Məhkəmə qərarları › İş №1(101)-865/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-865/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-865/2025 23.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X17 və X7, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Bakı şəhəri 3 saylı Uşaq evi Sosial Xidmət müəssisəsinin direktor müavini vəzifəsini icra edən Qanuni nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquq şöbəsinin mütəxəssisi Nümayəndə1 və Nümayəndə2, mütəxəssis (müəllim-psixoloq) X5 və X6 iştirakları ilə qapalı məhkəmə iclasında xx xxxxxx 2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 evi sosial xidmət müəssisəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının 19-dan 24-dək olan müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan ünvan 2 evi sosial xidmət müəssisəsində xx xxxxxx 2012-ci ildə doğulmuş, 14 yaşına çatmayan Zərərçəkmiş şəxs azyaşlı olmasına görə köməksiz vəziyyətindən istifadə edib sonuncuya qarşı zor tətbiq etməklə cinsiyyət orqanını sonuncunun arxa keçəcək nahiyəsinə daxil edib qeyri-təbii yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını təmin edərək Zərərçəkmiş şəxs qarşı hər gün, təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməmiş, onu döyməmişdir. O və Sənan hər ikisi 3 nömrəli uşaq evində yaşamış, orada təhsil almışlar. Lakin Zərərçəkmiş şəxs 3 nömrəli uşaq evinə köçürülməmişdən əvvəl digər 2 uşaq evində yaşamışdır. Onun bir neçə uşaq evini dəyişməsinin səbəbini bilmir. İttihamda onun Zərərçəkmiş şəxs qarşı törətdiyi əməllərin tarixlərində o, uşaq evində olmamış, həmin vaxtlar, yəni 2024-cü ilin avqust ayının 19-dan 24-dək olan müddətdə o, Hövsanda olmuş, orada “Büllur” su şirkətində işləmiş və konteynerdə gecələmişdir. Uşaq evində bütün otaqlarda kameralar quraşdırılmışdır. Müstəntiqdən həmin kameralın görüntülərini götürməyi xahiş etsə də müstəntiq bunu etməmişdir. halbuki, ittihamda onun cinayət törətdiyi məkanlarda hər birində kamera vardır. Onun uşaq evinə düşməsinə səbəb atasız-anasız qalması, ögey qardaşının ona himayədarlıq etməməsi olmuşdur. O, televiziya verilişlərindən birində uşaq evlərində olan özbaşınalıqlardan danışdığı üçün ona belə ittiham vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu ilə birlikdə 3 saylı uşaq evində yaşamışlar. Belə ki, onun 13 yaşı olduğu üçün Təqsirləndirilən şəxs isə 17 yaşı olduğu üçün artıq ikisidə böyüklər qrupunda olmuş, bir yataq otağında yatmışlar. Məhəmmədi 2023-cü ilin may ayından tanıyır. Arabir Məhəmməd ona və digər uşaqlara söz atıb sataşmış, məsələn həyətdə uşaqlarla velosiped sürəndə Məhəmməd idarə etdiyi velosipedi onların üstünə sürürdü. 19 avqust 2024-cü il tarixdə günorta saatlarında uşaqlarla sinifdə olan zaman Məhəmməd yanına gəlib ikinci mərtəbədə olan hamama gedəcəyini və ona paltar dolabından mayka və tumanı götürüb hamama gətirməyi demişdir. Məhəmməddən qorxduğu üçün sonuncunun dediyini etdi. Mayka və tumanı götürüb hamama gəldi və onları Məhəmmədə verdi. Həmin vaxt Məhəmməd onu yanına çağırıb şalvarını soyunmağı dedi. Bunu etmək istəmədi, lakin Məhəmməd özü əli ilə şalvarını aşağı çəkib başını aşağı əymişdir. Məhəmmədin ona qarşı pis hərəkət edəcəyini görüb ondan bunu etməməyi xahiş etdi və ağladı, lakin Məhəmməd sözlərinə və göz yaşlarına əhəmiyyət verməyib cinsi orqanını arxa nahiyəsinə salmışdır. Həmin vaxt bərk ağrı hiss etmişdir. Məhəmmədin əlindən çıxmaq istəsə də, sonuncu bunu etməyə imkan verməmiş və ona qarşı pis hərəkətini etməyə (dala-qabağa hərəkətlər edirdi) davam etmişdir. Bu təxminən 20 dəqiqə davam etmiş, sonra bədənində istilik hiss etmiş, həmin vaxt Məhəmməd cinsi orqanını çıxartmışdır. Məhəmməd cinsi orqanını arxa nahiyəsindən çıxardandan sonra arxa nahiyəsində ağ rəngli maye olduğunu hiss etmişdir. Məhəmmədin cinsi orqanının üzərində də ağ rəngli maye olmuşdur. Məhəmməd ona bu haqda kiməsə dəyəcəyi təqdirdə, onu döyəcəyini və qabırğalarını sındıracağını bildirmişdir. Dərhal şalvarını çəkib hamam otağından qaçıb sinifə getmiş, qorxudan heç kimə heç nə deməmişdir. Növbəti gün, yəni 20 avqust 2024-cü il tarixdə günorta saatlarında uşaqlarla həyətdə oynayan zaman Məhəmməd ona yaxınlaşıb yataq otağında ona masaj etməyi demişdir. Məhəmmədin ona nə edəcəyini başa düşüb qorxudan tərbiyyəçi Samirə Köçərlinin yanına qaçmış, lakin sonuncuya heç nə deməmişdir. Məhəmməd əl çəkməmiş və təkrar yanına çağırmışdır. Qorxudan Məhəmmədlə ikinci mərtəbədə olan yataq otağına qalxmışdır. Yataq otağında heç kim olmamışdır. Məhəmməd yataq otağının qapısını örtmüş, qapının kilidi nasaz vəziyyətdə olduğu üçün, Məhəmməd qapının arxasına bir masa qoymuşdur ki, heç kim qapını aça bilməsin. Sonra Məhəmməd soyunub lüt şəkildə öz çarpayısında uzanmış və ona şalvarını soyunmağı demişdir. Bunu etmək istəməmiş, lakin Məhəmməd zorla şalvarını və tumanını əynindən çıxarmışdır, sonra isə uzanıb gərginləşmiş vəziyyətdə olan cinsi orqanının üstünə oturmağı demişdir. Qorxudan Məhəmmədin gərginləşmiş vəziyyətdə olan cinsi orqanının üzərinə oturmuş, həmin vaxt bərk ağrı hiss etmiş, Məhəmməd isə bir əli ilə ağzını tutmuşdur ki, ağrıdan qışqıranda səsi çıxmasın, digər əli ilə isə qarnından tutub özünə dartmışdır. Təxminən yarım saat Məhəmməd onunla cinsi əlaqədə olmuşdur. Ağrıdan qışqırıb ağladığı üçün Məhəmməd bir əli ilə ağzını tutmuşdur ki, səsi çıxmasın. Sonra bədənində istilik hiss etmiş, bu dəfə də Məhəmməd cinsi orqanını arxa nahiyəsindən çıxardandan sonra arxa nahiyəsində ağ rəngli maye olduğunu hiss etmiş, həmin ağ rəngli maye Məhəmmədin cinsi orqanının üzərində də var idi. Məhəmməd həmin mayeni silmək üçün cinsi orqanını tumanına sürtmüşdür. Məhəmməd bu dəfə də onu hədələyərək heç kimə heç nə deməməyi tapşırmışdır. Qorxudan bu haqda heç kimə heç nə deməmişdir. Növbəti dəfə, yəni 21 avqust 2024-cü il tarixdə axşam saat 20 radələrində həyətdə uşaqlarla oynayan zaman Məhəmməd ona yaxınlaşıb «gedək mənə masaj elə» demişdir. Məhəmmədin yanından qaçıb aralansa da Məhəmməd onu boynundan tutub özü ilə yataq otağına aparmışdır. Qorxudan qışqırmamışdır. Məhəmməd onu yataq otağına salmış və qapını arxadan örtmüşdür. Qapının kilidi nasaz olduğu üçün Məhəmməd bu dəfə də otaqda olan masanı qapının arxasına çəkib qoymuşdur ki, qapını açan olmasın. Sonra Məhəmməd onu yatdığı çarpayının yanına gətirmiş, orada ayaq üstə dayanıb şalvarını aşağı çəkmiş və əli ilə başından tutub onu aşağı əymişdir. Məhəmməd bu dəfə də cinsi orqanını arxa nahiyəsinə salıb dala-qabağa hərəkətlər etməyə başlamışdır. Bu təxminən 20 dəqiqə davam etmişdir. Sonra Məhəmməd cinsi orqanını arxa nahiyəsindən çıxarmışdır. Bu dəfə istilik hiss etməmiş, lakin Məhəmmədin cinsi orqanının üzərində ağ rəngil maye olmuşdur, həmin maye yerə də tökülmüşdür. Bu dəfə də Məhəmməd onu hədələyərək heç kimə heç nə danışmamağı tapşırmışdır. Yataq otağının qapısını açıb aşağı həyətə düşmüş və qorxudan heç kimə heç nə danışmamışdır. Növbəti dəfə, yəni 22 avqust 2024-cü il tarixdə günorta saatlarında uşaqlarla həyətdə oynayan zaman Məhəmməd yanına gəlib yenə də ona «gedək mənə masaj elə» demişdir. Məhəmməddən binanın arxa tərəfinə qaçsa da, Məhəmməd dalınca gəlib boynundan tutmuş və onu binanın birinci mərtəbəsində olan sinif otağına gətirmişdir. Orada Məhəmməd onu kondisionerin altında olan divanın yanına gətirmiş və şalvarını tumanla birlikdə aşağı çəkib onu ağzı üstə divanın üzərinə uzandırmışdır. Sonra Məhəmməd şalvarını və tumanını yarıya çəkib cinsi orqanını arxa nahiyəsinə salmış və təxminən 20 dəqiqə dala-qabağa hərəkətlər etməyə başlamışdır. Ağrıdan qışqırıb ağladığı üçün Məhəmməd bir əli ilə ağzını tutmuşdur ki, səsi çıxmasın. Bədənində istilik hiss etdikdən sonra Məhəmməd cinsi orqanını arxa nahiyəsindən çıxarmışdır. Bu dəfə də arxa nahiyəsində ağ rəngli maye olmuşdur, Məhəmmədin cinsi orqanı üzərində də ağ rəngli maye olmuşdur, hətta həmin mayenin bir hissəsi sonuncunun şalvarı üzərinə də tökülmüşdür. Məhəmməd bu dəfə də onu hədələyərək heç kimə heç nə danışmamağı tapşırmışdır. Şalvarını çəkib otağı tərk etmiş və heç kimə heç nə danışmamışdır. Növbəti gün, yəni 23 avqust 2024-cü il tarixdə günorta saatlarında həyətdə olan zaman Məhəmməd ona yaxınlaşıb «gedək hamam üçün paltarlarımı hazırla» demişdir. Qaçmaq istəyəndə Məhəmməd əli ilə boynundan tutub onu ikinci mərtəbədə yerləşən hamam otağına aparmışdır. Orada Məhəmməd şalvarını aşağı çəkib onu diz üstə yerə çökdürmüş və təpiklə bir dəfə ağız nahiyəsindən vurmuşdur, lakin xəsarət almamışdır. Ağlamış və qışqırmaq istəyəndə Məhəmməd onu əli ilə boynundan tutmuşdur. Sonra isə Məhəmməd onu ayağa qaldırıb əli ilə başını aşağı əymiş, sonra isə əli ilə boğazından tutub şalvarını və tumanını aşağı çəkmiş və cinsi orqanını arxa nahiyəsinə salmışdır. Təxminən 20 dəqiqə Məhəmməd dala-qabağa hərəkətlər etmiş, sonra bədənində istilik hiss etmiş, Məhəmməd cinsi orqanını çıxardandan sonra arxa nahiyəsində ağ rəngli maye hiss etmiş, Məhəmmədin cinsi orqanı üzərində də ağ rəngli maye olmuş, həmin maye yerə də tökülmüşdür. Şalvarını və tumanını çəkib oranı tərk etmişdir. 24 avqust 2024-cü il tarixdə Məhəmməd uşaq evini tərk edib gedəndən sonra Məhəməddin etdikləri barədə uşaq evində koordinator işləyən Şahid2 məlumat vermiş, sonuncu isə bu haqda uşaq evinin müdiri olan Günay xanıma məlumat vermişdir. Həmin gün uşaq evinin tibb işçisi olan Yasəmən xanım arxa nahiyəsinə baxıb ora maz çəkmişdir. Həmin vaxtdan sonra Məhəmmədi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Hər ikisi 3 saylı uşaq evində qalmışdır. O, 2012-ci il təvəllüdlü olmaqla 13 yaşı vardır, hadisə zamanı isə 12 yaşı olmuşdur. Məhəmmədi bir neçə ildir ki, tanıyır, Məhəmməd onlarla bir yataqxanada qalırdı. Arabir Məhəmməd ona və digər uşaqlara söz atıb sataşmış, onları döymüşdür. Məhəmməd onunla eyni yaş qrupunda olmuşdur. Zərərçəkmiş şəxs Sənanı təxminən bir ildən bir az artıq tanıyır, Sənan onunla eyni yaş qrupundadır. 23 avqust 2024-cü il tarixdə günorta saatlarında nahardan sonra qarnı ağrıdığı üçün yuxudan oyanıb yataq otağının sanitar qovşağına getmişdir. Tualetin kabinəsinə keçib qapını bağladı. Təxminən 5 dəqiqədən sonra Məhəmmədin Sənanla birlikdə hamam otağına keçdiklərini eşitdi. Onları görmək üçün unitazın üstünə qalxdı və qapının üzərindən onlara baxmağa başladı. Sənan ağlamış və Məhəmmədə «nə olar, eləmə, bilirəm tərbiyəsiz şeylər edəssən mənə» demişdir. X14q asmamış və Sənanın şalvarını və tumanını aşağı salandan sonra bir əli ilə Sənanın ağzını tutub cinsi orqanını Sənanın arxa nahiyyəsinə salmışdır. Təxminən 5 dəqiqə Məhəmməd qabağa-arxaya hərəkətlər edəndən sonra Sənana getməyi demişdir. Həmçinin, Məhəmməd Sənana «kiməsə desən, bunu sənə bir də edəcəm» demişdir. Sənan ağlayaraq çıxıb getmişdir. Məhəmməd gedəndən sonra o da oranı tərk etmişdir. Həyətə çıxandan sonra Sənana yaxınlaşıb Məhəmmədin ona qarşı etdiklərini gördüyünü və bu barədə uşaq evinin direktoru Günay xanıma danışmağı dedi ki, Məhəmməd barəsində tədbir görülsün. Məhəmməd tək Sənana deyil, başqa uşaqlara o cümlədən Cümşüdə və ona qarşı da əxlaqsız hərəkətlər etmişdir. Belə ki, uşaq məktəbinin yataq otağında gecə vaxtıməktəbdə qızlar da var. Məhəmməd gecə Sənanı oyadıb aparırdı. Həsənə qarşı da pis hərəkət etmək istəyirdi, lakin o, qışqırıb eləmə dediyi üçün ona qarşı həmin hərəkəti etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, 2005-ci ildən 3 saylı Uşaq evində tərbiyəçi vəzifəsində, 2021-ci ildən Uşaq Birliyinin rəhbəri vəzifəsində, son bir ay isə koordinator vəzifəsində işləyir. Hazırki vəzifəsi uşaqlar üçün dərsdən kənar kursların və dərnəklərin təşkilindən, uşaqlarla tərbiyəvi və profilaktiki söhbətlərin aparılmasından və s. ibarətdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin uşaq evində valideyn himayəsi olmayan uşaqlar kimi yaşayır. 24 avqust 2024-cü il tarixdə işdə olan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşıb Uşaq evinin direktoru vəzifəsini icra edən Günay xanımla danışmaq istədiyini bildirmişdir. Həmin vaxt Günay xanım işdə olmadığından, Sənandan ona necə kömək edə biləcəyini soruşmuş, Sənan isə Uşaq evində yaşayan Təqsirləndirilən şəxs uşaq evinin sanitar qovşağında onunla arxa nahiyədən qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Dərhal Uşaq evinin tibbi bacısı olan Yasəmən xanımdan Sənanı müayinə etməyi xahiş etmişdir. Tibb bacısı Sənanı müayinə edib arxa nahiyəsində qızartının olduğunu bildirmişdir. Eyni zamanda, mobil telefonla Uşaq evinin direktoru vəzifəsini icra edən Qanuni nümayəndə ilə əlaqə saxlayıb ona Sənanın danışdıqları barədə məlumat vermişdir. Təxminən yarım saatdan sonra Günay xanım işə qayıtmış və Zərərçəkmiş şəxs qəbul edib dinləmişdir. Sənan ona danışdıqlarını Günay xanıma da danışmışdır. Günay xanım hadisə barədə yuxarı rəhbərliyə məlumat vermiş və bundan sonra Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs uşaq evində olan başqa uşaqlara qarşı əxlaqsız hərəkətlər etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, 2023-cü ilin iyun ayından 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində tibb bacısı vəzifəsində işləyir. Ondan başqa həmin Uşaq evində 3 tibb bacısı işləyir, növbəli iş rejimində işləyirlər- bir gün səhər, bir gün axşam işləyirlər və iki gün evdə istirahət edirlər. Tibb bacısı kimi uşaqların sağlamlığına nəzarət edirlər, uşaqlara ilkin tibbi yardım göstərirlər, zərurət olduqda təcili tibbi yardım çağırırlar, uşaq xəstəxanaya yerləşdirildikdə onu xəstəxanaya qədər müşayiət edirlər. 24 avqust 2024-cü il tarixdə səhər növbəsində işə başlamışdır. Həmin gün səhər saatlarında 3 saylı Uşaq evində koordinator vəzifəsində işləyən Şahid2 onu otağına çağırmışdır. Həmin vaxt Uşaq evinin sakini olan Zərərçəkmiş şəxs qonşu otaqda olmuşdur. Şahid2 Zərərçəkmiş şəxs istinad edərək vaxtilə 3 saylı Uşaq evinin sakini olmuş Təqsirləndirilən şəxs Sənana qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etməsini bildirmiş və Sənanı müayinə etməyi demişdir. Şahid2 bir tibb bacısı kimi Sənanın arxa nahiyəsinin xarici müayinəsini edə biləcəyini demişdir. Sonra isə Sənanı tibb otağına aparıb onu xüsusi çarpayıda böyrü üstə uzandırmış və onu sorğu-sual etmədən arxa nahiyəsinin xarici müayinəsini etmişdir – Zərərçəkmiş şəxs anus ətrafı nahiyəsində cüzi qızartı olmuşdur. Sonra «Levomikol» mazından istifadə edərək Sənanın anus ətrafı nahiyəsinə həmin mazdan sürtmüş və tənzifdən tompon düzəldib Sənanın arxa nahiyəsinin üzərinə qoymuşdur ki, bir müddət Sənan onu gəzdirsin. Sonra Sənanı aparıb İlahə xanıma təhvil vermişdir. Zərərçəkmiş şəxs müayinə olunması ilə bağlı həmin gün müvafiq akt tərtib olunmuşdur. Həmin Aktda özü, sosial işçi Ülkər Babayeva, mentor Könül Həsənova və koordinator Şahid2 imza etmişlər. Eyni xəsarətlə bağlı ona müraciət edən uşaq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir qohumluğu, ədavəti və ya düşmənçiliyi yoxdur. Həmçinin Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, 16 fevral 2024-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin direktor müavini, eyni zamanda direktor vəzifəsini icra edən şəxs kimi fəaliyyətə başlamışdır. Uşaq evində yaşı 3-18 olan valideynsiz və yaxud valideyn himayəsindən kənar qalmış uşaqlar yaşayır, tərbiyə və təhsil alır. Təqsirləndirilən şəxs həmin uşaq evində 6 yaşından yaşamış, şəraiti yaxşılaşdırılması üçün ailəyə himayə vermək proqramı əsasında bir ailə tərəfindən aparılmış, lakin həmin ailədə yaşaya bilməmiş və yenidən uşaq evinə qaytarılmışdır. Uşaq evində 3 yaşdan 12 yaşadək uşaqlar balaca qrup,12 yaşdan yuxarı uşaqlar isə böyük qrupa aid olmuşlar. Bununla əlaqədar balaca qrupun uşaqları ayrı yataq otağında, böyük qrup isə digər yataq otağında gecələyirdilər. Təqsirləndirilən şəxs hadisə dövrü 17 yaşı olmuş, Sənanın isə 12 yaşı olduğu üçün hər ikisi böyüklər qrupu üçün nəzərdə tutulmuş yataq otağında gecələyirdilər. Hadisə baş verdiyi xx.xx.2024-cü il tarixdə o,icazə aldığı üçün rayonda olmuşdur. Həmin vaxt ona uşaq evində koordinator vəzifəsində işləyən Şahid2 zəng edərək bildirmişdir ki, ona uşaqlardan Zərərçəkmiş şəxs və Şahid4 yaxınlaşaraq uşaq evinin hamamla ayaqyolu olan otaqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla uşaqbazlıq etdiyini bildirmişlər. O, dərhal göstəriş vermişdir ki, Zərərçəkmiş şəxs tibb bacısı Şahid3 müayinə üçün təqdim etsinlər. Bundan bir müddət sonra Şahid3 özü məlumat vermişdir ki, Zərərçəkmiş şəxs anus ətrafı nahiyəsində qızartı və sürtünmə izləri olmuşdur. Bundan sonra dərhal Bakıya uşaq evinə gəlmiş, xidməti otağında həm Zərərçəkmiş şəxs, həm də Şahid4 dinləmişdir. Əlihüseyn ona demişdir ki, 23 avqust 2024-cü il tarixdə günorta saatlarında nahardan sonra qarnı ağrıdığı üçün yuxudan oyanıb yataq otağının sanitar qovşağına getmişdir. Tualetin kabinəsinə keçib qapını bağladı. Təxminən 5 dəqiqədən sonra Məhəmmədin Sənanla birlikdə hamam otağına keçdiklərini eşitdi. Onları görmək üçün unitazın üstünə qalxdı və qapının üzərindən onlara baxmağa başladı. Sənan ağlamış və Məhəmmədə «nə olar, eləmə, bilirəm tərbiyəsiz şeylər edəssən mənə» demişdir. X14q asmamış və Sənanın şalvarını və tumanını aşağı salandan sonra bir əli ilə Sənanın ağzını tutub cinsi orqanını Sənanın arxa nahiyyəsinə salmışdır. Təxminən 5 dəqiqə Məhəmməd qabağa-arxaya hərəkətlər edəndən sonra Sənana getməyi demişdir. Həmçinin, Məhəmməd Sənana «kiməsə desən, bunu sənə bir də edəcəm» demişdir. Sənan ağlayaraq çıxıb getmişdir. Məhəmməd gedəndən sonra o da oranı tərk etmişdir. Həyətə çıxandan sonra Sənana yaxınlaşıb Məhəmmədin ona qarşı etdiklərini gördüyünü və bu barədə uşaq evinin direktoru Günay xanıma danışmağı dedi ki, Məhəmməd barəsində tədbir görülsün. Öz növbəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla bir neçə dəfə cinsi zorakılıq hərəkətləri etmiş, sonuncu dəfə 23 avqust 2024-cü il tarixdə günorta saatlarında həyətdə olan zaman Məhəmməd ona yaxınlaşıb «gedək hamam üçün paltarlarımı hazırla» demişdir. Qaçmaq istəyəndə Məhəmməd əli ilə boynundan tutub onu ikinci mərtəbədə yerləşən hamam otağına aparmışdır. Orada Məhəmməd şalvarını aşağı çəkib onu diz üstə yerə çökdürmüş və təpiklə bir dəfə ağız nahiyəsindən vurmuşdur, lakin xəsarət almamışdır. Ağlamış və qışqırmaq istəyəndə Məhəmməd onu əli ilə boynundan tutmuşdur. Sonra isə Məhəmməd onu ayağa qaldırıb əli ilə başını aşağı əymiş, sonra isə əli ilə boğazından tutub şalvarını və tumanını aşağı çəkmiş və cinsi orqanını arxa nahiyəsinə salaraq cinsi əlaqədə olmuşdur. Bu hadisəni görən Şahid4 təkidi ilə o, koordinator vəzifəsində işləyən Şahid2 müraciət etmiş və sonuncu tibb bacısını çağıraraq onu müayinə etməyi demişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs digər uşaqlara qarşı, hətta 3 yaşlı qız uşağına qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumatlar üzə çıxmışdır. Həmçinin Məhəmməd qəddar uşaq idi, pişik balasının başını üzərək öldürmüşdür. Təbii ki, o, Məhəmmədin hərəkətləri barədə polisə xəbər vermiş, Məhəmməd saxlanılmış və cinayət məsuliyyətinə cəlb edilmişdir. Buna kimi isə Məhəmmədi uşaq evindən kənarlaşdırmağa çalışmışdır ki, o, Zərərçəkmiş şəxs qarşı hər hansı zor tətbiq etməsin. Məhəmmədə 100 manat pul vermişdir ki, özünə bir yer tapıb orada müvəqqəti yaşasın. Artıq Məhəmməd su daşıma şirkətində fəhlə işlədiyi üçün işi də olmuşdur. Məhəmmədlə Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlər barədə söhbət etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, sosial işçi X18, mentor X8, koordinator Şahid2, tibb bacısı Şahid3 bu aktı ondan ötrü tərtib etmişlər ki, xx.xx.2024-cü il tarixində xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2012-cü il təvəllüdlü Zərərçəkmiş şəxs dediklərinə əsasən ona qarşı uşaq evinin sanuzelində cinsi zorakılıq tətbiq etməyə cəhd etmişdir. Bu mövzuda Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə müəssisəsinin koordinatoru Şahid2 məlumat vermişdir. Məlumata əsasən koordinator dərhal müəssisənin növbədə olan tibb bacısına, sosial işçisinə, mentora məlumat vermiş və uşaq tibbi müayinədən keçirilmişdir. Tibb bacısının müayinəsinə əsasən düz bağırsağın çöl ətrafında ağrılı, qızartı aşkar edilmişdir. Akt iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanmış 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin sakini Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 3 saylı uşaq evinin 2-ci mərtəbəsində yerləşən sanitar qovşağında onunla gündə 2-3 dəfə qeyri təbii yolla onun istəyi olmadan cinsi əlaqədə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirmə və götürmə haqqında” xx.xx.2024cü il tarixli protokoldan müəyyən olunur ki, hadisənin baş verdiyi ünvan ünvan 2 evi sosial xidmət müəssisəsinin 2-ci mərtəbəsində yataq otağının içərisində olan ayaqyoludur. Ayaqyolunun daxilində heç bir müşahidə kamerası yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X12» X28 23 sentyabr 2024-cü il tarixli 419 saylı məhkəmə-tibbi ekspertizası rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 150.2-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək 24 sentyabr 2024-cü il tarixdə tutulmuşdur. Müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan əməllərini etiraf etmiş, 19, 20, 21, 22 və 23 avqust 2024-cü il tarixlərdə uşaq evinin hamam, yataq, sinif otaqlarında Zərərçəkmiş şəxsla, sonuncunun müqavimətini sındırıb arxa keçəcəyinə öz cinsiyyət orqanını soxub spermasını ifraz etməklə cinsi əlaqədə olmuşdur. Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, müdafiəçi və qanuni nümayəndəsinin iştirakları ilə özünü təqsirli bilərək şübhəli şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)- 623/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 sentyabr 2024-cü il tarixdən olmaqla 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Qətimkan tədibir məsələsinə baxan zaman Təqsirləndirilən şəxs qarşı sürülmüş ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin direktoru Qanuni nümayəndə, sosial işçi X18, psixoloq X5, koordinator Şahid2 aktı tərtib etmişlər ondan ötrü ki, uşaq evində yaşayan xx.xx.2012-ci il təvəllüdlü Şahid4 Xətai rayonu 34-cü polis bölməsinin əməkdaşı tərəfindən dindirildikdən sonra onlara etiraf etmişdir ki, uşaq evində yaşayan Təqsirləndirilən şəxs ona və X15 qarşı seksual xarakterli hərəkətlərə yol vermişdir. Akt iştirkaçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)- 2228/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində 3 saylı uşaq evinin yataq otağında olan rəfin arxa hissəsini sökərək ona verilən 01 ədəd elektron üzqırxan aparatı, uşaqlara aid 07 ədəd alt paltarı və 11 cüt corabı gizli talamışdır. Onun barəsində Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 160 saat ictima işlər inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X12» X28 01 oktyabr 2024-cü il tarixli 439 saylı məhkəmə-tibbi ekspertizası rəyindən müəyyən olunur ki, 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmədə elan edilib araşdırılmış yetkinlik yaşına çatmayan X9 ifadəsindən müəyyən olunur ki, yaşadığı 3 saylı uşaq evində, 2023-cü ilin yanvar ayında Şahid4 sanitar qovşağına apardığını görmüş, bundan bir həftə sonra yataq otağında Təqsirləndirilən şəxs onun yatağına gündüz vaxtı girərək cinsi orqanını əlində tutub onunla cinsi əlaqəda olmağa cəhd etmişdir, lakin o çarpayıdan durub müəllimə şikayət edəcəyini dediyi üçün Təqsirləndirilən şəxs pozğun hərəkətini həyata keçirə bilməmişdir. Təqsirləndirilən şəxs onunla cinsi əlaqəyə girməkdən imtina etdiyi görə ona bir neçə dəfə yumruqla vurmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2863 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin mənasını öz əqli və psixi inkişafı çərçivəsində anlaya bilir. Zərərçəkmiş şəxs psixi-emosional durumunda ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl dəyişiklik müşahidə olunmamışdır. Baş vermiş hadisə zamanı psixiemosional vəziyyətində qorxu əmələ gəlmişdir. Hazırda psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar əhval-ruhiyyəsinin bir qədər enməsi, sıxıntı müəyyən edilir. Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı emosional halından, yaş və fərdi-psixi xüsusiyyətlərindən asılı olaraq müqavimət göstərməyə bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs öz yaş xüsusiyyətlərinə uyğun yaranmış şəraitin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri ilə əlaqədar təlqinə qapıla və başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X28 xx.xx.2024-cü il tarixli 2864 saylı rəyindən müəyyən olunur ki, X10 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Məhkəmədə elan edilib araşdırılmış Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X28 xx.xx.2024-cü il tarixli 2991 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Emosiya və davranışın qarışıq pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən Emosiya və davranışın qarışıq pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Onun əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosionallıq, davranışları üzərində iradi nəzarətin çatışmazlığı, məsuliyyətsizlik, emosional dayanıqsızlıq, laqeydlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onun yuxarıda qeyd edilən əməlləri törətməsində fərdipsixoloji xüsusiyyətlərinin mənfi təzahürü müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual inkişafı yaş xüsusiyyətlərinə uyğundur. O, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 27 noyabr 2024-cü il tarixli qərarından müəyyən olunur ki, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri sübut kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir, Təqsirləndirilən şəxs barəsində Zərərçəkmiş şəxs savayı olan şəxslər barəsində zorakılıq hərəkətləri etməsi sübuta yetirilmədiyi üçün bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs uşaq evində yaşadığı müddət 3 yaşında olan azyaşlı qız uşağına qarşı seksual xarakterli hərəkətlər etdiyi barədə uşaq evinin müdiri Qanuni nümayəndə tərəfindən ifadə verilmiş, bu epizodla bağlı müvafiq araşdırma məhkəməyədək icraat zamanı aparılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən X4 məhkumluğu yoxdur. Məhkəmədə elan edilib araşdırılmış müdafiəçinin vəsatəti əsasında Təqsirləndirilən şəxs məxsus olan və Bakı İT-da saxlanılan 051 *** ** ** mobil nömrəsi olan «SAMSUNG GALAXY 51» markalı Smartfon tipli mobil telefon məhkəməyə təqdim edilmiş və mobil telefona baxış zamanı əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmədə Müdafiəçi1 vəsatət verərək Təqsirləndirilən şəxs hadisə baş verən ərəfədə 3 saylı uşaq evində olmadığını bildirmiş, "xxxx" MMC-yə sorğu verilməsini xahiş etmişdir. Bu məsələnin dəqiqləşdirilməsi üçün Azercell MMC-ə qərar qəbul edilərək sorğu verilmişdir. Sorğu əsasında Azercel MMC-dən məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** mobil nömrəsinə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə mövcud olan zənglər siyahısının əhatə dairəsinə dair CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ittiham aktında göstərilən 19-24 avqust 2024-cü il tarixlərdə həqiqətən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi və Xocalı prospektində yerləşən 3 saylı uşaq evində olmuşdur. Həmin ərazinin lokalizasiyasına uyğun olaraq «GOOGLE MAP» -dan çıxarış cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq 2024-cü ilin avqust ayının 19-dan 24-dək olan müddətdə, yəni hadisə zamanı uşaq evində olmadığını və televiziya verilişlərindən birində uşaq evlərində olan özbaşınalıqlardan danışdığı üçün ona belə ittiham verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 “təqsirləndirilən şəxsin anten dairəsinin əldə edilməsilə bağlı” vəsatəti əsasında əldə edilmiş, cinayət işinə əlavə edilmiş və bir sıra internet informasiya resurslarında istifadə etməklə tədqiq edilmiş anten dairə məlumatlarının tədqiqi zamanı Təqsirləndirilən şəxs özünün uydurma, həqiqəti əks etdirməyən ifadəsinin əksinə olaraq hadisə törədilən ərəfələrdə (hadisədən əvvəl də, sonrada) 3 saylı uşaq evində olması faktı öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri tam həqiqəti əks etdirməklə, məhkəmə istintaqı zamanı “hadisə zamanı 3 saylı uşaq evində olmamasına” dair ifadəsini uydurma, həqiqətə uyğun olmayan kimi qiymətləndirir. Yuxarıda qeyd olunan hal məhkəmə tərəfindən ibtidai istintaq zamanı verilən ifadələrilə, ekspertiza rəyləri və anten dairə məlumatları ilə tam təkzib olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “televiziya verilişlərindən birində uşaq evlərində olan özbaşınalıqlardan danışması” ilə bağlı ifadəsinə dair isə məhkəmə onu qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə yetkinlik yaşına çatmadığınından onunla bağlı hər hansı istintaq hərəkəti keçirilən zaman qanuni nümyəndəsinin və müdafiəçisinin iştirakı məcburi olmuşdur, əlavə olaraq təqsirləndirlən şəxslə bağlı “həbs” qətimkan tədibirinin seçilməsinə dair müstəntiqin vəsatətinə Bakı şəhəri Xətai rayon məhkəməsində xx.xx.2024-cü il tarixdə baxan zamanda o hakimə “əməlindən peşman olduğunu” bildirmişdir. Əlavə olaraq onun barəsində keçirilən kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2991 saylı rəyindən görünür ki, törətdiyi əməl barəsində ekspert soruşduqda, Məhəmməd Sənana qarşı hüquqazidd əməlini etiraf edərək, istintaqda göstərdiyi ifadənin xüsusatlarını təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, 3 saylı Uşaq Evinin işçilərinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs tibbi müayinədən keçirilməsinə dair tərtib edilmiş aktla və digər şəxslərlə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla, ibtidai istintaq zamanı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Yetkinlik X13 və Hüquqlarının müdafiəsi üzrə Komissiyanın böyük məsləhətçisinin qanununi nümayəndə kimi iştirak etdiyi və müdafiəçisinin olduğu Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrilə, təqsirləndirilən, zərərçəkmiş və şahidlərin barəsində keçirilmiş ekspertiza rəyləri və anten dairə məlumatları ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin 141 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, uşaq evinin sakinləri Şahid4 polis əməkdaşı tərəfindən dindirmə zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs özü və X15 qarşı seksual hərəkətlər etmişdir. Həmin müəssəsisənin direktoru, sosial işçisi, psixoloqu və koordinatorunun iştirakı və imzası ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, adları yuxarıda qeyd edilən şəxslərin bildirmələrinə görə Təqsirləndirilən şəxs onlara qarşı seksual xarakterli hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertiza və X12” X23 447 saylı xx.xx.2024-cü il tarixli X9 barəsində keçirilmiş “canlı şəxsin ekspertizası”-dan müəyyən olunmuşdur ki, C.E.Ağayevin arxa keçəcək nahiyyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. 05 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və uşaq evinin direktoru Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs digər uşaqlara qarşı, hətta 3 yaşlı qız uşağına qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumatlar üzə çıxmışdır. 3 yaşlı uşaqla 2023-cü ilin iyun-iyul aylarında olub, Sənanla həmin ilin avqust ayında hadisənin törədilyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan xüsusatları nəzərə almaqla araşdırılma aparılması üçün material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmədə tədqiq edilmiş cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət 2024-cü ilin avqust ayının 19-dan 24-dək olan müddətdə törədilmişdir, yəni hadisə törədilən zaman xx xxxxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 18 yaşı olmamaqla yetkinlik yaşına çatmayan olmuşdur, xx xxxxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs isə 14 yaşına çatmamaqla az yaşlı olmuşdur. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır cinayətlər kategoriyasına aiddir. Bu maddənin sanksiyası on beş ildən iyirmi il müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutmuşdur. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs cinayət əməllərini yetkinlik yaşına çatmayan dövrdə törətmişdir, lakin hökm çıxan tarixə onun artıq on səkkiz yaşı tamam olmuşdur. Məhkəmə nəzərə alır ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikas Ali Məhkəməsinin 30 iyun 2008-ci il tarixli 4 nömrəli plenum qərarının 11-1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. O cümlədən CM-in 85.5-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanın təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduğu halda da ona CM-in 85.5-ci maddəsinin tələbinə əsasən 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən CM-in 62ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Həmin qərarın 21-ci bəndinə əsasən yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etməsi ibtidai istintaq zamanı keçirilərək cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin ifadələri, təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, qərarlar, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahidlərin verdiyi ifadələrlə və tədqiq edilmiş digər mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törətməsi cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsaslanaraq 24 sentyabr 2024-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işi üzrə maddi sübutun, mülki iddianın, xüsusi müsadirə olunması təklif edilən əmlakın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işi üzrə maddi sübutun, mülki iddianın, xüsusi müsadirə olunması təklif edilən əmlakın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs digər şəxslərə qarşı etdiyi oxşar qanunsuz əməllərin araşdırılması məqsədilə material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar