Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-869/2021 23.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 06 avqust 1952-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 1976-cı ildən etibarən rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə ailə qurduqdan bir müddət sonra arvadının ona xəyanət etdiyini güman edərək həmin vaxtdan ötən uzun illər ərzində ailələrində baş vermiş uğursuzluqları da arvadının xəyanətləri ilə əlaqələndirib sonuncuya qarşı onda yaranmış nifrət və qısqanclıq hisslərinin təsiri altında qisas almaq niyyəti ilə arvadı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə 22 may 2020-ci il tarixdə, saat 16:30 radələrində ünvan 3 ünvanında yerləşən yaşadıqları nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə təklikdə olduqlarını və sonuncunun həmin evin birinci mərtəbəsindəki mətbəxdəki qaz sobasını təmizlədiyini görüb təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını masanın üzərindən götürərək ona yaxınlaşmış və planlaşdırdığı cinayətkar qəsdinin törədilməsini asanlaşdırmaqdan ötrü sobanın içərisini də təmizləməyi arvadına təklif edib onun qaz sobasının içərisini təmizləmək üçün aşağı əyilməsindən istifadə edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəlcədən götürdüyü mətbəx bıçağı ilə arvadı Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa səthinə vuraraq, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara xəsarətini yetirdikdən sonra Zərərçəkmiş şəxs ona tərəf dönüb “yazığam, mənə qıyma, mənə rəhmin gəlsin” sözlərini deyərək onu öldürməməsi barədə yalvarmasına və aman diləməsinə məhəl qoymayıb, xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə cinayətkar qəsdini davam etdirərək sol əli ilə Zərərçəkmiş şəxs başından tutmuş, sağ əli ilə isə bıçağı boğazına batırıb qabağa çəkməklə kəsərək, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sonuncunun ölümünə səbəb olmaqla boyun üzvü magistral arteriya və venalarının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan kəsilmiş yara, daxilə nüfuz etməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sağ yarısının ön səthinə və alt dodağına deşilmiş-kəsilmiş yaraları, eləcə də sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan alt çənə cisminin və döş qəfəsinin ön səthinin səthi kəsilmiş yaraları ilə müşayiət olunan çoxsaylı xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 06 avqust 1952-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Zərərçəkmiş şəxs ilə 1976-cı ildə ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları – 1977-ci il təvəllüdlü Samir Zeynalov, 1981-ci il təvəllüdlü Şəbnəm Cəlilova və 1983-cü il təvəllüdlü Mahmud Zeynalov dünyaya gəlmişdir. O, 1974-cü ildən 2007-ci ilədək “Azərbaycan” mehmanxanasında inzibatçı vəzifəsində işləmiş və 2007-ci ildə “Azərbaycan” mehmanxanası fəaliyyətini dayandırdığından işdən çıxmış, 2007-ci ildən 2013-cü ilədək “Monte Cristo” şadlıq sarayında inzibatçı işləmiş, 2013-cü ildən təqaüdə çıxmış və işləməmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur, həmin fərdi yaşayış evinin bələdiyyə sənədi olmasına baxmayaraq, o, fərdi yaşayış evinə çıxarış almamış, ev onun sifarişi əsasında tikilmiş və 2020-ci ilin mart ayında ev ona hazır şəkildə təhvil verilmiş, 2020-ci ilin aprel ayında o, həmin evə köçmüş, bu evdə o və oğlu Samir qalmış, həmin evdə lazımı sayda çarpayı olmadığından həyat yoldaşı Zərərçəkmiş şəxs və oğlu Mahmud qızı Şəbnəmin evində qalırmışlar. X8 1999-cu ildə Fuad Cəlilovla ailə həyatı qurmuş, hazırda o, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik evdə iki övladı Məhəmmədəli və Kübra ilə yaşayır. Oğulları Mahmud və Samir əvvəllər evli olmuş, sonradan hər ikisi boşanmış, Samirin əvvəlki nikahından 1 övladı olmuş, Mahmudun isə övladı olmamışdır. Oğlu Mahmud və həyat yoldaşı Xanım 2020-ci ilin aprel ayından X8nın evində qalmış, qızı və ailəsi həmin evdə 2019-cu ilin aprel ayından yaşamış, 2020-ci ilin aprel ayınadək həyat yoldaşı Xanım, oğulları Mahmud, Samir və bacısı Venera ilə birlikdə ünvan 5 ünvanında yaşamışlar. X4 Respublikasında yaşasa da, 2020-ci ilin mart ayında ünvan 5 ünvanında yerləşən evin alqı-satqısı ilə əlaqədar Azərbaycan Respublikasına gəlmiş, belə ki, bacısı da həmin evdə qeydiyyatda olmuş, evin satılması üçün onun da razılığı lazım olmuşdur. Evli olduqları dövrdə o, bir neçə dəfə həyat yoldaşının ona xəyanət etməsindən şübhələnmiş, qızı Şəbnəm dünyaya gəldikdən sonra - hələ 80-ci illərdə həyat yoldaşının xəyanət etməsinə dair fikirlər yaranmağa başlamış, o, həyat yoldaşının davranışlarından ona xəyanət etdiyini anlamış, belə ki, hərdən o, evə gəldikdə həyat yoldaşı onunla yaxınlıqdan imtina etmiş, həmçinin o, bir neçə dəfə, evə gəldikdə evdən və yatağından onun istifadə etmədiyi yad kişi ətrinin gəldiyini hiss etmiş, o, bu barədə həyat yoldaşına dedikdə, həyat yoldaşı hər dəfəsində müxtəlif bəhanələr gətirib, nikahdan kənar münasibətinin olmasını danaraq “məni tuta bilməzsən” kimi sözlər demişdir. O, həyat yoldaşının ona xəyanət etməsi ilə bağlı hər hansı qohumuna, dostuna və ya tanışına heç nə deməmiş və bu barədə yalnız həyat yoldaşının özü ilə söhbət etmiş, həmçinin düşünmüşdür ki, Xanım ondan boşansa, pis yola düşər, bu da onun adına ləkə gətirər, bu səbəbdən də sonuncudan boşanmamışdır. 1983-cü il tarixdə dünyaya gəlmiş övladı Mahmud doğuşdan epilepsiya xəstəsi olmuş, o, Mahmudun xəstəliyi ilə əlaqədar gündəlik qayğıya ehtiyacı olması səbəbindən Xanımdan boşanmaq istəməmiş, Xanımdan boşanmamağının əsas səbəbi də Mahmudun xəstəliyi olmuş, o, Xanımla evli olduğu dövrdə daima ona xəyanət etdiyini düşünmüş, lakin oğlu Mahmudun xətrinə susmuş, Xanımın hər hansı konkret şəxslə münasibətinin olmasından şübhələnməmiş, Xanımın ona xəyanət etməsinə dəlalət edən konkret sübutu olmasa da o, Xanımın ona xəyanət etməsindən əmin olmuşdur. Son 3 ildə isə Xanımdan ümumiyyətlə soyumuş, çox az ünsiyyətdə olmuş, hətta ayrı otaqlarda yatmış, bununla yanaşı 2019-cu ilin yay ayında bir müddət qızının evində yaşamışdır. Son 3 il ərzində arvadının ona xəyanət etməsi fikri onun ağlından çıxmadığından, həmçinin Xanımın ona xəyanət etməsini kiminsə bilib, ona nakişi kimi baxması ilə bağlı Xanımı öldürmək niyyəti yaranmış, lakin, əvvəllər o, Xanımı öldürməyə cəhd etməmişdir. O illərdə yataqdan gəlmiş yad kişi ətrini də heç cür unutmamışdır. 22 may 2020-ci il tarixdə saat 15 radələrində Xanım onun evinə gəlmiş, evin aşağı mərtəbəsində təmizlik işləri görmüş, o, həmin zaman evin ikinci mərtəbəsində yataq otağında uzanmış, Xanımın ona xəyanət etməsini düşünmüş, bu fikirlər onu rahat buraxmamış, bir müddət fikirləşdikdən sonra saat təxminən 16:30-da aşağı mərtəbəyə Xanımın yanına düşmüşdür. Samir, Mahmud, bacısı Venera qızı Şəbnəmgildə olmuşlar. O, birinci mərtəbəyə düşdükdə Xanım mətbəxdə olmuş, aşağı əyilmiş, mətbəxdəki qaz sobasını çöldən sildiyi zaman, o, Xanıma qaz sobasının içərisini də təmizləməsini demiş, Xanım dizləri yarı bükülmüş vəziyyətdə əyilərək qaz sobasının içərisini təmizləməyə başlamış, bu zaman gözü mətbəxin girişindən sağda masanın üzərində olan mətbəx bıçağına sataşmış, bıçağı hər iki əli ilə dəstək hissəsindən tutmuş, Xanım aşağı doğru əyilmiş, arxası ona tərəf olmuş, bıçağı əvvəlcə Xanımın sol kürək hissəsinə bir dəfə vurmuş, bundan sonra Xanım dikəlməyə çalışmış, ona “vurma, eləmə” demiş, lakin o, bıçağı sağ əlində tutaraq Xanımın boğazının sağ tərəfindən batıraraq, bundan sonra bıçağı sol tərəfə hərəkət etdirərək Xanımın boğazını kəsmiş, həmin zaman sol əli ilə Xanımın başını tutmuşdur. Boğazını kəsdikdən sonra Xanım sol böyrü üstə mətbəxin döşəməsi üzərinə yıxılmış, özü dəhlizə çıxmış və istifadəsində olan ***-***-**-** mobil nömrəsindən “102” xidmətinə zəng etmiş, operatora həyat yoldaşını qətlə yetirdiyini bildirmiş, bundan sonra evin ikinci mərtəbəsinə çıxmış, qana bulaşmış şalvarını çıxarmış və həmin paltarı yataq otağına qoymuş, bundan sonra evin 2-ci mərtəbəsindəki hamam otağına keçmiş və qana bulaşmış sol ayağını yumuşdur. Həmin ərəfədə polis əməkdaşları onun mobil nömrəsinə zəng edərək, yaşadığı ünvanı dəqiqləşdirmiş, təmiz paltarlar geyindikdən sonra o, qızıgilin evinin qapısına getmiş, qızını çağırmış, qızına oğlu Mahmuddan muğayat olmasını demiş, Şəbnəm ondan nə baş verdiyini soruşsa da, o, qızına heç nə deməmiş, qızı onun evinə daxil olmuş, o isə evinin qarşısındakı ara yolla hərəkət etməyə başlamış, qızı evinə girdikdən bir neçə dəqiqə sonra onun qışqırdığını, Samiri çağırdığını eşitmiş, o, evinin qarşısından bir qədər mərkəzi yola çıxmış, həmin zaman Post Patrul Xidmətinin avtomobili ona tərəf yaxınlaşmış, o, Post Patrul Xidmətinin avtomobilinə minmiş, bundan sonra onu polis şöbəsinə aparmışlar. O, 30 il müddətində Xanımı öldürmək fikiri ilə yaşamış, işlə əlaqədar Moskva şəhərinə ezamiyyətlə bağlı gedib evdə Xanımı uşaqlarla tək qoymağa başladıqdan sonra onda Xanımın ona xəyanət etməsi fikri yaranmışdır. Amma heç bir dəlil-sübutu olmamışdır. Bu fikirlərlə illərlə yaşamış və dözmüşdür. Qurani-kərimdə də bu məsələlərin olduğunu, xəyanətə görə lənətləndiklərini, bu səbəbdən ailələrində çoxsaylı uğursuzluqların, bədbəxt hadisələrin baş verdiyini bildirmişdir. Bunların hamısının Xanımın ona xəyanət etdiyinə görə ilahi qüvvələr, Allahtəala tərəfindən göndərilmiş cəzalar olduğunu düşünür. Maddi cəhətdən son vaxtlar sıxıntılar yaşamaqlarının səbəbi də Xanımın heç bir halda sübut edə bilmədiyi, bir dəlil belə əldə edə bilmədiyi xəyanətləri olmuşdur. Dini cəhətdən bu məsələlər hamısı yerindədir və hər şey ilahi qüvvənin diqtə etdiyi kimi davam edir. Ona görə də hər kəsə can sağlığı və xoşbəxtlik arzulayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 may 2020-ci il tarixdə saat 17 radələrində bölməyə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində ərin arvadını öldürməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupunun üzvü kimi o, hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda qarşısına adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs çıxaraq arvadı Zərərçəkmiş şəxs öldürdüyünü bildirib təslim olmuş, sonuncu həmin zaman ona hadisənin təfərrüatları barədə heç nə deməmişdir, çox sakit və heç nə olmayıbmış kimi dayanmışdır. Təqsirləndirilən şəxs hadisə yerindən tərəflərindən 6-cı Polis Bölməsinə aparılmış, daha sonra hadisənin baş verdiyi ərazinin 4-cü Polis Bölməsinin dairəsinə aid olduğu müəyyən edildiyindən Təqsirləndirilən şəxs tərəflərindən həmin bölmənin əməkdaşına təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmin bölməyə təhvil verdikdən sonra baş vermiş hadisə barədə hər hansı məlumatı olmamış, sonuncu baş vermiş hadisə barədə heç nə danışmamış, üzərində hər hansı əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 may 2020-ci il tarixdə saat 17:30 radələrində bölməyə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində ərin arvadını öldürməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə çıxmışlar, lakin sonradan həmin ərazinin işlədiyi şöbəyə aid olması müəyyən edildiyindən hadisə yerində 6-cı Polis Bölməsinin əməkdaşlarına təslim olmuş, həmin cinayət hadisəsini törətdiyini bildirən, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs tərəfindən Polis Bölməsindən təhvil alınmışdır. Həmin zaman Təqsirləndirilən şəxs ona baş vermiş hadisə barədə hər hansı məlumat verməmiş, heç nə olmayıbmış kimi çox sakit davranmış, sonuncunu təhvil aldığı zaman üzərində hər hansı əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, ailədə 3 uşaq olmuşlar, digər qardaşı Hacıxəlil Zeynalov 1954-cü il təvəllüdlüdür, hazırda Gürcüstan Respublikasının Marneuli rayonunda yaşayır. Qardaşı Əlixan 1952-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, təxminən 1966-cı ildə orta təhsil almaq məqsədilə Azərbaycan Respublikasına gəlmiş, Əlixan ali təhsil almağı ilə əlaqədar 1969-cu ildə Bakı şəhərinə köçmüş, 1976-cı ildə həmkəndliləri Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, qardaşının Xanımla birgə nikahından Samir və Mahmud adlı iki oğlu, Şəbnəm adlı bir qızı vardır. Mahmud anadangəlmə epilepsiya xəstəsidir və uşaqların yaşca ən kiçiyidir. Əlixan Bakı şəhərinə köçdükdən sonra bildiyi qədəri ilə “Azərbaycan” mehmanxanasında işləmiş, Əlixan ailəsi ilə birlikdə Bakı şəhərinə köçdükdən sonra yalnız xeyir-şər məclislərində iştirak etmək üçün Marneuli rayonuna gəlmiş, o da hərdən Bakı şəhərinə gəlmiş, Əlixanla söhbət zamanı sonuncu ona heç vaxt ailəsində hər hansı problemin, narazılığın, mübahisəsinin olması barədə heç bir söz deməmiş, heç o da maraqlanmamış, lakin bildiyi qədər ilə Əlixanın övladları ilə də münasibəti həmişə yaxşı olmuşdur. O, daimi olaraq Gürcüstan Respublikası Marneuli rayonunda ata evində yaşamış, bu səbəbdən Əlixanın ailədaxili məsələləri ilə çox maraqlanmaq imkanı olmamışdır. 1980-ci ildə Əlixan ev növbəsinə yazılmış, həmin vaxt onların ailəsi dörd nəfərdən ibarət olmuş, Mahmud hələ dünyaya gəlməmiş, həmin dövrdə olan tələbə əsasən beş otaqlı mənzil almaq üçün mənzil növbəsinə yazılmış şəxsin ailəsinin beş nəfərdən ibarət olması lazım olmuş, Əlixan beş otaqlı mənzil almaq məqsədilə, onun da ailəsi ilə birgə yaşamağı barədə sənədlər toplamış, müvafiq qurumlara təqdim edərək Xətai rayonu, ünvan 6 ünvanında yerləşən beş otaqlı ev almışdır. Həmin evi aldıqdan sonra qardaşı Əlixan onu həmin evə qeydiyyata salmış, Əlixan ona həmin zamanlar onlarla birgə yaşamağı təklif etsə də, o, Əlixana ayrı mənzil olacağı halda Azərbaycanda yaşamaq istədiyini bildirmişdir. Həmçinin Xanım həmin zamanlar onun Əlixanın evində qeydiyyatda olmağına narazılıq etmiş, Xanım bunu onun özünə deməsə də, o, sonuncunun davranışlarından narazı olduğunu hiss etmiş, Xanımla Əlixan arasında onun Xətai rayonu, ünvan 6 ünvanında yerləşən evdə qeydiyyatda olmağı ilə bağlı hər hansı mübahisənin olub-olmaması barədə məlumatı yoxdur. Bu barədə nə Xanımdan, nə də Əlixandan heç nə eşitməmiş, yalnız Xanımın davranışlarından onun Xətai rayonu, ünvan 6 ünvanında qeydiyyatda olmağından narazı olmağını hiss etmişdir. 2020-ci ilin mart ayında qardaşı Əlixan Xətai rayonu, ünvan 6 ünvanında yerləşən mənzilini sataraq Binəqədi rayonu ərazisində həyət evi almış, 13 mart 2020-ci il tarixdə qardaşı Əlixan ona zəng edərək, Xətai rayonu, ünvan 6 ünvanında satmaq istədiyini, o da həmin mənzildə qeydiyyatda olduğundan evin satılmağı üçün onun razılığının tələb olunduğunu demiş, qardaşının həmin evi satmaq niyyətində olması ona beş-altı ay əvvəldən məlum olmuş, Əlixanın qızı Binəqədi rayonu ərazisində fərdi yaşayış evində yaşamış, Əlixan da öz evini satıb, qızı ilə qonşuluqda yaşamaq istəmiş, o, qardaşı ilə razılaşaraq 2020-ci ilin mart ayının 14-də Gürcüstan Respublikasından Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra üç-dörd gün Əlixanın Xətai rayonu, ünvan 6 ünvanında yerləşən mənzilində qalmış, bundan sonra Əhmədli qəsəbəsi, “Ukrayna dairəsi” yaxınlığında kirayə yaşayan qohumu Şəlalənin evində yaşamağa başlamış, o, Əlixangilin evində qaldığı dövrdə Əlixan və Samir tez-tez Əlixanın yeni aldığı Binəqədi rayonu ərazisində yerləşən evinə gedib orada qalmışlar, belə ki, həmin evdə təmir işləri yekunlaşmamış, təmir işlərinə nəzarət etmişlər. O, Əlixangilin evində qaldığı dövrdə sonuncunun ailə üzvləri arasında hər hansı narazılığın olmasını müşahidə etməmiş, təxminən 2020-ci ilin mart ayının 19-20-də Əlixanın Xətai rayonu, ünvan 6 ünvanında yerləşən mənzilinin satışı ilə bağlı sənədləşmə işi yekunlaşmış, lakin o, koronavirus pandemiyası ilə əlaqədar ölkə sərhədləri bağlandığı üçün Gürcüstana öz evinə qayıda bilməmiş və yenə qohumu Şəlalənin evində yaşamağa davam etmişdir. Həmin ərəfədə Əlixan onunla əlaqə saxlamış, Əlixan onunla mobil telefonla danışıq zamanı ailəsində hər hansı problemin olması barədə heç nə deməmiş, bundan başqa hərdən bir Əlixanın övladları Samir, Şəbnəm və Mahmudla da telefon vasitəsi ilə danışmış, onlar da hər şeyin yaxşı olduğunu demiş, Xanımla münasibətləri soyuq olduğu üçün həmin ərəfədə onunla əlaqə saxlamamışdır. 21 may 2020-ci il tarixdə qardaşı Əlixan onu qohumu Şəlalənin evindən götürüb Binəqədi rayonunda, qızı Şəbnəmin evi ilə yaxınlıqda yerləşən yeni aldığı evə gətirmişdir. Əlixanın aldığı evdə əşyalar tam yığılmadığından yalnız onun özü tək orada yatmış, hərdən Samir də o evdə qalmış, o, Əlixanın arvadı Xanım və Mahmud Şəbnəmin evində qalmış, Əlixanın təzə aldığı evdə demək olar ki, heç bir əşya yığılıb tam hazır olmadığından onların hamısı bütün günü Şəbnəmin evində olmuş, Şəbnəmgildə qaldığı müddət ərzində o, Əlixanın ailə üzvləri arasında hər hansı narazılıq, dava-dalaş, mübahisə olmasının şahidi olmamış, həmçinin, onların heç biri də nə vaxtsa aralarında belə bir halın olması barədə ona nəsə deməmiş, Xanımın onunla münasibəti əvvəllər olduğu kimi həmin zaman da soyuq olmuş, Xanım onunla ümumiyyətlə az ünsiyyətdə olmuş və o, Xanımın davranışlarından sonuncunun onun Şəbnəmgildə qalmağından narazı olmasını hiss etmiş, Xanım bu barədə onun özünə birbaşa heç nə deməmiş, Əlixan onunla Xanımın münasibətinə heç zaman reaksiya verməmiş, həmçinin Əlixanla Xanım arasında ona görə hər hansı mübahisənin olması barədə məlumatı olmamışdır. Hadisə günü, yəni 22 may 2020-ci il tarixdə o, Şəbnəmin evində olmuş, həmin gün də Əlixan öz evində yatdığı üçün səhər yeməyini də elə orada yemiş, səhər saatlarında Şəbnəmin evindən çıxaraq qardaşı Əlixanın evinə qardaşına evdə işləməkdə kömək etmək üçün getmiş, lakin Əlixanın işləmədiyini görüb, Şəbnəmgilə qayıtmışdır. Günorta saatlarında Əlixan Şəbnəmgilə gəlmiş, Mahmud, o və Əlixan yemək yemişlər. Həmin zaman Samir yatmış, Xanım oruc tutduğu üçün günorta yeməyi yeməmiş, Əlixan günorta yeməyi yedikdən sonra öz evinə keçmiş, sonuncu öz evinə keçdikdən təqribən 15-20 dəqiqə sonra, saat təxminən 15 radələrində Xanım da Şəbnəmgildən çıxıb Əlixanın evinə getmişdir. Günorta yeməyindən sonra o, Şəbnəmin evində yataq otağında bir qədər uzanmış, sonra isə Şəbnəmin evinin həyətində oturub hava almışdır. Saat təxminən 17 radələrində Əlixanın evinə getmək üçün durmuş, Şəbnəmgilin qapısını açdıqda Əlixanın Şəbnəmgilin evinin qarşısındakı ara yolda dayandığını görmüş, Əlixan onu gördükdə, Şəbnəmi çağırmağını demiş, başqa heç nə deməmişdir. O, Şəbnəmin evinə qayıtmış, həmin zaman Şəbnəm mətbəx otağında olmuş, Şəbnəmə atasının sonuncunu çağırdığını demiş, Şəbnəm atasının yanına getmiş, o isə Şəbnəmgilin evində mətbəxdə qalmış, Şəbnəm getdikdən təxminən bir neçə dəqiqə sonra qışqıraraq və ağlayaraq geri qayıtmış, “mamam öldü” bildirməklə, evin birinci mərtəbəsində yatmış qardaşı Samiri oyatmış, Samir və Şəbnəm Əlixanın evinə getmiş, o da onların arxasınca çıxmış, həmin zaman polis əməkdaşları da artıq Əlixanın evinin qarşısında olmuş, Əlixanın evinə girmiş, Əlixanın evinə girdikdə mətbəx otağında Xanımın meyitini görmüş, Xanımın meyiti mətbəxin döşəməsi üzərində, böyrü üstə uzanmışdır. Şahid1 həmçinin bildirmişdir ki, o, Gürcüstan Respublikasında yaşadığından Əlixanın ailəsində əvvəllər hər hansı bir formada problem olması barədə heç bir məlumatı yoxdur, 2020-ci ilin mart ayından hazırkı günə qədər də onların ailəsində hər hansı bir narazılığın və ya mübahisənin olmasının şahidi olmamış, bu barədə heç kimdən nəsə eşitməmişdir. Onun Azərbaycana gəlməyi Əlixanın Xətai rayonunda yerləşən evini satmaq üçün icazə verməsi ilə bağlı olmuş, həmin icazəni verdikdən sonra yenidən Gürcüstan Respublikasına qayıtmalı olmuş, Azərbaycanda olduğu dövrdə Əlixan ona nə onlarla birlikdə yaşamağı, nə də ki, yeni aldığı evə qeydiyyata alınmaqla bağlı təklif etmiş, həmçinin, o, özü də Əlixana bu barədə təklif etməmiş, onun həmin evdən qeydiyyatdan çıxmağı ilə bağlı Əlixanın ailə üzvləri arasında hər hansı narazılıq olmamışdır. Onun qardaşının ailəsi ilə münasibəti həmişə normal olmuş, heç vaxt aralarında narazılıq olmamış, lakin onun Xanımla münasibəti əvvəldən soyuq olmuş, Xanım onun Əlixanın Xətai rayonu, ünvan 8 ünvanında yerləşən evində qeydiyyatda olmağından narazı olmuş, bu barədə onun özünə heç nə deməsə də, o, bunu Xanımın davranışlarından hiss etmiş, həmçinin, o, 2020-ci ilin mart ayında Xətai rayonu, ünvan 8 ünvanında yerləşən evin alqısatqısı ilə əlaqədar Azərbaycana gəldikdən sonra Xanımın onun gəlməsindən narazı olmasını hiss etmiş, lakin onunla Xanımın arasındakı soyuq münasibətə görə Əlixanla Xanım arasında hər hansı mübahisənin olmasını eşitməmiş, bu cür mübahisənin şahidi olmamış, Xanımla əvvəllər sözlə və ya digər formada mübahisəsi olmamışdır. Qardaşı Əlixan xaraktercə sakit təbiətli insan olmuş, uzun müddət ibadətlə məşğul olmuş, Xanım isə bir qədər narahat adam olmuş, belə ki, Əlixanın yəni onun qohum-əqrabalarından kiminsə onlara getməyini qəbul etməmiş, Xanım daim yalnız öz qohumlarının evinə gəlibgetməsinə çalışmış, buna görə onların qohumları demək olar ki, ancaq xeyir-şər işlərdə Əlixanın evinə gəlmiş, Xanımın belə hərəkətlərinə görə o, 2020-ci ilin mart ayında Azərbaycana gəldikdə kirayədə yaşayan qohumu Şəlalənin evində qalmış, Xanım ona özü birbaşa heç nə deməsə də, o, davranışlarından Xanımın ondan narazı olmağını hiss etmişdir. O, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən evdən qeydiyyatdan çıxmağına hər hansı formada narazılıq etməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında hər hansı mübahisənin olması barədə məlumatı yoxdur, belə bir mübahisənin şahidi olmamış, Xanımın nikahdan kənar hər hansı şəxslə münasibətinin olması barədə məlumatı olmamış, qardaşı bu barədə ona heç nə deməmiş, Əlixan əvvəllər Zərərçəkmiş şəxs öldürmək niyyətində olması ilə bağlı ona heç nə deməmiş, hadisə zamanı Şəbnəmgildə o, Şəbnəmin övladları Kübra və Məhəmmədəli, Mahmud olmuş, Samir də evdə olmuş, evin birinci mərtəbəsində yatmış, Xanım və Əlixan isə Əlixanın evində tək olmuşlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbə qətlə yetirməsi barədə heç bir fikri yoxdur, belə ki, o, Gürcüstan Respublikasında yaşadığından Əlixan və Xanımın ailədaxili münasibətlərindən xəbərsiz olmuş, Azərbaycana gəldikdə isə onlar arasında hər hansı narazılıq və ya mübahisənin şahidi olmamışdır (cild 1, iş vərəqə 104-109). 22 may 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəx otağıdır. Yaşayış evinin həyətinə giriş tünd qırmızı rəngli qapıdan təmin olunur. Həmin qapıdan daxil olduqda sol tərəfdə iki mərtəbəli yaşayış evi, sağ tərəfdə isə həyətyanı sahəyə girişi təmin edən iki tağlı darvaza vardır, darvazanın qarşısında “**-FP-***” dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobil saxlanılmışdır. Yaşayış ev iki mərtəbəli olmaqla, girişi tünd qırmızı rəngli dəmir qapıdandır. Həmin qapıdan daxil olduqda koridor müşahidə olunur. Koridorla irəlilədikdə sol tərəfdə mətbəx otağına girişi təmin edən qapı müşahidə olunur. Koridorla irəlilədikdə sağ tərəfdə evin birinci mərtəbəsində yerləşən digər otağın qapısı görünür. Koridorun sonunda boş sahə mövcuddur. Həmin hissədə sol tərəfdə evin ikinci mərtəbəsinə girişi təmin edən pilləkən, pilləkənin sol tərəfində isə hamam otağı vardır. Mətbəx otağına daxil olduqda giriş qapısı ilə üzbəüz aşmış vəziyyətdə olan kətil və televizor müşahidə olunur. Mətbəx otağının eni 3.80 metr, uzunluğu isə 4.60 metrdir. Girişdən sağ tərəfdə yerləşən divarın qarşısında, üzərində müxtəlif tikinti və təmir ləvazimatları ola masa vardır. Aşmış vəziyyətdə olan televizordan sol tərəfdə qaz plitəsi və paltaryuyan maşın vardır. Girişdən sol tərəfdə döşəmə üzərində sol böyrü üstə uzanmış vəziyyətdə olan 55-60 yaşlı qadın cinsli meyit vardır. Meyitin baş hissəsi girişdən solda yerləşən divara, ayaq hissəsi isə giridən sağ tərəfdə yerləşən divara tərəfdir. Girişdən sağ tərəfdə terləşən divardan meyitin ayaq hissəssinədək məsafə 1.70 metrdir. Meyitin baş hissəssindən girişdən sol tərəfdə yerləşən divaradək məsafə 1.20 metr, meyitdən meyitin arxasında olan divaradək məsafə isə 1.40 metrdir. Mətbəx otağında paltaryuyan maşından sol tərəfdə tiyə hissəsində qana bənzər ləkələr olan mətbəx bıçağı vardır. Mətbəx bıçağından meyitin baş hissəsinə qədər məsafə 81 santimetrdir. Meyitdən paltaryuyan maşınadək məsafə isə 70 santimetrdir. Meyitin baş hissəsinin qarşısında döşəmə üzərində gölməçə formasında qana bənzər ləkə vardır. Pambıq tamponu vasitəsilə həmin ləkələrdən nümunələr götürülmüşdür. Meyitin qarşısında bıçağın önündə olan hissədə gölməçə formalı qana bənzər ləkələrdən nümunələr götürülmüşdür. Bundan əlavə, paltaryuyan maşının qapaq hissəsinin sağ tərəfində qana bənzər ləkələr vardır, pambıq tampon vasitəsilə həmin ləkələrdən nümunələr götürülmüşdür. Meyitin qarşısında paltaryuyan maşının sol tərəfində aşkar edilmiş bıçaq sübuti əhəmiyyət daşıdığından müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Yaşayış evindəki digər otaqlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək digər hər hansı hal aşkar edilməmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 3-15). 22 may 2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit təşrih masası üzərində uzandırılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 01 ədəd bənövşəyi rəngli qolsuz jilet, 01 ədəd açıq çəhrayı rəngli uzunqol poluver, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli, 01 ədəd ağ rəngli tuman və boz rəngli bir cüt corab. Paltarlar qana oxşar ləkələr ilə bulaşıqlıdır. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 162 santimetrdir. Meyit əllə toxunduqda soyumuşdur, dəri örtüyü solğundur. Meyitin arxa va qismən yan səthlərində qırmızımtılgöyümtül rəngli, barmaqla təzyiq etdikdə rəngi itən, 40-50 saniyədən sonra bərpa olunan meyit ləkələri vardır. Meyit qacıması çeynəmə əzələlərində yaxşı, yoxlanılan digər əzələ qruplarında kafi inkişaf etmişdir. Baş tükləri qara rəngdədir, 15-20 sm uzunluqdadır. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözləri qapalıdır, bəbəklərin diametri 0,5 santimetrdir, buynuz qişa parlaqdır. Qulaq seyvanları tamdırlar, xarici qulaq keçəcəkləri sərbəstdirlər. Burun sümükləri əllədikdə tamdırlar, burun dəlikləri sərbəstdirlər. Ağzı qapalıdır. Dişləri sünidir. Dili dişlərin arxasında sərbəst yerləşmişdir. Boynu qısadır, orta köklükdədir, sərbəst hərəkətlidir. Döş qəfəsi silindr formasındadır, simmetrikdir. Qabırğalar əllədikdə tamdırlar. Qarının səviyyəsi qabırğa qövsləri səviyyəsindən yuxarıdır. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün inkişaf etmişdir. Yuxarı va aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdırlar. Arxa keçəcək dəliyi qapalıdır, ətrafı təmiz va zədəsizdir. Meyitin bədən səthində aşağıdakı xəsarətlər vardır: 1) boyunun sol yan səthindən başlayan boyunun sağ yan səthinə keçən 35x8 santimetr ölçüdə soldan-sağa, köndələn-çöp istiqamətli, boyun üzvü magistral arteriya va venalarının kəsilməsi ila müşayiət olunan kənarları hamar yara, 2) döş qəfəsinin sağ yarısının ön səthində ön qoltuqaltı xətt üzrə İİ-İİİ qabırğa proyeksiyasında 3x1 santimetr ölçüdə bir ədəd daxilə nüfuz etməyən kənarları hamar, bucağı iti, qanayan yara, 3) döş qəfəsinin sol yarısının arxa səthində orta kürək xətti üzrə İİİ-İV qabırğaarası proyeksiyasında 5x2 santimetr ölçüdə bir ədəd daxilə nüfuz etməyən kənarları hamar, bucağı iti, qanayan yara, 4) alt dodağın ön səthində 2x0,5 santimetr ölçüdə alt dodağın selikli qişasına keçən kənarları hamar yara, 5) alt çənə cisminin ön səthində 1x0,3 santimetr ölçüdə kənarları hamar səthi yara, 6) döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyasında 7 santimetr ölçüdə səthi yara vardır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 16-24). 22 may 2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş köynək göy rənglidir, öndən 3 düymə ilgəyinə malikdir, uzunluğu 660 mm, çiyin hissədən eni 60 mm-dir, üzərində hər hansı bir iz və ya zədə aşkar olunmadı; şalvar göy rənglidir, belikdə kəmər vardır, zəncirbəndlidir, iki arxa və iki yan cibi vardır, uzunluğu 1000mm, bel hissədən eni 500mm təşkil edir, cins parçadandır, kəməri qəhvəyi rənglidir, diz nahiyəsində qanabənzər ləkələr müşahidə edilir, hər hansı xəsarətin olması müəyyən edilmir; telefon “Nokia” markalıdır, qara rənglidir, bir ədəd arxa kamerası vardır, işlək vəziyyətdədir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 54-60). 23 may 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrə ilə işarələnmiş bıçağı göstərərək cinayəti həmin bıçaqla törətdiyini, bıçağı dəstəyində gül formasında olan naxışlara əsasən tanıdığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 81-83). 11 iyun 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki baş vermə hallarını və yerini əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilərək əldə edilmiş görüntülərin əks olunduğu CD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 126-129). 24 iyun 2020-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş üzərində “ZYKLEN DVD-R 4.7GB/120 min” sözləri həkk olunmuş 01 ədəd DVD disk Toshiba” markalı kompüterdə yerləşdirilmişdir, disk açıldığı zaman içərisində bir ədəd - “2020-05-22-17-01-24_**********21_**********43004193” adlı audio formatlı fayl aşkar edilmişdir. Audio fayl “VLC media player” proqramı vasitəsilə açılaraq müəyyən edilmişdir ki, faylın sürəklikliyi 01:23 dəqiqədir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş zəngə əsasən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs həyəcanlı səslə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 8 ünvanında yerləşən fərdi yaşayış evində öz həyat yoldaşını bıçaqlayaraq öldürməsini, səbəbini isə istintaqa açıqlayacağını bildirir (cild 1, iş vərəqə 133). Məhkəmə tibbi ekspertizasının 22 may 2020-ci il tarixli 154 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: boyun üzvü magistral arteriya və venalarının zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön səthinin bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, alt dodağın deşilmiş-kəsilmiş yarası, alt çənə cisminin və döş qəfəsinin ön səthinin səthi kəsilmiş yaraları. Qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar deşici-kəsici alətin (əşyanın), ola bilsin ekspertizaya təqdim olunmuş və ona oxşar bıçağın təsirindən, həyati olub, ölümündən az əvvəl, qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 22 may 2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə boyun üzvü magistral arteriya və venalarının zədələnməsi ilə müşayiət olunan kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir, döş qəfəsinin sağ yarısının ön səthinin bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, alt dodağın deşilmiş-kəsilmiş yarası ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddirlər, alt çənə cisminin və döş qəfəsinin ön səthinin səthi kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvü magistral arteriya və venalarının zədələnməsi ilə müşayiət olunan kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədən səthində ölümündən əvvəl mübarizə və ya özünü müdafiə nəticəsində yarana biləcək hər hansı bir xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, onun özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətlər onun öz boyu hündürlüyündən deşici-alətin üzərinə yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirt və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqə 186-191). Məhkəmə tibbi ekspertizasının 23 may 2020-ci il tarixli 772 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sol əlin ovuc səthindəki bir ədəd səthi kəsilmiş yara kəsici kənara malik olan iti alətin təsirindən müayindən bir günə qədər əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən 22 may 2020-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində sol əlin ovuc səthindəki kəsilmiş yaradan başqa digər xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət qərarda göstərilən şəraitdə, şəxsin özü tərəfindən bıçağın kəsici kənarının təsirindən əmələ gələ bilərdi (cild 1, iş vərəqə 115-116). Məhkəmə lifli ekspertizasının 30 iyun 2020-ci il tarixli 6/966 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs şalvarının üzərindən tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs jiletinin üzərindən tapılmış göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər (cild 1, iş vərəqə 138-144). Məhkəmə genetik ekspertizasının 01 iyul 20/327R saylı rəyindən görünür ki, təqdim olunmuş Zərərçəkmiş şəxs əynində olan 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd ağ rəngli tuman, 01 (bir) cür corabın bir tayı, 01 (bir) ədəd bənövşəyi rəngli qolsuz jilet, 01 (bir) ədəd çəhrayı rəngli pulover və Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd göy rəngli cins şalvar üzərində aşkar edilmiş qana bənzər ləkələr insana məxsus qan nümunələridir. Zərərçəkmiş şəxs əynində olan 01 (bir) ədəd qara rəngli tuman, 01 (bir) cüt corabın digər tayı və Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd göy rəngli köynək üzərində qana bənzər ləkə aşkar edilmədi. Təqdim olunmuş Zərərçəkmiş şəxs əynində olan 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd ağ rəngli tuman, 01 (bir) cüt corabın bir tayı, 01 (bir) ədəd bənövşəyi rəngli qolsuz jilet, 01 (bir) ədəd çəhrayı rəngli pulover və Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd göy rəngli cins şalvar üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. Təqdim olunmuş 01 (bir) ədəd bıçağın tiyə və dəstək hissələrində aşkar edilmiş, eləcə də paltaryuyan maşının üzərindən, meyitin arxa tərəfindən və meyitin yanındakı bıçağın qarşısından götürülmüş qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Təqdim olunmuş 01 (bir) ədəd bıçağın tiyə və dəstək hissələrində aşkar edilmiş, eləcə də paltaryuyan maşının üzərindən, meyitin arxa tərəfindən və meyitin yanındakı bıçağın qarşısından götürülmüş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur (cild 1, iş vərəqə 150-157). Məhkəmə trasoloji və ballistik ekspertizasının 16 iyul 2020-ci il tarixli 3/511-659 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından jiletin və koftanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş digər geyim əşyaları üzərində hər-hansı bir zədə aşkar edilməmişdir (cild 1, iş vərəqə 145-149). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir (cild 1 iş vərəqə 243). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 04 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2 iş vərəqə 28). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olmuş 01 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicədə olmamışdır (cild 2 iş vərəqə 64). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1 iş vərəqə 182-183). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 avqust 2020-ci il tarixli 1567 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olub-olmamasını müəyyən etməyin bir qədər çətin olmasını nəzərə alaraq daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəməpsixiatrik şöbəsinə göndərilməsi zəruridir (cild 1, iş vərəqə 193-194). Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 19 oktyabr 2020-ci il tarixli 109 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini sayıqlama fikirlərinin təsiri altında törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntu çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicə edilməsinə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs qeyd edilən psixi pozuntu əlamətləri onda əqli imkanlarının zəifləməsinə dəlalət etmir. Belə ki, onda müəyyən edilən psixi pozuntu (xroniki sayıqlama pozuntusu) hadisə zamanı, hadisədən sonra və hal-hazırda öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətindən məhrum etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu ilə əlaqədar olmuşdur (cild 1, iş vərəqə 249-255). Komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 12 yanvar 2021-ci il tarixli, 03 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən onda “Şəxsiyyətin paranoid inkişaf pozuntusu” formasında şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək iqtidarında olmuş, həmçinin o, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq və təsvir etmək iqtidarındadır. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında, yəni anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onda aşkar edilən şəxsiyyət pozuntusu onu öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarından məhrum etmir. Hal-hazırkı müayinənin nəticələrinə görə, Təqsirləndirilən şəxs müəyyən edilən “Şəxsiyyətin paranoid inkişaf pozuntusu” formasında şəxsiyyət pozuntusu onda cinayət əməli törətməzdən xeyli əvvəl tədricən inkişaf etmişdir. Təqsirləndirilən şəxs qətlə yetirdiyi həyat yoldaşı barəsində söylədikləri sayıqlama həddinə çatmayan fikirlər olmaqla, həyat yoldaşı barəsində xəyanətə dair söylədiklərini “sayıqlamayabənzər fikirlər” kimi səciyyələndirilir. Buna görə də, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə, lakin “Şəxsiyyətin paranoid inkişaf pozuntusu” şəxsiyyət pozuntusu diaqnozu ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi cinayət əməlini törətdiyindən, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür və Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 117-123). Təkrar komission stasionar məhkəmə-psixiatrik ekspertizasının 03 may 2021-ci il tarixli 58 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törədərkən “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntu keçirmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntunun təsiri altında olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs sayıqlama məzmunlu fikirləri korreksiya olunmadığından və tam dezaktuallaşmadığından, habelə törətmiş olduğu ağır cinayət əməlinə tənqidi münasibət formalaşmadığından həmin şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törədərkən “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntudan əziyyət çəkdiyinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxsdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs həyat yoldaşına münasibətdə sayıqlama fikirlərinin çoxdan yarandığını söyləmək mümkündür. Cinayət işi materiallarına əsasən, xüsusən də Təqsirləndirilən şəxs özünün ifadələrinə əsasən 1981-ci ildə qızının dünyaya gəlməsindən bir qədər sonra onda həyat yoldaşının sədaqətli olmamasına dair əvvəlcə şübhələr yaranmışdır. Epilepsiyalı xəstə uşağının doğulmasından sonra bu xəstəliyin həyat yoldaşının zinakarlıq etməsi ilə bağlı olduğuna dair şübhələr formalaşmışdır. Zaman keçdikcə şübhələr dərinləşərək sayıqlama məzmunu qazanmışdır. Təqsirləndirilən şəxs yaranan «sayıqlama pozuntusu» vaxtında lazımi müalicə aparılmaması səbəbindən xroniki hala keçmişdir. Son 4-5 ildə sayıqlama pozuntusu daha aydın şəkildə ifadə olunmuşdur. Beləliklə, uzun zaman ərzində davam edən monotematik sayıqlama fikirlərinin kristallaşması baş vermişdir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən və həmin əməli törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntu davam etdiyindən həmin şəxs hal-hazırda da öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini sayıqlama fikirlərinin təsiri altında törətdiyi öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntu çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicə edilməsinə ehtiyacı yarandığı müəyyənləşir. Buna görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür (cild 2, iş vərəqə 262-271). Təkrar komission stasionar məhkəmə-psixiatrik ekspertizasının 16 avqust 2021-ci il tarixli 105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törədərkən “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntu keçirmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntunun təsiri altında olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs sayıqlama məzmunlu fikirləri korreksiya olunmadığından və tam dezaktuallaşmadığından, habelə törətmiş olduğu ağır cinayət əməlinə tənqidi münasibət formalaşmadığından həmin şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntudan əziyyət çəkdiyinə görə həmin pozuntu səbəbindən psixikasının pozulması nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntuya xas əlamətlər davam etdiyindən psixikasının pozulması nəticəsində hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində psixiatrik ekspertizaların 19 oktyabr 2020-ci il tarixli 109 saylı və 03 may 2021-ci il tarixli 59 saylı rəyləri cinayət işinin materiallarına uyğundur. Lakin 12 yanvar 2021-ci il tarixli 03 saylı rəyi ilə cinayət işinin materialları ziddiyyət təşkil edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində psixiatrik ekspertizaların 19 oktyabr 2020-ci il tarixli 109 saylı və 03 may 2021-ci il tarixli 59 saylı rəylər arasında ziddiyyət yoxdur. Lakin 12 yanvar 2021-ci il tarixli 03 saylı rəyi ilə həmin iki rəyin arasında ziddiyyət aşkarlanır. Belə ki, 12 yanvar 2021-ci il tarixli 03 saylı rəydə Təqsirləndirilən şəxs “Şəxsiyyətin paranoid inkişaf pozuntusu” formasında psixi pozuntudan əziyyət çəkdiyi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin deyil, 22.1-ci maddəsinin təsiri altına düşdüyü və məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində keçirilmiş hər üç ekspertiza zamanı müayinə gedişində əsas tədqiqat metodu kimi klinikpsixopatoloji metoddan (klinik müsahibə, anamnestik məlumatın toplanması, klinik müşahidə) istifadə olunmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən və həmin əməli törətdikdən sonra “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntudan əziyyət çəkməsi, sayıqlama məzmunlu kristallaşmış fikirlərinin korreksiya olunmaması və tam dezaktuallaşmaması onun birmənalı olaraq anlaqsız vəziyyətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığına dəlalət edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini sayıqlama fikirlərinin təsiri altında törətmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Xroniki sayıqlama pozuntusu” formasında psixi pozuntu çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicə edilməsinə ehtiyac vardır. Buna görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Beləliklə, keçirilmiş çoxsaylı stasionar məhkəmə-psixiatrik ekspertizaların rəyləri əsasında gəlinən mübahisəsiz nəticə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür.Təqsirləndirildiyi cinayət əməlini sübuta yetirilmiş hesab edərək məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə uyğun olaraq barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Binəqədi rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd bənövşəyi rəngli qolsuz jilet, bir ədəd açıq çəhrayı rəngli uzunqol poluver, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli, bir ədəd ağ rəngli tuman və boz rəngli bir cüt corab, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli köynək, bir ədəd göy rəngli cins materialdan olan şalvar və qəhvəyi rəngli kəmər, cinayətin törədilmə aləti olmuş bir ədəd bıçaq, bir ədəd şüşə flakonda Zərərçəkmiş şəxs qan nümunəsi məhv edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş bir ədəd DVD disk, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasının görüntülərini özündə əks etdirən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, fəaliyyət qabiliyyəti olmayan Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutlan əməli anlaqsız vəziyyətdə törətdiyindən o, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən cinayət işi üzrə aparılmış ekspertiza xərcini ödəməkdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.2, 93.1-1, 93.1-1.1, 95.0 və 95.0.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilsin, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. İş üzrə maddi sübutlar: - Binəqədi rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd bənövşəyi rəngli qolsuz jilet, bir ədəd açıq çəhrayı rəngli uzunqol poluver, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli, bir ədəd ağ rəngli tuman və boz rəngli bir cüt corab, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli köynək, bir ədəd göy rəngli cins materialdan olan şalvar və qəhvəyi rəngli kəmər, cinayətin törədilmə aləti olmuş bir ədəd bıçaq, bir ədəd şüşə flakonda Zərərçəkmiş şəxs qan nümunəsi məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş bir ədəd DVD disk, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasının görüntülərini özündə əks etdirən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ekspertiza xərcini ödəməkdən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-869/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-869/2021
23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver