Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-864/2023 04.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:15-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2amış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 01 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,084 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 16:00-da Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq 29-cu PŞ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəki bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,084 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, ünvan 4 ünvanında yaşayır. O, bir müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. YasamaL ərazisində yerləşən Respublika Xəstəxanasına gəlmiş və xəstəxanadan çıxdıqdan sonra “Günəş” petrolun qarşısında bir nəfər şəxslə görüşəcəkmiş. Bu zaman “Günəş” petrolun qarşısında polis əməkdaşları əməliyyat keçirirmiş, kimisə tuturmuşlar, çaxnaşma düşmüş və o, “Şamaxinka” adlanan ərazidə marketə tərəf getdiyi zaman qəflətən polis əməkdaşları onun qoluna girib, onu Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. O, etiraz etdikdə polis əməkdaşları “Nail Kərimlinin” tədbirinə düşdüyünü bildirmişlər. Onu saxlayan polis əməkdaşlarının adları Tural və Rövşən olmuş, o, əvvəllər onları tanımamışdır. Polis əməkdaşları onu saxladıqları yerdə üzərinə baxış keçirməmiş birbaşa şöbəyə aparmışlar. Şöbədə ona təzyiq altında üzərinə narkotik vasitə heroin qoyulmuş və video çəkiliş aparılmışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman telefon, pul və polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitə heroin aşkar olunmuşdur. O, təhqirlərə və təzyiqə məruz qaldığından məcbur qalıb narkotik vasitə heroinin üzərinə yüklənməyinə və AR CM-in 234.1-ci maddəsi ilə ittiham olunmağa razılaşmışdır. Qətimkan tədbiri seçilməsi üçün keçirilən məhkəmə iclasında AR CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirildiyi barədə məlumatı olmuşdur. Müstəntiq ona ekspertiza rəyinin nəticəsində üzərindən aşkar olunan narkotik vasitənin külli miqdarda olduğunu, buna görə də, AR CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunduğunu bildirmişdir. Məhkəmə iclasında polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi ilə bağlı prokurorluğa sorğu verilmiş və araşdırma aparılmışdır. Aparılmış araşdırılmanın nəticəsindən savadı olmadığı üçün hara şikayət edəcəyini bilməmişdir. Narkotik vasitə istifadəçisi olduğunu, hər dəfə təxmini 0.5 qram narkotik vasitə aldığını, ondan artıq almadığını, prokurorluq əməkdaşı döyülmə ilə bağlı araşdırma aparanda bədənində hər hansı iz aşkar olmadığını, istintaq təcridxanasına daxil olanda bədənində xəsarətlər olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cü Polis Şöbəsində Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, polis baş leytenantı rütbəsi daşıyır. Belə ki, 01 oktyabr 2022-ci il tarixdə xidmət etdiyi Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1988-ci il təvəllüdlü, orta təhsilli,subay, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H. Arif küçəsi ev 11 yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və 29-cu PŞ-nin sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün sahə rəisi Şahid2 ilə birlikdə Polis şöbəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni 01 oktyabr 2022-ci il tarixdə saat 16:00 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 7 ünvanda qarşısında piyada hərəkət edəkən saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1988-ci il təvəllüdlü, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 8 ünvanda qeydiyyatda olan, Abşeron rayonu. Xırdalan şəhəri, H.Arif küçəsi ev 11 yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ- nin 29-cu Polis şöbəsinə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ 29-cü Polis şöbəsinə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 29-cu Polis şöbəsinin təhqiqatçısı polis kapitanı X8 həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı X13 RPİ-nin 29-cu PŞ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirərək təqdim olunan siyahı üzrə istənilən vəkil tərəfindən dövlət hesabına onun üçün vəkil dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, təhqiqatçı Tural Mahmudov dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdir. Bundan sonra isə təhqiqatçı X16 Həmzəyevə dəvət olunmuş vəkil X4 təqdim etmiş və o da, təqdim olunan vəkil X5 tərəfindən hüqüqlarmın müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, təhqiqatçı X16 Həmzəyevin şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü sahə rəisi Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı Tural Mahmudov, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «Samsung» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxsa hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı Tural Mahmudov hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığım və özü barədə anket məlumatlarını bildirmişdir. Bundan sonra təhqiqatçı Tural Mahmudov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinə tələblərini izah etməklə üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təhvil verməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı X16 Həmzəyevin təqdim etdiyi bükümün içərisinə baxış keçirərkən içərisində toz şəkilli qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Daha sonra X16 Həmzəyevdən təqdim etdiyi bükümün içərisindəki maddəni nədən ibarət olduğunu, nə vaxt, harada, kümdən və necə əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, bu maddəni 01,10.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu «Şemaxinka» adlanan ərazidə üzdən tanıdığı, anket məlumatlarını və yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istehlakı məqsədilə əldə edərək üzərində daşıdığım, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində polis əməkdaşları tərəfində ünvan 10 ünvanın qarşısında saxlanılaraq yaxalandığını bildirmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Xəyalə Babayeva ona təzyiq göstərilib göstərilməməsi, hansı məqsədlə təqdim etdiyi bükümdə olan maddəni əldə etməsi barədə soruşduqda şübhəli Təqsirləndirilən şəxs bildirmişdir ki, əldə təqdim etdiyi narkotik vasitə olan heroini şəxsi istehlakı məqsədilə əldə edərək üstündə, yəni cibinə qoyub saxlayaraq daşıdığını, polis əməkdaşları tərəfində saxlanılarkən və daha sonra ona heç bir təzyiq və zor göstərilmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Tural Mahmudov tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparmış, onun üzərindən başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofana bükülmüş 01 ədəd büküm içərisindəki maddə ilə birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırıldı və “Zərflər üçün 169 nömrəli” möhürlə ilə möhürlənərək üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üzərinə imza etmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı təhqiqatçı Tural Mahmudov tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi mən də protokolu öz imzam ilə təsdiq etmişdir.Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş sellafon bükümün içərisində olan maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş sellafon bükümün içərisində təmiz çəkisi 2,084 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroindir. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşqul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan narkotik vasitə heroini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini satmaq istədiyi şəxslərin şəxsiyyətlərini və olduğu yerləri müəyyən etmək üçün mən, eləcə də xidmət etdiyim Polis şöbəsinin digər əməkdaşları bununla bağlı müvafiq qayda da təxirəsalınmaz əməliyyataxtarış tədbirlərini həyata keçirmişdik, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs bildirdiyi fikirlər tamamilə yanlış məlumatdır. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətiriən zaman və 29-cu Polis Şöbəsində ona heç bir təziq olunmamışdır və ona qarşı heç bir zorakılıq göstərilməmişdir. Üzərindən çıxan narkotik vasitə heroin isə onun özünə aiddir və o bütün bunları etdiyi əmələ görə məsuliyyətə cəlb olunmamaq üçün bildirir. Təqsirləndirilən şəxs bildirdiyi fikirlər şər böhtan xarakterlidir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, o, polis mayoru rütbəsində xidmət edir. Belə ki, 01 oktyabr 2022-ci il tarixdə xidmət etdiyi Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1988-ci il təvəllüdlü, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H. Arif küçəsi ev 11 yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal Bakı şəhəri Yasamal RPİ-nin 29-cü Polis Şöbəsində Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raport əsasında Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən Şahid1 rəhbərliyi altında və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı onlar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün Şahid1 ilə birlikdə Polis şöbəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni 01 oktyabr 2022-ci il tarixdə saat 16:00 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 7 ünvanda qarşısında piyada hərəkət edərkən saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1988-ci il təvəllüdlü, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 8 ünvanda qeydiyyatda olan, Abşeron rayonu. Xırdalan şəhəri, H.Arif küçəsi ev 11 yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ 29-cü Polis şöbəsinə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 29-cu Polis şöbəsinin təhqiqatçısı polis kapitanı X8 həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı X13 RPİ-nin 29-cu PŞ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirərək təqdim olunan siyahı üzrə istənilən vəkil tərəfindən dövlət hesabına onun üçün vəkil dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, təhqiqatçı Tural Mahmudov dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdir. Bundan sonra isə təhqiqatçı X16 Həmzəyevə dəvət olunmuş vəkil X4 təqdim etmiş və o da, təqdim olunan vəkil X5 tərəfindən hüquqlarnın müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, təhqiqatçı X16 Həmzəyevin şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü sahə rəisi Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı Tural Mahmudov, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «Samsung» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxsa hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı Tural Mahmudov hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığım və özü barədə anket məlumatlarını bildirmişdir. Bundan sonra təhqiqatçı Tural Mahmudov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinə tələblərini izah etməklə üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı X16 Həmzəyevin təqdim etdiyi bükümün içərisinə baxış keçirərkən içərisində toz şəkilli qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Daha sonra X16 Həmzəyevdən təqdim etdiyi bükümün içərisindəki maddəni nədən ibarət olduğunu, nə vaxt, harada, kümdən və necə əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, bu maddəni 01,10.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu «Şamaxinka» adlanan ərazidə üzdən tanıdığı, anket məlumatlarını və yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istehlakı məqsədilə əldə edərək üzərində daşıdığım, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində polis əməkdaşları tərəfində ünvan 10 ünvanın qarşısında saxlanılaraq yaxalandığını bildirmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Xəyalə Babayeva ona təzyiq göstərilib göstərilməməsi, hansı məqsədlə təqdim etdiyi bükümdə olan maddəni əldə etməsi barədə soruşduqda şübhəli Təqsirləndirilən şəxs bildirmişdir ki, əldə təqdim etdiyi narkotik vasitə olan heroini şəxsi istehlakı məqsədilə əldə edərək üstündə, yəni cibinə qoyub saxlayaraq daşıdığını, polis əməkdaşları tərəfində saxlanılarkən və daha sonra ona heç bir təzyiq və zor göstərilmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Tural Mahmudov tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparmış, onun üzərindən başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofana bükülmüş 01 ədəd büküm içərisindəki maddə ilə birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırıldı və “Zərflər üçün 169 nömrəli” möhürlə ilə möhürlənərək üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üzərinə imza etmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı təhqiqatçı Tural Mahmudov tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi mən də protokolu öz imzam ilə təsdiq etmişdir.Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş sellafon bükümün içərisində olan maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş sellafon bükümün içərisində təmiz çəkisi 2,084 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroindir. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşqul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan narkotik vasitə heroini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini satmaq istədiyi şəxslərin şəxsiyyətlərini və olduğu yerləri müəyyən etmək üçün mən, eləcə də xidmət etdiyim Polis şöbəsinin digər əməkdaşları bununla bağlı müvafiq qayda da təxirəsalınmaz əməliyyataxtarış tədbirlərini həyata keçirmişdik, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs bildirdiyi fikirlər tamamilə yanlış məlumatdır. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətiriən zaman və 29-cu Polis Şöbəsində ona heç bir təziq olunmamışdır və ona qarşı heç bir zorakılıq göstərilməmişdir. Üzərindən çıxan narkotik vasitə heroin isə onun özünə aiddir və o bütün bunları etdiyi əmələ görə məsuliyyətə cəlb olunmamaq üçün bildirir. Təqsirləndirilən şəxs bildirdiyi fikirlər şər böhtan xarakterlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5654 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,084 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroin ümumi təmiz çəkisi: 2,084 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq: 1,984 qram (iş vərəqə 42-46) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X10-narkoloji X3 xx.xx.2022-ci il tarixli 7181 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 134-135) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3457 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 136-138) İş materiallarında olan xx.xx.2022-ci tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində polis əməkdaşları tərəfində ünvan 10 ünvanın qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs üstünə həmin gün, saat 17:40-da “Samsunq” markalı mobil telefon vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddənin aşkar olunaraq götürülməsi barədə iki nəfər polis əməkdaşının, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə görüntülər 01 ədəd elektron məlumat daşıyıcısı diskə köçürülüb protokola əlavə edilmişdir. (iş vərəqə 32-34) İş materiallarında olan xx.xx.2022-ci tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı X1 Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı X11, həmin Polis Şöbəsinin Cinayət axtarışı üzə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, sahə rəisi polis mayoru Şahid2, müdafiəçi X2 iştirakları ilə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 17:40-da şəxsi axtarışın aparılacağı elan edərək istintaq hərəkətinin ‘"Samsung” markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını, Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı Tural Mahmudov hər hansı bir vəsatətlərinin və ya etirazlarının olubolmadığını soruşması, Təqsirləndirilən şəxs isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, təhqiqatçı Tural Mahmudov tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunub-olunmadığını soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquqların izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığını, özü barədə anket məlumatlarını təhqiqatçıya bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək masanın üzərinə qoyması, bundan sonra təhqiqatçı X16 Həmzəyevin təqdim etdiyi bükümün içərisinə baxış keçirərkən içərisində toz şəkilli qəhvəyi rəngli maddə aşkar olunması, daha sonra X16 Həmzəyevdən təqdim etdiyi bükümün içərisindəki maddəni nədən ibarət olduğunu, nə vaxt, harada, kümdən və necə əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, bu maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri. Yasamal rayonu «Şamaxinka» adlanan ərazidə üzdən tanıdığı, anket məlumatlarını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manata şəxsi istehlakı məqsədilə əldə edərək üzərində daşıdığını, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində polis əməkdaşları tərəfində ünvan 10 ünvanın qarşısında saxlanılaraq yaxalandığını və Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə gətirildiyini bildirməsi bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmaması, təhqiqatçı Tural Mahmudov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükülüdə bükülünün qablaşdırılması və möhürlənməsi, qablaşdırılmış zərfin üzərinə Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanması, daha sonra təhqiqatçı Tural Mahmudov içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. (iş vərəqə 34; 124-125) İş materiallarında olan AR DİN Bakı şəhəri Yasamal RPİ-in 29-cu PŞ-in xx.xx.2023-cü il tarixli ***-**** saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroini əldə etdiyi mənbəni, hansı şəxslərə narkotik vasitə satmağa cəhd etməsini və ya hansı şəxslərin onunla bu sahədə alış-veriş etməsini müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə 126) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(004)-1020/2022 saylı qərarından görünür ki, Yasamal RPİ-in 29-cu Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qanuni hesab edilmişdir. (iş vərəqə 8; 54) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,084 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan, maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,100 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 1,984 qram təşkil edən həmin narkotik vasitə heroinin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin "maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (iş vərəqə 86-87) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən elektron məlumat daşıyıcısı olan 01 ədəd "DVD" təyinatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (iş vərəqə 34; 157-168) İş materiallarında olan, xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixi zorakılığa məruz qalması barədə Yasamal Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə və təqdimata baxılarkən edilmiş müraciəti əsasında rayon məhkəməsindən daxil olmuş məlumat üzrə Yasamal rayon prokurorunun müstəntiqi İİ dərəcəli hüquqşünas X9 tərəfindən aparılmış araşdırma ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən həbs olunarkən, polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə dedikləri təsdiqini tapmamış, belə ki, AR Səhiyyə Nazirliyinin “MTE və PA” ETTB-in xx.xx.2022-ci il tarixli, 381 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertiza rəyinə əsasən, Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarətlər- sol saidin və qarının ön divarında köhnə çapıq toxumalar qərarda qeyd olunan -xx.xx.2022-ci il tarixə uyğun deyildir. Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada qeyd olunan sol aşağı ətrafda trofik yaralar xəstəlik əlamətidir. Beləliklə, sonuncunun bu barədə müraciət etməsinə səbəb ağır cinayətdən yaxa qurtarmaq və onu həbs etmiş polis əməkdaşlarından qisas almaq məqsədi olmaqla qərəzli xarakter daşıması kimi qiymətləndirilərək toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (iş vərəqə 127-129) Habelə, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “ təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə keçirilən dindirmə istintaq hərəkətləri zamanı verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmadığını və ya hansısa formada təzyiqə məruz qalmadığını bildirmişdir. (iş vərəqə 51-53; 63-65) İş materiallarında olan Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cü Polis Şöbəsində Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 və Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin sahə rəisi Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokollarından görünür ki, üzləşdirmə zamanı Şahid1 və Şahid2 ifadələrində göstərdiyi halları və xüsusatları Təqsirləndirilən şəxs üzünə tam təsdiq etmişdirlər. (iş vərəqə 143-147; 148-152) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixdə AR ƏN PX-in Bakı İstintaq Təcridxanasına sorğu verilmiş, həmin sorğuya cavab olaraq, AR ƏN PX-in Bakı İstintaq Təcridxanası xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-1531/2023 saylı məktubuna əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilən zaman bədəninə baxış keçirilərkən yeni xəsarət aşkarlanmamış, sol saidin və qarının ön divarında çapıq toxuması, sol aşağı ətrafda isə trofik yaralar müşahidə edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-864/2023 saylı sorğusuna cavab olaraq, Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli 574-xid-23 saylı məktubuna əlavə edilmiş AR Səhiyyə Nazirliyinin MTE PA ETTB-in xx.xx.2022-ci il tarixi 381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına BİT-də tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarətlər- sol said və qarının ön divarında köhnə çapıq toxumalar qərarda qeyd olunan -xx.xx.2022-ci il tarixə uyğun deyildir. Təqsirləndirilən şəxs adına BİT-də tərtib olunmuş tibbi kitabçada qeyd olunan sol aşağı ətrafda trofik yaralar xəstəlik əlamətidir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi, polis əməkdaşlarının ona zor tətbiq etməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq zamanı özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “diskə baxış keçirilməsi barədə”, “üzləşdirmə”, “şübhəli şəxsin dindirilməsi haqqında” “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollar, cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-864/2023 saylı sorğularına verilmiş cavab məktubları və digər sübutlarla da tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. O, bir müddətdir ki narkotik vasitə və ya psixotrop maddələrdən istifadə edir, narkotik vasitə və ya psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alıb istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, kokos adlanan maddəni almaq üçün Yasamal rayonu “Şamaxinka” adlanan əraziyə getmiş, orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat pul müqabilində şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə kokos kimi bildiyi narkotik vasitə heroini alıb, daha sonra istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə heroin bükümünü cibində gizlətdikdən sonra gündəlik işləri ilə məşğul olmağa başlamışdır. Həmin gün saat 16:00 radələrində o. Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 148 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda onun qanunsuz olaraq psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O da, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-na getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qeyri-qanuni əşya varsa, təqdim etməyi təklif olunmuşdur. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibimdə olan şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə kokos kimi bildiyi narkotik vasitə olan heroin bükümünü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman onun içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini ondan soruşduqda bildirmişdir ki, həmin bükülüdə olan maddə kokos kimi bildiyi narkotik vasitə olan heroindir. Həmin maddəni o, bu gün yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu "Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 30 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş şəffaf sellofana bükülmüş büküm gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. Üzərinizdə aşkar olunmuş narkotik vasitə heroini aldığını bildirdiyi şəxs qaramtıl dərili, 35-40 yaşlarında, arıq, 165-170 boylarında, saçı düz daranan, üzü tüklü və bığsız olmuş, həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş narkotik vasitəni də şəxsi istifadəsi üçün almışdır. O, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nirt 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2021 -ci ilin dekabr ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. (iş vərəqə 36-37;51 -53;63-65) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəki bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,084 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, AR CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (iş vərəqə 91-92;111-116) Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(057)-496/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş çəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və cəzadan dərhal azad edilmişdir. (iş vərəqə 117-118) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndində qeyd edilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməli və onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(004)-844/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 22, 79-83) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 7181 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin "maddi sübutların saxlanması otağına təhvil verilmiş bir ədəd bükümdə ümumi təmiz çəkisi 2,084 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,984 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,984 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri-ekspertiza xərcinin dəyərini təşkil edən 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Telman Hüseynov imza: Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-864/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-864/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver