Məhkəmə qərarları › İş №1(101)-866/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-866/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-866/2021 17.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X20 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin prokuroru X8, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, müdafiəçilər “Pro Bono” vəki bürosunun vəkili Müdafiəçi1, “Hümbətov və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, “Faiq Nağıyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi6 və zərərçəkmiş hüquqi şəxsin numayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, M.Fətəli küçəsi ev 25, mənzil 2 ünvanında qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə, xx.xx.1981 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 9 oktyabr 2012-ci il tarixdən "xxxx" ASC-nin Qiymətlilərlə iş şöbəsinin böyük kassiri, 1 mart 2013-cü il tarixdən həmin şöbənin baş kassiri vəzifəsində işləyərkən, onunla 9 oktyabr 2012-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən özü və istərsə də başqasının hesabına heç bir əlavə əməliyyat aparmamalı, işəgötürənin və ya onun rəhbər işçilərinin yazılı və şifahi sərəncamlarını və ya əmrlərini, təlimatlarını, qərarlarını şərtsiz yerinə yetirməli, işəgötürənin ona həvalə etdiyi əmlaka, sənədlərə, pul vəsaitinə və digər maddi vəsaitlərə görə tam maddi məsuliyyət daşımalı, öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə işəgötürənə zərər vurduğu halda məsuliyyət daşımalı, zərərin qarşısının alınması üçün tədbirlər görməli, ona həvalə olunmuş dəyərlilərin qorunub saxlanılmasının təmin edilməsinə təhlükə yaradan bütün hallar, maddi itkiyə səbəb olacaq və ya işəgötürənin nüfuzuna, etibarlılığına xələl gətirə biləcək istənilən vəziyyətin yaranması faktları barədə məlumat verməli, dəyərlilər ilə əməliyyatların aparılması və onların saxlanması üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət etməli, habelə «Bankomatlarla nağd pulun inkassasiyasına dair» daxili prosedur qaydalarına əsasən bankomatların inkassasiya qrupunun üzvləri kassa məxaric orderi əsasında götürdükləri nağd pul vəsaitlərinə görə, bölüşdürülmüş iş qrafikinə uyğun olaraq tabeçiliklərində olan bankomatların nağd pul vəsaitinin qalıqlarına görə bərabər şəkildə tam maddi məsuliyyət daşımalı, bankomatların inkassasiya qrupu iki əməkdaşdan ibarət olmalı, müvafiq qaydada bunlardan biri bankomatın açarı, digəri bankomat seyfinin kodu ilə təchiz olunmalı, hər biri müvafiq qaydada onlara təqdim edilmiş açar və yaxud kodu bir-birinə bildirməməyə və gizli saxlanılması barədə öhdəlik götürməli, həmin əməkdaşlar qeyd olunan öhdəliyi pozduqları halda qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımalı, ayda bir dəfə və yaxud zərurət yarananda bankomat tam boşaldılmalı, inkassasiya qrupunun üzvləri çıxarılmış kasetləri və bankomatın çap qurğusundan götürülmüş kağız lentini müvafiq qaydada bankın mərkəzi kassasına çatdırmalı, nağd pulun qalığını bankomatın hesabındakı məbləğin qalığı ilə tutuşdurub uçot məlumatları ilə üzləşdirməli, kassa mədaxil orderini hazırlayaraq bankın mərkəzi kassasına mədaxil etməli, fərq aşkar edildikdə müvafiq akt tərtib etməli, bankomatın qapısı və onun içində olan seyfin qapıları tələblərə uyğun açılandan sonra bankomatların inkassasiya qrupunun üzvlərinin hər ikisinin mütləq iştirakı ilə seyfdəki kasetlər çıxarılaraq yeniləri iiə əvəz edilməli, bankomatın çap qurğusundan götürülmüş kağız lentini çıxarılmış kasetlərə əlavə etməli, əvəzetmədən sonra qrupun üzvü (kod sahibi) bankomatın daxilində olan seyfin qapısını örtərək, kodu gizli şəkildə daxil edib seyfin qapısını, digər üzvü isə (açar sahibi) bankomatın arxa hissəsindən bankomatın qapısını bağlamalı, qrupun hər iki üzvünün mütləq iştirakı ilə bankomat qaydalara uyğun testdən keçirilməli olduğu halda, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, qeyd edilənlərə görə öhdəlik daşıyan maddi məsul vəzifəli şəxs kimi həmin şöbənin digər kassirləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar- fevral aylarında nağd pul vəsaitinin çatışmazlığı ilə əlaqədar bankomatlara pul vəsaitinin torbalarla aparılıb yerində yüklənməsinə, bir bankomatdan götürülmüş pul vəsaitinin faktiki olaraq xəzinəyə mədaxil edilmədən digər bankomata yüklənməsinə işlədiyi həmin bankın rəhbərliyinin verdiyi razılığa, habelə bankomatların həmin aylarda boşaldılmamasına görə yaranmış şəraitdən istifadə edib, bankın mərkəzi xəzinəsindən və digər bankomatlardan götürdüyü pul vəsaitinin bir hissəsini bankomatlara yükləmədiyi halda, həmin şöbənin digər kassirləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə informasiya resursu olan bankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasına guya pul vəsaitinin tam yüklənməsi, habelə bankomatdan faktiki götürdüyü vəsait barədə düzgün olmayan, yəni guya daha az məbləğ götürülməsi barədə bilə-bilə yalan məlumatları daxil etməklə qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində onlara etibar edilmiş "xxxx" ASC-yə məxsus pul vəsaitini qulluq mövqelərindən istifadə edərək mənimsəməklə talamaq məqsədilə Şirvan, Neftçala və Bakı şəhərinin ayrı-ayrı rayonlarının ərazisində yerləşən həmin banka məxsus cəmi 12 bankomata, o cümlədən, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, X13rşısında yerləşən 086 saylı bankomata mədaxil olunan 4.427.860 manat pul vəsaitindən 12.080 manatını, Şirvan rayonunun ərazisində yerləşən 111 saylı bankomata mədaxil olunan 1.616.854 manat pul vəsaitindən 61.491 manatını, Bakı şəhəri, Səbail rayonu, Bakı Dəniz Limanın yaxınlığında yerləşən 136 saylı bankomata mədaxil olunan 753.358 manat pul vəsaitindən 24.980 manatını, Şirvan rayonunun ərazisində yerləşən 395 saylı bankomata mədaxil olunan 1.631.110 manat pul vəsaitindən 192.300 manatını, ünvan 12 ünvanında yerləşən 879 saylı bankomata mədaxil olunan 923.132 manat pul vəsaitindən 69.966 manatını, Neftçala rayonu, Mirzəqurbanlı kəndi ərazisində yerləşən 1095 saylı bankomata mədaxil olunan 549.980 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ şossesi, Sex № 3 ünvanında yerləşən 1184 saylı bankomata mədaxil olunan 590.724 manat pul vəsaitindən 14.984 manatını, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən 119 ünvanında yerləşən 1331 saylı bankomata mədaxil olunan 1.011.980 manat pul vəsaitindən 80.968 manatını, Bakı şəhəri, Nəsimi rayonu, "Turan Market" adlı dükanda yerləşən 1374 saylı bankomata mədaxil olunan 952.527 manat pul vəsaitindən 29.950 manatını, ünvan 10 ünvanda yerləşən 1691 saylı bankomata mədaxil olunan 557.002 manat pul vəsaitindən 29.699 manatım, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən 1834 saylı bankomata mədaxil olunan 63.000 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 1835 saylı bankomata mədaxil olunan 221.041 manat pul vəsaitindən 10.010 manatını, bununla da həmin bankomatlara mədaxil olunan ümumilikdə 13.298.568 (on üç milyon iki yüz doxsan səkkiz min beş yüz altmış səkkiz) manat pul vəsaitindən 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manatını 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar- fevral aylarında şəxsən və əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə götürərək aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək "xxxx" ASC-yə məxsus olmaqla onlara etibar olunmuş 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə "xxxx" ASC-nin nüfuzuna xələl gətirib, əmlak hüquqlarının müdafiəsi, vətəndaşlar qarşısında öhdəliklərinin layiqincə icrası və nüfuzunun qorunub saxlanılmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs3 vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 15 aprel 2008-ci i! tarixdən "xxxx" ASC-nin İnzibati Departamentinin sürücüsü, 15 oktyabr 2012-ci il tarixdən həmin bankın Qiymətlilərlə iş şöbəsinin kassiri vəzifəsində işləyərkən, onunla 15 aprel 2008-ci il tarixdə bağlanmış əmək müqaviləsi və Tam fərdi maddi məsuliyyət haqqında tipik müqaviləsinə əsasən özü və istərsə də başqasının hesabına heç bir əlavə əməliyyat aparmamalı, işəgötürənin və ya onun rəhbər işçilərinin yazılı və şifahi sərəncamlarını və ya əmrlərini, təlimatlarını, qərarlarını şərtsiz yerinə yetirməli, işəgötürənin ona həvalə etdiyi əmlaka, sənədlərə, pul vəsaitinə və digər maddi vəsaitlərə görə tam maddi məsuliyyət daşımalı, öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə işəgötürənə zərər vurduğu halda məsuliyyət daşımalı, zərərin qarşısının alınması üçün tədbirlər görməli, ona həvalə olunmuş dəyərlilərin qorunub saxlanılmasının təmin edilməsinə təhlükə yaradan bütün hallar, maddi itkiyə səbəb olacaq və ya işəgötürənin nüfuzuna, etibarlılığına xələl gətirə biləcək istənilən vəziyyətin yaranması faktları barədə məlumat verməli, dəyərlilər ilə əməliyyatların aparılması və onların saxlanması üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət etməli, habelə «Bankomatlarla nağd pulun inkassasiyasına dair» daxili prosedur qaydalarına əsasən bankomatlarm inkassasiya qrupunun üzvləri kassa məxaric orderi əsasında götürdükləri nağd pul vəsaitlərinə görə, bölüşdürülmüş iş qrafikinə uyğuq olaraq tabeçiliklərində olan bankomatlarm nağd pul vəsaitinin qalıqlarına görə bərabər şəkildə tam maddi məsuliyyət daşımalı, bankomatlarm inkassasiya qrupu iki əməkdaşdan ibarət olmalı, müvafiq qaydada bunlardan biri bankomatm açarı, digəri bankomat seyfinin kodu ilə təchiz olunmalı, hər biri müvafiq qaydada onlara təqdim edilmiş açar və yaxud kodu bir-birinə bildirməməyə və gizli saxlanılması barədə öhdəlik götürməli, həmin əməkdaşlar qeyd olunan öhdəliyi pozduqları halda qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımalı, ayda bir dəfə və yaxud zərurət yarananda bankomat tam boşaldılmalı, inkassasiya qrupunun üzvləri çıxarılmış kasetləri və bankomatm çap qurğusundan götürülmüş kağız lentini müvafiq qaydada bankın mərkəzi kassasına çatdırmalı, nağd pulun qalığını bankomatm hesabındakı məbləğin qalığı ilə tutuşdurub uçot məlumatları ilə üzləşdirməli, kassa mədaxil orderini hazırlayaraq bankın mərkəzi kassasına mədaxil etməli, fərq aşkar edildikdə müvafiq akt tərtib etməli, bankomatın qapısı və onun içində olan seyfin qapıları tələblərə uyğun açılandan sonra bankomatların inkassasiya qrupunun üzvlərinin hər ikisinin mütləq iştirakı ilə seyfdəki kasetlər çıxarılaraq yeniləri ilə əvəz edilməli, bankomatın çap qurğusundan götürülmüş kağız lentini çıxarılmış kasetlərə əlavə etməli, əvəzetmədən sonra qrupun üzvü (kod sahibi) bankomatın daxilində olan seyfin qapısını örtərək, kodu gizli şəkildə daxil edib seyfin qapısını, digər üzvü isə (açar sahibi) bankomatın arxa hissəsindən bankomatın qapısını bağlamalı, qrupun hər iki üzvünün mütləq iştirakı ilə bankomat qaydalara uyğun testdən keçirilməli olduğu halda, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, qeyd edilənlərə görə öhdəlik daşıyan maddi məsul vəzifəli şəxs kimi həmin şöbənin baş kassiri Təqsirləndirilən şəxs1 və kassiri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar-fevral aylarında nağd pul vəsaitinin çatışmazlığı ilə əlaqədar bankomatlara pul vəsaitinin torbalarla aparılıb yerində yüklənməsinə, bir bankomatdan götürülmüş pul vəsaitinin faktiki olaraq xəzinəyə mədaxil edilmədən digər bankomata yüklənməsinə bank rəhbərliyinin verdiyi razılığa, habelə bankomatların həmin aylarda boşaldıimamasına görə yaranmış şəraitdən istifadə edib, mərkəzi xəzinədən və ya digər bankomatlardan götürdüyü pul vəsaitinin bir hissəsini bankomatlara yükləmədiyi halda, həmin şöbənin baş kassiri Təqsirləndirilən şəxs1 və kassir Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə informasiya resursu olan bankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasına guya pul vəsaitinin tam yüklənməsi, habelə bankomatdan faktiki götürdüyü vəsait barədə düzgün olmayan, yəni guya daha az məbləğ götürülməsi barədə bilə-bilə yalan məlumatları daxil etməklə qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində onlara etibar edilmiş "xxxx" ASC-yə məxsus pul vəsaitini qulluq mövqelərindən istifadə edərək mənimsəməklə talamaq məqsədilə Şirvan, Neftçala və Bakı şəhərinin ayrı-ayrı rayonlarının ərazisində yerləşən həmin banka məxsus cəmi 12 bankomata, o cümlədən, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, X13rşısında yerləşən 086 saylı bankomata mədaxil olunan 4.427.860 manat pul vəsaitindən 12.080 manatını, Şirvan rayonunun ərazisində yerləşən 111 saylı bankomata mədaxil olunan 1.616.854 manat pul vəsaitindən 61.491 manatını, Bakı şəhəri, Səbail rayonu, Bakı Dəniz Limanın yaxınlığında yerləşən 136 saylı bankomata mədaxil olunan 753.358 manat pul vəsaitindən 24.980 manatını, Şirvan rayonunun ərazisində yerləşən 395 saylı bankomata mədaxil olunan 1.631.110 manat pul vəsaitindən 192.300 manatını, ünvan 12 ünvanında yerləşən 879 saylı bankomata mədaxil olunan 923.132 manat pul vəsaitindən 69.966 manatını, Neftçala rayonu, Mirzəqurbanlı kəndi ərazisində yerləşən 1095 saylı bankomata mədaxil olunan 549.980 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ şossesi, Sex № 3 ünvanında yerləşən 1184 saylı bankomata mədaxil olunan 590.724 manat pul vəsaitindən 14.984 manatını, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən 119 ünvanda yerləşən 1331 saylı bankomata mədaxil olunan 1.011.980 manat pul vəsaitindən 80.968 manatını, Bakı şəhəri, Nəsimi rayonu, "Turan Market" adlı dükanda yerləşən 1374 saylı bankomata mədaxil olunan 952.527 manat pul vəsaitindən 29.950 manatını, ünvan 10 ünvanda yerləşən 1691 saylı bankomata mədaxil olunan 557.002 manat pul vəsaitindən 29.699 manatını, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən 1834 saylı bankomata mədaxil olunan 63.000 manat pul vəsaitindən 5.000 manatım, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 1835 saylı bankomata mədaxil olunan 221.041 manat pul vəsaitindən 10.010 manatını, bununla da həmin bankomatlara mədaxil olunan ümumilikdə 13.298.568 (on üç milyon iki yüz doxsan səkkiz min beş yüz altmış səkkiz) manat pul vəsaitindən 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manatını 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar-fevral aylarında şəxsən və əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə götürərək aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək onlara etibar olunmuş "xxxx" ASC- yə məxsus 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə "xxxx" ASC-nin nüfuzuna xələl gətirib, əmlak hüquqlarının müdafiəsi, vətəndaşlar qarşısında öhdəliklərinin layiqincə icrası və nüfuzunun qorunub saxlanılmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 12 aprel 2010-cu il tarixdən "xxxx" ASC-nin Əməliyyat Departamentinin İnkassasiya şöbəsinin Bankomatiarla iş qrupunda kassir, 1 oktyabr 2012-ci il tarixdən həmin bankın Qiymətlilərlə iş şöbəsinin kassiri vəzifəsində işləyərkən, onunla 12 aprel 2010-cu ildə bağlanmış əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında tipik müqaviləsinə əsasən özü və istərsə də başqasının hesabına heç bir əlavə əməliyyat aparmamalı, işəgötürənin və ya onun rəhbər işçilərinin yazılı və şifahi sərəncamlarını və ya əmrlərini, təlimatlarını, qərarlarını şərtsiz yerinə yetirməli, işəgötürənin ona həvalə etdiyi əmlaka, sənədlərə, pul vəsaitinə və digər maddi vəsaitlərə görə tam maddi məsuliyyət daşımalı, öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə işəgötürənə zərər vurduğu halda məsuliyyət daşımalı, zərərin qarşısının alınması üçün tədbirlər görməli, ona həvalə olunmuş dəyərlilərin qorunub saxlanılmasının təmin edilməsinə təhlükə yaradan bütün hallar, maddi itkiyə səbəb olacaq və ya işəgötürənin nüfuzuna, etibarlılığına xələl gətirə biləcək istənilən vəziyyətin yaranması faktları barədə məlumat verməli, dəyərlilər ilə əməliyyatların aparılması və onların saxlanması üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət etməli, habelə «Bankomatiarla nağd pulun inkassasiyasına dair» daxili prosedur qaydalarına əsasən bankomatların inkassasiya qrupunun üzvləri kassa məxaric orderi əsasında götürdükləri nağd pul vəsaitlərinə görə, bölüşdürülmüş iş qrafikinə uyğuq olaraq tabeçiliklərində olan bankomatların nağd pul vəsaitinin qalıqlarına görə bərabər şəkildə tam maddi məsuliyyət daşımalı, bankomatların inkassasiya qrupu iki əməkdaşdan ibarət olmalı, müvafiq qaydada bunlardan biri bankomatın açarı, digəri bankomat seyfinin kodu ilə təchiz olunmalı, hər biri müvafiq qaydada onlara təqdim edilmiş açar və yaxud kodu birbirinə bildirməməyə və gizli saxlanılması barədə öhdəlik götürməli, həmin əməkdaşlar qeyd olunan öhdəliyi pozduqları halda qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımalı, ayda bir dəfə və yaxud zərurət yarananda bankomat tam boşaldılmalı, inkassasiya qrupunun üzvləri çıxarılmış kasetləri və bankomatın çap qurğusundan götürülmüş kağız lentini müvafiq qaydada bankın mərkəzi kassasına çatdırmalı, nağd pulun qalığını bankomatın hesabındakı məbləğin qalığı ilə tutuşdurub uçot məlumatları ilə üzləşdirməli, kassa mədaxil orderini hazırlayaraq bankın mərkəzi kassasına mədaxil etməli, fərq aşkar edildikdə müvafiq akt tərtib etməli, bankomatın qapısı və onun içində olan seyfin qapıları tələblərə uyğun açılandan sonra bankomatların inkassasiya qrupunun üzvlərinin hər ikisinin mütləq iştirakı ilə seyfdəki kasetlər çıxarılaraq yeniləri ilə əvəz edilməli, bankomatın çap qurğusundan götürülmüş kağız lentini çıxarılmış kasetlərə əlavə etməli, əvəzetmədən sonra qrupun üzvü (kod sahibi) bankomatın daxilində olan seyfin qapısını örtərək, kodu gizli şəkildə daxil edib seyfin qapısını, digər üzvü isə (açar sahibi) bankomatın arxa hissəsindən bankomatın qapısını bağlamalı, qrupun hər iki üzvünün mütləq iştirakı ilə bankomat qaydalara uyğun testdən keçirilməli olduğu halda, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, qeyd edilənlərə görə öhdəlik daşıyan maddi məsul vəzifəli şəxs kimi həmin şöbənin baş kassiri Təqsirləndirilən şəxs1 və kassiri Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar-fevral aylarında nağd pul vəsaitinin çatışmazlığı ilə əlaqədar bankomatlara pul vəsaitinin torbalarla aparılıb yerində yüklənməsinə, bir bankomatdan götürülmüş pul vəsaitinin faktiki olaraq xəzinəyə mədaxii edilmədən digər bankomata yüklənməsinə bank rəhbərliyinin verdiyi razılığa, habelə bankomatların həmin aylarda boşaldılmamasına görə yaranmış şəraitdən istifadə edib, mərkəzi xəzinədən və ya digər bankomatlardan götürdüyü pul vəsaitinin bir hissəsini bankomatlara yükləmədiyi halda, həmin şöbənin baş kassiri Təqsirləndirilən şəxs1 və kassir Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə informasiya resursu olan bankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasına guya pul vəsaitinin tam yüklənməsi, habelə bankomatdan faktiki götürdüyü vəsait barədə düzgün olmayan, yəni guya daha az məbləğ götürülməsi barədə bilə-bilə yalan məlumatları daxil etməklə qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində onlara etibar edilmiş "xxxx" ASC-yə məxsus pul vəsaitini qulluq mövqelərindən istifadə edərək mənimsəməklə talamaq məqsədilə Şirvan, Neftçala və Bakı şəhərinin ayrı-ayrı rayonlarının ərazisində yerləşən həmin banka məxsus cəmi 12 bankomata, o cümlədən, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, X13rşısında yerləşən 086 saylı bankomata mədaxil olunan 4.427.860 manat pul vəsaitindən 12.080 manatını, Şirvan rayonunun ərazisində yerləşən 111 saylı bankomata mədaxil olunan 1.616.854 manat pul vəsaitindən 61.491 manatını, Bakı şəhəri, Səbaii rayonu, Bakı Dəniz Limanın yaxınlığında yerləşən 136 saylı bankomata mədaxil olunan 753.358 manat pul vəsaitindən 24.980 manatını, Şirvan rayonunun ərazisində yerləşən 395 saylı bankomata mədaxil olunan 1.631.110 manat pul vəsaitindən 192.300 manatını, ünvan 13 ünvanında yerləşən 879 saylı bankomata mədaxil olunan 923.132 manat pul vəsaitindən 69.966 manatını, Neftçala rayonu, Mirzəqurbanlı kəndi ərazisində yerləşən 1095 saylı bankomata mədaxil olunan 549.980 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ şossesi, Sex № 3 ünvanında yerləşən 1184 saylı bankomata mədaxil olunan 590.724 manat pul vəsaitindən 14.984 manatını, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən 119 ünvanda yerləşən 1331 sayiı bankomata mədaxil olunan 1.011.980 manat pul vəsaitindən 80.968 manatını, Bakı şəhəri, Nəsimi rayonu, "Turan Market” adlı dükanda yerləşən 1374 saylı bankomata mədaxil olunan 952.527 manat pul vəsaitindən 29.950 manatını, ünvan 10 ünvanda yerləşən 1691 saylı bankomata mədaxil olunan 557.002 manat pul vəsaitindən 29.699 manatını, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən 1834 saylı bankomata mədaxil oiunan 63.000 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 1835 saylı bankomata mədaxil olunan 221.041 manat pul vəsaitindən 10.010 manatını,bununla da həmin bankomatiara mədaxil olunan ümumilikdə 13.298.568 (on üç milyon iki yüz doxsan səkkiz min beş yüz altmış səkkiz) manat pul vəsaitindən 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manatını 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar-fevral aylarında şəxsən və əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vasitəsilə götürərək aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək onlara etibar olunmuş "xxxx" ASC- yə məxsus 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə "xxxx" ASC-nin nüfuzuna xələl gətirib, əmlak hüquqlarının müdafiəsi, vətəndaşlar qarşısında öhdəliklərinin layiqincə icrası və nüfuzunun qorunub saxlanılmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2012-ci illdən həbs olunana qədər "xxxx" da, ondan qabaq «Unibank» da işləmişdir. Şəxsi problemlemləri ilə əlaqədar işdən çıxmış və daha sonra o, məsuliyyətə cəlb edilmişdir. O, iş yoldaşlarından maraqlanmış, onlar ona o, işdən çıxdıqdan sonra bank rəhbərliyinin işçiləri bankomata yaxınlaşmağa qoymadıqlarını və oradan bankomatın açarlarını və kodlarını götürdüklərini bildirmişlər. Banka gediş-gəliş kameraların altında olmuş, kameradan əlavə bankomadan əməliyat aparılarkən yanlarına həmişə iki polis işçisi olnuşduş, onlar oradan pulu polisin nəzarəti ilə çıxarıb qoymuşlar. O, baş kassir, yandakılar isə böyük kassir vəzifəsində işləmişlər. Kassa açılanda polis həmişə yanlarında dayanmış və kassanı açanda biri kodu, biri də kassanın qıfılını açmışdır. Açarlar otaqda seyfdə saxlanmışdır. Seyf onların otaqında kameranın altında olmuşdur. Kassadan pul çıxanda kameranın altında sayılmış, bağlanmış və kasetlərə yüklənərək blomlanıb göndərilmişdir. Bundan əlavə bankın özünün problemləri olduğuna görə kassadan yenə də pul çıxmış, sayılmış, torbalara vurulmuş, gələndə də kameranın qabağında torbadan pullar sayılaraq kassaya təhvil verilmişdir. Bundan başqa açar otaqda oldu-olmadı, bankomatın seyfi açılan anda banka bankın seyfi açıldığı barədə xəbər getmişdir. Bankomatın seyfi bağlananda da, açılanda da bilinmişdir. O, hansı filiala getsə idi orada onun filan filialın açarını götürməsi və filan bankdan bu qədər pul götürməsi barədə məlumat yazılmışdır. Bankomatın içində sayğaclar olmuş və sayğaclar bütün əməliyyatlar barədə xəbərdarlıq etmişlər. Bankın içində başqa, onda isə başqa proqram olmuşdur. Bankomatın kasetində nə qədər pul qalması və oraya nə qədər pul qoyulması barədə onda olan teleskopda görünmüşdür. Əvvəllər pulu həmişə kasetlərlə aparmışlar, ondan sonra banklarda problem olduğundan və pul çatışmamazlığı yarandığından bank rəhbərliyi onlara pulların torba ilə aparılmaısı barədə göstəriş vermişdir. Pullar torba ilə getdikdən sonra üzərilərinə plomb vurulmamış, qalıq qalanda isə gətirib kassaya mədaxil etmişlər. Məlumatları kompyüterə özləri yazmışlar, əgər kompyüterə səhv məlumat qeyd olunsa idi sistem avtomatik olaraq bağlanardı. Hər bir bankomatda ay ərzində bir dəfə sıfırlanma olmuşdur və sıfırlanmalarla bağlı əməliyyatları Aynurə xanım həyata keçirmişdir. O, heç vaxt iş otağında və maşınında pul saxlamamışdır. 2015-ci ilin noyabr-dekabr aylarında audit keçirilmiş və inkassasiya ilə bağlı sıfırlanmalar yoxlanılmışdır. Həmin dövrdə 1 manat da olsun əskikləri olmamışdır. Bank rəhbərliyinin pul çatışmazlığı ilə bağlı məlumatı var idi. Kasetlərlə pul aparılmaması onun öz təşəbbüsü olmamışdır. Seyfi heç bir əməkdaş öz başına aça bilməzdi. Bankda əksikliklə bağlı akt tərtib olunanda o, Azərbaycanda olmamış, onlar özləri kodları götürüb açmışlar. Qaradağ rayonunda olan bankomat Ruslanın bankomatı olmuş, lakin Ruslanın oraya tək getməsini xatırlamır. Son zamanlarda o, Ruslanla getməmiş, lakin əvvəllər sonuncu ilə getdiyi vaxtlar olmuşdur. Onun iş otağındakı siyirməsində olan pul ola bilsin filialın pulu olmuş və çox guman ki, o, Pərvizə həmin pulu aparıb filiala verməsini bildirmişdir. İstintaqdakı verdiyi ifadələrini qismən təsdiqləyir. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələr həqiqətə uyğun deyil, o, Ruslanla Pərvizi hər şeyin həll olunması ilə bağlı vədlər verib arxayin salmamışdır. O, heç vaxt valyuta mübadləsi işi ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona 16.11.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ilkin ittihamla özünü qismən təqsirli bildiyini qeyd etsə də, 09.02.2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə elan edilmiş yeni ittihamla özünü təqsirli bilməyərək ifadələrində bildirmişdir ki, 09.10.2012-ci ildə "xxxx" ASC-nin Qiymətlərlə iş şöbəsinin böyük kassiri vəzifəsində, 01.03.2013-cü ildən isə baş kassiri vəzifəsində işləmişdir. Özünün digər kassirlərlə eyni vəzifələri olmuş, lakin Qiymətlilərlə iş şöbəsinin rəisi olmadığından baş kassir kimi özü əlavə olaraq digər kassirlərin işlərinə nəzarət etmişdir. Bankomatlardan gətirilən qalıq pulların sayılmasını, xəzinəyə təhvil verilməsini təmin etmişdir. Lakin, bir çox hallarda özü olmayanda kassir inkosatorların özləri pulları kassaya təhvil verirdilər. Qiymətlilərlə iş şöbəsinə nəzarəti "xxxx" ASC-nin Əməliyyatlar üzrə Baş Direktor vəzifəsini həyata keçirən Şahid1 həyata keçirmişdir. Şöbədə tabeliyində 3 kassir işləmişdir. Həmin kassirlər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Natiq Bağırov olmuşdur. Natiq Bağırov öz ərizəsi əsasında 2015-ci ilin noyabr ayında işdən çıxmışdır. Ona görə də 1 baş kassir, 2 kassir qalmışdır. Belə ki, 4 kassir olan vaxtlarda Şahid1 tərəfindən 2 qrup yaradılmış, həmin qruplardan birinin tərkibinə özü və Pərviz Fərzullayev daxil olmuş, digər qrupun tərkibinə isə Təqsirləndirilən şəxs2 və Natiq Bağırov daxil olmuşdur. Qrup rəhbərləri olmamışdır. Hər iki qrupun fəaliyyətinə nəzarəti özü həyata keçirmişdir. 4 nəfər kassir olan vaxtlarda 60 bankomatın 30-na bir qrup, digər 30 bankomata digər qrup inkassasiyanı aparmışdır. Qaydalara əsasən qrupda inkassasiya prosesində 30 bankomatın 15-nin açarı özündə olmalı, 15-nin isə kodu olmalı idi. İnkassatorlar bankomatlara pulları yükləmək üçün gedəndə, hansı qrup hansı bankomata yaxındırsa, onlarda pulları bankomatlara yükləmişlər, yəni qaydalara faktiki olaraq nəzarət edilməmişdir. 2015-ci ilin dekabr ayına kimi bütün bankomatlara pullar möhürlənmiş kasetlərlə daşınmışdır. Kasetlərə pul bilavasitə adına xəzinə məxaric orderi ilə təhvil verilmiş inkasator tərəfindən baş kassir-inkassatorun, yəni onun iştirakı ilə sayılaraq kasetlərə yüklənmiş və o özündə olan möhürlə həmin kasetləri möhürləmişdir. Möhürü açmaq qeyri mümkündür, kasetlər də möhürlü formada bankomata yüklənmişdir. Həmçinin bankomatların açarları da iş otağında seyfdə saxlanılmışdır, həmin seyfin açarı isə özündə olmuşdur. Eyni zamanda 2015-ci ilin dekabr ayına kimi bankomatlar hər ay sıfırlanmış və sıfırlanma üçün kasetlər bankomatdan möhürlü formada banka gətirilərək onun iştirakı ilə kameranın altında açılmışdır. Hər kassir-inkosator özü gətirdiyi kasetlərin açılmasında iştirak etmişdir. Əvvəllər kasetlər açılandan sonra konkret hansı bankomata hansı inkassator təhkim olunmuşdusa həmin inkassatorun özü pulu xəzinəyə təhvil verirdi. Pulun təhvil verilməsi barədə xəzinə mədaxil orderi yazılmışdır. Lakin bankomatlardan pullar axşam gec gətiriləndə, pullar otaqda saxlanılmış, səhər isə xəzinəyə təhvil verilmişdir. 2015-ci ilin noyabr ayının sonlarında Natiq Bağırov işdən çıxdıqdan sonra 3 kassir olaraq inkassasiyanı aparmağa başlamışlar. Qrupda bir nəfər çatışmadığı üçün, həmçinin 2015-ci ilin dekabr ayında ölkədə baş verən maliyyə vəziyyəti ilə əlaqədar bankda nağd pul az olduğundan şifahi qaydada bankın rəhbərliyi tərəfindən müştəriləri incitməmək və bankomatlarda həmişə pul olması, bankomatların yüklənməsi zamanı vaxt itkisinə yol verilməməsi üçün bankomatların qalıqlarını çıxarmamaq, yəni sıfırlamamaq və qalıqların üstünə pul əlavə etmək göstərişi verilmişdir. Çünki nağd pul olmadığı üçün bankomatlar tez boşalmış və operativ bankomatları yükləmək üçün pul vəsaiti az olduğuna görə məcbur olub bankomatlardan pul götürlüb başqa bankomata aparıb yükləmişlər. Əvvəllər 4 nəfər kassir- inkassator olan zaman bankomatlar konkret kassirlərə təhkim olunsa da, 2015-cı ilin dekabr ayından eyni bankomatlara özü, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də inkassasiyanı aparmışlar. 2015-ci ilin dekabr ayından sonra bəzən pulu yükləməyə iki nəfər, bir nəfər və ya qalıq pulu çıxarmağa da iki nəfər və ya bir nəfər getmişlər. Xəzinədən pulları kim götürürdüsə və təhvil verirdisə həmin kassir də mədaxil sənədi imzalamışdır. Özü götürdüyü və təhvil verdiyi pullara dair orderləri özü imzalamışdır. Faktiki olaraq inkassasiya özü, Təqsirləndirilən şəxs2 və Pərviz Fərzullayev tərəfindən həyata keçirilmişdir. Lakin özü əsasən inzibati otaqda oturaraq, xüsusi kompüter proqramı vasitəsilə pul vəsaiti azalan bankomatlar barədə məlumatı onlara vermişdir. Bəzi vaxtlarda isə həmin göstərişi Aynur Mehdiyevə ötürmüşdür. 2015-ci ilin dekabr ayına kimi nağd pul vəsaitləri inkassasiya edilərkən kasetlərlə aparılmışdır. Yəni xəzinə məxaric orderi ilə xəzinədən pulu götürəndən sonra kameranın altında sayıb kasetlərə 1, 5, 20, 50 və 100 manat pul əskinasları formasında kasetlərə digər kassirlərlə birlikdə yerləşdirmişlər. Kasetlərə plomb-surğucu da özü vurmuşdur. Bütün plomblar hazır formada özündə olmuşdur. Həmin kasetlərə görə məsuliyyəti də xəzinə məxaric orderi ilə pul kimə verilmişdirsə o daşımışdır. Xəzinə məxaric orderində pulun hansı bankomata yüklənəcəyi barədə qeydiyyat olmuşdur. 2015-ci ilin dekabr ayında nağd pul çatışmazlığı olduğundan kasetlərə əvvəlki kimi çox pulun yüklənməsi mümkün olmamışdır. Yəni əvvəl hər kasetə 100.000-300.000 manat pul yükləndiyi halda, nağd pul çatışmazlığı ilə əlaqədar 2015-ci ilin dekabr ayından 20.000-40.000 manata qədər azalmışdır. Bundan əlavə, 2015ci ilin dekabr ayına kimi hər ay Əməliyyat Departamentinin direktoru Şahid3 göstərişi əsasında bütün bankomatlarda sıfırlanma aparılmış və hər hansı çatışmazlıq müəyyən edilməmişdir. 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına kimi isə sıfırlanmalar aparılmamışdır. Səbəbi bankda depozitə pul qoymuş vətəndaşların pullarını bankdan götürmələri, bu səbəbdən nağd pul vəsaitlərinin çatışmazlığı ilə əlaqədar bankomatlara pulun yüklənə bilməməsi, az miqdarda pulun yüklənməsi zamanı isə vaxt itkisinə yol verməsi, nəticədə müştərilərin narazılıqlarının artması olmuşdur. Belə vəziyyət olduğu üçün Şahid1 tərəfindən verilən göstəriş əsasında bir bankomatdan pulu götürüb digər bankomata yükləməyə başlamışlar. Yəni, 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına kimi kassetlərin plombları açıq halda olmuş, yeni plomb vurulmamış, bir çox hallarda pullar kasetlərlə deyil, torbalarla aparılaraq bankomatlara yerində yüklənmişdir. Daha doğrusu pul çox olan bankomatlardan vəsaitlərin bir hissəsi Pərviz və Ruslan tərəfindən çıxarılaraq kassaya mədaxil olunmuş və yenidən məxaric edildikdən sonra digər pul vəsaiti az olan bankomatlara yüklənilmişdir. Həmin vaxt kasetlərin plombları olmamış, yəni vəsaitlər nağd olaraq aparılıb bankomatlara kasetlərə yerində yüklənilmişdir. Lakin həmin vaxt özü inkassasiya ilə məşğul olmamış, yəni bankomatlara pul vəsaitləri nağd qaydada yüklənən zaman, yəni 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayınadək bankomatlara pul vəsaitinin yüklənməsi ilə Ruslan və Pərviz məşğul olmuşlar. Lakin hər bir halda bir bankomatdan pul vəsaiti çıxarılaraq digər bankomata yüklənmədən əvvəl həmin vəsait banka gətirilərək kassaya mədaxil edilərək, yenidən məxaric edilmişdir. 2015-ci ilin dekabr ayından pullar torbalarla aparılanda, kassir inkassatorlar tərəfindən gətirilən pullar onların özləri tərəfindən xəzinəyə mədaxil və məxaic edilmişdir. Özü isə sonradan sənədləri üzləşdirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində bildirmişdir ki, bankda teleskop proqramı olmuş və həmin proqram özündə və Şahid3 olmuşdur. Teleskop vasitəsi ilə yalnız kasetin qalığının izlənməsi mümkün olmuşdur. Elə ola bilərdi ki, kassir inkassator bankomatın kompyuter sayğacında əvvəlcədən müəyyən edilmiş məbləğləri, pul əskinaslarının sayını düz göstərsə də, pulun özünü kasetlərə az qoysun. Həmin vaxt teleskopda inkassatorun bankomatın kompyuter sayğacına daxil etdiyi məlumat görünmüş, lakin inkassatorun kasetlərə faktiki yüklədiyi pulun əskinaslarını və məbləğini teleskopda görmək mümkün olmamışdır. Bankomatdan vətəndaşlar pulu çıxardıqda isə hər günün sonunda "xxxx" MMC-dən məlumatlar banka göndərilmişdir. Həmçinin teleskop vasitəsi ilə pulun azalması görünmüşdür. Lakin bankomatlar sıfırlanmadığı üçün həqiqətən inkassatorun müəyyən edilmiş məbləği bankomata yükləyib-yükləmədiyini bilmək mümkün deyildir. Çünki pul azaldıqca torbalar vasitəsi ilə bankomata pul əlavə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanıziddiyətli ifadələr verərək, 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayınadək bankomatlara pul vəsaitinin yüklənməsi ilə Ruslan və Pərvizin məşğul olduqlarını, həmin vaxt özünün inkassasiya ilə məşğul olmadığını bildirsə də, eyni zamanda verdiyi ifadəsində çatışmazlıq aşkar edilmiş 12 ədəd bankomatlara pul vəsaitlərinin yüklənməsi üçün xəzinədən nağd pul vəsaitinin mədaxil və məxaric edilməsinə dair orderlərə əsasən özünün, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 pul yüklədiklərini, qalıq pulu götürüb xəzinəyə təhvil verdiklərini bildirmişdir. İstintaq zamanı ona təqdim edilmiş xəzinə məxaric və mədaxil orderlərində olan özünün soyadının qarşısında olan imzalardan bəzilərinin özü tərəfindən icra edilmədiyini, bəzi imzaların isə özünə aid olduğunu bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, iş otağında şəxsi pul vəsaitini saxlamamış, həmin otaqda yalnız banka aid, bankomatlardan çıxarılmış və ya bankomatlara yüklənməsi üçün xəzinədən götürülmüş vəsait olmuş, xarici valyutanın alqı-satqısı ilə məşğul olmamışdır. 2016-cı ilin fevral ayında kassirlər Ruslan və Pərvizlə onun iş masasının siyirtməsində olan pul vəsaiti barədə söhbətləri olmamış, ümumiyyətcə ona məxsus avtomaşında sonuncularla söhbətləri olmamış və onun avtomaşınında pul vəsaiti olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində bildirmişdir ki, “AG Bank" ASC-nin bankomatlarında əksik gələn pul vəsaitlərini özü götürməmiş, bu barədə məlumatı olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 ziddiyyətli ifadələr verərək, ilkin ifadəsində şərlənməkdən qorxduğu üçün istintaqdan qaçdığını, sonraki ifadəsində isə ümumiyyətlə heç yerə qaçmadığını, şəxsi işləri ilə bağlı xarici ölkəyə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2012-ci ildən "xxxx" ASC-nin Qiymətlilərlə iş şöbəsinin kassiri vəzifəsində işləyib. 2015-ci ilin dekabr ayına kimi nağd pul vəsaitləri inkassasiya edilərkən kasetlərlə aparılmışdır. 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına kimi rəhbərliyin göstərişinə əsasən bütün inkassasiyalar kasetlərlə deyil, torbalar vasitəsi ilə aparılaraq birbaşa yerində bankomatlara yüklənmişdir. Ona görə də sistem pozulmuş, yəni bankomat kodlarının gizliliyi öz əhəmiyyətini itirmiş və istənilən kassir istənilən bankomatı aça və inkassasiyanı apara bilmişdir. Belə ki, bir bankomatda özü də, Təqsirləndirilən şəxs1 da, Təqsirləndirilən şəxs2 də inkassasiya aparmışlar. 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına kimi bankomatlarda sıfırlanmalar aparılmamışdır. Bunun səbəbi isə nağd pulun olmaması, bankomatların tez boşalması, vətəndaşların əmək haqqlarını ala bilmədiklərindən narazılığın artması olmuşdur. Ona görə də operativ bankomatları yükləmək üçün pulu bankomatdan götürüb banka gəlib yenidən digər bankomata getməmək üçün birbaşa aparıb pulu bir bankomatdan digər bankomata yükləmişlər. Bu prosses zamanı xəzinə mədaxil orderi yazılmış, lakin həmin pulu xəzinədar əməliyyatçı görməmiş və saymamışdır. Eyni qaydada sonra xəzinə məxaric orderi yazılmışdır. Yəni pul faktiki olaraq xəzinəyə mədaxil olunmadan başqa bankomata aparılıb yüklənmişdir. Bankomatdan pulu götürüb başqa bankomata yüklənməsi göstərişini həmişə Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 da həmin göstərişi Aynur Mehdiyevanın verdiyini ona demişdir. Bu zaman birinci bankomatdan çıxardıqları və ikinci bankomata yüklədikləri məbləğlərlə bağlı bankomatdan çıxarılmış çekləri Namiqə təhvil vermişlər. Bundan əlavə, pul çatışmazlığı olan dövrdə Namiq hər hansı bir bankomatdan nağd pul vəsaitini çıxarıb banka gətirmələrini tapşırmışdır. Bunu Namiq bankda pulun çatışmazlığı, yəni hər hansı bir müştərinin depozit hesabından pul çıxarmaq üçün müraciət edən zaman pul çatmadığı ilə izah etmişdir. Onlar da Namiqin dediyi kimi pulu bankomatdan çıxarıb gətirib Namiqə təhvil vermişlər. Həmin vəsaiti sonradan Namiqin dediyinə görə özü xəzinəyə təhvil vermişdir. Bu zaman özləri hər hansı sənədə imza etməmişlər. Əvvəllər bankomatlardan çıxarılaraq gətirilən kasetlər açılandan sonra konkret hansı bankomata hansı inkassator təhkim olunmuşdusa həmin inkassatorun özü qalıq pulu xəzinəyə təhvil verməmiş, pulu həmişə xəzinəyə Təqsirləndirilən şəxs1 təhvil vermişdir. İnkassatorların xəzinəyə pul təhvil verməyinə Təqsirləndirilən şəxs1 icazə verməmişdir. Prosedur qaydalara görə pul gələn kimi sayılıb xəzinəyə təhvil verilməli idi. Təqsirləndirilən şəxs1 isə pulu özünün sayacağını və xəzinəyə təhvil verəcəyini dediyi üçün onu gözləmişlər. Namiqin özünün uçotu olmuş, öz bildiyi kimi uçotu aparıb xəzinəyə təhvil vermişdir. Pulu xəzinəyə təhvil verərkən Namiqin yanında özü də olub və xəzinə mədaxil orderinə özü imza etmişdir. Xəzinədar da pulu sayıb təhvil götürmüşdür. Özünə ATM № 1184, ATM № 1331, ATM № 136, ATM №1374, ATM № 1834, ATM № 879 nömrəli bankomatlar təhkim olunmuşdur. 2015-ci ilin dekabr ayına kimi Təqsirləndirilən şəxs1la bankomatlara pul yükləmək və sıfırlamaq üçün birlikdə getmişlər, həmin tarixdən sonra hər biri tək-tək getmişdir. Yəni əvvəllər 2 qrup olmuş, hər qrupda 2 nəfər olmuş, hər iki qrupa rəhbərliyi Təqsirləndirilən şəxs1 etmişdir. 2015-ci ilin dekabr ayından sonra bankomatlar konkret qrupa təhkim olunmamışdır. Təqsirləndirilən şəxs1 göstərişi ilə istənilən inkassator istənilən bankomatlara pul mədaxil və məxaric etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 özü də bankomatlara pulu yükləmiş və ya qalıq pulu çıxarmışdır. 2015-ci ilin dekabr ayından sonra pulu yükləməyə bəzən iki nəfər və ya bir nəfər getmişdir. Qalıq pulu çıxarmağa da iki nəfər və ya bir nəfər getmişdir. Özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa çatışmazlıq aşkar edilmiş bankomatlara heç kim müdaxilə etməmişdir. İstintaq zamanı pul vəsaiti əksik gəlmiş bankomatlara nağd pul vəsaitlərinin yüklənmsi ilə əlaqədar təqdim edilmiş xəzinə məxaric və mədaxil orderlərində öz soyadı qarşısındaki imzalar ona məxsus olmuşdur və onun tərəfindən icra edilmişdir. Bundan başqa 12.02.2016-cı il tarixdə Aynurə Mehdiyevə ona zəng edərək bankomatdan götürdüyükləri qalıq pulları təhvil verib-vermədiklərini soruşmuş, o isə xəbəri olmadığını bildirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək siyirməsini açıb orada olan pulları götürüb saymasını, lakin təhvil verməməsini demişdir. Sonra Namiqin özü gəlmiş və pulları təhvil vermişdir. Aynurə Mehdiyevə ilə Təqsirləndirilən şəxs1 arasında başqa hansı söhbətlərin olmasını bilmir. Həqiqəqətən də həmin vaxtı Namiqin siyirməsindən 25.000 manata kimi pul çıxmışdır. 2015-ci ilin 11-12 fevral gününə aid vidiogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs1 oturduğu masanın siyirməsindən pulları çıxarıb çeşidləməyi üçün ona verir. Təqsirləndirilən şəxs1 masasının siyirməsindən çıxardığı pullardan onun məlumatı olmamışdır. Çünki hər hansı qeydiyyat yox idi. Həmçinin qeyd edilən tarixlərdə bankomatlardan pul gətirməmişlər. Həmin pulun nə pul olması və Namiqin öz masasının siyirməsində saxlamasının səbəbini bilmir. Hətta həmin tarixdə "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinin rəisi Rizvan Baxşıyev kamerada onun Təqsirləndirilən şəxs1 otağda oturduğu masanın siyirməsindən pulu çıxarıb masanın üstünə qoyub saydığını kamerada görmüş, onu otağına çağırmış və həmin pulun nə olduğunu, nə üçün əvvəl tək həmin otaqda oturub pulu saydığını, sonra Təqsirləndirilən şəxs1 gəlib birlikdə pulu yenidən saydıqlarını nəzərinə çatdırıraq, pulun Təqsirləndirilən şəxs1 masasının siyirməsində olması səbəbini soruşmuşdur. O, Təqsirləndirilən şəxs1 ona zəng edərək masasının siyirməsində pul olduğunu və həmin pulu saymasını istədiyini, sayandan sonra onu gözləməyini, gəlib pulu özünün xəzinəyə təhvil verəcəyini bildirmişdir. Namiq sonra gəlmiş və məsələni özü Rizvan müəllimə izah edəcəyini demişdir. Namiq Rizvan müəllimin yanına gedib qayıdandan sonra Rizvan müəllimə hər şeyi izah etdiyini, özünün problemi olduğunu, onun bu məsələyə aidiyyətinin olmadığınızı demişdir. Buna görə də qərara qəlmişlər ki, Namiqlə görüşüb məsələyə aydınlıq gətirsinlər. 13 fevral 2016-cı il tarixdə o, Təqsirləndirilən şəxs1 zəng etmiş və görüşmək istədiyini demişdir, lakin, Namiq ailə işi ilə əlaqədar həmin gün görüşə bilməyəcəyini bildirdindən, növbəti gün özü, Ruslan və Namiq görüşmüşlər. Namiq istifadəsində olan «BMV 745» markalı «** TV ***» dövlət nişanlı avtomaşınla gəlmişdi. O və Ruslan Namiqin avtomaşınında əyləşmişlər. Namiq ondan siqaret istəmiş, o, ciblərini yoxlayıb siqaret olmadığını deyəndə Namiq avtomaşının saxlanc yerini açmış, bu vaxt o və Ruslan orada 50 manatlıq və 100 manatlıq əskinazlarla çoxlu miqldarda pul görmüşlər. Pullar dəstə formasında rezinə bükülmüşdü. Gözəyarı baxanda 100.000 manat pul olmuşdur. O, Namiqdən avtomaşınında olan pulların, o cümlədən otağında siyirməsində saxladığı pulların nə pullar olduğunu başa salmasını tələb etmiş, Namiq müxtəlif bəhanələr gətirərək məsələni sakit bir vaxtda oturub söhbət etməsini bildirmiş, avtomaşınında olan pulları tanışından aldığını və qazanc əldə etmək üçün həmin pulları ABŞ dollarına çevirib satacağını demişdir. Namiqlə söhbət etmək mümkün olmadığınından, sonuncudan ayrılmışlar. Onlar sonradan Namiqlə zəngləşə bilməmişlər, belə ki, sonuncunun telefonu söndürülmüşdür. Daha sonra onlara məlum olmuşdur ki, Namiq qaçmışdır. Təqsirləndirilən şəxs3 məhkəmə baxışı gedişində yenidən ifadə verərək göstərmişdir ki, onun bu günə qədər danışmamağının səbəbi keçmiş iş yoldaşını qorumaq olmuşdur. Belə ki, onlar bütün göstərişləri Təqsirləndirilən şəxs1 almışlar və icra etmişlər. Təqsirləndirilən şəxs1 onların rəisi olmuşdur. Bankomatlara torbalarla gedən zaman pulları torbalarda aparmışlar, qalan pulları da Namiqin göstərişi ilə sonuncuya təhvil vermişlər. 2015-ci ildə devalvasiya vaxtı Namiq ona arada bir 100, 200 manat məbləğində pul vermiş, həmin pulun nə pul olduğunu soruşan zaman, Namiq ona dollar alıb satdığını, həmin pulun ondan gələn gəlir olduğunu və ailəsinə kömək məqsədilə verdiyini demişdir. O, bilmədən Namiqdən 5000 manata yaxın pul əldə etmişdir. Ailəsinin və dostlarının köməyi ilə həmin pul vəsaitini hal-hazırda ödəməyə hazırdır. Onun qalan pul ilə bağlı heç bir əlaqəsi olmamışdır. O, 2008-ci ildən 2012-ci ilə qədər sözügedən bankda sürücü vəzifəsində işləmiş, yaxşı işçi olduğuna görə onu kassa şöbəsinə keçirmişlər. 2012-ci ildən 2016-cı ilə qədər nümunəvi işçi kimi həmin şöbədə işləmiş, hər ay bonuslar almış və müdriyyət tərəfindən təşəkkür almışdır. Bundan başqa bildirmişdir ki, aldığı pulun qarşılığında o, Namiqin heç bir hərəkətinə göz yummamışdır. Namiqin ona verdiyi pulun exchange-dən qazanılan pul olduğunu bilmişdir. O, pulun bankomatdan götürüldüyünü bilməmiş, Namiq ölkədən qaçandan sonra pulun əskik gəldiyini bilmişdir. Onun Ruslana verilən pullardan xəbəri olmamışdır. O, son hadisələrdən sonra ona çatan pulun bankomatlardan pullar olduğunu anlamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2009-cu ildən 2016-cı ilin mart ayına kimi "xxxx" ASC-də Qiymətlilərlə iş şöbəsinin kassiri vəzifəsində işləmişdir. Qiymətlilərlə iş şöbəsinin rəisi olmamış, baş kassir Təqsirləndirilən şəxs1 digər kassirlərin fəaliyyətinə nəzarət etmişdir. Təqsirləndirilən şəxs1 tabeliyində 3 kassir, yəni özü, Təqsirləndirilən şəxs3 və Natiq Bağırov işləmişlər. Natiq Bağırov öz ərizəsi əsasında 2015-ci ilin noyabr ayının ortalarında işdən çıxmışdır. Əvvəllər Qiymətlərlə iş şöbəsi Xəzinə şöbəsinin tərkibində Qiymətlərlə iş qrupu kimi fəaliyyət göstərmiş, 2012-ci ilin avqust ayından sonra Qiymətlərlə iş qrupu xəzinə şöbəsindən ayrılıb ayrıca fəaliyyət göstərməyə başlamışdır. Qiymətlərlə iş şöbəsi birbaşa Şahid1 nəzarəti altında işləmişdir. Qiymətlilərlə iş şöbəsinin işinin təşkili, kasetlərin möhürlənməsi, qrupların yaradılması, onların işinə nəzarət, bankomat kodlarının, açarlarının seyfdə saxlanması, gizliliyinin təmin olunmasına, inkassasiyanın aparılmasına birbaşa Şahid1 tapşırığı ilə Təqsirləndirilən şəxs1 nəzarət etmişdir. Belə ki, 4 kassir olan vaxtlarda Şahid1 tərəfindən 2 qrup yaradılmış, həmin qruplardan birinin tərkibinə Rərviz Fərzəliyev və Təqsirləndirilən şəxs1, digər qrupun tərkibinə isə o və Natiq Bağırov daxil olmuşdur. Qrup rəhbərləri olmamış, hər iki qrupun fəaliyyətinə nəzarəti Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. 4 nəfər kassir olan vaxtlarda 60 bankomatın 30-na bir qrup, digər 30 bankomata digər qrup inkassasiya aparmışdır. Həmçinin qrupda inkassasiya prosesində 30 bankomatın 15-nin açarı özündə olmuş, 15-nin isə kodu olmuşdur. Açarlar həmişə Təqsirləndirilən şəxs1 özünə məxsus seyfində saxlanılmış, inkassasiyaya gedəndə Namiqin özü həmin açarları onlara vermişdir. Əvvəllər heç birinin kodunu bilməmiş, gizli olmuşdur. 2015- ci ilin noyabr ayında Natiq Bağırov işdən çıxdıqdan sonra 3 kassir olaraq inkassasiya aparmağa başlamışlar. Qrupda bir nəfər çatışmadığı üçün və həmin ərəfələrdə nağd pul çatışmazlığı yarandığı üçün Şahid1 göstərişi ilə bir nəfər, yəni tək olaraq inkassasiyanıaparmağa başlamışlar. Nağd pul olmadığı üçün bankomatlar tez boşalmış, müştərilərin tələbatını ödəməmiş, bu səbəbdən operativ bankomatları yükləmək üçün pul vəsaiti olmadığından və ya az olduğundan bank rəhbərliyinin göstərişi ilə məcbur olub bankomatlardan pulu götürüb başqa bankomata aparıb yükləməyə başlamışlar. Həmin işləri eyni vaxtda çatdırmaq mümkün olmadığı üçün məcbur olub 3 kassir hərə bir istiqamətdə hərəkət edib inkassasiya aparmışlar. 2015-ci ilin dekabr ayına kimi nağd pul vəsaitləri inkassasiya edilərkən kasetlərlə aparılmışdır. Xəzinə məxaric orderi ilə xəzinədən pulu götürəndən sonra kameranın altında həmin pulları sayıb 1,5,20,50 və 100 manatlıq pul əskinasları formasında kasetlərə yerləşdirmişlər. Kasetlərə pulları köməkləşib yığırmışlar. Həmin kasetlərə görə məsuliyyəti də xəzinə məxaric orderi ilə pul kimə verilmişdirsə o daşımışdır. Xəzinə məxaric orderində pulun hansı bankomata yüklənəcəyi barədə qeydiyyat olmuşdur. Əvvəllər bankomatlardan gətirilən kasetlər açılandan sonra hansı bankomata hansı inkassator təhkim olunmuşdusa həmin inkassatorun özü Təqsirləndirilən şəxs1 iştirakı ilə pulu xəzinəyə təhvil vermişdir. Özü həm tək pulu xəzinəyə təhvil vermiş, həm də Namiqin özü onun əvəzindən pulu xəzinəyə təhvil vermişdir. Belə ki, özləri ora-bura çox getdikləri üçün pulun kassaya təhvil verilməsi üçün vaxtları olmamışdır. Ona görə də çox vaxt Təqsirləndirilən şəxs1 pulu kassaya təhvil vermiş və xəzinə məxaric orderinə Namiqin özü də imza etmişdir. 2015-ci ilin dekabr ayında nağd pul çatışmazlığı olduğundan kasetlərə əvvəlki kimi çox pulun yüklənməsi mümkün olmamışdır. Yəni əvvəl hər kasetə 150.000-200.000 manat pul yüklədikləri halda, nağd pul çatışmazlığı ilə əlaqədar 2015-ci ilin dekabr ayından 20.000-40.000 manata qədər azalmışdır. Həmçinin sıfırlama prosesi zamanı bankomat səhər saat 09.00-dan söndürülüb saat 15.00-da yenidən yandırılmalı idi. Bu uzun vaxt tələb etdiyindən camaatın narazılığına səbəb olmuşdur. Əvvəllər pul çox olduğu üçün inkassatorlar bankomatları sıfılamaq üçün əvvəlcədən dolu kasetlərlə bankomatlara gedib, bankomatda olan kasetləri götürüb yeni kasetləri qoymuşlar. Ona görə də vaxt çox keçməmişdir. Lakin 2015-ci ilin dekabr ayında pul olmadığından əvvəlcədən dolu kasetlərlə gedilməsi mümkün olmamışdır. Məcbur olub bankomatları 2015-ci ilin dekabr ayında sıfırlamaq mümkün olmamışdır. Bankın rəhbərliyinin göstərişi ilə pul vəsaitləri kasetlərlə deyil, torbalarla aparılıb bankomatda olan kasetlərin üzərinə əlavə edilmişdir. Çünki bankomatları mütəmadi olaraq pul vəsaiti ilə təmin etmək başqa formada mümkün olmamışdır. Pulların kasetlərə yüklənməsi bankda deyil, bankomatlarda edildiyindən, kasetlərdə olan möhürlərin tamlığı pozulmuşdur. 2015ci ilin dekabr və 2016-cı ilin yanvar aylarında pul vəsaitlərinin torbalarla yüklənməsi, sıfırlanmanın aparılmaması ilə inkassasiya aparılmışdır. Beləliklə bankomat kodlarının gizliliyi öz əhəmiyyətini itirmiş, hər kassirdə bütün bankomatların kodu və açarı olmuşdur. İstənilən kassir inkassatorun istənilən bankomatı aça və inkassasiyanı apara bilmək imkanı olmuşdur. Həmçinin, 2015-ci ilin dekabr ayına kimi hər ay Şahid3 göstərişi əsasında bütün bankomatlarda sıfırlanma aparılmış və hər hansı çatışmazlıq müəyyən edilməmişdir. 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına kimi isə mövcud vəziyyətlə əlaqədar nağd pul çatışmazlığı yarandığı üçün hər ay sıfırlanmalar edilməmişdir. Buna görə də hansı kassirin hansı bankomata nə qədər pul yüklədiyi və bankomatlarda qalıq pulun qalıb- qalmamasının, kimin xəzinəyə təhvil verməsinin hesabı itmişdir. Belə ki, eyni bankomatda 2015-cı ilin dekabr, 2016-cı ilin yanvar aylarında həm o, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 inkassasiya aparmışlar. Çatışmazlıq aşkar edilmiş 12 bankomata pul vəsaitlərəinin mədaxil və məxaric edilməsi barədə orderlərdə olan onun soyadının qarşısındaki imzaları özü icra etmişdir. Kassirinkassator kimi pulu xəzinədən götürərkən və ya xəzinəyə təhvil verərkən təqdim edilən xəzinə mədaxil və məxaric orderlərinə tez necə gəldi imza etmişdir. Məqsəd, xəzinəyə tam formada pulu təhvil vermək, tam formada da təhvil almaq olmuşdur, imzaların fərqli olmasına isə əhəmiyyət verilməmişdir. Lakin, istintaq zamanı ona təqdim edilən sənədlərdən 111 nömrəli bankomat üzrə 03.11.2015-ci il tarixli məxaric orderi, 05.10.2015ci il tarixli mədaxil orderində olan imzalar, 395 nömrəli bankomat üzrə 03.11.2015-ci il tarixli məxaric orderi, 05.10.2015-ci İl tarixli mədaxil orderində olan imzalar, 879 nömrəli bankomat üzrə 04.04.2016-cı il tarixli məxaric orderində olan imzalar onun tərəfindən icra edilməmişdir. Həmin imzaları onun əvəzindən Təqsirləndirilən şəxs1 icra etmişdir. Belə ki, çox vaxt ona təhkim olunmuş bankomatlarda qalıq pulu Namiqin özü xəzinəyə təhvil vermişdir. Bəzi hallarda isə onun əvəzində Təqsirləndirilən şəxs1 məxaric orderinə imza edərək pulu xəzinədən götürmüş və sonra ona təhvil vermişdir. Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, pul çatışmazlığı olduğundan və müştərilər narazı qaldığından verilən göstəriş əsasında bir bankomatdan pulu götürüb birbaşa olaraq digər bankomata yükləmişlər. Həmin transver ilə əlaqədar, pul faktiki olaraq bankomatdan götürülüb başqa bankomata, yəni xəzinəyə mədaxil edilmədən köçürülsə də, sənədləşmələr düzgün aparılmış, yəni pul bankomatdan götürüləndən sonra guya xəzinəyə mədaxil edilmiş, sonradan yenə xəzinə məxaric orderi ilə həmin pulu götürüb başqa bankomata yüklənilməsi rəsmiləşdirilmişdir. Bankomatdan pulu götürüb başqa bankomata yüklənməsi göstərişini həmişə Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 da həmin göstərişi Aynur Mehdiyevanın verdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onlara xəzinəyə pul təhvil verilməməsi və ya onun iştirakı ilə təhvil verilməsi tapşırığını vermişdi. Həmişə pulu Namiqin özü onların iştirakı xəzinəyə təhvil vermişdir. Çatışmazlıq aşkar edilmiş ATM № 111, ATM № 395, ATM № 1095, ATM № 1691, ATM № 086, ATM № 1835 ona təhkim olunmuş, ATM № 1184, ATM № 1331, ATM № 136, ATM №1374, ATM № 1834, ATM № 879 isə Təqsirləndirilən şəxs3 təhkim olunmuşdur. Təqsirləndirilən şəxs1 bankomatlar təhkim olunmasa da, həmin bankomatların kodunu bilmiş, açarlarını götürüb sərbəst istifadə etmişdir. 2015-ci ilin dekabr ayına kimi kasetlərlə pulun yüklənməsi zamanı heç bir problem olmamış, özünə təhkim olunmuş bankomatlara ondan başqa heç kəs pul yükləməmişdir. Təqsirləndirilən şəxs1 da heç vaxt tək həmin bankomatlarda inkassasiya əməliyyatları aparmamışdır. 2015-ci ilin dekabr ayından isə istənilən inkassator, yəni özü, Ruslan və Namiq istənilən bankomatda inkassasiyanı aparmışdır. Onlardan başqa heçkim həmin bankomatlara müdaxilə etməmişdir. Bundan əlavə bankda xüsusi “teleskop” proqramı olmuş və həmin proqram Təqsirləndirilən şəxs1, Şahid1 və Şahid3 olmuşdur. “Teleskop” proqramı vasitəsi ilə yalnız kasetin qalığının izlənilməsi mümkün olmuşdur. Teleskop vasitəsi ilə bankomatlara pulun yüklənilib-yüklənilməməsini və ya əvvəlcədən müəyyən edilmiş məbləğlərin yüklənilib-yüklənilməməsini müəyyən etmək mümkün olmurdu. Kassirinkassator bankomata pulu yükləyərkən yüklənilən pul əskinaslarının sayını, yəni nə qədər 20 manatlıq, nə qədər 50 manatlıq, nə qədər 100 manatlıq və sair pul əskinaslarının sayını bankomatda olan kompyuter sayğacında göstərmiş və avtomatik olaraq həmin məlumat bankın teleskop sisteminə göndrilmişdir. Teleskop da yalnız həmin sayğacın rəqəmlərini görmüşdür. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində bildirmişdir ki, 11-12 fevral 2016-cı il tarixlərində "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinin rəisi Rizvan Baxşıyev kamerada Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 otağında oturduğu masanın siyirtməsindən pulu çıxarıb masanın üstünə qoyub saymasını görmüş və onu qəbuluna çağırmışdır. Pərvizin dediklərindən ona məlum olmuşdur ki, Rizvan müəllim ondan nə üçün siyirtmədə pul saxlanıldığını soruşmuş, Pərviz də həmin pullardan məlumatı olmadığını, Təqsirləndirilən şəxs1 gətirdiyini bildirmişdir. Özü həmin pulların hansı bankomatın pulları olduğunu bilməmişdir. Çünki həmin pulların üzərində hər hansı qeydiyyat aparılmamışdır. Namiq sonra gəlmiş və Şahid2 siyirtmədə olan pulların nə pul olduğunu soruşduğunu Pərviz onun nəzərinə çatdıranda, Namiq özü Rizvan müəllimə izah edəcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Pərvizdən Şahid2 başqa məlumat soruşub- soruşmadığını öyrənməyə çalışmışdır. Namiq Rizvan müəllimin yanına gedib qayıdandan sonra Rizvan müəllimə hər şeyi izah etdiyini bildirmişdir. Sonra məlumatları olmuşdur ki, Təqsirləndirilən şəxs1 sıfırladığı bankomatların birindən təxminən 25.000 manata yaxın pul əskik olmuş, Təqsirləndirilən şəxs1 həmin halı gizlətməyə çalışmış, lakin işin üstü açılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 12.02.2016-cı il tarixdə Təqsirləndirilən şəxs1 ona saymaq üçün verdiyi pullar Təqsirləndirilən şəxs1 dediyinə görə bankın pulları olmamış, həmin manat formasında olan pul əskinaslarını Təqsirləndirilən şəxs1 başqa şəxsdən aldığını, dollara çevirib satıb pul qazanacağını bildirmişdir. Təxminən həmin pulun məbləği 100.000 manat olmuşdur. Təqsirləndirilən şəxs1 pulu öz otağında siyirməsində saxlamasını ilk dəfə şahidi olmuşdur. Belə ki, əvəllər, yəni 2015-ci ilin dekabr ayınadək pullar möhürlü halda kasetlərlə bankomatlara apardıqları zaman iş otağında pul vəsaitlərinin saxlanması halları olmamışdır. Bankomata yüklənilməli olan pulları xəzinədən götürdükdən sonra dərhal sayıb, kasetlərə yüklədikdən sonra Namiq özündə olan plombla kasetləri plomblamış və kassetlər bankomatlara aparılmış, həmçinin özləri həmişə pulu bankomatdan götürüb gətirdikdən sonra kamera altında sayıb dərhal xəzinəyə təhvil vermişlər. Çox nadir hallarda pullar bankomatlardan gec gətirilən hallarda, yəni xəzinə bağlı olduqda pullar sayılaraq Namiqə təhvil verilmiş, Namiq isə növbəti gün pulları xəzinəyə təhvil vermişdir. Bu çox nadir hallarda baş vermiş, inkosatorlar saat 18.00dan sonra banka qayıtdıqda olmuşdur. Həmin kamera görüntüləri ilə bağlı məsələ ortaya çıxan gün yəni 12.02.2016-cı il tarixdə işdən çıxanda Təqsirləndirilən şəxs3lə birlikdə Təqsirləndirilən şəxs1la söhbət etmək qərarına gəlmişlər. Çünki özləri Təqsirləndirilən şəxs1 tabeliyində olmuşlar və onların bankomatdan gətirdikləri pulların sayılmasında təhvil verilməsində Namiq iştirak etmiş, onlara təhkim edilmiş bankomatlar üzrə inkassasiyanı Namiq də aparmışdır. 12 fevral 2016-cı il tarixdə Pərviz Təqsirləndirilən şəxs1 zəng etmiş və görüşmək istədiklərini demişdir. Namiq ondan görüşmə səbəbini soruşmuş, Pərviz də pulun onun siyirməsindən çıxması səbəbini araşdırmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 işi olduğu üçün növbəti gün görüşə biləcəyini demiş, növbəti gün Pərviz Namiqə zəng etmiş və saat 15-16 radələrində Biləcəri qəsəbəsində özü, Namiq və Pərviz görüşmüşlər. Namiq istifadəsində olan «BMV 745» markalı «** TV ***» dövlət nişanlı avtomaşınla gəlmişdir. Həmin vaxt Namiq avtomaşının saxlanc yerini açanda özü və Pərviz 100 manatlıq əskinazlarla çoxlu miqldarda pul görmüşlər. Pullar dəstə formasında rezinə bükülmüşdür. Təxminən 100.000 manat pul olmuşdur. Pərviz avtomaşınında olan pulların, o cümlədən otağında siyirməsində saxladığı pulların nə pullar olduğunu bir daha soruşmuş, Namiq cavab verməyib sadəcə avtomaşınında olan pulları tanışından aldığını və qazanc əldə etmək üçün həmin pulları ABŞ dollarına çevirib satacağını demişdir. Namiq söhbət etməkdən qaçdığı üçün başqa heç nə soruşmamış və boş vaxtı olanda görüşmələri barədə razılaşmışlar. 3-4 saat keçəndən sonra yenidən Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrələrə nə qədər zəng etsələr də, sonununcunun telefon nömrələri söndürülmüşdür. Növbəti gün 14.02.2016-cı il tarixdə Təqsirləndirilən şəxs1 anası X23 zəng edərək Təqsirləndirilən şəxs1 bankda problemi olduğu üçün özünü öldürəcəyini, evlərini tərk etdiyini, telefonlara cavab vermədiyini demişdir. 15.02.2016-cı il tarixdə işə gələndə Təhlükəsizlik Departamentinin rəisi Şahid2 yanına getmişlər və olanları, həmçinin Təqsirləndirilən şəxs1 anasının dediklərini onun nəzərinə çatdırmışlar. Sonra bankda yoxlama aparılmış və 12 bankomatda 536.428,0 manat çatışmazlıq olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında baxışı gedişində yenidən ifadə verərək göstərmişdir ki, ona 2016-cı ilin yanvar ayında 10000 manat pul vəsaiti lazım olmuş və o, Namiqdən 10000 manat istəmişdir. Namiq isə ona pulunun olmadığını, ancaq Qaradağda yerləşən bankomatdan götürüb verə biləcəyini demişdir. Daha sonra onlar oradan pulları götürmüşlər. O, Namiqdən bankomatda əskik olub olmadığını soruşmuş, sonuncu isə 30000 əskiyi olduğunu demişdir. O, 10 000 manat pulu qaytarmaq şərtilə götürmüş, daha sonra sözügedən hadisələr olduqdan sonra o, Namiqə əgər problem varsa müdriyyətin yanına getmələrini demiş, sonuncu heç bir problemin olmadığını və hər şeyin həll olacağını demişdir. Daha sonra o, pulu yerinə qoymaq istəmiş, lakin Namiqdən xəbər ala bilməmişdir. Sonra isə o, pulu götürdüyünü boynuna almaqdan qorxmuşdur. Onun yalnız Namiqin dediyi 30000 manatdan xəbəri olmuş, başqa pullardan xəbərim olmamışdır. O, 10000 götürdüyünü etiraf edir və onu ödəməyə hazırdır. Onun bu günə qədər bunları deməməyinin səbəbi Namiqlə ailəvi dostluqlarının olması olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır, onlar özlərini təqsirli bilməsələr də, məhkəmə hesab edir ki, onların cinayət törətmələrini etiraf etməmələri özünümüdafiə xarakterli daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan cinayət əməllərini törətmələri aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 01.06.2001 -ci ildən "xxxx" ASC-də Əməliyyat şöbəsində əməliyyatçı, 2003-cü ildən Əməliyyat Departamentinin direktoru vəzifəsində işləmişdir. Əməliyyat Departamentinin direktoru kimi vəzifəsi Departamentin tərkibində fəaliyyət göstərən Hesablaşma şöbəsi və xəzinə şöbəsinin işini təşkil və nəzarət etməkdən, nağd, nağdsız ödənişlərin dövriyyəsinə, hərəkətinə nəzarət etmək, xarici və yerli banklarla nağd və nağdsız ödənişlərlə işin həyata keçirilməsi, plastik kartların dövriyyəsinə və hesablaşmalara nəzarət, 60-a yaxın bankomat aparatlarına və filiallara pulun yüklənməsi ilə əlaqədar xəzinədən pulun çıxarılmasına, həmçinin qalıq pulun xəzinəyə mədaxil olunmasına, pul vəsaitlərinin uçotunun aparılmasına nəzarət etməkdən ibarət olmuşdur. Qiymətlərlə iş şöbəsi Əməliyyat Departamentinin tərkibində fəaliyyət göstərsə də Xəzinə şöbəsinin tərkibində fəaliyyət göstərməmiş, ayrıca şöbə kimi fəaliyyət göstərmişdir. Qiymətlərlə iş şöbəsi birbaşa Şahid1 nəzarəti altında işləmişdir. Eyni zamanda özü də Departamentin direktoru kimi Qiymətlərlə iş şöbəsinə göstərişlər vermişdir. Belə ki, özü aylıq əmək haqqlarının, bankomatlarda olan dövriyyəni nəzərə alaraq bankomatlara nə qədər vəsaitin qoyulması, mədaxil olunması üçün Xəzinə şöbəsinə ümumi kompyuter sistemi vasitəsi ilə göstəriş vermiş, eyni zamanda Qiymətlərlə iş şöbəsinin baş kassiri Təqsirləndirilən şəxs1 da şifahi məlumat verərək hansı bankomatlara nə qədər pul yüklənməsini bildirmişdir. Qiymətlərlə İş şöbəsinin cəmi 3 əməkdaşı baş kassir- inkassator Təqsirləndirilən şəxs1, kassir-inkassator Təqsirləndirilən şəxs2 və kassir- inkassator Təqsirləndirilən şəxs3 olmuşdur. Şöbənin müdiri olmamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 baş kassir-inkassator Təqsirləndirilən şəxs1 tabe olmuş və sonuncunun göstərişlərini icra etmişlər. Qiymətlilərlə iş şöbəsi ancaq bankomat aparatlarına inkassasiyanı və filiallara inkassasiyanı həyata keçirmişdir. Başqa fəaliyyətləri olmamışdır. Belə ki, Qiymətlilərlə iş şöbəsində əvvəl inkassasiyanın aparılması ilə əlaqədar 2 qrup fəaliyyət göstərmiş, həmin qrupların biri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, digər qrup isə Təqsirləndirilən şəxs2 və Natiq Bağırovdan ibarət olmuşdur. Lakin, hər iki qrupun fəaliyyətinə ümumi nəzarəti baş kassir-inkassator Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. Əvvəllər həmin qruplara konkret olaraq bankomatlar təhkim olunmuşdur. X34 2015-ci ilin noyabr ayında işdən çıxandan sonra qruplar dağılmış, yəni istənilən inkassator istənilən bankomata pul yükləmiş və ya qalıq pulu götürmüşdür. Bankomatlara pulun inkassatorlar tərəfindən tək və ya iki nəfərdən ibarət olmaqla yüklənib-yüklənməməsi barədə məlumatı yoxdur. 2015-ci ilin oktyabr ayına kimi xəzinə şöbəsindən pul vəsaitləri xəzinə mədaxil orderi ilə konkret hansı bankomata pulu yükləyəcək inkassatora verilmişdir. Xəzinə mədaxil orderinə pulu verən xəzinədar və pulu qəbul edən inkassator imza etmiş, həmçinin pul xəzinədən verildikcə sistemdə işlənilmişdir. Hər gün də xəzinə sayılmış və üzləşdirmə aparılmış, bütün bankomatlara pullar möhürlənmiş kasetlərlə daşınmışdır. Kasetlərə pul bilavasitə adına xəzinə məxaric orderi ilə təhvil verilmiş inkassator tərəfindən baş kassir- inkassatorun iştirakı ilə sayılaraq kasetlərə yüklənmiş və baş kassir- inkassator Təqsirləndirilən şəxs1 tərəfindən özündə olan möhürlə həmin kasetlər möhürlənmişdir. Möhürü açmaq qeyri mümkündür, kasetlər də möhürlü formada bankomata yüklənmişdir. Eyni zamanda əvəllər bankomatlar hər ay sıfırlanmış və sıfırlanma üçün kasetlər bankomatdan möhürlü formada banka gətirilərək yalnız Təqsirləndirilən şəxs1 özü tərəfindən açılmışdır. Əvvəllər kasetlər açılandan sonra konkret hansı bankomata hansı inkassator təhkim olunmuşdusa həmin inkassatorun özü də pulu xəzinəyə təhvil vermişdir. Pulun təhvil verilməsi barədə xəzinə mədaxil orderi yazılmışdır. 2015-ci ilin oktyabr ayında bazarda nağd pulun çatışmazlığı yaranmağa başlamış, həmin hal da eyni zamanda işlədiyi banka da təsir etmişdir. Nağd pul az olduğundan şifahi qaydada bankın rəhbərliyi tərəfindən müştəriləri incitməmək və bankomatlarda həmişə pul olması üçün bankomatların qalıqlarını çıxarmamaq, yəni sıfırlamamaq və qalıqların üstünə pul əlavə edilməsi barədə göstəriş verilmişdir. Belə ki, 2015-ci ilin oktyabr ayında pul vəsaitləri olmadığı üçün bankomatlar da pul az olmuş və həmin bankomatlardan istifadə edən vətəndaşlar pul çıxara bilmədiyi üçün uzun növbələr yaranmış və narazılıqlar artmışdır. Bu səbəbdən bankomatiarı sıfırlaya bilməmişlər. Çünki sıfırlama prosesi zamanı bankomat səhər saat 09.00-dan söndürülüb saat 15.00-da yenidən yandırılmalı idi. Bu isə uzun müddət tələb etmiş və camaatın narazılığına səbəb olmuşdur. Əvvəllər pul çox olduğu üçün inkassatorlar bankomatiarı sıfırlamaq üçün əvvəlcədən dolu kasetlərlə bankomatlara gedib, bankomatda olan kasetləri götürüb yeni kasetləri qoymuşlar. Ona görə də vaxt çox keçməmişdir. Lakin 2015-ci ilin oktyabr ayında pul olmadığından əvvəlcədən dolu kasetlərlə gedilməsi mümkün olmamışdır. Bu səbəbdən məcbur olub bankomatiarı 2015-ci ilin oktyabr ayında sıfırlaya bilməmişlər. Ona görə də bankın rəhbərliyinə məlumat verməklə yəni rəhbərliyin razılığın almaqla pul vəsaitləri kasetlərlə deyil, torbalarla aparılıb bankomatda olan kasetlərin üzərinə əlavə edilmişdir. Çünki bankomatları mütəmadi olaraq pul vəsaiti ilə təmin etmək başqa formada mümkün deyildir. Pulların kasetlərə yüklənməsi bankda deyil, bankomatlarda edildiyindən kasetlərdə olan möhürlərin tamlığı pozulmuşdur. Buna baxmayaraq hansı bankomata nə qədər pul yüklənməsinin uçotu aparılmış, məxaric və mədaxil orderləri üzləşdirilmişdir. Pul vəsaitlərinin torbalarla aparılması, sıfırlanmanın aparılmaması 2015-ci ilin noyabr, dekabr və 2016-cı ilin yanvar aylarında olmuşdur. Həmçinin, bankda “teleskop” kompüter proqramı olmuş və həmin proqram Təqsirləndirilən şəxs1, Şahid1 və özündə olmuşdur, “teleskop” proqramı vasitəsi ilə yalnız kasetin qalığı izlənilmişdir. Lakin “teleskop” proqramı vasitəsi ilə nə qədər həmin qalıqlar izlənilsə də bankomatlara pulun yüklənilib yüklənilməməsini və ya müəyyən edilmiş məbləğlərin yüklənilib- yüklənilməməsini müəyyən etmək olmamışdır. Belə ki, kassir-İnkassator bankomata pulu yükləyərkən yüklənilən pul əskinaslarınm sayını, yəni nə qədər 20 manatlıq, nə qədər 50 manatlıq, nə qədər 100 manatlıq və sair pul əskinaslarınm sayını bankomatda olan kompyuter sayğacda işləmiş və avtomatik olaraq həmin məlumat bankın teleskop sistemində görünmüşdür. Amma elə ola bilərdi ki, kassir inkassator bankomatın kompyuter sayğacında əvvəlcədən müəyyən edilmiş məbləğləri, pul əskinaslarınm sayını düz göstərsə də pulun özünü kasetlərə az qoysun. Həmin vaxt teleskopda inkassatorun bankomatın kompyuter sayğacına daxil etdiyi məlumatı görünmüş, onun kasetlərə yüklədiyi pulun əskinasları və məbləği görünməmişdir. Bankomatdan vətəndaşlar pulu çıxardıqda isə hər günün sonunda "xxxx" MMC-dən məlumatlar banka göndərilmişdir. Həmçinin teleskop vasitəsi ilə pulun azalması görünmüşdür. Lakin, bankomatı sıfırlanmadığı üçün həqiqətən inkassatorun müəyyən edilmiş məbləği bankomata yükləyib-yükləmədiyini bilmək mümkün olmamışdır. Çünki pul azaldıqca torbalar vasitəsi ilə bankomata pul əlavə edilmişdir. Nağd pul çatışmazlığı nisbətən aradan götürüldüyü üçün 2016-cı ilin yanvar ayının sonlarından başlayaraq bankomatların sıfırlaşmasını inkassatorlardan tələb etməyə başlanmışdır. Bir neçə bankomat aparatı sıfırlaşdırılanda inkassatorlar pulun qalığını gətirib verməkdə çətinlik çəkmişlər və süni qaydada gecikdirmişlər. O, Təqsirləndirilən şəxs1 və digər inkassatorlardan nə üçün qalıq pulları xəzinəyə mədaxil etməmələrini soruşmuş, inkassatorlar isə baş kassir-inkassatorun özü saymadan pulu xəzinəyə verməmələrini tapşırdığını bildirmişlər. Birinci gün təxminən fevral ayının 1-2-də qalıq pulun xəzinəyə təhvil verilməsi gecikdirilsə də günün sonunda xəzinəyə mədaxil olunmuşdur. Həmin günün sonunda idarə heyətinin sədr müavini Əfqan Cəlilova məlumat verərək inkassatorların nəsə problemləri olduğunu, qalıq pulları xəzinəyə vaxtında təhvil vermədiklərini və onların işlərindən şübhələndiyini bildirmişdir. Tapşırıq verilmişdir ki, dərhal digər bankomatlar da yoxlanılsın. İkinci gün Təqsirləndirilən şəxs1 xatırlamadığı bankomatda təxminən 22.000 manat pul olduğunu bildirərək həmin pulu gətirməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 da guya teleskop proqramı vasitəsi ilə baxaraq həmin bankomatda pulun olmadığını bildirmişdir. O, bir daha ona həmin bankomatda mütləq pul olduğunu və təkidlə gedib gətirməsini bildirmiş, Təqsirləndirilən şəxs1 həmin bankomatı inkassasiya edərək 22.000 manatdan təxminən 900 manat az olmaqla pul gətirib təhvil vermişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs1 onun həmin banomatda pul olmaması barədə əvvəlcədən verdiyi məlumatı dəqiqləşdirərək nə üçün həmin bankomatda pul olmadığını dediyini soruşduqda, Təqsirləndirilən şəxs1 izah etmişdir ki, guya vətəndaşlar pulları çıxararkən texniki problem olanda pul ayrıca kasetə (divert) düşmüş və hər dəfə inkassasiya gedərkən həmin pulları toplayaraq rezinə keçirib bankomatın divert kasetində saxlamışdır. O, Namiqdən bankda nağd pul çatışmazlığı olduğu halda nə üçün 22.000 manat pulu hərəkətsiz vəziyyətdə saxlaması səbəbini soruşanda Təqsirləndirilən şəxs1 məntiqə uyğun olmayan cavab verərək guya hesabatlarda səhv olmaması üçün belə etdiyini demişdir. Lakin, onun bu cavabı heç bir məntiqə sığmamış və bankomatlara yüklənən vəsaitlərin mənimsənilməsinə dəlalət etmişdir. Çünki pul vəsaitini gətirib xəzinəyə mədaxil etmək və ya hesabatını vermək olardı. Təqsirləndirilən şəxs1 isə bilə-bilə bu barədə heç bir məlumat verməmiş, pul vəsaitlərini gizlətmişdir. Bu söhbət təxminən 05.02.2016-cı il tarixdə baş vermişdir. O yenə Əfqan Cəlilova bu barədə məlumat vermişdir. Əfqan Cəlilov həmin məsələləri artıq Təhlükəsizlik Departametinin yoxladığını bildirmişdir. Həmin günün səhərisi Təqsirləndirilən şəxs1 onda 900 manat artıq çıxdığını, hansısa bankomata pulu düzgün mədaxil etmədiyini demişdir. Sonra onlar Təhlükəsizlik Departamentində 1-2 fevral 2016-cı il tarixdə pulun Namiq tərəfindən xəzinəyə mədaxil olunmasının gecikdirildiyi günün videogörüntülərinə baxmışlar. Videogörüntülərə baxarkən, o zəng edib pulları tələb edəndən sonra, inkassatorlar Pərviz və Ruslanın öz otaqlarında oturaraq Təqsirləndirilən şəxs1 gözlədiklərini, saat 16.00 radələrində Təqsirləndirilən şəxs1 otağa gəldiyini, baxış zamanı onun əlində heç nə olmadığını, masanın yanında olan yeşikdən pulları götürüb Pərvizə verdiyini və Pərvizin həmin pulları saydığını görmüşlər. Sonra növbəti günlər əmək haqqlarının verilməsi ilə əlaqədar bankomatlar bir neçə gün sıfırlanmamışdır. Ona görə də Təqsirləndirilən şəxs1 şübhələnildiyi üçün auditorlar tərəfindən bankomatların hamısı yoxlanılmış və 12 bankomatda 536.428 manat pul vəsaitinin çatışmazlığı müəyyən edilmişdir. Namiqin əvvəlcədən sıfırladığı bankomatlarda problem çıxmamışdır. Audit tərəfindən problem aşkar edilən 12 bankomat isə Təqsirləndirilən şəxs1 qaçandan sonra yoxlanılaraq sıfırlandığı zaman müəyyən olunmuşdur. Aynurə Mehdiyevə həmçinin ifadəsində bildirmişdir ki, 2015-ci ilin dekabr ayından sonra bankomatdan pul götürülüb başqa bankomata birbaşa aparılsa da həmin pul vəsaitləri bankomatdan götürüləndən sonra xəzinə mədaxil orderi yazılmışdır, amma həmin pulu xəzinədar əməliyyatçı saymamışdır, eyni qaydada sonra xəzinə məxaric orderi yazılmış və pul başqa bankomata aparılıb yüklənmişdir, yəni pul faktiki olaraq xəzinəyə mədaxil olunmadan başqa bankomata aparılıb yüklənmişdir. Lakin, sənədləşmələr düzgün aparılmışdır. Həmçinin həqiqətən bankomadan götürülən məbləğlə xəzinə mədaxil orderində yazılan məbləğ uyğun gəlmişdir. Hesab edir ki, 2015-ci ilin oktyabr ayından sonra nağd pul çatışmazlığı ilə əlaqədar pullar kasetlərlə deyil, torbalarla bankomatlara yükləndiyindən və ayın sonunda bankomatlar sıfırlanmadığından bu vəziyyətdən istifadə edərək inkassatorlar tərəfindən həmin pullar götürülə bilər və uçotdan yayındırıla bilərdi. Belə ki, inkassatorlar torbalarda pulları aparıb bankomatın özündə olan qalıq pulun üstünə pul yükləyəndə, yüklədikləri pulun məbləği və sayı az olmuş, bankomatın kompyuter sayğacında bankın şübhələnməməsi üçün yuxarı məbləğ, yəni xəzinə məxaric orderində göstəriən məbləğdə pul əskinazlarının sayını qeyd etmişdir. 2016-cı ilin fevral ayında yenidən sıfırlanma aparılarkən həmin pul çatışmazlığı aşkar edilmişdir. Vəsaitləri əksik gələn bankomatlara pul vəsaitlərini yalnız Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mədaxil və məxaric etmişlər. Onlardan başqa həmin bankomatlara heç kim müdaxilə etməmişdir. Pulların mənimsənilməsi 2015-ci ilin noyabr, dekabr, 2016-cı ilin yanvar və fevral ayın əvvəllərində baş vermişdir. Çünki həmin bankomatlarda faktiki olaraq pul qalığını yalnız sıfırlanma zamanı bilmək olur, həmin dövrdə isə sıfırlanma aparılmamışdır. Əksik gələn məbləğ də banomatların sonuncu sıfırlanma tarixindən 2016cı ilin fevral ayının 15-də aparılan sıfırlanmayadək olan dövrü əhatə edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 21 oktyabr 2011-ci ildən "xxxx" ASC-nin Əməliyyat Departamentinin xəzinə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Əməliyyat Departamentinin xəzinə şöbəsinin müdiri kimi faktiki olaraq şöbədə ancaq nağd pul vəsaitlərinin verilməsi və qəbul olunması prosesini həyata keçirmiş və sənədlərini tərtib etmişdir. Lakin həmin pul vəsaitlərinin dövriyyəsi ilə bağlı üzləşmə aktları və hesabatlar Əməliyyat departamentinin rəisi Aynurə Mehdiyevə tərəfindən aparılmışdır. İnkassasiya Əməliyyat Departamentinin tərkibində fəaliyyət göstərən Qiymətlilərlə İş şöbəsinin baş kassiri Təqsirləndirilən şəxs1 rəhbərliyi ilə həyata keçirilmişdir. Qiymətlillərlə iş şöbəsində baş kassir Təqsirləndirilən şəxs1 olsa da həmin şöbədə ümumi xəzinə olmamış, sadəcə axşam kassası olmuş, yəni özü işdə olmayanda Təqsirləndirilən şəxs1 bankomatlardan götürdüyü qalıq pulları həmin axşam kassasında saxlamış və həmin kassanın kodu və açarı özündə olmuşdur. Bu hallar pul vəsaitlərinin bankomatlara yüklənməsinin kasetlər vasitəsi ilə həyata keçirilməsi zamanı olmuşdur. Kasetlər isə möhürlü olmuşdur. Möhürü səhər gələndə özləri açmışlar. Bankomatlara pul vəsaitlərinin yüklənməsi ilə əlaqədar Əməliyyat Departamentinin rəisi Aynurə Mehdiyevə sifariş müraciəti əsasında, onun kompyuter sistemi vasitəsi ilə nə qədər pul ayrılması barədə müdiri olduğu xəzinə şöbəsinə məlumat-mühabirləşmə yollanmış, həmin mühabirləşmə sənədində ayrılacaq məbləğ və bankomatın nömrəsi qeyd olunmuşdur. O da həmin mühabirləşmə əsasında xəzinə məxaric orderi hazırlamış və sistemdə ona göndərilən məbləği həmin orderdə qeyd etmişdir. Həmçinin həmin orderdə pulu götürəcək inkassatorun ikirəqəmli kodunu öyrənmək üçün Təqsirləndirilən şəxs1 zəng etmiş və xəzinə məxaric orderində Namiqin dediyi kassir-inkasatorun adını yazmışdır. Adətən pulu da xəzinə məxaric orderində kimin adı yazılırdısa həmin şəxsə də vermişdir. Lakin onda olan məlumata görə məxaric orderində adı qeyd olunan kassir-inkassatora pulu verəndən sonra onların öz aralarında olan razılaşmaya görə pulu bir-birlərindən alıb bankomatlara yükləmişlər. Həmçinin həmin dövrdə inkassasiya ilə cəmi üç nəfər kassir məşğul olduğuna görə, bəzən pul vəsaitini orderdə adı yazılmış inkassator deyil, digəri götürmüş və ya mədaxil orderində adı yazılan inkassator deyil, digəri pulu təhvil vermişdir. Belə hallarda pulu faktiki təhvil alan və ya təhvil verən ikassator orderi imzalamışdır. Bundan əlavə, bəzi vaxtlarda orderlər dərhal imzalanmamış, kassir inkosatorlar axşam və ya növbəti gün gəlib bütün orderləri imzalamışlar və inkasatorların başqa inkosatorun adı yazılmış orderi imzalaması halları da olmuşdur. Həmçinin inkassatorlar sənədi tez, qısa imzaları ilə icra edirdilər, bu səbəbdən imzaları fərqli görünə bilərdi. Lakin bankomatlara yüklənən vəsaitlər yalnız kassir- inkosator Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verilmiş, başqa heç kimə verilməmiş və bankomatlardan gətirilən vəsaitləri də yalnız onlar xəzinəyə təhvil vermişlər. Xəzinə məxaric orderi ilə pulu verəndən sonra kassirinkassatorların özləri həmin pulları kasetlərə yükləyib möhürləmişlər. Kasetlərə möhürü Təqsirləndirilən şəxs1 özü vurmuşdur. Kasetlər də möhürlü formada yəni açılmadan bankomata yüklənmişdir. 2015-ci ilin oktyabr ayına kimi kasetlərlə pullar bankomatlara yüklənərkən hər ayın sonunda bankomatlar sıfırlanmış və qalıq pullar bankomatdan çıxarılıb xəzinə mədaxil orderi ilə rəhbəri olduğu xəzinə şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 həmçinin Şahid3 xəzinəyə nə qədər pul təhvil verilməsi barədə məlumat vermiş, Aynurə Mehdiyevə isə ona Təqsirləndirilən şəxs1 tərəfindən pul vəsaitinin mədaxil olunması barədə məlumatı göndərmişdir. O da həmin məlumatları üzləşdirmiş, əgər məbləğlər düzgün olardısa heç bir etiraz etməmişdi. Kasetlərlə pul vəsaitləri bankomatlara yüklənərkən və ya qalıq pullar kasetlərlə təhvil verilərkən heç bir problem aşkar olunmamışdır. 2015-ci ilin oktyabr ayından nağd pul çatışmazlığı yaranandan sonra isə nağd pullar torbalarla daşınmağa başlanmış, torbalar isə möhürlü olmamış çünki bankomata yükləyəndə torbalar açılmalı idi. Həmçinin həmin dövrdə ümumiyyətlə hər ayın sonunda bankomatlardan qalıq pullar götürülməmiş, yəni xəzinəyə təhvil verilməmişdir, yəni ayın sonunda bankomatlarda sıfırlanma aparılmamışdır. Pullar bir bankomatdan götürülüb xəzinəyə mədaxil olunmadan digər bankomata yüklənmişdir. Yəni kassir-inkassatorlar bir bankomatdan pulu götürüb xəzinəyə mədaxil etmədən, yəni uçotu aparılmadan başqa bankomata həmin pulu yükləmişlər. Lakin xəzinəyə mədaxil edilmədən birbaşa olaraq bir bankomatdan digər bankomata yüklənmiş vəsaitlərlə əlaqədar həmin məbləğlərə mədaxil və məxaric orderləri tərtib edilmişdir. O, məxaric orderlərində vəsaiti Aynurə xanımın tapşırığı ilə yazmişdir. Həmin orderlər isə sonradan kassir inkasatorlar tərəfindən imzalanmışdır. Əvvəllər pullar kasetlə aparılanda kassirinkassatora konkret bankomatlar təhkim olunmuşdur. Pullar torbalarla aparılanda isə kim hara istəyirdi aparıb pulu yükləmişdir. Yəni kassir- inkassatorlar onlara təhkim olunan bankomatlara deyil, istənilən bankomata pul yükləmişlər, çünki torbalarla aparılan pulların uçotu aparılmamışdır. Kassir-inkassatorlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adətən bankomatlardan qalıq pulları, o cümlədən hər ayın sonunda edilən sıfırlanma zamanı qalıq pulları bilavasitə ona təqdim etməmişlər. Həmişə pulları onlarla birlikdə Təqsirləndirilən şəxs1 və ya Namiqin özü xəzinəyə təhvil vermişdir. Hər gün kassirinkassatorlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 pulları tez xəzinəyə mədaxil etmələrini bildirsə də, onlar pulları Təqsirləndirilən şəxs1 saymadan təhvil verə bilmədiklərini demişlər. Bu səbəbdən də Namiqin gəlməyini gözləmişlər. 2016-cı ilin fevral ayına kimi heç nədən şübhələnməmişlər, bankomatlar da yoxlanmamışdır. 2015-ci ilin oktyabr ayından sonra nağd pul çatışmazlığı ilə əlaqədar pullar kasetlərlə deyil, torbalarla bankomatlara yükləndiyindən və ayın sonunda bankomatlar sıfırlanmadığından və bankomat aparatlarında qalıq pullar xəzinəyə mədaxil edilmədən başqa bankomatlara yükləndiyindən, nəzarətsizlikdən istifadə edərək inkassatorlar tərəfindən həmin pullar götürülə bilər və uçotdan yayındırıla bilərdi. Sonuncu siftrlama 2015-ci ilin oktyabr ayında olsa da, inkassatorların təkbaşına, yəni bir nəfər olaraq inkassasiya etmələri, pul vəsaitlərinin bir bankomatdan götürüb kassaya mədaxil edilmədən digər bankomata yüklənməsi və sair işlər üç nəfər inkassator qaldıqdan sonra baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 2012-ci ildən "xxxx" ASC-də Təhlükəsizlik Departametinin direktoru vəzifəsində işləyib. Bankın Qiymətlilərlə iş şöbəsinin rəisi olmadığından Təqsirləndirilən şəxs1 baş kassir kimi Qiymətlilərlə iş şöbəsində olan 3 kassirə nəzarət etmişdir. Həmin şöbədə Təqsirləndirilən şəxs1 tabeliyində 3 kassir işləmişdir. Həmin kassirlər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Natiq Bağırov olmuşdur. Natiq Bağırov öz ərizəsi əsasında 2015-ci ilin noyabr ayında işdən çıxmışdır. Ona görə də 1 baş kassir Təqsirləndirilən şəxs1, 2 kassir Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 qalmışdır. Qiymətlərlə iş şöbəsi Əməliyyat Departamentinin tərkibində fəaliyyət göstərmişdir. Qiymətlilərlə iş şöbəsinə- baş kassir və kassirlərin fəaliyyətinə nəzarəti Şahid1 həyata keçirmişdir. Şahid1 2012- ci ilin avqust ayında "xxxx" ASC-nin Əməliyyatlar üzrə Baş Direktoru vəzifəsinə təyin ediləndən sonra Qiymətlərlə iş qrupu xəzinə şöbəsindən ayrılıb ayrıca fəaliyyət göstərməyə başlamışdır. Bankda 4 kassir-inkassator olan vaxtlarda Şahid1 tərəfindən 2 qrup yaradılmış, həmin qruplardan birinin tərkibinə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 daxil olmuş, digər qrupun tərkibinə isə Təqsirləndirilən şəxs2 və Natiq Bağırov daxil olmuşdur. Qrup rəhbərləri olmamış, hər iki qrupun fəaliyyətinə nəzarəti Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. Açarlar həmişə Təqsirləndirilən şəxs1 seyfində saxlanılmış və həmin açarların Namiqin icazəsi olmadan digər kassirə verilməsi mümkün olmamışdır. Əvvəllər kassir-inkassatorlar bir-birlərinin kodlarını bilməmişlər. 2015-ci ilin dekabr ayına kimi nağd pul vəsaitləri inkassasiya edilərkən kasetlərlə aparılmışdır. Yəni xəzinə məxaric orderi ilə xəzinədən pulu götürəndən sonra kameranın altında sayıb 1,5,20,50 və 100 manat pul əskinasları formasında kasetlərə yerləşdirilmişdir. Kasetlərə pullar yığılarkən heç kəs puldan götürə bilməzdi. Kasetlərə möhürü də Təqsirləndirilən şəxs1 vurmuşdur. Kasetlərə pulları 3 kassir-inkassator yığmışlar. Möhür vurulmuş kasetlər kassir-inkassator tərəfindən bankomata yükləndikdən sonra onu açmağa icazə verilməmiş, yalnız sıfırlanma prosesi zamanı həmin kasetlər banka gətirilib bankda kamera altında kasetlər açılmışdır. Həmin kasetlərə görə məsuliyyəti də xəzinə məxaric orderi ilə pul kimə verilmişdirsə o daşımışdır. Xəzinə məxaric orderində pulun hansı bankomata yüklənəcəyi barədə qeydiyyat olmuşdur. Əvvəllər kasetlər açılandan sonra konkret hansı bankomata hansı inkassator təhkim olunmuşdusa həmin inkassatorun özü pulu xəzinəyə təhvil verməmiş, pulu həmişə xəzinəyə Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Digər kassir- inkassatorların xəzinəyə pul təhvil vermələrinə Təqsirləndirilən şəxs1 icazə verməmişdir. 2015-ci ilin noyabr ayında Natiq Bağırov işdən çıxandan sonra 3 kassir olaraq inkassasiyanı aparmağa başlamışlar. Qrupda bir nəfər çatışmadığından və iqtisadi vəziyyətin dəyişməsi ilə əlaqədar nağd pul çatışmazlığı yaranmağa başlamiş, bu səbəbdən rəhbərliyin göstərişi ilə bir kassir-inkassator olaraq inkassasiyanı aparmağa başlamışlar. Bu daxili prosedur qaydaların pozulması olsa da, bank məcbur olduğundan bu qaydada inkassasiyanın aparılmasını təmin etmişdir. Bankda nağd pul olmadığı üçün bankomatlar tez boşalmış və operativ bankomatları yükləmək üçün pul vəsaiti az olmuşdur. Ona görə də məcburiyyətdən bankomatlardan pulu götürüb başqa bankomata aparıb yüklənilməsi göstərişi verilmişdir. Bütün bankomatlarda operativ olaraq inkassasiyanın aparılması mümkün olmadığı üçün 3 kassir hərə bir istiqamətdə hərəkət edib inkassasiyanı aparmışlar. Belə ki, 2015-ci ilin dekabr ayında nağd pul çatışmazlığı olduğundan kasetlərə tələbata uyğun pulun yüklənməsi mümkün olmurdu. Əvvəl hər kasetə 100.000-300.000 manat pul yüklənildiyi halda, nağd pul çatışmazlığı ilə əlaqədar 2015-ci ilin dekabr ayından 20.000-40.000 manata qədər yüklənmə azalmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs1 Şahid1 müraciət edərək pulun miqdarının az olduğunu, bankomatlardan pulu götürüb başqa bankomatlara yüklənərkən vaxt itkisinin baş verdiyini, belə olan halda möhürlərin açıldığını, təhlükəsizliyin pozulduğunu və yeni möhür vurulmadığını, pulların təhlükəsizliyi üçün heç bir tədbir görülməsinin mümkün olmadığını bildirərək pulları kasetlərlə deyil, torbalarla aparılmasını təklif etmiş, Şahid1 da həmin vaxt Təqsirləndirilən şəxs1 razılıq vermişdir. Həmçinin torbalarla pulun daşınmasına bankın rəhbərliyi də razılıq verdiyindən onun da bu barədə məlumatı olmuşdur. Torbalarla pulların aparılıb bankomatiara yüklənməsi üçün yuxarı rəhbərliyin razılığı alınmışdır. Razılıq veriləndən sonra 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına kimi bütün inkassasiyalar kasetlərlə deyil, torbalar vasitəsi ilə aparılmağa başlanmışdır. Ona görə də prosedur qaydalarla müəyyən edilən inkassasiyanın aparılmasının sistemliyi pozulmuş, yəni bankomat kodlarının gizliliyi öz əhəmiyyətini itirmiş, hər kassir-inkassatorda bütün bankomatların kodu və açarı olmuşdur. Yəni istənilən kassir istənilən bankomatı aça və inkassasiyanı apara bilmişdir. Bu səbəbdən hansı kassirin hansı bankomata nə qədər pul yüklədiyi və bankomatda qalıq pulun hesabı itmişdir. Yəni konkret olaraq əvvəllər kassir-inkassatorlara yalnız onlara təhkim olunmuş bankomatlarda inkassasiyanın aparılmasına icazə verilirdisə, mövcud vəziyyətlə əlaqədar 2015-ci ilin dekabr ayından bu qayda pozulmuş, istənilən kassirinkassator istənilən bankomata pul yükləyib, çıxara bilmişdir. Belə ki, eyni bir bankomatda Təqsirləndirilən şəxs3 də, Təqsirləndirilən şəxs1 da, Təqsirləndirilən şəxs2 də inkassasiya aparmışlar. 2015-ci ilin dekabr ayına kimi hər ay Şahid3 göstərişi əsasında bütün bankomatlarda sıfırlanma aparılmış və hər hansı çatışmazlıq müəyyən edilməmişdir. 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına kimi mövcud vəziyyətlə əlaqədar nağd pul çatışmazlığı yarandığı üçün hər ay sıfırlanmalar edilməmişdir. Səbəbi nağd pul vəsaitlərinin çatışmazlığı ilə əlaqədar bankomatiara pulun yüklənə bilməməsi, bu səbəbdən müştərilərin narazılıqlarının artması, bankda depozitə pul qoymuş vətəndaşların pullarını bankdan götürmələri olmuşdur. Bankın maliyyə vəziyyət pis olduğundan yuxarı rəhbərliyin verdiyi göstəriş əsasında bir bankomatdan pul götürüb vaxt itkisinə yol verilməməsi üçün xəzinəyə mədaxil edilmədən digər bankomata yüklənmişdir. Amma faktiki olaraq həmin pulun xəzinəyə mədaxil olunub yenidən çıxarılması barədə xəzinə mədaxil və xəzinə məxaric orderi tərtib edilmişdir. Bir bankomatdan pulu götürüb faktiki olaraq xəzinəyə mədaxil etmədən digər bankomata pulu yükləməkdə başqa məqsəd olmamışdır. Nağd pul olmadığından, bankomatlar tez boşaldığından, əmək haqqlarını ala bilməyən, pullarını çəkə bilməyən vətəndaşların narazılığı artmış, bu da bankın nüfuzunun düşməsinə səbəb olmuşdur. Bankomatları pulla təmin etmək üçün pulu bankomatdan götürüb banka gəlib yenidən digər bankomata getməmək üçün birbaşa bir bankomatdan digər bankomata yüklənmişdir. Bundan əlavə, bankda olan “Teleskop” proqramı vasitəsi ilə kasetlərdə pulun qalığı izlənilə bilinmişdir. Lakin, teleskop vasitəsi ilə bankomatlara pulun yüklənilib-yüklənilməməsini və ya əvvəlcədən müəyyən edilmiş məbləğlərin yüklənilibyüklənilməməsini müəyyən etmək mümkün olmamışdır. Çünki kassir-inkassator bankomata pulu yükləyərkən yüklənilən pul əskinaslarının sayını bankomatda olan kompyuter sayğacında işləmiş və avtomatik olaraq həmin məlumat bankın teleskop sistemində görünmüşdür. Əgər kassir-inkassatorun pulu talamaq niyyəti olsaydı, o, kassir inkassator bankomatın kompyuter sayğacında əvvəlcədən müəyyən edilmiş məbləğləri, yəni xəzinə məxaric orderi ilə ona verilmiş pul əskinaslarının sayını düz göstərsə də pulun özünü kasetlərə az qoya bilərdi. Həmin vaxt teleskopda inkassatorun bankomatın kompyuter sayğacına daxil etdiyi məlumat görünürdü, inkassatorun kasetlərə yüklədiyi pulun əskinaslarını və məbləğini teleskopda görmək mümkün deyildi. Bankomatdan vətəndaşlar pulu çıxardıqda isə hər günün sonunda "xxxx" MMC-dən məlumatlar banka göndərilmişdir. Həmçinin teleskop vasitəsi ilə pulun azalması da görünürdü. Lakin, bankomatlar sıfırlanmadığı üçün həqiqətən inkassatorun müəyyən edilmiş məbləği bankomata yükləyib-yükləmədiyini bilmək mümkün deyildi. Çünki pul azaldıqca torbalar vasitəsi ilə bankomata pul əlavə edilirdi. Təqsirləndirilən şəxs1 qaçandan sonra bankomatların sıfırlaşması inkassatorlardan tələb edilməyə başlandı. 2016-cı ilin fevral ayının 12-də kamera görüntülərinə baxarkən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 otağında olan Namiqin oturduğu masanın siyirməsindən pulu çıxarıb masanın üstünə qoyub saydığını görmüşdür. Bu bank üçün düzgün olmayan hərəkət idi. Çünki otaqda heç vaxt pul sayılmır, bankomatdan götürülən kimi xəzinəyə təhvil verilir. Lakin, baş kassir Təqsirləndirilən şəxs1 otağında pul olması və sayılması onu şübhələndirmişdir. Ona görə də Təqsirləndirilən şəxs3 yanına çağırmış və saydığı pul barəsində məlumat verməsini istəmişdir. Pərviz də Təqsirləndirilən şəxs1 ona zəng edərək stolunun siyirməsində pul olduğunu və həmin pulu saymasını və özü gələndən sonra xəzinəyə təhvil verəcəyini dediyini bildirmişdir. Pərvizdən həmin pulların hansı bankomat aparatından götürülən pullar olduğunu soruşsa da, Pərviz bilmədiyini demişdir. Pərviz təxminən 30.000 manata yaxın pul olduğunu bildirmişdir. Həmçinin kamera görüntülərində bir müddət Təqsirləndirilən şəxs3 pulları tək saydığı, sonra Təqsirləndirilən şəxs1 da gəlib pulu ikisinin birlikdə saymasını görmüşdür. Pərviz həmçinin həmin pufların nə pul olduğunu bilmədiyini və Namiqdən özündən bu barədə soruşmağını bildirmişdir. Təqsirləndirilən şəxs1 yanına çağırıb kamera görüntülərində olanları ondan da bir daha soruşmuş, Təqsirləndirilən şəxs1 həmin pulları bir neçə bankomatlardan götürdüyünü və siyirmədə saxladığını bildirmişdir. O, Namiqə pulu siyirmədə saxlanmasının düzgün olmadığını bildirib nə üçün xəzinəyə təhvil vermədiyini soruşanda, vaxtı olmadığı üçün xəzinəyə təhvil verə bilmədiyini demişdir. X17 ifadəsində Şahid3 dediklərini təsdiq etməklə, həqiqətən də Şahid3 ona müraciət etdiyini, özü də həmin məsələni araşdırdığını və Təqsirləndirilən şəxs1 digər kassir- inkassatorlara onlar tərəfindən xəzinəyə pul təhvil verilməməsi barədə tapşığıq verdiyini müəyyən etmişdir. Namiq xəzinəyə pulu özünün təhvil verəcəyini kassirlərə bildirmişdir. O, Şahid3 verdiyi məlumat əsasında video görüntülərə baxmış və otaqda Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 oturduğu masanın siyirməsindən pulu çıxarıb masanın üstünə qoyub saydığını görmüşdür. Həmin vaxt 2016-cı ilin yanvar-fevral aylarında dəfələrlə inkassatorların Namiqin siyirməsindən pullar çıxarıb saymasını müşahidə etmişdir. 15 fevral 2016-cı il tarixdə kassir-inkassatorlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun yanına gəlib, Təqsirləndirilən şəxs1 anası Fizzə Həmidovanın onlara zəng edərək ağlayaraq Təqsirləndirilən şəxs1 bankda problemi olduğunu, oğlu ilə evlərində mübahisə edəndən sonra Namiqin evdən çıxıb getdiyini, telefonlarına cavab vermədiyini, tapa bilmədiklərini dediyini ona bildirmişlər. Onlar həmçinin 13 fevral 2016-cı ildə şəhərdə Təqsirləndirilən şəxs1la görüşdüklərini və Namiqin vəziyyətinin pis olduğunu bildirmişlər. Onlar sonradan Təqsirləndirilən şəxs1 zəng etsələr də ona zəng çatmadığını demişlər. Daha sonra bu məsələni araşdıranda Təqsirləndirilən şəxs1 anası onun yanına gəlmiş və oğlunun bankdan külli miqdarda pul götürdüyünü və evdən çıxıb getdiyini demişdir. Anası Namiqin nə qədər bankdan pul götürdüyünü bilmədiyini bildirmişdir. Həmin şübhəli hallardan sonra bütün bankomatları sıfırlamağı və yoxlamağı qərara almışlar. Bankda xüsusi komissiya yaradılmış və müəyyən edilmişdir ki, 12 bankomatda 536.428,0 manat çatışmazlıq vardır. O, kamera görüntülərini izləyərkən və müəyyən etmişdir ki, 2016-cı ilin yanvar ayında bir neçə dəfə Təqsirləndirilən şəxs1 siyirməsindən pullar çıxarmış, hətta bir neçə pul dəstəsini yanında olan Təqsirləndirilən şəxs2 vermiş, Ruslan isə pulu gödəkcəsinin altında gizlətmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs2 yanına çağırmış və bu barədə soruşmuşdur. Ruslan Təqsirləndirilən şəxs1 tərəfindən ona gizlin olaraq verilən pulların bankın pulu olmadığını, çölə çıxandan sonra pulu tələb etdiyini bildirmişdir. Ruslandan marağının nə olduğunu soruşanda Namiqin xahişini yerinə yetirdiyini demişdir.Rizvan Baxşıyev həmçinin ifadəsində bildmişdir ki, 2015- ci ilin dekabr ayından sonra nağd pul çatışmazlığı ilə əlaqədar pullar kasetlərlə deyil, torbalarla bankomatlara yükləndiyindən və ayın sonunda bankomatlar sıfırlanmadığından bu şəraitdən Təqsirləndirilən şəxs1 istifadə edərək həmin pullar götürülmüş və qeydiyyatdan yayındırılmışdır. Təqsirləndirilən şəxs1 torbalarda pulları aparıb bankomatın özündə olan qalıq pulun üstünə pul yükləyəndə yüklədikləri pulun məbləği və sayı az olmuş, bankomatın kompyuter sayğacında bankın şübhələnməməsi üçün yuxarı məbləğ, yəni xəzinə məxaric orderində göstəriən məbləği və pul əskinazlarının sayını qeyd etmişdir. Həmçinin eşitmişdir ki, Təqsirləndirilən şəxs1 həmin ərəfələrdə mövcud şəraitdən istifadə edib dollar alıb-satıb pul qazanmaq istəmişdir. Hesab edir ki, pul əldə edib qazanmaq üçün bankın pullarından istifadə etməyi qərara almışdır. “Teleskop” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 hərəkətlərini izləmək, görmək mümkün deyildi. Çünki teleskop sadəcə inkassator pulu yükləyəndə kompyuter sayğacında xəzinə məxaric orderində göstərilən məbləği qeyd edir, lakin faktiki olaraq kasetə az pul qoyulmuşdur. Teleskop da ancaq kompyuter sayğacında olan rəqəmi görür. Ona görə də teleskop vasitəsi ilə müəyyən edilən məbləğin bankomata yüklənməməsini görmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 01.08.2012ci ildə "xxxx" ASC-yə Əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işlədiyi zaman funksiyaları Əməliyyat departamenti, xəzinə, qiymətlilərlə iş şöbəsinə nəzarət edilməsindən ibarət olmuşdur. Bankda yoxlama aparıldıqdan sonra bankomatlarda pul çatışmazlığın aşkar ediləndə özü kassir-inkassatorlar Pərviz Fərzullayev və Təqsirləndirilən şəxs2lə söhbət edərkən məlum olmuşdur ki, onlar Təqsirləndirilən şəxs1la 13.02.2016-cı ildə görüşüblər və onun maşınında oturub üçü birlikdə söhbət ediblər. Pərvizin dediyinə görə, Namiqin maşınında çoxlu pul olub, Namiq isə həmin pulların banka aid olmadığını, tanışının pulları olduğunu bildirmişdir. Təxminən 2016-cı ilin fevral ayının 15-16 tarixində Təqsirləndirilən şəxs1 anası Fizzə xanım onun iş otağına zəng vuraraq xahiş etmişdir ki onun evinə gəlsin və bildirmişdir ki o Təqsirləndirilən şəxs1 barəsində məlumat vermək istəyir. O, bankın inkassatoru Ömərlə birlikdə Namiqin evinə getmiş və Fizzə xanım ona bildirmişdir ki, oğlu Namiq 500.000 manat pul oğurlayıb və onun üzünə baxa bilməyəcək. O, Namiqin harda olduğunu soruşduqda Fizzə xanim Namiqin yeri barədə məlumatının olmadığını bildirmişdir. Hesab edir ki, bankomatlarda sonuncu sıfırlanma 2015-ci ilin oktyabr ayında olsa da, kassir inkasatorlara pul vəsaitlərinin kasetlərlə deyil, torbalarla yüklənməsi tapşırığı verildikdən sonra, habelə inkassatorların təkbaşına, yəni bir nəfər olaraq inkassasiya etmələri, pul vəsaitlərinin bir bankomatdan götürüb kassaya mədaxil edilmədən digər bankomata yüklənməsi və sair işlər üç nəfər inkassator qaldıqdan sonra inkassatorlar tərəfindən bu vəziyyətdən istifadə edərək, həmin pullar götürülə bilər və uçotdan yayındırıla bilərdi. İnkassatorlar torbalarda pulları aparıb bankomatın özündə olan qalıq pulun üstünə pulu az yükləyib, bankomatın kompyuter sayğacında bankın şübhələnməməsi üçün yuxarı məbləğ, yəni xəzinə məxaric orderində göstəriən məbləği və pul əskinazlarının sayını qeyd edə bilərdilər. Bundan əlavə, pul vəsaitləri kassetlərə yüklənən zaman da inkasatorlar tərəfindən iş otağında az məbləğ yükləyərək plomblanması, bankomatın sayğacına isə məxaric orderində olan vəsaiti qeyd edə bilərdilər. Lakin belə hal olsaydı, vəsaitlərin əksik olaraq yüklənməsi bankomat sıfırlanan zaman mütləq aşkarnacaqdı. Təqsirləndirilən şəxs1 isə ölkə ərazisini tərk etməsi də bir daha göstərir ki, o inkassasiya prosesində pulları götürmüşdür. Lakin hesab edir ki, bu işi digər kassir inkasatorların məmumatı olmadan Namiqin özü təkbaşına edə bilməzdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid1 dediklərini təsdiq etməklə ifadəsində bildirmişdir ki, 2016-cı ilin fevral ayında Əməliyyatlar üzrə baş direktor Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 Yasamal rayonunda yaşadığı ünvanına getmişlər. Həmin vaxtdan uzun müddət keçdiyindən söhbətin məzmunu dəqiq yadında qalmayıb, lakin xatırlayır ki, Kamil müəllim Namiqin anası ilə söbət etmiş, Namiqin harda olmasını soruşmuş, lakin Namiqin anası oğlunun harda olmasını bilmədiyini, Namiq onların başına oyun açdığını demiş, Kamil müəllim isə Namiqin gəlməyinin vacibliyini onun anasına çatdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2001-ci ilin dekabr ayında "xxxx" ASC-də Daxili Audit Departamentinin direktoru, 2004-cü ildə isə həmin bankın Audit Komitəsinin sədri təyin edilmişdir və18.05.2020-ci ildə işdən çıxmşdır. Audit Komitəsinin sədri kimi vəzifəsi bankın X7 fəaliyyətinə nəzarət etmək, kənardan cəlb edilmiş auditorlarla bankın rəhbərliyinin koordinasiyasını təşkil etmək və digər bu kimi işlərdən ibarət olmuşdur. Bankda keçirilən yoxlamalar zamanı filiallarda və bankda olan xəzinə ən azı rübdə bir dəfə yoxlanılırdı, bankomatlar da təxminən rübdə bir dəfə və ya daha tez müddətində yoxlanılırdı. Bankomatlar təsadüfi seçmə qaydasında yoxlanılırdı. 2015-ci ilin sonları, 2016-cı ilin əvəllərində bankda olan maliyyə çətinlikləri ilə bağlı bankomatlar həqiqətəndə müəyyən dövr yoxlanılmamışdır. 2016-cı ilin fevral ayında "xxxx" ASC-də isə aparılan yoxlama zamanı bankomatlarda külli miqdarda vəsaitin çatışmazlığı aşkar edilmişdir. Həmin çatışmazıqla bağlı sənədlər toplanaraq hüquq mühavizə orqanına göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə- mühasibatlıq ekspertizasının 05.09.2016-cı il tarixli 17293 saylı rəyində göstərilmişdir ki, "xxxx" ASC-nin maddi məsul şəxsləri tərəfindən bankomat aparatlarına nağd pul vəsaitlərinin inkassasiyasının aparılması zamanı müəyyən edilmiş pul vəsaitlərinin çatışmazlığının müəyyən edilməsi üzrə tərtib edilmiş 23 iyun 2016-cı il tarixli mütəxəssis rəyi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Həmçinin ekspert rəyində "xxxx" ASC-yə məxsus sözügedən 12 bankomatda cəmi 536.428,0 manat məbləğində çatışmazlığın yaranmasının müəyyən edildiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan aparılan istintaq zamanı mütəxəssis qismində cəlb edilmiş “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nağd vəsaitlərlə iş Departamentinin Kassa əməliyyatlarına nəzarət şöbəsinin aparıcı mütəxəssisi X2 11,01.2021 -ci il tarixli rəyində qeyd edilmişdir, ki, "xxxx" ASC-yə məxsus hər hansı bankomat aparatına nağd pul vəsaitinin yüklənməsi zamanı, bankın müvafiq kompüter proqramlarında ("telskop” və sair) həmin bankomata faktiki olaraq yüklənmiş nağd pul əskinaslarının sayı deyil, həmin bankomata quraşdırılmış kompüter proqramında daxil edilən əskinasların sayı öz əksini tapır. "xxxx" ASC-nin mərkəzi xəzinədən və ya digər bankomatlardan götürülən pul vəsaitlərinin bir hissəsini bankomatlara yükləməyərək, informasiya resurslarınabankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasında guya pul vəsaitinin tam yüklənməsi kimi qeydiyyat aparılması, habelə bankomatdan faktiki götürülən vəsaiti barədə düzgün olmayan, yəni güya daha az məbləğ götürülməsi barədə informasiya resurslarına-bankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasında qeydiyyat aparılması texniki olaraq mümkündür. Bankomat aparatına faktiki olaraq yüklənmiş və ya götürülmüş pul vəsaitinin məbləğini, yəni hər hansı uyğunsuzluğu yalnız bankomata yüklənmiş və çıxarılmış, müştərilər tərəfindən məxaric və ya mədaxil edilmiş və digər məlumatlar əldə edildikdən sonra, bankomatda olan (əsas və digər kassetlərdə) qalıq vəsaitinin sıfırlanması ( bütün qalıq vəsaiti çıxarıb nağd qaydada sayılması) zamanı müəyən etmək mümkündür. Qeyd olunanlara əsasən "xxxx" ASC-nin bankomatlarına quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasında təhrif olunmuş məlumat daxil etməklə (yüklənmiş və götürülmüş nağd pul vəsaitləri barədə düzgün olmayan məlumat daxil etməklə) nağd pul vəsaitinin mənimsənilməsi texniki olaraq mümkündür, lakin bu halı bankomatların sıfırlanması zamanı aşkarlamaq mümkündür. Qeyd olunan əməllər həmin bankomatlara giriş imkanları olan (yəni parol və açarına sahib olan) bankın müvafiq şöbənin əməkdaşları tərəfindən edilməsi mümkündür. İş matriallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 17.12.2020-ci il tarixli 4/1066 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASCnin 086 saylı bankomatı üzrə 10.11.2015, 10.12.2015 (280000.00 manata dair), 14.12.2015-ci il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafalarında əks olunan imzalar, "xxxx" ASC-nin 1374 saylı bankomatı üzrə 10.11.2015, 14.12.2015-ci il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafalarında əks olunan imzalar - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs1 adına olan digər mədaxil və məxaric orderlərindəki imzaların sonuncu tərəfindən icra edilib- edilməməsini müəyyən etmək mümkün olmamış və ya onun tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Bundan əlavə, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC-nin 086 saylı bankomatı üzrə 30.11.2015-ci il tarixli məxaric üzrə kassa orderinin kserosurətində “Nağd vəsaiti aldım” qrafasında əks olunan imza – Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs2 adına olan digər mədaxil və məxaric orderlərindəki imzaların sonuncu tərəfindən icra edilib-edilməməsini müəyyən etmək mümkün olmamış və ya onun tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Həmçinin, Ekspertizaya təqdim edilmiş, "AG bank” ASC-nin 086 saylı bankomatı üzrə 10.02.2016, 12.02.2016-cı il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafalarında əks olunan imzalar, 17.02.2016-cı il tarixli kassa mədaxil orderində “Ödəyən” qrafasında olan imza, 29.12.2015, 08.02.2016-cı il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafalarında əks olunan İmzalar, 02.10.2015, 04.11.2015, 24.11.2015, 30.12.2015, 09.02.2016-cı il tarixli məxaric üzrə kassa orderlərində “Nağd vəsaiti aldım” qrafalarındakı imzalar, "xxxx" ASC-nin 395 saylı bankomatı üzrə 01.02.2016, 08.02.2016-cı il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafalarında əks olunan imzalar, "xxxx" ASC-nin 879 saylı bankomatı üzrə 09.10.2015, 03.12.2015, 15.02.2016-cı cı il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafalarında əks olunan imzalar, "xxxx" ASC-nin 1184 saylı bankomatı üzrə 05.02.2016-cı il tarixli məxaric üzrə kassa orderinin kserosurətində “Nağd vəsaiti aldım” qrafasında əks olunan imza, "xxxx" ASC-nin 1331 saylı bankomatı üzrə 09.10.2015, 03.02.2016, 08.02.2016-cı il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafaların-da əks olunan imzalar, "xxxx" ASC-nin 1374 saylı bankomatı üzrə 26.10.2015-ci il tarixli məxaric üzrə kassa orderinin kserosurətində “Nağd vəsaiti aldım” qrafasında əks olunan imza, 03.12.2015, 29.12.2015, 04.02.2016-cı il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafalarında əks olunan imzalar, habelə, Təqsirləndirilən şəxs1 adına olan "xxxx" ASC-nin 111 saylı bankomatı üzrə 04.12.2015-ci il tarixli məxaric üzrə kassa orderinin kserosurətində “Nağd vəsaiti aldım” qrafasında əks olunan imza, "xxxx" ASC-nin 136 saylı bankomatı üzrə 29.12.2015, 04.12.2015-ci il tarixli məxaric üzrə kassa orderlərində “Nağd vəsaiti aldım” qrafalarındakı imzalar, Təqsirləndirilən şəxs2 adma olan "xxxx" ASC-nin 1691 saylı bankomatı üzrə 02.02.2016-cı il tarixli məxaric üzrə kassa orderinin kserosurətində “Nağd vəsaiti aldım” qrafasında əks olunan imza - Təqsirləndirilən şəxs3 tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs3 adına olan digər mədaxil və məxaric orderlərindəki imzaların sonuncu tərəfindən icra edilib-edilməməsini müəyyən etmək mümkün olmamış və ya onun tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Cinayət işinə əlavə olmuş 07 dekabr 2020-ci il tarixli X14 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Rizvan Baxşıyev ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına kimi "xxxx" ASC-nin bankomatlarında sıfırlanmalar aparılmamış, Bankın maliyyə vəziyyəti pis olduğundan yuxarı rəhbərliyin verdiyi göstəriş əsasında pul vəsaitləri bir bankomatdan pul götürüb vaxt itkisinə yol verilməməsi üçün xəzinəyə mədaxil edilmədən digər bankomata yüklənmişdir. Lakin, faktiki olaraq həmin pulun xəzinəyə mədaxil olunub yenidən çıxarılması barədə xəzinə mədaxil və xəzinə məxaric orderi tərtib edilmişdir. 2016-cı ilin fevral ayında bankda yaradılmış xüsusi komissiya tərəfindən bütün bankomatlar sıfırlanmış və aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, 12 bankomatda 536.428,0 manat çatışmazlıq vardır. Məsələnin araşdırılması ilə əlaqədar o, kamera görüntülərini izləmiş və 2016-cı ilin yanvafevral aylarında bir neçə dəfə baş kassir- iknasator Təqsirləndirilən şəxs1 iş otağındaki siyirməsindən nağd pul vəsaitlərini çıxarmasını, hətta bir neçə pul dəstəsini yanında olan Təqsirləndirilən şəxs2 verməsini, Ruslanın isə pulu gödəkcəsinin altında gizlətdiyini görmüşdür. Ona görə də özü Təqsirləndirilən şəxs2 yanına çağırmış və bu barədə soruşmuş, Ruslan Təqsirləndirilən şəxs1 tərəfindən ona gizlin olaraq verilən pulların bankın pulu olmadığını, çölə çıxandan sonra pulu tələb etdiyini bildirdiyini, Ruslandan marağının nə olduğunu soruşanda Namiqin xahişini yerinə yetirdiyini dediyini bildirmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs2 Rizvan Baxşıyevin dediklərini təsdiq etməklə ifadəsində bildirmişdir ki, 2015-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayına kimi olan dövr ərzində rəhbərliyin verdiyi göstəriş əsasında kassir inkasatorlar bir bankomatdan pul götürüb xəzinəyə mədaxil edilmədən digər bankomata yükləmişlər. Lakin, faktiki olaraq həmin pulun xəzinəyə mədaxil olunub yenidən çıxarılması barədə xəzinə mədaxil və xəzinə məxaric orderi tərtib edilmişdir. Həmin orderləri özləri sonradan gəlib imzalamışlar, yada ki Namiqin özü həmin sənədləri imzalamışdır. Həmçinin, həqiqətən də, 2015-ci ilin dekabr, 2016-cı ilin yanvar və fevral aylarında Təqsirləndirilən şəxs1 bir neçə dəfə siyirtməsindən çıxararaq ona saymaq üçün müəyyən məbləğdə pullar vermiş, həmin pullar Təqsirləndirilən şəxs1 dediyinə görə bankın pulları olmamış, həmin manat formasında olan pul əskinaslarını Təqsirləndirilən şəxs1 başqa şəxsdən aldığını, dollara çevirib satıb pul qazanacağını bildirmişdir. Həmin pul vəsaitləri müxtəlif məbləğlərdə olmuşdur. Lakin, xatırlayır ki, sonuncu dəfə 12.02.2016-cı il tarixdə Namiqin ona verdiyi pulun məbləği təxminən 100.000,0 manat olardı. Namiq ondan xahiş etmişdir ki, həmin vəsaitləri bankdan çıxarıb sonra özünə təqdim etsin, özü də Namiqə inandığı üçün həmin vəsaitləri gödəkcəsinə qoyub çölə çıxarıb Namiqə təhvil vermişdir. Namiqin həmin pulları nə etdiyini bilmir. Namiqin özü də müəyyən məbləğdə pulları üstündə bankdan çıxarmışdır. Cinayət işinə əlavə olmuş 07 dekabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, üç nəfər kassir inkassator qalanda, yəni təxminən 2015-ci ilin dekabr ayından sonra, onlar inkassasiyanı tək olaraq aparmağa başlamışlar, bu zaman bütün bankomatların kodları hamıya məlum olmuşdur. Əvvəllər özü digər bankomatların kodlarını bilməmişdir. Həmçinin, pul vəsaitləri nağd olaraq bankomatlara yüklənən zaman, onların hər biri, yəni özü də, Ruslan da, Namiq də tək-tək inkassasiya aparmışlar. Həmçinin Namiq tapşırmışdır ki, onun iştirakı olmadan pulu xəzinəyə təhvil verməsin. Bundan əlavə, özü Ruslan və Namiqlə, Namiqin idarə etdiyi avtomaşında oturub söhbət edərkən onun avtomaşının saxlanc yerində təxminən 100.000 manata (yüz min) yaxın pul görmüşlər. Namiq isə həmin pulları tanışından aldığını və qazanc əldə etmək üçün həmin pulları ABŞ dollarına çevirib satacağını demiş və tələsdiyini bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 2015-ci ilin noyabr -2016-cı ilin fevral aylarında, yəni “AG bank “ ASC-də bankomatlara pul vəsaitləri nağd olaraq torbalarla inkassasiya edilən zaman həmin bankomatlara Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 başqa heçkimin müdaxilə etmədiyini təsdiq etmişlər. Cinayət işinə əlavə olmuş 07 dekabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, bankomatlardan gətirilən kasetlər açılandan sonra pul vəsaitlərini həm özü, həm də Təqsirləndirilən şəxs1 onun əvəzindən xəzinəyə təhvil vermişdir. Belə ki inkassatorlar ora-bura çox getdiyindən pulun kassaya təhvil verilməsi üçün vaxtları olmamış, ona görə də pulları Namiqə vermişlər, Təqsirləndirilən şəxs1 isə pulu kassaya təhvil vermiş və xəzinə məxaric orderinə Namiqin özü imza etmişdir. Həmçinin 2015-ci ilin dekar 2016-cı ilin fevral aylarında, yəni inkassasiya torbalarla aparılan zaman bankomatlara pulun yüklənməsi və çıxarılması üçün əsasən Pərviz və özü, bəzi hallarda isə Namiqlə birlikdə getmişlər. Həmçinin xatrladığına görə 12.02.2016-cı il tarixdə Namiq ona zəng edərək onun siyirməsində olan pul vəsaitini götürərək bankdan çıxarıb ona təqdim etməsini xahiş etmişdir. Özü də Namiqə inandığı üçün həmin vəsaitləri gödəkçəsinə qoyub çölə çıxarıb Namiqə təhvil vermişdir. Pulun məbləği təxminən 100.000 manat olmuşdur. Namiqin həmin pulları nə etdiyini bilmir. Namiq bildirmişdir ki, həmin pullar banka aid deyil, müxtəlif tanışlarının dollara çevirmək üçün ona verdiyi pullardı. Bu səbəbdən də rəhbərliyə bu barədə məlumat verməmişdir. Bundan əlavə 13 fevral 2016-cı il tarixdə Təqsirləndirilən şəxs3lə birlikdə Namiqlə görüşmüşlər. Namiq istifadəsində olan «BMV 745» markalı «** TV ***» dövlət nişanlı avtomaşını ilə gəlmişdi. Həmin maşında oturub söhbət edərkən avtomaşının saxlanc yerini açanda orda 50 və 100 manatlıq əskinazlarla çoxlu miqldarda pul görmüşlər. Pullar dəstə formasında rezinə bükülmüşdü. Təxminən 100.000 manat pul olardı. Namiq həmin pulların tanışından aldığını və qazanc əldə etmək üçün həmin pulları ABŞ dollarına çevirib satacağı ilə izah etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 10.12.2020-ci il tarixli ərizəsindən görünür ki, o, 12.02.2016-cı il tarixdə Namiqin xahişi ilə sonuncunun siyirtməsində olan pul vəsaitini götürərək bankdan çıxarıb ona təqdim etdiyi vaxtdan əvvəl də bir neçə dəfə Namiq ona iş otağında siyirtməsindən pul vəsaitini çıxarıb təqdim edərək, bankdan çıxarıb ona qaytarmağı xahiş etmişdir. Adətən 10.000-20.000 manat arası məbləğlər olmuşdur. Namiq həmin pulların banka aid olmadığını, müxtəlif tanışlarının dollara çevirmək üçün ona verdiyi pullar olduğunu bildirmişdir. O, Namiqə inandığı üçün təmənnasız olaraq ona köməklik etmişdir. Namiqin özü də üzərində müxtəlif məbləğdə pulları bankdan çıxarmışdır. Lakin, Təqsirləndirilən şəxs1la uzun müddət birlikdə işlədiklərinə və yoldaşlıq münasibətləri olduğuna görə onunla üzləşdiyi zaman səhv olaraq 12.02.2016-cı il tarixdən başqa Namiqin ona bankdan çıxarmaq üçün pul vermədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 "xxxx" ASC-nİn sədrinin adına verdiyi izahatdan görünür ki, Təqsirləndirilən şəxs1 05.02.2016-cı il tarixdə iş otağında siyirtmədə bankomatdan çıxarılmış pul vəsaitini saxladığını etiraf etmiş, həmin pulları saymasını Təqsirləndirilən şəxs3 tapşırdığını, yoxlamadan sonra kassaya təhvil verdiyini və həmin vəsaiti hansısa bankomata artıq olaraq yüklənmiş pul olduğununa görə Pərvizə həmin vəsaiti götürməsini tapşırdığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, "xxxx" ASC-nin Əməliyyat Departamentinin Qiymətlilərlə iş şöbəsində inspeksiya aparılmış və nəticəsi 22.02.2016-cı il tyarixli Aktla rəsmiləşdirilmişdir. İnspeksiya zamanı aşkar edilmişdir ki, Banka-aid 1184 nömrəli bankomatda 14984,0 manat, 1331 nömrəli bankomatda 80968,0 manat, 136 nömrəli bankomatda 24980,0 manat, 111 nömrəli bankomatda 61491,0 manat, 395 nömrəli bankomatda 192300,0 manat, 1095 nömrəli bankomatda 5000,0 manat, 1691 nömrəli bankomatda 29699,0 manat, 086 nömrəli bankomatda 12080,0 manat, 1374 nömrəli bankomatda 29950,0 manat, 1834 nömrəli bankomatda 5000,0 manat, 879 nömrəli bankomatda 69966,0 manat, 1835 nömrəli bankomatda 10010,0 manat olmaqla, ümumilikdə 536428,0 manat pul vəsaiti əksik gəlmişdir. İnspeksiya gedişatında əksik gələn pul vəsaitinin çatışmazlığı faktının səbəbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, bankın Qiymətlilərlə iş şöbəsinin baş kassiri Təqsirləndirilən şəxs1, şöbənin digər əməkdaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən bankın mövcud daxili prosedur qaydaları kobudcasına pozulmuş, həmin qaydaların tələblərinə zidd olaraq və öz vəzifələrindən sui- istifadə edərək ATM-lər üçün nəzərdə tutulmuş külli miqdarda nağd pul vəsaitini mənimsəmişlər. Cinayət işinin materiallarında görünür ki. Binəqədi rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli Qərarına əsasən 01.10.2015-ci il tarixdən 01.03.2016-cı il tarixədək olan dövr üzrə "AG Bank” ASC-nin Qiymətlilərlə iş şöbəsinin baş kassiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən pul vəsaitlərinin inkasassiyanın hansı mərhələsində talanmasımn müəyyən edilməsinin, inkasassiya zamanı pul vəsaitinin təhviltəslim edilməsinin, talamanın hansı müddət ərzində və hansı bankomat aparatları üzrə aparılmasının, pul vəsaitlərinin kimlərə təhvil verilməsinin və inkasassiyanın həyata keçirilməsi zamanı vəzifəli şəxslərin hansı prosedur qaydaları pozmaları halları "AG Bank” ASC-nin Təhlükəsizlik üzrə baş direktoru X4 iştirakı ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçiləri X5 və X15 tərəfindən yoxlanılmış və nəticəsinə dair 23.06.2016-cı il tarixli mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırma zamanı bankomatlarda sıfırlanma əməliyyatından sonrakı faktiki qalıq məlumatları ilə uçot məlumatlarını üzləşdirdikdə 086 saylı bankomatda 12080 manat, 111 saylı bankomatda 61491 manat, 136 saylı bankomatda 24980 manat, 395 saylı bankomatda 192300 manat, 879 saylı bankomatda 69966 manat, 1095 saylı bankomatda 5000 manat, 1184 saylı bankomatda 14984 manat, 1331 saylı bankomatda 80968 manat, 1374 saylı bankomatda 29950 manat, 1691 saylı bankomatda 29699 manat, 1834 saylı bankomatda 5000 manat, 1835 saylı bankomatda 10010 manat, cəmi 536428 manat pul vəsaitinin çatışmamazlığı müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, çatışmazlıq aşkar edilmiş 86, 111, 395, 1095, 1691, 1835 saylı bankomatlar Təqsirləndirilən şəxs2, 136, 879, 1184, 1331, 1374, 1834 saylı bankomatlar isə Təqsirləndirilən şəxs3 təhkim olunmuşdur. Bundan əlavə 23.06.2016-cı il tarixli mütəxəssis rəyi və iş materiallarına əlavə edilmiş mədaxil və məxaric orderlərindən görünür ki, yoxlanılan dövr ərzində 086 saylı bankomata Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Natiq Bağırov və Təqsirləndirilən şəxs3, 2015-ci ilin dekabr ayından yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, 111 saylı bankomata Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, 2015-ci ilin dekabr ayından yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, 136 saylı bankomata Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, 395 saylı bankomata Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, 2015-ci ilin dekabr ayından yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, 879 saylı bankomata Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, 1095 saylı bankomata Natiq Bağırov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, 2015ci ilin dekabr ayından yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, 1184 saylı bankomata Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, 1331 saylı bankomata Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1,1374 saylı bankomata Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, 1691 saylı bankomata Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1,1834 saylı bankomata yalnız Təqsirləndirilən şəxs3, 1835 saylı bankomata yalnız Təqsirləndirilən şəxs2 nağd pul vəsaitlərini mədaxil və məxaric etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş 16 noyabr 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə kassir inkassatorların xidməti otağında quraşdırılmış video müşahidə kamerasının görüntüləri yazılmışdır. CD diskdə olan video faylların biri 11.02.2016-cı il tarixdə saat 17.38-dən 17.40- dək, 1 dəqiqə 23 sayniyəlik çəkilişdir. Həmin görüntüdə kassirlər Təqsirləndirilən şəxs1 və Pərviz Fərziyev xidməti otaqda masanın arxasında oturublar. Pərviz Fərziyev masanın üzərində müxtəlif məbləğlərdə və çeşiddə pul əskinslarını sayaraq çeşidləyir, Təqsirləndirilən şəxs1 isə masanın altında olan rəfdən kamera görüntüsündə müəyyən edilə bilinməyən əşya götürərək, masanın altında həmin əşyaya baxır və çeşidləyir. İkinci video yazı 11.02.2016cı il tarixdə saat 17.57-dən 17.59-dək, 1 dəqiqə 17 sayniyəlik çəkilişdir. Həmin görüntüdə kassirlər Təqsirləndirilən şəxs1 və Pərviz Fərziyev xidməti otaqda masanın arxasında oturublar, masanın arxasında oturan Təqsirləndirilən şəxs1 masanın altındakı rəfdən müxtəlif məbləğlərdə və çeşiddə pul əskinslarını çıxararaq Pərviz Fərziyevin qarşısına qoyur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Pərviz Fərziyev həmin pul vəsaitlərini sayaraq çeşidləyirlər. Cinayət işinin materiallarına əlavə edilmiş 08.12.2020-ci il tarixli "xxxx" MMC tərəfindən göndərilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Pərviz Fərziyevin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunu ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi arasında 13.02.2016-cı il tarixdə bir neçə dəfə telefon danışıqları olmuşdur. X12 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunu ilə Təqsirləndirilən şəxs1 anası Fizzə Həmidovanın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi arasında 14.02.2016-cı il tarixdə bir neçə dəfə telefon danışıqları olmuşdur. Bundan əlavə Pərviz Fərziyevin istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonunu ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi arasında 05.02.2016-cı il tarixdə aşağıdaki məzmundaə sms yazışması olmuşdur: 05/02/2016,11:40:55,**********89,**********51,Namik bunu duzaldsay...soram deyacak pul iliwibsa...onda qedin 1144-da obnulit elayin orda pul qoruram...birda butyun banzaylari.,..onda neyniyacayik ha 05/02/2016,11:40:56,**********89,**********51,qaqaw....hardan tapacayig yerina qoymaqa....nya deyirsan....balka risk edak...duraq uzuna.... 05/02/2016,11:43:13,**********51,**********89,Qurban olum Allaha heleki wans var istivade et 05/02/2016,11:43:20,**********51,**********89, Duzelt getir. 05/02/2016,11:43:29,**********51,**********89,Daniwariq. 05/02/2016,11:44:36,**********89,**********51,Ay blyaaa....nabilim namik....uje bilmirəm necya edak....prosta desa obirsilarida bowaldin....mani o dard alib... 05/02/2016,11:45:26,**********51,**********89,Heleki o birilerden daniwmir. Bu heleki bunu deyib. 05/02/2016,11:56:45,**********89,**********51,Wociklari bu pulu cixib yaziramda ha qaqaw 05/02/2016,11:59:16,**********51,**********89,He Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində 2015-ci ilin dekabr ayının əvəllərində "xxxx" ASC-də daxili audit və həmin ilin dekabr ayının sonunda Milli Bank tərəfindən audit yoxlaması aparıldığını, bankomatların sıfırlanması aparıldığını və heç bir çatışmazlıq aşkar edilmədiyini bildirmişdir. Qeyd olunan xüsusat üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının 08.02.2021ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, LPO "xxxx" ASC-də 2015-ci ilin oktyabr ayından 2016-cı ilin fevral ayınadək Mərkəzi Bank tərəfindən hər hansı yoxlama aparılmamışdır. Cinayət işinin materiallarında olan LPO "xxxx" ASC-nin 21.01.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin fəaliyyətdə olduğu 2015-ci ilin oktyabr-2016-cı ilin fevral aylarında hər hansı yoxlamanın aparılması barədə akt aşkar edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 AG Bank” ASC-nin idarə heyətinin sədrinin 09.10.2012-ci il tarixli 525 saylı əmri ilə Bankın Qiymətlilərlə iş şöbəsinin böyük kassiri, 01.03.2013-cü il tarixli 92 saylı əmri ilə həmin şöbənin baş kassiri vəzifəsinə, Təqsirləndirilən şəxs3 "xxxx" ASC-nin idarə heyətinin sədrinin 15.04.2008-ci il tarixli 121 saylı əmri ilə Bankın sürücüsü vəzifəsinə, 15.10.2012-ci il tarixli 546 saylı əmri ilə Qiymətlilərlə iş şöbəsinin kassiri vəzifəsinə, Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin idarə heyətinin sədrinin 12.04.2010-cu il tarixli 128 saylı əmri ilə Əməliyyat Departamentinin İnkassasiya şöbəsinin Bankomatlarla iş qrupunda kassir vəzifəsinə, 01.10.2012-ci il tarixli əmri ilə Qiymətlilərlə iş şöbəsinin kassiri vəzifəsinə təyin edilmişlər. Təqsirləndirilən şəxs1la "xxxx" ASC-nin idarə heyətinin sədrinin arasında bağlanmış əmək müqaviləsinə əsasən, o özünün, istərsə də başqasının hesabına heç bir əlavə əməliyyat aparmamalı, işəgötürənin və ya onun rəhbər işçilərinin yazılı və şifahi sərəncamlarını və ya əmrlərini, təlimatlarını, qərarlarını şərtsiz yerinə yetirməli, işəgötürənin ona həvalə etdiyi əmlaka, sənədlərə, pul vəsaitinə və digər maddi vəsaitlərə görə tam maddi məsuliyyət daşımalı, öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə işəgötürənə zərər vurduğu halda məsuliyyət daşımalı, zərərin qarşısının alınması üçün tədbirlər görməli, ona həvalə olunmuş dəyərlilərin qorunub saxlanılmasının təmin edilməsinə təhlükə yaradan bütün hallar, maddi itkiyə səbəb olacaq və ya işəgötürənin nüfuzuna, etibarlığma xələl gətirə biləcək istənilən vəziyyətin yaranması faktları barədə məlumat verməli, dəyərlilər ilə əməliyyatların aparılması və onların saxlanması üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət etməlidir. Pərviz Fərziyev və Təqsirləndirilən şəxs2lə bağlanmış əmək müqavilələri və tam fərdi maddi məsuliyyət haqqında tipik müqaviləsinə əsasən onlar özünün, istərsə də başqasının hesabına heç bir əlavə əməliyyat aparmamalı, işəgötürənin və ya onun rəhbər işçilərinin yazılı və şifahi sərəncamlarını və ya əmrlərini, təlimatlarını, qərarlarını şərtsiz yerinə yetirməli, işəgötürənin ona həvalə etdiyi əmlaka, sənədlərə, pul vəsaitinə və digər maddi vəsaitlərə görə tam maddi məsuliyyət daşımalı, öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə işəgötürənə zərər vurduğu halda məsuliyyət daşımalı, zərərin qarşısının alınması üçün tədbirlər görməli, ona həvalə olunmuş dəyərlilərin qorunub saxlanılmasının təmin edilməsinə təhlükə yaradan bütün hallar, maddi itkiyə səbəb olacaq və ya işəgötürənin nüfuzuna, etibarlığına xələl gətirə biləcək istənilən vəziyyətin yaranması faktları barədə məlumat verməli, dəyərlilər ilə əməliyyatların aparılması və onların saxlanması üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət etməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin «Bankomatlarla nağd pulun inkassasiyasına dair» daxili prosedur qaydalarında əsasən Bankomatların inkasassiyasın Bankın Əməliyyat Departamentində fəaliyyət göstərən inkasassiya xidmətinin tərkibində bankomatların inkasassiya qrupları tərəfindən həyata keçirilir. Bankomatların inkasassiya qrupu iki əməkdaşdan ibarət olmalıdır. Müvafiq qaydada bunlardan biri bankomatın açarı, digəri bankomat seyfinin kodu ilə təchiz olmalıdırlar. Hər biri müvafiq qaydada onlara təqdim edilmiş açar və yaxud kodun bir-birinə bildirməməyə və gizli saxlanılması barəsində öhdəlik götürməlidirlər. Bu öhdəliklər Bankın Əməliyyat Departamentində müvafiq qaydada rəsmiləşdirilməlidir. Həmin əməkdaşlar qeyd olunan öhdəliyi pozduqları halda qaqanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Bir ayda bir dəfə və yaxud zəruriyyət yarananda bankomat tam boşaldılır. Bankomatlara nağd pulun inkasassiyası bankın mərkəzi kassasından qrupun üzvlərindən birinin adına kassa məxaric orderinin yazılması ilə bankomata qoyulan nağd pulun məbləği göstərilmək şərti ilə həyata keçirilir. Bankomatların inkasassiya qrupunun üzvləri kassa məxaric orderi əsasında götürdükləri nağd pul vəsaitlərinə görə bərabər şəkildə məsuliyyət daşıyırlar. Eyni zamanda bölüşdürülmüş iş qrafikinə uyğun olaraq tabeçiliklərində olan bankomatların nağd pul vəsaitinin qalıqlarına görə də bərabər şəkildə tam məsuliyyət daşıyırlar. Bankomatların inkasassiya qrupunun üzvləri kassa məxaric orderi əsasında götürdükləri nağd pul vəsaitini xüsusi ayrılmış otaqda sayaraq həmin vəsaiti orderdə göstərilən məbləğlə uyğun gəldiyi halda kassa məxaric orderini imzalayaraq nağd pul vəsaitini mərkəzi kassanın kassirindən qəbul etmiş hesab olunurlar və nağd pul vəsaitlərini bir bankomat üzrə ayrı ayrılıqda xüsusi kasetlərə qablaşdıraraq bankomatlara inkasassiyanın həyata keçirilməsini təmin edirlər. Bankomatlara nağd pulun inkassastyası və Bankomatların nağd pulun bankın mərkəzi kassasına inkasassiyası "xxxx" ASC-nin Müşahidə Şurası tərəfindən 02.05.2008-ci ildə təsdiq edilmiş 642 saylı protokola əsasən “İnkasassiya, nağd pulun və qiymətlilərin daşınması və mühafizəsinin prosedur” qaydalarının şərtlərinə uyğun aparılmalıdır. Bankın mərkəzi kassasında kasetlərdən çıxarılmış nağd pullar qrup üzvlərinin hər ikisinin mütləq iştirakı ilə sayılır və nağd pulun qalığını bankomatın hesabındakı məbləğin qalığı ilə tutuşdurulur və uçot məlumatları ilə üzləşdirərək, kassa mədaxil orderini hazırlayaraq bankın mərkəzi kassasına mədaxil edir. Üzləşmə nəticəsində fərq aşkar edildikdə müvafiq akt tərtib olunur. Cinayət işinin materiallarına əlavə olunmuş əsasnamənin sürətindən görünür ki, "xxxx" ASC-nin Əməliyyatlar Departamentinin Əsasnaməsinə əsasən Qiymətlilərlə iş şöbəsi bankın satış şəbəkəsini (filiallar, şöbələr, bankomatlar, mübadilə məntəqələri) nağd pul və qiymətlilərlə təmin edir, artıq və ya dəyişdirilməli olan vəsaitləri götürür, bankın satış şəbəkəsi üzrə kassa limitlərinə və qalıqlarına gündəlik nəzarəti həyata keçirir, mərkəzi anbarı idarə edir, bankın nağd pul və qiymətlilərinin saxlanılması və uçotunu aparır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı -26.03.2015-ci il təvəllüdlü X16 və 31.07.2016-cı il təvəllüdlüHəmidova Mehin Namiq qızı vardır. Təqsirləndirilən şəxs3 himayəsənidə iki azyaşlı uşağı-16.02.2011-ci il təvəllüdlü X6 və 12.10.2012-ci il təvəllüdlü Fərzəliyev Səid Pərviz oğlu vardır. Təqsirləndirilən şəxs2 himayəsənidə iki azyaşlı uşağı- 08.06.2012-ci il təvəllüdlü X10 və 01.04.2008-ci il təvəllüdlü X11 vardır. Həmçinin cinayət işinin materiallarında olan yaşayış üzrə verilmiş arayışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə istintaqdan gizləndiyinə görə barəsində müvafiq qərarla 07 sentyabr 2016-cı il tarixdə axtarış elan edilmişdir və 01 sentyabr 2020-ci il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində tutulmuşdur. Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə görə, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin törədildiyi vaxtdan keçən müddətin iki il olmadığını və onun Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçmədiyi qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə tövsif edilmiş cinayət əməllərinin törədildiyi 2015ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar- fevral aylarından hal-hazıradək keçən müddətin iki ildən artıq olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, müddətin keçməsi ilə əlaqədar həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidirlər. Belə ki, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Məhkəmə Pərviz Fətrzəliyevin himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsidə vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməli. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. İş üzrə maddi ziyanla bağlı zərərçəkmiş hüquqi şəxsə gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 70 ( yetmiş) manat olmaqla, cəmi 210 ( iki yüz on) manat pul onlardan məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş "xxxx" ASC-dən təqdim edilmiş CD disk və "xxxx" MMC tərəfindən göndərilmiş CD disk, "xxxx" ASC-nin bankomatlarına pul vəsaitlərinin innkassasiyası ilə əlaqədar kassadan mədaxil və məxaric olunan vəsaitlərlə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Pərviz Fərzullayevin adlarına tərtib edilmiş kassa orderləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2–ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il altı 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2–ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsidə vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəllsəsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2–ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəllsəsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanla bağlı zərərçəkmiş hüquqi şəxsə gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 70 ( yetmiş) manat olmaqla, cəmi 210 ( iki yüz on) manat pul onlardan məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş "xxxx" ASC-dən təqdim edilmiş CD disk və "xxxx" MMC tərəfindən göndərilmiş CD disk, "xxxx" ASC-nin bankomatlarına pul vəsaitlərinin innkassasiyası ilə əlaqədar kassadan mədaxil və məxaric olunan vəsaitlərlə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Pərviz Fərzullayevin adlarına tərtib edilmiş kassa orderləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar