Məhkəmə qərarları › İş №1(101)-865/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-865/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-865/2021 14.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X3 və Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Ermənistan, Noemberyanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 72-də qeydiyyatda olan və Binəqədi rayonu, 7-ci mkrorayon məhəllə 31/26 fərdi tikilmiş nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs , 27 oktyabr 2020-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında nömrəsiz evin həyətyanı sahəsinə sərxoş vəziyyətdə gələrək orada nəlaiq sözlər deməsinə görə ona yaxınlaşmış və iradını bildirən Zərərçəkmiş şəxs ilə mübahisə edib sonuncunun onun ailəsinə müdaxilə etməsinə görə həyat yoldaşından ayırdığını bəhanə edərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağı ilə üç dəfə Zərərçəkmiş şəxs sinəsindən vurub, sağ süd vəzisinin ön səthinin bir ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol qalça nahiyəsinin bir ədəd səthi deşilmiş-kəsilmiş yarası, sağ əlin İ barmağının ovuc səthinin kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və sol süd vəzisinin ön səthinin plevra boşluğuna nüfuz edən hemopnevmato- raksla müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Binəqədi rayonu, 7-ci mkr, 31/26-cı məhəllə nömrəsiz evdə yaşamışdır. O, 2004-cü ildə Şahid1 ilə qeyri rəsmi nigaha daxil olmuşdur. Bu nigahdan 3 övladı dünyaya gəlmişdir. 2020-ci ildə maddi məsələrə görə ailə daxili yaranmış münaqişlərdən sonra onlar ayrılmışlar. O, öz ailəsindən ayrılsada eyni məhəllədə ayrı-ayrı mənzillərdə yaşamışlar. Onunla qonşuluqda Cahid adlı şəxs öz ailəsi ilə yaşamışdır. Cahidin Turanə adlı şəxslə olan nigahından iki övladı olmuşdur. 2020-ci ilin əvəllərində yaşadığı ünvanın həyətində Metropolitenə məxsus olan lent çəkildiyini görərək həmin lenti kəsdikdən sonra qonşuluqda yaşayan Cahid adlı şəxsdən həmin lenti kimin çəkdiyini soruşmuşdur. Bu zaman Cahid ona həmin lenti Metropolitenin çəkdiyini bildirmişdir. Sonradan onun həyat yoldaşı Turanə onun həyat yoldaşı Dünyaya, guya onun Turanənin istifadəsində olan mobil nömrəni iki nəfər şəxsə verdiyini və onun həyat yoldaşı Cahidi təhqir etdiyini bildirmişdir. Bundan sonra o, Turanəyə ümumiyyətdə onun yaşadığı mənzilə gəlməməyi və onun ailə məsələlərinə qarışmamağı xahiş etmişdir. Bu sözünə görə Turanə onu təhqir etmişdir. Təxminən iki ay bundan öncə ona tanımadığı Neymət adlı şəxs zəng edərək onun adını çəkdiyini bildirərək ona müxtəlif hədə qorxular gələrək özünün silahının olduğunu yaşadığı mənzilə gələrək onu öldürəcəyini bildirmişdir. O, həmin şəxslə səhəri gün M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən parkda olan çayxanada görüşmüşlər. Söhbət əsnasında həmin Turanə adlı şəxsin atası Nurəddin adlı şəxslə dost olduğunu sonradan qızı Turanə ilə aralarında münasibətin yarandığını və 7 (yeddi) ildir bir yerdə olduqlarını bildirmişdir. O, həmin şəxsə Turanənin onun ünvanına söydüyü söyüşlərə görə həyat yoldaşından üzr istəməyini və onun ailəsindən uzaq olmağı tapşırmasını xahiş etmişdir. Bundan sonra Turanə guya onun haqqında kiminləsə münasibətdə olduğunu dediyi üçün onun ailəsini dağıldacağını və onu hamının yanında biyabır edəcəyini bildirmişdir. Sonradan həmin şəxsin dünyasını dəyişdiyini eşitmişdir. Sonaradan o, eşitmişdir ki, Turanə həyat yoldaşı Dünyanın qohumları ilə razılaşdığını və həmin torpaq sahəsinə sahiblənəcəyini bildirmişdir. Sonradan Turanə mütəmadi olaraq onun yaşadığı mənzilə gəlib getməsini bilərək buna qarşı olduğunu və Turanədən onun məzilinə gəlməməsini xahiş etmişdir. 27.10.2020-ci il tarixdə yaşadığı mənzilə gələrək evdə olan spirtli içki arağ içmişdir. Sonaradan öz övladlarını çölə çağıraraq Turanənin onlar yaşayan mənzilə gəlməsini qadağan etmələrini xahiş etdikdə onun keçmiş həyat yoldaşı Dünyanın arasında mübahisə olmuş və yaşadığı mənzilə girmişdir. O, isə öz yaşadığı mənzilə getmişdir. Sonradan Turanə onu təhqir edici ifadələrlə çölə çağıran zaman o, yaşadığı mənzildə olan mətbəx bıçağını götürüb çölə çıxmışdır. O, Turanəyə yenədə nə üçün onun yaşadığı ünvana gəldiyini bildirərək Turanənin onun ailəsini dağılmasına səbəbkar olduğunu bildirib əlində olan bıçaqla onun sinə nahiyəsinə 3 dəfə zərbə endirmişdir. Bu zaman Turanə yerə yıxılmış və yenidən ayağa qalxmışdır. Turanə bu zaman qışqırmağa başlamışdır. O, isə hərəkətsiz dayanmışdır. Birdən qapının açıldığını görmüş və Dünya Turanəni evə çağırmışdır. Turanə Dünyanın yaşadığı mənzilə girmişdir. Bundan sonra yaranan səs küyə qonşuluqda yaşayan şəxslər gəlmişlər. O, əlində olan bıçağı cibinə qoymuş daha sonra həmin bıçağı polisə könüllü təqdim etmişdir. Bir neçə dəqiqə sonra Turanənin həyat yoldaşı Cahid gələrək onunla dava dalaş etmək istədikdə orada olan qonşular onları aralaşdırmışlar. Bunadan sonara o, yaşadığı mənzildən çıxaraq yaxınlıqda olan Binəqədi RPİ-nə gedərək təslim olmaq qərarına gəlmişdir. O, RPİ-nin inzibati binasının önündə olan zaman ərazidən keçən polis əməkdaşları ona yaxınlaşmışlar. O, özünü onlara təqdim edib törətdiyi cinayəti etiraf edərək təslim olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq hadisə zamanı orada Turanə və keçmiş həyat yoldaşı Turanənin olduğunu, hadisədən sonra yaranmış səs küyə qonşuların gəldiyini, Turanəni vurmaqda səbəbi onu qorxutmaq və onun ailə məsələlərinə müdaxilə etməsinin qarşısıma almağın olduğunu, Turanəyə 2-3 dəfə qorxutmaq məqsədi ilə bıçaq zərbəsi endirdiyini, sadəcə qorxutmaq məqsədi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Binəqədİ rayonu, 7-ci mkr, ev 31/26 ünvandakı yeni sahədə ailəsi ilə yaşamışdır. O, 2008-ci ildə Şahid4 ilə rəsmi nigaha daxil olmuşdur. Bu nigahdan iki övladı dünyaya gəlmişdir. Onlar ailə qurduqdan sonra ilkin olaraq Neftçala rayonunda yaşasalarda sonradan Bakı şəhərinə gələrək Binəqədi rayonu 7-ci mkr 31/26 məhəllədə yaşamağa başlamışlar. Onlarla qonşuluqda Dünya adlı qadın övladları ilə yaşamışdır. Dünya ilə onun münasibəti çoxdan yaranmışdır. Belə ki, Dünya ilə o, 10 ilə yaxındır ki, rəfiqə münasibətləri var idi. Onlar arasında heç vaxt münaqişə və dava-dalaş olmamışdır. Dünya adlı qonşusu adını Samir kimi bildiyi lakin sonradan onun adının İslevyan olduğunu öyrəndiyi şəxs ilə qeyri rəsmi yaşamışdır. İsleyvan, mütəmadi olaraq gəlib həyat yoladaşını döyüb təhqir etmişdir. O, onların ailəsində səs küy olan zaman o, onlara kömək etmək üçün getmişdir. Dünya ilə İslevyan 2019-cu ildə ayrılmışlar. İsleyvanla onun yoldaşı Cahid ilə 2020-ci ildə torpaq üstündə mübahisələri olmuşdur. Lakin onunla heç vaxt mübahisəsi olmamışdır. İslevyan, qeyri rəsmi yaşadığı yoldaşından ayrıldıqdan sonra o, əksinə çalışırdı ki, Dünya ilə onu barışdırsın. O, tez-tez Dünyanın yanına getmişdir. Lakin İsleyvan elə düşünürmüş ki, o, yoldaşı Dünyaya İsleyvanla barışmamağı bildrimişdir. Bundan sonra hər dəfə İsleyvan onu gördükdə müxtəlif hədə qorxu gələrək onu öldürəcəyi ilə hədələməyə başlamışdır. O, bu barədə polisə məlumat verməmişdir. 27.10.2020-ci il tarixdə yaşadığı ünvanda yatan zaman həyat yoldaşı Cahid onu durquzaraq “Dünyagilin mənzilindən yenə səs küy var, deyəsən Samir Dünyanı və uşaqları döyür” deyərək bildirmişdir. O, həmin zaman oyanmış və həqiqətən səs-küyün gəldiyini eşitmişdir. Birdən səsin kəsildiyini və sakitçilik olduğunu eşitmişdir. O, çox qorxmuşdur ki, İslevyan Dünyaya və uşaqlara nəsə edər. Ona görə o, yalın ayaqnan onlara tərəf qaçmışdır. Həmin an fikirləşmişdir ki, yoldaşı Cahiddə onun arxasıyca yürüyür. O, ora çatdıqda Dünyanı və uşaqları çağırmağa başlamışdır. Bu zaman İsleyvanın onun ünvanına təhqiramiz ifadələr işlədərək üzərinə gəldiyini görmüşdür. O. heç yerə tərpənməmiş və heç fikrləşməzdi ki, İsleyvan onu vurar. İsleyvan ona yaxınlaşanda söyüş söyərək əlində olan bıçaqla döş qəfəsinə vurmuş daha sonra isə onun çənə nahiyəsindən əli ilə itələmiş və o, qorxduğu üçün və yuxulu olduğu üçün müqavimətini itirmiş və yerə yıxılmışdır. O, bundan sonra ayağa qalxaraq İsleyvana “Samir yekə oğlansan, bu nə hərəkətdi” sözlərini bildirmişdir. O, qorxusundan yoldaşı Cahidi çağırmağa başlamışdır. İslevyan onun üzərinə gəldiyi üçün o, İslevyanın zərbələrin qarşısını almaq üçün əlbəyaxa olmuşdur. İsleyvan yenidən bıçaqla ona zərbələr endirmişdir. O, bu zaman daha bərkdən qışqırmağa başlamışdır. Bu zaman İslevyan sakitləşmiş və dayanmışdır. O, bu zaman qışqırıb ətrafdakı adamlardan kömək istəmişdir. Bu zaman o, kürəyini Dünyanın yaşadığı evə söykəmişdir. Dünya qapını açmış və o, açan kimi yaşadığı evə daxil olmuşdur. Bundan sonra o, sinəsindən qan axdığım görmüşdür. Dünya baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Yaranan səs küyə gələn qonşuların köməkliyi ilə onu xəstəxanaya aparmışlar. Orada cərrahi əməliyyat olduqdan sonra yaşadığı ünvana geri qayıtmışdır. Hadisə baş verən zaman orada ikisi olmuş, daha sonra isə səs-küyə Dünya və Cahidin gəlmiş, İsleyvanın ona xəsarət yetirmə səbəbi onun yoldaşından ayrılmasının Dünyanın onunla münasibətdə olduğunu, hadisə zamanı heç-bir söyüşdən istifadə etməmişdir, ona xəsarət yetirdikdə o qışqırdığından İslevyanın hərəkətlərini saxlamış, onun arxasıyca gəlməmişdir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsinə xahiş edirəm. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2004-cü ildə İslevyanla ailə həyatı qurmuşdur. Onunla birgə nigahlarından üç övladı olmuşdur. Təxminən 10 il yaxındır ki, Binəqədi rayonu, 7-ci mkr, məhəllə 31/26-da yerləşən fərdi tikilmiş evdə yaşayırmış. 2019-cu ildə aralarında olan problemlərə görə o, İsleyvandan ayrılmışdır. Həmin vaxtdan onlar eyni həyətdə yaşasalarda evləri ayrıdır. Həmin şəxsdən o, ayrılsada İsleyvan onu narahat edirmiş. Yaşadığı yerdə onu hamı Samir adı ilə tanıyırdılar. Qonşuluqda yaşayan Turanə ilə o, 9-10 ilə yaxındır ki, rəfiqə münasibətindəymiş. O, bütün dərdini Turanəyə danışır Turanə isə onu yardım əli uzadırmış. Keçmiş yoldaşı onun Turanə ilə münasibətindən narazılıq edirmiş. Lakin o, İsleyvana məhəl qoymayaraq rəfiqəsi olan Turanə ilə görüşürmüş. İslevyan ailəsinin dağılmasına səbəb kimi Turanəni qeyd edirmiş. Lakin onun ailə münaqişələrinə Turanənin heç bir aidiyytəi olmamışdır. Əksinə Turanə ona İslevyanla barışmağı, ailəsini dağıltmamağı bildirirmiş. 27.10.2020-ci il tarixdə saat təxminən 21 radələrində İslevyan onun yaşadığı evin həyətinə gələrək uca səslə onu söyməyə başlamışdır. O, İslevyanın hədsiz dərəcədə içkili olduğunu görmüşdür. İsleyvan qışqıraraq Turanənin onun yaşadığı evə gəlməməsini bildirirmiş. O, İsleyvana sakit olmağı, ətrafda qonşular olduğunu qeyd edirmiş. Bu zaman İsleyvan Turanə haqqında pis sözlər deməyə başlamışdır. İsleyvan ona “ Turanə əxlaqsız qadındır, sən onla gəzirsənsə səndə onun tayısan” deyərək qışqmrmı. Bu zaman o, İsleyvanın sözlərinə əsəbləşib çölə çıxmışdır. O, çölə çıxdıqda aralarında sözlə mübahisələri düşmüşdür. İsleyvan qışqıraraq Turanənin adını çəkirmiş ki, Turanə onu eşitsin. İsleyvan Turanənin onun yaşadığı evə gəlmiyəcəyini bildirirmiş. Onlar bir qədər uca səsdən sözlə mübahisə etdikdən sonra o, evə daxil olmuş və qapını bağlamışdır. Lakin İslevyan dayanmadan qışqırırmış. O, bu zaman pəncərədn İslevyana “ Ayıb olsun sənə sakit dur, söyüş söymə “ sözlərini deyib pəncərəni bağlamışdır. Təxminən 15-20 dəqiqə sonra o, həyətdən Turanənin səsini gəldiyini eşitmişdir. Turanənin qışqıraraq kömək istəyirmiş. O, dərhal qapıya qaçmış və qapını açmışdır. O, görmüşdür ki, Turanə qapıya tərəf söykənib İslevyan isə sakitcə qırağda durmuşdur. O, dərhal qapını açaraq Turanəni içəri salmış və qapını bağlamışdır. Bu zaman o, görmüşdür ki, onun sol tərəfi qandır. O, bundan sonra bilmişdir ki, İsleyvan onu bıçaqlayıb. O, dərhal polisə baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Hadisə olan gün İslevyanın içkili olmuş, həyətdə olan zaman onların ayrılmasın səbəbini Turanə olduğunu deyərək onu söyməyə başlamış, Turanəni bıçaqladıqdan sonra onun arxasınca gəlməmiş, evə daxil olmaq istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2008-ci ildə Zərərçəkmiş şəxs Nürəddin qızı ilə rəsmi nigaha daxil olmuşdur. Bu nigahdan iki övladı dünyaya gəlmişdir. Onlar ailə qurduqdan sonra ilkin olaraq Neftçala rayonunda yaşasalarda sonradan Bakı şəhərinə gələrək Binəqədi rayonu 7-ci mkr 31/26 məhəllədə yaşamağa başlamışlar. Onlarla qonşuluqda Dünya adlı qadın övladları ilə yaşamışdır. Onunla yoldaşı Turanənin münasibəti çoxdan yaranmışdır. Belə ki, Dünya ilə onlar 9-10 ilə yaxındır ki, rəfiqə münasibətləri varmış. Onlar arasında heç vaxt münaqişə və dava-dalaş olmamışdır. Dünya adlı qonşusu adını Samir kimi bildiyi lakin sonradan onun adının İsleyvan olduğunu öyrəndiyi şəxs ilə qeyri rəsmi yaşamışdır. İsleyvan mütəmadi olaraq gəlib həyat yoldaşını döyüb təhqir etmişdir. O, metropolitendə çilingər işləmişdir. Onun yaşadığı evin yaxınlığında metropolitenin ərazisinə məxsus ərazi olmuşdur. Həmin əraziyə nəzarəti ona tapşırmışdılar. Həmin ərazi ona tapşırıldığından o, həmin ərazinin təhlükəsizliyini təmin etmək üçün lent çəkmişdir. Lakin adını Samir kimi bildiyi, lakin sonradan onun əsil adın İsleyvan olduğunu öyərndiyi həmin şəxs onun çəkdiyi lenti kəsmişdir. Bununla əlaqədar onlar arasında sözlə mübahisə olmuşdur. Belə ki, O, İsleyvana həmin ərazinin ona tapşırıldığını bildirmişdir. Bundan sonra onların araları bir qədər soyumuşdur. Bundan başqa onun yoldaşı Dünya ondan ayrılmışdır. Dünyanın atası onun yoldaşı Turanəyə tapşırmışdır ki, Dünyadan göz-qulaq olsun, ondan muğayət olsun. Ona görə yoldaşı Turanə tez-tez onun yaşadığı evə gedir, Dünyanın vəziyyəti ilə marağlanmışdır. Lakin İslevyan heç bir səbəb olmadan Turanəyə Dünyanın evin gəlməsini qadağa edir, onu söyüb təhqir etmişdir. O və onun ailəsi ona baş qoşmamışdır. Sonuncu dəfə yəni 27.10.2020-ci il tarixdə o, İsleyvanın onun və Turanənin ünvanına söyüşlər söydüyünü eşitmişdir. Həmin zaman o, Dünyanın evində olmuşdur. Belə ki, o fikriləşmişdir ki, Dünyaya nəsə edər, ona görə yoldaşı Turanəni yuxudan ayıltmışdir ki, həmin yerə getsin vəziyyəti sakitləşdirsin. Lakin Turanə oyanmamışdır. Buna görə o, otaqdan çıxıb əlüzünü yumaq üçün sanitar qovşağına getmişdir. Həmin gün saat təxminən 22 radələrində o, çöldən Turanənin qışqırıq səslərini eşitmişdir. O, uşaqlardan Turanənin harada olduğunu soruşduqda uşaqlar Turanənin çıxdığını bildirmişlər. O, cəld İsleyvanın olduğu yerə getmişdir. Bu zaman o, yoldaşı Turanəni axtarsada onu tapmamışdır. Həmin zaman qarşısına İsleyvan çıxmışdır. Onun içkili olduğunu, ayaq üstə dayana bilmədiyini görmüşdür. O. İslevyanın əlində bıçaq görmüşdür. Həmin bıçaq mətbəx bıçağına oxşamışdır. İslevyan onu görən kimi bıçağı cibinə salmışdır. O, ondan yoldaşının harda olduğunu soruşduqda İsleyvan ona yoldaşı Turanəni bıçaqladığını və polisə gedərək təslim olacağnı bildirmişdir. Bu zaman həmin yerə qonşular gəlmişlər. Həmin zaman Dünya qapını açmış və yoldaşının qan içində olduğunu görüb onu təcili tibbi yardımla xəstəxanaya aparmışlar. Daha sonra isə polislər gəlmişlər. O, polislərlə birlikdə İslevyanı tapmaq üçün əraziyə getmişlər. Binəqədi rayon polis idarəsinin yanında keçən zaman İsleyvanın idarəyə tərəf getdiyini görmüşdür. O, polislərə yoldaşı Turanəni bıçağlayan şəxsi bu olduğunu bildirmişdr. Daha sonra polislər onu şöbəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Turanə və İsleyvanı tanımışdır. Belə ki, Turanə onun qonşusu, İsleyvan isə onun dayısı qızı olan Dünyanın keçmiş həyat yoldaşı olmuşdur. İslevyanı yaşadığı yerdə Samir kimi tanınmış, o da onu Samir kimi tanımışdır. O, işi ilə əlaqədar günün çox hissəsini işdə olmuşdur. Onların mübahisələrindən heç bir xəbəri olmamışdır. 27.10.2020-ci il tarixdə saat 22 radələrində evdə olan zaman çöldə qışqırıq səsləri eşitmişdir. Bir xanım qışqıraraq yardım istəmişdir. O, evdən çıxaraq həmin səsə doğru getmişdir. Həmin səs dayısıqızı Dünyanın yaşadığı evin həyətindən gəlmişdir. O, ora çatdıqda onunla birlikdə bir neçə qonşuda gəlmişdir. Orada olduqda o, görmüşdür ki, Turanə bıçaqlanıb. İslevyan isə qırağda sakit durmuşdur. O, Turanəni görüb cəld qonşularla ona kömək etməyə başlamışdır. Daha sonra İslevyan təslim olunacağını deyərək çıxıb getmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin PPXB-də polis nəfəri kimi xidmət edir, polis serjantı rütbəsini daşıyır. O və digər iş yoldaşı Şahid3 ilə Binəqədi rayonu 4-cü Polis Şöbəsinin ərazisində xidmət aparırlar. 27.10.2020-ci il tarixdə saat 22:10-da “Bəylik- T’ efir vasitəsi ilə Binəqədi rayonu, 7-ci mkr, 31/26 məhəllədə bıçaqla xəsarət yetirmə hadisəsi baş verdiyini bildirmişdir. Onlar dərhal alınmış məlumatla əlaqədar hadisə yerinə getmişlər. Hadisə yerinə bir xanımın xəsarət aldığını görmüşlər. Onlar həmin xanımın yoldaşını öz xidməti avtomobilinə əyləşdirib hadisəni törətmiş şəxsin məyyən edilməsi və tapılması istiqamətində tədbirləri həyata keçirmişlər. Onlar Binəqədi RPİ-nin inzibati binasının qarşısından keçərkən bir nəfər şəxsin inzibati binaya doğru getdiyini görmüşlər. Avtomobildə olan şəxs hadisəni həmin şəxsin törətdiyini bildirmişdir. Onlar avtomobili saxlamış və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs adının İslveyvan olduğunu və törətdiyi cinayəti etiraf edərək polisə gəlib təslim olmaq istədiyini bildirmişdir. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən avtopatrula əyləşmiş və həmin şəxsi 4-cü PŞ-ya gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bölmədə müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs imiş. Bununla əlaqədar onlar raport tərti etmişlər.(i.v.140-143) Şahid qismində dindirilmiş Binəqədi RPİ-nin PPXB-nın polis nəfəri polis kiçik serjantı Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək, həmin xüsusatları bir daha təsdiqləmişdir.(i.v.144-147) Cinayət işinin 23-cü vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPi-nin 4-cü PŞ-na gətirilmiş və orada Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçağı könüllü olaraq təqdim etmişdir. Cinayət işinin 30-33-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 28.10.2020-ci il tarixli, 1802 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən- sol süd vəzisinin ön səthinin plevra boşluğuna nüfuz edən hemopnevmato- raksla müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ süd vəzisinin ön səthinin bir ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol qalça nahiyəsinin bir ədəd səthi deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən, sağ əlin İ barmağının ovuc səthinin kəsilmiş yarası kəsici kənara malik olan alətin təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən 27.10.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sol süd vəzisinin ön səthinin plevra boşluğuna nüfuz edən hemopnevmatoraksla müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, sağ süd vəzisinin ön səthindəki və sol qalça nahiyəsindəki deşilmiş-kəsilmiş yaralar, sağ əlin l barmağının ovuc səthindəki kəsilmiş yara isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Sağ əlin İ barmağının ovuc səthindəki kəsilmiş yaranın bıçağın tiyəsinin kəsici kənarının təsirindən əmələ gəlməsi inkar edilmir. Cinayət işinin 181-184-cü vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini təsdiqləmiş və hadisənin yerini əyani şəkildə göstərərək hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Cinayət işinin 185-189-cu vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söymədiyini, həmin şəxsin heç bir əsas olmadan ona xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 72-73-cü vərəqlərində olan protokoldan görünür ki, istinatq zamanı Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd bıçağa baxış keçirilmiş və müəyyən edilmişdir ki, 01 ədəd bıçaq mətbəx bıçağıdır, bıçaq tiyə və dəstək hissədən ibarət olub ümumi uzunluğu 272 mm-dir. Bıçağı tiyəsi gümüşü rəngli metaldan hazırlanıb bir tərəfi küt, digər tərəfi isə kəsicidi, ucu deşici xassəyə malikdir. Tiyənin üzərində NERJ yazısı həkk edilmişdir. Dəstək hissəsi qəhvəyi taxta merialından hazırlanmışdır.Baxış zamanı Təqsirləndirilən şəxs baxış keçirilən 01 ədəd mətbəx bıçağını nəzərdən keçirdikdən sonra həmin bıçaqdan hadisə zamanı istifadə etdiyi və həmin bıçağla zərərçəkmiş şəxsə zərbə endirdiyini bildirmişdir. Cinayət işinin 155-160-cı vərəqlərində olan məhkəmə-tibbi bioloji ekspertizasının 25.12.2020-ci il tarixli, 954/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0(1) (şəxsiyyət vəsiqəsindən).Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu:B(lll) (şəxsiyyət vəsiqəsindən). Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd mətbəx bıçağının tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunan zaman yalnız «H» antigeni alındı. Bu antigen 0(1) qrupunu xarakterizə edən əsas antigen olduğu üçün tədqiqat obyektində(bıçaqda) yalnız onun alınması qanın həmin qruplu şəxsə(şəxslərə) məxsus olması ilə izah oluna bilər və bu halda bıçaqda aşkar olunan qanım ABO sistemi üzrə Zərərçəkmiş şəxs qızma məxsus olması inkar olunmur. Mətbəx bıçağında aşkar olunmuş qanın ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus olması inkar olunur. Cinayət işinin 161-163-cü vərəqlərində olan ambulator məhkəmə psixiatrik ekspertizasının 12.01.2021-ci il tarixli 43 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya öz əməlini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya öz əməlini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 164-166-cı vərəqlərində olan məhkəmə ballistik ekspertizasının 22.02.2021-ci il, 3/159 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin 167-168-ci vərəqlərində olan qərardan görünür ki, hadisə zamanı istfadə edilmiş 01 ədəd bıçaq iş üzrə sübüt əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nİn saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 18-19-cu vərəqlərində olan 28.10.2020-ci il tarixli, 2/10726 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs “ORTA” dərəcəli alkoqol sərxoşluq vəziyyətində olmuşdur. Cinayət işinin 108-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 57-59, 104-107-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Əməlini səmimi olaraq etiraf edərək peşman olması Azərbaycan Respublikasının CMnin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cinayəti hərbi vəziyyət şəraitində törətməsi CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 20 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPi-nin saxlanc ambarına təhvil verilmiş 01 ədəd mətbəx bıçağı məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun və Müdafiəçi 480 (dörd yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhəri "Mərkəz" Vəkil Bürosuna nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 20 noyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPi-nin saxlanc ambarına təhvil verilmiş 01 ədəd mətbəx bıçağı məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun və Müdafiəçi 480 (dörd yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhəri "Mərkəz" Vəkil Bürosuna nəfinə ödənilməlidir. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar