Məhkəmə qərarları › İş №1(101)-868/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-868/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-868/2025 02.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1991-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanu tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə, saat 23:30 radələrində, bundan 1 saat əvvəl kafedə olarkən tanışı Zərərçəkmiş şəxs ilə aralarında sözlə yaranmış mübahisəli söhbəti davam etdirmək adı ilə telefon vasitəsi ilə sonuncunu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmrulla Əliyev küçəsində, dəmiryolunun piyada keçidinin yaxınlığındakı yolun kənarına görüşə çağırıb, gəlməsinə nail olduqda isə mübahisələrini, habelə Zərərçəkmiş şəxs orada qolundan tutmasını cüzi səbəb kimi bəhanə edərək, heç bir söz demədən, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində olan istintaqa məlum olmayan deşici-kəsici alətlə (bıçaqla) qəsdən bir dəfə qarın nahiyəsindən vurub ona qarının ön divarında göbəkdən solda və aşağıda bir ədəd qarın boşluğuna nüfuz edərək nazik bağırsağı, bağırsaq müsariqəsini dəlib-keçən və “S” vari bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə, saat 23:30 radələrində tanışı, baxılan iş üzrə şahid qismində dindirilmiş X9 ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən adsız kafelərdən birində pivə içdikdən sonra kafeni tərk edib getməyə hazırlaşarkən baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Elvin Bayramovu təklikdə yanına çağırıb Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədib sonuncu ilə oturduğuna görə ona iradlarını bildirərkən onlara yaxınlaşan və ünvanına edilən nalayiq ifadələri eşidən Təqsirləndirilən şəxs ünvanına edilmiş söyüşlərlə əlaqədar əvvəlcə kafenin içərisində başlamış və daha sonra isə kafedə olan tanış şəxslərin təklifi ilə kafenin həyətində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla mübahisəni davam etdirmiş və həmin mübahisə Təqsirləndirilən şəxs “hazırda içkiliyik, sabah görüşüb söhbət edərik” məzmunda təklifindən sonra mübahisə dayandırılmış və onlar müxtəlif ünvanlara getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonun WhatsApp proqramı vasitəsi ilə sms yazaraq görüşüb aralarında olan mübahisəli məsələyə yekun qoymağı, münasibətlərini düzəltməyi təklif etmiş, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sms-i oxuduqdan sonra Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərk sonuncuya söhbəti növbəti günə saxlamamağı, elə həmin an görüşməyi təklif etmiş, Təqsirləndirilən şəxs görüşərkən ona şapalaq vuracağını demiş, razılaşdıqda, qarşılıqlı olaraq görüş yeri kimi cinayət hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmrulla Əliyev küçəsində, dəmiryolunun piyada keçidinin yaxınlığındakı yolun kənarı seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında baş tutan görüş zamanı sonuncu təqsirləndirilən şəxsin qolundan tutduqda Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi, istintaq zamanı parametrləri, xassələri müəyyənləşdirilməmiş deşici kəsici alətlə (bıçaq istisna olunmur) qəsdən bir dəfə qarın nahiyəsindən vurub ona qarının ön divarında göbəkdən solda və aşağıda bir ədəd qarın boşluğuna nüfuz edərək nazik bağırsağı, bağırsaq müsariqəsini dəlib-keçən və “S” vari bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, zərər çəkmiş Zərərçəkmiş şəxsla eyni məhəllədə böyümüş, eyni ünvanda yaşamış və eyni məktəbdə oxumuş, yaxşı da yolaşlıqları olmuşdur. O, Turqayın toyunda iştirak etmiş, toydan sonra da görüşmüşlər. Turqayın toyundan sonra da onun toyu olmuş, o, Turqayı toya dəvət etmiş, lakin Turqay onun toyunda iştirak etməmişdir. Bundan sonra ciddi problem olmasa da, son 3-4 il ərzində aralarında soyuqluq yaranmışdır. 2024-cü ildə bir neçə dəfə kafedə Turqayla rastlaşmış, lakin aralarında soyuqluq olduğundan münasibət saxlamamışdır. Bir dəfə o, öz qardaşı ilə kafedə oturarkən Turqayın qardaşı Bünyad onlara yaxınlaşmış, görüşüb söhbət etmişlər. Həmin vaxt Bünyada «olan olub, keçən keçib» demiş, Turqayın mobil nömrəsini onun qardaşından alıb Turqayla danışmış, sonuncu onunla soyuq danışdığından o, bir daha Turqaya zəng etməmişdir. Sonra bir neçə dəfə də kafedə Turqayla rastlaşmış, amma ara soyuq olduğundan salamlaşmadan keçmiş, ayrı-ayrı stollarda oturmuşlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, sonuncu dəfə bu hadisə, yadında qaldığı qədər 2024-cü ilin iyul ayının 9-da baş vermişdir. Belə ki, həmin gün isti havada, yorğun vəziyyətdə işdən çıxıb tanışı Elvin Bayramovla birləkdə dincəlmək üçün kafeyə getmişlər. Onunla birlikdə olan X5 ikisinin ortaq tanışı olmuş, Elvin ondan bir məhəllə aşağıda yaşamış, onlar bir yerdə böyümüş, Turqayın isə sinif yoldaşı olmuşdur. O, kafedə Elvinlə birlikdə bir masa arxasında oturmuş, pivə içmişlər. Turqay əvvəl kafedə olmamış, sonradan kafeyə gəlmiş və öz tanışları ilə qarşı tərəfdə başqa bir stolda oturmuşdur. Bildiyi qədər Turqaygilin yanında olanlardan biri onun əmisi uşağı olmuşdur. Az bir müddət sonra Elvinlə o, getmək üçün ayağa qalxmış və o, hesabı verəndə Turqay Elvini masasına yanına dəvət etmiş və o, eyşitmədiyi mövzuda nəsə danışmağa başlamışlar. Onunla Elvingilin arasında hardasa 4-5 metr məsafə olmuşdur. Gec olduğundan o, getmək üçün Elvini çağırmışdır. Həmin vaxt Turqay aqressivləşmiş, söylənməyə başlamış, əsəsbi fotrmada səsini yüksəldərək ona «Sən kimsən, niyə Elvini çağırırsan?» demiş, o da Turqaya «səninlə işim yoxdur, mən Elvini çağırıram» cavabını vermişdir. Bundan sonra Turqay ona aqressiv cavab verərək nalayiq sözlərlə onun çıxıb getməsini tələb etmişdir. Bu hal iki-üç dəfə təkrarlanmışdır. Bundan sonra Turqay əsəbi vəziyyətdə ayağa qalxmış, o da Turqaya yaxınlaşmış və aralarında sözlü mübahisə başlamışdır. Sonra onları yanlarındakı şəxslər sakitləşdirmiş, onlar kafedən bayıra çıxmış, kafedə olan tanışlar da gəlmiş və baş verənlərin şahidi olmuşlar. Həmin vaxt onun Turqaya qarşı pis niyyəti olmamış və orada ciddi hadisə baş verməmişdir. Orda mübahisə davam etməyə başlamış, lakin tanış uşaqlar onları aralaşdırmış və mübahisə ağır nəticə baş vermədən yekunlaşmışdır. Bundan sonra o, Elvinlə birlikdə aralanmış və daha sonra o, ayrılıb evlərinə getmişlər. Təqribi bildiyi qədər, Turqaygil kafedə qalmışlar. Evdə olarkən o, Turqaya sms mesaj yazmış, ona növbəti gün görüşməyi, oturub nəyi bölüşə bilmədiklərini mehribanlıqla müzakirə etməyi təklif etmişdir. Bunu Turqay özü də təsdiqləyəcəkdir. O, bir də belə bir hadisənin baş verməməsi, sonrakı günlərdə təkarlanmaması üçün Turqaya sms yazmışdır. Onun Turqayı vurmaq niyyəti olmamış, niyyəti növbəti gün oturub söhbət etmək, aralarındakı münaqişəyə son qoymaq istəmişdir. O, Turqaya sms yazandan sonra Turqay ona birbaşa zəng etmiş və ona indi gəlməyi təklif etmişdir. Lakin o, razılaşmayıb hazırda içkili olduqlarını demiş, növbəti gün görüşməyi xahiş etmişdir. O, Turqaya yaşadıqları Sabunçu rayonunda başqa bir restoranda görüşməyi təklif etmişdir. Amma Turqay əl çəkməmiş, aqressiv formada indi görüşməyi təklif etmiş, icrarla yolun qırağından keçən dəmiryoluna gəlməsini bildirmiş, onu «başa salacağını» demişdir. Turqayın görüş üçün təklif etdiyi dəmiryolunun yanı həm onun və həm də Turqayın qaldığı yerə yaxın olmuşdur. Turqay telefonda aqressiv danışdığı üçün o, dava olacağını ehtimal etmişdir. O, Turqayın təyin etdiyi görüş yerinə ehtiyyat etdiyi üçün, yəni dava olacağı təqdirdə onları ayıra bilməsi üçün Turqayla onun ortaq dostları olan Elvini də dəvət etmiş və birlikdə getmişlər. Sonradan hadisə yeri olacaq həmin yerə Turqaygil də gəlmiş, onunla birlikdə gələn Elxanın qıraqda qaldığını görmüşdür. Görüş yeri yaşayış yeri olmamış, oradan dəmir yolu keçmişdir. X14 və Turqayla onun özündən başqa heç kəs olmamışdır. Turqay isə ona çatıb onun sağ qolundan tutanda Turqayın onu vuracağından ehtiyatlanmış, elə həmin vaxt cibində olan bıçaq yadına düşmüş və bıçağı çıxarmışdır. Elə çıxardığı həmin an bıçaq Turqayın sol tərəfindən qarnına dəymişdir. Hər şey anidən baş vermişdir. Turqay əli ilə özünü tutmış və o, ağ köynık geydiyindən ondan qan çıxdığını görmüş və Turqayın onun üstünə gələ biləcəyindən qorxaraq arxaya çəkilərək orada daydanmamış və oradan uzaqlaşmış, Elvinlə görüşüb Turqayı bıçaqla vurduğunu demişdir. Az keçmiş onun təklifi ilə Elvin Turqaygilin yanına qayıtmışdır. Onun özünün Turqayın yanına getməyə istəyi və imkanı olsa da, o, Turqayın daha da aqressiv ola biləcəyini fikirləşib, getməmişdir. O, Elvinə zəng edib vəziyyəti soruşmuş, dəfələrlə Turqayın özünə də yığmış, vəziyyəti ilə maraqlanmış, sonuncu ona yaxşı olduğunu demişdir. Amma o, hər bir halda gəlib birlikdə həkimə getməyi və yoxlanmağı təklif etmişdir. Amma Turqay onun bu təklifinə heç bir cavab verməmişdir. Gecə Turqaya 3-4 dəfə zəng etmiş, səhər də məktub yazıb harda olması ilə maraqlanmışdır. O, zəng edərkən Elvin də Turqayın yanında olmuşdur. Sonuncu dəfə təxminən gecə, yəni səhər üzü saat 5 radələrində narahat olduğundan yatmamış, yazdığı mesaja cavab gəlmədiyindən qorxmuşdur. Təxminən səhər saat 9-da onun telefonuna sms mesaj gəlmiş və əməliyyatda olduğu bildirilmişdir. Lakin cavab verənin kim olduğunu o, biməmişdir. O, özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə Turqayın ***-***-**-** nömrəsinə zəng etmiş və sms yazmışdır. Bundan sonra müstəntiq, əməliyyatçılar onu çağırmış və o, polisə gedib təslim olmuşdur. Özünün telefonunu və hadisə ilə bağlı Turqayla telefon əlaqələrini istintaqa təqdim etmiş, lakin çıxarılıb iş materiallarına əlavə edilib-edilməməsindən xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, ümumiyyətlə üstündə bıçaq gəzdirməmiş, elə şeylərdən uzaq olmuşdur. Sadəcə tikinti sahəsində işlədiyindən işdə salat-filan doğramaq üçün bir ədəd balaca bıçağı olmuşdur ki, həmin bıçağı xeyli vaxt əvvəl o, dükanlardan birindən almışdır. Bəzən evdən yemək aparmış, yemək aparmadığı günlərdə isə iş yerində nəsə almış, doğramaq üçün həmin bıçağı cibində aparmışdır. Həmin gün onların hər ikisi içkili olmuş və hər ikisi hislərini cilovlaya bilməmişlər. O, Turqayla yoldaş olduqlarını nəzərə alıb, ona «ayıq baş»la rahat, sərbəst formada söhbət etməyi təklif etsə də, Turqay onunla məhz elə həmin gün, yəni hadisənin baş verdiyi vaxtda və yerdə görüşməyi israrla tələb etmişdir. Razılaşıb görüşə getməkdə məqsədi isə kafedə baş vermiş hadisənin təkrarlanmaması üçün aralarında olan mübahisəni həll etmək olmuşdur. Hadisə yerində isə hər şey anidən baş vermişdir. Hadisə yerində onun Turqaya hücum etməyə, ona daha çox bıçaq zərbələri vurmağa imkanı və şərait olmasına baxmayaraq onun belə bir niyyəti olmamış, əksinə, bıçaq Turqaya dəyəndən sonra özü əməlinə görə çox pis olmuşdur. Bıçağı isə hadisədən sonra hadisəni törətdiyinə görə özündən asılı olmadan neft bataqlıqları olan yerdə, yadında qalmayan bataqlıq istiqamətdə tullamışdır. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, Turqayla görüşə gedərkən müdafiə üçün heç bir hazırlıq görməmiş, başqa niyyəti olmamış, belə bir şeyin olacağı onun ağlına belə, gəlməmişdir. Onun heç vaxt Turqayla ədavəti və ya düşmənçiliyi olmamış, hazırda da aralarında belə bir ədavət yoxdur, onlar barışmış və münasibətləri qaydasına düşmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaqı mərhələsində verdiyi və cinayət işi üzrə sübut kimi ittiham aktına daxil edilmiş 30 noyabr 2024-cü il tarixli ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxsla uzun müddət dostluq-yoldaşlıq etmiş, Turqayın toyuna da getmişdir. Lakin Turqay onun toyu olanda gəlməmiş və buna görə aralarında soyuqluq yaranmışdır. Bundan sonra bir dəfə də xatırlamadığı günlərin birində o, kafeyə daxil olarkən Turqayın da orada bir masa arxasında əyləşməsini görmüş, lakin sonuncuya yaxınlaşmadan, ona salam vermədən keçib başqa bir masada əyləşmişdir. Sonradan başa düşməsinə görə Turqay buna görə ondan incik qalmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 08 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Sabunçu qəsəbəsindəki adsız kafelərdən birində öz dostu, həm də Turqayın sinif yoldaşı olmuş Elvinlə əyləşmiş və pivə içirmişlər. Həmin vaxt Turqayın da öz dostları ilə digər bir masada əyləşməsini və pivə içmələrini görmüşdür. Turqayın yanında olanlardan birinin adı Elxan olmuş, digər şəxsi isə tanımamışdır. O, Evlinlə oturduqları masadan durub, hesabı vermək üçün digər masaya yaxınlaşarkən Elvin də Turqayın yanına getmişdir. O, hesabı ödədikdən sonra Elvinin yanına gəlmiş və ondan nə olmasını soruşmuş və durub getmələrini demişdir. Bu vaxt Turqay ona nalayiq sözlə oradan çıxıb getməsini demişdir. Buna görə onların sözlü mübahisələri düşmüş və kafedən çıxıb bir qədər də bayırda sözlü mübahisə edərkən yanlarındakı dostları onları sakitləşdirmiş və onlar ayrılıb getmişlər. O da çıxıb evlərinə getmişdir. Evdə olarkən Turqaya WhatsApp vasitəsi ilə sms yazmış, ona növbəti gün saat 11-də danışıb görüşərək söhbət etmələrini mədəni şəkildə Turqaya bildirmişdir. Məqsədi Turqayla dava etmək deyil, sadəcə söhbət etmək olmuşdur. Turqay isə ona telefonla zəng etmiş, nə söhbət edəcəklərini soruşmuş və telefonda ona “sabaha niyə saxlayırıq ki, elə gəl indi söhbət edək, görüm sən nə istəyirsən” demişdir. O da Turqaya dəmiryolunun piyada keçidinin yaxınlığındakı yolun kənarına gəlməyi demişdir. Həmin vaxt Turqay ona bir-iki şapalaq vuracağını bildirmişdir. Həmin vaxt hər onların ikisi də içkili olmuş və Turqayın son sözü onu çox əsəbləşdirdiyi üçün o, Turqayla artıq dava edəcəyini, lakin Turqayın iri bədən quruluşlu olmasına görə sonuncuya gücünün çatmayacağını, ona şapalaq vuracağı halda onu təhqir etmiş olacağını düşünmüş və bundan sonra çoxdan özündə olan, mağazadan aldığı balaca, qatlanıb-açılan cib bıçağının cibində olmasını xatırlamadan evdən çıxmışdır. Turqay onu döyə biləcəyi halda onun sonuncuya gücünün çatmayacağı təqdirdə Turqayla ortaq dostları olan Elvinin onları ayıra biləcəyini düşünüb, Elvinə zəng edərək ona Turqayla söhbət etmək üçün sonuncu ilə görüşəcəyini demiş və Elvinin də gəlməsini və yanlarında olmasını istəmişdir. Elvin də onunla razılaşmış və onlar məhəllədə görüşüb saat təxminən 23:30 radələrində həmin yerə gedərkən Turqayın öndə, kafedə az əvvəl gördükləri həmin iki nəfər şəxsin isə ondan 7-8 metr arxada gəlmələrini görmüşdür. Elvin onların görüşüb sadəcə söhbət edəcəklərini düşündüyü üçün kənarda dayanmışdır. Həmin vavxt Turqay onun qolundan nisbətən əsəbi formada tutub dartarkən o, Turqayın onu döyəcəyini düşünüb, həmin an cibində açıq vəziyyətdə olan bıçaq yadına düşmüş və Turqayın əlini qolundan çəkib, şalvarının sağ cibindəki açıq vəziyyətdə olan bıçaqla onu qorxutmaq üçün Turqayın qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Turqay isə ona 1-2 dəfə təpik zərbəsi atsa da həmin zərbələr ona tam dəyməmişdir. Belə ki o, Turqayı vurub oradan qaçmışdır. O, Turqayı vurub qaçarkən Turqayın yanındakı şəxslər Turqaya çatıb onu saxlamış, Turqayın onun arxasınca gəlməsinə mane olmuşlar. O da qaçarkən Elvin də onu Turqaya tərəf geri qayıtmaması üçün tutub saxlamağa çalışmış, onun Turqaya tərəf geri qayıda biləcəyini düşünmüşdür. Lakin o, Elvinin əlindən çıxaraq “bitdi, hər şey bu qədər” demiş və qaçıb getmişdir. O, oradan qaçıb getdikdə əlindəki bıçağı məhəllələrin arasında neft bataqlıqları olan yerdə, hansısa bataqlığa atmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, o, hadisədən sonra bir az gəzişib, evə getmiş, üzərində və bədənimdə hər hansı zədə və ya xəsarət olmadığı üçün evdə yataq otağına keçmiş, lakin yuxusu gəlməmişdir. Dava zamanı onlardan bir az kənarda dostu Elvin olsa da, sonuncu onlara yaxınlaşaraq onu tutub kənara çəkib aralamağa çalışmışdır. Onlar, yəni onunla Turqay qarşılaşan kimi Turqay onun qolundan tutmuş və sonuncu da ona əllərilə müqavimət göstərmək imkanının olmamasını düşünüb, Turqayı öldürmək üçün deyil, yaralamaq və ya qorxutmaq üçün, onu döyməməsi üçün bıçaqla bir dəfə vurub, hadisə yerindən qaçmışdır. Gecə saat 4 və ya 5 radələrində Turqayın WhatsApp tətbiqinə “salam, sabahın xeyir, necə oldun?” sms yazmış, yadında qaldığı qədər Turqay da ona evdə olmasını yazmışdır. Turqayı görüşə dəvət etməsi ilə bağlı ittihamda göstərilənlərlə razı deyildir. Belə ki, o, Turqayı növbəti gün görüşüb söhbət etməyə çağırmış, lakin Turqay özü onu həmin gün, gecə də olsa, görüşə çağırmış və o, Turqayın onu görüşə çağırmasına müsbət cavab vermişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsindən görünür ki, o, tədqiq olunan həmin ifadəsinə əlavəsində göstərmişdir ki, o, Turqayın dəvəti ilə hadisə yerinə getmişdir və orada Turqay ondan qüvvətli olduğundan ani olaraq onda yaranmış qorxu hissi ilə əlaqədar özü də bilmədən Turqaya xəsarət yetirmişdir(iş vərəqə: cild İ, səh.292-294). Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı mərhələsində vermiş olduğu onun cinayət işi üzrə sübut kimi ittiham aktına daxil edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 30 noyabr 2024-cü il tarixli ifadəsi ilə cinayət işinin ibtidai istintaqı zamanı ilk dəfə təqsirləndirilən şəxs qismində dindirildiyi 11 iyun 2024-cü il tarixli ifadələri arasında da ziddiyyətlər olduğu müəyyən edilmişdir ki, qeyd olunan ziddiyyətlərin aradan qaldırılması məqsədilə Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixli ifadəsi elan edilməklə tədqiq edildi. Təqsirləndirilən şəxs tədqiq olunan ilk olaraq təqsirləndirilən şəxs qismində verdiyi 11 iyun 2024-cü il tarixli həmin ifadəsində işin halları ilə bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, həmin ifadəsində də 08 iyun 2024-cü il tarixdə, saat 23:30 radələrində adsız kafelərdən birində zərər çəkmiş Zərərçəkmiş şəxs ona «sən kim olursan ki, mənim yanımda adam çağırırsan?» sözlərini deməklə onu aşağıladığını, onu təhqir etməsini, buna görə aralarında qısa söz mübahisəsi yarandığını, orada olan dostların onları sakitləşdirmələrini və özünün çıxıb evə getməsini, kafedə aralarında baş vermiş mübahisədən sonra aralarında baş vermiş xoşagəlməz halların aradan qaldırılması, aralarındakı münaqişəyə son qoymaq məqsədilə sonuncuya mədəni sms yazıb, ona söhbət etməyi təklif etdiyini, lakin Turqayın ona zəng edərək ondan görüşü sabaha saxlamamağı, elə həmin vaxt görüşməyi, ondan yolun qırağından keçən dəmiryoluna gəlməsini istədiyini və orada ona bir iki şapalaq vuracağını dediyini göstərmişdir(iş vərəqə: cild İ, səh.46-48). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla uzun müddət ərzində dostluq-yoldaşlıq etmişdir. Bəxtiyarla bir məhəllədə yaşamış, bir məktəbdə oxumuşlar. Aralarında düşmənçilik və ədavət olmamışdır. Bəxtiyarla aralarında xırda mübahisələr olsa da, ümumən münasibətləri normal olmuşdur. Bəxtiyar onun toyunda iştirak etsə də, o, Qarabağ zonasında olduğu üçün Bəxtiyarın toyunda iştirak edə bilməmiş və buna görə aralarında soyuqluq yaranmışdır. Bir neçə dəfə Bəxtiyarla yolüstü qarşılaşdıqda sonuncu haqlı olaraq ona “hörmətsizlik etmisən, toyuma gəlməmisən” sözlərini ona demişdir. Belə ki, Bəxtiyar bir yoldaş kimi onun toyuna getməməyini gözləməmişdir. Ondan sonra da arasıra rastlaşsalar da, qarşılıqlı olaraq bir-biri ilə görüşməmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında hadisənin mahiyyəti üzrə göstərdi ki, 08 iyun 2024-cü il tarixdə, saat təqribən 16-17 radələrində Sabunçu qəsəbəsindəki adsız kafelərdən birində öz dostu Elxan və sonuncunun dostu və iş yoldaşı, onun da tanıdığı Müşviqlə birlikdə oturub pivə içirmişlər. Həmin vaxt o, Elxanla Müşviqi müvəqqəti olaraq masada qoymuş, özü isə mobil telefonunu düzəltdirmək üçün gedib 1-2 saat sonra kafeyə qayıtmışdır. O, saat təqribən 16-dan həmin kafedə olmuş, hətta telefonunun təmirə ilə əlaqədar bir neçə dəfə taksi ilə ora gedib geri qayıtmışdır. Sonuncu dəfə kafeyə qayıtdıqda o, Bəxtiyarın da başqa bir masada onun (z,ç Zərərçəkmiş şəxs) sinif yoldaşı Elvinlə birlikdə oturub pivə içdiklərini görmüş, lakin onun nə vaxt gəldiyini görməmişdir. Masalar arası məsafə təxminən 2,3 metr olmuşdur. Masalar arası məsafə yaxın olduğundan o, sadəcə adının çəkildiyini eşitmiş, Elvin durub getmək istərkən o, sonuncunu yanına çağırıb adının hallanmaması üçün onu danlamağa çalışmışdır. Adından başqa heç nə eşitməmişdir. O, Elvinlə danışarkən Bəxtiyarın ünvanına heç bir təhqirli ifadə işlətməmiş, sadəcə Elvinə Bəxtiyarla onun haqqında nəyə görə danışmasını aydınlaşdırmaq istəmişdir. Bəxtiyar durub gedərkən stola yaxınlaşaraq ümumi nə problem olduğunu soruşmuşdur. O, Bəxtiyara çıxıb getməsini, ondan uzaqlaşmasını istədiyini demişdir. Buna görə Bəxtiyarla mübahisə etmiş, lakin yoldaşlar onları ayırmışdır. Bəxtiyar kafedə səs-küy yaranmaması və adlarının pisə doğru hallanmaması üçün onun çölə çıxmasını istəmiş, o da çıxmışdır. Aralarında təhqir, söyüş olmamış, yüngülvari mübahisə baş vermiş, lakin ciddi mübahisəyə, dava dalaş gətirib çıxarmamışdır. Yoldaşlar yenə də onları sakitləşdirmiş, Bəxtiyar çıxıb Elvinlə evinə getmiş, o isə mən kafedə oturmağa davam etmişdir. Bəxtiyar gedəndən təqribən 10 dəqiqə sonra, xatırladığı qədər WhatsApp proqramı vasitəsi ilə ona yazı göndərmiş, görüşüb bu söhbətə yekun qoymağı, münasibətlərini düzəltməyi təklif etmişdir. Bəxtiyarın yazısı xoş niyyətli olmuşdur. O, sms-i oxuduqdan sonra Bəxtiyarın mobil telefonuna zəng etmiş, növbəti gün Qarabağ zonasına qayıtmalı olduğundan və işdə olmalı olduğundan Bəxtiyara söhbəti növbəti günə saxlamamağı, elə həmin vaxt, yəni həmin an görüşməyi təklif etmiş, Bəxtiyara ərkyana “görüşək, sənə şapalaq vuracam” demişdir. Zəngləşib danışanda qarşılıqlı olaraq görüşə gəlməyənin ünvanına nalayiq ifadələr işlətmişlər. Görüşmək üçün ikisinin arasında razılaşma olmuş, görüş yerini dəmir yolunun yanı olaraq Bəxtiyar təklif etmişdir. Görüş yeri ona yaxın olduğundan o, həmin yerə piyada getmişdir. Müşfiqlə Elxan onun Bəxtiyarın yanına getdiyini bilsələr də, o, sonunculara Bəxtiyarla münasibətləri və Bəxtiyarın yanına getməsinin səbəblərini açıqlamamışdır. Yolda Müşfiq və Elxan marketə daxil olarkən o, onlara Bəxtiyarla söhbət edib gələcəyini demiş və Bəxtiyarla görüşə tək getmişdir. O, görüş yerinə çatanda artıq Bəxtiyar orda onu gözləmişdir. Bəxtiyar ora Elvinlə gəlsə də, Elvin bir kənarda dayanıb telefonla danışmışdır. O, Bəxiyar çatar-çatmaz onun qolundan tutmuş, məqsədi danışıb söhbət etmək, bir-birini başa düşmək istəməsi olmuşdur. Həmin vaxt Bəxtiyar onu vura biləcəyindən qorxub özünü itirmişdir. Belə ki, telefon danışığında görüşərkən ona 2 şillə vuracağını demişdir. Həmin vaxt Bəxtiyar onu döyməyə gəldiyini düşünüb özünü müdafiə etmiş və əlində olan balaca bıçaqla onu bir dəfə vurmuşdur. O, Bəxtiyarın qolundan normal olaraq tutmuş, onun qolunu sıxmamış, ona ağrı verməmişdir. Hava qaranlıq olduğundan o, Bəxtiyarın əlində bıçaq olmasını görməmiş, lakin ona dəyəndə hiss etmiş, Bəxtiyara qarşı 2-3 dəfə təpik atmışdır. Həmin vaxt Elvin kənarda dayanıb telefonla danışmış, lakin o, Bəxtiyara təpik atarkən Elvin gəlib onları ayırmış, bıçağa görə Bəxtiyarı danlayıb onun üstünə qışqırmışdır. Bundan sonra Bəxtiyar oradan qaçıb uzaqlaşmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, səhhətində ciddi bir dəyişiklik hiss etmədiyi üçün 15 saat sonra xəstəxanaya getmişdir. Belə ki, hadisədən sonra Bəxtiyarın polisə düşməməsi üçün tanışı Şahid3 evinə gedib orada gizlənmiş, hətta heç kim deyə bilməməsi üçün Aytənin telefonunu əlindən almışdır. Valideynlərinin də baş vermiş hadisədən xəbərləri olmamışdır. Bu 15 saat müddətində Bəxtiyar onun səhhəti ilə maraqlanmış, köməklik etmək məqsədilə sms-lər yazmış, zənglər etmişdir. Lakin o, telefonu açmamışdır. Çox ciddi bir şey hiss etməsə də, tibbi yardım çağırmış, tibbi yardım briqadası da ciddi bir şey olmadığını bildirmiş, onunçün resept yazmış, lakin Aytən xanım əl çəkməyib onu xəstəxanaya göndərtmişdir. Sonrası isə onun yadında qalmamışdır. O, Bəxtiyarı bir də ev dustaqlığına çıxanda görmüşdür. Bəxtiyar onun müalicə xərclərinə köməklik etməyi təklif etmiş, lakin yoldaş olduqları üçün razılaşmamışdır. Lakin buna baxmayaraq, Bəxtiyar onun müalicəsinə təxminən 1000 manata yaxın köməklik etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, hadisə vaxtı o, Bəxtiyara təpiklə müqavimət göstərsə də, Bəxtiyar onu yalnız bir dəfə vurmuş, 2-ci dəfə cəhd göstərməmişdir. Hadisə günü münasibətlərinin pozulmasına başqa əsas olmamış, sadəcə içkili olduqları üçün nəticə xoşagəlməz olmuşdur. Lakin hal-hazırda onlar barışmış və münasibətlərinim yüksək səviyyəyə çatdırmışlar. Məhkəmə istintaqı zamanı tədqiq oldunan iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür k, qeyd olunan istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər biri ayrpı-ayrılıqda baş vermiş cinayət hadisəsinin motivləri, xüsusiyyətləri, cinayət hadisəsinin baş verməsində hər birinin rolu barədə ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı bir daha təsdiq etmişlər(iş vərəqə: cild İ, səh. 136-140). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, hadisə günü Sabunçu qəsəbəsindəki adsız kafelərdən birində iş yoldaşı Elxanla birlikdə oturub pivə içmiş, sonra da iş üzrə zərər çəkmiş şəxs Turqay da gəlmişdir. və həmin vaxt yan masada ortaq tanışları olan, hazırda baxılan iş üzrə təqsirləndirilən şəxs Bəxtiyar və onun tanışı, həmçinin Turqayın sinif yoldaşı Elvin də oturub pivə içmişlər. Bəxiyargil durandan sonra Elvinlə Turqay arasında söhbət olmuş, X11 niyə oturduğunu, bundan sonra onların masasında yerinin olmadığını bildirmişdir. Həmin vaxt Bəxtiyar da yaxınlaşmış, Turqaya sözlərinə görə incikliyini bildirəndə Turqay ona nalayiq sözlər demiş və buna görə əlbəyaxa olmuşlar. Onlar Turqaygili ayırmış və Bəxtiyar «qalsın sabaha, söhbət edərik» deyib getmişdir. Bəxtiyar gedəndən sonra Turqay telefonla Bəxtiyarla danışmış, Turqay dəmir yolunun qırağında görüşməyi təklif etmişdir. Bəxtiyar içkili olduqlarını bildirib, görüşü sabaha saxlamağı dedmikdə, Turqay nalayiq, insan şəxsiyyətinə toxunan sözlər deməklə Bəxtiyarı görüşə çağırmışdır. Bundan sonra onlar görüşüb söhbət etmək qərarına gəlmişlər. O və Elxan mağazadan əlavə pivə almaq üçün mağazaya daxil olub çıxarkən Turqay hələ yolu keçməmiş və Bəxtiyarı gözləmişdir. Ani momentdə o, Bəxtiyarla Turqayın tutaşmalarını görmüşdür. Turqayla Bəxtiyar tutaşarkən o, onları 5-6 addım arxadan görə bilmişdir. Həmin vaxt Bəxtiyarın yanında Elvin də olmuşdur. Hadisə yeri qaranlıq olduğundan onlar bir-birinin üzünü, əlini tam olmasa da görə bilmişlər. Onlar Turqayın yanına gəldikdə, Turqay Bəxtiyarın onu bıçaqlayaraq qaçıb getməsini bildirmişdir. Hadisənin onların yanında baş versə də, o, Bəxtiyarın Turqayı necə vurduğunu və ya Bəxtiyarın əlində bıçaq olmasını görməmiş və ya hiss etməmişdir. O, Elxan və Elvin Turqaya kömək edərək sonuncunu kənara aparmış, Elxan onlardan aralaşaraq gedib özünün BMV markalı avtomobilini gətirmiş və onlar birlikdə Turqayı yaşadığı evinin yaxınlığına aparmışlar. Orada onlar polisə və TTY-yə zəng etməyi təklif etdikdə, Turqay etraz etmiş, anasının və uşaqlarının görə biləcəyini deməklə məlumat vermələrinə imkan verməmiş və özünün xəstəxanaya deyil, evə gedəcəyini bildirmişdir. Köynəyini qaldırıb yarasına baxmış, ona ilkin yardım etmiş, lakin ciddi bir şey olmadığını görmüşlər. Turqay onu qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aytənin evinə aparmalarını istəmişdir. Lakin Elxanın sürücülük hüququ olmadığından Turqay dostu Orxanı ora çağırmış və X16 evinə aparmışdır. Onlar isə çıxıb öz evlərinə getmişlər. Şahid qismində dindirilən Müşviq Məmmədov ifadəsinin davamında göstərdi ki, ilk dəfə hələ kafedə olarkən mübahisəni başladan Turqay olmuş, Bəxtiyarın nalayiq ifadələr işlətdiyini eşitməmişdir. Hadisədən təxmini 1 saat sonra onlar Turqayın iştirakı olmadan Bəxtiyarla görüşmüş, Bəxtiyar Turqaya lazım olan bütün köməkliyi edəcəyini bildirmişdir. Hal-hazırda Turqayla Bəxtiyar barışmış və mehribandırlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X12 və məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilən X9 məhkəmədə şahid qismində dindirilmiş Müşviq Məmmədovla oxşar məzmunda ifadələr verərək şahidin işin halları ilə bağlı göstərdiyi xüsusatları, o cümlədən ağır cinayət hadisəsinin 08 iyun 2024-cü il tarixdə Sabunçu rayonu ərazisində yerləşən adsız kafelərdən birində məhz zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamasını və daha sonra sonuncu tərəfindən hadisənin baş verdiyi vaxta və yerə görüş təyin edilməklə təqsirləndirilən şəxsin müəyyən olunan vaxtda təyin olunan görüş yerinə gəlməsi üçün onun ünvanına nalayiq ifadələr işlətməsini bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 5 il ərzində onunla qeyri-rəsmi ailə həyatı yaşamışdır. Turqayın öz ailəsi olsa da, onu sevdiyi üçün o, onun ailəli olmasına baxmayaq Turqayla qeyri-rəsmi ailə həyatına davam etmişdir. 08 iyun 2024-cü il tarixdə o, həmişəki kimi Turqayın onun yaşadığı evə gəlməsini gözləmiş, lakin gecə saatları olmasına baxmayaq Turqay onun zənglərinə cavab verməmişdir. O da Turqayın nə işlə məşğul olmasını bilmədiyi üçün ondan küsmüşdür. Gecə saat 01 radələrində o, həyət darvazasının döyülməsini eşitmiş, gedib qapını açarkən Turqayın əynindəki köynəyin alt hissəsini yuxarı qaldırmasını, maykasının çox hissəsinin isə qan olmasını görmüşdür. Turqay evə keçmiş, o, sonuncudan nə olmasını soruşmuş, lakin Turqay ona cavab verməmiş və sual verməməyi demişdir. O, Turqayı yataq otağına aparıb üzərindəki paltarları çıxarmış və yarasını yodla təmizləmişdir. Turqay zarımış, ona verdiyi suallara cavab verməmiş, ona sakit olmağı tapşırmışdır. O, tibbi yardım (TTY) çağırmağı deyərkən o, heç nə etməməyi tapşırmışdır. Turqay onun telefonunu götürüb özündə saxlamış, qapını bağlayıb açarı cibinə qoymuş, onun TTY çağırmasına imkan verməmişdir. O, yaralı olduğu üçün ondan telefonu ala bilməmiş və cibindən də açarı çıxara bilməmişdir. O, səhədək Turqayın yanında qalıb ona qulluq etmişdir. Lakin səhər saatlarına yaxın Turqay ağrıya dözə bilmədiyini demiş, aptekə gedib ona ağrıkəsici alıb gətirməyi istəmişdir. Turqay telefonu ona vermiş, bundan sonra o, çölə çıxıb TTY çağırmışdır. TTY briqadası gəlib Turqayı Sabunçu xəstəxanasına aparmışdır. Xəstəxanaya gedəndə gecə vaxtı Turqayın telefonuna sms gəlməsini görmüş və o, telefona baxarkən “salam sabahin xeyir, necə oldun” deyə sms yazmış kontank görmüşdür. Həmin kontaktın adı Bəxtiyar olmuşdur. Turqaydan onu bıçaqlayan şəxsin həmin adam olub-olmamasını soruşan zaman o, başını təsdiq əlaməti olaraq tərpətmişdir. Odur ki, o, həmin şəxsin mobil nömrəsini səhər saatlarında polis əməkdaşlarına demişdir(iş vərəqə: cild İ, səh. 66-68). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında» 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsində yolun kənarında yerləşir(iş vərəqə: cild İ, səh. 119-123). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1386 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nazik və yoğun bağırsağın yaralanmasına səbəb olan, qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Müəyyən olunan həmin xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilməsi inkar olunmur, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (iş vərəqə: cild İ, səh. 89-91). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan təkrar məhkəmə-tibbi ekspertizasının T 741\2024 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tibbi tədqiqat zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarının ön divarında göbəkdən solda və aşağıda bir ədəd qarın boşluğuna nüfuz edərək nazik bağırsağı, bağırsaq müsariqəsini dəlib-keçən və “S”vari bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara aşkar olunmuşdur. Qeyd edilən xəsarət deşici-kəsici alətin təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən şəraitdə və tarixdə, yəni kənar şəxs tərəfindən bıçaqla yetirilən zərbə nəticəsində xx.xx.2024-cü ildə yetirilməyə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, qeyd edilən xəsarətin yaranma səbəbi və yetirilmə aləti, təqdim edilən tibbi kartadakı məlumatlara və zərərçəkmişin ekspert tərəfindən ilkin müayinəsi zamanı göstərdiklərinə əsasən təyin edilir və bunlar həmin rəyin verilməsi üçün tam etibarlı mənbə hesab olunur(iş vərəqə: cild İ, səh. 251-255). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator-məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2147 saylı rəyindən: -Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələlərində keçirilmiş istintaq hərəkətləri zamanı iş üçün əhəmiyyət kəsb edən məsələləri düzgün dərk etmək və ona elan olunan ittihamı düzgün dərk etməsinə mane olan hər hansı psixi xəstəlik müəyyən edilməmişdir. - Məhkəmə-psixoioji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman əqli inkişafinda ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hazırda gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, İntellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs hadisələr barədə düzgün ifadə vermək və düzgün dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Keçirilmiş istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs psixoloji vəziyyətində və idrak proseslərində (diqqət, hafizə, qavrayış, təfəkkür vəs.) istintaq üçün maraq doğuran hadisələrin qavranılmasına mane ola biləcək hallar müəvvən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs hal-hazırda düzgün dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törədərkən psixi-emosional halında hirslilik yaranmışdır (iş vərəqə: cild İ, səh. 236-241). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «baxış keçirilməsi və götürmə aparılması haqqında» 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş bir ədəd geyim əşyası - mayka Şahid3 götürülmüş və həmin geyim əşyasına baxış zamanı geyim əşyasının ön tərəfində, nisbətən sol tərəfdə bıçaqla deşilməyə xarakterik oxşarda bir ədəd kəsilmiş deşik olması, həmin deşik hissənin ətrafında isə maykanın rənginin tam ağ rəngdə deyil, qan ləkəsinin yuyulmasından sonrakı ləkəyə bənzər rəngli olması müəyyən edilmişdir(iş vərəqə: cild İ, səh. 70). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizanın 358\MTKŞ-2024 saylı, xx.xx.2024-cü İl tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə olması müəyyən edilmişdir. Bu zadə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində müəyyən edilmiş qarının ön divarının sol yarısının daxilə nüfüz edən 01 (bir) ədəd eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür(iş vərəqə: cild İ, səh. 242-246). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi-bioloji ekspertizasının 497/2024 MTBŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qan qrupu AB0 sistemi üzrə B(lll) olaraq qeyd edilmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus mayka üzərində olan ləkələrdə tədqiqat zamanı qan aşkar edilməmişdir(iş vərəqə: cild İ, səh. 247-250). İbtidai istintaq orqanının 30 noyabr 2024-cü il tarixli qərarına əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka ekspertiza tədqiqatından sonra iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir(iş vərəqə: cild İ, səh. 267-279). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1385 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilən məhkəmə-tibbi ekspertizası nəticəsində onun bədənində xəsarət aşkar edilməmişdir(iş vərəqə: cild İ, səh. 87-88). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmada ehtiva olunan cinayət əməli, yəni onun Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə bu hissədə belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması təsdiq olunsa da, onun insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törədərkən bunu xuliqanlıq niyyəti ilə törətməsi təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə cinayət hadisəsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təşəbbüsü ilə baş vermişdir. Belə ki, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla, o cümlədən məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, əvvəllər dostluq münasibətində olmuş baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan dostluq münasibəti bir neçə il əvvəl zərər çəkmiş şəxsin sonuncunun toy ziyafətində iştirak etməməsi səbəbindən soyumuşdur. 08 iyun 2024-cü il tarixdə, saat 23:30 radələrində tanışı X9 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən adsız kafelərdən birində pivə içdikdən sonra kafeni tərk edib getməyə hazırlaşarkən həmin vaxt kafedə olan, dostları ilə başqa masa arxasında oturub pivə içən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Elvin Bayramovu təklikdə yanına çağırıb Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədib sonuncu ilə oturduğuna görə ona iradlarını bildirərkən onlara yaxınlaşan və ünvanına edilən nalayiq ifadələri eşidən Təqsirləndirilən şəxs ünvanına edilmiş söyüşlərlə əlaqədar əvvəlcə kafenin içərisində başlamış və daha sonra Təqsirləndirilən şəxs təklifi ilə kafenin həyətində çıxdıqdan sonra zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında sözlü mübahisə qarşılıqlı olaraq davam etdirilmiş və həmin mübahisə Təqsirləndirilən şəxs “hazırda içkiliyik, sabah görüşüb söhbət edərik” məzmunda təklifindən və hadisə yerində olan, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş şəxslərin müdaxiləsindən sonra mübahisə dayandırılmış və onlar müxtəlif ünvanlara getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonun WhatsApp proqramı vasitəsi ilə sms yazaraq görüşüb aralarında olan mübahisəli söhbətə yekun qoymağı, münasibətlərini düzəltməyi təklif etmiş, lakin sms-i oxuduqdan sonra Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərk sonuncuya söhbəti növbəti günə saxlamamağı, elə həmin vaxt, yəni həmin an görüşməyi təklif etmiş, Təqsirləndirilən şəxs görüşərkən ona şapalaq vuracağını demiş, razılaşdıqda, qarşılıqlı olaraq görüş yeri kimi cinayət hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmrulla Əliyev küçəsində, dəmiryolunun piyada keçidinin yaxınlığındakı yolun kənarı seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında baş tutan görüş zamanı sonuncu təqsirləndirilən şəxsin qolundan tutduqda Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi, istintaq zamanı parametrləri, xassələri müəyyənləşdirilməmiş deşici kəsici alətlə (bıçaq istisna olunmur) bir dəfə qarın nahiyəsindən vurub ona qarının ön divarında göbəkdən solda və aşağıda bir ədəd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, cinayət hadisəsinin baş verməsindən sonra Təqsirləndirilən şəxs hadisənin nəticələrinə biganə yanaşmamış, mobil telefon vasitəsi ilə bu və ya sair formada zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla əlaqə yaradıb onun vəziyyəti ilə maraqlanmış, xəstəxanaya getməyi, tibbi yardım almağı tövsiyə etmiş, maddi yardım etməsi üçün təşəbbüs göstərmiş və hətta sonrakı proseslərdə ona müalicə xərclərinin azaldılması məqsədilə maddi yardım etmişdir. Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxsla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun atası Kamal Qasımov məhkəməyə cinayət işinin məhkəmə icraatı mərhələsində notarial qaydada ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmamasını bildirmişlər(iş vərəqə: cild İİ, iş materialları). "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ali Məhkəməsi Plenumunun bu tövsiyyəsi həm də xuliqanlıq niyyətilə qəsdən törədilən başqa cinayətlərə, o cümlədən qəsdən bədənə ağır xəsarət yetirmə cinayətinə də şamil olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya haqqında qərarının 1-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir (iş vərəqə: cild İ, səh. 60-61). Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənmişdir və o, hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində xx.xx.2021 və xx.xx.2020-ci il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır, xx.xx.2020-ci il təvəllüdlü oğlu X3 «İ dərəcəli skalioz» diaqnozu ilə xəstədir (iş vərəqə: cild İ, səh. 174, 175, 176, 177). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən verilən xx.xx.2024-cü il tarixli arayışla müəyyən edildi ki, Təqsirləndirilən şəxs arvadı Günay Gülməmmədova heç bir yerdə işləmir(iş materialları). Daha sonra məhkəmə baxışı zamanı təqdim olunan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qardaşı X1 müharibəsi iştirakçısıdır, «Vətən müharibəsi iştirakçısı» və «Laçının azad olunmasına görə» medalları ilə təltif olunmuşdur(iş materialları). Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, onun sonuncuya qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.1.4-cü maddəsinə, uşaqlarından birinin xəstə olmasını, arvadı Günay Gülməmmədovanın heç bir yerdə işləməməsini və qardaşının Vətən müharibəsi iştirakçısı olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən hallar hesab olunur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, yüngülləşdirici hallar olduqda cəza təyinetmənin prinsiplərini nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Müəyyən edildiyi kimi, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində baxılan iş üzrə 09 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 iyun 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarına əsasən barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 10 iyul 2024-cü il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmiş, 09 oktyabr 2024-cü il tarixdə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2025ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək sonuncu qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu RPİ-nin saxlama kamerasında saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd zədələnmiş mayka təyinatını itirdiyindən məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu RPİ-nin saxlama kamerasında saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd zədələnmiş mayka təyinatını itirdiyindən məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protes5ti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar