı Nadir onunla uzaqdan qohumluğu vardır. O, Namiqi firma satışı ilə məşğul olan şəxs kimi tanımış, Namiqin vasitəsi ilə Şahid3la tanış olmuşdur. O, N uranla bir dəfə görüşmüş, Bayram adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımışdır. Lakin o, Şahid6, Şahid5 və Şahid4 tanımır və bu şəxslərlə heç bir münasibəti olmamışdır. O, əvvəlcə Təqsirləndirilən şəxs1 özünü tanımamış, onun adından 2019-cu ilin yay aylarında ona Bayram adlı tanışı müraciət etmişdir. Bayram ona Şahinin mühasibi Rasət ilə dost olduğunu, Rasətin ona müraciət edərək Şahinə köməklik etməyi xahiş etdiyini bildirmişdir. Bayram onunla görüşərək söhbət zamanı Şahinin borclarının olduğunu, bu borcları ödəmək üçün ƏDV depozit hesabda pul satan adam axtardığını demişdir. Belə ki, bəzi hallarda elə şirkətlər var ki, müvafiq əməliyyatlar keçirəndən sonra onların ƏDV depozit hesablarında müəyyən məbləğdə pul toplanır. Həmin pulu nağdlaşdırmaq mümkün deyil. Həmin puldan yalnız vergi və sair ödənişləri etmək olar. Buna görə də, bəzi müəssisələr ƏDV depozit hesabında olan pulların satışı ilə məşğul olurlar. Bayram ondan onlara köməklik etməyi xahiş etdikdən sonra o, bu məsələ barədə dostu Şahid2 məlumat vermiş, Namiq onun əlində olan bir neçə Şirkətin ƏDV depozit hesabında pulların olduğunu, həmin pulları 30 faiz həcmi ödənildiyi halda sata biləcəyini demişdir. O bu barədə Bayrama demiş, sonuncu isə Rasətlə danışandan sonra razı olduqlarını bildirmişdir. Bundan sonra o, 2 halda pul köçürməsində iştirak etmişdir. Namiq ona hansı şirkətdən pul göndərəcəkdisə həmin MMC-nin VÖEN nömrəsini göndərmiş, isə həmin VÖEN-i Bayrama göndərmişdir. Eyni zamanda Namiq ona benzin alqı-satqısına dair müqaviləni vermişdir. Həmin müqavilədə alıcı hissəsində imza və möhür olmuşdur. O həmin müqaviləni Bayrama vermiş, Bayram həmin müqavilədə satıcı hissəsində Rasətin vasitəsi ilə Şahinə imza etdirəndən sonra onların hesablarına köçürülmüş pulun 30 faizini və müqavilənin imzalanmış nüsxəsini ona vermişdir. Bayramın ona dəqiq hansı məbləğdə pul verməsini dəqiq xatırlamır, o, Bayramın ona 7.000 ABŞ dolları pul verdiyini hesab edir. Bayramdan aldığı pulun hamısını Şahid2 və Nuranla görüşərək onların özlərinə vermişdir. Əslində o, bu cür əməliyyatlara görə 0,3 və 0,5 faiz pul alırdı. Lakin Şahid2 bu işə görə ona pul verməmişdir. Onun Namiqlə qohumluq münasibəti olduğu üçün ondan pul istəməmişdir. O həmin vaxt Namiqin hansı şirkətdən pul köçürdüyünü bilməmişdir. O yalnız Namiqə pulu verərkən sonuncu onu Nuranla tanış edərək, pulu köçürən şirkətin sahibi olduğunu bildirmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, Cəmiyyətin hüquqi ünvanı ünvan 4 tikinti-quraşdırma və təmir-bərpa işlərini yerinə yetirməkdən ibarət olmuşdur. QSC fəaliyyətdə olduğu hazırkı dövrədək hüquqi və fiziki şəxslərin sifarişləri əsasında təmirtikinti və quraşdırma işlərinə başlamazdan əvvəl rəsmi qaydada müvafiq müqavilələr bağlanılmış və bundan sonra görülən işlərin dəyəri, yəni pul vəsaiti bank vasitəsi ilə Cəmiyyətin "xxxx" ASC-nin baş ofisində olan hesablaşma hesabına köçürmə qaydasında köçürülərkən, paralel olaraq həmin məbləğin X33 də (ƏDV-sidə) köçürülmüşdür. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə etdiyi müraciətdən sonra həmin müraciət araşdırılarkən, Şahid2 rəhbərliyi ilə bir qrup şəxsin qanunsuz işlərlə məşğul olduğu məlum olmuşdur. Qeyd olunan şəxsin törətdiyi növbəti qanunsuzluq isə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı törədilmişdir. Şahid2 2019-cu ilin may ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X16 tərəfindən verilmiş elektron imza ilə 05 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinə məxsus ƏDV depozit hesabından 49.950 manat məbləğində vəsaiti qeyriqanuni yolla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına keçirilmişdir. Həmin elektron imzanın alınması ilə əlaqədar o, özü X12 heç bir müraciət etməmişdir. 03 iyun 2019-cu il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi nəzdindəki elektron poçt ünvanına X16 tərəfindən sertifikat alınması ilə bağlı göstərilmiş xidmət haqqında EAAV seriyalı 265020 saylı elektron qaimə daxil olmuşdur. Bu halla qarşılaşarkən, əməkdaşlarda anlaşılmazlıq yaranmışdır. Bununla əlaqədar 07 iyun 2019-cu ildə Zərərçəkmiş şəxs1 QSC-nin baş mühasibi tərəfindən ƏDV hesabı yoxlanılarkən, məlum olmuşdur ki, 05 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinə məxsus ƏDV depozit hesabından 49.950 manat məbləğində vəsait qeyri-qanuni yolla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına keçirilmişdir. Bu məsələni aydınlaşdırmaq məqsədi ilə elektron qaimə düzəliş üçün prosedur qaydalarına uyğun olaraq göndərən tərəfə yönləndirilmişdir. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X7 araşdırmalar zamanı müəyyən olunmuşdur ki, elektron imza Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin direktorunun adından (fiziki şəxs kimi) verilmiş, həmçinin notarial qaydada təsdiq olunmuş və qanuni olması şübhə doğuran etibarnamə əsasında verilmişdir. Bu barədə məlumat alındıqdan sonra Zərərçəkmiş şəxs1 QSC-yə qarşı törədilmiş qeyri-qanuni əməliyyatlarla bağlı Vergilər Nazirliyi də Cəmiyyətin əməkdaşları tərəfindən məlumatlandırılmışdır. Qeyd olunan qanunsuzluğun araşdırılması üçün o, özü Zərərçəkmiş şəxs1 QSC direktoru kimi Dövlət Təhlükəsizliyi Xidmətinə müvafiq qaydada müraciət etmişdir. “Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 hüquqi şəxsin rəhbəri olduğuna görə elektron imzanı hüquqi şəxsin rəhbəri kimi almışdır. Sonuncunuq məlumatı olmadan adına alınmış ikinci elektron imza isə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin direktoru kimi yox, fiziki şəxs kimi kənar şəxslər tərəfindən saxtalaşdırıbmış etibarnamə ilə X4 əldə edilmişdir. Bunun hansı üsulla törədilməsi onlara məlum olmamışdır. 07 may 2019-cu il tarixli etibarnamənin surətindəki imza qrafasında olan imza Nümayəndə2 məxsus olmasa da, həmin etibarnamədə olan Nümayəndə2 soyadı və adı əlyazması sonuncunun özünün xətti olmuşdur. Həmin yazı isə hansısa bir üsulla həmin sənədə köçürülmüşdür. Etibarnamədəki çap tarixlərindəki fərqlilik, yəni birinci vərəqin çap tarixinin xx.xx.2019-cu il saat 14:56 göstərilməsi, ikinci vərəqin çap tarixinin xx.xx.2019-cu il saat 15:55 göstərilməsi açıq-aşkar həmin sənədin saxta olduğunu təsdiq etmişdir. Qeyd olunan etibarnamənin digər saxta məlumatlarından biri də, iş yeri ünvanının, yəni Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanının Nümayəndə2 yaşayış ünvanı kimi qeyd olunması olmuşdur. Bundan başqa, həmin etibarnamədə ştrix kodun olmaması özü də təsdiq etmişdir ki, etibarnamə dəqiqliklə araşdırılmadan qəbul edildiyi üçün həmin etibarnamə əsasında onun saxta elektron imzası verilmişdir. Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hər hansı bir müştərək tikintiquraşdırma, təmir-tikinti işini icra etmək fəaliyyəti, eləcə də, qeyd olunan MMC-nin rəhbərliyi və təsisçiləri barədə hər hansı bir məlumatları olmamışdır. Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinə məxsus ƏDV depozit hesabındakı 49.950 manat məbləğ nağd şəkildə çıxarıla bilməyən məbləğ olduğu üçün həmin pulun təyinatı yalnız köçürmə qaydası ilə büdcə ödənişlərinə, gömrük rüsumlarına və digər vergi ödənişlərinə yönəldilərək, qeyd olunan təyinat üzrə istifadə edilməsi mümkün olmuşdur. Eyni zamanda göstərmişdir ki, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs1 QSC-yə vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışlar, sonunculara qarşı şikayət və tələbləri yoxdur, ümumiyyətlə hazırki ittiham üzrə cinayət öz aktuallığını itirmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərin təqsirləri sübuta yetdiyi halda onlara həbslə əlaqədar olmayan cəzalar təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslərin əməlləri nəticəsində nümayəndəsi olduğu Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin mənafelərini ziyan dəymiş, həmin əməllər nəticəsində idarəyə maddi ziyan dəyməmişdir. Eyni zamanda göstərmişdir ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Şahid2 ifadəsində ölkə ərazisində müxtəlif şəxslərin adlarına Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradaraq digər şəxslərə müəyyən məbləğ qarşılığında satdığını, eyni zamanda fiziki şəxslərin adlarına bank hesabları yaradılmasına və digər firmaların ölkə xaricindən alınan məhsullarının həmin hesablara göndərilərək gömrük rəsmiləşdirilməsində onlara köməklik göstərdiyini, iş materiallarında adı qeyd olunan Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 ilə heç bir tanışlığı, qohumluğu, ədavəti, düşmənçiliyi olmadığını bildirməklə göstərmişdir ki, 2019-cu ilin may ayında tanışı Nuran istifadə etdiyi 070-422- 19-80 mobil nömrəsi ilə ona zəng edərək bir nəfər şəxsin elektron imzasının alınması üçün ondan kömək istəmişdir. Telefon danışığı zamanı elektron imzanın əldə olunması üçün həmin şəxsin müəyyənedici məlumatlarının ehtiyac olduğunu qeyd etmişdir. Bundan sonra Nuran onun istifadə etdiyi 051- ***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə Nümayəndə2 adı, soyadı və diger şəxsi məlumatlarını ona göndərmişdir. O, Nümayəndə2 adına elektron imzanın alınması üçün həmin məlumatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X12 «online» (onlayn) şəkildə göndərmiş və bu barədə Nuran məlumatlandırmışdır. Bu işin qarşılığında isə Nurandan heç bir məvacib almamışdır. Bir neçə gün sonra, təxminən may ayının sonlarında o, Nuranla Bakı şəhəri, Xətai rayonunda yerləşən 2 saylı «ASAN xidmət» Mərkəzində görüşərkən, Nuran ona bir ədəd elektron imza vermiş və həmin imza vasitəsilə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabındakı 50.000 (əlli min) manat pulun, sonuncunun ona verdiyi digər hesablara köçürməyini istəmişdir. Bunun qarşılığında isə Nuran ona gələcəkdə kiminsə adına MMC yaratmağı üçün bir nəfər gətirəcəyinə söz vermişdir. O, Nuranla razılaşmış və ona təqdim etdiyi Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 adma olan elektron imzanı və digər şirkətlərin rəhbərliklərinə məxsus “Asan" imzalan ondan götürmüşdür. Həmin gün Nuranın ona verdiyi elektron imzanı yoxlayarkən, imzanın aktiv olmadığını görmüşdür. Növbəti gün o, həmin elektron imzaya müvafiq proqram təminatının yazılması üçün Nuranla birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X12 getmişdir. Qeyd olunan Mərkəzin mütəxəssisi tərəfindən elektron imzaya lazım olan proqram yazıldıqdan sonra, həmin elektron imzam Nuran özündə saxlamışdır. Nuranla aralarında olan razılaşmaya uyğun olaraq, 2019-cu ilin iyun ayının əvvəlində Nuran həmin elektron imzanı 2 saylı «ASAN xidmət» Mərkəzində təkrar ona vermiş, həmin elektron imzanın ƏDV depozit hesabında olan məbləğin 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat hissəsinin özünə və Araz adlı şəxsə məxsus olduğunu, qeyd olunan məbləği isə ona verdiyi digər hesablara köçürmək lazım olduğunu bildirmişdir. Buna görə də, o, Nuranın verdiyi imzadan, yəni Nümayəndə2 elektron imzasından istifadə edərək, Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabına daxil olmuş 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləği Nuranın verdiyi digər hesablara, o cümlədən 2 ədəd fərqli şirkətə göndərməyini istədiyi üçün, o həmin məbləği əvvəlcə birinci hesaba, daha sonra həmin məbləği ikinci hesaba göndərmişdir. Həmin hesablara girişi və köçürülmələri Nuranın verdiyi “Asan” imzalar vasitəsilə həyata keçirmişdir. Qeyd olunan hesablarla heç bir alqı- satqı əməliyyatı etməmiş, birbaşa olaraq yalnız hesablara köçürmə etmişdir. Nuran isə həmin məbləği müəyyən faiz qarşılığında nağdlaşdırmalıymış. Bu prosesdən təxminən 10 gün sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında Nuran verdiyi vədə uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 1 saylı «ASAN xidmət» Mərkəzində onunla görüşmüş və özü ilə Bəhruz adlı şəxsi də həmin görüşə gətirmişdir. Bu vaxta qədər o, Bəhruzu görməmiş və tanımamışdır. Nuranla onun arasında olan razılaşmaya əsasən, o, Bəhruzun adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasını və «Günay Bank»da Bəhruzun adına fiziki şəxs hesabının yaradılmasını təşkil etmişdir. Bundan sonra, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini Etibar adlı şəxsə 800 (səkkiz yüz) manat qarşılığında sataraq məvacibin 700 (yeddi yüz) manat hissəsini özünə götürməklə yanaşı, 100 (bir yüz) manat hissəsini də Nurana vermişdir. Bəhruzun adına yaratdığı fiziki şəxs hesabı ilə o, iyul ve avqust ayları ərzində bir neçə dəfə gömrük əməliyyatları edərək qazandığı pulun təqribən 1.000 (bir min) manat hissəsini Bəhruza vermişdir. O, özünün qara rəngli «ACER» markalı nootbuk tipli kompüterində aşkarlanmış möhürlərin elektron forması 2019-cu ilin mart ayında Nuran tərəfindən ona göndərilmişdir. Həmin etibarnamənin hazırlanmasında Nuran ondan kömək istədiyi üçün, o, kompüterdə Bəhruzun adına etibarnamənin formasını hazırlamış və Nuranın ona verdiyi, hazırda xatırlamadığı «email» ünvanına göndərmişdir. qeyd edilən sənədlərin hazırlanması və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X12 təqdim olunması barədə heç bir məlumatı və iştirakı olmamışdır. O, yalnız Nuranla aralarında olan razılaşmaya əsasən, sonuncunun ona göndərdiyi məlumatlarla, yəni Nümayəndə2 adına elektron imzanın alınması üçün qeyd olunan Mərkəzə elektron qaydada müraciət edərək, Anarın şəxsi məlumatlarını oraya daxil etmişdir. Həmin elektron imzanın necə əldə olunması, kimin tərəfindən əldə olunması və saxta olması barədə əvvəlcədən məlumatı olmamışdır. Bununla yanaşı, Nümayəndə2 adına elektron imzanın alınması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X12 elektron müraciətin onun tərəfindən Nuranın sifarişi əsasında edilməsinə baxmayaraq, elektron imzanın əldə olunması barədə heç bir məlumatı olmamışdır. Nuranla tanışlığı 7-8 il əvvələ təsadüf etmiş, Nuran da onun həmin fəaliyyətlə məşğul olduğunu bilmişdir. Qeyd edilən hadisədən sonrakı vaxtlarda Nuran ona "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin və daha bir neçə müəssisənin rəhbər şəxslərinin adına elektron imzanın əldə olunması üçün müraciət etməyini xahiş etmişdir. Nuran ona bir ədəd elektron imza verərək, həmin imza vasitəsilə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manat pulun olduğunu öz dostu Arazın vasitəsi ilə öyrənməsini bildirməklə, həmin pulun mövcudluğunu dəqiqləşdirməyi və digər hesablara köçürməyini istəsə də, lakin o, Nuranın verdiyi hesablara 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləği köçürmə etmişdir. Qeyd olunan ərəfədə Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manatdan artıq pul mövcud olmuşdur. Həmin hüquqi şəxsin hesabında pul olmasını isə Nuranın verdiyi VÖEN-lə dəqiqləşdirmişdir. Qeyd olunan VÖEN-i Nuran özünün Araz adlı dostu vasitəsi ilə əldə etmişdir. O da Nuranın verdiyi VÖEN-ni vergi əməkdaşı olan tanışı Şahid5 göndərərək, qeyd olunan VÖEN-nin məxsus olduğu hüquqi şəxsin barəsində məlumatları əldə etmiş, eləcə də, Cəmiyyətin ƏDV depozit hesabında 50.000 (əlli min) manatdan artıq pul mövcud olmasını bir daha dəqiqləşdirmişdir. Şahid5 aldığı məlumatlardan da bəlli olmuşdur ki, Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manat pul mövcuddur. Həmin dövrdə qeyd olunan məbləğin hamısını başqa hesaba köçürməyə imkanı olsa da, lakin o (qırx doqquz min doqquz yüz əlli) manat məbləği iki əməliyyatla, yəni hüquqi şəxsin hesabının açıq olub-olmadığını yoxlamaq məqsədi ilə əvvəlcə 10 manat köçürmə etmiş, daha sonra isə 49.940 manat köçürməklə cəmi (qırx doqquz min doqquz yüz əlli) manat məbləği Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından digər hesablara köçürmüşdür. Nuran ondan “Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından 50.000 (əlli min) manat məbləğin köçürməsini istəsə də və həmin vaxt qeyd olunan hüquqi şəxsin ƏDV depozit hesabında 50.000 (əlli min) manatdan artıq pul vəsaiti mövcud olsa da, eyni zamanda həmin məbləğin hamısını başqa hesaba köçürməyə imkanı olsa da, lakin o, 49.950 (qırx doqquz min doqquz yüz elli) manat məbləği köçürmüşdür. O, dəfələrlə istintaq və məhkəmə orqanlarında məsuliyyətə cəlb olunduğuna görə, maddi ziyanla bağlı məbləğlərin hansı halda ağır, hansı halda yüngül olmasından məlumatı olmuşdur. Nuranın istədiyi 50.000 (əlli min) manat məbləği tam hissədə ona görə köçürmə etməmişdir ki, əlli min manat məbləğ külli miqdar ziyan hesab olunduğundan, gələcəkdə hər hansı bir problem yaranan halda, bununla bağlı hərəkətləri ağır əməl hesab edilməsin. Eyni zamanda göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç birini tanımır. Məhkəmə zamanı şahid qismində inidirlmiş Şahid3 ifadə verərəke göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 ilə heç bir tanışlığı, qohumluğu, ədavəti, düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinə məxsus hüquqi ünvanı və bank rekvizitlərini 2019-cu ilin mart ayının sonlarında tanışı Araz adlı şəxsin vasitəsilə qeyri-qanuni yolla əldə edərək “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə Şahid2 göndərmiş və həmin şirkətin ƏDV depozit hesablarını yoxlamağı, pul olan hesablardan həmin pulları köçürməkdə ona köməklik göstərməsini istəmişdir. Bundan bir neçə həftə sonra, Namiq ona zəng edərək Zərərçəkmiş şəxs1 QSC- nin ƏDV depozit hesabında külli miqdarda pul olduğunu, həmin pulu köçürmək üçün şirkətin direktorunun şəxsi məlumatlarının lazım olduğunu və qeyd olunan məlumatlarla şirkətin elektron hesabına giriş üçün elektron imza əldə edəcəyini demişdir. O, tanışı Araz vasitəsilə Zərərçəkmiş şəxs1 QSC-nin direktoru Nümayəndə2 şəxsi məlumatlarını qeyri- qanuni yolla əldə edərək Namiqə göndərmişdir. Namiq həmin məlumatlar əsasında elektron imza alınması üçün X12 müraciət etmişdir, Nümayəndə2 adına olan elektron imzanı götürmək üçün MHM-ə etibarnamə təqdim edilməli olmuşdur. Bununla əlaqədar Namiq Anarın adından saxta etibarnamə hazırlanması üçün bir nəfər şəxs lazım olduğunu ona bildirmişdir. O, da Şahid4 şəxsiyyət vəsiqəsinin şəklini Namiqə göndərmiş və etibarnaməni Bəhruzun adına hazırlamasını demişdir. Bir neçə gün sonra Bakı şəhəri, Nəsimi rayonu erazisində Namiqlə görüşmüş və Bəhruzun adına Nümayəndə2 tərəfindən verilmiş saxta etibarnaməni ondan götürmüşdür. Həmin etibarnaməni Bəhruza vermiş və onunla birgə MHM-ə gedərək elektron imzanı almışdır. O, elektron imzanı həmin gün yenidən Namiqlə görüşərək ona təhvil vermişdir. xx.xx.2019-cu ildə Namiq Zərərçəkmiş şəxs1 QSC-nin ƏDV depozit hesabından 49.960 (qırx doqquz min doqquz yüz altmış) manat məbləğində pulu ona məlum olmayan hesablara köçürmüşdür. Köçürülmüş məbləğ Namiq tərəfindən ona məlum olmayan yollarla 10.000 (on min) manat qarşılığında nağdlaşdırılmışdır. Qazanılan pulun 4.800 (dörd min səkkiz yüz) manat hissəsini Namiq ona vermiş, qalan hissəsini isə özünə götürmüşdür. O, razılaşmaya əsasən verilən məbləğin 1.000 (min) manat hissəsini Araza, 300 (üç yüz) manat hissəsini Bəhruza vermişdir. Bəhruzla tanışlığı 2019-cu ilin may ayına təsadüf etmişdir. O, Bərhuza onun adına Namiq tərəfindən şirkət açılaraq satılmasını və bunun qarşılığında ona pul ödəniləcəyini təklif etmişdir. Həmin dövrdə Bəhruzun adına Zərərçəkmiş şəxs1 QSC-nin direktoru Nümayəndə2 tərəfindən verilmiş etibarnamədən, həmçinin elektron imzanın əldə olunmasından Bəhruz məlumatlı olmamışdır. Namiqlə olan tanışlığı 7 il əvvələ təsadüf etmiş və o, sonuncunun şirkət yaradaraq satdığını, pul köçürmə işləri ilə məşğul olduğunu bilmişdir. Qeyd olunan qanunsuz əməl onun təklifi ilə Namiq tərəfindən törədilmişdir. Həmin etibarnamə Namiq tərəfindən hazırlanaraq ona verilmişdir. O, da həmin etibarnaməni elektron imzanı əldə etməsi üçün Bəhruza vermişdir. Qeyd edilən etibarnamənin saxta olduğu barədə o, özü əvvəlcədən məlumatlı olmuşdur. Arazla olan tanışlığı isə 2019-cu ilin yanvar ayına təsadüf etmişdir. Zərərçəkmiş şəxs1 QSC və digər şirkətlərin hüquqi ünvanları və bank rekvizitlərini Araz vasitəsilə əldə etmişdir. Bakı şəhərinin 28 May adlanan ərazisindəki "xxxx" MMC-də avtomaşın icarəsi ilə məşğul olduğu zaman 2019-cu ilin yanvar ayında Şahid6 qeyd olunan Cəmiyyətin müştərisi kimi tanımışdır. Arazla tanışlqdan sonra onunla söhbət zamanı Arazın kompüter proqramçısı olması və şirkətlərin müraciətləri ilə əlaqədar həmin şirkətlərin kompüterlərinə servis xidməti göstərməsi məlum olmuşdur. Araz kompüter servis xidməti göstərdiyi şirkətlərin, eləcə də, həmin şirkətlərlə alqı-satqı aparmış, yaxud müştərək işlər icra etmiş hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyətini və sair məlumatlarını bilmişdir. Arazla söhbət zamanı sonuncu ona bir neçə hüquqi şəxsin, o cümlədən “Azinvest İnşaaf QSC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin hesablarında blok olunmuş ƏDV depozit olmasını bildirmişdir. Həmin ƏDV depozit pulların çıxarılmasının mümkünlüyünü Araz ona təklif edərkən, o, bu işlərlə məşğul olan tanışı ilə söhbət edib, bu barədə xəbər deyəcəyini sonuncuya söyləmişdir. Bu söhbətdən sonra o, Namiqlə görüşmüş və Arazın təkliflərini Şahid2 demişdir. Namiq də Arazın təklifi ilə razılaşaraq, bu işi bacaracağını bildirməklə, Arazdan həmin hüquqi şəxslərin, o cümlədən işdə adı keçən Zərərçəkmiş şəxs1 QSC-nin və digər şirkətlərdən bəzilərinin hüquqi ünvanları və bank rekvizitlərini, eləcə də, hüquqi şəxsin rəhbərinin adını, soyadını və atasının adını, həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini öyrənməyi tapşırmışdır. Bundan sonra o, Arazla görüşüb Namiqin istədiyi məlumatları ona söyləmiş, Araz da həmin məlumatları ona vermişdir. O, isə Arazdan öyrəndiyi məlumatları Namiqə vermiş, sonuncu da öz növbəsində həmin məlumatları vergilərdə olan adını bildirmədiyi tanışı vasitəsi ilə dəqiqləşdirərək, şirkətlər barədə ətraflı məlumat əldə etmişdir. Hüquqi şəxslər barəsində məlumatları əldə etdikdən sonra məlum olmuşdur ki, “Azinvest İnşaat" QSC-nin ƏDV depozit hesabında 53.000 (əlli üç min) manat pul vəsaiti mövcuddur. Qeyd olunan məbləğdən isə Namiq 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat ƏDV depozit pul vəsaitini "xxxx" MMC- nin hesabına köçürmüş, oradan isə hansısa hesaba köçürdükdən sonra həmin hesabdan 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat ƏDV depozit pul vəsaitinə görə 10.000 (on min) manat nağd pul vəsaiti əldə etmişdir. Qeyd olunan 10.000 (on min) manat nağd pul vəsaitinin 4.800 (dörd min səkkiz yüz) manat hissəsini Namiq ona vermiş, qalan hissəsini isə özünə götürmüşdür. O, da razılaşmaya əsasən, özünə verilən məbləğin 1.000 (bir min) manat hissəsini Araza, 300 (üç yüz) manat hissəsini Bəhruza vermişdir. Namiq pulun bölgüsü zamanı 10.000 (on min) manat nağd pul vəsaitinin 5200 (beş min iki yüz) manatın özünə götürəndə, həmin işin alınmasında köməklik göstərən vergidəki tanışına 5200 ( beş min iki yüz) manatdan müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. O, Namiqin dediyinə inandığı üçün onun bu fikirinə etiraz etməmişdir. Namiqə elektron imza verməmiş, nə də ki, həmin 50.000 manat vəsaitin köçürülməsi üçün hər hansı bir hesab təqdim etməmişdir. Namiqin bu barədə göstərdikləri yalan və uydurma sözlər olmuşdur. “X25 Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manat pulun olduğunu isə dostu Arazın vasitəsi ilə öyrənmiş və bu barədə Namiqə demişdir. Namiq də həmin məlumatı vergi orqanınında olan tanışı vasitəsi ilə dəqiqləşdirmişdir. Namiqə ‘Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabında 50.000 (əlli min) manatdan artıq məbləğin olduğunu desə də, Namiq həmin məbləğin 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləği köçürmüşdür. Bunun səbəbi ilə maraqlanan zamanı Namiq həmin 50.000 (əlli min) manat məbləğin külli miqdar ziyan hesab olunduğunu, gələcəkdə bu işlərə görə özlərinə qarşı hansısa problem olarsa, həmin işlə əlaqədar məsuliyyətin ağır əməl kimi hesab olunmamasını bildirmişdir. Həmin dövrdə 50.000 (əlli min) manat və bundan artıq məbləğin köçürülməsinə real imkan olmasına baxmayaraq, Namiq bu imkandan istifadə etməmiş, yəni həmin məbləğin 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğini köçürmüşdür. Namiq həmin pulu nağdlaşdırmaq üçün tanışı Təqsirləndirilən şəxs3 müraciət etmişdir. O, Ədaləti əvvəllər tanımamış, onunla Şahid2 iştrakı ilə görüşmüşdür. Ədalət Şahid2 həmin ƏDV depozit hesabda olan 49.950 manat pulu tanışı sahibkarlıqla məşğul olan Təqsirləndirilən şəxs1 10.000 manat pulun müqabilində almaq istədiyini bildirmişdir. Bundan sonra Şahid2 həmin ƏDV pulu Təqsirləndirilən şəxs1 hesabına köçürmüşdür. O özü heç vaxt Şahinlə görüşməmiş və onu tanımamışdır. Bundan sonra o, Namiqlə birlikdə 2019-cu ilin yay aylarında Ədalətlə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Mado” restoranında görüşmüşlər. Həmin vaxt Ədalət onlara 10.000 manat pulu vermişdir. Namiq həmin puldan 4.800 (dörd min səkkiz yüz) manat hissəsini ona vermiş, qalan hissəsini isə özünə götürmüşdür. O, razılaşmaya əsasən verilən məbləğin 1.000 manat hissəsini Araza, 300 (üç yüz) manat hissəsini Bəhruza vermişdir; Təqsirləndirilən şəxs2 tanımır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərəkgöstərmişdir ki, iş materiallarında adı qeyd olunan “Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 ilə heç bir tanışlığı, qohumluğu, ədavəti, düşmənçiliyi olmamışdır. Nuranın onunla tanışlığı 1 il əvvələ təsadüf etmiş, Nuranın şirkətlər yaratması və pul köçürmələri proseslərini həyata keçirməsi işi ilə məşğul olmasını bilsə də, lakin Nuran ona daha əvvəl bu kimi təkliflər etməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında Nuran onun adına bir şirkət açaraq həmin şirkətə xarici ölkələrdən pul köçürəcəyini və bunun müqabilində ona 20.000 (iyirmi min) manat məbləğində pul ödəniləcəyini təklif etmişdir. O, bu işin qanunsuz olmasından ehtiyatlanaraq etirazını bildirsə də, Nuran ona bu işin heç bir qanunsuz tərəfi olmadığına inandırmış və o, öz adına şirkət yaradılmasına razılaşmışdır. 24 may 2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Səməd Vurğun» bağının qarşısında Nuranla görüşərək şəxsiyyət vəsiqəsini onun istəyi üzrə Nurana vermişdir. Nurandan onun vəsiqəsini niyə götürməsini soruşduqda, sonuncu ona Nümayəndə2 adına elektron imzanın alınması üçün etibarnamə verilməli olduğunu, həmin etibarnamənin alınması üçün onun şəxsiyyət vəsiqəsinin lazım olduğunu demişdir. 31 may 2019-cu ildə Nuranla növbəti görüşü zamanı, sonuncu ona Nümayəndə2 tərəfindən verilmiş etibarnamənin əslini verərək, həmin etibarnamə ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X12 müraciət etməyini və öz adına hazırlanmış elektron imzanı götürməyini istəmişdir. O, Nuranın tələbi ilə, həmin gün Nuranla birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X12 gedərək etibarnaməni ora təqdim etmişdir. X2 Mərkəzinə təqdim etdikdən sonra, rəsmi nümayəndə ona zərf vermişdir. O, isə zərfin içərisinə baxmadan onu Nurana vermiş və bunun qarşılığında Nuran ona 300 (üç yüz) manat pul vermişdir. Bundan sonra 19 iyun 2019-cu ildə Nuran onunla görüşərək yenidən X12 getməyini, orada onun adına yeni bir imzanın hazır olub-olmadığını soruşmağını istəmişdir. O, Nuranla birlikdə MHM-ə gedərək, sonuncunun dediyi ad üzrə X14 tərəfindən ona verilməli olan elektron imzanın hazır olub-olmamasını soruşmuşdur. Bu zaman X8 əməkdaşları onu və Nuranı saxlayaraq müvafiq qurumlara məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gələrək, onun və Nuranın izahatını almışdır. DTX tərəfindən izahatı alınan vaxta qədər Nuran özünü ona Bahəddin kimi təqdim etmişdir. İzahatın alınması prosesində onun adının Nuran olduğu məlum olmuşdur. DTX əməkdaşları tərəfindən onun izahatı alındığı zaman o, Nuranın onun adından gördüyü işlərin qanunsuz olduğunu dərk etmişdir. DTX əməkdaşları tərəfindən izahatı alınmazdan əvvəl Nuran onun adını heç bir yerdə hallandırmamağı demiş, bütün proseslərin həyata keçirilməsində Namiqin adını deməyini ondan istəmişdir. Nuranın ona göstərdiyi təzyiqə görə həmin izahatda səhv məlumatlar vermişdir. Eyni zamanda göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç birini tanımır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 2019-cu ilin may ayının 24-dən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində çalışmışı, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin eyni adlı ixtisasını əyani bitirmiş, 2004-2006-cı illərdə isə həmin Universitetin eyni adlı ixtisasının magistaturasını bitirib tam ali təhsil almış, əmək fəaliyyətinə 2003-cü ilin mart ayında "xxxx" MMC-nin mühasib vəzifəsində stajçı kimi işə başlamış və 2005-ci ilin dekabr ayınadək qeyd olunan MMC-də mühasib işləmişdir. 2005ci ilin dekabr ayında isə Vergilər Nazirliyinə test üsulu ilə imtahan verməklə işə qəbul olunaraq, 2 Saylı Ərazi Vergilər İdarəsinin vergi borcları şöbəsində dövlət vergi müfəttişi vəzifəsi hesabına stajçı təyin edilmişdir. Bundan üç ay sonra həmin vəzifəyə təyin olunaraq, 2005-ci ildən 2019-cu ilin fevral ayınadək vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Həmin qurumda sonuncu iş yeri isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsi olmuşdur. Tutduğu vəzifədə işlədiyi dövrdə vergi xidməti müşaviri rütbəsini daşımışdır. 2019-cu ilin fevral ayının 14-də isə qeyd olunan vəzifədən azad edilərək,14 avqust 2019-cu il tarixədək Vergilər Nazirliyinin sərəncamında olmuşdur. 14 avqust 2019-cu il tarixdən isə qeyd olunan qurumun sərəncamından çıxarılaraq, vergi orqanlarından xaric edilmişdir. Vergi oqanlarında çalışdığı dövrdə vergi risklərinin təhlili idarəsinin direktoru kimi onun vəzifələri Bakı şəhərində qeydiyyatda olan vergi ödəyicilərinin uçotunun təşkilindən, təqdim edilmiş bəyannamələrin təhlilindən, həmin vergi ödəyicilərinin vergi borclarının alınması işinin təşkilindən, həmçinin də səyyar vergi yoxlamalarına nəzarət etməkdən və tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. İşlədiyi dövrdə töhməti olmamışdır. Qeyd olunan qurumdakı fəaliyyətinin müsbət olması nəzərə alınaraq, ona iki dəfə vaxtından əvvəl xüsusi rütbə verilmiş və bir dəfə isə təşşəkür həvəsləndirmə tədbiri tətbiq edilmişdir. İş materiallarında adları keçən şəxslərdən Şahid3, Şahid4 və Şahid6, həmçinin Zərərçəkmiş şəxs1 QSC-nin direktoru Nümayəndə2 tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. İş materiallarında adı keçən Şahid2 isə 2003-cü ildən Sumqayıt şəhər sakini kimi tanımışdır. Həmin şəxslə tanışlığı Sumqayıt şəhər sakini olan mərhum tanışı Vidadi Əzizovun vasitəsi ilə yaranmışdır. Namiqi tanıyandan uzun müddət sonra isə sonuncunun vergi orqanlarında hüquqi müəssisələri qeydiyyatdan keçirərək, notariat orqanları vasitəsi ilə satışını etdiyini öyrənmişdir. Bir müddət sonra isə sonuncunun "xxxx" MMC-də işləyən ikinci həyat yoldaşı onun ***-***-**-** rəqəmli mobil nömrəsinə xatırlamadığı mobil nömrədən zəng edərək, Namiqin tutulmasını ona bildirmişdir. O da həmin vaxtdan xeyli müddət Namiqlə telefon əlaqəsini kəsmişdir. Namiq bir müddət sonra, yəni 2019-cu ilin mart ayında onun vergi orqanlarından işdən azad edildiyini bilib, ***-***-**-** rəqəmli mobil nömrəsinə tanımadığı nömrə vasitəsi ilə zəng edərək, savadlı mühasib lazım olduğunu deməklə, bir neçə müəssisəyə mühasibatlıq xidmətləri göstərilməsini təklif etmişdir. Bununla bağlı söhbət etmək üçün onu Sumqayıt şəhərinə görüşə dəvət etsə də, o həmin görüşə getməmişdir. Buna baxmayaraq, Namiq onunla telefon əlaqəsini kəsməyib, ara-sıra zənglər edərək həmin təklifin hələ də qüvvədə olduğunu söyləmişdir. Telefon söhbəti zaman Namiq onun həmin işi istəmədiyini bildikdən sonra, sonunucu ona savadlı bir mühasib tapmağı xahiş etmişdir. O da maraqlanacağını deməklə, Namiqdən üzülüşməyə çalışmışdır. Namiqin zənglərinə cavab verməkdən yayındığı üçün sonuncu hər dəfə müxtəlif nömrələrdən, o cümlədən “ASAN imza” nömrələrindən zənglər etməyə davam etmişdir. Həmin dövrdə onun işlədiyi vəzifənin tələbləri isə müştəri bazası ilə birbaşa bağlı olduğuna görə o, hər yeni zəng olunan nömrəni tanımasa da, cavab vermək məcburiyyətində qalmışdır. Namiq də bu fürsətdən yararlanaq, hər dəfə yeni mobil nömrə və ya “ASAN imza” ilə ona zənglər etmişdir. Sonrakı aylarda isə Namiq onunla əlaqə saxlamamışdır. Namiqin qabaqcadan əlbir olduğu adları qeyd olunan şəxslərlə cinayət törətməsindən isə onun məlumatı olmamışdır. 16 aprel 2019-cu il tarixdə “Akwin, Ceferov” adlı +99455- ***-**-** saylı mobil nömrəli hesabın özünə məxsus olduğunu və həmin +99***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” proqramda qeydiyyatdan keçərək, qeyd olunan nömrədən son iki ayadək istifadə etdiyini bildirməklə göstərmişdir ki, həmin müddət ərzində Şahid2 ilə “Whatsapp” yazışmaları vasitəsi ilə əlaqə saxlamışdır. Həmin yazışmaları Namiq özünün “bey!erovnamiq1969” adlı +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqramından istifadə edərək aparmışdır. Namiq Bəylərovun xx.xx.2019-cu il tarixdə saat 12:03-də “beylerovnamiq1969” adlı “Watsapp” ünvanından onun “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanına daxil olmuş yazıda **********; ; Azinvest rəqəmləri və sözləri, həmin gün saat 12:04-də ünvanladığı yazıda “**********1, inteks” rəqəmləri və sözləri, habelə həmin gün saat 12:04-də ünvanladığı yazıda isə “Bunların deposuna baxdıra bilərsən?” sözləri ilə etdiyi müraciətə o, cavab vermək üçün həmin vaxt Namiqin “Whatsapp” ünvanına özünün “Whatsapp" ünvanından “Açıq bağlı? Yoxsa içində nə var nə yox?” sözləri və sual işarələri ilə yazılar göndərmiş, sonuncu da ona “Whatsapp” ünvanından “Hər ikisidə” sözlərini yazmaqla fikirini aydınlaşdırmışdır. O, isə bundan sonra müvafiq araşdırma aparacağını “ok” yazısı, yəni razılıq əlaməti bildirən söz yazmaqla münasibət bildirmişdir. Namiq Bəylərovun “Azinvest” və "xxxx" adlı hüquqi şəxslərin depozit hesabını öyrənməklə bağlı müraciətini o, öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bundan sonra özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 12 aprel 2019-cu il tarixdə saat 12:25də Namiqin “beylerovnamiq1969" adlı “Whatsapp” ünvana göndərdiyi yazıda “İkisi də açıqdı” sözləri ilə hər iki hüquqi şəxsin depozit hesabının açıq olduğunu bildirməklə, həmin hüquqi şəxslərin depozit hesabında əməliyyat aparmağın mümkün olduğunu qeyd etmişdir. Həmin yazışmalar zamanı “Azinvest-42400,03”, habelə “inteks-0” sözü və rəqəmləri isə qeyd olunan hüquqi şəxslərin ƏDV sub-uçot hesabındakı saldosun, yəni qalığını ifadə etmişdir. “Əmələ gəlir?” sözlərini və sual işarəsini isə verilən məlumatın Namiqin işinə yarayıb-yaramadığından xəbər tutmaq üçün yazmışdır. Namiq Bəylərovun “Azinvest” adlı hüquqi şəxsin rəhbərinin şəxsiyyət vəsiqəsinə dair məlumatların öyrənməklə bağlı müraciətini isə o, Dövlət Gömrük Komitəsinin rəsmi “internet" sayıtının elektron xidmətlər bölməsindəki hüquqi şəxsin rəhbərinə aid şəxsiyyət vəsiqəsi məlumatlarını öyrənərək, bundan sonra özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə xx.xx.2019-cu il tarixdə saat 11:19-da Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərmişdir. Həmin yazıda Nümayəndə2 şəxsiyyət vəsiqəsinə dair Namiqə lazım məlumatları qeyd etmişdir. Namiq Bəylərovun “Azinvest” adlı hüquqi şəxsin depozit hesabını öyrənməklə bağlı müraciətini o, öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib Namiqə deyərkən, Namiq ona məbləğ bildirməyərək pul verəcəyinə söz vermişdir. Namiqin verdiyi sözə əməl edib-etmədiyini öyrənmək üçün o, özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 16 aprel 2019-cu il tarixdə saat 10:29-da Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp" ünvana göndərdiyi yazıda “neynedin?" sözü və sual işarəsi ilə, həmçinin həmin gün saat 11:54-də ünvanladığı yazıda “ok səndən yaxçı xeber gözleyirem” sözlərini qeyd etməklə Namiqə onu unutmamasını xatırlatmaq istəmişdir. Həmin vaxt, yəni xx.xx.2019-cu il tarixdə saat 12:21- də Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvanından onun “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanına daxil olmuş yazıda “Ok, baxdır, gör pul yerindədir, boş yerə rasxoda getməyəkdə” sözləri ilə münasibət bildirilmiş və ona həmin hesabı yoxlamaq yenidən xahiş olunmuşdur. O, da “Azinvest” adlı hüquqi şəxsin depozit hesabını öyrənməklə bağlı müraciətini öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bu barədə özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə xx.xx.2019-cu il tarixdə saat 12:45-də Namiqin “bey!erovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda “4406.19 azn pul qalıb” rəqəm və sözləri ilə, saat 12;48-də ünvanladığı yazıda isə “mence uje rasxoda getmə” sözləri ilə “Azinvest” adlı hüquqi şəxsin depozit hesabında 4406.19 azn pul qaldığını bildirməklə yanaşı, həm də həmin vaxt özünə olunan telefon zəngindəki “2718730” nömrəni dəqiqləşdirmək istəyərkən, Namiq “Əvət”, yəni bəli cavabını verərək, nömrənin ona məxsus olduğunu söyləmişdir. Namiq Bəylərovun “Libra” adlı hüquqi şəxsin ƏDV depozit hesabının açıq olub-olmadığını və həmin hesaba gəlməli olan böyük məbləğdə pulun mövcud olub-olmadığını öyrənməklə bağlı müraciətini öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bundan sonra özünün “Akwin, Ceferov" adlı “Watsapp” ünvanı ilə xx.xx.2019-cu il tarixdə Namiqin “beyierovnamiq1969” adlı “Watsapp” ünvana göndərdiyi yazıda “Libra açıqdı” sözü ilə həmin hüquqi şəxsin depozit hesabının açıq olduğunu bildirməklə, qeyd olunan hüquqi şəxsin depozit hesabında əməliyyat aparmağın mümkün olduğunu, həmçinin 14:54-də ünvanladığı yazıda “Apreldən bu yana 23825 manat gəlib.” sözləri ilə mövcud məbləği, habelə eyni anda ünvanladığı digər yazıda “ O dediyin rəqəm gəlməyib” sözləri ilə isə böyük məbləğin mövcud olmadığını qeyd etmişdir. Namiq Bəylərovun xatırlamadığı hüquqi şəxsin ƏDV depozit hesabının pul gəlib-gəlmədiyini öyrənməklə bağlı digər müraciətini də öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bundan sonra özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 13 may 2019-cu il tarixdə saat 14:37-də Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda “pul gəlib” sözü ilə hüquqi şəxsin depozit esabına pul daxil olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi “Məni ne vaxt göressen" sözləri isə Namiqin ona vəd verdiyi, lakin məbləğini bildirmədiyi məbləğdə pulu nəzərdə tutmuşdur. Həmin işə görə Namiq ona pul verməmişdir. Namiq Bəylərovun xatırlamadığı hüquqi şəxsin ƏDV depozit hesabının pul gəlib-gəlmədiyini öyrənməklə bağlı digər müraciətini də öz şəxsi nüfuzundan istifadə edərək, Vergilər Nazirliyində olan hazırda xatırlamadığı şəxslərin vasitəsi ilə öyrənib, bundan sonra özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə 13 may 2019-cu il tarixdə saat 14:37-də Namiqin “beylerovnamiq1969” adlı“Whatsapp” ünvana göndərdiyi yazıda “pul gəlib” sözü ilə hüquqi şəxsin depozit hesabına pul daxil olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi “Məni ne vaxt göressen” sözləri isə Namiqin ona vəd verdiyi, lakin məbləğini bildirmədiyi məbləğdə pulu nəzərdə tutmuşdur. Həmin işə görə Namiq ona pul verməmişdir. Namiq Bəylərovun 2019-cu iyun ayında ona verdiyi və hazırda xatırlamadığı hüquqi şəxsin ƏDV depozit hesabı blok olduğundan, yəni bağlandığına görə, həmin hesaba may ayının 13-də daxil olmuş 360 min manat vəsaitin başqa vergi ödəyicisinin ƏDV depozit hesabına köçürülməsindən ötrü blokun açılması məqsədi ilə vergi orqanına rəsmi məktub yazılmasını Namiqə tövsiyyə etmişdir. Bu barədə isə telefon yazışmalarında qeyd etmişdir. O, Namiqin maraqlandığı hüquqi şəxslər barədə sonuncuya lazım olan məlumatları verən zaman sonuncu ona bildirmişdir ki, yaxşı bir iş olacaq və bu işdən ona hörmət edəcəkdir. O,da 2019-cu ilin avqust ayının 13-dək Namiqdən hər hansı bir məbləğdə pul ala bilmədiyi üçün qeyd olunan tarixdə sonuncuya özünün “Akwin, Ceferov” adlı “Whatsapp” ünvanı ilə xx.xx.2019cu il tarixdə Namiqin “beylerovnamiq1969” adlı “Whatsapp” ünvana göndərdiyi yazıda Namiqin Qurban bayramını təbrik etməklə yanaşı, həm də “İş zad var?” sözü ilə sonuncudan özünə söz verdiyi pul barədə maraqlanmışdır. Namiqə isə həmin sualı ona görə ünvanlamışdır ki, Namiqin söz verdiyi yaxşı işin olub-olmayacağını dəqiqləşdirmək istəmişdir, Namiqin hərəkətləri isə onun yalançı bir adam olduğunu bir daha göstərdiyi üçün o, həmin vaxtdan sonra sonuncunun istədiyi məlumatları verməkdən yayınmışdır. Eyni zamanda göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç birini tanımır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, 2005-ci ildə Ukrayna Respublikasının Odessa şəhərində yerləşən Standartlaşdırma və Sertifikatlaşdırma Akademiyasını keyfiyyətə nəzarət və meteroloji yoxlamalar ixtisası üzrə bitirmişdir. 2010-cu ildən Bakı şəhərində yaşayır. Onun Bakı şəhərində evi olmasa da, müxtəlif ünvanlarda kirayə mənzillərdə yaşamışdır. O, 2018-ci ildə X21 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan xx.xx.2020-ci il tarixdə övladı Zara dünyaya gəlmişdir. 2019-cu ilin iyul ayının 28-də Bakı hava limanından Türkiyənin Antalya şəhərinə uçaraq ölkə ərazisini tərk etmişdir. Bundan sonra Türkiyənin İzmir şəhərində yaşamışdır. Onun övladı Zara İzmir şəhərində dünyaya gəlmişdir. O, İzmir şəhərində əvvəlcə "xxxx" Şirkətində işləmiş, sonradan isə təhlükəsizlik kameralarının quraşdırılması işi ilə məşğul olmağa başlamışdır. 2020-ci ilin əvvəllərində o, Türkiyənin İstanbul şəhərində olduğu müddətdə şəxsi sənədlərini, yəni şəxsiyyət vəsiqəsini, vətəndaşlıq haqqında pasportunu və hərbi bileti oğurlanmışdır. O, bununla bağlı 2021-ci ilin mart ayında İstanbul polisinə şikayət etmişdir. Lakin dəqiq hansı polis idarəsinə müraciət etməyini xatırlamır. Onun sənədləri oğlurlandığı müddət ərzində o həmin sənədlərdən istifadə etmədiyi üçün sənədlərin oğurlanması ilə bağlı əvvəlcə polisə müraciət etməmişdir. Lakin 2021-ci ilin əvvəllərində Azərbaycana gəlmək istədiyi üçün özünə sənəd eldə etmək məqsədi ilə polisə və İstanbul şəhərindəki konsulluğa müraciət etmişdir. O, 2021-ci ilin mart ayının 19-da ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gələrkən Heydər Əliyev adına Beynəlxalq hava limanında saxlanılmışdır. O, axtarışda olduğunu bilməmişdir. O, Şahid3 təxminən 2018-ci ildən "xxxx" Şirkətinin əməkdaşı kimi tanımışdır. O, Nuranın işlədiyi şirkətdən avtomobil icarəyə götürmüş, bu əsasla onunla münasibəti yaranmışdır. Lakin onunla yaxın münasibəti olmamışdır. Şahid2, Şahid4 və Şahid5 isə ümumiyyətlə tanımır, bu şəxslərlə heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1 MMC ilə fiziki şəxs qismində müqavilə bağlayaraq fəaliyyət göstərmişdir. Belə ki, təxminən 2016-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında qeydiyyata alınaraq VÖEN almışdır. Onun həyat yoldaşının dayısı soyadını bilmədiyi Namiq adlı şəxs tikinti işləri ilə məşğul olmuş, 2018-ci ildə Namiq ona Zərərçəkmiş şəxs1 MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən uşaq evinin yenidən qurulması işlərini həyata keçirdiyini bildirərək, ona da həmin işlərdə iştirak etməyi təklif etmişdir. Həmin MMC ilə onun arasında müqavilə bağlanılsa da, lakin podratçı kimi faktiki olaraq işləri Namiq həyata keçirmişdir. O isə gömrük, vergi və digər sosial ödənişləri aparmışdır. Həmin Cəmiyyətin direktoru Nümayəndə2la yaxşı münasibətləri olmuşdur. O həmin Cəmiyyətlə işlədiyi müddət ərzində işində heç bir problemi olmamışdır. "xxxx" MMC -nin direktoru X11 2013-cü ildə "xxxx" Şirkətinin Azerbaycan nümayəndəliyində işlədiyi dövrdə tanımışdır. O, həmin Şirkətdə audit işləmişdir. Sonradan o, "xxxx" Şirkətinin “Unity” proqramının quraşdırılması və istifadəsi ilə bağlı tədris işi ilə məşğul olmuş, qeyd olunan proqramı Emil Məhərrəmovun direktoru olduğu "xxxx" MMC-yə qeyd etdiyi kompyuter proqramının istifadəsinin tədrisini 2018-ci ildən başlayaraq 2019-cu ilin iyul ayına kimi heyata keçirmişdir. X26 yaxşı münasibətləri olmuşdur. O, heç vaxt Şahid3 Zərərçəkmiş şəxs1 MMC ile bağlı heç bir məlumat verməmişdir. O, Nuranı "xxxx" Şirkətində işləyəndə tanımış, həmin Şirkətdən aylıq 1000 manat ödəmək şərti ile avtomoil icarəyə götürmüşdür. O, həmin avtomobilə texniki xidmət gösterilməsi üçün Nuranın işlədiyi şirkətə təqdim etmişdir. Nuran bu vaxt avtomobildə olan sənədlərdən istifadə edərək Zərərçəkmiş şəxs1 MMC ilə bağlı melumatları elə keçirmişdir. Nuran ona 1000 manat pul verməmişdir. Bu barədə onun dediklərinin hamısı yalandır. O, "xxxx" MMC ilə aralarında bağlanılmış 9 may 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-ye proqram təminatından istifadə olunması ilə bağlı dərslər vermişdir. O, "xxxx" MMC-yə dair heç bir məlumatı Nurana verməmişdir. Nuran eyni qaydada ona icarə verdiyi maşından həmin şirkətə dair məlumatları götürmüşdür. "xxxx" MMC ilə onun heç bir münasibəti olmamışdır. Bu Şirkətin fəaliyyətindən məlumatı olmamışdır. O, X17 tanışı Namiqə görə tanımışdır. Onunla yaxın münasibəti olmamışdır. O, Namiqlə şərikli tikinti işləri həyata keçirmişdir. X1 və X19 xatırlamır. Onun bu şəxslərlə münasibətlərinin olub-olmamasını dəqiq deyə bilmir. "xxxx" MMC-nin təsis edilməsində Vaqifə köməklik etməmişdir. Həmin Cəmiyyətin fəaliyyətində onun heç bir iştirakı olmamışdır. Vaqif ona iki nəfər şəxsin adına VÖEN sənədi vərərək həmin şəxslərin vergi, gömrük, sosial ödənişləri etməyi xahiş etmişdir. Bunun müqabilində Vaqif ona aylıq 500 manat pul ödəyirdi. Onun Vaqiflə birlikdə fəaliyyətində bir neçə ay müddətində olmuşdur. O, Vaqifə "xxxx" MMC ilə bağlı heç bir köməklik etməmişdir. O, Vaqifin qohumlarının bank hesablarından pulu “Kapitalbank" ASC-nin Bakı şəhəri, Azadlıq prospektində yerləşən filialından iki dəfə məxaric etmişdir. O, birinci dəfə 8000 manat pulu məxaric etmiş, lakin ikinci dəfə hansı məbləğdə pulu məxaric etməyini xatırlamır. O, hər iki dəfə məxaric etdiyi pulu Vaqifin özünə vermişdir. O, bärinici dəfə ona pulu bankın ofisinin qarşısında vermişdir. O, ikinci dəfə isə ona pulu Lökətan qəsəbəsində DYP idarəsinin yaxınlığında vermişdir. Həmin vaxt onun yanında bir nəfər də, şəxs olsa da, lakin həmin şəxsin ad və soyadını xatırlamır. Həmin şəxs Zərərçəkmiş şəxs1 MMC-nin mühafizə xidmətinin əməkdaşı idi. Eyni zamanda göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç birini tanımır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərəke tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 təxminən 1997-1998-ci illərdən tanıyır və onunla həmişə yaxşı münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs2 isə təxminən 2017-ci ildə tanımışdır. Lakin Şahid2, Şahid6, Şahid5, Şahid4, Şahid3 və Təqsirləndirilən şəxs1 şəxsən tanımır. O, Şahid2 Təqsirləndirilən şəxs3lə münasibətlərinin olduğunu bilmiş, hətta onları bir dəfə birlikdə görmüşdür. Lakin Şahid2 ilə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 isə Rasətin müdiri olduğunu eşitmiş, ancaq Şahini şəxsən görməmiş və onunla heç bir münasibəti olmamışdır. 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxs2la Bakı şəhərində görüşərkən söhbət əsnasında sonuncu ona mühasibatlıq işlərini apardığı Salyan rayonunda yanacaqdoldurma məntəqəsi işlədən Təqsirləndirilən şəxs1 vergi borclarını ödəmək üçün ƏDV pulu almaq istədiyini demişdir. Rasət ona bu işlərlə məşğul olan etibarlı adam axtardığını demişdir. O, Təqsirləndirilən şəxs3 sözlərindən onun tanışlarının ƏDV depozit hesablarında yığılan pulları satdıqlarını eşitmişdir. Buna görə də, o, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3lə tanış etməyi qərara almışdır. O, onları Bakı şəhərində Nərimanov rayonu ərazisində yerləşən çayxanada görüşdürərək tanış etmişdir. Bundan sonra Rasət özü Ədalətlə əlaqə saxlamışdır. Onların aralarında olan məsələdən məlumatı olmamışdır. Onlar öz aralarında razılığa gələrək hansısa maliyyə işi görmüşlər. Ancaq onun bu işdən məlumatı olmamışdır. O, Rasətin Ədalətə hansı məbləğdə pul göndərməsini bilmir. Rasət ona pul verməmişdir. Rasət onun vasitəsi ilə Ədalətə pul göndərməmişdir (4-cü cild iş vərəqi 32-35). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan “Vergi ödəyicilərinin X33 divident hesablan" üzrə çıxarışdan görünür ki, ********** saylı VÖEN verilmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin X33 sub-uçot hesabından digər hüquqi şəxsin, yəni ********** saylı VÖEN verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin sub-uçot hesabına 05 iyun 2019-cu ildə 102442№li əməliyyatla 10 manat mədaxil olunmuş və həmin gün 102335№-li əməliyyatla əlavə olaraq 49940 manat mədaxil olunmaqla cəmi 49950 manat avans təyinatlı pul köçürmə əməliyyatı aparılmış, həmçinin qeyd olunan 49950 manat məbləğ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin sub-uçot hesabından 05 iyun 2019-cu il tarixli 103516№-li əməliyyatla fiziki şəxs-********** saylı VÖEN-lə fəaliyyət göstərən Təqsirləndirilən şəxs1 sub-uçot hesabına köçürülmüşdür (2-ci cild iş vərəqi 1-214). İşdə olan Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 26 aprel 2019-cu il tarixli müqavilədən görünür ki, benzin alınması üçün “Online Bank” (Onlayn Bank) əməliyyatları vasitəsi ilə 07 may 2019-cu il tarixdə gün ərzində iki dəfə olmaqla, birinci dəfə 2300,00 (iki min üç yüz) manat, ikinci dəfə isə 15.400,00 (on beş min dörd yüz) manat, həmçinin də 05 iyun 2019-cu il tarixdə isə 49950 (qırx doqquz min doqquz yüz əlli) manat olmaqla, cəmi 67.650 manat avans təyinatlı pul köçürmə əməliyyatı aparılmışdır. Qeyd olunan ticarət əlaqəsi ilə əlaqədar tərəflər arasında bağlanmış 26 aprel 2019-cu il tarixli müqavilənin “Malın növü, miqdarı və keyfiyyəti” adlanan bölməsindəki 2.1. bəndinə əsasən, “İcraçı”, yəni fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərən Təqsirləndirilən şəxs1 “Sifarişçi”-yə müqavilənin 3.1-ci bəndində göstərilən dizel yanacağı təklif edir. Həmin müqavilənin 3.1-ci bəndində isə göstərilmişdir ki, “İcraçı” “Sifarişçi”-yə məişət maye-qaz yanacağını 1 (bir) tonu ƏDV ilə birlikdə 615,00 (altı yüz on beş) manat məbləğində verəcəkdir (2-cild iş vərəqi 1-214) İşdə olan xx.xx.2019-cu il tarixli EAAU seriyalı 955803№-li elektron qaimədən görünür ki, satılan mal kimi göstərilən məhsul benzin yanacağı olmuşdur. Bundan başqa, xx.xx.2019-cu il tarixli İC seriyalı 501550№-İi elektron hesab-fakturadan da görünür ki, satılan mal kimi göstərilən məhsul benzin yanacağı olmuş və həmin yanacaq təhvil verilmişdir. Qeyd olunan elektron hesab-faktura ilə malın təqdim olunması göstərilsə də, həmin sənəddə “Ştrix kod” mövcud olmamışdır (2-ci cild iş vərəqi 1-214) İşdə olan Belə ki, "xxxx" MMC-dən götürülmüş CD diskə keçirilmiş 16 fevral 2022-ci il tarixli baxış protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 11:19-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 244 saniyə, həmin gün saat 12:00-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 467 saniyə, eyni gündə saat 12:39-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 130 saniyə, həmin gün saat 12:46-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 145 saniyə, 04,05.2019-cu il tarixdə saat 09:48- də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 258 saniyə, eyni gündə ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 34 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:32-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 37 saniyə, 08 may 2019-cu il tarixdə saat 12:48-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 27 saniyə, xx.xx.2019-cu il tarixdə saat 17:10-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 157 saniyə, xx.xx.2019-cu il tarixdə saat 10:35-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 55 saniyə, 16 may 2019-cu il tarixdə saat 19:36-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 27 saniyə, xx.xx.2019-cu il tarixdə saat 15:22-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 33 saniyə, xx.xx.2019-cu il tarixdə saat 15:49-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 19 saniyə, 05 iyun 2019-cu il tarixdə saat 00:51-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 38 saniyə, eyni gündə saat 00:51 - də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 38 saniyə, xx.xx.2019-cu il tarixdə saat 09:35-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 40 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:27-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 66 saniyə danışığın qeydiyyata alındığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** nömrəsi ilə Şahid1 məxsus ***-***-**-** arasında mütəmadi olaraq danışıqların qeydiyyata alındığı müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixdə saat 17:39- da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 42 saniyə, xx.xx.2019-cu il tarixdə saat 17:39-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 55 saniyə, eyni tarixdə saat 13:57- də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 57 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:49-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 7 saniyə, xx.xx.2019-cu il tarixdə saat 21:49-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 61 saniyə, xx.xx.2019-cu il tarixdə saat 11:35-də ********* nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 28 saniyə, 15 may 2019-cu il tarixdə saat 12:49-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 7 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:33-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 97 saniyə, xx.xx.2019-cu il tarixdə saat 10:03-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 72 saniyə, eyni tarixdə saat 16:45-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 141 saniyə, xx.xx.2019-cu il tarixdə saat 00:52-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 109 saniyə, eyni tarixdə saat 09:58-də ********** nömrəsindən ********** nömrəsinəzəng daxil olaraq 66 saniyə, saat 11:19-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 20 saniyə,xx.xx.2019-cu il tarixdə saat 11:09-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 48 saniyə, xx.xx.2019cu il tarixdə saat 14:56-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 73 saniyə danışıq aparıldığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəsi arasında danışıq aparıldığı müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixdə saat 14:29-da ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 16 saniyə, xx.xx.2019-cu il tarixdə saat 17:04-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 35 saniyə, xx.xx.2019-cu il tarixdə saat 19:01-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 158 saniyə, xx.xx.2019-cu il tarixdə saat 20:43-də ********** nömrəsindən ********** nömrəsinə zəng daxil olaraq 77 saniyə danışıq aparıldığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 məxsus ********** mobil telefon nömrəsindən Şahid2 məxsus ********** nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 17:43-də zəng daxil olaraq 27 saniyə, Şahid2 ********** nömrəsindən ********** nömrəsinə xx.xx.2019-ci 15:03-də zəng daxil olaraq 39 saniyə danışıq aparıldığı müəyyən olunmuşdur (4-cü cild iş vərəqi 105-107). İşdə olan vergi sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs1 09 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-iə qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti neft məhsullarının pərakəndə satışı olmaqla +**********58 nömrəli “Asan imza” vasitəsilə fərdi sahibkar kimi fəaliyyət göstərmişdir (2-ci cild iş vərəqi 1-214). İşdə olan Təqsirləndirilən şəxs1 “X36” Qapalı Səhmdar Cəmiyyəti ilə aralarında bağlanılmış 28 dekabr 2018-ci il tarixli TS/008-19 saylı müqavilədən görünür ki, müqaviləyə əsaslanaraq xx.xx.2019-cu il tarixdə 49.950 manat vəsaiti özünün ƏDV depozit hesabından “X36” Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabına ödəmişdir (2-ci cild iş vərəqi 1-214). İşdə olan 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin adına tərtib olunmuş X33 depozit hesabından çıxarış, Təqsirləndirilən şəxs1 ilə “X36” QSC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 01/085 nömrəli alqı-satqı müqaviləsi, Təqsirləndirilən şəxs1la "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 11/2019 nömrəli müqavilə, Təqsirləndirilən şəxs1 X33 depozit hesabından çıxarış, "xxxx", "xxxx" və "xxxx" MMC-lərdən götürülmüş CD disklər öz xüsusiyyətinə və əlamətlərinə, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur (4-cü cild iş vərəqi 112-159). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (4-cü cild iş vərəqi 15-16) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (4-cü cild iş vərəqi 17) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il sınaq müddəti tətbiq edilməklə 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmuşdur (4-cü cild iş vərəqi 18-19) İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin başlanğıcı 21 fevral 2022-ci il tarixdən hesablanmışdır (4-cü cild iş vərəqi 162-181). İşdə olan 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (4-cü cild iş vərəqi 200- 221). İşdə olan 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (4-cü cild iş vərəqi 200- 221). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 193-1.3.2 və 308.2-ci maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri həmin Məcəllənin 193- 1.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 308.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 193-1.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 308.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayələr kateqoriyasına daxildir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə edilməsini və əvvəllər məhkum olunmamasını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə edilməsini və 1-ci qarabağ Müharibəsi iştirakçısı olmasını da cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cinyətlərin residivini Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş əməllərin ictimai təhlükəliliyinin xarakteri dedikdə, Təqsirləndirilən şəxs1 tərfindən törədilmiş əməllərin birbaşa obyekti qismində iqtisadiyyat və qulluq mənafeyi münasibətlərinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərfindən törədilmiş əməllərin birbaşa obyekti qismində iqtisadiyyat münasibətlərinin çıxış etməsi, əməllərin qəsdən törədilməsi və ağır və az ağır cinayətlər kateqoriyasına aid olması başa düşülməlidir. Cinayətlərin ictimai təhlükəliliyinin dərəcəsi isə təqsirkarların şəxsiyyətləri (yaşayış yerindən müsbət xarakterizə edilmələri, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamaları, Təqsirləndirilən şəxs3 1-ci Qarabağ müharibəsi iştirakçısı olması) ilə törədilmiş cinayətin fərdi əlamətlərinin (cinayətin iqtisadi və qulluq mənafeyi əleyhinə cinayətlər kateqoriyasına aid edilməsi, vurulmuş maddi ziyanın tam ödənilməsi, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmaması, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməmələri) uzlaşdırılmasıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kimi şəxslərin islah olunmasında isə məcburetmə metodundan (qanunda nəzərdə tutulmuş daha sərt cəzanın yuxarı həddə təyini) deyil, inandırma metodundan (daha yüngül növdə və həddə cəza təyin etmə) istifadə zəruridir. Cinayətlərin ictimai təhlükəliliyinin xarakteri, dərəcəsi, əməllərində bir sıra cəzanı yüngülləşdirən halların olması təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən də cəzasını şərti olaraq çəkməklə islah olunacağı qənaətini təsdiq edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi ağır və az ağır cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 193-1.3.2 və 308.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın və azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin edilməsini, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi ağır və az ağır cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 193-1.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin edilməsini, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 206.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il sınaq müddəti tətbiq edilməklə 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmuşdur (4-cü cild iş vərəqi 18-19) Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs3 hazırki ağır cinayəti Qaradağ rayon məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə təyin edilmiş 1 il sınaq müddətində törətdiyindən məhkumluğu ödənilməmiş hesab edilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs3 sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs3 əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs3 cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 193-1.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın və azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Qararadağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş əsas cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməsini və səzasını yüngülləşdirən digər halları, o cümlədən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli qərarına əsasən, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Şərti məhkum etmə CM-in 70.1-ci maddəsinə görə beş əsas cəzaya münasibətdə (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət azadlıqdan məhrum etmə) tətbiq edilir. Şərti məhkum etmədə məhkum ona müəyyən olunmuş sınaq müddəti daxilində öz davranışı ilə islah olunmasını sübut etməlidir. Şərti məhkum etmə zamanı məhkəmə qeyd olunan cəzalardan birini təyin edir və ikinci mərhələdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq həmin cəzanı şərti hesab edir və məhkuma sınaq müddəti müəyyən edir (6 aydan 5 ilədək). Beləliklə, şərti məhkum etmə zamanı ümumi qaydalarla təyin edilən cəza məhkumluq yaradır, lakin cəza real icra olunmur. Şərti məhkum olunmuş şəxs ittiham hökmünün qüvvəyə mindiyi andan məhkum sayılır. Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşayiət olunur. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halların olması - zərərçəkmiş şəxslərlə barışıq əldə etmələri, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməmələri, yaşayış yerlərindən müsbət xarakterizə olunmaları, Təqsirləndirilən şəxs1 və Rasəd Əsədovun cəzalarıını ağırlaşdıran halların olmaması, Təqsirləndirilən şəxs3 1-ci Qarabağ müharibəsi iştirakçısı olması şəxsiyyətlərinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin onlara təyin ediləcək cəzanın real icra edilməsinin onların ailələrinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzaların real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 21 fevral 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə olduğu müddət - 5 (beş) ay 1 (bir) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi ağır və az ağır cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 193-1.3.2 və 308.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın və azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 fevral 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə olduğu müddət – 5 (beş) ay 1 (bir) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını, cəza təyin edilərkən həmin müddətin nəzərə alınmasını, həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq əsas cəza - azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Şirvan şəhəri icra və probasiya şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyin vəzifə olaraq üzərinə qoyulmasını, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsini və cəzanın icrasının onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi ağır cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 193-1.3.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin edilməsini, həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq əsas cəza - azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Şirvan şəhəri icra və probasiya şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyin vəzifə olaraq üzərinə qoyulmasını, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsini və cəzanın icrasının onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri ilə əvəz edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 193-1.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın və azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Qararadağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş əsas cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməsini, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını - sınaq müddəti müəyyən edilməklə təyin olunacaq əsas cəza - azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Şirvan şəhəri icra və probasiya şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyin vəzifə olaraq üzərinə qoyulmasını, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsini və cəzanın icrasının onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri ilə əvəz edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - "xxxx" MMC-nin adına tərtib olunmuş X33 depozit hesabından çıxarış, Təqsirləndirilən şəxs1 ilə “X36” QSC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 01/085 nömrəli alqı-satqı müqaviləsi, Təqsirləndirilən şəxs1la "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 11/2019 nömrəli müqavilə, Təqsirləndirilən şəxs1 X33 depozit hesabından çıxarış, "xxxx", "xxxx" və "xxxx" MMClərdən götürülmüş CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə tədqiqatların dəyəri - 323,86 manat (üç yüz iyirmi üç manat səksən altı qəpik) dəyəri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 21 fevral 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə olduğu müddət - 5 (beş) ay 1 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 7 (yeddi) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmənin iclas zalında həbsdən dərhal azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş əlavə cəza - 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməməklə 7 (yeddi) il müddətə azadlıqan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqan məhrum etmə cəzası təyin edilsin. X6 Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Qararadağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş əsas cəza - 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 8 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs3 təyin edilmiş əlavə cəza - 1 (bir) il 6 (altı) ay müddətə müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - "xxxx" MMC-nin adına tərtib olunmuş X33 depozit hesabından çıxarış, Təqsirləndirilən şəxs1 ilə “X36” QSC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 01/085 nömrəli alqı-satqı müqaviləsi, Təqsirləndirilən şəxs1la "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 11/2019 nömrəli müqavilə, Təqsirləndirilən şəxs1 X33 depozit hesabından çıxarış, "xxxx", "xxxx" və "xxxx" MMClərdən götürülmüş CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-xətşünaslıq ekspertizası üzrə tədqiqatların 323,86 manat (üç yüz iyirmi üç manat səksən altı qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutların, ekspetiza xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar