Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-863/2024 18.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, tərcüməçilər- X2 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxx 1988-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi külli miqdarda 5,746 qram çəkidə narkotik vasitə kokaini və 291,25 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib həmin narkotik vasitə kokaini 5,746 qram çəkidə olmaqla altı ədəd bükümdə qablaşdırıb üzərində, qalan 291,25 qram çəkidə qurudulmuş marixuananı isə kirayə tutduğu ünvan 3 ünvana daşıyaraq orada gizlədib saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 28 aprel 2023-cü il tarixdə, saat 22:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yerləşən onun kirayə yaşadığı 9 saylı mənzildə özünün icazəsi və razılığı ilə üzərinə və yaşayış sahəsinə saat 22:25-dən etibarən keçirilən baxış zamanı əynindəki ağ rəngli idman şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə və bir ədəd gümüşü rəngli bükümün içərisində qablaşdırılmış halda olan beş ədəd kağız bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,950 qr, 0,956 qr, 0,961 qr, 0,974 qr, 0,967 qr, 0,938 qr, ümumi təmiz çəkisi 5,746 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə kokain, mənzilin giriş hissəsinin sol tərəfində yerləşən şkafın içərisindən isə bir ədəd göy rəngli boru formasında olan dəmir qutunun içərisində səkkiz ədəd sellofan bükümlərdə təmiz çəkisi 30,66 qr və bir ədəd yaşıl rəngli plastik qutunun içərisində 5,4 qram olmaqla ümumilikdə 36,06 qr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 aprel 2023-cü il tarixdə saat 09:00-dan etibarən Təqsirləndirilən şəxs kirayə tutduğu Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, ev 3 ünvanında yerləşən 9 saylı mənzilə keçirilən təkrar baxış zamanı mətbəxdə yerləşən hava çəkən cihazıaspiratorun içərisində qanunsuz olaraq əldə edib daşıyaraq gizlətməklə saxladığı ümumilikdə 3 ədəd torbada olmaqla 1-ci torbada 21 ədəd kiçik şəffaf sellofan paketlərdə 86,795 qram çəkidə, 2-ci torbada 17 ədəd kiçik şəffaf sellofan paketlərdə 69,015 qram çəkidə və 3-cü torbada 24 ədəd kiçik şəffaf sellofan paketlərdə 99,38 qram çəkidə olmaqla ümumi təmiz çəkisi 255,19 qram təşkil edən həm öz aralarında, həm də sözügedən mənzilin giriş hissəsinin sol tərəfindən yerləşən şkafdan aşkar edilərək götürülmüş qurudulmuş marixuana ilə tərkiblərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, musiqiçi kimi fəaliyyət göstərir, övladı ilə birlikdə yaşayır, evdən marketə getmək üçün çıxarkən bir neçə nəfər sonuncuya yaxınlaşaraq onunla birlikdə evinə çıxmış və o, buna etiraz etməmişdir Mənzilə qalxarkən evdə kimsə olmamış, evin açarı özündə olmuşdur. Sonuncu polis əməkdaşları tərəfindən fiziki, psixoloji təzyiqə məruz qalmış, başından vurulmuş lakin buna baxmayaraq üzərində hər hansı bir xəsarətlər olmamış, polis əməkdaşları evə qalxdıqdan sonra oradan “marixuana” akşar etmişlər. Evinə ikinci dəfə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman aspiratorun içindən aşkar olunan sayını bilmədiyi büküm formasında olan marixuana da özünə məxsusdur. Marixuananı şəxsi istifadəsi üçün ucuz olması səbəbindən xeyi miqdarda əldə etmişdir. Üzərindən aşkar edilən kokain isə ona aid deyil, polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Əhatəsində olan insanların əksəriyyəti narkotik vasitə qəbul edir. Onun telefonunda aşkar edilən sms mətnlərində “yeşka” maddəsi ekstazi, “lirika” isə dərman vasitəsini ehtiva edir. Yazışmasında olan Jamil Vazisubani adlı şəxs onun qonşusu olmuş və Tbilisi şəhərində yaşamış, onun baş verən cinayət hadisəsi ilə əlaqəsi olmamışdır. Jamil Vazisubani adlı şəxs isə ondan narkotik vasitə əldə etməmişdir. “Eldar Barmen” adlı istifadəçi ilə “Sativa idi, indiqa deyildi” məzmunda yazışması isə özünün narkotik vasitəni “Eldar Barmen” adlı şəxsdən əldə edilməsi ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, təxminən iki il olar ki, “nəşə” adlandırılan narkotik maddədən siqaretə doldurub yandıraraq tüstüsünü nəfəsinə çəkməklə qəbul edir. Tutulduğu gündən təxminən 2-3 gün əvvəl isə bir müddət əvvəl internetdə sosial şəbəkələrin birində tanış olduğu adını bilmədiyi şəxsdən “zakladka” yolu ilə öz istifadəsi üçün narkotik vasitə sifariş vermişdir. Adətən istifadə etdiyi “nəşə”-dən sifariş vermiş, əlavə olaraq da “kokain” adlı maddədən də “dadına baxmaq” məqsədi ilə sifariş vermişdir. Beləliklə onun sifarişinin məbləği təxminən 3000 manat təşkil edirmiş.Buna baxmayaraq narkotiki aldığı şəxdə etibar qazandığı üçün o, həmin şəxsə danışılan pulu sonradan ödəmək şərti ilə sözügedən maddələri almışdır. Beləliklə də sözügedən maddələri həmin şəxs “Kukla” teatrı tərəfdə qoyduraraq, orada yaxınlıqda yerləşən skamyaların birinin alt hissəsində gizlətdirmişdir. O da həmin maddələri oradan götürüb kirayə tutduğu evə aparıb gizlətmişdir. Saxlanıldığı gün, yəni 28 aprel 2023-cü il tarixdə o, kirayə qaldığı ünvanın qarşısında olan zaman ona mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirmişlər. O da həmin şəxslərə səmimi olaraq bildirmişdir ki, üzərində və kirayə qaldığı evdə narkotik vasitələr saxlayır. Odur ki, üzərində və evdə saxladığı maddələri təqdim edə bilər. Ona görə də onlar onun kirayə qaldığı evə qalxmışlar, o, üzərində olan açarla evi açmış və onlar içəri daxil olmuşlar. Orada videoçəkilişlə üzərinə və evə baxış keçiriləcəyi barədə xəbərdar edilmişdir. Evdə ona təklif etmişlər ki, qanunsuz maddələri təqdim etsin, onda o, əynində olan şalvarın sol yan cibində saxladığı kokain adlı maddəni, şəxsiyyət vəsiqəsini və nağd pulu çıxarıb təqdim etmişdir. Bundan sonra isə həmin otaqda yerləşən şkafda olan içərisində “nəşə” olan bükümləri saxladığı silindrik formalı qabı təqdim etmişdir. Bundan sonra üzərindən və evdə olan təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Kokain olan maddə bir ədəd kağız bükümdə və bir ədəd gümüşü kağıza bükülmüş beş ədəd bükümlərdə imiş. Həmin ümumilikdə altı ədəd bükümlər bir-bir açılaraq içərilərinə baxış keçirilmişdir. Bükümlərin içərisindən ağ toz şəkilli maddənin olması müəyyən olunmuşdur. Daha sonra isə təqdim etdiyi silindrik formalı qab açılaraq içərisində olan səkkiz ədəd şəffaf sellofan bükümlərə baxış keçirilmişdir. Həmin bükümlərin içərisində yaşıl rəngli qurudulmuş ota bənzər maddələrin olması müəyyən edilmişdir. Bundan sonra ondan həmin maddələr barədə soruşulmuş, o da yuxarıda qeyd etdiyi kimi bildirmişdir ki, həmin maddələri şəxsi istifadəsi məqsədi ilə “zakladka” üsulu ilə əldə etmişdir. Evə əlavə baxış keçirilmiş, lakin heç bir qanunsuz maddə aşkar edilməmişdir. Yataq otağından ona məxsus olan iki ədəd mobil telefonlar aşkar edilərək əhəmiyyət kəsb edə biləcəkləri ehtimalından şəxsiyyət vəsiqəsi ilə birlikdə götürülmüşdür. Baxış bitdikdən sonra ona bildirilmişdir ki, protokol və zəruri sənədləşmə işləri aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gedilməlidir və o, etiraz etməyərək deyilən idarəyə getmişdir. Ora çatanda o, dövlət hesabına vəkillə və rus dilində təhsil aldığına görə rus dilindən tərcüməçi ilə təmin olunmuş və bundan sonra sözügedən protokolun tərtib edilməsinə başlanılmışdır. Ondan izahat alınan zaman yuxarıda qeyd etdiyi xüsusatları bir daha bildirmiş, lakin əlavə olaraq qanunsuz maddələri saxlanıb-saxlanmadığı barədə sorğu-sual edildiyinə görə düşünmüşdür ki, həmin ünvanda axtarış keçiriləcək və ona görə də etiraf etmiş ki, əlavə olaraq maddələr də evdə gizlədib saxlayır və ona görə də həmin evə baxış keçirilməsinə etiraz etmədiyini və təqdim edə biləcəyini bildirdiyi üçün təkrar olaraq kirayə yaşadığı evə gedilmişdir. Bu dəfə isə yuxarıda qeyd olunan tərkibdə və əlavə olaraq ona təyin edilmiş tərcüməçi və vəkillə birlikdə həmin evə videoçəkilişlə baxış keçirilmişdir. Ona təklfı edilmişdir ki, sözügedən gizlətdiyi maddələri təqdim etsin. O da həmin vaxt mətbəxdə olan aspiratorun içərisində gizlətdiyi üç ədəd sellofan bağlamalarda olan ümumilikdə 62 ədəd sellofan bükümlərdə olan “nəşə” adlı maddələri təqdim etmişdir. Sorğu zamanı bir daha bildirmişdir ki, həmin maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyətləri barəsində yol verilən fiziki və psixoloji təzyiq ilə izah etmişdir. Psixoloji təzyiqin məzmunu ondan ibarət olmuşdur ki, kokain adlı maddənin ona məxsus olmasını bildirməyəcəyi təqdirdə hər şey daha pis olacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 28 aprel 2023-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrinin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin satış məqsədi ilə əldə edib daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş,həmin əməliyyat məlumatı baş idarəyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ünvan 5 ünvanında kirayə yaşadığı evin qarşısında tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən narkotik vasitə “kokain” aşkar edilərək götürülmüş, şəxs yaşadığı evdə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzrərində olan bir kağız, biri isə gümüşü rəngdə bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Gümüşü rəngli bükümün içərisindən beş büküm də narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsin evinə daxil olarkən sol tərəfdə dolabın içərisindən bir ədəd qutu olmuş, Təqsirləndirilən şəxs qutunu özü polis əməkdaşlarına təqdim etmişdir. Həmin qutunun içərisindən səkkiz ədəd selofan bükümdə narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Bu barədə protokol tərtib edilməsi üçün Təqsirləndirilən şəxs Baş idarəyə dəvət edilmiş və orada tərcüməçi, vəkillə təmin edilmişdir. Təqsirləndirilən şəxs ifadə verən zaman da evində yenə narkotik vasitənin olduğunu bildirmişdir və onun həmin ifadə əsasında 29 may 2023-cü il tarixdə ikinci dəfə Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, evdə olan aspiratorun içərisindən 3 ədəd sellofan bağlamada ümumilikdə 62 ədəd kiçik sellofan bükümlər aşkar edilərək götürülmüşdür. Evə baxış istintaq hərəkəti videoçəkilişə alınmışdır. Təqsirləndirilən şəxsə qarşı təzyiq olmamış, sonralar təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması faktı təsdiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında qrup üzvləri ilə birlikdə axşam saat 9-11 aralığında təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən ona saxlanma səbəbi də bildirilmiş, onun üzərinə və kirayə qaldığı evinə baxış keçirilmişdir. Xatırladığı qədər təqsirləndirilən şəxsin üzərindən iki büküm kokainə bənzər narkotik vasitə və bir bükümün içində ayrıca beş büküm ümumilikdə altı büküm narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs idarəyə aparıldıqdan sonra ifadəsində evdə yenə də narkotik vasitə olduğunu bildirmiş və yenidən evinə baxış zamanı qaz aspiratorundan ümumi miqdarı 62 büküm olan narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün “telegram” vasitəsilə əldə etdiyini bildirmişdir. Sonralar təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması faktı ilə bağlı əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmumda ifadə vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 29 aprel 2023-cü il tarixli “ünvana baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib yaşadığı ünvanda saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 28 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 3 ünvanının qarşısında saxlanılaraq barəsində qəbul edilmiş qərarla tanış edilən zaman üzərində və kirayə yaşadığı evdə narkotik vasitə saxladığı bildirildiyi üçün ünvan 6 ünvanda üzərinə və yaşayış sahəsinə özünün razılığı və icazəsi ilə keçirilən baxış zamanı əynindəki şalvarın sol yan cibindən altı ədəd bükümlərdə narkotik vasitə kokainə oxaşr maddə aşkar edilmişdir. Bundan sonra mənzilin giriş hissəsinin sol tərəfində yerləşən şkafın içərisindən 1 ədəd boru formasında göy rəngli dəmir qutunu təqdim etmişdir. Həmin qutunun içərisindən səkkiz ədəd sellofan büküm və bir ədəd yaşıl rəngli plastik qutu aşkar edilmiş, səkkiz ədəd sellofan büküm və bir ədəd yaşıl rəngli plastik qutuya baxış keçirilərkən içərisində qurudulmuş marixuanaya oxşar kütlələr götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə marixuananı və üzərindən aşkar edilmiş narkotik vasitə kokaini “Telegram” sosial şəbəkəsində tanımadığı şəxsdən pulunu sonradan ödəmək barədə razılığa gələrək internet vasitəsilə sifariş verib konum vasitəsilə saxlanıldığı gün səhər saatlarında Bakı şəhərində yerləşən “Kukla” teatrının yaxınlığında yerdən götürdüyünü, əldə etdiyi narkotik vasitələri şəxsi istifadə etmək məqsədi ilə üzərində və yaşadığı ünvanda saxladığını bildirmişdir. (cild 1, iş vərəqə 44-48). 29 aprel 2023-cü il tarixdə “ünvana təkrar baxış keçirilməsi və əşyaların götürməsi haqqında” protokol və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib yaşadığı ünvanda saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfındən 28 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 3 ünvanının qarşısında saxlanılaraq kirayə yaşadığı ünvan 6 ünvanda üzərinə və yaşayış sahəsinə baxış keçiridikdən sonra BMCMİ-də izahatı alınan zaman kirayə yaşadığı həmin ünvanda əlavə olaraq narkotik maddələr saxladığını qeyd etdiyinə görə həmin ünvana 29 aprel 2023-cü il tarixdə təkrar keçirilən baxış zamanı mətbəxdə yerləşən aspiratorun içərisində gizlədib saxladığı 3 ədəd torbanı təqdim etdi. 3 ədəd torbaya baxış keçirilərkən torbaların içərisində 62 ədəd sellofan bükümlər aşkar edildi. Həmin bükümlərdə qurudulmuş marixuanaya oxşar maddələr qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan təkrar baxış zamanı aşkar edilmiş narkotik vasitə marixuananı “Telegram” sosial şəbəkəsində tanımadığı şəxsdən pulunu sonradan ödəmək barədə razılığa gələrək internet vasitəsilə ilə sifariş edib konum vasitəsi ilə həminc gün səhər saatlarında Bakı şəhərində yerləşən kukla teatrının yaxınlığında yerdən götürdüyünü, əldə etdiyi narkotik vasitələri şəxsi istifadə etmək məqsədi ilə yaşadığı ünvanda gizlədib saxladığını , qorxduğu üçün ilkin baxış zamanı hazırda aşkar edilən narkotik vasitə marixuananı təqdim etmədiyini bildirdi. (cild 1, iş vərəqə 56-59). 29 aprel 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda üzəri yapışqan lentlə bağlanmış 06 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi- 0,950 qr, 0,956 qr, 0,961 qr, 0,974 qr, 0,967 qr, 0,938 qr, ümumi təmiz çəkisi 5,746 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə tərkibli narkotik vasitə olan kokaindir.Ekspertiza tədqiqatından sonra kokainin qalıq çəkisi 5,146 qram təşkil etmişdir (cild 1, iş vərəqə 70-74). 29 aprel 2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı ünvana təkrar baxış zamanı aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə 1-ci torbada olan 21 ədəd kiçik şəffaf sellofan paketdə ümumi çəkisi 86,795 qram, 2- ci torbada 17 ədəd kiçik sellofan paketdə ümumi çəkisi 69,015 qram, 3-cü torbada 24 ədəd kiçik şəffaf sellofan paketdə ümumi çəkisi 99,38 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustarü sulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 255,19 qramdır.Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə bir ədəd yaşıl rəngli qabda təmiz çəkisi 5,4 qram və 08 (səkkiz) ədəd kiçik şəffaf sellofan paketdə ümumi çəkisi 30,66 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustarü sulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 36,06 qramdır.Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı ünvana təkrar baxış zamanı aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə ümumi sayı 62 (altmış iki) ədəd kiçik şəffaf sellofan paketdə və üzərində: “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə bir ədəd yaşıl rəngli qabda və 08 (səkkiz) ədəd kiçik şəffaf sellofan paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra narkotik vasitə marixuanın qalıq çəkisi 289,12 qram təşkil etmişdir. (Cild 1, iş vərəqə 75-79). 2 may 2023-cü il tarixli “Maddi subut hesab edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə kokaindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 5,146 qramı və narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 289,12 qramı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərdə tutulmuşdur (cild 1, iş vərəqə 143-144). 23 may 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəsətəxanası” publik hüquqi şəxsdindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmamışdır(cild 1, iş vərəqi 176). 15 may 2023-cü il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “iPhone 14” markalı mobil telefon aparatında olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma və “Messenger” ünsiyyət mobil telefon sosial tətbiqləri vardır. Mobil telefonun daxili yaddaşında olan fotogörüntülər bölməsinin ekrandan çəkilmiş (screenshot) görüntülər qovluğuna keçirilən baxış zamanı fotogörüntülərin içərisində yaşıl rəngli qurudulmuş ota formasında, zahiri görünüşünə görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin, habelə "Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə “Melek” adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə aparılmış danışığın, konkret olaraq isə Təqsirləndirilən şəxs həmin istifadəçiyə naməlum tarixdə “2+1 (1-i köhnədən qalma, 50 manat verib) 100 manat ———— 2 alisa 50 manat” sözlərini yazıb göndərməsinin ekran görüntüsü, “Eldar Barmen” adlı istifadəçi ilə aralarında aparılmış danışıq zamanı həmin abunəçinin ondan “yeri gəlmişkən, dünən götürdüyüm z,əif idi...” yazmış olduğu sözlərə Təqsirləndirilən şəxs “Sativa idi, indiqa deyildi” yazmasının ekran görüntüsü, “Jamil Vazisubani” adlı istifadəçi ilə aparılan danışqı zamanı həmin abunəçinin özünün üçünçü şəxslə çəkilmiş maddənin zəifliyi barədə narazı qalması və ona bir daha həmin şəxsdən bu maddədən götürməməsini bildirməsi barədə apardığı dialoq pəncərəsinin qısa görüntüsünü Təqsirləndirilən şəxs a göndərib “qardaş 7 nəfər dadına baxdı, baxılası bir şey yoxdur artıq” sözlərini yazmasının ekran görüntüsü, bundan başqa “Messenger” mobil tətbiqi vasitəsilə aparılan danışıqlara keçirilən baxış zamanı “Elchan Hesson” adlı istifadəçinin Təqsirləndirilən şəxs “Salam Elcan, necəsən? yaman xəstələnmişəm, otla köməklik edə bilərsən?” və "Jamil Vazisubani” adlı istifadəçinin Təqsirləndirilən şəxs “Qardaş nə qədər ki buralardasan mənə yeşka və ya lirika tapmaqda komək et” sözlərini yazması məlum olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “iPhone S” markalı mobil telefon aparatında olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, fotogörüntülərin, o cümlədən də cihazın dxili yaddaşına yüklənmiş “Whatsapp” və “Whatsapp Business” mobil tətbiqlərinin olması müəyyən olunmuşdur. Mobil tətbiqlərinin müddətlərinin keçməsi səbəbindən və yenilənmə tələb olunduğundan aparılan danışıqlara baxış keçirmək mümkün olmamışdır. Bununla belə, mobil telefonun daxili yaddaşında olan fotogörüntülərin içərisində elektron tərəzinin üzərinə qoyulmaqla qramla göstərərilən çəkisinin müəyyən edilərək çəkilmiş görüntüləri olan sellofan bükümlər müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məxsus olan 02 ədəd “iPhone” markalı mobil telefon cihazları iş üzrə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 157-160, 211-222). 10 iyun 2023-cü il tarixli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə məlumat əldə olunsa da, həmin maddələrin mənbəyinin, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqə 179). 20 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən aparılmış ünvana baxış keçirilməsi və əşyaların götürülməsi, o cümlədən ünvana təkrar baxış keçirilməsi və əşyaların götürməsi zamanı “SONY” markalı videokamera vasitəsinin videoçəkilişlər aparılmış və həmin videoçəkilişlər iki ədəd DVD disklərə əlavə olunmuşdur. Odur ki, qeyd edilən hərəkətlər zamanı iş üzrə sübut əhəmiyyətli faktlar müəyyən edildiyindən qeyd olunan 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqə 48, 59, 211-222). 5 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 178). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiyada) 1-ci Siyahısının 10-cu bəndinə əsasən - təmiz halda 1 (bir) qram və daha artıq çəkidə narkotik vasitə kokain və həmin Siyahının 12-ci bəndində əsasən 500 qram və daha artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə kokainin ona məxsus olmaması, ibtidai isintaq dövründə fiziki təzyiqə məruz qalması səbəbindən həmin narkotik vasitənin ona məxsus olmasını bildirməsini etiraf etməsi barədə məhkəmə iclasında tərəfindən verilmiş ifadələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 24 fevral 2024-cü il tarixli məktubla müşaiyət edilən tibbi müayinə sənədləri ilə təkzib edilir. Belə ki, həmin sənədlərdən görünür ki, təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və bədən səthində hər hansı yeni xəsarət aşkar edilməmişdir. Digər tərəfdən o, barəsində yol verilmiş psixoloji təzyiqin məzmununu izah edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış və götürmə istintaq hərəkətlərinin, habelə ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar olmamasını nəzərə alaraq hesab edir ki, üzərindən aşkar edilən 5,746 qram narkotik vasitə kokainin və evindən aşkar edilən 255,19 qram qurudulmuş marixuananın ona məxsus olması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilən narkotik vasitənin müxtəlif növdə, bükümlərdə olmasını, miqdarını, istifadəsində olan telefon vasitəsilə narkotik vasitələrin satışına dəlalət edən sms yazışmaların aparılması kimi işin hallarını iş üzrə toplanmış bütün sübut növləri ilə birgə müqayisə etməklə əməlində satış məqsədinin olmaması barədə təqsirləndirilən şəxsin ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddələsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, məhkəmə iclasında qismən etirafedici ifadələr verməsini və himayəsində 21 may 2019-cü il təvəllüdlü azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, əvvəllər məhkum edilməməsi, məhkəmə iclasında qismən etiraf edici ifadələr verməsi kimi barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 35), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 28 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 122-126). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablanmalıdır. 24 iyul 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və kokainin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqə 208-209). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 5,146 qram təşkil edən narkotik vasitə olan kokain və 289,12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs ünvanına baxış keçirilməsi və əşyaların götürülməsi, o cümlədən ünvana təkrar baxış keçirilməsi və əşyaların götürülməsi haqqında istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD diski cinayət işində saxlanılmalı, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd “İphone” markalı mobil telefon cihazı təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 144 (yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 283). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 5,146 qram təşkil edən narkotik vasitə olan kokain və 289,12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs ünvanına baxış keçirilməsi və əşyaların götürülməsi, o cümlədən ünvana təkrar baxış keçirilməsi və əşyaların götürülməsi istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk cinayət işində saxlanılsın; - Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd “İphone” markalı mobil telefon cihazı təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 144 (yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-863/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-863/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver