Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-867/2022 09.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Əkbər” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edilməsi üçün sonuncunun sifarişi əsasında təyin edilmiş ünvan 2 ünvanda yerləşən 10 saylı Cəzaçəkmə müəssisəsinin arxa tərəfində hasarın dibindən bir ədəd sellofan torbada təmiz çəkisi - 490 qram, külli miqdarda narkotik vasitə tiryək götürüb, əldə edərək üzərində saxlamaqla ünvan 3 ünvanına daşımış, 10 yanvar 2022-ci il tarixdə saat 23:15 dəqiqədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbdiri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı bir ədəd sellofan torbada təmiz çəkisi - 490 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, özü bir neçə ildir narkotik vasitələrdən istifadə edir. 10 yanvar 2022-ci il tarixdə saat 23:15-də ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən ona əvvəllər tanımadığı mülki geyimdə olan üç nəfər şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etməklə Baş Narkotiklərlə Mübarəzə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, polis əməkdaşları ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini deyib, ondan ad, soyad və ata adını soruşmuşlar. O da, özünü polis əməkdaşlarına təqdim etdikdə polis əməkdaşları ondan birlikdə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin inzibati binasına gəlməsini xahiş etmişlər. O da, etiraz etməyib onlarla birlikdə Polis şöbəsinə getmişdir. Orada ona hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət ediləcəyi bildirilmiş və o, buna etiraz etmədikdə polis əməkdaşları tərəfindən müdafiəçi dəvət edilib ona təqdim edilmişdir. O da, polis əməkdaşları tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədilə dəvət edilmiş müdafiəçiyə heç bir etirazımın olmadığını və müdafiəçi Faiq Yusubov tərəfindən hüquqlarının müdafiə olunmasına razı olduğunu bildirmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin, polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və o buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində onun üzərinə müdafiəçimin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuş, o, bundan sonra, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən özünə məxsus 400 manat pulu, sağ yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu və özünə məxsus ümumvətəndaşlıq pasportunu çıxarıb təqdim etmiş, eləcə də sağ əlində saxladığı 01 ədəd sellofan torbanı polis əməkdaşlarına könüllü olaraq təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra Özünə məxsus 400 manat pulu geri qaytarılsa da, 01 ədəd “Samsung” markalı mobil telefonu və özünə məxsus ümumvətəndaşlıq pasportu sübut əhəmiyyəti kəsb etdiyindən bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Lakin, şəxsi axtarış zamanı üzərindən digər qanunla qadağan olunmuş maddə, vasitə, əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd sellofan torbaya baxış zamanı içərisində saxladığı narkotik vasitə tiryəkə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldıqdan sonra DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun, müdafiəçinin, digər iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan sonra, polis əməkdaşları ondan yaşadığı evdə və ya başqa saxlanc yerində narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığını soruşmuşlar və o, onlara yaşadığı evdə və ya başqa saxlanc yerində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Şifahi sorğu zamanı, o, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin özünə məxsus olduğunu, həmin kütləni 2 ay bundan əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Əkbər” adlı şəxsin +**********40 saylı telefon nömrəsi ilə vatsap vasitəsi ilə danışaraq polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1-2 saat öncə əvəllcədən təyin edilmiş yerdən şəxsi istifadəsi üçün götürdüyünü, əvvəllər də şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı Əkbər adlı şəxsdən narkotik vasitə əldə etdiyini, lakin sonuncu dəfə narkotik vasitənin pulunu ona ödəməyərək borclu qaldığını bildirmişdir. O, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Binəqədi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa heç bir cinayət əməli törətməmiş və hazırda məhkumluğu yoxdur. Onun heç bir psixoloji xəstəliyi yoxdur, narkotik vasitələrin istifadəçisidir. İO, saxlanılan zaman polis əməkdaşları və ya digər şəxslər tərəfindən ona heç bir fiziki zor və ya psixi zor tətbiq edilməmişdir. İran İslam Respublikasının vətəndaşı “Əkbər” adlı şəxslə o, sosial şəbəkə vasitəsi ilə 2 ay öncə tanış olmuş. Ondan əvvəllər də şəxsi istifadəsi üçün narkotik vasitə almış, lakin o narkotik vasitələrin satışı ilə heç bir vaxt məşğul olmamışdır. O, İran İslam Respublikasının vətəndaşı “Əkbər” adlı şəxsin hazırda harada olduğunu bilmir, onunla yalnız +**********40 telefon nömrəsi ilə vatsap vasitəsi ilə danışmışdır. Həmin şəxsin başqa anket məlumatlarını bilmir. «Əkbər» adlı şəxs onunla nömrəsi təyin edilməyən nömrədən danışmış və ya onunla əlaqə saxlanılan sosial şəbəkə ünvanını danışıq bitdikdən sonra silmişdir. O, «Əkbər» adlı şəxsin başqa anket məlumatlarını və ya onun öz əlamətlərini onu görmədiyi üçün bilmir. Onun Əkbərlə tanışlığı təadüfən xatırlamadığı hansısa sosial şəbəkədə yaranmışdır və o, ona öz nömrəsini vermişdir. «Gkbər»dən ona əlaqə nömrəsini verməsini istəsə də, özü onunla lazım olduqda əlaqə saxlayacağını bildirmişdir. O, həmin narkotik vasitəni «Əkbər» adlı şəxsin ona bilinməyən telefon nömrəsindən zəng vuraraq narkotik vasitəni ünvan 6 ünvanda yerləşən 10 saylı Cəzaçəkmə müəssisəsinin arxa tərəfində hasarın dibinə qoyacağını bildirməsindən sonra, həmin yerə gedərək bir ədəd bükümdəki narkotik vasitə tiryəki götürmüşdür. Həmin narkotik vasitəni o, «Əkbər» adlı şəxsdən 500 manata nisyə olaraq almış, həmin pulu da, ona sonradan göndərəcəyini bildirmişdir. Əkbər adlı şəxsdə onunla razılaşıb, pulu onun deyəcəyi kart hesabına göndərməsini, əgər onu aldadıb pulunu verməsə bir daha narkotik vasitə verməyəcəyini bildirmişdir. Sonradan isə tutulduğu üçün pulu «Əkbər» adlı şəxsə ödəyə bilməmiş və onunla əlaqəsi kəsilmişdir. O, yalnız narkotik vasitə tiryəkdən istifadə edir, buna görə də, Əkbər adlı şəxsdən də özü üçün tiryək istəmişdir. O, tiryəki udmaq yolu ilə gündəlik 7-8 qram qəbul edir. Onun üzərindən aşkar edilmiş həmin 400 manat pul onun özünə məxsus pul olmuş, həmin pulu o yaşadığı evin kirayə pulunu ödəmək üçün yığıb, saxlamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, Əkbər adlı şəxslə bu kimi hər hansı danışığı olmamışdır. O, «Əkbər»dən təxminən bir neçə həftə istifadə edə bilmək üçün narkotik vasitə tiryək istəmiş, «Əkbər» Özü isə onun üçün bir qədər çox miqdarda üzərindən aşkar edilmiş həmin 490 qram çəkidə narkotik vasitəin oraya qoymuşdur. Həmin narkotik vasitə ilkin olaraq üzərindən aşkar edildiyi zaman polis əməkdaşları tərəfindən təxminən çəkisi müəyyən edilərkən, üzərində olan sellofan torba ilə birlikdə çəkildiyindən 505 qram təşkil etmiş, lakin yəqin ki, ekspertiza zamanı həmin tiryəkin təmiz çəkisi müəyyən edilmiş və təmiz çəkisi 490 qram olub. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə “Təqsirləndirilən şəxs” qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə edib, Bakı şəhəri Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Bundan sonra əməliyyat qrupu yaradılmış, onun rəhbərliyi və qrupun üzvləri Baş İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 yanvar 2022-ci il tarixdə saat 23-də ünvan 7 ünvanının yaxınlığında olarkən xarici görünüşcə Cəfərov əşad Hümmət oğluna oxşar bir nəfər şəxsi görüb dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini östərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Həmin şəxsdən bzünü təqdim etməsini xahiş edildikdə o, özünü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək onlarla Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib birlikdə polis Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibatin binasına gəlmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu müdafiəçiyə etirazının olmadığım, onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında videoçəkilişlə Təqsirləndirilən şəxs, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarışa başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı, l(bir) ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, həmin ağ rəngli sellofan torbaya baxış keçirilən zamanı içərisində qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Həmin vaxt aşkar edilmiş l(bir) ədəd bükümdə narkotik vasitə tiryək elektron tərəzidə çəkilmiş, təxmini çəkisi 505 qram olduğu müəyən edilmişdir. Həmin kütlə içi boş olan, zərfə qoyulmuş, həmin zərfin üzəri möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər iştirakçılar və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evdə və ya başqa saxlanc yerində narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir narkotik vasitə və ya qanunsuz əşya saxlamadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 2(ay) bundan əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Əkbər” adlı şəxsdən bu gün saxlanıldığı qabaqcadan təyin etdikləri Nərimanov rayonu Təbriz keçəsi 79 ünvanından götürmüşdür. Bundan sonra qeyd etdikləri barədə protokol tərtib olunub ucadan oxunmuş, protokolun doğruluğunu Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar imzaları ilə təsdiq edilmişdir. İran İslam Respublikasının vətəndaşı “Əkbər” adlı tanımır, onun barəsində Baş İdarəyə hər hansı məlumat daxil olmamışdır. Lakin, onun ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə etmək mümkün olarsa bu barədə istintaqa dərhal məlumat veriləcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini bir daha tam təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadələr verərək həmin xüsusatları təsdiq etmişdir. Cinayət işinin 39-43-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2022-ci il tarixli, 6/139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan torbada təmiz çəkisi 490 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Cinayət işinin 131-132-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 767 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 128-130-cu vərəqlərində olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 150 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəği pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xaraterini və ictimai təhlükəsizliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, Cinayət işinin 106-107 və 149-154-cü vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi - 490 qram narkotik vasitə olan tiryək maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış - 489,95 qram narkotik vasitə tiryək saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilməsi zamanı qeydə alınmış «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə edilmiş 1 ədəd CD disk 22 fevral 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 19-cu bəndinə görə 50 qram və daha artıq narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 22 və 99-103-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 109-111-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 147-ci vərəqində olan Beyləqan rayon icra və probasiya şöbəsinin 02 mart 2022-ci il tarixli, 64334 saylı məktubundan görünür ki, Cəfərov X2 rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş 3500 manat cərimə cəzasını ödəməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2005-ci il tarixli hpkm üzrə məhkumluğu ödənilsə də, xx.xx.2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Lakin Təqsirləndirilən şəxs məhkumluğu azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirməli, cərimə cəzası müstəqil icra olunmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 11 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx.xx.2022-ci il tarixli, 767 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi - 490 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalmış - 489,95 qram narkotik vasitə olan tiryək məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3500 (üç min beş yüz) manat cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 11 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi - 490 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalmış - 489,95 qram narkotik vasitə olan tiryək məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov