Məhkəmə qərarları › İş №1(101)-868/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-868/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-868/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub və ünvan 2 ünvanında yaşamış, 24 dekabr 2022ci il tarixdə barəsində əvvəli 22 dekabr 2022-ci İl tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qismində qətimkan tədbiri seçilib hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmərin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq başqa mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1065,483 (1 kq 65,483 qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,099 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində və idarə etdiyi avtomobildə saxlamış, 22 dekabr 2022-ci il tarixdə saat 15:15 dəqiqədə Bakı şəhəri Suraxanı RPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4da yerləşən Suraxanı RPİ-nə gətirilərək, inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvann sol yan cibindən üzərində “Opel” yazısı həkk olunmuş qutunun içərisində 07 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 4,205 qram, 3,408 qram, 3,357 qram, 2,767 qram, 3,126 qram, 2,320 qram və 0,081 qram olmaqla ümumi təmiz çəkisi 19,264 qram, öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,099 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin əlcək qutusundan 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 1,378 qram, 1,820 qram və 1,710 qram olmaqla, ümumi təmiz çəkisi 6,219 qram və həmin avtomobilin arxa yük yerindən 01 ədəd bağlamada təmiz çəkisi 1040,0 qram, öz aralarında, öz üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 18 dekabr 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində nasazlıq yarandı deyə avtomobili ünvan 6 ünvanında saxlayaraq oradan getmişdir. Avtomobil üç gün həmin yerdə qalmışdır. O, 22 dekabr 2022-ci ildə saat 15:00-da avtomobili daşımaq üçün evakuator xidməti çağırmışdır. Təxminən on dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları avtomobilinə baxış keçirdərək içindən özlərinin qoyduğu narkotik vasitəni aşkar etdilər. Polis əməkdaşlarının onun maşınına nə vaxt narkotik vasitə qoyduqlarını bilmir. O, əvvəllər məhkum olunmamışdır, lakin əvvəllər narkotik vasitə istifadə etmişdir. İttiham aktında göstərilən miqdarda narkotik vasitə ona aid olmayıb. Əvvəllər Balaxanı qəsəbəsində yerləşən sexdə işləmişdir. Son iş yeri isə Heydər Əliyev adına X8muşdur. İş yerində ixtisarlar olduğuna görə işdən çıxarılmışır. Şahid1 tanıyır, əmisi oğludur. Narkotik vasitələrlə əlaqədar onunla münasibətləri olmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 8 ay əvvəl bir-iki dəfə narkotik vasitədən istifadə etmişdir. İlkin verdiyi izahatını təzyiq altında yəni polis əməkdaşları tərəfindən döyülərək yazmış, həmin həyacan vəziyyətində də müstəntiqə veridiyi həm şübhəli həm də təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsini davam etdirmişdir. 22 dekabr 2022-ci il tarixdə üzərindən və idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş narkotik vasitələr ona məxsus deyil. 18 dekabr 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində nasazlıq yaranmışdır. Buna görə də, avtomobili ünvan 6 ünvanında saxlayaraq oradan uzaqlaşmışdır. Evakuatorla daşımaq üçün pulu olmadığından avtomobil 3 gün həmin yerdə qalmışdır. 21 dekabr 2022-ci il tarixdə saat 19:00- da isə avtomobilə baxış keçirilməsi üçün oraya usta aparmışdır. Ertəsi gün avtomobili həmin ustanın Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən təmir sexinə aparması barədə razılığa gəlmişlər. 22 dekabr 2022-ci ildə saat 15:00-da avtomobili daşımaq üçün evakuator xidməti ilə əlaqə saxlayıb 25 (iyirmi beş) manat məbləğində xidmət haqqına razılaşmışdır. Sonra “Kia Picanto” markalı, 99- BT-461 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək evakuatorun gəlişini gözləmişdir. Təxminən 10 dəqiqə sonra 3 nəfər tanımadığı şəxs yaxınlaşaraq onu avtomobildən düşürərək əllərini qandallayıb idarəyə aparmışlar. İdarədə polis əməkdaşları ona çəkisini dəqiq bilmədiyi narkotik vasitəni verərək həmin narkotik vasitənin ona məxsus olamasına dair ifadə verməyini tələb etmişlər. İlk öncə narkotik vasitələrin ona məxsus olduğuna dair ifadə verməyə razılaşmamışdır. Buna görə, İzzət, Anar və adını bilmədiyi avtomobili idarə edən şəxs onu döyməyə başlamışdır. İşgəncələrə məruz qaldığı üçün narkotik maddə olan bağlamaların ona məxsus olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları həmin narkotik maddə olan bağlamaları qablaşdıraraq onu həmin bağlamaların üzərinə imza çəkməyə məcbur etmişlər. Lakin o, həmin bağlamaların üzərinə imza çəkməkdən imtina etmişdir. Buna görə də, onu yenidən döyməyə başlamışlar. O, ümumiyyətlə heç kimə hər hansı bir növdə narkotik maddə satmamış və hədiyyə etməmişdir. Onu şübhəli şəxs qismində saxlayan və ona qarşı təzyiq göstərən polis əməkdaşları barədə nə Suraxanı RPİ-nin müvəqqəti saxlama yerində və daha sonra barənizdə həbs qətimkan tədbiri seçildikdən sonra Azərbaycan Respublikası ƏN-nin Penetensiyar xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan zaman hər hansı bir məlumat verməmişdir. Əvvəl qorxduğu üçün, daha sonra isə hüquqlarını bilmədiyi üçün müvafiq orqanlara, o cümlədən, hüquqlarını müdafiə edən dövlət hesabına təyin olunmuş müdafiəçi Eldar Əliyarova məlumat verməmişdir. İlkin istintaq materiallarında izahat və ifadələrini təzyiq altında vermiş və hüquqlarını bilməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs onun əmisi oğludur. Hadisə günü Faiq ona zəng edərək, maşınının xarab olduğunu deyərək onu çağırmışdır. Onlar görüşəndən sonra polis əməkdaşları onları tutub polis bölməsinə apardılar. Onu orada sıxışdıraraq döymüşlər. Onu döyərək Faiqdən narkotik vasitə aldığını deməyə məcbur etdilər. O da məcbur olaraq elə demişdir. Lakin o, narkotik vasitəni başqasından beş manata almışdır. Narkotik vasitəni aldığı şəxsi tanımır. İbtidai istintaq dövründə döyüldüyünə görə o, formada ifadə vermişdir. Həmin ifadələrini təsdiq etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, bundan əvvəl ********* saylı cinayət işi üzrə ilkin olaraq verdiyim ifadələrini təsdiq etmir. Belə ki, təxminən 9 ilə yaxındır ki, narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. Lakin son bir neçə aydır ki, artıq narkotik maddə istifadə etmir. O, narkotik maddəni Bakı şəhərində müxtəlif şəxslərdən alıb istifadə etmişdir. 22 dekabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində Əmircan qəsəbəsində tanımadığı şəxsdən 5 manata bir ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Biraz sonra qohumu Faiqlə birlikdə onun idarə etdiyi ünvan 7 ünvanının qarşısında Faiqin idarə etdiyi “Kia Picanto” markalı, 99- BT-461 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib söhbət edən zaman mülki geyimdə olan şəxslərə onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onların şəxsiyyəti barədə soruşmuşlar. Onlar da özlərini Şahid1 və Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onların narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərlərində şəxsi axtarış keçirilməsi üçün yaxınlıqda olan Suraxanı RPİ-nə dəvət etmişlər və ikisi də razılaşıb Suraxanı RPİ-nə gəlmişlər. Suraxanı Pİ-də otaqların birində ondan şifahi olaraq narkotik vasitə istifadə edib-etməməyi və üzərində narkotik maddə olub-olmaması barədə sual vermişlər. O da üzərində narkotik vasitə heroin olduğunu və öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Polis əməkdaşları ona həmin narkotik maddənin qohumu Faiqdən aldığını deməyini istəmişlər. O, əvvəlcə buna razı olmasa da, sonradan polis əməkdaşları ona fiziki və psixoloji təzyiqlər göstərdiyinə görə məcbur qalıb razılaşmışdır. Bundan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü və əynindəki həmin şalvarın sağ yan cibindən bir ədəd “Katel” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm açılaraq içinə baxılmış və həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O da həmin 01 ədəd bükümün içərisində heroin olduğunu, onu qohumu Faiq adlı şəxsdən öz şəxsi istifadəsi üçün 5 manata aldığını, aldığı həmin narkotik maddəni sonra istifadə etməyi üçün üzərində saxladığını bildirmişdri. Ondan aşkar edilmiş bir ədəd büküm və mobil telefonum götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Lakin bir daha bildirmişdir ki, əsl həqiqətdə üzərindən aşkar edilmiş narkotik vasitə heroini qohumu Faiqdən deyil, başqa şəxsdən öz şəxsi istifadəsi üçün almışdır. Pohis əməkdaşlarının təzyiq və təsirindən sonra qorxub narkotik maddəni Faqidən aldığını demişdir. Şahid4 Ümüd oğlu ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır, onunla yaxınlığı və ədavəti yoxdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatı məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə idi. Onlar Faiqi qohumu Samirin evinin yaxınlığında onunla birlikdə saxlayıb idarəyə dəvət etmişlər. Orada vəkilinin iştirakı ilə Faiqin və Samirin üzərinə baxış keçirildi. Özləri də etiraf etdilər ki, narkotik vasitənin satışı ilə məşğul olublar, narkotik vasitənin də avtomobildə olduğunu bildirdilər. Avtomobilə baxış keçirildikdən sonra avtomobilin əl cibi adlanan yerdə narkotik vasitə aşkar olundu. Faiq şifahi sorğu zamanı İran İslan Respublikasının vətəndaşından həmin narkotik vasitəni satmaq məqsədilə aldığını etiraf etdi. Faiqi Suraxanı rayonunda saxladıqlarını xatırlayır, lakin saatı xatırlamır. Təqsirləndirilən şəxs saxlayanda polis əməkdaşları Siyavuş Səfərov və Şahid3 da iştirak etmişlər. Faiqin avtomobili onu saxladıqları yerdə idi. Onu saxlayan zaman avtomobil işlək vəziyyətdə deyildi. Onlar təqsirləndirilən şəxsin avtomobilinin olduğunu əvvəlcədən bilmişlər. Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitənin olduğunu özü etiraf etmişdi. Hadisə təxminən 2022-ci ildə baş verib, hansı ayda olduğunu xatırlamır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə, səhv etmirsə, heroin idi. Narkotik vasitənin miqdarını xatırlamır. Şahid1 verdiyi ifadə tamamilə yalandır. Polis əməkdaşları ilə heç bir ədavəti yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 Ümüd oğlu ibtidai istintaq zamanı göstərmişdir ki, Suraxanı RPl-nin NMB-nin rəisi vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. 22 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 Şahseven oğlunun narkotik vasitələrin qanunsuz əldə edilməsində, daşınması və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və həmin şəxslər barəsində əməliyyat-axtarış tədbirləri keçirilərək saxlanılaraq Suraxanı RPl-nə təmin edilmişdir. Onların üzərlərində baxış keçirildikdən sonra, onun, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, o da etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Suraxanı RPl-nin dayanacağında “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin əlcək qutusunun içindən 04 ədəd büküm və avtomobilin arxa yük hissəsinin altından 01 ədəd bağlama aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 04 ədəd bükümün içərisində və 01 ədəd bağlamanın içində olan maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik maddələri də İİR-nın vərtəndaşı olan tanımadığı şəxsdən bir qramını 25 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Həmin 04 ədəd büküm və 01 ədəd bağlama kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barəsində məlumat daxil olmuşdu. Məlumat 22 dekabr 2022-ci il tarixdə daxil olmuşdu. Məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradıldı. Həmin tarixdə saat 15-16 radələrində ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs və Şahid1 Şahseven oğlunu müəyyən edib onları Suraxanı RPİ-nə dəvət etmişlər. Faiq avtombilində narkotik vasitənin olduğunu dedi. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Picanto” markalı, Az **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən öndən bir neçə büküm və arxadan bir bağlama aşkar olundu. Narkotik vasitənin heroin olduğunu və İran İslam Respublikasının vətəndaşından aldığını dedi. Faiqə hər hansı zor tətbiq olunmayıb. ünvan 3 ünvanının qarşısında Şahid1 Şahseven oğlu ilə birikdə idi. Faiq dediyinə görə avtomobil nasaz oduğuna görə dayanmışdı, yolda qalmışdılar. Avtomobil Faiqin özünə məxsus deyildi. Səhv etmirsə, icarəyə götürmüşdü. Samir və Faiqi şöbəyə aparmaqları hardasa 20 dəqiqə çəkdi. Şahid2la birlikdə əməliyyat tədbiri aparmışlar. Sənədləşmə təxminən bir saat çəkmişdir. Avtomobilin açarının kimdə olduğunu xatırlamır. Üzərindən aşkar olunan narkotik vasitə “kakos”, yəni heroin idi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 22 dekabr 2022-ci il tarixdə xx.xx.1986-cı il təvəllüdlü, ünvan 8 ünvanda qeydiyyatda olan,ünvan 9aşayan Təqsirləndirilən şəxs və xx.xx.1985-ci il təvəllüdlü, ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid1 Şahseven oğlunun narkotik vasitələrin qanunsuz əldə edilməsində, daşınması və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 15:15də ünvan 3 ünvanının qarşısında xarici əlamətlərindən yuxarıda adları çəkilən şəxslərə bənzəyən şəxslərə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlardan özlərini təqdim etmələrini tələb etmişlər və həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs, Şahid1 Şahseven oğlu kimi təqdim etmişdir. Onlara narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərlərinə şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onları Suraxanı RPl-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 də razı olaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Allahverdiyev X3 RPİ-də xidməti otaqların birinə dəvət edilərək hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra videoçəkiliş ilə Şahid1 Şahseven oğlunun üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Şahid1 Şahseven oğlundan üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Şahid1 əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sağ yan cibindən bir ədəd “Kater markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoymuşdur. Şahid1 bükümün içində nə olduğu, həmin bükümü kimdən nə zaman və nə məqsədlə əldə etdiyi soruşulduqda o, həmin bükümlərin içində olan maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini qohumu Təqsirləndirilən şəxs 5 manat müqabilində öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin 01 ədəd büküm və mobil telefon ayrılıqda kağır zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinin zəruri olduğu bildiriələrək bununla bağlı etirazının olubolmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, eləcə də, onun, Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru Şahid4 və Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakı ilə Suraxanı RPİ-nin dayanacağında “Kia Picanto” markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş apanlmaqla baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin əlcək qutusunun içindən 04 ədəd büküm və avtomobilin arxa yük hissəsinin altından 01 ədəd bağlama aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin həmin 04 ədəd bükümün içərisində və 01 ədəd bağlamanın içində olan maddələrin də narkotik vasitə heroin olduğunu, həmin narkotik maddələri də İİR-nın vərtəndaşı olan tanımadığı şəxsdən bir qramını 25 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Həmin 04 ədəd büküm və 01 ədəd bağlama kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinin zəruri olduğu bildiriələrək bununla bağlı etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, eləcə də, onun, Suraxanı RPl-nin NMBnin rəisi, polis mayoru Şahid4 və Suraxanı Rpi-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakı ilə Suraxanı RPl-nin dayanacağında “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin əlcək qutusunun içindən 04 ədəd büküm və avtomobilin arxa yük hissəsinin altından 01 ədəd bağlama aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin həmin 04 ədəd bükümün içərisində və 01 ədəd bağlamanın içində olan maddələrin də narkotik vasitə heroin olduğunu, həmin narkotik maddələri də İİR-nın vərtəndaşı olan tanımadığı şəxsdən bir qramını 25 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Həmin 04 ədəd büküm və 01 ədəd bağlama kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid1 Şahseven oğlu saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı Şahid2 ilə analoji ifadələr vermiş və onun ifadələrində ittihamı təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 22 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd üzərində “Opel” yazısı yazılmış qutunun içərisindəki 08 ədəd büküm, 01 ədəd boz rəngli falqa, 01 ədəd şüşə qab və əynindəki həmin şalvarın sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 22 dekabr 2022-ci il tarixli şəxsi avtomobilə baxış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin əlcək qutusunun içindən 04 ədəd büküm və avtomobilin arxa yük hissəsinin altından 01 ədəd bağlama aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd rəqəm vidio diskə «DVD» baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli, üzərində “Opel” yazısı həkk olunmuş pul qabının içində 6 ədəd şəffaf sellofan bükümündə və 02 ədəd boz rəngli siqaret kağızı bükümündə bükümləri, boz rəngli falqanı, 01 ədəd şüşə qabı və həmin şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi həmin bükümdə nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda təqdim etdiyi həmin bükümün psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olmasını, həmin narkotik vasiət və psixotrop maddəni tanımadığı İran İslam Respublikası vətəndaşından 01 qramı 25 manat ödəməklə özü istifadə etmək üçün alaraq əldə etdiyini və üzərində saxladığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və yaşadığı evə aparılmış baxış protokoluna əlavə olunmuş rəqəmsal vidio diskə «DVD» keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən ümumilikdə 1025,981 qram narkotik vasitə heroin və 12,981 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini qohumu Faiqdən almadığını, əvvəlki ifadələrini təzyiq altında verdiyini, şübhəli və təqsirləndirilən şəxs qismində ifadəsini təzyiqlərdən qorxaraq Faiqin ona satdığını dediyini bildirmiş, Təqsirləndirilən şəxs də bu xüsusatları təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs avtomobilinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Picanto” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilməsi, baxış zamanı həmin avtomobilin əlcək qutusunun içindən 04 ədəd büküm və avtomobilin arxa yük hissəsinin altından 01 ədəd bağlamanın aşkar edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin həmin 04 ədəd bükümün içərisində və 01 ədəd bağlamanın içində olan maddələrin də narkotik vasitə heroin olduğunu, həmin narkotik maddələri də İİR-nın vərtəndaşı olan tanımadığı şəxsdən bir qramını 25 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirməsi, həmin 04 ədəd büküm və 01 ədəd bağlamanın götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobilə polis əməkdaşları tərəfindən baxışın davam etdirilməsi və həmin avtomobildən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 6/7134 saylı 23 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Zərflər üçün N:7” dairəvi möhür əksi olan bir ədəd kağız paket və bir ədəd sellofan bağlama təqdim edilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd qara rəngli pul qabında 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,205 qram, 3,408 qram, 3,357 qram, 2,767 qram, 3,126 qram, 2,320 qram və 0,081 qram olmaqla, ümumi təmiz çəkisi 19,264 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,099 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 1,378 qram, 1,820 qram və 1,710 qram olmaqla, ümumi təmiz çəkisi 6,219 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 1040,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 12 ədəd büküm və bağlamada olan narkotik vasitə heroinlər kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd şüşə borucuqda və iki ədəd falqa kağızında narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər on iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş Şahid1 üzərindən aşkar edilmiş heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 hüquqi şəxsin verdiyi 897 saylı 07 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 1065,483 qram narkotik vasitə heroin, 0,099 qram psixotrop maddə metamfetamin, eləcə də, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd şüşə borucuq və iki ədəd falqa iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 1065,123 qram narkotik vasitə heroin, 0,069 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd şüşə borucuq və iki ədəd falqa saxlanılması üçün Suraxanı RPİ- nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində polis bölməsində polis əməkdaşlarının ona qarşı fiziki təzyiq etdiyini, üzərindən və avtomobilindən aşkar olunan narkotik vasitənin və psixotrop maddənin ona aid olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərdi. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bundan əlavə məhkəmə Şahid1 ifadələrinə münasibətdə onun Təqsirləndirilən şəxs əmisi oğlu olduğunu, onunla qohumluq, eyni zamanda, yaxın münasibətlərinin olduğunu, bu səbəbdən də, onun əleyhinə ifadə verməkdən boyun qaçırmasını sonuncunun yanlış ehtimal etdiyi onu gözləyən qınaq və məzəmmətdən qaçmaq cəhdi kimi qiymətləndirir və onun ittihamı təsdiq edən ilkin bəyanatlarını sübüt kimi qiymətləndirir. Çünki Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolu, baxış və götürmə aparılması haqqında protokolu və digər sübutlarla sübuta yetirildi. Məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməllinin onun tərəfindən törədilməsini şəxsən onun özü tərəfindən imzalanmış üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitələrin, psixotrop maddənin aşkar olunmasını təsdiq eldən protokollarla, video görünütülər, təqsirləndirilən şəxslə şəxsi münasibəti olmayan tərəfsiz şahid qismində iştirak edən polis əməkdaşlarının ifadələri, maddi sübutlar və işin faktiki halları ilə təsdiq olundu. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiqlərə məruz qalması və ondan aşkarlanan psixotrop maddələrin və narkotik vasitələrin ona aid olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı olan ifadələri öz təsdiqini tapmadı. Bu səbəbdən də məhkəmə, onun bu ifaədələrini, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirilmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə, qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə onun həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 65 (altmış beş) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1065,123 qram narkotik vasitə heroini, 0,069 qram psixotrop maddə metamfetamini sərbəst dövriyyəsi qadağan olunmuş maddələr kimi, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd şüşə borucuğun və iki ədəd falqanı isə istehlak dəyrəlrini itirmiş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində etirafedici ifadələr verib istintaq orqanı ilə əməkdaşlıq etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 22 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolojİ Mərkəzi Publik hüquqi şəxsin verdiyi 1985 saylı 06 aprel 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 22 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1065,123 qram narkotik vasitə heroin, 0,069 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəlri qadağan olunmuş maddələr kimi, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd şüşə borucuq və iki ədəd falqa istiehlak dəyərini itirmiş əşyalar kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar