Məhkəmə qərarları › İş №1(101)-867/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-867/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-867/2024 27.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 10 avqust 2005-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Yevlax şəhəri, Nizami prospekti, ev 249 pasport qeydiyyatında olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi yeni məhəllələrdə yaşamış və barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1 iyun 2023-cü İl tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal –hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 181.2.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1993-cü ildə Göyçay rayonu Yalman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Göyçay rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş,məhkumluğu ödənilməmiş, Göyçay rayonu, Yalman kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 9 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal–hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3 və 181.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əmlakını açıq yolla talayaraq soyğunçuluq etmiş, habelə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin əmlakını çantasından gizli çıxarmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi - 1,112 qram olan kustar üsulla hazırlanmış kristal şəkilli ağ rəngli maddə psixotrop maddə hesab edilən metamfetamin əldə etməklə üzərində saxlamaqla daşımış və 06 aprel 2023-cü il tarixdə saat 15 radələrində Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri “Grandmart” adlı ticarət obyektinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Abşeron Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki san rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi - 1,112 qram olan kustar üsulla hazırlanmış kristal şəkilli ağ rəngli maddə, psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 09 may 2023-cü il tarixdə saat 00:15 radələrində öz cinayətkar niyyətlərinə nail olmaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Cavadxan küçəsi ünvanında yerləşən 159 saylı orta məktəbin giriş darvazasının yaxınlığında Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, sonuncunu yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə qəsdən vurub Zərərçəkmiş şəxs2 sol qulaq seyvanı, sol gözaltı nahiyələrinin sıyrıqları, burun nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 boynunu qolunun altına salıb sıxarkən qrup üzvü Təqsirləndirilən şəxs2 onun əynində olan şalvarının ciblərindən üzərində hər birinin dəyəri 45 (qırx beş) manat olan ***-***-**-** saylı və ***-***- **-** saylı mobil nömrələr olan 130 (yüz otuz) manat dəyərində bir ədəd “Samsung” markalı “SM-A330F/DS (Galaxy A3)” modelli mobil telefonu və 70 (yetmiş) manat nağd pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs2 cəmi 290 (iki yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını talama məqsədi ilə 23 iyun 2023-cü il tarixdə saat 13 radələrində "xxxx" QSC-nin “Nizami Gəncəvi” stansiyasından “Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül” xətti ilə hərəkətdə olan qatarın vaqonunda sərnişinlərin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs1 çiynindən asdığı çantasından sonuncuya məxsus üzərində 10 (on) manat dəyərində qoruyucu örtük, 10 (on) manat dəyərində ekran qoruyucusu və hər birinin dəyəri 3 (üç) manat təşkil edən “Azercell” şəbəkəsində istifadə olunan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 750 (yeddi yüz əlli) manat dəyərində ’'Samsung A33" markalı mobil telefonu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 776 (yeddi yüz yetmiş altı) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 09 may 2023-cü il tarixdə saat 00:15 radələrində öz cinayətkar niyyətlərinə nail olmaq məqsədilə ünvan 5 ünvanında yerləşən 159 saylı orta məktəbin giriş darvazasının yaxınlığında Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, sonuncunu yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə qəsdən vurub Zərərçəkmiş şəxs2 sol qulaq seyvanı, sol gözaltı nahiyələrinin sıyrıqları, burun nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 boynunu qolunun altına salıb sıxarkən qrup üzvü Təqsirləndirilən şəxs2 onun əynində olan şalvarının ciblərindən üzərində hər birinin dəyəri 45 (qırx beş) manat olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr olan 130 (yüz otuz) manat dəyərində bir ədəd “Samsung” markalı “SM-A330F/DS (Galaxy A3)” modelli mobil telefonu və 70 (yetmiş) manat nağd pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs2 cəmi 290 (iki yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihama daxil olan cinayət əməlləri üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi deyildir, 06 aprel 2023-cü il tarixdə barəsində həyata keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən aşkar edilən narkotik vasitə ona məxsus deyildir, evdə yatdığı yerdən 3-4 nəfər polis əməkdaşı tərəfindən tutularaq aparılmışdır.Bundan başqa 09 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 qarşı cinayət əməli törədilərkən hadisə yerində olmamışdır. Ona elan edilmiş oğurluq epizodu üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 tanımır, metroda olarkən bir nəfər başqa oğlandan mobil telefon oğurlamış və oğurladığı mobil telefonu başqa şəxsə satmışdır. Törətdiyi həmin oğurluq cinayəti ilə bağlı isə ondan şikayət edilməmişdir. Digər Təqsirləndirilən şəxs1 ilə klubda tanış olmuş və onunla birlikdə cinayət hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadələrindən görünür ki, təxminən 2 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamin istifadə edir. Öz istifadəsi üçün psixotrop maddəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. 05 aprel 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyası yaxınlığındakı zibilliklərin birində tullantı metallar axtaran zaman bir ədəd şəffaf rəngli selofan büküm diqqətini cəlb etmiş və həmin bükümü götürdükdə içərisində psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Özü istifadə etmək məqsədi ilə götürüb üzərində saxlamışdır. 06 aprel 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Grandmart” adlı ticarət obyektinin arxasında piyada gəzərkən bir nəfər mülki geyimdə və bir nəfər isə polis geyimində olmaqla ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək və onun özünü şübhəli apardığını bildirməklə, birlikdə Abşeron Rayon Polis İdarəsinə getməli olduğunu demişlər. O isə heç bir etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun görüşməyi təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçisinin iştirakı İlə üzərinə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş zamanı o, da heç bir etirazının olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuş, daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O, da əynində olan sarı rəngli gödəkçəsinin sol yan cibində olan bir ədəd bükülünü təqdim etmiş və həmin bükülü bir ədəd sellofana bükülmüş vəziyyətdə olmuşdur. Bükülü polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 05 aprel 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində “20 Yanvar" metrostansiyası yaxınlığındakı zibillikdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən onun təqdim etdiyi bir ədəd bükülü kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və protokol ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o, həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq həmin psixotrop maddə metamfetamini əldə etməsi barədə heç kimin məlumatı olmadığını bildirmişdır. Abşeron rayonu, Xırdalan şəhəri “Grandmart” adlı ticarət obyektinin arxasında saxlanılan vaxt, polis idarəsinə gətirilən zaman və polis idarəsində olduğu müddətdə polis əməkdaşları və ya digər başqa şəxslər tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təsir göstərilməmişdir və eləcə də polis idarəsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. O heç kimə psixotrop maddə satmamış və belə bir satışı planlaşdırmamışdır. Bununla əlaqədar heç kimlə sövdələşməmiş və həmin psixotrop maddə metamfetamini özü qəbul etmək üçün əldə etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında Bakı şəhərində «20 Yanvar» metro stansiyasının yaxınlığında yerləşən internet klubda Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və həmin vaxtdan Cavidlə aralarında dostluq münasibətləri yaranmışdır. 09 may 2023-cü il tarixdə saat 00:15 radələrində «20 Yanvar» metrostansiyasının yaxınlığında olarkən Təqsirləndirilən şəxs1 ona bir nəfərin qarşısını kəsib ondan pul ala biləcəyini dedikdə, o pula ehtiyacı olduğu üçün Cavidin təklifini qəbul etmiş və onlar birlikdə 159 saylı otra məktəbin giriş darvazasının yaxınlığında sonradan tanıdığı Zərərçəkmiş şəxs2 qarşısını kəsmişlər. Onlar birlikdə Zərərçəkmiş şəxs2 üstünə qışqırıb tez üzərində olan pulları və mobil telefonunu verməyini tələb etmişlər. Teymur isə onlardan pullarını və telefonunu nə üçün onlara verməli olduğunu soruşduqda, o və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üzərinə hücum edib üstünə düşərək sifətindən və bədəninin müxtəlif yerlərindən yumruq və təpiklə vurmaqla döyməyə başlamışlar. Daha sonra isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 boynunu qolunun altına salıb sıxaraq Teymurun başını aşağı əymiş, bu zaman o isə Teymurun əynində olan şalvarın sağ cibində olan «Samsung» markalı mobil telefonunu cibindən dartıb çıxarmış, daha sonra şalvarının arxa sağ cibində olan 50 manatı, sol yan cibində olan 20 manat pulu götürmüşdür. Sonra Təqsirləndirilən şəxs1 Teymurun boynunu qolunun altında sıxmaqdan buraxmış və onlar qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Bundan başqa, o 24 may 2023-cü il tarixdə saat 12:30 radələrində metronun platformasında olan sərnişinlərin cibindən mobil telefonlarını oğurlamaq niyyəti ilə “Nizami” stansiyasına daxil olmuş, lakin, planlaşdırdığı kimi metronun platformasında sərnişinlərin sayı az olmuşdur. Bu vaxt qərara gəlmişdir ki, qatara minib sərnişinlərin sıxlığından istifadə etməklə hərəkətdə olan qatarda sərnişinlərdən kiminsə telefonunu oğurlasın. Bu minvalla o “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən və “Nizami” metrosunda dayanan qatarın yadında qalmayan vaqonuna minmişdir. O, vaqonda çoxlu sayda sərnişinlərin olduğunu görmüş və bu sıxlıqdan istifadə edib oğurluq edə biləcəyini düşünmüşdür. Bu məqsədlə o, qarşısında dayanan sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 arxa tərəfinə gələrək dayanmışdır. İlk öncə həmin qadının fikrinin onda olub-olmadığını və mobil telefonunun harada olmasını dəqiqləşdirmişdir. Daha sonra isə sərnişinlərin diqqətinin onda olub-olmamasına fikir verib dəqiqləşdirmişdir ki, Zərərçəkmiş şəxs1 mobil telefonunu çiyinindən asdığı çantasının içərisinə qoymuş və heç bir sərnişinin diqqəti onda olmamışdır. O, da fürsətdən istifadə edərək ehtiyatlı şəkildə Zərərçəkmiş şəxs1 bir qədər də yaxınlaşıb, başını yavaşca aşağı tərəf əyib Zərərçəkmiş şəxs1 çantasının zəncirbəndini açmış, bundan sonra isə qatarın “Elmlər Akademiyası” stansiyasına yaxınlaşdığını bildiyi üçün cəld olaraq dərhal telefonu çantanın içərisindən çəkib götürməklə cibinə qoymuş və özünü heç nədən xəbəri olmayan biri kimi aparmağa başlamışdır. Bu an qatar “Elmlər Akademiyası” stansiyasında dayanmış və o vaqondan cəld düşüb hadisə yerindən uzaqlaşmışdır. Metrodan çıxan kimi oğurladığı telefonu çıxarıb “Samsung” markalı olmasını müəyyən etmiş və dərhal telefonu söndürmüşdür. Daha sonra isə telefonun üzərindəki ekran qoruyucusunu, qoruyucu örtüyü və iki ədəd SİM kartı çıxarıb xatırlamadığı zibil qutusuna atmışdır. Bir müddət sonra metronun “20 Yanvar” stansiyasının girişinin yaxınlığına gəlib, orada tanımadığı şəxslərə telefon satdığını və yol pulunun olmamasını bildirmişdir. Həmin tanımadığı şəxslərdən biri ona 80 manat ödəməklə telefonu satın almışdır. O, da həmin pulu öz şəxsi xərclərinə istifadə etmişdir, 01 iyun 2023-cü il tarixdə metronun “20 Yanvar” stansiyasının girişinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, oğurluq cinayətində şübhəli olduğunu bildirməklə Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. O, Polis İdarəsində olarkən 24 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus telefonu çantasından çəkib oğurladığını etiraf etmişdir. Bakı Metropolitenində Polis İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. O, oğurluq cinayəti hadisəsini törədərkən ona heç kim köməklik göstərməmiş və hadisə ilə bağlı heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 dindirilməsi zamanı ona, əvvəllər istintaq orqanına verdiyi ifadəsində 09 may 2023-cü il tarixdə saat 00:15 radələrində «20 Yanvar» metrostansiyasının yaxınlığındakı 159 saylı otra məktəbin giriş darvazasının yaxınlığında olarkən Təqsirləndirilən şəxs1 sonradan tanıdığı Zərərçəkmiş şəxs2 yumruqla vurmasını və Teymurun qışqırmağa başlamasını gördüyünü, sonra isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 cibindən pul və mobil telefon götürdüyünü, onun isə bunu görən kimi cəld qaçıb onların yanına gəlib Teymuru tutub kənara çəkərək hadisə yerindən «Memar Əcəmi» istiqamətində aparmasını qeyd etdiyi halda, hazırda ifadəsində tamamilə fərqli faktlar göstərdiyini və bu ziddiyyəti nə ilə əlaqələndirə biləcəyi barədə suallar ünvanlanmışdır. O, isə cavabında həmin hadisəni törətdiyi üçün polis tərəfindən saxlanılarkən məsuliyyətdən yayınmaq üçün əvvəllər istintaq orqanına belə ifadə verdiyini, hazırda yalan danışmaqla məsuliyyətdən yayına bilməyəcəyini başa düşərək törətdiyi əməldən səmimi peşman olmasını bildirmişdir. O, ruhi cəhətdən sağlamdır və polis əməkdaşları tərəfindən saxlanılarkən və ya digər mərhələlərdə hər hansı bir təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindəki ziddiyyəti onunla izah etmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadələrini oxumamışdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham ilə əlaqədar polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmış , lakin o bu barədə hər hansı bir orqana şikayət etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 hər hansı isə cinayət əməlinə cəlb etməmiş, Zərərçəkmiş şəxs2 5 manat pul tələb etmiş, pulu vermədikdə isə sonuncunun başını sıxaraq mobil telefon və pulunu götürmüşdür. Zərərçəkmiş şəxs2lə görüşən zaman Maksum da yanlarına gəlmiş, lakin Teymurun mobil telefonunu və pulunu Saleh özü zərərçəkmiş şəxsin əlindən almışdır. Maksum hadisə yerindən uzaqlaşarkən saat 11-12 radələri olmuş, daha sonra sonuncu Zərərçəkmiş şəxs2lə birlikdə məktəbin yanına getmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 08 may 2023-cü il tarixdə saat 21-22 radələri arasında Nəsimi rayonu ərazisində yerləşən «20 Yanvar» metrostansiyasının çıxışında dayanmış, bu zaman sonradan tanıdığı Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq çay içməyə dəvət etmişdir. O, Teymurgilə qoşulub «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən adını bilmədiyi çay evinə gəlmişdir. O, həmin gün saat 18-19 radələrində şam edərkən dönərlə 100 qram təmiz spirt alıb içmiş və keflənmişdir. Çay evində olarkən ona çay içmək təklif edilsə də pivə içmək istədiyi üçün Teymur ona iki bakal pivə almışdır. Teymur və onun yanında olan oğlan çay içmişlər, o isə pivə içmişdir. Onlar çay evində xeyli oturub söhbət etdikləri vaxt ona məlum olmuşdur ki, Teymur Goranboy rayonundandır, onun tanışı isə Gəncə şəhərindəndir. Təxminən saat 23-24 radələri arasında onlar çay evindən çıxmış, Teymurun tanışı onlardan ayrılıb getmişdir, o isə Teymurla bir qədər ətrafda gəzişdikdən sonra Teymur da ondan ayrılıb çıxıb getmişdir. O, isə bir qədər tək hərəkət etdikdən sonra saat 00:15 radələrində tanışı Təqsirləndirilən şəxs2 görüb onunla salamlaşmış və ona bir nəfərin qarşısını kəsib ondan pul ala biləcəklərini dedikdə, Maksum onunla razılaşmış və onlar birlikdə 159 saylı otra məktəbin giriş darvazasının yaxınlığında Zərərçəkmiş şəxs2 qarşısını kəsmişlər. Onlar birlikdə Teymurun üstünə qışqırıb tez üzərində olan pullarını və mobil telefonunu verməyini tələb etmişlər. Teymur isə onlardan pullarını və telefonunu nə üçün verməli olduğunu soruşduqda, o və Təqsirləndirilən şəxs2 Teymurun üzərinə hücum edib üstünə düşərək sifətindən və bədəninin müxtəlif yerlərindən yumruq və təpiklə vurmaqla döyməyə başlamışlar. Daha sonra isə o, Zərərçəkmiş şəxs2 boynunu qolunun altına salıb sıxaraq başını aşağı əymiş, bu zaman Təqsirləndirilən şəxs2 Teymurun əynində olan şalvarın sağ cibində olan «Samsung» markalı mobil telefonunu cibindən dartıb çıxarmış, daha sonra şalvarının arxa sağ cibində olan 50 manatı, sol yan cibində olan 20 manat pulu götürmüşdür. Sonra o Teymurun boynunu qolunun altında sıxmaqdan buraxmış və qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Ələ keçirdikləri pula pivə və araq alaraq içmişlər. 09 may 2023-cü il tarixdə təxminən saat 08-09 radələrində «20 Yanvar» metrostansiyasının yaxınlığında olarkən polis əməkdaşları yaxınlaşıb onu saxlayaraq 19-cu polis şöbəsinə aparmışlar. Orada ona Teymurun onun barəsində həmin polis şöbəsinə şikayət ərizəsi verdiyi məlum olmuşdur. Həmin vaxt Teymura məxsus «Samsung A3» markalı mobil telefon onun üzərində olmuş və həmin telefonu polis əməkdaşlarına təhvil verərək törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs1 dindirilməsi zamanı ona, əvvəllər istintaq orqanına verdiyi ifadəsində 09 may 2023-cü il tarixdə saat 00:15 radələrində «20 Yanvar» metro stansiyasının yaxınlığındakı 159 saylı orta məktəbin giriş darvazasının yaxınlığında Zərərçəkmiş şəxs2 5 manat pul verməsini xahiş etdiyini, lakin Teymurun ona 5 manat pul verməkdən imtina etməsi səbəbindən hirslənib sifətindən şillə ilə vurduğunu, bundan sonra Teymurun qorxaraq cibində olan 54 manat pulunu ona verdiyini, onun isə Teymurun şalvarının arxa cibindən «Samsung A3» markalı mobil telefonunu götürdüyünü və həmin cinayəti törətməyə başqa şəxs və ya şəxslərin köməklik göstərmədiyini qeyd etdiyi halda, hazırda ifadəsində tamamilə fərqli faktlar göstərdiyini və bu ziddiyyəti nə ilə əlaqələndirə biləcəyi barədə suallar ünvanlanmışdır. O, isə cavabında həmin hadisəni törətdiyi üçün polis tərəfindən saxlanılarkən məsuliyyətdən qismən yayınmaq və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığını bildiyi üçün qorumaq məqsədilə əvvəllər istintaq orqanına belə ifadə vermiş, hazırda isə yalan danışmaqla məsuliyyətdən yayına bilməyəcəyini başa düşmüş və törətdiyi əməldən səmimi peşman olmasını bildirmişdir. O, ruhi cəhətdən sağlamdır və polis əməkdaşları tərəfindən saxlanılarkən və ya digər mərhələlərdə hər hansı bir təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə isintaqı zamanı verdiyi ifadələri arasındakı ziddiyyəti onunla izah etmişdir ki, həmin ifadələr onun tərəfindən verilməmiş, Təqsirləndirilən şəxs2 şəxsiyyəti onun ifadəsinə əsasən müəyyənləşdirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, İnşaatçılar metrostansiyasına çatan zaman istifadəsində olan mobil telefonun oğurlandığını başa düşmüş, bununla bağlı Metropoliteninə müraciət etmişdir. Metronun videogörüntülərində Təqsirləndirilən şəxs2 metroda olan insan sıxlığından istifadə edərək ona məxsus olan mobil telefonu üzərində olan aksesuarlarla birlikdə çantasından çıxardığını görmüşdür. Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 20 Yanvar metrosuna iş axtarmaq üçün getmişdir. Daha sonra Təqsirləndirilən şəxs1la birlikdə kafedə oturmuş, hətta sonuncuya pivə almışdır. Gecələmək üçün Bakı şəhərində yer axtardığına görə Cavid ona qalmaq üçün yer təklif edərək zirzəmi olan bir əraziyə aparmış, orada ona yumruqla vurmağa başlamışdır. Həmin yerdən Maksum onu guya uzaqlaşdırmaq məqsədilə heç kimin olmadığı yerə aparmış, Cavid isə onların arxasınca getmişdir. Cavid və Maksum ona heçnə etməyəcəklərini bildirib sakitləşdirsə də Cavid yenidən ona bir kəllə zərbəsi endirmiş, o, əlini üzünə tutanda isə Maksum cibindən 70-80 manat pulunu və «Samsung A3» markalı mobil telefonununu götürmüşdür.Təqsirləndirilən şəxslər tərəfindən ona vurulan ziyan ödənilməmiş və buna görə də onlara qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 Xırdalan ərazisində saxlanılmış, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxış nəticəsində sonuncunun üzərindən narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2023-cü il tarixdə aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı əsasında şübhəli bilinərək Xırdalan şəhərində Qrand Marketin arxa tərəfində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 6 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan sarı rəngli gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümündə içərisində ağ kristallik hissəciklər olan maddəni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqdim etdiyi maddə psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddə metamfetamini Bakı şəhərində yerləşən “20 Yanvar” dairəsi kimi tanınan ərazidə yerdən taparaq özü üçün istifadə etməkdən ötrü üzərində saxlamışdır( cild 2, iş vərəqi 34-36). 07 aprel 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksi olan, “..2.(imza) Abdullayev...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,112 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekpertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,062 qram təşkil etmişdir( cild 2, iş vərəqi 47-48). Zərərçəkmiş şəxs2 9 may 2023-cü il tarixli ərizəsinə əsasən keçirilmiş eyni tarixli hadisə yerinə baxış istintaq hərəkətinin protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs2, ona məxsus mobil telefonun və pulun ünvan 6 ünvanında yerləşən 159 saylı orta məktəbin giriş darvazasının yaxınlığında iki nəfər şəxs tərəfindən açıq talanmaqla ələ keçirildiyini bir daha təsdiq etmişdir ( cild 1, iş vərəqi 92,94-96). 9 may 2023-cü il tarixli “təqdim etmə və götürmə” barədə protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə zərərçəkmiş şəxsdən cinayət hadisəsi zamanı ələ keçirilmiş bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüşdür (cild 1, iş vərəqi 103-105). 9 may 2023-cü il tarixli Zərərçəkmiş şəxs2 şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üzünə qarşı verdiyi ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqi 138-139). 11 may 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən yer, yəni, ünvan 7 ünvanında yerləşən 159 saylı orta məktəbin giriş darvazasının qarşısına gətirilmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs1 9 may 2023-cü il tarixə keçən gecə təxminən saat 00:15-də Zərərçəkmiş şəxs2lə həmin yerdə olarkən ondan 5 manat pul istədiyini, lakin Zərərçəkmiş şəxs2 həmin məbləği ona verməkdən imtina edərək onunla cinsi əlaqədə olmasını təklif etdiyini, bu səbədən əsəbləşərək Teymurun sifətinə şillə ilə vurduğunu, Teymurun qorxaraq cibində olan 54 manat pulu ona verdiyini, bundan sonra isə o Teymurun şalvarının arxa cibindən “Samsung” markalı mobil telefonu götürərək oradan getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verərkən hadisənin baş vermə yerini əli ilə işarə edərək əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 91-94). 19 iyun 2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol və ona əlavə eidlmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilən şəxsləri nəzərdən keçirərək, soldan ikinci yerdə dayanmış şəxs Təqsirləndirilən şəxs2 tanımışdır (cild 1, iş vərəqi 202-206). 19 iyun 2023-cü il tarixli Zərərçəkmiş şəxs2 şahid Təqsirləndirilən şəxs2 ilə üzləşdirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 üzünə qarşı dediyi ifadəsi ilə bağlı xüsusatlardan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üzünə şillə vurmasını, cibindən pul və mobil telefon götürməsini təsdiq etmişdir (cild 1, iş vərəqi 126-127). 10 may 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sol qulaq seyvanı, sol gözaltı nahiyələrinin sıyrıqları, burun nahiyəsinin qançırı, bərk küt əşyaların (əşyaların) təsirindən törənmişdir, müayinədən bir-iki gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olarki həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər ( cild 1, iş vərəqi 248-250). 11 may 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib 09 may 2023-cü il tarixdə saat 00:15 radələrində ünvan 6 ünvanında yerləşən 159 saylı orla məktəbin giriş darvazasının yaxınlığında zərərçəkmiş şəxsdən ona 5 manat pul verməsini xahiş etməsini, Zərərçəkmiş şəxs2 ona 5 manat pul verməkdən imtina etməklə bərabər cinsi əlaqədə olmağı təklif etməsini, zərərçəkmiş şəxsin bu hərəkətlərinə görə hirslənərək sifətindən şillə ilə vurmasını, Teymur isə qorxaraq cibində olan 54 manat pulu ona verməsini, onun da Teymurun şalvarının arxa cibindən «Samsung A3» markalı mobil telefonunu götürüb açıq talamasını bildirərək cinayət törətdiyi yeri göstərmişdir( Cild 1, iş vərəqə 172-175). Zərərçəkmiş şəxs1 istifadəsində olan “Samsung” markalı mobil telefonun oğurlanması ilə əlaqədar 24 may 2023-cü il tarixli ərizəsinə əsasən eyni tarixli hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinin haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə "xxxx" QSC-nin “Elmlər Akademiyası” stansiyasına gedən qatarda baş vermişdir (cild 1, iş vərəqi 7-11). 1 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 çantasından telefonunu oğurladığını və tanımadığı şəxsə satdığını etiraf etmişdir ( cild 1, iş vərəqi 71-72). 1 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, 24 may 2023-cü il tarixli "xxxx" QSC-nin qatarının vaqonlarında quraşdırılmış nəzarət-müşahidə kamerasında qeydə alınan videogörüntüdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 mobil telefonunu götürməsi, həmin vaxt qatarın “Elmlər Akademiyası” metrostansiyasında dayanması və Təqsirləndirilən şəxs2 cəld olaraq qatarı, yəni oğurluq cinayətini törətdiyi hadisə yerini tərk etməsi müşahidə olunur (cild 1, iş vərəqi 73). 12 avqust 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının 2249 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” F.60.3 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli CM-in 21 və 22-cı maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 '‘Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 184-186). 22 iyun 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyun 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı “SM-A330F/DS (Galaxy A3) model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 70,00 manat, 01 ədəd ***-***-**-** GSM mobil nömrə 4,00 manat, 01 ədəd ***- ***-**-** GSM mobil nömrə 4,00 manat müəyyən edilir(Cild 1, iş vərəqə 253). 26 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi əməlin tövsif edilməsi və cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş bir ədəd zərfdə təmiz çəkisi - 1,112 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,062 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd “Samsung” markalı “SM-A330F/DS” (Galaxy A3) modelli mobil telefon və iki ədəd DVD disk maddi sübut hesab edilmiş, psixotrop maddə metamfetamin saxlanmasından ötrü Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına verilməsi, bir ədəd mobil telefonun isə Zərərçəkmiş şəxs2 qəbz ilə təhvil verilməsinin nəzərə alınması müəyyən edilmişdir ( cild 2, iş vərəqi 194-208). Məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi 18 dekabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 2 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və hər hansı bir xəsarət aşkar edilməmişdir. Abşeron rayon Prokurorluğunun 19 yanvar 2024-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixli “Cinayət işinin rədd edilməsi haqqında qərar”-dan görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə göstərdikləri öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 0, 15 qram və daha artıq çəkidə narkotik vasitə metamfetamin xeyli miqdar təşkil edir. Oğurluq, yəni özgə əmlakını gizli talama cinayət əməlinin təkrarən törədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi, zərərçəkmiş şəxsin çantasından çıxarılmaqla müşayiət olunması isə həmin Məcəllənin 177.2.5-ci maddəsi ilə tövsif edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinə əsasən həmin Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmaması, Zərərçəkmiş şəxs1 istifadəsində olan telefonu oğurlamaması barədə ifadəsini işin digər halları ilə birgə təhlil edərək təqsirləndirilən şəxslərin ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmçinin, Zərərçəkmiş şəxs2 məxsus pulun və mobil telefonun talanması epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus pulun və telefonun talanmasında Təqsirləndirilən şəxs2 iştirak etməməsini iddia etsələr də tərəflərindən ibtidai istintaq dövründə verilən etiraf edici ifadələr ilə məhkəmə iclasında verilən ifadələri arasındakı ziddiyyətin aydınlaşdırıla bilinməməsi səbəbindən onların ibtidai istintaq dövründə verdiyi ifadəni mötəbər sübut kimi qəbul edərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 münasibətdə zorakılıq hərəkətlərinə yol verməklə ona məxsus olan pulu və telefonu götürmələri faktını işin mübahisəsiz halı kimi qəbul edir və qiymətləndirir. Lakin məhkəmə cinayət işi üzrə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1ci maddəsi ilə tövsif olunması barədə düzgün nəticəyə gəlinməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin məzmunundan görünür ki, quldurluq dedikdə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 23-cü bəndində isə göstərilir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər.Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Lakin cinayət işi materiallarına əlavə edilmiş 10 may 2023-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyi ilə Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilməməsi barədə gəldiyi nəticə ona dəlalət edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətləri həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıqla müşayiət olunmamışdır. Məhkəmə belə nəticəyə gələrkən həm də Zərərçəkmiş şəxs2 Cavid və Maksumun ona heçnə etməyəcəklərini bildirməsi, lakin Cavidin ona bir kəllə zərbəsi endirərkən Maksumun onun cibindən 70-80 manat pulunu və “«Samsung A3» markalı mobil telefonunu götürməsi barədə ifadələrini, habelə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə münasibətdə yol verilən zorakılıq hərəkətlərinin sonuncunun həyat və sağlamlığı üçün real təhlükə yaratması kimi qiymətləndirilməsi üçün hər hansı alət və ya vasitə(silah və ya silah qismində istifadə edilən predmet və s.) nümayiş etdirməmələrini əsas götürür. Göründüyü kimi bilavasitə məhkəmə istintaqında müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə münasibətdə yol verilmiş hərəkətlərin sağlamlığına zərər yetirməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmaması bir daha təsdiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə iclasında toplanılmış sübutların məcmusu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə nəzərdə tutulan quldurluq cinayətinin tərkib əlaməti olan üsullardan digəri, yəni, Zərərçəkmiş şəxs2 münasibətdə təqsirləndirilən şəxslər tərəfindən sonuncunu öldürməklə, sağlamlığına zərər vurmaqla, ona işgəncə verməklə və bu kimi psixi təsirdə ifadə olunan həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi edilməsi də təkzib edilmişdir. Məhkəmə onu da qeyd edir ki, Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum Qərarına əsasən törədilmə üsuluna görə soyğunçuluq və quldurluq cinayətlərinin bir birindən fərqləndirilmə meyarı kimi zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə nəzərə alınmaqla həll edilməsi məsələsi əsas götürülmüşdür. Məsələn, zərərçəkmişi köməksiz vəziyyətə salmaq üçün onun iradəsinə zidd, yaxud aldatma yolu ilə orqanizminə güclü təsiredici, zəhərli və ya bihuşedici vasitələr yeridilməsi quldurluq, həmin məqsədlə zərərçəkmiş şəxsin orqanizminə onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan vasitələr, maddələrin yeridilməsi nəticəsindən asılı olaraq, zor tətbiq etməklə törədilən soyğunçuluq kimi , silahın yalnız nümayiş etdirilməsi və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələməsi və ya silah tətbiq etmə görüntüsü yaratması (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi, zərərçəkmiş şəxsin silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşdüyü təqdirdə əməlin soyğunçuluq kimi tövsif edilməsi müəyyən edilmişdir. Bundan başqa qərarda göstərilir ki, zərərçəkmişin zorakılıqla azadlığı məhdullaşdırılarkən şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Bundan başqa, quldurluq və soyğunçuluq cinayət əməlləri bir birindən bitmə anına görə fərqlənir. Belə ki, yuxarıda göstərilən Ali Məhkəmənin Plenum Qərarının 7-ci bəndinə əsasən quldurluq cinayətinin bitmə anı əmlakın götürülüb götürülməməsindən asılı olmayaraq zərərçəkmiş şəxsin əmlakının talanması məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılsa da soyğunçuluq cinayəti təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) bitmiş hesab edilir. Həmin Qərarın beşinci bəndinin məzmunundan aydın olur ki, təqsirləndirilən şəxsin açıq talama ilə bağlı hərəkətləri , yəni soyğunçuluq əməli həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda əməl quldurluq kimi tövsif edilməlidir. Göründüyü kimi quldurluq əməli iki obyektə –mülkiyyət və insan həyat və sağlamlığınin qorunması ilə bağlı ictimai münasibətlərə qəsd etdiyi etdiyindən cinayətin bitmə anı basqın andan başa çatır, soyğunçuluq əməli isə hətta zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakılıqla müşayiət edildiyi təqdirdə belə əmlak ələ keçirilə bilərsə bitmiş hesab olunur, talanmalı əmlak ələ keçirilə bilmədiyi təqdirdə isə təqsirləndirilən şəxsin əməli davam etdirilərək həyat və sağlamlıq üçün təhlükəli olan zorakılığa çevrildiyi və ya belə zorakılıq hədəsi ilə müşayiət edildikdə əməl quldurluq cinayət kimi tövsif edilir. Məhkəmə işin faktiki hallarını cinayət qanunvericiliyinin tələblərinə uyğun qiymətləndirməklə hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə heçnə etməyəcəklərini, sadəcə telefonunu və pulunu tələb etdiklərini bildirmələri, qeyd edilən əşyaları vermədiyinə görə sonuncunu sağlamlığına zərər vurmayan xəsarət yetirərək döyməklə həmin əşyaları talaması, tərəflərindən zərərçəkmiş şəxsə həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq hərəkətlərinə və ya belə zorakılıq tətbiq etmə hədəsinə yol verilməməsi onların əməllərinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq kimi qiymətləndirilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ittiham elan edilmişdir. Belə qənaətə gələrkən istintaq orqanı tərəfindən sonuncunun yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və zor tətbiq etməklə ağır cinayətin törədilməsinə cəlb etməsi halı əsas götürülmüşdür. Məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə, yəni on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsi,həmin əməllərin zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədilməsi və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə əməli isə həmin Məcəllənin 170.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 170-ci maddəsində əməlin törədilməsi üsulu müvafiq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulduğundan qeyd olunan maddə ilə cinayət məsuliyyətinin yaranması üçün təqsirləndirilən şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsin cinayət əməlinin törədilməsinə cəlb edilməsi aldatma, vədlər vermə, hədə-qorxu, habelə zor tətbiq etmə və ya zor tətbiq etmək hədəsi kimi üsullarla müşayiət edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsindən 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edildiyinə görə artıq onun əməlində həmin Məcəllənin 170.3-cü maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə kimi tərkib əlamətinin mövcudluğu aradan qalxmış olur. Digər tərəfdən Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 hansı cinayətkar qrupa cəlb edilməsi, habelə sonuncuya tətbiq etdiyi “zor” un nədən ibarət olması ibtidai istintaq orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 170-ci maddəsində cinayət tərkibin zəruri əlaməti kimi nəzərdə tutulan aldatma, yəni yetkinlik yaşına çatmayanda onun cəlb olunduğu fəaliyyətin hüquqi xarakteri haqqında yanlış təsəvvürün yaradılması, onu cinayətkar fəaliyyətə sövq edən yalan məlumatların verilməsi və ya etibardan sui-istifadə olunması,vədlər vermə, yəni yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətdə iştirak edəcəyi təqdirdə onun mənafeyinə uyğun hərəkət və ya hərəkətsizliyin edilməsinə (pul və ya qiymətli hədiyyə veriləcəyinə, etdiyi xoşagəlməz hərəkətlər barəsində məlumatların heç kimə verilməyəcəyinə və s) inandırma, hədə qorxu, yəni yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmək üçün ona qarşı zor tətbiq etmək hədəsi ilə əlaqədar olmayan istənilən şantaj (onun özünün və yaxın qohumlarının barəsində rüsvayedici məlumatların yayılması, onların əmlakının məhv edilməsi, məktəbdən xaric olunması və s) formasında təzahür edən psixi təsir kimi üsullarla Təqsirləndirilən şəxs2 cinayətkar fəaliyyətə cəlb etməsi halının olması cinayət işi materialları ilə təsdiq edilmir. Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə nəzərdə tutulan cinayətin obyektinin yetkinlik yaşına çatmayanların normal inkişafı və tərbiyəsi, habelə onların şəxsiyyətinin formalaşmasının mənəvi -əxlaqi tərəfi ilə bağlı yaranan münasibətlərin təşkil etməsini nəzərə almaqla belə qənaətə gələrkən məhkəmə həmçinin onu əsas götürür ki, iş materallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə oğurluq əməllərinə görə məhkum edilmişdir. Hazırki iş üzrə isə o, Zərərçəkmiş şəxs2 məxsus əmlakın talanmasına Təqsirləndirilən şəxs1 tərəfindən hər hansı üsulla cəlb edilməmiş, sonuncu ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət törətmək barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 23 avqust 2007-ci ildə dərc olunmuş “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktın 14-cü maddəsinə dair 32 saylı ümumi şərhində BMT-nin İnsan Hüquqları Komitəsi təqsirsizlik prezumpsiyası ilə əlaqədar bildirmişdir ki, insan hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən təqsirsizlik prezumpsiyası ittiham tərəfinin üzərinə ittihamı sübut etmək vəzifəsini qoyur, ittiham əsaslı şübhə yeri qalmadan sübuta yetirilməyənə qədər şəxsin təqsirkar sayılmamasını təmin edir, təqsirliliklə əlaqədar şübhənin təqsirləndirilən şəxsin xeyrinə həll olunmasını təmin edir və cinayət əməlində təqsirləndirilən şəxs ilə təqsirsizlik prezumpsiyasına uyğun surətdə davranılmasını tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 180.2.1 və 180.2.4-cü və 234.1-ci maddələri ilə tövsif edilməlidir. Həmin cinayət əməlləri təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 180.2.1 və 180.2.4-cü və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilməlidir. Həmin əməllər Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onu cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən ona elan edilmiş ittihama daxil olan cinayətlərin yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən 15 avqust 2023-cü il tarixə verilmiş tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırki hökmlə təyin edilmiş 01(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 1 (060)-697/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 07 (yeddi) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublkasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02(iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04(dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1(bir) il 11( on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02(iki) günə 01(bir) gün hesablanaraq, 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuş və hazırkı hökmlə ona təyin edilmiş cəza ilə həmin məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumemtə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmünə əsasən 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (Cild 2, iş vərəqə 117-118, 134-138, Cild 3. İş vərəqə 2-9). Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata Göyçay rayon Məhkəməsinin 13 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, Göyçay rayon Məhkəməsinin 15 yanvar 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 14 yanvar 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə barəsində başlanılmış cinayət işi üzrə icraata 16 fevral 2018-ci ildə Göyçay rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, Göyçay rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 (bir) il 06 (altı) gün azadlıqdan məhrumetmə cəzası 06(altı) ay azaldılmışdır. Təqsirləndirilən şəxs1 11 may 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 2, iş vərəqi 119-120). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsinə görə məhkumluğunun ödənilmədiyi və götürülmədiyi dövrdə qəsdən az ağır cinayət əməlini törətməsi onun barəsində cinayətlərin residivi halını formalaşdırmış olur. Məhkəmə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilən cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət törədilən anda yetkinlik yaşına çatmayan şəxs olması kimi barəsində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cəzanın məqsədlərinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 180.2.1 və 180.2.4-cü və 234.1-ci maddələri sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.2 və 85.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla qismən toplanılmalıdır. Bundan başqa Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə hazırki hökmlə təyin olunmuş cəza ilə ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumemtə cəzası ilə toplanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 06 aprel 2023-cü il tarixdə ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (Cild 2, iş vərəqə 14),08 aprel 2023cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild 2, iş vərəqə 72-73). Bundan sonra o, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə 1 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 30), Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 1 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 65-70), Təqsirləndirilən şəxs1 9 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 124-125), Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 9 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 170-171). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 06 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək həbsdə olma müddəti , habelə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət işi üzrə 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək tutulduğu müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 1 iyun 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 9 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməsini istisna edən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş 776 (yeddi yüz yetmiş altı) manat və Zərərçəkmiş şəxs2 vurulmuş 160 (yüz altmış) manat ziyan təqsirləndirilən şəxslər tərəfindən onlara qaytarılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış, saxlanmasından ötrü Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,062 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iki ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı və bir ədəd “Samsung” markalı “SM-A330F/DS” (Galaxy A3) modelli mobil telefon isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək Təqsirləndirilən şəxs2 105(yüz beş) manat , Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri “Yusifbəyli və Partnyorları” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi isə Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 və Müdafiəçi1 ödənilməsi məqsədilə hər biri üçün ayrı-ayrılıqda işlədikləri Bakı şəhəri “Yusifbəyli və Partnyorları” saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 350.1-ci və 346-347, 349, 351-353, 356, 358, 384-385ci, maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 180.2.1 və 180.2.4-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələri ilə 2 (iki) il müddətinə, 180.2.1 və 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətinə, 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona həmin maddələr ilə təyin edilmiş cəzalar qismən toplanma yolu ilə üzərində 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yasamal rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2(iki) il 3(üç ) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 06 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək tutulduğu müddət, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət işi üzrə 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək tutulduğu müddət hazırki hökmlə təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 11 (on bir ) ay 26 (iyirmi altı ) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 1 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 9 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,062 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - İki ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın; -Bir ədəd “Samsung” markalı “SM-A330F/DS” (Galaxy A3) modelli mobil telefonun isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 105(yüz beş) manat, Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat məbləğində tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 və Müdafiəçi1 işlədikləri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar