Məhkəmə qərarları › İş №1(101)-867/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-867/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-867/2021 31.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Məmmədov küçəsində yerləşən Yeni yaşayış massivində yaşamış, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 182.3.2 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz girməklə, silah qismində istifadə olunan əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmiş, təkrarən külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə hədə-qorxu ilə pul tələb etmiş və hədənin icra edilməsi üçün real əsaslar olduqda öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda pulunu ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağlar massivində yerləşən 1146 saylı bağ evinin həyətinə hasarı aşmaqla qanunsuz girərək orada yeni inşa edilən otaqdakı dəsmalı başına bağlayıb üzünü örtərək, həyətdəki təsərrüfat baltasını və ağac parçasını götürüb silahlandıqdan sonra evin kilidlə bağlanmış giriş qapısını təpiklə vurub yaşayış sahəsinə qanunsuz girmiş, sonra binanın ikinci mərtəbəsinin qapısının cəftəsini silah qismində istifadə etdiyi təsərrüfat baltası ilə qırıb açaraq binanın ikinci mərtəbəsinə qalxıb Zərərçəkmiş şəxs1 və sonuncunun arvadı Zərərçəkmiş şəxs2 yataq otağında gizləndiklərini görüb, əvvəlcə yataq otağının giriş qapısının şüşəsini silah qismində istifadə etdiyi ağac parçası ilə vurub qıraraq, sonra isə əlindəki təsərrüfat baltası ilə qapını açıb yataq otağına keçmiş və orada zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hücuma məruz qoyaraq həyatları və sağlamlıqları üçün təhlükəli zorakılıqla özü ilə gətirdiyi və silah qismində istifadə etdiyi təsərrüfat baltasının tiyyəsi, ağaç parçası və təpiklə onların başına və bədənlərinin müxtəlif nahiyələrinə qəsdən vuraraq, Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol said nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sağ əlin İ barmağının, sol ayaq pəncəsinin kəsilmiş yaraları kimi və Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcələri təyin olunmayan döş qəfəsinin ön səthinin, sağ said nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları, sağ said nahiyəsinin qançırları, sol said nahiyəsinin əzilmiş yarası, sağ və sol ayaq pəncəsinin kəsilmiş yaraları kimi bədən xəsarətləri yetirərək onlardan 102 000 manat dəyərində 60 000 ABŞ dolları məbləğində külli miqdarda pul tələb etməklə basqın etmiş və həmin məbləğdə pulun olmadığını bildikdə Zərərçəkmiş şəxs1 şalvarının cibindən 300 manat pulu çıxarıb ələ keçirərək quldurluq etmişdir. Bundan başqa o, təkrarən «18» avqust 2020-ci il tarixdə saat 03:10 radələrində, özgənin külli miqdarda pulunu ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edərək sonuncunun və yaxın qohumlarınn üzərində zor göstərib öldürəcəyi ilə hədələyərək iki gün ərzində 102 000 manat dəyərində 60 000 ABŞ dolları məbləğində külli miqdarda pulu hazırlayıb ona verməsini hədə qorxu ilə tələb etmiş və baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verdiyi halda sonuncunu, icra ediləcəyi üçün real əsaslar olduqda öldürməklə hədələmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs1 bir ay ərzində sürücü vəzifəsində işləmişdir. Belə ki, əmisi oğlu Hilal Abbasovun vasitəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1la 2020-ci ilin iyul ayının axırlarında tanış olmuşdur. Həmin vaxt Hilal Zərərçəkmiş şəxs1 yanında sürücü işləmişdir. X4 Hüseynovun böyük oğlu Cavidin yanına sürücü işləməyə getmiş, onu isə öz yerinə Zərərçəkmiş şəxs1 yanına sürücü təklif etmişdir. Hilalın təklifi ilə Zərərçəkmiş şəxs1 onu yanına sürücü götürmüşdür. Razılaşmaya əsasən Əlisahib müəllim ona aylıq əmək haqqı 600 manat verməli imiş. O, təxminən xx xxxxxx 2020-ci il tarixə kimi Zərərçəkmiş şəxs1 yanında sürücü işləmişdir. Zərərçəkmiş şəxs1 ona sürücülükdən başqa bağda əlavə işlər gördürmüşdür. İşlədiyi dövr ərzində Zərərçəkmiş şəxs1 ona bir dəfə 600 manat, digər aydan 10 günə görə isə ona 145 manat pul vermişdir. Zərərçəkmiş şəxs ona çox az pul verdiyi üçün avqust ayının 15-dən sonra o könüllü olaraq işə çıxmamışdır. Zərərçəkmiş şəxs1 bizneslə, yəni, evlərin tikintisi ilə məşğul olmuş və çox imkanlı şəxs olmuşdur. İşdən çıxarkən Zərərçəkmiş şəxs1 əmək haqqınıı tələb edəndə Zərərçəkmiş şəxs1 demişdir ki, ona daha pul verməyəcək. Onun müxtəlif şəxslərə çoxlu pul borcu olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə borclarını qaytarmaq üçün ona təcili pul lazım olduğuna görə o, Zərərçəkmiş şəxs1 Binəqədi rayonunun Fatmayı bağlar massivində yerləşən bağ evinə girib ordan pul götürmək qərarına gəlmişdir. Bu məqsədlə də o, 2020-ci il avqustun 17-dən 18-nə keçən gecə, təxminən saat 03 radələrində tanımadığı taksi ilə Zərərçəkmiş şəxs1 evinin yaxınlığına gəlib taksini buraxmış, özü isə Zərərçəkmiş şəxs1 bağ evinin hasarının üstündən keçərək həyətə daxil olmuşdur. Həyətdəki yeni tikilən otaqdan iki ədəd dəsmal götürüb üzünü və başını bağlamışdır ki, onu tanıyan olmasın. Sonra isə həyətdə olan baltanı və bir ədəd ağac parçasını götürüb bağ evinə yaxınlaşmışdır. Evin giriş qapısı bağlı olmuşdur. Qapını döyüb lakin qapını açan olmamışdır. O, təpiyi ilə vurub evin girş qapısının cəftəsini qıraraq evə daxil olmuşdur. Evin daxilindəki birinci mərtəbədən ikinci mərtəbəyə aparan pilləkənin qapısı da bağlı olmuşdur. O, əlindəki balta ilə həmin qapıya bir neçə zərbə endirib qapıda balaca deşik açandan sonra qapıda olan qıfılı əli ilə açıb pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbədəki qonaq otağına daxil olanda Zərərçəkmiş şəxs1la arvadı Zərərçəkmiş şəxs2 yataq otağından ona baxtıqlarını görmüşdür. O, onlardan pul tələb etmiş, lakin məbləğ deməmiş, Zərərçəkmiş şəxs1 60 min dollar məbləğində pul verməsini tələb etməmişdir. Zərərçəkmiş şəxs1 və onun arvadı yataq otağının qapısını onun üzünə bağlamışlar. Yataq otağının qapısını açmaq məqsədi ilə o, əlindəki ağac parçası ilə vuraraq qapının şüşəsini qırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 qapıya yaxın olduğu üçün qapıda olan şüşə parçaları onun üstünə düşmüşdür. Zərərçəkmiş şəxs2 kənarda durduğu üçün o, şüşənin qırıntılarının təsirindən xəsarət almamışdır. Yataq otağının qapısının açılmadığını görəndə o, əlindəki balta ilə iki zərbə endirərək qapını açmışdır. Zərərçəkmiş şəxs1 daha ağır xəsarət almaması üçün sol əli ilə onun tərəfə açılmış qapını tutmuşdur. O, yataq otağına keçərək Zərərçəkmiş şəxs1 yaxınlaşmış, Zərərçəkmiş şəxs1 ona 300 manat pul vermişdir. Pulu götürəndən sonra o, gəldiyi yolla da evi tərk etmişdir. Əlindəki ağac parçasını o, evin ikinci mərtəbəsindəki qonaq otağında atmış, baltanı, başındaki və üzündəki dəsmalları evdən çıxandan sonra həyətə atmışdır. Bundan sonra o, əsas yol ilə dəniz tərəfə getmişdir. Bu vaxt ona əmisi oğlu Hilal Abbasov zəng vurub ondan nə olduğunu soruşmuşdur. Bundan sonra o, istifadəsində olan mobil telefonundan Zərərçəkmiş şəxs1 istifadə etdiyi mobil telefonuna zəng vuraraq, hansı səbəbdən Hilala məlumat verməsini soruşmuş, sonuncu isə onu təhqir etmişdir. Bundan sonra o, mobil telefonunu söndürmüş, tanımadığı taksi ilə şəhərə qayıtmışdır. Zərərçəkmiş şəxs1 ailə üzvlərini öldürəcəyi ilə hədələməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun «Mersedes-Bens» markalı **-UZ-*** dövlət qeydiyat nişanlı avtomaşını vardır. Həmin avtomaşını sürücü kimi bir müddət Hilal Abbasov adlı bir şəxs idarə etmiş, sonra Hilal onun oğlu Şahid2 yanında işə düzəlmiş, özünün əvəzinə isə əmisi oğlu Cəlal Hüseynovu məsləhət görmüşdür. Hilala inanaraq xx xxxx 2020-ci il tarixdə Cəlal Hüseynovu işə götürmüş və Cəlal Hüseynov onun yanında xx xxxxxx 2020-ci il tarixədək işləmiş və zəhmət haqqı olaraq Cəlal Hüseynova 500 manat əmək haqqı məvacib vermişdir. X5 naməlum səbəbdən işə çıxmamışdır. Onun oğlu Yusif öz işləri ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə bankdan 70.000 ABŞ dolları pul götürmüşdür. Bu barədə onun sürücüsü Hilal Abbasovun məlumatı olmuşdır. Bakı şəhəri, Binəqədi rayonunun Fatmayı bağları massivində onun ailəsinə məxsus evi var və yay ayları o, ailəsi ilə birlikdə həmin bağ evində yaşayır. 2020-ci il avqustun 17-dən 18-nə keçən gecə təxminən saat 01 radələrində televizorla göstərilən futbol oyunu başa çatandan sonra o, evinin 2-ci mərtəbəsində yerləşən yataq otağına keçmişdir. Gecə təxminən saat 03 radələrində o, arvadı Gülbəniz Həsənovanın qışqırıq səsinə oyanmışdır. Arvadı həyəcanlı vəziyyətdə onun yataq otağına daxil olaraq əlləri ilə qonaq otağını göstərərək uca səslə ona nə isə demişdir. Yuxulu olduğundan və Gülbəniz həyəcanlı vəziyyətdə olduğuna görə o, arvadının dediklərini və nə başa verdiyini başa düşməmişdir. Lakin, o, çarpayıdan qalxaraq arvadının əlləri ilə göstərdiyi istiqamətə tərəf getmişdir. Qonaq otağına keçəndə o, evin birinci mərtəbəsindən taqqıltı səslərini eşitmişdir. Pilləkənlərə baxanda o, evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə aparan qapının bağlı olmasına baxmayaraq qapının ətrafında toz qalxdığını görüb əynindəki paltarı dəyişmək üçün yataq otağına qayıtmışdır. Arvadı Gülbəniz də arxasınca onun yataq otağına keçmişdir. Yataq otağında çarpayının üzərində oturub idman paltarını geyinmək istəyəndə yataq otağının qapısının qırıldığını və bir nəfər şəxsin qışqıraraq otağa daxil olduğunu görmüşdür. Başı şal ilə örtülü olduğuna görə həmin şəxsin üzü görünməmişdir. Həmin şəxsin bir əlində təsərrüfat baltası, o biri əlində isə taxta parçası olmuşdur. Çarpayının üzərində oturuülu vəziyyətdə olan zaman həmin şəxs əlindəki balta ilə onun baş nahiyəsinə zərbə endirməyə cəhd etmişdir. Lakin o, sol əlini irəli vərərək zərbənin istiqamətini yayındırdığından zərbə onun sol qoluna dəyərək sol çiynini yaralamışdır. O, bu zərbədən sonra ayağa qalxıb itələyərək həmin şəxsi yataq otağından qonaq otağına çıxarmışdır. Həmin şəxs onlara bildirmişdir ki, onların evində altmış min dollar nəğd pul var, o pulu dərhal gətirib ona versinlər. Əks halda onu və yoldaşını tikə-tikə doğrayacaq. Arvadı Gülbəniz qulduru səsindən tanıyaraq həmin şəxsin onun yanında sürücü işləmiş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxs etiraf edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs dediyi 60 min ABŞ dollarını ondan tələb etməyə davam etmişdir. Təqsirləndirilən şəxs onun üstünə hücum edərək əlindəki balta ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs başında olan şalı açıb həqiqətən də həmin şəxsin yanında sürücü işləmiş Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs isə özünü itirməyib zərbələri daha da şiddətləndirərək onun üstünə irəliləməyə başlamışdır. Təqsirləndirilən şəxs balta ilə yetirdiyi sonuncu zərbəsi onun sağ əlinə dəymiş və bu zərbədən onun sağ əli kəsilmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, əllərində və bədənində olan çox saylı zərbələrdən sonra Təqsirləndirilən şəxsla mübarizə apara bilməyəcək. Və qərara gəlmişdir ki, söhbət edərək Təqsirləndirilən şəxs fikirindən yayındırsın və bu məqsədlə Təqsirləndirilən şəxs demişdir ki, hazırda onda 60 min ABŞ dolları məbləğində pul yoxdur, lakin, bir gündən sonra o, həmin məbləğdə pulu ona verəcək və ona lazımı köməkliyi edəcəkdir. İstəyirsə üstündə olan axırıncı pulu olan 300 manatı götürsün. Təqsirləndirilən şəxs razılaşaraq 300 manat pulu ondan götürmüş və ona 2 gün vaxt verdiyini, iki gündən sonra altmış min dollar pulu götürməyini təkidlə əmr etmişdir. Həmçinin, Cəlal qışqıra-qışqıra ona demişdir ki, əgər altmış min dollar pulu verməsə, onu və onun ailə üzvlərini öldürəcək. Bu sözlərdən sonra Təqsirləndirilən şəxs evi tərk etmişdir. Evdən çıxanda Təqsirləndirilən şəxs ona demişdir ki, baş vermiş hadisə barədə polis orqanına məlumat versə onu, ailə üzvlərini və nəvələrini tikə-tikə doğrayacaq. Gedəndən təxminən iki dəqiqə sonra da Təqsirləndirilən şəxs onun istifadə etdiyi mobil nömrəsinə zəng vurub yenə ona hədə qorxu gələrək, pulu tələb etmiş və polislərə məlumat versə ailəlikcə bütün hamısını məhv edəcəyini bildirmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs hədələrindən ehtiyat edərək polis orqanlarına məlumat verməkdən qorxmuşdur. Yalnız arvadı baş vermiş hadisə barədə oğlu Cavidə zəng etmiş, səhhəti ağır olduğundan tibbi yardım göstərilməsi üçün təcili yardım həkimlərini çağırmağı və hadisə barədə polis orqanlarına məlumat verilməsini demişdir. Təxminən saat 03:50-də oğlu Cavid evlərinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən istifadə etdiyi mobil telefonuna zəng etmişdir. Səhhətinə görə danışa bilmədiyi üçün Cəlal ilə onun adından Cavid danışmışdır. Cavid ilə söhbət zamanı da Təqsirləndirilən şəxs yenidən ona hədə-qorxu gələrək, pul tələb etmişdir. Təqsirləndirilən şəxsla barışıq əldə etməmiş, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Hadisə zamanı təqsiriləndirilən şəxs ev əşyalarını zədələyərək 3000 manat, xəstəxana xərclərinə görə isə ona 5000 manat ziyan vurmuşdur. Dəymiş həmin ziyanı da təqsirləndirilən şəxsdən tələb edir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçıların razılığı ilə Zərərçəkmiş şəxs2 elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonunun Fatmayı bağları massivində evləri var və yay ayları onlar həmin bağ evində yaşayırlar. 2020-ci il avqustun 17-dən 18-nə keçən gecə o, evlərinin ikinci mərtəbəsində yerləşən yataq otağına keçmiş, Əlisahib isə qonaq otağında televizorda futbola baxmışdır. Gecə təxmini saat 03 radələrində o, yataq otağında olan vaxt evin birinci mərtəbəsindən gələn taqqıltı səsini eşitmişdir. O, yataq otağından çıxıb evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə aparan pilləkənlərə baxanda görmüşdür ki, kim isə evin ikinci mərtəbəsinə aparan qapını sındırır. O, qışqıraraq yoldaşı Zərərçəkmiş şəxs1 yataq otağına keçib onu oyadaraq kiminsə evə girdiyini həyat yoldaşına demişdir. Əri Zərərçəkmiş şəxs1 çarpayıdan qalxaraq qonaq otağına keçmişdir. Bir neçə dəqiqədən sonra əri yataq otağına qayıtmış və çarpayının üzərinə oturaraq geyinməyə başlamışdır. Onlar yataq otağında olarkən bir nəfər şəxs qapını qıraraq yataq otağına daxil olmuşdur. Həmin şəxsin başı şal ilə örtülü olduğuna görə onun üzü görünməmişdir. Həmin şəxsin bir əlində təsərrüfat baltası, o, biri əlində isə ağac parçası olmuşdur. Əri çarpayıda oturduğu zaman həmin şəxs əlindəki balta ilə ərinin baş nahiyəsinə zərbə endirməyə cəhd etmişdir. Lakin əri sol əlini irəli vərərək zərbənin istiqamətini yayındırdığından zərbə ərinin sol qoluna dəyərək onun sol çiynini yaralamışdır. Əri bu zərbədən sonra ayağa qalxıb itələyərək həmin şəxsi yataq otağından qonaq otağına çıxarmışdır. Həmin şəxs onlardan 60 min dollar pul tələb etmişdir. Pulu vermədikləri halda onları tikə-tikə doğrayacağını bildirmişdir. O, səsindən tanıyaraq həmin şəxsin ərinin yanında sürücü işləmiş Təqsirləndirilən şəxs olduğunu bilmiş və ondan Cəlal olduğunu soruşmuş və həmin şəxs etiraf edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs dediyi 60 min ABŞ dolları ərindən tələb etməyə davam etmişdir. Əri Cəlala izah etməyə çalışmışdır ki, evlərində 60 min ABŞ dolları məbləğdə pul yoxdur. Lakin Təqsirləndirilən şəxs ərinin sözlərini eşidəndən sonra yenidən ərinin üstünə hücum edərək əlindəki balta və ağac parçası ilə ərinin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Əri isə özünü müdafiə edərək qollarını irəli verərək zərbələrdən qorunmağa çalışmışdır. Bu vəziyyət təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt əri Təqsirləndirilən şəxs başında olan şalı açmış və həqiqətən də həmin şəxsin ərinin yanında sürücü işləmiş Təqsirləndirilən şəxs olduğunu görmüşlər. Təqsirləndirilən şəxs isə özünü itirməyib zərbələri daha da şiddətləndirərək ərinin üstünə irəliləməyə başlamışdır. Təqsirləndirilən şəxs balta ilə yetirdiyi sonuncu zərbəsi ərinin sağ əlinə dəymiş və bu zərdədən ərinin sağ əli kəsilmişdir. Əri Təqsirləndirilən şəxs demişdir ki, hazırda onda 60 min ABŞ dolları məbləğində pul yoxdur, lakin bir gündən sonra o, həmin məbləğdə pulu ona verəcək və ona lazımı köməkliyi edəcək, istəyirsə üstündə axırıncı pulu olan 300 manatı götürsün. Cəlal Abbabsov razılaşaraq 300 manat pulu ərindən götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ərinə demişdir ki, “sənə 2 gün vaxt verirəm, iki gündən sonra səndən altmış min dollar pulu götürəcəm. Əgər verməsən səni və sənin ailə üzvlərini öldürəcəm”. Bu sözlərdən sonra Təqsirləndirilən şəxs evi tərk etmişdir. Evdən çıxanda Təqsirləndirilən şəxs ərinə demişdir ki, baş vermiş hadisə barədə polis orqanına məlumat versə, o, onların ailə üzvlərini və nəvələrini tikə-tikə doğrayacaq. Gedəndən sonra Təqsirləndirilən şəxs ərinə zəng vurub demişdir ki, hadisə barədə polisə desə, onu, ailəsini və nəvələrini öldürəcək. Buna görə də əri Təqsirləndirilən şəxs hədələrindən ehtiyat edərək polis orqanlarına məlumat verməkdən qorxmuşdur. Yalnız o, baş vermiş hadisə barədə oğlu Cavidə zəng edib demişdir. Bir müddətdən sonra Cavid onlara gəlmiş və onlar baş vermiş hadisəni Cavidə danışmışlar. Polis əməkdaşları gələndən sonra o, yataq otağına keçmişdir. Məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci il avqustun 17-dən 18-nə keçən gecə, təxminən saat 03:10 radələrində anası Zərərçəkmiş şəxs2 zəng edərək keçmiş sürücüləri Təqsirləndirilən şəxs balta ilə silahlanaraq Binəqədi rayonunun Fatmayi bağlar massivində yerləşən evlərinə basqın etməsini ona bildirmişdir. O, dərhal öz avtomobili ilə bağ evlərinə yola düşüb yolda mobil telefonu ilə hadisə barədə DİN-nin 102 xidmətinə telefon məlumatı vermişdir. Binaya yaxınlaşanda binanın yan giriş qapısının qırılmış vəziyyətdə olmasını görmüşdür. O, binaya daxil olanda binanın birinci mərtəbəsindən ikinci mərtəbəsinə aparan qapının da qırıq vəziyyətdə olmasını görmüşdür. O, binanın ikinci mərtəbəsinə qalxanda atası Zərərçəkmiş şəxs1 ilə anası Zərərçəkmiş şəxs2 yataq otağında olmuşlar. Yataq otağının giriş qapısı da qırıq vəziyyətdə olmuşdur. Atasının qan içində olmasını görmüş, atasının onun sol çiynində, sol qolunda və sağ əlində dərin kəsilmiş yaralar olmuşdur. Anasının üzərində qan olmasa da, onun bədənində də xəsarətlər olmuşdur. Valideyinlərinin dediklərindən ona məlum olmuşdur ki, 2020-ci il avqustun 17-dən 18-nə keçən gecə, təxminən saat 03 radələrində atasının yanında sürücü işləmiş Təqsirləndirilən şəxs üzünü dəsmal ilə örtərək təsərrüfat baltası və ağac parçası ilə silahlanaraq evlərinə basqın etmiş, binanın giriş qapısını, binanın birinci mərtəbəsindən ikinci mərtəbəsinə aparan qapını və binanın ikinci mərtəbəsində yerləşən yataq otağının giriş qapısını qıraraq yataq otağında olmuş valideyinlərinin üzərinə hücum çəkib əlindəki balta ilə atasının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək atasından 60 min ABŞ dolları məbləğində pul tələb etmişdir. Atası evlərində həmin məbləğdə pulun olmamasını və onda cəmi 300 manat pulun olmasını bildirəndə, Cəlal əlindəki təsərrüfat baltası, ağac parçası ilə və təpiklə atasının və anasının bədənlərinin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək onlara bədən xəsarətləri yetirib atasındaki 300 manat pulu tələb etmişdir. Və atası şalvarının cibindəki 300 manat pulu verəndən sonra, Cəlal pulu götürüb atasına demişdir ki, yaxın iki gün ərzində ona 60 min ABŞ dolları məbləğində pul versin, əks halda o, atasının ailə üzvlərini, yəni, uşaqlarını və nəvələrini öldürəcək. Gedəndə isə Cəlal atasını hədələmişdir ki, baş vermiş hadisə barədə polis orqanlarına məlumat versə o, atasını öldürəcək. Atası da Cəlalın hədələrindən ehtiyat edərək Cəlal gedəndən sonra polisə malumat verməkdən qorxmuş, anası isə baş vermiş hadisə barədə yalnız ona məlumat vermişdir. Bu vaxt atasının mobil telefonuna zəng gəlmiş, o telefonu götürərək özünü təqdim etməyərək atasının adından danışmışdır. Ona məlum olmuşdur ki, zəng edən Təqsirləndirilən şəxs olmuşdur. Telefonla danışanın atası olduğunu hesab edib Cəlal telefonla demişdir ki, yaxın iki gün ərzində 60 min ABŞ dolları məbləğində pul hazırlasın və o, yəni, Cəlal özü gəlib həmin pulu ondan götürəcək. Bundan sonra Cəlal telefonla da atasını öldürəcəyi ilə hədələyərək, hadisə barədə polisə məlumat verdiyi halda o, atasını və bütün ailəsini öldürəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadələrini bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin məsul növbətçisi, polis mayoru Səbuhi Musayevin xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 03:24-də DİN-nin 102 xidmətinə Binəqədi rayonu, Fatmayi bağlarında yaşayan Şahid1 işdən azad edilən sürücüləri Cəlal adlı şəxsin qeyd olunan ünvana gedib vətəndaşın atasını balta ilə vurması, atasının qan içində olması barədə məlumat vermişdir. Cinayət işinin 5-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağlar massivində yerləşən 1146 saylı bağ evidir. Hadisə yerində, qan izləri mövcuddur, qapı üzərində şüşə sınmış vəziyyətdədir. Hadisə yerindən bir ədəd təsərrüfat baltası və bir ədəd ağac parçası götürülmüşdür. Cinayət işinin 89-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğlu baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 201-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X1 publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli 1348 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - sol said nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sağ əlin İ barmağının kəsilmiş yaralan kəsici kənara malik əşyanın (alətin) təsirindən, sol ayaq pəncəsinin səthi kəsilmiş yaraları iti kənarlı əşyanın təsirindən, onun tibbi yardım üçün “X7” klinikasına müraciət etdiyi xx.xx.2020- ci il tarixdən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərdən sol said nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sağ əlin İ barmağımın kəsilmiş yaraları qərarda göstərilən tarixdə və təsvir oiunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baltanın tiyəsinin ülgücünün kəsici təsirindən, alının sol yarısının, burun qanadının sıyrıqları insan bədəninin hissələri ilə (əl barmaqları, yumruq və s.) ilə yetirilə bilərdilər, sol ayaq pəncəsinin kəsilmiş yaraları isə şüşə qırıntılarının təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 205-206-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X1 publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli 1349 saylıcanlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin ön səthinin, sağ said nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları, sağ said nahiyəsinin qançırları, sol said nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən, sağ və sol ayaq pəncəsinin səthi kəsilmiş yaraları isə kəsici əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl-əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs2nm bədən səthində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin ön səthinin, sağ said nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin siyrıqları, sol said nahiyəsinin əzilmiş yarası qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci İl tarixdə insan bədəninin hissələri ilə (əl barmaqlarının dırnaqları, yumruq və s.) və balta ilə yetirilə bilərdilər, digər xəsarətlər isə sınmış şüşə qırıntılarımın təsirindən əmələ gələ bilərdilər Cinayət işinin 208-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi Ekspertiza və X1» publik hüquqi şəxsindən daxil olmuş Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 721/2020-MTBŞ saylı ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi A(ll) qrupuna, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi 0(l) qrupuna və Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi A(ll) qrupuna aiddirlər. Ekspertizaya təqdim edilmiş bir ədəd baltanın üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A və H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta /H/ (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa və onların qanlarında müşayiətçi H antigeni varsa). Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin O alfa, beta (İ) qruplu Zərərçəkmiş şəxs2 qarışıq qanının olması da İnkar olunmur (əgər onda hadisə zaman qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Cinayət işinin 213-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3/1939 saylı rəyindən görünür ki, hadisə yerindən götürülmüş və ekspertizaya təqdim edilmiş bir ədəd balta kustar üsulla hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət-təsərrüfat təyintlı baltadır, soyuq silah hesab edilmir. Cinayət işinin 222-232-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2021-ci il tarixli ibtidai istintaqı aparan müstəntiqin qərarından görünür ki, hadisə yerindən götürülmüş bir ədəd ağac parçası və bir ədəd balta maddi sübut kimi tanınaraq, saxlanılması üçün Binəqədİ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxslərdən 60.000 ABŞ dolları tələb etməmiş, onlara hədə-qorxu gəlməmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.3.2, 182.3.2-ci və 134-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Ali Məhkəməsi Plenum qərarının 5-ci bəndində qeyd edilmişdir ki, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki,təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış hesab edilir. Qərarın 19-ci bəndində qeyd edilmişdir ki 19.Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir.Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Qərarın 23-ci bəndində qeyd edilmişdir ki,CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Qərarın 27-ci bəndində qeyd edilmişdir ki, quldurluq basqını törətmiş şəxs xeyli və ya külli miqdarda əmlakı əldə etmək məqsədi güdmüşsə, lakin faktiki olaraq həmin məbləğlərdə əmlakı əldə etməmişsə, yaxud əldə etdiyi əmlakın məbləği azdırsa, bu zaman onun əməli, əldə etmək istədiyi əmlakın məbləğindən asılı olaraq CM-nin 181.2.4 və ya 181.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 163-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhküm olunmamışdır. Cinayət işinin 218-220-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin xx xxxxxx 2020-ci il tarixli 2500 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Hər hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xaraktrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində antaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nİn 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işinin 215-216-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3265 saylı rəyinə görə Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyinin əlamətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müəlicəyə ehtiyacı yoxdur.Müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 172-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxxx 2020ci il tarixli, 7479 nömrəli məktubdan görünür ki, arxiv məlumatına görə Təqsirləndirilən şəxs oğlu yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmaylb. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən yuxarıda qeyd olunan CM-nin madəsində göstərilən əməllər xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs oğluna ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 22 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 76-77-ci vərəqələrində olan axtarışda olan şəxsin tutulmasına dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 127-131-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 4(001)-701/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan bir ədəd təsərrüfat baltası və bir ədəd ağac parçası məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs oğlunun cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2., 182.3.2. və 134-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-cı maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-cı maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan bir ədəd təsərrüfat baltası və bir ədəd ağac parçası məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar