Məhkəmə qərarları › İş №1(101)-865/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-865/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-865/2024 14.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2nvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin təxminən fevral ayının ikinci yarısında Bakı şəhərində başqa mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda,yəni 8,572 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda,yəni 3,320 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımış, 24 fevral 2023-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə o, saat 19:50-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİnin 21-ci polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan gödəkçənin cibindən bir bükümdə təmiz çəkisi 8,572 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 3,320 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, o, narkotik istifadə etdiyinə görə özünü təqsirli bilir, lakin ittiham aktında göstərilən miqdarda narkotik vasitənin onun üzərindən aşkarlanmasına görə təqsirli bilmir. Onun üzərində 1,5 qram narkotik vasitə “kakos”,yəni heroin olub. Onun polislər tərəfindən saxlanılmağı 2023-cü il, yanvar ayının axırı baş verib. Tarixi dəqiq xatırlamır. O, polislər tərəfindən evinin yaxınlığında saxlanılmışdır. Təqsirli bildiyi hissədə əməlindən peşmandır. O, 7-8 aydır ki, narkotik vasitədən istifadə edir. Hadisə baş verməzdən bir gün əvvəl İran İslam Respublikası vətəndaşından zəng gəlmişdi. Ona. 45 manata 2 qrama yaxın narkotik vasitə heroin təklif etmişdi. O,tutulanda onun üzərində 0,5 qram “metamfetamin”, 1 qram “kakos” növündə narkotik vasitə olmuşdur. Onu saxlayan polis əməkdaşlarını tanıyır. Onlarla heç bir ədavəti yoxdur. Onun polis əməkdaşları tərəfindən tutulmağından təxminən 7-8 ay keçib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyildir. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi 85 ünvanının qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan, onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında otaqlardan birinə dəvət etmişdirlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmışdır: ilk öncə onun geyindiyi qara rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** GSM nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd üzərində 5235 2222 3584 1034 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Bundan sonra üzərindən heç bir əşya aşkar edilməmiş və ona üst-başını səliqəyə salması təklif edilmişdir. Daha sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 11 qram, metamfetaminin çəkisi isə 4 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun, müdafiəçisin və təhqiqatçının tərəfindən imzalanmışdır. Ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, o həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Baba” adlı şəxsin vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən şəxsi istifadəsi üçün 230 (iki yüz otuz) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Şahid2 ifadələrində göstərdi ki, 24 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs müəyyən edib onu Nəsimi RPİ-nin 21-ci PB-yə dəvət etdilər. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21- ci PBnin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildi. Axtarış video çəkiliş ilə aparıldı. Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı metamfetamin və heroin aşkar edildi. Narkotik vasitənin və psixotorp maddənin miqdarı yadında deyil. Kamranı yaşadığı ünvanın yaxınlığında saxlamışlar. Kamranın özünün dediyinə görə o, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından alıb. Məlumat əməliyyat qrupunun rəhbəri Şahid1 daxil olmuşdur. Ülfanla birlikdə Kamranı saxlamışlar. Kamran onu saxlayanda tək idi. Hadisə yerində Elçin adlı şəxs olmayıb. Onu saxladıqları ünvan yaşadığı ərazinin ətrafı idi. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid1 ifadələrində göstərmişdir ki, 24 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və satması barədə BNMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə BNMİ-nin polis nəfəri Şahid2 onun iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişlər. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq onlar, yəni o və onunla birlikdə BNMİ-nin polis nəfəri Şahid2 ilə ünvan 5 ünvanına yollanmışlar. 19:50-də həmin ünvanda piyada hərəkətdə olan zaman həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 21-ci PB-yə dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21- ci PB-nin inzibati binasındakı xidməti otaqların birində BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Vahabov Yelmar tərəfindən müdafiəçi təyin edilmişdir. BNMİ-nin polis nəfəri Şahid2, BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Vahabov Yelmarın və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik heroinə bənzər kütləni və 01 ədə bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra həmin şəxsin üzərinə baxış keçirildikdə həmin şəxsin əynindəki şalvarın sol yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd bank kartı aşkar edilmişdir. Daha sonra həmin şəxsin üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin şəxsin əynindəki şalvarın yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisi 1l(on bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 4(dörd) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr təhqiqatçı Yelmar Vahabov tərəfindən qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsilə 24 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün 230 (iki yüz otuz) manata əldə etdiyini, heç kimə narkotik maddə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü və həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 24 fevral 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki gödəkcənin cibindən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəməkimyəvi ekspertizasının 25 fevral 2023-cü il tarixli 6/1132 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdəki maddə təmiz çəkisi 8,572 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,320 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 3,320 qram psixotrop maddə metamfetamin və 8,572 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 3,220 qram olan psixotrop maddə metamfetamin və 8,472 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 daxil olmuş məktubdan görünür ki, xx xxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin video görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünümüdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan psixotrop maddənin və narkotik vasitənin ona aidiyyəti yoxdur, o narkotik vasitə istifadəçisi olmuşdur. O, saxlanılan zaman onun üzərində 0,5 qram metamfetamin, 1 qram “kakos” növündə narkotik vasitə heroin olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 onun ifadələrində göstərilən halları təkzib etdilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları inkar edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyini, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib, bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki, onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 55 (əlli beş) saat hüquqi yardım göstərilməsi və buna görə ona 330 (üç yüz otuz) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 92 (doxsan iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəni təşkil edən 3,220 qram psixotrop maddə metamfetaminin və 8,472 qram narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin üstünün açılmasında iştirak etməsi, əvvəllər məhkum olmaması, bir nəfər azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 24 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 26 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi müəyyən olundu. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin onun cəza müddətinə daxil edilməsini və ona təyin edilmiş cəzadan çıxılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsini və onun barəsində “həbs” qətimkan tədbirinin seçilib məhkəmə iclas zalından dərhal həbsə alınmasını əsaslı sayır. Həmçinin, məhkəmə seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3572 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİODLƏRİN və psixostimulyatorlann qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, narkomaniya xəstəliyindən müalicəyə ehtiyacı olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət onun cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün olaraq hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 92 ( doxsan iki ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün 330 (üç yüz otuz ) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 92 ( doxsan iki ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinin ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 8,472 qram hissəsi və psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 3,220 qram hissəsi sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk (DVD-R) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar