Məhkəmə qərarları › İş №1(101)-866/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-866/2024

22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-866/2024 22.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 22 noyabr 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-də “Paytaxt” və “Universal” filiallarının müdiri, X9 müdir müavini vəzifələrində işləmiş, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 33, 3-cü giriş, mənzil 125-də qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs , öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, “Muğanbank" Açıq Səhmdar Cəmiyyəti üzrə 32 nömrəli, 30 yanvar 2012-ci il tarixli əmrlə həmin Cəmiyyətinin “Paytaxt” filialının müdiri vəzifəsinə təyin edilib 21 aprel 2015-ci il tarixədək həmin vəzifədə işləyərkən, vəzifə təlimatına əsasən filialın fəaliyyətini planlaşdırmaq və işini təşkil etmək, filialda satışı təşviq və təşkil etmək, filialın hədəflərinin yerinə yetirilməsini təmin etmək, bankın məhsullarının satışında hərtərəfli dəstək göstərərək satışa nəzarət etmək, müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanması işini təşkil etmək, müştəri bazarının mütəmadi olaraq təhlil edilməsini təmin etmək, öz səlahiyyətləri daxilində qərar qəbul etmək, portfellərin həcmi, keyfiyyəti və gəlirliyi üçün tam məsuliyyət daşımaq, bazardan sərfəli layihələr üzrə səmərəli təkliflər axtarıb tapmaq, iş prosesinin daima təkmilləşdirilməsi və xidmətlərin yaxşılaşdırılması qayğısına qalmaq və müvafiq tədbirlər görmək, Müşahidə Şurası, İdarə Heyəti və bankdaxili komitələrin filiallara aid qəbul etdikləri qərarların, habelə Azərbaycan Mərkəzi Bankının normativ aktlarının yerinə yetirilməsini təmin etmək, filialın fəaliyyəti barədə mütəmadi olaraq Baş Ofisin müvafiq nəzarət orqanını məlumatlandırmaq, səhv qərarları nəticəsində Banka dəymiş zərərə görə mövcud qanunvericiliyə müvafiq olaraq maddi və mənəvi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla “Banklarda kreditlərin verilməsi Qaydalan”nın tələblərinə əsasən kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmasının müəyyən edilməsi, bankdaxili qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbi müəyyən olunmadığı, habelə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın tələblərinə əsasən kreditin ödənilməsi üçün pul axınlarının mənbəyi, bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat, başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş illik maliyyə hesabatları, kreditin müddəti ərzində illik maliyyə hesabatları, onun fəaliyyət göstərdiyi sektorun təhlili nəticələri, kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlərin olmadığı halda, özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz, kredit götürmək üçün müraciət edən şəxsin isə zəruri proseduralar gözlənilmədən kredit almasına şərait yaratmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə, 08 may 2012-ci il tarixdə müdiri olduğu filialın müştərisi olan fiziki şəxs Şahid4 ilə 24 ay müddətinə, illik 22 % hesablamaq şərti ilə 55.000 (əlli beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 43.230 (qırx üç min İki yüz otuz) manat məbləğində kredit verilməsinə dair 08 may 2012cü il tarixli, 185 -12\P-EB-1 saylı müqavilə bağlamaqla həmin vəsaitin 14 may 2012-ci il tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialının kassasından Şahid4 tərəfindən nağd məxaric olunması, nəticəsində hüquqi şəxs olan Zərərçəkmiş şəxs ASCnin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə eləcə də, Zərərçəkmiş şəxs ASC-nin X18 tərəfindən 01 mart 2013-cü il tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən, filialın fəaliyyətini planlaşdırmaq və işini təşkil etmək, filialda satışı təşviq və təşkil etmək, filialın hədəflərinin yerinə yetirilməsini təmin etmək, bankın məhsullarının satışında hərtərəfli dəstək göstərərək satışa nəzarət etmək, müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanması işini təşkil etmək, müştəri bazarının mütəmadi olaraq təhlil edilməsini təmin etmək, öz səlahiyyətləri daxilində qərar qəbul etmək, portfellərin həcmi, keyfiyyəti və gəlirliyi üçün tam məsuliyyət daşımaq, bazardan sərfəli layihələr üzrə səmərəli təkliflər axtarıb tapmaq, iş prosesinin daima təkmilləşdirilməsi və xidmətlərin yaxşılaşdırılması qayğısına qalmaq və müvafiq tədbirlər görmək, Müşahidə Şurası, İdarə Heyəti və bankdaxili komitələrin filiallara aid qəbul etdikləri qərarların, habelə Azərbaycan Mərkəzi Bankının normativ aktlarının yerinə yetirilməsini təmin etmək, filialın fəaliyyəti barədə mütəmadi olaraq Baş ofisin müvafiq nəzarət orqanını məlumatlandırmaq, səhv qərarları nəticəsində Banka dəymiş zərərə görə mövcud qanunvericiliyə müvafiq olaraq maddi və mənəvi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati- təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla “Banklarda kreditlərin verilməsi Qaydaları’'nın tələblərinə əsasən kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmasının müəyyən edilməsi, bankdaxili qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbi müəyyən olunmadığı, habelə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın tələblərinə əsasən kreditin ödənilməsi üçün pul axınlarının mənbəyi, bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat, başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş illik maliyyə hesabatları, kreditin müddəti ərzində illik maliyyə hesabatları, onun fəaliyyət göstərdiyi sektorun təhlili nəticələri, kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlərin olmadığı halda, özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz, kredit götürmək üçün müraciət edən şəxsin isə zəruri proseduralar gözlənilmədən kredit almasına şərait yaratmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə, 18 dekabr 2013-cü il tarixdə müdiri olduğu filialın müştərisi olan fiziki şəxs-sahibkar Şahid3 ilə "dövriyyə vəsaitinin artırılması" məqsədi ilə 42 ay müddətinə, 6 ay güzəşt müddəti olmaqla illik 16% hesablamaq şərti ilə 260.000 (iki yüz altmış min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 203.944 (iki yüz üç min doqquz yüz qırx dörd) manat məbləğində kredit verilməsinə dair 19 dekabr 2013-cü il tarixli, 448/13 saylı müqavilə bağlamaqla həmin məbləğdən 2.600 (iki min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2039,44 manat (iki min otuz doqquz manat qırx dörd qəpik) konvertasiya xidmət haqqı, 1001.56 manat (bir min bi manat əlli altı qəpik) nağd məxaricə görə bank xidmət haqqı kimi tutulması nəzərə alınmaqla qalan 200.312 (iki yüz min üç yüz on iki) manat pul vəsaiti ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialının kassasından Elnur Cabbarov tərəfindən nağd məxaric olunması nəticəsində hüquqi şəxs olan Zərərçəkmiş şəxs ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o,qeyd olunan vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə eləcə də, Zərərçəkmiş şəxs ASC-nin X18 tərəfindən 01 mart 2013-cü il tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən, filialın fəaliyyətini planlaşdırmaq və işini təşkil etmək, filialda satışı təşviq və təşkil etmək, filialın hədəflərinin yerinə yetirilməsini təmin etmək, bankın məhsullarının satışında hərtərəfli dəstək göstərərək satışa nəzarət etmək, müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanması işini təşkil etmək, müştəri bazarının mütəmadi olaraq təhlil edilməsini təmin etmək, öz səlahiyyətləri daxilində qərar qəbul etmək, portfellərin həcmi, keyfiyyəti və gəlirliyi üçün tam məsuliyyət daşımaq, bazardan sərfəli layihələr üzrə səmərəli təkliflər axtarıb tapmaq, iş prosesinin daima təkmilləşdirilməsi və xidmətlərin yaxşılaşdırılması qayğısına qalmaq və müvafiq tədbirlər görmək, Müşahidə Şurası, İdarə Heyəti və bankdaxili komitələrin filiallara aid qəbul etdikləri qərarların, habelə Azərbaycan Mərkəzi Bankının normativ aktlarının yerinə yetirilməsini təmin etmək, filialın fəaliyyəti barədə mütəmadi olaraq Baş ofisin müvafiq nəzarət orqanını məlumatlandırmaq, səhv qərarları nəticəsində Banka dəymiş zərərə görə mövcud qanunvericiliyə müvafiq olraq maddi və mənəvi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati- təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, “Muğanbank" ASC tərəfindən ona etibar edilmiş əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq məqsədilə müdir kimi işlədiyi bankın “Paytaxt” filialının müştərisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru cinayətdən xəbərsiz Şahid2 Cəmiyyətin həmin dövrdə mövcud olan kredit borcu və kredit xəttinin müddətinin uzadılması ilə bağlı zəruri olan sənədlərin imzalanmasını yalandan bildirib, bu adla Şahid2 17 yanvar 2014-cü il tarixdə filiala dəvət edərək, ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialında xidməti otağında qabaqcadan hazırladığı "xxxx" MMC-yə 36 ay müddətinə 410.000 (dörd yüz on min) manat məbləğində kredit verilməsinə dair kredit götürülməsi hüququ verən rəsmi sənəd hesab edilən 17 yanvar 2014-cü il tarixli, 09/14 saylı Baş kredit müqaviləsinə 1 saylı 22 yanvar 2014-cü il tarixli müqaviləyə bu barədə qeyd edilən tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialında xidməti otağında tamah niyyətilə saxta məlumatlar daxil etməklə həmin sənədlərin cinayətdən xəbərsiz olan Şahid2 təqdim edib imzalanmasına və Cəmiyyətin möhürü ilə təsdiqlənməsinə nail olub, həmin sənədləri filial müdiri kimi özü imzalayıb filialın möhürü ilə təsdiq etməklə 23 yanvar 2014-cü il tarixdə həmin pulun 2.460 (iki min dörd yüz altmış) manatının komissiya haqqı kimi, 2.041 (iki min qırx bir) manatının nağd məxaricə görə tutulması nəzərə alınmaqla, 405.499 (dörd yüz beş min dörd yüz doxsan doqquz) manatının ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialının kassasından Şahid2 məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə bankın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsilə kredit ayrılmasına və həmin kreditin götürülməsinə nail olub, şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş Zərərçəkmiş şəxs ASC-yə məxsus ümumilikdə 405.499 (dörd yüz beş min dörd yüz doxsan doqquz) manat məbləğdə pul vəsaitini külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinin X18 E.Ə.Həsənov tərəfindən verilmiş 21 aprel 2015-ci il tarixli, 515 nömrəli əmrlə 21 aprel 2015-ci il tarixdən 09 dekabr 2015-ci il tarixədək olan müddət ərzində “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinin Daxili Audit Departamentinin direktor müavini vəzifəsində işləyərkən Daxili Audit Departamentinin direktoru N.N.Həsənova tərəfindən təsdiq edilmiş 08 aprel 2009-cu il tarixli vəzifə təlimatına əsasən bankın təşkili və idarə edilməsi ilə əlaqədar nəzarət orqanı tərəfindən müəyyən edilmiş siyasət, prinsiplər, qayda və təlimatlar da daxil olmaqla bankın fəaliyyətini nizamlayan hüquqi və normativ tələblərə lazımi diqqət yetirmək, hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələri, saxlanc müqavilələri, satış və sair üzrə hər hansı və ya bütün aktivləri yoxlamaq, bankın işçiləri tərəfindən həyata keçirilən tədbirlərin və əməliyyatların cari qanunvericiliyə və normativ tələblərə uyğunluğunun adekvatlığını müəyyən etmək, bankın siyasətini və strategiyasını, qərar qəbul etmə prosedurlarını, uçot və hesabat vermə qaydalarını müəyyənləşdirən bankdaxili qərarlara dair yazılı sənədləri əldə etmək, bank tərəfindən həyata keçirilən əməliyyatlar barədə Azərbaycan Respublikasının qanunvericiliynə riayət etməklə, müştərilərə sorğular göndərmək, bank rəhbərliyinin hüquqi və normativ tələblərə və yaxud bankın daxili qayda və prosedurlarına zidd qərarlar qəbul etdiyi və ya edəcəyi barədə xəbər tutarsa, Daxili Audit Departamentinin direktoruna məlumat vermək, risklərin idarə edilməsi sistemlərinin işləməsinə nəzarətin adekvatlığına nəzarətin təşkil edilməsində iştirak etmək, normativ-hüquqi aktların və bankdaxili qaydaların icrasının vəziyyətinin auditinin təşkil edilməsində iştirak etmək, bütün növ bank əməliyyatları və bank biznesində mövcud olan bütün risklərin təftiş və auditinin təşkil edilməsində iştirak etmək, risk ehtimalı ilə əlaqədar bank kapitalının qiymətləndirilməsi sisteminin yoxlanılması və qiymətləndirilməsinin təşkil edilməsində iştirak etmək və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru cinayətdən xəbərsiz Şahid2 məlumatı olmadan 22 iyul 2015-ci il tarixdə Bankın Kredit Komitəsində Zərərçəkmiş şəxs ASC-in “Paytaxt” filialı ilə “Marf’ MMC arasında xx.xx.2014-cü il tarixində bağlanmış 09/14 saylı Baş kredit müqaviləsi çərçivəsində həmin Cəmiyyətə 2-ci tranşla dövriyyə vəsaitinin artırılması məqsədilə xx.xx.2017-ci il tarixədək, illik 16 % dərəcəsi hesablanmaq şərtilə 390.000 (üç yüz doxsan min) ABŞ dolları məbləğində kredit xəttinin açılması barədə məsələyə baxılaraq müsbət qərar qəbul edilməsinə nail olduqdan sonra 24 iyul 2015-ci il tarixdə tanışı cinayətdən xəbərsiz olan Şahid2 filiala dəvət edərək Cəmiyyətin əvvəllər filiala olan kredit borcu ilə bağlı zəruri sənədlərin imzalanmasını və möhürlənməsini yalandan bildirib, bu adla sonuncunu filialda “VİP” müştəri kimi təqdim edərək, kredit götürülməsi hüququ verən rəsmi sənəd hesab edilən “Paytaxt” filialı ilə "xxxx" MMC arasında bağlanmış 24 iyul 2015-ci il tarixli, 2 saylı müqavilə əsasında 18 ay müddətinə, illik 16 % dərəcəsi ilə 390.000 (üç yüz doxsan min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 409.266 (dörd yüz doqquz min iki yüz altmış altı) manat məbləğində kredit verilməsinə dair qeyd edilən tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialında tamah niyyətilə saxta məlumatlar daxil edilməsinə, eləcə də həmin sənədləri özü Şahid2 imzalatdıracağını bildirib sonuncuya təqdim etmədən ’’Borc alan” qrafası qarşısında Şahid2 yerinə özü imza edərək Cəmiyyətin möhürü ilə təsdiqlənməsinə nail olaraq, cinayət əməllərini davam etdirərək həmin tarixdə pulun 390 (üç yüz doxsan) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 409,26 manatının (dörd yüz doqquz manat iyirmi altı qəpiyinin) komissiya haqqı kimi, 1.220,46 (bir min iki yüz iyirmi manat qırx altı qəpik) manatının nağd məxaricə, 817,71 (səkkiz yüz on yeddi manat yetmiş bir qəpiyinin) manatın konvertasiyaya görə bank xidmət haqları kimi tutulması nəzərə alınmaqla, 406.819 (dörd yüz altı min səkkiz yüz on doqquz) manatının ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialının kassasından Şahid2 məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə bankın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsilə “formal” kredit ayrılmasına və həmin kreditin yuxarıda göstərilən baş kredit müqaviləsinə 22 yanvar 2014-cü il tarixli 1 saylı müqavilə üzrə yaranmış borcun aradan qaldırıması məqsədilə predmeti ABŞ dolları valyutasında ifadə olunan kredit müqaviləsinin bağlanmasına nail olmaqla vəzifəli şəxs kimi rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmiş, hüquqi şəxs olan Zərərçəkmiş şəxs ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, təkrarən, “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinin X18 E.Ə.Həsənov tərəfindən verilmiş 29 aprel 2020-ci il tarixli, 205/HR nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinin “Universal" filialının müdiri vəzifəsində işləyərkən, Zərərçəkmiş şəxs ASC-nin X18 tərəfindən 01 mart 2013-cü il tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən, filialın fəaliyyətini planlaşdırmaq və işini təşkil etmək, filialda satışı təşviq və təşkil etmək, filialın hədəflərinin yerinə yetirilməsini təmin etmək, bankın məhsullarının satışında hərtərəfli dəstək göstərərək satışa nəzarət etmək, müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanması işini təşkil etmək, müştəri bazarının mütəmadi olaraq təhlil edilməsini təmin etmək, öz səlahiyyətləri daxilində qərar qəbul etmək, portfellərin həcmi, keyfiyyəti və gəlirliyi üçün tam məsuliyyət daşımaq, bazardan sərfəli layihələr üzrə səmərəli təkliflər axtarıb tapmaq, iş prosesinin daima təkmilləşdirilməsi və xidmətlərin yaxşılaşdırılması qayğısına qalmaq və müvafiq tədbirlər görmək, Müşahidə Şurası, İdarə Heyəti və bankdaxili komitələrin filiallara aid qəbul etdikləri qərarların, habelə Azərbaycan Mərkəzi Bankının normativ aktlarının yerinə yetirilməsini təmin etmək, filialın fəaliyyəti barədə mütəmadi olaraq Baş ofisin müvafiq nəzarət orqanını məlumatlandırmaq, səhv qərarları nəticəsində Banka dəymiş zərərə görə mövcud qanunvericiliyə müvafiq olaraq maddi və mənəvi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək, ona etibar edilmiş bankın əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, filialının müştərisi olan cinayətdən xəbərsiz “Naviqator LTD" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şahid1 2020-ci ilin avqust ayında direktoru olduğu Cəmiyyətin dövriyyəsinin artırılmasına dair kredit rəsmiləşdirilməklə ayrılacaq vəsaitin ona verilməsinə və həmin kreditin özü tərəfindən tam şəkildə ödəniləcəyini bildirib Şahid1la razılığa gələrək öz qulluq mövqeyindən istifadə etməklə 28 avqust 2020-cı il tarixdə filialın müdiri kimi onunla "xxxx" MMC-nin direktoru Şahid1 arasında 28 avqust 2020-ci il tarixli, 001/U saylı, 24 ay müddətinə, illik 4 % dərəcəsi ilə təminatsız 118.200 (bir yüz on səkkiz min iki yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 200.940 (iki yüz min doqquz yüz qırx) manat məbləğində kredit rəsmiləşdirilməsinə nail olub, həmin tarixdə pulun 453 (dörd yüz əlli üç) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 770,1 manatının (yeddi yüz yetmiş manat on qəpik) komissiya haqqı kimi tutulması nəzərə alınmaqla, qalan 117.747 (bir yüz on yeddi min yeddi yüz qırx yeddi) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 200.169,9 manatını (iki yüz min bir yüz altmış doqquz manat doxsan qəpik) “Marf" MMC-in Paytaxt filialındakı kredit borcu üzrə **********00242USD14 saylı bank hesabına köçürülməsi ilə hüquqi şəxs olan Zərərçəkmiş şəxs ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, 2014-cü ildə ailə üzvlərinin sayının çoxalması və əmək haqqının məbləğinin az olması ilə əlaqədar ətrafındakı dost tanışlarının şirkətləri ilə ortaqlıq şəklində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Özü işlədiyi bankdan kredit götürə bilməməsi səbəbindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün özünə məxsus əmlakları girov qoyaraq 2012-ci ildən Zərərçəkmiş şəxs ASC-nin müştərisi olan "xxxx" MMC adına kredit əldə etmək qərarına gəlmişdir. Ayrılmış kreditlərin bankın digər müştərisi olan və həm buğda, həm də biyan deyilən yabanı bitki satışı ilə məşğul olan Şahid8la şərikli biznes fəaliyyətinə yönləndirilməsi nəzərdə tutulmuşdur. 2014-cü ildə "xxxx" MMC-yə 410000 manat məbləğində kredit ayrılmışdır. Kredit ayrılarkən Marf MMC-nin fəaliyyəti kredit komissiyası tərəfindən araşdırılmış, əvvəlki kreditləri və qazancı ilə əlaqədar hər hansı çatışmamazlıq müşahidə olunmadığına görə ona yenidən kredit ayrılmışdır. Həmin araşdırma rəsmi hesabata görə aparılırmışdır. Kredit kimi ayrılmış pul məbləği kassadan "xxxx" MMC-nin direktoruna təhvil verilmiş, həmin pul vəsaitləri isə tərəfindən götürülərək Şahid8 təqdim edilmişdir. Girov qoyulan əmlaklar biri atasının mülkiyyətində olmuşdur. Həmin əmlakların dəyəri 550.000 manat məbləğində qiymətləndirilmişdir. Ayrılmış pul vəsaiti bərabər paylarla özü və şərikinin biznes fəaliyyətinə yönləndirilməsi düşünülmüşdür. Həmin ziyanla bağlı 400.000 manatdan çox pul ödəmişdir. Həmin müqavilə üzrə borcunun ödənilməsi üçün ona 2015-ci ildə dollarla kredit götürülməsi təklif edilmiş, dollar 1.70 AZN olduqdan sonra kredit daha da böyüməyə başlanmışdır. "xxxx" MMC-yə ayrılmış kreditin tərəfindən götürülməsi epizodu üzrə Təqsirləndirilən şəxs bildirmişdir ki, Mərkəzi bankın tələbinə əsasən, verilən kreditdə dövriyyə olmalıdır. Ona başqa bir firmanın tapılması, adına kredit rəsmiləşdirilməsi və rəsmiləşdirilən kreditin hesabına "xxxx" MMC-nin 24 iyul 2015-ci il tarixli 2 saylı müqavilə üzrə borclarının ödənilməsi təklif olunmuşdur. Bu məqsədlə "xxxx" MMC-yə 118000 dollar məbləğində kredit ayrılmış və "xxxx" MMC-nin borcları bağlanmağa başlamışdır. Sonuncunun borcları bağlandıqca "xxxx" MMC-nin borcları çoxalmağa başlamışdır. "xxxx" MMC və "xxxx" MMC ilə hansısa əlaqə olmamış, sadəcə hər iki müştərini tanımışdır. Şahid4 kredit verilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildirmişdir ki, sonuncu tərəfindən ayrılmış 98000 manatın bir hissəsi ödənilmişdir. Ödənişləri dayandırmasının səbəbi “Saşa” adlı şəxslə aralarında yaranan problem olmuşdur. Şahid4 ayrılmış kredit vəsaitindən ona hər hansı məbləğ ödənilməmişdir. Şahid3 kredit ayrılması ilə əlaqədar epizod üzrə təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxs sahibkarlıq fəaliyyəti ilə əlaqədar həm manatla, həm də dollarla kredit götürmüş, manatla olan kredit tərəfindən ödəmişdir. Sonuncu sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün ona kredit ayrılmasına müsbət rəy verilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə izahat verərək bildirmişdir ki, Şahid4 Şəhriyar oğlu ilə kredit müqaviləsi ABŞ dolları valyutasında kredit verilməsi ilə bağlı olmuşdur. Təqsirləndiriləndirilən şəxsin qanunsuz hərəkətləri nəticəsində həmin kredit müqavilələri üzrə banka ümumilikdə 932 919 dollar 60 sent məbləğində zərər vurulmuşdur. Şahid3 ilə bağlı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair məhkəmə qətnaməsi də mövcuddur ki, ittiham aktı elan olunduqdan sonra 10 000 manat pul ödənilmişdir. Qalan məbləğlər ödənilməmiş qalmışdır. Həmin məbləğin təqsirləndirilən şəxsdən tutularaq xeyirlərinə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirmişdir ki, əvvəllər "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmışdır. Tərəflərindən kredit "xxxx" ASC-nin Təqsirləndirilən şəxs işlədiyi filialından əldə edilmişdir. Təqsirləndirilən şəxsla münasibəti elə o vaxtdan formalaşmışdır. Onların adına təxminən 800 000 manatlıq kredit xətti açılmışdır. Həmin kredit xəttinin hesabına onlar məhsul əldə etmiş, lakin sonradan borclarını ödəmişlər. Onlara ayrılmış kredit xətti həmişə açıq qalmışdır. Ayrılmış kredit xətti manat valyutasında ifadə olunmuşdur. Devalvasiya dövründə şirkəti bağlamaq istədikdə aparılmış vergi yoxlaması nəticəsində banka borclarının olduğu barədə məlumatlandırılmışdır.Təqsirləndirilən şəxsla bu xüsusat üzrə görüşmüş, sonuncu ona həmin pulu bir iş üçün götürdüyünü, öz girovunun olduğunu və krediti bağlayacağını bildirmişdir. Bir müddət sonra yenidən borcun ödənilmədiyindən xəbər tutaraq yenidən təqsirləndirilən şəxslə görüşmüş, sonuncu ona həmin pulun tərəfindən ödəniləcəyini, narahat olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs 400 000 manat kredit götürməsini bilsə də hansı məqsədlə götürməsindən xəbəri olmamışdır. Həmin pulun çıxarılması zamanı orada iştirak etməmişdir. Təqsirləndirilən şəxs ona həmin pul vəsaitini Telman adlı şəxslə biznes qurmaq üçün götürdüyünü bildirmişdir. Nə onların adına kredit xətti açılması, nə də pul vəsaitinin götürüməsi barədə məlumatlandırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Direktor və təsisci Şahid2 ilə birlikdə “Marf MMC” də 2011-2015-ci illərdə çalışmış, maliyyə məsələlərinə nəzarət etmişdir. Əvvəllər şirkətləri “Texnika Bank”-la işləmişdir. Tərəflərindən həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar mütəmadi kredit götürülmüş, lakin borclarını ödəmişlər. 2015-2016-cı illərdə Fuad ona “Marf MMC”-nin adına əlavə kredit olduğunu, həmin kredit vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən Telman adlı şəxslə biznes fəaliyyəti ilə məşğul olması üçün götürdüyü barədə məlumat vermişdir. Fuada “Marf MMC”- nin adına kredit olması barədə bankdan məlumat verilmiş, sonuncu Təqsirləndirilən şəxs bu barədə etirazlarını bildirsə də təqsirləndirilən şəxs həmin krediti özü ödəyəcəyini iddia etmiş, onların bu kreditə görə narahat edilməyəcəyinə söz vermişdir. Onların məlumatları olmadan kreditlə alınan pulun məbləği 390 000 dollar olmuşdur. Fuadın həmin sənədlərin imzalanmasından xəbəri olmamış və ya tərəfindən imzalanmış sənədin mahiyyətini başa düşməmişdir. Təqsirləndirilən şəxs onlara Şahid2 kredit xəttindən istifadə edildiyini, girovu isə özünün qoyduğu barəsində məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, götürmüş olduğu kreditlə bağlı X10 İdarəsinə dəvət edilmiş, Zərərçəkmiş şəxs ASC-yə 200 000 manat və 260 000 dollar kredit borcu olmuş və 200 000 manatlıq kredit borcunu bağlamışdır. Kredit borcu kimi pul vəsaiti götürərkən ondan rüşvət alınmamış, götürdüyü kredit borcuna uyğun əmlaklarını girov qoymuşdur. Seyidov küçəsində yerləşən 4 otaqlı mənzil və Mehdiabadda 10 sot torpaq kreditə görə satılmış və nəticədə həmin məbləğ 260 000 dollar borcdan çıxılmışdır. Həmin kreditə 2022-ci ildə 60 000 dollar pul, 2023-cü ilin noyabr ayında 10 000 dollar ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Şahid2 və Rəşadla birlikdə xaricdən gətirilən quş yemlərinin satışı ilə bağlı ortaq ticarət fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" MMC şirkətində konkret payları olmamışdır. Rəşad həmin şirkətdə maliyyə işlərinə nəzarət etmiş, Şahid2 isə direktor olmuşdur. 2015-ci ildə devalvasiya olduğu üçün məhsullar dollarla alınıb manatla satılmış və bu vəziyyət onlara sərf etmədiyi üçün fəaliyyətlərini dayandırmışlar. 2015-ci ildə "xxxx" MMC-ni bağlayan zaman direktor ona zəng edərək banka borcları olması barəsində məlumat vermişdir. Şahid2 kredit barədə məlumat Vergi xidmətindən verilmişdir. Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat verən zaman o, banka öz girovlarını qoyub kredit götürdüyünü və heç kəsin onları narahat etməyəcəyi bildirmişdir. Həqiqətən də onları kimsə narahat etməmişdir. Sənədlərin rəsmiləşdirilməsində kimin iştirak etməsini, həmçinin girov əmlaklarının nədən olduğunu bilməmişdir. Bankdan birbaşa kredit götürülməsində iştirak etməmiş, əvvəllər götürülən kreditlərə görə o, sənədləri imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, 2015-ci ilin sonlarında Zərərçəkmiş şəxsASC-nin rayon filialından baş idarənin göstərişi ilə Təqsirləndirilən şəxs işləyən filiala müdir kimi gəlmiş və Təqsirləndirilən şəxsla bir yerdə işləməyə başlamışdır. Təqsirləndirilən şəxs həmin filiala kömək məqsədilə gətirilmişdir. Bankın möhürləri onda, kassa peçatları isə kassada olmuşdur. O, “Marf MMC”-yə kredit verilməsində və sənədlərin imzalanmasında iştirak etmişdir. Həmin filiala yeni gəlmiş və təşkilatları yaxşı tanımamışdır. Həmin şirkətdən onlara möhürlü və imzalı Müşahidə Şurasının qərarı ilə kredit müqaviləsi təqdim edilmiş, o da həmin sənədi imzalamışdır. Filial böyük olduğundan və işlər çox olduğundan hər bir müştəri ilə maraqlana bilməmişdir. Müdir kimi işlədiyi filialdan kredit götürülməsinə icazə verməsinə dair sənədləri imzalamış və möhürləmişdir. "xxxx" MMC Təqsirləndirilən şəxs xidmət göstərdiyi köhnə şirkət olmuşdur. Təqsirləndirilən şəxs bir dəfə "xxxx" MMC-nin müdirini onunla tanış etmişdir. Kredit verərkən adətən kredit alan şəxslərin maliyyə vəziyyətini təhlil etmişdir. Lakin "xxxx" MMC-nin kredit tarixçəsinin təhlil edildiyini xatırlamamış, Müşahidə Şurasından onu dəfələrlə çağırıb köhnə kreditlərin ödənilib-ödənilməməsi barədə suallar vermişlər.Təqsirləndirilən şəxs Audit Departamentində müavin olmuş və Baş İdarənin Rəhbəri həmin İdarəyə problemlərlə bağlı onu göndərmişdir. Təqsirləndirilən şəxs kredit qovluqlarını Hüquq Departamentinə vermiş, sənədlər Hüquq Departamentinə gedəndən sonra bankın Müşahidə Şurasından onu çağırıb yenidən “qovluqlarla” bağlı sual vermişlər. Bankdan kredit borcu verilməsi üçün müştəri kredit şöbəsinin əməkdaşına ərizə ilə müraciət etdikdən sonra müvafiq sənədlər risk və kredit şöbəsinə göndərilir, daha sonra müşahidə şurası tərəfindən bu barədə qərar qəbul edilir. "xxxx" MMC-yə kredit verilən zaman risk və kredit şöbəsi həmin kreditin verilməsini nəzərdən keçirmişdir. Kredit barədə kredit komitəsindən razılıq əldə edildikdən sonra həmin məsələyə Müşahidə Şurasında baxılmışdır. Təqsirləndirilən şəxs Risklər Komitəsinə, Müşahidə Şurasına, Kredit Komitəsinə təsir etmək imkanı olmamışdır. "xxxx" MMC-yə kreditin verilməsində komitənin xəbəri olmuş, hər hansı şəxsin adına açılmış kredit xətti üzrə pul vəsaitinin kassadan əldə edilməsi yalnız şəxsiyyət vəsiqəsilə müraciət etməklə həmin şəxsin özünə məxsus olmuşdur. Kredit verilərkən kassada oturan şəxs həmin şəxsin şəxsiyyətini dəqiqləşdirdikdən sonra krediti vermişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin adından kredit götürmə imkanı olmamışdır. Sonradan Təqsirləndirilən şəxs kreditə görə əmlakının satıldığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, İdris bankın müdiri, özü isə həmin bankın müştərisi olmuşdur. Şahid1 "xxxx" MMC-nin direktoru olmuşdur. Kamilin adına olan şirkətin hesabına 118 000 dollar kredit götürüb baş ofisdəki şirkətin balansına köçürmüşlər. Hansısa sənədin rəsmiləşdirilməsində iştirak etməmiş, Korrupsiya Baş İdarəsində ifadə verərkən Təqsirləndirilən şəxs görə araşdırma aparıldığından xəbərdar olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, "xxxx" MMC-nin adından Şahid1 adına etibarnamə almış və etibarnaməyə əsasən Kamil həmin Cəmiyyətin direktoru olmaqla adından qərar qəbul etmək səlahiyyətlərinə malik olmuşdur. Fəaliyyətlərinə rəhbərlik etdiyi nağdlaşdırma əməliyyatı ilə bağlı təsis edilmiş şirkətlərin hesabları Zərərçəkmiş şəxs ASC-nin “Universal” filialında olduğu üçün hesab açdırarkən filial müdiri Təqsirləndirilən şəxsla tanış olmuş və yaxşı münasibətləri yaranmışdır. 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs ASC-nin “Universal” filialında olarkən filial müdiri Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq həmin filialda hesabı olan "xxxx" MMC-in adına kredit rəsmiləşdirməyi xahiş etmiş və həmin krediti özü qısa zamanda ödəyib bağlayacağını bildirmişdir. İdris filial müdiri olduğu üçün öz adına kredit götürə bilmədiyini demişdir. Təqsirləndirilən şəxs inanaraq Cəmiyyətin direktoru Şahid1la bu barədə danışmış və sonuncunun razılığını almışdır. Təxminən bir neçə gün sonra Kamillə birlikdə bankın “Universal” filialına gedərək Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan sənədləri Kamil imzalanmış və Cəmiyyətin möhürü isə onda olduğu üçün onun tərəfindən vurulmuşdur. Həmin vaxt "xxxx" MMC-nin adına hazırda xatırlamadığı məbləğdə kredit rəsmiləşdirilmiş, lakin nə Kamil nə onun tərəfindən heç bir məbləğdə kredit götürülməmiş, İdris tərəfindən də onlara heç bir məbləğdə pul vəsaiti verilməmişdir. Kredit vəsaiti ilə bağlı aparılan digər əməliyyatlardan heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs 2-3 ay ərzində həmin krediti bağlayacağına söz verdiyinə görə sənədləri imzalayıb təsdiq etdikdən sonra filialdan heç bir məbləğdə pul götürməyərək çıxıb getmişlər. Təxminən 5-6 ay sonra Kamil ona zəng edərək bankın Baş ofisindən zəng olunduğunu və kreditlə bağlı ödənişlərin tələb edildiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs zəng edərək bu barədə demiş, sonuncu narahat olmamağı və krediti ödəyəcəyini demişdir. Lakin buna baxmayaraq İdrisdən krediti ödəməsini tələb etsə də, sonuncu krediti ödəməmişdir. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindəki arasındakı ziddiyyətləri ibtidai istintaq dövründə dindirilmə protokollarını oxumadan imza etməsi ilə əlaqələndirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Muğan Bankda filial müdiri olduğu zaman özü həmin bankın müştərisi olmuşdur. Bankdan götürdüyü pullarla Azərbaycandan xaricə biyan ixrac edib, xaricdən Azərbaycana taxıl idxal etmişdir. Əvvəllər 285 000 manat pul götürmüşdür. Halhazırda banka borcu yoxdur. Təqsirləndirilən şəxsla 2013-2014-cü illərdə ortaq ticarətləri olmuşdur. 2014-cü ildəki ticarəti Biyan kökü ilə bağlı olmuşdur. Biyan kökü ilə bağlı krediti Təqsirləndirilən şəxsla birlikdə götürmüşdür. Kreditin götürülməsi üçün təminat verməmişdir. Kredit onun adına rəsmiləşdirilməmişdir. 2013-2014-cü ildəki kredit onun adına olmamışdır. "xxxx" MMC-ni taxılla da təmin etmişdir. 285 000 manatı hissə-hissə götürmüşdür. Pulları bankdan götürən zaman heç bir müqavilə imzalamamışdır. Təqsirləndirilən şəxsla yaxın münasibəti olduğu üçün birlikdə işləmişlər. 285 000 manat Təqsirləndirilən şəxs özünə aid olan kapital olmuşdur. İrana məhsul ixrac etdikdən sonra 700 000 dollar ziyana düşdüyü üçün 285 000 manat da həmin pulun içində getmişdir. Sonradan pulların xatırlamadığı şirkətin adına götürüldüyündən xəbərdar olmuşdur. 285 000 manatı 2-3 aya geri qaytarmışdır. Sonradan kredit xəttinin 410 000 manat olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, özü "xxxx" MMC-də direktor vəzifəsində işləmişdir. Kreditin ayrılması ilə bağlı sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs Şahid6 tanımışdır. Kredit müqaviləsini imzalamaq üçün etibarnamə ilə getmiş, həmin müqavilə üzrə götürülmüş pul vəsaitindən ona hər hansı məbləğ ödənilməmişdir. Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “Universal” filialının müdiri kimi tanımışdır. Sonradan həmin kreditlə bağlı Zərərçəkmiş şəxs ASC tərəfindən ona zəng edildikdə Təqsirləndirilən şəxsla əlaqə saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 2008-2009-cu illərdə Muğan bankın nümayəndəsilə münasibəti olduğu üçün əvvəlcə 25 000 dollar pul götürmüşdür. Biznesi genişləndiyi üçün bir neçə dəfə də həmin bankdan kredit götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin Paytaxt filialında işləmişdir. Sənədləri Elxan adlı şəxsə vermiş, sonuncu krediti götürən zaman əvvəlki kreditindən 37 500 manat borcu qalmışdır və sonradan götürdüyü pul əvvəlki 37 500 manat pulun üzərinə gəlmişdir. Vaqif onun şəriki, Sudeyf adlı şəxs isə onun qardaşı olmuşdur. Kredit onun adına olsa da pulu Vaqif ondan alıb marketin rəhbəri Sudeyfə vermişdir. Təqsirləndirilən şəxs bank əməkdaşı kimi tanımışdır. Sudeyf və Vaqifin adına götürülən kredit zamanı Təqsirləndirilən şəxsla deyil, Elxan adlı bankın nümayəndəsi ilə görüşmüş, kredit götürmək üçün Vaqifin ailəsi də ev girov qoyulduğu üçün banka getmişdir. 2012-2013-cü ildə market bağlanmış, Vaqifin qardaşı tutulmuş və girov qoyulmuş ev müsadirə olunmuşdur. Sonradan apellyasiya məhkəməsinin qərarına əsasən ev girovluqdan çıxarılmışdır, Zərərçəkmiş şəxs ASC dən təxminən 3-4 dəfə kredit götürmüş, hər üç müqavilədə ev girovluqda olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, çörək sexində çörək bişirən işləyir. 2000-ci ildən 2013-cü ilə kimi Bakı Metropolitetinin «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən ərzaq satışını həyata keçirən «Masallı» marketin şirniyyat şöbəsində satıcı işləmişdir. Həmin market Masallı rayonu, Boradigah kəndindən olan X3 məxsus olmuşdur. Vaqif qardaşı Sudeyf Məcidovla ortaq şəkildə işləmişdir. Vaqif şəxsi vəsaiti hesabına şirniyyat məhsullarını topdan alıb pərakəndə formada həmin marketdə satılması ilə məşğul olmuş və əldə olunan gəlirdən müəyyən payı isə Sudeyfə vermişdir. 2009-cu ildə ortaq biznes fəaliyyəti ilə əlaqədar Sudeyfin qardaşı Vaqif Məcidovla sonuncu tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Mircəlal küçəsində yerləşən 2 otaqlı mənzil girov qoyulmaqla Zərərçəkmiş şəxs ASC-dən onun adına müxtəlif məbləğlərdə kredit götürmüşlər və həmin kreditlər vaxtında ödənilmişdir. 2012-ci ilin may ayında Südeyf Məcidov ona müraciət edərək qızının evinin təmiri üçün 55.000 ABŞ dolları pul lazım olduğunu bildirərək həmin pulu Zərərçəkmiş şəxs ASC-dən öz adına kredit kimi götürüb sonuncuya verməsini xahiş etmişdir. Daha sonra Vaqif ona həmin pulu bankdan götürmək üçün özünün mülkiyyətində olan Bakı Mircəlal küçəsində yerləşən mənzili girov qoymağa razı olduğunu, pulu bankdan götürüb Sudeyfə verməsinə etiraz etmədiyini bildirmişdir. Bununla bağlı o, həmin şəxslərlə birlikdə “Muğanbank ASCnin “Paytaxt” filialına gedərək filial müdiri Təqsirləndirilən şəxsla görüşmüşlər. Sudeyfin adına kredit olduğu üçün yenidən adına kredit götürmək mümkün olmadığını öyrənmiş və bu barədə filial müdiri Təqsirləndirilən şəxs bildirərək adına rəsmiləşdiriləcək kreditin faktiki olaraq Sudeyf Məmmədova məxsus olduğunu, ona aidiyyəti olmadığını, marketdə satıcı işlədiyini və həmin krediti ödəmək iqtidarında olmadığını Təqsirləndirilən şəxs özü şəxsən bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz telefonu vasitəsi ilə Vaqif Məmmədovu videokamerası vasitəsi ilə qeydə almış və Vaqif kamera qarşısında həmin kreditin faktiki olaraq sonuncunun və qardaşı Sudeyf tərəfindən götürüldüyünü, həmin şəxslərin kreditləri olduğu üçün öz adlarına kredit götürə bilmədiklərini demişlər. Təqsirləndirilən şəxs həmin videogörüntünü özündə saxlayacağını və kreditin ödənilmədiyi halda hüquqmühafizə orqanlarına müraciət edəyəcəyini bildirmişdir. Bundan sonra, yəni xx.xx.2012-ci il tarixdə onunla Zərərçəkmiş şəxs ASC-nin Paytaxt filialı arasında ona 55.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə imzalanmış, bəzi bank xərcləri çıxıldıqdan sonra o, 53.000 ABŞ dollarını bankdan götürüb Vaqif Məcidov və Sudeyf Məcidova vermişdir. Bundan sonra Sudeyf Məcidov tərəfindən bir neçə ay ərzində kreditlə bağlı ödənişlər aparılmışdır. Daha sonra X19 rayon Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmişdir. Buna görə krediti ödəyən olmamışdır. «Masallı» market də Sudeyfin borclu olduğu başqa şəxsə verilmişdir. Daha sonra Zərərçəkmiş şəxs ASC kredit borcunun ödənilməsi üçün Vaqif Məcidov və ona qarşı iddia ərizəsi ilə Masallı və Gədəbəy rayon məhkəmələrinə müraciət etmişdir. Gədəbəy məhkəməsində girov qismində qoyulan mənzilin satılıb əldə olunan vəsaitin banka ödənilməsi barədə qərar qəbul etmişdir. Vaqif Məcidov həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmiş və həmin məhkəmənin qərarı ilə girov qismində qoyulun mənzil girovdan çıxarılmışdır. Bundan sonra Vaqif Məcidov qeyd olunan mənzili başqa şəxsə satmışdır. Daha sonra baş verən məhkəmə proseslərindən məlumatı olmamışdır. Bildiyi odur ki, qeyd olunan kredit borcunun onun tərəfindən ödənilməsi barədə qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Hazırda borc qismində göstərilən məbləği banka ödəməyə onun imkanı yoxdur. Vaqif hazırda ailəsi birlikdə Rusiya Federasiyasına köçüb orada yaşayır. Sudeyf də həmçinin həbsdən çıxdıqdan sonra Rusiya federasiyasına köçmüşdür. Həmçinin o, ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci il tarixli 185-12/P- EB-1 nömrəli kredit müqaviləsində borc alan qrafası qarşısındakı imzalar ona məxsusdur, özü icra etmişdir. İfadəsində qeyd etdiyi kimi həmin kredit vəsaitini götürüb Vaqif və Sudeyf qardaşlarına vermişdir. O, satıcı işlədiyi üçün həmin krediti ödəmə qabiliyyəti olmamış və bu barədə filial müdiri Təqsirləndirilən şəxs şəxsən demişdir. Təqsirləndirilən şəxs da onun kredit ödəmə qabiliyyəti olmadığı halda filial müdiri kimi kredit verilməsinə razılıq vermişdir. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindəki arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, götürülən kredit evin təmiri ilə bağlı olmuş və Sudeyif tərəfindən ödənilmişdir. Götürülən krediti hal-hazırda ödəmədiyini və axrıncı dəfə Təqsirləndirilən şəxs gedib sənədləri imzalatdıran zaman gördüyünü bildirmişdir. 12 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx"ASC-nin Universal filialının müdiri Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin direktoru Şahid1 arasında 001/U saylı, 28 avqust 2020-cı il tarixli təminatsız kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC-yə "dövriyyə vəsaitinin artırılması" məqsədi ilə 24 ay müddətinə, illik 4% olmaqla 118200.0 ABŞ dolları kredit verilmiş, 453 (dörd yüz əlli üç) ABŞ dolları komissiya haqqı kimi tutulmuş, 117.747 (bir yüz on yeddi min yeddi yüz qırx yeddi) ABŞ dolları ödəniş tapşırığı əsasında “Marf" MMC-in Paytaxt filialındakı **********00242USD14 saylı bank hesabına köçürülmüşdür. Verilmiş kreditə görə "xxxx" MMC-nin 118.200 ABŞ dolları əsas borc, 13.057,12 ABŞ dolları faiz borcu olmaqla cəmi 131.257,12 ABŞ dolları, ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 223.137,10 manat kredit borcu mövcuddur. Bundan başqa, həmin rəydən görünür ki, “Muğanbank"ASC-nin Paytaxt filialının müdiri Təqsirləndirilən şəxs ilə Şahid3 arasında "dövriyyə vəsaitinin artırılması" məqsədi ilə 19 dekabr 2013-cü il tarixli, 448/13 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Şahid3 260.000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kreditə görə Şahid3 157.628,42 ABŞ dolları əsas və 241.981,22 ABŞ dolları faiz borcu, cəmi 399.609.64 ABŞ dolları olmaqla ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 679.336,39 manat kredit borcu mövcuddur. Bundan başqa, həmin rəydən görünür ki, "xxxx" ASC-nin Paytaxt filialının müdiri Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin direktoru Şahid2 arasında bağlanmış müqaviləyə əsasən Cəmiyyətə kredit təminatı kimi Təqsirləndirilən şəxs məxsus olan ünvan 3 ünvanında yerləşən, 79.85 kv.m ümumi, 63.15 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı 76 nömrəli mənzil (“X15” MMC tərəfindən 130.000 ( yüz otuz min) manat məbləğində qiymətləndirilmişdir.), X8 məxsus olan ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0.025 ha torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı Fərdi yaşayış evi (“X15” MMC tərəfindən 250.000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir) iki ədəd daşınmaz əmlaklar qoyulmaqla 24 iyul 2015-ci il tarixdə 390.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit təminatı olaraq və həmin kreditə görə "xxxx" MMC-nin 132.978,98 ABŞ dolları əsas və 243.990,01 ABŞ dolları faiz borcu, cəmi 376.968,99 ABŞ dolları olmaqla ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 640.847,28 manat məbləğində borcu mövcuddur (Cild 1, iş vərəqə 158-167). Cinayət işi materiallarına əlavə edilmiş 14 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 08 may 2012-ci il tarixdə "xxxx" ASC- nin Paytaxt filialının müdiri əvəzi Təqsirləndirilən şəxsla Şahid4 arasında 55.000 ABŞ dolları məbləğində 08 may 2014-cü il tarixinədək illik 22% ödənilməklə 185-12/P-EP-1 saylı kredit müqaviləsi bağlanmışdır və həmin kreditə görə Şahid4 50464,36 ABŞ dolları əsas borcu və 7.545,84 ABŞ dolları faiz borcu olmaqla cəmi 58.010,20 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 98.617,34 manat məbləğində "xxxx"ASC-yə borcu mövcuddur(Cild 1, iş vərəqə 170-179). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə- mühasibatlıq ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 9/6575 nömrəli rəyindən görürür ki, "xxxx" MMC-nin 118.200 ABŞ dolları əsas borcu, 13.057,12 ABŞ dolları faiz borcu olmaqla cəmi 131.257,12 ABŞ dolları, ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 223.137,10 manat, "xxxx" MMC-nin 132.978,98 ABŞ dolları əsas borcu, 243.990,01 ABŞ dolları faiz borcu olmaqla cəmi 376.968,99 ABŞ dolları, ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 640.847,28 manat, Şahid4 50.464, 36 ABŞ dolları əsas borcu, 7.575,84 ABŞ dolları faiz borcu, cəmi 58.010,20 ABŞ dolları olmaqla ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 98.617,34 manat, Şahid3 157.628,42 ABŞ dolları əsas borcu, 241.981,22 ABŞ dolları faiz borcu, cəmi 399.609.64 ABŞ dolları olmaqla ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 679.336,39 manat məbləğində borcun mövcudluğu müəyyən edilir(Cild 3, iş vərəqə 23-40). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 15 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiq olunan imzalarda qrafik materialların azlığı, cizgilərin sadələyi, imzaların cizgiləri ilə möhür əkslərinin cizgilərinin üst-üstə düşməsi, müqavilənin üst tərəfindəki imzanın əsas hissəsinin zəif görsənməsi səbəblərindən 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsi çərçivəsində Tranşların ayrılmasına dair 24 iyul 2015-ci il tarixli 2 saylı Müqavilənin 1-ci səhifəsinin aşağı sağ hissəsindəki imzanın və arxa hissəsində “Borc alan” qrafasındakı imzanın Şahid2 tərəfindən, Təqsirləndirilən şəxs tərəfindən icra olunubolunmamasının müəyyən edilməsi mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsi çərçivəsində Tranşların ayrılmasına dair 24 iyul 2015-ci il tarixli 2 saylı Müqavilədə olan "xxxx" MMC-nin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsi çərçivəsində Tranşların ayrılmasına dair 24 iyul 2015-ci il tarixli 2 saylı Müqavilədə olan "xxxx" MMC-nin möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün ekperimental əks nümunələri ilə eynilik təşkil edir(Cild 3, iş vərəqə 43-45). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-dən 10 may 2023-cü il tarixli, 24 may 2023-cü il tarixli və 16 iyun 2023-cü il tarixli məktublarla daxil olmuş bank sənədlərindən görünür ki, “Muğanbank'ASC-nin Kredit Komitəsinin 28 avqust 2020-cı il tarixli qərarı əsasında "Naviqator LTD” MMC-yə "dövriyyə vəsaitinin artırılması" məqsədi ilə 24 ay müddətinə, illik 4% olmaqla 118200.0 ABŞ dolları məbləğində kredit xəttinin açılmasına icazə verilmiş, həmin tarixdə "Muğanbank'ASC-nin Universal filialının müdiri Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin direktoru Şahid1 arasında 001/U saylı təminatsız kredit müqaviləsi bağlanmışdır. "Muğanbank'ASC tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin bank hesabından çıxarışa əsasən 28 avqust 2020-ci il tarixdə 118.200 ABŞ dolları məbləğində kredit verilmiş, 453 ABŞ dolları bank komissiyası tutulmuş, 28 avqust 2020-ci il tarixdə UN1001 nömrəli ödəniş tapşırığı ilə 117.747 ABŞ dolları borc müqaviləsi təyinatı ilə "xxxx" MMC-nin Paytaxt filialındakı **********00242USD14 saylı bank hesabına köçürülmüşdür. Borcalan kredit müqaviləsi üzrə öhdəliyi icra etməmiş və 118.200 ABŞ dolları əsas borc, 13.057,12 ABŞ dolları faiz borc olmaqla, cəmi 131.257,12 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 223.137,10 manat məbləğində "xxxx"xxxx"Muğanbank'ASC-nin Paytaxt filialının müdiri Təqsirləndirilən şəxs ilə Şahid3 arasında "dövriyyə vəsaitinin artırılması" məqsədi ilə 19 dekabr 2013-cü il tarixdə 448/13 saylı kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən təqdim olunmuş Şahid3 bank hesabından çıxarışlara əsasən 15 yanvar 2014-cü il tarixdə verilmiş 260.000 ABŞ dolları məbləğində kreditdən 2.600 ABŞ dolları konvertasiya xidmət haqqı tutulmuş, manata konvertasiya olunaraq 201.930 manata AZN hesabına mədaxil olmuş, 1.001,56 manat nağd məxaricə görə bank xidmət haqqı tutulmuş və 200.312 manat pul vəsaiti nağd məxaric olunmuşdur. Bundan əlavə, bank sənədlərindən görünür ki, “Muğanbank"ASC-nin Kredit Komitəsi 22 iyul 2015-ci il tarixdə "xxxx" ASC-nin Paytaxt filialı “MARF" MMC-yə 17 yanvar 2017-ci il tarixinədək, illik 16% hesablamaq şərti ilə, təminatlı, 390.000 ABŞ dolları məbləğində kredit xəttinin açılması barədə məsələni Müşahidə Şurasına çıxarılmasını qərara almışdır. Müqavilə "xxxx" ASC-nin Paytaxt filialının müdiri Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin direktoru Şahid2 arasında bağlanmışdır. "xxxx" ASC tərəfindən təqdim olunmuş bank hesabından çıxarışlara əsasən 24 iyul 2015-ci il tarixdə verilmiş 390.000 ABŞ dolları məbləğində kreditdən 390 ABŞ dolları xidmət haqqı tutulmuş, manata konvertasiya olunaraq 408.856,73 manat AZN hesabına mədaxil olmuş, 1.220,46 manat nağd məxaricə, 817,71 manat konvertasiyaya görə bank xidmət haqları tutulmuş və 406.819 manat pul vəsaiti nağd məxaric olunmuşdur. Bundan başqa, bank sənədlərindən görünür ki, 08 may 2012-ci il tarixdə "xxxx" ASCnin Paytakt filialının müdiri əvəzi Təqsirləndirilən şəxs ilə Şahid4 arasında 55000.0 ABŞ dolları məbləğində 08 may 2014-cü il tarixinədək illik 22% ödənilməklə 185-12/P-EP-1 saylı kredit müqaviləsi bağlanmış və 55.000 ABŞ dolları məbləğində pul vəsaiti nağd məxaric olunmuşdur(Cild 1, iş vərəqə 18-36,59-125, 198-227). "xxxx"ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 14/202-3167 saylı ərizəyə əsasən "xxxx" MMC-nin 132978.98 ABŞ dolları əsas və 243990.01 ABŞ dolları faiz borcu, cəmi 376968.99 ABŞ dolları olmaqla ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 640847.28 manat, "xxxx" MMC-nin 118200.0 ABŞ dolları əsas borc, 13057.12 ABŞ dolları faiz borc olmaqla, cəmi 131257.12 ABŞ dolları, ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 223137.10 manat, Şahid4 50464.36 ABŞ dolları əsas borcu, 7545.84 ABŞ dolları faiz borcu, cəmi 58010.20 ABŞ dolları olmaqla ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 98617.34 manat və X6 Şahid3 157.628,42 ABŞ dolları əsas və 241.981,22 ABŞ dolları faiz borcu, cəmi 399.609.64 ABŞ dolları olmaqla ABŞ dolları borcları mövcuddur(Cild 1, iş vərəqə 7-15). Nizamnamə və digər sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyat idarəsi tərəfindən ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, Cəmiyyətin hüquqi ünvanı ünvan 5n təsisçisi Şahid5, qanuni təmsilçisi Şahid2dur. Cəmiyyətin xx.xx.2012-ci il tarixli Nizamnaməsinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər (Cild 2, iş vərəqə 82-87). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Nizamnamə və digər sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixdə Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, Cəmiyyətin hüquqi ünvanı ünvan 6ır. Cəmiyyətin xx.xx.2019-cu il tarixli Nizamnaməsinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər (Cild 1, iş vərəqə 115-122). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli M/11-5300 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs bankın X18 tərəfindən verilmiş 04 aprel 2007-ci il tarixli, 33 nömrəli əmrlə mikrokreditlər üzrə qrup rəhbəri vəzifəsinə təyin edilmiş, 04 dekabr 2012-ci il tarixli, 1330 nömrəli əmrlə “Paytaxt” filial müdiri vəzifəsinə təyin edilmiş, 21 aprel 2015-ci il tarixli, 515 nömrəli əmrlə Daxili audit departamenti direktorunun müavini vəzifəsinə təyin edilmiş, 09 dekabr 2015-ci il tarixli 1488 nömrəli əmrlə “Paytaxt” filialında problemli kreditlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra etmiş, 29 aprel 2020-ci il tarixli 205/HR nömrəli əmrlə “Universal” filialının müdiri vəzifəsinə təyin edilmiş, 08 aprel 2021-ci il tarixli 180/HR nömrəli əmrlə Xidmət sahələri üzrə iş departamentinin korporativ müştərilər üzrə meneceri vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli 338/HR nömrəli əmrlə “Universal” filialının müdir müavini vəzifəsinə təyin edilmiş və 16 iyun 2023-cü il tarixli 171/HR nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir (Cild 2, iş vərəqə 92-105). Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli M/11-5300 nömrəli məktubla cinayət işinin istintaq materiallarına əlavə edilmiş vəzifə təlimatlarından görünür ki, Zərərçəkmiş şəxs ASC-in X18 Elmir Həsənov tərəfindən təsdiq edilmiş 01 mart 2013-cü il tarixli vəzifə təlimatına əsasən filial müdiri filialın fəaliyyətini planlaşdırmaq və işini təşkil etmək, filialda satışı təşviq və təşkil etmək, filialın hədəflərinin yerinə yetirilməsini təmin etmək, bankın məhsullarının satışında hərtərəfli dəstək göstərərək satışa nəzarət etmək, müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanması işini təşkil etmək, müştəri bazarının mütəmadi olaraq təhlil edilməsini təmin etmək, öz səlahiyyətləri daxilində qərar qəbul etmək, portfellərin həcmi, keyfiyyəti və gəlirliyi üçün tam məsuliyyət daşımaq, bazardan sərfəli layihələr üzrə səmərəli təkliflər axtarıb tapmaq, iş prosesinin daima təkmilləşdirilməsi və xidmətlərin yaxşılaşdırılması qayğısına qalmaq və müvafiq tədbirlər görmək, Müşahidə Şurası, İdarə Heyəti və bankdaxili komitələrin filiallara aid qəbul etdikləri qərarların, habelə Azərbaycan Mərkəzi Bankının normativ aktlarının yerinə yetirilməsini təmin etmək, filialın fəaliyyəti barədə mütəmadi olaraq Baş ofisin müvafiq nəzarət orqanını məlumatlandırmaq, səhv qərarları nəticəsində Banka dəymiş zərərə görə mövcud qanunvericiliyə müvafiq olaraq maddi və mənəvi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirmişdir. Bundan başqa, bankın Daxili Audit Departamentinin direktoru N.N.Həsənova tərəfindən təsdiq edilmiş 08 aprel 2009-cu il tarixli vəzifə təlimatına əsasən Daxili Audit Departamentinin direktor müavini kimi bankın təşkili və idarə edilməsi ilə əlaqədar nəzarət orqanı tərəfindən müəyyən edilmiş siyasət, prinsiplər, qayda və təlimatlar da daxil olmaqla bankın fəaliyyətini nizamlayan hüquqi və normativ tələblərə lazımi diqqət yetirmək, hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələri, saxlanc müqavilələri, satış və sair üzrə hər hansı və ya bütün aktivləri yoxlamaq, bankın işçiləri tərəfindən həyata keçirilən tədbirlərin və əməliyyatların cari qanunvericiliyə və normativ tələblərə uyğunluğunun adekvatlığını müəyyən etmək, bankın siyasətini və strategiyasını, qərar qəbul etmə prosedurlarını, uçot və hesabat vermə qaydalarını müəyyənləşdirən bankdaxili qərarlara dair yazılı sənədləri əldə etmək, bank tərəfindən həyata keçirilən əməliyyatlar barədə Azərbaycan Respublikasının qanunvericiliynə riayət etməklə, müştərilərə sorğular göndərmək, bank rəhbərliyinin hüquqi və normativ tələblərə və yaxud bankın daxili qayda və prosedurlarına zidd qərarlar qəbul etdiyi və ya edəcəyi barədə xəbər tutarsa, Daxili Audit Departamentinin direktoruna məlumat vermək, risklərin idarə edilməsi sistemlərinin işləməsinə nəzarətin adekvatlığına nəzarətin təşkil edilməsində iştirak etmək, normativ-hüquqi aktların və bankdaxili qaydaların icrasının vəziyyətinin auditinin təşkil edilməsində iştirak etmək, bütün növ bank əməliyyatları və bank biznesində mövcud olan bütün risklərin təftiş və audinin təşkil edilməsində iştirak etmək, risk ehtimalı ilə əlaqədar bank kapitalının qiymətləndirilməsi sisteminin yoxlanılması və qiymətləndirilməsinin təşkil edilməsində iştirak etmək və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirmişdir(Cild 2, iş vərəqə 106-113). Cinayət işinin istintaq materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ASC- nin “Paytaxt" filialı ilə fiziki şəxs Şahid4 arasında bağlanmış 08 may 2012-cü il tarixli, 185 - 12\P-EB-1 saylı müqavilə, Zərərçəkmiş şəxs ASC-nin “Paytaxt” filialı ilə fiziki şəxs X12 arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, 448/13 saylı müqavilə, Zərərçəkmiş şəxs ASC-nin “Paytaxt” filialı ilə "xxxx" MMC arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli, 09/14 saylı Baş kredit müqaviləsi, Zərərçəkmiş şəxs ASC- in “Paytaxt” filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixində bağlanmış 09/14 saylı Baş kredit müqaviləsi çərçivəsində 2-ci tranşla dövriyyə vəsaitinin artırılması məqsədilə bağlanmış 24 iyul 2015-ci il tarixli, 2 saylı müqavilə, Zərərçəkmiş şəxs ASC-nin “Universal” filialı ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli, 001/U saylı müqavilə və həmin müqavilələr üzrə bank hesabından çıxarışlar cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə 19 sentyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(Cild 1, iş vərəqə 71-72). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 Əməliyyat İdarəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (Cild 2, iş vərəqə 217-218 ) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır(Cild 1, iş vərəqə 161-162). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsinin ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti həmin Məcəllənin 308.2-ci maddəsində, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllərin tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulur. Məhkəmə əvvəla qeyd edir ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs beş epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Şahid4 və Şahid3 kredit verilməsi epizodu üzrə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən hesab etmişdir ki, sonuncu “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələblərinə əsasən kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmasının müəyyən edilməsi, bankdaxili qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbi müəyyən olunmadığı, habelə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydalar”ının tələblərinə əsasən kreditin ödənilməsi üçün pul axınlarının mənbəyi, bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat, başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş illik maliyyə hesabatları, kreditin müddəti ərzində illik maliyyə hesabatları, onun fəaliyyət göstərdiyi sektorun təhlili nəticələri, kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlərin olmadığı halda, özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz, kredit götürmək üçün müraciət edən şəxsin isə zəruri proseduralar gözlənilmədən kredit almasına şərait yaratmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Şahid4 ilə 24 ay müddətinə, illik 22 % hesablamaq şərti ilə 55.000 (əlli beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 43.230 (qırx üç min İki yüz otuz) manat məbləğində kredit verilməsinə dair 08 may 2012-cü il tarixli müqavilə bağlamaqla həmin vəsaitin 14 may 2012-ci il tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialının kassasından Şahid4 tərəfindən nağd məxaric olunması, habelə həmin kredit üzrə 31 may 2023-cü il tarixə Şahid4 tərəfindən 50.464, 36 ABŞ dolları (əlli min dörd yüz altmış dörd dollar otuz altı sent) əsas və 7.545,84 ABŞ dolları (yeddi min beş yüz qırx beş dollar səksən dörd sent) faiz borcu olmaqla ümumilikdə 58.010,20 ABŞ dolları (əlli səkkiz min on dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 98.617,34 manat (doxsan səkkiz min altı yüz on yeddi manat otuz dörd qəpik) məbləğində pul vəsaitini ödənilməməsi, 18 dekabr 2013-cü il tarixdə müdiri olduğu filialın müştərisi olan fiziki şəxs-sahibkar Şahid3 ilə "dövriyyə vəsaitinin artırılması" məqsədi ilə 42 ay müddətinə, 6 ay güzəşt müddəti olmaqla illik 16% hesablamaq şərti ilə 260.000 (iki yüz altmış min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 203.944 (iki yüz üç min doqquz yüz qırx dörd) manat məbləğində kredit verilməsinə dair 19 dekabr 2013-cü il tarixli müqavilə bağlamaqla həmin məbləğdən 2.600 (iki min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2039,44 manat (iki min otuz doqquz manat qırx dörd qəpik) konvertasiya xidmət haqqı, 1001.56 manat (bir min bi manat əlli altı qəpik) nağd məxaricə görə bank xidmət haqqı kimi tutulması nəzərə alınmaqla qalan 200.312 (iki yüz min üç yüz on iki) manat pul vəsaiti ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialının kassasından Elnur Cabbarov tərəfindən nağd məxaric olunması, habelə 31 may 2023-cü il tarixə həmin kredit üzrə Şahid3 tərəfindən 157.628,42 ABŞ dolları (bir yüz əlli yeddi min altı yüz iyirmi səkkiz dollar qırx iki sent) əsas və 241.981,22 ABŞ dolları (iki yüz qırx bir min doqquz yüz səksən bir dollar iyirmi iki sent) faiz borcu olmaqa ümumilikdə 399.609,64 ABŞ dolları (üç yüz doxsan doqquz min altı yüz doqquz dollar altmış dörd sent), həmin dövrün rəsmi məzənnəsi ilə 679.336,39 (altı yüz yetmiş doqquz min üç yüz otuz altı manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaitini ödənilməməsi nəticəsində hüquqi şəxs olan Zərərçəkmiş şəxs ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs tərəfindən “Banklarda kreditlərin verilməsi Qaydaları”nın və Banklarda kredit risklərinin idarə edilməsi Qaydalarının tələblərinin pozulması özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz, kredit götürmək üçün müraciət edən şəxsin isə zəruri proseduralar gözlənilmədən kredit almasına şərait yaratmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Şahid4 və Elnur Cabbarovla kredit müqaviləsinin bağlanmasında ifadə olunan hərəkətlərin törədilməsi ilə əməlində CM-nin 308-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinin zəruri ünsürü olan hərəkət və ya hərəkətsizlik törədilməsi barədə mövqeyini qəbul etsə də onun əməlləri nəticəsində ağır nəticələrin həmin şəxslər tərəfindən götürülmüş kredit vəsaiti üzrə yaranmış əsas və əlavə borcların ödənilməməsi anında baş verməsi barədə gəldiyi qənaət ilə razılaşmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin məzmunundan aydın olur ki, həmin maddədə nəzərdə tutulan cinayət tərkibi uzanan cinayətlər sferasına aid olmamaqla maddi tərkiblidir, başqa sözlə desək vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsinin fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması əməlləri ağır nəticələrə səbəb olduğu andan bitmiş hesab edilir. Yəni göstərilən hərəkət və hərəkətsizlik ağır nəticələrə səbəb olmadıqda şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə məsuliyyəti istisna edilir. Məhkəmə qeyd edir ki, hərəkət və ya hərəkətsizlik formasında təzahür edən hər hansı əməl və onun nəticəsi arasında birbaşa səbəbli əlaqə olmalı və onu törədən şəxsin həm əməlinə, həm də tərəfindən törədilən əməlin nəticəsinə münasibətdə psixi münasibəti, cinayət tərkibinin subyektiv cəhətinin zəruri elementlərindən biri olan təqsiri, yəni qəsdi və ehtiyatsızlığı müəyyən edilməlidir. Bundan başqa cinayətin iştirakçılıqla törədilməsi halları istisna olunmaqla, şəxsin tərəfindən törədilən cinayət əməlinə görə cinayət məsuliyyətinin yaranması başqa şəxsin hərəkət və hərəkətsizliyi ilə şərtləndirilə bilməz. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən əməlin cinayət sayılması törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Cinayət nəticəsində vurulmuş ziyan isə xarici valyutada ifadə olunsa belə cinayət məsuliyyəti cinayət əməli törədilən zaman qüvvədə olan məzənnə üzrə hesablanmalıdır. Qeyd olunan səbəblərdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələblərinə əsasən kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmasının müəyyən edilməsi, bankdaxili qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbi müəyyən olunmadığı, habelə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydalarının tələblərinə əsasən kreditin ödənilməsi üçün pul axınlarının mənbəyi, bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat, başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş illik maliyyə hesabatları, kreditin müddəti ərzində illik maliyyə hesabatları, onun fəaliyyət göstərdiyi sektorun təhlili nəticələri, kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlərin olmadığı halda, özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz, kredit götürmək üçün müraciət edən şəxsin isə zəruri proseduralar gözlənilmədən kredit almasına şərait yaratmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Şahid4 ilə 08 may 2012-ci il, Şahid3 ilə 19 dekabr 2013-cü il tarixdə müqavilələr bağlayaraq "xxxx" ASCnin “Paytaxt” filialının kassasından Şahid4 tərəfindən 14 may 2012-ci il tarixdə 43.230 (qırx üç min İki yüz otuz) manat, Şahid3 tərəfindən 15 yanvar 2014-cü il tarixdə 200.312 (iki yüz min üç yüz on iki) manat pul vəsaitinin " nağd şəkildə məxaric olunması ilə "xxxx" ASC- nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması ilə ağır zərər vurmaqda ifadə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlləri başa çatmış hesab edilməlidir. Onun həmin epizodlar üzrə baş vermiş nəticəyə münasibətdə təqsiri, Şahid3 və Şahid4 ilə iştirakçılığı sübuta yetirilmədiyi müddətdə aralarında bağlanmış müqavilə üzrə həmin şəxslərin gələcəkdə əsas borcun, faiz borcunun, habelə cərimənin ödənilməsi və ya ödənilməməsindən, ödənilməmiş məbləğindən asılı edilə, habelə cinayət törədildiyi anda qüvvədə olmayan məzənnə ilə hesablanan məbləğə əsasən müəyyən edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət uzanan cinayət olmadığından cinayətin bitmə anı, habelə vurduğu nəticələrin ağırlığı bankın pretenziya məktubu, mütəxəssis və ya ekpertiza rəyi verilən günə əsasən müəyyənləşdirilə bilməməklə həmin sənədlərdə göstərilmiş ödənilməmiş əsas , faiz borcu və ya penyanın məbləği ilə şərtləndirilə bilməz, əksi cinayət qanunun geniş şəkildə təfsir olunmasına səbəb olar. Digər tərəfdən zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ASC-nin cavabdehlər Şahid3, X4 və X7 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və borcun əmlakların satışından əldə ediləcək vəsait hesabına ödənilməsi” tələbinə dair iddiası üzrə işə baxılarkən təqdim edilmiş Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2017-cü il tarixli Pay 1100 nömrəli maliyyə arayışına əsasən Şahid3 xx.xx.2013-cü il tarixli 448/13 nömrəli kredit müaviləsi üzrə banka 209.233,85 ABŞ dolları əsas borc, 105.665,51 ABŞ dolları faiz borcu və 21.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 335.899,36 ABŞ dolları borcu olduğu göstərilmişdir. Həmin mülki işə baxılarkən sübut qismində istifadə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 23964 nömrəli ekspert rəyinə əsasən borc alan Şahid3 xx.xx.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixədək) Zərərçəkmiş şəxs ASC-yə olan əsas borcu üzrə 64.662,77 manat və faiz borcu üzrə 4.849,71 manat, ümumilikdə 69.512,48 manat borcu müəyyən edilmişdir. Bundan başqa qeyd edilmişdir ki, Şahid3 banka xx.xx.2015-cü il tarixdən sonrakı dövrdə ümumilikdə 86.500 manat ödəniş etmişdir. Lakin borcun hesablanması tarixi xx.xx.2015-cü il tarixə hesablandığına görə həmin ödənişlər nəzərə alınmamışdır. Borcalan Şahid3 xx.xx.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə Zərərçəkmiş şəxs ASC-yə olan əsas borc üzrə 209.233,85 ABŞ dolları və faiz borcu üzrə 90.788,80 ABŞ dolları ümumi borcu 300.022,65 ABŞ dolları müəyyən edilmişdir. İş üzrə araşdırılmış sübutları tədqiq edərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə 19 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu,habelə dəbbə pulu daxil olmaqla 291.000 ABŞ dolları (ödəniş günü məzənnəsi ilə) pul və 30 (otuz)manat dövlət rüsümunun cavabdeh Şahid3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın həmin müqavilənin təminatı qismində ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi və sözügedən əmlakların açıq hərracdan satlaraq əldə edilən vəsait hesabına borcun silinməsi qət edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Şahid3 ilə vəzifə səlahiyyətlərindən sui istifadə etməklə qanunla müəyyən edilmiş prosedurları gözləmədən kredit müqaviləsi bağlanması epizodu üzrə cinayət əməlini pul vəsaitinin nağd şəkildə kassadan çıxarılması anından bitmiş hesab etdiyindən Şahid3 19 dekabr 2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə əsas və faiz borcu, habelə dəbbə pulu daxil olmaqla 291.000 ABŞ dolları borcunun olmasının müəyyən edildiyi təqdirdə həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra başlanılmış hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihama əsasən Şahid3 tərəfindən "xxxx" ASC- yə 157.628,42 ABŞ dolları (bir yüz əlli yeddi min altı yüz iyirmi səkkiz dollar qırx iki sent) əsas və 241.981,22 ABŞ dolları (iki yüz qırx bir min doqquz yüz səksən bir dollar iyirmi iki sent) faiz borcu olmaqa ümumilikdə 399.609,64 ABŞ dolları (üç yüz doxsan doqquz min altı yüz doqquz dollar altmış dörd sent) ziyan vurması barədə ibtidai istintaq orqanı tərəfindən gəlinmiş nəticəyə hüquqi qiymət vermir. İttiham aktından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC və "xxxx" MMC arasında 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə saxta məlumatlar daxil etməklə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş, Zərərçəkmiş şəxs ASC-yə məxsus ümumilikdə 405.499 (dörd yüz beş min dörd yüz doxsan doqquz) manat məbləğdə pul vəsaitini götürməsi əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313, 308.2 və 179.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs müdir kimi işlədiyi bankın “Paytaxt” filialının müştərisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru cinayətdən xəbərsiz Şahid2 Cəmiyyətin həmin dövrdə mövcud olan kredit borcu və kredit xəttinin müddətinin uzadılması ilə bağlı zəruri olan sənədlərin imzalanmasını yalandan bildirib, bu adla Şahid2 17 yanvar 2014-cü il tarixdə filiala dəvət edərək, ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialında xidməti otağında qabaqcadan hazırladığı "xxxx" MMC-yə 36 ay müddətinə 410.000 (dörd yüz on min) manat məbləğində kredit verilməsinə dair kredit götürülməsi hüququ verən rəsmi sənəd hesab edilən 17 yanvar 2014-cü il tarixli, 09/14 saylı Baş kredit müqaviləsinə 1 saylı 22 yanvar 2014-cü il tarixli müqaviləyə bu barədə qeyd edilən tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialında xidməti otağında tamah niyyətilə saxta məlumatlar daxil etməklə həmin sənədlərin cinayətdən xəbərsiz olan Şahid2 təqdim edib imzalanmasına və Cəmiyyətin möhürü ilə təsdiqlənməsinə nail olub, həmin sənədləri filial müdiri kimi özü imzalayıb filialın möhürü ilə təsdiq etməklə 23 yanvar 2014-cü il tarixdə həmin pulun 2.460 (iki min dörd yüz altmış) manatının komissiya haqqı kimi, 2.041 (iki min qırx bir) manatının nağd məxaricə görə tutulması nəzərə alınmaqla, 405.499 (dörd yüz beş min dörd yüz doxsan doqquz) manatının ünvan 2 ünvanında yerləşən həmin bankın “Paytaxt” filialının kassasından Şahid2 məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə bankın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsilə kredit ayrılmasına və həmin kreditin götürülməsinə nail olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 39-cu bəndində göstərilir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Göründüyü kimi cinayətin törədilmə üsulu, yəni qulluq mövqeyindən istifadə etmə mənimsəmə və ya israf etmə cinayətinin zəruri tərkib əlaməti olmaqla obyektiv cəhətin ünsürü kimi birbaşa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulduğundan qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törətmiş şəxsin əməlinin əlavə olaraq vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi ilə tövsif edilməsi Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinə ziddir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərini və adı çəkilən Ali Məhkəmənin Plenum qərarının mövqeyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən epizod üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313 və 179.3.2-ci maddələri ilə tövsif edilməlidir. Bundan başqa ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC və "xxxx" MMC arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 24 iyul 2015-ci il tarixli 2 saylı müqavilə, "xxxx" MMC ilə bağlanmış 28 avqust 2020-ci il tarixli müqavilə üzrə kredit götürülməsi ilə əlaqədar əməllərində Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi əlamətlərinin olması barədə nəticəyə gəlmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 22 yanvar 2014-cü il tarixli 1 saylı Müqavilə üzrə "xxxx" MMC-yə kredit qismində verilməsi üçün nəzərdə tutulan , komissiya haqqı və nağd məxaricə tutulan məbləğlər çıxıldıqdan sonra 405.499 manat məbləğində pul vəsaitinin tərəfindən götürüldüyünü, lakin həmin borc üzrə faiz, cərimə kimi məbləğlər ödəsə də əsas borcu ödəmə imkanlarının olmaması səbəbindən “Muğanbank" ASC ilə 22 iyul 2015-ci il tarixdə "xxxx" MMC üçün yenidən, lakin bu dəfə xarici valyutada 390000 ABŞ dolları, həmin dövrün məzənnəsinə əsasən 409.266 (dörd yüz doqquz min iki yüz altmış altı) manat məbləğində kredit verilməsinə dair müqavilə bağlamaqla, komissiya haqqı və nağd məxaricə tutulan məbləğlər çıxıldıqdan sonra həmin dövrün məzənnəsinə əsasən 406.819 (dörd yüz altı min səkkiz yüz on doqquz) manat, yəni təxminən 1 saylı müqavilə üzrə əsas borcunu təşkil edən məbləğində pul vəsaitini götürərək 1 saylı müqavilə üzrə əsas borc vəsaitinin silinməsinə sərf etdiyini bildirmişdir. Devalvasiya olması səbəbindən isə 2 saylı müqavilə üzrə ödədiyi məbləğlər günün məzənnəsinə uyğun hesablanmaqla faiz borcuna, cəriməyə və s. çıxılmış, girov qismində tərəfindən qoyulmuş əmlaklar satılmış, lakin çox sayda borcu yaranması səbəbindən bu dəfə “Muğanbank" ASC ilə 28 avqust 2020-ci il tarixdə "xxxx" MMC üçün 118.200 (bir yüz on səkkiz min iki yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 200.940 (iki yüz min doqquz yüz qırx) manat məbləğində kredit rəsmiləşdirilməsinə nail olmaqla, həmin tarixdə komissiya haqqı, habelə nağd məxaricə tutulan məbləğlər çıxıldıqdan sonra qalan 117.747 (bir yüz on yeddi min yeddi yüz qırx yeddi) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 200.169,9 manatını (iki yüz min bir yüz altmış doqquz manat doxsan qəpik) "xxxx" MMC-in Paytaxt filialındakı kredit borcu üzrə bank hesabına köçürülməsini təmin etmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən məzmunda ifadələri yoxlanılarkən iş materiallarına əlavə edilmiş: 17 yanvar 2014-cü il tarixli müqavilədən görünür ki, aralarında bağlanmış 09/14 saylı Baş Kredit Müqaviləsinə əsasən “Muğanbank" ASC tərəfindən "xxxx" MMC-yə 36 ay müddətinə 410000 manat məbləği həddində kredit limiti ayrılmışdır; 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 22 yanvar 2014-cü il tarixli 1 saylı Müqavilədən görünür ki, Baş Kredit Müqaviləsinə əsasən "xxxx" MMC-yə ayrılmış kredit limitindən 18 ay müddətinə illik 16 % ödənilməklə 410.000 (dörd yüz on min) manat məbləğində kredit xətti verilmişdir. Həmin müqavilə üzrə bank hesabından çıxarış sənədlərindən görünür ki, həmin müqavilə ilə əlaqədar "xxxx" MMC-in Paytaxt filialındakı kredit borcu üzrə **********00242AZM14 saylı bank hesabı açılmış, qeyd olunan müqavilə üzrə bank hesabı sənədlərindən görünür ki, 23 yanvar 2014-cü il tarixdə həmin hesabdan 2.460 (iki min dörd yüz altmış) manatının komissiya haqqı kimi, 2.041 (iki min qırx bir) manatının nağd məxaricə görə tutulmasından sonra ümumi məbləği 405.499 (dörd yüz beş min dörd yüz doxsan doqquz) manat pul vəsaiti nağd şəkildə çıxarılmışdır. 22 iyul 2015-ci il tarixli Təklif Kredit Komitəsinin qərarından görünür ki, kreditə görə 0,1%, konvertasiyaya görə 0,2 %, nağd pulun çıxarılmasına görə isə 0,3 % xidmət haqqı tutulmaq, X11 məxsus olan ünvan 7 ünvanında yerləşən, 79.85 kv.m ümumi, 63.15 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı 76 nömrəli mənzil (“X15” MMC tərəfindən 130.000 ( yüz otuz min) manat məbləğində qiymətləndirilmişdir.), X8 məxsus olan ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0.025 ha torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı fərdi yaşayış evi (“X15” MMC tərəfindən 250.000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir.) iki ədəd daşınmaz əmlakla təmin edilmək şərtilə 390.000 ABŞ dolları məbləğində kredit xəttinin açılması barədə məsələ səsə qoyularaq qəbul edilmişdir. 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 24 iyul 2015-ci il tarixli 2 saylı Müqavilədən görünür ki, Baş Kredit Müqaviləsi çəçivəsində "xxxx" MMC-yə 2-ci tranşla dövriyyə vəsaitinin artırılması məqsədilə xx.xx.2017-ci il tarixədək, illik 16 % dərəcəsi hesablanmaq şərtilə 390.000 ABŞ dolları məbləğində kredit xətti verilmişdir. İş materiallarına əlavə edilmiş bank hesabından çıxarış sənədlərindən görünür ki, həmin müqavilə ilə əlaqədar "xxxx" MMC-in Paytaxt filialındakı kredit borcu üzrə **********00242USD14 saylı bank hesabı açılmışdır; - 28 avqust 2020-ci il tarixli ödəniş tapşırığından, habelə “Marf" MMC-in və "xxxx" MMC-nin bank hesabından çıxarış sənədlərindən görünür ki, "xxxx" MMC-nin bank hesabından “Marf" MMC-in Paytaxt filialındakı kredit borcu üzrə **********00242USD14 saylı bank hesabına 200.169,9 manat pul vəsaiti köçürülmüşdür (Cild 1, iş vərəqə 66, 76); - Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “Marf" MMC- tərəfindən 17 yanvar 2014-cü il tarixli Baş Kredit Müqaviləsinə 22 yanvar 2014-cü il tarixli 1 saylı müqavilə ilə əlaqədar kredit borcu üzrə 802020, 31(səkkiz yüz iki min iyirmi manat 31 qəpik), 24 iyul 2015-ci i il tarixli 2 saylı müqavilə ilə əlaqədar kredit borcu üzrə 542024,77 (beş yüz qır iki min iyirmi dörd manat yetmiş yeddi qəpik) manat pul vəsaiti ödənilmiş, Təqsirləndirilən şəxs tərəfindən sonuncu müqavilə ilə götürdüyü kredit borcu təminatı qismində tərəfindən qoyulmuş girov əmlaklar azad olunmuş və azad olunma səbəbləri müəyyən edilməmişdir; İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 10 may 2023-cü il tarixli ərizəsindən, 18 aprel 2023-cü il tarixli Pretenziya məktubundan görünür ki, “Muğanbank" ASC yalnız "xxxx" MMC ilə bağlanmış 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 24 iyul 2015-ci il tarixli 2 saylı Müqavilə üzrə əsas və faiz borcunun ödənilməməsi barədə məlumat vermişdir. İş üzrə verilmiş 12 iyun 2023-cü il tarixli mütəxəssis rəyində, habelə 06 sentyabr 2023-cü il tarixli məhkəmə- mühasibatlıq ekspertizası rəyində “MARF" MMC-nin “Muğanbank" ASC-yə 24 iyul 2015-ci il tarixdə 390.000 ABŞ dolları məbləğində kredit verilməsi və həmin kreditə görə "xxxx" MMC-nin 132.978,98 ABŞ dolları əsas və 243.990,01 ABŞ dolları faiz borcu, cəmi 376.968,99 ABŞ dolları olmaqla ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 640.847,28 manat məbləğində borcunun olması məsələsi öz əksini tapmışdır. İş materillarından da görünür ki, "xxxx" MMC-nin “Muğanbank" ASC ilə bağlanmış 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 22 yanvar 2014-cü il tarixli müqavilə üzrə borcu müəyyən edilməmişdir. Məhkəmə iclasında məhkəmənin sorğusuna əsasən zərərçəkmiş şəxsin nümayəndəsi "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli müqavilə üzrə götürülmüş kredit vəsaitinin birbaşa “MARF" MMC-nin "xxxx" ASC ilə arasında bağlanmış 24 iyul 2015-ci il tarixli 2 saylı müqavilə üzrə kredit borcu hesabına ödənilməsinə dair ödəniş tapşırığının surətini təqdim etsə də, “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə 15 iyul 2021-ci il və 18 dekabr 2020-ci il tarixli aktla məhv edildiyini bildirməklə "xxxx" ASC və “MARF" MMC arasında bağlanmış 24 iyul 2015-ci il tarixli 2 saylı müqavilə üzrə kredit borcu vəsaitinin nağd şəkildə çıxarılmasına dair kassa məxaric orderinin və ya birbaşa 17 yanvar 2014-cü il tarixli Baş Kredit müqaviləsinə 22 yanvar 2014-cü il tarixli 1 saylı müqavilə üzrə borcunun ödənilməsinə yönləndirilməsinə dair ödəniş tapşırığının, 22 yanvar 2014-cü il tarixli 1 saylı müqavilə üzrə borcun ödənilməsinin hansı vaxtda bitməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, nəticə etibarilə həmin müqavilə üzrə Təqsirləndirilən şəxs tərəfindən kredit borcunun bağlanması tarixinə dair halların müəyyən edilməsi mümkün olmamışdır. 3 mart 2005-ci il tarixli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə, “MARF" MMC və "xxxx" ASC arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 22 yanvar 2014-cü il tarixli müqavilə müddətinin 22 iyul 2015-ci ildə bitməsini, məhz həmin tarixdə Təklif Kredit Komitəsinin qərarı ilə Baş Kredit Müqaviləsi çəçivəsində "xxxx" MMC-yə 2-ci tranşla dövriyyə vəsaitinin artırılması məqsədilə xx.xx.2017-ci il tarixədək, illik 16 % dərəcəsi hesablanmaq şərtilə 390000 ABŞ dolları məbləğində kredit xətti verilməsi, verilmiş həmin məbləğin həmin dövrün məzənnəsi ilə 409.266 (dörd yüz doqquz min iki yüz altmış altı) manat, habelə 409,26 manatının (dörd yüz doqquz manat iyirmi altı qəpiyinin) komissiya haqqı kimi, 1.220,46 (bir min iki yüz iyirmi manat qırx altı qəpik) manatının nağd məxaricə, 817,71 (səkkiz yüz on yeddi manat yetmiş bir qəpiyinin) manatın konvertasiyaya görə bank xidmət haqları kimi tutulması nəzərə alınmaqla, 406.819 (dörd yüz altı min səkkiz yüz on doqquz) manat təşkil etməsi, həmin məbləğin “MARF" MMC tərəfindən 22 yanvar 2014-cü il tarixli 1 saylı müqavilə üzrə götürdüyü 2.460 (iki min dörd yüz altmış) manatının komissiya haqqı kimi, 2.041 (iki min qırx bir) manatının nağd məxaricə görə tutulması nəzərə alınmaqla, 405.499 (dörd yüz beş min dörd yüz doxsan doqquz) manat borcu ilə demək olar ki, eynilik təşkil etməsi, eləcə də "xxxx" MMC tərəfindən "xxxx" ASC-dən götürülmüş 118.200 (bir yüz on səkkiz min iki yüz) ABŞ dollarının həmin tarixdə pulun 453 (dörd yüz əlli üç) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 770,1 manatının (yeddi yüz yetmiş manat on qəpik) komissiya haqqı kimi tutulması nəzərə alınmaqla, qalan 117.747 (bir yüz on yeddi min yeddi yüz qırx yeddi) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 200.169,9 manatını pul vəsaitinin ödəniş tapşırığı əsasında “Marf" MMC-in Paytaxt filialındakı kredit borcu üzrə **********00242USD14 saylı bank hesabına köçürülməsi hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs ifadələrini hazırki xüsusat üzrə həqiqi hesab etməklə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin niyyətinin bankın əmlakını ələ keçirmək deyil, “MARF" MMC tərəfindən 22 yanvar 2014-cü il tarixli 1 saylı müqavilə üzrə pul vəsaitinin tərəfindən mənimsənilməsi epizodu üzrə yaranmış nəticələrin aradan qaldırılması olduğundan onun "xxxx" ASC-dən 24 iyul 2015-ci il tarixli müqavilə üzrə "xxxx" MMC tərəfindən 409.266 manat, 28 avqust 2020-ci il tarixli müqavilə üzrə 200.940 manat kredit götürülməsi ilə bağlı epizod üzrə əməlləri mənimsəmə kimi yox, formal kredit müqavilələri bağlamaqla bankın hüquqlarının və qanuni mənafelerinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilməlidir. Məhkəmə, belə nəticəyə gələrkən həm də "xxxx" ASC-nin əmlakının yalnız bir dəfə 22 yanvar 2014-cü il tarixli 1 saylı müqavilə üzrə götürülmüş kredit vəsaiti nəticəsində mənimsənilməsini, tərəfindən 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 22 yanvar 2014-cü il tarixli 1 saylı müqavilə üzrə 802020, 31(səkkiz yüz iki min iyirmi manat 31 qəpik), 24 iyul 2015-ci il tarixli 2 saylı müqavilə üzrə 542024,77 (beş yüz qır iki min iyirmi dörd manat yetmiş yeddi qəpik) ödənilməsini, Təqsirləndirilən şəxs 24 iyul 2015-ci il tarixli 2 saylı müqavilə təminatı qismində girov qoyulmuş əmlaklarının hansı qaydada girovdan azad olunması müəyyən edilməsə də satılması kimi halları əsas götürür. Məhkəmə onu da qeyd edir ki, ittiham aktından görünür ki, ibtidai istintaq orqanı bir tərəfdən Təqsirləndirilən şəxs 24 iyul 2015-ci il tarixli müqavilə üzrə kredit vəsaiti əldə etməsi ilə bağlı əməllərini mənimsəmə cinayət kimi qiymətləndirsə də digər tərəfdən "xxxx" MMC tərəfindən 28 avqust 2020-ci il tarixli müqavilə üzrə götürülən pul vəsaitinin onun "xxxx" MMC tərəfindən götürülmüş kredit borcu üzrə ödənilməsi barədə qənaətə gəlməklə təqsirləndirilən şəxsin əslində 24 iyul 2015-ci il tarixli müqavilə üzrə kredit borcu götürməsini təsdiq etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə həmçinin Şahid3 və Şahid4 Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətinə cəlb etmə müddətinin başlanğıcının kredit vəsaitinin hesabdan çıxarılması(nağd və ya ödəniş tapşırığına əsasən) anından hesablanması barədə gəldiyi nəticəni Təqsirləndirilən şəxs 24 iyul 2015-ci il tarixli müqaviləsi üzrə əməllərinin Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif edilməsi hissəsinə də şamil edir və hesab edir ki, qeyd olunan epizod üzrə cinayət əməlləri 24 iyul 2015-ci il tarixdə bitmiş hesab edilməlidir. Məhkəmə, müdafiə tərəfinin banklar tərəfindən kredit ayrılması prosedurunun əsas gətirilərək kreditlərin vəsaitlərinin filial müdiri və ya daxili audit departamentinin direktorunun müavini tərəfindən deyil, Təklif Kredit Komitəsinin qərarı ilə ayrılması, Təqsirləndirilən şəxs vəsatin ayrılmasında hər hansı təqsiri olmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, həm iş materiallarında olan vəzifə təlimatlarına, habelə "xxxx" MMC-yə dövriyyə vəsaitinin artırılması məqsədilə kredit xətti verilməsinın məqbul hesab edilməsi barədə 28 avqust 2020-ci il tarixli Zərərçəkmiş şəxsASC-nin Universal filalılının Komitəsinin iclasının protokoluna, habelə kredit müqavilələrinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş epizodlar üzrə həm qeyd edilən kredit vəsaitinin ayrılmasına, həm də müqavilələrin bağlanılmasına qanuna müvafiq qaydada verilmiş səlahiyyətlərdən sui-istifadə etməklə nail olmuşdur. Təklif Kredit Komitəsində hər hansı şəxsə kredit ayrılmasına dair qərar qəbul edilsə də 01 mart 2013-cü il tarixli və və 08 aprel 2009-cu il tarixli vəzifə təlimatlarına əsasən filial müdiri kimi portfellərin həcmi, keyfiyyəti və gəlirliyi üçün tam məsuliyyət daşımaq, bankdaxili qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbini müəyyən etmək, Daxili Audit Departamentinin direktor müavini kimi isə bankın qərar qəbul etmə prosedurlarını müəyyənləşdirən bankdaxili qərarlara dair yazılı sənədləri əldə etmək, bank tərəfindən həyata keçirilən əməliyyatlar barədə Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etməklə, müştərilərə sorğular göndərmək, bank rəhbərliyinin hüquqi və normativ tələblərə və yaxud bankın daxili qayda və prosedurlarına zidd qərarlar qəbul etdiyi və ya edəcəyi barədə xəbər tutarsa, Daxili Audit Departamentinin direktoruna məlumat vermək məhz Təqsirləndirilən şəxs vəzifəsi olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, müdafiə tərəfindən qeyd edilən xüsusatlar iş materialları ilə təkzib edilməklə özünü müdafiə xarakteri daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci li tarixli müqavilə üzrə Şahid4 Şəhniyar oğlu tərəfindən 43.230(qırx üç min İki yüz otuz) manat kredit götürülməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə Şahid3 tərəfindən 203.944 (iki yüz üç min doqquz yüz qırx dörd) manat kredit götürülməsi üzrə əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi, 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 22 yanvar 2014-cü il tarixli 1 saylı Müqavilə üzrə "xxxx" MMC tərəfindən 405.499 (dörd yüz beş min dörd yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti götürməsi üzrə əməlləri həmin Məcəllənin 179.3.2 və 313-cü maddələri , 24 iyul 2015-ci il tarixli müqavilə üzrə "xxxx" MMC tərəfindən 409.266 (dörd yüz doqquz min iki yüz altmış altı) manat kredit götürülməsi ilə bağlı əməlləri Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddəsi ilə, 28 avqust 2020-ci il tarixli müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 200.940((iki yüz min doqquz yüz qırx))manat pul vəsaitinin kredit götürülməsi ilə bağlı əməlləri Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif edilməlidir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət ağır, həmin Məcəllənin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər az ağır, 313-cü maddəsində nəzərdə tutulan cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən “xx.xx.2012-ci li tarixli müavilə üzrə Şahid4 Şəhniyar oğlu tərəfindən 43.230(qırx üç min İki yüz otuz) manat kredit götürülməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə Şahid3 tərəfindən 203.944 (iki yüz üç min doqquz yüz qırx dörd) manat kredit götürülməsi və 24 iyul 2015-ci il tarixdə "xxxx" MMC tərəfindən 409.266 (dörd yüz doqquz min iki yüz altmış altı) manat kredit götürülməsi ilə bağlı vəzifə səlahiyyətlərindən suiistifadə etməsi” epizodları üzrə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə, habelə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin ediməməli, ona qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrinin sanksiyası həddində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, məhkəmədə etirafedici ifadələr verməsini, əməlindən peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, məhkəmədə etirafedici ifadələr verməsini, əməlindən peşmançılıq hissi keçirməsini kimi yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində, yəni dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, habelə Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş əsas və əlavə cəzalar həmin Məcəllənin 66.3-cü və 66.4-cü maddələrinə əsasən qismən toplanmalıdır. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında əməlindən peşmançılıq hissi keçirdiyin bildirmişdir. Təqsirləndirilən şəxsin təyin edilmiş əsas və əlavə cəzalar həmin Məcəllənin 66.3-cü və 66.4-cü maddələrinə əsasən qismən toplanmalıdır. Belə ki, təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında əməlindən peşmançılıq hissi keçirdiyini bildirmiş, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Təqsirləndirilən şəxsin xx.xx.2012-ci li tarixli müqavilə üzrə Şahid4 Şəhniyar oğlu tərəfindən 43.230 manat kredit götürülməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə Şahid3 tərəfindən 203.944 manat kredit götürülməsi və 24 iyul 2015ci il tarixlü müqavilə üzrə "xxxx" MMC tərəfindən 409.266 manat kredit götürülməsi ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi” epizodları üzrə Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, tərəfindən 22 yanvar 2014-cü il tarixli, 1 saylı müqavilə əsasında Zərərçəkmiş şəxs ASC-yə məxsus 405.499 (dörd yüz beş min dörd yüz doxsan doqquz) manatın mənimsəmə yolu ilə ələ keçirilməsi epizodu üzrə vurulmuş ziyan tam ödənilmişdir. Bundan başqa təqsirləndirilən şəxs 17 yanvar 2014-cü il tarixli 09/14 saylı Baş Kredit Müqaviləsinə 22 yanvar 2014-cü il tarixli 1 saylı müqavilə üzrə mənimsədiyi pul vəsaitinin qaytarılması məqsədilə sonradan daha ağır şərtlərlə, devalvasiya şəraitində predmeti dollarla ifadə olunan kredit müqavilələləri(24 iyul 2015-ci il və 28 avqust 2020-ci il tarixli ) bağlamış, tərəfindən 22 yanvar 2014-cü il, 24 iyul 2015-ci il və 28 avqust 2020-ci il tarixli müqavilələr üzrə ümumi 1.012.487(bir milyon on iki min dörd yüz səksən yeddi) manat pul vəsaiti götürülsə də ümumi 1.344.045(bir milyon üç yüz dırx dörd min qırx beş) manat ödənilmişdir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilməlidir. O dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs ASC-nin “Paytaxt” filialı ilə fiziki şəxs Şahid4 arasında bağlanmış 08 may 2012-cü il tarixli, 185 - 12\P-EB-1 saylı müqavilə, Zərərçəkmiş şəxs ASC-nin “Paytaxt” filialı ilə fiziki şəxs X12 arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, 448/13 saylı müqavilə, Zərərçəkmiş şəxs ASC-in “Paytaxt” filialı ilə "xxxx" MMC arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli, 09/14 saylı Baş kredit müqaviləsi, Zərərçəkmiş şəxs ASC-nin “Paytaxt” filialı ilə “Marf’ MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixində bağlanmış 09/14 saylı Baş kredit müqaviləsi çərçivəsində 2-ci tranşla dövriyyə vəsaitinin artırılması məqsədilə bağlanmış 24 iyul 2015-ci il tarixli, 2 saylı müqavilə, Zərərçəkmiş şəxs ASC-in “Universal” filialı ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli, 001/U saylı müqavilə və həmin müqavilələr üzrə bank hesabından çıxarışlar iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, 254 (iki yüz əlli dörd manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə törədilmiş cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, tarixli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi –məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin ediməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən “xx.xx.2012-ci li tarixli müavilə üzrə Şahid4 Şəhniyar oğlu tərəfindən 43.230 (qırx üç min İki yüz otuz) manat kredit götürülməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə Şahid3 tərəfindən 203.944 (iki yüz üç min doqquz yüz qırx dörd)manat kredit götürülməsi və 24 iyul 2015-ci il tarixli müqavilə üzrə "xxxx" MMC tərəfindən 409.266 (dörd yüz doqquz min iki yüz altmış altı) manat kredit götürülməsi ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi” epizodları üzrə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5(beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələrinə əsasən təyin edilmiş və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanması yolu ilə üzərində saxlanılmış 5 (beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1(bir) il sınaq müddəti təyin edilməsi ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübutlar: Zərərçəkmiş şəxs ASC-nin “Paytaxt” filialı ilə fiziki şəxs Şahid4 arasında bağlanmış 08 may 2012-cü il tarixli, 185 - 12\P-EB-1 saylı müqavilə, Zərərçəkmiş şəxs ASC-nin “Paytaxt” filialı ilə fiziki şəxs X12 arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli, 448/13 saylı müqavilə, Zərərçəkmiş şəxs ASC-in “Paytaxt” filialı ilə "xxxx" MMC arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli, 09/14 saylı Baş kredit müqaviləsi, Zərərçəkmiş şəxs ASC-nin “Paytaxt” filialı ilə “Marf’ MMC arasında bağlanmış xx.xx.2014cü il tarixində bağlanmış 09/14 saylı Baş kredit müqaviləsi çərçivəsində 2-ci tranşla dövriyyə vəsaitinin artırılması məqsədilə bağlanmış 24 iyul 2015-ci il tarixli, 2 saylı müqavilə, Zərərçəkmiş şəxs ASC-in “Universal” filialı ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli, 001/U saylı müqavilə və həmin müqavilələr üzrə bank hesabından çıxarışlar iş materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. 254 (iki yüz əlli dörd manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar