Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-864/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 28 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H. Allahverdiyev küçəsi, ev 65-də yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin əldə edib sataraq mənfəət əldə etmək üçün «Rza» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 16 iyun 2023-cü il tarixdə gecə saat 01 radələrində sonuncunun ünvan 3 ünvanında yerləşən yaşayış binasının həyətində elektrik transformatorunun yanında yerləşdirdiyi 1 (bir) ədəd ağ rəngli polietilen bağlamanın içərisində 2 (iki) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2100 qram və 2087 qram, ümumi təmiz çəkisi 4187 qram (4 kq 187 qr) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini götürüb əldə edərək satış məqsədi ilə saxlayıb daşıyarkən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 16 iyun 2023-cü il tarixdə saat 01:50 radələrində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı 1 (bir) ədəd ağ rəngli polietilen bağlamanın içərisində 2 (iki) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2100 qram və 2087 qram, ümumi təmiz çəkisi 4187 qram (4 kq 187 qr) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, maşın ustası olaraq fəaliyyət göstərərək gündəlik 50-70 manat qazanc əldə etmişdir. İki ildir narkotik vasitə istifadə edir. 15 iyun 2023-cü il tarixdə gecə saat 00:30-01:30 radələrində, Bakı şəhəri Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalaraq saxlanılmışdır. Polis əməkdaşları sonuncunu saxladıqdan sonra onun evinə daxil olmuş və qol saatlarını götürmüş, ətrafda olan qonşular həmin halın şahidi olmuşlar. Üzərində narkotik vasitə olmamış, lakin hadisə baş verən gün narkotik vasitə heroindən istifadə etmişdir. Polis əməkdaşları sonuncunun əlinə ayağına arxadan üç dənə qandal vurmuş, kürək hissəsi, qolları cırıq-cırıq olmuş, polis əməkdaşlarından döyülmə səbəbini soruşarkən ona söyüş söymüşlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, “Elmar” adlı şəxsin Əliəşrəf Əlizadə küçəsi ətrafında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması barədə 15 iyun 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 16 iyun 2023-cü il tarixdə, gecə saat 02:00 radələrində Elmar adlı şəxs həmin ünvana gəlmişdir. Elmar əlində paketlə gəldikdə ilk olaraq o, daha sonra Şahid1 ona yaxınlaşmışdır. X5 İdarəsinə dəvət etmiş, çəkiliş vasitəsilə həmin bağlamadan iki böyük sellofan narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı Rza adlı şəxsdən “zakladka” üsulu ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq göstərilməmişdir. Onlar təqsirləndirilən şəxsi evdə saxlamamış, əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasında ,o, Fariz və Rəşadla birlikdə iştirak etmişdir. Şahid3 da çəkilişdə iştirak etmişdir. Onlar təhlükəsizlik baxımından hadisə yerinə iki maşınla getmişdirlər. Maşınlardan biri xidməti maşın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, bölmə rəisinə əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Bir neçə saat sonra hadisə yerində təqsirləndirilən şəxs məhlənin içində biraz gəzdikdən sonra ara küçədən narkotik vasitəni götürmüşdür. Onlar təqsirləndirilən şəxsin hansı tərəfdən gələcəyini bilmədiyi üçün hərəsi bir tərəfdə dayanmış, təqsirləndirilən şəxsi “Çapayevlə” Şərq Bazarı adlanan küçənin ortasında saxlamışdırlar. Elmar özü isə narkotik vasitəni İran vətəndaşından almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri həyata keçirilmişdir. Əməliyyat məlumatında həmin şəxsin 16 iyun 2023-cü il tarixdə Nərimanov rayonu, Əşrəf Əlizadə küçəsində olacağı barədə məlumat da olmuşdur. Əməliyyat tədbiri nəticəsində təqsirləndirilən şəxs qeyd olunan ünvanda saxlanılaraq Polis Bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxsi binanın həyət hissəsində saxlamışdırlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tam şəxsiyyətinin, yaşadığı ünvanın, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə, “X2 haqqında” Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndində nəzərdə tutulmuş təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi müəyyən edilmiş, həmin qərar Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarı ilə həmin qərar qanuni hesab edilmişdir (Cild 1, iş vərəqə 5, 9-10). “Şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması barədə” 16 iyun 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntülərini əks etdirən “CD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı üzərində “Timsport” yazısı olan ağ rəngli sellofan bağlamanın içərisindən iki ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə kütləsi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının arxa sağ yan cibindən 01 (bir) ədəd qara rəngli üzərində “Westpolo” yazılı olan pul kisəsinin içərisində 07 (yeddi) ədəd 1 manat pul əskinası, 01 (bir) ədəd “Bakı Kart” metro kartı, şalvarının sol ön cibindən 01 (bir) ədəd ağ rəngli “Winchester” siqaret paketini və şalvarının ön sağ yan cibindən qara rəngli “Samsung A20” markalı mobil telefonu könüllü təqdim etmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi maddələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsdən götürdüyünü və Bakı şəhərinin müxtəlif ünvanlara qoyduğunu bildirmişdir(cild 1, iş vərəqə 31-32). Məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün Nə44» dairəvi möhür əksi olan, «..(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 02 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2100 qram və 2087 qram, ümumi təmiz çəkisi 4187 (4 kq 187 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 4186,6 qr təşkil etmişdir (cild 1, iş vərəqə 41-44). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2 (iki) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli politelin bağlamada ümumi təmiz çəkisi 4186,6 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin maddi sübut hesab edilmişdir (cild 1, iş vərəqə 106-108). “Axtarış aparılması haqqında” 26 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli Qərarına əsasən ünvan 6 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinə keçirilmiş axtarış nəticəsində evdən narkotik vasitə və psixotrop maddə, həmçinin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənəd aşkar olunmamışdır (cild 1, iş vərəqə 125-136). “Respublika narkoloji mərkəzinin” 14 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 150). “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 14 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 152). “Azərfon LLC” tərəfindən 09 avqust 2023-cü il tarixli müşaiyət məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqları özündə əks etdirən CD diskə baxış protokolundan və həmin diskə bilavasitə baxış keçirilərkən müxtəlif mobil telefon nömrəsi istifadəçilərinə narkotik vasitə satması ilə əlaqədar, o cümlədən həmin şəxslərə satmaq üçün narkotik vasitələri Riza adlı şəxsdən əldə etməsinə dair məlumatlar (01 iyun 2023-cü il tarixdə “Ay xasay 3,5 dene deyil axı mende rizaya deyim dursun yolun ustunde pulu atan kimi atsun zakazi vermliyen duzdumu atmalı getmeliyem , sen nece istiyirdunki?”) öz əksini tapmışdır(cild 1, iş vərəqə 186-187). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixiopatik cizgiləri müəyyən edilir. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal- hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 186-187). “Sübutların qiymətləndirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4186,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 20 iyun 2023-cü il tarixdə müvafiq qərarla maddi sübut hesab edilərək Nərimanov Rayon Polis İdarəsinə saxlanışa verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması müəyyən edilmişdir (cild 1, iş vərəqə 188-200). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 144). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Cinayət Məcəlləsi 234.2-ci maddəsində göstərilən əmələ görə cinayət məsuliyyəti həmin əməllər külli miqdarda törədildiyi təqdirdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda isə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiya) 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, ibtidai istintaq dövründə həm şübhəli, həm təqsirləndirilən şəxs qismində ifadə verərkən barəsində şəxsi axtarış istintaq hərəkətləri keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirərək həmin narkotik vasitəni Rza adlı şəxsin “Whats App” vasitəsilə deməsinə əsasən ünvan 7 ünvanda yerləşən binanın həyətindəki elektrik transformatorunun yanından əldə etdiyini, Polis İdarəsinə gətirilərkən fiziki və psixi təzyiqə məruz qalmamasını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə fiziki təzyiqə məruz qalması səbəblərindən həm barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həm də şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verdiyini bildirdiyinə əsasən sorğu əsasında əldə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 noyabr 2023-cü il tarixli müşaiyət məktubu ilə göndərilmiş tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunarkən xəsarət aldığını bildirmiş, sonuncunun bədən səthinin müayinəsi zamanı sağ və sol dirsək belin sol nahiyəsində sıyrılmış, qərtməkli yaralar aşkar edilmişdir. Məhkəmənin təşəbbüsü ilə göstərilən xüsusatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar qəbul edilərkən Təqsirləndirilən şəxs tərəfindən tutulduğu Şahid5, Şahid4, Şahid1 təqsirləndirilən şəxs barəsində hər hansı fiziki təzyiq göstərməmələri barədə ifadələri, tibbi müayinə sənədlərində göstərilən xəsarətləri X3 daxil olmasından 2-3 gün əvvəl alması barədə 09 fevral 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyi, təqsirləndirilən şəxs X3 daxil olan zaman sağ qolunun dirsək nahiyəsində xəsarətlər aşkar edilməsi və sonuncunun həmin xəsarətləri tutulmamışdam əvvəl alması barədə Nərimanov rayon Polis İdarəsində tərtib edilmiş 16 iyun 2023-cü il tarixli Akt əsas götürlmüşdür. Şərh olunan səbəblərdən məhkəmə Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon telefon nömrəsi ilə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinə dair danışıqların məzmununu özündə əks etdirən CD məlumatları, üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarının son miqdarından 27906 dəfə çox olması kimi işin digər halları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması və onun Rza adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs şəklində əlaqəyə girməklə satış məqsədilə əld etməsi, saxlaması və daşıması işin mübahisəsiz halıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 24 yanvar 2011-cu il təvəllüdlü bir azyaşlı övladı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2.4-cü maddəsinə, 16 avqust 2009-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan övladının olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 22-23), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 86-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi ekspertizasının 25 avqust 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 184 -185). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov Rayon Polis Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4186,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung A20s” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntülərin olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 234). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 45(qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş: - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4186,6 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin; - “Samsung A20s” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-864/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-864/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver