Məhkəmə qərarları › İş №1(101)-863/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-863/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-863/2025 20.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.9-cu və 186.2.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla və aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin özgənin əmlakını ümumi təhlükəli üsulla qəsdən məhv edərək zərərçəkmiş şəxsə ağır nəticələrə səbəb olan xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2024-cü ilin aprel ayından etibarən, 3 aya yaxın müddətdə sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs son zamanlar ailə sürücüsü olmuş Şahid5 Fərəc oğlu ilə də yaxın münasibətlərindən şübhələnib 2024-cü ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gələrək evinin yaxınlığında görüşüb onu avtomobilində qısqanclıq zəminində əli ilə döyərək hər iki bazunun, sağ saidin və sağ baldırın qançırları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirdikdən sonra Şahid5 ilə münasibətlərini bitirməsini, bu məqsədlə sonuncunun onu narahat etməsi barədə bacısı Pərvanə Əkbərovaya məlumat verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs onun tələbini icra etmədiyindən qısqanclıq zəminində həmin məsələni yenidən araşdırmaq məqsədi ilə 03 iyul 2024-cü il tarixdə saat 14 radələrində şifahi razılıq əsasında həmin gün götürərək müvəqqəti idarə etdiyi Zərərçəkmiş şəxs məxsus ağ rəngli “Cherry Arrizo 7” markalı, 2014-cü il buraxılışlı **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zərərçəkmiş şəxs yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki evindən birlikdə avtomobili Bakı şəhərində müxtəlif istiqamətlərə sürməklə söhbət edərək aralarında olan münasibətləri aydınlaşdırmaq istəmiş, söhbət əsnasında baş vermiş mübahisənin gedişində yaranmış münaqişə zamanı onun Şahid5la yaxın münasibətinin davam etdirdiyini yəqin etdikdən sonra qisas almaqla onu öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə idarə etdiyi Zərərçəkmiş şəxs məxsus həmin avtomobili Bakı şəhəri, dairəvi yolla Lökbatan qəsəbəsi istiqamətində sürərkən özünə məxsus +99***-***-**-** saylı GSM mobil nömrə vasitəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” sosial şəbəkəsində əmisi oğlu Şahid2 istifadəsində olan +99***-***-**-** saylı GSM mobil nömrəsinə özünü və avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs öldürəcəyi barədə audio səs yazıları və mesajlar göndərərək bu barədə ona da məlumat vermiş, həmin gün saat saat 15:40-da idarə etdiyi avtomobili Bakı şəhəri, Yasamal rayonu, X10 üzərində yerləşən “Qazax-Astara” məlumat lövhəsinin yaxınlığında saxlamış, daha sonra Şahid2 zəng edərək yerləşdiyi məkan barədə məlumat verməklə onu həmin ünvana dəvət etmiş, Şahid2 ona səbrli olmasını, onu gözləməsini demiş, bu zaman Zərərçəkmiş şəxs da onu bağışlamasını, uşağına görə günahından keçməsini və öldürməməsini yalvarışlarla xahiş etmiş, lakin, bütün bunlara əhəmiyyət verməyərək əksinə, avtomobilin qapılarını mərkəz-kilid vasitəsi ilə bloklamaqla tərk etməsinə məhdudiyyətlər yaradaraq onu köməksiz vəziyyətə salmış, saat 16:05-də Təqsirləndirilən şəxs onların avtomobillə dayandıqları yerə çatdıqda törədəcəyi əməli ona göstərmək məqsədi ilə yalvarışlarına baxmayaraq zərərçəkmiş şəxsə xüsusi əzab verdiyini dərk etməklə bunu arzulayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib idarə etdiyi Zərərçəkmiş şəxs mülkiyyətində olan ağ rəngli “Cherry Arrizo 7” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini magistral şosse olmaqla nəqliyyat vasitələrinin çoxluq təşkil etdiyi yolda sürətlə hərəkətə gətirib ətrafdakılar üçün də təhlükə yaradaraq ümumi təhlükəli üsulla qəflətən yüksək sürətlə yola çıxaraq irəlilədikdən sonra özü əvvəlcədən təhlükəsizlik kəmərini taxmaqla qəsdən avtomobildə sərnişin qismində qapılar bağlı olduğundan köməksiz vəziyyətdə arxada əyləşmiş Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə avtomobili yoldan kənara torpaq yolla sağ istiqamətə döndərərək 200 metr hündürlüyündə dərədən aşağı sürmüş, avtomobilin bir neçə dəfə yuvarlanması nəticəsində sonuncuya məxsus **- LJ-*** dövlət qeydiyyat nişanlı, “Cherry Arrizo 7” markalı avtomobilə ümumi təhlükəli üsulla 10.800 manat dəyərində xeyli miqdar ziyan vuraraq ağır nəticəyə səbəb olmaqla qəsdən məhv etmiş, Zərərçəkmiş şəxs ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan hər iki ağciyər kökünün cırılmaları, qabırğaların və döş sümüyünün çoxsaylı sınıqları kimi sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, həmçinin yumşaq beyin qişası altına məhdud sahədə qansızma ilə müşayiət olunan alın-təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, alın-təpə nahiyəsinin əzilmiş yarası, alının, sol gicgah nahiyəsinin, sifətin sol yarısının sıyrıqları, sol gözün bayır bucağının şişkinliyi və qançırı, burunun, sol aşağı çənənin, döş qəfəsinin ön səthinin, döş sümüyü nahiyəsinin, qarının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsinin sıyrıqları, sol döş vəzisinin qançırı, hər iki bazunun və sağ saidin sıyrıqları, sol saidin qançırı, sol saidin aşağı 1/3-nin arxa səthini və sol əlin əl darağı nahiyəsinin arxa səthini əhatə edən əzilmiş yarası, sol sağrının və sağ budun sıyrıqları, sağ ayağın 2-ci ayaq darağı nahiyəsinin, 3-cü barmağının əsas-orta falanqa oynağının, sol budun, sağ baldırın və sol ayağın 1-ci ayaq darağı nahiyəsinin sıyrıqları kimi dərəcələri təyin edilməyən sağlamlığa zərərvurmayan xəsarətləri alaraq,hər iki ağciyərin kökünün cınlmaları, qabırğaların və döş sümüyünün çoxsaylı sınıqları kimi xəsarətlərdən hadisə yerində ölməklə, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla öldürmüş, yəni həyatdan məhrum etmiş, əmlakını ümumi təhlükəli üsulla və ağır nəticələrə səbəb olmaqla qəsdən məhv etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər zərərçəkmiş şəxslə yaxın münasibəti olmuş, sonradan zərərçəkmiş şəxslə aralarında baş vermiş münaqişə zəminində o, zərərçəkmiş şəxsi qorxutmaq məqsədilə əmisi oğluna onu öldürmək istədiyi barədə səsli mesaj atmışdır. Avtomobil qəzası istəmədən baş vermişdir. Belə ki, göndərdiyi səsli məsajlardan sonra əmisi oğlu onları sakitləşdirmək üçün ondan sonuncunu olduğu yerdə gözləməsini xahiş etmişdir. Ona görə də o, avtomobili “Lukoil”in yaxınlığındakı restoranın yanında saxlamışdır. Lakin əmisioğlu gəldikdən sonra o, avtomobili hərəkətə gətirmək istəmiş, lakin torpaq yolu ilə yüksək sürətlə idarə etdiyi üçün idarəetməni itirərək qəza törətmiş, avtomobil dağdan aşmışdır. Qəzadan sonra zərərçəkmiş şəxs sağ olmuş, sonradan vəfat etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobil zərərçəkmiş şəxsin mülkiyyətində olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Onun zərərçəkmiş şəxslə sevgi münasibətləri olmuşdur. Günayın ondan başqa kiminləsə münasibəti olmamışdır. Lakin zərərçəkmiş şəxs ona sürücülərinin onu tez-tez təhqir etdiyini bildirmişdir. O, zərərçəkmiş şəxsdən sürücünün onu hədələməsi barədə bacısına məlumat verməsini xahiş etmişdir. Daha sonra özünü Günayın qohumu kimi təqdim edərək həmin sürücü ilə özü danışmışdır. Hadisə günü isə o, əmisioğluna səsli mesajla özünü və zərərçəkmiş şəxsi öldürəcəyi barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş Qanuni nümayəndə göstərmişdir ki, bacısının təqsirləndirilən şəxslə münasibətindən xəbərləri olmamışdır. Bacısı ona bu barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, hadisə 2024-cü ildə xatırlamadığı gündə və ayda günorta radələrində, “Şamaxinka”dan avtovağzala gedən yolda baş vermişdir. O, Mustafanı əsas yolda hərəkət edən zaman görmüşdür. Həmin yolun sürəti səhv etmirsə 90 km/saat olmuşdur. O, bir anlıq avtomobilin əyləc səsini eşimiş və qəza baş verməsini görmüşdür. Təqsirləndirilən şəxs yolun sağ hissəsi ilə, o isə yolun sol hissəsi ilə hərəkət etmişdir. Şahid4 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil onun avtomobilindən qarşıda hərəkət etmişdir. Avtomobildə Təqsirləndirilən şəxs və bir xanım olmuşdur.O, ana yolda 80 km/saat, 90 km/saatla hərəkət etmişdir.Avtomobildə mübahisə müşahidə etməmişdir.Aşma anına qədər avtomobili görməmişdir. Hadisə nəticəsində zərərçəkmiş şəxs pəncərədən çölə düşmüşdü. Hadisə zamanı təqsirləndirilən şəxsdə təhlükəsizlik kəməri görməmişdir.O, avtomobildən gələn “zmeyka” səsinə reaksiya vermişdir. O, hadisə yerində olarkən Təqsirləndirilən şəxs qohumu da olmuşdur. Hadisə yerindən mobil telefonu götürərkən Təqsirləndirilən şəxs qohumu həmin mobil telefonu ona verməyini istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, təqsirləndirilən şəxs onun əmisioğludur. Hadisə günü Mustafa ilə onun problemləri barədə danışmışdır. Mustafa intihar etməsilə bağlı ona mesaj yazanda o, Mustafaya onu gözləməsini və oraya gələcəyini bildirmişdir. Mustafa olduğu yerin konumunu da ona atmışdır. O, hadisə yerinə gedərkən Mustafanın olduğu avtomobil anidən hərəkət etmiş və avtomobil dərədən aşağı aşmışdır. Mustafa intihar haqqında hər kəsə mesaj yazmışdır. Mustafanın zərərçəkmiş şəxslə münasibətinin olmasından xəbəri olmuşdur. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Mustafa onunla telefon vasitəsilə əlaqə saxlayaraq hadisə yerində gözlədiyini və onunla söhbət etmək istədiyini bildirmişdir. Mustafanın zərərçəmiş şəxslə münasibətinin hansı həddə olmasını bilməmişdir. Hadisə yerində olarkən zərərçəkmiş şəxs sağ olmamışdır. Mustafanı avtomobildən çıxararkən onda təhlükəsizlik kəməri olmamışdır.Mustafa ona mesaj atarkən həmin mesajda zərərçəkmiş şəxsin ağlamasını eşitmişdir.Hadisə nəticəsində avtomobilin sürücü oturacağı qopmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əmisioğludur. Aralarında yaxın münasibət olmuşdur. Təqsirləndirilən şəxs işğaldan azad olmuş rayonlarda elektrik işləmiş, təxminən 3-4 ay əvvəl sonuncu iş yeri olan Laçın rayonu, Zabux kəndində işini bitirmiş və qayıtmışdır. Təqsirləndirilən şəxs subay olmaqla anası ilə yaşamış, bəzi hallarda dostuna məxsus ünvan 2 ünvanında yerləşən “R Club” oyun zalında kassir işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:46 radəsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** GSM saylı mobil nömrəyə zəng etmiş, lakin, həmin zəngi görməmişdir. Təxminən 1 dəqiqə sonra Təqsirləndirilən şəxs yenidən zəng etmiş və 11 saniyəlik danışıqlarında Mustafa borca pul istəmiş, obyektin yanında olan “optika”dan pul götürməsini demiş, bir müddət sonra Mustafa “Fərid Optik”in işçisi Nemət adlı şəxsdən 30 manat pul götürmüşdür. Həmin gün saat 15:11-də Mustafa “WhatsApp” sosial şəbəkəsindən vida tipli mesajlar, yəni, həyatdan bezdiyini, hamıyla sağollaşacağını həmin mesajlarda hissə-hissə olmaqla ona, öz anasına, bacısına, bacısı yoldaşına, Bəxtiyar əmisinə, Fizuli əmisinə, onun yoldaşı Nərminəyə, əmisiqızları Nərgiz və Tamellaya göndərmək məqsədi ilə ona göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saat 15:12də iki ədəd 29 və 25 saniyə olmaqla audio səslər göndərmiş, həmin səslərdə qışqıraqışqıra intihar edəcəyini, yanında əvvəllər bir dəfə gördüyü Zərərçəkmiş şəxs da qışqıraqışqıra ağlayaraq öldürüləcəyini demiş, Günay ölməyinə icazə verməməsi üçün kömək istəmişdir. İnterneti olmadığı üçün mesajı gec görmüş və saat 15:18-də Mustafaya “WhatsApp” sosial şəbəkəsindən zəng vurmuş, lakin, sonuncu cavab verməmişdir. Saat 15:20-də Mustafaya “WhatsApp” sosial şəbəkəsində olduğu məkanı göndərməsini və gözləməsini demiş, Təqsirləndirilən şəxs olduğu məkanı göndərmiş, 15:30-da isə yenidən audio səs göndərərək kənar dairəvi yolda yerləşən “Qazax-Astara” plakatanın altındakı restoranın yanında olduğunu demişdir. Həmin vaxt qaynı Şahid3 bu barədə məlumat vermiş, yaxında yaşadığı üçün onu gəlib avtomobillə götürməsini və bir yerə getmələrini xahiş etmişdir. Şahid3 bundan sonra özünə məxsus “Hyundai Sonata” markalı **-LN-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə gəlib onu götürmüş, yolda olduğu zaman saat 15:50-də Mustafa yenidən “WhatsApp” sosial şəbəkəsinə zəng vurmuş, harada olduğunu soruşmuş, o isə az qaldığını və çatdığını demişdir. Bundan başqa telefon danışıqlarında Mustafa belə yaşamaqdan bezdiyini, özü ilə bir yerdə qızı da öldürəcəyini demişdir. Təxminən saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol “Gözət təpə” restoranından bir qədər arxada Mustafanın içərisində olduğu ağ rəngli, “Cherry” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı, sedan tipli avtomobilin yanına çatmış, avtomobili Mustafanın idarə etdiyini, qabaq sağ oturacaqda heç kəsin əyləşmədiyini görmüşdür. Avtomobildən düşən zaman əmisi oğlu Təqsirləndirilən şəxs “Cherry” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili birdən-birə sürətlə yerindən götürdüyünü, başını sükana yaxınlaşdırıb sürəti artırdığını görmüşdür. Təqsirləndirilən şəxs avtomobillə onların yanından keçmiş, “Gözət təpə” restoranını da ötüb dərhal sükanı tam sağa döndərib sürəti azaltmadan dərəyə tərəf istiqamətlənmiş və dərədən həmin sürətlə aşağı düşmüşdür. Avtomobilin sürəti 30-50 km/saat arası olmuşdur. O, Ziya ilə birlikdə avtomobili irəli sürmüş və hadisənin baş verdiyi yerdən aşağı baxmış, avtomobildən enərək dərədən piyada aşağı düşərkən orada qadın meyitinin olduğunu görmüş, avtomobilin içərisində isə ön oturacaqlar ikisi də qırılmış, Mustafa ön sürücü oturacağında sağa uzanıqlı vəziyyətdə olmuş, nəfəs ala bilmədiyini, ağrıdığını demişdir. Bir müddət sonra FHN, TTY əməkdaşları hadisə yerinə gəlmişlər (cild 1, iş vərəqə 90-95). Şahid2 elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, “WhatsApp” mobil tətbiqindəki yazışmalar o və Mustafanın arasında olmuşdur. Hadisə yerində avtomobildə olan ikinci şəxsin Günay adlı şəxsin olduğunu bilmişdir. İbtidai istintaq dövründəki ifadəsini təsdiq edir. Mustafanın əvvəllər avtomobil oğurluğu ilə məhkum olunmasını eşitmişdir. Mustafa avtomobil oğurluğu zamanı bıçaqdan istifadə etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir (cild 1, iş vərəqə 108-111). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, iyulun 2-si gecə vaxtı anası evə ağlaya-ağlaya gəlmiş, ondan nə olduğunu soruşduqda Mustafanın Qəbələdə gəzinti zamanı xərclədiyi 3000 manat pulu ondan geri istədiyini demişdir. Anası isə pulu vermək istəməmiş, Mustafa isə qapının ağzına gələcəyini demişdir.Gecə saat 1-2 radələrində Mustafa evlərinə gəlmiş, o isə gec olduğunu və anası ilə sabah gəlib danışmasını bildirmişdir. Səhərisi günü Mustafa onları narahat etməyə başlamışdır. Anasına əgər evdən çıxmasa “bacına hər şeyi deyəcəm” demişdir. Anası ona Mustafanın onu öldürəcəyini bildirmiş, onunla gəlməsini xahiş etmişdir. Onlar günorta vaxtı saat 1 radələrində evdən çıxıb maşına əyləşmişlər. Anası ürək xəstəliklərindən əziyyət çəkdiyinə görə Mustafa sükan arxasına keçərkən narahat olmuşdur. Mustafa maşını saxlayaraq iş yerindən 30 manat pul götürüb dərman almış və marketdən su alıb geri qayıtmışdır. Mustafa anasına dərman vermiş və maşınla dövrə vurmağa başlamışdır. Anası qışqırmış, Mustafa isə onları getdikləri ünvana apardığını demişdir. Mustafaya “102” çağrı mərkəzinə zəng edəcəyimi demiş, o isə sonuncunun “102” çağır mərkəzinə zəng edəcəyi təqdirdə avtomobili divara vuracağını bildirmişdir. Uzun müddət maşını saxlamasını tələb etdikdən sonra o, maşını məhlədə evin qarşısında saxlamış, ona maşından düşməyini və anası ilə tək danışmaq istədiyini demişdir. O, avtomildən enərək hərəkət etməsinə mane olmaq üçün qarşısına keçmiş, müəyyən zaman kəsiyindən sonra Mustafa onu aldadaraq anası ilə söhbətlərinin bitdiyini qeyd edərək avtomobilə əyləşə biləcəyini demiş, o avtomobilə oturmaq istəyərkən Mustafa maşının qapısını kilitləyərək avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Anası Mustafa onun kart hesablarına baxa bilməsin deyə telefonunu ona vermişdir. O, dəfələrlə zəng etsə də zənginə cavab verilməmişdir.Anası 1 saat sonra zəng edib yanacaq doldurma məntəqəsində olduqlarını, 10 dəqiqəyə gələcəyini demişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, təqsirləndirilən şəxsi anasının dostu kimi tanımışdır. Anasının bu şəxslə münasibətinin olduğunu ondan başqa heç kim bilməmişdir. Qəbələ şəhərinə üçü bir yerdə gəzintiyə getmişlər, orada bağ evində üçü birlikdə qalmışlar.Təqsirləndirilən şəxs onların evində yaşamamışdır. Bir dəfə Mustafa anasına şiddət göstərmişdir, çünki anasının üzündə kəsik izi olduğunu görmüşdür. Anasından ona nə olduğunu soruşmuş, ancaq anası ona cavab verməmişdir. Ceyhun onun sürücüsü olmuşdur. Anası ilə Ceyhun arasında heç bir münasibət olmamışdır. Anası icazə vermədiyi üçün xalasına və digər qohumlarına Mustafanın anasına göstərdiyi şiddət və şantaj barəsində məlumat verməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təximən 2021-ci ildən tanımış, belə ki, taksi fəaliyyəti ilə məşğul olan zaman Zərərçəkmiş şəxs taksi sifariş etmiş və sifarişə getmişdir. Yolda Zərərçəkmiş şəxs ilə söhbət etmiş, söhbət zamanı ona sürücü lazım olduğunu və işləmək istəyibistəmədiyimi soruşduqda, 350 manat əmək haqqı müqabilində işləyə biləcəyini demişdir. Beləliklə 350 manat əmək haqqının qarşılığında ailə sürücüsü olacağı barədə razılaşmış, sonra sürücü kimi işə başlamış, işlədiyi müddət ərzində Zərərçəkmiş şəxs ilə yaxın dost münasibəti yaranmış, lakin, aralarında sevgi və ya cinsi münasibət olmamışdır. Həmin vaxtı Günay özünü subay kimi təqdim etmişdir. İlk əvvəllər Zərərçəkmiş şəxs yaşadığı evdə oğlu Nicatdan başqa bir nəfər orta yaşlarda kişi olduğunu görmüş, həmin şəxsi Günay atası kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs özünə maşın aldıqdan sonra ona ehtiyac olmadığını bildirmiş və onlar sağollaşmışlar. Sonradan bir neçə dəfə Zərərçəkmiş şəxs ilə zəngləşərək yaxın dost kimi hal-əhval tutmuş və söhbət etmişdir. Təxminən 2024cü ilin iyun ayında səhər saatlarında ona tanımadığı nömrədən zəng gəlmiş, həmin zəngi açan zaman telefonda özünü Mustafa kimi təqdim edən şəxs Günayın qohumu olduğunu, ondan kim olduğunu və Günayın telefonunda niyə onun nömrəsi olduğunu soruşmuşdur. Günayın keçmiş ailəvi sürücüsü olduğunuu, hətta bacısı Pərvanənin də onu tanıdığını demiş, bir neçə gün sonra Günayın bacısı Pərvanə zəng vurub Zərərçəkmiş şəxs rəhmətə getdiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs yas mərasimlərində iştirak etmişdir (cild 2, iş vərəqə 239-244). Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təximinən 3 ay əvvəldən tanımış, Günay sahibi olduğu mağazaya müraciət etmiş və modern, internetli təhlükəsizlik kamerası və rooter almışdır. O, əvvəllər aldığı məhsulların pulunu nağd vermiş, mağazanın daimi müştərisi olduqdan sonra kreditlə iki ədəd rooter və internetli təhlükəsizlik kamerasını mağazadan əldə etmişdir. Zərərçəkmiş şəxs məhsulların kredit ödənişlərini ilk aylar ödəmiş, təxminən 2024-cü ilin iyun ayından Ödənişləri etməyi dayandırmışdır. Günay borcu ödəmədiyi üçün özü 140 manat ödəyərək borcu bağlamış, təqribən 2024-cü ilin iyun ayının ortalarından sonra onlar danışmamışlar. "xxxx" MMC-dən daxil olmuş “CD” diskdə qeyd edilən xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs “Salam necesen Günay nevar neyox Günay senin fıkrinde nedi 3 ay keçib ureyim menimde vereceylerim var axi az azda odemirsen verende dedin axi 1 aya belkede hell eledim sen onu Verersen Seymura menim banklarimin vaxi catir odesin men biraz gec gelecem demisem Senle elaqe saxlasin yigdim acmadin kitaylarnan goruse gelmisem vallah az olsa senin qara qasina gozune qurban olsun 1200 az deyil axi axirinci 400 iscinin kartinan atmisam hele qaytarmamisam odautanir” mesaj yazmaqda isə səbəb Günayın borcunun ödənilməsi ilə bağlı olmuşdur (cild 2, iş vərəqə 245-249). Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2009-cu ildə evlənmiş, evliliklərindən Nicat adlı oğlu anadan olmuşdur. Fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Günay isə Bakı Sağlamlıq Mərkəzində böyük tibb bacısı işləmişdir. Təxminən 2023-cü ilin iyun ayında işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, Günay və oğlu Nicat Bakıda qalmışlar. Təxminən 2023-cü ilin dekabr ayında 1 həftəlik Bakı şəhərinə gəlmiş, ailəsi ilə vaxt keçirmiş və Moskva şəhərinə qayıtmışdır. Moskvada olduğu vaxt ərzində daimi olaraq telefonla danışmış və ailəsi üçün lazımı hər şeyi etmişdir. xx.xx.2024-cü il tarixdə bacanağı Həsrət Əliyev ona zəng vurmuş, Günayın avtoqəza keçirdiyini və vəfat etdiyini demişdir. Dərhal təyyarə ilə Azərbaycana qayıtmış, Günayın avtoqəzada yox, sevgilisi Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü bilmişdir (cild 1, iş vərəqə 126-130). Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmuş, amnistiya aktı ilə vaxtından əvvəl cəzadan azad olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində işdə olan zaman Mustafa ona zəng vurmuş, lakin, telefonu kənara qoyduğu üçün zəngi eşitməmişdir. Bir müddət sonra telefona baxanda Mustafanın zəngini görmüş və dərhal geri zəng vurmuş, lakin, sonuncu telefonu açmamışdır. Həmin gün evdə olan vaxt saat 21 radələrində qaynı Fizuli baş vermiş hadisə barədə ona məlumat vermiş, qaynı X3 Nəcəfovun Mustafanın səslərini və mesajlarına qulaq asdırdıqdan sonra oğlunun özünü və münasibətdə olduğu Zərərçəkmiş şəxs adlı xanımı öldürmək üçün idarə etdiyi avtomobili dərədən qəsdən aşağı sürdüyünü öyrənmişdir. O Zərərçəkmiş şəxsm tanımamışdır (cild 1, iş vərəqə 151-154). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquq varisi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 03 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, X10 kənarıdır. Hadisə yeri magistral yoldan torpaq hissəyə keçən ərazidir, ətrafda kiçik daşlar vardır. Hündürlükdən təxminən 200 metr aşağıda ağ rəngli maşının dağılmış və qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerində olan izlərə baxdıqda həmin avtomobilin asfalt yola bitişik olan torpaq hissəyə keçərək təxminən 100 metr irəliləyərək dərədən aşağı düşdüyü aşkar edilmişdir. Dərədə olan avtomobilin ağ rəngli, “Chery Arrizo 7” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı olduğu müəyyən edilmiş və avtomobil qəzalı vəziyyətdə olmuşdur. Avtomobilin yanında qayanın arasında Zərərçəkmiş şəxs meyiti, həmin meyitin bədən və baş hissəsində xəsarətə bənzər izlər, ətrafda qana bənzər ləkələr aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 3-22). 03 iyul 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur:Başın alın-təpə nahiyəsində geniş sahədə kənarları qeyri-hamar yara,alının ön səthinin mərkəzi hissəsində 4,5x1,3 sm ölçüdə,alının sol yarısında 7,0x1,0 sm ölçüdə,sol gicgah nahiyəsində 5,0x0,8 sm ölçüdə,sifətin sol yarısında 8,0x4,0 sm ölçüdə,qırmızımtıl rəngdə,qeyri-müəyyən formalı sıyrıqları,sol gözün bayır buçağı nahiyəsi 3,0x1,8sm sahədə şişkindir,bu şişkinlik fonunda 2,0x1,5 sm ölçüdə,göyümtül rəngdə,qeyri-müəyyən formalı qançır,burunun orta hissəsinin arxa səthində 2,0x0,6 m ölçüdə,qırmızımtıl rəngdə sıyrıq,aşağı çənənin ön səthində bir qədər solda boylama istiqamətdə 2,8x0,4 sm ölçüdə,qırmızımtıl rəngdə sıyrıq,döş qəfəsinin ön səthinin yuxarı hissəsində,döş sümüyü nahiyəsində,qarın nahiyəsində,döş qəfəsinin arxa səthində,bel nahiyəsinin hər iki yarısında çoxlu sayda müxtəlif ölçülü qırmızımtıl rəngdə sıyrıqlar,sol döş vəzisinin ön-bayır səthində 8,0x6,0 sm ölçüdə,göyümtül rəngdə fasiləli qançır,sol bazunun yuxarı 1/3-nin bayır səthində 7,0x5,5 sm ölçüdə,yaşılımtıl çalarlı,bozumtul-göy rəngdə qançır,sol bazunun orta-aşağı 1/3-ön səthində 3,0x1,0 sm ölçüdə,bozumtul göy rəngdə,qeyrimüəyyən formalı qançır,sağ saidin aşağı 1/3-nin içər səthində 6,0x4,0 sm və 5,5x3,5 sm ölçülərdə,yaşılımtıl çalarlı,bozumtul-göy rəngdə,qeyri-müəyyən formalı 2(iki) ədəd qançır,sol saidin orta 1/3-nin ön-bayır səthində 2,5x1,5 sm ölçüdə,tünd göyümtül rəngdı qeyri-müəyyən formalı qançır,sol saidin aşağı 1/3-nin arxa səthini və sol əlin əldarağı nahiyəsinin arxa səthini əhatə edən geniş sahədə kənarları didilmiş yara,sol sağının aşağı-bayır kvadrantında çəp istiqamətdə 8,5x1, 5 sm ölçüdə, qırmızımtıl rəngdə,zolaqşəkilli sıyrıq,sağ budun orta və aşağı 1/3-nin ön səthində 18,0x9,5 sm sahədə köndələn istiqamətdə,qırmızımtıl rəngdə fasiləli sıyrıq,sağ baldırın yuxarı 1/3-nin ön səthində 2,7x0,6 sm ölçüdə,bozumtul-göy rəngdə,qeyri-müəyyən formalı qançır,sağ ayağın 2-ci ayaqdarağı nahiyəsinin arxa səthində 2,5x1,3 sm ölçüdə,bu ayağın 3-cü barmağının asas-oit jalanqa oynağının arxa səthində 1,0x0,8 sm ölçüdə,qırmızımtıl rəngdə,qeyri-moyen bemalt siy sol budun sıyrıq aşağı 1/3-nin ön səthində 3,01,2 sm ölçüdə,qırmızmtıl rəngdə,qeyri-muoven formalı,fasiləli sıyrıq,sağ baldırın orta 1/3-nin bayır səthində 2,5x1,3 sm ölçüdə sol ayağın 1-ci ayaqdarağı nahiyəsinin arxa səthində 1,5x0,3 sm,0,7x0,2 sm və 1,0x0,2 sm ölçülərdə,qırmızımtıl rəngdə,qeyri-müəyyən formalı sıyrıqlar. Meyitin xarici müayinəsi zamanı bədəni üzərində başqa xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqə 24-44). 05 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus +99***-***-**-** GSM mobil nömrə ilə X2 məxsus +99***-***- **-** GSM mobil nömrə ilə arasında xx.xx.2024-cü il tarixdə saat 15:11 radələrində “Qardaşım Sebuhi ilk sene yazdımki hemişe mene qardaş olmusan deye bu son yazımdı sene heyatdan problemlerden yoruldum ağır gelir heyat mene onunçün senen xaişinı nolar özünü qoru xesteliyin senin elindedi Öprem seni sen menim doğma olmasaqda doğma qardaşdanda artıqsan mene yadva gelir atmışdme qardaşını birgün bacaracı men bacarmadım qardaşım son”, digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “Anam sene laiq oğul olmadım özm özmnen utanmışamki men boyda oğul dura dura menm anam hergün o vezyetde işe gedir zülüm çekir Anam sene qurbanolum çox ezab ezyet vermişem sene haqıvı halal et evi nolr emirin adma keçir bakıda evleri olsun o uşaqlara laiq dayı olmadım herşeyçün sağol Anam senen xaişim dikdur” qeyd edilmiş və sonda iki bitişik formada olan smaylik vardır. Digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “Bacım sen menom başımın tacısan sene laiqli qardaş olamadım herkesin qardaşıkimi seninçün övladlarınçün nese edemedim ama sen herzaman mene en gözel bacı oldun haqıvı Halal et canım bacım Anamız sene emanetdi qoyma üzülsün sağol gözümün nuru” qeyd edilmişdir. Digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “Zaur Abi sen ço yaxcı qardaşsan yaxcıki seninkimi namuslu ailecanlı bacımın ailesi var senen xaişim anama sahib çıx yanında olun tek olmasın herşeyçün sağol” qeyd edilmişdir. Digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “Hacı necesen 2 il olarki menen küsen ama bilki sen menim Ata evezim olmusan ıııen herzaman senle fexr etmişemki menim bucür gözel emim var deye haqıvı halal et Allah sene şefa versin sen mene çox arxa dayaq olmusan Anamı tek qoymayın nolar” qeyd edilmişdir. Digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “FİZULİ EMİM HERZAMAN MENE ARXA OLDUN SEN HEÇVAX NE OLSADA AĞSAQALİM OLARAQ MENİ SEN ATMADİN ÇOX SAĞOL HERŞEYÇÜN” qeyd edilmişdir. Digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “Nermine emcanım seni emicanı yox özrne ana bilmişem hemişe senin mene gösterdiyin diqeti qayğını ana eder ancaq övladıçün haqıvı halal et böyük Anam menim sene Mama Ananı ernanet etmişdi indide men Emanet edrem nolar Anamı tek qoymayın men çox ezab yaşatmışam Anama Ama yoruldum uje yaşaya bilmirem haqıvı Halal et Canım Emcanım” qeyd edilmişdir. Digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “Nergiz Toma menim gözel bacılarım mene herzaman Arxa dayaq olduz bacılıq etdiz mene yaxcıki menim sizinkimi gözel bacılarım var Anam size emanetdi bacılarım” qeyd edilmişdir. Digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “Sebuhi qardaşım bunların hamısını yazdıqlarma at haqıvı halal et” qeyd edilmişdir. Digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “Sanki bu gözel dünyaya. Ezab çekmekçün geldim NE ETDİMSE BACARMADİM HERKES KİMİ DİK DURMAĞİ AMA BİR ŞEYİ BACARDİM BUGÜN BU EZABİ SİZE YAŞATMAĞİ HAQİVİZİ HALAL EDİN SAĞOLUN HERŞEYÇÜN” qeyd edilmişdir. Digər xx.xx.2024-cü il tarixli, saat 15:11 radələrində olan mesajda “Son” qeyd edilmişdir. Bütün mesajlar Təqsirləndirilən şəxs məxsus +99***-***-**-** GSM nömrə ilə yazılmışdır. CD diskin yaddaşında olan audio səs yazıları baxış zamanı, xx.xx.2024-cü il tarixli, saat 15:12 radələrində Təqsirləndirilən şəxs məxsus +99***-***-**-** GSM nömrədən Şahid2 məxsus +99***-***-**-** GSM nömrədəyə göndərilmiş birinci audio səs yazıda kənardan qadın qışqırıq səslər gəlmiş Təqsirləndirilən şəxs “abi bu səs yazıdan sonra bunu da, özümü də öldürəcəm, mən bezdim. Günay sən yaşamalı deyilsən öldürəcəm səni bəsdi day” demiş, Zərərçəkmiş şəxs isə “eləmə, yalvarırma öldürmə məni, balama keç nolar, öldürmə məni” demişdir. xx.xx.2024-cü il tarixli, saat 15:12 radələrində Təqsirləndirilən şəxs məxsus +99***-***-**-** GSM nömrədən Şahid2 məxsus +99470- ***- **-** GSM nömrədəyə göndərilmiş ikinci audio səs yazıda Təqsirləndirilən şəxs “Günay mən sənə dedim ki, mənim əsəbimi pozma, sakit qal, ağıllı ol, sən indi guya ağıllısan, sən balavı fikirləş, mən sənə demişdim ki, mənim əsəbim pozulanda heç kim gözümə görünmür” demiş, Zərərçəkmiş şəxs isə “eləmə, yalvarırma öldürmə məni, balama keç, ayağının altında qalım, eləmə belə” demişdir. xx.xx.2024-cü il tarixli, saat 15:20- 15:23 radələrində Şahid2 məxsus +99***-***-**-** GSM nömrədən Təqsirləndirilən şəxs məxsus +99***-***-**-** GSM nömrəyə “abi ac telefonu, men olum ac, mene bir balaca jlqardas kimi horme, sen menim caııiim gel bura, Sene and verirem usaglarin canina, gel yada yerivi de men gelim ora, danisag sor ne isdiyirsen ele, sen menisin cani hecne eleme gelirem” mesajlar göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 15:30-da Təqsirləndirilən şəxs məxsus +99***-***-**-** GSM nömrədən Şahid2 məxsus +99***-***-**-** GSM nömrədəyə göndərilmiş birinci audio səs yazıda Təqsirləndirilən şəxs “Qazax-Astara plakatının altındakı restoranın yanındayam gəl bura” qeyd edilmişdir (cild 1, iş vərəqə 101-107). 07 iyul 2024-cü il tarixli hadisənin qeydə alınmış videogörüntüsünə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yoldan Lökbatan qəsəbəsi istiqamətində yolun ən sağ istiqamətində hərəkətdə olan ağ rəngli, dövlət qeydiyyat nişanı görünməyən sedan tipli avtomobil orta sürətlə hərəkət etdiyi zaman anidən sağa dönərək torpaq yola çıxmış, dayanmayaraq irəliləmiş və maşın həmin torpaq yoldan üzü aşağı düşmüşdür (cild 1, iş vərəqə 122-123). 22 iyul 2024-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qovluğun yaddaşında olan +**********77 saylı mobil nömrəsinə məxsus xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan sms tarixçəsi olan sənədlər aşkar edilmişdir. **********77 saylı mobil nömrəsinə məxsus xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan sms tarixçəsinə baxış keçirilən zaman həmin nömrədən +**********73 saylı mobil nömrəyə xx/xx/2024,03:40:45 tarixdə “Ömrüm internetib bağlanıb yığmışdım adboy olub yatıbsan gülüm ömrüm”, həmin gün saat 07:18:30-də “Adboy niye etdinki”, həmin gün saat 07:28:07-də “Bu ne hereketdi he edrsen niye üzüme adboy edrsen he heçne yat haçan oyanarsan isteyersen gederik istemezsende öz işin Özn deyrsen 7den durumki işlerimi görm çıxaq indi söz deyrem deyrsen esebleşrem adboy edecem sora adboy gedr yığram adboy edrsen yat neise sakit qal n oyanarsan isteyersen gederik istemezsende öz işin özn deyrsen 7 d” qeyd olunmuşdur. xx/xx/2024, 09:34:28 tarixdə Təqsirləndirilən şəxs məxsus +**********77 saylı mobil nömrədən Zərərçəkmiş şəxs məxsus +**********73 saylı mobil nömrəyə “Günay oyaqsan sen internetvi bağlamısan blok etmisen bilmirem meni ki bu hala saldın sen heçneda çox sağol hörmetinçün mehledeyem geden deyilem oturub 2 miz danışmalıyıq ancaq danışacıq 2 de fisyo ki bu hala saldın sen heçneda çox sağol hörmetinçün mehledeyem gede” sms göndərilmişdir (cild 2, iş vərəqə 10-11). 30 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülər protokola əlavə olunmuşdur (cild 2, iş vərəqə 105-108). 06 avqust 2024-cü il tarixli məhkəmə kompüter texniki-ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A54” markalı mobil smartfon hal-hazırda tədqiqat aparılması üçün işlək vəziyyətdə olmamış, təyinatı üzrə istifadəyə yararlı olmamış, şifrənin açılması, mobil telefona giriş edilməsi mümkün olmamış, mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır (cild 2, iş vərəqə 155-157). 24 iyul 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı hər iki ağciyərin kökünün cırılmaları, qabırğaların çoxsaylı sınıqları, döş sümüyünün sınığı, yumşaq beyin qişası altına məhdud sahədə qansızma, alın-təpə nahiyəsinin əzilmiş yarası, alının, sol gicgah nahiyəsinin, sifətin sol yarısının sıyrıqları, sol gözün bayır bucağının şişkinliyi və qançırı, burunun, sol aşağı çənənin, döş qəfəsinin ön səthinin, döş sümüyü nahiyəsinin, qarının, döş qəfəsini aşağı səthinin, bel nahiyəsinin sıyrıqları, sol döş vəzisinin qançırı, hər iki bazunun və sağ saidin sıyrıqları, sol saidin qançırı, sol saidin aşağı 1/3-nin arxa səthini və sol əlin əldarağı nahiyəsinin arxa səthini əhatə edən əzilmiş yarası, sol sağrının və sağ budun sıyrıqları, sağ ayağın 2-ci ayaqdarağı nahiyəsinin, 3-cü barmağının əsas-orta falanqa oynağının, sol budun, sağ baldırın və sol ayağın 1-ci ayaqdarağı nahiyəsinin sıyrıqları həyatidirlər, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə, hər iki ağciyərin kökünün cırılmaları ilə müşayiət olunan qabırğaların çoxsaylı və döş sümüyünün sınıqları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. Yumşaq beyin qişası altına məhdud sahədə qansızma ilə müşayiət olunan alın-təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, alın-təpə nahiyəsinin əzilmiş yarası, alının, sol gicgah nahiyəsinin, sifətin sol yarısının sıyrıqları, sol gözün bayır bucağının şişkinliyi və qançırı, burunun, sol aşağı çənənin, döş qəfəsinin ön səthinin, döş sümüyü nahiyəsinin, qarının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsinin sıyrıqları, sol döş vəzisinin qançırı, hər iki bazunun və sağ saidin sıyrıqları, sol saidin qançırı, sol saidin aşağı 1/3-nin arxa səthini və sol əlin əldarağı nahiyəsinin arxa səthini əhatə edən əzilmiş yarası, sol sağrının və sağ budun sıyrıqları, sağ ayağın 2-ci ayaqdarağı nahiyəsinin, 3-cü barmağının əsas-orta falanqa oynağının, sol budun, sağ baldırın və sol ayağın 1-ci ayaqdarağı nahiyəsinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Hər iki bazunun, sağ saidin və sağ baldırın qançırları həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti müayinədən təqribən 4-5 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, ölümün baş vermə səbəbi ilə əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ölümünə səbəb - hər iki ağciyərin kökünün cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinə olunduğu vaxtdan təqribən 8-12 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs hamiləlik aşkar olunmamışdır. Zərərçəkmiş şəxs meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddələr aşkar edilməmişdir (cild 2, iş vərəqə 160-166). 16 avqust 2024-cü il tarixli kompleks məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus koftanın və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərindəki zədələr hər hansı bərk predmetlə kontaktda olması, ilişməsi, sürtünməsi nəticəsində yaranması istisna edilmir. Eyni zamanda qeyd olunan zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni avtomobil qəzası zamanı yarana bilər. Təqdim edilmiş digər geyim əşyaları üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir (cild 2, iş vərəqə 168-170). 16 avqust 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hemopnevmotoraksla müşayiət olunan qabırğaların ikitərəfli çoxsaylı sınıqları, sağ bazu sümüyü başının və boynunun qapalı qəlpəli sınığı, sinir sıxılması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sürücüsü olduğu avtomaşının salonunda yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (cild 2, iş vərəqə 172-175). 16 avqust 2024-cü il tarixli lifli materialların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs liqar oğluna məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş bozumtul göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 2, iş vərəqə 177-181). 28 avqust 2024-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olumuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qovluğun yaddaşında olan Zərərçəkmiş şəxs məxsus +**********3 saylı mobil nömrəsinə məxsus xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan sms tarixçəsi olan sənədlər aşkar edilmişdir. +**********3 saylı mobil nömrəsinə məxsus xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan sms tarixçəsinə baxış keçirilən zaman həmin nömrəyə xx.xx.2023-cü il tarixdə +**********95 saylı mobil nömrədən “Mene zeng ele günay ne olur olsun mene yig” mesajı göndərilmişdir. Həmin nömrəyə +**********04 saylı mobil nömədən xx.xx.2024-cü il tarixdə “Heyatim salam zeng ele nomremi roming eledim, Hardasan sen omrum, Yatmisan deyesen, Yatmisansa hec mende ximyami eletdirdim uzanmiwam, Yani roming eledim deye iatedim xeberin olsun sen ya hele iwdesen yada yatmisan bilmirem ureyim gec gorsen zeng elesen goture bilmesem bilki yatmiwam, Zengde vurdum acmadi. Yeqin qizlarla oturmusan ona gore acmirsan bilmirem, Demiwdin nomreni roming ele eledim” mesajı göndərilmişdir. Həmin nömrəyə xx.xx.2024-cü il tarixdə +**********18 saylı mobil nömrədən “Menim sim nomremi blokdan cixart 5555 i. Sozum var soz sorusacam Mezelenirsen acda blokdan seni gozleyirem axi” eyni nömrədən xx.xx.2024-cü il tarixdə “Açda qurbanolum aç yada yaz niye bele edesen axı Günay”, eyni nömrədən xx.xx.2024cü il tarixdə “Niye blok etmisenki vaçapdan he yazma cehenemol deye bilerdinda qurbanolum acılmaq istemrem deyemde anlamalıydım blok edeceyivi oldu, Telfonu söndürüb cehenemoluram arxayn ol bezdirmetecem birde”,eyni nömrədən xx.xx.2024-cü il tarixdə “Ömrüm vaçapn niye 1 xetdi açmırsan zengide”, eyni nömrədən xx.xx.2024-cü il tarixdə “Amart marketin yanındayam gözleyrem gel iki medeni insankimi danışaq seora nece istesen ele edek yaxcı gözleyrem, Qurbanolum 1 kelme yaz açda gözleyrem gel danışaq ömrüm, Nicata sumka göndermişem denen götrsün mehlededi, qapıdadı denen nicata sumkanı götrsün ömrüm, Özne yaxcı bax sağol hörmetinçün, Sene neynemişdim he bu ezabı yaşatdın mene”, eyni nömrədən xx.xx.2024-cü il tarixdə “Qurbanolum niye bele edrsen söz danışdıq axı dedinki söz vallah çatm yığram 1 satdı üve getmedin sen Çek qrağa hardasansa gelim aparm ele sürme ömrüm” qeyd olunmuşdur. Həmin nömrəyə +**********17 saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə “Salam necesen Günay nevar neyox Günay senin fikrinde nedi 3 ay keçib ureyim menimde vereceylerim var axi az azda odemirsen verende dedin axi 1 aya belked e hell eledim sen onu Verersen Seymura menim banklarimin vaxi catir odesin men biraz gec gelecem demisem Senle elaqe saxlasin yigdim acmadin kitaylarnan goruse gelmisem vallah az olsa senin qara qasina gozune qurban olsun 1200 az deyil axi axirinci 400 iscinin kartinan atmisam hele qaytarmamisam odautani” mesajı göndərilmişdir. Həmin nömrəyə +**********85 saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə “Qurbanolum etmede bele niye açmırsan axı nece edim gelib girdi otağ a nedeyim qovalayım sesi bağlamramki açıqdı sesde eşidirsen nauşnik qulaımdadı nolarki eleme bele”, eyni nömrədən xx.xx.2024-cü il tarixdə “Esebden ölürem niye bele edrsen açdaaaa”, eyni nömrədən xx.xx.2024-cü il tarixdə “Günay hardasan sən mən bjlercerideyem hardasan sən mənə zəng ed kimlə danışırsan bu qədər, Aç qalsn sesimi bağlayın, Dedin evden çıxb yıöacam axı ömrüm bele etme qurbanolum”, eyni nömrədən 17.06,2024-cü il tarixdə “15 deq kimle danışırsanki ömrüm danış yığ gözleyrem , ürəyim partladı burada, yoldasan niyə açmırsan, Çat bacıgile yığ narahatam niye açmırsan anlamıramda bu nexesyetdu” , eyni nömrədən xx.xx.2024-cü il tarixdə “Bu ne hereketdi he edrsen niye üzüme adboy edrsen he heçne yat haçan oyanarsan isteyersen gederik istemezsende öz işin özn deyrsen 7 d en durumki işlerimi görnı çıxaq indi söz deyrem deyrsen esebleşrem adboy edecem sora adboy gedr yığram adboy edrsen yat neise sakit qal” mesajı göndərilmişdir. Həmin nömrəyə +**********73 saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə “GÜNAY meni watsappdan blokdan cixard sene bir sey atacam ve SENLE İSİM OLMAYACAQ CİXARD GÜNAY” mesajı göndərilmişdir (cild 2, iş vərəqə 214- 215). 30 avqust 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Cherry” markalı avtomobil güclü dinamiki zərbə nəticəsində deformasiya olunmuş, mühərriki üzərindən çıxmış, şüşələri sınmış, təhlükəsizlik şarları açılmışdır. Avtomobilin baş tormoz silindirinin tormoz mayesinin qabına baxış zamanı həmin qabda mayenin normal miqdarda olduğu müəyyən edilmişdir. Avtomobilin baş tormoz sistemindən təkərlərə gedən tormoz borularında hər hansı partlama, cırılma və ya kəsilmə əlamətləri aşkar edilməmişdir. Avtomobil təkərləri zərbə nəticəsində partlamış vəziyyətdə olması müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokoZla əlavə edilmişdir (cild 2, iş vərəq 228-233). 05 avqust 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə saat 16-17 radələrində cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisə vaxtı emosional reaksiya keçmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmamış, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədan zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, iş üçün vacib olan halları düzgün dərk etmək və ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir, psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi və hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. O, qıcığa qarşı tez reaksiya vermək, emosionallıq, iradi cəhətdən zəiflik, çətin situasiyalardan çıxış yolu tapa bilməmək, neqativ amillərin təsirinə qarşı dözümsüzlük, hirslilik, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq, emosional reaksiyalara meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onda əqliintellektual imkanlarında gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəlki dövrdə maddi çətinliklərinin olması, onun psixi-emosional vəziyyətinə ümumən neqativ təsir göstərərək, əhval-ruhiyyənin enməsi, sıxıntı kimi hallar əmələ gətirmişdir (cild 2, iş vərəqə 235-238). 20 sentyabr 2024-cü il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd lifçik və qısaqol köynək, avtomobilin sol arxa oturacağından götürülmüş bir ədəd dəri material kəsiyi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı, “A” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Balfa/H/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu Təqsirləndirilən şəxs da(əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Bundan başqa, ekspertizaya təqdim edilmiş hadisə yerində bir ədəd pambıq topasına hopdurulmuş nümunə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı, “A” və “B” antigenləri və aqqlyutininlər isə alınmadı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər (cild 3, iş vərəq 15-22). 30 sentyabr 2024-cü il tarixli kompleks məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, baxışa təqdim olunmuş “Chery” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi istisna olmaqla avtomobilin dərədən aşması nəticəsində yararsız vəziyyətə düşdüyündən avtomobilin hadisədən əvvəl işlək vəziyyətdə olmasını və avtomobildə hər hansı texniki nasazlıq olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. “Chery” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dərədən aşdığından avtomobilin təkərlərinə baxış keçirilərkən təkərlərin zərbə nəticəsində partlamış vəziyyətdə olması müəyyən olunmuşdur. Yəni avtomobilin təkərlərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur (cild 3, iş vərəqə 32-35). 20 sentyabr 2024-cü il tarixli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ekspetizaya təqdim olunmuş 01 ədəd “ZYKLEN” markalı CD- R diskdə (2 saylı disk) olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur (cild 3, iş vərəqə 37-40). 07 noyabr 2024-cü il tarixli kompleks məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Chery Arrizo 7” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 10%-ni təşkil etmişdir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12.000 manat olmuş 2014-cü il buraxılışlı “Chery Arrizo 7” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 10.800 manat müəyyən edilmişdir (cild 3, iş vərəqə 69-71). 23 sentyabr 2024-ci il tarixli əlavə məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərlə ona məxsus koftanın üzərində olan zədələr uyğunluq təşkil edir və üst-üstə düşürlər (cild 3, iş vərəqə 73-74). 02 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X5 Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 140). 05 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 2, iş vərəqə 142). 02 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus məxsus çəhrayı rəngdə 01 (bir) ədəd çəhrayı rəngli məmədan, 01 (bir) ədəd çəhrayı rəngli alt paltarı tuman, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli şalvarı, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli cins şalvarı, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli alt paltarı tuman, 01 (bir) ədəd qara rəngli mayka, hadisə baş vermiş **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturacağından götürülmüş üzərində qana bənzər izlər olan 01 ədəd parça materialı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa oturacağından 01 ədəd parça materialı, hadisə yerindən hopdurularaq götürülən pambıq tamponu, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs 01 ədəd şpritslə pambığa batırılaraq götürülmüş qan nümunəsi və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A54” markalı mobil telefon maddi sübut kimi tanınmış, saxlanılması üçün rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, “Chery Arrizo 7” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Yasamal rayon X11 Şöbəsinin duracağında saxlanılması nəzərə alınmışdır (cild 3, iş vərəqə 169a-187). Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 3, iş vərəqə 157). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə, ağırlaşdırıcı hal kimi ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda isə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Ağırlaşdırıcı hal kimi xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Partlatmaqla, yandırmaqla və digər ümumi təhlükəli üsulla adam öldürmə özgə əmlakının məhv edilməsi ilə müşayiət olunarsa təqsirkarın əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı özgə əmlakının məhv edilməsinə görə məsuliyyət nəzərdə tutan CMnin 186 və 349-cu maddələri ilə də tövsif edilməlidir. Həmin qərarın 13-cü bəndində göstərilir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti olmaması, idarəetməni itirməsi səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində rəhmətə getməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.9-cu və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin hüquq varisi və şahidlərin ifadələri, 24 iyul 2024-cü il, 16 avqust 2024-cü il, 23 sentyabr 2024-cü il tarixli məhkəmə ekspertizası rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş hadisə yerinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, hadisə təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi kimi avtomobillərin hərəkətini dayandırmaq üçün “torpaq” yoldan avtomagistral yola çıxmaq istəyərkən sürüşməsi nəticəsində deyil, magistral yolda idarə edilən avtomobilin sonradan yoldan çıxarılaraq dərədən aşağı sürülməsi səbəbindən baş vermişdir. Digər tərəfdən təqsirləndirilən şəxsin istifadəsində olan +99***-***-**-** telefon nömrəsi vasitəsilə aparılan danışıqların məzmunundan görünür ki, hadisədən əvvəl təqsirləndirilən şəxs nəinki əmisi oğluna, özünə yaxın bildiyi digər şəxslərlə vidalaşma məzmunununda mesajlar yazmışdır ki, bu da onun zərərçəkmiş şəxsi qorxutmaq məqsədilə əmisi oğluna mesaj yazması barədə məhkəmədə verdiyi ifadələrini təkzib edir və avtomobili məhz həm özünün, həm də zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsi məqsədilə dərədən aşağı sürməklə sonuncunun niyyətinin əvvəldən qəsdən Zərərçəkmiş şəxs məxsus avtomobili ümumi təhlükəli üsulla qəsdən məhv edilməsinə, habelə sonuncunun yalvarışlarına baxmayaraq xüsusi amansızlıqla, avtomobilin qapılarını mərkəz kilid vasitəsilə bloklamaqla tərk etməsinə məhdudiyyətlər qoyaraq köməksiz vəziyyətə salmaqla sonuncunu ümumi təhlükəli üsulla (qəza törətməklə ) qəsdən həyatdan məhrum edilməsinə yönəlməsinə dəlalət edir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin qismən etiraf edici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekpertiza rəyləri ilə birgə müqayisə edərək, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.9-cu və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.9-cu maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində göstərilən cinayət əməli az ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.9-cu və 186.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivi əlamətinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən barəsində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək sonuncunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 185.3.3-cü maddələrinə tövsif edilərək ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 08 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən o, 17 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir (cild 2 iş vərəqə 136-139, cild 3, iş vərəqə 81- 91, 93-102 103-111 ). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğu onların cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən qəsdən ağır cinayət törədilməsinə görə məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən xüsusilə ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə xüsusilə təhlükəli residiv hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması, barəsində cinayətin xüsusilə təhlükəli residivi kimi cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.2.4-cü, 120.2.9-cu və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı şəxslər cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 248-252). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus məxsus çəhrayı rəngdə 01 (bir) ədəd çəhrayı rəngli məmədan, 01 (bir) ədəd çəhrayı rəngli alt paltarı tuman, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli şalvarı, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli cins şalvarı, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli alt paltarı tuman, 01 (bir) ədəd qara rəngli mayka, hadisə baş vermiş **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturacağından götürülmüş üzərində qana bənzər izlər olan 01 ədəd parça materialı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa oturacağından 01 ədəd parça materialı, hadisə yerindən hopdurularaq götürülən pambıq tamponu, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs 01 ədəd şpritslə pambığa batırılaraq götürülmüş qan nümunəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A54” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, Yasamal rayon X11 Şöbəsinin duracağında saxlanılan “Chery Arrizo 7” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 689 (altı yüz səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 3, iş vərəqə 220). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqları dövlət büdcəsi vəsaiti hesabına “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi “A.İ.M” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.9-cu və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.9-cu maddələri ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona həmin Məcəllənin 120.2.4-cü, 120.2.9-cu və 186.2.2-ci maddələri ilə təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar- Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus çəhrayı rəngdə 01 (bir) ədəd çəhrayı rəngli məmədan, 01 (bir) ədəd çəhrayı rəngli alt paltarı tuman, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli şalvarı, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli cins şalvarı, 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli alt paltarı tuman, 01 (bir) ədəd qara rəngli mayka, hadisə baş vermiş **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturacağından götürülmüş üzərində qana bənzər izlər olan 01 ədəd parça materialı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa oturacağından 01 ədəd parça materialı, hadisə yerindən hopdurularaq götürülən pambıq tamponu, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs 01 ədəd şpritslə pambığa batırılaraq götürülmüş qan nümunəsi məhv edilsin; - Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A54” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Yasamal rayon X11 Şöbəsinin duracağında saxlanılan “Chery Arrizo 7” markalı, **- LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. Təqsirləndirilən şəxs 689 (altı yüz səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi “A.İ.M” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar