Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-866/2020 19.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmiş; Astara Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(018)- 200/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bəydəmirov küçəsi, dalan 6, ev 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, daşımış və özündə saxlamışdır. Belə ki, o, 2020-ci ilin mart ayının əvvəllərində Astara rayonunda olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla Bakı şəhəri, Suraxanı rayonuna daşımış və xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən “Bül-bülə” çay fabrikinin qarşısında Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən şübhələnərək saxlanılıb həmin bölməyə gətirilərək bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli gödəkçənin sol iç cibindəki “X4” sözləri yazılmış fotoaparat qutusunun içərisində bir ədəd bükümdə təmiz çəkisi 289,6 qram külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 111,4 qram külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd içərisində narkotik vasitə heroinin izləri olan şüşə ampula aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, narkotik istifadəçisidir. Adətən narkotik vasitə olan kokos, yəni heroindən istifadə edir. Hadisədən təqribən bir ay qabaq Astara rayonunda Gömrük sərhəd keçidinin yaxınlığında soyadını və adını bilmədiyi, üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından 200 manat pulun müqabilində öz istifadəsi üçün təqribən 30 qram kokos alıb üzərində saxlamışdır. Tutulduğu günə kimi həmin kokosdan istifadə etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, bundan sonra onu Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə dəvət edib, Polis bölməsində ona üzərində olan əşyaları könüllü təqdim etməyini təklif etmişlər. O, etiraz etməyərək əynində olan gödəkçəsinin iç cibindən fotoaparat qutusunun içərisində olan bir ədəd bükümdə olan təqribən 10 qram kokosu və üzərində olan istifadə edilmiş bir ədəd şüşə ampulanı, 18 manat pul olan pul kisəsini və iki ədəd mobil telefonu otaqda olan stolun üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən fotoaparat qutusunun içərisində olan bükümün içərisində olan maddəni kimdən, haradan və nə məqsədlə əldə etməyi barədə soruşulduqda, o, bükümlərin içərisində kokos olduğunu bildirərək, onlara həmin narkotiki Astara rayonunda üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. İİR vətəndaşı müxtəlif nömrələrlə ona bir aydan bir zəng etmiş, o da onunla görüşüb narkotik vasitəni almışdır. Həmin şəxsin adını və digər anket məlumatlarını bilmir. Bundan sonra aşkar olunmuş həmin bükümün içərisində olan narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənib, bu barədə protokol tərtib edilərək, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni aldığı şəxsin təxminən 40 yaşı olarmış. Həmin şəxsin anket məlumatları və telefon nömrəsini bilmir. İttiham aktı ilə tanış olanda onun üzərindən guya 289,6 qram heroin və 111,4 qram metamfetamin aşkar olunduğunu bilmişdir. Lakin, onun üzərində cəmi 10 qram heroin, yəni kokos olmuşdur. Həmin narkotik vasitəni öz istifadəsi üçün əldə edərək, üzərində gəzdirmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 59-62 və 187-189-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...üzərimdən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini və metamfetamini təxminən bir ay əvvəl Astara rayonunda, Gömrük sərhəd keçidinin yaxınlığında adını bilmədiyim, üzdən tanıdığım İİR vətəndaşından 2000 manat pulun müqabilində özümün istifadə etməyim, həmçinin sataraq qazanc əldə etmək məqsədi ilə alıb üzərimdə saxlamışam. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. O, həmin ifadələri oxumadan imza etmişdir. Onda cəmi 10 qram kokos olmuşdur. Polis əməkdaşları tərəfindən ona təzyiq və təsir olmamışdır. Sərbəst ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində CA üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs Suraxanı rayon polis idarəsinin 31-ci Polis Bölməsinin ərazisində qanunsuz olaraq narkotik maddələri əldə etməsi, saxlaması, satması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda ondan başqa Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişlər. xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 14 ünvanında yerləşən “Bülbülə” çay fabrikinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, həmin şəxsi Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə gəldikdə, xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və satmasında şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilib, ona üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan gödəkçənin sol iç cibindən göy rəngli, üzərinə “X4” sözləri yazılmış fotoaparat qutusunun içərisində olan iki ədəd büküm və istifadə edilmiş bir ədəd şüşə ampula, gödəkçənin sağ cibindən içərisində 18 manat pul olan pul kisəsi və şalvarının cibindən iki ədəd mobil telefonu otaqda olan stolun üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Fotoaparat qutusu açıldıqda, qutunun içərisində olan iki ədəd bükümün içərisində olan maddənin nə olduğunu, kimdən, haradan və nə məqsədlə əldə etməsi barədə soruşulduqda, Əvəz bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digər bükümün içərisində isə metamfetamin olmasını, həmin narkotik vasitələri saxlanıldıqdan təxminən bir ay əvvəl Astara rayonunda, Gömrük sərhəd keçidinin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından 2000 manat pulun müqabilində özünün istifadə etməsi, həmçinin sataraq qazanc əldə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmişdir. Bundan sonra aşkar olunmuş həmin iki bükümlərin içərisində olan narkotik vasitə heroinə və metamfetaminə bənzər vasitə və maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsə müdafiəçi təqdim olunmuşdur. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə 10 qram olmamış, çəkisi daha çox olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ 31-Cİ PB-nin əməkdaşları Şahid2 və Şahid3 Teyyub oğlu eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx xxxxx 2020-ci il tarixli raportundan görünür ki, “Əvəz” adlı şəxsin “Bülbülə” qəsəbəsi, S.Bəhlulzadə küçəsinə gələrək narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələr, qanunla qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən göy rəngli üzərinə “X4” yazılmış fotoaparat qutusunun içərisindən iki ədəd büküm və bir ədəd istifadə edilmiş şüşə ampula, gödəkcənin sağ cibindən içərisində 18 manat olan pul kisəsi və göy rəngli cins şalvarının cibindən iki ədəd mobil telefonu çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs göy rəngli üzərinə “X4” yazılmış fotoaparat qutusunun içərisində olan iki ədəd bükümün birinin içində narkotik maddə sayılan heroin və metamfetamin olduğunu, onları təxminən bir ay bundan əvvəl Astara rayonunda, Gömrük Sərhəd keçidinin yaxınlığında, adını bilmədiyi, üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşından 2.000 (iki min) manata alaraq özü istifadə etmək və satmaq məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş iki ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/352 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı, imzalar olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 289,6 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə, təmiz çəkisi 111,4 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. Cinayət işinin 85-ci vərəqəsində olan X2 xx xxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6, ev 1-də yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 88-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli axtarış və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahədə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı “Samsung” markalı fotoaparat vasitəsilə çəkiliş aparılmışdır. Cinayət işinin 144-cü vərəqəsində olan “xxxxxxxx” MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına “xxxxxxxx” Telekom MMC-də nömrə qeydə alınmamışdır. Cinayət işinin 145-ci vərəqəsində olan “xxxxxxx” MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına “xxxxxxx” şəbəkəsində nömrə qeydə alınmamışdır. Cinayət işinin 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işinin 151-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, “xxxxxxx” MMC-dən təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işinin 157-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/443 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Cinayət işi ********* vət. Təqsirləndirilən şəxs götürülmüş şüşə ampul” yazısı olan kağız bükümdəki, bir ədəd şüşə flakonun içərisində narkotik vasitə olan-heroinin izləri vardır. Təqdim edilmiş şüşə flakonun içərisindəki narkotik vasitə heroin iz şəklində olduğu üçün, təqdim edilmiş vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlə ( xx xxxxx 2020-ci il tarixli 6/352 saylı ekspert rəyi) eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 162-ci vərəqəsində olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 098-62821-1220 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamini aldığı şəxs və həmin narkotik vasitəni satdığı şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək onun üzərində yalnız 10 qram narkotik vasitə olduğunu və istifadəsi üçün üstündə saxladığını, satmaq məqsədi olmadığını bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin verdiyi ifadələrini məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs həmin ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq miqdarda isə külli miqdar hesab edilir. Həmçinin, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq miqdarda isə külli miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 160-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx xxx 2020-ci il tarixli, 849 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 153-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli, 1078 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 daxil olmuş xx xxxxx 2020-ci il tarixli, 2975 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 124-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmiş; cinayət işinin 133-139-cu vərəqələrində olan Astara Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(018)- 200/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyatda alındığı tarixdən hesablanması qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsində qeyd edilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq nəzərə alınmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Astara Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən,hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Bakı şəhər Suraxanı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 18/180734-8 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş 02 (iki) il azadlığın məhdudlaşdıırlması cəzasının 03 (üç) ay 28 (iyirmi səkkiz) gününü çəkmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 il azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) günü çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdıırlması cəzasının çəkilməmiş 01 (bir) il 8 (səkkiz) ay 02 (iki) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 10 (on) ay 01 (bir) gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 10 (on) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 71-75-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(010)-67/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ooğlu barəsində həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış təmiz çəkisi cəmi 289,4 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, təmiz çəkisi 111,3 qram psixotrop maddə metamfetamin, 1 ədəd şüşə ampula məhv edilməli, Təqsirləndirilən şəxs narkotik vasitənin satışından əldə etdiyi 18 manat pul dövlət nəfinə müsadirə olunmalı, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş “axtarış və götürmə” istintaq hərəkəti zamanı videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin aləti, həmçinin, dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 08 ay 02 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 10 (on) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış təmiz çəkisi cəmi 289,4 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, təmiz çəkisi 111,3 qram psixotrop maddə metamfetamin, 1 ədəd şüşə ampula məhv edilsin, Təqsirləndirilən şəxs narkotik vasitənin satışından əldə etdiyi 18 manat pul dövlət nəfinə müsadirə olunsun, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş “axtarış və götürmə” istintaq hərəkəti zamanı videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-866/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-866/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver