Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-868/2022 16.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Samir” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində naməlum ünvanda yerləşdirdiyi 02 ədəd şəffaf polietilen torbada 75 ədəd həblərdən ibarət kustar üsulla hazırlanmış təsiredici maddəsinin ümumi miqdarı 13,945 qram təşkil edən külli miqdarda psixotrop maddə hesab olunan metilendioksimetafetamini (MDMA) gecə saatlarında 29 sentyabr 2021-ci il tarixdə, saat 01:45-də həmin yerdən götürüb əldə etməklə qara rəngli əl çantasına yerləşdirərək sonradan “Samir” adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan ayrıayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşımaqla üzərində saxlamış, 29 sentyabr 2021-ci il tarixdə saat 02:30 dəqiqədə ünvan 4 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq Bakı Şəhər Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərində keçirilən şəxsi axtarış və götürmə zaman boynunda asılan qara rəngli əl çantasından 02 ədəd şəffaf polietilen torbada 75 ədəd həblərdən ibarəd kustar üsulla hazırlanmış təsiredici maddəsinin ümumi miqdarı 13,945 qram təşki edən küllü miqdarda psixotrop maddə hesab olunan metilendioksimetafetamin (MDMA) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 02 il olar narkotik vasitə qəbul edir, ilk olaraq marixuana, sonralar isə əsasən şüşə, patı kimi tanınan metamfetamin adlı narkotik vasitədən istifadə edir. Narkotik vasitələri adının “Samir” olduğunu öyrəndiyi, Türkiyə Respublikasında yaşadığını bildiyi, +**********09 mobil teleton nömrəsini istifadə edən şəxs vasitəsi ilə əldə etmişdir. Belə ki, özünə narkotik maddə lazım olduğunda, istifadəsində olan +**********18 və telefonunda sadəcə “whatsapp” funksyasını aktiv etdiyi +**********1 mobil telefon nömrələrinin “whatsapp” bölməsindən Samir adlı şəxsin qeyd etdiyi türk nömrəsinə yazaraq narkotik maddə istədiyini bildirmişdir. Samir isə ona ərazini bildirəcək “məkan” və həmin yerdə gizlədilmiş narkotik madənin yerləşdiyi yerlərin şəklini çəkib göndərmiş və bu formada mütəmadi olaraq istifadə etmişdir. Təxminən üç-dörd həftə bundan öncə narkotik almağa pul çatdıra bilmədiyindən qeyd etdiyi “Samir” adlı şəxsin işlərini görməyə qərar vermişdir. Bu məsələ ilə bağlı Samirlə də razılaşmış, belə ki, Samir, istifadəsində olan türk nömrəsindən onun istifadəsində olan rus nömrəsinin “whatsapp” sürətli yazışma bölməsinə ərazini bildirəcək “məkan” göndərmişdir. Taksi ilə və ya piyada olaraq həmin məkanı tapıb oraya getmiş, Samirin göndərdiyi məkana çatdıqdan sonra “whatsapp" vasitəsi ilə məlumat vermişdir. Bundan sonra Samir narkotik vasitələrin həmin yerdə harada gizlədildiyinə aid çəkilmiş şəkilləri ona göndərmişdir. Patı, şüşə kimi tanıdığı metamfetamin, heroin, müxtəlif adda olan güclü təsiredici həblər və sair kimi narkotik vasitələri hər dəfəsində fərqli çəkilərdə, fərqli növlərdə və fərqli yerlərdən götürmüşdür. Yerlərdən götürdüyü narkotik vasitələri bəzən hissə-hissə olmaqla özünün müəyən etdiyi yerlərə yerləşdirib eyni qayda ilə “məkan” və gizlətdiyi yerlərin şəkillərini çəkib Samirin “whatsapp”na göndərmişdir. Bəzən isə miqdar çox olduğundan həmin narkotik maddələri bölərək 0,5 qram və ya 01 qram çəkidə olmaqla hissələrə ayırıb gizli yerlərdə yerləşdirib Samirə məlumat vermiş, hansı narkotik vasitədən nə qədər lazım olduğunu Samir "whatsapp”-dan ona yazaraq bildirmiş, ona uyğun hərəkət etmişdir. Narkotik vasitələri bölüb hissə-hissə ayıran zaman özü üçün də istifadə etmiş, hissələrə bölüb Samir dediyi çəkidə hazırladığı narkotik vasitələri özünün müəyyən etdiyi gizli yerlərdə yerləşdirdikdən sonra Samir, ona aid və istifadəsində olan, “Kapital Banka” məxsus, üzərində “Umico 1 Kart” yazılı, 4169 7385 1703 8653 saylı seriya nömrəli, “Kapital Banka” məxsus, üzərində "xxxx" yazılı, 6768 6771 7992 1410 saylı seriya nömrəli, “AzərTürkBanka” məxsus, üzərində “World” yazılı, 5213 6751 6940 7963 saylı seriya nömrəli və “Premium Banka” məxsus, üzərində “Standart” yazılı, 5462 6312 1887 8850 saylı seriya nömrəli bank kartlarına hər dəfəsində müxtəlif məbləğlərdə, belə ki, taksi pulu olaraq 15-20 manat miqdarında pul göndərmiş və həmin pullardan hər dəfə 10 manat ona pul qalmışdır. Eynilikdə 28 sentyabr 2021-ci il tarixdə Samir ona “məkan” göndərərək həmin məkana getməyini, narkotik vasitələr qoyulduğunu və onları götürməyini bildirmişdir. Məkan və şəkillər Samir tərəfindən telefonunun “whatsapp”na göndərilən zaman digər bir şəxs tərəfindən göndərildiyi bilindiyindən güman etmişdir ki, narkotik vasitələri onun kimi oraya kimsə yerləşdirmişdir. 28.09.2021-ci il tarixdə, təxminən saat 23:40 radələrində yaşadığı mənzilin yaxınlığına internet vasitəsi ilə taksi sifariş edərək Samirin ona göndərdiyi “məkanı” taksiyə yönəltmiş və qeyd olunan ünvana yola düşmüşdür. Saat 01:45-də “məkanda” göstərilən ünvana çatmış, nömrəsini və markasını xatırlamadığı taksidən yerə enib məkana çatdığını Samirə bildirmişdir. Samir həmin yerdə, yəni, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində öncədən yerləşdirilmiş narkotik vasitələrin şəkillərini ona göndərərək gizlədilmiş yeləri izah etmiş və oradan “75 eski, 8gr bonu”, yəni 75 ədəd ekstazi həblərini və 08 gram bonzaini götürməyini bildirmişdir. Samirin göndərdiyi şəkillər və verdiyi istiqamət vasitəsi ilə orada gizlədilən narkotik vasitələri tapıb götürmüş, üzərində boynundan asılmış qara rəngli əl çantasına yeləşirib və yaşadığı mənzilə gəlmək üçün xatırlamadığı taksiyə əyləşmişdir. Artıq gecə olmuş, 28 sentyabr tarixindən 29 sentyabr tarixinə keçmişdir. Yaşadığı mənzilə bir qədər qalmış şübhə çəkməmək üçün taksini saxlatdırıb yerə enmiş və mənzilinə doğru hərəkət etməyə başlamışdır. 29.09.2021-ci il tarixdə təxminən saat 02:30 radələrində ünvan 4 ünvan ilə piyada olaraq yaşadığı ev istiqamətinə hərəkətdə olan zaman kənardan polis geyim formasında olan üç nəfər şəxsin ona tərəf gəldiyini görmüşdür. Üzərində, yəni boynundan asdığı qara rəngli əl çantasında narkotik vasitələr olduğu üçün özünü itirmiş və qorxub qaçmaq istəmişdir. Bu zaman polislər onu saxlayıb qaçmaq istəməyinin səbəbini soruşmuşlar. O, da səmimi olaraq üzərində narkotik vasitələrin olmasını bildirmişdir. Polislər özlərini təqdim etmiş, kim olduğunu soruşmuş, o da özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis geyimdə olan həmin şəxslər onu özləri ilə birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə getməyə dəvət etmişlər. Razılıq vermiş və həmin şəxslərlə birlikdə Bakı Şəhər Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gəlmişdir. Polis əməkdaşları tərcüməçi dəvət etmiş, daha sonra üzərinə baxış keçiriləcəyi barədə məlumat verilmiş, ona hüquqları izah edilmişdir. Daha sonra vəkil dəvət edilmiş, çəkiliş edilərək üzərinə şəxsi baxış keçiriləcəyi söylənilmiş, üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Üzərinə baxış keçirilməsinə razılıq vermiş və üzərində qanunla qadağan olunan narkotik vasitələr olduğunu demişdir. Boynundan asılan qara rəngli əl çantasını açıb içərisindən 02 ədəd ayrı-ayrı polietilen bükümdə olan, bir ədəd bükümündə 30 sayda sarı və tünd-metal rəngli, digər bükümdə 45 sayda olan mavi və qəhvəyi rəngli, ümumilikdə 75 (yetmiş beş) ədəd narkotik tərkibli dərmanları, 08 ədəd polietilen bükümdə olan marixuana, 02 manat kağız pul əskinzalarını, 02 ədəd 20 qəpiklik dəmir pul əskinzaları, 04 ədəd bank kartları və digər mağaza, bonus, Azəriqaz və Azərsu plastik kartları, 01 ədəd özünə məxsus üzərində +**********18 mobil telefon nömrəsi olan “Xiaomi” markalı telefonu təqdim etmişdir. Sonra polis əməklaşları protokol tərtib etmiş, təqdim etdiklərini kağız zərfə qablaşdırılmış və həmin kağız zərfin üzərində imza etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində Bakı şəhər, Yasamal RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində polis nəfərləri Şahid2 və Şahid3 ilə xidməti avtomobildə və xidməti geyimdə xidmət aparan zaman həmin küçənin 8 nömrəli ünvanında yerləşən “Araz” marketin qarşısında davranışı ilə özünü şübhəli aparan bir nəfər şəxs görmüşlər. Həmin şəxs də onları görüb iti yerişlə kənarlaşmaq istədikdə həmin şəxsi saxlamış və özlərini təqdim edərək qaçma səbəbini soruşmuşdur. Həmin şəxs boynunda asılmış çantasında narkotik vasitələr olduğu üçün qaçıb uzaqlaşmaq istədiyini bildirmişdir. Onlar həmin şəxsi Bakı Şəhər Yasamal RPİ-nə 26-cı Polis Bölməsinə birlikdə gəlməyə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib birlikdə Polis Bölməsinə gəlmişdir. Orada həmin şəxsin xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bakı Şəhər Yasamal RPİ-nə 26-cı Polis Bölməsində xidməti otaqların birində video çəkiliş vasitəsi ilə dəvət olunmuş müdafiəçinin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, boynundan asdığı qara rəngli əl çantasının içərisindən 8 ədəd şəffaf sellofanda ot kütləsini və bir ədəd şəffaf sellofanda içərsində 17 ədəd boz rəngli, 13 ədəd sarı rəngli olan həbləri, digər şəffaf sellofanda 39 ədəd mavi rəngdə həbləri, 6 ədəd qəhvəyi rəngdə həbləri, həmçinin 1 ədəd kartını, 1 ədəd «Bazarstore», 1 ədəd “Umico”, 1 ağ rəngli, 1 ədəd “Papara”, 1 ədəd “Tamkart”, 1 ədəd “Cimeclub”, 1 ədəd “Money”, 1 ədəd "xxxx", 1 ədəd "xxxx", 1 ədəd “AzərTürkBank” sözləri həkk olunmuş, 1 ədəd “Azərsu”, 1 ədəd “Azəriqaz” plastik kartları, 2 manat kağız və 2 ədəd 20 qəpik pul əskinazlarını, həmçinin “Xiaomi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri və ot kütləsini 29 sentyabr 2021-ci il tarixdə saat 01:00 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində, Öncədən “vast app” sürətli yazışma sosial şəbəkəsi vasitəsi ilə danışıb razılaşdığı və məkan göndərməklə yeri bildirilən yerdən, oradakı daşın altında gizlədilmiş 08 ədəd şəffaf sellofanda ot kütləsini və 2 ədəd şəffaf sellofanda olan həbləri götürmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 08 ədəd şəffaf sellofanda ot kütləsi və 2 ədəd şəffaf sellofanda olan həblər, həmçinin 1 ədəd “Money”, 1 ədəd "xxxx", 1 ədəd "xxxx", 1 ədəd “AzərTürkBank” sözləri həkk olunmuş plastik bank kartları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb “Zərflər” üçün 170 saylı möhür ilə möhürlənərək müvafiq qeydlər edilməklə götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bu haqda protokol tərtib edilmiş və tərtib olunmuş protokol ucadan oxunmuş, düzgün tərtib olunduğuna görə həmin protokola və zərfin üzərinə müvafiq imzalar edlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nin digər əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli 6/4297 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 170 dairəvi möhür əksi»...5) Ratiani Vadimoviçi imza ..» yazılan zərfdə 2 ədəd şəffaf polietilen torbacıqda ümumi sayı 75 ədəd olan həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (ekstazi). 75 ədəd həbdən ibarət MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 13,945 qram təşkil edir. Cinayət işinə əlavə olunmuş Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 02 oktyabr 2021-ci il tarixli, 3744 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabiolidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 02.10.2021-ci il tarixli 2302 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 29 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən boynundan asdığı qara rəngli əl çantasının içərisindən 8 ədəd şəffaf selofanda ot kütləsi və bir ədəd şəffaf selofanda içərsində 17 ədəd boz rəngli, 13 ədəd sarı rəngli həblər, digər şəffaf selofanda 39 ədəd mavi rəngdə həblər, 6 ədəd qəhvəyi rəngdə həblər, həmçinin üzərində 1 ədəd kartı, 1 ədəd Bazarstore, 1 ədəd Umico, 1 ağ rəngli, 1 ədəd Papara, 1 ədəd Tamkart, 1 ədəd Cimeclub, 1 ədəd Money, 1 ədəd "xxxx",l ədəd "xxxx" 1 ədəd «AzərTürkbank» sözləri həkk olunmuş, 1 ədəd Azərsu, 1 «Azəriqaz» plastik kartları, 2 manat kağız və 2 ədəd 20 qəpik pul əskinazları, həmçinin “Xiaomi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş 02 oktyabr 2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya, predmet, narkotik və ya psixotrop maddələr aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş 18 oktyabr 2021-ci il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Yasamal RPİ-nin 26cı PB-nin inzibati binasında təhqiqatçı, polis polkovnik-leytenantı Məhəmməd Cəfərovun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X6, Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1, polis nəfəri, polis serjantı Şahid2, polis nəfəri, polis serjantı Şahid3,Yasamal RPİ-nin KTQ-nm baş inspektoru, polis mayoru, X7 və tərcüməçi X3 iştirakları ilə özünü təqdim etməsi təklif edilir. Həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs boynundan asdığı qara rəngli əl çantasının içərisindən 8 ədəd şəffaf selofanda ot kütləsi və bir ədəd şəffaf selofanda içərsində 17 ədəd boz rəngli, 13 ədəd sarı rəngli həblər, digər şəffaf selofanda 39 ədəd mavi rəngdə həblər, 6 ədəd qəhvəyi rəngdə həblər, həmçinin üzərində 1 ədəd kartım, 1 ədəd Bazarstore, 1 ədəd Umico, 1 ağ rəngli, 1 ədəd Papara, 1 ədəd Tamkart, 1 ədəd Cimeclub, 1 ədəd Money, 1 ədəd "xxxx",l ədəd "xxxx" 1 ədəd «Azərtürkbank» sözləri həkk olunmuş, 1 ədəd Azərsu, 1 Azəriqaz plastik kartları, 1 manat kağız və 2 ədəd 20 qəpik pul əskinazlarını, həmçinin “Xiaomi” markalı mobil telefon aparatını təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin maddələri və ot kütləsini 29 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində daşın altından 8 ədəd şəffaf selofanda ot kütləsi və 2 ədəd şəffaf selofanda həbləri götürmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 8 ədəd şəffaf selofanda ot kütləsi və 2 ədəd şəffaf selofanda həblər, həmçinin 1 ədəd Money, 1 ədəd "xxxx", 1 ədəd "xxxx" 1 ədəd «AzərTürbank» sözləri həkk olunmuş plastik kartlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş 19 oktyabr 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefon «Xiaomi» markalı olmaqla arxa tərəfi parlaq göy, mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Mobil ekranın fonunda isə qız fotoşəkili yerləşdirilmişdir. Mobil telefonun üzərində X4 məxsus +**********1 mobil nömrəsi vardır. Beləliklə mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilmədi. Daha sonra mobil telefonda olan “Whatsapp” mobil tətbiqetməsinə baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək aşağıdakı ismarıclar müəyyən edilmişdir. -25 sentyabr 2021-ci il tarixdə saat 07:39-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********1 mobil nömrəsindən “SamirXX” adı ilə qeydiyyata salınmış +**********09 mobil nömrəsinə əlində iki büküm saxlanılmış fotoşəkillər, 08:27-də ünvan, 08:29-da «Qeyd olunan ünvana gəl, konuma işarədiyim yerdə 5 m» məzmunlu ismarıclar,saat 08:29-da ox şarəsi ilə işarələnmiş və blokun görüntüsünü əks etdirən fotoşəkillər, saat 08:31-də ox işarəsi ilə işarənmiş fotoşəkil, saat 08:32-də «Qeyd olunan ünvana gəl,konuma işarədiyim yerdə 5 m» məzmunlu ismarıclar,saat 08:33-də ox işarəsi ilə işarələnmiş və blokun görüntüsünü əsks etdirən fotoşəkillər, saat 08:34-də ünvan, saat 08:34-də «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 71» məzmunlu ismarıclar, saat 08:35-də ox işarəsi ilə işarələnmiş fototşəkil, ünvan, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 7 li» məzmunlu ismarıclar, saat 08:36-da ünvan, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 14 li», taxtanın arxasında» məzmunlu ismarıclar,ünvan, ox işarəsi ilə işarələnmiş fotoşəkil, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 2 q ot» məzmunlu ismarıclar, saat 08:40-da ox işarəsi işarələnmiş fotoşəkil, ünvan, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 2 q ot » məzmunlu ismarıclar, saat 08:42-də ox işarəsi ilə işarələnmiş fotoşəkil, ünvan, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 05 p» məzmunlu ismarıclar, saat 08:43-də ox işarəsi ilə işarələnmiş fotoşəkil,ünvan, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 2 e» məzmunlu ismarıclar, saat 08:44-də ox işarəsi ilə işarələnmiş fotoşəkil, ünvan, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 05 p» məzmunlu ismarıclar,saat 08:45-də ox işarəsi ilə işarələnmiş fotoşəkil, ünvan, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 05 p» məzmunlu ismarıclar, saat 08:47-də ox işarəsi ilə işarələnmiş fotoşəkil, ünvan, saat 08:48-də pozulmuş ismarıc, ünvan, saat 08:49-da «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 05 p» məzmunlu ismarıc, ox işarəsi ilə işarələnmiş fotoşəkil, ünvan, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 05 p» məzmunlu ismarıc,ox işarəsi ilə işarələnmiş fotoşəkil, ünvan, saat 08:50-də «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 3 e» məzmunlu ismarıclar, saat 12:13-də ünvan, ox işarəsi ilə işarələnmiş fotoşəkil, «Qeyd olunan ünvana gəl, konuma işarələdiyim yerdə 7 li» məzmunlu ismarıc, yaşayış binasının bolokunun fotoşəkili göndərilmişdir. - Samir XX adı ilə qeydiyyata salınmış +**********09 mobil nömrəsindən saat 12:40-da «Zdorovo, «Bro», +**********1 mobil nömrəsindən saat 12:41-də «zdorovo» məzmunlu, saat 12:42-də +**********09 mobil nömrəsindən səsli, +**********1 mobil nömrəsindən saat 12:44-də «tak da uje ustal tı kak?», «toşnit ves den» məzmunlu ismarıc, +**********09 mobil nömrəsindən «Norm sukur» məzmunlu,+**********1 mobil nömrəsindən saat 12:45-də «etot pt ne turetskiy je tak?» məzmunlu, +**********09 mobil nömrəsindən «Pçemu?», +**********1 mobil nömrəsindən «iranskıy on»,+**********09 mobil nömrəsindən «s seqo vzal? məzmunlu, +**********1 mobil nömrəsindən «vkus», «on xaroşiü bazaru net» məzmunlu, +**********09 mobil nömrəsindən saat 12:46-da «ela işarəsi», +**********1 mobil nömrəsindən «prosto turetskiy vkus mutşie» məzmunlu, +**********09 mobil nömrəsindən «ya ne kru)» məzmunlu, +**********1 mobil nömrəsindən saat 12:47-də «pravilno i delaiş», «nu ya prav?» məzmunlu, +**********09 mobil nömrəsindən saat 12:49-da «Prav)» məzmunlu, +**********1 mobil nömrəsindən saat 12:53-də «bravo», «ya ryadom tut kudat bolşe ne maqu», «oçen paleno i opasno» məzmunlu, +**********09 mobil nömrəsindən «xoroşo soqlasen», «N» məzmunlu, +**********1 mobil nömrəsindən «lutşi tak budem delat», «kak seqodnya» məzmunlu, +**********09 mobil nömrəsindən saat 12:54-də «da» məzmunlu, +**********1 mobil nömrəsindən saat 12:54-də «i noqda ya smaqu to voyti ya toje budu klast, « i otparvlyat tbe» məzmunlu,+**********09 mobil nömrəsindən «Qlavnoye ne spalitsa)» məzmunlu, +**********1 mobil nömrəsindən saat 12:56-da «ala blya ya norm vse delayu», «palyat dolbaebı katorie kak obezyanie po 4 çeloveka işut odnu zakladku» məzmunlu, +**********09 mobil nömrəsindən saat 12:57-də smalnik, +**********1 mobil nömrəsindən «posmotri sam fotki kak ya pryaçu» «sluçanu nobral» məzmunlu, +**********09 mobil nömrəsindən saat 13:18-də səsli, +**********1 mobil nömrəsindən saat 13:21-də «smotri 2 menya s soboy 2 qr plana vse eşki», «i poltara lista mirosa» məzmunlu, +**********09 mobil nömrəsindən saat 13623-də «Xoroşo brat» məzmunlu, +**********1 mobil nömrəsindən saat 13:26-da altı hissəsində «sluşay tı mne smojeş odoljit 40 man na krosovki, a to p....s mne eşe 200 man nado nayti otkda to ya toqda odoljil u paşana na rabote na nedelo xz çe delat boobşe» məzmunlu ismarıc yazılmış ayaq nahiyəsinin fotoşkili, +**********09 mobil nömrəsindən saat 13;28-də «40 azn dam», «bez problem» məzmunlu, +**********1 mobil nömrəsindən saat 13629da «sposibo bolşoe» məzmunlu, +**********09 mobil nömrəsindən səsli, +**********1 mobil nömrəsindən «pol 10» məzmunlu,+**********09 mobil nömrəsindən səsli, +**********1 mobil nömrəsindən saat 13:28-də «mne v prinsepe net bro, to çto nujno ya uje skazal da» məzmunlu, saat 13:29-da «spasibo» məzmunlu, +**********09 mobil nömrəsindən «xoroşo bro» məzmunlu, +**********1 mobil nömrəsindən saat 14:59-da ox işarəsi ilə işarənmiş iki ədəd fotoşəkillər, saat 15:00-da 2 ədəd «Qeyd olunan ünvana gəl, konuma işarədiyim yerdə 7 li», «konum ostalsa 1 mesta?», 1 İ 2 odinakovıy lokation esli shoto» məzmunlu,+**********09 mobil nömrəsindən pozulmuz ismarıc, «eta?» məzmunlu, +**********1 mobil nömrəsindən saat 15:02-də «ya ne uspel», «net», «lan skinu şas» məzmunlu, +**********09 mobil nömrəsindən «ok» məzmunlu, +**********1 mobil nömrəsindən səsli ismarıc, +**********09 mobil nömrəsindən saat 15:09-da «da» məzmunlu, daha sonra ünvan, «etot?» məzmunlu, +**********1 mobil nömrəsindən saat 15:17-də «da», saat 16:03-də «eşe 7 lirik skinul qde lesnitsa»,saat 16:04-də «qaqaş yazmışdır sikiş adamdır zad» məzmunlu, +**********1 mobil nömrəsindən saat 16:05-də «ponel bro», saat 16:19-da «5 eki» məzmunlu, +**********1 mobil nömrəsindən saat 16:20-də «ok», saat 16:21-də «blya ni odin maqazin ne maqu nayti s deşovimi krosami» məzmunlu, +**********09 mobil nömrəsindən saat 16:28-də «Ti ne rabote?» məzmunlu, +**********1 mobil nömrəsindən klubda olmasına əks etdirən fotoşəkil, 16:29-da «v İnstrqame işu bro» məzmunlu, +**********09 mobil nömrəsindən saat 16:30-da «Ti ravnov kladeş ves?» «Seqodnya pati vazmeş» məzmunlu, +**********1 mobil nömrəsindən «da a çto?» məzmunlu, +**********09 mobil nömrəsindən saat 16:31 -də ünvan, saat 16:31-də «15 qr» məzmunlu, ox ilə işarələnmiş fotoşəkil, +**********1 mobil nömrəsindən «uje tam lejit?» məzmunlu, +**********09 mobil nömrəsindən «qovarat malo», «da» məzmunlu, +**********1 mobil nömrəsindən saat 16:35-də «kto qovorit?», «ne mojet bit malo» məzmunlu, +**********09 mobil nömrəsindən saat 16:36-da «ok» məxmunlu, +**********1 mobil nömrəsindən saat 16:37-də «maksimum 0.48 zad mojet bit», «potomu çto 002 zamaroçivaet» məzmunlu, +**********09 mobil nömrəsindən «oki» məzmunlu, +**********1 mobil nömrəsindən səsli ismarıc, +**********09 mobil nömrəsindən saat 16:39-da «iki list brat» və səsli ismarıc, +**********1 mobil nömrəsindən saat 16:43=-də «liros doma» məzmunlu, +**********09 mobil nömrəsindən «aha i ?0» məzmunlu, +**********1 mobil nömrəsindən saat 16:46-da «şas postarayus podumat» məzmunlu, ağ rəngli krasovkanı əks etdirən fotoşəkil, +**********09 mobil nömrəsindən saat 16:49-da «Xoçeş ?» məzmunlu, +**********1 mobil nömrəsindən saat 16:57də iki ədəd səsli ismarıc, saat 16:59-da ünvan, ox ilə işarələnmiş fotoşəkil, «Qeyd olunan ünvana gəl, konuma işarədiyim yerdə 5 e», «daje dostavka est» məzmunlu, +**********09 mobil nömrəsindən saat 17:21-də «2 lista skin bro» məzmunlu, +**********1 mobil nömrəsindən «skinu» məzmunlu, +**********09 mobil nömrəsindən saat 17:26-da səsli ismarıc, +**********1 mobil nömrəsindən saat 17:26-da 1, saat 17628-də 1 səsli ismarıc, +**********09 mobil nömrəsindən saat 17:29-da iki səsli ismarıc, +**********1 mobil nömrəsindən saat 17:35-də «ya vzal bro» məzmunlu, +**********09 mobil nömrəsindən «ok» məzmunlu, +**********1 mobil nömrəsindən saat 17:46-da «ya kinul», «brat totje konum skin emu», «i pmniş mesto kotorie tı qovoril e çto tebe uje z.....o», «foto qde sboku bloka şit s vodnoy nasose» məzmunlu, saat 17:51-də oxla işararələnmiş fotoşkil, saat 18:10-da «Qeyd olunan ünvana gəl, konuma işarədiyim yerdə you 28 İ qara oski meşokun içində» məzmunlu, +**********09 mobil nömrəsindən saat 18:33-də üzərində 4169 7413 9482 0391 nömrə, Gülarə Əliyevaya məxsus «Kapital Banka» məxsus bank kartının fotoşəkili, +**********1 mobil nömrəsindən «??» məzmunlu, +**********09 mobil nömrəsindən saat 18:34-də smalnik, +**********1 mobil nömrəsindən saat 18:47- də «çto eto brat» məzmunlu, +**********09 mobil nömrəsindən «Sef atdı», «M», «4 reşki bro» məzmunlu mesajla cavab verilmişdir. Bundan başqa baxış zamanı 22 oktyabr 2022-ci il saat 12:50 dəqiqəyədək +**********09 mobil nömrəsi ilə +**********1 mobil nömrəsi arasında narkotik vasitələrin satışına dair müxtəlif ünvanların fotoşəkillərinin, ünvanların, səsli və yazılı ismarıcların gördərilməsi müəyyən edildi.Digər nömrələr arasında müxtəlif məzmunlu ismarıclar olsada istintaq üçün əhəmiyyətli ola biləcək başqa ismarıclar müəyyən edilməmişdir. Bundan sonra mobil telefonun fotoşəkillər olan bölməsinə baxş keçirilən zaman fotoşəkil bölməsində müxtəlif ünvanların fotoşəkilləri müəyyən olunmuşdur. Bundan başqa, cinayət işinə əlavə olunmuş “Premium Bank» ASC-dən daxil olmuş bank əməliyyatları üzrə çıxarışlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 5462 6312 1887 8850 seriya nömrəli kart hesabından 20.09.2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək olan müddət ərizində pul vəsaitlərin mədaxil və məxaric olunması müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş "xxxx" ASC-dən daxil olmuş bank əməliyyatları üzrə çıxarışlara baxş keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxsıı 5213 **********63 seriya nömrəli kart hesabından 30.08.2021 -ci il tarixdən 29.09.2021- ci il tarixədək olan müddət ərizində pul vəsaitlərin mədaxil və məxaric olunması müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş "xxxx" ASC-dən Yasamal RPİ-nə daxil olmuş bank əməliyyatları üzrə çıxarışlara baxş keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 4169 73** **** 8653 və 6768 67** **** 1410 seriya nömrəli kart hesablarından 13.09.2021-ci il tarixdən 29.09.2021-ci il tarixədək olan müddət ərizində pul vəsaitlərin mədaxil və məxaric olunması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və vərəm xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Yasamal RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 68 ədəd həbdən ibarət psixotrop maddə hesab olunan metilendioksimetafetamin (MDMA) məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Xiaomi” markalı telefonun ayrılmış cinayət işinə əlavə olunduğu nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus olan “Premıum Bank» ASC-ə məxsus, "xxxx" ASC-ə məxsus və 02 ədəd "xxxx" ASC-ə məxsus bank kartları cinayət işinə əlavə olunmaqla cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntülərin olduğu 01 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 177,70 manat (yüz yetmiş yeddi manat yetmiş qəpik) məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Yasamal RPİ-də saxlanılan qalıq qalmış 68 ədəd həbdən ibarət psixotrop maddə hesab olunan metilendioksimetafetamin (MDMA) məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Xiaomi” markalı mobil telefonun ayrılmış cinayət işinə əlavə olunduğu nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus olan “Premıum Bank» ASC-ə məxsus, "xxxx" ASC-ə məxsus və 02 ədəd "xxxx" ASC-ə məxsus bank kartları və cinayət işinə əlavə olunmaqla cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 177,70 manat (yüz yetmiş yeddi manat yetmiş qəpik) məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-868/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-868/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver