Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-863/2022 22.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Allahverdi-zadə Əli Ceyhun oğlunun, müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ev 158, mənzil 3-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində ünvan 3 ünvanında yerləşən binanın həyətində Allahverdi-zadə Əli Ceyhun oğlu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan bıçaqla Allahverdi-zadə Əli Ceyhun oğlunun qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 2021-ci ilin iyul ayının 23-də hərbi xidməti qurtarıb evə gəlmiş, heç bir yerdə işləməmişdir. 30 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində "Odlar Yurdu" Universitetinin qarşısına gəlmiş, həmin universitetdə oxuyan tanış qızın dərsdən çıxmasını gözləmişdir. Dayandığı vaxtdan təxminən 7-8 dəqiqə keçmiş, dostu Şahid3 universitetdən çıxmasını görüb Miryəhya ilə uzaqdan salamlaşmışdır. O, Miryəhyanın dalınca 3 nəfər şəxs getdiyini görmüş, danışıqlarından onların Miryəhya ilə mübahisə etdiklərini hiss etmişdir. Həmin 3 nəfəri o tanımamış, hadisədən sonra bilmişdir ki, onlardan biri bu iş üzrə zərərçəkmiş şəxs Allahverdi-zadə Əli Ceyhun oğlu, digərləri isə şahidlər X4, Şahid2dur. Onlar birlikdə yolun o biri tərəfinə keçmişlər. Bir az universitetin qarşısında dayandıqdan sonra o da yolu keçib Miryəhyagilə çatmışdır. O, qeyd edilən şəxslərə çatanda sonuncular sözlǝ mübahisə etməkdə olmuş, o isə həmin şəxslərdən nə baş verməsi barədə maraqlanmışdır. Miryəhya heç bir problem olmadığını, söhbət etdiklərini demişdir. O, həmin şəxslərdən mübahisǝ etməyib sağollaşaraq getməyi xahiş etmişdir. Lakin həmin şəxslər ona qulaq asmamış, onlardan biri - Miryəhya ilə söhbət edən şəxs söhbətinə davam etmişdir. Sonra onlar məhəlləyə keçməyi təklif etmiş və birlikdə məhəlləyə keçmişlər. O, Miryəhya ilə qabaqda getmiş, digər 3 nəfər onların arxasınca gəlmişlər. Onlar məhəlləyə gedərkən o, çönüb Əliyə hücum etmiş və əlbəyaxa olmuşlar. Sonra qəflətən başından daş dəymiş və o, huşunu itirərək yıxılmışdır. Daşı kimin atdığını görməmişdir. O, qalxanda Miryəhya ona qışqıraraq qaçmasını bildirmiş, o, durub qaçmışdır. Həmin şəxslər yenə də onun arxasınca gəlmiş, üstünə cummuşlar. Orada qoca bir qadın qışqıra-qışqıra onları aralamış və onlar dağılışmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, cüdo ilə məşğul olmuşdur. Üzərində bıçaq gəzdirməmiş və Əlini bıçaqla vurmamışdır, Əlini kimin vurduğunu görməmişdir. Əli onun başına daş dəyəndən və o, yerə yıxılandan sonra bıçaqlanmışdır. Dostu Miryəhya onunla söhbətində Əlini vurduğunu etiraf etmişdir. Miryəhya vaxtilə istintaqa Əlini vurduğunu bildirmiş, amma sonra onun ifadələrini dəyişmişlər. Ona polis 2 videogörüntü göstərmişdir, birində onlar məhəlləyə tərəf gedirmiş, qabaqda o və Miryəhya olmuş, ikincisində isə dava əsnasında onun başına daş dəyib yıxılmağı görünmüşdür. O, üzləşmə protokoluna imza etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Allahverdi-zadə Əli Ceyhun oğlu ifadəsində göstərdi ki, o, idmançıdır, idmanın karate növü ilə məşğul olur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində kursantdır. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. O, Milli Komandanın yarışında iştirak etmək üçün Bakıya gəlmiş, 30 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində İdman Akademiyasında oxuyan dostu Şahid2 ona zəng vurub harada olduğunu soruşmuş və görüşmək üçün onu “Odlar Yurdu” universitetinin qarşısına dəvət etmişdir. O da Eşqin və Məzahirlə görüşmək üçün “Odlar Yurdu” universitetinin qarşısına gəlmiş, orada həmin şəxsləri gözləməyə başlamışdır. Məzahir və Eşqin Universitetdən çıxarkən onların yanında tanımadığı başqa uşaqlar da olmuş, Eşqin və Məzahirin yanında olan uşaqlarla arasında mübahisə yaranmışdır, mübahisənin səbəbi Məzahirin kiməsə baxması olmuşdur. Bundan sonra Məzahiri çağıran, adını sonradan Miryəhya bildiyi şəxs onları arxa məhəlləyə söhbət etməyə çağırmışdır. Miryəhyadan onları həmin yerə çağırmasının səbəbini soruşmuşlar. Miryəhya “siz mənə baxırdınız, adama elə baxmazlar, indi sizi başa salacam” demişdir. Sonra mübahisə böyümüş, səs-küy artmağa başlamışdır. Onlar 6 nəfər birlikdə yolun qarşı tərəfinə keçmiş, orada olan binanın həyətinə girmiş və dayanıb söhbət etməyə başlamışlar. Miryəhya onun sağında, Nihat isə solunda olmuşdur. Cüssəli olduğuna görə ilk zərbəni Nihatdan gözləmişdir. Sonra hiss etmişdir ki, sağında olan Miryəhya bıçaq açmışdır. O, əlini atıb bıçağı tutmuş, bıçaq əlini kəsmişdir. O, həmin an Nihata hücum etmək istəyərkən hiss etmişdir ki, qarnına bıçaq girmişdir. Onu bıçaqla Miryəhya vurmuşdur, qarnına bir bıçaq dəymişdir. O, Nihatın əlində bıçaq görməmişdir. Bu an Məzahir daşı götürüb atmış, daş Nihatın başına dəymiş, Nihat yerə oturmuşdur. Həmin an Miryəhya papağını başına qoyub qaçmışdır. Hadisə böyüdüyünə görə hamı bir tərəfə qaçmağa başlamışdır. Sonra onu xəstəxanaya aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs Allahverdi-zadə Əli Ceyhun oğlu bildirdi ki, Nihatın əlində bıçaq olmamış, Eşqinə dəyən bıçağı görməmişdir. Ondan qan gəldiyini Eşqin ona demişdir. O, müstəntiqə onu kimin bıçaqladığını deməmişdir. O, xəstəxanada olarkən dostları onun yanına gələndə Eşqin onu kimin vurduğunu soruşmuş, o da cavabında Nihatdan zərbə gözlədiyini, amma onu Miryəhyanın vurduğunu demişdir. Onlara ibtidai istintaq zamanı göstərilən videoda yalnız onların yolda gedişləri görünmüşdür, dava anı görünməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq edilmiş ifadəsində Allahverdi-zadə Əli Ceyhun oğlu göstərmişdir ki, 30 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində İdman Akademiyasında oxuyan dostu Şahid2 ona zəng vurub harada olduğunu soruşaraq görüşmək üçün onu "Odlar Yurdu" universitetinin qarşısına dəvət etmişdir. O da Eşqin və Məzahirlə görüşmək üçün "Odlar Yurdu" universitetinin qarşısına gəlmiş, orada onlarla görüşmüşdür. Orada Məzahir və Eşqinin yanında tanımadığı başqa uşaqlar da olmuş, Eşqin və Məzahirin yanında olan uşaqlarla aralarında mübahisə yaranmış, mübahisəyə səbəb Məzahirin kiməsə baxması olmuşdur. Bundan sonra Məzahiri çağıran adını sonradan bildiyi Miri adlı şəxsin onları arxa məhəlləyə söhbət etməyə çağırmış, onlar da 5 nəfər birlikdə yolun qarşı tərəfinə keçərək orada olan binanın həyətinə girmiş və orada dayanıb söhbət etməyə başlamışlar. Həmin vaxt adını sonradan bildiyi Nihat adlı şəxs onunla sözlə mübahisə etmiş, bu zaman dayandıqları yerdən bir qədər də kənara sakit bir yerə çəkilməyə başlamışlar. Yol ilə gedərkən o, uşaqlardan bir addım qabaqda olmuş, həmin vaxt Nihat adlı şəxs qəfildən bıçaq çıxardaraq onun qarın nahiyəsindən vurmuşdur. Eşqin bunu görüb Nihatı təpiklə vurmaq istəmiş, Eşqin Nihata təpik atarkən Miri adlı şəxs bıçaqla Eşqinin ayağından vurmuşdur. Məzahir Eşqini və onu arxaya çəkmiş, onlar yavaşyavaş arxaya çəkilmiş, həmin vaxt Məzahir onları və özünü müdafiə etmək üçün yerdən daş parçasını götürüb Nihatın üstünə atmış, daş parçası Nihatın başına dəymiş və Nihat yerə yıxılmışdır. Bunu görən Miri adlı şəxs qorxub qaçmağa başlamış, Nihat isə ayağa qalxaraq Miri adlı şəxsin arxasınca qaçmışdır. Eşqin və Məzahir Nihatın arxasınca qaçaraq sonuncunu tutmuş, lakin Nihat onların əllərindən çıxıb yenə qaçaraq gözdən itmişdir. Onunla Eşqin xəsarət aldığı üçün Məzahir onları İdman Akademiyasının qarşısına aparmış, orada taksi sifariş edərək birlikdə X8 getmişlər. Orada üzərində cərrahiyyə əməliyyatı aparılmış, əməliyyatdan sonra 07 dekabr tarixə kimi xəstəxanada müalicə olunmuş, sonra evə buraxılmışdır. İfadə verən vaxt özünü yaxşı hiss etmişdir (cild 1, iş vərəqi 204-206). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının İİİ kurs tələbəsidir. Onların təhsil aldığı akademiyada yeməkxana olmadığı üçün 30 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində dərsdən çıxdıqdan sonra tələbə yoldaşı X4 ilə birlikdə yemək üçün yaxınlıqda yerləşən “Odlar Yurdu” Universitetinin yeməkxanasına getmişlər. Orada olarkən o, dostları Allahverdi-zadə Əli Ceyhun oğluna zəng etmiş və görüşmək üçün Əlini “Odlar Yurdu” Universitetinin qarşısına çağırmışdır. Yeməkxanada birlikdə masada əyləşən zaman Əli ona zəng edərək universitetin qarşısına gəldiyini və onu gözlədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra o, Eşqinə işarə etmişdir ki, getsinlər. Onlar masadan ayağa qalxdıqda yeməkxanada kənarda oturmuş bir nəfər tanımadığı oğlan, sonradan adının Miryəhya olduğunu bildiyi şəxs ona yaxınlaşmış və nə baş verdiyini, ona nə üçün baxdığını soruşmuşdur. O isə Miryəhyaya baxmadığını demiş, lakin Miryəhya onu söhbət etmək üçün çölə dəvət etmişdir. O da Miryəhya ilə birlikdə universitetdən çölə çıxmışdır. Arxalarından Eşqin də çölə çıxmışdır. Miryəhya yaxınlıqda dayanan tanışı Nihat adlı şəxsi səsləyib yanlarına çağırmışdır. Dostu Əli də çöldə dayandığı üçün onları gördükdə yanlarına yaxınlaşmışdır. Bundan sonra onu çağıran Miryəhya adlı şəxs onları arxa məhəlləyə söhbət etməyə çağırmış, onlar 5 nəfər birlikdə yolun qarşı tərəfinə keçmiş, orada olan binanın həyətinə girmiş və dayanıb söhbət etməyə başlamışlar. Əli Nihat ilə, Miryəhya isə Eşqinlə üz-üzə, o isə onların arxasında dayanmışdır. Miryəhya və Nihatın hər ikisinin əlində bıçaq olmuşdur. Miryəhyanın əlindəki bıçaq bənövşəyi olmuşdur. Nihatın əlindəki bıçağın rəngi yadında deyil, amma tiyəsi boz dəmirdən olmuşdur. Həmin yerdə bıçaqlar açılmışdır. İlk olaraq Nihat Əlinin qarnına bıçaq zərbəsi vurmuşdur. Əli zərbəni hiss etməmişdir. O, sadəcə bir dəfə bıçağın dəydiyini görmüşdür, amma Nihat davamlı Əlinin qarın nahiyəsinə bıçaq atmışdır. Daha sonra Eşqin Nihata təpik vurmaq istəyərkən Miryəhya Eşqini ayağından bıçaqla vurmuşdur. O, Eşqini və Əlini arxaya çəkmiş, onlar yavaş-yavaş arxaya çəkilmişlər. Daha sonra Miryəhya bıçaqla onun üstünə gəlmişdir. Həmin vaxt o, yerdə daş parçası görmüş, özlərini müdafiə etmək üçün həmin daş parçasını götürüb Nihatın üstünə atmışdır. Daş Nihatın başına dəymiş və Nihat yerə yıxılmışdır. Bunu görən Miryəhya adlı şəxs qorxub qaçmağa başlamışdır. Nihat isə ayağa qalxaraq Miryəhyanın arxasınca qaçmışdır. Əli ilə Eşqin xəsarət aldığı üçün o, həmin şəxsləri İdman Akademiyasının qarşısına aparmışdır. Orada taksi sifariş edərək birlikdə X8 getmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, dava vaxtı Nihat və Əli onun qarşısında olmuş, Nihatın əlindəki bıçaq tiyəsi boz dəmirdən açılıb-bağlanan bıçaqlardan olmuşdur. Nihat bıçaqla Əlini vurduqdan sonra dava başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının İİİ kurs tələbəsidir. Onların təhsil aldığı akademiyada yeməkxana olmadığı üçün 30 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində dərsdən çıxdıqdan sonra tələbə yoldaşı Şahid2 ilə birlikdə yemək üçün yaxınlıqda yerləşən “Odlar Yurdu” Universitetinin yeməkxanasına getmişlər. Onlar orada olarkən Məzahir dostları Allahverdi-zadə Əli Ceyhun oğluna zəng etmiş və Əlini görüşmək üçün “Odlar Yurdu” Universitetinin qarşısına çağırmışdır. Həmin vaxt Əli Məzahirə zəng edərək universitetin qarşısına gəldiyini və onu gözlədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Məzahir ona işarə etmişdir ki, getsinlər. Onlar masadan ayağa qalxdıqda yeməkxanada kənarda oturmuş bir nəfər tanımadığı, sonradan adını Miryəhya bildiyi oğlan Məzahirə yaxınlaşmış və nə baş verdiyini, ona nə üçün baxdığını soruşmuşdur. Məzahir isə ona baxmadığını demişdir. X5 söhbət etmək üçün çölə dəvət etmişdir. Məzahir də Miryəhya ilə birlikdə, arxalarından da o, çölə çıxmışdır. Miryəhya yaxınlıqda dayanan tanışı Nihat adlı şəxsi səsləyib yanlarına çağırmışdır. Məzahirin dostu Əli də çöldə dayandığı üçün onları gördükdə yanlarına yaxınlaşmışdır. Bundan sonra Məzahiri çağıran Miryəhya onları arxa məhəlləyə söhbət etməyə çağırmışdır. Onlar 5 nəfər birlikdə yolun qarşı tərəfinə keçmiş və orada olan binanın həyətinə girmiş və dayanıb söhbət etməyə başlamışlar. Həmin vaxt Nihat adlı şəxs Əli ilə sözlə mübahisə etmiş, bu zaman onlar dayandıqları yerdən bir qədər də kənara, sakit bir yerə çəkilməyə başlamışlar. Həmin yerdə Miryəhya ilə o, Əli ilə Nihat üzə-üzə dayanmışlar. O, Nihata təpik vurmaq istəmiş, bu zaman Miryəhya əlində olan bıçaqla onun ayağından vurmuşdur. O, ayağında ağrı hiss etmiş, lakin ağrı şiddətli olmadığı üçün əhəmiyyət verməmişdir. Miryəhyanın əlində bənövşəyi rəngdə bıçaq olmuşdur. Nihatın da əlində bıçaq olmuş, amma Nihatın əlindəki bıçağın rəngi yadında deyildir. Məzahir onu və Əlini arxaya çəkmiş, onlar yavaşyavaş arxaya çəkilmiş, həmin vaxt Məzahir yerdə daş parçası görmüş, onları və özünü müdafiə etmək üçün həmin daş parçasını götürüb Nihatın üstünə atmışdır. Daş parçası Nihatın başına dəymiş və Nihat yerə yıxılmışdır. Bunu görən Miri adlı şəxs qorxub qaçmağa başlamışdır. Dava bitəndən sonra onlar Əlinin də qarnından bıçaqlandığını görmüşlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, hadisə vaxtı o, Miryəhya ilə, Nihat isə Əli ilə üzbəüz olmuşdur. Onu ayağından bıçaqla Miryəhya vurmuş, ayağına tikiş qoyulmuşdur. Nihat Əlinin qarın nahiyəsinə doğru davamlı olaraq bıçaq atmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası “Odlar Yurdu” Universitetinin İ kurs tələbəsidir. 30 noyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində “Odlar Yurdu” Universitetinin yeməkxanasında tək oturub nahar etmiş, sonra tanımadığı, adlarını sonradan bildiyi Eşqin və Məzahir adlı şəxslər onu yeməkxananın giriş qapısının yanına çağırmışlar. O, həmin şəxslərə yaxınlaşdıqda Məzahir adlı şəxs ona nə üçün onlara baxdığını soruşduqda o, Məzahirə onlara baxmadığını bildirmişdir. Bundan sonra Eşqin və Məzahir onu yeməkxanadan çölə çağırmış və birlikdə universitetin həyətinə, oradan yəni həyətdən çölə çıxmışlar. Onlar birlikdə universitetin həyətindən çölə çıxdıqda tanımadığı, adını sonradan bildiyi Əli adlı şəxs onları universitetin giriş qapısının yanında gözləmişdir. Orada əvvəllər birlikdə idmanla məşğul olduğu Nihat adlı tanışını uzaqdan görüb ona salam vermişdir. Bundan sonra həmin 3 nəfər şəxs yəni, Eşqin, Məzahir və Əli ona universitetdən uzaqlaşmağı bildirmişlər. Onlar yolda gedərkən Əli adlı şəxs əlini onun çiyninə qoyaraq, özünün də idmançı olduğunu, nə üçün dostlarına baxdığını soruşmuş, o isə dostlarına baxmadığını, dostlarının onu düzgün başa düşmədiklərini demişdir. Lakin Əli adlı şəxs onu tanımadığını, özünün Gəncəli olduğunu bildirərək onu “Qrand” marketin qarşısına aparmışdır. Bundan sonra həmin 3 nəfər şəxs onu kənara çəkib onunla söhbət etmək istədiklərini bildirmişlər. Bu zaman onların arasında sözlə mübahisə yaranmışdır. Onlar mübahisə edən zaman tanışı Nihat onlara yaxınlaşaraq nə baş verdiyini soruşduqda o, Nihata heç bir problem olmadığını, hər şeyin yaxşı olduğunu bildirmişdir. Bu zaman Əli adlı şəxs Nihatla mübahisə etməyə başlamış, Əli və yanında olan şəxslər Nihata bu söhbətə qarışmamasını bildirmişlər. Nihat isə onlara bu söhbətin mənasız olduğunu, söhbəti bağlamağı xahiş etmişdir. Lakin onlar Nihatla da mübahisə etməyə davam etmişlər. Mübahisə zamanı onlar Nihatla söhbəti davam etdirmək üçün yaşayış binalarının həyətinə keçməyi bildirmişlər. Nihatla o qabaqda, qalan şəxslər isə arxada gəlmişlər. Binanın həyətinə daxil olduqda həmin şəxslər onları arxadan vurmaq istəmiş, bu zaman onlar həmin şəxslərə tərəf çönüb özlərini müdafiə etmək üçün dalaşmağa başlamışlar. Həmin şəxslər 3 nəfər, onlar isə 2 nəfər olduqları üçün üstələnmişlər. O, Eşqin ilə dalaşmışdır. Onun cibində balaca bıçaq olmuş, Eşqin ona təpik atmaq istəyərkən əli ilə üzünü tutmuş, bu zaman bıçaq Eşqinin ayağını sürtmüşdür. Bu zaman Məzahir yerdən daşı götürüb Nihatın başından vurmuş, Nihat huşunu itirib yerə yıxılmışdır. O, hadisə zamanı onların əlində bıçaq görməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, onlar 2 nəfər, o və Nihat, qarşı tərəf isə 3 nəfər, Əli, Eşqin və Məzahir olmuş, Nihat onun solunda, Əli ortada, Eşqin isə onunla üzbəüz olmuşdur və Eşqinlə dalaşmışdır. Əli hadisədən qabaq sakitləşdirməyə çalışmamışdır, “dalaşacayıq” demişdir. Nihat onları sakitləşdirməyə çalışmışdır. O, Əli ilə üzbəüz olmamışdır. Məzahir və Əli Nihat ilə dalaşmışdır. Məzahir daşla Nihatın başına vurmuşdur. O, çönüb baxanda Nihat artıq yerə yıxılmışdır. O, Nihatın əlində bıçaq görməmişdir. Hamı qaçmış, Nihat da yerdən durandan sonra qaçmışdır. O, Əlinin bıçaqlandığını görməmişdir. O, Əlini bıçaqla vurmamışdır, Eşqini vurmuşdur. Nihat və onun arasında hadisədən sonra hadisə barəsində söhbətləri olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Nərimanov rayon Polis İdarəsinin müstəntiqi vəzifəsində işləyən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqı o aparmışdır. İlkin olaraq şəxslər barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi aparılmış, istintaq araşdırması aparılarkən məlum olmuşdur ki, zərərçəkmiş şəxs Allahverdi-zadə Əli Ceyhun oğluna ağır bədən xəsarətləri yetirilmiş və əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxsin ifadəsi alınmış, həmçinin müəyyən şəxslər şübhəli şəxs qismində saxlanılmış və ifadələri alınmışdır. Tərəflər arasında üzləşdirmələr keçirilmiş və istintaqla müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxsdur. Onun həmin cinayəti törətməsi şahid ifadələri ilə və keçirilmiş üzləşdirmələr nəticəsində sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmində zərərçəkmiş şəxs Allahverdi-zadə Əliyə bir dəfə bıçaq zərbəsi vuraraq ona ağır bədən xəsarəti yetirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, hadisədə iştirak edən bütün şəxslərin şübhəli şəxs qismində tutulmasının səbəbi o olmuşdur ki, ilkin olaraq məlumat xuliqanlıq cinayəti ilə bağlı olmuş, kifayət qədər əsaslarla şəxslər xuliqanlıq cinayəti ilə şübhəli şəxs kimi saxlanılmış, sonradan isə araşdırma zamanı müəyyən edilmişdir ki, şəxslər arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermişdir, şəxslər ictimai yerdən kənara çəkilərək mübahisə etmiş, ictimai qaydanı pozmadan mübahisə etdikləri üçün xuliqanlıq cinayətinin tərkibi müəyyən edilməmişdir. Şəxsi münasibətlər dedikdə əvvəlcə Miryəhya və Eşqin arasında mübahisə düşmüş, sonra Nihat həmin şəxslərə yaxınlaşıb, mübahisəyə qoşulmuş, aydınlaşdıra bilmədikləri üçün kənara çəkilmişlər. Mübahisə zərərçəkmiş şəxs lüzumsuz ifadələr işlətdiyinə görə başlamışdır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs anası tərəfindən ödənilmişdir, belə ki, Nihatın anası 3000 manat pulu istintaqa vermiş, istintaq da pulu zərərçəkmiş şəxsə təqdim edərək, protokol tərtib edilmişdir, Nihatın özü orda olduğu üçün sənədlərə Nihatın adı yazılmışdır. Dava-dalaş Miryəhyanın üstündə düşdüyünə görə 2000 manat pulu isə zərərçəkmiş şəxsə Miryəhyanın atası ödəmişdir. İstintaq zərərçəkmiş şəxsə həmin pulları təqdim etdikdən sonra zərərçəkmiş şəxs də ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı ərizə verərək bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin məhkəmədə dediyi nüanslarla bağlı bildirmək istəyir ki, sonuncunun atası xəstəxanada Nihatın atası ilə razılıq əldə edəndən sonra Nihatın atası 1000 manat, Miryəhyanın atası isə 1500 manat düzəltmiş, zərərçəkmiş şəxs isə xəstəxanadan çıxan zaman məktublar yazmağa, müharibə iştirakçısı olduğunu bildirərək, ona dəymiş ziyanın ödənilməsinə kömək göstərilməsi üçün Daxili İşlər nazirinə yazmağa başlamışdır. O da bununla bağlı zərərçəkmiş şəxsi çağırmış, zərərçəkmiş şəxs 2500 manat pula razı olmadığını bildirmiş, digər şəxslərin¸ yəni şahidlərin də pul verməsini tələb etmişdir. Daha sonra Nihatın ailəsi və Miryəhyanın ailəsi 4800 manat pul düzəldərək zərərçəkmiş şəxsə versələr də, zərərçəkmiş şəxs 5000 manat tələb etmiş, qalan 200 manatı isə polis ödəmiş, ondan sonra zərəçəkmiş şəxs razılaşaraq barışıq ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs ayrıca olaraq bildirmişdir ki, onu həm Nihat, həm də Miryəhya bıçaqlamışdır. Birinci Nihatın, daha sonra Miryəhyanın bıçaqladığını bildirərək, iki bıçağın da bədənində eyni nöqtəyə girdiyini demiş, daha sonra onu Nihatın vurduğunu bildirmişdir. Miryəhya ilə bağlı soruşarkən isə bildirmişdir ki, ola bilsin onu Miryəhya da vurub. Ətraflı ifadəsində bildirmişdir ki, onu Nihat kəpənəkli bıçağını çıxararaq bıçaqlamış, Miryəhya isə Eşqini bıçaqlamışdır. Daha sonra isə o, Nihatı çağırmış, zərərçəkmiş şəxsə bildirmişdir ki, dəymiş ziyan ödənilmiş, barışmaq lazımdır. Beləliklə zərərçəkmiş şəxs də razılaşaraq barışıq ərizəsi yazmışdır. O, Nihatı zərərçəkmiş şəxsin qabağına oturdub, səni bıçaqlayan budur deməmişdir. Beləliklə, Miryəhyanın cinayətə hər hansı aidiyyəti müəyyən olunmamışdır. İstintaqla müəyyən edilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs isə Zərərçəkmiş şəxsdur. Əlavə olaraq bildirmək istəyir ki, zərərçəkmiş şəxsin imzalarla bağlı bildirdiyi məsələlər əsassızdır, bütün imzalar zərərçəkmiş şəxsin özü tərəfindən çəkilmişdir. Təqsirləndirilən şəxsin imzalarla bağlı bildirdiyi məsələ özünümüdafiə xarakteri daşıyır, bütün imzalar onun tərəfindən çəkilmişdir. Bütün imzalar onun tərəfindən icra olunub, heç bir saxtalaşdırma və başqası tərəfindən imza atılmamışdır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında keçirilən üzləşmədə təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxs iştirak edib, ola bilsin, unutqanlıqdan müdafiəçi protokola imza atmamışdır. Hadisənin videogörüntüsü ilə bağlı bildirir ki, videogörüntü istintaqda olmayıb, şəxslər yolla gedərkən görüntüləri əməliyyatçılarda olub, həmin görüntülər istintaqa təqdim edilməyib. Ona əməliyyatçılar sadəcə şəxslərin yolla gedərkən görüntülərini göstərmişlər, dava anının videogörüntüləri olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, HK- 1 №3025 saylı raportdan görünür ki, 30 noyabr 2021-ci il tarixdə, saat 21:45 radələrində X6 tibb bacısı Babayeva bildirmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 5A-da yaşayan Şahid1 sağ baldırın ön səthinin kəsilmiş yarası ilə müraciət etmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş vətəndaş Şahid1 xəsarət aldığı yerə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış zamanı məlum olmuşdur ki, vətəndaş Şahid1 xx.xx.2021-ci il tarixdə, saat 13:30 radələrində ünvan 4 ünvanının həyətyanı sahəsində Miri və Nihat adlı şəxslər tərəfindən döyülərək xəsarət almışdır (cild 1, iş vərəqi 9-10). İşdə olan xx.xx.2021-ci il tarixli həkim arayışından görünür ki, xəstə Allahverdi-zadə Əli Ceyhun oğlu xx.xx.2021-ci ildə saat 21:45-də köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə cərrahiyəyə götürülmüşdür (cild 1, iş vərəqi 11). İşdə olan Şahid1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanın həyətində Miri və Nihat adlı şəxslərlə arasında mübahisə olmuşdur. Onun Miri və Nihat adlı şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də heç bir şikayət və tələbi olmayacaqdır (cild 1, iş vərəqi 15). İşdə olan tutma protokolundan, müstəntiqin qərarından görünür ki, Şahid1 01 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 03 dekabr 2021-ci il tarixdə saxlanıldığı Nərimanov RPİ-nin X3 azad edilmiş və cinayət prosesində şübhəli şəxs qismində iştirakına xitam verilmişdir (cild 1, iş vərəqi 32, 153). İşdə olan tutma protokolundan, müstəntiqin qərarından görünür ki, Şahid2 01 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 03 dekabr 2021-ci il tarixdə saxlanıldığı Nərimanov RPİ-nin X3 azad edilmiş və cinayət prosesində şübhəli şəxs qismində iştirakına xitam verilmişdir (cild 1, iş vərəqi 59, 155). İşdə olan tutma protokolundan, müstəntiqin qərarından görünür ki, Şahid3 02 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 04 dekabr 2021-ci il tarixdə saxlanıldığı Nərimanov RPİ-nin X3 azad edilmiş və cinayət prosesində şübhəli şəxs qismində iştirakına xitam verilmişdir (cild 1, iş vərəqi 133, 157). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid3 və Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 bildirmişdir ki, Miryəhya hadisə zamanı əlində olan bıçaqla onun sağ ayağından vuraraq ona xəsarət yetirmişdir. Nihat isə Əlinin qarın nahiyəsindən əlində olan bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Üzləşmə zamanı Şahid3 Eşqini bıçaqla vurduğunu təsdiq etmiş, Nihatın əlində bıçaq olmadığını, Əlini isə kimin vurduğunu görmədiyini bildirmişdir (cild 1, iş vərəqi 87-88). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 bildirmişdir ki, hadisə zamanı Nihat onlardan qabaqda getmişdir, Əli isə o və Məzahirdən bir addım qabaqda olmuşdur. Nihat anidən bıçaq çıxardıb Əlinin qarın nahiyəsindən vurmuşdur. O, bunu görüb Nihatı təpiklə vurmaq istəyərkən Miryəhya əlində olan bıçaqla onun sağ ayağından vuraraq ona xəsarət yetirmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs hadisə zamanı əlində bıçaq olmadığını, nə Eşqini, nə də ki, Əlini bıçaqla vurmadığını, Məzahir onu başından daşla vurduqdan sonra huşunu itirərək yerə yıxıldığını, ayıldıqda özünü müdafiə etdiyini, hadisə vaxtı nə onun, nə də ki, Miryəhyanın əlində bıçaq olmadığını bildirmişdir (cild 1, iş vərəqi 89-90). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 bildirmişdir ki, hadisə zamanı Nihat onlardan qabaqda getmiş, Əli isə o və Eşqindən bir addım qabaqda olmuşdur. Nihat anidən bıçaq çıxardıb Əlinin qarın nahiyəsindən vurmuşdur. Eşqin bunu görüb Nihatı təpiklə vurmaq istəyərkən Miryəhya əlində olan bıçaqla Eşqinin sağ ayağından vuraraq Eşqinə xəsarət yetirmişdir. O, özünü müdafiə etmək üçün yerdən daş parçası götürüb Nihatın üzərinə atmışdır, daş parçası Nihatın baş nahiyəsinə dəymiş, Nihat yerə yıxılmışdır. Miryəhya onun yerə yıxıldığını görüb qaçıb getmişdir. Nihat yerdən qalxaraq Miryəhyanın arxasınca qaçmışdır. Üzləşmə zamanı Təqsirləndirilən şəxs hadisə zamanı əlində bıçaq olmadığını, nə Eşqini, nə də ki, Əlini bıçaqla vurmadığını, Məzahir onu başından daşla vurduqdan sonra huşunu itirərək yerə yıxıldığını, ayıldıqda özünü müdafiə etdiyini, hadisə vaxtı nə onun, nə də ki, Miryəhyanın əlində bıçaq olmadığını bildirmişdir (cild 1, iş vərəqi 91-92). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid3 və Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 bildirmişdir ki, Miryəhyanın dostu Nihat hadisə zamanı onlardan qabaqda getmiş, Əli isə o və Eşqindən bir addım qabaqda olmuş, Nihat anidən bıçaq çıxardıb Əlinin qarın nahiyəsindən vurmuşdur. Eşqin bu görüb Nihatı təpiklə vurmaq istəyərkən Miryəhya əlində olan bıçaqla Eşqinin sağ ayağından vuraraq ona xəsarət yetirmişdir. O, özünü müdafiə etmək üçün yerdən daş parçası götürüb Nihatın üzərinə atmış, daş parçası Nihatın baş nahiyəsinə dəymiş, Nihat yerə yıxılmışdır. Miryəhya Nihatın yerə yıxıldığını görüb qaçıb getmişdir. Nihat isə yerdən qalxaraq Miryəhyanın arxanca qaçmışdır. Üzləşmə zamanı Şahid3 Eşqini bıçaqla vurduğunu təsdiq etmiş, Nihatın əlində bıçaq olmadığını, Əlini isə kimin vurduğunu görmədiyini bildirmişdir (cild 1, iş vərəqi 93-94). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Allahverdi-zadə Əli Ceyhun oğlu və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Allahverdi-zadə Əli Ceyhun oğlu bildirmişdir ki, 30 noyabr 2021-ci il tarixdə, saat 13:30-da baş vermiş hadisə zamanı onu birinci olaraq Nihat bıçaqla qarın nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs Allahverdi-zadə Əlinin üzləşmə zamanı verdiyi ifadəsini təsdiq etməmişdir (cild 1, iş vərəqi 207-209). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, istintaqın sonrakı mərhələsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində ünvan 3 ünvanında yerləşən binanın həyətində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə bıçaqla vuraraq ona köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisəni davam etdirmək məqsədi ilə onlar ictimai yer hesab edilən küçədən “Odlar Yurdu” Universitetinin qarşısından mübahisəni həll etmək məqsədi ilə insanların olmadığı 22 saylı binanın həyətinə dalan hesab edilən əraziyə gələrək mübahisə etmişlər. Belə olan halda tərəflər ictimai qaydanı pozmadan şəxsi münasibətlər zəminində münaqişə etmişlər və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 159-160). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxslərin məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 919 nömrəli rəyindən görünür ki, Şahid3 bədən səthində aşkar edilmiş xəsarət - sol bazu oynağının sıyrığı küt əşyanın təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 185-187). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxslərin məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 918 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol təpə nahiyəsinin səthi əzilmiş yaraları, sol gicgah nahiyəsının, sol əlin ovuc səthinin, sol budun, üst dodağın tüklü hissəsinin, üst dodaq nahiyəsinin, sağ diz oynağının, sol bazu oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 188-190). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxslərin məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 908 nömrəli rəyindən görünür ki, Şahid2 bədən səthində aşkar edilmiş xəsarətlər - sol gicgah nahiyəsinin, sol körpücüküstü nahiyənin, sol bazu oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 191-193). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxslərin məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 920 nömrəli rəyindən görünür ki, Allahverdi-zadə Əli Ceyhun oğlunun bədən səthində aşkar edilmiş xəsarət - köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir (cild 1, iş vərəqi 213-215). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxslərin məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 907 nömrəli rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin 3-cü barmağının şişkinlik halında əzilmiş yarası bərk küt əşyanın təsirindən, sağ baldırın orta 1/3-nin kəsilmiş yarası iti kənarlı alətin, ola bilsin bıçağın təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (cild 1, iş vərəqi 216-218). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Allahverdi-zadə Əli Ceyhun oğlu iş üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 198). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, dəymiş maddi ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş 3000 manat pul xx.xx.2021-ci il tarixdə Əli Allahverdi-zadəyə təqdim edilmişdir (cild 1, iş vərəqi 210). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Allahverdi-zadə Əli Ceyhun oğlunun xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq bədən xəsarəti yetirmişdir. Hazırda onunla barışdığı üçün ondan və heç kimdən şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 211). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 18-ci Polis şöbəsinin müstəntiqin əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli, ********* nömrəli cavabından görünür ki, 30 noyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində ünvan 3 ünvanında yerləşən binanın həyətində baş vermiş hadisə zamanı istifadə olunan bıçaqların tapılaraq istintaqa təqdim edilməsi, həmçinin hadisə şahidlərinin əhatə dairəsinin müəyyən edilməsi və istintaq üçün əhəmiyyətli olan zərərçəkmiş şəxs Allahverdi-zadə Əli Ceyhun oğlunun hadisə zamanı əynində olan köynəyin və maykanın tapılaraq istintaqa təqdim edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 227). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 749 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 234-236). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs, Şahid1 və Allahverdi-zadə Əli Ceyhun oğlunun əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından onlar barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinə, yəni xuliqanlıq cinayət əməlinə görə cinayət təqibinə xitam verilmiş, Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi olsa da Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadığına görə onun barəsində cinayət təqibinə xitam verilmişdir (cild 1, iş vərəqi 238- 246). Müdafiə tərəfinin vəsatətinə əsasən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/802 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 1(101)-863/2022 nömrəli cinayət işinin 1-ci cildinin 81-83-cü vərəqlərində olan xx.xx.2021ci il tarixli şahidin dindirilməsi haqqında protokolun 2-ci, 3-cü vərəqlərində (cild1.i.v82-83); 121-123-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 2-ci, 3-cü vərəqlərində (cild1.i.v122-123); 176-178-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda; 89-90-cı vərəqlərində olan xx.xx.2021ci il tarixli üzləşdirmə protokolunda; 91-92-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolunda Təqsirləndirilən şəxs adından olan imzaların Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi səbəblərinə görə müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 127 (yüz iyirmi yeddi) manat təşkil edir (cild 2, iş vərəqi 77-80). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 229). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində bıçaq olmaması, zərərçəkmiş şəxs Allahverdi-zadə Əli Ceyhun oğlunu bıçaqla vurmaması, sonradan Miryəhyanın onunla söhbətində Əlini vurduğunu etiraf etməsi barədə məhkəmədə verdiyi ifadəsinə həmin ifadə işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmədiyinə görə məhkəmə tənqidi yanaşır, həmin ifadəni qəbul etmir, həmin ifadələri təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi qiymətləndirir və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü ağır cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, iş üzrə dindirilmiş bütün şəxslərin ifadələrindən müəyyən edilir ki, bıçaqlanma hadisəsindən bilavasitə qabaq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Allahverdi-zadə Əli Ceyhun oğlu ilə qabaq-qabağa duruş vəziyyətində, Şahid3 isə ayağından bıçaq yarası almış digər Şahid1 ilə üzbəüz olmuşlar. Hadisə yerində olmuş digər Şahid2, həmçinin Şahid1 ifadələrindən isə müəyyən olunur ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əlində bıçaq olmuş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Əli Allahverdi-zadənin qarın nahiyəsinə doğru davamlı olaraq bıçaq zərbələri atmışdır. Şahid2 ifadəsindən isə dəqiq müəyyən olunur ki, ilk olaraq Təqsirləndirilən şəxs bıçağı açmış və Əli Allahverdi-zadənin qarnına bıçaq zərbəsi endirmişdir. Onun ifadəsinə görə, Əli zərbəni hiss etməmişdir. Nihat bıçaqla Əlini vurduqdan sonra dava başlamışdır. Təqsirləndirilən şəxs özünün birinci olaraq Əli Allahverdi-zadəyə hücum etdiyini məhkəmədə verdiyi ifadəsində etiraf etmişdir. Bununla yanaşı, o, qeyd etmişdir ki, onun əlində bıçaq olmamış, Əliyə hücum etdikdən sonra başına qəflətən daş dəymiş və huşunu itirərək yerə yıxılmış, bıçaqlanma o, yerə yıxılandan sonra baş vermişdir. Baçaqlanmanın Təqsirləndirilən şəxs yerə yıxılandan sonra baş verməsi isə digər ifadələrlə tamamilə təkzib olunur. Belə ki, şahidlərin ifadələrindən aydın görünür ki, zərəçəkmişin bıçaqlanması hadisəsi məhz Təqsirləndirilən şəxs yerə yıxılmamışdan əvvəl baş vermişdir. Təqsirləndirilən şəxs hadisədən sonra Şahid3 onunla söhbətində Əlini vurduğunu etiraf etməsi barədə məhkəmədə verdiyi ifadəsini həmin ifadə hər hansı sübutla təsdiq olunmadığına görə məhkəmə qəbul etmir. Təqsirləndirilən şəxsla aralarında belə bir söhbətin olmasını Şahid3 məhkəmədə dindirilərkən təkzib etdi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs Allahverdizadə Əli Ceyhun oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs qəfildən bıçaq çıxardaraq onun qarın nahiyəsindən vurmuşdur. Onun həmin ifadəsi şahid ifadələri, habelə işin digər materialları ilə tamamilə uzlaşdığından məhkəmə Əli Allahverdi-zadənin ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edir və qiymətləndirir. Zərəçəkmiş şəxsin məhkəmədə həmin ifadəsini dəyişərək onun Təqsirləndirilən şəxs tərəfindən deyil, Şahid3 tərəfindən bıçaqlanmasını bu hal iş materialları ilə təkzib olunduğundan sübut kimi qəbul etmir və hesab edir ki, o, məhkəmədə verdiyi ifadələri ilə təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırılmasına çalışır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxs Allahverdi-zadə Əli Ceyhun oğlunun sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, cavan olması hallarını nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxsnın üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, təqsirləndirilən şəxs qismində cəlb olunma və qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 04 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxsdən müvafiq iltizam alınmışdır (cild 1, iş vərəqi 104, 162-163, 179- 181). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə, təqsirləndirilən şəxsi şərti məhkum etmənin qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 127 (yüz iyirmi yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Məhkəmə istintaqı zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 127 (yüz iyirmi yeddi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-863/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-863/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver