Məhkəmə qərarları › İş №1(101)-864/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-864/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-864/2021 23.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1988-ci il dekabrın 27-də Cəlilabad rayonunun Məmmədrzalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməmiş, Cəlilabad rayonunun Məmmədrzalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı döngədəki nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.-ci və 234.4.3.-cü maddələrində; 1983-cü il iyunun 12-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımış, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımış, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2020-ci il iyulun 12-də istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,211 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 2020-ci il iyulun 14-də saat 20 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksində yerləşən «Çinar» adlı mağazanın yaxınlığında saxlanaraq idarənin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilib həmin narkotik vasitə bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülü halda əynindəki qara rəngli şalvarın sağ cibindən aşkar edilməklə götürülmüşdür. Bundan başqa, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2020-ci il avqustun 16-da saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının yanında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 6,015 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,578 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Neptun» hipermarketinin arxasına qədər daşımış, göstərilən tarixdə saat 23 radələrində qanunsuz olaraq kustar üsulla hazırlanan narkotik vasitədən külli miqdarda, yəni 2,303 qram təmiz çəkidə heroini və kustar üsulla hazırlanan psixotrop maddədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,900 qram təmiz çəkidə metamfetamini qeyd edilən ünvanda tanışı Təqsirləndirilən şəxs2 satmış, 2020-ci il avqustun 18-də saat 16:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanının qarşısında saxlanıb idarənin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd rəngli cins şalvarın sol yan və sağ yan ciblərinin hər birindən bir ədəd bükümdə cəmi 2,303 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin, habelə sol yan cibindən iki ədəd bükümdə cəmi 0,900 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüş, həmin tarixdə saat 19:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı-Quba yolunun Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən 8-ci kilometrliyində saxlanaraq idarənin inzibati binasına aparılıb orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən satışdan sonra özündə saxladığı əynindəki açıq göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd bükümdə külli miqdarda, yəni 3,712 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin, habelə sol yan cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,678 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 2020-ci il avqustun 16-da saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Neptun» hipermarketinin arxasında tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,303 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda, 0,900 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımış, 2020-ci il avqustun 18-də saat 16:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanının qarşısında saxlanaraq idarənin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd rəngli cins şalvarın sol yan və sağ yan ciblərinin hər birindən bir ədəd bükümdə cəmi 2,303 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin, habelə sol yan cibindən iki ədəd bükümdə cəmi 0,900 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olduğuna baxmayaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Saxlanan zaman üzərindən heç bir narkotik və ya digər qanunsuz əşya aşkarlanmamışdır. İstintaqdakı ifadələrini ona zor tətbiq olunması nəticəsində vermişdir. Narkoman olduğuna görə peşmandır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. İstintaqdakı ifadələrini təzyiq altında vermişdir. Narkoman olmasından peşmandır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 2020-ci il avqustun 18-də daxil olan məlumatı yoxlamaq üçün idarənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, göstərilən tarixdə saat 16:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanının qarşısında saxlanaraq idarənin inzibati binasına aparılıb orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya üzərində qeyri-qanuni əşya, qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya predmet varsa, təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən üç ədəd kiçik ölçüdə sellofan paketi, sağ yan cibindən isə bir ədəd sellofan bükümü çıxararaq içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirməklə təqdim etmişdir. Bundan sonra sonuncunun üzərində şəxsi axtarış keçirilməyə başlanaraq Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ yan cibindən 130 manat nağd pul, arxa sağ yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefon aparatı aşkar olunmuş, pul vəsaiti sonuncuya qaytarılmış, telefon cihazı isə iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi iki ədəd sellofan paketdən birində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, digərində və bir ədəd sellofan bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilib zərfə qoyulmaqla qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştiirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 özünün də narkotik aludəçisi olub üzərindən aşkarlanan maddələri Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdiyini və iki-üç ay əvvəl narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağa başladığını bildirmişdir. Daha sonra adı çəkilən şəxsin saxlanılması və qanunsuz fəaliyyətinin qarşısının alınması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu qeyd edilən tarixdə saat 19:30 radələrində Bakı-Quba magistralının Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən 8-ci kilometrliyində piyada yolunun kənarı ilə hərəkətdə olarkən saxlanmaqla idarənin inzibati binasına aparılmış və orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya üzərində qeyri-qanuni əşya, qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya predmet varsa, təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və sol arxa cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, telefon cihazı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf sellofan paketdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, bir ədəd qara rəngli sellofan bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilib zərfə qoyulmaqla qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanan maddələrin özünə məxsus olaraq şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, təxminən iki gün öncə Təqsirləndirilən şəxs2 satış məqsədi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin götürüb sonuncunun həmin maddələri satması müqabilində göstərilən şəxsə istifadəsi üçün narkotik vasitə heroin verdiyini, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı İsi adlı şəxsin vasitəsi ilə axırıncı dəfə Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərkən, şəxsi axtarış, baxış, götürmə prosesləri zamanı onlara qarşı heç bir zorakılıq və təsir göstərilməmiş, heç hansı qanunsuz hərəkətlər edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı və polis mayoru olmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsində müvafiq qaydada baş əməliyyat müvəkkili və əməliyyat müvəkkili işləmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, hadisə ərəfəsində polis leytenantı olaraq Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2020-ci il iyulun 14-də Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və bir qədər sonra Abşeron rayonunun Masazır kəndindəki «Qurtuluş-93» yaşayış kompleksində yerləşən «Çinar» adlı mağazanın yaxınlığında olacağı ilə əlaqədar daxil olan məlumatı yoxlamaq üçün o və baş əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, qeyd edilən tarixdə saat 20 radələrində həmin ünvana gedib gözləmişlər, bir azdan sonuncu həmin yerə gəlmişdir, onlar Təqsirləndirilən şəxs1 yaxınlaşmaqla özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncunu idarəyə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya üzərində qeyri-qanuni əşya, qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya predmet varsa, təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükümünü çıxarmaqla içərisində olan narkotik vasitə heroini 2020-ci il iyulun 12-də Abşeron rayonu, Masazır kəndində yerləşən «Zeytun» aptekinin yanından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 saxlanaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərkən, şəxsi axtarış, baxış, götürmə prosesləri vaxtı ona qarşı heç bir zor və təzyiq göstərilməmiş, heç bir qanunsuz hərəkətlər edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş polis mayoru olmaqla Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili işləmiş Şahid5 Şahid4 ilə analoji ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1la birlikdə tutulmuş, onları əvvəlcə sonuncunun evinə, daha sonra bölməyə aparmışlar. Dövlətin üzərindən qanunsuz heç nə aşkarlanmamışdır. Sonuncu narkotik maddədən istifadə etsə də satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma ərəfəsində, yəni 2020-ci il avqustun 18-də yazdıqları izahatlarda, 2020-ci il avqustun 20-də şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən törətdikləri əməlləri tam etiraf etsələr də Təqsirləndirilən şəxs1 2021-ci il fevralın 17-də təqsirləndirilən şəxs qismində dindirildiyi zaman özünü qismən təqsirli bilib narkotik vasitərin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkarlanan maddəni öz şəxsi istifadəsi üçün gəzdirdiyini, istintaqdakı ifadələrini ona zor tətbiq olunması nəticəsində verdiyini, Təqsirləndirilən şəxs2 2021-ci il fevralın 19da təqsirləndirilən şəxs qismində dindirildiyi vaxt özünü qismən təqsirli bilib özünün narkotik aludəçisi olsa da heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmadığını, istintaqdakı ifadələrini təzyiq altında verdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 37-38, 76-77, 95-97, 104-106, 113-115). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 18 avqust tarixli raportlardan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, Ə92-008-20 №-li əmrindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2020-ci il 26 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu idarənin binasına gətirilmiş, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 5-7, 10-11 və 239). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 18 avqust tarixli protokollardan görünür ki, Heydər Ağamoğlan oğlu və Abasov Təqsirləndirilən şəxs1 göstərilən tarixdə müvafiq qaydada saat 17:30-da və saat 20:45-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 25 və 57). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 18 avqust tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə etməklə barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı əşyanın olduğu halda təqdim edilməsi təklif edildikdə sonuncu əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən üç ədəd kiçik sellofan paketi, sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edib içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini, özünün də narkotik aludəçisini olduğunu, narkotik vasitələri satması müqabilində öz istifadəsi üçün əlavə narkotik əldə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanan 130 manat məbləğində pul özünə qaytarılmaqla «Samsung» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, sonuncunun təqdim etdiyi bükümlərdəki maddələr tərəzi ilə çəkilərək ağ rəngli kristal şəkilli paketlərin hər birinin 0,6 qram, qəhvəyi rəngli bükümlərdən birinin 0,8 qram, ikinisinin isə 1,9 qram olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 saxlanan zaman ona hər hansı zor tətbiq edilmədiyini bildirmişdir (1-ci cild, iş vərəqi 34-36). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 18 avqust tarixli raportlardan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, Ə93-008-20 №-li əmrindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 24 avqust tarixli qərarının surətindən görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs2 narkotik vasitələri və psixotrop maddələri Təqsirləndirilən şəxs1 alması barədə verdiyi məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradıldıqdan sonra sonuncu müəyyən edələrək idarənin binasına gətirilmiş, göstərilən qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 39, 41-42, 45-46 və 248-251). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 18 avqust tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə etməklə barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz hər hansı əşyanın olduğu halda təqdim edilməsi təklif edildikdə sonuncu əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini, sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, arxa sol cibindən bir ədəd qara rəngli sellofan bükümü təqdim edib içərisindəki narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və öz istifadəsi üçün əldə etdiyini, bundan başqa narkotik maddələrin satışı ilə məşğul olduğunu, təxminən iki gün əvvəl Təqsirləndirilən şəxs2 satış məqsədi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ötürərək sonuncunun qeyd edilən maddələri satması əvəzində həmin şəxsə istifadəsi üçün narkotik vasitə heroin verdiyini, narkotik maddələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı İsi adlı şəxsin vasitəsi ilə axırıncı dəfə Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisindən əldə etdiyini, narkotiklərin yerini sonuncunun ona «WhatsApp» proqramı ilə dediyini, saxlanan vaxt ona hər hansı zor tətbiq edilmədiyini bildirmişdir (1-ci cild, iş vərəqi 68-70). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 19 avqust tarixli 6/1618 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə» yazısı olan paketdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 2,303 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,900 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə» yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 3,712 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,678 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Təqsirləndirilən şəxs2 götürülən heroinlər və metamfetaminlər Təqsirləndirilən şəxs1 götürülən heroin və metamfetaminlərlə tərkib komponentlərinə görə eynidir, Təqsirləndirilən şəxs2 aşkarlanan heroinin və metamfetaminin təqdiqatdan sonrakı qalığı müvafiq qaydada 2,103 qram və 0,800 qram, Təqsirləndirilən şəxs1 aşkarlanan heroinin və metamfetaminin təqdiqatdan sonrakı qalığı müvafiq qaydada 3,612 qram və 0,628 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 80- 84). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 20 avqust tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 98-99 və 107-108). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2020-ci il 20 avqust tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əvvəli 2020-ci il avqustun 18-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 132-139). İş materiallarındakı Cəlilabad Rayonu İcra Hakimiyyəti başçısının X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərtib etdiyi 2020-ci il 27 avqust tarixli 254 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Cəlilabad rayonunun Məmmədrzalı kəndində ailəsi ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 182-183). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 2020-cu il avqustun 31-də və 2020-cu il dekabrın 02-də tərtib etdiyi tələbnamələrdən, habelə məhkəmə hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2006-cı il 24 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay 18 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2015-ci il 22 dekabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 127.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 06 gün müddətinə islah işləri cəzasına məhkum olunmaqla 2016-cı il oktyabrın 13-də islah işləri cəzasına məhkum olunmuş Milli Məclisinin 2016-cı il 20 may tarixli «28 May – Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Qərarına əsasən cəzadan azad edilərək qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmişdir; Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 210-212, 2-ci cild, iş vərəqi 149-151 və 3-cü cild, iş vərəqi 37-41). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2020-ci il 01 sentyabr tarixli qərarlarının surətlərindən və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 02 sentyabr tarixli protokollardan görünür ki, məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin alt hissəsi «E» yaşayış evində və Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı ünvan 2 ünvanında axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya, maddə və ya predmet aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 222-224 və 226- 232). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 2020-ci il 04 sentyabr tarixli 1/1133 və 1/1134 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxanaya müraciət etməmişlər (1-ci cild, iş vərəqi 233-234 ). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 16 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə birləşdirilməklə sonuncu nömrə altında icraata qəbul edilmişdir (2-ci cild, iş vərəqi 1- 2). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin tərtib etdiyi 2020-ci il 14 iyul tarixli raportlardan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncunun qara rəngli idman şalvarının sağ cibindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (2-ci cild, iş vərəqi 10-12 və 15). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 14 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (2-ci cild, iş vərəqi 33). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 14 iyul tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə etməklə barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs1 əynindəki idman şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü könüllü təqdim edib içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 2020-ci il iyulun 12-də saat 14 radələrində Masazır qəsəbəsindəki «Zeytun» marketin yaxınlığında tapıb öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir (2-ci cild, iş vərəqi 34-35). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 15 iyul tarixli 6/1316 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «...İştirakçılar 1. (imza) Təqsirləndirilən şəxs1» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,211 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 0,161 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (2-ci cild, iş vərəqi 40-43). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 16 iyul tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs1 göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 48-49). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 16 iyul tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Abşeron Rayon Polis İdarəsinin MSYdən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 61-62). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 23 iyul tarixli 2043 №-li, 2020-ci il 26 oktyabr tarixli 2978 №-li və 2020-ci il 02 noyabr tarixli 3067 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla sonuncuların məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (2-ci cild, iş vərəqi 70-71 və 138-141). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış görüntülərini əks etdirən bir ədəd CD diskinə baxış zamanı sonuncunun əynindəki qara rəngli idman şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızını könüllü təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirməsi müəyyən olunmuş, bir ədəd CD diski protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 75-77). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 06 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanan narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,161 qram çəkidə qalığı maddi sübut hesab edilməklə saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (2-ci cild, iş vərəqi 78). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 22 oktyabr və 2020-ci il 06 noyabr tarixli protokollardan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 20 oktyabr tarixli BKC/LGL- 21295/20 nömrəli və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 02 noyabr tarixli AZF/LGL-13534/20 nömrəli məktubları ilə daxil olan iki ədəd CD diskinə baxış keçirilərkən 2020-ci il mayın 01-dən 2020-ci il avqustun 15-nə kimi Təqsirləndirilən şəxs2 istifadəsindəki ***-***-**-** nömrəsindən, 2020-ci il iyunun 04-dən 2020-ci il avqustun 18nə kimi Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** və ***-***-**-** nömrələrindən çıxan və daxil olan, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-rəsmi adları, həmçinin pul və mallara görə borc ilə bağlı müxtəlif mövzularda ismarıc mətnləri müəyyən edilmiş, iki ədəd CD diski protokollara əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 94-99 və 101- 112). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 13 noyabr və 2020-ci il 17 noyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülən «Samsung Galaxy J2» modelli qara rəngli mobil telefon baxış zamanı sonuncunun istifadəsindəki ***-***-**-** nömrəsinə 2020-ci il avqustun 02-də Kamil adlı şəxs tərəfindən ***-***-**-** nömrəsindən göndərilən «sen cani pat var biraz;» ismarıcına Təqsirləndirilən şəxs2 tərəfindən «02 yaxln patl var; İsdayirsan; Gal; Verim; He; Yox; De; Clxlm yolda rasdawaq» məzmunlu, Kamil adlı şəxs tərəfindən göndərilən «Gorumde; Men gele bilmiremde; Gel yasamala zeg vur mene; Gelirsen; Qaqas; Gele bilmiremde;» ismarıcına Təqsirləndirilən şəxs2 tərəfindən «Wamaxinkaya; Galda; Mann; Laykadan; Sana; Gora clxdlm ki verim patlnl sana; Gal wamaxinkaya donarin qabaqna;» məzmunlu ismarıcın yazılması və Kamil adlı şəxs tərəfindən cavab olaraq «Can; orda ol» məzmunlu ismarıcın yazılması; 2020-ci il avqustun 11-də Kamil adlı şəxs tərəfindən ***-***-**-** nömrəsindən göndərilən «Salam; Olurem; Pati; Var; Gedirem; Tahir gile; Siz hardasiz» ismarıcına Təqsirləndirilən şəxs2 tərəfindən «Bizda gal burda ikimiziy; Aydlnnan buda lomkaddl; Qaqawi sana verdiyim qallr gal clxaq vaziyyatdan» məzmunlu, Kamil adlı şəxs tərəfindən göndərilən «Mene verdiyivi; Atdimda; Gormedin; Adin hardadiki» ismarıcına Təqsirləndirilən şəxs2 tərəfindən «Kamil gor galanda rafaylldan birdamcl kola goturda vaziyyat cox pisdi; Uzanlb; Aydln; Lomdakakl» məzmunlu ismarıcın yazılması və Kamil adlı şəxs tərəfindən cavab olaraq «Allah and olsunki yoxdu; Rafayil ozu melyir» məzmunlu ismarıcın yazılması; 2020-ci il avqustun 05dən 2020-ci il avqustu 09-dək Təqsirləndirilən şəxs2 tərəfindən +1 (701) ***-**** nömrəsinə Anar adlı şəxsə göndərilən «Anar necasan; Qaqaw vaziyyatdan clxmaqa neysa varlndl aqrlylram» ismarıcına Anar adlı şəxs tərəfindən «Salam qaqaş; Neynirsen.; Mənə 02 agdam lazimdi.indi borcum var gözduyur vereceyim adam indiyə qeder; Varsa vererdin Aydinnan gunorta alardim qaytarardım sene; Qaytarardim 12 1 saat; Gunortq; Servere de; Yanundadisa; Menim adimnan elə; Qaqaş; Demişəm aydina; Suz gec gəlduz» . «Qaqaş 40 deyqeye yarim saata göturecey aydin. O vaxta qeder yarim vere bilersen mənə; Agriyiram; Seher tezden; İmkan varsa 1 yoxdusa yarim. Alan kimi qaytaracam» məzmunlu cavab yazılması, Təqsirləndirilən şəxs2 isə Anar adlı şəxsə «Anar ikimizin canl bu daqiqa qara apardl 2 danani; Varyoxnu s.k.m yoxdu olsa qurbandl; sana» məzmunlu ismarıc yazması, 2020-ci il avqustun 06-da Salman adlı şəxs tərəfindən ***-***-**-** nömrəsindən göndərilib daha sonra silinən ismarıclara Təqsirləndirilən şəxs2 tərəfindən «Salam evdayam kola yoxdu patl var; Kola saat 10. 11 arasl olacaq; Olsa mannan ne gedir pulmu verirsanda; Olsa xabar edaram; Halaliy; İki dana patl varlmdl verda olarl qardawuncun; El yetirde bratva» məzmunlu cavab yazılması; 2020-ci il avqustun 10-da Təqsirləndirilən şəxs2 tərəfindən Salman adlı şəxsə göndərilən «Salam salman darlxma pulun qutaranda zang vuraceysan mana halam gedib bawqa yerdan al canun saq olsun neysa oldu saqol» məzmunlu ismarıca sonuncu tərəfindən «Qaqa lomka cxardram; Hence elemirem» məzmunlu ismarıc yazılması, Təqsirləndirilən şəxs2 tərəfindən Salman adlı şəxsə göndərilən «Lap yaxwl clxard; Qaqaw bratva komey ela qraml 20 dan tap verey; Pula nujda var; 5.. 10 necadana isdayirlar verey; Amma duz danlw frlatma; Sana arxeyin oluram qoyursan yarl yolda adaml» məzmunlu ismarıca sonuncu tərəfindən «Salam qardawlm qoy bir iki nefer var deyim gorum ne deyirler xeber cıxsa sene xeber eliyerem qardawlm» məzmunlu cavab göndərilməsi, 2020-ci il avqustun 11-də Təqsirləndirilən şəxs2 tərəfindən +1 (440) ***-**** nömrəsinə Anar adlı şəxsə «Oda lomkadadl; Patlya gora gozu gedi yuxuya; Gor galanda falqalarda ne var gotur bir iki tustu atlm» məzmunlu, 2020ci il avqustun 17-də Təqsirləndirilən şəxs2 tərəfindən Salman adlı şəxsə «Sabahln xeyir; Qaqaw bir qram patl qallb kima vera bilariy; var qedew; Artlq taksin yoxdu; Verardin axwam qaytarlm; Emanat; Goturmaya; Gedaciyam; Yaxwl qerdawun usdunda patl qret edacey» məzmunlu ismarıclar göndərilməsi müəyyən edilmiş; Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülən «Samsung Galaxy J6+» modelli qara rəngli mobil telefon baxış zamanı sonuncunun istifadəsindəki ***-***-**-** nömrəsinə 2020-ci il avqustun 19-da Sadiq bəy adlı şəxs tərəfindən ***-***-**-** nömrəsindən göndərilən «niyə; açmırsan; hardasan;» ismarıcına Təqsirləndirilən şəxs1 tərəfindən «Salam; Elmeddine de And ola nazimin canina; Bow; Olmusam; Meni kimise tutublar o da deyib dovlet adli wexsden almıwam; Mendese hecne olmayib; Baw idare badamdart tutub; Elvin taniyir burani; Dunen eve gedende yolda tutdilar» məzmunlu, Sadiq bəy adlı şəxs tərəfindən göndərilən «İndi hardasan» ismarıcına Təqsirləndirilən şəxs1 tərəfindən «Denenn elmeddin son ol nazim cani men anama gece dedim.ana tobe qutardim gederim kende sirf herweyin herkesin dawin atiram.; Qismet imiw nebilim. Seheri bow bowuna tutulacam; Meni qurtarsiin beleki bawqa adla pul para tapsin dayimla ikksi elesin kimse bilmesin; Cixib hel.edecem.nivani satacam; Cox pul cixmiyacaq mence bow bowuna tutublar; Sadiqin cani mende hecne olmayib» məzmunlu ismarıcın yazılması və Sadiq bəy adlı şəxs tərəfindən cavab olaraq «İndi ora gelek; negeder lazlmdl» məzmunlu ismarıcın yazılması; 2020-ci il avqustun 18-də Təqsirləndirilən şəxs1 tərəfindən ***-***-**-** nömrəsinə adsız şəxsə göndərilən «Qaqa qadan alaram yigmiyunda nolar biraz sebir edin.dayim rayondan gelib boyuk qardawim.gelib yuxudan durdumki bizde kimse deyib onlara.qaqa narahat olma pul paradan ne qalib kelme demiwem verecem.nivani axdarirla olara demedimde satmamiwam siz istemediniz deye gardawim Puli verecem mawini xayiw edirem tez bazar usda goturer sizdenı.Birdeki balaw peyser yevlaxda onlarin qesebesin orgenim komek edin onu gotuzdurmeye qardawim direnib mataskletle mawin hani deye demaqo weydi qalmiwam.ne deyimatravani cadi buldi beyaqdan danlaq danlaqin daliycadi allah haqqi nolar mene komek.edin qaqamsan» ismarıcına adsız şəxs tərəfindən «Salam; Necesiz» məzmunlu cavab yazılması; 2020-ci il avqustun 17-də ***-***-**-** nömrəsindən Hafis adlı şəxs tərəfindən «Dovlet men bele baxiram senin ozun oyun oyniyirsan men burden camaati qaldirmiwam ayaqa sen tel cavab vermirsen!!??; Amma oqrewdi yalan deyen bu bele gutarmayacaqki senol; Dovlet ordakilar uwaq muwaq deyil sen gozzuyuler sen ne hoka cixardirsan???; Vomwem neise men baxıram bu ***** isini forlatmaqa eledun amma burda menim adimi cekmisen men gedecem dibinecen; Cox gozduyum sent?;» məzmunlu, 2020-ci il avqustun 19-da Hafis adlı şəxs tərəfindən «Dovlet men seni normalni bir uwag saydim senol ureyim aqridi senin evelden bawuva gelenlere gore amma and ola Allaha men nadir halda insanlardan yabiliram, gorurem sen o nadir halardan imiwsen neise bir gunen yawamaq insani cox pis yerlere getirib cixardr. Senin qabliyetun catmadiki dunenen sene senin iwive gore goruwmey dedim goruwmey galsin ozuve sen menim zenqlerime cavab vermedun. Bes men bulari yadan cixardaram hee?.; Neise qalsin quluqumda!!!!!» məzmunlu ismarıclar yazılması aşkarlarmışdır (2-ci cild, iş vərəqi 119- 122). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X6» publik hüquqi şəxsinin kompleks-ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2020-ci il 01 sentyabr tarixli 1695 saylı və 2020-ci il 01 sentyabr tarixli 1696 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə sonuncuda xasiyyətin psixopatik cizgiləri müəyyən olunmuş, onlar ittiham edildikləri əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidirlər, məcburi müalicəyə ehtiyacları yoxdur (2-ci cild, iş vərəqi 142-145). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Prokurorluğunun 2020-ci il 21 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xəsarət alması ilə bağlı toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd olunmuşdur (2-ci cild, iş vərəqi 235-236). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 fevral tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış görüntülərini əks etdirən iki ədəd DVD diskinə baxış zamanı üzərlərində qanunsuz hər hansı əşyanın olduğu halda təqdim edilməsi təklif edildikdə birincisinin əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən üç ədəd kiçik sellofan paketi, sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edib içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxsdən satış məqsədilə əldə etdiyini, özünün də narkotik aludəçisini olduğunu, narkotik vasitələri satması müqabilində öz istifadəsi üçün əlavə narkotik əldə etdiyini bildirməsi, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanan 130 manat pulun özünə qaytarılmaqla «Samsung» markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülməsi, sonuncunun təqdim etdiyi bükümlərdəki maddələrin tərəzi ilə çəkilməsi; Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini, sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, arxa sol cibindən bir ədəd qara rəngli sellofan bükümü təqdim edib içərisindəki narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və öz istifadəsi üçün əldə etdiyini, bundan başqa narkotik maddələrin satışı ilə məşğul olduğunu, təxminən iki gün əvvəl Təqsirləndirilən şəxs2 satış məqsədi ilə narkotik vasitə və psixotrop ötürdüyünü, sonuncuya həmçinin satış müqabilində öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin verdiyini, axırıncı dəfə narkotik maddələri Bakı şəhəri, Sabuncu rayonu, Bakıxanov qəsəbəsindən İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı İsi adlı şəxs vasitəsi ilə əldə etdiyini, sonuncunun narkotik maddənin yerini ona «WhatsApp» proqramı ilə bildirməsi müəyyən olunmuşdur (2-ci cild, iş vərəqi 250-251). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 2021-ci il 16 fevral tarixli 20195 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək, İsi adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini, Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (3-cü cild, iş vərəqi 42). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 2021-ci il 17 fevral tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs1 göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (3-cü cild, iş vərəqi 43-45). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 20 fevral tarixli protokollardan görünür ki, iş üzrə şahidlər Şahid1, Şahid3 və Şahid2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la üzləşdirilərkən şahidlər sonunculara qarşı heç bir zorakılıq tətbiq edilmədiyini bildirmiş, təqsirləndirilən şəxslər onların ifadələrini təkzib etmişlər (3-cü cild, iş vərəqi 63-74). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 22 fevral tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 234.4.3.-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddələri ilə elan edilən ittiham qüvvədə saxlanılmış, onların əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 3,612 qram və 0,628 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkarlanan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 2,103 qram və 0,800 qram çəkidə qalıqları saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,161 qram çəkidə qalığı saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, iki ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 75-87 və 89-90). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2020-ci il 30 dekabr tarixli 17/3810088 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 2020-ci il avqustun 21-də təcridxanada ilkin tibbi müayinəsi zamanı sonuncunun hər iki çiynində sarımtıl rəngli, sağ qalça sümüyü üzərində bənövşəyi rəngli qançırlar, sağ topuğun bayır nahiyəsində şişkinlik müşahidə olunmuş, Təqsirləndirilən şəxs1 həmin xəsarətləri həbs edilərkən aldığını bildirmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 5935/2020 №-li məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 yayılmış psarioz diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan 2012-ci il 06 noyabr tarixli AZ-İİ seriyalı 984311 №-li və 2014-cü il 07 yanvar tarixli AZ-İİİ seriyalı 239044 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 2012-ci il 23 sentyabr təvəllüdlü Nuray və 2013-cü il 10 dekabr təvəllüdlü Sadiq adlı azyaşlı övladları vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 234.4.3.-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 234.4.3.-cü, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə verilən ittiham üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilmələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə bu ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun göstərilən maddəsinin mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, sonuncuların qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırmada yazdıqları izahatlar, şübhəli və təqsirləndirilən şəxslər qismində verdikləri etirafedici ifadələr, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmadığını, sonuncunun və Təqsirləndirilən şəxs2 peşmanlığını cəzalarını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs1 2020-ci il iyulun 14-dən 2020-ci il iyulun 16-dək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, sonuncular ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 3,612 qram və 0,628 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkarlanan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 2,103 qram və 0,800 qram çəkidə qalıqları, saxlanılmaq üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,161 qram çəkidə qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 195,82 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 138,82 manat, Təqsirləndirilən şəxs2 57 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq qaydada Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 08 iş saatı, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 48 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 48 manat, Müdafiəçi2 vəkil işlədiyi 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 288 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları gündən, yəni 2020-ci il avqustun 18-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2020-ci il iyulun 14-dən 2020-ci il iyulun 16-dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il avqustun 18-dən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il avqustun 18-dən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 195,82 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 138,82 manat, Təqsirləndirilən şəxs2 57 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 48 manat, Müdafiəçi2 vəkil işlədiyi 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 288 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 3,612 qram və 0,628 qram çəkidə, Təqsirləndirilən şəxs2 aşkarlanan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 2,103 qram və 0,800 qram çəkidə qalıqları, saxlanılmaq üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,161 qram çəkidə qalığı məhv edilsin, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar