Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-867/2023 04.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 8 yanvar 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 5 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə günorta saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “DSK” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,082 qram narkotik vasitə heroini və 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,989 qram psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 sentyabr 2022-ci il tarixdə saat 20:00-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına aparılmış, orada həmin gün saat 21:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə içərisində külli miqdarda təmiz çəkisi 2,082 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd sarı rəngli sellofan bükümdə içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,989 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 18-ci korpus, ev 25 A ünvanının qarşısında tutub Binəqədi RPİ-nə gətirmiş, 1 gün orada qaldıqdan onu Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətirmişlər. Yaşadığı evə 4-5 polis əməkdaşı daxil olmuş, həmin vaxt qardaşını da onunla birlikdə tutaraq polis bölməsinə gətirmişlər. Lakin polis əməkdaşları ona əvvəlcədən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini dediklərindən onlara inandığı üçün etiraz etməmişdir. O, tutulmazdan 1-2 saat əvvəl narkotik vasitə almış, lakin həmin narkotik vasitənin miqdarını bilməmişdir. 28 sentyabr 2022-ci il tarixdə tutulmuş, onu 1 gün Binəqədi RPİ-də saxladıqdan sonra 43-cü Polis Bölməsinə gətirmişlər. Narkotik vasitəni öz şəxsi istifadəsi üçün almış, əvvəllər sürücü olmuş, lakin tutulmazdan əvvəl işləməmişdir. 28 fevralda günorta saat 1-2 radələrində tutulmuş, tutulan zaman üzərində mobil telefon olmamış, ailəlidir, 2 azyaşlı uşağı var. Tutulmazdan 1-2 saat əvvəl narkotik vasitə almış, törətdiyim əməldən peşmandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirmişlər. Tutulduğu gün videoçəkiliş aparmaqla gündüz saatlarında üzərinə baxış keçirmişlər. Narkotik vasitəni kağız bükümdə almamış, tutulan zaman ondan narkotik vasitəni götürüb videoçəkiliş başlamazdan əvvəl ona geri qaytarmışlar. İbtidai istintaq zamanı ona qarşı fiziki və psixoloji təsir göstərilməmişdir. Saxlanıldığı yer ilə yaşadığı ünvan arasında 500 metr məsafə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, “DSK” adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən 20 manat müqabilində 1 büküm psixotrop maddə metafetamin və 20 manat müqabilində 1 büküm narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20:00-da ünvan 1 ünvanının yaxınlığında piyada getdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Daha sonra üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynində olan göy qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza və 1 ədəd sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümlərin birində psixotrop maddə metafetamin, digərində isə narkotik vasitə heroin olmuşdur. Üzərindən aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır (cild 1, iş vərəqə 45-47 və 69-70). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə əvvəllər məhkum olunmuş Binəqədi qəsəbəsi sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı olaraq Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə müraciət etmişdir. Bundan sonra Şahid1 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Şahid1la birlikdə saat 20:00 radələrində Bəxtiyarın qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədənə gəlmiş, orada Bəxtiyarın yaşadığı evin yaxınlığında əməliyyat mövqeyində olan zaman zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Bəxtiyarın gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmiş, bölmədə xidməti otaqların birində hüquq və vəzifləri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış keçirilmişdir. Axtarışdan əvvəl ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs ayağa qalxıb əynində olan göy və qara rəngli gödəkcəsinin cibindən 1 ədəd ağ rəngli kağız və 1 ədəd sarı rəngli sellofan bükümlər halında 2 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin 1 ədəd ağ rəngli kağız bükümün içərisində “kakos” və 1 ədəd sarı rəngli sellofan bükümdə “şüşə” deyilən narkotik vasitə olduğunu, həmin maddələri 1 gün əvvəl saat 14:00 radələrində DSK adlanan yerdən öz istifadəsi üçün hər birinə 20 manat, ümumilikdə 40 manat ödəməklə tanımadığı şəxsdən aldığını bildirmiş, saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpusun yaxınlığında yaşadığı evdən 500 metr aralıda saxlamışlar. Təqsirləndirilən şəxs ola bilsin ki, 29 sentyabr 2022-ci il tarixdə saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 91-93). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o da əynində olan göy qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli kağız və 1 ədəd sarı rəngli sellofan bükümlər halında 2 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin 1 ədəd ağ rəngli kağız bükümün içərisində “kakos” və 1 ədəd sarı rəngli sellofan bükümdə isə şüşə deyilən narkotik vasitələr olduğunu, həmin maddələri 1 gün əvvəl saat 14:00 radələrində DSK adlanan yerdən öz istifadəsi üçün hər birinə 20 manat, ümumilikdə 40 manat ödəməklə tanımadığı şəxsdən aldığını bildirmişdir (cild 1, iş vərəqə 34-35). Cinayət işinin materiallarında olan “videogörüntülərə baxış keçirilməsi” haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, axtarışın keçirilməsinə 29 sentyabr 2022-ci il tarixdə saat 21:30-da başlanır. Axtarışın aparıldığı yer süni işıqlandırma ilə işıqlandırılmış, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Nahid Məmmədovun əyləşdiyi xidməti otaqdır. İştirakçıar - bölmənin əməliyyat müvəkkili Şahid1, PB-nin sahə rəisi Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı Nahid Məmmədovun əyləşdiyi masanın qarşısında əyləşmişlər. Təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, o, ayağa qalxır, əynində olan göy və qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli kağız və 1 ədəd sarı rəngli sellofan bükümlər halında 2 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyur, sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd ağ rəngli kağız bükümün içərisində “kakos” və 1 ədəd sarı rəngli sellofan bükümdə isə şüşə deyilən narkotik vasitələr olduğunu, həmin maddələri 1 gün əvvəl saat 14:00 radələrində DSK adlanan yerdən öz istifadəsi üçün hər birinə 20 manat, ümumilikdə 40 manat ödəməklə tanımadığı şəxsdən aldığını, özünün təxminən 2 ildir ki, narkotikdən istifadə etdiyini bildirir. Həmin bükülülər zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. 29 sentyabr 2022-ci il tarixdə saat 21:50-də şəxsi axtarış yekunlaşdırılır (cild 1, iş vərəqə 55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 6/5611 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün 243 nömrəli dairəvi möhür əksləri olan “1. Təqsirləndirilən şəxs (imza) .... ” sözləri və imzalar qeyd edilmiş 1 ədəd zərfin içərisində 1 ədəd kağız bükümdə təmiz çəkisi 2,082 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,989 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsülla hazırlanmış psixotrop maddə metafetamindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,082 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,032 qram, metafetaminin ümümi təmiz çəkisi 0,989 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,939 qram cild 1, iş vərəqə 39-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 23 yanvar 2023-cü il tarixli 308 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 117-118). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 23 yanvar 2023-cü il tarixli 130 saylı rəyindən gösrəsnir ki Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməli və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 120-121). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 2,082 qram olan narkotik vasitə heroin və 0,939 qram olan psixotrop maddə olan metafetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 122-127). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökmün və qərardan çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 5 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 100-101, 103-111 və cild 2). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 5 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 28-29). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 77-83). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhər Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 2,032 qram olan narkotik vasitə heroin və 0,939 qram olan psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 5 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilərək ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkiləri 2,032 qram olan narkotik vasitə heroin və 0,939 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-867/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-867/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver