Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-866/2022 23.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1978-ci il fevralın 18-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü və 240.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki,Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətərinə görə eynilik təşkil edən narkotik vasitələr heroin və metadon, psixotrop maddə metamfetamin, güclü təsiredici maddə tramadol əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 2021-ci il noyabrın 29-da saat 17:30-da ünvan 2 ünvanının qarşısında saxlanaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda 1,776 qram, 2,169 qram, 0,709 qram, 1,449 qram, 2,361 qram və 1,115 qram, ümumilikdə 9,579 qram təmiz çəkidə açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda 1,335 qram, 1,246 qram, 0,857 qram, 1,249 qram, 0,562 qram, 0,591 qram, ümumilikdə 5,840 qram təmiz çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, davam etdirilən əməliyyat tədbirləri nəticəsində sonuncunun yaşadığı, ünvan 1 ünvanında yerləşən evdən bir ədəd bəzəkli taxta qutudan səkkiz ədəd sellofan bükümdə ayrı-ayrılıqda 0,601 qram, 1,053 qram, 0,801 qram, 0,660 qram, 0,326 qram, 0,785 qram, 0,101 qram və 0,775 qram, ümumilikdə 5,102 qram təmiz çəkidə açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, yeddi ədəd sellofan və bir ədəd gümüşü kağız bükümdə ayrı-ayrılıqda 0,245 qram, 0,447 qram, 0,741 qram, 0,588 qram, 0,520 qram, 0,715 qram, 0,393 qram və 0,178 qram, ümumilikdə 3,827 qram təmiz çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin, üzərində «M 40» yazısı həkk olunmuş 2 tabletin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadon, dörd ədəd ağ-göy rəngli kapsulun tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan güclü təsiredən maddə tramadol, bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinin izləri müəyyən edilmiş ümumi çəkisi 0,03 qram olan pambıq kütlələri, bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli elektron tərəzi, bir ədəd şüşə flakonda 2,5 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində 0,365 qram təmiz çəkidə narkotik vasitə heroin, 05 ədəd narkotik vasitə heroinin izləri müəyyən edilmiş və istifadə olunmuş 1 ml-lik şprislər aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bədənindəki ağrılara görə narkotik vasitə metadon və güclü təsiredən maddə tramadol qəbul etsə də heç zaman həmin, eləcə də digər narkotik vasitələrin satışını həyata keçirməmişdir. Tutularkən üzərində 2-3 ədəd büküm olmuş, yaşadığı ünvandan isə tramadol həbi, narkotik vasitə metadon və insulin iynəsinin içərisində narkotik vasitə heroin aşkarlanmışdır. İttihamda qeyd edilən şprislər ona məxsusdur. Ramil adlı şəxsin xatırlamadığı yerə atdığı narkotik vasitəni götürüb istifadə etmişdir. Polis əməkdaşları onu yaşadığı ünvandan qapını sındırmaqla aparmış, təzyiqlə izahatı və axtarış ilə baxış protokollarını imzalatmışlar, bu barədə heç kimə şikayət etməmiş, sonradan ibtidai istintaqdakı sənədlərə qol çəkməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il noyabrın 29-da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlaması və istifadə etməsi barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə idarənin cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə onlar Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsində yerləşən 45 nömrəli mənzilin qarşısına gəlmiş və saat 17:30-da zahiri əlamətləri Təqsirləndirilən şəxsə oxşar şəxsə yaxınlaşıb şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirməklə həmin şəxsi Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada sonuncu müdafiəçinin iştirakından imtina etmiş, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 12 ədəd sellofan bükümü, sol cibindən isə bir ədəd mobil telefonu çıxarıb təqdim etməklə altı bükümdəki narkotik vasitə heroini və altı bükümdəki psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşından onlayn şəkildə öz şəxsi istifadəsi üçün əldə etdiyini və üstündə gəzdirdiyini bildirmişdir. Aşkar edilən maddələr kağız zərfə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanında yerləşən evə baxış keçirildikdə oradan bir ədəd elektron tərəzi, bir ədəd şüşə qabın içərisində qara rəngli maye, beş ədəd şpris aşkar olunmuş, 15 ədəd sellofan, iki ədəd gümüşü rəngli, bir ədəd başqa və bir ədəd narıncı rəngli bükümlər, 11 ədəd həb, dörd ədəd fərqli, iki ədəd digər və iki ədəd ağ rəngli həblər müəyyən edilmişdir. Aşkarlanan predmetlər kağız zərfə qablaşdırılıb üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Tərtib olunan protokolların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq tətbiq olunmamışdır. Sonuncu aşkar edilən kütlələrin narkotik vasitələr olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kiçik serjantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin cinayət-axtarış üzrə kiçik inspektoru işləyən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda imzaladığı 2021-ci il 29 noyabr tarixli izahatda, şəxsi axtarış və götürmə aparılması haqqında, habelə evə baxış və götürmə aparılması haqqında protokollarda 30 ildir narkotik maddə heroin və psixotrop maddə metamfetamini inyeksiya yolu ilə istifadə etdiyini, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından onlayn şəkildə öz şəxsi istifadəsi üçün qeyd olunan maddələri aldığını, həmin şəxsin «Kapital Bank»a məxsus hesab nömrəsinə pul yüklədikdən sonra sonuncunun dediyi yerdən qeyd olunan maddələri götürdüyünü, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını, ittiham edildiyi, üzərindən və yaşadığı evdən aşkarlanan narkotik vasitələr heroinin və metadonun, psixotrop maddə metamfetaminin, güclü təsiredici maddə tramadolun və sairin mövcudluğunu, çəkisini və sayını etiraf edib göstəilən maddələrin satışı ilə məşğul olmadığını bildirməklə 2021-ci il dekabrın 01-də təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunda verdiyi ifadəni imzalamaqdan imtina etmişdir (iş vərəqi 36-37, 42, 44-45 və 84-87). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2021-ci il 29 noyabr tarixli raportlarından, eyni tarixli əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarından və Ə422-096-21 №-li əməliyyat qrupunun təşkil edilməsi haqqında əmrinin kserosurətindən, 2021-ci il noyabrın 29-da tərtib etdiyi əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 30 noyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il noyabrın 29-da saat 17:30-da ünvan 2 ünvanının qarşısında saxlanıb idarənin inzibati binasına gətirilmiş, məhkəmə tərəfindən həmin qərar qanuni hesab etmişdir (iş vərəqi 5-7, 10-12 və 61-63). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 29 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 17:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun ailə üzvlərinə xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olunmamışdır (iş vərəqi 24). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 29 noyabr tarixli ərizəsindən və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, videoçəkilişlə sonuncunun razılığı ilə müdafiəçinin iştirakı olmadan barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya olduğu halda təqdim etməsi təklif edildikdə sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən 12 ədəd sellofan bükümü və sol yan cibindən bir ədəd «Samsung Galaxy 1» markalı mobil telefonu çıxarıb təqdim etmiş, bükümlərdəki narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından onlayn qaydada pul köçürməklə qramını 12 manata əldə edərək öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, həmin bükümlər qablaşdırılmış, mobil telefon götürülmüş, protokol iştirakçılar tərəfindən imzalanmış, şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, bir ədəd DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 35-38). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 29 noyabr tarixli ərizəsindən və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, sonuncunun razılığına əsasən yaşadığı ünvan 1 ünvanına videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış vaxtı mətbəxdəki taxta masanın üzərindən bir ədəd tərəzi, bir ədəd şüşə qabda narkotik vasitəyə bənzər qara rəngli maye, qaz sobasının üzərindəki dolabdan beş ədəd şpris, qonaq otağındakı masanın üzərində olan taxta qutudan 15 ədəd sellofan büküm, bir ədəd narıncı rəngli üzərində «Tic Tac» yazılı plastik qutudan ağ rəngli maddə, 11 ədəd üzərində «Repsil» yazılı, dörd ədəd üzərində «Tramadol» yazılı həblər, iki ədəd üzərində «Methadon» yazılı həblər, iki ədəd gümüşü siqaret kağızı bükümündə narkotik vasitəyə bənzər maddələr, bir ədəd siqaret kağızı bükümündə iki ədəd ağ rəngli həb aşkar edilmiş, aşkarlanan predmetlər qablaşdırılıb götürülmüş, tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmiş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 41-43). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 29 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy 1» markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (iş vərəqi 49). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 30 noyabr tarixli 6/5303 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» və s. yazılar olan 1 №-li paketdəki altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,776 qram, 2,169 qram, 0,709 qram, 1,449 qram, 2,361 qram və 1,115 qram, ümumi təmiz çəkisi 9,579 qram açıq qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,335 qram, 1,246 qram, 0,857 qram, 1,249 qram, 0,562 qram və 0,591 qram, ümumi təmiz çəkisi 5,840 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində «Vət Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş...» və s. yazılar, imzalar olan 2 №-li paketdəki bir ədəd şüşə flakonda 2,5 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində ümumilikdə təmiz çəkisi 0,365 qram narkotik vasitə heroin, beş ədəd istifadə olunmuş 1 ml-lik şprisdə və üzərində «Vət Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş...» və s. yazılar, imzalar olan 3 №-li paketdəki gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri müəyyən edilmişdir, üzərində «Vət Təqsirləndirilən şəxs yaşadığı evindən götürülmüş...» və s. yazılar və imzalar olan 4 №-li paketdəki bir ədəd bəzəkli taxta qutuya yerləşdirilən səkkiz ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,601 qram, 1,053 qram, 0,801 qram, 0,660 qram, 0,326 qram, 0,785 qram, 0,101 qram və 0,775 qram, ümumi təmiz çəkisi 5,102 qram açıq qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yeddi ədəd sellofan və bir ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,447 qram, 0,741 qram, 0,588 qram, 0,520 qram, 0,715 qram, 0,393 qram və 0,178 qram, ümumi təmiz çəkisi 3,827 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd gümüşü rəngli kağız bükümdə ümumi çəkisi 0,03 qram olan pambıq kütlələrində heroin izləri, üzərində «M40» yazısı həkk olunmuş iki ədəd tabletin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadon, dörd ədəd ağ/göy rəngli kapsulanın tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan güclü təsir edən maddə tramadol müəyyən edilmişdir, üzərində «Qepsil...Siİymarin» göstəriciləri olan bir ədəd blisterdəki 11 ədəd tünd qəhvəyi rəngli dərman tabletinin və iki ədəd ağ rəngli tabletin tərkibində dövlət nəzarətindəki siyahılara daxil olan maddələrə məxsus əlamətlər müəyyən edilməmişdir, üzərində «Tic- Tac» yazısı olan bir ədəd plastik qabda çəkisi 9,584 qram olan rəngsiz şəffaf kristallik maddə kütləsi limon turşusudur; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin kütlələri tərkiblərinə görə öz aralarında eynilik təşkil edir, sonuncunun üzərindən və yaşadığı evdən aşkarlanan tərəzidə, şprislərdə və pambıq qırıntılarında heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqat aparılması mümkün olmamışdır; narkotik vasitə heroinin, narkotik vasitə heroin məhlulunun, psixotrop maddə metamfetaminin, metadon və tramadol həblərinin, limon duzunun tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 14,541 qram, 1 ml, 9,527 qram, bir ədəd, üç ədəd və 9,384 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 109,9 manatdır (iş vərəqi 51-56). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 01 dekabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü və 240.1.-ci maddələrinə tövsif edilib sonuncuya göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 71-76). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 01 dekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması görüntülərini əks etdirən bir ədəd DVD diskinə baxış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 12 ədəd sellofan bükümü və sol yan cibindən bir ədəd «Samsung Galaxy 1» markalı mobil telefonu çıxarıb təqdim edərək bükümlərdəki narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından onlayn qaydada pul köçürüb öz şəxsi istifadəsi üçün bir qramını 12 manata əldə edib üzərində gəzdirdiyini bildirməsi, bükümlərin qablaşdırılaraq, habelə mobil telefonun götürülməsi, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmaması müəyyənləşdirilmişdir (iş vərəqi 88-89). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 01 dekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına müdafiəçinin iştirakı ilə baxış keçirilməsini özündə əks etdirən bir ədəd DVD diskinə baxış zamanı mətbəxdəki taxta masanın üzərindən bir ədəd tərəzinin, bir ədəd şüşə qabda narkotik vasitəyə bənzər qara rəngli mayenin, qaz sobasının üzərindəki dolabdan beş ədəd şprisin, qonaq otağındakı masanın üzərində olan taxta qutudan 15 ədəd sellofan bükümün, bir ədəd narıncı rəngli üzərində «Tic Tac» yazılı plastik qutudan ağ rəngli maddənin, 11 ədəd üzərində «Repsil», dörd ədəd üzərində «Tramadol» və iki ədəd üzərində «Methadon» yazılı həblərin, iki ədəd gümüşü siqaret kağızı bükümündə narkotik vasitəyə bənzər maddələrin, bir ədəd siqaret kağızı bükümündə iki ədəd ağ rəngli həbin aşkar edilməsi, aşkarlanan predmetlərin qablaşdırılaraq götürülməsi, tərtib olunan protokolun iştirakçıların imzaları ilə təsdiqlənməsi müəyyənləşdirilmişdir (iş vərəqi 90-91). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 01 dekabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il noyabrın 29-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 112-114). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 01 dekabr tarixli qərarından görünür ki, narkotik vasitə heroinin, narkotik vasitə heroin məhlulunun, psixotrop maddə metamfetaminin, metadon və tramadol həblərinin, limon duzunun tədqiqatdan sonrakı müvafiq qaydada 14,541 qram, 1 ml, 9,527 qram, bir ədəd, üç ədəd və 9,384 qram qalıqları, beş ədəd şpris, bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla saxlanılması üçün idarənin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 117-121). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il dekabrın 18-də tərtib etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2003-cü il 25 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2007-ci il 09 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2009-cu il mayın 14-də Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il 17 mart tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2010-cu il 06 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2012-ci il iyulun 18-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2012-ci il 18 iyul tarixli qərarına əsasən cəzadan şərti olaraq 05 ay 06 gün vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2017-ci il 06 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 228.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2018-ci il noyabrın 05də cəzasının sonu ilə azad edilmişdir (iş vərəqi 140-142 və 144-146). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 2022-ci il 28 fevral tarixli ********* №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni və sonuncunun həmin maddaləri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 160). İş materiallarında olan «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 11 dekabr tarixli 5049 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunub məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 161-162). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2021-ci il 11 dekabr tarixli 2960 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 164-165). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 04 mart tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələri ilə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmaqla götürülmüş narkotik vasitə heroinin, narkotik vasitə heroin məhlulunun, psixotrop maddə metamfetaminin, metadon və tramadol həblərinin, limon duzunun tədqiqatdan sonrakı müvafiq qaydada 14,541 qram, 1 ml, 9,527 qram, bir ədəd, üç ədəd və 9,384 qram qalıqlarının, beş ədəd şprisin və bir ədəd elektron tərəzinin saxlanılması üçün idarənin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, habelə iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, sonuncunun qeyd edilən maddələri əldə etdiyi mənbənin müəyyən olunması üçün cinayət işindən ayrıca cinayət işi ayrılmışdır (iş vərəqi 166-178 və 180-182). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.1.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşıb hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və başqa mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında tramadol hidroxloridin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 6 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı izahatı, axtarış və baxış protokolları, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs xəstəliyini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2017-ci il 06 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 228.1.-ci maddəsi ilə təqsirli bilinməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2018-ci il noyabrın 05-də cəzasının sonu ilə azad edilmiş, hazırda ittiham olunduğu əməlləri məhkumluğu ödənildikdən sonra törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülən narkotik vasitə heroinin, narkotik vasitə heroin məhlulunun, psixotrop maddə metamfetaminin, metadon və tramadol həblərinin, limon duzunun tədqiqatdan sonrakı müvafiq qaydada 14,541 qram, 1 ml, 9,527 qram, bir ədəd, üç ədəd və 9,384 qram qalıqları, beş ədəd şpris və bir ədəd elektron tərəzi məhv edilməli, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 109,9 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il noyabrın 29-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə, Azərbaycan Respublikasının CM-nin 240.1.-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il noyabrın 29-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 109,9 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülən narkotik vasitə heroinin, narkotik vasitə heroin məhlulunun, psixotrop maddə metamfetaminin, metadon və tramadol həblərinin, limon duzunun tədqiqatdan sonrakı müvafiq qaydada 14,541 qram, 1 ml, 9,527 qram, bir ədəd, üç ədəd və 9,384 qram qalıqları, beş ədəd şpris və bir ədəd elektron tərəzi məhv edilsin, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-866/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-866/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver