Məhkəmə qərarları › İş №1(101)-866/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-866/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-866/2023 22.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və “Verdiktum” Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasnın Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 50, mənzil 42 qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə habelə, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamışlar. Belə ki, Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə özgənin külli miqdarda əmlakını yaşayış sahəsinə, habelə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talama barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 01 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixdədək müxtəlif vaxtlarda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 152 nömrəli binanın qarşısına gəlib 43 saylı mənzili kənardan müşahidə etmiş, 10-cu mərtəbədə yerləşən qeyd edilən mənzildə işıqların yanmadığını və sahibinin evdə olmadığını dəqiqləşdirmiş, 09 may 2022ci il tarixdə saat 22 radələrində qohumu - bacısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi “Chevrolet Malibu” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yuxarıda qeyd edilən binanın yaxınlığına gəlmiş, razılaşmaya görə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tapşırığına əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadİ küçəsi, ev 152 saylı binanın blokunun giriş dəhlizindəki videomüşahidə kamerasını sındıraraq bu barədə Təqsirləndirilən şəxs2 məlumat verməklə oradan uzaqlaşmış, bundan sonra sonuncu təhlükəsiz şəraitin yaranmasından istifadə edərək binaya daxil olub liftlə binanın 10-cu mərtəbəsinə qalxaraq Zərərçəkmiş şəxs məxsus 43 saylı mənzilin giriş qapısının kilidini açar seçmə yolu ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olmuş, daha sonra mənzilin ikinci mərtəbəsində yerləşən otaqdakı şkafda olan başqa saxlanc yeri hesab edilən seyfi açar seçmə yolu ilə açıb oradakı sellofan bağlamada olan, həmin dövrün məzənnəsi ilə 102000 manat təşkil edən 60000 ABŞ dollarını və 4300 manatı ümumilikdə 106300 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, orta təhsilini Babək rayonunun Cəhri kəndində yerləşən 1 saylı orta məktəbdə, ali təhsilini Azərbaycan Respublikasının İqtisad Universitetində almış, 2009-cu ildə Bakı Texniki Kollecin X19 İnzibati Hüquq fəaliyyəti fakültəsini bitirmiş, 2011-2015-ci illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Zərərçəkmiş şəxs ilə yaxın şəxsi münasibəti olmasa da, onu ümumi şəkildə tanımışdır. Belə ki, 2016-2017-ci illərdə Bakıxanov qəsəbəsində yerləşən “Krivetka” adlı restoranı icarəyə götürüb işlətdiyi vaxtlarda Zərərçəkmiş şəxs da onun işlətdiyi obyektin sol tərəfində yerləşən “Stomatoloji” klinika işlətmiş və Elmar özü də həmin klinikada həkim işləmişdir. İlk vaxtlarda Elmar onu bilavasitə tanımasa da, o Elmarı yaxşı tanımış, diş klinikası işlədən sonuncunun maddi imkanının yaxşı olduğunu bilmişdir. 2022-ci ilin mart ayında Elmarın yaşadığı ünvanı dəqiqləşdirmiş və mənzilinə girmək qərarına gəlmişdir. Həmin mənzilin giriş qapısının kilid yerinə baxaraq oraya hansı açarlar gedə biləcəyini də təxmin etmiş, bundan təxminən bir həftə sonra Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarından Elmarın mənzilinin qapısının kilidinə düşə biləcək açarlar axtarıb tapmışdır. 03 may 2022-ci il tarixdə axşam radələrində o, Elmarın yaşadığı binanın qarşısına gəlmiş və mənzilin işıqlarının sönülü vəziyyətdə oduğunu görmüşdür. Bundan sonra 05 may 2022-ci il tarixdə yenidən həmin binanın qarşısına gəldikdə Elmarın yaşadığı mənzilin işıqlarının yenə sönülü olduğunu görmüş və tam əmin olmuşdur ki, Elmar və ailəsi evdə yoxdur. Həmin ərəfələrdə Ramazan bayramı olduğundan Elmarın həm də ailəsi ilə birlikdə bayramı başqa yerdə qeyd etmək üçün getdiyini fikirləşmişdir. 09 may 2022-ci il tarixdə Elmarın yaşadığı mənzilə girmək üçün idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobillə “Ukrayna dairəsi”nin qarşısına gəlib avtomobili orada saxlamışdır. Həmin gün axşam saat 19 radələrində bacısı oğlu Təqsirləndirilən şəxs1 zəng vurub onunla işi olduğunu demiş və “Ukrayna dairəsi”nə gəlməyini xahiş etmişdir. Saat təxminən 20 radələrində Camal taksi ilə xahişinə əsasən gəlib çıxmışdır. Bundan sonra o, Camalla Elmarın yaşadığı binanın qarşısına gəlmiş, Camaldan mənzilin yerləşdiyi giriş blokundakı videomüşahidə kamerasını yuxarı çevirməsini xahiş etmişdir. Camal xeyli tərəddüd etmiş və razılaşmamış, onun təkidindən sonra gedib blokdakı videokameranın üzünü çevirmişdir. Bundan sonra o, avtomobildən düşərək binanın giriş blokuna getmiş, həmin vaxt blok bağlı olduğundan binada yaşayan digər şəxslərin binaya daxil olmasını gözləmiş, az sonra iki nəfər qadının bloka daxil olduğunu görüb onların arxasınca bloka daxil olmuşdur. Blokun giriş dəhlizində iki lift olduğundan birinci liftə həmin qadınlar daxil olmuş, o isə digər liftə girmişdir. Bundan sonra o, binanın onuncu mərtəbəsinə qalxmış və Elmara məxsus mənzilin giriş qapısına yaxınlaşmışdır. O, əvvəlcədən üzərində olan açarı ilkin olaraq qapının kilid yerinə salaraq açılması üçün bir neçə dəfə cəhd göstərmiş, amma açar kilidi açmamışdır. Daha sonra o, əvvəllər sosial şəbəkələrdə gördüyü üsulla, yəni açarla birlikdə folqanı da kilid yerinə salmış və təxminən 5-10 dəqiqə cəhd etdikdən sonra qapı açılmışdır. O, açarı qapının kilid yerindən çıxarmaq istədikdə açarın yarısı sınaraq kilid yerində qalmışdır. Mənzilə daxil olmuş və mənzilin ikimərtəbəli olduğunu, giriş qapısından daxil olduqda birinci mərtəbədə qonaq otağı, mətbəx otağı və hamam otağı olduğunu görmüş və fikirləşmişdir ki, mənzilin yataq otaqlarını axtarmaqla pul tapa bilər. Bundan sonra o, pilləkənlərlə mənzilin ikinci mərtəbəsinə qalxmış, ikinci mərtəbədə olan yataq otaqlarını dağıtmadan yoxlamış, sonra isə pilləkənlə qalxanda sağda olan qarderob otağına daxil olmuşdur. Qarderob otağında paltarlarla dolu dolabın hissələrini yoxlamağa başlamış, sonda qarderob otağında sağdakı dolabın solundakı üst hissəsində seyf görmüşdür. Seyf yuxarıda olduğundan ayağının altına stulu qoyub seyfin kodunu yoxlamağa başlamışdır. O, seyfi açmaq üçün standart kodları, yəni “4444” , “7777” , “0000” və “1234567” kimi kodları yoxlamağa başlamış, ilkin cəhdləri alınmasa da, sonda əvvəlcədən üzərində gətirdiyi vintaçan vasitəsi ilə seyf açanın kilid yerini açmağa nail olmuşdur. Bundan sonra o, seyfin içərisində müxtəlif çeşidli qızıl zinət əşyaları, sellofanın içərisində ABŞ dolları və pul kisəsinin olduğunu görmüşdür. Həmin pul kisəsinin içərisində 4300 manat və miqdarını dəqiq bilmədiyi ABŞ dolları, sellofanın içərisində isə xeyli miqdarda ABŞ dolları olmuşdur. O, dollarları saya bilməmiş, qızıl-zinət əşyalarına ümumiyyətlə toxunmamaq qərarına gəlmiş, yalnız pulları götürməyi qərara almışdır. Ona görə də qızıl-zinət əşyalarına ümumiyyətlə əlini də vurmamış, seyfdəki pulları götürüb həmin sellofana, sellofanı da əynindəki gödəkçəsinin içərisinə qoyub mənzilən çıxmışdır. O, mənzilin qapısını örtsə də qapı açıq vəziyyətdə qalmış, sonra binadan çıxaraq idarə etdiyi avtomobilə əyləşmişdir. O, Camala zəng vuraraq harda olduğunu soruşmuş, Camal isə yaxında olduğunu və avtomobilə tərəf gəldiyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Camal ora gəlib onun avtomobilinə əyləşmiş və birlikdə Camalın yaşadığı binanın qarşısına getmişlər. O, yolda avtomobillə hərəkətdə olarkən üzərində olan açarları və vintaçanı yolun kənarına atmışdır. Sonra Camal onunla sağollaşaraq yaşadığı binaya daxil olmuşdur. O özü də yaşadığı evə tərəf yola düşmüşdür. Evə getdikdə gödəkçəsinin içərisindəki sellofanı çıxararaq həyat yoldaşı X1 göstərmiş və həmin pulları torpaq alqı-satqısında əldə etdiyini bildirmişdir. Pulları həyat yoldaşının yanında mətbəx otağında olan şkafın üst hissəsinə qoyaraq orada gizlətmiş, daha sonra gedib yatmışdır. 10 may 2022-ci il tarixdə səhər oyandıqda həmin sellofandan pulları çıxarıb saymağa başlamış, 46000 ABŞ dolları və 4300 manat məbləğində pul olduğunu görmüşdür. Sonra 4300 manatı Sabunçu Rayon İcra Hakimiyyətinin yanında olan pul dəyişmə məntəqəsində ABŞ dollarına çevirmiş, onda ümumilikdə 48600 ABŞ dolları olmuşdur. Sonra qalan pulu da yaşadığı ünvanda mətbəxdə yerləşən şkafın üst hissəsinə qoymuşdur.Həmin puldan 600 dolları şəxsi və ailə tələbatlarını ödəmək üçün istifadə etmişdir. O, “Krivetka” adlı restorandan işdən qovulmağının səbəbkarı Elmar olduğu üçün Elmardan acıq çıxmaq məqsədilə onun mənzilindən oğurluq etmişdir. Onun törədəcəyi oğurluq hadisəsindən bacısı oğlu Təqsirləndirilən şəxs1 heç bir məlumatı olmamış, sadəcə kameranı çevirməyi ondan xahiş etmişdir. Faktiki olaraq acıq çıxmaq üçün etdiyi bu hərəkətə görə çox peşmandır, həm də ziyalı bir gənc olan bacısı oğlunu ona aid olmayan problemə saldığı üçün də lap çox əziyyət çəkir. Vurulmuş ziyanı artıqlaması ilə zərərçəkmiş şəxsə ödəmişdir. Aralarında tam barışıq əldə olunmuşdur, özünə və bacısı oğluna qarşı heç bir tələb və şikayət də yoxdur. Ona görə də bütün bunların nəzərə alınaraq barəsində mümkün olan ən yüngül qərar qəbul edilməsini, bacısı oğlunun isə heç bir günahı olmadığı üçün azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı da əsasən analoji məzmunda ifadə vermiş, bununla belə məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsində həm də göstərmişdir ki, 2022-ci ilin mart ayında axşam radələrində o, idarə etdiyi “Chevrolet Malibu” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonunda yerləşən “Ukrayna dairəsi”ndən metronun “Əhmədli” stansiyası istiqamətində hərəkətdə olarkən, Elmarın adını bilmədiyi həyat yoldaşını “Range Rover” markalı avtomobillə metronun “Əhmədli” stansiyasından “Ukrayna dairəsi” istiqamətində hərəkət etdiyini görmüş və fikirləşmişdir ki, onun arxasınca gedərək Elmarın yaşadığı ünvanı dəqiqləşdirsin və həmin ünvandan oğurluq etsin. Bu məqsədlə də o, Elmarın həyat yoldaşını izləməyə başlamış və onun “Ukrayna dairəsi”nin sağında yerləşən yeni tikilinin yəni, M.Hadi küçəsi, ev 152 ünvanının arxasında həmin tikilinin parklanma üçün nəzərdə tutulmuş yerində avtomobilini saxladığını və avtomobildən düşərək yaşadığı mənzilə getdiyini görmüşdür. O, bir neçə saniyə orada gözlədikdən sonra həmin bloka daxil olmuş, liftə yaxınlaşanda liftin 10-cu mərtəbəyə qalxıb dayandığını görmüş və Zərərçəkmiş şəxs 10-cu mərtəbədə yaşadığını öyrənmişdir. O, 10-cu mərtəbəyə qalxanda həmin mərtəbədə olan evlərin təmirsiz vəziyyətdə, bəzilərinin qapısının köhnə olduğunu görmüş və həmin mənzillərdən yalnız birinin giriş qapısının bahalı və yeni vəziyyətdə olduğunu görüb həmin mənzilin Elmara məxsus olduğu qənaətinə gəlmişdir. Həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Xətai rayonunda yerləşən yeni tikilinin 10-cu mərtəbəsindən oğurluq edəcəyini bildirmiş, həmin binanın giriş blokunda yerləşən videomüşahidə kamerasını sındıraraq ona köməklik etməsini istəmiş və bunun müqabilində ona oğurluq yolu ilə əldə edəcəyi puldan verəcəyini vəd etmişdir. İlk öncə Camal tərəddüd etsə də, sonradan razılaşmış və binanın giriş blokunda olan kameranı sındırmaq üçün avtomobildən düşərək ora getmişdir. Camal kameranı sındırdıqdan sonra ona “WhatsApp” vasitəsilə zəng vuraraq kameranı sındırdığını demiş, o da artıq işinin bitdiyini deyib yaşadığı ünvana qayıtmasını Camala bildirmişdir. Sonradan oğurladığı puldan Camala 3000 ABŞ dolları vermişdir (cild 1, iş vərəqə 159-163). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, ali təhsillidir, dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün hazırlıq kurslarının təşkili sahəsində fəaliyyət göstərmişdir. Özü də dövlət qulluğuna hazırlıqla bağlı təşkil etdiyi kurslarda müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bu sahə üzrə peşəkar şəkildə məşğul olduğundan tədris vəsaitləri hazırlamış və dərslik yazıb çap etdirmişdir. Məlum hadisə ilə bağlı həbs edilməmişdən əvvəl hər gün saat 09 radələrində metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında olan iş yerinə getmiş və saat təxminən 18 radələrində işdən çıxaraq yaşadığı ünvana qayıtmışdır. Təqsirləndirilən şəxs2 onun doğma dayısıdır və dayı-bacıoğlu kimi həmişə yaxşı münasibətlərdə olmuşlar. 09 may 2022-ci il tarixdə saat təxminən 10 radələrində dayısı Ramis zəng vuraraq onunla işi olduğunu və görüşmək istədiyini bildirmişdir. O, dərsdə - hazırlıq kurslarında olduğundan gələ bilməyəcəyini demişdir. Həmin gün saat 15 radələrində dayısı Ramis yenidən ona zəng vurmuş, amma işdə olduğundan ancaq axşam işdən sonra görüşə biləcəyini qeyd etmişdir. 09 may 2022ci il tarixdə saat təxminən 19 radələrində yenidən dayısı Ramis ona zəng vurmuş və dayısının xahişi ilə dərsdən çıxandan sonra taksi ilə əvvəlcə kirayə yaşadığı evə gedib iş paltarını çıxarıb gündəlik paltarlarını geyinmiş, sonra yenə taksi ilə saat təxminən 20 radələrində dayısının dediyi yerə -“Ukrayna dairəsi”nin yanındakı parka getmişdir. Dayısı hələ telefonda danışarkən bir qız məsələsinə görə ona lazım olduğundan Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən binaya gedib ordakı kameranın istiqamətini dəyişməyi ondan xahiş etmişdir. Görüşəndən sonra dayısı yenə telefonda dediyini bildirmiş, razılaşmaq istəməsə də dayısının təkidindən sonra razılaşmış, dayısının apardığı ünvanın qarşısına getmişlər. Maşından düşüb bir taxta parçası götürərək binanın blokunun giriş dəhlizində olan videomüşahidə kamerasının istiqamətini çevirməyə çalışarkən təsadüfən, istəmədən kameranı sındırmışdır. Onun dayısı Ramisin oğurluq edəcəyindən xəbəri olmamışdır, yalnız qız məsələsinə görə bu hərəkətin edildiyini bilmişdir. Onun kirayə yaşadığı mənzildən aşkar edilmiş 3000 ABŞ dollarını dayısı Ramis hadisədən bir neçə gün əvvəl ona borc vermişdir. Təsadüfən baş vermiş bu hadisə ilə bağlı çox peşmandır. Dayısı ilə bağlı baş vermiş bu hadisəyə görə vurulmuş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxslə tam barışıq əldə olunmuşdur. Ona qarşı heç bir tələb və şikayət yoxdur. Oğurluq edilmiş mənzilin sahibini ümumiyyətlə tanımır, nə məsələ olduğunu da bilmir. Ailə vəziyyətinin, şəxsiyyətinin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı tam, Təqsirləndirilən şəxs1 qismən etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, hər gün səhər saat 09 radələrində yaşadığı ünvan 2 ünvandan çıxaraq Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən işlədiyi “Pearl Dent” stomatoloji klinikasına getmiş, axşam saat 19 radələrində işlədiyi klinikadan çıxaraq yaşadığı evə geri qayıtmışdır. 25 aprel 2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı X10 övladları Nəzrin və Əli ilə birlikdə bacısının övladının olması münasibətilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. O, Ramazan bayramı ilə əlaqədar Türkiyə Respublikasına gedə bilməmiş, buna görə də Ramazan ayının qurtarmasını gözləmişdir. 03 may 2022-ci il tarixdə təxminən saat 04 radələrində yaşadığı ünvandan çıxaraq “Heydər Əliyev” hava limanına getmiş və oradan da təyyarə ilə İstanbul şəhərinə uçmuşdur. 10 may 2022-ci il tarixdə saat 03 radələrində ailəsilə birlikdə İstanbul şəhərindən Bakıya geri qayıtmış, mənzilin giriş qapısını açmaq üçün açarı kilid yerinə saldıqda açarın girmədiyini və ardınca qapının cəftəsini çəkdikdə qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra onda mənzildən oğurluq olunması ilə bağlı şübhələr yaranmış, ona görə mənzilə daxil olub otaqları yoxlamağa başlamışdır. Mənzilə daxil olarkən içəridə hər hansı bir dağınıqlıq müşahidə etməsə belə mənzilin ikinci mərtəbəsində yerləşən qarderob otağında olan seyfi yoxlamağı qərara almışdır. Seyfi yoxladıqda kilidli vəziyyətdə olduğunu görmüşdür. Buna baxmayaraq o, şübhələrini aradan qaldırmaq məqsədilə seyfi açarla açmış və seyfdə saxladığı 60000 ABŞ dolları və 4300 manat pulun yerində olmadığını görmüşdür. Seyfin içərisindəki sellofanda 100 ABŞ dolları əsnikasları ilə 40000 ABŞ dolları, seyfdə olan pul kisəsində 100 ABŞ dolları əskinasları ilə 20000 ABŞ dolları və 15 ədəd 200 manatlıq əsnikaslarla 3000 manat və 13 ədəd 100 manatlıq əsnikaslarla 1300 manat məbləğində pul olmuşdur. Seyfdə pullarla yanaşı arvadı Vüsalə Kərimovaya məxsus qızıl-zinət əşyaları da olmuş, amma həmin qızıl-zinət əşyalarının heç birinə toxunulmamışdır. O, dərhal baş vermiş oğurluq hadisəsi barədə “102” Xidmətinə məlumat vermiş, polis əməkdaşları tez bir zamanda onun yaşadığı ünvana gələrək evə baxış keçirmişlər. Sonradan hadisəni törətmiş şəxslər tapılmış, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmış və onları bağışlamışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, ünvan 4 ünvanında azyşalı övladı X11 ilə birlikdə yaşayır. O, 2008-ci ildə Rusiya Federasiyasının Dağıstan bölgəsindəki İzbirbaş şəhərində bazarda satıcı işlədiyi vaxtlarda həmin bazarda karqoda işləyən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, tanışlıqdan bir müddət sonra onlar ailə qurub Bakı şəhərinə köçmüşlər. O, Ramislə birlikdə yaşadığı müddət ərzində heç bir maddi sıxıntı və ailədaxili problem yaşamamış, Ramis ev və torpaq sahələrinin alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırmışdır. 09 may 2022-ci il tarixdə axşam saat 22 radələrində evdə olarkən Ramis evə gəlmiş və gödəkçəsinin içərisindən bir ədəd sellofan çıxarıb həmin sellofanın içərisində pul olduğunu, həmin pulu isə torpaq alqı-satqısından əldə etdiyini ona bildirmişdir. Bundan sonra Ramis həmin pulu mətbəx otağında olan şkafın üstünə qoymuş və yatmağa getmişdir. 20 may 2022-ci il tarixdə o, binanın qarşısında oğlu ilə birlikdə gəzişərkən polis əməkdaşları yaxınlaşaraq onu Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polislərlə birlikdə Polis Şöbəsinə getmiş və orada ona məlum olmuşdur ki, Ramis hansısa mənzildən oğurluq etməkdə şübhəli bilinir. O, ərinin oğurluq etməsi barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Polis Şöbəsində olanda Ramis ona zəng vuraraq evdə mətbəx otağındakı şkafın üst hissəsində pulun olmasını ona xatırlatmış və bu vaxt o, çox qorxmuşdur. O, Polis Şöbəsindən evə qayıtdıqdan sonra Ramisin yeznəsi Elçinə zəng vuraraq yaşadığı ünvana gəlməsini xahiş etmişdir. Elçin də onun xahişi ilə 22 may 2022-ci il tarixdə səhər saatlarında onun yaşadığı binanın qarşısına gəlmiş, evdən çıxaraq Elçinlə görüşmüş və sellofanı saxlaması üçün Elçinə vermişdir. Elçin ondan həmin bağlamada nə olduğunu soruşduqda, o, həmin pulun Ramisin işləyərək yığdığı pul olduğunu demiş və Elçindən həmin pulu saxlamasını xahiş etmişdir. Elçin də onunla razılaşıb həmin sellofan bağlamanı ondan götürmüşdür. Nə özü, nə də ki Elçin həmin sellofanda olan pulun oğurluq yolu ilə əldə edildiyini bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qaynı, Təqsirləndirilən şəxs1 isə onun baldızının oğludur. 22 may 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs2 arvadı Aminat zəng vuraraq onu yaşadığı binanın qarşısına çağırmış, o da etiraz etməyərək Aminatın xahişi ilə oraya getmiş, görüşəndə Aminat əri Ramisin polislər tərəfindən tutulduğunu ona bildirmiş və başlarının qarışıq olması səbəbindən əlində olan ağ rəngli sellofanı ona verərək saxlamasını xahiş etmişdir. O, Aminatdan sellofanda nə olduğunu soruşduqda Aminat ailələrinə məxsus pul olduğunu demiş, o da etiraz etməyərək sellofanı götürüb çıxıb getmişdir. Bir müddət sonra polis əməkdaşları ona zəng vuraraq Aminat xanımın ona verdiyi sellofanı gətirməyini bildirmişlər, o da könüllü olaraq həmin sellofanı Xətai rayon Polis İdarəsinə aparmış, idarədə polis əməkdaşlarının iştirakı ilə həmin sellofana baxış keçirilmiş və içərisində olan 42000 ABŞ dolları pul protokollaşdırılaraq ondan götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə 2011-ci ildən tanış olmuş və həmin vaxtdan aralarında qeyri-rəsmi münasibətləri başlanmışdır. 21 may 2022-ci il tarixdə saat 16 radələrində Ramis zəng vuraraq onu metronun “Neftçilər” stansiyasının yaxınlığında olan parka çağırmışdır. Ramis görüş zamanı ona bacısı oğlu Camalla birlikdə həkim Elmarın evindən oğurluq etdiyini, Camalın tutulduğunu, onun isə axtarıldığını bildirmişdir. Ramis ondan yaşadığı məhəlləyə gedib orada polislərin olub-olmadığını öyrənib ona məlumat verməyi xahiş etmişdir. O, Ramisin yaşadığı məhəlləyə gedəndə orada çoxlu polis əməkdaşının olduğunu görüb Ramisə bu barədə məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Baxış keçirilməsi haqqında 10 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvandır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 9-21). Diskə baxış keçirilməsi haqqında 10 may 2022-ci il tarixli protokoldan görünür ki, 09 may 2022-ci il tarixdə saat 21:49:07-də əynində qara rəngli kapşonka, ağ rəngli idman şalvarı olan, sifəti tibbi maska ilə örtülü bir nəfər orta yaşlı şəxs binanın girişində olan təhlükəsizlik kamerasını əlində olan taxta parçası ilə sındırmışdır. İbtidai istintaq zamanı həmin şəxsin X4 müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 qeyd olunan təhlükəsizlik kamerasını dayısı Təqsirləndirilən şəxs2 tapşırığı ilə sındırdığını bildirmişdir (cild 1, iş vərəqə 23). Baxış keçirilməsi haqqında 22 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvana baxış zamanı Təqsirləndirilən şəxs2 əldə etdiyi pulu ağ rəngli sellofanda mənzilin mətbəx otağında olan şkafın üst hissəsinə qoyaraq gizlətdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 62-67). Baxış keçirilməsi haqqında 22 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvana baxış zamanı Təqsirləndirilən şəxs1 əldə etdiyi pulu yataq otağında çarpayının alt hissəsində gizlətdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 90-97). Götürmə aparılması haqqında 22 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanda Təqsirləndirilən şəxs1 3650 ABŞ dollar, 400 manat və 50 avro məbləğində pulları təqdim etmişdir (cild 1, iş vərəqə 98-99). Könüllü təqdim etmə və götürmə haqqında 22 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq yolu ilə etdiyi və sonuncunun arvadı X3 tərəfindən 21 may 2022-ci il tarixdə ona verdiyi bağlama formasında pulu könüllü olaraq istintaq orqanına təqdim etmişdir (cild 1, iş vərəqə 100). İfadənin yerində yoxlanılması barədə 23 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq hadisəsi ilə bağlı ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 116-127). İfadənin yerində yoxlanılması barədə 23 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 videomüşahidə kamerasını sındırması ilə bağlı ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 128-133). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 30 may 2022-ci il tarixli 22/ 835a nömrəli arayışından görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili qıfılın silindirik mexanizmi zavod üsulu ilə hazırlanıb, uzunluğu 26 mm olan silindiri işlək vəziyyətdədir. Uzunluğu 40 mm olan silindirin açar oyuğunda sınıb qalmış açar aşkar edildi, 1,8x8x27 mm ölçüdə həmin açar qırığı boz rəngli metaldan hazırlanıb. Həmin açar qırığının bir üzünün yonulması və üzərində 5 ədəd təxmini 3 mm diametri olan dəliklərin olması aşkar edildi. Uzunluğu 40 mm olan silindirin ştiftlərinin işçi və yan səthlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş izlər aşkar edilməsə də, uzunluğu 26 mm olan silindirin açar oyuğu tərəfdən aşağı hissədə birinci mövqedə duran ştiftin və yuxarı hissədə duran ştiftlərin işlək səthi üzərində kənar predmetin təsiri nəticəsində əmələ gəlmiş metal deşilməsi, cızılması və əzilməsi izləri aşkar edilmişdir.Tədqiqata təqdim edilmiş beş ədəd açar zavod üsulu ilə istehsal olunub və təqdim edilmiş silindirik mexanizmin açarlarıdır (cild 1, iş vərəqə 208-212). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı yazmış olduğu qəbzlərdən görünür ki, o, 28 may 2022-ci il tarixdə 45000 ABŞ dollar, 28 iyun 2022-ci il tarixdə isə 29800 manat pulu ibtidai istintaq orqanından təhvil almışdır (cild 1, iş vərəqə 202,238). Məhkəmə-trasoloji ekspertizasının 20 iyul 2022-ci il tarixli 3/730 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş seyf qapısının bağlayıcı mexanizmi hal-hazırda istifadəyə yararsızdır. Təqdim edilən seyf qapısı tədqiqata təqdim edildikdə bağlı vəziyyətdə olmuşdur. Tədqiqata təqdim edilmiş seyf qapısının açar yuvasının səthində istismar nəticəsində əmələ gəlməyə xarakterik sürtünmə izləri aşkar edilmişdir. Təqdim edilmiş seyf qapısının səthində, açar yuvasının giriş səthində, daxili detallarında mexaniki təsir nəticəsində, o cümlədən kənar predmetlə yetirilməyə xarakterik zədələr yoxdur. Bununla belə seyf qapısının bağlayıcı mexanizminin konstruksiyasını nəzərə almaqla onun vintaçan, düzəltmə açar və ya kilidaçanla iz qoymadan açılması mümkündür. Tədqiqata təqdim edilən qıfılın silindrik mexanizmi nasazdır, hal-hazırda istifadəyə yararsızdır. Təqdim edilən silindrik mexanizm istifadə yararsız olduğundan həmin mexanizmin vəziyyətinə dair (açıq və ya bağlı olması) tədqiqatın aparılması mümkün deyil. Tədqiqata təqdim edilmiş silindrik mexanizminin ekspert tərəfindən şərti olaraq “a” hərfi ilə şarə edilmiş açar yuvasının girişindən silindrik mexanizmin mərkəzinə doğru istiqamətdə üst hissədə olan müvafiq sıra ardıcıllığı ilə ikinci, üçüncü, beşinci ştiftlərin səthində kənar pedmetin təsirindən yaranmağa xarakterik rəyin tədqiqi hissəsində təsvir edilən cızılma, əzilmə, deşilmə zədələri vardır. Həmin zədələrin kənar predmetlə (məsələn: kilidaçan, düzəltmə açar, vintaçan və sair) müdaxilə zamanı yaranması və bu müdaxilə zamanı qıfılın açılması istisna edilmir. Əks olunan zədələr onu yaradan predmetin müqayisəsini aparmaq üçün kifayət etmədiyindən zədələrin konkret hansı predmetin təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilən qıfılın açar yuvasında aşkar edilmiş iki ədəd folqayabənzər materialın, sınıb qalmış açar qırığının qıfıl açılmazdan əvvəl müvafiq predmetə birləşdirilməklə qıfılı açmağa cəhd edilərkən müəyyən məqsədlə istifadə olunması istisna edilmir (cild 2, iş vərəqə 67-72). Məhkəmə kompüter-texniki ekspertizasının 09 avqust 2022-ci il tarixli 5/818 nömrəli rəyindən görünür ki, təqdim edilən bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz edilmiş “Samsung Galaxy S21 Ultra” markalı “SM-G998B/DS” modelli **********939713, **********39714” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz edilmiş “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli **********87843, 860 **********50” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilən bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təhciz edilmiş “X20 7” markalı M1901F7G modelli **********35411, **********76413 imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “X20 7” markalı “M1901F7G” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “Telegram” Facebook/Mesenger” proqram təminatları, “İnstagram” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadilələri, “WhatsApp”, “WhatsApp Business” proqram təminatları vasitəsi ilə aparılmış audio, foto, video fayllar və sairə mövcud olan və yaddaşından pozulmuş məlumatlar aşkar olundu. Tədqiq olunan “X20 7” markalı “M1901F7G” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” və “WhatsApp Business” proqram təminatları vasitəsi ilə aparılmış çat (yazışma) seansları məlumat mübadilələrini naməlum texniki səbəblərə görə “UFED TOUCH 2” markalı qurğunun köçürməməsi səbəbindən istintaq orqanına təqdim etmək mümkün olmadı. Tədqiq olunan “Samsung Galaxy S21 Ultra” markalı “SM-G998B/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatları vasitəsi ilə aparılmış audio, foto, video fayllar və sairə mövcud olan məlumatlar müəyyən olundu. Tədqiq olunan “Xiaomi Poco X3 GT” markalı 21061110AG modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatları vasitəsi ilə aparılmış audio, foto, video fayllar və sairə mövcud olan məlumatlar müəyyən olundu. Rəyin tədqiqi hissəsinin 6-cı bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Samsung Galaxy S21 Ultra” markalı SM-G998B/DS modelli və “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfonların yaddaşından hər hansı bir (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatları vasitəsi ilə aparılmış audio, foto, video fayllar və sairə mövcud olan məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.Təqdim edilmiş “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatları vasitəsi ilə aparılmış mübadilələri, “İnstagram” sosial şəbəkəsinə aid miqrasiya orqanlarına hazırlıq adlı istifadəçinin profilinin “Direct” bölməsində məlumat mübadiləsi, “Telegram” proqram təminatları vasitəsi ilə aparılmış məlumat mübadilələri müəyyən olundu, lakin rəyin Tədqiqi hissəsinin 6-cı bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı.Təqdim edilmiş "Xiaomi Poco X3 GT” markalı 21061110AG modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Facebook” sosial şəbəkəsində on doqquz ədəd bildirişlər aşkar olunsada “Facebook” proqramı təminatının yüklənməməsi səbəbindən həmin bildirişlərin məzmununu müəyyən etmək mümkün olmadı.Təqdim edilmiş "Samsung Galaxy S21 Ultra” markalı SM- G998B/DS modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatları vasitəsi ilə aparılmış (çat seansı, qəbul olunmuş, çıxan, buraxılmış, səsli və çıxan video zənglər) mübadilələri, “Facebook” sosial şəbəkəsinə aid “Ramiz İsmayılov” adlı istifadəçinin “Messenger” bölməsində məlumat mübadilələri və “İnstagram” sosial şəbəkəsinə aid “ramis_ahmadov” adlı istifadəçinin “Direct” bölməsində məlumat mübadiləsi müəyyən olundu, lakin rəyin tədqiqi hissəsinin 6-cı bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (cild 2, iş vərəqə 143-148). Zərərçəkmiş şəxs 28 iyun 2022-ci il tarixli ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsləri bağışladığını, onlara qarşı şikayətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 239). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 25 avqust 2022-ci il tarixli, 7822 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicədə olmamışlar (cild 2, iş vərəqə 133). İbtidai istintaq orqanının 22 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əlbir olan digər şəxslərin müəyyən edilməsi məqsədilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 3, iş vərəqə 43-45). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 218-220, 243- 249). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 216). «Miqrasiya orqanları Qanunvericilik test toplusu» kitabından müəyyən olunur ki, Dövlət Miqrasiya Xidmətinin Test mərhələsi üzrə imtahanına hazırlıq vəsaiti olan 2021-ci ilə aid həmin nəşrin müəllifi Təqsirləndirilən şəxs1dur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş əməl ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 01 saylı qərarına əsasən, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Qeyd olunan Plenum qərarının 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Plenum qərarının 20-ci bəndinin 2-ci və 3-cü abzaslarına əsasən, bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, özünü təqsirli bilərək səmimi peşman olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, tədris fəaliyyəti ilə məşğul olmasını isə Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Müəyyən olunur ki, mənzildə aşkar etdikləri qızıl-zinət əşyalarını ümumiyyətlə götürməyən təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə bərpası mümkün olmayan ziyan vurmamışlar, talanmış pul külli miqdarda olsa belə hadisədən sonra tam şəkildə zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə işin hallarını ətraflı təhlil edib bu qənaətə gəlir ki, barələrində cəzanı ağırlaşdıran halların da olmadığı nəzərdə saxlanılmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsindəki cəzanı yüngülləşdirən hallar cinayətin və onu törədən şəxslərin şəxsiyyətinin təhlükəliliyini xeyli dərəcədə azaldır. Məhkəmə, işin bütün hallarını məcmu halında dəyərləndirməklə, təqsirləndirildikləri maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın ən yumşaq həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının ədalət prinsipi də nəzərə alınmaqla işin vəziyyətinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək adekvat cəza olmayacağını vurğulayır, ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslərə cinayətə görə sanksiyada nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı cəzanın təyin edilməsinin zəruri və məqsədəmüvafiq olduğu nəticəsinə gəlir. Məhkəmə, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasının yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz (Öztürk Almaniyaya qarşı, § 53; X9rşı, § 26). Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddinin müəyyən edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən onların cinayətkar niyyətin həyata keçirilməsində iştirak dərəcəsini, onların cinayətin törədilməsində rollarını, mənsub olduğu sosial qrupu və digər xüsusatları nəzərə alır. Məhkəmə bu kriteriyaları da nəzərdə saxlamaqla hesab edir ki, istinad edilən talama cinayətinin törədilməsində faktiki birbaşa fəal hərəkətlərə yol verməmiş, iştirakı yalnız dayısının tapşırığına əsasən binanın giriş blokundakı videomüşahidə kamerasının görüntü qeyd alma funksiyasını aradan qaldırmağa yönəlmiş hərəkətlə məhdudlaşmış, dayısının mənzilə qanunsuz daxil olma hərəkəti ilə bağlı əlavə səylər göstərməmiş, zərərçəkmişə əlavə maddi ziyan vurulması ilə nəticələnə bilən başqa hərəkətərə yol verməmiş, ziyalı kimi dövlət qulluğuna hazırlıqla bağlı kurslar təşkil edib pedaqoji istiqamət kimi qiymətləndirilə bilən fəaliyyətlə məşğul olan və bu sahə üzrə dərs vəsaiti nəşr etdirən Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 ilə müqayisədə daha aşağı həddə cəza təyin olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 22 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəlinin 22 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 46-47, 76-77,191-200). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99-1.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Bakcell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər tərəfindən təqdim olunmuş 02 ədəd CD disk, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy S21 Ultra” markalı “SM-G998B/DS” modelli **********939713, **********39714” İmei kodlu mobil telefonun, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Xiaomi Poco X3 GT” markalı 2106111OAG” modelli **********87843, 860 **********50” İmei kodlu və bir ədəd “X20 7” markalı M1901F7G modelli **********35411, **********76413 İmei kodlu mobil telefonların və X2 aid “İphone 13 Pro max” markalı mobil telefonun ayrılmış cinayət işi üzrə materiallarda saxlanılması nəzərə alınmalı, həmin mobil telefonlardan aşkar edilmiş məlumatları özündə əks etdirən bir ədəd yaddaş qurğusu (fləş kart), Təqsirləndirilən şəxs1 binanın giriş kamerasını sındırarkən qeydə alınmış görüntülərini özündə əks etdirən 01 ədəd CD disk, Şahid3 42000 ABŞ dollar pulun götürülməsi barədə protokol, Təqsirləndirilən şəxs1 3650 ABŞ dolların, 400 manat və 50 avronun götürülməsi barədə protokol cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 72 (yetmiş iki) manat olmaqla cəmi 144 (bir yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 2, iş vərəqə 68,144). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə hesablanarkən Təqsirləndirilən şəxs1 həbsdə olduğu müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətini əhatə etdiyindən onun cəzası tam çəkilmiş hesab edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübutlar - “Bakcell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər tərəfindən təqdim olunmuş 02 ədəd CD disk, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy S21 Ultra” markalı “SM-G998B/DS” modelli **********939713, **********39714” İmei kodlu mobil telefonun, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Xiaomi Poco X3 GT” markalı 2106111OAG” modelli **********87843, 860 **********50” İmei kodlu və bir ədəd “X20 7” markalı M1901F7G modelli **********35411, **********76413 İmei kodlu mobil telefonların və X2 aid “İphone 13 Pro max” markalı mobil telefonun ayrılmış cinayət işi üzrə materiallarda saxlanılması nəzərə alınsın, həmin mobil telefonlardan aşkar edilmiş məlumatları özündə əks etdirən bir ədəd yaddaş qurğusu (fləş kart), Təqsirləndirilən şəxs1 binanın giriş kamerasını sındırarkən qeydə alınmış görüntülərini özündə əks etdirən 01 ədəd CD disk, Şahid3 42000 ABŞ dollar pulun götürülməsi barədə protokol, Təqsirləndirilən şəxs1 3650 ABŞ dolların, 400 manat və 50 avronun götürülməsi barədə protokol cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 72 (yetmiş iki) manat olmaqla cəmi 144 (bir yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar